éliyeva G.B.      CİFT YETéRSİZLİYİNİNHAMİLéLİYİN FéSADLAŞMASINDA Vé  PERİNATAL PATALOGİYADA ROLU
Əliyeva G.B.CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİNFƏSADLAŞMASINDA VƏ PERİNATAL       PATALOGİYADA ROLU             Azərbaycan Re...
CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİN     FƏSADLAŞMASINDA VƏ PERİNATAL            PATALOGİYADA ROLU                    Əliyeva ...
Məni həkim görmək istəyən əziz nənəm  Səməngül xanımın, elm yoluma çıraq tutan,respublikamızın görkəmli alimləri, əziz Ley...
Mündəricatİxtisar edilmiş terminlərin siyahısı              7Giriş                                             9Ciftin əmə...
İxtisar edilmiş terminlərin siyahısı:AMH        Aşağı molekullu heparin.AMQF       Fertilliyin alfa-2mikroqlobulini.AKTH  ...
TSH     Tənəffüs hərəkətlərinin sayı.    DMİ     Dölyanı maye indeksi.    BKİ     Beyin kriotinkinaza izofermenti.    ÜKİ ...
Giriş    Mamalıq və perinatologiya elminin əsas müştərək məqsədinin -təhlükəsiz analıq, doğuşun qoruyucu üsullarla başa ça...
Əliyeva G.B.     Ciftin əmələ gəlməsi    Hamiləlik mayalanma anından başlanmış hesab olunur. Maya-lanmış yumurta hüceyrə b...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu     Şəkil 2. (Белоусов.Л.В. Введение в общ...
Əliyeva G.B.     Şəkil 3. 1 - Endometriya (Desidua). 2 - Kapliyar damarlar. 3 - Uşaqlıq boşluğu.              4 - Daxili h...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluilk vaxtlarda ziqotani qidalandırır. İmplan...
Əliyeva G.B.    Desidual qişaya daxil olmuş trofoblast damar içi və damar xariciolaraq ikiyə ayrılır. Damar xarici trofobl...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolunın desidual qişasının damarlarından gələn ...
Əliyeva G.B.                                Şəkil 7.    Üçüncü həftədə rüşeyimin angioblastlarından ciftin damarlarıəmələ ...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolucaq. Əgər yuxarıda deyilənlərə bir də cifti...
Əliyeva G.B.döl hissəsi isə döl yumurtasının uşaqlıq divarına bitişdiyi yerdə xo-rionun vorsinlərindən inkişaf edir.     Ş...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu    Böyümə faktorlarının ciftin    inkişafı...
Əliyeva G.B.faktorudur (DEBF). CBF- homodimer 45-50 kD molekul çəkili, qliko-proteindir. CBF- iki izoformadan CBF-1 və CBF...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roludən xaric sitotrofoblast hüceyrələrinin spi...
Əliyeva G.B.                                  Şəkil 10.     Bu zaman kəsiyində ciftin 4 yetkinlik dərəcəsi öyrənilir.     ...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluvə 200-dək paycıqdan ibarət olur. 37 həftəd...
Əliyeva G.B.     Şəkil 12. 1-Spiral arteriyalar, 2-Spiral venalar, 3-Vorsinlər arası arteriya və vena-               lar, ...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu   Xatırladaq ki, yaşlı bir insanın bədən s...
Əliyeva G.B.malarımıza, müraciət etdiyimiz ədəbiyyat icmallarına əsaslanaraqciftin lokalizasiyasının dölün bətindaxili ink...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolugəlişi adlı patologiyanı yaradır, yəni cift...
Əliyeva G.B.                                Şəkil 15.   Cift uşaqlığın dibində yerləşərsə, doğuş yaradıcı tədbirlər 86,7%,...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu    Ciftin funksiyaları    Cift – hamiləliy...
Əliyeva G.B.ni zamanda həm də ana ilə bətnindəki dölün qarşılıqlı əlaqəsini ya-radan- yəni anadan oksigeni və qida maddələ...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu2. Sürətlənmiş diffuziya yolu ilə - kiçik m...
Əliyeva G.B.    Cift vitaminlərin mübadiləsində də böyük rol oynayır. Vit B1, VitA və karotin ciftdə depolanaraq dölə keçə...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu    Şəkil 16. 1- cift, 2- göbək venası, 3- ...
Əliyeva G.B.    Bundan başqa ciftdə qanın laxtalanma və fibrinoliz faktorları, bio-loji aktiv maddələr – histamin,histamin...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluağır, dayanıqlı sinir pozğunluğuna qədər gə...
Əliyeva G.B.    Hamiləlik müddətində qan zərdabında sürətlə artır, 4-6 həftə ara-sında maksimuma çatır,12-16 həftəyədək yü...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluyin pozulma təhlükəsi olanda XQ səviyyəsi e...
Əliyeva G.B.dən qoruyur. Cift və trofoblast hüceyrələrinin böyümə proliferasiya-sını requlə edir. İnkişaf və differensasiy...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolusupressiv təsiri göstərir. Hamilə qadının q...
Əliyeva G.B.    1962-ci ildə ciftin, hipofizin böyümə hormonunu və prolaktini xa-tırladan zülal sintez edildiyi elan olund...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu  Hamiləliyin            PL– konsentrasi-  ...
Əliyeva G.B.                                                            Dölün böyrəküstü       Ananın qara ciyəri         ...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu  Fetoplasentar sistemdə estrogen və proqes...
Əliyeva G.B. Hamiləliyin        E2–konsentrasiyası   Hamiləliyin       E2–konsentrasiyası müddəti (həftə)    nmol/L       ...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolutez olunduğundan, onun səviyyəsi döl-cift a...
Əliyeva G.B.    Ciftin baryer funksiyasını yerinə yetirən lipidlərdən ibarət olanqişa ana və döl qanını qarışmağa qoymur b...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluqatlar göstərir ki, cift dölə keçəcək maddə...
Əliyeva G.B.   Bəzi dərman preparatları, nikotin, bəzi infeksion xəstəliklərin tö-rədiciləri ciftdən keçərək dölə zərər ve...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu    Şəkil 19. 1-Yuxarı boş vena, 2-Oval dəl...
Əliyeva G.B.    Uşaqlığı qidalandıran, uşaqlıq və yumurtalıq arteriyalarının sonşaxələri olan spiral arteriyalar vorsinlər...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu     Ciftin bu qədər mürəkkəb və incə struk...
Əliyeva G.B.dövr adlanan 3 dövrə bölünür. Hal-hazırda bətndaxili inkişafın 22-23həftəşində, 500 qr çəki ilə doğulan döl ye...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolubətndaxilində inkişafdan geri qalma, dölün ...
Əliyeva G.B.   Aşağıda Ana–Cift–Döl arasında mübadilə kanallarının pozğun-luqları nəticəsində dölün bətndaxilindəki asfiks...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluPerinatal patologiyanın əsas simptomu olan ...
Əliyeva G.B.     [Шабалов.Н.П Асфиксия новорожденных.М.Медицина 1990 стр 69-70]56
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu     Dölün ağır asfiksiyası qarışıq tip hip...
Əliyeva G.B.mal arterial təzyiq beyinə qanın yetməsinə səbəb olur. Bu da öz növ-bəsində beyinin və qabıqaltının normal fəa...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu                        Sxem. Dölün hipoksi...
Əliyeva G.B.     Cift yetərsiziyi    Cift yetərsizliyi - hepatoplasentar sistemin ananın patoloji vəziy-yətinə verdiyi mür...
Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu[69,70] hestozlarda, 30,6% digər patologiya...
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Cift kitab final_16_september
Upcoming SlideShare
Loading in …5
×

Cift kitab final_16_september

20,441 views

Published on

2 Comments
2 Likes
Statistics
Notes
  • Bu elmi əsərlə həm də doktorluq elmi dərəcəsi müdafiə olunmuşdur yoxsa?..
       Reply 
    Are you sure you want to  Yes  No
    Your message goes here
  • Eliyev G .B
       Reply 
    Are you sure you want to  Yes  No
    Your message goes here
No Downloads
Views
Total views
20,441
On SlideShare
0
From Embeds
0
Number of Embeds
10
Actions
Shares
0
Downloads
47
Comments
2
Likes
2
Embeds 0
No embeds

No notes for slide

Cift kitab final_16_september

  1. 1. éliyeva G.B. CİFT YETéRSİZLİYİNİNHAMİLéLİYİN FéSADLAŞMASINDA Vé PERİNATAL PATALOGİYADA ROLU
  2. 2. Əliyeva G.B.CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİNFƏSADLAŞMASINDA VƏ PERİNATAL PATALOGİYADA ROLU Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 iyul 2011-ci il tarixli 1173 saylı əmri ilə tövsiyə olunmuşdur. Bakı – 2011
  3. 3. CİFT YETƏRSİZLİYİNİN HAMİLƏLİYİN FƏSADLAŞMASINDA VƏ PERİNATAL PATALOGİYADA ROLU Əliyeva Gültəkin Budaq qızı Tibb elimlər namizədi, mama-ginekoloq Dizayn Sahib Kazımov Çap və Cildləmə “Yek Production” Mətbəəsi Ş. Şamil küç., No: 17, Səbail rayonu, Bakı, Azərbaycan Tel: (+994 12) 492 57 74 Bu kitabın Azərbaycanda nəşr hüquqları müəlliflərə aiddir.Müəlliflərin icazəsi olmadan qismən və ya tamamən yenidən nəşr oluna bilməz. © G. B. Əliyeva, Bakı, 2011.
  4. 4. Məni həkim görmək istəyən əziz nənəm Səməngül xanımın, elm yoluma çıraq tutan,respublikamızın görkəmli alimləri, əziz Leyla xanım Kərimovanın və Tamara xanım Dadaşovanın unudulmaz xatirələrinə həsr edirəm.
  5. 5. Mündəricatİxtisar edilmiş terminlərin siyahısı 7Giriş 9Ciftin əmələ gəlməsi 10Böyümə faktorlarının ciftin inkişafında rolu 19Ciftin lokalizasiyası 25Ciftin funksiyaları 29Cift-döl qan dövranı haqqında 48Perinatal patologiya 51Dölün hipoksiyası 53Cift yetərsiziyi 60Cift yetərsizliyinin təsnifatı 77Cift yetərsizliyinin əmələ gəlməsi 81AFS - antifosfolipid sindrom 83Mamalıq praktikasında antifosfolipid sindromunklinik təzahürü və kriteriyaları 90Cift yetərsizliyinin diaqnostikası 93Dopler müayinəsi 97Antifosfolipid sindromun diaqnostikası 101Perinatal diaqnostika 104Alfa-fetoprotein – AFP 116Perinatal diaqnostikadainvaziv metodlar 118Cift yetərsiliyinin konpensasiyası 127Dölün bətndaxili hipoksiyasının müalicəsi 136Plazmoferezin tətbiqi 137Antifosfolipid sindromun müalicəsi 140Profilaktika 143Nəticələr 146Əlavələr 149Ədəbiyyat siyahısı 151
  6. 6. İxtisar edilmiş terminlərin siyahısı:AMH Aşağı molekullu heparin.AMQF Fertilliyin alfa-2mikroqlobulini.AKTH Adrenokortikotrop hormon.AFS Antifosfolipid sindrom.AFA Antifosfolipid antiteli.AKA Antikardiolipin antiteli.BF Böyümə faktoru.CBF 1,2 Cift böyümə faktoru -1,2.DEBF Damar endotelial böyümə faktoru.İXQ(XQ) Xorionik Qonodotrapin.PL, XS Plasentar laktogen və ya Xorionik Samodotropin.XK Xorionik Kortikotropin.LF Laktoferrin.NK Natural Killer.PAPP-A,B Hamiləliklə assosasiya olunmuş A vəB zərdab zülalı.PAMQ Plasentar alfa1mikroqlobiulin.TBQ Trofoblastik beta 1qlikoprotein.E1 Estron.E2 Estradiol.E3 Estriol.DHEASO4 Dihidroepiandrosteron sulfat.OBA Orta beyin arteriyası.PZR Polimeraz zəncirvari reaksiya.THS Tənəffüs hərəkətlərinin sayı.DHA Dölün hərəki aktivliyi.AFP Alfafetoprotein.NST Non stres test-sakitlik testi.GCA Göbək ciyəsi arteriyası.UA Uşaqlıq arteriyası.ÜDS Ürək döyüntülərinin sayı. 7
