SlideShare a Scribd company logo
1 of 27
Qeyri-spesifik xoralı kolit
YUNIS ƏZIZOV 365 B
Tərifi
 Qeyri spesifik xoralı kolit, və ya qısaca xoralı kolit (XK) yoğun
başırsağın selikli qişasının xroniki iltihabıdır, düz bağırsaqdan
başlayıb proskimala doğru yayılır.
 Kəskinlşmə və remissiyalar xarakterikdir, bəzən ağırlaşmalara səbəb
olur (qanaxma, toksik dilatasiya və s)
Lokalizasiyasına görə
 Proktit və ya proktosiqmoidit - 30-50%
 Sol kolon (dalaq əyriliyinə qədər) – 20-30%
 Pankolit (dalaq əyriliyindən proskimala doğru) – 20%
Ağırlıq dərəcəsinə görə Montreal klassifikasiyası
 İshalın sayına və şiddətinə, ümümi əlamətlərə və EÇS-in miqdarına görə
görə xoralı kolitin kəskin fazası 3 ağırlıq dərəcəsinə ayrılır:
 Yüngül dərəcə - gündəlik ishal 4 dəfədən az, az qanlı və ya qansız olur,
ümümi əlamətlər olmur (anemiya, taxikardiya, hərarət , arıqlama), EÇS
normaldır. 25-30% hallarda rast gəlir.
 Orta dərəcə (25-30%) - gendəlik 4-6 dəfə qanlı ishal olur, ağrılar yüngül,
lakin daimidir, yüngül ümumi əlamətlər var (hərarət <37.5ºC, zəif
anemiya, arıqlama)..
 Ağır dərəcə - gündəlik ishal sayı 6 dəfədən çox və qanlı, daimi güclü
ağrılar, ağır sistemik əlamətlər: temperatur ≥37.5ºC, taxikardiya ≥90,
anemiya (hemoglobin <10.5 g/dL) və EÇS ≥30 mm/saat
Rastgəlməsi
 Əhali arasında 50-150/100000, daha çox kişilərdə rast
gəlir, bütün yaşlarda rastlana bilir, ən çox 15-40 və 50-80
yaşlarda müşahidə olunur.
Səbəblər
 Kron xəstəliyi kimi xoralı kolitin də səbəbi və mexanizmi dəqiq bilinmir.
Aşağıdakı amillərin rolu ehtimal olunur
 Genetik
 İnfeksion
 İmmun
 Diet
 Digər xarici amillər
 Bəzi amillərin, xüsusən appendektomiyanın, siqarət çəkmənin XK tezliyini
azaltdığı bildirilir.
Patogenezi
 XK-in patogenezi dəqiq bilinmir.
 Ehtimal edilir ki, immun, infeksiyon, alimentar və digər zədələyici amillər mukozada
(proses adətən selikli qişa və selikaltı qat səviyyəsindən kənara çıxmır) iltihabi
proseslərin daimi şəkildə getməsinə səbəb olur.
 ltihabi proses davam etdikcə selikli qişada patoloji dəyişiklər də dərinləşir. Başlanğıcda
selikli qişada xoralar və kript abseslər meydana gəlir. Sonra selikli qişanın
ödemləşməsi və xoraların dərinləşməsi nəticəsində psevdopolip görüntüsü meydana
gəlir.
 Gec mərhələlərdə selikli qişada son mərhələ dəyişiklilər baş verir: selikli qişa çökür,
qırışlar itir, ağır dərəcəli displaziya görünür, bağırsaq boru şəkilini alır. Mənfəz adətən
daralmır, lakin bəzən strikturalar ola bilər. Selikli qişada baş verən iltihabi dəyişikliklər
və xoralar ishala və qanaxmalara səbəb olur.
 Uzunmüddətli displaziya isə kanser riskini artırır.
Morfologiyası
 XK-də düz bağırsaq bütün xəstələrdə iltihaba cəlb olunur və proksimal hissələrə
doğru yaıylır.
 Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə iltihabi prosesin yayılması
fasiləsizdir, perianal patologiyalr olmur.
 Xoralı kolitdə refluks ileit ola bilər ki, bu da iltihabi mediatorlarla zəngin yoğun
