SlideShare a Scribd company logo
1 of 12
Download to read offline
Komplement
Sistemi
Onurğalıların təbii immunitetinin
əsas komponentlərindən biri
sayılan komplement sistemini
qanda və toxuma mayesində dövr
edən, bir-biriləri ilə qarşılıqlı
təsirdə ola bilən 20-yə qədər
müxtəlif zülallar təşkil edir. Onlar
aktivləşərək yad hüceyrə və
mikroorqanizmlərin məhvində,
iltihab prosesinin yaradılmasında,
antigenlərin opsoninləşdirilərək
faqositoza uğradılmasında, immun
komplekslərinin parçalanmasında
və immunoloji reaksiyalar zamanı
limfositlərin aktivləşdirilməsində
mühüm rol oynayırlar.
Tarix
Komplement sisteminin mövcudluğu haqda ilk məlumat 1888-ci ildə
Q.Natoll tərəfindən verilmişdir. O, immunlaşdırılmamış təzə qan
plazmasının bakteriosid xassəyə malik olmasını göstərmiş və
müəyyənləşdirmişdi ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan
asılı olmayan bir faktorla bağlıdır. Lakin, Q.Natollun məlumatı o vaxtlar
alimlərin nəzər diqqətini cəlb etməmişdir. Komplement sisteminin kəşfi
və öyrənilməsi o dövrdə Parisdə İ.İ.Meçnikovun laboratoriyasında
işləyən belçikalı alim J.Bordenin adı ilə əlaqələndirilir (1895). Bu sahədə
gördüyü işlərə görə o sonralar (1919) Nobel mükafatına layiq
görülmüşdür. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi
J.Borde aleksin (lat. alexo – qoruyuram, müdafiə edirəm), P.Erlix isə
komplement (lat. complementum – tamamlamaq) adlandırmışdı. P. Erlix
tərəfindən təklif olunan, anticisimlərin antigenə qarşı mübarizəsini
tamamlamağı nəzərdə tutan komplement termini elmi ədəbiyyatda qəbul
olunub saxlanılmışdır.
Komplement sistemin komponentləri
• Komplement sisteminin zülallarının özünəməxsus nomenklaturası var.
Klassik yolun aktivləşməsində iştirak edən zülallar C simvolu (complement
sözünün ilk hərfi) ilə işarələnir və ərəb rəqəmləri ilə nömrələnir – C1 (C1 –
C1q, C1r, C1s adlanan 3 cür zülaldan təşkil olunub), C2, C3, C4, C5, C6,
C7, C8, C9 zülalları və ya komponent-ləri. Bu zülalların çoxu normal halda
qanın plazmasında dövr edən profermentlərdirlər. Komplement sisteminin
aktivləşməsi zamanı onlar hidrolizə uğrayaraq aktiv formaya – fermentlərə
çevrilirlər. Aktivləşmiş hər bir komponent ardıcıl olaraq özündən sonrakı
komponenti aktivləşdirir. Aktiv fraqmentləri qeyd
• etmək üçün onların sələf molekulalarının simvollarının üzərinə tire (defis)
işarəsi qoyulur, məs., C1r, C1s və s. Parçalanma məhsulları isə simvollara
“a” və “b” hərfləri əlavə edilməklə qeyd olunur. C2 komponentinin
fraqmentləri istisna olmaqla kiçik fraqment “a”, böyük fraqment isə “b” ilə
göstərilir. Məs., C3 parçalandıqda – kiçik C3a və böyük C3b fraqmenti
yaranır. C2 komponentindən isə – C2a böyük və C2b kiçik fraqmentləri
əmələ gəlir. Alternativ yolun aktivləşməsində iştirak edən zülalları isə
faktorlar adlandırmaq qəbul olunmuşdur. Məs., B-faktoru, D-faktoru, P-
faktoru (properdin).
• Komplement sisteminin aktivləşməsi.Komplement
sisteminin aktivləşməsi immunoloji reaksiyalarda
yaranan məhsullar və ya mikroorqanizmlərin
səthlərindəki antigenlər vasitəsilə stimulə olunur.
Aktivləşmənin iki əsas mərhələsi C3/C5-
konvertazanın formalaşması ilə nəticələnən ilk
komponentlərin (C1, C4, C2, C3) yığılması və litik
kompleksin əmələ gəlməsi ilə nəticələnən son
komponentlərin (C5b-C9) yığılması fərqləndirilir.
İlkin komponentlərin yığılmasında əsas məqsəd
komplement sisteminin mərkəzi komponenti sayılan
C3 komponentini C3a (kiçik) və C3b (böyük)
