SlideShare a Scribd company logo
1 of 54
1
ÜMUMİ TƏHSİL KURİKULUMUNUN ƏSASLARI
(fənn üzrə imtahan sualları)
1. “Ümumi təhil kurikulumunun əsasları” fənninin xarakterikxüsusiyyətlərini
səciyyələndirin.
Xarakterik xüsusiyyətləri dedikdə bura fənnin əhəmiyyəti,məqsəd və vəzifələri,fənnin məzmunu,tədrisin
və təlimin təşkili və nailiyyətlərin qiymətləndirilməsi daxildir. Əhəmiyyətinə aşağıdakılar daxildir:
Təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinə dəstək vermək
Y alnız nəzəri baxımdan məlumatlı müəllimlər deyil,,həm də praktiki baxımdan səriştəli,yeni təlim
texnologiyalarından səmərəli istifadə edə bilən pedaqoji kadrlar hazırlamaq
Pedaqoji kadr hazırlığının keyfiyyətini təmin etməklə ümumi təhsilin keyfiyyətini yüksəltmək.
Kurikulum hazırlanarkən şagirdin imkanları, meyl və maraqları nəzərə alınır. Fənn üzrə təlimin
məzmunu-bilik, bacarıq və vərdişlər, təlim strategiyaları-təlimin prinsipləri, formaları, üsulları,
qiymətləndirmə mexanizmlərini əhatə edir.
-ümumi təhsil pillələri və bu pillələrdə tədris olunan fənlər arası əlaqələrin və ardıcıllığın təmin edilməsi;
-fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daimatəkmilləşdirilməsi və yenilənməsi;
-təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
-nəticəyönümlü fənn kurikulumunun hazırlanması və tətbiq edilməsi;
-təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin,
bacarıq və vərdişlərinin təhsil pillələri üzrə konsentrik əsasında müəyyənləşdirilməsinin təmin olunması;
-şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və situmullaşdırılmasının təmin edilməsi
2. “Əlifba bayramı” mətnində şagirdin hüquqlarının pozulmasına münasibətinizi bildirin.
3. T əhsil siyasəti haqqında m əlumat verin.
Təhsil siyasətinin əhatə dairəsi geniş ola bilər.Təhsil siyasəti miqyas,mürəkkəblik,qərarların
reallaşacağı mühit,qərarların yoxlanılması üçün meyarlar baxımından fərqlənir.Təhsil siyasətinin
hazırlanmasında 2 mühüm meyar müəyyən edilib:
Siyasət kim tərəfindən hazırlanır?(iştirakçılar)
Siyasət necə hazırlanır?(proses)
Təhsil siyasəti hazırlanarkən təşkilati və dövlət siyasəti modelindən istifadə olunur.Təhsil siyasətinin
hazırlanmasında istifadə olunan metodlar isə sinoptik(məntiqə əsaslanan) və inkramental(tədqiqata
əsaslanan) metodlardır.
Milli səviyyəli təhsil siyasətinin şəhər(rayon) səviyyəsində həyatakecirilməsi
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi
vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin
planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi
qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi
rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi
dəqiqləşdirilir.
Milli səviyyəli təhsil siyasətinin məktəbsəviyyəsində həyata kecirilməsi
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət məktəb üzrə təhlil olunur, Məktəb üzrə şərait (yeri,
əhalisi), sosial vəziyyəti, mühiti (mənəvi-psixoloji), maddi-texniki baza, təhsilin vəziyyəti, inkişaf
dinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində
aparılır. Y əni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək
məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni
rayonda aparılan iş qiymətləndirilir, yenidən həyata keçirilməsi dəqiqləşdirilir.
Milli səviyyəli təhsil siyasətinin sinifsəviyyəsində həyata kecirilməsi
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət sinifüzrə təhlil olunur, şagirdlərin sosial,idrakı,
psixoloji, fiziki vəziyyət, mənəvi-psixoloji iqlim, sinfin təchizatı, tərtibatı, şagirdlərin hazırlıqsəviyyəsi,
inkişaf dinamikası araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir. Sonra milli siyasətin
2
tətbiqinin planlaşdırılması sinifsəviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir,valideyin
dəstəyi səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi sinif
səviyyəsində aparılır. Yəni sinifdə təhsilalanlarla aparılan iş qiymətləndirilir, nöqsanlar aşkar edilir,
plan təkmilləşdirilir və yenidən həyata keçirilməsi dəqiqləşdirilir.
4. T əhsildə məzmun islahatlarını zəruri edən səbəbləri göstərin.
Cəmiyyətdə yeni ictimai-siyasi münasibətlərin yaranması,
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid,
Dünya təhsil sisteminə inteqrasiya,
İnformasiya əsrinin tələbləri,
Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması,
Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi.
5. Azərbaycan Respublikasında “Ümumi təhsil pilləsinin dövlətstandartları və proqramları
(kurikulumları)” sənədinin strukruru haqqında danışın.
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi iləbağlı bütün məsələləri özündəəks etdirən
konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları) (bundan sonra - dövlət standartları) aşağıdakıları müəyyən edir:
ümumi təhsilin məzmununu;
ümumi təhsilin idarə olunmasını;
ümumi təhsilin maddi-texniki vətədris bazasını;
ümumi təhsilin infrastrukturunu;
ümumi təhsil sistemindətəhsilverənlərin keyfiyyət göstəricilərini;
ümumi təhsil sistemindətəhsilalanların bilik, bacarıq vəvərdişlərinin səviyyəsini.
Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinəqüvvədədir.
Az. Res.da ümumi təhsil pilləsinin dövlətstandartları və proqramları sənədi 3 iyun 2010cu ildə Nazirlər
Kabinetinin 103nömrəli qərarı ilə təsdiq olunmuşdur.
Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri,
Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları,
Ümumi təhsil pilləsində tədris edilən fənlər,
Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs saatlarının miqdarı,
Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri,
Təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi daxildir.
Maddə 6. Təhsil sahəsindədövlət standartları
6.1. Təhsil sahəsindədövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq,elmi-
pedaqоji prinsiplər əsasında hazırlanan vəmüəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət
tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsindəsınanmış mütərəqqi beynəlхalqmeyarlar, milli və
ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət təhsil standartları vəonların qüvvədəоlma müddəti müvafiq icra hakimiyyəti оrqanı
tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarəоlunmasını, maddi-teхniki vətədris bazasını,
infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsindətəhsilalanların
bilik, bacarıq vəvərdişlərinin səviyyəsini müəyyənləşdirir.
6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin оlunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin vətəhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsində, akkreditasiyada vəattestasiyada müvafiq dövlət təhsil standartları əsas
götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.
3
6. “Ümumi təhsil kurikulumunun əsasları” fənninin və onun tədrisinin əhəmiyyəti nədir?
1)Təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinə dəstək vermək.
2)Y alnız nəzəri baxımdan məlumatlı müəllimlər deyil,həm də praktik baxımdan səriştəli,yeni təlim
texnologiyalarından səmərəli istifadə edə bilə pedaqoji kadrlar hazırlamaq.
3)Pedaqoji kadr hazırlığının keyfiyyətini təmin etməklə ümumi təhsilin keyfiyyətini yüksəltmək.
7.“Əlifba bayramı” hekayəsində müəllim-şagird münasibəti ilə bağlı fikrinizi bildirin.
8. Dövlətin təhsil siyasəti haqqında m əlumat verin.
Təhsil siyasətinin əhatə dairəsi geniş ola bilər.Təhsil siyasəti miqyas,mürəkkəblik,qərarların
reallaşacağı mühit,qərarların yoxlanılması üçün meyarlar baxımından fərqlənir.Təhsil siyasətinin
hazırlanmasında 2 mühüm meyar müəyyən edilib:
Siyasət kim tərəfindən hazırlanır?(iştirakçılar)
Siyasət necə hazırlanır?(proses)
Təhsil siyasəti hazırlanarkən təşkilati və dövlət siyasəti modelindən istifadə olunur.Təhsil siyasətinin
hazırlanmasında istifadə olunan metodlar isə sinoptik(məntiqə əsaslanan) və inkramental(tədqiqata
əsaslanan) metodlardır.
Dövlət siyasətini milli səviyyədə,şəhər(rayon) səviyyəsində,məktəbsəviyyəsində və sinifsəviyyəsində
reallaşdırmaq mümkündür və bu siyasətləri reallaşdırmaq üçün 3 şeyi etmək vacibdir:
1.Mövcud vəziyyəti təhlil etmək
2.Təhsil siyasətini tətbiqini planlaşdırmaq
3.Planı həyata keçirmək
Milli səviyyəli təhsil siyasətinin şəhər(rayon) səviyyəsində həyatakecirilməsi
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi
vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin
planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi
qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi
rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi
dəqiqləşdirilir.
Milli səviyyəli təhsil siyasətinin məktəbsəviyyəsində həyata kecirilməsi
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət məktəb üzrə təhlil olunur, Məktəb üzrə şərait (yeri,
əhalisi), sosial vəziyyəti, mühiti (mənəvi-psixoloji), maddi-texniki baza, təhsilin vəziyyəti, inkişaf
dinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində
aparılır. Y əni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək
məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni
rayonda aparılan iş qiymətləndirilir, yenidən həyata keçirilməsi dəqiqləşdirilir.
Milli səviyyəli təhsil siyasətinin sinifsəviyyəsində həyata kecirilməsi
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət sinifüzrə təhlil olunur, şagirdlərin sosial,idrakı,
psixoloji, fiziki vəziyyət, mənəvi-psixoloji iqlim, sinfin təchizatı, tərtibatı, şagirdlərin hazırlıqsəviyyəsi,
inkişaf dinamikası araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir. Sonra milli siyasətin
tətbiqinin planlaşdırılması sinifsəviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir,valideyin
dəstəyi səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi sinif
səviyyəsində aparılır. Yəni sinifdə təhsilalanlarla aparılan iş qiymətləndirilir, nöqsanlar aşkar edilir,
plan təkmilləşdirilir və yenidən həyata keçirilməsi dəqiqləşdirilir.
9. Kurikulum və onun növləri haqqında m əlumat verin.
4
Кurriкulum termininin Azərbaycan və rus dillərində eкvivalenti yохdur, laкin bu söz beynəlхalqtəhsil
ədəbiyyatındageniş istifadə оlunur.Оna görə də Azərbaycanın təhsil işçiləri tərəfindən bu terminin
Azərbaycan dilində qəbul edilməsi tövsiyə оlunur.Кurriкulum - təlim prоsesilə bağlı bütün
fəaliyyətlərin təşкilini əкs etdirən коnseptual sənəddir.Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası
“yol”, “istiqamət”, "kurs", "elm" deməkdir. Növləri:
Rəsm i Кuriкulum
Bu, rəsmi məкtəb sistemində biliкlərin tədrisi ilə əlaqədar оlan хüsusi bir кurriкulum
növüdür. О, aşağıdaкılardan ibarətdir:
• Кuriкulum üzrə gələcəк perspeкtivlər
• Кuriкulum siyasəti üzrə müddəalar
• Əsas prinsiplər
• Ümumi təlim nəticələri
• Məкtəbdə tədris оlunan hər bir fənn üzrə коnкret təlim məqsədləri
• Hər bir fənnə ayrılan vaхt
• Mövzular və məzmun
• Hər bir fənn üzrə qiymətləndirmə və dəyərləndirmə
• Dərslər və dərs planları.
Qeyri-rəsm i кurriкulum
Bu, rəsmi məкtəb кurriкulumunun tərкib hissəsi оlmayan biliкlərin tədrisi, yəni, şaхmat кlubları, dram
кlubları, astrоnоmiya кlubları və s. ilə bağlı оlan кurriкulumdur.
İnteqrasiya оlunmuş кurriкulum
Bu növ кurriкulumfənn sahələri üzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər hallarda əsas
təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı biliкləri əhatə edir. Inteqrasiya оlunmuş
кurriкulumun əsasındabelə bir epistemоlоъi dəlil vardır кi, bütün biliкlər bir-birilə bağlıdır və müхtəlif
məzmun və vəziyyətlər arasında nə qədər sıх əlaqə оlarsa, şagirdlərin dərкetmə qabiliyyəti bir о qədər
güçlü оlar.
Əhatəli кurriкulum - Əhatəli-(Коmpleкs) кurriкulum коnsepsiyası şagirdlərin müхtəlifliyini nəzərə
alır və bütün şagirdlərə кurriкulumun məzmunu haqqındabiliкlər verir.
Nəticələrə əsaslanan кurriкulum - Nəticələrə əsaslanan mоdel deməк оlar кi, ən geniş istifadə
оlunan mоdeldir və bəzən оnu tələbatyönümlü mоdel adlandırırlar. Оnun əsasında təhsil sisteminin
müəyyən etdiyi təlim məqsədləri durur.
Fənlərə əsaslanan кurriкulum - Bu, hal-hazırda Azərbaycanda istifadə оlunan mоdeldir. Həmin
mоdeldə təlim, uşaqları cəmiyyətin məhsuldar üzvlərinə çevirməк üçün lazım оlan biliк və
bacarıqlardan çох, fənlər ətrafında cəmləşir.
10. Fənn proqramlarının (kurikulumların) səciyyəvi cəhətlərini göstərin.
Fənn kurikulumu:-Siniflər üzrə məzmun standartları, şaqulu və üfiqi inteqrasiya, təlim strategiyası,
ümumi tələblər, təlimin yeni üsul və formaları, təlim prosesinin planlaşdırılması, şagird nailiyyətlərinin
qiymətləndiriməsini əhatə edir.
Fənn proqramı-Bilik, bacarıq və vərdişin həcmi, mövzuların tədrisinin ardıcıllığı,mövzu və bölməyə
ayrılan saatların miqdarı verilib.
Fənn kurikulumlarının səciyyəvi cəhətlərindən danışarkən ənənəvi təhsil proqramı ilə müasir
kurikulumu müqayisə etmək kifayətdir.
Ənənəvi təhsil proqramı Müasir kurikulum
Bilikyönümlüdür Şəxsiyyətyönümlüdür
Müəllimyönümlüdür Şagirdyönümlüdür
Fənyönümlüdür Nəticəyönümlüdür
Təklifyönümlüdür Tələbyönümlüdür
Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter
daşımır
Fəndaxili və fənlərarası əlaqə sistemli
xarakter daşıyır
Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib Qiymətləndirmə standartları və mexanizmləri
müəyyən edilib
Müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri vardır.Fənn kurikulumlarının
səciyyəvi cəhətlərinin müqayisəli təsviri:
Ənənəvi təhsil proqramı bilikyönümlüdür.Müasir kurikulum isə şəxsiyyətyönümlüdür.
5
Ənənəvi təhsil proqramı müəllimyönümlüdür.Müasir kurikulum isə şagirdyönümlüdür.
Ənənəvi təhsil proqramı fənyönümlüdür.Müasir kurikulum isə nəticəyönümlüdür.
Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarekter
daşımır.Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub.
Ənənəvi təhsil proqramı təklifyönümlüdür.Müasir kurikulum isə tələbyönümlüdür.
Şəxsiyyətyönümlülük Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati
bacarıqlarını inkişafetdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Şagirdyönümlülük Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraqvə
tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət
etməsidir.
Nəticəyönümlülük Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında
əvvəlcədən müəyyən edilməsidir.
Tələbyönümlülük Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
İnteqrativlik Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə
əlaqələndirilməsidir.
Qiym ətləndirmə standartları Təhsil alanların nailiyyətsəviyyəsinə qoyulan dövlət tələbidir.
11. “Ümumi təhsil kurikulumunun əsasları” fənninin məqsədi və vəzifələri.
Məqsədi:
1)Həm nəzəri,həm də praktiki baxımdan peşəkar müəllimlərin hazırlanmasını təmin etmək
2)Təhsilə müasir yanaşmaların və yeni fənn kurikulumlarının uğurlu tətbiqinə nail olmaq
3)Ümumi təhsilin keyfiyyətini yüksəltmək üçün lider,yaradıcı,tədqiqatçı pedaqoji kadrlar hazırlamaq
Vəzifəsi:Təlim prosesində şagird şəxsiyyətini ön plana çəkən,müəllim-şagird,məktəb-ailə münasibətlərini
uğurla quran,fəaliyyətini təlimin təşkilinə verilən tələblər çərçivəsində təşkil edən şagird nailiyyətlərini
qiymətləndirməyin üsul və vasitələrində müvəffəqiyyətlə istifadə edən,nəticələri təhlil edib müvafiq
qərarlar qəbul edən lider,tədqiqatçı müəllimin təhsilini təşkil etməkdən ibarətdir.
12. “Əlifba bayramı” hadisəsində müəllim-valideyn münasibəti ilə bağlı fikrinizi bildirin.
13. T əhsil Qanununda təhsilin məzmununa verilən ümumi müxtəliftəhsil yanaşmaları
baxımından araşdırın.
1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli оlmaq,informasiya
cəmiyyətində yaşayıbfəaliyyət göstərmək, ünsiyyətyaratmaq bacarığını formalaşdırmaq;
2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində
və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş
formalaşdırmaq;
3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və
dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf
etməsini və ömür bоyu təhsilin hamı üçün açıq və bərabər imkanlı оlmasını təmin etmək;
4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək,
informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
5. cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real
zəmin yaratmaq;
6. təhsil müəssisəsində tədris prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət
etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl
verməmək.
Ümumi tələblər-təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq,
informasiya cəmiyyətində yaşayıbfəaliyyət göstərmək,ünsiyyətyaratmaq bacarığnı formalaşdırmaq,
öz üzərinə məsuliyyət götürmək, kollegial qərar şıxarmaq, demokratik tətisatların fəaliyyəti və
inkişafında iştirak etmək keyfiyyətinə malik müstəqil, yaradıcı şəxsiyyəti və vətəndaşı formalaşdırmaq,
təhsilalanların fasiləsiz təhsil almaq,daimi yeniləşən, müasir standartlara uyğun olan biliklərə və
dünyagörüşünə yiyələnmək, təlabatı daha səmərəli ödəmək və inkişafetdirmək, ömrü boyu təhsilin hamı
üçün açıq və bərabər imkanlı olmasını təmin etmək, yüksək intellektual səviyyəyə və praktiki iş
qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamətlənmək bacarığını
formalaşdırmaq və s.
6
14. Fənn proqramlarının (kurikulumların) strukturu haqqında danışın.
Fənn proqramlarının strukturu haqqında danışarkən fənnin məqsəd və vəzifələri və fənnin xarakterik
xüsusiyyətlərini bilmək lazım gəlir.Xarakterik xüsusiyyətlərini 3 hissəyə ayırmaq olar:
Fənnin məzmunu – Ümumi təlim nəticələri,məzmun xətləri,məzmun xətləri üzrə təlim nəticələri və
məzmun standartları daxildir.
Təlim strategiyaları –Təlimin təşkilinə verilən əsas tələblərin təsviri,forma və üsulların
təkminləşdirilməsi barədə tövsiyələr,müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
daxildir.
Şagird nəaliyyətlərinin qiymətləndirilmasi –Əsas qiymətləndirmə növləri və qiymətləndirmə
standartları və qiymətləndirmə vasitələri daxildir.
15. Verilmiş məzmun standartlarının bilik v ə fəaliyyətə dair hissələrə ayırın və fəaliyyətin
növlərini müəyyən edin.
Məzmun standartlarının özü 2 hissəyə ayrılır:Bilik və fəaliyyət komponenti
Biliyin kateqoriyasına–deklarativ,prosedual,kontekstual biliklər daxildir.
Deklarativ bilik – Məlumat xarakterli biliklərdir.
Prosedual bilik – Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklərdir.
Kontekstual bilik –Problemin həll edilməsi yolu ilə əldə olunan biliklərdir.
Fəaliyyət növlərinə idraki fəaliyyət,emosional fəaliyət və hərəki fəaliyyət daxildir.
7
8
16. T əhsil Qanununa əsasən müəllimin hüquq və vəzifələrini şərh edin.
33cü maddə:Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası,təhsil
müəssisəsinin nizamnaməsi və daхili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında
bağlanılan əmək müqavilələri ilə tənzimlənir.Müəllimin hüququ bunlardır:
1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla
təmin оlunmaq;
2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında
fəal iştirak etmək;
3. tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək;
4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiqhallarda seçkili vəzifələrə seçmək və seçilmək;
6. iхtisasını artırmaq, yeni iхtisas almaq,staj keçmək,iхtisas və elmi dərəcəsini yüksəltmək;
7.müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaqvə təltifоlunmaq;
Vəzifələri aşağıdakılardır:
1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq
ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və
qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,mədəniyyətinə, dilinə, adət və ənənələrinə,
milli və ümumbəşəri dəyərlərə,cəmiyyətə,ətrafmühitə hörmət və qayğı hissləri aşılamaq;
5. pedaqoji etika və əxlaq normalarınariayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq
nümunəsi göstərmək;
6. təhsilalanların şərəfvə ləyaqətinə hörmət etmək;
7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
Təhsilverənlərin hüquqvə vəzifələri-AzRKonstitusiyası, bu Qanun və digər qanunverici aktları, AzR
tərəfdar çıxdığı beynəlxalqmüqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları,
işəgötürənlərlə təhsil verənlər arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənir.
Təhsilverənlərin hüquqları:-normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab
verən texnologiyalarla təminatı,təhsil nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkili və idarə
olunmasında fəal iştirak etmək, tədris prosesini, metod və vasitələri sərbəst seçmək, şərəfvə ləyaqətinə
hörmətlə yanaşılmasını tələb etmək, təhsil müəssisəsində vəzifə tutmaq,seçkili vəzifələrə seçmək və
9
seçilmək, ixtisasını artırmaq, yeni ixtisas almaq,staj keçmək,ixtisas və elmi dərəcəsini yüksəltmək,
müəyyən olunmuş hallarda mükafatlandırılmaq və təltifolunmaq, təhsil müəssisəsində uzunmüddət
qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında əhəmiyyətli xidmətləri olan aylıq əməkhaqqı və
əlavələrə digər güzəşt və imtiyazları saxlanılmaqla (akademik və inzibati vəzifədən azad olmaq şərti ilə)
məsləhətçi-professor vəzifəsini tutmaq.
17. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun)
fəlsəfəsini müəyyən edin.
Təhsilin fəlsəfəsi
Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, vəzifələri, şagirdin iştirakı baxımından təlimin təşkili,
müəllimin məqsədi (bilikləri çatdırmaq, müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər
aşılamaq), təhsil konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə edilməsinin qanunauyğunluqları və s.
amillər təhsilin fəlsəfəsini təşkil edir.
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)un fəlsəfəsi
1. Şəxsiyyətyönümlü-Təhsil alanın idraki, ünsiyyətvə psixomotor fəaliyyətləri əsasında həyati
bacarıqlarını inkişafetdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
2. Şagirdyönümlülük-Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə,maraq və
tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət
etməsidir.
3. Nəticəyönümlülük-Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında
əvvəlcədən müəyyən edilməsidir.
4. Fənyönümlülük-Nəticəyə çatmaq üçün fənlər bir vasitədir.
5. Tələbyönümlülük-Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə
alınmasıdır.
6. İnteqrativlik-Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə
əlaqələndirilməsidir.
7. Qiym ətləndirmə standartı-Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
18. Milli səviyyəli təhsil siyasətinin şəhər (rayon) səviyyəsində həyata keçirilməsi.
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi
vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin
planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi
qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi
rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi
dəqiqləşdirilir.
Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin
planlaşdırılması
Planın həyata keçirilməsi
(Şəhər/rayon)
Ümumi təhlil Ümumi məsələnin
konkretləşdirilmasi
Aparılan işin qiymətləndirilməsi
Siyasi və sosial vəziyyət Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi
Təhsil sahəsi Həyata keçirilən zaman
dəqiqləşdirilməsi
Planların təkminləşdirilməsi
İnkişafın dinamikası
19. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun)” və
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) (3 iyun 2010-cu il
tarixli)” sənədlərini struktur və məzmun baxımından təhlil edin,oxşar və fərqli cəhətlərini
müəyyən edin.
Az. Res.da ümumi təhsil pilləsinin dövlətstandartları və proqramları sənədi 3 iyun 2010cu ildə Nazirlər
Kabinetinin 103nömrəli qərarı ilə təsdiq olunmuşdur.
Təhsil kurikulumlarının strukturuna:
Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri,
Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları,
10
Ümumi təhsil pilləsində tədris edilən fənlər,
Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs saatlarının miqdarı,
Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri,
Təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi daxildir.
Ümumi təhsil Konsepsiyası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
20.Fənn kurikulumlarını ənənəvi təhsil proqramları ilə müqayisə edin.
Ənənəvi təhsil proqramı Müasir kurikulum
Bilikyönümlüdür Şəxsiyyətyönümlüdür
Müəllimyönümlüdür Şagirdyönümlüdür
Fənyönümlüdür Nəticəyönümlüdür
Təklifyönümlüdür Tələbyönümlüdür
Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter
daşımır
Fəndaxili və fənlərarası əlaqə sistemli
xarakter daşıyır
Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib Qiymətləndirmə standartları və mexanizmləri
müəyyən edilib
21. “Ümumi təhil kurikulumunun əsasları” fənninin müəllim hazırlığında rolu nədən
ibarətdir?
Fənnin məzmunu müəllim hazırlığının xarakterik xüsusiyyətlərini,məqsəd və vəzifələrini təyin edir və
hər bir öyrənənin maraq və ehtiyaclarına yönəlmişdir.Məzmun standartları müəyyən edilərkən
öyrənənlərin tədqiqatlar aparmaq,mühakimələr yürütmək,eləcə də ünsiyyət bacarıqlarının
yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulub. ”Ümumi təhsil kurikulumunun əsasları” fənninin
müəllim hazırlığında rolu bunlardan ibarətdir.
Təhsilin əsasları fənni və müəllim hazırlığına verilən tələblər
Müasir "pedaqoji kadrın təhsili onun şüurunun,fəaliyyətinin və şəxsiyyətinin inkişafforması"hesab
edilir və bir-biri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarət olduğu"Konsepsiyasənədində
göstərilir:
1. Peşə baxımından müəllimin özünütəyini;
2. Özünütəşkil;
3. Elmi-pedaqoji təşəkkül;
4. Elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə;
5. Pedaqoji yenilikçiliyə meyilli olmaqbaxımından özünürealizə (subyektin daxili imkanlarının həyata
keçirilməsi, özünütəsdiq).
Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi
səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.
İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşəüzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində sax
lanılır. O cümlədən:
1.Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş et
dirilməsi;
2. Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi;
3. Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması
4. Peşə və onun tarixinə dair biliklərə malik olmaq;
5. Y eniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək;
6. Müstəqil, yaradıcı, şüurlu fəaliyyətgöstərmək.
Umumi təhsil sistemində calışan təhsilverənlər, aşağıdakı keyfiyyət gostəricilərinə malik olmalıdırlar:
-ixtisası uzrə dovrun tələbatına uyğun elmi-nəzəri biliklərə;
-uşaqlarla həssas unsiyyətqurma və iş bacarığına;
-əxlaqi-mənəvi keyfiyyətlərə,pedaqoji etika və mədəniyyətə;
-əməkdaşlıq, tədqiqatcılıq, ozunutəhsil və idarəcilik bacarıqlarına;
-yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə,musabiqə və innovativ proqramlarda iştirak
etmək qabiliyyətinə;
-oz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrubələrdən bəhrələnmək bacarığı;
-ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə;
-işlədiyi məktəbdə və ictimaiyyətdə hormətə və nufuza.
11
22.Proqressivizm v ə Essensializm fəlsəfələrini müqayisə edin.
Essensializm Essensialistlər hesab edirlər ki, biliklər şagirdlərə sistemli və nizamlı qaydada
ötürülməlidir. Bu konservativ yanaşmada əsasən, məktəbin tədris edəcəyi standartların intelektual və
mənəvi baxımından xüsusiyyətləri vurğulanır. Kurikulum əsas, habelə,akademik bilikləri və bacarıqları
əhatə edir. Bu təhsil fəlsəfəsi müəyyən mənada perrenializmə yaxın olmasınabaxmayaraq,
essensialistlər də bu ideyanın tərəfdarıdırlar ki, kurikulum dəyişdirilə bilər. Təhsil praktik xarakter
daşımalı və şagirdləri cəmiyyətin dəyərli üzvü olmağahazırlanmalıdır. Təhsil eyni zamanda əsas
diqqəti faktlara və şagirdlərin oxu, yazı, danışıq, hesablama bacarıqlara yönəltməlidir. Məktəblər
siyasət hazırlamamalı və siyasətə təsir göstərməməlidirlər. Şagirdlərə gərgin işləmək, idarəçilik və
nizam-intizama riayət etmək öyrədilməlidir. Müəllimlər şagirdlərə yoldaşları ilə münasibətdə səbirli
olmağa köməklik etməlidirlər. Bu cür yanaşma 1920 və 30-cu illərdə üstünlük təşkil edən proqressivist
yanaşmaya müəyyən təsir göstərmişdir. Vilyam Baqley, 1934-cü ildə jurnalda formalaşdırdığı
proqressiv yanaşmalarla məşğul olmağa başlamışdır. Essensializmin digər tərəfdarlarına misal olaraq,
Ceyms D.Koerner (1959), H.G. Rikover (1959), Paul Koperman (1978) və Teodor Sizerin (1985) adlarını
çəkmək olar.
Proqressivizm Proqressivizm tərəfdarları hesabedirlər ki, təhsil məzmuna böyük əhəmiyyət
verməlidir. Eləcə də diqqət mərkəzində daha çox uşaq olmalıdır. Bu təhsil fəlsəfəsinin tərəfdarları hesab
edirlər ki, şagirdlər ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar. Təcrübə zamanı yaranan
suallara cavabaxtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir. Bu passiv olmayan, fəal təlimdir.
Öyrənən özünün fərdi təcrübəsində fiziki və mədəni kontekstdən məna çıxarır və problemi həll edir.
Y aradıcı müəllimlər şagirdlər üçün elə bir təcrübə mühiti yaradırlar ki, şagirdlər təcrübə keçə-keçə
öyrənirlər. Kurikulumun məzmununa şagirdlərin maraq və sualları əsasında tərtib edilir. Elmi
metoddan proqressivist pedaqoqlar istifadə edirlər ki, şagirdlər müəyyən məsələ və hadisələri sistematik
və qısa müddətə öyrənirlər.Əsas diqqət bu prosesin necə aparılması üzərində cəmləşir. Proqressiv təhsil
fəlsəfəsi Amerikada 1920-ci ilin ortalarından başlayaraq, 1950-ci ilin ortalarına qədər yaradılmışdır.
Con Dyu onun əsas tərəfdarlarından idi. Bu təhsil fəlsəfəsinin əsas prinsipi ondan ibarət idi ki,
məktəblərdə azadlıq və demokratiyanı təcrübədən keçirməklə, vətəndaşların həyatlarını
yaxşılaşdırmalıdır. Qərar verərkən fikirlərin paylaşması, şagird-müəllim münasibətlərinin
planlaşdırılması, şagirdlərin seçdikləri mövzular bu fəlsəfi cərəyanın aspektlərini əhatə edir. Kitablar
səlahiyyətdən dahaçox vasitələrdir.
23. T əlim prosesinin iştirakçısı kimi təhsil alanların hüquq v ə vəzifələrini şərh edin.
32-ci maddə: Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu
Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun müəyyən edilir.
2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
Təhsilalanların hüquqları aşağıdakılardır:
1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;
2. təhsil müəssisəsini, təhsilin istiqamətini, iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
4. müvafiq qaydada təhsilin təmayülünü,təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin
miqdarını, təhsilverənləri və tyutоrları sərbəst seçmək;
6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya,
mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
7. müəyyən edilmiş qaydadatəhsil müəssisəsini və ixtisasını dəyişmək;
8. elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq;
9. fasiləsiz təhsil almaq;
10. sağlamlıqüçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
13. dövlətоrta peşə-iхtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun
оlaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
12
14. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin оlunmaq;
15. təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst
ifadə etmək;
16. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna оlmaqla, təhsilalanların
təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
Təhsilalanların vəzifələri aşağıdakılardır:
1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
2. pedaqoji işçilərin şərəfvə ləyaqətinə hörmətlə yanaşmaq;
3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
4. dövlət, cəmiyyət,ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
5. təhsil sahəsində qanunvericiliyin tələblərinə,etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı
qaydalara əməl etmək;
6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
24. Fənn kurikulumlarından istifadə etməklə məzmun xətti,əsas və alt standart anlayışlarını
və onların funksiyalarını nümunələrlə coğrafiya fənni əsasında şərh edin.
25.T əlim prosesində şagirdin rolunu şərh edin.
1)İntellekt və emosiyalardan ibarət azad və məsuliyyətli bir varlıqdır.
2)Şagird təcrübə aparandır.
3)Şagird düşünən və hiss edən varlıqdır.
4)Şagird bilik və bacarıqların daşıyıcısıdır. O, öyrəndiklərini yeri gəldiyində istifadə edə bilər.
26. T əhsillə bağlı hüquqi sənədləri təhlil edin.
Təhsil ehtiyaclarını təmin edən hüquqi sənədlərlə bağlı qərarlar qəbul edərkən cəmiyyətin ehtiyaclarının
nə qədər əhəmiyyətli olması diqqət mərkəzində saxlanır və bunlar hüquqi sənədlərdə öz əksini tapır. Bu
sənədlər əsasən aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikasının Konstitusiyası; 42ci maddə təhsil hüququ ilə bağlı maddədir.
- Azərbaycan Respublikasının "Təhsil haqqında"Qanunu; -47 maddədən ibarətdir.
- Ümumdünya İnsan Haqları Bəyannaməsi;
- BMT-nin Uşaq Hüquqları Konvensiyasır.
Bu sənədlərdə təhsil iştirakçılarının hüquq,vəzifə və məsuliyyətləri verildir. Müxtəliffənninin tədrisində
təhsil alanlar nəyi öyrənməyin, niyə öyrənməyin və necə öyrənməyin mahiyyətini müəyyənləşdirirlər
27.Milli səviyyəli təhsil siyasətinin məktəb səviyyəsində həyata keçirilməsinə aydınlıq gətinin.
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət məktəb üzrə təhlil olunur, Məktəb üzrə şərait (yeri,
13
əhalisi), sosial vəziyyəti, mühiti (mənəvi-psixoloji), maddi-texniki baza, təhsilin vəziyyəti, inkişaf
dinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində
aparılır. Y əni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək
məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni
rayonda aparılan iş qiymətləndirilir, yenidən həyata keçirilməsi dəqiqləşdirilir.
Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin
planlaşdırılması
Planın həyata keçirilməsi
(məktəb)
Şərait,mühit Ümumi məsələnin
konkretləşdirilmasi
Aparılan işin qiymətləndirilməsi
Maddi-texniki baza Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi
Təhsilin vəziyyəti Həyata keçirilən zaman
dəqiqləşdirilməsi
Planların təkminləşdirilməsi
İnkişafın dinamikası
28. Məzmun standartlarının tərkib hissələrini nümunələr əsasında şərh edin.
Məzmun standartlarının tərkib hissələrinə kurikulum,taksonomiya,bilik və fəaliyyət növləri haqqında
məlumat vermək kifayətdir.
Kurikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən
konseptual sənəddir.
Taksonomiya - yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli
və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların
və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cuillərdə psixologiyada
istifadə olunmağa başlanmışdır.
Bilik komponenti-Standartın zəzuri hissəsidir–verilməli olan yeni informasiyadır. Bilik komponenti 3
alt komponentdən ibarətdir:
-Deklorativ bilik-məlumat xarakterlidir, anlayışlar, təriflər, faktlar daxildir.
-Prosedural bilik-fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən bilikdir.
-Kontekstual bilik-problemin həll olunması yolu ilə əldə edilmiş bilikdir.
Fəaliyyət komponenti-Standartın icra hisəsini təşkil edir və şagirdlərdən tələb olunan bacarıqların
formalaşmasına zəmin yaradır. 3 alt komponentdən ibarətdir:
-İdrakı- fəaliyyət intellektual bacarıqvə vərdişlərin inkişafına yönəlib. Hərəki fəaliyyətdən çox mücərrəd
formada ortaya çıxır və nəticənin əqli cəhətdən əldə edilməsinə və əsaslandırılmasına gətirib çıxardır.
(tanımaq, izah etmək, nümunə göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək,
dəyərləndirmək).
-Psixomotor-hərəki fəaliyyətdir. (rəqs etmək, qaçmaq, yazmaq, rəsm çəkmək, quraşdırmaq).
-Ünsiyyət (affektiv)-Xüsusi hisslərin iştirakı ilə izlənən hərəki (qeyri-hərəki də ola bilər) fəaliyyətdir.
Xüsisi fikirləri ifadə edərkən, cavab verərkən, təqdimat və ya şərh edərkən və s. baş verir. (reaksiya
vermək, müdafiə etmək, riayət etmək, kömək etmək, dəstəkləmək, münasibət bildirmək, qərar qəbul
etmək, təqdim etmək).
29. T aksonomiya anlayışını v ə onun növlərini şərh edin.
Taksonomiya-yunan dilində “taxus”-qayda ilə yerləşmə. “namos”-qanun-deməkdir. təlim məqsədlərinin
şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş,
heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə
psixologiyadaistifadə olunmağa başlanmışdır.
Biologiyadan götürülmüş anlayışdır və obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulmuş klassifikasiyanı
və sistemləşdirməni bildirir. Artma sırası üzrə yerləşdirilmiş kateqoriyaların təsviri üçün istifadə edilir.
Tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və nəticəni ölçmək imkanı verir. B.Bulum,
Qilford, Simonov, Bespalko, Maksimova,Skatkin, Lebedev, Teslenko taksonomiyası var.
Taxsonomiyaların əhatə dairəsigenişlənmiş əşyaların və anlayışların təsnifedilməsində onlardan
istifadə edilir. Bu gün hərəkət edən və hərəkət etməyən obyektlər, məkanlar, anıayışlar, hadisələr,
xassələr, münasibətlər taksonomiyasxemlərinə əsasən təsnifedilir.
Taksonomiyalar İ.Kantın epistomologiya (bilik haqqında) nəzəriyyəsinə əsaslanır. Nəzəriyyəyə görə
insan beyni bilikləri hər hansı bir sistemdə yaradır.
14
Taksonomiyaqiymətləndirmə prosesini əks etdirməlidir.
Taksonomiya-xüsusi təsnifat olub, iyerarxik quruluşa malikdir. Taksonomiyalardayuxarı mərhələ
aşağıdakı mərhələlərin bütün xüsusiyyətlərinin daşıyıcısıdır. Iakin aşağıdakı mərhələlər yuxarıdakıların
bütün xüsusiyyətlərinin daşıyıcısı deyil. Onun öz spesifik cəhətləri var.
30.Fənn kurikumlarından istifadə etməklə emosional taksonomiyanın bir səviyyəsinə aid
nümunə göstərin.
Affektiv-emosional (ünsiyyət) taksonomiyası (Kraslov-1964):-Məqbul saymaq, reaksiya vermək,
dəyərləndirmək, təşkil etmək, dəyər və dəyərlər sistemini xarakterizə etmək.
31. Psixomotor taksonomiya v ə onun səviyyələrini şərh edin.
Psixomotor sahə şagirdlərin fiziki, əzələ inkişafının sistemli təşkilinə şərait yaradır. Digər sahələrdən
fərqli olaraq müxtəlifalimlər tərəfindən psixomotor sahənin müxtəliftaksonomiyaları işlənib
hazırlanmlşdır. Bunlara K.D. Mur (1972), E.J Simpson (1972), A. Harrov (1972), R.H.Deyv (1975) v ə
başqalarının təsnifatları daxildir. Tanınmış pedaqoq alim Norman Gronland Simpsonun psixomotor
taksonomiyalarınaüstünlük verir.
Səviyyələri və səviyyələrinin xüsusiyyətləri aşağıdkılardır:
Hiss etm ək-Bu səviyyədə hiss orqanlarının təsiri ilə icraçı fiziki hərəkətlərə istiqamətləndirilir.
Hərəkətlərdən məqəsədəuyğun olanını seçmək və onu icra etmək üçün əvvəlcə hiss üzvləri vasitəsi ilə
icraya maraq oyadılır.
Hazır olm aq-Hər hansı hərəkətin icrasına hazırlıqdır. Bu səviyyə həm idraki, həm emosionaı, həm də
fiziki hazırlığı əhatə edir.
Təlqin etm ək-Mürəkkəbbacarıqların öyrənilməsinin ilkin mərhələsidir. Bu səviyyədə müəllimin
nümayiş etdirdiyi hərəkətlər öyrənən tərəfindən təkrar edilir. Hərəkətin təkrar icrası üçün müxtəlif
yollardan uyğun olanını seçir.
Mexanizm -Hərəkətlərin icrası vərdiş halına keçir və icraçı yerinə yetirdiyi hərəkətləri daha çox
özünəinamlı nümayiş etdirdiyi.
Mükəm məl icra-Mürəkkəb hərəkətlər məharətlə icra edilir. Məharətli icra zamanı hərəkətlər cəld,
sərbəst, dəqiq yerinə yetirilir və bu zaman az enerji sərf edilir.
Uyğuunlaşma-Bu səviyyədə icraçı hərəkətləri xüsusi tələblərə uyğunlaşdırmaq və ya problemi həll
etmək üçün dəyişir.
Yaradıcılıq-Xüsusi situasiyalara uyğunlaşmaq və ya problemin həllinə nail olmaq üçün yeni
hərəkətlər yaradılır.
32.Fənn kurikumlarından istifadə etməklə psixomotor taksonomiyanın bir səviyyəsinə aid
nümunə göstərin.
Psixomotor taksonomiyası (Kennes Mur-1972)-Hiss etmə, hazır olmaq, bənzətmək, mexanizm,
mükəmməl icra, uyğunlaşma, yaradıcılıq.
33.Perspektiv planlaşdırmanın tərkib hissələrini göstərməklə nümunə hazırlayın.
1. Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Əlavə resurslar seçmək.
5. Mövzulara görə məqsədyönlü vaxt bölgüsüaparmaq.
6. Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.
34. Planlaşdırmanın növləri və onun hazırlanmasında müəllimə lazım olan zəruri
bacarıqları göstərin.
15
1.Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2.Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3.İnteqrasiya imkanlarını müəyyən etmək.
4.Əlavə resurslar seçmək.
5.Mövzulara görə məqsədyönlü vaxtbölgüsü aparmaq.
6.Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.
35.Müasir dövrdə təhsilin məqsədini şərh edin.
Şagirdlərə biliklərin əsaslarını öyrətmək şagirdin daimi inkişafını təmin etmək
Y eni təcrübəyə əsaslanaraqdaim inkişafetmək təhsilin məqsədinə çevrilməlidir.
Təhsil yalnız mütləq həqiqətə,ümumbəşəriliyə və dəyişməzliyə istiqamətlənməlidir.
Hər bir uşağın fərd olaraq inkişafı təhsilin əsas məqsədi olmalıdır.
Biliklərin əsaslarını təmin etmək təhsilin əsas məqsədinə çevrilməlidir.
Maddə 4. Təhsilin əsas məqsədi
4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1.Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və
demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və
azərbaycançılıq ideyalarınasadiq olan,müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişafetdirən, geniş dünyagörüşünə malik
olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir
təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıqvə vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını
təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
36. Milli səviyyəli təhsil siyasətinin sinifsəviyyəsində həyata keçirilməsini izah edin.
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət sinifüzrə təhlil olunur, şagirdlərin sosial,idrakı,
psixoloji, fiziki vəziyyət, mənəvi-psixoloji iqlim, sinfin təchizatı, tərtibatı, şagirdlərin hazırlıqsəviyyəsi,
inkişaf dinamikası araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir. Sonra milli siyasətin
tətbiqinin planlaşdırılması sinifsəviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir,valideyin
dəstəyi səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi sinif
səviyyəsində aparılır. Yəni sinifdə təhsilalanlarla aparılan iş qiymətləndirilir, nöqsanlar aşkar edilir,
plan təkmilləşdirilir və yenidən həyata keçirilməsi dəqiqləşdirilir.
Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin
planlaşdırılması
Planın həyata keçirilməsi (sinif)
Şagirdlərin vəziyyətinin
nəzərə alınması
Ümumi məsələnin
konkretləşdirilmasi
Aparılan işin qiymətləndirilməsi
Sinifdəki mənəvi,psixoloji
iqlim
Maraqlı tərəflərin səfərbər
edilməsi
Nöqsanların aşkar edilməsi
Sinfin təchizatı,şagirdlərin
hazırlıq səviyyəsi
Həyata keçirilən zaman
dəqiqləşdirilməsi
Planların təkminləşdirilməsi
İnkişafın dinamikası
16
37.“1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.”standartını
bilik və fəaliyyəthissəslərinə ayırın.Biliyin kateqoriyalarını müəyyən edin.
1. Sıra nizamnamələrinin xüsusiyyətlərini şərh edir.
2. İntizam nizamnamələrinin xüsusiyyətlərini şərh edir.
3. Şifahi nitq bacarıqları nümayiş etdirir.
Biliyin kateqoriyası
Deklarativ bilik - Məlumat xarakterli biliklərdir. Bunların sırasına anlayışlar, təriflər, faktlar daxilldir.
(müddəalar)
Fəaliyyət növ
İdraki fəaliyyət- tanımaq, izah etmək, nümunə göstərmək,istifadə etmək, təhlil etmək, müqayisə etmək,
dəyərləndirmək .( şərh edir)
38. Fəaliyyət növlərini-təhsil taksonomiyaları haqqında m əlumat verin.
Təhsil taksonomiyaları Benjamen Blum tərfindən 1956-cı ildə təsnifedilib.
Bu sahələr üzrə aparılan təsnifata əsasən təhsilin üç taksonomiyası müəyyən edilmişdir:
İdraki taksonomiya
Emosional taksonomiya
Psixomotor taksonomiya
Tədris prosesi fəaliyyətlər 3lüyükimi qəbul edilir.Bu 3lüyə təlimin məqsədi,təlimin strategiyası və
qiymətləndirmə daxildir və bu 3lük bir-birinə qarşılıqlı şəkildə təsir edir.Taksonomiyalar “nəyi?”
öyrətmək,”necə?” öyrətmək,”necə?” qiymətləndirmək kimi suallara sistemli şəkildə cavabverməyə imkan
yaradır Təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaqvə
onun nəticəsini ölçmək imkanını verir.
Amerika psixoloqu B.Blumun taksonomiyası 4 prinsip əsasında yaradılmışdır:
Praktik istiqam ət prinsipi- taksonomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli, müəllim-
praktik üçün effektiv vasitə olmalıdır.
Psixoloji prinsip: taksonomiya psixologiya elminin müasir nəaliyyətlərinə əsaslanmalıdır.
Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə
malik olmalıdır.
Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların dəyərlərinin təsnifatı demək deyil.
Blumun taksonomiyası ən universal bir model kimi tədbiq olunmaqdadır. Bu taksonomiyalar sadədən
mürəkkəbə doğru düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir.
39. Ekzistensializm Proqressivizm təhsil fəlsəfələrini müqayısə edin.
Eksistensialistlərin dünya haqqında fikirləri subyektiv xarakter daşıyır.Onlar belə hesab edirlər
ki,dünya həqiqətdir,həqiqət isə insanın məsələyə yanaşmasından asılıdır.Onlar inanırlar ki,məktəb
şagirdlərə onların özlərini tanımağa və cəmiyyətdə öz yerlərini müəyyən etməyə kömək edən bir
yerdir.Müəllim-şagird münasibətləri,əsasən,şagirdlərə fərdi təlim yollarında kömək göstərməkdən
ibarət olmalıdır.
Proqressivizm tərəfdarları hesab edirlər ki, təhsil məzmuna böyük əhəmiyyət verməlidir. Eləcə də
diqqət mərkəzində daha çox uşaq olmalıdır. Bu təhsil fəlsəfəsinin tərəfdarları hesab edirlər ki, şagirdlər
ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar. Təcrübə zamanı yaranan suallara cavab
axtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir. Bu passiv olmayan, fəal təlimdir. Y aradıcı
müəllimlər şagirdlər üçün elə bir təcrübə mühiti yaradırlar ki, şagirdlər təcrübə keçə-keçə öyrənirlər.
40. T əhsil aldığınız müddətdə iştirakçısı olduğunuz müxtəliftəlim proseslərinə
münasibətinizi şərh edin.
Mənim təhsil aldığım müddətdə (1999-2010) məktəbdə ənənəvi üsulda dərs keçilib.Məlumat verilirdi
lakin praktikanın həyata keçirilməsi üçün şərait yaradılmırdı. Məktəb təcrübəsində mənimsəmə
ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeydlik var idi. Müəllim qavrama mərhələsi olaraqyeni biliyi şərh
edir və ya kitabdan oxutdururdu, anlama üçün isə xüsusi iş aparmır, birdən-birə möhkəmlətməyə
keçirdi.Bu da əzbərçiliyə gətirib çıxarırdı. Şagird yaxşı dərk etmədiyi məsələləri mexaniki yadda
saxlamağa çalışır, biliyi yaxşı anlamadıqlarından onu tətbiqetməkdə çətinlik çəkirdilər.Lakin
universitetdə oxuduğum müddətdə təcrübə üçün getdiyimiz məktəbdə kuriklum üsulu ilə dərs keçilirdi.
17
Təlimdə şagirdlər öyrənmə yolu kimi qavrama, anlama,möhkəmlətmə və tətbiqetmə proseslərindən
keçir. Müəllim qavrama mərhələsi olaraqyeni biliyi şərh edir və ya kitabdan oxutdururdu eyni
zamanda şagirdlərin həyat təcrübələrinə də istinad edirdi. Təhlil-tərkib, müqayisə, ümumiləşdirmə,
nəticə çıxarmaq üçün şərait yaradılırdı. Şagirdlərin fəallıq və müstəqilliyini artırılır, nəzəri biliyi
həyata, çalışmalara tətbiq etmək bacarıqları aşılanırdı.
41. T əhsil siyasətini mövcud dövlət sənədləri əsasında şərh edin.
Təhsil siyasətinin əhatə dairəsi geniş ola bilər.Təhsil siyasəti miqyas,mürəkkəblik,qərarların
reallaşacağı mühit,qərarların yoxlanılması üçün meyarlar baxımından fərqlənir.Təhsil siyasətinin
hazırlanmasında 2 mühüm meyar müəyyən edilib:
Siyasət kim tərəfindən hazırlanır?(iştirakçılar)
Siyasət necə hazırlanır?(proses)
Təhsil siyasəti hazırlanarkən təşkilati və dövlət siyasəti modelindən istifadə olunur.Təhsil siyasətinin
hazırlanmasında istifadə olunan metodlar isə sinoptik(məntiqə əsaslanan) və inkramental(tədqiqata
əsaslanan) metodlardır.
Dövlət siyasətini milli səviyyədə,şəhər(rayon) səviyyəsində,məktəbsəviyyəsində və sinifsəviyyəsində
reallaşdırmaq mümkündür və bu siyasətləri reallaşdırmaq üçün 3 şeyi etmək vacibdir:
1.Mövcud vəziyyəti təhlil etmək
2.Təhsil siyasətini tətbiqini planlaşdırmaq
3.Planı həyata keçirmək
Konstitusiya
Maddə 42. Təhsil hüququ
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaqhüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət
verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
Təhsil qanunu
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik –milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və
azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətrafmühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq
və dözümlülüyün priоritet kimi qəbul оlunması;
3.0.2. demоkratiklik –təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai
əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil
müəssisələrinin muхtariyyətinin artırılması;
3.0.3. bərabərlik –bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması
və təhsil hüququnun təmin оlunması;
3.0.4. millilik və dünyəvilik –milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin
təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişafetdirilməsi;
3.0.5. keyfiyyətlilik –təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin,
cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik –təhsilin və elmi yaradıcılığın daim inkişafedən, faydalı və sоn nəticəyə
istiqamətlənən müasir metоdlarla təşkili;
3.0.7. fasiləsizlik, vəhdətlik,daimilik –mövcud təhsil standartları, tədris prоqramları və planları
əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik
qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;
3.0.8. varislik –təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraqnövbəti nəslə (dövrə)
ötürülməsi;
3.0.9. liberallaşma –təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10.inteqrasiya–milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması,
uyğunlaşması və qоvuşması əsasında inkişafı.
18
42. “Mühazirə” və onun didaktik əhəmiyyətini şərh edin.
Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzuilə bağlı məzmunun
zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr
10-15 dəqiqə ərzində aparılır. Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək
məqsədəmüvafiqdir: Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək, Plan tərtib etmək və
onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq). Əyani və texniki vasitələrdən istifadə etmək. Müəllim
mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini
müşahidə etmək) tənzimləməlidir.
43. T əlimin təşkilində taksonomiyaların rolunu müəyyənləşdirin.
Təhsil taksonomiyaları Benjamen Blum tərfindən 1956-cı ildə təsnifedilib.
Bu sahələr üzrə aparılan təsnifata əsasən təhsilin üç taksonomiyası müəyyən edilmişdir:
İdraki taksonomiya
Emosional taksonomiya
Psixomotor taksonomiya
Tədris prosesi fəaliyyətlər 3lüyükimi qəbul edilir.Bu 3lüyə təlimin məqsədi,təlimin strategiyası və
qiymətləndirmə daxildir və bu 3lük bir-birinə qarşılıqlı şəkildə təsir edir.Taksonomiyalar “nəyi?”
öyrətmək,”necə?” öyrətmək,”necə?” qiymətləndirmək kimi suallara sistemli şəkildə cavabverməyə imkan
yaradır.
Təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və onun
nəticəsini ölçmək imkanını verir.
Amerika psixoloqu B.Blumun taksonomiyası 4 prinsip əsasında yaradılmışdır:
Praktik istiqamət prinsipi- taksonomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli, müəllim-praktik
üçün effektiv vasitə olmalıdır.
Psixoloji prinsip: taksonomiyapsixologiya elminin müasir nəaliyyətlərinə əsaslanmalıdır.
Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə malik
olmalıdır.
Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların dəyərlərinin təsnifatı demək deyil.
Blumun taksonomiyası ən universal bir model kimi tədbiq olunmaqdadır. Bu taksonomiyalar sadədən
mürəkkəbə doğru düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir.
Analiz+sintez=təfəkkür-B.Blum taksonomiyasının əsas taksonomik düsturu belədir. Təfəkkür prosesi-
hər şeydən əvvəl analiz, sintez və ümumiləşdirmə prosesidir.
Təlim anlamının 3 köklü meyarının- təhsil, inkişafvə tərbiyyə meyarlarının yeni pedoqoji təfəkkürün
uğurları kimi qiymətləndirən Ə.Əlizadə 1996-cı ildən Azərbaycanda ilk dəfə təlim məqsədlərini sistemli
şəkildə xarakterizə etmək üçün “ taksonomiya” anlamından istifadə edib.
Ə. Əlizadə ilk dəfə üç tərkibli taksonomiya yaratmışdır. Əsas taksonomik kateqoriyalar 1-ci bölmədə-
təhsil, 2-ci bölmədə inkişafetdirici, 3-cü bölmədə tərbiyə edici təlim məqsədlərinə görə təsnif
