SlideShare a Scribd company logo
1 of 34
Seboreya
Azərbaycan Tibb Universiteti
II Müalicə-Profilaktika
___ qrupu tələbəsi
HƏKİM BABA
Seboreya ilk dəfə 1887-ci ildə
Paul Gerson Unna tərəfindən
təsnif olunan bədənin piy
vəzlərilə zəngin hissələrində
yerləşən,xroniki,residivli,
eritemalı,infiltirasiyalı,yağlı
sarımsı skvamlarla
xarakterizə olunan dərinin
səthi iltihabi xəstəliyidir.
Giriş
Epidemiologiyası
 Seboreya 20-50 yaş arası,xüsusən cinsi
yetişkənlik dövründəki oğlan və qızlarda
rast gəlinir.Kişilər qadınlara nisbətən bu
xəstəlikdən daha çox əziyyət çəkirlər.Bu
isə kişilərdə androgenlərin piy vəzlərinə
olan təsiri ilə izah olunur.
Etiologiyası və patogenezi
 Səbəbi tam olaraq bilinməməklə bərabər etiologiyasında bir
çox faktorun rol aldığı multifaktorial xəstəlikdir.Bu faktorlara
androgenlər,stress,depressiya,yorğunluq,mikroangiopatik
vaskulyar pozğunluqlar,atmosferdəki
dəyişikliklər,fəsillər,geyim,qidalanma tipləri və qida
allergenləri,autoimmunitet,klimakterik dəyişikliklər,P.ovale
,dərmanlar,riboflavin,piridoksin,biotin çatışmazlıqları aiddir.
 Mədə-bağırsaq,xroniki infeksion xəstəliklər,hipovitaminozlar
və s. Seboreyanın gedişini ağırlaşdırır.
 Seboreyalı dermatitin çox sıx görüldüyü xəstəliklərə Parkinson
xəstəliyi,facial paraliz,supraorbital yaralanma
,polimielit,sirinqomielit,epilepsiya,gasser ganglionunun təktərəfli
yaralanması kimi nevroloji pozğunluqlar aiddir.
 Bakteriyaların və lipofil göbələklərin yağ və tər vəzlərinin artıq
miqdarda ifrazatlarının dəri səthində əmələ gətirdiyi hidrolipik
təbəqəyi parçalamaları nəticəsində iltihab reaksiyası orataya çıxır.
Seboreyalı dermatitin əmələ gəlməsində rolu
olan amillər:
 Pityrosporum Ovale
 Candida albicans
 Staphylococcus aureus
 Alimentar faktorlar(piridoksin,biotin və essensiyal yağ turşuları çatışmazlığı,D-6-
desaturaza fermentinin yetkinsizliyi)
 Günəş şüaları və stress
 Digər faktorlar(genetik,rütubət,istilik,alkoqollik pankreatit,hepatit C və müxtəlif
növ bədxassəli şişlər)
QİÇS və Seboreyalı Dermatit
 T-limfositlərin funksiyasının
pozulması hüceyrəvi immunitetin
zəifləməsinə və göbələklərin dəridə
sağ qalmasına səbəb olur.QİÇS
xəstələrində seboreyalı dermatitin
prevalansı təxminən 30-85% -ə
bərabərdir.
Seboreyalı dermatit və dərman reaksiyaları
 Xüsusilə metildofa,simetidin
və xlorpromazinlə bağlı
dərman reaksiyaları
xəstəliyin klinikasını təqlid
edə bilirlər.
Klinikası
 Seboreya əsasən başın tüklü hissəsində,alında,burunda,
çənədə,köks qəfəsinin ön və arxa yuxarı
nahiyələrində,cinsiyyət üzvlərində,xarici qulaq
keçəcəyində,sternal nahiyədə və s. müşahidə
olunur.Seborayının üç klinik forması vardır:
 Duru seboreya
 Qatı seboreya
 Qarışıq seboreya
Duru Seboreya
 J.F.Korolyovun fikrincə,xəstə qadınların 75%-ində
və kişilərin 40%-ində duru seboreya müşahidə
olunur.Seboreya adətən üzdə və başın tüklü
hissəsində piylənmənin artması ilə başlanır.
 Dəri piyi duru olduğundan o genişlənmiş piy
axarlarından asanlıqla axıb gedir.Ona görə də
xəstələrdə komedonlar demək olar ki,əmələ
gəlmir.Xəstələrin üzü qızarır,onların yanaqları,burnu
alnı yağlılıqdan parıldayır,saçları yağlı parıltılı olur
və bir-birinə yapışır.
 Yağlanmış dəri əsasında adətən irinli sızaqlar və
qabarcıqlar əmələ gəlir.
Qatı Seboreya
 Kişilərdə 20-30% Qadınlarda 3%
 Bu zaman xəstələrin üzündə yağlanma artır və
tək-tək kamedonlar və sızanaqlar əmələ gəlir.
 Piy qatı olduğundan o,piy axarlarından
çətinliklə xaric olur.Dəri səthində qalın quru
piy təbəqəsi müşahidə
olunur.Sızanaqlar,komedonlar,ateromalar
adətən xəstələrin üzündə,sinəsində və
kürəklərində müşahidə olunur.
Qarışıq Seboreya
 Xəstəlik əsasən 12-14 yaşında,duru
seboreya kimi xəstələrin üzündən
başlayır.Sonralar döş qəfəsinin ön və
yuxarı nahiyələrində piylənmə artır və
qatı seboreyaya məxsus səpgilər baş
verir.Səpgilər həm qadınlarda,həm də
kişilərdə 26-28 yaşa qədər davam edir.
Infantil tip seboreya adətən həyatın ilk aylarında
özünü büruzə verir.Xarakteristik olaraq,ilk əvvəl
başın tüklü hissəsi prosesə qoşulur.Saç tökülməsi
müşahidə olunmur.Xalq arasında ona “qonaq” da
deyilir.Barmaqarası sahələri tutduğunda ikincili
olaraq C.albicans və S.aureus tərəfindən iltihabi
reaksiya əmələ gələ bilir.Bəzən körpələrdə
seboreya anidən yayılaraq eritrodermiya
törədən,anemiya,ishal,qusma,inkişafda geriləmə
və limfaadenopatiya ilə müşaiyət olunan Leiner
xəstəliyini əmələ gətirir.Bu xəstələrdə C5
komplement çatışmazlığı və neytrofillərin
disfunksiyası müşahidə olunur.
Histopatogiya
 Spesifik deyil.Xəstəliyin
kəskin,yarımkəskin və xroniki
dövrlərinə görə fərqlilik
göstərən yüngül akantolik
epidermis,hiperkeratoz,parake
ratoz,spongioz və dermada
perivaskulyar neytrofil
infiltirasiya müşahidə olunur.
Gedişi
Seboreya oğlan və qızların cinsi
yetişkənlik dövründə başlanır.Təkrar
xəstəliyin vüsət alması zamanı sızanaqlar
əmələ gəlir.18-20 yaşlarda xəstəlik
maksimuma çatır,26-28 yaşlarda isə
seboreya qurtarır.
Diaqnoz
 Bəzən çəhrayı sıznaqdan və qabarcıqlı-nekrozlu vərəmdən difense etmək
lazımdır.Çəhrayı sızanaq yaşlılarda müşahidə olunur,o,əsasən alın,yanaqlar,çənə
nahiyəsində teleangioektaziyalarla təzahür edir.Seboreya sızanaqları gənc oğlan və
qızlarda alın,burun,yanaq,çənə və döş qəfəsinin ön və arxa yuxarı nahiyələrdə
komedonlarla əmələ gəlir.Papula-nekrozlu vərəmə polimorf səpkilər
