SlideShare a Scribd company logo
1 of 34
AGCİYƏRLƏRİN
TUBERKULYOMASI
AGCİYƏRLƏRİN TUBERKULYOMASI
• Keçən əsrin əvvəllərindən başlayaraq rentgen
müayinələrin tətbiqi ilə bağlı vərəmli xəstələrin
ağciyərlərində iri ölçülü ( 1 sm-dən 6 sm-ə qə-
dər) ayrıca, dairəvi, stabil, solitar sönük və ləng
gedişli fokuslar aşkar olunmağa başladı. Ancaq
tuberkulyoma terminini klinikaya ilk dəfə 1938-
ci ildə Derseid və Toussaint daxil etmişlər.
Ağciyər vərəminin bu formasını hələ R.Laennec
və Andral ( 1819) vərəmdən və digər
xəstəliklərdən dunyasını dəyişmiş insanların
autopsiyası zamanı aşkar etmişlər. Tuffier 1891-
ci ildə tuberkulyomanı səhvən şiş hesab edərək
kəsib götürmüşdür.
Tuberkulyoma vərəmin qəbul olunmuş son kliniki
təsnifatlarında infiltrativ formalardan ayrılaraq
sərbəst bir forma kimi göstərilmişdir.
• Tuberkulyoma fibroz kapsulalı, diametri 1 sm-dən böyük olan dəyirmi
kazeoz törəmədir. 1974-ci ildə qəbul olunmuş vərəmin kliniki təsnifatında
tuberkulyoma belə xarakterizə olunmuşdur. Tuberkulyomaların patogenezi
cürbəcürdür. Onlar birincili infeksiya dövründə çox nadir hallarda
yaranırlar, daha çox və əsas etibarilə ikincili vərəm üçün xarakterikdirlər.
Ancaq bəzən döş qəfəsi daxili limfa düyünündəki kəskinləşmiş ocaqlardan
prosesin yayılması nəticəsində də əmələ gəlirlər. Tuberkulyoma ağc-
iyərlərdə tək və yaxud çoxsaylı dəyirmi, bəzən bir-biri ilə qovuşmuş, kap-
sula ilə əhatə olunmuş kazeoz ocaqlardan ibarətdir.
• Ağciyərlərdən başqa tuberokulyoma divararalığı limfa düyünlərində, plevrada,
beyində, böyrəklərdə, qaraciyərdə, uşaqlıq borularında, böyrəküstü vəzilərdə əmələ
gəlir. Tuberkulyoma daha çox kimyəvi terapiyanın təsirilə infıltrativ vərəm tam
sorulmadıqda və çapıqlaşmadıqda yarana bilir. Qalıq ocaq ancaq kapsula ilə əhatə
olunur. Ocaqlı vərəmdən, əsas etibarilə konqlomerat tuberkulyomalar yaranır. Tək-
tək hallarda tuberkulyoma səpələnmiş ağciyər vərəmi və ilkin vərəm kompleksindən
sonra yarana bilir. Bundan başqa, tuberkulyoma kazeoz və qranulyasiyalarla dolmuş
kavemadan da yarana bilir. Fibroz kapsulalı ocaqda, tuberkulyomada kazeozdan
başqa kalsium duzları və ağciyər toxumasının qalıqları da aşkar olunur (bronx
divarları, elastiki liflər). Kazeoz duru və yaxud quru ola bilir, bəzən də qat-qat olur.
• Tuberkulyomalar tək-tək (solitar), qrup şəkilində (konqlomerat) və çoxsaylı
ölçülərinə görə kiçik (diametri 2 sm-ə qədər), orta (2-4 sm) və iri ( 4 sm-dən
çox) ola bilirlər. Adətən ağciyərlərin yuxarı paylarında yerləşir, kazeoz yekcins
kütlədən ibarət olur (homogen tuberkulyoma) və yaxud laylı, qat-qat,
kollagen liflərlə bir-birindən üzükvari ayırlan (laylı tuberkulyoma) formada
olur. Tuberkulyomada kazeoz kütlələr alveol boşluğunu, bronxları, damarları,
alveolar arakəsmələri, bronxların və damarların divarlarını dağıtmadan,
pozmadan doldurur.
