SlideShare a Scribd company logo
1 of 38
Ekstragenital və yanaşı ginekoloji xəstəliklər hamiləlik və doğuşun
gedişinə, perinatal göstəricilərə təsir göstərə bilər.Öz növbəsində
hamiləlik və doğuş əsas xəstəliyin gedişini ağırlaşdıra bilər.Onlardan
bəziləri hamiləliyin davam etdirilməsinə əksgöstərişdir.
Hamiləlik və ürək-damar sistemi xəstəlikləri
Hamilələrdə somatik patologiyalar arasında ürək-damar sistemi
xəstəlikləri əsas yerlərdən tutur.Daxili üzvlərin xəstəliklərinin
yarıdan çoxu onların payına düşür.Ən çox anadangəlmə və qazanılma
ürək qüsurları, hipertoniya xəstəliyinə təsadüf olunur. Ekstragenital
patologiyalar arasında ana ölümünün əsas səbəbi ürək qüsurlarıdır.
Hamiləlik zamanı qadının ürək-damar sisteminin üzərinə düşən
yük artır. Hamilələr də xüsusən də hamiləliyin III üçaylığında
daha qabarıq nəzərə çarpan fizioloji taxikardiya müşahidə
olunur.
Eyni zamanda:
- ürəyin vurğu və dəqiqəlik həcmi artır
- hamiləliyin 28-30 həftəliyində ürəyin sistolik həcmi 30%-ə
qədər artır
- qanın həcmi yüksəlir
- periferik damarların müqavimətinin və qanın özlülüyünün
azalması müşahidə olunur
- hamiləliyin müddəti artdıqca ananın və dölün oksigenə tələbatı
artırır; buna görə, ürək fəaliyyətində hiperfunksiya baş verir.
Qazanılmış ürək qüsurları və hamiləlik
Qazanılmış ürək qüsurlarına hamilələrin 6-8% də təsadüf edilir.
Çox vaxt onlar revmatik mənşəli olurlar. Revmatizm birləşdirici
toxumanın sistem xəstəliklərindən olub əsasən proses qan
dövranı orqanlarında lokallaşır.
Qazanılmış ürək qüsurları olan qadınlarda qan dövranı
çatışmazlığı hamiləliyin 2-ci üçaylığının sonunda, doğuş zamanı
və zahıllıq dövrünün ilk 2 həftəsi ərzində kəskinləşə bildiyi üçün
bu dövrlər kritik sayılır.
Qan dövranı çatışmazlığı yalnız ürək qüsurunun xüsusiyyətindən
deyil, həm də patoloji prosesin davametmə müddətindən asılıdır.
Ürək fəaliyyətinin dekompensasiyasına səbəb olan faktorlar
aşağıdakılardır:
• qadının qeyri rasional həyat tərzi
• gecikmiş hestoz
• revmatik prosesin aktivləşməsi
• xronik infeksiya mənbələrinin kəskinləşməsi
• kəskin infeksion xəstəliklər
• hamiləlik vaxtı mama-ginekoloq və terapeft kardioloq
tərəfindən müntəzəm nəzarətin olması.
• kifayət qədər ağrısızlaşdırma olmaması və doğuşun düzgün
aparılmaması
Ürəyin revmatik qüsurları zamanı hamiləliyin və doğuşun
gedişinin xüsusiyyətləri
Qazanılma ürək qüsurları zamanı hamiləliyin və doğuşun
nəticələrini proqnozlaşdırarkən aşağıdakı amillər nəzərə
alınmalıdır:
revmatik prosesin aktivliyi
qüsurun forması və inkişaf mərhələsi
qan dövranının kompensasiya və ya dekompensasiyası
ağciyər hipertenziyasının dərəcəsi
ürək ritminin pozulma dərəcəsi
mamalıq patologiyasının qoşulması
Qazanılma ürək qüsurlarının diaqnostikası
Revmatik prosesin aktivlik dərəcəsi 1972 ci ildə Nesterov
tərəfindən təklif edilmiş təsnifatda əksini tapmışdır.
1ci dərəcə - minimal dərəcə, klinik və laborator dəyişikliklər
zəif nəzərə çarpır.
2ci dərəcə - klinik əlamətlər nisbətən qabarıq olub revmatik
prosesin vaxtaşırı kəskinləşməsi ilə müşayət olunur. Laborotor
dəyişikliklər ciddi xarakter daşımır.
3cü dərəcə - maximal dərəcədir. Aydın nəzərə çarpan yerlı və
ümumi klinik əlamətlərlə və laborator dəyişikliklərlə xarakterizə
olunur.
Xronik ürək çatışmazlığını qiymətləndirmək üçün Strajesko və
Vasilenko təsnifatından istifadə olunur.
1ci mərhələ - qan dövranının pozulması əlamətləri yalnız fiziki
yükdən sonra meydana çıxır.
2ci A mərhələ - təngnəfəslik və ürəkdöyünmə daimi olur və ya
çox yüngül yükdən sonra meydana çıxır. Ürəkdə miogen
dilatasiya simptomları aşkarlanır. Sol mədəcik çatışmazlığı
zamanı kiçik qan dövranında, sağ mədəcik çatışmazlığında isə
qaraciyərdə durğunluq əlamətləri qeyd olunur.
2ci B mərhələ - durğunluq əlamətləri həm kiçik həm də böyük
qan dövranında müşahidə edilir.
3cü mərhələdə daxili orqanlarda geri dönməyən dəyişikliklər
aşkarlanır.
Qazanılmış ürək qüsurları olan qadınlarda Kesar kəsiyi
əməliyyatına göstəriş ciddi məhdudlaşdırılır. Kesar kəsiyinə
göstərişlər:
aktiv revmatik proses olduqda
aktiv medikamentoz müalicənin effekti olmayan aydın
nəzərə çarpan sol mədəcik çatışmazlığı olan ürək qüsuru
zamanı
ürək qüsurları cərrahi müdaxilə tələb edən mamalıq
patologiyaları ilə müştərək olduqda
Hamiləlik və anadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurlarının 50-yə yaxın forması vardır. Onlardan
reproduktiv yaş həddinə 15-ə yaxın forması gəlib çata bilir.
Ən çox təsadüf olunan adandangəlmə ürək qüsurları aşağıdakılardır:
qanın sol kameralardan sağ kameralara keçməsi ilə müşayiət olunan
ürək qüsurları:
Qulaqcıqlararası arakəsmənin Mədəciklərarası arakəsmənin
qüsuru qüsuru
qanın sağdan sola keçməsi ilə müşayiət olunan anadangəlmə ürək
qüsurları:
Fallo tetradası Magistral damarların
transpozisiyası
qanın axmasına maneçilik törədən ürək qüsurları (ağciyər arteriyasının
stenozu, aortal dəliyin senozu, aortanın koarktasiyası).
Aorta koarktasiyası
Hipertoniya xəstəliyi və hamiləlik
Hamiləlik hipertoniyasını əvvəldən mövcud olan hipertoniya ilə
qarışdırmayaq: Əvvəl mövcud olan hipertoniya zamanı hamiləlikdən
