SlideShare a Scribd company logo
1 of 19
Azərbaycan Tibb Universiteti
Müalicə-Profilaktika 2
II kurs 335-B qrupu
Həkim Babanın
“Operativ Cərrahlıq və Topoqrafik-Anatomiya”
fənni üzrə
“Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın
inkişafında N.İ.Piroqovun rolu(ətrafların futlyar
quruluş təlimi,damar və sinirlərin fassiyal
yataqlarına dair qanunlar və əldə edilmə
texnikaları,pəncərəli təşrih,dondurulmuş meyitin
mişarlanması,anatomik heykəltəraşlıq,anatomik
eksperiment və amputasiya üsulları,inhalyasion
narkoz və s.)”mövzusunda hazırladığı referat
<<Bakı-2013>>
Mövzu Planı :
1.Giriş
2.N.i.Piroqovun Bioqrafiyası
3.N.İ.Piroqovun hərbi-səhra cərrahiyyəsindəki
rolu,mərhələli müalicə və tibbi çeşidləmə
4.İnhalyasion efir narkozu
5.Yaralılara qadın qulluğu
6.N.İ.Piroqovun klassik əməkləri və onun Avropa həkimləri
ilə birgə apardığı tədqiqatlar
7.Xülasə
8.İstifadə olunan ədəbiyyatın siyahısı
«Время обсудит
и оценит лучше
нашего — и наши
убеждения, и наши
действия, и если
мы верно служили
идее, которая
вела нас
к истине,
то будем
надеяться, что
и поток времени
не унесет
ее вместе
с нами».
Н.И. Пирогов
Giriş
25 Noyabr 2010-cu il məşhur alim-Topoqrafik anatomiyanın
banisi böyük rus cərrahı N.İ.Piroqovun 200 yaşı tamam oldu.Bu
həkimin adı ingilis ədəbiyyatlarında klassik əməkləri ilə bağlı olaraq
hallanır. İnsanın adını belə çəkərkən fərəhləndiyi bu boyük alimin
təəssüf ki,”Cərrahi anatomiyada arterial damarlar və fassiyalar”
və bir çox kəşfləri unudulmuşdur.Belə ki,dünya şöhrətli
“Britanika” ensiklopediyasında N.İ.Piroqov haqqında heç bir
məlumat yoxdur.
N.İ.Piroqovun elmə gətirdiyi və topoqrafik anatomiyanın
öyrənilməsində böyük əhəmiyyətə malik olan “Dondurulmuş
meyitin mişarlanması” metodu hal-hazırda ABŞ və İngiltərədə
aparıcı rol oynayır.Müasir dövrdə kompüter tomoqrafiyası və
maqnit rezonansından geniş istifadə edilməsinə baxmayaraq
“meyitin dondurulması və kəsilməsi” metodu hələ də öz
əhəmiyyətini itirməmişdir.
N.i.Piroqovun Bioqrafiyası
Nikolay İvanoviç Piroqov 1810-cu ildə
Moskva şəhərində həbçi ailəsində anadan
olmuşdur.Atası İvan İvanoviç Moskva
xəzinədarı vəzifəsində işləmiş,babası İvan
Mixeiç isə kəndli və əsgər olmuşdur.
N.i.Piroqov orta təhsilini əvvəl evdə sonra isə özəl məktəbdə
almışdır.14 yaşında Moskva Universitetinin Tibb Fakultəsinə daxil
olmuşdur.1828-ci ildə isə Universiteti bitirərək müalicə həkimi
olaraq fəaliyyət göstərməyə başlamışdır.Daha sonra isə
doktorluqluq işini hazırlamaq üçün xaricə yollanır. N.i.Piroqov 26
yaşında professor adını alır və Derptskom universitetində cərrahi
klinikaya başçılıq edir.1841-ci ildə N.i.Piroqov cərrahiyyə
akademiyasına dəvət olunur və orada 15 il pensiyaya çıxanadək
işləyir.Burada o, ilk rus anatomiya inistutunu təsis edir.
Piroqov öz elmi tədqiqatlarının başlanğıcında qarın aortasının
sarğısı mövzusu üzərində işləyərək göstərdi ki,qarın aortasının
sarğısı metodunun istifadəsi zamanı heyvanların böyük hissəsi
məhv olur.Qarın aortasının tədricən sıxılması zamanı isə əksər
heyvanlar sağ qalır.
N.i.Piroqov ən orijinal işlərini və həyatının ən məhsuldar
tədqiqatlarını Topoqrafik Anatomiyanın öyrənilməsi sahəsində
aparmışdır.
Topoqrafik Anatomiyanın banisi N.i.Piroqov olsa da, N.i.Piroqov-
dan əvvəl Topoqrafik Anatomiya yox deyildi.Bu zaman topoqrafik
anatomiyaya rəhbərliyi fransız cərrahları-Velpo,Malqen,Blandena
və s. edirdilər.Onların əsərləri öz zamanlarında cərrahlar üçün
böyük məlumat kitabçası rolunu oynamışdır.Lakin bu alimlərin
elmi tədqiqatları dəqiqliklə aparılmadığından elmə gətirdiyi
materiallar nöqsanlardan ari deyildi.
N.i.Piroqov “Magistral arteiyaların və fassiyaların cərrahi
anatomiyası”-nda yazırdı ki:”...ən pisi isə müəlliflər hissələrin
vəziyyətini və buradakı süniliyi izah etmirlər,nəticədə isə
tələbələrə səhih olmayan,yanlış məlumat
verirlər.Məsələn,Velponun 2-ci,3-cü,4-cü anatomiya