  7. 7. TSH Tənəffüs hərəkətlərinin sayı. DMİ Dölyanı maye indeksi. BKİ Beyin kriotinkinaza izofermenti. ÜKİ Ürək kreatinkiaza izofermenti. NO Azot oksidi. AOM Antioksidant müdafiə. ARA Antiradikal aktivlik. OAF Oksigenin aktiv formaları. DNİES Diffuz neyro-immuno-endokrin sistem. DBİL Dölün bətndaxili immun ləngiməsi. MT Melatonin. ÜAA Ümumi antioksidləşmə aktivliyi. LPO Lipidlərin peroksidli oksidləşməsi.8
  8. 8. Giriş Mamalıq və perinatologiya elminin əsas müştərək məqsədinin -təhlükəsiz analıq, doğuşun qoruyucu üsullarla başa çatdırılması, yet-kin, sağlam həyat qabiliyyətli uşaqların doğulmasına şərait yaratmaqolduğu bir zamanda bu problemə diqqət yetirmək problemin hələ dəaktuallığını qoruyub saxladığını göstərir. Gələcək nəslin sağlamlığının əsas zəmini olan perinatal dövrdənbu problemin həllinə başlamaq artıq dövlət və milli proyektlərlə hə-yata keçirilir. [37,43,44,61,89, 103.] Müasir dövrdə mamalıq və perinatalogiya elminin sürətlə inki-şafı hamiləliyin gedişinə nəzarətdə, dölün antenatal müdafiəsindəgeniş imkanlar yaratmışdır. Gələcək nəslin sağlamlığının təminatı üçün ana bətnində ikəndölün xəstəliklərinin diaqnozunu qoymaq, ana bətnindəki körpəniqoruma altına almaq artıq vacib şərtlərdən biri olmuşdur. Perinatal patologiyanın çox saylı səbəbləri içərisində xüsusi yeriolan çift yetərsizliyinə diqqət yetirmək məqsədi ilə uzun illərdir ki,təcrübi mamalıqda diqqətdən qaçırmadığımız cift yetərsizliyi üzərin-də durmağı qarşımızda məqsəd qoyduq. Əgər cift yetərsizliyinin uşaqölümü səbəbləri içərisində 20%, hamiləliyin başa çatmamasında 50-77%, rast gəldiyini həzərə alsaq bu mövzunun hələ də aktuallığınıqoruyan bir problem olduğu aydınlaşır. Perinatal patologiyanın, ölümün, neonatal xəstələnmənin əsassəbəbi cift yetərsizliyi və dölün bətndaxili inkişafının ləngiməsidirdeyən Савельева Г.М., Стрижаков А.Н., Тимохина Т.Ф kimi gör-kəmli alimlərin fikirlərindən yola çıxaraq hamiləliyi fəsadlaşan - azhəyat qabliyyətli, ölü, şikəst, az çəkili uşaqlar dünyaya gətirən qadın-ların müayinə və müalicəsinə diqqət ayırdıq. Bəs cift necə yaranır,hamiləlikdə rolu nədir, yetərsizliyi hamiləliyin gedişinə və bətndaxi-lindəki dölə necə təsir edir? Aşağıda bunlara aydınlıq gətirməyə ça-lışmışıq. 9
  9. 9. Əliyeva G.B. Ciftin əmələ gəlməsi Hamiləlik mayalanma anından başlanmış hesab olunur. Maya-lanmış yumurta hüceyrə borunun sekretı ilə qidalanaraq blastosit-lərə bölünərək hərəkət edir. Onun hərəkətinə borunun peristaltikası,epitel toxumasının kipriciklərinin nizamlı hərəkəti və borunun sekre-tinin yaratdığı sürüşkənlik yardım edir. Şəkil 1. Mayalanmış yumurta hüceyrənin mayalanmadan implantasiya anına qədərki əsas inkişaf etapları. a - yumurta hüceyrə mayalanma anında, b, c, d, e - mayalanmış yumurta hüceyrə mayalanmadan 12-24, 30, 40-50 və 60 saat sonra, f – mayalanma- dan 3-4 gün sonra - morula, g – blastosit, z - implantasiyanı başlanğıcı mayalanmanın 6-cı günü, 1 - uşaqlıqboruları, 2 - uşaqlıq boşluğu, 3 - uşaq- lığın selikli qişası. Mayalanmadan 30 saat sonra yumurta hüceyrə 2 eyni ölçüdə qızhüceyrəyə bölünür. 10 saat sonra 2-ci bölünmə baş verir və 4 yenihüceyrə əmələ gəlir. Mayalanmadan təxminən 50-60 saat sonra 16hüceyrədən ibarət morula adlanan hüceyrə toplusu əmələ gəlir.10
  10. 10. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Şəkil 2. (Белоусов.Л.В. Введение в общую эмбриологию. М. 1980. Гилберт С.Биология развития.тт. 1-3 М. 1993, 1994, 1995) İmplantasiya ovulyasiyadan 9-10 gün sonra baş verir. [9,17]İkinci həftənin başlanğıcında döl yumurtasının uşaqlığın selikli qişa-sına, nidasiya və ya implantasiya olunma prosesi başlanır. İlk 24saatda ziqota yarıyadək 40 saatdan sonra isə tamamilə uşaqlığın se-likli qişasına daxil olur. 11
  11. 11. Əliyeva G.B. Şəkil 3. 1 - Endometriya (Desidua). 2 - Kapliyar damarlar. 3 - Uşaqlıq boşluğu. 4 - Daxili hüceyrə toplusu. 5 - Xarici hüceyrə toplusu. 6 - Daxili hüceyrə toplusu. Trofoblastın ifraz etdiyi proteolitik, qlikolitik və digər fermentlə-rin selikli qişanı lizisə uğratması nəticəsində əmələ gələn zülal, kar-bohidrat, vitaminlər və digər maddələri özündə saxlayan embriotrof Şəkil 4. 1-Trofoblast, 2-Embrioblast.12
  12. 12. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluilk vaxtlarda ziqotani qidalandırır. İmplantasiyadan sonra trofo vəembrioblastların intensiv inkişafı başlanır. Amnion, xorion və desidualqişalar əmələ gəlməyə başlayır. Bu kürəyə bənzəyən hüceyrə toplu-sunun qeyri bərabər bölünməsi ilə həyata keçirilir. Morulanın xaricihüceyrə qatı daxildəki hüceyrələrdən sürətlə bölünür. Xarici hüceyrəqatı trofablast içəridəki hüceyrə toplusundan ayrılır, yalnız kiçik birsahədə əlaqə qalır. İri tünd blastomerlərdən embrioblast əmələ gəlir. Bu embrion vəembriondan kənar hissələrin inkişafına başlanğıc verir. Kiçik şəffafblastomerlər tədricən embrioblastı hər tərəfdən əhatə edir. Bunlartrofoblasta başlanğıc verir. Erkən differensasiyaya uğrayan trofoblasttoxuması sonralar implantasiyanı və embrionun qidalanmasını təminedir. Sonralar əmələ gələn embrioblast və trofoblast qatlarının ara-sındakı kiçik boşluğa maye toplanır. Hamiləlikdə endometriya qatıdesidua adlanır. Onun histaloji quruluşu böyük, çoxbucaqlı sekretorhüceyrələrin varlığı ilə təsdiq edilir. Əslində bu epitelə bənzər hü-ceyrələr dəyişikliyə uğramış endometriyal hüceyrələrdir. Bu dəyişik-liklərdən sonra endometrium damarlanması da artır. Uşaqlığın təbiikiller (NK) hüceyrələri, qranulyar leykositlər artır, coxnüvəli leyko-sitlər və B hüceyrələri azalır. Şəkil 5. 13
  13. 13. Əliyeva G.B. Desidual qişaya daxil olmuş trofoblast damar içi və damar xariciolaraq ikiyə ayrılır. Damar xarici trofoblastlar əsasən ciftin desiduayaəkilməsinə yardım edir. Damar içi trofoblastlar isə spiral arteriyala-rın transformasiyasında iştirak edir. Spiral arteriyalar miyometriyalarteriyaların endometriyanı qidalandıran şaxələridir. Trofoblastlarspiral arterya divarındakı endotel hücrelerinin yerinə keçir. Histoloji müayinədə spiral arteriyaların və qismən venaların ortaqatının yox olduğu görünür. Trofoblastlar arteriyaların içərisində da-ha dərinə deyil, ancaq iç 1/3 nə qədər irəliləyir. Buna da spiral arteri-yaların transformasiyası deyilir. Ciftin əsasında 100-ə qədər spiralarteriyanın içinə girən trofoblastlar damar divarının iç 1/3 hissəsindədəyişiklik yaradaraq sanki arteriyaların bu hissəsində bir vena əmələgətirir. Nəticədə bu damarlardan qan axarkən müqavimətə az rastgəlir. Bu da arteriyanın içindən keçən qan miqdarının çox artmasınasəbəb olur. Ciftdən keçən qanın miqdarı 500 mL/dk çatır. Bu cift-uşaqlıq qan axımı adlanır. Trofoblast hüceyrələrinin desidua və mio-metriyaya daxil olanları isə hamiləlik zamanı ciftin vaxtından əvvəlayrılmasına mane olur, doğuşdan sonra isə uşaqlığın involyusiyasızamanı yox olurlar. Bu hüceyrələrin çox vacib iki funksiyasına diqqətyetirərək buna əmin ola bilərik. Birincisi, trofoblastlar fərqli toxuma-lar içərisinə girərək o toxumanın hüceyrələrindən biri kimi özünüapara bilir. İkincisi, trofoblastların fərqli xüsusiyyətli hüceyrələrinifraz etdiyi GnRH, estrogen ve progesteron kimi hormonları tək ba-şına sintez edə bilir. Deməli bu hüceyrələr xüsusi qabiliyyətə malik,insan vücudunun ən bacarıqlı hüceyrələridir. Mayalanmanın 12-14-cü günü rüşeyimi əhatə edən trofoblast hü-ceyrələri intensiv bölünərək, dölün ətrafında şaxəli qişa-damar toruəmələ gətirir. İmplantasiyadan sonra uşaqlığın divarında kiçik bir sahədə çö-kəklik, boşluq əmələ gəlir. Bu boşluq mayalanmanın 2-ci həftəsindəbirincili damarsız vorsinlər arasında yaranır. O boşluğa partlamışdesdual damarlardan ananın qanı dolur. Buraya yerləşmiş ziqota ana-14
  14. 14. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolunın desidual qişasının damarlarından gələn qanla qidalanır. Ana qanıilə dolu çökəklikdə ana qanı ilə ruşeyim arasında ilk mübadilə başla-yır. Şəkil 6-ya diqqət etsək sadə ciftin və embrionun endometriyaya -desiduaya münasibətini aydın görərik. Şəkil 6. Sonralar döl yumurtasının üzərinə birincili vorsin yaradan trofob-lastdan barmaq səklində protoplazmatik çıxıntılar - vorsinlər əmələgəlir və hərəkət edircəsinə uşaqlığın divarına doğru uzanaraq uşaqlı-ğın desidua qişasına şəkil 3-də göstərildiyi kimi daxil olur. Bu çıxın-tılar sitotrofoblast hüceyrə-lərindən ibarət olub damarsızdır, birincilivorsinlər adlanır. Yuxarıda qeyd etdiyimiz kimi desidual qişaya da-xil olmuş damar içi trofoblast spiral arteriyaların transformasiyasın-da və damar xarici trofoblastlar isə əsasən ciftin desiduaya əkilməsi-nə xidmət edir. Ontogenezin bu dövründə maddələr və qazlar müba-diləsi sadə diffuziya yolu ilə baş verir. Hamiləliyin ikinci həftəsindəbirincili vorsinlərə birləşdirici toxuma daxil olaraq ikincili vorsinlərinyaranmasına səbəb olur. 15
  15. 15. Əliyeva G.B. Şəkil 7. Üçüncü həftədə rüşeyimin angioblastlarından ciftin damarlarıəmələ gəlməyə, allantoisin damarları ikincili vorsinlərə daxil olmağabaşlayır. Beləliklə xorionun vaskulyarizasiyası ilə nəticələnən hami-ləliyin mühüm kritik dövrlərindən biri baş verir. Bu baxımdan ciftin inkişafını 2 mərhələyə bölmək olar. Birincimərhələdə implantasiya zamanı trofoblastların spiral arteriyalardayaratdığı transformasiyadan sonra desiduaya, miometriyanın sərhəd-dinə qədər irəliləyir. Yəni hamiləliyin 3-cü həftəsindən 20-ci həftəsi-nədək olan zamanı əhatə edir Bu mərhələni də 2 dövrə ayırmaq olar.Birinci ilk üçaylığın sonunadək, ikinci isə 20 həftəyədək davam edir.Ciftin inkişafınının 2-ci mərhələsində trofoblastların spiral arteriya-larda yaratdığı transformasiyadan sonra miometriyaya qədər davamedilən invaziya miometriyanın iç 1/3 hissəsinə daxil olur. [151] Spiral arteriyaların transformasiyası pozulduqda uşaqlıq qan axı-mı da pozulduğundan embrionun inkişafdan qalması və ya dölünbətndaxili inkişafının ləngiməsi baş verir. Yəni ciftin damarlanmasıprosesinin çox dəqiq, həssas və ardıcıl davam etməsinin normadankənara çıxması hamiləliyin erkən həftələrdə pozulmasına səbəb ola-16
  16. 16. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolucaq. Əgər yuxarıda deyilənlərə bir də ciftin damarlanması prosesikimi baxsaq, proseslərin doğrudan da hər anı hesablanmış proqramaəsasən getdiyinə şahid olarıq. Bu andan ciftin formalaşması başlanır.Bəzən buna sadə cift də deyilir. Sonralar döl yumurtasının üzərinəbirincili vorsin yaradan trofoblastlardan cift əmələ gəlir. Fetoplasentar sistemin digər hissələri göbək ciyəsi amniotik ayaq-dan əmələ gələrək, 8-ci həftədə amnionla örtülür Ciftin vizualizasi-yası 7-9 həftəlikdən mümkün olur. Şəkil 8. Desidual qişa 3-parietal, kapsulyar və bazal qatdan ibarətdir. Dölyumurtası inkişaf etdikcə, kapsulyar və parietal desidual qişalar gəri-lir, nazikləşir, bir-birinə yaxınlaşır. Bazal desidual qişa qalınlaşır, çox-lu damarlar əmələ gətirərək ciftin ana hissəsini formalaşdırır. Ciftin 17