məxsusdur.Xəstəlik zamanı xəstələrdə eyni zamanda papulalar,nekroz və çapıqlar
müşahidə olunur.Belə ardıcıllıq seboreya səpkilərində olmur.
Proqnoz
 Yaxşıdır.Əsasən xəstəlik 26-28
yaşınadək qurtarır.Bəzən müxtəlif
eybəcərliklər verir
Topikal Müalicə
 1-Skalp zədələrində müalicə : Tinkturalar,spirtli məhlullar,saç tonikləri və oxşar
preparatlardan qaçınılmalıdır.Salisil turşusu,benzoil peroksid,Zn pirityon,selenium
sulfid tərkibli şampunlarla yuyunma kəpəyə qarşı yaxşı nəticə verir.
Zinc pyrithione malassesia sayısını azaltmaqda,hüceyrələr arası artıq lipid
miqdarını azaltmaqdadır. Qətran özlü şampunlar faydalıdır.İmidazol törəməsi olan
ketokonazol və flukonazol tərkibli şampunlar digərlərindən daha təsirlidir.Ağır
hallarda topikal steroidlərdən də istifadə olunlmalıdır.
 2-Üzdə aparılan müalicə : Spirtli məhlullar,təraşdan əvvəl və sonrası losyonlardan
qaçınılmalıdır.Kortikosteroidlərdən istifadə olunmalıdır.1%-li hidrokortizon
effektlidir.2%-li ketokonazol krem və metraindazol gel veriləbilər.1%-li terbinafin
kremin də təsiri yüksək qiymətləndirilir.
 3-Gövdədəki səpkilərə qarşı müalicə : Çətin sağalır.2%-li ketokonazol,topikal
takrolimus effektlidir.Ağır hallarda UVB fototerpiyası aparılmalıdır.
Seboreyanın xalq təbabəti üsulları ilə
müalicəsi
 1. Saçlar yuyulduqdan sonra başın dırisinə soğanla sarımsağın qarışığından hazırlanmış kütlə və ya
ayıpəncəsi yağı çəkilir, saçlar polietilen papağa salınır. Yarım saatdan sonra isə yenidən yuyulur.
2. Saçları yaxalamaq üçün bərabər miqdarda aptek çobanyastığı və gülümbahar çiçəkləri bağayarpağı
yarpaqları ilə qarışdırılır, qarışıqdan 4 xörək qaşığı 300 ml qaynar suda termosda bir gecə dəmlənir.
Saçlar təmiz yuyulduqdan sonra başın dərisinə sürtülür.
3. 100 qr xırdalanmış gicitkən kökləri, hərəsindən 50 qr atpıtrağı kökləri, kəklikotu və lavanda otu,
hərəsindən 5 yarpaq sarmaşıq və oleandr qarışdırılır. Yığıntının üzərinə 1,5 litr üzüm sirkəsi əlavə olunur
və ağzıbağlı qabda yarım saat bişirilir. Soyudqdan sonra süzülür və yağlı seboreya zamanı həftədə bir dəfə
3-5 dəqiqə müddətində saç diblərinə sürtülür.
4. Saç dibi dərisinin yağlı seboreya ilə zədələnməsi zamanı bir hissə palıd qabığı tozu ilə beş hissə su
qarışdırılır və bişirmə hazırlanır. Bir stəkan bişirməyə az miqdarda bal əlavə olunur və asçların diblərinə
sürtülür.
5. Bərabər həcmdə əzilmiş sarımsaq və xırdalanmış gicitkən yarpaqları qarışdırılır, saç dibinin dərisinə
qoyulur. Üzərindən kətan dəsmal bağlanır. 20 dəqiqədən sonra saçlar tozağacı yarpaqlarının isti
dəmləməsi ilə yuyulur. Belə maska quru seboreya və kəpəklənmə zamanı faydalıdır.
Ümumi Müalicə:
 Topikal müalicəyə inadçı seboreyalarda
sistemik streoid və izotertinoin
veriləbilər.İzotretinoin piy ifrazını
azaldır.Oral olaraq
ketokonazol,itrakonazol,terbinafin
effektli təsir göstərir.Oral nikel və brom
müalicəsi də yaxşı nəticələr verir.
Komendonlar
(Qara nöqtələr)
Piy və ya keratinin tük folikulunun içini
doldurması ilə əmələ gəlir.Ucu havada
oksidləşdiyindən və müxtəlif tozlarla
çirkləndiyindən tünd rəngdədir.Piy
follikulu iltihablaşarsa,akne əmələ gələ
bilər.
Acne Vulgaris (Qapalı komedon)
Akne Vulgaris tük follikulu və piy vəzlərinin xroniki iltihabi
xəstəliyidir.
İnsanların demək olar ki,hamısında həyatı boyunca bu və ya digər
dərcədə ortaya çıxır.
Ən sıx məskunlaşma yeri üzdür . Meydana gəlməsində androgen
hormonlar , yağ vəzi ifrazatı (sebum ) , folikuldakı mikroblar
və follikul keratinizasyasının pozulması ortaq rol oynayır.
Androjenler , yağ vəzisini stimulə edərək sebum ifrazını artırır.
Həddindən artıq keratin sintezi və sebum ifrazı tüklərin follikul
kanalında tıxac əmələ gətirir.Ostium folliculusu-da genişləyən
tıxac kliniki olaraq solğun , azca qabarıq , iynə başı ölçüsündə ,
çirkli ağ papula şəklində olur və qapalı komedon adlandırılır.
Akne Vulgaris
(Açık komedon)
Açıq komedonlar yastı, azca qabarıq, mərkəzi
qara nöqtələr şəklində görünür. Qara rəngi
keratin və yağ oksidləşməsindən asılıdır.Ən sıx
üz, sinə və kürəkdə yerləşir.Kiçik yaşlarda
komedonlar daha çox müşahidə olunur.. Acne
vulgaris müalicəsi sızanaqlar görə dəyişir.
Bəzən aylarla hətta illərlə davam edə
bildiyindənxəstələrin uyğunlaşması çox
əhəmiyyətlidir. Tretinoin, adapalen və Benzoil
peroksid istifadə edilən topik dərmanlardır.
Komedonları sıxmaq dəridə qalıcı izlərə səbəb
ola bilər. Yalnız komedonlar olan xəstələrdə
ümumiyyətlə sistemik müalicə lazım deyil.
Steatoma (Yağlı kista)
Sebumun dəri altında tutulub toplanması nəticəsində yağlı ur
ya da kist adı verilən kiçik bir düyüncük əmələ gəlir. Ölçüsü
noxud dənəsi ilə bir yumurta böyüklüyü arasında tərəddüd
edir. Kistalar daha çox qoltuq altı, üzdə və başda-yağ vəzləri
olan hissələrdə meydana gəlir. Bəzi kistlerin ucu bir az
açıqdır, burada olan turş qoxulu yağlı maddə sıxılıb çıxardıla
bilər. Açıq olmayan kistalar, lokal anesteziyadan sonra
yarılaraq çıxarıla bilər ancaq zərərsiz olduqları üçün çox
böyük olmadıqca ya da uyğunsuz bir yerdə olmadıqca
toxunulmaya bilər. Normal kosmetikadan istifadə etmək olar.
Milia (Ağ piy vəzləri)
Tük köklərinin ağzında görülən keratin və sebumun meydana gətirdiyi, kiçik, sərt, ağ rəngdəki
kistalardır. Dərinin yuxarı hissəsi kisti örtdüyü üçün açıqlıq yoxdur. Zərərsizdir. Ancaq dəridə,