fraqmentlərə parçalayaraq onu aktivləşdirməkdir. Bu
prosesi həyata keçirən ferment kompleksi C3-
konvertaza adlanır. C3-konvertazanın formalaşması
yollarından asılı olaraq aktivləşmənin klassik,
alternativ və bir də son zamanlarda aşkar edilmiş
lektin (C1-şunt) yolları müəyyən edilir. Klassik yolun
yığılmasında Ca2+ və Mg2+, alternativ yolun
yığılmasında isə yalnız Mg2+ tələb olunduğundan
onları in vitro-da asanlıqla fərqləndirmək olur.
• Klassik yolun aktivləşməsi. Komplement sisteminin aktivləşməsinin klassik yolu C1
komponentinin yad hüceyrə və mikroorqanizmlərin səthində yaranan antigen-anticisim
kompleksi ilə birləşərək aktivləşməsi sayəsində başlanır. Birləşmə yalnız o vaxt baş verir ki,
kompleksdə anticisimlər İgM və İgG molekulları ilə təmsil olunsunlar. İgA, İgE və İgD bu cür
xüsusiyyətə malik deyillər. İgG molekullarının də yalnız İgG1, İgG2 və İgG3 yarım sinfinə aid
olanları (insanda) bu aktivləşmədə iştirak edə bilir, İgG4 molekulları isə etmir.
• C1 komponenti qan zərdabında bir C1q, iki C1r və iki C1s molekullarından təşkil olunmuş
kompleks zülal şəklində olur. Kompleksin formalaşması Ca2+ iştirakı ilə gedir.
• Bütün bu proseslərin C1 komponenti səviyyəsində baş
• verdiyinə görə yaranmış C1q2C1r2C1s kompleksi C1-esteraza adlanır. Bu kompleksdə serin
proteaza aktivliyi C1s-ə məxsus olur.
• C1-esteraza çoxlu miqdarda C4-komponentini parçaladığına görə onun ətrafında hüceyrə
səthində C4b molekulasının klasteri yaranır və aktivləşmənin bu mərhələsində komplementin
kaskadının yığılmasının kəskin güclənməsi baş verir. Hüceyrə səthi ilə birləşmiş C4b özünə C2-
komponentini birləşdirir. C4bC2 kompleksində C2 C1s-in substratına çevrilir və onun katalitik
təsiri sayəsində C2 zülalı ətraf mühitə ötürülən kiçik C2b (30 kDa) və kompleksin tərkibində
qalan böyük C2a (87 kDa) fraqmentlərinə parçalanır. Nəticədə yad hüceyrə səthində serin
proteaza aktivliyinə malik olan və klassik yolun C3-konvertazası adlanan labil C4bC2a
kompleksi yaranır
• C3-konvertaza klassik və alternativ yolların mərkəzi komponenti sayılan C3-komponentini
aktivləşdirir.C3a fraqmenti anafilatoksik aktivliyə,C3b fraqmenti isə bəzi mikroorqanizmlərin
səthi molekullarına birləşmək qabiliyyətinə malikdir.
• Alternativ yolun aktivləşməsi. Alternativ yolun aktivləşməsinin mövcudluğu ilk
dəfə 1954-cü ildə L.Pillemer və əməkdaşları tərəfindən properdinin tapılması və
onun xüsusiyyətlərinin öyrənilməsi prosesində aşkar olunmuş, lakin onun kəşfi
alimlər tərəfindən düzgün başa düşülmədiyindən qəbul olunmamış və tezliklə
unudulmuşdur. Yalnız 16 il sonra, 1970-ci ildə C4 komponentindən məhrum dəniz
donuzunun tapılmasından sonra məlum olmuşdur ki, komplement sisteminin
aktivləşməsi klassik yoldan fərqlənən digər bir yolla, tamamilə başqa zülalların
iştirakı ilə də yerinə yetirilə bilir. Sonralar aktivləşmənin bu yeni yolu komplement
sisteminin aktivləşməsinin alternativ yolu adlandırıldı. Sistemin aktivləşməsinin
inisiasiyası C3 komponentindən başlayır. Qeyd olunduğu kimi, C3 komponentinin
nativ molekulu qeyri-stabil tioefir rabitəsinə malikdir. Mühitdəki suyun təsirindən
onun molekulasının az bir qismi (tioefir rabitələri nisbətən açıq konformasiyada
olan formaları) hidrolizə uğrayaraq quruluş və xassələrinə görə C3b-yə oxşar C3bi
adlanan fraqmentlər əmələ gətirir, yəni C3 komponenti spontan olaraq (öz-özünə)
aktivləşir. C3bi B-faktoru ilə birləşir və C3biB kompleksi yaranır. Əmələ gəlmiş