əvvəl də xəstədə təzyiq yüksək olur və ya hamiləliyin 20 həftəsinə
qədər təzyiqin yüksəlməsi müşahidə olunur. Bu zaman zahılıq dövründə
ən az 42 gün yüksək təzyiq olur.
Hestasion hipertenziya isə normal arterial təzyiqli qadında hamiləliyin
20 həftəsindən sonra təzyiqin 140/90 mm.c.süt. və daha artıq
yüksəlməsidir.
3 ağırlıq dərəcəsi müşahidə olunur:
1-ci dərəcədə A/T 140/90-159/99 mm.c.süt. arasında ölçülür.
Orqanlarda zəifləmə müşahidə olunmur.
2-ci dərəcədə A/T 160/100-179/109 mm.c.süt. arasında ölçülür. Bu
zaman ürək-damar sistemi tərəfindən dəyişiklik (gərginlik,ağrı), baş-
beyin tərəfindən (ağrı,başgicəllənmə), böyrəklər tərəfindən
(proteinuriya) patologiyalar meydana çıxır.
3-cü dərəcədə A/T 180/100 mm.c.süt. və daha çox olur ki, bu zaman
ürək damar çatmamazlığı, beyin qan dövranının pozulması, böyrək
çatışmamazlığı kimi ciddi patologiyalar meydana çıxır.
Hamiləlik zamanı arterial hipertoniyanın əmələ gəlmə səbəbləri:
- Böyrək xəstəlikləri-pielonefrit, qlomerulonefrit, polikistoz,
nefroskleroz və s.
- Endokrin xəstəliklər-hiperkortisizm, İsenko-Kuşinq xəstəliyi,
hipotireoz.
- Psixo-neyrogen pozuntular və hipertoniya xəstəliyi.
12 həftəyə qədər hamilədə taktikanı müəyyən etmək lazımdır:
28-32 həftədə-müayinə, xəstəliyin müalicəsi, hamiləlik patologiyasının
müalicəsi və profilaktikası aparılmalıdır. 35-36 həftədə doğuş
taktikasının təyini.
Hamilələrdə bel nahiyəsində ağrıların, qızdırma, üşütmə hallarının
olması, sidiyə getmənin tezləşməsi, sidiyə getmədə göynətmə hissinin
olması böyrək və sidik axarı xəstəliklərinə işarədir.
Böyrəklər və sidik axarı xəstəliklərinin (pielonefrit,
qlomerulonefrit, böyrək daşı xəstəliyi və s.) hamilə qadınlarda
olması hamiləliyin, doğuşun, doğuşdan sonrakı dövrün gedişatına
və dölün vəziyyətinə pis təsir edir. Belə ki, bu orqanların
patalogiyaları həyati vacib funksiyaların fəaliyyətinə mənfi təsir
göstərə bilər. Hamiləlik vaxtı böyrəklərin üzərinə düşən yük artır,
səbəb təkcə ananın deyil, həmçinin, dölün mübadilə
məhsullarının orqanizmdən xaric edilməsidir.
Pielonefrit və hamiləlik
Pielonefrit bakterial-iltihabi xəstəlik olub, böyrəyin kasa-ləyən
sisteminin,interstitsial toxumanın zədələnməsi ilə müşayiət
olunur.Hamiləlik zamanı inkişaf edərsə hestasion pielonefrit deyilir.
Hestasion pielonefrit adətən hamiləliyin 22-28 həftəliyində və
doğuşdan sonrakı dövrün II-V günləri baş verir.Çünki qanda
kortikosteroidlərin və cinsi hormonların qatılığı II üçaylığın sonundan
başlayaraq artır.Ona görədə pielonefriti olan qadınlarda bu dövrü kritik
hesab etmək olar.
Qlomerulonefrit infeksion-allergik xəstəlik olub, yumaqcıqların
immunokompleks zədələnməsi ilə müşayiət edilir.Xəstəliyin törədicisi
A qrupundn olan hemolitik streptokokkdur.Damaq badamcıqları
infeksiyanın giriş qapısı hesab edilir.Kəskin və xroniki forması vardır.
Gedişi klinik formasından asılıdır.Beləki,
Nefrotik formada :
-kəskin ödemlər
-Proteinuriya
-Hipoproteinemiya
-Hiperxolesterinemiya
Hipertonik formada isə sistolik və diastolik təzyiqin yüksəlməsi nəzərə
çarpır, sidik sindromu o qədərdə qabarıq olmur.
Qarışıq formada hər hansı bir əlamətin üstünlüyü iə bütün tipik
simtomplar müşahidə edilri.
Latent formada isə aparıcı simptom davamlı hematuriyanın olmasıdır.
Sidik axarlarında, kasa-ləyən sistemində genəlmə və sidik
durğunluğunun olması böyrəklərin infeksiyalaşmasına səbəb olur.
Böyrək xəstəlikləri hamiləlik toksikozlarının inkişafına səbəb olur.
Hamilələrin sidik sistemlərinin xəstəlikləri uşaqların sidik sisteminin
inkişafına zədələyici təsir göstərə bilər.
Böyrək xəstəliklərinin erkən hamiləlik dövründə diaqnostikası
məqsədilə xüsusi müayinə üsulları keçirilir.
Xəstəliyin erkən mərhələsində hamilə qadına vəziyyət terapiyası
məsləhət görülür. Yəni qadın yataqda ayaqları hündür vəziyyətdə
olmalı, sağlam böyrü üstə uzanmalı, çox vaxt sağ tərəfdə,
ayaqlarını qarnına çəkməklə uzanmalıdır. Bu vəziyyətdə hamilə
uşaqlığın vəziyyəti dəyişilir və sidik axarına təzyiq azalır.
Törədicinin növü və antibiotiklərə həssaslığı yoxlanıldıqdan sonra
antibakterial preparatlar təyin edilir. Bu zaman elə preparatlar təyin
edilməlidir ki, onların dölə ziyanlı təsiri olmasın. Böyrək toxumasından
tullantı məhsularının xaric olmasını yaxşılaşdırmaq üçün və
antibakterial preparatların təsirini artırmaq üçün sidikqovucu və
spazmolitiklər təyin olunur. Mütləq kompleks müalicədə sedativ
preparatlar, vitaminlər və allergiya əleyhinə dərmanlar təyin
edilməlidir.
Hamiləlik və anemiya
Hamilələr arasında anemiyaya çox təsadüf olunur. Azərbaycanda
ümumi populyasiyada anemiya geniş yayılmışdır, o cümlədən hamilələr
arasında da anemiyaya çox rast gəlinir. Müxtəlif ədəbiyyat
məlumatlarına əsasən, hamilələr arasında anemiyanın rastgəlmə tezliyi
60-90%-dır ki, onların da 80-90%-i dəmirdefisitli anemiyanın payına
düşür. Anemiya ola bilər ki, hamiləliyə qədər mövcud olsun və
hamiləlik zamanı inkişaf etsin. Klinik praktikada anemiyanı belə
fərqləndirməyin elə bir əhəmiyyəti yoxdur, çünki müalicə taktikası
hər2 halda eyni olur.
Etiologiya və patogenezi. Hamilələrdə anemiyanın səbəbi müxtəlif ola bilər: qidanın