  17. 17. Əliyeva G.B.döl hissəsi isə döl yumurtasının uşaqlıq divarına bitişdiyi yerdə xo-rionun vorsinlərindən inkişaf edir. Şəkil 9. 1 - parietal desidual qişa; uşaqlığın içərisini örtür, 2 - döl, 3 - amnion, 4 - bazal desidual qişa - döl yumurtasını uşaqlığın divarından ayırır, 5 - xorion, 6 - kapsulyar desidual qişa - döl yumurtasını uşaqlıq boş- luğu tərəfdən örtür. Şəkil 9-da parietal, bazal, kapsulyar desidual qişaların döl yumur-tasına və uşaqlığa münasibəti verilmişdir.18
  18. 18. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Böyümə faktorlarının ciftin inkişafında rolu Böyümə faktoru (BF) haqda elmi mülahizələr və araşdırmalarmeydana çıxandan sonra ciftin morfologiyası və inkişafının öyrənil-məsində yeni istiqamətlər meydana çıxdı. Ciftin gələcək morfologi-yası, inkişafında mühüm rol oynayan hüceyrə polipeptidi olan böyü-mə faktoru eyni zamanda cift toxumasının, qan damarlarının, vəzitoxumasının inkişafını ləngitmək və stimulə etmək qabliyyətinə dəmalikdir. Deməli, böyümə faktorunun əmələ gəlmə və funksiyasındakı də-yişikliklər ciftin morfologiyası və funksiyasında dəyişikliklər yaradır.Beləliklə hamiləliyin erkən vaxtlarında böyümə faktorunda baş ve-rən dəyişikliklər cift yetərsizliyinin baş verəcəyinin xəbərvericisidir. Böyümə faktoru – bioloji aktiv birləşmədir və hüceyrənin mitogensiqnallarının əsas daşıyıcısı, hüceyrələrin differensasiyası, bölünmə-sini stimulə və inhibə edir. Hal-hazırda qadının reproduktiv siste-minə təsir edən onlarla BF aşkarlanıb. [10,90] Böyümə faktoru əsas rolu, embriogenez dövründə embrional hü-ceyrələrin differensasiyasında oynayır. Yerli böyümə faktorlarının tə-sirindən trofablast hüceyrələrinin proleferasiyası, miqrasiyası və in-vaziyası aşağıdakı mexanizmlərlə baş verir. [126,127,118] 1. Autokrin – onu ifraz edən hüceyrənin reseptorları ilə münasibət. 2. Parakrin – onu ifraz edən hüceyrənin ətrafındakı hüceyrələrlə əlaqə. 3. İntrakrin – faktor hüceyrənin içində qalır, birbaşa o hüceyrəyə təsir edir. 4. Endokrin– qan dövranına daxil olaraq, qan vasitəsi ilə təsir edir. Bəzən bir hüceyrəyə bir neçə böyümə faktoru təsir edir. Bunlar-dan biri cift böyümə faktoru (CBF) digəri damar endotelial böyümə 19
  19. 19. Əliyeva G.B.faktorudur (DEBF). CBF- homodimer 45-50 kD molekul çəkili, qliko-proteindir. CBF- iki izoformadan CBF-1 və CBF-2 ibarətdir. Bu izo-merlərdəki polipeptid ardıcıllığı CBF-2-dəki heparinbirləşdirici fraq-mentdən başqa eynidir. CBF struktur və funksiyasına görə damarendotelial böyümə faktorları ailəsinə daxil olan angiogenezi stimuləedən damar endotel böyümə faktorlarına çox oxşardır. [102,139] Ciftböyümə faktorunun hamiləliyin müddəti artdıqca dinamik artdığıqeyd olunur. [141] Böyümənin damar endotelial faktorunun aktivliyihipoksiyanı da göstərir. [133,137,139,142] Müxtəlif böyümə faktorları və onların reseptorları da ciftin inki-şafının müxtəlif səviyyələrində prosesə qoşulub bu inkişafı kontroledir. [115,102,139] Beləliklə, böyümə faktorunun cift yetərsizliyi olanhamilələrdə təyini dölün hipoksiyasının erkən markeri sayıla bilər.Xüsusilə ciftin böyümə faktorunun implantasiya, plasentasiya, erkənembriogenez dövründə hüceyrələrin proliferasiyası və differensasi-yasını təmin etdiyindən son zamanlarda xüsusi diqqət mərkəzində-dir. CBF və DEBF [115] bir tərəfdən angiogenezin stimulyatoru olaraqdamarların ciftdaxili lojadakı keçiriciliyini artırır, digər tərəfdənautokrin mexanizmin sayəsində ciftin əmələ gəlməsi zamanı trofab-lastın differensasiya və metobolik aktivliyini requlyasiya edir. Müasir təsəvvürə əsasən bu zaman uşaqlıq-cift qan axımınınstrukturunun hazırlıq dərəcəsi cift çökəkliyinin spiral arteriyalarınındivarlarına vorsin xarici sitotrofoblast hüceyrələrinin invaziya dərə-cəsindən asılıdır. Bu zona ciftin vorsinlər arası sahəsinin uşaqlığın endometriyasınakontaktıdır. Hamiləliyin 7-10-cu həftəsində cift çökəkliyinin spiral ar-teriyalarının divarlarına vorsin xarici sitotrofoblast hüceyrələrinininvaziyasının birinci dalğası baş verir. 12 həftəlik müddətə qədər buproses spiral arteriyaların endometrial seqmentinə yayılır. Nəticədədaimi cift-uşaqlıq qan mübadiləsi formalaşmış olur. Hamiləliyin 16-18 həftəsində invaziyanın ikinci dalğası baş verir. Bu zaman vorsin-20
  20. 20. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roludən xaric sitotrofoblast hüceyrələrinin spiral arteriyaların miometrialseqmentinə yayılır. Sonralar bu uşaqlıq-cift arteriyalarına transfor-masiya olunur. Hamiləliyin erkən həftələrdə inkişafdan qalması ciftçökəkliyinin spiral arteriyaların hestasiyaya uyğun yenidən qurul-masının patalogiyası, vorsindən xaric sitotrofoblast hüceyrələrininyetərsiz invaziyası ilə əlaqəlidir. Görünür ki, bu proseslərin aktivliyiyerli böyümə faktorlarının köməyi ilə həyata keçirilir. Əgər invaziya-nın birinci dalğasında bu yerli böyümə faktorunun requlyasiyasındapozğunluq olarsa, cift-uşaqlıq qan dövranının yaranmasının bu eta-pında ləngimə baş verəcək. Endometriyada əmələ gələcək nekrotikocaqların hesabına yenicə ivaziyayaya uğramış vorsinlərin və cift çö-kəkliyinin sıradan çıxması, embrionun ölməsi ilə nəticələnəcək. Əgərbu patalogiya invaziyanın ikinci dalğasında baş verərsə,vorsindənxaric sitotrofoblast hüceyrələrinin spiral arteriyaların miometrial seq-mentinə yayılması pozular, beləliklə də ciftin hipoplaziyası, cift ye-tərsizliyi baş verır. Bu da dölün bətndaxili inkişafının ləngiməsinəgətirib cıxarır. [44] Ciftin ontogenezi hamiləliyin davam müddəti ilə müəyyən olu-nur və şərti olaraq 2 stadiyaya bölünür. [43] Birinci stadiyaya ciftinböyüməsi - yəni ciftin kütləsi və səthi ölçüləri sürətlə böyüyür. Buböyümə 36 həftəyədək davam edir. Ciftin böyüməsini requlyasiyaedən faktorlar çitoksin, protoonkogenlər, prostoqlandinlər və leykot-rienlərdir. [112] İkinci-stadiya ciftin morfofunksional yetişkənliyi döv-rüdür, 37-40 cı həftələri əhatə edir. Ciftin böyüməsini tənzimləyənböyümə faktorları ciftin yetişməsində rol oynamaya da bilər. Yəniciftin yetişməsini kontrol edən faktorların təsir mexanizmi tamamiləaydın deyil. Hamiləliyin davam müddətində cift bir həyat tsikli keçir. Bu həyattsikli yaranma, inkişaf, funksional fəaliyyətinin ən yüksək səviyyəsi vəqocalma dövrününü əhatə edir və hamiləliyin sona çatması üçün va-cib olan bütün funksiyaları yerinə yetirir: 21
  21. 21. Əliyeva G.B. Şəkil 10. Bu zaman kəsiyində ciftin 4 yetkinlik dərəcəsi öyrənilir. 0 - yetkinlik dərəcəsi 30 həftəliyədək davam edir I - yetkinlik dərəcəsi 27- 36 həftəliyədək II - yetkinlik dərəcəsi 34-39 həftəyədək III - yetkinlik dərəcəsi 37-həftədən sonrakı müddəti əhatə edir. 30 həftəyədək davam edən 0 - yetkinlik dərəcəsi – birincili struk-tura, hamar xorionik səthə malikdir. I - Yetkinlik dərəcəsində – birincili struktura fonunda xorion löv-hədə kiçik exogen sahələr meydana gəlir, xorionik lövhə qıvrımlaşır. II - Exogen zonalar daha intensiv görünür – xorionik lövhə qıv-rımları ciftin içərilərinə doğru irəliləyir, ancaq bazal qata çatmır. III - Xorionik lövhə qıvrımları ciftin içərilərinə doğru irəliləyir, ba-zal qata çatır, dairələr cızaraq ciftə paycıqlı şəkil verir. Əgər III-yet-kinlik dərəcəsinə 38-39 həftəlikdə rast gəlinirsə bu ciftin vaxtındanəvvəl qocalması- yəni cift yetərsizliyidir. Hamiləliyin 3-cü ayının axırına, 4-cü ayının başlanğıcına doğruformalaşmağa başlayan cift, sonralar hamiləlik boyu inkişaf edir. 36-37 həftəsində 18-20 sm ölçüyə çatan bu orqan 20-40mm qalınlığında22
  22. 22. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluvə 200-dək paycıqdan ibarət olur. 37 həftədən sonra isə ya eyni öl-çüdə qalır ya da ölçüləri və qalınlığı kiçilir. Yetkin cift dairəvi və yaoval şəkillidir və bu orqanın 2 səthi ayırd edilir. Uşaqlığın divarınatəmas edən ana səthi və amnional boşluğa baxan döl səthi mövcud-dur. Ana səthi bozumtul-gilənar rəngli paycıqların hesabına kələkö-türdür. Döl səthi parıltılı su qişası ilə örtülüdür, hamardır və bozrəngdədir. Şəkil 11. 1 - Amniotik qişa, 2 - Göbək ciyəsi, 3 - Ciftin ana və döl səthi, 4 - Ciftin uşaqlıq divarında yerləşməsi, göbək ciyəsi çökəkliyi. Ana səthindən görünməyən damarların döl səthində tor əmələgətirdiyi aydın görünür. Hamiləlik boyunca ciftin ölçüləri və qalınlı-ğı dəyişir. Ciftin sahəsi, həcmi obyektiv göstəriciləri olmasına bax-mayaraq, qiymətləndirilməsi çətindir. Təcrübi mamalıqda ciftin qa-lınlığı göbək ciyəsi çökəkliyində ölçülür. Ciftin qalınlığı rezus uyğun-suzluq, dölün ödemi, ananın şəkərli diabeti, infeksion proses zamanı4,5 sm və daha çox olur, naziklənmə kriteriyası isə 2sm və ondan azolmasıdır. 23
  23. 23. Əliyeva G.B. Şəkil 12. 1-Spiral arteriyalar, 2-Spiral venalar, 3-Vorsinlər arası arteriya və vena- lar, 4-Cift, 5-Göbək ciyəsi çökəkliyi, 6-Uşaqlıq divarı, 7-Göbək ciyəsi arteriyası, 8-Göbək ciyəsi Şəkil 12-də göründüyü kimi ananın qanı zərif uc kapillyarlardadövr edir. Vorsinlərin ümumi sahəsi 22 həftədə 2,42-m2, 36 həftədəisə 10,6 m2 [43] olur.24
  24. 24. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Xatırladaq ki, yaşlı bir insanın bədən səthi 1,5 m2-dır. Belə anato-mik quruluş dölün boyunu və inkişafını təmin edən ideal quruluşdur. Ciftin uşaqlıq boşluğuna münasibətinə nəzər salsaq 20 həftəlikhamiləliyə qədər cift uşaqlıq boşluğunun yarısını, hamiləliyin axırınayaxın üçdə birini tutduğunu görürük. Normada ciftin çəkisi dölünçəkisinin altıda birini, yeddidə birini təşkil edir. Uşaqlıq böyüdükcəuşaqlıq divarına ˝bitişik˝ cift uşaqlığın dibinə doğru çəkilir, sanki ye-rini dəyişir, buna ciftin miqrasiyası deyilir. Şəkil 13. [Resimli Doğum Bilgisi, Ankara 2003. çeviri S.Günlap] Diaqramda dölün çəkisi, dölyanı mayenin miqdarı, ciftin çəkisi bir-birinə və hamiləliyin həftəsinə nəzərən verilmişdir. Ciftin lokalizasiyası Hamiləliyin əsas orqanı, dölün bətindaxili inkişafın cavabdehiolan ciftin lokalizasiyasının dölün inkişafında rolu olmadığı bir qrupmüəllif tərəfindən iddia edilir. Ancaq 25 illik müşahidə və araşdır- 25
