SlideShare a Scribd company logo
1 of 25
QIDA TOKSIKI INFEKSIYALAR
ABBASƏLİZADƏ XƏYALƏ 74 A
Qida toksikoinfeksiyalarının şərti patogen
bakteriyalar və onların toksinləri tərəfindən
törədildiyi haqda çoxsaylı məlumatlar
mövcuddur. Bu məlumatlar nəticəsində məlum
olmuşdur ki, digər infeksiyalardan fərqli olaraq
QTİ-nin baş verməsi üçün qida məhsullarında
bakteriyaların toplanması ilə yanaşı əsas yeri
onların ifraz etdikləri ekzotoksinlərin toplnaması
tutur.
ETİOLOGİYASI
QTİ-nin törədicilərinə insan orqanizmindən kənarda
ekzotoksin ifraz edən bir çox şərti patogen bakteriyalar aiddir.
Ekzotoksinlərdən mədə və bağırsaq boşluğuna maye və
mineralların ifrazını gücləndirən enterotoksinləri və hüceyrə
membranlarının zədələnməsinə , onlarda zülal mübadiləsinin
pozulmasına səbəb olan sitotoksinləri göstərmək olar.
QTİ-nin tez-tez rast gəlinən, enterotoksinlər ifraz edən
törədicilərindən Cl.perfiringes, Proteus vulqaris, Proteus
mirabilis, Bacillus cereus kimi bakteriyaları göstərmək olar. Bu
və ya digər ştamları enterotoksin ifraz edən digər QTİ
törədicilərini- Klebsiella, Enterobakter, Citrobakter, Cerratia,
Pseudomonas, Aeromonos, Edwardsiella və s. də qeyd etmək
lazımdır. Xəstəlik yalnız toksin ifraz edən ştamlar tərəfindən
törədilir.
EPİDEMİOLOGİYASI
QTİ-nin törədiciləri təbiətdə
geniş yayılmışdır və hər yerdə
rast gəlinir. Adətən infeksiya
mənbəyini müəyyənləşdirmək
olmur. Lakin bəzi hallarda,
məsələn, stafilokokk etiologiyalı
QTİ-da dərisində müxtəlif irinli
xəstəliklər, angina, rinofarinfit,
farinqobronxit, pnevmoniya və
digər xəstəliyi olanlar infeksiya
mənbəyi ola bilərlər.
• Digər törədicilər (Cl.perfiringes,
B.cereus, Pr.vulqaris,mirabilis)
insanların və heyvanların
ifrazatları ilə xarici mühitə
yayılırlar. Yoluxma yolları fekal-
oraldır və alimentar yolla olur.
Stafilokok intoksikasiyası çox vaxt
infeksiyalaşmış süd məhsulları,
şirniyyatlar, ət, balıq, tərəvəz
məhsulları ilə yoluxurlar.Protey və
klostridilər zülali ərzaqlarda,
əsasən onların konservlərində
geniş yayılmışlar. Bacillus isə elə
də tələbkar olmayıb müxtəlif qida
məhsullarında sürətlə çoxalırlar.
PATOGENEZİ
QTİ-nin patogenezi və kliniki şəkli əsasən
törədicinin növündən, ekzotoksinin
miqdarından və qidada ola biləcək digər
bakterial mənşəli toksiki faktorlardan asılıdır.
Enterotoksinlərin təsirindən mədə-bağırsaq
epitel hüceyrələrinin ferment sistemində
dəyişikliklər baş verir. Bu zaman morfoloji
dəyişikliklər baş vermir. Belə ki, enterotoksinlər
adenilatsiklaza və quanilatsiklaza fermentlərini
fəallaşdırır, selikli qişa hüceyrələrində bioloji
fəal maddələr olan tsiklik AMF və QMF
turşularının əmələ gəlməsi sürətlənir.
Toksinlərin təsirindən prostoqlandinlərin,
histaminlərin, bağırsaq hormonlarının və digər
bioloji fəal maddələrin əmələ gəlməsi də artır.
Bütün bunlar mədə -bağırsaq boşluqlarına maye
və elektrolitlərin ifrazını artırır. Qusma, ishal
baş verir.
Sitokinlərin təsirindən epitel hüceyrələrinin membranı zədələnir və
onlarda zülal sintezi pozulur. Bağırsaq selikli qişasının tamlığı
pozulur, bakteriyaların keçməsinə şərait yaranır. Yerli olaraq
mikrosirkulyasiyanın pozulmasına, selikli qişada iltihabi
dəyişikliklərə və intoksikasiyanın inkişafına səbəb olur.
PATALOJİ ANATOMİYASI
Nadir hallarda rast gəlinən ölüm
hadisələri zamanı mədə və nazik
bağırsaq selikli qişalarında
hiperemiya, bəzən isə epitelin qopması
qeyd edilir. Digər üzvlərdə müxtəlif
dərəcələrdən olan , intoksikasiya və
hemodinamik pozğunluqlar
nəticəsində inkişaf edən distrofik
dəyişikliklər aşkar edilir.
KLİNİKASI
Inkubasion dövr 30
dəq-dən 24 saata qədər,
çox vaxt 2-6 saat davam
edir. Xəstəlik kəskin