• Qat-qat və yaxud laylı tuberkulyomalar vərəm ocağının vaxtaşırı təkrarlanan və
çoxsaylı kəskinləşməsi nəticəsində əmələ gəlir. Belə ki, proses hər dəfə
kəskinləşdikcə kəskinləşmə dövründə ətraf ağciyər toxuması prosesə qoşularaq
nekroza uğrayır və kapsula ilə əhatə olunaraq ətraf toxuma sağlam toxumadan ayrılır
və beləliklə, hər dəfə proses kəskinləşdikcə yeni qat, yeni lay əmələ gəlir.
• Homogen tuberkulyoma, adətən, patoloji prosesin aparıcı bronxunun obliterasiyası
və onun kəsmikvari nekrozla dolması nəticəsində əmələ. gəlir. Konqlomerat
tuberkulyoma yan-yana duran və yaxud da hissəvi qovuşfnuş ayn-ayn kazeoz və
yaxud fibroz-kazeoz ocaqların birliyindən ibarətdir.
Patomorfoloji dəyişikliklərin xarakterinə görə
M.M.Averbax (1969) tuberkulyomaların üç əsas
növünü ayırd edir:
1.İnfıltrativ pnevmonik
2.Kazeoma
3. Dolmuş kavema.
1. İnfiltrativ pnevmonik
• Birinci növ tuberkulyoma produktiv
reaksiyaya meyilli kiçik kazeoz sa-
həciklərə malik dəyirmi, spesifik
pnevmonik fokusdur. Bu növ tuberkul-
yoma infıltratdan perifokal ekssudativ
iltihabının olmaması ilə fərqlənir. Bu
növ tuberkulyoma ağciyərlərin infıltrativ
vərəminin involyusiyası nəticəsində
yaranır. Morfoloji xüsusiyyətlərinə görə
bu növ. jıroduküv kazeoz toxuma
reaksiyası kimi xarakterizə olunur.
2. Kazeoma
• İkinci növ tuberkulyoma, yəni kazeoma morfoloji quruluşuna görə
müxtəlifdir. Kazeomalar homogen, qat-qat, (laylı) olurlar. Homogen
və laylı tuberkulyomalar öz növbəsində iki yerə bölünür: solitar (yəni
tək) və konqlomerat (çoxsaylı). Homogen tuberkulyoma kisələşmiş
kazeozun olması ilə xarakterizə olunur və özü də kazeoz bir fokus
formasında, yəni solitar tuberkulyoma və bir neçə fokus ümumi
kapsula ilə əhatə olunmuş (konqlomerat tuberkulyoma) ola bilir.
Əksər hallarda belə homogen kazeomalar infiltrativ və yaxud
kavemoz vərəmin involyusiyası nəticəsində· əmələ gəlir. Qat-qat və
yaxud laylı tuberkulyoma sərbəst inkişaf edən tuberkulyomadır, yəni
xəstəliyin başlanğıcından tuberkulyomanın yaranması başlayır, ona
görə də solitar laylı kazeoma həqiqi tuberkulyoma, birincili
tuberkulyoma adlanır. Bu səbəbdən də bu tuberkulyoma vərəmin hər
hansı bir kliniki formasının involyusiyası, yaxud da evolyusiyası
nəticəsində deyil, vərəmin başlanğıcında kliniki forma kimi yaranır.
3. Dolmuş kaverna
• ~ Dolmuş kavema, adından bəlli olduğu kimi kavemanın aparıcı bronxunun keçiriciliyinin pozulması
nəticəsində kazeozla dolaraq kisələşmiş fokusun əmələ gəlməsinə səbəb olur. Dolmuş kavemaların, yəni
üçüncü növ tuberkulyomanın rentgenoloji şəkli və forması tuberkulyomaya bənzəsə də, bunu nə dərəcədə
tuberkulyomalara aid etməyin mümkün olması, sözsüz ki, mübahisəlidir.
