SlideShare a Scribd company logo
1 of 19
ŞƏKƏRLİ DİABET VƏ VƏRƏM
ABBASƏLİZADƏ XƏYALƏ 74 A
MPF 1
ŞƏKƏRLİ DİABET • Şəkərin qanda xroniki artımıdır. Diabetlə
əlaqəli ağırlaşmalarin hamısının səbəbi
qlükozanın qanda yüksək olmasıdır.
• Hazırda dünyada 240 milyondan çox
insan bu xəstəlikdən əziyyət çəkir. Hər il
yer üzündə vəfat edən insanların 5 faizi
məhz diabet nəticəsində dünyasını
dəyişir. Təcili tədbirlər görülməsə, bu
rəqəmin növbəti 10 ildə 50 faizə qədər
artacağı ehtimal olunur.
• Şəkərli diabetin yüksək artımı eyni
zamanda onun yaratdığı tibbi, sosial,
iqtisadi, psixoloji və digər problemləri də
çox qabardır. 2006-cı ildə ümumdünya
səhiyyə təşkilatı xüsusi bəyannamə qəbul
edib və bu sənəddə şəkərli diabeti "ağır
xroniki xəstəlik" kimi səciyyələndirib.
VƏRƏM
• Vərəm — yoluxucu xəstəlikdir.. Ümumdünya Səhiyyə Təşkilatının
rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm
xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il
3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən
ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir.
XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş
verirdi.
• Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın
vərəmli xəstə var.
• Vərəmi «tuberkulozis» də adlandırırlar.
ŞƏKƏRLİ DİABET VƏ VƏRƏM
• Vərəmin şəkərli diabetlə birgə inkişafı zamanı
xəstələrin 90%-ə qədərində əvvəlcə şəkərli diabet
başlayır və bunun fonunda müxtəlif dövrlərdə
vərəm xəstəliyi inkişaf edir. Əgər xəstəliyin hər
ikisi eyni zamanda aşkar olunursa, çox güman
ki, gizli subklinik stadiyada olan şəkərli diabet
xəstəliyinin kəskinləşməsinə səbəb bu xəstəliyə
qoşulmuş vərəm infeksiyasıdır. Vərəm şəkərli
diabetin ən ciddi ağırlaşmalarından biridir. O,
xəstəliyin gedişini daha da çətinləşdirir.
• Şəkərli diabetə düçar olmuş xəstələr arasında vərəm
xəstəliyinə şəkərli diabeti olmayanlardan 5-6 dəfə çox rast
gəlinir. Bir sıra vərəmli xəstələrdə şəkərli diabet gizli
surətdə, latent formada olur və vərəm şiddətlənərsə,
sonralar diabet də üzə çıxa bilər. Şəkərli diabetli
xəstələrdə vərəm ikincili olur. Bu, vərəmdən sonra
ağciyərlərdə və döş limfa düyünlərindəki qalıq
dəyişikliklərin kəskinləşməsi nəticəsində üzə çıxır.
Diabetli xəstələrdə ağır formalı vərəm xəstəliyinin əmələ
gəlməsi orqanizmin təbii müqavimətinin əsasını təşkil
edən və şəkərdə müşahidə olunan leykositlərin faqositar
aktivliyinin aşağı düşməsi, immunoloji göstəricilərin
zəifliyi, fermentlərin disbalansı, maddələr mübadiləsinin
pozulması ilə əlaqədardır.
IMMUNITET
• Vərəm xəstəliyi diabet nəticəsində təbii
müqaviməti infeksiyalara qarşı zəifləmiş,
antitelləri və antitoksinləri hazırlama qabiliyyəti
aşağı düşmüş orqanizmdə yaranır. Belə hallarda
vərəmin yaranmasına kompensasiya olunmamış
və yaxud da müalicə olunmamış diabet səbəb
olur.
VƏRƏMIN FORMASI
• Şəkərli diabetli xəstələrdə
vərəm prosesinin, əsasən,
parçalanmaya və
səpələnməyə meyilli olan
ekksudativ forması
inkişaf edir. Reperativ
proseslər ağır şəkərli
diabetdə natamam olur.
Buna görə də ocaqların
kapsulasında, kavernalrın
divarında qranulyasiyalar
birləşdirici toxumaya
transformasiya etmirlər.
GEDIŞI
• Erkən aşkar olunmuş vərəm