başlayır. Mədə
bulanması meydana
çıxır və tezliklə qusma
qoşulur. Qusma nadir
hallarda bir dəfə olur.
Çox vaxt təkrarlanır,
bəzən inadlı,
qarşısıalınmaz,
əzabverici, üzücü olur.
Qusma ilə demək olar
ki, eyni zamandaishal
da başlanır.
• Defekasiya tezləşir,
gündə 1 dəfədən 10-15
dəfəyə çata bilir. Nəcis
çox sulu, duru olub,
enteritik xarakter daşıyır.
Selik, qan olmur.
Xəstələrin bəzilərində
epi- və mezaqastrumda
tutmaşəkilli ağrılar olur.
• Qısa müddətli hərarət
yüksəlməsi də qeyd edilir.
Xəstələrdə mədə-bağırsaq
simptomları ilə yanaşı
intoksikasiya- üşütmə,
hərarətin yüksəlməsi, mülayim
baş ağrıları, zəiflik, halsızlıq
müşahidə edilir. Hərarətin
maksimuma-38-39° C-ə
çatması xəstəliyin ilk saatlarda
olur və 12-24 saatdan sonra
normaya enir.
• Obyektiv olaraq xəstənin rəngi
avazımış, bəzən sianozlaşmış,
ətraflarda soyuma qeyd edilir.
Dil bozumtul –ağ ərplə
örtülür. Qarın palpasiyada
yumşaq, epiqastral nahiyədə,
az hallarda göbəkətrafında
ağrılar olur.
• Ürək-damar sistemində
də dəyişikliklər
bradikardiya (qızdırma
olarsa taxikardiya),
hipotoniya qeyd olunur.
Tonlar karlaşır, zirvədə
sistolik küy eşidilir.
• Bəzi hallarda huşun itməsi,
qısamüddətli kollaptoidal
vəziyyət inkişaf edir. Dəfələrlə
təkrarlanan qusma və ishal
olarsa, dehidratasiya,
demielinizasiya və asidoz
əlamətləri meydana çıxır. Dəri
turqorunun enməsi, diurezin
azalması, ətraf əzələlərdə
qıcolmalar inkişaf edir.
• Bəzi xəstələrdə qaraciyər,
dalaq böyüyür.
Hemoqrammada neytrofilli
leykositoz, EÇS-in bir qədər
yüksəlməsi olur. Xəstəlik
əsasən 1-3 gün davam edir.
• Cl.perfiringes-in patogenezində ifraz etdiyi αvə β-toksinlər daha çox
əhəmiyyət kəsb edirlər. Selikli qişanı zədələyərək sorulma prosesi
pozur, qana keçərək daxili orqanlara yayılırlar, onların hüceyrə
mitoxondrilərini zədələyirlər. Damar divarını da zədələyib
hemorragik əlamətlərə sabəb olurlar. Qastrit, qastroenterit əlamətləri
üstün olan yüngül formayla yanaşı, nekrotik enterit, anaerob sepsisin
inkişafı olan ağır fomalar da olur. Əsasən göbəkətrafında ağrılar,
ümumi zəiflik olur. Defekasiya gündə 20 dəfəyədək artır. Düyü
həlimini xatırladır.qarında güclü ağrılar, mədə bulanması, qusma,
qanlı ishal qey edilir. Dehidratasiya, hipovolemik şokdan başqa,
KBÇ, İTŞ da inkişaf edə bilər.
• CL.difficile-nin törətdiyi xəstəlik-
psevdomembranoz kolit- ağır diareya,
hipovolemik şok, yoğun bağırsağın toksiki
genişlənməsi, kor bağırsağn perforasiyası,
trombohemorragik sindromlarla xarakterizə
olunur. Xəstəliyin başlağıcında aparıcı rolu A
toksini oynayır. Onun təsirindən bağırsaqda
qansızmalar və maye ifrazının artması baş verir. B
toksin isə sitopatik effektə malikdir. Toksinlərin
birgə təsiri hüceyrə membranın zədələnməsinə,
mikrosirkulyasiya və zülal sintezinin pozulmasına
səbəb olur. Çoxsulu, yaşıla çalan, kəskin çürüntü
iyi verən, qan qarışıq ishal yaranır. Qarında
şiddətli, tutmaşəkilli ağrılar olur.
• C tipindən olan klostridilər nekrotik enteritin törədiciləri
hesab olunurlar. Xəstəliyin inkişaf etməsində
qidalanmanın pis olması (zülal çatışmazlığı) və həzm
sistemi fermentləri fəallığının zəifləməsi müəyyən rol
oynayır. Xəstəlik qarında güclü tutmaşəkilli ağrılarla
başlayır. Mədə bulanması, qanlı ishal olur. İTŞ, peritonit
baş verə bilər. Letallıq 40 %-ə çatır.
• Ərzağa düşən proteylər sürətlə artıb
çoxalsalarda onların orqanaleptik
xüsusiyyətlərini dəyişmirlər. Zülalları
parçalamırlar. Ərzaqlarda orqanaleptik
dəyişikliklərin olması onlara proteylərlə birgə
digər sporlu çürümə bakteriyalarının da
düşməsini göstərir. Xəstəlik 2-24 saat davam
edən inkubasion dövrdən sonra kəskin başlanır.