keyfiyyətsizliyi, qnaxma ilə müşayiət olunan doğuş və düşüklərin sayının çox olması,
uzunmüddətli laktasiya, qurd invaziyaları, mədə-bağırsaq traktının xronik xəstəlikləri
anemiyanın inkişafı üçün yüksək risk təşkil edir. o cümlədən, hamiləliklə bağlı bir sıra
faktorlar da – estrogenlərin səviyyəsinin yüksək olması, mədə-bağırsaq traktından
qanyaranma üçün vacib olan dəmir, manqan, fosfor və digər mikroelementlərin
sorulmasına maneçilik törədən erkən
hestozlar anemiyanın inkişafı üçün
şərait yaradır. Normada eritrositlər Anemiyada eritrositlər
Hamilələrdə anemiyanın əsas səbələrindən biri proqressivləşən dəmir
defisitidir. Çünki hamiləlik zamanı orqanizmin dəmirə tələbatı artır.
Bunu orqanizmdə dövr edən qanın həcminin artması, uşaqlığın
kütləsinin artması, fetoplasentar kompleksin yaanması ilə izah etmək
olar.
Diaqnostika
Anemiyanın 3 dərəcəsi aşkar edilir: I – yüngül dərəcə (Hb 110-91 q/l),
II – orta ağır (Hb 90-71 q/l), III – ağır (Hb 70 q/l-dən aşağı). Xəstəliyin
ağırlıq dərəcəsini qiymətləndirmək üçün hemoqlobinlə yanaşı,
hematokrit zərdab dəmirinin səviyyəsinin ( normada 12,5-32 mkmol/l
), zərdabın ümumi və latent dəmirbirləşdirmə qabiliyyətinin,
transferrinin dəmirlə doyma əmsalının (normada 30-50%) təyin
edilməsinin mühüm əhəmiyyəti vardır. Orqanizmdə dəmir
ehtiyyatlarını ferritinin səviyyəsinə əsasən müəyyənləşdirirlər.
Dəmirdefisitli anemiyanın əsas səciyyəvi xüsusiyyətləri hipoxromiya və
eritrositlərin mikositozunun aşkarlanmasıdır.
Hamiləlik və şəkərli diabet
Son dövrlərdə şəkərli diabeti olan hamilələrin sayının artması
müşahidə olunur. Şəkərli diabeti olan qadınlarda hamiləlik və doğuş
prosesi müxtəlif patalogiyalarla özünü biruzə verir.
Şəkərli diabet və hamiləlik problemi akuşerlərin, ginekoloqların,
endokrinoloqların, neonatoloqların diqqət mərkəzindədir.
Klinik praktikada şəkərli diabetin 3 növü müəyyən olunmuşdur:
I-ci tip-insulindən asılı
II-ci tip -insulindən asılı olmayan
III-cü tip -hestasion diabet (hamiləliyin 28-ci həftəsindən sonra inkişaf
edir və hamiləlikdən sonra keçir.)
Hamilələrdə karbohidrat mübadiləsi inkişafda olan dölün qlükozaya
olan tələbatı ilə əlaqədar dəyişilir. Karbohidrat mübadiləsində yaranan
dəyişikliklər plasentar hormonlar: plasentar laktogen, estrogen,
progesteron, kortikosteroidlər ilə əlaqədardır. Ona görə hamiləliyə
diabetogen faktor kimi baxılır.
Diabetin yüngül forması-acqarnına qanda şəkərin miqdarı 6,66 mmoll-
dən çox olmur, sidikdə keton cisimləri olmur.
Orta dərəcə-qanda şəkər 12,21mmoll dən çox olmur, sidikdə keton
cisimləri olmur və ya az olur.
Ağır dərəcə-qanda şəkər 12,21 mmoll-dən çox olur. Sidikdə keton
cisimləri artır.
Diabetin ilkin əlamətləri : ağızda quruluq, yanğı hissi, poliuriya(sidik
ifrazının artması), iştahanın artması ilə yanaşı arıqlama, ümumi zəiflik,
dəri qaşınması.
Şəkərli diabet bütün hamilələrdə eyni cür olmur. Diabetin klinik
dəyişiklikləri 3 mərhələdə olur.
Birinci mərhələ-hamiləliyin 10 həftəliyindən başlayır və 2-3 ay davam
edir. Bu mərhələ qlükozaya qarşı tolerantlığın artması, insulinin xaric
olmasının stimulyasiyası ilə xarakterizə olunur.
İkinci mərələ-hamiləliyin 24-48 həftəliyində baş verir. Qlükozaya qarşı
tolerantlıq azalır. Diabetik şikayətlər artır, qlükozuriya, ketoasidoz
yaranır.
Üçüncü mərhələ-bu mərhələdə baş verən dəyişikliklər doğuş və ya
doğuşdan sonrakı dəyişikliklərlə əlaqəli olur. Doğuş zamanı metabolik
asidoz yarana bilər. Doğuşdan sonra qlükozaya qarşı tolerantlıq artır.
Laktasiya dövründə insulinə tələbat hamiləliyə nisbətən aşağı olur.
Diabetin gedişatına böyrəklərdə baş verən dəyişikliklər, xüsusən
böyrəklərdə şəkərin reabsorbsiyasının azalması təsir göstərir. Bu
dəyişikliklər hamiləliyin 4-5 aylığında baş verir. Hamiləliklə diabetik
nefropatiyanın birgə rast gəlinməsi gecikmiş toksikozun inkişafına
səbəb olur.
Şəkərli diabetin tez-tez rast gəlinən ağırlaşmaları: hamiləliyin
vaxtından əvvəl pozulması, gecikmiş toksikozlar, dölyanı mayenin
artması, sidik-ifrazat yollarının iltihabı. Hamiləliyin vaxtından əvvəl
pozulmasına 20-27-ci həftəlikdə, toksikozlara isə hamiləliyin 30-cu
həftəliyində rast gəlinir. Bu zaman hipertoniya və ödemlər inkişaf edir.
Şəkərli diabetin doğuşa təsiri:
Doğuşun çətinləşməsi dölün iri olması ilə əlaqədardır. Bu zaman doğuş
gücü zəifləyir, dölyanı maye vaxtında xaric olmur, döldə hipoksiya, ananın
və körpənin doğuş zamanı travmaya məruz qalması müşahidə olunur.
Diabeti olan hamilələrdə keysəriyyə əməliyyatına göstəriş:
-şəkərli diabetin ağırlaşması
-dölün çanaq gəlişi
-iri döl
-döldə hipoksiyanın artması
Doğuşdan sonrakı dövrün ağırlaşmaları
-qanaxma
-infeksion xəstəliklərin inkişafı
-dəridə olan yaraların geç sağalması
Dibetli qadının dünyaya gətirdiyi uşaqlara doğuşdan sonra reanimasion
tədbirlər görülür. Belə uşaqlarda diabetik fetopatiya əlamətləri müşahidə
olunur.
-artıq çəki
-üzün şişməsi
-qısa boyun
-pastozluq
-hipertrixoz
-kardiomiopatiya
-hepatomeqaliya
-splenomeqaliya
Bu cür uşaqlara xüsusi nəzarət olunur. Həkimlər xüsusən tənəffüs
çatmamazlığı, hipoqlikemiya, asidoz və mərkəzi sinir sisteminin
zədələnmələri ilə mübarizə aparırlar.