xəstəliyi diabet fonunda
xoşxassəli gedişə malik olur.
Vərəm xəstəliyinin ağır
keçməsinə və şiddətlənməyə
meyilli olmasına əsas səbəb
diabetin düzgün aparılmayan
müalicəsi və yaxud da vərəmin
gec aşkar olunmasıdır. Bu
zaman əsas əlamətlər zəiflik,
iştahanın pisləşməsi, bədən
çəkisinin azalması və diabet
əlamətlərinin inkişaf
etməsidir.
Obyektiv müayinə
• Obyektiv müayinə
zamanı xəstənin
dilinin və dərisinin
quruluğu, arıqlama və
furunkulyoz diqqəti
cəlb etməlidir.
Damar zədələnmələri • Diabetik
polinevriti aşkar
edilir. Damarların
sistem şəklində
zədələnməsi
şəkərli diabet
zamanı
aterosklerozun,
qlomeruloskleroz
un və
retinopatiyanın
erkən
yaranmasına
dəlalət edir.
Ocaqlı vərəm
• Bu zaman obyektiv müayinələrdə elə bir
dəyişiklik aşkar edilmir, ancaq yayılmış
ekksudativ proseslər üçün perkutor səsin
qısalması, yaş xırıltılar isə əsas etibarilə vərəmin
destruktiv formalarında eşidilir.
Kazeoz sətəlcəm
• Kazeoz sətəlcəm
perkutor səsin
kəskin zəifləməsinə
və müxtəlif kalibrili
yaş xırıltıların əmələ
gəlməsinə səbəb
olur.
Tuberkulin sınaqları
• Tuberkulin sınaqları,
adətən, hiperergik olur.
Bununla belə, vərəmin
xroniki formasının inkişafı
ilə (fibrinoz-kavernoz,
səpələnmiş) orqanizmin
müqavimət qüvvələri
zəifləyir və tuberkulin
sınaqlarının da zəifləməsinə
səbəb olur.
Maddələr mübadiləsi
• Diabetlə yanaşı gedən vərəm zamanı pozulmuş
maddələr mübadiləsi tədricən normallaşır və
vərəm intoksikasiyası da uzun müddət çəkir.
Ağciyərdəki destruksiyalar gec sağalır. Bu, MSS-
in funksiyasının və immunitetin zəifləməsi,
hipotalamo-hipofizar-böyrəküstü sisteminin
funksiyasının dəyişməsi, birləşdirici toxuma
aktivliyinin zəifləməsi ilə izah olunur.
Diabetin gedişi
• Vərəm xəstəliyi diabet
xəstəliyinə qoşularkən
onun gedişini daha da
ağırlaşdırır. Xəstələrin
qanında şəkərin səviyyəsi
yuxarı qalxır, diurez və
qlükozuriya artır, asidoz
inkişaf edir. Maddələr
mübadiləsinin pozulması
sutkalıq şəkərin qanda
dəyişməsinə, ağızda
quruluğa, susuzluq
hissiyyatının yaranmasına
və tez-tez sidik ifrazına
səbəb olur.
Qanın müayinəsi
• Xəstələrin qanının müayinəsində vərəm üçün
xarakterik dəyişikliklər olur. Ancaq şəkərli
diabetin ağır formaları üçün xarakterik
dəyişikliklər olur.
Müalicə
• Müalicənin əsas məqsədi pozulmuş maddələr
mübadiləsinin normaya salınması və diabetin
kompensasiya olunmasıdır. Fizioloji dieta və diabet
əleyhinə optimal müalicə şərtdir. Uzunmüddətli
vərəməleyhinə kimyəvi terapiyanın aparılması
məsləhətdir. Vitaminlər, lipidlər, zülallar mütləqdir.
• Fizioloji dieta kalorili olmalıdır, həm də tərkibində
karbohidratların, zülalların, yağların və vitaminlərin
olması vacibdir. Çəki defisiti ilə daxil olmuş
xəstələrdə təkcə enerji itkisi ödənməməli, həm də
itirilmiş çəkinin bərpası aparılmalıdır.
Vərəmə qarşı
• Daha güclü vərəməleyhinə
kombinasiyalar seçilməlidir (izoniazid,
rifampisin, etambutol və s.). Izonikotin
turşusu preparatları orqanizmin
karbohidratlarına tolerantlığını zəiflədə
bilər. Belə hallarda insulinin dozası
artırılmalıdır. Tibon preparatı
qaraciyərə toksiki təsir etdiyindən belə
xəstələrdə istifadə olunması məsləhət
deyil.
Diqqətinizə görə təşəkkürlər