Hərarət ağırlığından asılı olaraq normal,
subfebril vəya yüksək ola bilər. Ağrılar çox vaxt
epiqastral nahiyədə, bəzən isə qarına yayılmış
olur. Xəstədə mədə bulanması, təkrari
qusmalar, çoxlu, üfunətli, gündə 1-2 dəfəfən 10-
15 dəfəyədək olan ishal olur. Xəstələrin bir
qismində ishal ət suyunu xatırladır. Tenezmlər,
yalançı çağırışlar olmur. Dili nəm, ərpli olur,
qarın bir qədər köp, palpasiyada yumşaq olur.
Ağır hallarda kollaptoidal vəziyyət ola bilər.
Rəng avazıyır, sianoz, ətrafların soyuması, ürək
tonlarının karlaşması, nəbzin sapvari olması,
qan təzyiqinin düşməsi olur.
• Stafilokok mənşəli QTİ- enterotoksinlər ifraz edəbilən ştamlar tərəfindən törədilir.
Xəstəlik mənbəyi xəstə insan və heyvanlar hesab edilir. Ərzaq məhsullarının xarici
görünüşündə, iyində, dadında heç bir dəyişiklik olmur. Qızdırma, qaynatma
toksinlərin yüksək davamlılığına görə toksikoinfeksiyanın qarşısını almır.
Inkubasion dövr 30 dəq-dən 6 saatadək olur. Qarında tutmaşəkilli kəskin, kəsici
ağrılar olur. Tezliklə mədə bulanmsı, qusma qoşulur. Temperatur normal və ya
subfebril olur. Bəzən 38-39°C-dək arta bilər. Xəstəlik getdikcə artan zəiflik, rəngin
avazıması, ətrafların soyuması, qan təzyiqinin düşməsi xarakterikdir. Bununla
belə ağır gedişlərdə belə xəstəliyin ilk gününün axırlarında yaxşılaşma və sağalma
baş verir. Bəzən 2-3 gün müddətində yüngül zəiflik qalır.
AĞIRLAŞMALARI
QTİ-nin ağırlşmalarına nadir hallarda rast
gəlinir. Bununla belə dehidratasion şok,
elektrolit mübadiləsində olan
pozğunluqlarla (hipokalemiya) əlaqədar
kəskin ürək –damar çatışmazlığını
göatərmək olar. Digər ağırlaşmalar (septik
xarakterli, nekrotik enterit və s.) çox nadir
hallarda qeyd edilir və adətən xəsətnin
xəstəlikdən öncəki vəziyyəti ilə əlaqədar
olur.
DİAQNOZU
QTİ-nin diaqnostikasında klinik-epidemioloji
məlumatların mühim əhəmiyyəti vardır:
a) xəstəliyin kəskin başlanması və klinik əlamətlərin
içərisində qastrit və qastroenterit əlamətlərinin aparıcı
olması;
b) Bədən temperaturunun normal və ya subfebril olması,
yüksək temperaturun tək-tək, az xəstədə qeyd edilməsi
və qısa müddətli olması;
c) Inkubasion dövrün qısa olması və xəstələrin qısa
müddətdə, çox vaxt bir günə sağalması;
d) Qrup halında xəstələnmə və xəstələrin hamısının eyni
qidadan istifadə etməsi;
e) Xəstəliyin partlayış xarakteri daşıması, bir neçə saat
ərzində eyni qidadan istifadə edənlərin hamısının
xəstələnməsi kimi məlumatlar diqqətlə
araşdırılmalıdır.
Xəstəliyin laborator
diaqnostikasında bakterioloji
üsul əsas yer tutur. Pataloji
material kimi qusuntu kütləsi,
mədə yuyuntusu, nəcis, istifadə
olunmuş qida qalıqları
götürülür.
Cl.Difficile törətdiyi QTİ-da
instrumental müayinələrdən –
rektomanoskopiya və
fibromanoskopiyadan da
istifadə etmək olar. Belə ki,
RRS zamanı selikli qişanın
kövrəkliyi, tez zədələnməsi,
hiperemiyalı, ödemli olması
aşkar edilir. Selikli qişada
dənəvərlik, hemorragiyalar,
psevdomembranlar və
bağırsağın hərəki funksiyasının
yüksəlməsi qeyd edilir.
DİFFERENSİAL DİAQNOZU
QTİ-nin bir sıra kəskin bağırsaq infeksiyaları (vəba,
salmonelloz, dizenteriya, NAQ infeksiya, virus
diareyaları, botulizm vəs.), mədə-bağırsaq sisteminin
xroniki xəstəliklərinin kəskinləşməsi, qarın üzvlərinin
cərrahi xəstəlikləri (kəskin appendisit), ginekoloji
patologiyalar, MSS xəstəlikləri (menengit,
subaraxnoidal qansızma ), hipertonik krizlər,
miokardın infarktı, ağır metal duzları, fosfor üzvi
birləşmələri, zəhərli göbələklərlə və digər mənşəli qida
zəhərlənmələri ilə, eyni zamanda müxtəlif etiologiyalı
QTİ-nı bir-birindən də differensiasiya etmək lazım
gəlir.
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜRLƏR

More Related Content

What's hot

SüNonüüMid, AntonüüMid
SüNonüüMid, AntonüüMidSüNonüüMid, AntonüüMid
SüNonüüMid, AntonüüMid
EvelinAdler
 
Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena - Radica...
Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena -  Radica...Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena -  Radica...
Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena - Radica...
nasaskolatakmicenja1
 

What's hot (20)

Valjkasti crvi
Valjkasti crviValjkasti crvi
Valjkasti crvi
 
Cink PRESENTATION FOR VII GRADE PRIMARY SCHOOL
Cink PRESENTATION FOR VII GRADE PRIMARY SCHOOLCink PRESENTATION FOR VII GRADE PRIMARY SCHOOL
Cink PRESENTATION FOR VII GRADE PRIMARY SCHOOL
 
Тем №9 -10-11 Опитування, огляд, пульс. АТ,пальп_перкусія .pptx
Тем №9 -10-11 Опитування, огляд, пульс. АТ,пальп_перкусія .pptxТем №9 -10-11 Опитування, огляд, пульс. АТ,пальп_перкусія .pptx
Тем №9 -10-11 Опитування, огляд, пульс. АТ,пальп_перкусія .pptx
 
4. Dinamicka organizacija celije
4. Dinamicka organizacija celije4. Dinamicka organizacija celije
4. Dinamicka organizacija celije
 
Vee omadused
Vee omadusedVee omadused
Vee omadused
 
SüNonüüMid, AntonüüMid
SüNonüüMid, AntonüüMidSüNonüüMid, AntonüüMid
SüNonüüMid, AntonüüMid
 
65. 66.nastavna jedinica
65. 66.nastavna jedinica65. 66.nastavna jedinica
65. 66.nastavna jedinica
 
Člankoviti crvi
Člankoviti crviČlankoviti crvi
Člankoviti crvi
 
Uimastid 5.klassile
Uimastid 5.klassileUimastid 5.klassile
Uimastid 5.klassile
 
Hemodinamika
HemodinamikaHemodinamika
Hemodinamika
 
Ussid
UssidUssid
Ussid
 
сибірка
сибіркасибірка
сибірка
 
Sida - AIDS
Sida - AIDSSida - AIDS
Sida - AIDS
 
Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena - Radica...
Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena -  Radica...Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena -  Radica...
Biologija - Sistem za cirkulaciju telesnih tečnosti - Dulović Irena - Radica...
 