  25. 25. Əliyeva G.B.malarımıza, müraciət etdiyimiz ədəbiyyat icmallarına əsaslanaraqciftin lokalizasiyasının dölün bətindaxili inkişafında böyük rolu ol-duğuna əmin olduq. Perinatal diaqnostikada ciftin qalınlığının, öl-çüsünün olduğu kimi lokalizasıyasının da rolu danılmazdır. Şəkil 14. 1-Uşaqlıq boynu. 2- Uşaqlıq boynunun daxili dəliyi. 3-Cift. Normada cift uşaqlığın yuxarı hissəsində, arxa-ön, yan divarla-rında və uşaqlığın dibində yerləşə bilir. Çox vaxt ön və arxa divarda,yan divarlardan birinə keçmək şərti ilə yerləşən, cift nadir halda tamön və arxa divarda, uşaqlığın dibində və ya gəliş vəziyyətində yer-ləşir. Ancaq qadının keçirdiyi təkrari abortlar, düşüklər, spesifik vəqeyri-spesifik metroendometrit, uşaqlıq mioması, polipozu zamanıcift uşaqlığın daha aşağı hissələrində inkişaf edir, beləliklə də ha-miləliyin gedişini fəsadlaşdırır. Cift aşağı seqmentdə yerləşirsə cift26
  26. 26. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolugəlişi adlı patologiyanı yaradır, yəni cift uşaqlıq boynu kanalının da-xili dəliyini tam və ya hissəvi örtür və ya ona yaxın yerləşir. Əgər ciftdaxili dəliyi tam örtmüşsə, mərkəzi cift gəlişi, ciftin kənarı daxili də-liyi qismən örtübsə hissəvi, daxili dəliyin kənarında yerləşibsə, kə-narı cift gəlişi adlanır. Ultrasəs müayinəsi klinik praktikaya daxil olduqdan sonra hami-lə qadınlarda ciftin yerləşməsi, ölçüləri, strukturası, yetkinlik dərəcə-si haqda daha dəqiq məlumat almaq mümkün olur. Hamiləliyin I-IItrimestrində təsbit olunmuş cift gəlişinin III trimestrdə 32 həftəlikdəancaq 5%-ni təkrar izləmək olur. Hamiləliyin 32 həftədə rast gəlinən,təkrar izlənən 5%-cift gəlişindən 37 həftədə ancaq ⅓-i qalır. Exoqrafi-yanın tətbiqi nəticəsində ciftin bir yerə bitişib durduğu deyil, hami-ləliyin müddəti artdıqca daxili dəliklə ciftin kənarı arasındakı məsafəartdığını, yəni ciftin miqrasiya etdiyini görürük. [131,135] Cift gəlişidoğuşların 0,3-0,4%-də rast gəlinir. Cift gəlişi diaqnozu vaxtındaqoyularsa doğuşun taktikasını əvvəlcədən seçmək mümkün olur.Ciftin belə lokalizasiyası hamiləlik zamanı kiçik – uzun müddətli vəya profuz qanaxmaya səbəb olduğundan, uşaqlığın dibində, ön vəyan divarlarında yerləşən ciftə nisbətən dölün, hamilə uşaqlığın təz-yiqinə daha çox məruz qalır. Döl-ana-cift qan dövranında ləngiməolduğundan, profuz qanaxma olmasa belə bu funksional cift yetər-sizliyi kimi qəbul edilməlidir. Kiçik qanitirmələr kompensasiya olun-sa belə, xronik cift yetərsizliyi, profuz qanitirmə isə kəskin cift yetər-sizliyi kimi qiymətləndirilməli, həm ana bətnindəki dölün, həm dəananın həyati təhlükəsi nəzərə alınmalıdır. Ciftin lokalizasiyası haqda dəqiq məlumat olduqda hamiləliyin IIyarısında qanaxma zamanı differensial diaqnoz aparmaq asan olur.Ciftin lokalizasiyasının doğuş prosesinin gedişinə, sancıların xarakte-rinə də təsir edir. 27
  27. 27. Əliyeva G.B. Şəkil 15. Cift uşaqlığın dibində yerləşərsə, doğuş yaradıcı tədbirlər 86,7%,cismində yerləşərsə 63,6%, aşağı seqmentdə yerləşərsə 33,3% aparıl-dığı qeyd olunur. Ciftin uşaqlığın boynuna yaxın yerləşməsi zamanıuşaqlıq boynu vaxtından əvvəl yetişir və 45,6 – 62,1% hamiləlik vax-tından əvvəl başa çatır. Aşağı seqmentdə yerləşərsə, vaxtından əvvəl doğuş 43,1%, uşaq-lığın dibində olarsa 12,5% rast gəlir. Aşağı seqmentdə yerləşmə həmdə perinatal ölümə səbəb olur ki, bunun da 16,2%-i vaxtından əvvəl,2,3%-i isə vaxtında doğulanların payına düşür. Ciftin arxa divardayerləşməsi zamanı hamilə qadının arxası üstə daha çox uzandığı üçünciftin və uşaqlığın qidalandırıcı damarlarının sıxılması nəticəsindəfunksional cift yetərsizliyi baş verir. Beləliklə də dölün bətndaxili hi-potrafiyası və hipoksiyası meydana çıxır. Deməli, təkcə ciftin xəstə-likləri deyil, onun yerləşməsi də perinatal patalogiyaya, doğuşunvaxtınada və ya vaxtından əvvəl baş verməsinə səbəb olur.28
  28. 28. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Ciftin funksiyaları Cift – hamiləliyin əsas orqanıdır, dölün ağ ciyər, mədə-bağırsaq,böyrəkləri və dərisinin funksiyasını yerinə yetirir. Cift - hamiləliyinunikal vəzi olub, çox mürəkkəb biokimyəvi proseslərin iştirakçısıdır.Cift dölün qidalanmasını, inkişafını, boyunu tənzim edir. Onun fizio-loji hamiləlik və ya ananın müxtəlif xəstəlikləri ilə gedən hamiləlikzamanı rolu əvəzolunmaz və çoxşaxəlidir. Cift qişaları, göbək ciyəsidölyanı maye birlikdə vahid bir kompleks təşkil edir. O, eyni zaman-da həm Anaya həm də Dölə aid olan müştərək orqandır. Ana vədölün qarşılıqlı təsiri ikitərəfli əlaqələrlə həyata keçirilir. Bu ana vədöl arasındakı dörd əsas informasiya kanalının yardımı ilə baş verir.1. Diaplasentar humoral kanal – düzünə və əksinə mübadilə kana- lından anadan dölə O2 və qida maddələri, hormonlar, bioloji aktiv maddələr, immun cisimlər keçir. Döldən anaya isə CO2, metabo- litlər, immun cisimlər, hormonlar keçir. Bu ən geniş və informativ kanaldır.2. Ekstraplasentar humoral kanal. Bu kanalla immun cisimlər, di- gər maddələr ciftdən kənar yolla dölyanı maye, döl qişaları va- sitəsi ilə keçir. Bu informativ kanal 1-ciyə nisbətən çox az imkan- lara malikdir.3. Cift- sinir kanalı. Bu kanalla informasiya mübadiləsi Cift-göbək ciyəsinin damarlarındakı baro - və ximoreseptorların qıcıqlandı- rılması nəticəsində baş verir.4. Ekstraplasentar - sinir kanalı. Ananın MSS-nə dölün boyu, hərəki aktivliyi nəticəsində alınan informasiyanın təsiri, dölə isə ananın orqanizmində mexaniki, termiki, kimyəvi faktorların qıcıqlandı- rılmasından alınan informasiyadır. Çoxşaxəli funksiyalarından biri hormonal orqan olub, hamiləliyindavamı müddətində qadın orqanizmində baş verən dəyişiklikləri vədölün inkişafını tənzimləməsi, qadını laktasiyaya hazırlamasıdır. Ey- 29
  29. 29. Əliyeva G.B.ni zamanda həm də ana ilə bətnindəki dölün qarşılıqlı əlaqəsini ya-radan- yəni anadan oksigeni və qida maddələrini dölə, dölün həyatməhsulları olan CO2 və zərərli maddələri isə döldən ana qanına da-şıyan orqandır. Bir tərəfdən onu ana ilə dölü birləşdirən əsas kanal kimi tanıyı-rıqsa, digər tərəfdən də ana ilə döl arasında baryer olduğunu görü-rük. Hamiləlik müddətində ciftin yerinə yetirdiyi funksiyalara nəzərsalaq, əsas funksiyaların 3 qrupa bölündüyü aydınlaşır:1 – mübadilə funksiyası - qida maddələrinin və qazların (oksigen və karbon qazı) mübadiləsi, qidalanma və tənəffüs funksiyası2 – hormonal funksiyası - ciftin hormon və zülal dəsti sintez etmə qabliyyəti3 – baryer funksiyası - qoruyucu və immunoloji funksiyanın köməyi ilə dölü xəstəlik törədicilərindən, zərərli maddələrdən, antitellər- dən qoruyur. Ayrı-ayrılıqda bu 3 funksiyanın öyrəndikdən sonar 20 sm diamet-rində, 2-3 sm qalınlığında bir neçə ay ömrü olan bu kövrək orqanınnələrə qadir olduğu bir daha aydınlaşır. Ciftin mübadilə funksiyası dedikdə, ana ilə döl arasında qazlar –O2 – CO2 mübadiləsi, qida maddələri, karbohidrat, yağ və zülal mo-lekullarının mübadiləsi və s başa düşülür. Bu mübadilə aktiv və pas-siv keçidlə başa çatır. Qida maddələri və oksigenlə zəngin ana qanıciftin ana səthi ilə uşaqlıq divarı arasında təmas səthinə gəlməsinəbaxmayaraq, ananın qanındakı tərkibdə dölə keçmir. Fizioloq, bio-loq, morfoloq, mama-ginekoloqların tədqiqatlarına görə, cift mürək-kəb maddələrin mübadiləsi məhsullarını təkcə toplamaq deyil, həmdə dölə lazım olan məhsulları sintez edərək, embrion və dölün mə-nimsəyə biləcəyi şəklə salmaq qabliyyətinə malik mürəkkəb orqan-dır. Cift mübadilə funksiyasını aşağıdakı 4 yolla həyata keçirir.1. Sadə diffuziya yolu ilə - xırda molekullu maddələr və qazlar keçir.30
  30. 30. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu2. Sürətlənmiş diffuziya yolu ilə - kiçik molekullar, yağda həll olan maddələr keçir.3. Aktiv keçidlə enzimlərin yardımı ilə - suda həll olan vitaminlər, aminturşular.4. Pinositoz yolu ilə - isə kompleks zülallar, antigenlər daşınır. Su, oksigen və karbon qazı molekulları ciftdən keçir. Su ciftdənkeçərək dölyanı mayedə, ciftdə, dölün toxuma və orqanlarında sərfolunur. Suyun keçişi qatılıq qradiyentinin əksinə baş verə bilir və hərgün dölyanı maye 30-40 ml-dək artır. Oksigenin döl qanına keçmə-sinə dölün hemoqlobininin artıq olması və hemoqlobinin oksigenisürətlə uda bilmə qabiliyyətindən baş verir. Döl qanında oksigen 7,6mm civə sütunu təzyiqə, hüceyrədən kənar maye mühitdə isə 23mmc. sütunu təzyiqə malikdir. Karbon qazının da mübadiləsi eynidir.Qazlar mübadiləsi bu təzyiqlər fərqinə görə baş verir. Qlükoza isəzülallarla birləşərək, yağda həll olan şəklə düşərək, yüngülləşdirilmişdiffuziya yolu ilə mənimsənilir. Hamiləliyin erkən aylarında qlikogensintezi üçün çoxlu qlükoza cift tərəfindən udulur. Hamiləliyin gecdövrlərində isə qlikolizə uğrayaraq sərf olunur. Qlükozanın konsen-trasiyası döldə ana qanındakından çoxdur və döl bu qlükozadan qli-kogen sintez edərək energetik mübadiləsi üçün istifadə edir. Zülal mübadiləsinə nəzər salsaq, döldə bu mübadilənin anadan10 dəfə aktiv olduğunu görərik. Sərbəst amin turşuların konsentra-siyası isə ana qanındakından 5 dəfə artıqdır. Sərbəst yağ turşularıciftdən asanlıqla keçdiyindən, ana qanındakı ilə eyni səviyyədədir.Çünki, zülallar aminturşularadək parçalanır, yenidən ciftdə başqaquruluşda dölə məxsus zülallar şəklində sintez olunur. Lipidlərin da-şınması isə onların ciftdə fermentativ parçalanması ilə başlanır. Dölətriqliseridlər şəklində keçir. Ciftin bu xüsusiyyəti xorionun stroma-sını təşkil edən yüksək inkişaf etmiş birləşdirici toxumadan asılıdır.Bu mürəkkəb biokimyəvi proses ananın mədə-bağırsaq sistemindəzülal yağ və karbohidratların parçalanma və sintezini xatırladır. 31
  31. 31. Əliyeva G.B. Cift vitaminlərin mübadiləsində də böyük rol oynayır. Vit B1, VitA və karotin ciftdə depolanaraq dölə keçəcək miqdarı requlyasiyaedilir. Vit B1, fosfor turşusu ilə birləşərək dölə keçir, karotin isə dölünqara ciyərində Vit A-ya çevrilir.Vitamin D-nin ciftdə miqdarı və döləkeçməsi isə ana qanında bu vitaminin miqdarından asılıdır və kal-siumun daşınma və mübadiləsini tənzim edir. Vit K və E ciftdən keç-mir. Ona görə də çox vaxt yeni doğulmuşa Vit K təyin edilir. Elek-trolitlərin mübadiləsi paraplasentar və transplasentar yolla gedir.Kalium, natrium, xloridlər və hidrokarbonatlar sərbəst olaraq dölə vəəksinə keçir. Kalsium, fosfor, dəmir isə döldə və ciftdə depolanır. Ciftdəmiri keçirdiyi və depoladığı üçün döldə hemoqlobinin miqdarıanada dəmir defisitli anemiya olsa belə, normal olur. Ciftdə həm də maddələr mübadiləsində iştirak edən çoxlu fer-mentlər saxlanılır. Oksidaza, katalaza, dehidrokinaza, karbohidratmübadiləsini tənzimləyən amilaza, laktoza, zülal mübadiləsini tən-zim edən fermentlər, termostabil qələvifosfataza ciftin spesifik fer-mentləridir. Bu fermentlərin ana qanında təyini ciftin fəaliyyəti haq-da məlumat verir. Dəmir defisitli anemiya hamilə qadınlarda 40,6%rast gəlir. Nəticədə tənəffüs fermentlərinin aktivliyi enir, toxumahipoksiyası baş verir. [117,80]. Ana qanı ciftin xovları arasındakı boşluqlarda dolaşaraq, mürək-kəb biokimyəvi çevrilmələrdən keçir. Xovların sonunda yerləşən fe-tal arteriyalara yeni quruluşda dölə məxsus olaraq keçir. Beləliklə bu-radan dölün toxuma, qan qrup və rezus mənsubiyyətinin anadanfərqli olması, özünəməxsusluğu aydınlaşmış olur. Sanki, cift müba-dilə funksiyasını yerinə yetirərkən dölün ağ ciyərini və mədə-bağır-saq sisteminin işini yerinə yetirir. Beləliklə cift – ana və döl arasındamaddələr mübadiləsini təmin edən, dölü ananın immun sistemindənvə infeksion agentlərdən qoruyan, ananı doğuşa, laktasiyaya hazır-layan hamiləliyin əsas orqanı olduğu bir daha aydınlaşır.32