cədvəlindəki sinirlərin,damarların,əzələlərin uzunluğu və
yerləşməsinin doğruluğunu mühakimə etmək çox
çətindir.Müəlliflərdən heç biri bizə cərrahi anatomiyanın bütün
arteriyaları haqqında məlumat vermir.Çiyin və oma
arteriyalarının şəkli nə Velpoda ,nə də ki, Blandeda var.Həmçinin
Tidemanın,Skarpın və Manekin atlasları da arteriyalar haqqında
heç bir məlumat vermirlər...”
Belə bir zamanda N.i.Piroqovun əsərləri demək olar ki,çevrilişə
səbəb oldu və topoqrafik anatomiyanın öyrənilməsində ona dünya
şöhrəti gətirdi.Peterburq Elmlər Akademiyası onu aşağıdakı 3
böyük əsərinə və topoqrafik anatomiya haqqında məlumatlarına
görə Demidov mükafatıyla təltif etdi.
1-«Хирургическую анатомию
артериальных стволов и
фасций(Magistral arteriyaların və
fassiyaların cərrahi anatomiyası)»-1837-ci
ildə latın dilində,1840-cı ildə isə alman
dilində çapdan çıxmışdır.
2-“Полный курс прикладной анатомии
человеческого тела, с рисунками (анатомия описательно-
физиологическая и хирургическая)-
(Şəkillərlə insanın tətbiqi anatomiyasının
tam kursu.Cərrahi və təsviri-fizioloji
anatomiya " 1843-1845
3-«Anatomia topographica sectionibus,
per corpus humanum congelatum triplice
directione ductis, illustrate(Dondurulmuş
insan bədənin 3 istiqamətdə kəsməklə
illustrasiya edilmiş topoqrafik anatomiyası)» 1852 -1859
“Anatomia topographica sectionibus, per
corpus humanum congelatum triplice
directione ductis, illustrate”- N.i.Piroqovun bu
əsəri tələbələrə atlas şəklində təqdim olunmuşdur.Bu atlasda
insan bədəninin dondurularaq kəsilmiş 970 şəkli və 769 səhifə
latın dilində izahlı mətni verilmişdir.Orqanların yerləşmə
vəziyyəti və əlaqəsi bu atlasda çox mükəmməl təsvir
edilmişdir(“Meyitin dondurularaq kəsilməsi metodu” sayəsində).
Piroqovun daha bir nailiyyəti isə topoqrafik anatomiyaya
anatomik-fizioloji istiqamət verməsidir.
N.i.Piroqovun meyitlər üzərində apardığı eksperimentlər də
cərrahiyyənin inkişafına səbəb olmuşdur. N.i.Piroqovun
heyvanlarda üzerində apardığı böyük miqyaslı eksperimentlər də
eksperimental-cərrahiyyədə böyük önəm kəsb edir. N.i.Piroqov
qan dövranı patalogiyalarının öyrənilməsində də öncülük
etmişdir.Onun Axilles vətərinin tenotomiyası üsulu bugün də öz
elmi dəyərini itirməmişdir.
Dahi rus alimi İvan Petroviç Pavlov 23 noyabr 1906-cı ildə
Peterburq tibb cəmiyyətinin təntənəli iclasındakı nitqində
N.i.Piroqovu belə xarakterizə etmişdir:”...Dahi insan ilk vaxtlardan
etibarən,parlaq gözlərilə və cərrahiyyəyə il toxunuşlarıyla bu
elmin təməlini qoydu.Normal və Topoqrafik anatomiyada
apardığı fizioloji sınaqları nəticəsində qısa zamanda bu sahənin
yaradıcısı oldu.
Sadə xalq arasında da daim sevilən N.i.Piroqovun geniş tələbə
kütləsi vardı.Onu sadə olduğuna görə və əvəzsiz müalicəsinə görə
çox sevirdilər. N.i.Piroqov kasıbları və tələbələri pulsuz müalicə
edir və tez-tez maddi kömək ediridi.
Görkəmli həkim və alim Bütün həyatını vətənin elminə və
xalqına həsr etmişdir. N.i.Piroqovun vətəni qarşısında ən böyük
xidməti isə müharibə dövründə rus ordusuna olmuşdur.
N.i.Piroqov 4 böyük müharibədə iştitak etmişdir:
1-1847-ci ildə Qafqazda
2-1854-1855-ci illərdə Krımda
3-1870-ci ildə Fransa-Prussiya
4-1877-1878-ci illərdə rus-türk müharibəsində
Bu dövrlərdə minlərlə əsgər və zabitlərin həyatını xilas etməklə
yanaşı hərbi-səhra cərrahlığının əsasını qoymuşdur.
1881-ci il 23 Noyabr N.i.Piroqov
Ukraniyanın Vinnitsa kəndində sərt damaq
xərçəngindən vəfat etdi. N.i.Piroqovun cəsədi
ölümündən sonra balzamlanaraq Vinnitsa
kəndindəki məqbərədə dəfn edilmişdir.
N.İ.Piroqovun
hərbi-səhra
cərrahiyyəsindəki
rolu,mərhələli
müalicə və tibbi
çeşidləmə
N.İ.Piroqov ilk dəfə olaraq yaralıların müalicəvi təcridini təmin
edən tibbi çeşidlənməsini aparmışdır.Müahibə dövründə
yaralıların aldıqları zədənin ağırlıq dərəcəsinə görə
çeşidlənməsinin vacibliyini dərk edən N.İ.Piroqov
deyirdi:”Müharibədə əsas olan tibb deyil,administrasiyadır.”