Dizenterija - Sofija Nikolic
Dizenterija - Sofija NikolicDizenterija - Sofija Nikolic
Dizenterija - Sofija Nikolic
 
Transpiracija
TranspiracijaTranspiracija
Transpiracija
 
Raznovrsnost skrivenosemenica
Raznovrsnost skrivenosemenicaRaznovrsnost skrivenosemenica
Raznovrsnost skrivenosemenica
 
Leksikologija i
Leksikologija iLeksikologija i
Leksikologija i
 
Raznovrsnost ptica
Raznovrsnost pticaRaznovrsnost ptica
Raznovrsnost ptica
 
Sistem organa za cirkulaciju: krv i limfa
Sistem organa za cirkulaciju: krv i limfaSistem organa za cirkulaciju: krv i limfa
Sistem organa za cirkulaciju: krv i limfa
 

Similar to Qti- qida toksikoinfeksiyaları

ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS
ClCN7
 
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
ClCN7
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
ClCN7
 
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangitÖd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
ClCN7
 
Angi̇na ( angi̇na phari̇ngi̇s )
Angi̇na ( angi̇na phari̇ngi̇s )Angi̇na ( angi̇na phari̇ngi̇s )
Angi̇na ( angi̇na phari̇ngi̇s )
ClCN7
 

Similar to Qti- qida toksikoinfeksiyaları (20)

Qyr spsfk xrl klt
Qyr spsfk xrl kltQyr spsfk xrl klt
Qyr spsfk xrl klt
 
ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS
 
Qastrit DXP
Qastrit  DXPQastrit  DXP
Qastrit DXP
 
Xroniki xolesistit
Xroniki xolesistitXroniki xolesistit
Xroniki xolesistit
 
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
 
şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabet
 
Mədə və onikibarmaq bağırsaq xoraları
Mədə və onikibarmaq bağırsaq xoralarıMədə və onikibarmaq bağırsaq xoraları
Mədə və onikibarmaq bağırsaq xoraları
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
Sekerli diabet ve verem
Sekerli diabet ve veremSekerli diabet ve verem
Sekerli diabet ve verem
 
Xroniki aclıq zamanı immunitet
Xroniki aclıq zamanı immunitetXroniki aclıq zamanı immunitet
Xroniki aclıq zamanı immunitet
 
Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsi
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
 
Boyrek xestelikleri
Boyrek xestelikleriBoyrek xestelikleri
Boyrek xestelikleri
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlik
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
 
kidney.pptx
kidney.pptxkidney.pptx
kidney.pptx
 
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangitÖd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
Öd daşı xəstəliyi.kəskin daşlı xolesistit.xroniki daşlı xolesistit.xolangit
 
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriZahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
 
Angi̇na ( angi̇na phari̇ngi̇s )
Angi̇na ( angi̇na phari̇ngi̇s )Angi̇na ( angi̇na phari̇ngi̇s )
Angi̇na ( angi̇na phari̇ngi̇s )
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığı
 

More from Parvana Talibova (8)

Anevrizma/ cərrahi xəstəliklər
Anevrizma/ cərrahi xəstəliklərAnevrizma/ cərrahi xəstəliklər
Anevrizma/ cərrahi xəstəliklər
 
Angina
AnginaAngina
Angina
 
Rezus konflikt
Rezus konfliktRezus konflikt
Rezus konflikt
 
Usaqliq cirilmasi
Usaqliq cirilmasiUsaqliq cirilmasi
Usaqliq cirilmasi
 
Miliar vərəm
Miliar vərəmMiliar vərəm
Miliar vərəm
 
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətləryeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
 
Pnevmoniya
PnevmoniyaPnevmoniya
Pnevmoniya
 
Capgras delusion\ Kapqra xəstəliyi
Capgras delusion\ Kapqra xəstəliyiCapgras delusion\ Kapqra xəstəliyi
Capgras delusion\ Kapqra xəstəliyi
 