xüsusilə də quru dəriyə sahib olan şəxslərdə gözlər ətrafında tapılır. Bir həkim ya da bir gözəllik
mütəxəssisi tərəfindən sterilizə edilmiş iynə istifadə edilərək çıxarıla bilər.
Çəhrayı sızanaq(Akne rozase)
Səthi qan damarlarının davamlı genişlınməsi nəticəsində üzdə dərinin qızarması ilə
təzahür olunan xroniki dermatozdur.S.T.Pavlov çəhrayı sızanağı qan
damarlarının xüsusi nevrozu kimi qiymətləndirir.Qan damarların davamlı
genişlənməsi nəticəsində piy vəzlərinin funksiyası artır.
Adətən orta yaş və üzərindəki qadınlarda və açıq dərililərdə daha çox müşahidə
olunur.Kişilərdə daha nadir görülür. Yetkinlik dövründə keçirilmiş şiddətli acne
vulgaris ilə rozasenin ortaya çıxması arasında heç bir əlaqə yoxdur. Başlıca
olaraq burun, yanaqlar, alın və çənədə təzahür olunur.Üzdə istilik və yanma
hissinə yol aça bilir. Komedonlar, kist və sikatris olmaması, boyun və gövdəni
çox nadir tutması acne vulgaristen ən əhəmiyyətli fərqidir.
Müalicə:Birinci növbədə xəstəliyi törədə bilən amillər ləğv olunmalı və
qidalanma qaydaya salınmalıdır.Xəstələr günəş şüalarından qorunmalı və bayıra
çıxmazdan əvvəl üzünə “Луч” krem sürtməlidir.Ümumi müalicə məqsədilə
fotodesenibilizəedici maddələrdən istifadə olunmalıdır.
Xarici müalicə üsullarından kükürd məlhəmi,steptosid emulsiyası və səthi
elektrokoaqulyasiya təyin olunur.
Çəhrayı sızanaq
Rinofima
Əsl adı Rhinophyma olan xəstəlik yunan dilində olan 2 sözdən Rhis-burun,phyma-
böyümə əmələ gəlmişdir. Xəstələrdə orta yaşdan sonra burun dərisi böyüyüb
qalinlaşmağa başlayır, xüsusən burunun uc hissəsini əhatə edən proses bu hissədə
güclü qabarma və şəkildəyişməyə səbəb olur. Bəzən isə proses burun sərhədlərini
aşaraq yanaqlara yayılır. Xəstəliyə kişilərdə qadınlarda 12 dəfə çox rast gəlinir.
Rinofima xəstəliyinin səbəbi dəqiq sübut olunmasa da bəzi alimlər xəstəliyi
alkoqolizmlə, hormonal pozğunluqlarla, mikrob agentləri (demodex follicolorum)
və irsiyyətlə əlaqələndirirlər.
Xəstəliyin əlamətləri: burun dərisi qalınlaşır, dəridə damarlanma artdığından qabarıq
sahə qızarıq olur, prosesə dəri infeksiyası qoşulursa ifrazat və pis qoxu meydana
çıxa bilər.
Histoloji olaraq Rinofima xəstəliyinin 2 növü vardır:
1 – Rosacea tipi: yağ vəziləri bu tipdə artmış olur
2 – Fibroz tipi: bu növdə yağ vəziləri burun dərisində azalmış olur.
Müalicə: İstifadə olunan müalicə metodları
aşağıdakılardır:
1 – Burun dərisinin tamamilə əməliyyat
edilməsi və yaranan dəri deffektinin dəri
yamağı ilə örtülməsi.
2 – Burun dərisinin hissəvi əməliyyat
edilməsi (tangensial eksiziya) və yaranmış
yara sahəsinin dəri yamağı örtülməsi və ya
müdaxilə edilmədən sağalmasına icazə
verilməsi.
3 – Dermabraziya
4 – CO2 lazer ilə yandırılma
5 – Koterizasiya
Vitiligo
 Vitiliqo xəstəliyi (latın dilində "vitium" - "qüsur") qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas
simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.
 Vitiliqo, dərinin melanosit hüceyrələrinin itkisinin nəticəsidir. Bunun səbəbi naməlumdur. 4 tipi
vardır: Xallar halında, yayılan, universal (bütün bədəndə), Halo Nevus.
 Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ
ləkələri olan insanlar haqqında məlumat tapılıb.
 Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln.
insanlar bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə
artmaqdadır.
 Xəstəlik adətən cavan yaşlarda (hətta
südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən
gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ
gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların
yeriməsi hissi, arabir sancma hiss oluna
bilər
 Vitiliqo probleminin əsas aktuallığı onun
xəstənin psixo-sosial statusuna təsiri ilə
bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi
olan insanların əksəriyyəti böyük psixoloji
sıxıntılar yaşayır, özünə qapanır, insanlarla
ünsiyyətdən qaçırlar.
 Bu günümüzə qədər vitiliqo xəstəliyinin əmələ gəlmə səbəbləri məlum deyil.
Məhz bu səbəbdən bu xəstəliyin effektli və tamdəyərli müalicə metodları da
müasir tibbdə problem olaraq hələ də qalmaqdadır. Müasir təbabət vitiliqo
xəstəliyini autoimmun xəstəliklərinə aid edir.
 Müalicə kompleks şəklində aparılır. Bu zaman müxtəlif qrup dərman
preparatlarından istifadə olunur - kortikosteroidlər, immunopreparatlar, fermentativ
preparatlar, mübadilə proseslərini stimullaşdıran preparatlar, vitaminlər və
mikroelementlər, xüsusi məlhəmlər, kremlər, zərdablar və s. Lazım olduqda
antidepressantlar, neyroleptiklər və s. bu kimi preparatlar istifadə oluna bilər.
 Xəstəliyin müalicəsində ultrabənövşəyi şüalanma metodları böyük yer tutur. Belə
müalicə zamanı müxtəlif "fotosensibilizatorlar" adlı xüsusi preparatlar istifadə
olunur ki, onların köməyilə dərinin ultrabənövşəyi şülarına olan həssaslıq artır.
Nəticədə isə melanoqenez - dəridə melanin piqmentinin əmələ gəlməsi prosesi də
stimullaşdırılır.
 Bundan əlavə müalicə zamanı lazer, təbii gün işığı istifadə olunur.
 Vitiliqo xəstəliyinin cərrahi müalicə üsulları da mövcuddur.
 Vitiliqo xəstəliyi olan insanların pəhrizində
tərkibində C və B vitaminləri (sitrus
meyvələri, bibər, pomidor, kartof, kələm,
itburnu, qara ciyər, qarabaşaq, yulaf yarması,
araxis, süd və süd məhsulları, yumurta, balıq
və s.), mis mikroelementi (qoyunun qara
ciyəri, pendir, noxud və s.) olan qida
məhsulları böyük yer tutmalıdır.
Seboreya