  32. 32. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Şəkil 16. 1- cift, 2- göbək venası, 3- göbək arteriyaları. Şəkil 17. 1-Yuxarı tənəffüs yolları, 2-Kiçik qan dövranı, 3-Ağ ciyərlər, 4-Ürək, 5-Böyük qan dövranı, 6-Toxuma kapilyarı. 33
  33. 33. Əliyeva G.B. Bundan başqa ciftdə qanın laxtalanma və fibrinoliz faktorları, bio-loji aktiv maddələr – histamin,histaminaza, xolesterinaza və s. dəmövcuddur. Digər tərəfdən, cift daxili sekresiya vəzidir, hormonalfunksiyanı yerinə yetirir. Hamiləliyin başa çatması, dölün normalinkişafı, doğuşun başlaması üçün hormonlar dəsti sintez edir. Desi-dual toxuma sinsito və sitotrofoblast hormonların sintezini və bəzi-lərinin metabolizmasını yerinə yetirir. Endokrin funksiya - Ciftin metabolik funksiyası kimi endokrinfunksiyası da diqqəti cəlb edir. Cift digər endokrin vəzilərdən fərqliolaraq, həm zülal, həm də steroid mənşəli bir-birindən fərqli hor-monlar sintez edir. Hamiləliyin ilk-3 ayında aktiv fəaliyyəti dölünhisto və orqanogenez prosesinin əsasını təşkil edir. Bu dövrdə ciftdölü onun inkişafı üçün lazım olan bütün hormonlarla təmin edir.Cift mənşəli hormon və zülallara-İnsan xorionik qonodotropini (XQ),insan plasentar laktogeni (PL),və ya insan xorionik samotomammot-ropin (XS), insan xorionik kortikotropini (XK), fertilliyin alfa-2mikro-qlobulini (FAMQ), plasentar alfa-1mikroqlobulin (PAMQ),plasentar protein (PP-5),(PP-12),(PP-14) trofoblastik beta 1 –qliko-protein (TBQ), onkofetal protein alfa-fetoprotein (AFP) aiddir. [42,54,55,87] Hamiləliklə assosasiya olunmuş zülalları 3 qrupa bölmək olar:1. Dölün orqaniznində sintez olunan zülallar - Alfa fetoprotein, onkoembrional antigen2. Ciftdən sintez olunan zülallar-trofoblastik beta 1-qlikoprotein, in- san xorionik qonodotropini, insan plasentar laktogeni, plasentar termostabil qələvi fosfataza, hamiləliklə əlaqəli zərdab zülalları (PAPP-A, PAPP-B)3. Hamiləlik zamanı və ondan kənar vaxtlarda qan zərdabında rast gəlinənlər. Dölün bətn daxilində fetoplasentar kompleksdə baş verən müba-dilə pozğunluğu nəticəsində əziyyət çəkməsi 60-90% postnatal həyat-da uşağın mərkəzi sinir sistemində kiçik beyin disfunksiyasından34
  34. 34. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluağır, dayanıqlı sinir pozğunluğuna qədər gətirib çıxarır. Ona görə dədigər müayinələrlə yanaşı, ciftin spesifik zülallarının təyini dölün bətndaxilindəki patoloji vəziyyətini öncədən təyini xüsusi əhəmiyyətkəsb edir. Bu zülallar cift yetərsizliyinin klinik əlamətlərdən əvvəltəyininə kömək edərək bu riskin qarşısını alır. PAMQ – plasentar α-1 mikroqlobulin. Bu zülal da ciftin desidualhissəsindən sintez olunan əsas zülallardan hesab olunur, bir çox fizi-oloji proseslərin – ovulyasiya, desidualizasiya, implantasiya və dölüninkişafının əsas iştirakçısıdır. Eyni zamanda, yumurtalıqların polikis-tozu, endometriyanın maliqnizasiyası kimi patoloji proseslərin dəiştirakçısıdır. Bu zülala həm də trofoblastın invazivliyini requlyasiyaedən ananın təbii zülalı kimi baxılır. Hamiləlik zamanı ananın qanzərdabında 40 nq/ml-dən yuxarı çıxmır. Fetoplasentar yetərsizliyindiaqnostikası üçün 16-17 həftəlik hamiləlikdən başlayaraq, 33-34 həf-təyədək bu zülalı yoxlamaq məsləhətdir. Çox vaxt bu zülalın artımı FMA-lı qadınlarda dölün bətndaxilihipoksiyasına işarətdir. Bu artım hələ klinik simptomları meydanaçıxmamış cift yetərsizliyinin göstəricisi olduğu üçün kompleks müa-yinə göstərişdir. Əksər hallarda isə bu zülalın artımı yüksək perinatalfəsad riskini dölün bətndaxili hipoksiya və hipotrofiyasını göstərir. Fertilliyin α-2 mikroqlobulini - Qlikodilin reproduktiv sistemi-nin spesifik zülalıdır. Qadınlarda aybaşının lütein fazasında endometriya vəzilərininepitelisində, hamiləlik zamanı isə ciftin desidual toxumasında sintezolunur. Bu sintez və sekresiya proqesterondan bilavasitə asılıdır. Sağ-lam hamilə olmayan qadının qan zərdabında 8-40 mkq/ml arasındaolur. Ən yüksək həddi isə lütein fazasına uyğun gəlir. Öz-özünə dü-şüklərdən sonra uşaqlığın qanlı ifrazatında, α-2 mikroqlobulin gene-rasiyası 50-100 dəfə normal aybaşı qanının tərkibindəkindən artıqolur. Belə yüksək artım endometriozda da qeyd olunur. Xronik en-dometritdə isə normadan 5 dəfə az rast gəlinir. 35
  35. 35. Əliyeva G.B. Hamiləlik müddətində qan zərdabında sürətlə artır, 4-6 həftə ara-sında maksimuma çatır,12-16 həftəyədək yüksək səviyyədə qalır son-ra isə azalmağa başlayır. Təhlükə törədən düşüklər zamanı hələ kliniksimptomlar meydana çıxmamışdan əvvəl bu zülalın sintezi də azal-mağa başlayır. Ona görə də, bu zülalı I trimestrdə 2- həftə fasilə ilə 2-3 dəfə yoxlamaq lazımdır. PAPP-A hamiləliklə assosasiya olunmuş A-plazma proteini 1974-cü ildə hamiləliyin axırıncı həftələrində olan qadının qanında yüksəkfraksiyalı zülal olaraq aşkarlandı. Sonralar tərkibində Zn olan, 800molekul çəkili metalloqlikoprotein olduğu qeyd edildi. Sinsitotro-foblastlardan - ciftin xarici qat toxumasından sintez olunur. Ananınimmun cavabını modifikasiya edərək, ciftin inkişafı və yaşamasıüçün şəraiti saxlayır. Son 15 ildə Daun sindromunun diaqnostikasın-da işlədilən 3-lü testə əlavə edilərək 4-lü test adlandırılaraq effektliyi90%-ə çatdırmaq mümkün olmuşdur. XQ-xorionik qonodotropin 35000 mol çəkili qlikoproteiddir. Ha-miləliyin ilk həftələrində XQ – lüteotrop funksiyanı yerinə yetirir.Sarı cismin steroidogenez funksiyasını tənzimləyir və onun hamiləlikbaş vermədikdə 14 gün davam edən ömrünü, hamiləlik zamanı uza-daraq, hamiləlik sarı cisminə çevrilməsinə xidmət edir. Nəticədə pro-qesteronun fasiləsiz ifrazı təmin olunmuş olur. XQ-nin, sarı cisim vəsteroid hormonlarının sintezi hipofizar qonodotrop hormonlarıntsiklik ifrazını tormozlayır. Ona görə də hamilələrdə qanda FSH və prolaktinin səviyyəsiaşağı olur. Hamiləliyin ilk günlərindən, hətta mayalanmanın 8-9-cugünündən təyin edilən, XQ hamilə qadının immunoloji reaksiyaları-nı, T- supressor hüceyrələri induksiya edərək tormozlayır. Güclü im-munosupressiv təsirə malik qlukoproteindir. Yəni hal-hazırda XQəsas immunodepressant hesab olunur. Döl-ana arasındakı immuno-konflikt və embrionun uşaqlıq divarından qopmasına mane olur. Bi-rinci trimestrdə hər 2-3 gündən bir ikiqat, üçqat artıraq 8-10-cu həf-tədə maksimuma çatır. Trofoblastın patoloji proseslərində, hamiləli-36
  36. 36. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluyin pozulma təhlükəsi olanda XQ səviyyəsi enir. Qanda bu hormo-nun yüksəlməsi çoxdöllü hamiləlik – beçəxor və dölün xromosomabberasiyası zamanı baş verir. İnkişaf etməmiş hamiləlikdə isə enir.Ektopik hamiləlikdə miqdarı normal hamiləliklə müqayisədə azdır.Qanda XQ-dən başqa, onun α və β sərbəst zəncirləri də aşkarlanır.Eyni zamanda ifraz olunan 3-cü zəncir isə onların - α və β sərbəstzəncirlərin spesifikliyini təyin edir. Endometriyanın vəzili epitel hü-ceyrəsindən sekresiya olunur. Hamiləliyin təyini üçün daha həssas,trofoblastik toxumanın sinsitotrofoblastlarından sintez olunan β - XQni təyin etmək vacibdir. XQ – ciftin fəaliyyəti haqda əhəmiyyətli məlumat verməkdə roluyoxdur. Çünki, ciftin tam formalaşıb, fəaliyyət göstərdiyi 12-14 həf-tədə bu hormon azalmış olur. XQ sonsuzluğun müalicəsində tətbiqedildiyindən, bəzi xəstəliklərdə də aşkarlandığından diaqnostikadabəzi xətalar verə bildiyindən, hamiləliyin erkən diaqnostikasında, ha-miləliyin spesifik testi ola bilməz. β XQ isə hamiləliyin dəqiq, səhvsizdiaqnostik markeri hesab olunur. Hamiləliyin XQ testi ilə müqayisə-də daha dəqiqdir. Hamiləlik müddəti proqressiv surətdə artan züla-lın bu artımındakı hər hansı dəyişiklik dölün inkişaf qüsuru, hamilə-liyin pozulmasının diaqnostikasında əsas rol oynayır. Trofoblastik β-1 qlikoprotein (TBQ) ciftin döl hissəsinə aid olanspesifik markeridir. [54,55] hamiləliyin və onunla əlaqədar olan xəs-təliklərin – beçəxor və trofoblastik xəstəliklərin spesifik zülalıdır. Sitovə sinsitotrofoblastda sintez olunaraq, ananın qan dövranına daxilolur. Hamiləlik zamanı ciftin desidual toxumasında sintez olunaraqAnanın qan zərdabında aşkarlanır. O, hamiləliyin pozulma təhlükə-sini əvvəlcədən xəbər verir, aparılan müalicənin effektliliyini göstə-rir. TBQ Y.S. Tatarin tərəfindən 1971-ci ildə qadının qan zərdabındaaşkarlanıb. Qadın orqanizmdə müxtəlif bioloji funksiyaları yerinə yetirir.Ananın limfositlərinin aktivləşməsinə mane olaraq, genetik informa-siyanın 50%-ini atadan olan dölü - yadlığı ananın immun sistemin- 37
  37. 37. Əliyeva G.B.dən qoruyur. Cift və trofoblast hüceyrələrinin böyümə proliferasiya-sını requlə edir. İnkişaf və differensasiyasını kontrol edir. İmmunolojiprosesləri aktivləşdirir və ya tormozlayır. TBQ-nin hamiləlik boyu qandakı konsentrasiyasını aşkarlamaqüçün aparılan TBQ monitorinqi, fetoplasentar sistem haqda, hamilə-liyin müxtəlif patologiyalarında isə trofoblastın funksiyası haqda dü-rüst məlumat verir. TBQ-nin qanda 6 dəfədən çox enməsi hamiləliyinspontan pozulacağının proqnozunu əvvəlcədən 100% dəqiqliklə gös-tərir. TBQ-nin 2-4 dəfə enməsi isə 33% halda spontan abortun baş ve-rəcəyinin göstəricisidir. Əgər 35-40 həftəlik hamiləlikdə TBQ nor-madan aşağıdırsa, doğuşda ana və döl üçün fəsadlaşmaya işarədir.[87] Öyrəncəkli düşüklər, cift yetərsizliyi və perinatal patologiya za-manı TBQ-nin I trimestrdə 5-10 dəfə enməsi, II-III trimestrdə isə art-mağa meylli olmaması göstərilir. [8] (cədvəl 1-2). CMV virus infeksiyası zamanı hamiləliyin ilk həftələrində TBQ 4-8 dəfə enir. Görünür ki, buna səbəb virus təsirindən trofoblastın çoxhissəsinin məhv olmasıdır. Trofoblast hüceyrələri virusların prolife-rasiyası üçün münbit toxumadır. Virusların artıb çoxalması isə tro-foblast hüceyrələrinin məhvi deməkdir. Nəticədə, trofoblastların zü-lalların biosintezi ilə əlaqəli olan metabolik funksiyası da enir. Çox vaxt TBQ, Pl, Plasentar α 1 mikroqlobulin, fertilliyin α2 - mik-roqlobulini ilə birlikdə təyininin böyük diaqnostik əhəmiyyəti vardır.30 həftədən sonra TBQ azalır, PAMQ artır, AMQF artır. Bu da ekizlərüçün təhlükə olduğuna işarədir. Fetoplasentar sistemin hamiləlik boyunca obyektiv dəyərləndiril-məsi TBQ miqdarından asılıdır. Bu monitorinq hələ klinik simptombəlli olmamışdan hamiləliyin pozulma təhlükəsindən xəbər verdiyikimi, müalicələrin effektli olub-olmadığının, yəni hamiləliyin inkişa-fının, başa çata biləcəyinin də göstəricisidir. Ektopik hamiləliyin diaqnostikasında USM-lə birlikdə təyinininxüsusi əhəmiyyəti var. Beləki, ektopik hamiləlik zamanı endiyi gö-rünməkdədir. Hamiləliyin normal inkişafı üçün lazım olan immuno-38