C3bBb kompleksi özünə əlavə olaraq C3b molekulları birləşdirir (klassik C3-
konvertazadakı kimi) və C5-konvertaza ((C3b)nBb) aktivliyi qazanır. Bu
kompleksdə katalitik aktivlik yenə də Bb fraqmentinə məxsusdur, C3b isə köməkçi
rol oynayır. Komplementin komponentlərinin yığılmasının sonrakı mərhələləri
aktivləşmənin bütün yollarında eynidir.
Tənzim mexanizmi
• Komplement sisteminə həmçinin sistemin aktivliyini tənzimləyən bir sıra
requlyator zülallar da aiddirlər. Onların adlandırılmasında həm hərfi
simvollardan (H faktor, İ faktor), həm də onların funksional aktivliklərini
ifa edən sözlərin abbreviaturasından istifadə olunur (DAF – decay
accelerating factor, yəni dissosiasiyanı sürətləndirən faktor). Komplement
sisteminin əsas komponentlərinin xarakteristikası aşağıdakı cədvəldə
göstərilmişdir. Komplementin komponentlərinin və onların fraqmentlərinin
xüsusi reseptorlar sisteminə malik olması onlara immun sisteminin digər
komponentləri ilə əlaqə yaratmağa imkan verir. Bu reseptorlar adətən
birləşdirdikləri liqandların abbreviaturalarına uyğun olaraq (məs., C3a –
reseptoru, C3b – reseptoru, C5a – reseptoru və s.), yaxud da CD
nomenklaturasına görə (məs., CD55, CD35, CD21) adlandırılırlar. C3
komponentinin fraqmentləri üçün ədəbiyyatda üçüncü bir nomenklatura –
CR-reseptorları (complement reseptor) da mövcuddur. Bu resseptorların 4
tipi – CR1, CR2, CR3, CR4 fərqləndirilir. Ona görə də müasir ədəbiyyatda
eyni bir reseptorun 3 cür sinoniminə rast gəlinir. Məs., C3b-reseptoru
həmçinin CR1 və CD 35 adını daşıyır.
Təkamül nöqteyi-nəzərindən
• Təkamül nöqteyi nəzərdən alternativ yolun aktivləşməsi digər yolların
aktivləşməsindən daha qədim hesab olunur. Onun klassik yoldan
funksional fərqi orqanizmə daxil olmuş patogenə qarşı cavab reaksiyasının
dərhal başlanmasıdır. Çünki, bu halda klassik yolun aktivləşməsindəki B-
limfositləri tərəfindən xüsusi İg molekullarının sintez edilməsi üçün tələb
olunan bir neçə günlük vaxta ehtiyac qalmır. Digər tərəfdən, anadangəlmə
immunitetlə qazanılmış immuniteti əlaqələndirən klassik yol alternativ yola
nisbətən immunoloji cavabın daha təkmil və effektiv yolu sayılır. Görünür
ki, təkamül prosesində bütün onurğalılarda alternativ yolun saxlanılmasının
bioloji mənası onun klassik yol işə düşənə qədər patogenə qarşı ilkin
müdafiəni təmin etməsi, klassik yol aktivləşdikdən sonra isə ona kömək
etməsindən ibarətdir.
Bioloji əhəmiyyəti
1.Ag-nin sitolizi və bakteriolizi baş verir.
2.Anafilotoksinlərin əmələ gəlməsi.
3.Faqositlərin aktivləşməsi.
4.Virusların neytrallaşması
Qocalma prosesindəki rolu
• Yaponiyadakı Osaka Universitetinin alimləri insan orqanizmindəki
komplement sistemindəki zülallardan birinin qocalma prosesinə birbaşa
təsir etdiyini aşkarlayıblar. Bu zülala təsir etməyi bacaran alimlər insan
orqanizmində qocalma prosesini praktiki olaraq tam dayandırmağın yolunu
tapıblar.
• Milli.Az “The Daily Caller“ə istinadən bildirir ki, yapon alimlər
araşdırmalar zamanı C1q zülalının hüceyrələrdəki qocalma prosesinə
birbaşa təsir etdiyini anlayıblar. Halbuki indiyədək həmin zülalın insan
komplementindəki başqa zülallar təki orqanizmin yad agentlərdən
qorunması və immun sisteminin formalaşdırılmasına xidmət etdiyi
düşünülürdü.
İstinadlar:
1.A.A.Əyyubova,G.M.Nəsrullayeva-Klinik
İmmunologiya-”Bakı 2011”
2.http://immunologiya.wordpress.com/2011/11/0
4/komplement-sisteminin-alternativ-yolu/
3. http://gunxeber.com/?p=13691