N.İ.Piroqov təsis etdiyi sistemdə yaralıları 5 əsas kateqoriyaya
bölürdü:
1-Ölümcül yaralılar
2-Həyatı təhlükə altında olan və təxirə salınmaz köməyə ehtiyacı
olan yaralılar
3-Vəziyyəti ağır olan təxirəsalınmaz yaralılar
4-Üzərində cərrahi əməliyyat aparılacaq yaralılar
5-Zədəsi yüngül olan xəstələr və ya yarası səthdə olan xəstələr
N.İ.Piroqov bu dövrdəki səriştələrini 20 bölmədə birləşdirərək
“Mənim səhra cərrahiyəmin əsas başlanğıcı(1879)” adlı əsəri
vasitəsilə özündən sonrakılara miras qoymuşdur.
N.İ.Piroqovun Hərbi-Səhra Cərrahiyyəsinə 4 böyük əsəri həsr
olunmuşdur:
1-“Qafqaza səyahətin tibbi hesabatı”-1849
2-“Ümumi Hərbi-Səhra Cərrahiyyəsinin başlanğıcı”-1865-
1866
3-“Almaniyada Cəbhə Sanitariya müəssisəsinin yoxlanılması”-
1870
4-“Cəbhə Həkim işi və Bolqarıstanda arxa cəbhə xüsusi kömək
komandası”-1879
İnhalyasion efir narkozu
N.İ.Piroqov Efir narkozunu hərbi
şəraitdə işlədən alim-cərrah
olmuşdur.Bu nöqteyi nəzərdən
16 oktyabr 1846 –cı il
cərrahiyyə tarixinə qızıl hərflərlə yazılmışdır.Bu tarixdə efir
narkozu altında keçən ilk cərrahi əməliyyatda əzələlərin ağrısız
boşalması və reflekslərin itməsi müşahidə olundu.Narkoz altındakı
xəstə dərin yuxuya getdi və ümumi hissiyatını itirdi.
Efirin yuxuladıcı təsiri el arsında da məlum idi və buna görə də
“şirin kupors” adlandırılırdı.Bu hələ 1540-cı ildə Paraselsə də
məlum idi.XVIII-ci əsrin sonunda efirin nəfəs yolu ilə alınması
ağciyər vərəmi və bağırsaq kolikləri zamanı da tətbiq olunurdu.
N.İ.Piroqov efir narkozunu labarotoriya şəraitində itlər üzərində
sonra isə özü,köməkçiləri üzərində və Qafqaz cəbhəsində tətbiq
edir. N.İ.Piroqov bu eksperimenti tez müddətdə öz klinikasına
gətirir.Onun efir narkozu altındakı əməliyyatları 14 fevral 1847-
ci ildə 2-ci hərbi quru qoşunlar hospitalında,sonra 16 fevral
Obuxov xəstəxanasında,27 fevral San-Peterburqda
gerçəkləşmişdir.
Efir narkozu altında gerçəkləşdirdiyi 50 əməliyyatdan sonra
N.İ.Piroqov qərara alır ki,hərbi-səhra cərrahiyyəsində yaralılara
cərrahi yardımı döyüş meydanında etsin.Bu vaxt Qafqaz hərbi
münaqişələrin daimi səhnəsinə çevrilmişdi. N.İ.Piroqov 1847-ci il
8 iyulda efiri ağrıkəsici dərman kimi işlətmək məqsədilə Qafqaza
gedir.Pyatiqorski və Temir-Xan-Şur yolunda N.İ.Piroqov
həkimləri esterizasiya ilə tanış edir.
Oql-dakı yaralılar düşərgəsində efir buxarı ilə əməliyyatlarından
sonra narkozu rektal olaraq istifadə etməyi təklif etmişdir.Bunu
üçün N.İ.Piroqov hətta cihaz da düzəltmişdir.
Yaralılara qadın
qulluğu
N.İ.Piroqov ilk dəfə
olaraq yaralılara qadın qulluğunu
cəbhə rayonlarında tətbiq etdi. N.İ.Piroqov ilk dəfə olaraq
“Xəstə və yaralılara tibb bacısı qayğısı üçün Müqqədəs
Xaç İcması”-nı təsis etdi.Fədakarlıqlıqla öz xalqına
xidmət edən ilk rus tibb bacıları Böyük Vətən
Müharibəsində özlərinə əbədi şöhrət qazandılar.
N.İ.Piroqovun klassik
əməkləri və onun Avropa
həkimləri ilə birgə
apardığı tədqiqatlar
TRAVMATİK ŞOK
N.İ.Piroqovun Krım müharibəsindəki iştirakı onun əsərlərinə
təsirsiz ötüşmədi.Bu dövrdə N.İ.Piroqov şokun klassik tərifini
vermişdir.O travmatik şokun klinik təsvirini belə vermişdir:”...Əli
və yaxud ayağı qoparılmış xəstə sarğı punktunda hərəkətsiz
uzanmışdır və onda heç bir emosional reaksiya müşahidə
olunmur.Onun bədəni soyuqdur,üzü solğun və meyit kimi baxışı
hərəkətsizdir.Nəfəsi çətinliklə hiss olunur.Dəri hissiyyatı
yoxdur.Xəstənin bu vəziyyəti dərman qəbulundan sonra keçsə
də,bəzən ömrünün sonuna qədər davam edir.
BALDIRIN SÜMÜK-PLASTİK AMPUTASİYASI
Bu cərrahi əməliyyat 1852-ci ildə N.İ.Piroqov tərəfindən təklif
olunmuşdur.Onun icrasından sonra ətraf azacıq qısalsa da,protezə
ehtiyac qalmır,çünki daban qabarının hesabına təbii dayaq
yaradılır.
N.İ.Piroqovun bu əməliyyat zamanı damarlar işlənilərkən daban
damarlarının da bağlanıla bilməsi nəticəsində daban qabarının
onu əhatə edən yumşaq toxumalarla birlikdə nekroza
uğraması,texniki həll nöqteyi-nəzərindən üsulun yeganə