More Related Content

What's hot

графічні зображення в текстовому документі та їхні властивості (1)
графічні зображення в текстовому документі та їхні властивості (1)графічні зображення в текстовому документі та їхні властивості (1)
графічні зображення в текстовому документі та їхні властивості (1)
Марина Стешенко
 
103 екологічні основи проектування
103 екологічні основи проектування103 екологічні основи проектування
103 екологічні основи проектування
Yegor Shulyk
 
Тератогенні фактори. Фетальні синдроми.
Тератогенні фактори. Фетальні синдроми.Тератогенні фактори. Фетальні синдроми.
Тератогенні фактори. Фетальні синдроми.
Наталия Ярема
 
Багатоплідна вагітність
Багатоплідна вагітністьБагатоплідна вагітність
Багатоплідна вагітність
ISIDA
 
Тем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptx
Тем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptxТем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptx
Тем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptx
Сергей Николаевич
 

What's hot (20)

графічні зображення в текстовому документі та їхні властивості (1)
графічні зображення в текстовому документі та їхні властивості (1)графічні зображення в текстовому документі та їхні властивості (1)
графічні зображення в текстовому документі та їхні властивості (1)
 
103 екологічні основи проектування
103 екологічні основи проектування103 екологічні основи проектування
103 екологічні основи проектування
 
Yenidoğulmuşun Fiziologiyası
Yenidoğulmuşun FiziologiyasıYenidoğulmuşun Fiziologiyası
Yenidoğulmuşun Fiziologiyası
 
Тератогенні фактори. Фетальні синдроми.
Тератогенні фактори. Фетальні синдроми.Тератогенні фактори. Фетальні синдроми.
Тератогенні фактори. Фетальні синдроми.
 
Yumurtalığın apopleksiyası
Yumurtalığın   apopleksiyasıYumurtalığın   apopleksiyası
Yumurtalığın apopleksiyası
 
Багатоплідна вагітність
Багатоплідна вагітністьБагатоплідна вагітність
Багатоплідна вагітність
 
Хвойні рослини 3 клас презентація
Хвойні рослини 3 клас презентаціяХвойні рослини 3 клас презентація
Хвойні рослини 3 клас презентація
 
Загадки; 5 клас
Загадки; 5 класЗагадки; 5 клас
Загадки; 5 клас
 
Особливості багатоплідної вагітності
Особливості багатоплідної вагітностіОсобливості багатоплідної вагітності
Особливості багатоплідної вагітності
 
Тем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptx
Тем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptxТем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptx
Тем №6-7 Аускультація легень. Основні синдроми при патології легень.pptx
 
Календарне планування з української мови для 7 кл.
Календарне планування з української мови для 7 кл.Календарне планування з української мови для 7 кл.
Календарне планування з української мови для 7 кл.
 
1
11
1
 
Ląstelės sandara
Ląstelės sandara Ląstelės sandara
Ląstelės sandara
 
Pologi
PologiPologi
Pologi
 
Слова з літерою ґ
Слова з літерою ґСлова з літерою ґ
Слова з літерою ґ
 
МНП з української літератури 5-6 кл. (авт. Архипова В.П.та ін.)
МНП з української літератури 5-6 кл. (авт. Архипова В.П.та ін.)МНП з української літератури 5-6 кл. (авт. Архипова В.П.та ін.)
МНП з української літератури 5-6 кл. (авт. Архипова В.П.та ін.)
 
І.Ходзицька. Про підручник для 6 класу «Трудове навчання» (для дівчат)
І.Ходзицька. Про підручник для 6 класу «Трудове навчання» (для дівчат)І.Ходзицька. Про підручник для 6 класу «Трудове навчання» (для дівчат)
І.Ходзицька. Про підручник для 6 класу «Трудове навчання» (для дівчат)
 
Genel emb drerdinc
Genel emb drerdincGenel emb drerdinc
Genel emb drerdinc
 
Орієнтовні теми для «Щоденника вражень»
Орієнтовні теми для «Щоденника вражень»Орієнтовні теми для «Щоденника вражень»
Орієнтовні теми для «Щоденника вражень»
 
Deformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozDeformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartroz
 

Viewers also liked

Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
ClCN7
 
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangitÖd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
ClCN7
 

Viewers also liked (20)

Mədə və onikibarmaq bağırsaq xoraları
Mədə və onikibarmaq bağırsaq xoralarıMədə və onikibarmaq bağırsaq xoraları
Mədə və onikibarmaq bağırsaq xoraları
 
Layella sindromu
Layella sindromuLayella sindromu
Layella sindromu
 
Enterobiozun immun sistemə təsiri
Enterobiozun immun sistemə təsiriEnterobiozun immun sistemə təsiri
Enterobiozun immun sistemə təsiri
 
Hidrotoraks2
Hidrotoraks2Hidrotoraks2
Hidrotoraks2
 
Stevens conson sindromu
Stevens conson sindromuStevens conson sindromu
Stevens conson sindromu
 
Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsi
 
Neyroendokrin patologiya
Neyroendokrin patologiyaNeyroendokrin patologiya
Neyroendokrin patologiya
 
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə   baxma, aparılma qa...
Qaraciyər və öd yolları xəstəliklərində obyektiv müayinə baxma, aparılma qa...
 