More Related Content

What's hot

Hypersensitivity by Dr. Rakesh Prasad Sah
Hypersensitivity by Dr. Rakesh Prasad SahHypersensitivity by Dr. Rakesh Prasad Sah
Hypersensitivity by Dr. Rakesh Prasad SahDr. Rakesh Prasad Sah
 
Лекція 4. Імунологічні аспекти автоімунних захворювань
Лекція 4. Імунологічні аспекти автоімунних захворюваньЛекція 4. Імунологічні аспекти автоімунних захворювань
Лекція 4. Імунологічні аспекти автоімунних захворюваньYuriy Korsak
 
Мэдрэлийн системийн халдварын шалтгаант өвчнүүд
Мэдрэлийн системийн халдварын шалтгаант өвчнүүдМэдрэлийн системийн халдварын шалтгаант өвчнүүд
Мэдрэлийн системийн халдварын шалтгаант өвчнүүдМөнхтуул Г
 
Cell Injury And Cell Death (2006)(1)
Cell  Injury And  Cell  Death (2006)(1)Cell  Injury And  Cell  Death (2006)(1)
Cell Injury And Cell Death (2006)(1)axix
 
Эрүүл Зүрх Эрүүл Улаанбаатар
Эрүүл Зүрх Эрүүл УлаанбаатарЭрүүл Зүрх Эрүүл Улаанбаатар
Эрүүл Зүрх Эрүүл УлаанбаатарMuzzy Muzzy
 
Community acquired pneumonia
Community acquired pneumoniaCommunity acquired pneumonia
Community acquired pneumoniaNomin21
 
Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)ATB
 
бодисын солилцооны хам шинж
бодисын солилцооны хам шинжбодисын солилцооны хам шинж
бодисын солилцооны хам шинжМөнхтуул Г
 
доод мөчдийн гэмтэл
доод мөчдийн гэмтэлдоод мөчдийн гэмтэл
доод мөчдийн гэмтэлNurdaulet Kupjasar
 
Boornii dutagdal yaraltai tuslamj
Boornii dutagdal yaraltai tuslamjBoornii dutagdal yaraltai tuslamj
Boornii dutagdal yaraltai tuslamjnytt103103
 
хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо
хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо
хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо dulmaa munkhbat
 
Mechanisms of autoimmunity
Mechanisms of autoimmunityMechanisms of autoimmunity
Mechanisms of autoimmunityahmet varis
 
General pathology lecture 5 inflammation & repair
General pathology lecture 5 inflammation & repairGeneral pathology lecture 5 inflammation & repair
General pathology lecture 5 inflammation & repairLheanne Tesoro
 

What's hot (20)

клінічна імунологія та алергологія г.м. дранік, о.с. прилуцький, ю.і. бажора ...
клінічна імунологія та алергологія г.м. дранік, о.с. прилуцький, ю.і. бажора ...клінічна імунологія та алергологія г.м. дранік, о.с. прилуцький, ю.і. бажора ...
клінічна імунологія та алергологія г.м. дранік, о.с. прилуцький, ю.і. бажора ...
 
pathology - Hematology
pathology - Hematology pathology - Hematology
pathology - Hematology
 
Hypersensitivity by Dr. Rakesh Prasad Sah
Hypersensitivity by Dr. Rakesh Prasad SahHypersensitivity by Dr. Rakesh Prasad Sah
Hypersensitivity by Dr. Rakesh Prasad Sah
 