  38. 38. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolusupressiv təsiri göstərir. Hamilə qadının qanında təyini trofoblastınfunksiyasını qiymətləndirir və hələ klinik simptom verməyən düşüktəhlükəsinin olduğundan xəbər verir. I-II trimestirdə artarsa uşaqlıqboşluğunda iltihabi prosesin olduğunu və ya döl yumurtasının his-səvi soyulduğunu göstərir. Bütün hamiləlik boyunca aşağı olmasıuşaqlıq daxilində xronik infeksiyanın varlığına, ciftdəki distrofik də-yişikliyə işarədir. Kəskin artım isə çoxsululuq, şəkərli diabet, vaxtı ötmüş hamiləlik,dölün hemolitik xəstəliyi zamanı olur. Ona görə də, hamiləlik boyu2-4 həftə ara ilə 2-3 dəfə TBQ yoxlanılması perinatal patologiyanınvaxtında aşkarlanmasına yardım edər. Hamiləliyin müddəti Hamilə qadının qan zərdabında (mayalanma günündən həftə ilə) TBQ konsentrasiyası (mq/ml) 2 – 3 həftə 0,02 – 0,5 3–5 0,5 – 4,5 6–8 5 – 12 8 – 10 5 – 16 10 – 12 16 – 26 12 – 14 22 – 38 14 – 16 38 – 48 16 – 18 48 – 50 18 – 20 50 – 56 20 – 22 56 – 58 22 – 24 58 – 65 24 – 26 65 – 80 26 – 28 80 – 100 28 – 30 100 – 150 32 – 34 158 – 190 36 – 38 210 – 240 38 – 40 240 – 250Cədvəl 1. Fizioloji hamiləlik zamanı qadının qan zərdabında TBQ konsentrasiyası 39
  39. 39. Əliyeva G.B. 1962-ci ildə ciftin, hipofizin böyümə hormonunu və prolaktini xa-tırladan zülal sintez edildiyi elan olundu. HPL (human plasentar lak-togen) - insan plasentar laktogen adlanan bu zülal güclü metaboliktəsirə malik olduğu təsdiq edildi. Plasentar laktogen 19 kDa molekul-yar çəkisi olan qlikoproteid olub, hamiləliyin erkən 5-6 həftələrindəsinsitotrofoblastdan sintez olunur. Karbohidrat - zülal mübadiləsinitənzimləyir və 1trimestrdə enməsi erkən cift yetərsizliyini göstərir.[7] Hamiləlikdə ifrazatı hipofizin böyümə hormondan 100 dəfə artıq-dır. Normal gedən hamiləlik zamanı 36 həftəyədək proqressiv olaraqartır, doğuşdan sonra isə enir. Laktotrop, lüteotrop təsiri hüceyrə im-munitetini inhibə edir, ananın maddələr mübadiləsinə aktiv təsiredir, anada zülal sintezini azaldaraq aminturşuların ehtiyyatının ya-ranmasına səbəb olur. Plasentar laktogen insulinin antaqonistidir. Qısa yarımparçalanma dövrünün olması sekresiyasının sutkalıqritminin olmaması, sintezinin tək bir mənbədən olması ciftin funksi-yasının birbaşa göstəricisidir. Plasentar laktogen 50% enərsə döl üçünhəyati təhlükə, 80% enərsə antenatal ölümə işarədir. Trofoblastın xəs-təliklərində - beçəxor, xorionepitelioma zamanı plasentar laktogeninçox aşağı olması aydınlaşdırılmışdır. Proses nə qədər bədxassəlidir-sə PL, xorionik qonodotropinə nəzərən bir o qədər çox aşağı olur.Hamilənin böyrək patalogiyasında yüksəldiyi, hipertoniyası zamanıisə endiyi də nəzərdən qaçmamalıdır.[136] Ciftin erkən yetərsizliyi zamanı enir, dölün bətndaxili ölümü, öz-özünə düşüklərdən 1-3 gün əvvəl bu enmə kritik həddə çatır. Hami-ləliyin gec dövrlərində cift yetərsizliyi zamanı 50%-də, dölün bətnda-xili hipoksiyası zamanı isə 3 dəfə azalır. Beləliklə hamilə qadının qa-nında PL təyini cift yetərsizliyinin, dölün hipoksiyasının, hipotrofiya-sının diqanostikasında böyük əhəmiyyəti var.40
  40. 40. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Hamiləliyin PL– konsentrasi- Hamiləliyin PL - konsentrasi- müddəti (həftə) yası nmol/L müddəti (həftə) yası nmol/L 5–6 2,82 ± 0,65 23 – 24 116,5 ± 5,39 7–8 11,77 ± 0,85 25 – 26 162,50 ± 8,77 9 – 10 25,45 ± 1,30 27 – 28 207,80 ± 3,31 11 – 12 37,2 ± 2,20 29 – 30 213,10 ± 12,43 13 – 14 41,00 ± 3,30 31 – 32 235,50 ± 10,90 15 – 16 59,70 ± 3,74 33 – 34 244,20 ± 8,61 17 – 18 89,4 ± 3,27 35 – 36 283,60 ± 3,27 19 – 20 91,23 ± 4,34 37 – 38 316,3 ± 4,33 21 – 22 108,7 ± 7,00 39 – 40 392,10 ± 1,13Cədvəl 2. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında Plasentar lak- togenin miqdarı (nmol/L-ilə) [И.П.Ларичева və С.А.Витушко-ya görə] Cift özünü requlyasiya edən, öz muxtariyyatı olan hipofiz – hipo-talamusun requlyasiyasından asılı olmayan orqandır, hamiləliyin buunikal vəzinin hormon sintezi endokrin vəzilərin hormon sintez et-məsinin kontrol etmə mexanizmləri ilə idarə olunmur. Fetoplasentarkompleks gözəl endokrin ekspansiya göstərir və ana üzərində tamhormonal kontrol yaradır. Ciftin hormonları tək Anaya deyil, Dölədə təsir edir. Ana mənşəli steroid hormon – proqesteron, cift və döl mənşəlihormon – estriol, ana-cift- döl mənşəli hormonlar – estron, estradiol,sarı cism mənşəli hormon – relaksin bunlardandır. Döl tərəfindənsintez olunan hormonları, AKTH peptidlərinə yaxın peptid β-endorfin, β-melanin stimuləedici hormon, Hipotalamik hormonlaraanaloji olaraq qonodotropin relizinq hormonu, tireotropin relizinqhormonu və digərləri misal göstərilə bilər. Aşağıdakı cədvəldə AliÇetinin sxemasında bu hormonların sintezi verilmişdir. 41
  41. 41. Əliyeva G.B. Dölün böyrəküstü Ananın qara ciyəri vəzi 17 OH - Pregnenolon Xolesterol DHEA DHEAS Cift LOL xolesterol Pregnenolon Progesteron Ananin qara ciyəri Estron Estrodiol Estriol Androstenedion 16 H -DHEAS 1992 - Ali Cetin sxeması. Ana-döl-cift kompleksində hormon sintezi. [Klinikdə Obstetrik və jinekoloji. İstanbul Güneş 95, tip kitap evi, 2007]42
  42. 42. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Fetoplasentar sistemdə estrogen və proqesteron sintezinin əsasmərhələləri. [79] Döl Cift Ana Preqnelonon Xolesterin Xolesterin sulfat Böyrəküstü Preqnelonon Preqnelonon vəzi Dehidroepiandros- Proqesteron Proqesteron teron sulfat Dehidroepian- Dihidroepian drosteron drosteron Qaraciyər sulfat 16 α-dehidro Estradiol, Estradiol epiandosteron eston Estron sulfat 16 α-dehidro epiandosteron sulfat Estriol Estriol Cədvəl 2. [Кирюшенков Д.Я. и Тараховский М.Л. М:, 1990.] Estrogenlər Cift mənşəli estrogenlərin də 2 əsas funksiyası var.Əgər bir tərəfdən uşaqlıq əzələsi üzərindəki oksitosin birləşdirici re-septorların əmələ gəlməsini surətləndirərək doğuşa hazırlıqda roloynayırsa, digər tərəfdən süd vəzilərini əmizdirməyə hazırlayır. 43
  43. 43. Əliyeva G.B. Hamiləliyin E2–konsentrasiyası Hamiləliyin E2–konsentrasiyası müddəti (həftə) nmol/L müddəti (həftə) Nmol /L 25 – 28 14,6 ± 0,66 33 – 34 33,2 ± 0,41 27 – 28 18,3 ± 0,43 35 – 36 36,7 ± 0,33 29 – 30 19,5 ± 0,54 37 – 38 44,5 ± 0,30 31 – 32 23,0 ± 0,57 39 – 40 66,5 ± 0,79Cədvəl 3. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında E2-nin miqdarı (nmol/L) [И.П.Ларичева və С.А.Витушко-ya görə] Estrogenlər 18 karbon atomlu steroidlərdir. Karbon atomlarınabirləşmiş hidroksil qruplarının sayına görə 3 qrupa bölünürlər.1. E1- Estron 3-cü karbon atomunun hidroksil qrupu birləşdirməsin- dən əmələ gəlir. Zəif estrogendir.2. E2- Estradiol 3-cü və 17-ci karbona 2 hidroksil qrupu birləşərək əmələ gəlir. Güclü estrogendir.3. E3- Estriol 3-cü, 17-ci və 16-cı karbonun özlərinə 3 hidroksil qru- pu ilə birləşdirməsindən alınır. Hamiləlikdə miqdarı digərlərin- dən daha çoxdur. Estriol və alfa-fetoproteinin təyini, dölün vəziyyəti, plasentar lak-togen və proqesteron isə ciftin funksiyası haqda məlumat verir. Ana-döl-cift kompleksində sağlıq indeksi – estriol ilə təyin edilir. Estriolunhamilə qadının qanında və sidiyində təyin olunması və bu nisbətinnormadan aşağı olması dölün vəziyyətinin ağırlaşmasını, klinik əla-mətlərdən 2-3 həftə əvvəl xəbər verir. E3 fetoplasentar steroid hor-mondur, kütləsi 288,4 Da, fetal qaraciyərdə böyrəküstü vəzidə vəciftdə sintez olunur. Onun miqdarı ciftin funksiyasını və dölün və-ziyyəyini xarakterizə edir. Qan zərdabında 35% enməsi kəskin ciftyetərsizliyi, dölün bətndaxili ölüm təhlükəsini göstərir.Yüksək risklihamiləlik – şəkərli diabet, vaxtı ötmüş hamiləlik, preeklampsiya,Rezus uyğunsuzluq, dölün bətndaxilində ölümü, anensefaliyası, böy-rəküstü vəzinin hipoplaziyası zamanı təyini göstərişdir. Sərbəstestriol qadın cinsi sterod hormonudur hamiləlik vaxtı ciftdən də sin-44
  44. 44. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolutez olunduğundan, onun səviyyəsi döl-cift ana sistemindəki vəziy-yətin göstəricisidir. Proqesteron hamiləliyi davam etdirən hormondur. Proqesteron21 karbon atomlu bir hormondur. Hamiləlikdən əvvəl yumurtalıq vəböyrəküstü vəzin qabıq maddəsində sintez olunur. Hamiləlik zamanıisə 7-8 həftəliyədək sarı cisimdə, bütün hamiləlik boyu isə ciftdənsintez olunur. 8 həftəyədək sarı cism hamiləliyin inkişafı üçün yetərlimiqdarda proqesteron ifraz edir. Hamilələyin Pr -konsentrasiyası Hamiləliyin Pr-konsentrasiyası müddəti (həftə) nmol/L müddəti (həftə) nmol/L 5–6 793 ± 2,4 23 – 24 260,0 ± 8,1 7–8 101,9 ± 2,7 25 – 26 306,0 ± 10,2 9 – 10 110,0 ± 3,1 27 – 28 378,7 ± 1,3 11 – 12 132,0 ± 4,8 29 – 30 456,3 ± 12,6Cədvəl 3. Fəsadlaşmamış hamiləlik zamanı ananın qan zərdabında Proqesteronun miqdarı (nmol/L-ilə) [И.П.Ларичева və С.А.Витушко-ya görə] Proqesteron hamiləlikdən əvvəl endometriyanı nidasiyaya hazır-layır, hamiləliyi davam etdirmək üçün qanda miqdarını saxlayır, ha-miləlik zamanı uşaqlığın yığılmasını əngəlləyir. Hamiləlikdə proqes-teronun 2 əsas funksiyasını qeyd etmək lazımdır. Embrionun inkişa-fını davam etdirə bilməsi üçün endometriyanı hazırlayır. Əgər pro-qesteronun təsiri kəsilərsə hamiləlik pozular. Eyni zamanda uşaqlıqəzələsinin yığılmasını blokada edərək hamilliyin pozulmasının qar-şısını alır. Hamiləliyin sonuna yaxın estrogenin artması ilə bu blo-kada aradan qalxır. Digər tərəfdən proqesteron hipofizin hormonalfunksiyasına təsir edərək, hamiləlik davam etdikcə, yumurtalıqlarınyumurta hüceyrə yetişdirməsinə mane olur. Ciftin 3-cü funksiyası onun baryer rolunun olmasıdır. Cift həmdə 2 genetik cəhətdən fərqli orqanizmləri bir-birindən qoruyan bar-yerdir. Ona görə də fizioloji hamiləlikdə ana ilə döl arasında immunkonflikt baş vermir. 45