Qaraciyər hidatidoz exinokokk xəstəliyi
Qaraciyər hidatidoz exinokokk xəstəliyiQaraciyər hidatidoz exinokokk xəstəliyi
Qaraciyər hidatidoz exinokokk xəstəliyi
 
şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabet
 
Vaxtından qabaq doğuş və vaxtı ötmüş hamiləlik
Vaxtından qabaq doğuş və vaxtı ötmüş hamiləlikVaxtından qabaq doğuş və vaxtı ötmüş hamiləlik
Vaxtından qabaq doğuş və vaxtı ötmüş hamiləlik
 
Uşaqlarda qarışıq və süni qidalanmanın prinsipləri.doyuzdurma qaydaları
Uşaqlarda qarışıq və süni qidalanmanın prinsipləri.doyuzdurma qaydalarıUşaqlarda qarışıq və süni qidalanmanın prinsipləri.doyuzdurma qaydaları
Uşaqlarda qarışıq və süni qidalanmanın prinsipləri.doyuzdurma qaydaları
 
Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsi
 
Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiBəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi
 
Süd vəzi xərçəngi
Süd vəzi xərçəngiSüd vəzi xərçəngi
Süd vəzi xərçəngi
 
Cutis laxa xəstəliyi
Cutis laxa xəstəliyiCutis laxa xəstəliyi
Cutis laxa xəstəliyi
 
Sitokin populyasiyasının xarakteristikası
Sitokin populyasiyasının xarakteristikasıSitokin populyasiyasının xarakteristikası
Sitokin populyasiyasının xarakteristikası
 
Xroniki aclıq zamanı immunitet
Xroniki aclıq zamanı immunitetXroniki aclıq zamanı immunitet
Xroniki aclıq zamanı immunitet
 
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangitÖd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
 
Vərəmin patoloji anatomiyası
Vərəmin patoloji anatomiyasıVərəmin patoloji anatomiyası
Vərəmin patoloji anatomiyası
 

Similar to Ekstragenital və yanaşı ginekoloji xəstəliklər

Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları
ClCN7
 
ekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptx
ekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptxekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptx
ekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptx
TorulMmmdzad
 
VİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjd
VİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjdVİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjd
VİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjd
w7t4bztj2q
 

Similar to Ekstragenital və yanaşı ginekoloji xəstəliklər (14)

Simptomatik hipertenziya
Simptomatik hipertenziyaSimptomatik hipertenziya
Simptomatik hipertenziya
 
Hipertoniya xəstəliyi
Hipertoniya xəstəliyiHipertoniya xəstəliyi
Hipertoniya xəstəliyi
 
postreanimasion xəstəlik.hg.pptx
postreanimasion xəstəlik.hg.pptxpostreanimasion xəstəlik.hg.pptx
postreanimasion xəstəlik.hg.pptx
 
Arterial hipertoniya
Arterial hipertoniyaArterial hipertoniya
Arterial hipertoniya
 
Hellp sindromu
Hellp sindromuHellp sindromu
Hellp sindromu
 
Pielonefrit
PielonefritPielonefrit
Pielonefrit
 
Bronxial astma.pptx
Bronxial astma.pptxBronxial astma.pptx
Bronxial astma.pptx
 
Metabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesityMetabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesity
 
Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları
 
ekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptx
ekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptxekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptx
ekq t-disi togrul 4bbbbbbbbbbbbbbbb.pptx
 
VİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjd
VİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjdVİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjd
VİRUS-HEPATİTİ-AE.pptxndndndnenndnjdjdjdjd
 
Arteri̇al hi̇pertenzi̇ya
Arteri̇al hi̇pertenzi̇yaArteri̇al hi̇pertenzi̇ya
Arteri̇al hi̇pertenzi̇ya
 
Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktı
 
Qti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıQti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyaları
 

More from ClCN7

Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
ClCN7
 

More from ClCN7 (17)

Dölün qeyri düzgün vəziyyətləri
Dölün qeyri düzgün vəziyyətləriDölün qeyri düzgün vəziyyətləri
Dölün qeyri düzgün vəziyyətləri
 
Kəmərləyici dəmrov (herpes zoster )
Kəmərləyici dəmrov (herpes zoster )Kəmərləyici dəmrov (herpes zoster )
Kəmərləyici dəmrov (herpes zoster )
 
Somnambulizm ( lunatizm )
Somnambulizm ( lunatizm )Somnambulizm ( lunatizm )
Somnambulizm ( lunatizm )
 
Artiq çəki̇ və pi̇ylənmə
Artiq çəki̇ və pi̇ylənməArtiq çəki̇ və pi̇ylənmə
Artiq çəki̇ və pi̇ylənmə
 
Baş beynin angioqrafiyasi
Baş beynin angioqrafiyasiBaş beynin angioqrafiyasi
Baş beynin angioqrafiyasi
 
Miokardit
Miokardit Miokardit
Miokardit
 
Embriogenez
EmbriogenezEmbriogenez
Embriogenez
 
Dalaq Xestelikleri
Dalaq XestelikleriDalaq Xestelikleri
Dalaq Xestelikleri
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Upload
UploadUpload
Upload
 
SEPSİS, SEPTİK ŞOK
SEPSİS, SEPTİK ŞOKSEPSİS, SEPTİK ŞOK
SEPSİS, SEPTİK ŞOK
 
Burun boşluğu xəstəlikləri. Burun qanaxmaları
Burun boşluğu xəstəlikləri. Burun qanaxmalarıBurun boşluğu xəstəlikləri. Burun qanaxmaları
Burun boşluğu xəstəlikləri. Burun qanaxmaları
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığı
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
 
Vaxtından qabaq doğuş
Vaxtından qabaq doğuşVaxtından qabaq doğuş
Vaxtından qabaq doğuş
 
Timomanın səbəbləri və diaqnostikası
Timomanın səbəbləri və diaqnostikasıTimomanın səbəbləri və diaqnostikası
Timomanın səbəbləri və diaqnostikası
 