More Related Content

What's hot

Hydrogen recovery from purge gas(energy saving)
Hydrogen recovery from purge gas(energy saving)Hydrogen recovery from purge gas(energy saving)
Hydrogen recovery from purge gas(energy saving)Prem Baboo
 
COPD COMPLETE POWER POINT AS PER GOLD....
COPD COMPLETE POWER POINT AS PER GOLD....COPD COMPLETE POWER POINT AS PER GOLD....
COPD COMPLETE POWER POINT AS PER GOLD....V467
 
Circulating fluidized bed boiler (cfb boiler) how does it work and its principle
Circulating fluidized bed boiler (cfb boiler) how does it work and its principleCirculating fluidized bed boiler (cfb boiler) how does it work and its principle
Circulating fluidized bed boiler (cfb boiler) how does it work and its principlePichai Chaibamrung
 
Inhaled corticosteroids in COPD
Inhaled corticosteroids in COPD Inhaled corticosteroids in COPD
Inhaled corticosteroids in COPD Ashraf ElAdawy
 
Coal workers pneumoconiosis
Coal workers pneumoconiosisCoal workers pneumoconiosis
Coal workers pneumoconiosisPhelix Owenga
 
SunumSolunumSistemi
SunumSolunumSistemiSunumSolunumSistemi
SunumSolunumSistemiskucukeris
 

What's hot (10)

Solunum si̇stemi̇ hastaliklari
Solunum si̇stemi̇ hastaliklariSolunum si̇stemi̇ hastaliklari
Solunum si̇stemi̇ hastaliklari
 
Pneumothorax by DJ
Pneumothorax by DJPneumothorax by DJ
Pneumothorax by DJ
 
Copd
CopdCopd
Copd
 
BRONCHIECTASIS
BRONCHIECTASISBRONCHIECTASIS
BRONCHIECTASIS
 
Hydrogen recovery from purge gas(energy saving)
Hydrogen recovery from purge gas(energy saving)Hydrogen recovery from purge gas(energy saving)
Hydrogen recovery from purge gas(energy saving)
 
COPD COMPLETE POWER POINT AS PER GOLD....
COPD COMPLETE POWER POINT AS PER GOLD....COPD COMPLETE POWER POINT AS PER GOLD....
COPD COMPLETE POWER POINT AS PER GOLD....
 
Circulating fluidized bed boiler (cfb boiler) how does it work and its principle
Circulating fluidized bed boiler (cfb boiler) how does it work and its principleCirculating fluidized bed boiler (cfb boiler) how does it work and its principle
Circulating fluidized bed boiler (cfb boiler) how does it work and its principle
 
Inhaled corticosteroids in COPD
Inhaled corticosteroids in COPD Inhaled corticosteroids in COPD
Inhaled corticosteroids in COPD
 
Coal workers pneumoconiosis
Coal workers pneumoconiosisCoal workers pneumoconiosis
Coal workers pneumoconiosis
 
SunumSolunumSistemi
SunumSolunumSistemiSunumSolunumSistemi
SunumSolunumSistemi
 

Similar to Sekerli diabet ve verem

şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabetClCN7
 
Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları ClCN7
 
Qti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıQti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıParvana Talibova
 
ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ClCN7
 
Metabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesityMetabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesityAnar Niftaliyev
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikClCN7
 
Adrenal korteks xəstəli̇kləri̇ 2
Adrenal korteks xəstəli̇kləri̇ 2Adrenal korteks xəstəli̇kləri̇ 2
Adrenal korteks xəstəli̇kləri̇ 2ClCN7
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaATB
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)LemanPirmemmedova
 
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriZahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriClCN7
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...ClCN7
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyiClCN7
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığıClCN7
 

Similar to Sekerli diabet ve verem (16)

şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabet
 
Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları Şəkərli diabetin xroniki ağırlaşmaları
Şəkərli diabetin xroniki ağırlaşmaları
 
Qti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyalarıQti- qida toksikoinfeksiyaları
Qti- qida toksikoinfeksiyaları
 
ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS
 
Qyr spsfk xrl klt
Qyr spsfk xrl kltQyr spsfk xrl klt
Qyr spsfk xrl klt
 
Rezus konflikt
Rezus konfliktRezus konflikt
Rezus konflikt
 
Metabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesityMetabolic syndrome: a pathological condition characterized by obesity
Metabolic syndrome: a pathological condition characterized by obesity
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlik
 