çatışmayan cəhətidir.
BUZLU ANATOMİYA
N.İ.Piroqov tərəfindən işlənib hazırlanmış buzlu anatomiyada
meyitlər kəsilməzdən əvvəl dondurulurlar.Sonra qatbaqat kəsilib
və ya mişarlanıb üzvlərin yerləşməsini,onların birinin digərinə
olan münasibətini,ölçü və məsafəsini müəyyənləşdirmək
mümkündür.Çünki meyit dondurularkən üzvlərin yerləşməsi
nisbətən məhdudlaşdırılır və onların arasında olan məsafə nisbi
də olsa dəqiqləşdirilir.
Donmuş meyitlər üzərində disseksiya metodu ilə 3 fərqli müstəvi
üzrə kəsiklər apararaq ərsəyə gətirdiyi ölümsüz
əsərində(«Anatomia topographica sectionibus, per corpus
humanum congelatum triplice directione ductis, illustrate»)
N.İ.Piroqov 216 tablo,995 şəkil və 800 səhifəlik mətnə yer
vermişdir.Bu əsərdə yalnız burun boşluğunu göstərən rəsimlərin
sayı 72-ə bərabərdir.
ANATOMİK HEYKƏLTƏRAŞLIQ
N.İ.Piroqovun insan bədənin öyrənilməsində buzlu anatomiyadan
sonrakı dahiyanə metodu isə Anatomik Heykəltəraşlıq
metodudur. N.İ.Piroqov özü bu metoddan meyitlərin
doğranılmasında istifadə etmişdir.Metodun mahiyyəti isə meyit
təşrih edilərkən insan əzalarının bir qrupunun və ya hər hansı bir
üzvünün şəkli gips vasitəsilə tökülməsində və sonra
öyrənilməsindədir.Bu metod az hallarda,əsasən tədris məqsədilə
istifadə edilir.
PƏNCƏRƏLİ TƏŞRİH
Təşrih olunacaq nahiyənin hüdudları daxilində-proksimal və
distal tərəflərdə iki üfuqi kəsik aparılır.Daha sonra isə bu üfüqi
kəsiklər arasında onları birləşdirən şaquli kəsik aparılaraq nahiyə
pəncərə formasında açılır.
N.İ.PİROQOVUN QANUNLARI:
1-Orqanizmdə olan bütün damar və sinirlər
sıx lifli birləşdirici toxumadan əmələ gəlmiş
fassial yatağın içərisində yerləşir.
2-Damar-sinir dəstəsinin yerləşdiyi yataq
üçüzlü prizmanı xatırladır,yəni en kəsiyində üçbucaq
formasındadır.
3-Üçüzlü prizmatik yatağın əsası yaxınlıqda yerləşən əzələ,yaxud
yumşaq toxumalara,zirvəsi isə sümüküstlüyünə və ya oynaq
kapsuluna birləşir.
XÜLASƏ:
Dahi alim və N.İ.Piroqovun elmdə etdiyi xidmətləri bir daha
gözdən keçirəcək olsaq:
1-Qan damarları və fassiyalar arasında qarşılılıqlı əlaqənin
olduğunu söyləyib.
2-Dondurulmuş meyitin mişarlanması,anatomik
heykəltəraşlıq,meyitlər üzərində eksperimental üsulları aşkar
etməklə topoqrafik anatomiyanın əsasını qoyub.
3-Topoqrafik-anatomik tədqiqatların orqanların funksiyasının
öyrənilməsində əhəmiyyətini göstərib.
4-Orqanizmin müxtəlif funksional vəziyyətləri,yaxud patoloji
prosesləri zamanı bir çox nahiyələrin topoqrafiyadakı
dəyişikliklərini göstərib.
5-Orqanların vəziyyət və formasının fərdi dəyişkənliyi haqqında
təlimin əsasını qoyub.
6-İlk dəfə mərkəzi sinir sisteminin müxtəlif şöbələri arasındakı
əlaqəni,periferik sinirlərin topoqrafiya və qarşılıqlı əlaqəsini
praktikaya tətbiqini öyrənib.İlk dəfə əlin və barmaqların fassiyal
yataqlarının,üzün,boynun,ətrafların,oynaqların,ağız və burun
boşluqlarının,döş və qarın boşluğunun toxuma sahələrinin
topoqrafik təsvirini verib,çanağın orqanlarının,fassiyalarının
topoqrafiyasını verib.
7-Topoqrafik anatomik üsulları tətbiq etməklə bəzi patoloji
proseslərin əmələ gəlməsini izah edib və gələcəkdə operativ yolların
müxtəlif rasional növlərinin yaranmasında böyük rolu olub.
İSTIFADƏ OLUNAN ƏDƏBIYYATIN SIYAHISI:
1. Островерхов Г.Е., Лубоцкий Д.Н., Бомаш Ю.М. «Оперативная
хирургия и топографическая анатомия», Медицина, Москва,
1972г.
2. L.A.Məmmədov “Ümumi Operativ Cərrahlıq,Ətraflarda Cərrahi
Əməliyyatlar”,”Müəllim” nəşriyyat,Bakı-2003
3. Лубоцкий Д. Н. Основы топографической анатомии - М.:
Медгиз, 1953 - 647с., ил.
4. http://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B8%D1%80%D0%BE%D
0%B3%D0%BE%D0%B2,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%
BB%D0%B0%D0%B9_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%
D0%B2%D0%B8%D1%87
5. http://knu.znate.ru/docs/index-401034.html
6. http://shr.receptidocs.ru/v817/%D1%80%D0%B5%D1%84%D0%B
5%D1%80%D0%B0%D1%82_