Ekstragenital və yanaşı ginekoloji xəstəliklər

  • 1.
  • 2. Ekstragenital və yanaşı ginekoloji xəstəliklər hamiləlik və doğuşun gedişinə, perinatal göstəricilərə təsir göstərə bilər.Öz növbəsində hamiləlik və doğuş əsas xəstəliyin gedişini ağırlaşdıra bilər.Onlardan bəziləri hamiləliyin davam etdirilməsinə əksgöstərişdir.
  • 3. Hamiləlik və ürək-damar sistemi xəstəlikləri Hamilələrdə somatik patologiyalar arasında ürək-damar sistemi xəstəlikləri əsas yerlərdən tutur.Daxili üzvlərin xəstəliklərinin yarıdan çoxu onların payına düşür.Ən çox anadangəlmə və qazanılma ürək qüsurları, hipertoniya xəstəliyinə təsadüf olunur. Ekstragenital patologiyalar arasında ana ölümünün əsas səbəbi ürək qüsurlarıdır.
  • 4. Hamiləlik zamanı qadının ürək-damar sisteminin üzərinə düşən yük artır. Hamilələr də xüsusən də hamiləliyin III üçaylığında daha qabarıq nəzərə çarpan fizioloji taxikardiya müşahidə olunur. Eyni zamanda: - ürəyin vurğu və dəqiqəlik həcmi artır - hamiləliyin 28-30 həftəliyində ürəyin sistolik həcmi 30%-ə qədər artır - qanın həcmi yüksəlir - periferik damarların müqavimətinin və qanın özlülüyünün azalması müşahidə olunur - hamiləliyin müddəti artdıqca ananın və dölün oksigenə tələbatı artırır; buna görə, ürək fəaliyyətində hiperfunksiya baş verir.
  • 5. Qazanılmış ürək qüsurları və hamiləlik Qazanılmış ürək qüsurlarına hamilələrin 6-8% də təsadüf edilir. Çox vaxt onlar revmatik mənşəli olurlar. Revmatizm birləşdirici toxumanın sistem xəstəliklərindən olub əsasən proses qan dövranı orqanlarında lokallaşır.
  • 6. Qazanılmış ürək qüsurları olan qadınlarda qan dövranı çatışmazlığı hamiləliyin 2-ci üçaylığının sonunda, doğuş zamanı və zahıllıq dövrünün ilk 2 həftəsi ərzində kəskinləşə bildiyi üçün bu dövrlər kritik sayılır.
  • 7. Qan dövranı çatışmazlığı yalnız ürək qüsurunun xüsusiyyətindən deyil, həm də patoloji prosesin davametmə müddətindən asılıdır. Ürək fəaliyyətinin dekompensasiyasına səbəb olan faktorlar aşağıdakılardır: • qadının qeyri rasional həyat tərzi • gecikmiş hestoz • revmatik prosesin aktivləşməsi • xronik infeksiya mənbələrinin kəskinləşməsi • kəskin infeksion xəstəliklər • hamiləlik vaxtı mama-ginekoloq və terapeft kardioloq tərəfindən müntəzəm nəzarətin olması. • kifayət qədər ağrısızlaşdırma olmaması və doğuşun düzgün aparılmaması
  • 8. Ürəyin revmatik qüsurları zamanı hamiləliyin və doğuşun gedişinin xüsusiyyətləri Qazanılma ürək qüsurları zamanı hamiləliyin və doğuşun nəticələrini proqnozlaşdırarkən aşağıdakı amillər nəzərə alınmalıdır: revmatik prosesin aktivliyi qüsurun forması və inkişaf mərhələsi qan dövranının kompensasiya və ya dekompensasiyası ağciyər hipertenziyasının dərəcəsi ürək ritminin pozulma dərəcəsi mamalıq patologiyasının qoşulması
  • 9. Qazanılma ürək qüsurlarının diaqnostikası Revmatik prosesin aktivlik dərəcəsi 1972 ci ildə Nesterov tərəfindən təklif edilmiş təsnifatda əksini tapmışdır. 1ci dərəcə - minimal dərəcə, klinik və laborator dəyişikliklər zəif nəzərə çarpır. 2ci dərəcə - klinik əlamətlər nisbətən qabarıq olub revmatik prosesin vaxtaşırı kəskinləşməsi ilə müşayət olunur. Laborotor dəyişikliklər ciddi xarakter daşımır. 3cü dərəcə - maximal dərəcədir. Aydın nəzərə çarpan yerlı və ümumi klinik əlamətlərlə və laborator dəyişikliklərlə xarakterizə olunur.
  • 10. Xronik ürək çatışmazlığını qiymətləndirmək üçün Strajesko və Vasilenko təsnifatından istifadə olunur. 1ci mərhələ - qan dövranının pozulması əlamətləri yalnız fiziki yükdən sonra meydana çıxır. 2ci A mərhələ - təngnəfəslik və ürəkdöyünmə daimi olur və ya çox yüngül yükdən sonra meydana çıxır. Ürəkdə miogen dilatasiya simptomları aşkarlanır. Sol mədəcik çatışmazlığı zamanı kiçik qan dövranında, sağ mədəcik çatışmazlığında isə qaraciyərdə durğunluq əlamətləri qeyd olunur. 2ci B mərhələ - durğunluq əlamətləri həm kiçik həm də böyük qan dövranında müşahidə edilir. 3cü mərhələdə daxili orqanlarda geri dönməyən dəyişikliklər aşkarlanır.
  • 11. Qazanılmış ürək qüsurları olan qadınlarda Kesar kəsiyi əməliyyatına göstəriş ciddi məhdudlaşdırılır. Kesar kəsiyinə göstərişlər: aktiv revmatik proses olduqda aktiv medikamentoz müalicənin effekti olmayan aydın nəzərə çarpan sol mədəcik çatışmazlığı olan ürək qüsuru zamanı ürək qüsurları cərrahi müdaxilə tələb edən mamalıq patologiyaları ilə müştərək olduqda
  • 12. Hamiləlik və anadangəlmə ürək qüsurları Anadangəlmə ürək qüsurlarının 50-yə yaxın forması vardır. Onlardan reproduktiv yaş həddinə 15-ə yaxın forması gəlib çata bilir. Ən çox təsadüf olunan adandangəlmə ürək qüsurları aşağıdakılardır: qanın sol kameralardan sağ kameralara keçməsi ilə müşayiət olunan ürək qüsurları: Qulaqcıqlararası arakəsmənin Mədəciklərarası arakəsmənin qüsuru qüsuru
  • 13. qanın sağdan sola keçməsi ilə müşayiət olunan anadangəlmə ürək qüsurları: Fallo tetradası Magistral damarların transpozisiyası
  • 14. qanın axmasına maneçilik törədən ürək qüsurları (ağciyər arteriyasının stenozu, aortal dəliyin senozu, aortanın koarktasiyası). Aorta koarktasiyası