olunmuşdur. 1 ci bölmə 2 blokdan ibarətdir 1. bilik, 2. bacarıq və vərdişlər sistemi.
44. “T əhsilin əsasları fənni” və müəllim hazırlığına verilən tələbləri şərh edin.
Fənnin məzmunu müəllim hazırlığının xarakterik xüsusiyyətlərini,məqsəd və vəzifələrini təyin edir və
hər bir öyrənənin maraq və ehtiyaclarına yönəlmişdir.Məzmun standartları müəyyən edilərkən
öyrənənlərin tədqiqatlar aparmaq,mühakimələr yürütmək,eləcə də ünsiyyət bacarıqlarının
yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulub. ”Ümumi təhsil kurikulumunun əsasları” fənninin
müəllim hazırlığında rolu bunlardan ibarətdir.
Müasir "pedaqoji kadrın təhsili onun şüurunun,fəaliyyətinin və şəxsiyyətinin inkişafforması"hesab
edilir və bir-biri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarət olduğu"Konsepsiyasənədində
göstərilir:
1. Peşə baxımından müəllimin özünütəyini;
2. Özünütəşkil;
3. Elmi-pedaqoji təşəkkül;
4. Elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə;
19
5. Pedaqoji yenilikçiliyə meyilli olmaqbaxımından özünürealizə (subyektin daxili imkanlarının həyata
keçirilməsi, özünütəsdiq).
Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi
səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.
İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşəüzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində sax
lanılır. O cümlədən:
1.Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş et
dirilməsi;
2. Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi;
3. Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması
4. Peşə və onun tarixinə dair biliklərə malik olmaq;
5. Y eniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək;
6. Müstəqil, yaradıcı, şüurlu fəaliyyətgöstərmək.
Umumi təhsil sistemində calışan təhsilverənlər, aşağıdakı keyfiyyət gostəricilərinə malik olmalıdırlar:
-ixtisası uzrə dovrun tələbatına uyğun elmi-nəzəri biliklərə;
-uşaqlarla həssas unsiyyətqurma və iş bacarığına;
-əxlaqi-mənəvi keyfiyyətlərə,pedaqoji etika və mədəniyyətə;
-əməkdaşlıq, tədqiqatcılıq, ozunutəhsil və idarəcilik bacarıqlarına;
-yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə,musabiqə və innovativ proqramlarda iştirak
etmək qabiliyyətinə;
-oz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrubələrdən bəhrələnmək bacarığı;
-ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə;
-işlədiyi məktəbdə və ictimaiyyətdə hormətə və nufuza.
45.Məktəb illərinizi xatırlayın.Proqressivist hesab ediyiniz müəlliminiz vardırmı, əgər
vardısa,fikrinizi əsaslandırın.
Bəli var idi.Tarix müellimim ənənəvi üsul ilə dərs keçsə də təcrübələrə də üstünlük verməyə çalışırdı.Bizi
tez-tez tarixi yerləri görməyə aparırdı.Burada cərəyan edən hadisələri yerində izah etmə şansı
yaranırdı.Müstəqil düşünüb müəllimin suallarına dəqiqcavabverə bilirdik.Müəllim həmişə baş verən
tarixi hadisələrə şəxsi yanaşmalarımızı da öyrənirdi.Dərsi izah edib müzakirəyə verirdi.Dərs həm
maraqlı keçirdi,həm də mövzunu daha yaxşı anlayırdıq.
46. “Əlifba bayramı” hadisəsində Firəngiz müəllimin öz vəzifələrinə münasibətini Təhsil
Qanunu baxımından təhlil edin.
47.T əhsil sahəsində dövlətsiyasətini mövcud dövlətsənədləri əsasında şərh edin.
"TƏHSİL HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQnömrəli Qanunu
Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik –milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və
azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətrafmühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq
və dözümlülüyün priоritet kimi qəbul оlunması;
3.0.2. demоkratiklik –təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai
əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil
müəssisələrinin muхtariyyətinin artırılması;
3.0.3. bərabərlik –bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması
və təhsil hüququnun təmin оlunması;
3.0.4. millilik və dünyəvilik –milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin
təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişafetdirilməsi;
3.0.5. keyfiyyətlilik –təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin,
cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik –təhsilin və elmi yaradıcılığın daim inkişafedən, faydalı və sоn nəticəyə
istiqamətlənən müasir metоdlarla təşkili;
20
3.0.7. fasiləsizlik, vəhdətlik,daimilik –mövcud təhsil standartları, tədris prоqramları və planları
əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik
qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;
3.0.8. varislik –təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraqnövbəti nəslə (dövrə)
ötürülməsi;
3.0.9. liberallaşma –təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10.inteqrasiya–milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması,
uyğunlaşması və qоvuşması əsasında inkişafı.
Konstitusiya
Maddə 42. Təhsil hüququ
I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaqhüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət
verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
48. İdraki taksonomiya v ə onun səviyyələrini müəyyən edin.
Müasir texnologiya əsrində informasiyaları daşımaqdeyil,onlardan istifadə etməyi bacarmaqlazımdır.
Düşünmə bacarıqları insanlara informaiyalardan istifadə edərək problemləri həll etməyin yollarını
öyrədir.
Şagirdlərin düşünmə bacarıqlarını inkişafetdirməkdə idraki taksonomiyalar əhəmiyyətli vasitədir.
Səviyyələrini Blum müəyyən etmişdir.
Bilik – yadda saxlamanı,yada salmanı və tanımanı vurğulayan kateqoriyadır.
Anlama – informasiyaları daha aydın şəkildə dərk etmək mərhələsidir.
Tətbiq – adından göründüyü kimi problemin həllinə nail olmaq üçün informasiyanı istifadə edir.
Təhlil – prosesin dərinliyini anlamadan fərqləndirməyə kömək edir. Təhlil əlaqələri başa düşməkdir.
Sintez – yeni mahiyyət yaratmaq üçün elementlərin yaradıcı(kreativ) şəkildə əlaqələnməsinə səbəb olur.
Dəyərləndirmə - .mübahisəli mövzularda qərar qəbul etməyi və bu qərarı faktlarla əsaslandırmağı tələb
edir.
49. Əlverişli təlim mühiti yaratmaq üçün nə etmək lazımdır?
Müasir təlimin başlıca vəzifələrdən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri biliklərin müstəqil əldə
edilməsinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə,
onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi
şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda şəxsiyyətyönülü tədris prosesi həmçinin
tərbiyəvi proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərləri və
vərdişləri formalaşdıracaq.
Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir.
Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona
hörmət əsasında münasibət göstərilməlidir.
Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk
kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk
növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim
prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin
həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşfetməyə
yönəlir.
Təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə
etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir.
Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi,düzğün istifadə və
tətbiq etməyi öyrətməlidir.
Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasındaöz
əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
21
50.Elmi-texniki tərəqqinin təhsil qarşısında qoyduğu tələbləri şərh edin.
51. Milli səviyyəli təhsil siyasətinin şəhər (rayon) səviyyəsində həyata keçirilməsini izah edin.
Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin
planlaşdırılması
Planın həyata keçirilməsi
(Şəhər/rayon)
Ümumi təhlil Ümumi məsələnin
konkretləşdirilmasi
Aparılan işin qiymətləndirilməsi
Siyasi və sosial vəziyyət Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi
Təhsil sahəsi Həyata keçirilən zaman
dəqiqləşdirilməsi
Planların təkminləşdirilməsi
İnkişafın dinamikası
Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi
olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi
vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin
planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi
qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi
rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi
dəqiqləşdirilir.
52.Gündəlik (cari) planlaşdırma nümunəsinin sxemini göstərin.
53.“2.4.1. Fövqəladə hadisələri təsnifedir.” standartında verilmiş biliklərdə idrakı
toksonomiya-nın bir səviyyəsinə aid nümunə göstərin.
İdraki taksonomiyanın səviyyələrini Blum müəyyən etmişdir.
Bilik – yadda saxlamanı,yada salmanı və tanımanı vurğulayan kateqoriyadır.
Anlama – informasiyaları daha aydın şəkildə dərk etmək mərhələsidir.
Tətbiq – adından göründüyü kimi problemin həllinə nail olmaq üçün informasiyanı istifadə edir.
Təhlil – prosesin dərinliyini anlamadan fərqləndirməyə kömək edir. Təhlil əlaqələri başa düşməkdir.
Sintez – yeni mahiyyət yaratmaq üçün elementlərin yaradıcı(kreativ) şəkildə əlaqələnməsinə səbəb olur.
Dəyərləndirmə - .mübahisəli mövzularda qərar qəbul etməyi və bu qərarı faktlarla əsaslandırmağı tələb
edir.
Burada "Təhlil – prosesin dərinliyini anlamadan fərqləndirməyə kömək edir. Təhlil əlaqələri başa
düşməkdir."səviyyəsi göstərilmişdir.
22
54.T əlim prosesinin iştirakçısı kimi təhsil verənlərin hüquqları,vəzifələri və məsuliyyətlərini
şərh edin.
33cü maddə:Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası,təhsil
müəssisəsinin nizamnaməsi və daхili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında
bağlanılan əmək müqavilələri ilə tənzimlənir.Müəllimin hüququ bunlardır:
1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla
təmin оlunmaq;
2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında
fəal iştirak etmək;
3. tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək;
4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiqhallarda seçkili vəzifələrə seçmək və seçilmək;
6. iхtisasını artırmaq, yeni iхtisas almaq,staj keçmək,iхtisas və elmi dərəcəsini yüksəltmək;
7.müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaqvə təltifоlunmaq;
Vəzifələri aşağıdakılardır:
1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq
ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və
qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,mədəniyyətinə, dilinə, adət və ənənələrinə,
milli və ümumbəşəri dəyərlərə,cəmiyyətə,ətrafmühitə hörmət və qayğı hissləri aşılamaq;
5. pedaqoji etika və əxlaq normalarınariayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq
nümunəsi göstərmək;
6. təhsilalanların şərəfvə ləyaqətinə hörmət etmək;
7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
55.Müşahidə etdiyiniz bir dərs nümunəsini xatırlayın və təlim prosesində həmin müəllimin
fəaliyyətini təhsilfəlsəfəsi baxımından şərh edin.
Proqressivist hesabediyim tarix müellimim ənənəvi üsul ilə dərs keçsə də təcrübələrə də üstünlük
verməyə çalışırdı.Bizi tez-tez tarixi yerləri görməyə aparırdı. Bizi dərslərin birində Qobustana
aparmışdı.Burada cərəyan edən hadisələri yerində izah etmə şansı yaranırdı.Müstəqil düşünüb
müəllimin suallarına dəqiq cavab verə bilirdik.Müəllim baş verən tarixi hadisələrə şəxsi
yanaşmalarımızı da öyrənirdi.Dərsi izah edib müzakirəyə verirdi.Dərs həm maraqlı keçirdi,həm də
mövzunu daha yaxşı anlayırdıq.
56.Stefan Kovey ə görə motivasiyanın mahiyyəti nədir?
57.İllik (perspektiv) planlaşdırmanın sxemini çəkin.
58. Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsiplərini göstərin.
Pedaqoji prosesin düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur. Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)” haqqında sənəddə ümumi təhsil sistemində pedaqoji prosesin təşkilində
aşağıdakı prinsiplərin əsas götürülməsi nəzərə alınmışdır:
23
1. Pedaqoji prosesin tam lığı –pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə
(inkişafetdirici, öyrədici,tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird
fəaliyyətini əhatə edir. Standartdan məqsəd çıxarılarkən müəllim şagirdin eyni zamanda həm təlim
almasını, həm tərbiyələnməsini, həm də inkişafa meyillənməsini əsas diqqət mərkəzində saxlamalıdır.
2. Təlim də bərabər im kanların yaradılması –bütün şəgirdlərə eyni təlim şəraiti yaradılır və
pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Müəllim şagirdlər arasında
irqi, dini, milli, cinsi fərqlərə əhəmiyyət verməməli, onların qavrama, mənimsəmə səviyyələrini əsas
gətirərək diskriminativ yanaşmamalıdır.
3. Şagirdyönümlülük –şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi
şagirdlərin maraq və tələbatının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial
imkanlarının inkişafına yönəldilir. Müəllim ilk növbədə tədris olunan mövzunun şagirdin maraq
dairəsində olmasına, onun biliklərinin bacarıqlara çevrilməsinə diqqət yetirməlidir.
4. İnkişafyönümlülük –şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və
vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir. Məktəbəqədər təhsil pilləsindən başlayaraq tam orta təhsil
pilləsini bitirənə qədər şagirdin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Onun fəaliyyət sahəsi genişləndikcə
biliklərinin dərinləşməsinə xüsusi diqqət olunmalıdır.
5. Fəaliyyətin stimullaşdırılması –pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin
təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və
dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin
olunur. Şagirdin kiçik nailiyyətləri müəllim tərəfindən rəğbətləndirilməlidir.
6. Dəstəkləyici m ühitin yaradılması –pedaqoji prosesin münasib maddi-texniki baza əsasındavə
sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi üçün
əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. Şagird informasiya-kommunikasiya texnologiyaları,
kitabxana, dərsliklər, müasir tələblərə cavabverən sinifotaqları ilə təmin olunmalıdır.
59.Fənni öyrənərkən istifadə edilən təlim strategiyaları (üsulları) haqqında m əlumatverin.
Təlim strategiyalarına -Təlimin təşkilinə verilmiş tələblər,Təlimin forma və üsulları və Təlim
fəaliyyətinin planlaşdırılması daxildir.
Təlimin təşkilinə verilən tələblər aşağıdakılardır:
1)Pedaqoji prosesin tamlığı –Təlim məqsədləri kompleks(inkişafetdirici,öyrədici,tərbiyədici) şəkildə
həyata keçirilir,real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhata edir.
2)Təlim də bərabər im kanların yaradılması –Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və
pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.
3)Şagirdyönümlülük –Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə,onların
istedad və qabiliyyətlərinin,potensial imkanlarının inkişafına yönəldilir.
4)İnkişafyönümlülük –Təhsildə mühüm məsələlər cəmiyyətdə gedən inkişafa müvafiq
tənzimlənir,şagirdlərin bilik,bacarıqvə dəyələrin dinamik inkişafını təmin edir.
5)Fəaliyyətin stimullaşdırılması –Şagirdlərin təlimə marağının artırılması üçün onların
fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir.
6)Dəstəkləyici m ühitin yaradılması –Pedaqoji proses münasib maddi-texniki baza əsasında və
sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir.
Təlim strategiyaları –tədris prosesində istifadə olunan forma, üsul, vasitə və yanaşmaların
məcmusudur.
Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinin şərtləri:
• Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi
• Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi
• Məzmun standartında biliyin kateqoriyalarının müəyyən edilməsi (deklarativ,prosedural,
kontekstual)
• Məzmun standartında bacarığın xüsusiyyətinin müəyyən edilməsi (idraki, emosional, psixomotor)
• Biliyin kateqoriyası və bacarığın xüsusiyyətlərinin təlim məqsədində əks etdirilməsi
• Şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vasitələrinin seçilməsi
24
Kollektivlə iş Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur,
şagirdlərdə ünsiyyətyaratmabacarığının təşəkkülüvə inkişafı təmin edilir. Qruplarla iş Şagirdlər
müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir
mübadiləsi aparmaq,mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişafedir. Cütlərlə iş
Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından
əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Fərdi iş
Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişafetdirmək məqsədi
daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.
60. Beynəlxalq,Milli və məktəbdaxili qiymətləndirmənin mahiyyətini şərh edin.
1. Beynəlxalq qiymətləndirmə:-perspektivləri müəyyənləşdirmək üçün beynəlxalq təşkilatlar tərəfindən
aparılır. Sənaye ölkələrində məktəb sisteminin nəti-cələrinə dair müqayisəli faktları verməklə
şagirdlərin real həyatda oxu, riyaziyyatvə təbiət elmləri sahəsində bilik və bacarıqlarının tətbiqini
qiymətləndirir. Müxtəlifölkələrdə şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində rəsmi məktəb
kurikulumunun məzmununa nə dərəcədə yiyələndiklərini təhlil edir.
2. Milli qiymətləndirmə:- perspektivləri müəyyənləşdirmək üçün ölkədə müxtəlif təşkilatlar və qrumlar
tərəfindən aparılır. Təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə
tədqiqatlarıdır
3. Məktəbdaxili qiymətləndirmə:-rəsmidir və təhsilalanların attestasiyasına xidmət edir, tərkib
hissələrinə görə 3 qrupa bölünür:
Diaqnostik qiymətləndirmə:-ilkin səviyyənin qiymətləndirilməsidir. Müəllimin təlim strategiyasını
müəyyən etməyə kömək edir. Dərs ilinin əvvəlində, şagird sinfini və məktəbi dəyişdikdə onun bilik və
bacarıqları haqqında məlumat əldə etmək üçündür. Fərdi yanaşmanı təmin edir. Müəllim tərəfindən
aparılır. Qiymət sinif jurnalına yazılmır., müəllimin qeyd dəftərinə yazılır.
Üsulları:-tapşırıqvermə,müsahibə, valideyn və digər müəllimlərlə əməkdaşlıq.
Vasitələri:-çalışma, müəllimin qeyd vərəqi, söhbət,sorğu vərəqi.
Formativ qiymətləndirmə:-dərsi müşahidə edən prosesdir, şagirdin təlim fəaliyyətinin daima
izlənilməsidir. Məqsədi şagirddə bilik və bacarıq formalaşdırmaqla,onun təlim nəticələrinə nail
olmasıdır. Şagird gündəlik yaxşı nəticə göstərmək üçün çalışır. Şagirdin bilik və bacarıqlarının vəziyyəti
qiymətlənir.
Üsulları:-müşahidə, şifahi sorğu-sual, tapşırıqvermə,valideyn və fənn müəllimi ilə əəkdaşlıq, oxu, yazı,
layihə, şifahi və yazılı təqdimat, özünüqiymətləndirmə, test.
Vasitələri:-müşahidə vərəqi, şifahi nitq qeydiyyat vərəqi, çalışma, söhbət, sorğuvərəqi, mətn, inşa, esse,
misal və məsələ, meyar cədvəli, özünüqiymətləndirmə cədvəli, test.
Simmativ qiymətləndirmə:-kiçik, böyük və yekun summativ olmaqla3 növü var.
-Kiçik Summativ qiymətləndirmə-bəhsin, bölmənin sonunda aparılır.
-Böyük Summativ qiymətləndirmə-yarımilin sonunda aparılır.
KS və BS qiymətləndirmə məzmun standartına uyğun hazırlanmış vasitələrlə aparılır. Fənnin
xüsusiyyətlərindən asılı olaraq əsasən yaradıcı, nəzəri və praktiki olmaqla kompleks tapşırıqlar-
layihələr, referatlar, inşalar, təqdimatlar şəklində və ya testlə aparılır.
Beynəlxalq qiymətləndirmə
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını
yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin
vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq,
onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə
şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç
ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri
25
(şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini) öyrənməyə,
riyazi savadlılıq, oxu savadı,təbiət elmləri savadlılığı və əlavə olaraqmüxtəliftipli problemləri həlletmə
bacarıqlarını qiymətləndirməyə xidmət edir.
Milli qiym ətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda
mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir.
Xüsusi təmsiledici seçimetməklə, 4-cü və 9-cu sinifşagirdləri arasında obyektiv testlər, sorğuvərəqələri
və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və əldə olunan nəticələr
kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin
dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir.
Təlimin aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş
verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə məlumatların
əldə edilməsinə imkan verir.
Məktəbdaxili qiym ətləndirmə növləri
Y uxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan məktəbdaxili
qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;
şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurikulum üzrə
qiymətləndirmə);
Diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi),
Formativ (irəliləmə və geriləmələrin monitorinqi),
Summativ (kiçik, böyük və yekun)
Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan
qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.Məktəbdaxili
qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə, bir təhsil səviyyəsindən digər
təhsil səviyyəsinə keçirilməsinə xidmət edir.
61. Holistik və analitik qiymətləndirmənin mahiyyətini şərh edin.
“Holistik” sözü latın mənşəlidir və lüğəvi mənası “ümumi”,“bütöv”, “tam” deməkdir. Holistik
qiymətləndirmə təlim prosesində məqsədlərə görə müəyyən olunmuş bacarıqların ayrı-ayrılıqda
qiymətləndirilməsi yolu ilə şagirdin inkişafsəviyyəsinin qısa müddətdə ümumi şəkildə
dəyərləndirilməsidir. Qısa müddət ərzində həyata keçirildiyi üçün bu qiymətləndirmə “sürətli
qiymətləndirmə” də adlanır. Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə
edilən meyarlarla bağlı şagirdlərin məlumatlandırılmasını,onların işinin necə qiymətləndiriləcəyini və
onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və tələbləri (meyarları)
müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə, təlim prosesində
irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat
verilməsini təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır. Holistik
qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət
səviyyələrini əks etdirən 4-5 ballıq şkalayaəsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla,
şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
26
Analitik qiymətləndirmə sxemi Analitik qiymətləndirmə şagirdlər üçün nəzərdə tutulan konkret
bacarıqların müəyyən olunmuş uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir. Oxu
bacarığının qiymətləndirilməsi üzrə analitik qiymətləndirmə nümunəsi
1.Analitik qiymətləndirmə əsasən sorğular və testlər əsasında aparılır.
2.Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.
3.Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.
4.Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha
5.ətraflı informasiya verilir.
6.Bu qiymətləndirmədə çox vaxt tələb edilir.
Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir.
Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl
qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin
qiymətləndirmə üçün daha çox vaxt tələb olunur. Qiymətləndirmə sxemlərinin elementlərinə
qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlifsəviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə
şkalası, nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha
müfəssəl təsvir edən söz və ya ifadə (səviyyə deskriptoru),hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilən
məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan nəticə
(standart) daxildir.
62. Müasir qiymətləndirmə ilə ənənəvi qiymətləndirməni müqayisə edin..
27
63. Əsas qiymətləndirmə növlərini-diaqnostik,formativ və summativ qiymətləndirməni şərh
edin.
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə təlimin hər hansı bir mərhələsində şagirdin bilik və bacarıqlarının ilkin
səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə
alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs
və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər
zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və
təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır.
Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır.
Şagirdlərin maraq dairəsi, dünyagörüşü,yaşadığı mühit haqqındaməlumat almağa imkan verir.
Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinifvə formativ qiymətləndirmə jurnallarında) qeyd
olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinifrəhbəri və
digər fənn müəllimləri məlumatlandırılır.İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik
qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik
göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt
itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə
qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin
hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər
ilkin səviyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı
inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda
bu suallar əsas psixometrik tələblərə cavabverməlidir.
Form ativ qiymətləndirmə
Y eni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Y eni və
ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim
fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ
qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır.Formativ qiymətləndirmə sayəsində
şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün
çalışır. Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasınayönəlmiş
28
irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və
təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Sum mativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük
summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin
sonunda) yekun vurmaqla,müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları
əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ
qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ
qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinifjurnalında qeyd olunur.
64. Qiymətləndirmə standartlarının komponentlərini və səviyyələrini şərh edin.
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)
Kurikulum bilet cavab (cografiya)

