SlideShare a Scribd company logo
1 of 3
Lejen sindromu
Genetiklər güman edirlər ki, yer kürəsinin müasir sakinlərindən hər biri öz
genotipində 10-15 irsi xəstəlik əmələ gətirən resessiv mutasiyaların
daşıyıcısıdırlar, lakin heteroziqot vəziyyətdə olduqları üçün xəstələnmirlər.
Məhz bu səbəbdənyaxın qohum nikahları olduqca təhlükəlidir, çünki eyni
nəsildən olan valideynlərdə xəstəliyin fenotipcə üzə çıxma ehtimalı böyükdür.
Mutasiyalar – dezoksiribonuklein turşusu (DNT) molekulunda olan təsadüfi
pozuntulardır. Onların əksəriyyəti fenotipdə üzə çıxdıqdansonraorqanizmdən
uzaqlaşdırırlar və özündan heç bir iz qoymurlar. Lakin valideynlərin cinsiyyət
hüceyrələrində yaranan mutasiyalar isə onların uşaqlarına ötürülə bilər. Bu
zaman tez-tez ciddi xəstəliklərə rast gəlinir. 1000-dən çoxxəstəlik genlərdə olan
mutasiyalar ilə bağlıdır.
Genlərdə yaranan mutasiyalar ilə əlaqədər olan xəstəliklərdən biri də Lejen
sindromudur. Bu sindromu 1963-cü ildə fransız pediatr, genetik, təbiət elmləri
doktoru, kral tibb cəmiyyətin və Amerika elmlər akademiyasının üzvi Jerom
Lejen təsvir etdi. Bundan başqa J.Lejen Daun xəstəliyinin səbəbini tapmış və
translokasiya hadisələrini təsvir etmişdi. Xəstəliyin patoloji əlamətlərindən ən
çox pişik miyovlamasını xatırladan spesifik ağlama müşahidə edildiyi üçün
Lejen sindromunu “pişik çığırtısı”sindromu (cri-du-chat) da adlandırırlar.
Feno-kariotip analiz göstərir ki, xəstəliyin yaranmasının əsas səbəbibeşinci
autosomun qısaçiyninin uc hissəsinin delesiyasıdır. Sitogenetik qısaçiyninin
tam delesiyasına və ya onun özünün bir hissəsinin itirilməsinə nadir hallarda rast
gəlinir. Sindromun klinik olaraq tam inkişafı xromosomun qısaçiynindəki kiçik
bir sahənin 5p.(15.1-15.2) delesiyasından asılıdır. Sadədelesiya ilə yanaşı, bu
sindrom halqaşəkilli xromosomların olması, delesiyaya görə mozaiklik, 5-ci
xromosomun qorxulu sahəsinin itməsi ilə qısaçiynin resiprok translokasiyası
hesabına yaranır. Sindromun klinik əlamətlərinin bəzi dəyişkənlikləri
xromosomun çatışmayan sahəsinin ölçülərindən asılıdır.
Cri du chat zamanı tipik ağlamanı 5p15.3 geni idarə edir.Sindromun əmələ
gəldiyi bölgədə xəritələnmiş Semaphorine F (SEMA5A) və Delta
catenin(CTNND2) olaraq adlandırılmış iki gen Cri du chat sindromlu xəstələrin
əqli inkişafı ilə çoxgüman ki,əlaqəlidir.Bundan başqatelomeraz revers
transkriptaz(hTERT) geninin yerləşdiyi 5p.15.33 lokusu bu sindromun
fenotipini dəyişdirmədə iştirak etdiyi güman edilir.
Təzə doğulmuş uşaqlar arasında sindromun rastgəlmə tezliyi 1:3000-ə
bərabərdir. Daun sindromundan fərqli olaraq Lejen sindromlu uşaqların
doğulma tezliyi valideynlərin yaşından asılı deyil.
Lejen sindromlu xəstələrin ömrünün uzunluğu anadangəlmə qüsurların ağırlıq
dərəcəsindən asılıdır. Xəstələrin əksəriyyəti birinci il ölür. 10%-ə qədəri 10 ilə
qədər yaşayır. Nadir hallarda xəstələr 50 il və daha artıq yaşaya bilirlər.
Delesiyalarla əlaqədər yaranan sindromlar üçün bu xəstəliyin rastgəlmə tezliyi
çox yüksəkdir və 1:45000 nisbətindədir. Hal hazırda yüzlərlə belə xəstələr
məlumdur. Ona görə də sindromun sitogenetik və klinik xüsusiyyətləri yaxşı
öyrənilmişdir.
Amniosentez tətqiqat üsulu ilə hamiləlik vaxtı rüşeymin kariotipi
müəyyənləşdirilir. Valideynlərdən birində tarazlaşdırılmış translokasiya
həmçinin translokasiyaya malik olan şəxslərin üzə çıxardılması məqsədi ilə
onun qan qohumlarında kariotipin tətqiqatı aparılır.