bağırsaq möhtəviyyatının ileuma geri qayıtması nəticəsində törənən iltihabdır.
 Lokalizasiyasına görə xoralı kolitin aşağıdakı formaları var:
 Proktit və ya proktosiqmoidit - 30-50%
 Sol kolon (dalaq əyriliyinə qədər) – 20-30%
 Pankolit (dalaq əyriliyindən proskimala doğru) – 20%
Gedişi
 Xoralı xolit kəskinləşmə və remissiya fazaları ilə gedən xroniki xəstəlikdir (Şəkil 1).
 Kəskinləşmədən sonra xəstələrin təxminən 60%-i konservativ müalicəyə tabe olaraq
remissiya fazasına daxil olur, 15%-i uzunmüddətli müalicə ilə yaxşılaşır, 25%-inə isə
müalicəyə tabe olmadığına və ya ağırlaşmalara görə təcili kolektomiya lazım gəlir.
 Proktiti olan xəstələrdə proksimala doğru yayılma ehtimalı 50%, proktosiqmoidtlərin
pankolitə keçmə ehtimalı isə 10% təşkil edir.
 Remissiyadakı xətələrdin təxminən 67%-ində 10 il ərzində təkrari kəskinləşmə baş
verir. Yayılma dərəcəsi artdıqca konservativ müalicəyə tabe olmama və ağırlaşma
ehtimalı da artır.
 Proktitlərdə əməliyyat ehtimalı 10 ildə 1%, sol kolitdə isə 25% təşkil edir.
 Xoralı kolitdə əksər hallarda iltihabi proses selikli qişa və selikaltı qat səviyyəsində
olduğuna baxmayaraq, 10-15% hallarda proqresssivləşərək divarın bütün qatlarını və
bağırsağın proksimal hissələrinə yayıla bilir ki, bu da ağırlaşmalara zəmin yaradır.
Ağırlaşmalar
• Yerli ağırlaşmalar
• Perforasiya
• Toksik meqakolon
• Massiv qanaxma
• Kolon kanseri
• Ümumi ağırlaşmalar
• Dəri və mukozal ağırlaşmalar
• Uveit
• Sümük və oynaq
• Hepatobiliar
• Anemiya
• Perikardit
Klinikası
 İshal, qanaxma, ağrı və gücənmələr xoralı kolitin xarakterik əlamətidir.
 İshal adətən çoxsaylı olur və 1 aydan çox davam edir.
 Bağırsaq qanaxması nəcislə qarışıq qan şəkilində və ya qanlı ifrazat şəkilində ola bilir.
 Ağrı yüngül hallarda sancışəkili və dözüləbilən, ağır hallarda daimi və dözülməz ola bilir.
 Tenezmlər proktitin xarakterik əlaməti kimi xoralı kolitdə çox rast gəlir.
 Obyektiv müayinədə yüngül formalarda xəstənin ümümi vəziyyəti stabil olur, qarın
müayinəsində çiddi dəyişiklik tapılmır, rektal müayinə ağrılı ola bilir və qan izləri
görünə bilir. Orta və ağır formalarda toksik əlamətlər (hərarət, taxikardiya, arıqlama və
s.), qarında ağrı, köp, hətta peritonit əlamətləri görünür.
 Qeyd etmək lazımdır ki, xoralı kolitin klinik əlamətlərinin heç biri spesifik deyil və bu
əlamətlər digər kolitlərdə də rastlana bilir.
Nə zaman xoralı kolitdən şübhələnmək
lazımdır?
 Diareyası olanlar, xüsusən 4 həftədən çox davam edən və qanlı ishalla, tenezmlərlə,
qarın ağrıları və hərarətlə müşayət olunan hallar.
 Ailəsində xoralı koliti olanlarda bu şübhə daha da artır.
 Kolonoskopiyada rektumda və bununla birlikdə proksimalda olan iltihab, erroziyalar,
xoralar və s.
 USM/KT/MRT- də bağırsaq divarının qalınlaşması olanlarda
 Biopsiyada kolit görünənlərdə
Dəqiqləşdirmə
 Xoralı kolitin spesifik klinik, laborator, görüntüləmə və biopsiya əlaməti