More Related Content

What's hot

NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...
NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...
NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...Dịch vụ viết thuê Luận Văn - ZALO 0932091562
 
Fakta Asas Matematik
Fakta Asas MatematikFakta Asas Matematik
Fakta Asas Matematikfaizahsaiful
 
Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)
Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)
Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)Sayshare
 
Contoh kpi sekolah
Contoh kpi sekolahContoh kpi sekolah
Contoh kpi sekolahSomariah Som
 
Kertas kerja Kursus Kemahiran Asas Unit Beruniform
Kertas kerja Kursus Kemahiran Asas Unit BeruniformKertas kerja Kursus Kemahiran Asas Unit Beruniform
Kertas kerja Kursus Kemahiran Asas Unit Beruniformskbekelam
 
Đào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt Nam
Đào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt NamĐào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt Nam
Đào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt Namluanvantrust
 
Nota lengkap arab
Nota lengkap arabNota lengkap arab
Nota lengkap arabieda kahar
 
6_zbd_g_2023.pdf
6_zbd_g_2023.pdf6_zbd_g_2023.pdf
6_zbd_g_2023.pdfLudaM3
 
Kertas kerja menaiktaraf infrastruktur sekolah
Kertas kerja menaiktaraf infrastruktur sekolahKertas kerja menaiktaraf infrastruktur sekolah
Kertas kerja menaiktaraf infrastruktur sekolahNORILYANABINTIMDARIF
 
Puasa benteng diri bhg 2
Puasa benteng diri bhg 2Puasa benteng diri bhg 2
Puasa benteng diri bhg 2Atikah Sulong
 
Luận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàng
Luận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàngLuận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàng
Luận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàngDịch vụ viết bài trọn gói ZALO: 0936 885 877
 
CONTOH SASARAN KERJA TAHUNAN GURU
CONTOH SASARAN KERJA TAHUNAN GURUCONTOH SASARAN KERJA TAHUNAN GURU
CONTOH SASARAN KERJA TAHUNAN GURUROSMAWATIE
 
Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...
Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...
Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...Dịch vụ viết bài trọn gói ZALO: 0909232620
 

What's hot (20)

NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...
NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...
NÂNG CAO SỰ HÀI LÒNG CỦA KHÁCH HÀNG ĐỐI VỚI CHẤT LƯỢNG DỊCH VỤ NGÂN HÀNG TRỰC...
 
Fakta Asas Matematik
Fakta Asas MatematikFakta Asas Matematik
Fakta Asas Matematik
 
Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)
Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)
Takwim Panitia Sejarah (Rendah) 2016 (Deraf)
 
Contoh kpi sekolah
Contoh kpi sekolahContoh kpi sekolah
Contoh kpi sekolah
 
Quản Lý Nhà Nước Về Kết Cấu Hạ Tầng Giao Thông Đường BỘ Ở Tỉnh Quảng Bình
Quản Lý Nhà Nước Về Kết Cấu Hạ Tầng Giao Thông Đường BỘ Ở Tỉnh Quảng BìnhQuản Lý Nhà Nước Về Kết Cấu Hạ Tầng Giao Thông Đường BỘ Ở Tỉnh Quảng Bình
Quản Lý Nhà Nước Về Kết Cấu Hạ Tầng Giao Thông Đường BỘ Ở Tỉnh Quảng Bình
 
Kertas kerja Kursus Kemahiran Asas Unit Beruniform
Kertas kerja Kursus Kemahiran Asas Unit BeruniformKertas kerja Kursus Kemahiran Asas Unit Beruniform
Kertas kerja Kursus Kemahiran Asas Unit Beruniform
 
Sijil penghargaan
Sijil penghargaanSijil penghargaan
Sijil penghargaan
 
Đào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt Nam
Đào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt NamĐào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt Nam
Đào tạo, bồi dưỡng cán bộ công chức cơ quan Tổng Liên đoàn Lao động Việt Nam
 
Nota lengkap arab
Nota lengkap arabNota lengkap arab
Nota lengkap arab
 
Luận văn: Bồi dưỡng công chức Văn phòng - Thống kê cấp xã
Luận văn: Bồi dưỡng công chức Văn phòng - Thống kê cấp xãLuận văn: Bồi dưỡng công chức Văn phòng - Thống kê cấp xã
Luận văn: Bồi dưỡng công chức Văn phòng - Thống kê cấp xã
 
Luận văn: Nâng cao chất lượng công chức cấp xã tỉnh Bắc Ninh
Luận văn: Nâng cao chất lượng công chức cấp xã tỉnh Bắc NinhLuận văn: Nâng cao chất lượng công chức cấp xã tỉnh Bắc Ninh
Luận văn: Nâng cao chất lượng công chức cấp xã tỉnh Bắc Ninh
 
Luận văn: Nâng cao chất lượng công chức cấp xã huyện Đông Anh
Luận văn: Nâng cao chất lượng công chức cấp xã huyện Đông AnhLuận văn: Nâng cao chất lượng công chức cấp xã huyện Đông Anh
Luận văn: Nâng cao chất lượng công chức cấp xã huyện Đông Anh
 
6_zbd_g_2023.pdf
6_zbd_g_2023.pdf6_zbd_g_2023.pdf
6_zbd_g_2023.pdf
 
Kertas kerja menaiktaraf infrastruktur sekolah
Kertas kerja menaiktaraf infrastruktur sekolahKertas kerja menaiktaraf infrastruktur sekolah
Kertas kerja menaiktaraf infrastruktur sekolah
 
Puasa benteng diri bhg 2
Puasa benteng diri bhg 2Puasa benteng diri bhg 2
Puasa benteng diri bhg 2
 
Luận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàng
Luận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàngLuận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàng
Luận văn: Yếu tố tác động đến động lực làm việc của nhân viên tại ngân hàng
 
Đề tài: Năng lực quản lý của Chủ tịch UBND huyện Phù Mỹ, HAY
Đề tài: Năng lực quản lý của Chủ tịch UBND huyện Phù Mỹ, HAYĐề tài: Năng lực quản lý của Chủ tịch UBND huyện Phù Mỹ, HAY
Đề tài: Năng lực quản lý của Chủ tịch UBND huyện Phù Mỹ, HAY
 
CONTOH SASARAN KERJA TAHUNAN GURU
CONTOH SASARAN KERJA TAHUNAN GURUCONTOH SASARAN KERJA TAHUNAN GURU
CONTOH SASARAN KERJA TAHUNAN GURU
 
Luận văn: Đào tạo, bồi dưỡng công chức Văn phòng, HOT
Luận văn: Đào tạo, bồi dưỡng công chức Văn phòng, HOTLuận văn: Đào tạo, bồi dưỡng công chức Văn phòng, HOT
Luận văn: Đào tạo, bồi dưỡng công chức Văn phòng, HOT
 
Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...
Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...
Luận án: Kiểm soát thủ tục hành chính các Tỉnh miền Tây Nam Bộ - Gửi miễn phí...
 