• Müxtəlif növlü həqiqi tuberkulyomalar infiltrativ, yaxud da kazeoz pnevmonik sahəciklərdən ibarətdir və
onların tərkibində elastik, kollagen və arqirofil liflərin, ağciyər stromasının, bronx və qan damarlarııiln qa-
lıqları olur. Bununla belə, dolmuş kavemada duru və yaxud bərkimiş kazeoz nekrotik kütlə və leykositlər
olur. Bu törəmənin əmələ gəlməsinə kavernanın aparıcı bronxunun selikli qişasının iltihabı infiltrasiyası və
yaxud çapıqlı dəyişiklikləri nəticəsində obliterasiyası səbəb olur. Ona görə də buna psevdotuberkulyoma
deyilsə, daha düzgün olar.
• Tuberkulyomaların müxtəlif variantları öz morfogenezlərinə görə fərqlənirlər. Məsələn, solitar homogen
kazeoma kəsmikvari pnevmonik sahəciyin inkapsulyasiyası nəticəsində əmələ gəlir. Qat-qat və yaxud laylı ka-
zeoma pnevmonik fokusun tədricən şiddətlənməsi, yəni vaxtaşırı kəskinləşmələrlə inkişafı nəticəsində əmələ
gəlir. Konqlomerat kazeoma isə bir neçə kiçik ocaqların qovuşması və inkapsulyasiyası nəticəsində əmələ gə-
lir. Ayrı-ayrı hallarda tuberkulyoma iri bronxun təcrid olunaraq zədələnməsi və ya vərəm bronxoektazı
əsasında yarana bilər.
• Müasir ədəbiyyatda vərəm mənşəli dəyirmi fokusların 30-a
yaxın adı mövcüddür. Bəzi klinisistlər tuberkulyomanı yavaş
təsirli bombaya bənzədirlər (time bombe, zeitbombe) və
güman olunur ki, tez-gec bu dağılmalıdır və əriyərək
ağciyərin fibroz-kavemoz vərəminin yaranmasına və vərəm
mikobakteriyalarının orqanizmə yayılmasına səbəb ola bilər.
Bu əlverişsiz vəziyyət, adətən, orqanizmin immunobioloji
qüvvələrinin zəifləməsi nəticəsində və o cümlədən, bir sıra
faktorların təsiri nəticəsində əmələ gələ bilər. Məsələn, diabet
xəstəliyi. Burada müəyyən rolu tuberkulyomanın aktivliyi və
ölçülərinin böyük olması oynayır.
• Aktiv fazada tuberkulyoma daxilindəki kazeoz epiteloid və
tək-tək qiqant hüceyrələrdən ibarət spesifik qranulyasiya layı
ilə və fibroz kapsulanı əmələ gətirən kollagen liflər layı ilə
əhatə olunmuşdur. Qeyri-aktiv fazada kazeoz fokus birlaylı
fibroz kapsulaya malikdir. .
• Tuberkulyomalarda damarlar olmur, ona görə də vərəm əleyhinə olan preparatların kazeoza daxil
olması çox çətinləşir və .preparatlar ancaq diffuziya köməyi ilə keçirlər. Tuberkulyomalarda daima
vərəm mikobakteriyaları olur və durulmuş kazeoz zonasında onlar daha aktiv çoxalırlar. Qeyri-aktiv
stabil tuberkulyomalarda daha çox L-formalı mikobakteriyaları aşkar olunur. Vərəm
mikobakteriyalarının tuberkulyomalarda olması onların kəskinləşmə ehtimalını artırır.