Qti- qida toksikoinfeksiyaları

  • 2. Qida toksikoinfeksiyalarının şərti patogen bakteriyalar və onların toksinləri tərəfindən törədildiyi haqda çoxsaylı məlumatlar mövcuddur. Bu məlumatlar nəticəsində məlum olmuşdur ki, digər infeksiyalardan fərqli olaraq QTİ-nin baş verməsi üçün qida məhsullarında bakteriyaların toplanması ilə yanaşı əsas yeri onların ifraz etdikləri ekzotoksinlərin toplnaması tutur.
  • 3. ETİOLOGİYASI QTİ-nin törədicilərinə insan orqanizmindən kənarda ekzotoksin ifraz edən bir çox şərti patogen bakteriyalar aiddir. Ekzotoksinlərdən mədə və bağırsaq boşluğuna maye və mineralların ifrazını gücləndirən enterotoksinləri və hüceyrə membranlarının zədələnməsinə , onlarda zülal mübadiləsinin pozulmasına səbəb olan sitotoksinləri göstərmək olar. QTİ-nin tez-tez rast gəlinən, enterotoksinlər ifraz edən törədicilərindən Cl.perfiringes, Proteus vulqaris, Proteus mirabilis, Bacillus cereus kimi bakteriyaları göstərmək olar. Bu və ya digər ştamları enterotoksin ifraz edən digər QTİ törədicilərini- Klebsiella, Enterobakter, Citrobakter, Cerratia, Pseudomonas, Aeromonos, Edwardsiella və s. də qeyd etmək lazımdır. Xəstəlik yalnız toksin ifraz edən ştamlar tərəfindən törədilir.
  • 4. EPİDEMİOLOGİYASI QTİ-nin törədiciləri təbiətdə geniş yayılmışdır və hər yerdə rast gəlinir. Adətən infeksiya mənbəyini müəyyənləşdirmək olmur. Lakin bəzi hallarda, məsələn, stafilokokk etiologiyalı QTİ-da dərisində müxtəlif irinli xəstəliklər, angina, rinofarinfit, farinqobronxit, pnevmoniya və digər xəstəliyi olanlar infeksiya mənbəyi ola bilərlər.
  • 5. • Digər törədicilər (Cl.perfiringes, B.cereus, Pr.vulqaris,mirabilis) insanların və heyvanların ifrazatları ilə xarici mühitə yayılırlar. Yoluxma yolları fekal- oraldır və alimentar yolla olur. Stafilokok intoksikasiyası çox vaxt infeksiyalaşmış süd məhsulları, şirniyyatlar, ət, balıq, tərəvəz məhsulları ilə yoluxurlar.Protey və klostridilər zülali ərzaqlarda, əsasən onların konservlərində geniş yayılmışlar. Bacillus isə elə də tələbkar olmayıb müxtəlif qida məhsullarında sürətlə çoxalırlar.
  • 6. PATOGENEZİ QTİ-nin patogenezi və kliniki şəkli əsasən törədicinin növündən, ekzotoksinin miqdarından və qidada ola biləcək digər bakterial mənşəli toksiki faktorlardan asılıdır. Enterotoksinlərin təsirindən mədə-bağırsaq epitel hüceyrələrinin ferment sistemində dəyişikliklər baş verir. Bu zaman morfoloji dəyişikliklər baş vermir. Belə ki, enterotoksinlər adenilatsiklaza və quanilatsiklaza fermentlərini fəallaşdırır, selikli qişa hüceyrələrində bioloji fəal maddələr olan tsiklik AMF və QMF turşularının əmələ gəlməsi sürətlənir. Toksinlərin təsirindən prostoqlandinlərin, histaminlərin, bağırsaq hormonlarının və digər bioloji fəal maddələrin əmələ gəlməsi də artır. Bütün bunlar mədə -bağırsaq boşluqlarına maye və elektrolitlərin ifrazını artırır. Qusma, ishal baş verir.
  • 7. Sitokinlərin təsirindən epitel hüceyrələrinin membranı zədələnir və onlarda zülal sintezi pozulur. Bağırsaq selikli qişasının tamlığı pozulur, bakteriyaların keçməsinə şərait yaranır. Yerli olaraq mikrosirkulyasiyanın pozulmasına, selikli qişada iltihabi dəyişikliklərə və intoksikasiyanın inkişafına səbəb olur.
  • 8. PATALOJİ ANATOMİYASI Nadir hallarda rast gəlinən ölüm hadisələri zamanı mədə və nazik bağırsaq selikli qişalarında hiperemiya, bəzən isə epitelin qopması qeyd edilir. Digər üzvlərdə müxtəlif dərəcələrdən olan , intoksikasiya və hemodinamik pozğunluqlar nəticəsində inkişaf edən distrofik dəyişikliklər aşkar edilir.