More Related Content

What's hot

чихний гаралтай гавал тархины эмгэг
чихний гаралтай гавал тархины эмгэгчихний гаралтай гавал тархины эмгэг
чихний гаралтай гавал тархины эмгэгmscoder999
 
арьсны идээт өвчнүүд
арьсны идээт өвчнүүдарьсны идээт өвчнүүд
арьсны идээт өвчнүүдДоржханд Б.
 
Damarlı qi̇şa xəstəli̇kləri̇
Damarlı qi̇şa xəstəli̇kləri̇Damarlı qi̇şa xəstəli̇kləri̇
Damarlı qi̇şa xəstəli̇kləri̇ClCN7
 
төвөнхийн цочмог хавант үрэвсэл
төвөнхийн цочмог хавант үрэвсэлтөвөнхийн цочмог хавант үрэвсэл
төвөнхийн цочмог хавант үрэвсэлArsenic Halcyon
 
Noir bulchirhain tsochmog urewsel
Noir bulchirhain tsochmog urewselNoir bulchirhain tsochmog urewsel
Noir bulchirhain tsochmog urewselnytt103103
 
Багана нурууны халдварт эмгэгүүд сүүлийн
Багана нурууны халдварт эмгэгүүд сүүлийнБагана нурууны халдварт эмгэгүүд сүүлийн
Багана нурууны халдварт эмгэгүүд сүүлийнBattulga Munkhtsetseg
 
нулимсны эрхтний өвчин
нулимсны эрхтний өвчиннулимсны эрхтний өвчин
нулимсны эрхтний өвчинamarsaikhan mandukhai
 
საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016
საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016
საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016enuqishvili
 
гидроцеле, варикоцеле
гидроцеле, варикоцелегидроцеле, варикоцеле
гидроцеле, варикоцелеNmhn Namuun
 
төвөнхийн хорт хавдар
төвөнхийн хорт хавдартөвөнхийн хорт хавдар
төвөнхийн хорт хавдарХалиун
 
გეორგიევსკის ტრაქტატის შეფასება
გეორგიევსკის ტრაქტატის შეფასებაგეორგიევსკის ტრაქტატის შეფასება
გეორგიევსკის ტრაქტატის შეფასებაmacacobubuteishvili
 
Mogi ppt
Mogi pptMogi ppt
Mogi pptjaakiii
 

What's hot (20)

чихний гаралтай гавал тархины эмгэг
чихний гаралтай гавал тархины эмгэгчихний гаралтай гавал тархины эмгэг
чихний гаралтай гавал тархины эмгэг
 
арьсны идээт өвчнүүд
арьсны идээт өвчнүүдарьсны идээт өвчнүүд
арьсны идээт өвчнүүд
 
Damarlı qi̇şa xəstəli̇kləri̇
Damarlı qi̇şa xəstəli̇kləri̇Damarlı qi̇şa xəstəli̇kləri̇
Damarlı qi̇şa xəstəli̇kləri̇
 
kurikulum
kurikulumkurikulum
kurikulum
 
төвөнхийн цочмог хавант үрэвсэл
төвөнхийн цочмог хавант үрэвсэлтөвөнхийн цочмог хавант үрэвсэл
төвөнхийн цочмог хавант үрэвсэл
 
Noir bulchirhain tsochmog urewsel
Noir bulchirhain tsochmog urewselNoir bulchirhain tsochmog urewsel
Noir bulchirhain tsochmog urewsel
 