Lejen sindromulu uşaqlar bir çox hallarda aşağı çəkiylə (2500 q.-qədər)
doğulurlar. Pişik miyovlamasını xatırladan səsin spesifik tembriləri sindromun
daimi əlamətidir. Hətta bu səs uzun vaxt davam edir. Səsin əsas səbəbi burun-
udlaq və qırtlağın tam formalaşmaması ilə əlaqədardır. Larinqoskopiya vaxtı
qırtlağın müəyyən edilən xüsusiyyəti əsasən, kiçik süst qırtlaq qapağının
olmasıdır. Bu zaman səs çatın üstündən düşə bilər. Səs tellərində heç bir
dəyişiklik baş vermir. Rentgenologiyada səs tellərinin üstündəki hava
boşluğunun həcminin azalması qeyd edilir.
Yaşla əlaqədər səsin tembriləri normallaşsa da, sonradan fışıltıya oxşar səs
əmələ gəlir. Bu havanın keçməsiylə əmələ gələn səsdir.
5-p qismən sindromlu monosomiyalı xəstələr üçün əsas klinik əlamətlər başqa
sindromlarda olduğundan fərqlidir. Belə xəstələr üçün mikrosefallıq, üzün yastı
və dəyirmi formada olması, katarakta, kriptorixizm, hipospadiya,epikardiyum
qatları,qipertelarizm (geniş yerbəyer edilmiş gözlər), epikantus (gözün daxili
kənarında qırış), bir qədər yastılanmış burun, aşağıda yerləşən qulaq
balıqqulaqları, qanadşəkilli qırışları formalaşdıran artıq dəriylə kiçik alt çənə və
qısaboynun olması, burun-udlağın və qırtlağın tam formalaşmaması mədədə və
bağırsaqlarda zədələnmələr əqli inkişafda gerilik, anadan gəlmə olan daxili
orqanların inkişafının anomaliyalarından ürəyin və damarların inkişaf qüsurları
və s. ən çox rast gələn əlamətlərdir. Bəzi hallarda isə müvəqqəti və ya daimi
çəpgözlülük, astiqmatizm, göz dibinin dəyişikləri xüsusi halda torlu qişanın
mərkəzlərinin piqmentsizləşdirilmiş və həmçinin sinirlərin görünən artofiyası
müşahidə edilir. Oğlanlarda qipospadiya tez-tez olur. Lejen sindromuyla təzə
doğulmuş uşaqlar üçün tipik ümumi əzələ hipotoniyası adətən 1 il ərzində qalır.
Lejen sindromlu bütün uşaqlarda əqli geriliklə yanaşı, fiziki inkişafda da gerilik
müşahidə olunur.
Cri du chat sindromunun digər əlamətləri isə belədir:
Udma və çeynəmədə yaranan çətinliklər səbəbindən qidalanma
problemi,anadangəlmə zəif çəki və böyümə,psixomotor gerilik,vəhşilik,tez-tez
təkrar edilən hərəkətlər kimi əmələ gələn davranış problemləri,vaxtaşırı
dəyişiləbilən sabit olmayan sifət quruluşu,qəbizlik,barmaqlar arasında qismi
pərdə,gözlərarası məsafənin böyük olması və s.
Lejen sindromlu xəstələrin psixomotorinkişafı və mental vəziyyətləri də
inkişafdan qalmışdır.Adətən uşaqlar yeriməyi 4 yaşına kimi öyrənirlər və yetkin
mərhələdə isə onun intellektual əmsalı 20 xalla qiymətləndirilir.
Bundan başqauşaqlara erkən dövrlərdə psixoloji və davranış müalicələri tətbiq
olunmalıdır. Sindromu daşıyan uşaqların bir çoxu tərbiyələndirmə yolu ilə
özlərinə baxacaq səviyyəyə gələnə qədər ictimai inkişaf göstərə bilər.
Lejen sindromunun ayrıca müalicə üsulu yoxdur.Sindromun səbəb olduğu
anomaliyaların müalicəsi əsasən siptomatik üsulla aparılır. Bu zaman
psixomotor inkişafı stimulaşdıran vasitələr: masaj və gimnastika tətbiq
edilir.Bundan başqauşaqlara ilkin mərhələlərdə nitq və davranış xüsusiyyətləri
ilə bağlı terapiya tətbiq edilməlidir.
Müalicə profilaktikada isə xəstə uşağı olan valideynlərin kariotipinin təyininə
əsaslanır. İstənilən yaşlı insanda, həmçinin uşaqlıq daxilində genetik testlərin
köməyi ilə bu və ya digər xəstəliyə meyli təyin etmək olar. Bu halda xəstəliyin
yalnız müəyyən edilmiş geni təyin edilir. Bu genlər əlverişli şəraitdə normaldır,
yalnız əlverişsiz şəraitdə düşdükdəfenotipcə bir çox xəstəliklərə səbəb ola bilər.