More Related Content

More from ATB

Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇ATB
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)ATB
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriATB
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiATB
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiriATB
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemiATB
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiATB
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiATB
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıATB
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarATB
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizATB
 
Seboreya
SeboreyaSeboreya
SeboreyaATB
 
Kandidozlar
KandidozlarKandidozlar
KandidozlarATB
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaATB
 
Gen terapiyasi
Gen terapiyasiGen terapiyasi
Gen terapiyasiATB
 
Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromuATB
 
Tuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksiniTuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksiniATB
 
Qida borusunun şişləri
Qida borusunun şişləriQida borusunun şişləri
Qida borusunun şişləriATB
 
Hamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbuluHamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbuluATB
 
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...ATB
 

More from ATB (20)

Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləri
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiri
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemi
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmi
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırması
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalar
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve biz
 
Seboreya
SeboreyaSeboreya
Seboreya
 
Kandidozlar
KandidozlarKandidozlar
Kandidozlar
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m baba
 
Gen terapiyasi
Gen terapiyasiGen terapiyasi
Gen terapiyasi
 
Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromu
 
Tuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksiniTuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksini
 
Qida borusunun şişləri
Qida borusunun şişləriQida borusunun şişləri
Qida borusunun şişləri
 
Hamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbuluHamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbulu
 