Багана нурууны халдварт эмгэгүүд сүүлийн
Багана нурууны халдварт эмгэгүүд сүүлийнБагана нурууны халдварт эмгэгүүд сүүлийн
Багана нурууны халдварт эмгэгүүд сүүлийн
 
нулимсны эрхтний өвчин
нулимсны эрхтний өвчиннулимсны эрхтний өвчин
нулимсны эрхтний өвчин
 
Хэвлийн өвдөлт
Хэвлийн өвдөлтХэвлийн өвдөлт
Хэвлийн өвдөлт
 
хайрс үлд
хайрс үлдхайрс үлд
хайрс үлд
 
საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016
საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016
საზოგადოებრივი მეცნიერებები-ეროვნული სასწავლო გეგმა 2011-2016
 
ზედსართავი სახელი
ზედსართავი სახელიზედსართავი სახელი
ზედსართავი სახელი
 
гидроцеле, варикоцеле
гидроцеле, варикоцелегидроцеле, варикоцеле
гидроцеле, варикоцеле
 
МУХАР ОЛГОЙН ҮРЭВСЭЛ.pptx
МУХАР ОЛГОЙН ҮРЭВСЭЛ.pptxМУХАР ОЛГОЙН ҮРЭВСЭЛ.pptx
МУХАР ОЛГОЙН ҮРЭВСЭЛ.pptx
 
გრაფი მონტე კრისტო ალექსანდრე დიუმა I
გრაფი მონტე კრისტო   ალექსანდრე დიუმა Iგრაფი მონტე კრისტო   ალექსანდრე დიუმა I
გრაფი მონტე კრისტო ალექსანდრე დიუმა I
 
Ивэрхий.pdf
Ивэрхий.pdfИвэрхий.pdf
Ивэрхий.pdf
 
төвөнхийн хорт хавдар
төвөнхийн хорт хавдартөвөнхийн хорт хавдар
төвөнхийн хорт хавдар
 
გეორგიევსკის ტრაქტატის შეფასება
გეორგიევსკის ტრაქტატის შეფასებაგეორგიევსკის ტრაქტატის შეფასება
გეორგიევსკის ტრაქტატის შეფასება
 
Mogi ppt
Mogi pptMogi ppt
Mogi ppt
 
Lekts nyarai
Lekts nyaraiLekts nyarai
Lekts nyarai
 

Similar to Seboreya

Stevens conson sindromu
Stevens conson sindromuStevens conson sindromu
Stevens conson sindromuClCN7
 
Yanıq xəstəliyi
Yanıq xəstəliyiYanıq xəstəliyi
Yanıq xəstəliyiClCN7
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)ATB
 
Gunel teze
Gunel tezeGunel teze
Gunel tezecq1990
 
Deformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozDeformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozClCN7
 

Similar to Seboreya (7)

Stevens conson sindromu
Stevens conson sindromuStevens conson sindromu
Stevens conson sindromu
 
Stomotoloji
StomotolojiStomotoloji
Stomotoloji
 
Yanıq xəstəliyi
Yanıq xəstəliyiYanıq xəstəliyi
Yanıq xəstəliyi
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
 
Gunel teze
Gunel tezeGunel teze
Gunel teze
 
Angina
AnginaAngina
Angina
 
Deformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozDeformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartroz
 

More from ATB

Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)ATB
 
II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)ATB
 
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)ATB
 
Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)ATB
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
ElastoqrafiyaATB
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
ElastoqrafiyaATB
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnekATB
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnekATB
 
Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇ATB
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluATB
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriATB
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiATB
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiriATB
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemiATB
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiATB
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiATB
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıATB
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarATB
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizATB
 
Kandidozlar
KandidozlarKandidozlar
KandidozlarATB
 

More from ATB (20)

Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)
 
II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)
 
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
 
Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
Elastoqrafiya
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
Elastoqrafiya
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnek
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnek
 
Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləri
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiri
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemi
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmi
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırması
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalar
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve biz
 