Viewers also liked

Viewers also liked (19)

Hovard qardnerin nezeriyyesi...
Hovard qardnerin nezeriyyesi... Hovard qardnerin nezeriyyesi...
Hovard qardnerin nezeriyyesi...
 
Səs dalğaları 7 Əhmədova Aliyə
Səs dalğaları 7 Əhmədova AliyəSəs dalğaları 7 Əhmədova Aliyə
Səs dalğaları 7 Əhmədova Aliyə
 
Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləri
 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI tərkibində İNCƏSƏNƏT GİMNAZİYASI
 AZƏRBAYCAN  MİLLİ  KONSERVATORİYASI tərkibində  İNCƏSƏNƏT  GİMNAZİYASI AZƏRBAYCAN  MİLLİ  KONSERVATORİYASI tərkibində  İNCƏSƏNƏT  GİMNAZİYASI
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI tərkibində İNCƏSƏNƏT GİMNAZİYASI
 
Szkice o metodologii deskryptywnej
Szkice o metodologii deskryptywnejSzkice o metodologii deskryptywnej
Szkice o metodologii deskryptywnej
 
Firma w internecie
Firma w internecieFirma w internecie
Firma w internecie
 
SEMMELROCK - PORADNIK BRUKARSKI
SEMMELROCK - PORADNIK BRUKARSKISEMMELROCK - PORADNIK BRUKARSKI
SEMMELROCK - PORADNIK BRUKARSKI
 
Si̇rac m
Si̇rac mSi̇rac m
Si̇rac m
 
Agile - metodyki zwinne (ver. 2014-04-29)
Agile - metodyki zwinne (ver. 2014-04-29)Agile - metodyki zwinne (ver. 2014-04-29)
Agile - metodyki zwinne (ver. 2014-04-29)
 
Prezentacja Ola Mąkosa
Prezentacja Ola MąkosaPrezentacja Ola Mąkosa
Prezentacja Ola Mąkosa
 
Shopper DNA 2016 - oferta raportu TNS Polska
Shopper DNA 2016 - oferta raportu TNS PolskaShopper DNA 2016 - oferta raportu TNS Polska
Shopper DNA 2016 - oferta raportu TNS Polska
 
Zecharia Sitchin 12 Planeta[1]
Zecharia Sitchin   12 Planeta[1]Zecharia Sitchin   12 Planeta[1]
Zecharia Sitchin 12 Planeta[1]
 
Scalone dokumenty (9)
Scalone dokumenty (9)Scalone dokumenty (9)
Scalone dokumenty (9)
 
1
11
1
 
Blum izahati
Blum izahatiBlum izahati
Blum izahati
 
Kuriklum testleri (6)
Kuriklum testleri (6)Kuriklum testleri (6)
Kuriklum testleri (6)
 
Prezentacja emocje
Prezentacja emocjePrezentacja emocje
Prezentacja emocje
 
I sinif intelektual oyun ( azerb- riyaz )
I sinif    intelektual oyun (  azerb- riyaz )I sinif    intelektual oyun (  azerb- riyaz )
I sinif intelektual oyun ( azerb- riyaz )
 
Bachelor Thesis
Bachelor ThesisBachelor Thesis
Bachelor Thesis
 

Similar to Kurikulum bilet cavab (cografiya)

V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...Yegane Ramazanova
 
ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...
ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...
ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...AzerbaijanJournalofE1
 
Ali məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptxAli məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptxhdKrimli
 
Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...
Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...
Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...Center for Innovations in Education
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalarifarqanaliyeva
 
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...AzerbaijanJournalofE1
 
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...Center for Innovations in Education
 
Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014MirNamik
 
Habil gadimov resume ppt
Habil gadimov resume pptHabil gadimov resume ppt
Habil gadimov resume ppthabil69
 
Qiymetlendirme.pptx
Qiymetlendirme.pptxQiymetlendirme.pptx
Qiymetlendirme.pptxEmin84
 
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptxAysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptxEhedKerimli
 
12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi
12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi
12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsiCenter for Innovations in Education
 
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...AzerbaijanJournalofE1
 

Similar to Kurikulum bilet cavab (cografiya) (20)

Kurikulum
KurikulumKurikulum
Kurikulum
 
kurikulum
kurikulumkurikulum
kurikulum
 
Hd pdf
Hd pdfHd pdf
Hd pdf
 
Kurikulum
KurikulumKurikulum
Kurikulum
 
Ii gwn (1)
Ii gwn (1)Ii gwn (1)
Ii gwn (1)
 
Kurikulum
KurikulumKurikulum
Kurikulum
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
 
ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...
ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...
ƏDƏBİYYAT TƏLİMİ METODLARININ TƏSNİFAT PROBLEMİ / THE PROBLEM OF CLASSIFICATI...
 
Ali məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptxAli məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptx
 
Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...
Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...
Yuxarı sinif şagirdlərinin və abituriyentlərin oxu və yazı bacarıqlarının ölç...
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
 
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...
 
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin pedaqoji fəaliyyətinin qiym...
 
Muəllim
MuəllimMuəllim
Muəllim
 
Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014
 
Habil gadimov resume ppt
Habil gadimov resume pptHabil gadimov resume ppt
Habil gadimov resume ppt
 
Qiymetlendirme.pptx
Qiymetlendirme.pptxQiymetlendirme.pptx
Qiymetlendirme.pptx
 
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptxAysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
 
12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi
12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi
12 illik ümumi təhsilə keçidlə əlaqədar fənn kurikulumlarının yenilənməsi
 
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...
 

More from ADPU

Torpaq coğrafiyası test cavab a varianti
Torpaq coğrafiyası test cavab a variantiTorpaq coğrafiyası test cavab a varianti
Torpaq coğrafiyası test cavab a variantiADPU
 
Testler umumi
Testler umumiTestler umumi
Testler umumiADPU
 
Testler daxili sular 7ci sinif
Testler daxili sular 7ci sinifTestler daxili sular 7ci sinif
Testler daxili sular 7ci sinifADPU
 
cografiya Test 7ci sinif
cografiya Test 7ci sinifcografiya Test 7ci sinif
cografiya Test 7ci sinifADPU
 
Test 9cu sinif
Test 9cu sinifTest 9cu sinif
Test 9cu sinifADPU
 
Simali amerika.abs
Simali amerika.absSimali amerika.abs
Simali amerika.absADPU
 
Serqi avropa
Serqi avropaSerqi avropa
Serqi avropaADPU
 
Qerbi avropa
Qerbi avropaQerbi avropa
Qerbi avropaADPU
 
inkisaf etmis olkeler
inkisaf etmis olkelerinkisaf etmis olkeler
inkisaf etmis olkelerADPU
 
Beynelxalq iqtisadi elaqeler
Beynelxalq iqtisadi elaqelerBeynelxalq iqtisadi elaqeler
Beynelxalq iqtisadi elaqelerADPU
 
Avrasiyanin tebii zonalari
Avrasiyanin tebii zonalariAvrasiyanin tebii zonalari
Avrasiyanin tebii zonalariADPU
 
Avrasiyanin daxili sulari
Avrasiyanin daxili sulariAvrasiyanin daxili sulari
Avrasiyanin daxili sulariADPU
 
Atmosferin ümumi sirkulyasiyası
Atmosferin ümumi sirkulyasiyasıAtmosferin ümumi sirkulyasiyası
Atmosferin ümumi sirkulyasiyasıADPU
 
Asiya,serqi asiya
Asiya,serqi asiyaAsiya,serqi asiya
Asiya,serqi asiyaADPU
 
Atmosferdə yaginti
Atmosferdə yagintiAtmosferdə yaginti
Atmosferdə yagintiADPU
 

More from ADPU (15)

Torpaq coğrafiyası test cavab a varianti
Torpaq coğrafiyası test cavab a variantiTorpaq coğrafiyası test cavab a varianti
Torpaq coğrafiyası test cavab a varianti
 
Testler umumi
Testler umumiTestler umumi
Testler umumi
 
Testler daxili sular 7ci sinif
Testler daxili sular 7ci sinifTestler daxili sular 7ci sinif
Testler daxili sular 7ci sinif
 
cografiya Test 7ci sinif
cografiya Test 7ci sinifcografiya Test 7ci sinif
cografiya Test 7ci sinif
 
Test 9cu sinif
Test 9cu sinifTest 9cu sinif
Test 9cu sinif
 
Simali amerika.abs
Simali amerika.absSimali amerika.abs
Simali amerika.abs
 
Serqi avropa
Serqi avropaSerqi avropa
Serqi avropa
 
Qerbi avropa
Qerbi avropaQerbi avropa
Qerbi avropa
 
inkisaf etmis olkeler
inkisaf etmis olkelerinkisaf etmis olkeler
inkisaf etmis olkeler
 
Beynelxalq iqtisadi elaqeler
Beynelxalq iqtisadi elaqelerBeynelxalq iqtisadi elaqeler
Beynelxalq iqtisadi elaqeler
 
Avrasiyanin tebii zonalari
Avrasiyanin tebii zonalariAvrasiyanin tebii zonalari
Avrasiyanin tebii zonalari
 
Avrasiyanin daxili sulari
Avrasiyanin daxili sulariAvrasiyanin daxili sulari
Avrasiyanin daxili sulari
 
Atmosferin ümumi sirkulyasiyası
Atmosferin ümumi sirkulyasiyasıAtmosferin ümumi sirkulyasiyası
Atmosferin ümumi sirkulyasiyası
 
Asiya,serqi asiya
Asiya,serqi asiyaAsiya,serqi asiya
Asiya,serqi asiya
 
Atmosferdə yaginti
Atmosferdə yagintiAtmosferdə yaginti
Atmosferdə yaginti
 

Kurikulum bilet cavab (cografiya)