6. autoimmune diseases
6. autoimmune diseases6. autoimmune diseases
6. autoimmune diseases
 
Лекція 4. Імунологічні аспекти автоімунних захворювань
Лекція 4. Імунологічні аспекти автоімунних захворюваньЛекція 4. Імунологічні аспекти автоімунних захворювань
Лекція 4. Імунологічні аспекти автоімунних захворювань
 
Мэдрэлийн системийн халдварын шалтгаант өвчнүүд
Мэдрэлийн системийн халдварын шалтгаант өвчнүүдМэдрэлийн системийн халдварын шалтгаант өвчнүүд
Мэдрэлийн системийн халдварын шалтгаант өвчнүүд
 
Cell Injury And Cell Death (2006)(1)
Cell  Injury And  Cell  Death (2006)(1)Cell  Injury And  Cell  Death (2006)(1)
Cell Injury And Cell Death (2006)(1)
 
Эрүүл Зүрх Эрүүл Улаанбаатар
Эрүүл Зүрх Эрүүл УлаанбаатарЭрүүл Зүрх Эрүүл Улаанбаатар
Эрүүл Зүрх Эрүүл Улаанбаатар
 
Inflammation 6
Inflammation 6Inflammation 6
Inflammation 6
 
ACUTE INFLAMMATION
ACUTE INFLAMMATION ACUTE INFLAMMATION
ACUTE INFLAMMATION
 
Community acquired pneumonia
Community acquired pneumoniaCommunity acquired pneumonia
Community acquired pneumonia
 
Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)Birincili immun çatışmazlıq(pptx)
Birincili immun çatışmazlıq(pptx)
 
бодисын солилцооны хам шинж
бодисын солилцооны хам шинжбодисын солилцооны хам шинж
бодисын солилцооны хам шинж
 
доод мөчдийн гэмтэл
доод мөчдийн гэмтэлдоод мөчдийн гэмтэл
доод мөчдийн гэмтэл
 
Boornii dutagdal yaraltai tuslamj
Boornii dutagdal yaraltai tuslamjBoornii dutagdal yaraltai tuslamj
Boornii dutagdal yaraltai tuslamj
 
хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо
хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо
хавсаргын тогтолцоо салстн хамгаалах тогтолцоо
 
спірометрія 2013
спірометрія 2013спірометрія 2013
спірометрія 2013
 
Mechanisms of autoimmunity
Mechanisms of autoimmunityMechanisms of autoimmunity
Mechanisms of autoimmunity
 
хуурамч үе
хуурамч үехуурамч үе
хуурамч үе
 
General pathology lecture 5 inflammation & repair
General pathology lecture 5 inflammation & repairGeneral pathology lecture 5 inflammation & repair
General pathology lecture 5 inflammation & repair
 

More from ATB

Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)ATB
 
II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)ATB
 
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)ATB
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
ElastoqrafiyaATB
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
ElastoqrafiyaATB
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnekATB
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnekATB
 
Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇ATB
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)ATB
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluATB
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriATB
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiATB
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiriATB
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiATB
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiATB
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıATB
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarATB
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizATB
 
Seboreya
SeboreyaSeboreya
SeboreyaATB
 
Kandidozlar
KandidozlarKandidozlar
KandidozlarATB
 

More from ATB (20)

Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)
 
II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)II, III, IV tip allergik reaksiyalar(pptx)
II, III, IV tip allergik reaksiyalar(pptx)
 
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
IV tip yüksəkhəssaslıq reaksiyaları(pptx)
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
Elastoqrafiya
 
Elastoqrafiya
ElastoqrafiyaElastoqrafiya
Elastoqrafiya
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnek
 
Genel cerrahi örnek
Genel cerrahi örnekGenel cerrahi örnek
Genel cerrahi örnek
 
Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləri
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiri
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmi
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırması
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalar
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve biz
 