  • 9. KLİNİKASI Inkubasion dövr 30 dəq-dən 24 saata qədər, çox vaxt 2-6 saat davam edir. Xəstəlik kəskin başlayır. Mədə bulanması meydana çıxır və tezliklə qusma qoşulur. Qusma nadir hallarda bir dəfə olur. Çox vaxt təkrarlanır, bəzən inadlı, qarşısıalınmaz, əzabverici, üzücü olur. Qusma ilə demək olar ki, eyni zamandaishal da başlanır.
  • 10. • Defekasiya tezləşir, gündə 1 dəfədən 10-15 dəfəyə çata bilir. Nəcis çox sulu, duru olub, enteritik xarakter daşıyır. Selik, qan olmur. Xəstələrin bəzilərində epi- və mezaqastrumda tutmaşəkilli ağrılar olur.
  • 11. • Qısa müddətli hərarət yüksəlməsi də qeyd edilir. Xəstələrdə mədə-bağırsaq simptomları ilə yanaşı intoksikasiya- üşütmə, hərarətin yüksəlməsi, mülayim baş ağrıları, zəiflik, halsızlıq müşahidə edilir. Hərarətin maksimuma-38-39° C-ə çatması xəstəliyin ilk saatlarda olur və 12-24 saatdan sonra normaya enir.
  • 12. • Obyektiv olaraq xəstənin rəngi avazımış, bəzən sianozlaşmış, ətraflarda soyuma qeyd edilir. Dil bozumtul –ağ ərplə örtülür. Qarın palpasiyada yumşaq, epiqastral nahiyədə, az hallarda göbəkətrafında ağrılar olur.
  • 13. • Ürək-damar sistemində də dəyişikliklər bradikardiya (qızdırma olarsa taxikardiya), hipotoniya qeyd olunur. Tonlar karlaşır, zirvədə sistolik küy eşidilir.
  • 14. • Bəzi hallarda huşun itməsi, qısamüddətli kollaptoidal vəziyyət inkişaf edir. Dəfələrlə təkrarlanan qusma və ishal olarsa, dehidratasiya, demielinizasiya və asidoz əlamətləri meydana çıxır. Dəri turqorunun enməsi, diurezin azalması, ətraf əzələlərdə qıcolmalar inkişaf edir.
  • 15. • Bəzi xəstələrdə qaraciyər, dalaq böyüyür. Hemoqrammada neytrofilli leykositoz, EÇS-in bir qədər yüksəlməsi olur. Xəstəlik əsasən 1-3 gün davam edir.
  • 16. • Cl.perfiringes-in patogenezində ifraz etdiyi αvə β-toksinlər daha çox əhəmiyyət kəsb edirlər. Selikli qişanı zədələyərək sorulma prosesi pozur, qana keçərək daxili orqanlara yayılırlar, onların hüceyrə mitoxondrilərini zədələyirlər. Damar divarını da zədələyib hemorragik əlamətlərə sabəb olurlar. Qastrit, qastroenterit əlamətləri üstün olan yüngül formayla yanaşı, nekrotik enterit, anaerob sepsisin inkişafı olan ağır fomalar da olur. Əsasən göbəkətrafında ağrılar, ümumi zəiflik olur. Defekasiya gündə 20 dəfəyədək artır. Düyü həlimini xatırladır.qarında güclü ağrılar, mədə bulanması, qusma, qanlı ishal qey edilir. Dehidratasiya, hipovolemik şokdan başqa, KBÇ, İTŞ da inkişaf edə bilər.
  • 17. • CL.difficile-nin törətdiyi xəstəlik- psevdomembranoz kolit- ağır diareya, hipovolemik şok, yoğun bağırsağın toksiki genişlənməsi, kor bağırsağn perforasiyası, trombohemorragik sindromlarla xarakterizə olunur. Xəstəliyin başlağıcında aparıcı rolu A toksini oynayır. Onun təsirindən bağırsaqda qansızmalar və maye ifrazının artması baş verir. B toksin isə sitopatik effektə malikdir. Toksinlərin birgə təsiri hüceyrə membranın zədələnməsinə, mikrosirkulyasiya və zülal sintezinin pozulmasına səbəb olur. Çoxsulu, yaşıla çalan, kəskin çürüntü iyi verən, qan qarışıq ishal yaranır. Qarında şiddətli, tutmaşəkilli ağrılar olur.
  • 18. • C tipindən olan klostridilər nekrotik enteritin törədiciləri hesab olunurlar. Xəstəliyin inkişaf etməsində qidalanmanın pis olması (zülal çatışmazlığı) və həzm sistemi fermentləri fəallığının zəifləməsi müəyyən rol oynayır. Xəstəlik qarında güclü tutmaşəkilli ağrılarla başlayır. Mədə bulanması, qanlı ishal olur. İTŞ, peritonit baş verə bilər. Letallıq 40 %-ə çatır.