  • 1. 1 ÜMUMİ TƏHSİL KURİKULUMUNUN ƏSASLARI (fənn üzrə imtahan sualları) 1. “Ümumi təhil kurikulumunun əsasları” fənninin xarakterikxüsusiyyətlərini səciyyələndirin. Xarakterik xüsusiyyətləri dedikdə bura fənnin əhəmiyyəti,məqsəd və vəzifələri,fənnin məzmunu,tədrisin və təlimin təşkili və nailiyyətlərin qiymətləndirilməsi daxildir. Əhəmiyyətinə aşağıdakılar daxildir: Təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinə dəstək vermək Y alnız nəzəri baxımdan məlumatlı müəllimlər deyil,,həm də praktiki baxımdan səriştəli,yeni təlim texnologiyalarından səmərəli istifadə edə bilən pedaqoji kadrlar hazırlamaq Pedaqoji kadr hazırlığının keyfiyyətini təmin etməklə ümumi təhsilin keyfiyyətini yüksəltmək. Kurikulum hazırlanarkən şagirdin imkanları, meyl və maraqları nəzərə alınır. Fənn üzrə təlimin məzmunu-bilik, bacarıq və vərdişlər, təlim strategiyaları-təlimin prinsipləri, formaları, üsulları, qiymətləndirmə mexanizmlərini əhatə edir. -ümumi təhsil pillələri və bu pillələrdə tədris olunan fənlər arası əlaqələrin və ardıcıllığın təmin edilməsi; -fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daimatəkmilləşdirilməsi və yenilənməsi; -təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması; -nəticəyönümlü fənn kurikulumunun hazırlanması və tətbiq edilməsi; -təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bacarıq və vərdişlərinin təhsil pillələri üzrə konsentrik əsasında müəyyənləşdirilməsinin təmin olunması; -şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və situmullaşdırılmasının təmin edilməsi 2. “Əlifba bayramı” mətnində şagirdin hüquqlarının pozulmasına münasibətinizi bildirin. 3. T əhsil siyasəti haqqında m əlumat verin. Təhsil siyasətinin əhatə dairəsi geniş ola bilər.Təhsil siyasəti miqyas,mürəkkəblik,qərarların reallaşacağı mühit,qərarların yoxlanılması üçün meyarlar baxımından fərqlənir.Təhsil siyasətinin hazırlanmasında 2 mühüm meyar müəyyən edilib: Siyasət kim tərəfindən hazırlanır?(iştirakçılar) Siyasət necə hazırlanır?(proses) Təhsil siyasəti hazırlanarkən təşkilati və dövlət siyasəti modelindən istifadə olunur.Təhsil siyasətinin hazırlanmasında istifadə olunan metodlar isə sinoptik(məntiqə əsaslanan) və inkramental(tədqiqata əsaslanan) metodlardır. Milli səviyyəli təhsil siyasətinin şəhər(rayon) səviyyəsində həyatakecirilməsi Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Milli səviyyəli təhsil siyasətinin məktəbsəviyyəsində həyata kecirilməsi Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət məktəb üzrə təhlil olunur, Məktəb üzrə şərait (yeri, əhalisi), sosial vəziyyəti, mühiti (mənəvi-psixoloji), maddi-texniki baza, təhsilin vəziyyəti, inkişaf dinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Y əni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir, yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Milli səviyyəli təhsil siyasətinin sinifsəviyyəsində həyata kecirilməsi Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət sinifüzrə təhlil olunur, şagirdlərin sosial,idrakı, psixoloji, fiziki vəziyyət, mənəvi-psixoloji iqlim, sinfin təchizatı, tərtibatı, şagirdlərin hazırlıqsəviyyəsi, inkişaf dinamikası araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir. Sonra milli siyasətin
  • 2. 2 tətbiqinin planlaşdırılması sinifsəviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir,valideyin dəstəyi səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi sinif səviyyəsində aparılır. Yəni sinifdə təhsilalanlarla aparılan iş qiymətləndirilir, nöqsanlar aşkar edilir, plan təkmilləşdirilir və yenidən həyata keçirilməsi dəqiqləşdirilir. 4. T əhsildə məzmun islahatlarını zəruri edən səbəbləri göstərin. Cəmiyyətdə yeni ictimai-siyasi münasibətlərin yaranması, Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, Dünya təhsil sisteminə inteqrasiya, İnformasiya əsrinin tələbləri, Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması, Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi. 5. Azərbaycan Respublikasında “Ümumi təhsil pilləsinin dövlətstandartları və proqramları (kurikulumları)” sənədinin strukruru haqqında danışın. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi iləbağlı bütün məsələləri özündəəks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra - dövlət standartları) aşağıdakıları müəyyən edir: ümumi təhsilin məzmununu; ümumi təhsilin idarə olunmasını; ümumi təhsilin maddi-texniki vətədris bazasını; ümumi təhsilin infrastrukturunu; ümumi təhsil sistemindətəhsilverənlərin keyfiyyət göstəricilərini; ümumi təhsil sistemindətəhsilalanların bilik, bacarıq vəvərdişlərinin səviyyəsini. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinəqüvvədədir. Az. Res.da ümumi təhsil pilləsinin dövlətstandartları və proqramları sənədi 3 iyun 2010cu ildə Nazirlər Kabinetinin 103nömrəli qərarı ilə təsdiq olunmuşdur. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri, Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları, Ümumi təhsil pilləsində tədris edilən fənlər, Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs saatlarının miqdarı, Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, Təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi daxildir. Maddə 6. Təhsil sahəsindədövlət standartları 6.1. Təhsil sahəsindədövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq,elmi- pedaqоji prinsiplər əsasında hazırlanan vəmüəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur. 6.2. Dövlət təhsil standartları təhsil sahəsindəsınanmış mütərəqqi beynəlхalqmeyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. 6.3. Dövlət təhsil standartları vəonların qüvvədəоlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. 6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarəоlunmasını, maddi-teхniki vətədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsindətəhsilalanların bilik, bacarıq vəvərdişlərinin səviyyəsini müəyyənləşdirir. 6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin оlunur. 6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin vətəhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada vəattestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. 6.7. Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.
  • 3. 3 6. “Ümumi təhsil kurikulumunun əsasları” fənninin və onun tədrisinin əhəmiyyəti nədir? 1)Təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinə dəstək vermək. 2)Y alnız nəzəri baxımdan məlumatlı müəllimlər deyil,həm də praktik baxımdan səriştəli,yeni təlim texnologiyalarından səmərəli istifadə edə bilə pedaqoji kadrlar hazırlamaq. 3)Pedaqoji kadr hazırlığının keyfiyyətini təmin etməklə ümumi təhsilin keyfiyyətini yüksəltmək. 7.“Əlifba bayramı” hekayəsində müəllim-şagird münasibəti ilə bağlı fikrinizi bildirin. 8. Dövlətin təhsil siyasəti haqqında m əlumat verin. Təhsil siyasətinin əhatə dairəsi geniş ola bilər.Təhsil siyasəti miqyas,mürəkkəblik,qərarların reallaşacağı mühit,qərarların yoxlanılması üçün meyarlar baxımından fərqlənir.Təhsil siyasətinin hazırlanmasında 2 mühüm meyar müəyyən edilib: Siyasət kim tərəfindən hazırlanır?(iştirakçılar) Siyasət necə hazırlanır?(proses) Təhsil siyasəti hazırlanarkən təşkilati və dövlət siyasəti modelindən istifadə olunur.Təhsil siyasətinin hazırlanmasında istifadə olunan metodlar isə sinoptik(məntiqə əsaslanan) və inkramental(tədqiqata əsaslanan) metodlardır. Dövlət siyasətini milli səviyyədə,şəhər(rayon) səviyyəsində,məktəbsəviyyəsində və sinifsəviyyəsində reallaşdırmaq mümkündür və bu siyasətləri reallaşdırmaq üçün 3 şeyi etmək vacibdir: 1.Mövcud vəziyyəti təhlil etmək 2.Təhsil siyasətini tətbiqini planlaşdırmaq 3.Planı həyata keçirmək Milli səviyyəli təhsil siyasətinin şəhər(rayon) səviyyəsində həyatakecirilməsi Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Milli səviyyəli təhsil siyasətinin məktəbsəviyyəsində həyata kecirilməsi Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət məktəb üzrə təhlil olunur, Məktəb üzrə şərait (yeri, əhalisi), sosial vəziyyəti, mühiti (mənəvi-psixoloji), maddi-texniki baza, təhsilin vəziyyəti, inkişaf dinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Y əni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir, yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Milli səviyyəli təhsil siyasətinin sinifsəviyyəsində həyata kecirilməsi Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət sinifüzrə təhlil olunur, şagirdlərin sosial,idrakı, psixoloji, fiziki vəziyyət, mənəvi-psixoloji iqlim, sinfin təchizatı, tərtibatı, şagirdlərin hazırlıqsəviyyəsi, inkişaf dinamikası araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması sinifsəviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir,valideyin dəstəyi səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi sinif səviyyəsində aparılır. Yəni sinifdə təhsilalanlarla aparılan iş qiymətləndirilir, nöqsanlar aşkar edilir, plan təkmilləşdirilir və yenidən həyata keçirilməsi dəqiqləşdirilir. 9. Kurikulum və onun növləri haqqında m əlumat verin.
  • 4. 4 Кurriкulum termininin Azərbaycan və rus dillərində eкvivalenti yохdur, laкin bu söz beynəlхalqtəhsil ədəbiyyatındageniş istifadə оlunur.Оna görə də Azərbaycanın təhsil işçiləri tərəfindən bu terminin Azərbaycan dilində qəbul edilməsi tövsiyə оlunur.Кurriкulum - təlim prоsesilə bağlı bütün fəaliyyətlərin təşкilini əкs etdirən коnseptual sənəddir.Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, "kurs", "elm" deməkdir. Növləri: Rəsm i Кuriкulum Bu, rəsmi məкtəb sistemində biliкlərin tədrisi ilə əlaqədar оlan хüsusi bir кurriкulum növüdür. О, aşağıdaкılardan ibarətdir: • Кuriкulum üzrə gələcəк perspeкtivlər • Кuriкulum siyasəti üzrə müddəalar • Əsas prinsiplər • Ümumi təlim nəticələri • Məкtəbdə tədris оlunan hər bir fənn üzrə коnкret təlim məqsədləri • Hər bir fənnə ayrılan vaхt • Mövzular və məzmun • Hər bir fənn üzrə qiymətləndirmə və dəyərləndirmə • Dərslər və dərs planları. Qeyri-rəsm i кurriкulum Bu, rəsmi məкtəb кurriкulumunun tərкib hissəsi оlmayan biliкlərin tədrisi, yəni, şaхmat кlubları, dram кlubları, astrоnоmiya кlubları və s. ilə bağlı оlan кurriкulumdur. İnteqrasiya оlunmuş кurriкulum Bu növ кurriкulumfənn sahələri üzrə təlimin asanlaşdırılmasına хidmət edir. Bu, əкsər hallarda əsas təlim məqsədləri ətrafında cəmləşir və ayrı-ayrı fənlərlə bağlı biliкləri əhatə edir. Inteqrasiya оlunmuş кurriкulumun əsasındabelə bir epistemоlоъi dəlil vardır кi, bütün biliкlər bir-birilə bağlıdır və müхtəlif məzmun və vəziyyətlər arasında nə qədər sıх əlaqə оlarsa, şagirdlərin dərкetmə qabiliyyəti bir о qədər güçlü оlar. Əhatəli кurriкulum - Əhatəli-(Коmpleкs) кurriкulum коnsepsiyası şagirdlərin müхtəlifliyini nəzərə alır və bütün şagirdlərə кurriкulumun məzmunu haqqındabiliкlər verir. Nəticələrə əsaslanan кurriкulum - Nəticələrə əsaslanan mоdel deməк оlar кi, ən geniş istifadə оlunan mоdeldir və bəzən оnu tələbatyönümlü mоdel adlandırırlar. Оnun əsasında təhsil sisteminin müəyyən etdiyi təlim məqsədləri durur. Fənlərə əsaslanan кurriкulum - Bu, hal-hazırda Azərbaycanda istifadə оlunan mоdeldir. Həmin mоdeldə təlim, uşaqları cəmiyyətin məhsuldar üzvlərinə çevirməк üçün lazım оlan biliк və bacarıqlardan çох, fənlər ətrafında cəmləşir. 10. Fənn proqramlarının (kurikulumların) səciyyəvi cəhətlərini göstərin. Fənn kurikulumu:-Siniflər üzrə məzmun standartları, şaqulu və üfiqi inteqrasiya, təlim strategiyası, ümumi tələblər, təlimin yeni üsul və formaları, təlim prosesinin planlaşdırılması, şagird nailiyyətlərinin qiymətləndiriməsini əhatə edir. Fənn proqramı-Bilik, bacarıq və vərdişin həcmi, mövzuların tədrisinin ardıcıllığı,mövzu və bölməyə ayrılan saatların miqdarı verilib. Fənn kurikulumlarının səciyyəvi cəhətlərindən danışarkən ənənəvi təhsil proqramı ilə müasir kurikulumu müqayisə etmək kifayətdir. Ənənəvi təhsil proqramı Müasir kurikulum Bilikyönümlüdür Şəxsiyyətyönümlüdür Müəllimyönümlüdür Şagirdyönümlüdür Fənyönümlüdür Nəticəyönümlüdür Təklifyönümlüdür Tələbyönümlüdür Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter daşımır Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter daşıyır Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib Müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri vardır.Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri: Ənənəvi təhsil proqramı bilikyönümlüdür.Müasir kurikulum isə şəxsiyyətyönümlüdür.
  • 5. 5 Ənənəvi təhsil proqramı müəllimyönümlüdür.Müasir kurikulum isə şagirdyönümlüdür. Ənənəvi təhsil proqramı fənyönümlüdür.Müasir kurikulum isə nəticəyönümlüdür. Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarekter daşımır.Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub. Ənənəvi təhsil proqramı təklifyönümlüdür.Müasir kurikulum isə tələbyönümlüdür. Şəxsiyyətyönümlülük Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişafetdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. Şagirdyönümlülük Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraqvə tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir. Nəticəyönümlülük Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Tələbyönümlülük Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. İnteqrativlik Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. Qiym ətləndirmə standartları Təhsil alanların nailiyyətsəviyyəsinə qoyulan dövlət tələbidir. 11. “Ümumi təhsil kurikulumunun əsasları” fənninin məqsədi və vəzifələri. Məqsədi: 1)Həm nəzəri,həm də praktiki baxımdan peşəkar müəllimlərin hazırlanmasını təmin etmək 2)Təhsilə müasir yanaşmaların və yeni fənn kurikulumlarının uğurlu tətbiqinə nail olmaq 3)Ümumi təhsilin keyfiyyətini yüksəltmək üçün lider,yaradıcı,tədqiqatçı pedaqoji kadrlar hazırlamaq Vəzifəsi:Təlim prosesində şagird şəxsiyyətini ön plana çəkən,müəllim-şagird,məktəb-ailə münasibətlərini uğurla quran,fəaliyyətini təlimin təşkilinə verilən tələblər çərçivəsində təşkil edən şagird nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrində müvəffəqiyyətlə istifadə edən,nəticələri təhlil edib müvafiq qərarlar qəbul edən lider,tədqiqatçı müəllimin təhsilini təşkil etməkdən ibarətdir. 12. “Əlifba bayramı” hadisəsində müəllim-valideyn münasibəti ilə bağlı fikrinizi bildirin. 13. T əhsil Qanununda təhsilin məzmununa verilən ümumi müxtəliftəhsil yanaşmaları baxımından araşdırın. 1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli оlmaq,informasiya cəmiyyətində yaşayıbfəaliyyət göstərmək, ünsiyyətyaratmaq bacarığını formalaşdırmaq; 2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq; 3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür bоyu təhsilin hamı üçün açıq və bərabər imkanlı оlmasını təmin etmək; 4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq; 5. cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq; 6. təhsil müəssisəsində tədris prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl verməmək. Ümumi tələblər-təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıbfəaliyyət göstərmək,ünsiyyətyaratmaq bacarığnı formalaşdırmaq, öz üzərinə məsuliyyət götürmək, kollegial qərar şıxarmaq, demokratik tətisatların fəaliyyəti və inkişafında iştirak etmək keyfiyyətinə malik müstəqil, yaradıcı şəxsiyyəti və vətəndaşı formalaşdırmaq, təhsilalanların fasiləsiz təhsil almaq,daimi yeniləşən, müasir standartlara uyğun olan biliklərə və dünyagörüşünə yiyələnmək, təlabatı daha səmərəli ödəmək və inkişafetdirmək, ömrü boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamətlənmək bacarığını formalaşdırmaq və s.
  • 6. 6 14. Fənn proqramlarının (kurikulumların) strukturu haqqında danışın. Fənn proqramlarının strukturu haqqında danışarkən fənnin məqsəd və vəzifələri və fənnin xarakterik xüsusiyyətlərini bilmək lazım gəlir.Xarakterik xüsusiyyətlərini 3 hissəyə ayırmaq olar: Fənnin məzmunu – Ümumi təlim nəticələri,məzmun xətləri,məzmun xətləri üzrə təlim nəticələri və məzmun standartları daxildir. Təlim strategiyaları –Təlimin təşkilinə verilən əsas tələblərin təsviri,forma və üsulların təkminləşdirilməsi barədə tövsiyələr,müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr daxildir. Şagird nəaliyyətlərinin qiymətləndirilmasi –Əsas qiymətləndirmə növləri və qiymətləndirmə standartları və qiymətləndirmə vasitələri daxildir. 15. Verilmiş məzmun standartlarının bilik v ə fəaliyyətə dair hissələrə ayırın və fəaliyyətin növlərini müəyyən edin. Məzmun standartlarının özü 2 hissəyə ayrılır:Bilik və fəaliyyət komponenti Biliyin kateqoriyasına–deklarativ,prosedual,kontekstual biliklər daxildir. Deklarativ bilik – Məlumat xarakterli biliklərdir. Prosedual bilik – Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklərdir. Kontekstual bilik –Problemin həll edilməsi yolu ilə əldə olunan biliklərdir. Fəaliyyət növlərinə idraki fəaliyyət,emosional fəaliyət və hərəki fəaliyyət daxildir.
  • 7. 7
  • 8. 8 16. T əhsil Qanununa əsasən müəllimin hüquq və vəzifələrini şərh edin. 33cü maddə:Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası,təhsil müəssisəsinin nizamnaməsi və daхili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.Müəllimin hüququ bunlardır: 1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla təmin оlunmaq; 2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək; 3. tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək; 4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiqhallarda seçkili vəzifələrə seçmək və seçilmək; 6. iхtisasını artırmaq, yeni iхtisas almaq,staj keçmək,iхtisas və elmi dərəcəsini yüksəltmək; 7.müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaqvə təltifоlunmaq; Vəzifələri aşağıdakılardır: 1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə,cəmiyyətə,ətrafmühitə hörmət və qayğı hissləri aşılamaq; 5. pedaqoji etika və əxlaq normalarınariayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 6. təhsilalanların şərəfvə ləyaqətinə hörmət etmək; 7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək; Təhsilverənlərin hüquqvə vəzifələri-AzRKonstitusiyası, bu Qanun və digər qanunverici aktları, AzR tərəfdar çıxdığı beynəlxalqmüqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, işəgötürənlərlə təhsil verənlər arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənir. Təhsilverənlərin hüquqları:-normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təminatı,təhsil nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkili və idarə olunmasında fəal iştirak etmək, tədris prosesini, metod və vasitələri sərbəst seçmək, şərəfvə ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, təhsil müəssisəsində vəzifə tutmaq,seçkili vəzifələrə seçmək və
  • 9. 9 seçilmək, ixtisasını artırmaq, yeni ixtisas almaq,staj keçmək,ixtisas və elmi dərəcəsini yüksəltmək, müəyyən olunmuş hallarda mükafatlandırılmaq və təltifolunmaq, təhsil müəssisəsində uzunmüddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında əhəmiyyətli xidmətləri olan aylıq əməkhaqqı və əlavələrə digər güzəşt və imtiyazları saxlanılmaqla (akademik və inzibati vəzifədən azad olmaq şərti ilə) məsləhətçi-professor vəzifəsini tutmaq. 17. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun) fəlsəfəsini müəyyən edin. Təhsilin fəlsəfəsi Təhsilin xüsusiyyəti, əhəmiyyəti, məqsədi, vəzifələri, şagirdin iştirakı baxımından təlimin təşkili, müəllimin məqsədi (bilikləri çatdırmaq, müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər aşılamaq), təhsil konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə edilməsinin qanunauyğunluqları və s. amillər təhsilin fəlsəfəsini təşkil edir. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)un fəlsəfəsi 1. Şəxsiyyətyönümlü-Təhsil alanın idraki, ünsiyyətvə psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişafetdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. 2. Şagirdyönümlülük-Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə,maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir. 3. Nəticəyönümlülük-Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. 4. Fənyönümlülük-Nəticəyə çatmaq üçün fənlər bir vasitədir. 5. Tələbyönümlülük-Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. 6. İnteqrativlik-Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. 7. Qiym ətləndirmə standartı-Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. 18. Milli səviyyəli təhsil siyasətinin şəhər (rayon) səviyyəsində həyata keçirilməsi. Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin planlaşdırılması Planın həyata keçirilməsi (Şəhər/rayon) Ümumi təhlil Ümumi məsələnin konkretləşdirilmasi Aparılan işin qiymətləndirilməsi Siyasi və sosial vəziyyət Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi Təhsil sahəsi Həyata keçirilən zaman dəqiqləşdirilməsi Planların təkminləşdirilməsi İnkişafın dinamikası 19. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumun)” və “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) (3 iyun 2010-cu il tarixli)” sənədlərini struktur və məzmun baxımından təhlil edin,oxşar və fərqli cəhətlərini müəyyən edin. Az. Res.da ümumi təhsil pilləsinin dövlətstandartları və proqramları sənədi 3 iyun 2010cu ildə Nazirlər Kabinetinin 103nömrəli qərarı ilə təsdiq olunmuşdur. Təhsil kurikulumlarının strukturuna: Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri, Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları,
  • 10. 10 Ümumi təhsil pilləsində tədris edilən fənlər, Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs saatlarının miqdarı, Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, Təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi daxildir. Ümumi təhsil Konsepsiyası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmişdir. 20.Fənn kurikulumlarını ənənəvi təhsil proqramları ilə müqayisə edin. Ənənəvi təhsil proqramı Müasir kurikulum Bilikyönümlüdür Şəxsiyyətyönümlüdür Müəllimyönümlüdür Şagirdyönümlüdür Fənyönümlüdür Nəticəyönümlüdür Təklifyönümlüdür Tələbyönümlüdür Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter daşımır Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter daşıyır Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib 21. “Ümumi təhil kurikulumunun əsasları” fənninin müəllim hazırlığında rolu nədən ibarətdir? Fənnin məzmunu müəllim hazırlığının xarakterik xüsusiyyətlərini,məqsəd və vəzifələrini təyin edir və hər bir öyrənənin maraq və ehtiyaclarına yönəlmişdir.Məzmun standartları müəyyən edilərkən öyrənənlərin tədqiqatlar aparmaq,mühakimələr yürütmək,eləcə də ünsiyyət bacarıqlarının yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulub. ”Ümumi təhsil kurikulumunun əsasları” fənninin müəllim hazırlığında rolu bunlardan ibarətdir. Təhsilin əsasları fənni və müəllim hazırlığına verilən tələblər Müasir "pedaqoji kadrın təhsili onun şüurunun,fəaliyyətinin və şəxsiyyətinin inkişafforması"hesab edilir və bir-biri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarət olduğu"Konsepsiyasənədində göstərilir: 1. Peşə baxımından müəllimin özünütəyini; 2. Özünütəşkil; 3. Elmi-pedaqoji təşəkkül; 4. Elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə; 5. Pedaqoji yenilikçiliyə meyilli olmaqbaxımından özünürealizə (subyektin daxili imkanlarının həyata keçirilməsi, özünütəsdiq). Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir. İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşəüzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində sax lanılır. O cümlədən: 1.Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş et dirilməsi; 2. Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi; 3. Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması 4. Peşə və onun tarixinə dair biliklərə malik olmaq; 5. Y eniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək; 6. Müstəqil, yaradıcı, şüurlu fəaliyyətgöstərmək. Umumi təhsil sistemində calışan təhsilverənlər, aşağıdakı keyfiyyət gostəricilərinə malik olmalıdırlar: -ixtisası uzrə dovrun tələbatına uyğun elmi-nəzəri biliklərə; -uşaqlarla həssas unsiyyətqurma və iş bacarığına; -əxlaqi-mənəvi keyfiyyətlərə,pedaqoji etika və mədəniyyətə; -əməkdaşlıq, tədqiqatcılıq, ozunutəhsil və idarəcilik bacarıqlarına; -yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə,musabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə; -oz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrubələrdən bəhrələnmək bacarığı; -ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; -işlədiyi məktəbdə və ictimaiyyətdə hormətə və nufuza.