Seboreya
SeboreyaSeboreya
Seboreya
 
Kandidozlar
KandidozlarKandidozlar
Kandidozlar
 

Komplement sistemi

  • 2. Onurğalıların təbii immunitetinin əsas komponentlərindən biri sayılan komplement sistemini qanda və toxuma mayesində dövr edən, bir-biriləri ilə qarşılıqlı təsirdə ola bilən 20-yə qədər müxtəlif zülallar təşkil edir. Onlar aktivləşərək yad hüceyrə və mikroorqanizmlərin məhvində, iltihab prosesinin yaradılmasında, antigenlərin opsoninləşdirilərək faqositoza uğradılmasında, immun komplekslərinin parçalanmasında və immunoloji reaksiyalar zamanı limfositlərin aktivləşdirilməsində mühüm rol oynayırlar.
  • 3. Tarix Komplement sisteminin mövcudluğu haqda ilk məlumat 1888-ci ildə Q.Natoll tərəfindən verilmişdir. O, immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid xassəyə malik olmasını göstərmiş və müəyyənləşdirmişdi ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin, Q.Natollun məlumatı o vaxtlar alimlərin nəzər diqqətini cəlb etməmişdir. Komplement sisteminin kəşfi və öyrənilməsi o dövrdə Parisdə İ.İ.Meçnikovun laboratoriyasında işləyən belçikalı alim J.Bordenin adı ilə əlaqələndirilir (1895). Bu sahədə gördüyü işlərə görə o sonralar (1919) Nobel mükafatına layiq görülmüşdür. Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde aleksin (lat. alexo – qoruyuram, müdafiə edirəm), P.Erlix isə komplement (lat. complementum – tamamlamaq) adlandırmışdı. P. Erlix tərəfindən təklif olunan, anticisimlərin antigenə qarşı mübarizəsini tamamlamağı nəzərdə tutan komplement termini elmi ədəbiyyatda qəbul olunub saxlanılmışdır.
  • 4. Komplement sistemin komponentləri • Komplement sisteminin zülallarının özünəməxsus nomenklaturası var. Klassik yolun aktivləşməsində iştirak edən zülallar C simvolu (complement sözünün ilk hərfi) ilə işarələnir və ərəb rəqəmləri ilə nömrələnir – C1 (C1 – C1q, C1r, C1s adlanan 3 cür zülaldan təşkil olunub), C2, C3, C4, C5, C6, C7, C8, C9 zülalları və ya komponent-ləri. Bu zülalların çoxu normal halda qanın plazmasında dövr edən profermentlərdirlər. Komplement sisteminin aktivləşməsi zamanı onlar hidrolizə uğrayaraq aktiv formaya – fermentlərə çevrilirlər. Aktivləşmiş hər bir komponent ardıcıl olaraq özündən sonrakı komponenti aktivləşdirir. Aktiv fraqmentləri qeyd • etmək üçün onların sələf molekulalarının simvollarının üzərinə tire (defis) işarəsi qoyulur, məs., C1r, C1s və s. Parçalanma məhsulları isə simvollara “a” və “b” hərfləri əlavə edilməklə qeyd olunur. C2 komponentinin fraqmentləri istisna olmaqla kiçik fraqment “a”, böyük fraqment isə “b” ilə göstərilir. Məs., C3 parçalandıqda – kiçik C3a və böyük C3b fraqmenti yaranır. C2 komponentindən isə – C2a böyük və C2b kiçik fraqmentləri əmələ gəlir. Alternativ yolun aktivləşməsində iştirak edən zülalları isə faktorlar adlandırmaq qəbul olunmuşdur. Məs., B-faktoru, D-faktoru, P- faktoru (properdin).
  • 5. • Komplement sisteminin aktivləşməsi.Komplement sisteminin aktivləşməsi immunoloji reaksiyalarda yaranan məhsullar və ya mikroorqanizmlərin səthlərindəki antigenlər vasitəsilə stimulə olunur. Aktivləşmənin iki əsas mərhələsi C3/C5- konvertazanın formalaşması ilə nəticələnən ilk komponentlərin (C1, C4, C2, C3) yığılması və litik kompleksin əmələ gəlməsi ilə nəticələnən son komponentlərin (C5b-C9) yığılması fərqləndirilir. İlkin komponentlərin yığılmasında əsas məqsəd komplement sisteminin mərkəzi komponenti sayılan C3 komponentini C3a (kiçik) və C3b (böyük) fraqmentlərə parçalayaraq onu aktivləşdirməkdir. Bu prosesi həyata keçirən ferment kompleksi C3- konvertaza adlanır. C3-konvertazanın formalaşması yollarından asılı olaraq aktivləşmənin klassik, alternativ və bir də son zamanlarda aşkar edilmiş lektin (C1-şunt) yolları müəyyən edilir. Klassik yolun yığılmasında Ca2+ və Mg2+, alternativ yolun yığılmasında isə yalnız Mg2+ tələb olunduğundan onları in vitro-da asanlıqla fərqləndirmək olur.