Kandidozlar
KandidozlarKandidozlar
Kandidozlar
 

Seboreya

  • 1. Seboreya Azərbaycan Tibb Universiteti II Müalicə-Profilaktika ___ qrupu tələbəsi HƏKİM BABA
  • 2. Seboreya ilk dəfə 1887-ci ildə Paul Gerson Unna tərəfindən təsnif olunan bədənin piy vəzlərilə zəngin hissələrində yerləşən,xroniki,residivli, eritemalı,infiltirasiyalı,yağlı sarımsı skvamlarla xarakterizə olunan dərinin səthi iltihabi xəstəliyidir. Giriş
  • 3. Epidemiologiyası  Seboreya 20-50 yaş arası,xüsusən cinsi yetişkənlik dövründəki oğlan və qızlarda rast gəlinir.Kişilər qadınlara nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkirlər.Bu isə kişilərdə androgenlərin piy vəzlərinə olan təsiri ilə izah olunur.
  • 4. Etiologiyası və patogenezi  Səbəbi tam olaraq bilinməməklə bərabər etiologiyasında bir çox faktorun rol aldığı multifaktorial xəstəlikdir.Bu faktorlara androgenlər,stress,depressiya,yorğunluq,mikroangiopatik vaskulyar pozğunluqlar,atmosferdəki dəyişikliklər,fəsillər,geyim,qidalanma tipləri və qida allergenləri,autoimmunitet,klimakterik dəyişikliklər,P.ovale ,dərmanlar,riboflavin,piridoksin,biotin çatışmazlıqları aiddir.  Mədə-bağırsaq,xroniki infeksion xəstəliklər,hipovitaminozlar və s. Seboreyanın gedişini ağırlaşdırır.
  • 5.  Seboreyalı dermatitin çox sıx görüldüyü xəstəliklərə Parkinson xəstəliyi,facial paraliz,supraorbital yaralanma ,polimielit,sirinqomielit,epilepsiya,gasser ganglionunun təktərəfli yaralanması kimi nevroloji pozğunluqlar aiddir.  Bakteriyaların və lipofil göbələklərin yağ və tər vəzlərinin artıq miqdarda ifrazatlarının dəri səthində əmələ gətirdiyi hidrolipik təbəqəyi parçalamaları nəticəsində iltihab reaksiyası orataya çıxır.
  • 6. Seboreyalı dermatitin əmələ gəlməsində rolu olan amillər:  Pityrosporum Ovale  Candida albicans  Staphylococcus aureus  Alimentar faktorlar(piridoksin,biotin və essensiyal yağ turşuları çatışmazlığı,D-6- desaturaza fermentinin yetkinsizliyi)  Günəş şüaları və stress  Digər faktorlar(genetik,rütubət,istilik,alkoqollik pankreatit,hepatit C və müxtəlif növ bədxassəli şişlər)
  • 7. QİÇS və Seboreyalı Dermatit  T-limfositlərin funksiyasının pozulması hüceyrəvi immunitetin zəifləməsinə və göbələklərin dəridə sağ qalmasına səbəb olur.QİÇS xəstələrində seboreyalı dermatitin prevalansı təxminən 30-85% -ə bərabərdir.
  • 8. Seboreyalı dermatit və dərman reaksiyaları  Xüsusilə metildofa,simetidin və xlorpromazinlə bağlı dərman reaksiyaları xəstəliyin klinikasını təqlid edə bilirlər.
  • 9. Klinikası  Seboreya əsasən başın tüklü hissəsində,alında,burunda, çənədə,köks qəfəsinin ön və arxa yuxarı nahiyələrində,cinsiyyət üzvlərində,xarici qulaq keçəcəyində,sternal nahiyədə və s. müşahidə olunur.Seborayının üç klinik forması vardır:  Duru seboreya  Qatı seboreya  Qarışıq seboreya
  • 10. Duru Seboreya  J.F.Korolyovun fikrincə,xəstə qadınların 75%-ində və kişilərin 40%-ində duru seboreya müşahidə olunur.Seboreya adətən üzdə və başın tüklü hissəsində piylənmənin artması ilə başlanır.  Dəri piyi duru olduğundan o genişlənmiş piy axarlarından asanlıqla axıb gedir.Ona görə də xəstələrdə komedonlar demək olar ki,əmələ gəlmir.Xəstələrin üzü qızarır,onların yanaqları,burnu alnı yağlılıqdan parıldayır,saçları yağlı parıltılı olur və bir-birinə yapışır.  Yağlanmış dəri əsasında adətən irinli sızaqlar və qabarcıqlar əmələ gəlir.
  • 11. Qatı Seboreya  Kişilərdə 20-30% Qadınlarda 3%  Bu zaman xəstələrin üzündə yağlanma artır və tək-tək kamedonlar və sızanaqlar əmələ gəlir.  Piy qatı olduğundan o,piy axarlarından çətinliklə xaric olur.Dəri səthində qalın quru piy təbəqəsi müşahidə olunur.Sızanaqlar,komedonlar,ateromalar adətən xəstələrin üzündə,sinəsində və kürəklərində müşahidə olunur.
  • 12. Qarışıq Seboreya  Xəstəlik əsasən 12-14 yaşında,duru seboreya kimi xəstələrin üzündən başlayır.Sonralar döş qəfəsinin ön və yuxarı nahiyələrində piylənmə artır və qatı seboreyaya məxsus səpgilər baş verir.Səpgilər həm qadınlarda,həm də kişilərdə 26-28 yaşa qədər davam edir.
  • 13. Infantil tip seboreya adətən həyatın ilk aylarında özünü büruzə verir.Xarakteristik olaraq,ilk əvvəl başın tüklü hissəsi prosesə qoşulur.Saç tökülməsi müşahidə olunmur.Xalq arasında ona “qonaq” da deyilir.Barmaqarası sahələri tutduğunda ikincili olaraq C.albicans və S.aureus tərəfindən iltihabi reaksiya əmələ gələ bilir.Bəzən körpələrdə seboreya anidən yayılaraq eritrodermiya törədən,anemiya,ishal,qusma,inkişafda geriləmə və limfaadenopatiya ilə müşaiyət olunan Leiner xəstəliyini əmələ gətirir.Bu xəstələrdə C5 komplement çatışmazlığı və neytrofillərin disfunksiyası müşahidə olunur.
  • 14. Histopatogiya  Spesifik deyil.Xəstəliyin kəskin,yarımkəskin və xroniki dövrlərinə görə fərqlilik göstərən yüngül akantolik epidermis,hiperkeratoz,parake ratoz,spongioz və dermada perivaskulyar neytrofil infiltirasiya müşahidə olunur.
  • 15. Gedişi Seboreya oğlan və qızların cinsi yetişkənlik dövründə başlanır.Təkrar xəstəliyin vüsət alması zamanı sızanaqlar əmələ gəlir.18-20 yaşlarda xəstəlik maksimuma çatır,26-28 yaşlarda isə seboreya qurtarır.