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
 

Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu

  • 1. Azərbaycan Tibb Universiteti Müalicə-Profilaktika 2 II kurs 335-B qrupu Həkim Babanın “Operativ Cərrahlıq və Topoqrafik-Anatomiya” fənni üzrə “Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu(ətrafların futlyar quruluş təlimi,damar və sinirlərin fassiyal yataqlarına dair qanunlar və əldə edilmə texnikaları,pəncərəli təşrih,dondurulmuş meyitin mişarlanması,anatomik heykəltəraşlıq,anatomik eksperiment və amputasiya üsulları,inhalyasion narkoz və s.)”mövzusunda hazırladığı referat <<Bakı-2013>>
  • 2. Mövzu Planı : 1.Giriş 2.N.i.Piroqovun Bioqrafiyası 3.N.İ.Piroqovun hərbi-səhra cərrahiyyəsindəki rolu,mərhələli müalicə və tibbi çeşidləmə 4.İnhalyasion efir narkozu 5.Yaralılara qadın qulluğu 6.N.İ.Piroqovun klassik əməkləri və onun Avropa həkimləri ilə birgə apardığı tədqiqatlar 7.Xülasə 8.İstifadə olunan ədəbiyyatın siyahısı
  • 3. «Время обсудит и оценит лучше нашего — и наши убеждения, и наши действия, и если мы верно служили идее, которая вела нас к истине, то будем надеяться, что и поток времени не унесет ее вместе с нами». Н.И. Пирогов Giriş 25 Noyabr 2010-cu il məşhur alim-Topoqrafik anatomiyanın banisi böyük rus cərrahı N.İ.Piroqovun 200 yaşı tamam oldu.Bu həkimin adı ingilis ədəbiyyatlarında klassik əməkləri ilə bağlı olaraq hallanır. İnsanın adını belə çəkərkən fərəhləndiyi bu boyük alimin
  • 4. təəssüf ki,”Cərrahi anatomiyada arterial damarlar və fassiyalar” və bir çox kəşfləri unudulmuşdur.Belə ki,dünya şöhrətli “Britanika” ensiklopediyasında N.İ.Piroqov haqqında heç bir məlumat yoxdur. N.İ.Piroqovun elmə gətirdiyi və topoqrafik anatomiyanın öyrənilməsində böyük əhəmiyyətə malik olan “Dondurulmuş meyitin mişarlanması” metodu hal-hazırda ABŞ və İngiltərədə aparıcı rol oynayır.Müasir dövrdə kompüter tomoqrafiyası və maqnit rezonansından geniş istifadə edilməsinə baxmayaraq “meyitin dondurulması və kəsilməsi” metodu hələ də öz əhəmiyyətini itirməmişdir. N.i.Piroqovun Bioqrafiyası Nikolay İvanoviç Piroqov 1810-cu ildə Moskva şəhərində həbçi ailəsində anadan olmuşdur.Atası İvan İvanoviç Moskva xəzinədarı vəzifəsində işləmiş,babası İvan Mixeiç isə kəndli və əsgər olmuşdur. N.i.Piroqov orta təhsilini əvvəl evdə sonra isə özəl məktəbdə almışdır.14 yaşında Moskva Universitetinin Tibb Fakultəsinə daxil
  • 5. olmuşdur.1828-ci ildə isə Universiteti bitirərək müalicə həkimi olaraq fəaliyyət göstərməyə başlamışdır.Daha sonra isə doktorluqluq işini hazırlamaq üçün xaricə yollanır. N.i.Piroqov 26 yaşında professor adını alır və Derptskom universitetində cərrahi klinikaya başçılıq edir.1841-ci ildə N.i.Piroqov cərrahiyyə akademiyasına dəvət olunur və orada 15 il pensiyaya çıxanadək işləyir.Burada o, ilk rus anatomiya inistutunu təsis edir. Piroqov öz elmi tədqiqatlarının başlanğıcında qarın aortasının sarğısı mövzusu üzərində işləyərək göstərdi ki,qarın aortasının sarğısı metodunun istifadəsi zamanı heyvanların böyük hissəsi məhv olur.Qarın aortasının tədricən sıxılması zamanı isə əksər heyvanlar sağ qalır. N.i.Piroqov ən orijinal işlərini və həyatının ən məhsuldar tədqiqatlarını Topoqrafik Anatomiyanın öyrənilməsi sahəsində aparmışdır. Topoqrafik Anatomiyanın banisi N.i.Piroqov olsa da, N.i.Piroqov- dan əvvəl Topoqrafik Anatomiya yox deyildi.Bu zaman topoqrafik anatomiyaya rəhbərliyi fransız cərrahları-Velpo,Malqen,Blandena və s. edirdilər.Onların əsərləri öz zamanlarında cərrahlar üçün böyük məlumat kitabçası rolunu oynamışdır.Lakin bu alimlərin
  • 6. elmi tədqiqatları dəqiqliklə aparılmadığından elmə gətirdiyi materiallar nöqsanlardan ari deyildi. N.i.Piroqov “Magistral arteiyaların və fassiyaların cərrahi anatomiyası”-nda yazırdı ki:”...ən pisi isə müəlliflər hissələrin vəziyyətini və buradakı süniliyi izah etmirlər,nəticədə isə tələbələrə səhih olmayan,yanlış məlumat verirlər.Məsələn,Velponun 2-ci,3-cü,4-cü anatomiya cədvəlindəki sinirlərin,damarların,əzələlərin uzunluğu və yerləşməsinin doğruluğunu mühakimə etmək çox çətindir.Müəlliflərdən heç biri bizə cərrahi anatomiyanın bütün arteriyaları haqqında məlumat vermir.Çiyin və oma arteriyalarının şəkli nə Velpoda ,nə də ki, Blandeda var.Həmçinin Tidemanın,Skarpın və Manekin atlasları da arteriyalar haqqında heç bir məlumat vermirlər...” Belə bir zamanda N.i.Piroqovun əsərləri demək olar ki,çevrilişə səbəb oldu və topoqrafik anatomiyanın öyrənilməsində ona dünya şöhrəti gətirdi.Peterburq Elmlər Akademiyası onu aşağıdakı 3 böyük əsərinə və topoqrafik anatomiya haqqında məlumatlarına görə Demidov mükafatıyla təltif etdi.
  • 7. 1-«Хирургическую анатомию артериальных стволов и фасций(Magistral arteriyaların və fassiyaların cərrahi anatomiyası)»-1837-ci ildə latın dilində,1840-cı ildə isə alman dilində çapdan çıxmışdır. 2-“Полный курс прикладной анатомии человеческого тела, с рисунками (анатомия описательно- физиологическая и хирургическая)- (Şəkillərlə insanın tətbiqi anatomiyasının tam kursu.Cərrahi və təsviri-fizioloji anatomiya " 1843-1845 3-«Anatomia topographica sectionibus, per corpus humanum congelatum triplice directione ductis, illustrate(Dondurulmuş insan bədənin 3 istiqamətdə kəsməklə illustrasiya edilmiş topoqrafik anatomiyası)» 1852 -1859 “Anatomia topographica sectionibus, per corpus humanum congelatum triplice directione ductis, illustrate”- N.i.Piroqovun bu