More Related Content

Similar to Lejen sindromu by həki̇m baba

Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromuATB
 
Residivləşən herpetik stomatit.pptx
Residivləşən herpetik stomatit.pptxResidivləşən herpetik stomatit.pptx
Residivləşən herpetik stomatit.pptxlahe3
 
Prenatal patologiyalar
Prenatal patologiyalarPrenatal patologiyalar
Prenatal patologiyalarhriMmmdova
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikClCN7
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıATB
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyiClCN7
 
Amiotrofik lateral skleroz (ALS)
Amiotrofik lateral skleroz (ALS)Amiotrofik lateral skleroz (ALS)
Amiotrofik lateral skleroz (ALS)ClCN7
 
Gunay_Bedelzade.Daunsindromupptx
Gunay_Bedelzade.DaunsindromupptxGunay_Bedelzade.Daunsindromupptx
Gunay_Bedelzade.DaunsindromupptxSabinaBoyukhanli1
 
Antifosfolipid sindrom (Magnerot, Milgamma).pptx
Antifosfolipid sindrom (Magnerot, Milgamma).pptxAntifosfolipid sindrom (Magnerot, Milgamma).pptx
Antifosfolipid sindrom (Magnerot, Milgamma).pptxAnar Niftaliyev
 
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptxBeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptxw7t4bztj2q
 
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətləryeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətlərParvana Talibova
 
çEdiak hiqaşi sindromu
çEdiak hiqaşi sindromuçEdiak hiqaşi sindromu
çEdiak hiqaşi sindromuClCN7
 
İnfeksion mononukleozun immun mexanizmi
İnfeksion mononukleozun immun mexanizmiİnfeksion mononukleozun immun mexanizmi
İnfeksion mononukleozun immun mexanizmiClCN7
 
Hamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmalarıHamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmalarıClCN7
 
Cift kitab final_16_september
Cift kitab final_16_septemberCift kitab final_16_september
Cift kitab final_16_septemberdr_elvin
 

Similar to Lejen sindromu by həki̇m baba (20)

Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromu
 
Residivləşən herpetik stomatit.pptx
Residivləşən herpetik stomatit.pptxResidivləşən herpetik stomatit.pptx
Residivləşən herpetik stomatit.pptx
 