  • 16. Diaqnoz  Bəzən çəhrayı sıznaqdan və qabarcıqlı-nekrozlu vərəmdən difense etmək lazımdır.Çəhrayı sızanaq yaşlılarda müşahidə olunur,o,əsasən alın,yanaqlar,çənə nahiyəsində teleangioektaziyalarla təzahür edir.Seboreya sızanaqları gənc oğlan və qızlarda alın,burun,yanaq,çənə və döş qəfəsinin ön və arxa yuxarı nahiyələrdə komedonlarla əmələ gəlir.Papula-nekrozlu vərəmə polimorf səpkilər məxsusdur.Xəstəlik zamanı xəstələrdə eyni zamanda papulalar,nekroz və çapıqlar müşahidə olunur.Belə ardıcıllıq seboreya səpkilərində olmur.
  • 17. Proqnoz  Yaxşıdır.Əsasən xəstəlik 26-28 yaşınadək qurtarır.Bəzən müxtəlif eybəcərliklər verir
  • 18. Topikal Müalicə  1-Skalp zədələrində müalicə : Tinkturalar,spirtli məhlullar,saç tonikləri və oxşar preparatlardan qaçınılmalıdır.Salisil turşusu,benzoil peroksid,Zn pirityon,selenium sulfid tərkibli şampunlarla yuyunma kəpəyə qarşı yaxşı nəticə verir. Zinc pyrithione malassesia sayısını azaltmaqda,hüceyrələr arası artıq lipid miqdarını azaltmaqdadır. Qətran özlü şampunlar faydalıdır.İmidazol törəməsi olan ketokonazol və flukonazol tərkibli şampunlar digərlərindən daha təsirlidir.Ağır hallarda topikal steroidlərdən də istifadə olunlmalıdır.  2-Üzdə aparılan müalicə : Spirtli məhlullar,təraşdan əvvəl və sonrası losyonlardan qaçınılmalıdır.Kortikosteroidlərdən istifadə olunmalıdır.1%-li hidrokortizon effektlidir.2%-li ketokonazol krem və metraindazol gel veriləbilər.1%-li terbinafin kremin də təsiri yüksək qiymətləndirilir.  3-Gövdədəki səpkilərə qarşı müalicə : Çətin sağalır.2%-li ketokonazol,topikal takrolimus effektlidir.Ağır hallarda UVB fototerpiyası aparılmalıdır.
  • 19. Seboreyanın xalq təbabəti üsulları ilə müalicəsi  1. Saçlar yuyulduqdan sonra başın dırisinə soğanla sarımsağın qarışığından hazırlanmış kütlə və ya ayıpəncəsi yağı çəkilir, saçlar polietilen papağa salınır. Yarım saatdan sonra isə yenidən yuyulur. 2. Saçları yaxalamaq üçün bərabər miqdarda aptek çobanyastığı və gülümbahar çiçəkləri bağayarpağı yarpaqları ilə qarışdırılır, qarışıqdan 4 xörək qaşığı 300 ml qaynar suda termosda bir gecə dəmlənir. Saçlar təmiz yuyulduqdan sonra başın dərisinə sürtülür. 3. 100 qr xırdalanmış gicitkən kökləri, hərəsindən 50 qr atpıtrağı kökləri, kəklikotu və lavanda otu, hərəsindən 5 yarpaq sarmaşıq və oleandr qarışdırılır. Yığıntının üzərinə 1,5 litr üzüm sirkəsi əlavə olunur və ağzıbağlı qabda yarım saat bişirilir. Soyudqdan sonra süzülür və yağlı seboreya zamanı həftədə bir dəfə 3-5 dəqiqə müddətində saç diblərinə sürtülür. 4. Saç dibi dərisinin yağlı seboreya ilə zədələnməsi zamanı bir hissə palıd qabığı tozu ilə beş hissə su qarışdırılır və bişirmə hazırlanır. Bir stəkan bişirməyə az miqdarda bal əlavə olunur və asçların diblərinə sürtülür. 5. Bərabər həcmdə əzilmiş sarımsaq və xırdalanmış gicitkən yarpaqları qarışdırılır, saç dibinin dərisinə qoyulur. Üzərindən kətan dəsmal bağlanır. 20 dəqiqədən sonra saçlar tozağacı yarpaqlarının isti dəmləməsi ilə yuyulur. Belə maska quru seboreya və kəpəklənmə zamanı faydalıdır.
  • 20. Ümumi Müalicə:  Topikal müalicəyə inadçı seboreyalarda sistemik streoid və izotertinoin veriləbilər.İzotretinoin piy ifrazını azaldır.Oral olaraq ketokonazol,itrakonazol,terbinafin effektli təsir göstərir.Oral nikel və brom müalicəsi də yaxşı nəticələr verir.
  • 21. Komendonlar (Qara nöqtələr) Piy və ya keratinin tük folikulunun içini doldurması ilə əmələ gəlir.Ucu havada oksidləşdiyindən və müxtəlif tozlarla çirkləndiyindən tünd rəngdədir.Piy follikulu iltihablaşarsa,akne əmələ gələ bilər.
  • 22. Acne Vulgaris (Qapalı komedon) Akne Vulgaris tük follikulu və piy vəzlərinin xroniki iltihabi xəstəliyidir. İnsanların demək olar ki,hamısında həyatı boyunca bu və ya digər dərcədə ortaya çıxır. Ən sıx məskunlaşma yeri üzdür . Meydana gəlməsində androgen hormonlar , yağ vəzi ifrazatı (sebum ) , folikuldakı mikroblar və follikul keratinizasyasının pozulması ortaq rol oynayır. Androjenler , yağ vəzisini stimulə edərək sebum ifrazını artırır. Həddindən artıq keratin sintezi və sebum ifrazı tüklərin follikul kanalında tıxac əmələ gətirir.Ostium folliculusu-da genişləyən tıxac kliniki olaraq solğun , azca qabarıq , iynə başı ölçüsündə , çirkli ağ papula şəklində olur və qapalı komedon adlandırılır.
  • 23. Akne Vulgaris (Açık komedon) Açıq komedonlar yastı, azca qabarıq, mərkəzi qara nöqtələr şəklində görünür. Qara rəngi keratin və yağ oksidləşməsindən asılıdır.Ən sıx üz, sinə və kürəkdə yerləşir.Kiçik yaşlarda komedonlar daha çox müşahidə olunur.. Acne vulgaris müalicəsi sızanaqlar görə dəyişir. Bəzən aylarla hətta illərlə davam edə bildiyindənxəstələrin uyğunlaşması çox əhəmiyyətlidir. Tretinoin, adapalen və Benzoil peroksid istifadə edilən topik dərmanlardır. Komedonları sıxmaq dəridə qalıcı izlərə səbəb ola bilər. Yalnız komedonlar olan xəstələrdə ümumiyyətlə sistemik müalicə lazım deyil.
  • 24. Steatoma (Yağlı kista) Sebumun dəri altında tutulub toplanması nəticəsində yağlı ur ya da kist adı verilən kiçik bir düyüncük əmələ gəlir. Ölçüsü noxud dənəsi ilə bir yumurta böyüklüyü arasında tərəddüd edir. Kistalar daha çox qoltuq altı, üzdə və başda-yağ vəzləri olan hissələrdə meydana gəlir. Bəzi kistlerin ucu bir az açıqdır, burada olan turş qoxulu yağlı maddə sıxılıb çıxardıla bilər. Açıq olmayan kistalar, lokal anesteziyadan sonra yarılaraq çıxarıla bilər ancaq zərərsiz olduqları üçün çox böyük olmadıqca ya da uyğunsuz bir yerdə olmadıqca toxunulmaya bilər. Normal kosmetikadan istifadə etmək olar.