Adrenal korteks xəstəli̇kləri̇ 2
Adrenal korteks xəstəli̇kləri̇ 2Adrenal korteks xəstəli̇kləri̇ 2
Adrenal korteks xəstəli̇kləri̇ 2
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m baba
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
 
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriZahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
 
Boyrek xestelikleri
Boyrek xestelikleriBoyrek xestelikleri
Boyrek xestelikleri
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığı
 

More from Parvana Talibova

More from Parvana Talibova (7)

Anevrizma/ cərrahi xəstəliklər
Anevrizma/ cərrahi xəstəliklərAnevrizma/ cərrahi xəstəliklər
Anevrizma/ cərrahi xəstəliklər
 
Angina
AnginaAngina
Angina
 
Usaqliq cirilmasi
Usaqliq cirilmasiUsaqliq cirilmasi
Usaqliq cirilmasi
 
Miliar vərəm
Miliar vərəmMiliar vərəm
Miliar vərəm
 
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətləryeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
 
Pnevmoniya
PnevmoniyaPnevmoniya
Pnevmoniya
 
Capgras delusion\ Kapqra xəstəliyi
Capgras delusion\ Kapqra xəstəliyiCapgras delusion\ Kapqra xəstəliyi
Capgras delusion\ Kapqra xəstəliyi
 