  • 8. əsəri tələbələrə atlas şəklində təqdim olunmuşdur.Bu atlasda insan bədəninin dondurularaq kəsilmiş 970 şəkli və 769 səhifə latın dilində izahlı mətni verilmişdir.Orqanların yerləşmə vəziyyəti və əlaqəsi bu atlasda çox mükəmməl təsvir edilmişdir(“Meyitin dondurularaq kəsilməsi metodu” sayəsində). Piroqovun daha bir nailiyyəti isə topoqrafik anatomiyaya anatomik-fizioloji istiqamət verməsidir. N.i.Piroqovun meyitlər üzərində apardığı eksperimentlər də cərrahiyyənin inkişafına səbəb olmuşdur. N.i.Piroqovun heyvanlarda üzerində apardığı böyük miqyaslı eksperimentlər də eksperimental-cərrahiyyədə böyük önəm kəsb edir. N.i.Piroqov qan dövranı patalogiyalarının öyrənilməsində də öncülük etmişdir.Onun Axilles vətərinin tenotomiyası üsulu bugün də öz elmi dəyərini itirməmişdir. Dahi rus alimi İvan Petroviç Pavlov 23 noyabr 1906-cı ildə Peterburq tibb cəmiyyətinin təntənəli iclasındakı nitqində N.i.Piroqovu belə xarakterizə etmişdir:”...Dahi insan ilk vaxtlardan etibarən,parlaq gözlərilə və cərrahiyyəyə il toxunuşlarıyla bu elmin təməlini qoydu.Normal və Topoqrafik anatomiyada apardığı fizioloji sınaqları nəticəsində qısa zamanda bu sahənin yaradıcısı oldu.
  • 9. Sadə xalq arasında da daim sevilən N.i.Piroqovun geniş tələbə kütləsi vardı.Onu sadə olduğuna görə və əvəzsiz müalicəsinə görə çox sevirdilər. N.i.Piroqov kasıbları və tələbələri pulsuz müalicə edir və tez-tez maddi kömək ediridi. Görkəmli həkim və alim Bütün həyatını vətənin elminə və xalqına həsr etmişdir. N.i.Piroqovun vətəni qarşısında ən böyük xidməti isə müharibə dövründə rus ordusuna olmuşdur. N.i.Piroqov 4 böyük müharibədə iştitak etmişdir: 1-1847-ci ildə Qafqazda 2-1854-1855-ci illərdə Krımda 3-1870-ci ildə Fransa-Prussiya 4-1877-1878-ci illərdə rus-türk müharibəsində Bu dövrlərdə minlərlə əsgər və zabitlərin həyatını xilas etməklə yanaşı hərbi-səhra cərrahlığının əsasını qoymuşdur. 1881-ci il 23 Noyabr N.i.Piroqov Ukraniyanın Vinnitsa kəndində sərt damaq xərçəngindən vəfat etdi. N.i.Piroqovun cəsədi ölümündən sonra balzamlanaraq Vinnitsa kəndindəki məqbərədə dəfn edilmişdir.
  • 10. N.İ.Piroqovun hərbi-səhra cərrahiyyəsindəki rolu,mərhələli müalicə və tibbi çeşidləmə N.İ.Piroqov ilk dəfə olaraq yaralıların müalicəvi təcridini təmin edən tibbi çeşidlənməsini aparmışdır.Müahibə dövründə yaralıların aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidlənməsinin vacibliyini dərk edən N.İ.Piroqov deyirdi:”Müharibədə əsas olan tibb deyil,administrasiyadır.” N.İ.Piroqov təsis etdiyi sistemdə yaralıları 5 əsas kateqoriyaya bölürdü: 1-Ölümcül yaralılar 2-Həyatı təhlükə altında olan və təxirə salınmaz köməyə ehtiyacı olan yaralılar 3-Vəziyyəti ağır olan təxirəsalınmaz yaralılar
  • 11. 4-Üzərində cərrahi əməliyyat aparılacaq yaralılar 5-Zədəsi yüngül olan xəstələr və ya yarası səthdə olan xəstələr N.İ.Piroqov bu dövrdəki səriştələrini 20 bölmədə birləşdirərək “Mənim səhra cərrahiyəmin əsas başlanğıcı(1879)” adlı əsəri vasitəsilə özündən sonrakılara miras qoymuşdur. N.İ.Piroqovun Hərbi-Səhra Cərrahiyyəsinə 4 böyük əsəri həsr olunmuşdur: 1-“Qafqaza səyahətin tibbi hesabatı”-1849 2-“Ümumi Hərbi-Səhra Cərrahiyyəsinin başlanğıcı”-1865- 1866 3-“Almaniyada Cəbhə Sanitariya müəssisəsinin yoxlanılması”- 1870 4-“Cəbhə Həkim işi və Bolqarıstanda arxa cəbhə xüsusi kömək komandası”-1879 İnhalyasion efir narkozu N.İ.Piroqov Efir narkozunu hərbi şəraitdə işlədən alim-cərrah olmuşdur.Bu nöqteyi nəzərdən 16 oktyabr 1846 –cı il
  • 12. cərrahiyyə tarixinə qızıl hərflərlə yazılmışdır.Bu tarixdə efir narkozu altında keçən ilk cərrahi əməliyyatda əzələlərin ağrısız boşalması və reflekslərin itməsi müşahidə olundu.Narkoz altındakı xəstə dərin yuxuya getdi və ümumi hissiyatını itirdi. Efirin yuxuladıcı təsiri el arsında da məlum idi və buna görə də “şirin kupors” adlandırılırdı.Bu hələ 1540-cı ildə Paraselsə də məlum idi.XVIII-ci əsrin sonunda efirin nəfəs yolu ilə alınması ağciyər vərəmi və bağırsaq kolikləri zamanı da tətbiq olunurdu. N.İ.Piroqov efir narkozunu labarotoriya şəraitində itlər üzərində sonra isə özü,köməkçiləri üzərində və Qafqaz cəbhəsində tətbiq edir. N.İ.Piroqov bu eksperimenti tez müddətdə öz klinikasına gətirir.Onun efir narkozu altındakı əməliyyatları 14 fevral 1847- ci ildə 2-ci hərbi quru qoşunlar hospitalında,sonra 16 fevral Obuxov xəstəxanasında,27 fevral San-Peterburqda gerçəkləşmişdir. Efir narkozu altında gerçəkləşdirdiyi 50 əməliyyatdan sonra N.İ.Piroqov qərara alır ki,hərbi-səhra cərrahiyyəsində yaralılara cərrahi yardımı döyüş meydanında etsin.Bu vaxt Qafqaz hərbi münaqişələrin daimi səhnəsinə çevrilmişdi. N.İ.Piroqov 1847-ci il 8 iyulda efiri ağrıkəsici dərman kimi işlətmək məqsədilə Qafqaza
  • 13. gedir.Pyatiqorski və Temir-Xan-Şur yolunda N.İ.Piroqov həkimləri esterizasiya ilə tanış edir. Oql-dakı yaralılar düşərgəsində efir buxarı ilə əməliyyatlarından sonra narkozu rektal olaraq istifadə etməyi təklif etmişdir.Bunu üçün N.İ.Piroqov hətta cihaz da düzəltmişdir. Yaralılara qadın qulluğu N.İ.Piroqov ilk dəfə olaraq yaralılara qadın qulluğunu cəbhə rayonlarında tətbiq etdi. N.İ.Piroqov ilk dəfə olaraq “Xəstə və yaralılara tibb bacısı qayğısı üçün Müqqədəs Xaç İcması”-nı təsis etdi.Fədakarlıqlıqla öz xalqına xidmət edən ilk rus tibb bacıları Böyük Vətən Müharibəsində özlərinə əbədi şöhrət qazandılar.