  • 25. Milia (Ağ piy vəzləri) Tük köklərinin ağzında görülən keratin və sebumun meydana gətirdiyi, kiçik, sərt, ağ rəngdəki kistalardır. Dərinin yuxarı hissəsi kisti örtdüyü üçün açıqlıq yoxdur. Zərərsizdir. Ancaq dəridə, xüsusilə də quru dəriyə sahib olan şəxslərdə gözlər ətrafında tapılır. Bir həkim ya da bir gözəllik mütəxəssisi tərəfindən sterilizə edilmiş iynə istifadə edilərək çıxarıla bilər.
  • 26. Çəhrayı sızanaq(Akne rozase) Səthi qan damarlarının davamlı genişlınməsi nəticəsində üzdə dərinin qızarması ilə təzahür olunan xroniki dermatozdur.S.T.Pavlov çəhrayı sızanağı qan damarlarının xüsusi nevrozu kimi qiymətləndirir.Qan damarların davamlı genişlənməsi nəticəsində piy vəzlərinin funksiyası artır. Adətən orta yaş və üzərindəki qadınlarda və açıq dərililərdə daha çox müşahidə olunur.Kişilərdə daha nadir görülür. Yetkinlik dövründə keçirilmiş şiddətli acne vulgaris ilə rozasenin ortaya çıxması arasında heç bir əlaqə yoxdur. Başlıca olaraq burun, yanaqlar, alın və çənədə təzahür olunur.Üzdə istilik və yanma hissinə yol aça bilir. Komedonlar, kist və sikatris olmaması, boyun və gövdəni çox nadir tutması acne vulgaristen ən əhəmiyyətli fərqidir. Müalicə:Birinci növbədə xəstəliyi törədə bilən amillər ləğv olunmalı və qidalanma qaydaya salınmalıdır.Xəstələr günəş şüalarından qorunmalı və bayıra çıxmazdan əvvəl üzünə “Луч” krem sürtməlidir.Ümumi müalicə məqsədilə fotodesenibilizəedici maddələrdən istifadə olunmalıdır. Xarici müalicə üsullarından kükürd məlhəmi,steptosid emulsiyası və səthi elektrokoaqulyasiya təyin olunur.
  • 28. Rinofima Əsl adı Rhinophyma olan xəstəlik yunan dilində olan 2 sözdən Rhis-burun,phyma- böyümə əmələ gəlmişdir. Xəstələrdə orta yaşdan sonra burun dərisi böyüyüb qalinlaşmağa başlayır, xüsusən burunun uc hissəsini əhatə edən proses bu hissədə güclü qabarma və şəkildəyişməyə səbəb olur. Bəzən isə proses burun sərhədlərini aşaraq yanaqlara yayılır. Xəstəliyə kişilərdə qadınlarda 12 dəfə çox rast gəlinir. Rinofima xəstəliyinin səbəbi dəqiq sübut olunmasa da bəzi alimlər xəstəliyi alkoqolizmlə, hormonal pozğunluqlarla, mikrob agentləri (demodex follicolorum) və irsiyyətlə əlaqələndirirlər. Xəstəliyin əlamətləri: burun dərisi qalınlaşır, dəridə damarlanma artdığından qabarıq sahə qızarıq olur, prosesə dəri infeksiyası qoşulursa ifrazat və pis qoxu meydana çıxa bilər. Histoloji olaraq Rinofima xəstəliyinin 2 növü vardır: 1 – Rosacea tipi: yağ vəziləri bu tipdə artmış olur 2 – Fibroz tipi: bu növdə yağ vəziləri burun dərisində azalmış olur.
  • 29. Müalicə: İstifadə olunan müalicə metodları aşağıdakılardır: 1 – Burun dərisinin tamamilə əməliyyat edilməsi və yaranan dəri deffektinin dəri yamağı ilə örtülməsi. 2 – Burun dərisinin hissəvi əməliyyat edilməsi (tangensial eksiziya) və yaranmış yara sahəsinin dəri yamağı örtülməsi və ya müdaxilə edilmədən sağalmasına icazə verilməsi. 3 – Dermabraziya 4 – CO2 lazer ilə yandırılma 5 – Koterizasiya
  • 30. Vitiligo  Vitiliqo xəstəliyi (latın dilində "vitium" - "qüsur") qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.  Vitiliqo, dərinin melanosit hüceyrələrinin itkisinin nəticəsidir. Bunun səbəbi naməlumdur. 4 tipi vardır: Xallar halında, yayılan, universal (bütün bədəndə), Halo Nevus.  Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.  Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır.
  • 31.  Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər  Vitiliqo probleminin əsas aktuallığı onun xəstənin psixo-sosial statusuna təsiri ilə bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi olan insanların əksəriyyəti böyük psixoloji sıxıntılar yaşayır, özünə qapanır, insanlarla ünsiyyətdən qaçırlar.
  • 32.  Bu günümüzə qədər vitiliqo xəstəliyinin əmələ gəlmə səbəbləri məlum deyil. Məhz bu səbəbdən bu xəstəliyin effektli və tamdəyərli müalicə metodları da müasir tibbdə problem olaraq hələ də qalmaqdadır. Müasir təbabət vitiliqo xəstəliyini autoimmun xəstəliklərinə aid edir.  Müalicə kompleks şəklində aparılır. Bu zaman müxtəlif qrup dərman preparatlarından istifadə olunur - kortikosteroidlər, immunopreparatlar, fermentativ preparatlar, mübadilə proseslərini stimullaşdıran preparatlar, vitaminlər və mikroelementlər, xüsusi məlhəmlər, kremlər, zərdablar və s. Lazım olduqda antidepressantlar, neyroleptiklər və s. bu kimi preparatlar istifadə oluna bilər.  Xəstəliyin müalicəsində ultrabənövşəyi şüalanma metodları böyük yer tutur. Belə müalicə zamanı müxtəlif "fotosensibilizatorlar" adlı xüsusi preparatlar istifadə olunur ki, onların köməyilə dərinin ultrabənövşəyi şülarına olan həssaslıq artır. Nəticədə isə melanoqenez - dəridə melanin piqmentinin əmələ gəlməsi prosesi də stimullaşdırılır.  Bundan əlavə müalicə zamanı lazer, təbii gün işığı istifadə olunur.  Vitiliqo xəstəliyinin cərrahi müalicə üsulları da mövcuddur.
  • 33.  Vitiliqo xəstəliyi olan insanların pəhrizində tərkibində C və B vitaminləri (sitrus meyvələri, bibər, pomidor, kartof, kələm, itburnu, qara ciyər, qarabaşaq, yulaf yarması, araxis, süd və süd məhsulları, yumurta, balıq və s.), mis mikroelementi (qoyunun qara ciyəri, pendir, noxud və s.) olan qida məhsulları böyük yer tutmalıdır.