1
11
1
 
Prenatal patologiyalar
Prenatal patologiyalarPrenatal patologiyalar
Prenatal patologiyalar
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlik
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırması
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
11
1111
11
 
Amiotrofik lateral skleroz (ALS)
Amiotrofik lateral skleroz (ALS)Amiotrofik lateral skleroz (ALS)
Amiotrofik lateral skleroz (ALS)
 
Gunay_Bedelzade.Daunsindromupptx
Gunay_Bedelzade.DaunsindromupptxGunay_Bedelzade.Daunsindromupptx
Gunay_Bedelzade.Daunsindromupptx
 
Cüzam
CüzamCüzam
Cüzam
 
Antifosfolipid sindrom (Magnerot, Milgamma).pptx
Antifosfolipid sindrom (Magnerot, Milgamma).pptxAntifosfolipid sindrom (Magnerot, Milgamma).pptx
Antifosfolipid sindrom (Magnerot, Milgamma).pptx
 
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptxBeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
BeheurbrEndokrinologiyabehhrbrb copy.pptx
 
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətləryeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
 
Sekerli diabet ve verem
Sekerli diabet ve veremSekerli diabet ve verem
Sekerli diabet ve verem
 
çEdiak hiqaşi sindromu
çEdiak hiqaşi sindromuçEdiak hiqaşi sindromu
çEdiak hiqaşi sindromu
 
İnfeksion mononukleozun immun mexanizmi
İnfeksion mononukleozun immun mexanizmiİnfeksion mononukleozun immun mexanizmi
İnfeksion mononukleozun immun mexanizmi
 
Hamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmalarıHamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmaları
 
Cift kitab final_16_september
Cift kitab final_16_septemberCift kitab final_16_september
Cift kitab final_16_september
 
Boyrek xestelikleri
Boyrek xestelikleriBoyrek xestelikleri
Boyrek xestelikleri
 

More from ATB

Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)ATB
 
II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)ATB
 
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)ATB
 
Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)ATB
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
ElastoqrafiyaATB
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
ElastoqrafiyaATB
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnekATB
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnekATB
 
Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇ATB
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)ATB
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluATB
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriATB
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiATB
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiriATB
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemiATB
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiATB
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiATB
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarATB
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizATB
 
Seboreya
SeboreyaSeboreya
SeboreyaATB
 

More from ATB (20)

Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)
 
II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)
 
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
 
Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
Elastoqrafiya
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
Elastoqrafiya
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnek
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnek
 
Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləri
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiri
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemi
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmi
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalar
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve biz
 