olmadığına görə diaqnoz kriteriyalar və diferensial diqnoza əsaslanaraq qoyulur.
Ona görə də, xəstələrə geniş müayinələr aparmaq lazım gəlir.
Laborator
EÇS artması, albumin
azalması, steatoreyya
Nəcis analizi
Laborator müayinələrdə iltihab, malabsorbsiya, anemiya əlamətləri görünə bilir: EÇS artması,
steatorreya, albumin azlması, və s. Bu əlamətlərin də heç biri spesifik deyil.
Nəcis analizi vacib müayinədir, infeksion diarreyanın (bakterial, parazitar və s) inkarı üçün aparılır.
Görüntüləmə
USM xoralı kolit diaqnostikasında əhəmiyyəti yoxdur. Qaraciyər və digər parenximatoz
orqanlardakı dəyişikliyi göstərə bilər. KT xoralı kolitdə ağırlaşmaların diaqnostikasında
və differensial diaqnostikada istifadə edilir. Adətən bağırsaq divarının diffuz qalınlaşması
və ödemi görünə bilir ki, bu da spesifik deyil. İrriqoskopiya hazırda geniş istifadə
edilmir.
Kolonoskoiya +
biopsiya
Kolonoskopiya və biopsiya xoralı kolit diaqnostikasında mütləq müayinədir, iltihabı,
yayılma dərəcəsini, selikli qişada dəyişikliyin dərəcəsini qiymətləndirə bilir və biopsiya
aparılır. Kolonoskopiyada selikli qişanın müxtəlif dərəcəli dəyişiklikləri görünə bilir:
eritema, səthi eroziyalar, dərin xoralar, psevdopoliplər, selikli qişanın düzləşməsi,
strikturalar və s. Kolonoskopiya kəskinləşmə fazasında, xüsusən də dilatasiya olanlarda
perforasiya törədə bildiyini nəzərəalaraq belə hallarda məhdud şəkildə rektosiqmoid
bölgəyə baxılır və biopsiya alınır. Bağırsağın tam müayinəsi kəskin faza söndükdən
sonra aparılır.
Diaqnostika
 Diarreya, 4 həftədən çox davam edən, qanlı ola bilər
 Ağrı, tenezmlər, hərarət, arıqlama, anemiya və s toksik əlamətlər ola bilər
 Kolonoskopiyada proktit və kolit
 Biopsiyada iltihab əlamətləri
 Digər kolitlərin inkarı
Ağırlıq dərəcəsinin təyini
 Ağırlıq dərəcəsinin təyini üçün klinik və endoskopik klassifikasiyalardan istifadə
edilir.
 Ən çox tövsiyə olunan klassifiakasiya Montreal klinik dərəcələndiriliməsidir ki,
ishal sayı, toksik əlamətlər və laborator göstəricilər nəzərə alınır (yuxarıda
verilmişdir).
Müalicəsi
 Xoralı kolitin müalicəsində əsas hədəf kəskin fazanı söndürmək və uzunmüddətli
remissiyanı təmin etməkdir. Müalicəsi üçün konservativ və cərrahi tədbirlər
mövcuddur.
Konservativ müalicələr
kəskin fazanı söndürmək və residivin profilaktikası üçün aparılır:
 Pəhriz
 İltihab əleyhinə (yerli və ya oral)
 İmmunosupressorlar
 Simptomatik
 Spazmolitik
 Ağrıkəsici
 Antidiarreya
 Antibiotiklər
 Probiotiklər
 Vitamin terapiyası
Cərrahi müalicələr
ağırlaşmaların müalicəsi üçün aparılır
 Proktokolektomiya + ileoanal anstomoz (İPAA)
 Proktokolektomiya + ileostomiya
 İkietaplı əməliyyat: kolektomiya + ileostomiya, sonra proktektomiya + ileoanal
anastomoz
Əməliyyata göstərişlər:
 Konservativ müalicəyə cavab yoxdur
 Ağırlaşmalar:
 Massiv qanaxma
 Perforasiya
 Toksik meqakolon
 Striktur və keçməzlik
 Kanser və ya şübhəsi