• Solitar homogen tuberkulyoma oval və yaxud dəyirmi kazeoz fokusdur. Tərkibində bəzən köhnə
kalsinasiyalı, kirəcləşmiş ocaqlar var. Beləliklə, tuberkulyomanın kapsulası ikilaylı olur: Piroqov-
Lanqhans qiqant hüceyrələrdən və epitelial hüceyrə səthindən ibarət daxili lay, birləşdirici toxumadan
ibarət daha geniş - xarici lay. Solitar laylı tuberkulyoma ümumi mərkəzli çevrələr kimi bir-birindən
ayrılan kollagen liflərdən, kazeoz dəyişiklikli toxuma laylarından ibarətdir. Laylı tuberkulyomanın
kapsulası, adətən, nazik olur, bir laylıdır, kollagen və argirofil liflərdən ibarətdir. Konqlomerat
tuberkulyoma dairəvi və yaxud qeyri-hamar, polisiklik formada olur. Mikroskopik müayinə zamanı
bele-tuberkulyömanın daxilində bir neçə homogen ocaqlar aşkar olunur (konqlomerat homogen
tuberkulyoma) və yaxud onlar qat-qat, laylı (konqlomerat laylı tuberkulyoma) quruluşlu, ümumi
kapsula ilə əhatə olunmuş şəkildə olur. Psevdotuberkulyoma və yaxud yalançı tuberkuloma
kavemanın aparıcı bronxunun obliterasiyası və yaxud tam bağlanması nəticəsində olur: Dəyirmi
homogen fokusdur, kapsulası kavema üçün xarakterik olan 3 laylı quruluşa malikdir, daxilində isə qatı
və yaxud duru kəsmikvari nekroz kütləsi vardır. Psevdotuberkulyomada tipik həqiqi
tuberkulyomalardan fərqli olaraq ağciyər stromasının kollagen, elastik və argirofil liflari olmur.
• Tuberkulyomanın formalaşması bir sıra
hallarda kliniki təzahürlərlə müşahidə
olunmur. Belə hallarda tuberkulyomanı
ancaq profilaktik müayinələr zamanı aşkar
etmək olur, etmiş intoksikasiya simptomları
halsızlıq, iştahanın zəifləməsi, arıqlama,
bədən hərarətinin, temperaturun bir qədər
qalxması müşahidə olunur. Bəzən döş
qəfəsində ağrılar, qanhayxırma olur.
Tuberkulyomanın ölçüləri kiçik olduqda və
dağılma boşluqu olmadıqda, auskultativ və
perkutor dəyişikliklər müşahidə olunmur.
Belə tuberkulyomalarda vərəm
mikobakteriyaları da çox nadir hallarda
aşkar olunur.
• Tuberkulyomalar rentgenoloji cəhətdən ayrıca, dəyirmi, dəqiq konturlara malik olub, diametri 1 sm-dən
böyük olan fokus kimi görünür. Əksər xəstələrdə tuberkulyomalar plevra altında və yaxud payarası, ən çox
ağciyərlərin birinci və ikinci seqmentlərində yerləşir. Tuberkulyomanın kölgəsi yekcins deyil və bərkimiş
sahəciklər və yaxud kirəcləşmiş ocaqlar görünür. Tuberkulyomada dağılma olarsa, fokusda oraqvari işıqlı
zolaq, bəzən perifokal iltihab və azsaylı bronxogen ocaqlar, həm də kirəcləşmiş sahəciklər görünür.
Tuberkulyoma daxilindəki yaranan boşluq, adətən, fokusun kənarında aparıcı bronxun başlanğıcında, nadir
hallarda isə tuberkulyomanın mərkəzində olur. Bir neçə belə boşluğun yaranması mümkündür.