  45. 45. Əliyeva G.B. Ciftin baryer funksiyasını yerinə yetirən lipidlərdən ibarət olanqişa ana və döl qanını qarışmağa qoymur bəzi xüsusiyyətləri iləhemato - ensefalik baryeri xatırladır. Burada da qida maddələri qan-dan onurğa beyni mayesinə keçir. Ancaq bu keçirmə birtərəflidiryəni qan-onurğa beyni istiqamətindədir. Cift baryeri isə iki tərəfli-eyni zamanda anadan–dölə və döldən də anaya istiqamətlənən ke-çiriciliyə malikdir. Ciftin keçiriciliyi hamiləlik boyu eyni qalmayaraqdəyişir. Fizioloji hamiləlikdə ciftin keçiriciliyi proqressiv olaraq 32-35həftəliyədək artır, sonralar isə azalır. Buna səbəb hamiləliyin müxtəlifdövründə ciftin müxtəlif quruluş və yetkinliyə malik olmasıdır. Fə-sadlaşmış hamiləliklər zamanı müxtəlif patogen və toksiki səbəblər-dən ciftin baryer funksiyası pozulur və fizioloji hamiləlik zamanıkeçirmədiyi maddələri keçirir. Cift baryerininin quruluşu aşağıdakıkimidir: Şəkil 18. 1- Terminal vorsinlərin kapillyarlarının endotelisi, 2- Vorsinlərin ka- pillyarları, 3- Vorsinlırin stroması, 4- Vorsinlərin epitelial örtüyü [www.medison.ru] Ciftin baryer qişası da, ciftin özü kimi seçici keçiriciliyə malikdir.Hər iki tərəfə aid olan bu keçiricilik normal hamiləlik zamanı mole-kul çəkisi 1000-ə qədər olan maddələr üçün keçiricidir, 1000-dən yu-xarı molekul çəkisi olanlar isə ciftin baryerdən keçə bilmir. Tədqi-46
  46. 46. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluqatlar göstərir ki, cift dölə keçəcək maddələri seçir. Yəni elə mad-dələr var ki, dölə keçir, elə maddələr var ki, onların dölə keçməsinəmane olur. Dölə ziyan verəcək xəstəlik törədəcək bir çox zərərli mad-dələr və törədicilər buraxılmır. Ancaq bu o demək deyildir ki, ciftmütləq baryerdir. Cift menbranından Cift menbranından Cift menbranından keçən xeyirli maddələr keçən zərərli maddələr keçməyən maddələr Oksigen, Viruslar : Ana mənşəlli xolesterol, Karbondioksid Rubella fosfolipid və Qlükoza, CMV triqliseridlər. Amin turşular HSV tip 2 Protein hormonlar Sərbəst yağ turşuları Zoster virusi (İnsulin) Vitaminlər Koksaki Dərmanlar Su Polimielit (suksinilxolin, Heparin, Natrium A vitamini, metildofa, amin turşu Kalium Klomifen, qurluşunda olan Xlor Dietilsitilbesterol, dərmanlar) Kalsium Noretilsteron, İgA, İgD, İgE, İgM Fosfat OKS, Nikotin, Bakteriyalar Bilrubin Alkol, Cidik cövhəri Amikasin, Ana-döl ertirositləri Fenobarbital, (zədələnmə olmadıqda Pentobarbital, minimal) Valproy turşusu, Ana plazma zülaları Diazepam, AFP Lorezepam, Sterodi hormonlar Litium, İgG Xlortiazid, Karbon monoksid, Orqanik Hg, Pl Kalium yodid, Kokain, eroin, Toksomlazma gondii, T.pallidium, Rubella peyvəndi, Anti-Rh antigenləri Cədvəl 5. [Tusdata; Fizioloji Histolji Embrioloji dərs notları, Ankara 2005; 235 ] 47
  47. 47. Əliyeva G.B. Bəzi dərman preparatları, nikotin, bəzi infeksion xəstəliklərin tö-rədiciləri ciftdən keçərək dölə zərər verir. O, bir çox virus və infeksionxəstəliklərin törədiciləri – 300-dək infeksion, patogen və qeyri-patogenkokklar üçün də keçiricidir. Bu mikrobların cift baryerdən keçməsionların həyat məhsulları, ciftdə dəyişikliklər – piy distrofiyası, qan-sızma, kalsium çöküntüləri, nekroz ocaqları yaradır. Cift dölün immun mühafizəsində də böyük rol oynayır. Ciftin im-munoloji funksiyasının əsas komponenti ananın toxuması ilə kan-taktda olan hissəsi - fibrinoid toxuma, sialomussin və seromukoid-dölün antigeni aiddir. Trofoblastlarda ciftin səthində yerləşən yüksəksupressiv təsir edən maddələrə isə XQ, prostaqlandin və steroid hor-monları misal göstərmək olar. Hamiləliyin 12-ci həftəsindən cift ana-cift-döl sistemindən immunoqlobulinlərin ötürülməsinə başlayır. 5sinif immunoqlobulinlərdən ancaq IgG sinifindən olanlar ciftdən ke-çə bilir. Sonra isə dölün xüsusi immunoqlobulinləri əmələ gəlir. Cift-də immunal reaksiyanı endirən T və B limfositlər, makrofaq və qra-nulositlər böyük əhəmiyyət kəsb edir. Trofoblast antigenləri hamilə-liyin 5-həftəsindən, dölün antigenləri isə 12 həftəlikdən meydana çıxır. Cift-döl qan dövranı haqqında Hamilə qadının qan dövranına yeni bir dövran cift–uşaqlıq–dölqan dövranı da əlavə olunur. Hamiləliyin ilk həfələrindən sadə şəkil-də meydana çıxan bu dövran sonuna yaxın işini çox mükəmməl qu-ran mürəkkəb sistemə çevrilir. Döğuş başa çatan kimi, döl dünyayagələndən bir neçə dəqiqə sonra fəaliyyətini bitirir.48
  48. 48. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Şəkil 19. 1-Yuxarı boş vena, 2-Oval dəlik, 3-Aşağı boş vena, 4-Venoz axar, 5- Portal sinus, 6-Qapı venası, 7-Göbək ciyəsi venası, 8-Göbək ciyəsi arteriyası, 9-Cift, 10- Göbək ciyəsi arteriyaları, 11-Arterial axar. [www.medison.ru] 49
  49. 49. Əliyeva G.B. Uşaqlığı qidalandıran, uşaqlıq və yumurtalıq arteriyalarının sonşaxələri olan spiral arteriyalar vorsinlər arası sahəyə çatır. Ananın qanıvorsinlər arası sahəyə tökülür. Ananın arterial qanındakı təzyiqin vor-sinlər arası boşluqdakından çox olduğundan, vorsinləri yuyan qanxorial lövhəyə çatır, döl qanı ilə qarışmadan oksigeni, qida maddələ-rini verərək, venoz kapliyarlarla ana qanına qayıdır. Bu kapillyarlar-dan dölün qanı keçir və daha iri damarlara və nəhayət, göbək vena-sına çevrilir. Bu venada oksigenlə zəngin arterial qan dölə yetişir. Ciftbaryerdən keçən oksigen və qida maddələrinin hesabına ciftin tənəf-füs, qidalandırma, ifrazat və digər mübadilə funksiyaları həyata keçir.Nəticədə dölün qanına oksigen daxil olur. Karbon qazı və mübadiləməhsulları xaric olur. Yuxarıda qeyd edildiyi kimi ciftin baryer qişasıda, ciftin özü kimi, seçici keçiriciliyə malikdir. Hər iki tərəfə aid olanbu keçiricilik normal hamiləlik zamanı 32-34 həftəliyə qədər artır, son-ra isə azalmağa başlayır. Cift anatomik və funksional cəhətdən amnion qişası ilə əlaqəlidir.50
  50. 50. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Ciftin bu qədər mürəkkəb və incə struktura malik olması ölçüsü-nün, çəkisinin və ömrünün az olmasına baxmayaraq çox saylı mürək-kəb fizioloji proseslərin öhdəsindən məharətlə gəlməsinin əsas səbəbi-dir. Fizioloji hamiləliyin başa çatması ilə öz həyat tsiklini başa vuraraq- qocalması, dölün dünyaya gəlməsindən nəfəs almasından sonra do-ğulması insanın yaradılışının proqramlaşdırılmasının xüsusi vacib eta-pıdır. Bu proqramlaşdırılmadan kənara çıxılmanın -ananın xəstəliklə-ri, əlverişsiz ekoloji şərait, qadının qidalanmada, həyat tərzində, dav-ranışlarında fizioloji hamiləlik normativlərindən kənara çıxmalarınınqarşısını almaqla hamiləliyin unikal vəzinin işinə normal şərait yarat-mış olarıq. Beləliklə də hamiləliyin fəsadlaşması, perinatal patalogiya,uşaq ölümü və əlilliyinin göstəricilərini xeyli azaltmış olarıq. Perinatal patologiya Alman mama-ginekoloqu E.Zallinq bətndaxilindəki dölün həyatfəaliyyətinin öyrənilməsi ideyasını 1967-ci ildə irəli sürdü. SonraPerinatoloqların Avropa Elmi Cəmiyyəti yaradıldı. Dünyada sürətləinkişaf edən bu ideyaya qoşulan görkəmli rus alimləri Н.Л.Гарма-шова, Л.С.Персианинов, Г.М.Савельева, И.В.Ильин, В.М.Сидель-никова, М.В. Федорова və başqaları perinatologiyanın inkişafındaböyük xidmətlər göstərdilər. Perinatal patologiya sözü – müxtəlif zamanlarda hamiləliyin müx-təlif dövründə baş verən patalogiyanı öyrənirdi. Əvvəlcə – dölün anabətnindəki inkişafının gec – 28 həftəsindən başlayaraq doğuşa qədər-ki dövründə baş verən patologiya, sonralar isə hamiləliyin ilk gün-lərindən doğuşdan sonrakı 7 günədək olan müddətdə hamilə qadınavə yenidoğulmuşa nəzarət olunması qərara alındı. Yəni Perinatolo-giya təbabətin dölün bətndaxilindəki bütün inkişaf mərhələləri vədoğuşdan sonrakı ilk 7 gününü (168 saat) əhatə edən dövrü öyrənənsahəsi oldu. Bu dövrdə döldə baş verən xəstəliklər perinatal patolo-giya adlanır. Perinatal dövr doğuşa qədərki dövr-antenatal, doğuşprosesinin gedişi dövrü - intranatal və doğuşdan sonrakı neonatal 51
  51. 51. Əliyeva G.B.dövr adlanan 3 dövrə bölünür. Hal-hazırda bətndaxili inkişafın 22-23həftəşində, 500 qr çəki ilə doğulan döl yenidoğulmuş hesab olunur. Perinatal patologiya dölün bətndaxili inkişafından, ana orqaniz-mində baş verən maddələr mübadiləsinin səviyyəsindən, ciftin baryerfunksiyasının yüksək seçici və diffuziya qabliyyətindən bir-başa ası-lıdır. Bu normal şərait pozulduqda metobolizmin pozğunluğuna vədölün oksigen aclığına səbəb olur. Hamiləliyin əsas – unikal üzvü olanciftin əsas funksiylarında dəyişiklik baş verir. Nəticədə dölün bətn-daxilində inkişafdan geri qalma – simmetrik və ya asimmetrik hipot-rofiyası, hipoksiyası baş verir. Uzun müddətli hipoksiya dölün MSS-də geriyə dönməz proseslərə səbəb olur. Hamiləlik uzun müddət xro-nik hipoksiya fonunda gedərsə nəticədə dölün beyin damarlarındakıdəyişikliklər doğuş prosesində qansızmaların baş verməsinə səbəb olur. Demək olar ki, doğuş prosesində baş verən dölün beyninə qansız-maların hamısı hipoksik-işemik xarakter daşıyır. Nəticədə postnatalhəyatın müxtəlif dövrlərində zehni inkişafdan geri galma, ağıl zəif-liyi və digər orqanların orqanik, funksional yetərsizliyi baş verir.Postnatal həyatın müxtəlif dövrlərində uşağın əlilliyi meydana çıxır. ÜST məlumatına əsasən bütün dünyada doğulan uşaqların 2,5%-ində müxtəlif inkişaf qüsurları aşkar olunur. Rusiya Federasiyasındaisə hər 1000 yeni doğulmuşdan 17-si bir yaşın sonunadək yaşamır. [24] Perinatal patologiyanın əsasında duran çoxsaylı səbəblər – istərana ilə döl arasında Rh, ABO və ya digər qan sistemi uyğunsuzluğu,istərsə də ananın ekstragenital, viral, bakterial mənşəli xəstəliklərinindölə təsiri hamiləliyin əsas orqanı cift vasitəsi ilə olur. Hamiləlik boyu çox sayda mürəkkəb fizioloji funksiyanın öhdə-sindən gələn, dölün normal inkişafına, hamiləliyin başa çatmasınabirbaşa cavabdeh olan - ciftin əmələ cəlmə və həyat tsiklində baş ve-rən istənilən orqanik və funksional dəyişikliklər perinatal patalogi-yaya səbəb olur. Bu patalogiya bəzən hamiləlik və yenidoğulma döv-ründə kompensasiya olunur, yəni dölün və yenidoğulmuşun az hə-yat qabliyyətli, xəstə şikəst olması ilə nəticələnmir. Bəzən isə nəinki52