  • 19. • Ərzağa düşən proteylər sürətlə artıb çoxalsalarda onların orqanaleptik xüsusiyyətlərini dəyişmirlər. Zülalları parçalamırlar. Ərzaqlarda orqanaleptik dəyişikliklərin olması onlara proteylərlə birgə digər sporlu çürümə bakteriyalarının da düşməsini göstərir. Xəstəlik 2-24 saat davam edən inkubasion dövrdən sonra kəskin başlanır. Hərarət ağırlığından asılı olaraq normal, subfebril vəya yüksək ola bilər. Ağrılar çox vaxt epiqastral nahiyədə, bəzən isə qarına yayılmış olur. Xəstədə mədə bulanması, təkrari qusmalar, çoxlu, üfunətli, gündə 1-2 dəfəfən 10- 15 dəfəyədək olan ishal olur. Xəstələrin bir qismində ishal ət suyunu xatırladır. Tenezmlər, yalançı çağırışlar olmur. Dili nəm, ərpli olur, qarın bir qədər köp, palpasiyada yumşaq olur. Ağır hallarda kollaptoidal vəziyyət ola bilər. Rəng avazıyır, sianoz, ətrafların soyuması, ürək tonlarının karlaşması, nəbzin sapvari olması, qan təzyiqinin düşməsi olur.
  • 20. • Stafilokok mənşəli QTİ- enterotoksinlər ifraz edəbilən ştamlar tərəfindən törədilir. Xəstəlik mənbəyi xəstə insan və heyvanlar hesab edilir. Ərzaq məhsullarının xarici görünüşündə, iyində, dadında heç bir dəyişiklik olmur. Qızdırma, qaynatma toksinlərin yüksək davamlılığına görə toksikoinfeksiyanın qarşısını almır. Inkubasion dövr 30 dəq-dən 6 saatadək olur. Qarında tutmaşəkilli kəskin, kəsici ağrılar olur. Tezliklə mədə bulanmsı, qusma qoşulur. Temperatur normal və ya subfebril olur. Bəzən 38-39°C-dək arta bilər. Xəstəlik getdikcə artan zəiflik, rəngin avazıması, ətrafların soyuması, qan təzyiqinin düşməsi xarakterikdir. Bununla belə ağır gedişlərdə belə xəstəliyin ilk gününün axırlarında yaxşılaşma və sağalma baş verir. Bəzən 2-3 gün müddətində yüngül zəiflik qalır.
  • 21. AĞIRLAŞMALARI QTİ-nin ağırlşmalarına nadir hallarda rast gəlinir. Bununla belə dehidratasion şok, elektrolit mübadiləsində olan pozğunluqlarla (hipokalemiya) əlaqədar kəskin ürək –damar çatışmazlığını göatərmək olar. Digər ağırlaşmalar (septik xarakterli, nekrotik enterit və s.) çox nadir hallarda qeyd edilir və adətən xəsətnin xəstəlikdən öncəki vəziyyəti ilə əlaqədar olur.
  • 22. DİAQNOZU QTİ-nin diaqnostikasında klinik-epidemioloji məlumatların mühim əhəmiyyəti vardır: a) xəstəliyin kəskin başlanması və klinik əlamətlərin içərisində qastrit və qastroenterit əlamətlərinin aparıcı olması; b) Bədən temperaturunun normal və ya subfebril olması, yüksək temperaturun tək-tək, az xəstədə qeyd edilməsi və qısa müddətli olması; c) Inkubasion dövrün qısa olması və xəstələrin qısa müddətdə, çox vaxt bir günə sağalması; d) Qrup halında xəstələnmə və xəstələrin hamısının eyni qidadan istifadə etməsi; e) Xəstəliyin partlayış xarakteri daşıması, bir neçə saat ərzində eyni qidadan istifadə edənlərin hamısının xəstələnməsi kimi məlumatlar diqqətlə araşdırılmalıdır.
  • 23. Xəstəliyin laborator diaqnostikasında bakterioloji üsul əsas yer tutur. Pataloji material kimi qusuntu kütləsi, mədə yuyuntusu, nəcis, istifadə olunmuş qida qalıqları götürülür. Cl.Difficile törətdiyi QTİ-da instrumental müayinələrdən – rektomanoskopiya və fibromanoskopiyadan da istifadə etmək olar. Belə ki, RRS zamanı selikli qişanın kövrəkliyi, tez zədələnməsi, hiperemiyalı, ödemli olması aşkar edilir. Selikli qişada dənəvərlik, hemorragiyalar, psevdomembranlar və bağırsağın hərəki funksiyasının yüksəlməsi qeyd edilir.
  • 24. DİFFERENSİAL DİAQNOZU QTİ-nin bir sıra kəskin bağırsaq infeksiyaları (vəba, salmonelloz, dizenteriya, NAQ infeksiya, virus diareyaları, botulizm vəs.), mədə-bağırsaq sisteminin xroniki xəstəliklərinin kəskinləşməsi, qarın üzvlərinin cərrahi xəstəlikləri (kəskin appendisit), ginekoloji patologiyalar, MSS xəstəlikləri (menengit, subaraxnoidal qansızma ), hipertonik krizlər, miokardın infarktı, ağır metal duzları, fosfor üzvi birləşmələri, zəhərli göbələklərlə və digər mənşəli qida zəhərlənmələri ilə, eyni zamanda müxtəlif etiologiyalı QTİ-nı bir-birindən də differensiasiya etmək lazım gəlir.