More Related Content

What's hot

Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)LemanPirmemmedova
 
ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ClCN7
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyiClCN7
 
Dalaq Xestelikleri
Dalaq XestelikleriDalaq Xestelikleri
Dalaq XestelikleriClCN7
 
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...ClCN7
 
Vərəmin patoloji anatomiyası
Vərəmin patoloji anatomiyasıVərəmin patoloji anatomiyası
Vərəmin patoloji anatomiyasıClCN7
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığıClCN7
 
Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiBəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiClCN7
 
Qida borusunun şişləri
Qida borusunun şişləriQida borusunun şişləri
Qida borusunun şişləriATB
 

What's hot (10)

Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
 
ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS ŞİGELLOZ- ŞİGELLOSİS
ŞİGELLOZ- ŞİGELLOSİS
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
Dalaq Xestelikleri
Dalaq XestelikleriDalaq Xestelikleri
Dalaq Xestelikleri
 
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu   əsas şikayətlər, on...
Mədə xəstəlikləri zamanı kliniki müayinə üsulları sorğu əsas şikayətlər, on...
 
Vərəmin patoloji anatomiyası
Vərəmin patoloji anatomiyasıVərəmin patoloji anatomiyası
Vərəmin patoloji anatomiyası
 
Qastrit DXP
Qastrit  DXPQastrit  DXP
Qastrit DXP
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığı
 
Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiBəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi
 
Qida borusunun şişləri
Qida borusunun şişləriQida borusunun şişləri
Qida borusunun şişləri
 

Similar to Qyr spsfk xrl klt

Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsiClCN7
 
Ağciyərin irinli-iltihabi xəstəlikləri
Ağciyərin irinli-iltihabi xəstəlikləriAğciyərin irinli-iltihabi xəstəlikləri
Ağciyərin irinli-iltihabi xəstəlikləriMalik279409
 
şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabetClCN7
 
KRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptx
KRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptxKRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptx
KRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptxKnyazMiskin
 
Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktıClCN7
 
Hidrotoraks
HidrotoraksHidrotoraks
HidrotoraksClCN7
 

Similar to Qyr spsfk xrl klt (8)

Sekerli diabet ve verem
Sekerli diabet ve veremSekerli diabet ve verem
Sekerli diabet ve verem
 
kidney.pptx
kidney.pptxkidney.pptx
kidney.pptx
 
Öd kisəsi
Öd kisəsiÖd kisəsi
Öd kisəsi
 
Ağciyərin irinli-iltihabi xəstəlikləri
Ağciyərin irinli-iltihabi xəstəlikləriAğciyərin irinli-iltihabi xəstəlikləri
Ağciyərin irinli-iltihabi xəstəlikləri
 
şəKərli diabet
şəKərli diabetşəKərli diabet
şəKərli diabet
 
KRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptx
KRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptxKRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptx
KRON XƏSTƏLİYİ VƏ XORALI KOLİT(Cərrahi xəstəliklər).pptx
 
Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktı
 
Hidrotoraks
HidrotoraksHidrotoraks
Hidrotoraks
 

Qyr spsfk xrl klt

  • 2. Tərifi  Qeyri spesifik xoralı kolit, və ya qısaca xoralı kolit (XK) yoğun başırsağın selikli qişasının xroniki iltihabıdır, düz bağırsaqdan başlayıb proskimala doğru yayılır.  Kəskinlşmə və remissiyalar xarakterikdir, bəzən ağırlaşmalara səbəb olur (qanaxma, toksik dilatasiya və s)
  • 3. Lokalizasiyasına görə  Proktit və ya proktosiqmoidit - 30-50%  Sol kolon (dalaq əyriliyinə qədər) – 20-30%  Pankolit (dalaq əyriliyindən proskimala doğru) – 20%
  • 4.
  • 5. Ağırlıq dərəcəsinə görə Montreal klassifikasiyası  İshalın sayına və şiddətinə, ümümi əlamətlərə və EÇS-in miqdarına görə görə xoralı kolitin kəskin fazası 3 ağırlıq dərəcəsinə ayrılır:  Yüngül dərəcə - gündəlik ishal 4 dəfədən az, az qanlı və ya qansız olur, ümümi əlamətlər olmur (anemiya, taxikardiya, hərarət , arıqlama), EÇS normaldır. 25-30% hallarda rast gəlir.  Orta dərəcə (25-30%) - gendəlik 4-6 dəfə qanlı ishal olur, ağrılar yüngül, lakin daimidir, yüngül ümumi əlamətlər var (hərarət <37.5ºC, zəif anemiya, arıqlama)..  Ağır dərəcə - gündəlik ishal sayı 6 dəfədən çox və qanlı, daimi güclü ağrılar, ağır sistemik əlamətlər: temperatur ≥37.5ºC, taxikardiya ≥90, anemiya (hemoglobin <10.5 g/dL) və EÇS ≥30 mm/saat
  • 6.
  • 7.
  • 8. Rastgəlməsi  Əhali arasında 50-150/100000, daha çox kişilərdə rast gəlir, bütün yaşlarda rastlana bilir, ən çox 15-40 və 50-80 yaşlarda müşahidə olunur.
  • 9.
  • 10. Səbəblər  Kron xəstəliyi kimi xoralı kolitin də səbəbi və mexanizmi dəqiq bilinmir. Aşağıdakı amillərin rolu ehtimal olunur  Genetik  İnfeksion  İmmun  Diet  Digər xarici amillər  Bəzi amillərin, xüsusən appendektomiyanın, siqarət çəkmənin XK tezliyini azaltdığı bildirilir.
  • 11. Patogenezi  XK-in patogenezi dəqiq bilinmir.  Ehtimal edilir ki, immun, infeksiyon, alimentar və digər zədələyici amillər mukozada (proses adətən selikli qişa və selikaltı qat səviyyəsindən kənara çıxmır) iltihabi proseslərin daimi şəkildə getməsinə səbəb olur.  ltihabi proses davam etdikcə selikli qişada patoloji dəyişiklər də dərinləşir. Başlanğıcda selikli qişada xoralar və kript abseslər meydana gəlir. Sonra selikli qişanın ödemləşməsi və xoraların dərinləşməsi nəticəsində psevdopolip görüntüsü meydana gəlir.  Gec mərhələlərdə selikli qişada son mərhələ dəyişiklilər baş verir: selikli qişa çökür, qırışlar itir, ağır dərəcəli displaziya görünür, bağırsaq boru şəkilini alır. Mənfəz adətən daralmır, lakin bəzən strikturalar ola bilər. Selikli qişada baş verən iltihabi dəyişikliklər və xoralar ishala və qanaxmalara səbəb olur.  Uzunmüddətli displaziya isə kanser riskini artırır.