Seboreya
SeboreyaSeboreya
Seboreya
 

Lejen sindromu by həki̇m baba

  • 1. Lejen sindromu Genetiklər güman edirlər ki, yer kürəsinin müasir sakinlərindən hər biri öz genotipində 10-15 irsi xəstəlik əmələ gətirən resessiv mutasiyaların daşıyıcısıdırlar, lakin heteroziqot vəziyyətdə olduqları üçün xəstələnmirlər. Məhz bu səbəbdənyaxın qohum nikahları olduqca təhlükəlidir, çünki eyni nəsildən olan valideynlərdə xəstəliyin fenotipcə üzə çıxma ehtimalı böyükdür. Mutasiyalar – dezoksiribonuklein turşusu (DNT) molekulunda olan təsadüfi pozuntulardır. Onların əksəriyyəti fenotipdə üzə çıxdıqdansonraorqanizmdən uzaqlaşdırırlar və özündan heç bir iz qoymurlar. Lakin valideynlərin cinsiyyət hüceyrələrində yaranan mutasiyalar isə onların uşaqlarına ötürülə bilər. Bu zaman tez-tez ciddi xəstəliklərə rast gəlinir. 1000-dən çoxxəstəlik genlərdə olan mutasiyalar ilə bağlıdır. Genlərdə yaranan mutasiyalar ilə əlaqədər olan xəstəliklərdən biri də Lejen sindromudur. Bu sindromu 1963-cü ildə fransız pediatr, genetik, təbiət elmləri doktoru, kral tibb cəmiyyətin və Amerika elmlər akademiyasının üzvi Jerom Lejen təsvir etdi. Bundan başqa J.Lejen Daun xəstəliyinin səbəbini tapmış və translokasiya hadisələrini təsvir etmişdi. Xəstəliyin patoloji əlamətlərindən ən çox pişik miyovlamasını xatırladan spesifik ağlama müşahidə edildiyi üçün Lejen sindromunu “pişik çığırtısı”sindromu (cri-du-chat) da adlandırırlar. Feno-kariotip analiz göstərir ki, xəstəliyin yaranmasının əsas səbəbibeşinci autosomun qısaçiyninin uc hissəsinin delesiyasıdır. Sitogenetik qısaçiyninin tam delesiyasına və ya onun özünün bir hissəsinin itirilməsinə nadir hallarda rast gəlinir. Sindromun klinik olaraq tam inkişafı xromosomun qısaçiynindəki kiçik bir sahənin 5p.(15.1-15.2) delesiyasından asılıdır. Sadədelesiya ilə yanaşı, bu sindrom halqaşəkilli xromosomların olması, delesiyaya görə mozaiklik, 5-ci xromosomun qorxulu sahəsinin itməsi ilə qısaçiynin resiprok translokasiyası hesabına yaranır. Sindromun klinik əlamətlərinin bəzi dəyişkənlikləri xromosomun çatışmayan sahəsinin ölçülərindən asılıdır. Cri du chat zamanı tipik ağlamanı 5p15.3 geni idarə edir.Sindromun əmələ gəldiyi bölgədə xəritələnmiş Semaphorine F (SEMA5A) və Delta catenin(CTNND2) olaraq adlandırılmış iki gen Cri du chat sindromlu xəstələrin əqli inkişafı ilə çoxgüman ki,əlaqəlidir.Bundan başqatelomeraz revers
  • 2. transkriptaz(hTERT) geninin yerləşdiyi 5p.15.33 lokusu bu sindromun fenotipini dəyişdirmədə iştirak etdiyi güman edilir. Təzə doğulmuş uşaqlar arasında sindromun rastgəlmə tezliyi 1:3000-ə bərabərdir. Daun sindromundan fərqli olaraq Lejen sindromlu uşaqların doğulma tezliyi valideynlərin yaşından asılı deyil. Lejen sindromlu xəstələrin ömrünün uzunluğu anadangəlmə qüsurların ağırlıq dərəcəsindən asılıdır. Xəstələrin əksəriyyəti birinci il ölür. 10%-ə qədəri 10 ilə qədər yaşayır. Nadir hallarda xəstələr 50 il və daha artıq yaşaya bilirlər. Delesiyalarla əlaqədər yaranan sindromlar üçün bu xəstəliyin rastgəlmə tezliyi çox yüksəkdir və 1:45000 nisbətindədir. Hal hazırda yüzlərlə belə xəstələr məlumdur. Ona görə də sindromun sitogenetik və klinik xüsusiyyətləri yaxşı öyrənilmişdir. Amniosentez tətqiqat üsulu ilə hamiləlik vaxtı rüşeymin kariotipi müəyyənləşdirilir. Valideynlərdən birində tarazlaşdırılmış translokasiya həmçinin translokasiyaya malik olan şəxslərin üzə çıxardılması məqsədi ilə onun qan qohumlarında kariotipin tətqiqatı aparılır. Lejen sindromulu uşaqlar bir çox hallarda aşağı çəkiylə (2500 q.