  • 15. Hipertoniya xəstəliyi və hamiləlik Hamiləlik hipertoniyasını əvvəldən mövcud olan hipertoniya ilə qarışdırmayaq: Əvvəl mövcud olan hipertoniya zamanı hamiləlikdən əvvəl də xəstədə təzyiq yüksək olur və ya hamiləliyin 20 həftəsinə qədər təzyiqin yüksəlməsi müşahidə olunur. Bu zaman zahılıq dövründə ən az 42 gün yüksək təzyiq olur. Hestasion hipertenziya isə normal arterial təzyiqli qadında hamiləliyin 20 həftəsindən sonra təzyiqin 140/90 mm.c.süt. və daha artıq yüksəlməsidir.
  • 16. 3 ağırlıq dərəcəsi müşahidə olunur: 1-ci dərəcədə A/T 140/90-159/99 mm.c.süt. arasında ölçülür. Orqanlarda zəifləmə müşahidə olunmur. 2-ci dərəcədə A/T 160/100-179/109 mm.c.süt. arasında ölçülür. Bu zaman ürək-damar sistemi tərəfindən dəyişiklik (gərginlik,ağrı), baş- beyin tərəfindən (ağrı,başgicəllənmə), böyrəklər tərəfindən (proteinuriya) patologiyalar meydana çıxır. 3-cü dərəcədə A/T 180/100 mm.c.süt. və daha çox olur ki, bu zaman ürək damar çatmamazlığı, beyin qan dövranının pozulması, böyrək çatışmamazlığı kimi ciddi patologiyalar meydana çıxır.
  • 17. Hamiləlik zamanı arterial hipertoniyanın əmələ gəlmə səbəbləri: - Böyrək xəstəlikləri-pielonefrit, qlomerulonefrit, polikistoz, nefroskleroz və s. - Endokrin xəstəliklər-hiperkortisizm, İsenko-Kuşinq xəstəliyi, hipotireoz. - Psixo-neyrogen pozuntular və hipertoniya xəstəliyi. 12 həftəyə qədər hamilədə taktikanı müəyyən etmək lazımdır: 28-32 həftədə-müayinə, xəstəliyin müalicəsi, hamiləlik patologiyasının müalicəsi və profilaktikası aparılmalıdır. 35-36 həftədə doğuş taktikasının təyini.
  • 18. Hamilələrdə bel nahiyəsində ağrıların, qızdırma, üşütmə hallarının olması, sidiyə getmənin tezləşməsi, sidiyə getmədə göynətmə hissinin olması böyrək və sidik axarı xəstəliklərinə işarədir.
  • 19. Böyrəklər və sidik axarı xəstəliklərinin (pielonefrit, qlomerulonefrit, böyrək daşı xəstəliyi və s.) hamilə qadınlarda olması hamiləliyin, doğuşun, doğuşdan sonrakı dövrün gedişatına və dölün vəziyyətinə pis təsir edir. Belə ki, bu orqanların patalogiyaları həyati vacib funksiyaların fəaliyyətinə mənfi təsir göstərə bilər. Hamiləlik vaxtı böyrəklərin üzərinə düşən yük artır, səbəb təkcə ananın deyil, həmçinin, dölün mübadilə məhsullarının orqanizmdən xaric edilməsidir.
  • 20. Pielonefrit və hamiləlik Pielonefrit bakterial-iltihabi xəstəlik olub, böyrəyin kasa-ləyən sisteminin,interstitsial toxumanın zədələnməsi ilə müşayiət olunur.Hamiləlik zamanı inkişaf edərsə hestasion pielonefrit deyilir.
  • 21. Hestasion pielonefrit adətən hamiləliyin 22-28 həftəliyində və doğuşdan sonrakı dövrün II-V günləri baş verir.Çünki qanda kortikosteroidlərin və cinsi hormonların qatılığı II üçaylığın sonundan başlayaraq artır.Ona görədə pielonefriti olan qadınlarda bu dövrü kritik hesab etmək olar.
  • 22. Qlomerulonefrit infeksion-allergik xəstəlik olub, yumaqcıqların immunokompleks zədələnməsi ilə müşayiət edilir.Xəstəliyin törədicisi A qrupundn olan hemolitik streptokokkdur.Damaq badamcıqları infeksiyanın giriş qapısı hesab edilir.Kəskin və xroniki forması vardır.
  • 23. Gedişi klinik formasından asılıdır.Beləki, Nefrotik formada : -kəskin ödemlər -Proteinuriya -Hipoproteinemiya -Hiperxolesterinemiya Hipertonik formada isə sistolik və diastolik təzyiqin yüksəlməsi nəzərə çarpır, sidik sindromu o qədərdə qabarıq olmur. Qarışıq formada hər hansı bir əlamətin üstünlüyü iə bütün tipik simtomplar müşahidə edilri. Latent formada isə aparıcı simptom davamlı hematuriyanın olmasıdır.
  • 24. Sidik axarlarında, kasa-ləyən sistemində genəlmə və sidik durğunluğunun olması böyrəklərin infeksiyalaşmasına səbəb olur. Böyrək xəstəlikləri hamiləlik toksikozlarının inkişafına səbəb olur. Hamilələrin sidik sistemlərinin xəstəlikləri uşaqların sidik sisteminin inkişafına zədələyici təsir göstərə bilər. Böyrək xəstəliklərinin erkən hamiləlik dövründə diaqnostikası məqsədilə xüsusi müayinə üsulları keçirilir.
  • 25. Xəstəliyin erkən mərhələsində hamilə qadına vəziyyət terapiyası məsləhət görülür. Yəni qadın yataqda ayaqları hündür vəziyyətdə olmalı, sağlam böyrü üstə uzanmalı, çox vaxt sağ tərəfdə, ayaqlarını qarnına çəkməklə uzanmalıdır. Bu vəziyyətdə hamilə uşaqlığın vəziyyəti dəyişilir və sidik axarına təzyiq azalır.
  • 26. Törədicinin növü və antibiotiklərə həssaslığı yoxlanıldıqdan sonra antibakterial preparatlar təyin edilir. Bu zaman elə preparatlar təyin edilməlidir ki, onların dölə ziyanlı təsiri olmasın. Böyrək toxumasından tullantı məhsularının xaric olmasını yaxşılaşdırmaq üçün və antibakterial preparatların təsirini artırmaq üçün sidikqovucu və spazmolitiklər təyin olunur. Mütləq kompleks müalicədə sedativ preparatlar, vitaminlər və allergiya əleyhinə dərmanlar təyin edilməlidir.
  • 27. Hamiləlik və anemiya Hamilələr arasında anemiyaya çox təsadüf olunur. Azərbaycanda ümumi populyasiyada anemiya geniş yayılmışdır, o cümlədən hamilələr arasında da anemiyaya çox rast gəlinir. Müxtəlif ədəbiyyat məlumatlarına əsasən, hamilələr arasında anemiyanın rastgəlmə tezliyi 60-90%-dır ki, onların da 80-90%-i dəmirdefisitli anemiyanın payına düşür. Anemiya ola bilər ki, hamiləliyə qədər mövcud olsun və hamiləlik zamanı inkişaf etsin. Klinik praktikada anemiyanı belə fərqləndirməyin elə bir əhəmiyyəti yoxdur, çünki müalicə taktikası hər2 halda eyni olur.