  • 6. • Klassik yolun aktivləşməsi. Komplement sisteminin aktivləşməsinin klassik yolu C1 komponentinin yad hüceyrə və mikroorqanizmlərin səthində yaranan antigen-anticisim kompleksi ilə birləşərək aktivləşməsi sayəsində başlanır. Birləşmə yalnız o vaxt baş verir ki, kompleksdə anticisimlər İgM və İgG molekulları ilə təmsil olunsunlar. İgA, İgE və İgD bu cür xüsusiyyətə malik deyillər. İgG molekullarının də yalnız İgG1, İgG2 və İgG3 yarım sinfinə aid olanları (insanda) bu aktivləşmədə iştirak edə bilir, İgG4 molekulları isə etmir. • C1 komponenti qan zərdabında bir C1q, iki C1r və iki C1s molekullarından təşkil olunmuş kompleks zülal şəklində olur. Kompleksin formalaşması Ca2+ iştirakı ilə gedir. • Bütün bu proseslərin C1 komponenti səviyyəsində baş • verdiyinə görə yaranmış C1q2C1r2C1s kompleksi C1-esteraza adlanır. Bu kompleksdə serin proteaza aktivliyi C1s-ə məxsus olur. • C1-esteraza çoxlu miqdarda C4-komponentini parçaladığına görə onun ətrafında hüceyrə səthində C4b molekulasının klasteri yaranır və aktivləşmənin bu mərhələsində komplementin kaskadının yığılmasının kəskin güclənməsi baş verir. Hüceyrə səthi ilə birləşmiş C4b özünə C2- komponentini birləşdirir. C4bC2 kompleksində C2 C1s-in substratına çevrilir və onun katalitik təsiri sayəsində C2 zülalı ətraf mühitə ötürülən kiçik C2b (30 kDa) və kompleksin tərkibində qalan böyük C2a (87 kDa) fraqmentlərinə parçalanır. Nəticədə yad hüceyrə səthində serin proteaza aktivliyinə malik olan və klassik yolun C3-konvertazası adlanan labil C4bC2a kompleksi yaranır • C3-konvertaza klassik və alternativ yolların mərkəzi komponenti sayılan C3-komponentini aktivləşdirir.C3a fraqmenti anafilatoksik aktivliyə,C3b fraqmenti isə bəzi mikroorqanizmlərin səthi molekullarına birləşmək qabiliyyətinə malikdir.
  • 7. • Alternativ yolun aktivləşməsi. Alternativ yolun aktivləşməsinin mövcudluğu ilk dəfə 1954-cü ildə L.Pillemer və əməkdaşları tərəfindən properdinin tapılması və onun xüsusiyyətlərinin öyrənilməsi prosesində aşkar olunmuş, lakin onun kəşfi alimlər tərəfindən düzgün başa düşülmədiyindən qəbul olunmamış və tezliklə unudulmuşdur. Yalnız 16 il sonra, 1970-ci ildə C4 komponentindən məhrum dəniz donuzunun tapılmasından sonra məlum olmuşdur ki, komplement sisteminin aktivləşməsi klassik yoldan fərqlənən digər bir yolla, tamamilə başqa zülalların iştirakı ilə də yerinə yetirilə bilir. Sonralar aktivləşmənin bu yeni yolu komplement sisteminin aktivləşməsinin alternativ yolu adlandırıldı. Sistemin aktivləşməsinin inisiasiyası C3 komponentindən başlayır. Qeyd olunduğu kimi, C3 komponentinin nativ molekulu qeyri-stabil tioefir rabitəsinə malikdir. Mühitdəki suyun təsirindən onun molekulasının az bir qismi (tioefir rabitələri nisbətən açıq konformasiyada olan formaları) hidrolizə uğrayaraq quruluş və xassələrinə görə C3b-yə oxşar C3bi adlanan fraqmentlər əmələ gətirir, yəni C3 komponenti spontan olaraq (öz-özünə) aktivləşir. C3bi B-faktoru ilə birləşir və C3biB kompleksi yaranır. Əmələ gəlmiş C3bBb kompleksi özünə əlavə olaraq C3b molekulları birləşdirir (klassik C3- konvertazadakı kimi) və C5-konvertaza ((C3b)nBb) aktivliyi qazanır. Bu kompleksdə katalitik aktivlik yenə də Bb fraqmentinə məxsusdur, C3b isə köməkçi rol oynayır. Komplementin komponentlərinin yığılmasının sonrakı mərhələləri aktivləşmənin bütün yollarında eynidir.