  • 14. N.İ.Piroqovun klassik əməkləri və onun Avropa həkimləri ilə birgə apardığı tədqiqatlar TRAVMATİK ŞOK N.İ.Piroqovun Krım müharibəsindəki iştirakı onun əsərlərinə təsirsiz ötüşmədi.Bu dövrdə N.İ.Piroqov şokun klassik tərifini vermişdir.O travmatik şokun klinik təsvirini belə vermişdir:”...Əli və yaxud ayağı qoparılmış xəstə sarğı punktunda hərəkətsiz uzanmışdır və onda heç bir emosional reaksiya müşahidə olunmur.Onun bədəni soyuqdur,üzü solğun və meyit kimi baxışı hərəkətsizdir.Nəfəsi çətinliklə hiss olunur.Dəri hissiyyatı yoxdur.Xəstənin bu vəziyyəti dərman qəbulundan sonra keçsə də,bəzən ömrünün sonuna qədər davam edir. BALDIRIN SÜMÜK-PLASTİK AMPUTASİYASI Bu cərrahi əməliyyat 1852-ci ildə N.İ.Piroqov tərəfindən təklif olunmuşdur.Onun icrasından sonra ətraf azacıq qısalsa da,protezə ehtiyac qalmır,çünki daban qabarının hesabına təbii dayaq yaradılır.
  • 15. N.İ.Piroqovun bu əməliyyat zamanı damarlar işlənilərkən daban damarlarının da bağlanıla bilməsi nəticəsində daban qabarının onu əhatə edən yumşaq toxumalarla birlikdə nekroza uğraması,texniki həll nöqteyi-nəzərindən üsulun yeganə çatışmayan cəhətidir. BUZLU ANATOMİYA N.İ.Piroqov tərəfindən işlənib hazırlanmış buzlu anatomiyada meyitlər kəsilməzdən əvvəl dondurulurlar.Sonra qatbaqat kəsilib və ya mişarlanıb üzvlərin yerləşməsini,onların birinin digərinə olan münasibətini,ölçü və məsafəsini müəyyənləşdirmək mümkündür.Çünki meyit dondurularkən üzvlərin yerləşməsi nisbətən məhdudlaşdırılır və onların arasında olan məsafə nisbi də olsa dəqiqləşdirilir. Donmuş meyitlər üzərində disseksiya metodu ilə 3 fərqli müstəvi üzrə kəsiklər apararaq ərsəyə gətirdiyi ölümsüz əsərində(«Anatomia topographica sectionibus, per corpus humanum congelatum triplice directione ductis, illustrate») N.İ.Piroqov 216 tablo,995 şəkil və 800 səhifəlik mətnə yer vermişdir.Bu əsərdə yalnız burun boşluğunu göstərən rəsimlərin sayı 72-ə bərabərdir.
  • 16. ANATOMİK HEYKƏLTƏRAŞLIQ N.İ.Piroqovun insan bədənin öyrənilməsində buzlu anatomiyadan sonrakı dahiyanə metodu isə Anatomik Heykəltəraşlıq metodudur. N.İ.Piroqov özü bu metoddan meyitlərin doğranılmasında istifadə etmişdir.Metodun mahiyyəti isə meyit təşrih edilərkən insan əzalarının bir qrupunun və ya hər hansı bir üzvünün şəkli gips vasitəsilə tökülməsində və sonra öyrənilməsindədir.Bu metod az hallarda,əsasən tədris məqsədilə istifadə edilir. PƏNCƏRƏLİ TƏŞRİH Təşrih olunacaq nahiyənin hüdudları daxilində-proksimal və distal tərəflərdə iki üfuqi kəsik aparılır.Daha sonra isə bu üfüqi kəsiklər arasında onları birləşdirən şaquli kəsik aparılaraq nahiyə pəncərə formasında açılır. N.İ.PİROQOVUN QANUNLARI: 1-Orqanizmdə olan bütün damar və sinirlər sıx lifli birləşdirici toxumadan əmələ gəlmiş fassial yatağın içərisində yerləşir. 2-Damar-sinir dəstəsinin yerləşdiyi yataq
  • 17. üçüzlü prizmanı xatırladır,yəni en kəsiyində üçbucaq formasındadır. 3-Üçüzlü prizmatik yatağın əsası yaxınlıqda yerləşən əzələ,yaxud yumşaq toxumalara,zirvəsi isə sümüküstlüyünə və ya oynaq kapsuluna birləşir. XÜLASƏ: Dahi alim və N.İ.Piroqovun elmdə etdiyi xidmətləri bir daha gözdən keçirəcək olsaq: 1-Qan damarları və fassiyalar arasında qarşılılıqlı əlaqənin olduğunu söyləyib. 2-Dondurulmuş meyitin mişarlanması,anatomik heykəltəraşlıq,meyitlər üzərində eksperimental üsulları aşkar etməklə topoqrafik anatomiyanın əsasını qoyub. 3-Topoqrafik-anatomik tədqiqatların orqanların funksiyasının öyrənilməsində əhəmiyyətini göstərib. 4-Orqanizmin müxtəlif funksional vəziyyətləri,yaxud patoloji prosesləri zamanı bir çox nahiyələrin topoqrafiyadakı dəyişikliklərini göstərib.
  • 18. 5-Orqanların vəziyyət və formasının fərdi dəyişkənliyi haqqında təlimin əsasını qoyub. 6-İlk dəfə mərkəzi sinir sisteminin müxtəlif şöbələri arasındakı əlaqəni,periferik sinirlərin topoqrafiya və qarşılıqlı əlaqəsini praktikaya tətbiqini öyrənib.İlk dəfə əlin və barmaqların fassiyal yataqlarının,üzün,boynun,ətrafların,oynaqların,ağız və burun boşluqlarının,döş və qarın boşluğunun toxuma sahələrinin topoqrafik təsvirini verib,çanağın orqanlarının,fassiyalarının topoqrafiyasını verib. 7-Topoqrafik anatomik üsulları tətbiq etməklə bəzi patoloji proseslərin əmələ gəlməsini izah edib və gələcəkdə operativ yolların müxtəlif rasional növlərinin yaranmasında böyük rolu olub.
  • 19. İSTIFADƏ OLUNAN ƏDƏBIYYATIN SIYAHISI: 1. Островерхов Г.Е., Лубоцкий Д.Н., Бомаш Ю.М. «Оперативная хирургия и топографическая анатомия», Медицина, Москва, 1972г. 2. L.A.Məmmədov “Ümumi Operativ Cərrahlıq,Ətraflarda Cərrahi Əməliyyatlar”,”Müəllim” nəşriyyat,Bakı-2003 3. Лубоцкий Д. Н. Основы топографической анатомии - М.: Медгиз, 1953 - 647с., ил. 4. http://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B8%D1%80%D0%BE%D 0%B3%D0%BE%D0%B2,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0% BB%D0%B0%D0%B9_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE% D0%B2%D0%B8%D1%87 5. http://knu.znate.ru/docs/index-401034.html 6. http://shr.receptidocs.ru/v817/%D1%80%D0%B5%D1%84%D0%B 5%D1%80%D0%B0%D1%82_