  • 11. 11 22.Proqressivizm v ə Essensializm fəlsəfələrini müqayisə edin. Essensializm Essensialistlər hesab edirlər ki, biliklər şagirdlərə sistemli və nizamlı qaydada ötürülməlidir. Bu konservativ yanaşmada əsasən, məktəbin tədris edəcəyi standartların intelektual və mənəvi baxımından xüsusiyyətləri vurğulanır. Kurikulum əsas, habelə,akademik bilikləri və bacarıqları əhatə edir. Bu təhsil fəlsəfəsi müəyyən mənada perrenializmə yaxın olmasınabaxmayaraq, essensialistlər də bu ideyanın tərəfdarıdırlar ki, kurikulum dəyişdirilə bilər. Təhsil praktik xarakter daşımalı və şagirdləri cəmiyyətin dəyərli üzvü olmağahazırlanmalıdır. Təhsil eyni zamanda əsas diqqəti faktlara və şagirdlərin oxu, yazı, danışıq, hesablama bacarıqlara yönəltməlidir. Məktəblər siyasət hazırlamamalı və siyasətə təsir göstərməməlidirlər. Şagirdlərə gərgin işləmək, idarəçilik və nizam-intizama riayət etmək öyrədilməlidir. Müəllimlər şagirdlərə yoldaşları ilə münasibətdə səbirli olmağa köməklik etməlidirlər. Bu cür yanaşma 1920 və 30-cu illərdə üstünlük təşkil edən proqressivist yanaşmaya müəyyən təsir göstərmişdir. Vilyam Baqley, 1934-cü ildə jurnalda formalaşdırdığı proqressiv yanaşmalarla məşğul olmağa başlamışdır. Essensializmin digər tərəfdarlarına misal olaraq, Ceyms D.Koerner (1959), H.G. Rikover (1959), Paul Koperman (1978) və Teodor Sizerin (1985) adlarını çəkmək olar. Proqressivizm Proqressivizm tərəfdarları hesabedirlər ki, təhsil məzmuna böyük əhəmiyyət verməlidir. Eləcə də diqqət mərkəzində daha çox uşaq olmalıdır. Bu təhsil fəlsəfəsinin tərəfdarları hesab edirlər ki, şagirdlər ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar. Təcrübə zamanı yaranan suallara cavabaxtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir. Bu passiv olmayan, fəal təlimdir. Öyrənən özünün fərdi təcrübəsində fiziki və mədəni kontekstdən məna çıxarır və problemi həll edir. Y aradıcı müəllimlər şagirdlər üçün elə bir təcrübə mühiti yaradırlar ki, şagirdlər təcrübə keçə-keçə öyrənirlər. Kurikulumun məzmununa şagirdlərin maraq və sualları əsasında tərtib edilir. Elmi metoddan proqressivist pedaqoqlar istifadə edirlər ki, şagirdlər müəyyən məsələ və hadisələri sistematik və qısa müddətə öyrənirlər.Əsas diqqət bu prosesin necə aparılması üzərində cəmləşir. Proqressiv təhsil fəlsəfəsi Amerikada 1920-ci ilin ortalarından başlayaraq, 1950-ci ilin ortalarına qədər yaradılmışdır. Con Dyu onun əsas tərəfdarlarından idi. Bu təhsil fəlsəfəsinin əsas prinsipi ondan ibarət idi ki, məktəblərdə azadlıq və demokratiyanı təcrübədən keçirməklə, vətəndaşların həyatlarını yaxşılaşdırmalıdır. Qərar verərkən fikirlərin paylaşması, şagird-müəllim münasibətlərinin planlaşdırılması, şagirdlərin seçdikləri mövzular bu fəlsəfi cərəyanın aspektlərini əhatə edir. Kitablar səlahiyyətdən dahaçox vasitələrdir. 23. T əlim prosesinin iştirakçısı kimi təhsil alanların hüquq v ə vəzifələrini şərh edin. 32-ci maddə: Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. Təhsilalanların hüquqları aşağıdakılardır: 1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul оlunmaq; 2. təhsil müəssisəsini, təhsilin istiqamətini, iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək; 3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 4. müvafiq qaydada təhsilin təmayülünü,təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək; 5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutоrları sərbəst seçmək; 6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək; 7. müəyyən edilmiş qaydadatəhsil müəssisəsini və ixtisasını dəyişmək; 8. elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq; 9. fasiləsiz təhsil almaq; 10. sağlamlıqüçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; 11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; 12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 13. dövlətоrta peşə-iхtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
  • 12. 12 14. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin оlunmaq; 15. təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək; 16. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna оlmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir. Təhsilalanların vəzifələri aşağıdakılardır: 1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 2. pedaqoji işçilərin şərəfvə ləyaqətinə hörmətlə yanaşmaq; 3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 4. dövlət, cəmiyyət,ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 5. təhsil sahəsində qanunvericiliyin tələblərinə,etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək; 6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 24. Fənn kurikulumlarından istifadə etməklə məzmun xətti,əsas və alt standart anlayışlarını və onların funksiyalarını nümunələrlə coğrafiya fənni əsasında şərh edin. 25.T əlim prosesində şagirdin rolunu şərh edin. 1)İntellekt və emosiyalardan ibarət azad və məsuliyyətli bir varlıqdır. 2)Şagird təcrübə aparandır. 3)Şagird düşünən və hiss edən varlıqdır. 4)Şagird bilik və bacarıqların daşıyıcısıdır. O, öyrəndiklərini yeri gəldiyində istifadə edə bilər. 26. T əhsillə bağlı hüquqi sənədləri təhlil edin. Təhsil ehtiyaclarını təmin edən hüquqi sənədlərlə bağlı qərarlar qəbul edərkən cəmiyyətin ehtiyaclarının nə qədər əhəmiyyətli olması diqqət mərkəzində saxlanır və bunlar hüquqi sənədlərdə öz əksini tapır. Bu sənədlər əsasən aşağıdakılardan ibarətdir: - Azərbaycan Respublikasının Konstitusiyası; 42ci maddə təhsil hüququ ilə bağlı maddədir. - Azərbaycan Respublikasının "Təhsil haqqında"Qanunu; -47 maddədən ibarətdir. - Ümumdünya İnsan Haqları Bəyannaməsi; - BMT-nin Uşaq Hüquqları Konvensiyasır. Bu sənədlərdə təhsil iştirakçılarının hüquq,vəzifə və məsuliyyətləri verildir. Müxtəliffənninin tədrisində təhsil alanlar nəyi öyrənməyin, niyə öyrənməyin və necə öyrənməyin mahiyyətini müəyyənləşdirirlər 27.Milli səviyyəli təhsil siyasətinin məktəb səviyyəsində həyata keçirilməsinə aydınlıq gətinin. Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət məktəb üzrə təhlil olunur, Məktəb üzrə şərait (yeri,
  • 13. 13 əhalisi), sosial vəziyyəti, mühiti (mənəvi-psixoloji), maddi-texniki baza, təhsilin vəziyyəti, inkişaf dinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Y əni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir, yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin planlaşdırılması Planın həyata keçirilməsi (məktəb) Şərait,mühit Ümumi məsələnin konkretləşdirilmasi Aparılan işin qiymətləndirilməsi Maddi-texniki baza Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi Təhsilin vəziyyəti Həyata keçirilən zaman dəqiqləşdirilməsi Planların təkminləşdirilməsi İnkişafın dinamikası 28. Məzmun standartlarının tərkib hissələrini nümunələr əsasında şərh edin. Məzmun standartlarının tərkib hissələrinə kurikulum,taksonomiya,bilik və fəaliyyət növləri haqqında məlumat vermək kifayətdir. Kurikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Taksonomiya - yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cuillərdə psixologiyada istifadə olunmağa başlanmışdır. Bilik komponenti-Standartın zəzuri hissəsidir–verilməli olan yeni informasiyadır. Bilik komponenti 3 alt komponentdən ibarətdir: -Deklorativ bilik-məlumat xarakterlidir, anlayışlar, təriflər, faktlar daxildir. -Prosedural bilik-fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən bilikdir. -Kontekstual bilik-problemin həll olunması yolu ilə əldə edilmiş bilikdir. Fəaliyyət komponenti-Standartın icra hisəsini təşkil edir və şagirdlərdən tələb olunan bacarıqların formalaşmasına zəmin yaradır. 3 alt komponentdən ibarətdir: -İdrakı- fəaliyyət intellektual bacarıqvə vərdişlərin inkişafına yönəlib. Hərəki fəaliyyətdən çox mücərrəd formada ortaya çıxır və nəticənin əqli cəhətdən əldə edilməsinə və əsaslandırılmasına gətirib çıxardır. (tanımaq, izah etmək, nümunə göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək). -Psixomotor-hərəki fəaliyyətdir. (rəqs etmək, qaçmaq, yazmaq, rəsm çəkmək, quraşdırmaq). -Ünsiyyət (affektiv)-Xüsusi hisslərin iştirakı ilə izlənən hərəki (qeyri-hərəki də ola bilər) fəaliyyətdir. Xüsisi fikirləri ifadə edərkən, cavab verərkən, təqdimat və ya şərh edərkən və s. baş verir. (reaksiya vermək, müdafiə etmək, riayət etmək, kömək etmək, dəstəkləmək, münasibət bildirmək, qərar qəbul etmək, təqdim etmək). 29. T aksonomiya anlayışını v ə onun növlərini şərh edin. Taksonomiya-yunan dilində “taxus”-qayda ilə yerləşmə. “namos”-qanun-deməkdir. təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə psixologiyadaistifadə olunmağa başlanmışdır. Biologiyadan götürülmüş anlayışdır və obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulmuş klassifikasiyanı və sistemləşdirməni bildirir. Artma sırası üzrə yerləşdirilmiş kateqoriyaların təsviri üçün istifadə edilir. Tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və nəticəni ölçmək imkanı verir. B.Bulum, Qilford, Simonov, Bespalko, Maksimova,Skatkin, Lebedev, Teslenko taksonomiyası var. Taxsonomiyaların əhatə dairəsigenişlənmiş əşyaların və anlayışların təsnifedilməsində onlardan istifadə edilir. Bu gün hərəkət edən və hərəkət etməyən obyektlər, məkanlar, anıayışlar, hadisələr, xassələr, münasibətlər taksonomiyasxemlərinə əsasən təsnifedilir. Taksonomiyalar İ.Kantın epistomologiya (bilik haqqında) nəzəriyyəsinə əsaslanır. Nəzəriyyəyə görə insan beyni bilikləri hər hansı bir sistemdə yaradır.
  • 14. 14 Taksonomiyaqiymətləndirmə prosesini əks etdirməlidir. Taksonomiya-xüsusi təsnifat olub, iyerarxik quruluşa malikdir. Taksonomiyalardayuxarı mərhələ aşağıdakı mərhələlərin bütün xüsusiyyətlərinin daşıyıcısıdır. Iakin aşağıdakı mərhələlər yuxarıdakıların bütün xüsusiyyətlərinin daşıyıcısı deyil. Onun öz spesifik cəhətləri var. 30.Fənn kurikumlarından istifadə etməklə emosional taksonomiyanın bir səviyyəsinə aid nümunə göstərin. Affektiv-emosional (ünsiyyət) taksonomiyası (Kraslov-1964):-Məqbul saymaq, reaksiya vermək, dəyərləndirmək, təşkil etmək, dəyər və dəyərlər sistemini xarakterizə etmək. 31. Psixomotor taksonomiya v ə onun səviyyələrini şərh edin. Psixomotor sahə şagirdlərin fiziki, əzələ inkişafının sistemli təşkilinə şərait yaradır. Digər sahələrdən fərqli olaraq müxtəlifalimlər tərəfindən psixomotor sahənin müxtəliftaksonomiyaları işlənib hazırlanmlşdır. Bunlara K.D. Mur (1972), E.J Simpson (1972), A. Harrov (1972), R.H.Deyv (1975) v ə başqalarının təsnifatları daxildir. Tanınmış pedaqoq alim Norman Gronland Simpsonun psixomotor taksonomiyalarınaüstünlük verir. Səviyyələri və səviyyələrinin xüsusiyyətləri aşağıdkılardır: Hiss etm ək-Bu səviyyədə hiss orqanlarının təsiri ilə icraçı fiziki hərəkətlərə istiqamətləndirilir. Hərəkətlərdən məqəsədəuyğun olanını seçmək və onu icra etmək üçün əvvəlcə hiss üzvləri vasitəsi ilə icraya maraq oyadılır. Hazır olm aq-Hər hansı hərəkətin icrasına hazırlıqdır. Bu səviyyə həm idraki, həm emosionaı, həm də fiziki hazırlığı əhatə edir. Təlqin etm ək-Mürəkkəbbacarıqların öyrənilməsinin ilkin mərhələsidir. Bu səviyyədə müəllimin nümayiş etdirdiyi hərəkətlər öyrənən tərəfindən təkrar edilir. Hərəkətin təkrar icrası üçün müxtəlif yollardan uyğun olanını seçir. Mexanizm -Hərəkətlərin icrası vərdiş halına keçir və icraçı yerinə yetirdiyi hərəkətləri daha çox özünəinamlı nümayiş etdirdiyi. Mükəm məl icra-Mürəkkəb hərəkətlər məharətlə icra edilir. Məharətli icra zamanı hərəkətlər cəld, sərbəst, dəqiq yerinə yetirilir və bu zaman az enerji sərf edilir. Uyğuunlaşma-Bu səviyyədə icraçı hərəkətləri xüsusi tələblərə uyğunlaşdırmaq və ya problemi həll etmək üçün dəyişir. Yaradıcılıq-Xüsusi situasiyalara uyğunlaşmaq və ya problemin həllinə nail olmaq üçün yeni hərəkətlər yaradılır. 32.Fənn kurikumlarından istifadə etməklə psixomotor taksonomiyanın bir səviyyəsinə aid nümunə göstərin. Psixomotor taksonomiyası (Kennes Mur-1972)-Hiss etmə, hazır olmaq, bənzətmək, mexanizm, mükəmməl icra, uyğunlaşma, yaradıcılıq. 33.Perspektiv planlaşdırmanın tərkib hissələrini göstərməklə nümunə hazırlayın. 1. Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. 2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək. 3. İnteqrasiya imkanlarını müəyyən etmək. 4. Əlavə resurslar seçmək. 5. Mövzulara görə məqsədyönlü vaxt bölgüsüaparmaq. 6. Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək. 34. Planlaşdırmanın növləri və onun hazırlanmasında müəllimə lazım olan zəruri bacarıqları göstərin.
  • 15. 15 1.Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. 2.Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək. 3.İnteqrasiya imkanlarını müəyyən etmək. 4.Əlavə resurslar seçmək. 5.Mövzulara görə məqsədyönlü vaxtbölgüsü aparmaq. 6.Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək. 35.Müasir dövrdə təhsilin məqsədini şərh edin. Şagirdlərə biliklərin əsaslarını öyrətmək şagirdin daimi inkişafını təmin etmək Y eni təcrübəyə əsaslanaraqdaim inkişafetmək təhsilin məqsədinə çevrilməlidir. Təhsil yalnız mütləq həqiqətə,ümumbəşəriliyə və dəyişməzliyə istiqamətlənməlidir. Hər bir uşağın fərd olaraq inkişafı təhsilin əsas məqsədi olmalıdır. Biliklərin əsaslarını təmin etmək təhsilin əsas məqsədinə çevrilməlidir. Maddə 4. Təhsilin əsas məqsədi 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1.Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarınasadiq olan,müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişafetdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıqvə vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. 36. Milli səviyyəli təhsil siyasətinin sinifsəviyyəsində həyata keçirilməsini izah edin. Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət sinifüzrə təhlil olunur, şagirdlərin sosial,idrakı, psixoloji, fiziki vəziyyət, mənəvi-psixoloji iqlim, sinfin təchizatı, tərtibatı, şagirdlərin hazırlıqsəviyyəsi, inkişaf dinamikası araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir. Sonra milli siyasətin tətbiqinin planlaşdırılması sinifsəviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir,valideyin dəstəyi səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi sinif səviyyəsində aparılır. Yəni sinifdə təhsilalanlarla aparılan iş qiymətləndirilir, nöqsanlar aşkar edilir, plan təkmilləşdirilir və yenidən həyata keçirilməsi dəqiqləşdirilir. Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin planlaşdırılması Planın həyata keçirilməsi (sinif) Şagirdlərin vəziyyətinin nəzərə alınması Ümumi məsələnin konkretləşdirilmasi Aparılan işin qiymətləndirilməsi Sinifdəki mənəvi,psixoloji iqlim Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi Sinfin təchizatı,şagirdlərin hazırlıq səviyyəsi Həyata keçirilən zaman dəqiqləşdirilməsi Planların təkminləşdirilməsi İnkişafın dinamikası
  • 16. 16 37.“1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.”standartını bilik və fəaliyyəthissəslərinə ayırın.Biliyin kateqoriyalarını müəyyən edin. 1. Sıra nizamnamələrinin xüsusiyyətlərini şərh edir. 2. İntizam nizamnamələrinin xüsusiyyətlərini şərh edir. 3. Şifahi nitq bacarıqları nümayiş etdirir. Biliyin kateqoriyası Deklarativ bilik - Məlumat xarakterli biliklərdir. Bunların sırasına anlayışlar, təriflər, faktlar daxilldir. (müddəalar) Fəaliyyət növ İdraki fəaliyyət- tanımaq, izah etmək, nümunə göstərmək,istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək .( şərh edir) 38. Fəaliyyət növlərini-təhsil taksonomiyaları haqqında m əlumat verin. Təhsil taksonomiyaları Benjamen Blum tərfindən 1956-cı ildə təsnifedilib. Bu sahələr üzrə aparılan təsnifata əsasən təhsilin üç taksonomiyası müəyyən edilmişdir: İdraki taksonomiya Emosional taksonomiya Psixomotor taksonomiya Tədris prosesi fəaliyyətlər 3lüyükimi qəbul edilir.Bu 3lüyə təlimin məqsədi,təlimin strategiyası və qiymətləndirmə daxildir və bu 3lük bir-birinə qarşılıqlı şəkildə təsir edir.Taksonomiyalar “nəyi?” öyrətmək,”necə?” öyrətmək,”necə?” qiymətləndirmək kimi suallara sistemli şəkildə cavabverməyə imkan yaradır Təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaqvə onun nəticəsini ölçmək imkanını verir. Amerika psixoloqu B.Blumun taksonomiyası 4 prinsip əsasında yaradılmışdır: Praktik istiqam ət prinsipi- taksonomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli, müəllim- praktik üçün effektiv vasitə olmalıdır. Psixoloji prinsip: taksonomiya psixologiya elminin müasir nəaliyyətlərinə əsaslanmalıdır. Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə malik olmalıdır. Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların dəyərlərinin təsnifatı demək deyil. Blumun taksonomiyası ən universal bir model kimi tədbiq olunmaqdadır. Bu taksonomiyalar sadədən mürəkkəbə doğru düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir. 39. Ekzistensializm Proqressivizm təhsil fəlsəfələrini müqayısə edin. Eksistensialistlərin dünya haqqında fikirləri subyektiv xarakter daşıyır.Onlar belə hesab edirlər ki,dünya həqiqətdir,həqiqət isə insanın məsələyə yanaşmasından asılıdır.Onlar inanırlar ki,məktəb şagirdlərə onların özlərini tanımağa və cəmiyyətdə öz yerlərini müəyyən etməyə kömək edən bir yerdir.Müəllim-şagird münasibətləri,əsasən,şagirdlərə fərdi təlim yollarında kömək göstərməkdən ibarət olmalıdır. Proqressivizm tərəfdarları hesab edirlər ki, təhsil məzmuna böyük əhəmiyyət verməlidir. Eləcə də diqqət mərkəzində daha çox uşaq olmalıdır. Bu təhsil fəlsəfəsinin tərəfdarları hesab edirlər ki, şagirdlər ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarmalıdırlar. Təcrübə zamanı yaranan suallara cavab axtaran zaman təlim daha çox əhəmiyyət kəsb edir. Bu passiv olmayan, fəal təlimdir. Y aradıcı müəllimlər şagirdlər üçün elə bir təcrübə mühiti yaradırlar ki, şagirdlər təcrübə keçə-keçə öyrənirlər. 40. T əhsil aldığınız müddətdə iştirakçısı olduğunuz müxtəliftəlim proseslərinə münasibətinizi şərh edin. Mənim təhsil aldığım müddətdə (1999-2010) məktəbdə ənənəvi üsulda dərs keçilib.Məlumat verilirdi lakin praktikanın həyata keçirilməsi üçün şərait yaradılmırdı. Məktəb təcrübəsində mənimsəmə ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeydlik var idi. Müəllim qavrama mərhələsi olaraqyeni biliyi şərh edir və ya kitabdan oxutdururdu, anlama üçün isə xüsusi iş aparmır, birdən-birə möhkəmlətməyə keçirdi.Bu da əzbərçiliyə gətirib çıxarırdı. Şagird yaxşı dərk etmədiyi məsələləri mexaniki yadda saxlamağa çalışır, biliyi yaxşı anlamadıqlarından onu tətbiqetməkdə çətinlik çəkirdilər.Lakin universitetdə oxuduğum müddətdə təcrübə üçün getdiyimiz məktəbdə kuriklum üsulu ilə dərs keçilirdi.
  • 17. 17 Təlimdə şagirdlər öyrənmə yolu kimi qavrama, anlama,möhkəmlətmə və tətbiqetmə proseslərindən keçir. Müəllim qavrama mərhələsi olaraqyeni biliyi şərh edir və ya kitabdan oxutdururdu eyni zamanda şagirdlərin həyat təcrübələrinə də istinad edirdi. Təhlil-tərkib, müqayisə, ümumiləşdirmə, nəticə çıxarmaq üçün şərait yaradılırdı. Şagirdlərin fəallıq və müstəqilliyini artırılır, nəzəri biliyi həyata, çalışmalara tətbiq etmək bacarıqları aşılanırdı. 41. T əhsil siyasətini mövcud dövlət sənədləri əsasında şərh edin. Təhsil siyasətinin əhatə dairəsi geniş ola bilər.Təhsil siyasəti miqyas,mürəkkəblik,qərarların reallaşacağı mühit,qərarların yoxlanılması üçün meyarlar baxımından fərqlənir.Təhsil siyasətinin hazırlanmasında 2 mühüm meyar müəyyən edilib: Siyasət kim tərəfindən hazırlanır?(iştirakçılar) Siyasət necə hazırlanır?(proses) Təhsil siyasəti hazırlanarkən təşkilati və dövlət siyasəti modelindən istifadə olunur.Təhsil siyasətinin hazırlanmasında istifadə olunan metodlar isə sinoptik(məntiqə əsaslanan) və inkramental(tədqiqata əsaslanan) metodlardır. Dövlət siyasətini milli səviyyədə,şəhər(rayon) səviyyəsində,məktəbsəviyyəsində və sinifsəviyyəsində reallaşdırmaq mümkündür və bu siyasətləri reallaşdırmaq üçün 3 şeyi etmək vacibdir: 1.Mövcud vəziyyəti təhlil etmək 2.Təhsil siyasətini tətbiqini planlaşdırmaq 3.Planı həyata keçirmək Konstitusiya Maddə 42. Təhsil hüququ I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaqhüququnu təmin edir. III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri Təhsil qanunu 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 3.0.1. humanistlik –milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətrafmühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması; 3.0.2. demоkratiklik –təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması; 3.0.3. bərabərlik –bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması; 3.0.4. millilik və dünyəvilik –milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişafetdirilməsi; 3.0.5. keyfiyyətlilik –təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 3.0.6. səmərəlilik –təhsilin və elmi yaradıcılığın daim inkişafedən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili; 3.0.7. fasiləsizlik, vəhdətlik,daimilik –mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi; 3.0.8. varislik –təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraqnövbəti nəslə (dövrə) ötürülməsi; 3.0.9. liberallaşma –təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi; 3.0.10.inteqrasiya–milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.
