3. Atmosfer sirkulyasiyasının
yaranması
• Atmosferin aşağı qatındakı hava
kütlələrinin
hərəkətinə atmosferin ümumi
sirkulyasiyası (və ya
dövranı) deyilir. O,atmosferin 20
km-lik alt qatını əhatə edir.
Tərkibinə - passat, musson,
qərb küləkləri, siklon, antisiklon
və hava kütlələri daxildir.
Atmosfer sirkulyasiyasında yerli
küləklər, məsələn: briz, xəzri,
gilavar və s. zəif iştirak edir.
Atmosfer sirkulyasiyasının
yaranmasına səbəb isti
ekvatorial havasının yuxarı
qalxması, relyefin mürəkkəbliyi
və Yerin öz oxu ətrafında
fırlanmasıdır. Atmosfer
sirkulyasiyası yağıntıların və
istiliyin Yer kürəsində
paylanmasını müəyyən edir.