Sekerli diabet ve verem

  • 1. ŞƏKƏRLİ DİABET VƏ VƏRƏM ABBASƏLİZADƏ XƏYALƏ 74 A MPF 1
  • 2. ŞƏKƏRLİ DİABET • Şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. • Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur. • Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. 2006-cı ildə ümumdünya səhiyyə təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.
  • 3. VƏRƏM • Vərəm — yoluxucu xəstəlikdir.. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verirdi. • Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var. • Vərəmi «tuberkulozis» də adlandırırlar.
  • 4. ŞƏKƏRLİ DİABET VƏ VƏRƏM • Vərəmin şəkərli diabetlə birgə inkişafı zamanı xəstələrin 90%-ə qədərində əvvəlcə şəkərli diabet başlayır və bunun fonunda müxtəlif dövrlərdə vərəm xəstəliyi inkişaf edir. Əgər xəstəliyin hər ikisi eyni zamanda aşkar olunursa, çox güman ki, gizli subklinik stadiyada olan şəkərli diabet xəstəliyinin kəskinləşməsinə səbəb bu xəstəliyə qoşulmuş vərəm infeksiyasıdır. Vərəm şəkərli diabetin ən ciddi ağırlaşmalarından biridir. O, xəstəliyin gedişini daha da çətinləşdirir.
  • 5. • Şəkərli diabetə düçar olmuş xəstələr arasında vərəm xəstəliyinə şəkərli diabeti olmayanlardan 5-6 dəfə çox rast gəlinir. Bir sıra vərəmli xəstələrdə şəkərli diabet gizli surətdə, latent formada olur və vərəm şiddətlənərsə, sonralar diabet də üzə çıxa bilər. Şəkərli diabetli xəstələrdə vərəm ikincili olur. Bu, vərəmdən sonra ağciyərlərdə və döş limfa düyünlərindəki qalıq dəyişikliklərin kəskinləşməsi nəticəsində üzə çıxır. Diabetli xəstələrdə ağır formalı vərəm xəstəliyinin əmələ gəlməsi orqanizmin təbii müqavimətinin əsasını təşkil edən və şəkərdə müşahidə olunan leykositlərin faqositar aktivliyinin aşağı düşməsi, immunoloji göstəricilərin zəifliyi, fermentlərin disbalansı, maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.
  • 6. IMMUNITET • Vərəm xəstəliyi diabet nəticəsində təbii müqaviməti infeksiyalara qarşı zəifləmiş, antitelləri və antitoksinləri hazırlama qabiliyyəti aşağı düşmüş orqanizmdə yaranır. Belə hallarda vərəmin yaranmasına kompensasiya olunmamış və yaxud da müalicə olunmamış diabet səbəb olur.
  • 7. VƏRƏMIN FORMASI • Şəkərli diabetli xəstələrdə vərəm prosesinin, əsasən, parçalanmaya və səpələnməyə meyilli olan ekksudativ forması inkişaf edir. Reperativ proseslər ağır şəkərli diabetdə natamam olur. Buna görə də ocaqların kapsulasında, kavernalrın divarında qranulyasiyalar birləşdirici toxumaya transformasiya etmirlər.
  • 8. GEDIŞI • Erkən aşkar olunmuş vərəm xəstəliyi diabet fonunda xoşxassəli gedişə malik olur. Vərəm xəstəliyinin ağır keçməsinə və şiddətlənməyə meyilli olmasına əsas səbəb diabetin düzgün aparılmayan müalicəsi və yaxud da vərəmin gec aşkar olunmasıdır. Bu zaman əsas əlamətlər zəiflik, iştahanın pisləşməsi, bədən çəkisinin azalması və diabet əlamətlərinin inkişaf etməsidir.
  • 9. Obyektiv müayinə • Obyektiv müayinə zamanı xəstənin dilinin və dərisinin quruluğu, arıqlama və furunkulyoz diqqəti cəlb etməlidir.
  • 10. Damar zədələnmələri • Diabetik polinevriti aşkar edilir. Damarların sistem şəklində zədələnməsi şəkərli diabet zamanı aterosklerozun, qlomeruloskleroz un və retinopatiyanın erkən yaranmasına dəlalət edir.
  • 11. Ocaqlı vərəm • Bu zaman obyektiv müayinələrdə elə bir dəyişiklik aşkar edilmir, ancaq yayılmış ekksudativ proseslər üçün perkutor səsin qısalması, yaş xırıltılar isə əsas etibarilə vərəmin destruktiv formalarında eşidilir.
  • 12. Kazeoz sətəlcəm • Kazeoz sətəlcəm perkutor səsin kəskin zəifləməsinə və müxtəlif kalibrili yaş xırıltıların əmələ gəlməsinə səbəb olur.
  • 13. Tuberkulin sınaqları • Tuberkulin sınaqları, adətən, hiperergik olur. Bununla belə, vərəmin xroniki formasının inkişafı ilə (fibrinoz-kavernoz, səpələnmiş) orqanizmin müqavimət qüvvələri zəifləyir və tuberkulin sınaqlarının da zəifləməsinə səbəb olur.
  • 14. Maddələr mübadiləsi • Diabetlə yanaşı gedən vərəm zamanı pozulmuş maddələr mübadiləsi tədricən normallaşır və vərəm intoksikasiyası da uzun müddət çəkir. Ağciyərdəki destruksiyalar gec sağalır. Bu, MSS- in funksiyasının və immunitetin zəifləməsi, hipotalamo-hipofizar-böyrəküstü sisteminin funksiyasının dəyişməsi, birləşdirici toxuma aktivliyinin zəifləməsi ilə izah olunur.
  • 15. Diabetin gedişi • Vərəm xəstəliyi diabet xəstəliyinə qoşularkən onun gedişini daha da ağırlaşdırır. Xəstələrin qanında şəkərin səviyyəsi yuxarı qalxır, diurez və qlükozuriya artır, asidoz inkişaf edir. Maddələr mübadiləsinin pozulması sutkalıq şəkərin qanda dəyişməsinə, ağızda quruluğa, susuzluq hissiyyatının yaranmasına və tez-tez sidik ifrazına səbəb olur.
  • 16. Qanın müayinəsi • Xəstələrin qanının müayinəsində vərəm üçün xarakterik dəyişikliklər olur. Ancaq şəkərli diabetin ağır formaları üçün xarakterik dəyişikliklər olur.
  • 17. Müalicə • Müalicənin əsas məqsədi pozulmuş maddələr mübadiləsinin normaya salınması və diabetin kompensasiya olunmasıdır. Fizioloji dieta və diabet əleyhinə optimal müalicə şərtdir. Uzunmüddətli vərəməleyhinə kimyəvi terapiyanın aparılması məsləhətdir. Vitaminlər, lipidlər, zülallar mütləqdir. • Fizioloji dieta kalorili olmalıdır, həm də tərkibində karbohidratların, zülalların, yağların və vitaminlərin olması vacibdir. Çəki defisiti ilə daxil olmuş xəstələrdə təkcə enerji itkisi ödənməməli, həm də itirilmiş çəkinin bərpası aparılmalıdır.
  • 18. Vərəmə qarşı • Daha güclü vərəməleyhinə kombinasiyalar seçilməlidir (izoniazid, rifampisin, etambutol və s.). Izonikotin turşusu preparatları orqanizmin karbohidratlarına tolerantlığını zəiflədə bilər. Belə hallarda insulinin dozası artırılmalıdır. Tibon preparatı qaraciyərə toksiki təsir etdiyindən belə xəstələrdə istifadə olunması məsləhət deyil.