  • 12. Morfologiyası  XK-də düz bağırsaq bütün xəstələrdə iltihaba cəlb olunur və proksimal hissələrə doğru yaıylır.  Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə iltihabi prosesin yayılması fasiləsizdir, perianal patologiyalr olmur.  Xoralı kolitdə refluks ileit ola bilər ki, bu da iltihabi mediatorlarla zəngin yoğun bağırsaq möhtəviyyatının ileuma geri qayıtması nəticəsində törənən iltihabdır.  Lokalizasiyasına görə xoralı kolitin aşağıdakı formaları var:  Proktit və ya proktosiqmoidit - 30-50%  Sol kolon (dalaq əyriliyinə qədər) – 20-30%  Pankolit (dalaq əyriliyindən proskimala doğru) – 20%
  • 13.
  • 14. Gedişi  Xoralı xolit kəskinləşmə və remissiya fazaları ilə gedən xroniki xəstəlikdir (Şəkil 1).  Kəskinləşmədən sonra xəstələrin təxminən 60%-i konservativ müalicəyə tabe olaraq remissiya fazasına daxil olur, 15%-i uzunmüddətli müalicə ilə yaxşılaşır, 25%-inə isə müalicəyə tabe olmadığına və ya ağırlaşmalara görə təcili kolektomiya lazım gəlir.  Proktiti olan xəstələrdə proksimala doğru yayılma ehtimalı 50%, proktosiqmoidtlərin pankolitə keçmə ehtimalı isə 10% təşkil edir.  Remissiyadakı xətələrdin təxminən 67%-ində 10 il ərzində təkrari kəskinləşmə baş verir. Yayılma dərəcəsi artdıqca konservativ müalicəyə tabe olmama və ağırlaşma ehtimalı da artır.  Proktitlərdə əməliyyat ehtimalı 10 ildə 1%, sol kolitdə isə 25% təşkil edir.  Xoralı kolitdə əksər hallarda iltihabi proses selikli qişa və selikaltı qat səviyyəsində olduğuna baxmayaraq, 10-15% hallarda proqresssivləşərək divarın bütün qatlarını və bağırsağın proksimal hissələrinə yayıla bilir ki, bu da ağırlaşmalara zəmin yaradır.
  • 15. Ağırlaşmalar • Yerli ağırlaşmalar • Perforasiya • Toksik meqakolon • Massiv qanaxma • Kolon kanseri • Ümumi ağırlaşmalar • Dəri və mukozal ağırlaşmalar • Uveit • Sümük və oynaq • Hepatobiliar • Anemiya • Perikardit
  • 16.
  • 17. Klinikası  İshal, qanaxma, ağrı və gücənmələr xoralı kolitin xarakterik əlamətidir.  İshal adətən çoxsaylı olur və 1 aydan çox davam edir.  Bağırsaq qanaxması nəcislə qarışıq qan şəkilində və ya qanlı ifrazat şəkilində ola bilir.  Ağrı yüngül hallarda sancışəkili və dözüləbilən, ağır hallarda daimi və dözülməz ola bilir.  Tenezmlər proktitin xarakterik əlaməti kimi xoralı kolitdə çox rast gəlir.  Obyektiv müayinədə yüngül formalarda xəstənin ümümi vəziyyəti stabil olur, qarın müayinəsində çiddi dəyişiklik tapılmır, rektal müayinə ağrılı ola bilir və qan izləri görünə bilir. Orta və ağır formalarda toksik əlamətlər (hərarət, taxikardiya, arıqlama və s.), qarında ağrı, köp, hətta peritonit əlamətləri görünür.  Qeyd etmək lazımdır ki, xoralı kolitin klinik əlamətlərinin heç biri spesifik deyil və bu əlamətlər digər kolitlərdə də rastlana bilir.
  • 18.
  • 19. Nə zaman xoralı kolitdən şübhələnmək lazımdır?  Diareyası olanlar, xüsusən 4 həftədən çox davam edən və qanlı ishalla, tenezmlərlə, qarın ağrıları və hərarətlə müşayət olunan hallar.  Ailəsində xoralı koliti olanlarda bu şübhə daha da artır.  Kolonoskopiyada rektumda və bununla birlikdə proksimalda olan iltihab, erroziyalar, xoralar və s.  USM/KT/MRT- də bağırsaq divarının qalınlaşması olanlarda  Biopsiyada kolit görünənlərdə