  • 8. Tənzim mexanizmi • Komplement sisteminə həmçinin sistemin aktivliyini tənzimləyən bir sıra requlyator zülallar da aiddirlər. Onların adlandırılmasında həm hərfi simvollardan (H faktor, İ faktor), həm də onların funksional aktivliklərini ifa edən sözlərin abbreviaturasından istifadə olunur (DAF – decay accelerating factor, yəni dissosiasiyanı sürətləndirən faktor). Komplement sisteminin əsas komponentlərinin xarakteristikası aşağıdakı cədvəldə göstərilmişdir. Komplementin komponentlərinin və onların fraqmentlərinin xüsusi reseptorlar sisteminə malik olması onlara immun sisteminin digər komponentləri ilə əlaqə yaratmağa imkan verir. Bu reseptorlar adətən birləşdirdikləri liqandların abbreviaturalarına uyğun olaraq (məs., C3a – reseptoru, C3b – reseptoru, C5a – reseptoru və s.), yaxud da CD nomenklaturasına görə (məs., CD55, CD35, CD21) adlandırılırlar. C3 komponentinin fraqmentləri üçün ədəbiyyatda üçüncü bir nomenklatura – CR-reseptorları (complement reseptor) da mövcuddur. Bu resseptorların 4 tipi – CR1, CR2, CR3, CR4 fərqləndirilir. Ona görə də müasir ədəbiyyatda eyni bir reseptorun 3 cür sinoniminə rast gəlinir. Məs., C3b-reseptoru həmçinin CR1 və CD 35 adını daşıyır.
  • 9. Təkamül nöqteyi-nəzərindən • Təkamül nöqteyi nəzərdən alternativ yolun aktivləşməsi digər yolların aktivləşməsindən daha qədim hesab olunur. Onun klassik yoldan funksional fərqi orqanizmə daxil olmuş patogenə qarşı cavab reaksiyasının dərhal başlanmasıdır. Çünki, bu halda klassik yolun aktivləşməsindəki B- limfositləri tərəfindən xüsusi İg molekullarının sintez edilməsi üçün tələb olunan bir neçə günlük vaxta ehtiyac qalmır. Digər tərəfdən, anadangəlmə immunitetlə qazanılmış immuniteti əlaqələndirən klassik yol alternativ yola nisbətən immunoloji cavabın daha təkmil və effektiv yolu sayılır. Görünür ki, təkamül prosesində bütün onurğalılarda alternativ yolun saxlanılmasının bioloji mənası onun klassik yol işə düşənə qədər patogenə qarşı ilkin müdafiəni təmin etməsi, klassik yol aktivləşdikdən sonra isə ona kömək etməsindən ibarətdir.
  • 10. Bioloji əhəmiyyəti 1.Ag-nin sitolizi və bakteriolizi baş verir. 2.Anafilotoksinlərin əmələ gəlməsi. 3.Faqositlərin aktivləşməsi. 4.Virusların neytrallaşması
  • 11. Qocalma prosesindəki rolu • Yaponiyadakı Osaka Universitetinin alimləri insan orqanizmindəki komplement sistemindəki zülallardan birinin qocalma prosesinə birbaşa təsir etdiyini aşkarlayıblar. Bu zülala təsir etməyi bacaran alimlər insan orqanizmində qocalma prosesini praktiki olaraq tam dayandırmağın yolunu tapıblar. • Milli.Az “The Daily Caller“ə istinadən bildirir ki, yapon alimlər araşdırmalar zamanı C1q zülalının hüceyrələrdəki qocalma prosesinə birbaşa təsir etdiyini anlayıblar. Halbuki indiyədək həmin zülalın insan komplementindəki başqa zülallar təki orqanizmin yad agentlərdən qorunması və immun sisteminin formalaşdırılmasına xidmət etdiyi düşünülürdü.