  • 18. 18 42. “Mühazirə” və onun didaktik əhəmiyyətini şərh edin. Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzuilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır. Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədəmüvafiqdir: Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək, Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq). Əyani və texniki vasitələrdən istifadə etmək. Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir. 43. T əlimin təşkilində taksonomiyaların rolunu müəyyənləşdirin. Təhsil taksonomiyaları Benjamen Blum tərfindən 1956-cı ildə təsnifedilib. Bu sahələr üzrə aparılan təsnifata əsasən təhsilin üç taksonomiyası müəyyən edilmişdir: İdraki taksonomiya Emosional taksonomiya Psixomotor taksonomiya Tədris prosesi fəaliyyətlər 3lüyükimi qəbul edilir.Bu 3lüyə təlimin məqsədi,təlimin strategiyası və qiymətləndirmə daxildir və bu 3lük bir-birinə qarşılıqlı şəkildə təsir edir.Taksonomiyalar “nəyi?” öyrətmək,”necə?” öyrətmək,”necə?” qiymətləndirmək kimi suallara sistemli şəkildə cavabverməyə imkan yaradır. Təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanını verir. Amerika psixoloqu B.Blumun taksonomiyası 4 prinsip əsasında yaradılmışdır: Praktik istiqamət prinsipi- taksonomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli, müəllim-praktik üçün effektiv vasitə olmalıdır. Psixoloji prinsip: taksonomiyapsixologiya elminin müasir nəaliyyətlərinə əsaslanmalıdır. Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə malik olmalıdır. Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların dəyərlərinin təsnifatı demək deyil. Blumun taksonomiyası ən universal bir model kimi tədbiq olunmaqdadır. Bu taksonomiyalar sadədən mürəkkəbə doğru düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir. Analiz+sintez=təfəkkür-B.Blum taksonomiyasının əsas taksonomik düsturu belədir. Təfəkkür prosesi- hər şeydən əvvəl analiz, sintez və ümumiləşdirmə prosesidir. Təlim anlamının 3 köklü meyarının- təhsil, inkişafvə tərbiyyə meyarlarının yeni pedoqoji təfəkkürün uğurları kimi qiymətləndirən Ə.Əlizadə 1996-cı ildən Azərbaycanda ilk dəfə təlim məqsədlərini sistemli şəkildə xarakterizə etmək üçün “ taksonomiya” anlamından istifadə edib. Ə. Əlizadə ilk dəfə üç tərkibli taksonomiya yaratmışdır. Əsas taksonomik kateqoriyalar 1-ci bölmədə- təhsil, 2-ci bölmədə inkişafetdirici, 3-cü bölmədə tərbiyə edici təlim məqsədlərinə görə təsnif olunmuşdur. 1 ci bölmə 2 blokdan ibarətdir 1. bilik, 2. bacarıq və vərdişlər sistemi. 44. “T əhsilin əsasları fənni” və müəllim hazırlığına verilən tələbləri şərh edin. Fənnin məzmunu müəllim hazırlığının xarakterik xüsusiyyətlərini,məqsəd və vəzifələrini təyin edir və hər bir öyrənənin maraq və ehtiyaclarına yönəlmişdir.Məzmun standartları müəyyən edilərkən öyrənənlərin tədqiqatlar aparmaq,mühakimələr yürütmək,eləcə də ünsiyyət bacarıqlarının yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulub. ”Ümumi təhsil kurikulumunun əsasları” fənninin müəllim hazırlığında rolu bunlardan ibarətdir. Müasir "pedaqoji kadrın təhsili onun şüurunun,fəaliyyətinin və şəxsiyyətinin inkişafforması"hesab edilir və bir-biri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarət olduğu"Konsepsiyasənədində göstərilir: 1. Peşə baxımından müəllimin özünütəyini; 2. Özünütəşkil; 3. Elmi-pedaqoji təşəkkül; 4. Elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə;
  • 19. 19 5. Pedaqoji yenilikçiliyə meyilli olmaqbaxımından özünürealizə (subyektin daxili imkanlarının həyata keçirilməsi, özünütəsdiq). Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir. İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşəüzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində sax lanılır. O cümlədən: 1.Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş et dirilməsi; 2. Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi; 3. Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması 4. Peşə və onun tarixinə dair biliklərə malik olmaq; 5. Y eniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək; 6. Müstəqil, yaradıcı, şüurlu fəaliyyətgöstərmək. Umumi təhsil sistemində calışan təhsilverənlər, aşağıdakı keyfiyyət gostəricilərinə malik olmalıdırlar: -ixtisası uzrə dovrun tələbatına uyğun elmi-nəzəri biliklərə; -uşaqlarla həssas unsiyyətqurma və iş bacarığına; -əxlaqi-mənəvi keyfiyyətlərə,pedaqoji etika və mədəniyyətə; -əməkdaşlıq, tədqiqatcılıq, ozunutəhsil və idarəcilik bacarıqlarına; -yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə,musabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə; -oz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrubələrdən bəhrələnmək bacarığı; -ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; -işlədiyi məktəbdə və ictimaiyyətdə hormətə və nufuza. 45.Məktəb illərinizi xatırlayın.Proqressivist hesab ediyiniz müəlliminiz vardırmı, əgər vardısa,fikrinizi əsaslandırın. Bəli var idi.Tarix müellimim ənənəvi üsul ilə dərs keçsə də təcrübələrə də üstünlük verməyə çalışırdı.Bizi tez-tez tarixi yerləri görməyə aparırdı.Burada cərəyan edən hadisələri yerində izah etmə şansı yaranırdı.Müstəqil düşünüb müəllimin suallarına dəqiqcavabverə bilirdik.Müəllim həmişə baş verən tarixi hadisələrə şəxsi yanaşmalarımızı da öyrənirdi.Dərsi izah edib müzakirəyə verirdi.Dərs həm maraqlı keçirdi,həm də mövzunu daha yaxşı anlayırdıq. 46. “Əlifba bayramı” hadisəsində Firəngiz müəllimin öz vəzifələrinə münasibətini Təhsil Qanunu baxımından təhlil edin. 47.T əhsil sahəsində dövlətsiyasətini mövcud dövlətsənədləri əsasında şərh edin. "TƏHSİL HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQnömrəli Qanunu Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 3.0.1. humanistlik –milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətrafmühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması; 3.0.2. demоkratiklik –təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması; 3.0.3. bərabərlik –bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması; 3.0.4. millilik və dünyəvilik –milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişafetdirilməsi; 3.0.5. keyfiyyətlilik –təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 3.0.6. səmərəlilik –təhsilin və elmi yaradıcılığın daim inkişafedən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
  • 20. 20 3.0.7. fasiləsizlik, vəhdətlik,daimilik –mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi; 3.0.8. varislik –təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraqnövbəti nəslə (dövrə) ötürülməsi; 3.0.9. liberallaşma –təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi; 3.0.10.inteqrasiya–milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı. Konstitusiya Maddə 42. Təhsil hüququ I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaqhüququnu təmin edir. III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 48. İdraki taksonomiya v ə onun səviyyələrini müəyyən edin. Müasir texnologiya əsrində informasiyaları daşımaqdeyil,onlardan istifadə etməyi bacarmaqlazımdır. Düşünmə bacarıqları insanlara informaiyalardan istifadə edərək problemləri həll etməyin yollarını öyrədir. Şagirdlərin düşünmə bacarıqlarını inkişafetdirməkdə idraki taksonomiyalar əhəmiyyətli vasitədir. Səviyyələrini Blum müəyyən etmişdir. Bilik – yadda saxlamanı,yada salmanı və tanımanı vurğulayan kateqoriyadır. Anlama – informasiyaları daha aydın şəkildə dərk etmək mərhələsidir. Tətbiq – adından göründüyü kimi problemin həllinə nail olmaq üçün informasiyanı istifadə edir. Təhlil – prosesin dərinliyini anlamadan fərqləndirməyə kömək edir. Təhlil əlaqələri başa düşməkdir. Sintez – yeni mahiyyət yaratmaq üçün elementlərin yaradıcı(kreativ) şəkildə əlaqələnməsinə səbəb olur. Dəyərləndirmə - .mübahisəli mövzularda qərar qəbul etməyi və bu qərarı faktlarla əsaslandırmağı tələb edir. 49. Əlverişli təlim mühiti yaratmaq üçün nə etmək lazımdır? Müasir təlimin başlıca vəzifələrdən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri biliklərin müstəqil əldə edilməsinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda şəxsiyyətyönülü tədris prosesi həmçinin tərbiyəvi proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərləri və vərdişləri formalaşdıracaq. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir. Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşfetməyə yönəlir. Təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi,düzğün istifadə və tətbiq etməyi öyrətməlidir. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasındaöz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
  • 21. 21 50.Elmi-texniki tərəqqinin təhsil qarşısında qoyduğu tələbləri şərh edin. 51. Milli səviyyəli təhsil siyasətinin şəhər (rayon) səviyyəsində həyata keçirilməsini izah edin. Mövcud vəziyyətin təhlili Milli siyasətin tətbiqinin planlaşdırılması Planın həyata keçirilməsi (Şəhər/rayon) Ümumi təhlil Ümumi məsələnin konkretləşdirilmasi Aparılan işin qiymətləndirilməsi Siyasi və sosial vəziyyət Maraqlı tərəflərin səfərbər edilməsi Nöqsanların aşkar edilməsi Təhsil sahəsi Həyata keçirilən zaman dəqiqləşdirilməsi Planların təkminləşdirilməsi İnkişafın dinamikası Təhsillə bağlı ölkədaxili dövlət siyasətin həyatakeçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi olduqca vacibdir. Bu zaman əvvəlcə mövcud vəziyyət şəhər-rayon üzrə təhlil olunur, Siyasi və iqtisadi vəziyyət araşdırılır. Təhsil sahəsinin inkişafdinamikası müəyyən edilir.Sonra milli siyasətin tətbiqinin planlaşdırılması rayon-şəhər səviyyəsində aparılır. Yəni ümumi məsələlər konkretləşdirilir, siyasi qüvvələr səfərbər edilir, həyata keçiriləcək məsələlər dəqiqləşdirilir. Sonda planın həyata keçirilməsi rayon-şəhər səviyyəsində aparılır. Yəni rayonda aparılan iş qiymətləndirilir,yenidən həyata keçirilməsi dəqiqləşdirilir. 52.Gündəlik (cari) planlaşdırma nümunəsinin sxemini göstərin. 53.“2.4.1. Fövqəladə hadisələri təsnifedir.” standartında verilmiş biliklərdə idrakı toksonomiya-nın bir səviyyəsinə aid nümunə göstərin. İdraki taksonomiyanın səviyyələrini Blum müəyyən etmişdir. Bilik – yadda saxlamanı,yada salmanı və tanımanı vurğulayan kateqoriyadır. Anlama – informasiyaları daha aydın şəkildə dərk etmək mərhələsidir. Tətbiq – adından göründüyü kimi problemin həllinə nail olmaq üçün informasiyanı istifadə edir. Təhlil – prosesin dərinliyini anlamadan fərqləndirməyə kömək edir. Təhlil əlaqələri başa düşməkdir. Sintez – yeni mahiyyət yaratmaq üçün elementlərin yaradıcı(kreativ) şəkildə əlaqələnməsinə səbəb olur. Dəyərləndirmə - .mübahisəli mövzularda qərar qəbul etməyi və bu qərarı faktlarla əsaslandırmağı tələb edir. Burada "Təhlil – prosesin dərinliyini anlamadan fərqləndirməyə kömək edir. Təhlil əlaqələri başa düşməkdir."səviyyəsi göstərilmişdir.
  • 22. 22 54.T əlim prosesinin iştirakçısı kimi təhsil verənlərin hüquqları,vəzifələri və məsuliyyətlərini şərh edin. 33cü maddə:Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası,təhsil müəssisəsinin nizamnaməsi və daхili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.Müəllimin hüququ bunlardır: 1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla təmin оlunmaq; 2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək; 3. tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək; 4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiqhallarda seçkili vəzifələrə seçmək və seçilmək; 6. iхtisasını artırmaq, yeni iхtisas almaq,staj keçmək,iхtisas və elmi dərəcəsini yüksəltmək; 7.müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaqvə təltifоlunmaq; Vəzifələri aşağıdakılardır: 1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə,cəmiyyətə,ətrafmühitə hörmət və qayğı hissləri aşılamaq; 5. pedaqoji etika və əxlaq normalarınariayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 6. təhsilalanların şərəfvə ləyaqətinə hörmət etmək; 7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək; 55.Müşahidə etdiyiniz bir dərs nümunəsini xatırlayın və təlim prosesində həmin müəllimin fəaliyyətini təhsilfəlsəfəsi baxımından şərh edin. Proqressivist hesabediyim tarix müellimim ənənəvi üsul ilə dərs keçsə də təcrübələrə də üstünlük verməyə çalışırdı.Bizi tez-tez tarixi yerləri görməyə aparırdı. Bizi dərslərin birində Qobustana aparmışdı.Burada cərəyan edən hadisələri yerində izah etmə şansı yaranırdı.Müstəqil düşünüb müəllimin suallarına dəqiq cavab verə bilirdik.Müəllim baş verən tarixi hadisələrə şəxsi yanaşmalarımızı da öyrənirdi.Dərsi izah edib müzakirəyə verirdi.Dərs həm maraqlı keçirdi,həm də mövzunu daha yaxşı anlayırdıq. 56.Stefan Kovey ə görə motivasiyanın mahiyyəti nədir? 57.İllik (perspektiv) planlaşdırmanın sxemini çəkin. 58. Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsiplərini göstərin. Pedaqoji prosesin düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” haqqında sənəddə ümumi təhsil sistemində pedaqoji prosesin təşkilində aşağıdakı prinsiplərin əsas götürülməsi nəzərə alınmışdır:
  • 23. 23 1. Pedaqoji prosesin tam lığı –pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici,tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir. Standartdan məqsəd çıxarılarkən müəllim şagirdin eyni zamanda həm təlim almasını, həm tərbiyələnməsini, həm də inkişafa meyillənməsini əsas diqqət mərkəzində saxlamalıdır. 2. Təlim də bərabər im kanların yaradılması –bütün şəgirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Müəllim şagirdlər arasında irqi, dini, milli, cinsi fərqlərə əhəmiyyət verməməli, onların qavrama, mənimsəmə səviyyələrini əsas gətirərək diskriminativ yanaşmamalıdır. 3. Şagirdyönümlülük –şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Müəllim ilk növbədə tədris olunan mövzunun şagirdin maraq dairəsində olmasına, onun biliklərinin bacarıqlara çevrilməsinə diqqət yetirməlidir. 4. İnkişafyönümlülük –şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir. Məktəbəqədər təhsil pilləsindən başlayaraq tam orta təhsil pilləsini bitirənə qədər şagirdin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Onun fəaliyyət sahəsi genişləndikcə biliklərinin dərinləşməsinə xüsusi diqqət olunmalıdır. 5. Fəaliyyətin stimullaşdırılması –pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur. Şagirdin kiçik nailiyyətləri müəllim tərəfindən rəğbətləndirilməlidir. 6. Dəstəkləyici m ühitin yaradılması –pedaqoji prosesin münasib maddi-texniki baza əsasındavə sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. Şagird informasiya-kommunikasiya texnologiyaları, kitabxana, dərsliklər, müasir tələblərə cavabverən sinifotaqları ilə təmin olunmalıdır. 59.Fənni öyrənərkən istifadə edilən təlim strategiyaları (üsulları) haqqında m əlumatverin. Təlim strategiyalarına -Təlimin təşkilinə verilmiş tələblər,Təlimin forma və üsulları və Təlim fəaliyyətinin planlaşdırılması daxildir. Təlimin təşkilinə verilən tələblər aşağıdakılardır: 1)Pedaqoji prosesin tamlığı –Təlim məqsədləri kompleks(inkişafetdirici,öyrədici,tərbiyədici) şəkildə həyata keçirilir,real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhata edir. 2)Təlim də bərabər im kanların yaradılması –Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. 3)Şagirdyönümlülük –Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə,onların istedad və qabiliyyətlərinin,potensial imkanlarının inkişafına yönəldilir. 4)İnkişafyönümlülük –Təhsildə mühüm məsələlər cəmiyyətdə gedən inkişafa müvafiq tənzimlənir,şagirdlərin bilik,bacarıqvə dəyələrin dinamik inkişafını təmin edir. 5)Fəaliyyətin stimullaşdırılması –Şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir. 6)Dəstəkləyici m ühitin yaradılması –Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir. Təlim strategiyaları –tədris prosesində istifadə olunan forma, üsul, vasitə və yanaşmaların məcmusudur. Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinin şərtləri: • Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi • Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi • Məzmun standartında biliyin kateqoriyalarının müəyyən edilməsi (deklarativ,prosedural, kontekstual) • Məzmun standartında bacarığın xüsusiyyətinin müəyyən edilməsi (idraki, emosional, psixomotor) • Biliyin kateqoriyası və bacarığın xüsusiyyətlərinin təlim məqsədində əks etdirilməsi • Şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vasitələrinin seçilməsi
  • 24. 24 Kollektivlə iş Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratmabacarığının təşəkkülüvə inkişafı təmin edilir. Qruplarla iş Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq,mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişafedir. Cütlərlə iş Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Fərdi iş Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişafetdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır. 60. Beynəlxalq,Milli və məktəbdaxili qiymətləndirmənin mahiyyətini şərh edin. 1. Beynəlxalq qiymətləndirmə:-perspektivləri müəyyənləşdirmək üçün beynəlxalq təşkilatlar tərəfindən aparılır. Sənaye ölkələrində məktəb sisteminin nəti-cələrinə dair müqayisəli faktları verməklə şagirdlərin real həyatda oxu, riyaziyyatvə təbiət elmləri sahəsində bilik və bacarıqlarının tətbiqini qiymətləndirir. Müxtəlifölkələrdə şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində rəsmi məktəb kurikulumunun məzmununa nə dərəcədə yiyələndiklərini təhlil edir. 2. Milli qiymətləndirmə:- perspektivləri müəyyənləşdirmək üçün ölkədə müxtəlif təşkilatlar və qrumlar tərəfindən aparılır. Təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır 3. Məktəbdaxili qiymətləndirmə:-rəsmidir və təhsilalanların attestasiyasına xidmət edir, tərkib hissələrinə görə 3 qrupa bölünür: Diaqnostik qiymətləndirmə:-ilkin səviyyənin qiymətləndirilməsidir. Müəllimin təlim strategiyasını müəyyən etməyə kömək edir. Dərs ilinin əvvəlində, şagird sinfini və məktəbi dəyişdikdə onun bilik və bacarıqları haqqında məlumat əldə etmək üçündür. Fərdi yanaşmanı təmin edir. Müəllim tərəfindən aparılır. Qiymət sinif jurnalına yazılmır., müəllimin qeyd dəftərinə yazılır. Üsulları:-tapşırıqvermə,müsahibə, valideyn və digər müəllimlərlə əməkdaşlıq. Vasitələri:-çalışma, müəllimin qeyd vərəqi, söhbət,sorğu vərəqi. Formativ qiymətləndirmə:-dərsi müşahidə edən prosesdir, şagirdin təlim fəaliyyətinin daima izlənilməsidir. Məqsədi şagirddə bilik və bacarıq formalaşdırmaqla,onun təlim nəticələrinə nail olmasıdır. Şagird gündəlik yaxşı nəticə göstərmək üçün çalışır. Şagirdin bilik və bacarıqlarının vəziyyəti qiymətlənir. Üsulları:-müşahidə, şifahi sorğu-sual, tapşırıqvermə,valideyn və fənn müəllimi ilə əəkdaşlıq, oxu, yazı, layihə, şifahi və yazılı təqdimat, özünüqiymətləndirmə, test. Vasitələri:-müşahidə vərəqi, şifahi nitq qeydiyyat vərəqi, çalışma, söhbət, sorğuvərəqi, mətn, inşa, esse, misal və məsələ, meyar cədvəli, özünüqiymətləndirmə cədvəli, test. Simmativ qiymətləndirmə:-kiçik, böyük və yekun summativ olmaqla3 növü var. -Kiçik Summativ qiymətləndirmə-bəhsin, bölmənin sonunda aparılır. -Böyük Summativ qiymətləndirmə-yarımilin sonunda aparılır. KS və BS qiymətləndirmə məzmun standartına uyğun hazırlanmış vasitələrlə aparılır. Fənnin xüsusiyyətlərindən asılı olaraq əsasən yaradıcı, nəzəri və praktiki olmaqla kompleks tapşırıqlar- layihələr, referatlar, inşalar, təqdimatlar şəklində və ya testlə aparılır. Beynəlxalq qiymətləndirmə Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri
  • 25. 25 (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı,təbiət elmləri savadlılığı və əlavə olaraqmüxtəliftipli problemləri həlletmə bacarıqlarını qiymətləndirməyə xidmət edir. Milli qiym ətləndirmə Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçimetməklə, 4-cü və 9-cu sinifşagirdləri arasında obyektiv testlər, sorğuvərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə əlavə məlumatların əldə edilməsinə imkan verir. Məktəbdaxili qiym ətləndirmə növləri Y uxarıda göstərilən qiymətləndirmə növlərinə və qiymətləndirmə vasitələrinə əsaslanan məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir: şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi; şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurikulum üzrə qiymətləndirmə); Diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), Formativ (irəliləmə və geriləmələrin monitorinqi), Summativ (kiçik, böyük və yekun) Milli və beynəlxalq qiymətləndirmə təhsildə perspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətləndirmədir və şagirdlərin sinifdən-sinfə, bir təhsil səviyyəsindən digər təhsil səviyyəsinə keçirilməsinə xidmət edir. 61. Holistik və analitik qiymətləndirmənin mahiyyətini şərh edin. “Holistik” sözü latın mənşəlidir və lüğəvi mənası “ümumi”,“bütöv”, “tam” deməkdir. Holistik qiymətləndirmə təlim prosesində məqsədlərə görə müəyyən olunmuş bacarıqların ayrı-ayrılıqda qiymətləndirilməsi yolu ilə şagirdin inkişafsəviyyəsinin qısa müddətdə ümumi şəkildə dəyərləndirilməsidir. Qısa müddət ərzində həyata keçirildiyi üçün bu qiymətləndirmə “sürətli qiymətləndirmə” də adlanır. Qiymətləndirmə sxemləri fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə edilən meyarlarla bağlı şagirdlərin məlumatlandırılmasını,onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə, konkret məqsəd və tələbləri (meyarları) müəyyən edir. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə, təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. Qiymətləndirmə sxemləri mahiyyət etibarı ilə iki növə ayrılır. Holistik qiymətləndirmə sxemləri şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalayaəsaslanır. Bu növ sxemlər sürətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
  • 26. 26 Analitik qiymətləndirmə sxemi Analitik qiymətləndirmə şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir. Oxu bacarığının qiymətləndirilməsi üzrə analitik qiymətləndirmə nümunəsi 1.Analitik qiymətləndirmə əsasən sorğular və testlər əsasında aparılır. 2.Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir. 3.Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. 4.Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha 5.ətraflı informasiya verilir. 6.Bu qiymətləndirmədə çox vaxt tələb edilir. Analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur. Qiymətləndirmə sxemlərinin elementlərinə qiymətləndiriləcək əsas sahələr, nailiyyətin müxtəlifsəviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası, nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm (səviyyə üzrə etiket), nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz və ya ifadə (səviyyə deskriptoru),hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilən məsələlərə aid konkret nümunələr (səviyyə indikatorları), nail olunması nəzərdə tutulan nəticə (standart) daxildir. 62. Müasir qiymətləndirmə ilə ənənəvi qiymətləndirməni müqayisə edin..
  • 27. 27 63. Əsas qiymətləndirmə növlərini-diaqnostik,formativ və summativ qiymətləndirməni şərh edin. Diaqnostik qiymətləndirmə Diaqnostik qiymətləndirmə təlimin hər hansı bir mərhələsində şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Şagirdlərin maraq dairəsi, dünyagörüşü,yaşadığı mühit haqqındaməlumat almağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinifvə formativ qiymətləndirmə jurnallarında) qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinifrəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavabverməlidir. Form ativ qiymətləndirmə Y eni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Y eni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır.Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasınayönəlmiş
  • 28. 28 irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Sum mativ qiymətləndirmə Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla,müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinifjurnalında qeyd olunur. 64. Qiymətləndirmə standartlarının komponentlərini və səviyyələrini şərh edin.