  52. 52. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolubətndaxilində inkişafdan geri qalma, dölün bətndaxili ölümü, inki-şaf qüsuru hətta 1-3 və daha yuxarı yaşlarda uşağın fiziki, psixi inki-şafdan geri qalması ilə nəticələnir. Dölün hipoksiyası Orqanizmdə hipoksiyanın – oksigen aclığının ümumilikdə 4 növüaşkarlanır.1. Hipoksik hipoksiya-hemoqlobinin oksigenlə doyması normal sə- viyyədən aşağı olur.2. Sirkulyator hipoksiya-oksigenin arterial qanda miqdarı və gərgin- liyi normal olmasına baxmayaraq toxumalara yetmir.3. Hemolitik-anemik hipoksiya eritrositlərin sayının azalması eritro- sitlərdə hemoqlobinin az olması və ya hemoqlobinin oksigenlə birləşmə qabiliyyətinin aşağı olması.4. Toxuma homeostazının pozulması nəticəsində toxumanın oksi- gendən tam istifadə edə bilməməsidir. Cift yetərsizliyinin dölə göstərdiyi əsas mənfi təsir dölün hipoksiya-sıdır. Hipoksiya ana-cift-döl qan dövranında oksigen yetərsizliyidir. Dölün hipoksiyası – fetal distres dedikdə isə, dölün ürək döyün-tülərinin ritmik dəyişikliyi, dölün qanının pH-ındakı dəyişikliklər –asidoz başa düşülür. Başqa sözlə dölün ana bətnində oksigen yetər-sizliyi nəticəsində baş verən pataloji halıdır. Dölün ana bətnindəkioksigen aclığı onun bütün üzv və sistemlərinin funksional və orqanikdəyişikliyinə səbəb olur. Dölün ana bətnindəki bu halı dölün hipok-siyası, asfiksiyası və ya distres sindromu da adlanır.Hipoksiya Asidoz Asfiksiya dölün ölümü, uşaq ölümüHipotrofiya Nevroloji patologiya, Uşaq əlilliyi 53
  53. 53. Əliyeva G.B. Aşağıda Ana–Cift–Döl arasında mübadilə kanallarının pozğun-luqları nəticəsində dölün bətndaxilindəki asfiksiya və hipoksiyasınındölün inkişafına təsiri, postnatal həyata adaptasiyasının pozulduğugöstərilir. Bir neçə funksional sistemin (əsəb, immun, endokrin, ANA ürək-damar sistemi) və s. patologiyaları Ciftin inkişaf və funksional vəziyyətinin – DNİES CİFT Subkompensator, xronik cift yetərsizliyinin əmələ gəlməsi Dölün xronik hipoksiyası DÖL Artıq əmələ gəlmə Aktivləşmə – AOM↑, ARA↑, ÜAA↑, MT, nitrat-nitrit tənəffüs qoşulması → NO↑ Üzülmə ARA ↓ MT-ciftə keçməsi AOM ilə depoda MT↓ Ferment, zülal, nuklein turşusu hüc ion kanal oksid BKİ ↑ zədələn ↑ → LPO. → ÜKİ ↑ Membran funksiyasının pozulması. Apaptozun aktivləşməsi MT ifrazının azalması DNİES →YENİDOĞULMUŞ Gen ekspressiyasının pozulması Sinaptik sins və s. formalaşması DBİl –reflektor reaksiyaların geri qalması, tsiklik yuxunun formalaşmasının pozulması Postnatal adaptasiyanın pozulması, yenidoğulmuşun xəstəlikləri54
  54. 54. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada roluPerinatal patologiyanın əsas simptomu olan hipoksiyanın döldəasfiksiya, nevroloji simptomlar, dölün bətndaxili və postnatal dövrdəölümü, uzun müddət oksigen ehtiyacı ödənilməyən beyin toxuması-nın funksional və orqanik yetərsizliyidir. Uşaq ölümü, vaxtından əv-vəl doğuşlar, uşaq əlilliyinin əsasında duran bu patologiyanin dahadərindən öyrənilməsi, yeni müayinə və müalicə metodlarının tətbiqolunması cəhətindən aktual problem olaraq qalmaqdadır. Hamiləlik normal gedərsə, yenə də cift yetərsizliyi əmələ gələbilə, ancaq kompensasiya olunan bu yetərsizlikdən döl nə hipoksiya,nə də asidoza məruz qalmır. Aşağıdakı sxemdə isə mikrosirkulyasiyanın pozulması, qarışıq hi-poksiyanın nəticəsində əmələ gələn toxuma dizoksiyasının mexaniz-mi verilmişdir. 55
  55. 55. Əliyeva G.B. [Шабалов.Н.П Асфиксия новорожденных.М.Медицина 1990 стр 69-70]56
  56. 56. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Dölün ağır asfiksiyası qarışıq tip hipoksiya zamanı baş verir. Bun-lara ana qanından qanın dölə qeyri adekvat keçməsi, ciftin tam və yahissəvi ayrılması, göbək ciyəsinin sıxılması nəticəsində dölə gedənqanın azalması və ya kəsilməsi,dölün kompensator uyğunlaşma qa-biliyyətinin pozulması nəticəsində oksigenləşmədəki dəyişikliyə uy-ğunlaşa bilməməsidir. Əvvəlcə kompensator uyğunlaşma mexaniz-mi normal baş verir. Sonra nekroz qlikolizin sürətlənməsi depolar-dan qlikogenin mobilizasiyası baş verir, fosfolipaza aktivləşir nəticə-də toxumaların oksigendən istifadəsi azalır. Dölə oksigenin döldənkarbon qazının daşınması ləngiyir. Beləliklə, döl qanında karbon qa-zı toplanır. Yəni hipoksiya sonra isə dərinləşmiş metabolik–asidozbaş verir. Damar tonusu enir, damar divarlarının keçiriciliyi artır.Əvvəlcə hüceyrə daxili ödem sonra isə toxuma ödemi baş verir.Prostaqlandinlərin sintezi pozulur. Energetik mənbələrin tükənməsinəticəsində ATF-fosfatazanın funksional aktivliyi pozulur. Hüceyrəmembranı depolyarizasiya olunur, hüceyrədən Kalium ionları çıxır,Natrium ionları isə hüceyrə daxilində toplanır. Kalsium kanalları ar-tır, hüceyrə daxili Kalsiumun çoxalması nəticəsində A2 fosfolipazaaktivləşir. Beləliklə də lipidlərin peroksidli oksidləşməsi baş verir.Əsas hissəsi lipidlərdən ibarət olan hüceyrə membranı zədələnir.Mikrosirkulyasiya pozulur. Piruvat və süd turşularının ifrazı çoxalır.Davamlı hipoksiya metabolik orqanik asidoza gətirib çıxarır, sonralarmetabolik və respirator asidoz birlikdə meydana çıxır, dölün beyintoxumasında əvvəlcə işemik sonranekroz ocaqları əmələ gəlir. Sinirtoxumasında geriyə dönməz proseslər meydana çıxdığından dölünbətndaxili ölümü baş verir. Dölün oksigen yetərsizliyi – əvvəlcə dölün ürək döyüntülərinibradikardiyaya qədər endirir. Bradikardiya – dölün ürəyinin miokardəzələsinin hipoksiya şəraitində adaptasiya olunmasıdır, yəni hipok-siya zamanı dəqiqədə 120-160 vurğu vurmağa gücü yetmədiyindən,vurğuların sayını 100-ə endirməyə məcbur olur. Diastola uzanır, solmədəciyin dolması yaxşılaşır. Beləliklə ürəyin yığılma gücü artır, nor- 57
  57. 57. Əliyeva G.B.mal arterial təzyiq beyinə qanın yetməsinə səbəb olur. Bu da öz növ-bəsində beyinin və qabıqaltının normal fəaliyyətini bərpa edir. Dölünmetabolik və hemodinamik dəyişikliklərinin simpatik və parasim-patik sinir sisteminə təsir etdiyindən dölün bətndaxili hipoksiyasızamanı dölün ürək vurğularının ritmi və sayı dəyişilir, ritmin art-ması – akselerasiyası, azalması – deseleraya adlanır. Normal ritmdəqiqədə 120-160 vurğu arasındadır. 16 həftəyədək 160 vurğudançox, 16 həftədən doğuşadək isə tədricən 24 vurğu enir. Dölün ürəkvurğularının dəyişməsinə aşağıdakı çoxlu səbəbləri misal göstərə bi-lərik: - dölün asfiksiyası, bəzi dərmanların - atropin, trankvilizator-lar, narkotiklər, barbituratlar, anestetiklərin qəbulu, dölün yuxu döv-rü, ürək və sinir sisteminin anomaliyaları. Dölün ürək vurğularının dəyişməsi, isə aritmiyalar, - bətndaxilitaxikardiya – 160 vurğu/dəqiqədən çox, bətndaxili bradikardiya isə120 vurğu/dəq az olmasıdır.58
  58. 58. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu Sxem. Dölün hipoksiyasının patogenezi DÖLÜN HİPOKSİYASI Böyrəküstü Anaerob Fermentativ vəzin proseslərin aktivliyin – toxuma funksiyasında sürətlənməsi tənəffüs artması aktivləşmə a Ürək fəaliyyətinin Mübadilənin turş. Lizosonal katali- k artması, qan məhsul. zasiya fermentinin dövranının toplanması - Asidoz toplanması sürətlənməsi t i v Hüceyrə membra- Su-duz Mikrosirkulya- nının keçirici- mübadiləsinin siyanın liyinin pozulması pozulması pozulması l ə tormozlanma ş Böyrəküstü vəzin Elektrolit- Toxuma m funksiyasının lərin tənəffüsünün enməsi disbalansı enməsi ə desstruktiv təsir Sinir-əzələ Hüceyrə- Dianedoz Ürək fəaliyyəti keçirici- daxili və qansızma, və hemodina- liyinin ekstra- kapillyarların mikanın pozulması vaskulyar dövrandan pozulması ödem çıxması 59
  59. 59. Əliyeva G.B. Cift yetərsiziyi Cift yetərsizliyi - hepatoplasentar sistemin ananın patoloji vəziy-yətinə verdiyi mürəkkəb reaksiyanın nəticəsidir. [13] Cift yetərsizliyiciftdə dölün bətndaxili xəstələnməsinə səbəb olan morfoloji və funk-sional dəyişikliklərlə xarakterizə edilən eyni zamanda ananın halınıözündə əks etdirən klinik sindromdur. Ciftin mürəkkəb, incə qurulu-şu, yerinə yetirdiyi çoxsaylı mürəkkəb fizioloji proseslər zəncirindəbir həlqənin pozulması cift yetərsizliyi deyilən patalogiyaya səbəbolur. Bu tez-tez rast gələn patologiyadır. Yüksək risk qruplu qadınla-rın hər üçündən birində, xroniki cift yetərsizliyi rast gəlinir. Yeni-yetmə evliliyi zamanı 16,7-71,9% halda xroniki cift yetərsizliyinə rastgəlinir. Cift yetərsizliyi abdominal doğuşlarda yüksək faizlə, 24,2%-dən 77,4%-dək perinatal ölümə səbəb olur. [22,25,82,83] Hamiləliyinpozulması təhlükəsi cift yetərsizliyi zamanı 91%-ə çatır. Cift yetərsizliyi hər şeydən əvvəl, bu orqanın ana və döl arasın-dakı adekvat mübadiləni saxlamamasıdır. Beləliklə cift yetərsizliyiperinatal ölümün və xəstəliklərin əsas səbəblərindən olduğundan,onun öyrənilməsinə xüsusi diqqət yetirilir. Dünyanın görkəmli alimlərinin araşdırmalarında perinatal pato-logiyaya 20-60% halda səbəb olur. [4,8,14]. Ciftin patologiyası və ye-tərsizliyi uşaq ölümünün səbəbləri içərisində 20%-dən artıq təşkiledir [36,45]. Döl - cift yetərsizliyi haqda ilk dəfə 1973-cu ildə bu problemə həsrolunmuş birinci simpoziumda söhbət açılıb. Sağlam qadınlarda fə-sadlaşmamış hamiləliklərdə belə 3-4% halda cift yetərsizliyinə rastgəlinir. Hamiləliyin patalogiyası olan qadınlarda isə bu rəqəm 24-46%-ə çatır. Cift yetərsizliyi hamiləlik və doğuş riskinin əsas səbəb-lərindən biri olub, yüksək faizlə perinatal itkiyə, fiziki və zehni inki-şaf pozğunluğu ilə uşaqların doğulmasına gətirib çıxarır. [Чуб В.В исооавт 2003г] Cift yetərsizliyi, demək olar ki, bütün fəsadlaşmış ha-miləlikləri müşaiyət edir. Hamiləliklərin başa çatmamasında 50-77%60
  60. 60. Cift yetərsizliyinin hamiləliyin fəsadlaşmasinda və perinatal patalogiyada rolu[69,70] hestozlarda, 30,6% digər patologiyalarda 24-35% rast gəlinir.[41,42 ,61,62,80] Çox faktorlu səbəblərdən (ananın xəstəliyi ekoloji faktorlar ana-döl arasındakı uyğunsuzluq, qeyri düzgün qidalanma, ekstrogenitalvə genital xəstəlik) döl-cift-ana arasındakı əlaqə hüceyrə, toxuma sə-viyyəsində pozulur. Hamiləliyin unikal vəzi olan ciftin daşıyıcı, qida-landırıcı, endokrin, metobolik, immunoloji, baryer, antitoksik funksi-yasında pozulmalar baş verir. Bu qədər pozğunluq ciftin fəaliyyətindəki yetərsizlik ÜST-ı tərə-findən 1995-ci ildə Cenevrvədə xəstəliklərin ümümdünya təsnifatın-da “Cift yetərsizliyi” adı altında qeyd olunub. Patoloji prosesin hansıstruktur vahidində getdiyindən asılı olaraq, cift çatmamazlığı 3 qru-pa bölünür: 1. Uşaqlıq – cift, qan baseyndə hemodinamik çatmamazlığın ol- duğu zaman. 2. Metabolit – transport keçiriciliyinin pozulması, cift membran çatmamazlığı. 3. Trofoblastın və ciftin hüceyrə aktivliyinin pozulması ilə əlaqəli - hüceyrə parenximatoz yetərsizlik. Bir qayda olaraq, 2 və ya 3 çatmamazlıq birlikdə rast gəlməsinəbaxmayaraq, cift yetərsizliyinin əsasını hemodinamik və mikrosirkul-yator pozğunluq təşkil edir. Cift qan dövranının requlyasiyasınnmüxtəlif səbəblərdən pozulması cift yetərsizliyi əmələ gətirir. Bunlara 1. Ananın hipotoniyası nəticəsində ciftə gələn qanın azlığı, aşağı boş venanın sıxılması sindromu, hipertenziya nəticəsində uşaqlıq damarlarının spazmı. 2. Ciftin orqanik dəyişikliyi- infarktı, hissəvi soyulması, ödemi. 3. Xoriovorsinlərdə kapillyar qan dövranı pozğunluğu, bətnda- xili infeksiyalar, teratogen faktorların təsiri, qanın reoloji və koaqulyasion keyfiyyətinin dəyişməsidir. 61

×