  • 20. Dəqiqləşdirmə  Xoralı kolitin spesifik klinik, laborator, görüntüləmə və biopsiya əlaməti olmadığına görə diaqnoz kriteriyalar və diferensial diqnoza əsaslanaraq qoyulur. Ona görə də, xəstələrə geniş müayinələr aparmaq lazım gəlir.
  • 21. Laborator EÇS artması, albumin azalması, steatoreyya Nəcis analizi Laborator müayinələrdə iltihab, malabsorbsiya, anemiya əlamətləri görünə bilir: EÇS artması, steatorreya, albumin azlması, və s. Bu əlamətlərin də heç biri spesifik deyil. Nəcis analizi vacib müayinədir, infeksion diarreyanın (bakterial, parazitar və s) inkarı üçün aparılır. Görüntüləmə USM xoralı kolit diaqnostikasında əhəmiyyəti yoxdur. Qaraciyər və digər parenximatoz orqanlardakı dəyişikliyi göstərə bilər. KT xoralı kolitdə ağırlaşmaların diaqnostikasında və differensial diaqnostikada istifadə edilir. Adətən bağırsaq divarının diffuz qalınlaşması və ödemi görünə bilir ki, bu da spesifik deyil. İrriqoskopiya hazırda geniş istifadə edilmir. Kolonoskoiya + biopsiya Kolonoskopiya və biopsiya xoralı kolit diaqnostikasında mütləq müayinədir, iltihabı, yayılma dərəcəsini, selikli qişada dəyişikliyin dərəcəsini qiymətləndirə bilir və biopsiya aparılır. Kolonoskopiyada selikli qişanın müxtəlif dərəcəli dəyişiklikləri görünə bilir: eritema, səthi eroziyalar, dərin xoralar, psevdopoliplər, selikli qişanın düzləşməsi, strikturalar və s. Kolonoskopiya kəskinləşmə fazasında, xüsusən də dilatasiya olanlarda perforasiya törədə bildiyini nəzərəalaraq belə hallarda məhdud şəkildə rektosiqmoid bölgəyə baxılır və biopsiya alınır. Bağırsağın tam müayinəsi kəskin faza söndükdən sonra aparılır.
  • 22. Diaqnostika  Diarreya, 4 həftədən çox davam edən, qanlı ola bilər  Ağrı, tenezmlər, hərarət, arıqlama, anemiya və s toksik əlamətlər ola bilər  Kolonoskopiyada proktit və kolit  Biopsiyada iltihab əlamətləri  Digər kolitlərin inkarı
  • 23. Ağırlıq dərəcəsinin təyini  Ağırlıq dərəcəsinin təyini üçün klinik və endoskopik klassifikasiyalardan istifadə edilir.  Ən çox tövsiyə olunan klassifiakasiya Montreal klinik dərəcələndiriliməsidir ki, ishal sayı, toksik əlamətlər və laborator göstəricilər nəzərə alınır (yuxarıda verilmişdir).
  • 24. Müalicəsi  Xoralı kolitin müalicəsində əsas hədəf kəskin fazanı söndürmək və uzunmüddətli remissiyanı təmin etməkdir. Müalicəsi üçün konservativ və cərrahi tədbirlər mövcuddur.
  • 25. Konservativ müalicələr kəskin fazanı söndürmək və residivin profilaktikası üçün aparılır:  Pəhriz  İltihab əleyhinə (yerli və ya oral)  İmmunosupressorlar  Simptomatik  Spazmolitik  Ağrıkəsici  Antidiarreya  Antibiotiklər  Probiotiklər  Vitamin terapiyası
  • 26. Cərrahi müalicələr ağırlaşmaların müalicəsi üçün aparılır  Proktokolektomiya + ileoanal anstomoz (İPAA)  Proktokolektomiya + ileostomiya  İkietaplı əməliyyat: kolektomiya + ileostomiya, sonra proktektomiya + ileoanal anastomoz
  • 27. Əməliyyata göstərişlər:  Konservativ müalicəyə cavab yoxdur  Ağırlaşmalar:  Massiv qanaxma  Perforasiya  Toksik meqakolon  Striktur və keçməzlik  Kanser və ya şübhəsi