-qədər) doğulurlar. Pişik miyovlamasını xatırladan səsin spesifik tembriləri sindromun daimi əlamətidir. Hətta bu səs uzun vaxt davam edir. Səsin əsas səbəbi burun- udlaq və qırtlağın tam formalaşmaması ilə əlaqədardır. Larinqoskopiya vaxtı qırtlağın müəyyən edilən xüsusiyyəti əsasən, kiçik süst qırtlaq qapağının olmasıdır. Bu zaman səs çatın üstündən düşə bilər. Səs tellərində heç bir dəyişiklik baş vermir. Rentgenologiyada səs tellərinin üstündəki hava boşluğunun həcminin azalması qeyd edilir. Yaşla əlaqədər səsin tembriləri normallaşsa da, sonradan fışıltıya oxşar səs əmələ gəlir. Bu havanın keçməsiylə əmələ gələn səsdir. 5-p qismən sindromlu monosomiyalı xəstələr üçün əsas klinik əlamətlər başqa sindromlarda olduğundan fərqlidir. Belə xəstələr üçün mikrosefallıq, üzün yastı və dəyirmi formada olması, katarakta, kriptorixizm, hipospadiya,epikardiyum qatları,qipertelarizm (geniş yerbəyer edilmiş gözlər), epikantus (gözün daxili kənarında qırış), bir qədər yastılanmış burun, aşağıda yerləşən qulaq balıqqulaqları, qanadşəkilli qırışları formalaşdıran artıq dəriylə kiçik alt çənə və
  • 3. qısaboynun olması, burun-udlağın və qırtlağın tam formalaşmaması mədədə və bağırsaqlarda zədələnmələr əqli inkişafda gerilik, anadan gəlmə olan daxili orqanların inkişafının anomaliyalarından ürəyin və damarların inkişaf qüsurları və s. ən çox rast gələn əlamətlərdir. Bəzi hallarda isə müvəqqəti və ya daimi çəpgözlülük, astiqmatizm, göz dibinin dəyişikləri xüsusi halda torlu qişanın mərkəzlərinin piqmentsizləşdirilmiş və həmçinin sinirlərin görünən artofiyası müşahidə edilir. Oğlanlarda qipospadiya tez-tez olur. Lejen sindromuyla təzə doğulmuş uşaqlar üçün tipik ümumi əzələ hipotoniyası adətən 1 il ərzində qalır. Lejen sindromlu bütün uşaqlarda əqli geriliklə yanaşı, fiziki inkişafda da gerilik müşahidə olunur. Cri du chat sindromunun digər əlamətləri isə belədir: Udma və çeynəmədə yaranan çətinliklər səbəbindən qidalanma problemi,anadangəlmə zəif çəki və böyümə,psixomotor gerilik,vəhşilik,tez-tez təkrar edilən hərəkətlər kimi əmələ gələn davranış problemləri,vaxtaşırı dəyişiləbilən sabit olmayan sifət quruluşu,qəbizlik,barmaqlar arasında qismi pərdə,gözlərarası məsafənin böyük olması və s. Lejen sindromlu xəstələrin psixomotorinkişafı və mental vəziyyətləri də inkişafdan qalmışdır.Adətən uşaqlar yeriməyi 4 yaşına kimi öyrənirlər və yetkin mərhələdə isə onun intellektual əmsalı 20 xalla qiymətləndirilir. Bundan başqauşaqlara erkən dövrlərdə psixoloji və davranış müalicələri tətbiq olunmalıdır. Sindromu daşıyan uşaqların bir çoxu tərbiyələndirmə yolu ilə özlərinə baxacaq səviyyəyə gələnə qədər ictimai inkişaf göstərə bilər. Lejen sindromunun ayrıca müalicə üsulu yoxdur.Sindromun səbəb olduğu anomaliyaların müalicəsi əsasən siptomatik üsulla aparılır. Bu zaman psixomotor inkişafı stimulaşdıran vasitələr: masaj və gimnastika tətbiq edilir.Bundan başqauşaqlara ilkin mərhələlərdə nitq və davranış xüsusiyyətləri ilə bağlı terapiya tətbiq edilməlidir. Müalicə profilaktikada isə xəstə uşağı olan valideynlərin kariotipinin təyininə əsaslanır. İstənilən yaşlı insanda, həmçinin uşaqlıq daxilində genetik testlərin köməyi ilə bu və ya digər xəstəliyə meyli təyin etmək olar. Bu halda xəstəliyin yalnız müəyyən edilmiş geni təyin edilir. Bu genlər əlverişli şəraitdə normaldır, yalnız əlverişsiz şəraitdə düşdükdəfenotipcə bir çox xəstəliklərə səbəb ola bilər.