  • 28. Etiologiya və patogenezi. Hamilələrdə anemiyanın səbəbi müxtəlif ola bilər: qidanın keyfiyyətsizliyi, qnaxma ilə müşayiət olunan doğuş və düşüklərin sayının çox olması, uzunmüddətli laktasiya, qurd invaziyaları, mədə-bağırsaq traktının xronik xəstəlikləri anemiyanın inkişafı üçün yüksək risk təşkil edir. o cümlədən, hamiləliklə bağlı bir sıra faktorlar da – estrogenlərin səviyyəsinin yüksək olması, mədə-bağırsaq traktından qanyaranma üçün vacib olan dəmir, manqan, fosfor və digər mikroelementlərin sorulmasına maneçilik törədən erkən hestozlar anemiyanın inkişafı üçün şərait yaradır. Normada eritrositlər Anemiyada eritrositlər
  • 29. Hamilələrdə anemiyanın əsas səbələrindən biri proqressivləşən dəmir defisitidir. Çünki hamiləlik zamanı orqanizmin dəmirə tələbatı artır. Bunu orqanizmdə dövr edən qanın həcminin artması, uşaqlığın kütləsinin artması, fetoplasentar kompleksin yaanması ilə izah etmək olar.
  • 30. Diaqnostika Anemiyanın 3 dərəcəsi aşkar edilir: I – yüngül dərəcə (Hb 110-91 q/l), II – orta ağır (Hb 90-71 q/l), III – ağır (Hb 70 q/l-dən aşağı). Xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirmək üçün hemoqlobinlə yanaşı, hematokrit zərdab dəmirinin səviyyəsinin ( normada 12,5-32 mkmol/l ), zərdabın ümumi və latent dəmirbirləşdirmə qabiliyyətinin, transferrinin dəmirlə doyma əmsalının (normada 30-50%) təyin edilməsinin mühüm əhəmiyyəti vardır. Orqanizmdə dəmir ehtiyyatlarını ferritinin səviyyəsinə əsasən müəyyənləşdirirlər. Dəmirdefisitli anemiyanın əsas səciyyəvi xüsusiyyətləri hipoxromiya və eritrositlərin mikositozunun aşkarlanmasıdır.
  • 31. Hamiləlik və şəkərli diabet Son dövrlərdə şəkərli diabeti olan hamilələrin sayının artması müşahidə olunur. Şəkərli diabeti olan qadınlarda hamiləlik və doğuş prosesi müxtəlif patalogiyalarla özünü biruzə verir. Şəkərli diabet və hamiləlik problemi akuşerlərin, ginekoloqların, endokrinoloqların, neonatoloqların diqqət mərkəzindədir. Klinik praktikada şəkərli diabetin 3 növü müəyyən olunmuşdur: I-ci tip-insulindən asılı II-ci tip -insulindən asılı olmayan III-cü tip -hestasion diabet (hamiləliyin 28-ci həftəsindən sonra inkişaf edir və hamiləlikdən sonra keçir.)
  • 32. Hamilələrdə karbohidrat mübadiləsi inkişafda olan dölün qlükozaya olan tələbatı ilə əlaqədar dəyişilir. Karbohidrat mübadiləsində yaranan dəyişikliklər plasentar hormonlar: plasentar laktogen, estrogen, progesteron, kortikosteroidlər ilə əlaqədardır. Ona görə hamiləliyə diabetogen faktor kimi baxılır. Diabetin yüngül forması-acqarnına qanda şəkərin miqdarı 6,66 mmoll- dən çox olmur, sidikdə keton cisimləri olmur. Orta dərəcə-qanda şəkər 12,21mmoll dən çox olmur, sidikdə keton cisimləri olmur və ya az olur. Ağır dərəcə-qanda şəkər 12,21 mmoll-dən çox olur. Sidikdə keton cisimləri artır.
  • 33. Diabetin ilkin əlamətləri : ağızda quruluq, yanğı hissi, poliuriya(sidik ifrazının artması), iştahanın artması ilə yanaşı arıqlama, ümumi zəiflik, dəri qaşınması. Şəkərli diabet bütün hamilələrdə eyni cür olmur. Diabetin klinik dəyişiklikləri 3 mərhələdə olur. Birinci mərhələ-hamiləliyin 10 həftəliyindən başlayır və 2-3 ay davam edir. Bu mərhələ qlükozaya qarşı tolerantlığın artması, insulinin xaric olmasının stimulyasiyası ilə xarakterizə olunur.
  • 34. İkinci mərələ-hamiləliyin 24-48 həftəliyində baş verir. Qlükozaya qarşı tolerantlıq azalır. Diabetik şikayətlər artır, qlükozuriya, ketoasidoz yaranır. Üçüncü mərhələ-bu mərhələdə baş verən dəyişikliklər doğuş və ya doğuşdan sonrakı dəyişikliklərlə əlaqəli olur. Doğuş zamanı metabolik asidoz yarana bilər. Doğuşdan sonra qlükozaya qarşı tolerantlıq artır. Laktasiya dövründə insulinə tələbat hamiləliyə nisbətən aşağı olur.
  • 35. Diabetin gedişatına böyrəklərdə baş verən dəyişikliklər, xüsusən böyrəklərdə şəkərin reabsorbsiyasının azalması təsir göstərir. Bu dəyişikliklər hamiləliyin 4-5 aylığında baş verir. Hamiləliklə diabetik nefropatiyanın birgə rast gəlinməsi gecikmiş toksikozun inkişafına səbəb olur.
  • 36. Şəkərli diabetin tez-tez rast gəlinən ağırlaşmaları: hamiləliyin vaxtından əvvəl pozulması, gecikmiş toksikozlar, dölyanı mayenin artması, sidik-ifrazat yollarının iltihabı. Hamiləliyin vaxtından əvvəl pozulmasına 20-27-ci həftəlikdə, toksikozlara isə hamiləliyin 30-cu həftəliyində rast gəlinir. Bu zaman hipertoniya və ödemlər inkişaf edir.
  • 37. Şəkərli diabetin doğuşa təsiri: Doğuşun çətinləşməsi dölün iri olması ilə əlaqədardır. Bu zaman doğuş gücü zəifləyir, dölyanı maye vaxtında xaric olmur, döldə hipoksiya, ananın və körpənin doğuş zamanı travmaya məruz qalması müşahidə olunur. Diabeti olan hamilələrdə keysəriyyə əməliyyatına göstəriş: -şəkərli diabetin ağırlaşması -dölün çanaq gəlişi -iri döl -döldə hipoksiyanın artması Doğuşdan sonrakı dövrün ağırlaşmaları -qanaxma -infeksion xəstəliklərin inkişafı -dəridə olan yaraların geç sağalması
  • 38. Dibetli qadının dünyaya gətirdiyi uşaqlara doğuşdan sonra reanimasion tədbirlər görülür. Belə uşaqlarda diabetik fetopatiya əlamətləri müşahidə olunur. -artıq çəki -üzün şişməsi -qısa boyun -pastozluq -hipertrixoz -kardiomiopatiya -hepatomeqaliya -splenomeqaliya Bu cür uşaqlara xüsusi nəzarət olunur. Həkimlər xüsusən tənəffüs çatmamazlığı, hipoqlikemiya, asidoz və mərkəzi sinir sisteminin zədələnmələri ilə mübarizə aparırlar.