Tuberkulyomanın ətrafında, adətən, ocaqlar, pnevmoskleroz, ağciyər köklərində isə kirəcləşmiş limfa
düyünləri aşkar edilir. Tuberkulyomalarda prosesin şiddətlənməsi nəticəsində ağciyər kökünə doğru gedən
perivaskulyar və peribronxial bərkimə şəklində «cığır» aşkar olunur. Plevranın iltihabı və çapıqlı dəyişikliklər
formasında zədələnməsi və tuberkulyoma yaxınlığında bu dəyişikliklərin olması, söylədiyimiz kimi, kompüter
tomoqrafiya zamanı yaxşı aşkar olunur. Hiperergik tuberkulin reaksiyaları, adətən, şiddətlənən
tuberkulyomalarda aşkar olunur və bu əlamət, yəni tuberkulinə qarşı allergiyanın olması, tuberkulyomanın
differensial diaqnostikasında istifadə edilə bilər. Qeyri-aktiv tuberkulyomalarda və spesifik kimyəvi terapiya
fonunda yaranan tuberkulyomalarda isə tuberkulin reaksiyası zəif, yaxud da orta dərəcədə olur.
• Laborator müayinələr zamanı vərəm mikobakteriyaları bronx yuyuntusunda və bəlğəmdə,
adətən, tuberkulyomada dağılma, parçalanma olduqda aşkar olunur. Vərəm
mikobakteriyalarının koloniyaları az sayda təsadüf olunur, ona görə də tuberkulyomalarda
alınan materialı bir neçə dəfə müayinə etməyə ehtiyac olur. Aşkar olunmuş vərəm
mikobakteriyaları yüksək virulentliyə və vərəm dərmanlarına qarşı, hətta uzunmüddətli kim-
yəvi terapiyadan sonra həssaslığını saxlamış olurlar. Bu onu göstərir ki, vərəm əleyhinə
preparatlar tuberkulyomanın kazeozuna çətinliklə daxil ola bilir. Qanın ümumi müayinəsində
nəzərə çarpacaq dəyişikliklər aşkar olunmur. Adətən EÇS-də 20 mm/s-dan artıq olmur.
• Xəstələrdə qanda qlükokortikoidlərin miqdarının artması vərəmin bu forması üçün çox
xarakterikdir, ki bu da onun patogenetik mexanizmdə produktiv iltihabın məhz
tuberkulyoma üçün xarakterik olduğunu göstərir.
• Xarici tənəffüsün və ürək-qan-damar sisteminin müayiiıesi elə bir dəyişiklik aşkar etmir,
ancaq ağciyərlərin kapillyar qan damarlarının skanoqrarnması tuberkulyoma ətrafında
bunların çox zəifləməs.ini aşkar edir. Beləliklə, radioizotop skanerlə müayinələr
tuberkulyoma ətrafında vaskulyarizasiyanın pozulmasını aşkar edirsə, bu kimyəvi terapiyanın
perspektivsizliyini və cərrahi müdaxiləyə bir başa göstəriş olduğunu göstərır.
• Diaqnostika məqsədilə aparılan müayinələrin nəticələri tuberkulyomanın aşağıdakı əsas
əlamətlərini aşkar edir: ağciyərlərdə ayrıca yerləşən aydın konturlara malik və diametri 1 sm-
dən böyük olan dəyirmi bir kölgə, ətraf toxumalarda tək-tək fokuslar, vərəm
mikobakteriyalarının aşkar olunmaması və orqanizmin tuberkulinə qarşı yüksək həssaslığı,
kliniki gedişinin zəif simptomatikası, intoksikasiya simptomlarının olmaması, yaxud da zəif
inkişaf etməsi.
Kliniki gdişinə görə
tuberklyomaların üç variantı var:
1) reqressiya edən -
tuberkulyoma tədricən
kiçilir və sonra yerində
ocaq yaxud da ocaqlar,
indurasiya sahəsi, ya da
bu dəyişikliklərin hər
ikisi əmələ gəlir;
2) stabil olan - xəstə
müşahidə olunan dövrdə
rentgenoloji dinamika
aşkar olunmur;
3) proqressivləşən -
tuberkulyomada
dağılma, perifokal
iltihab və ətrafdakı
ağciyər toxumasında
bronxogen səpələnmə
aşkar olunur.
• Vərəm mikobakteriyaları aşkar edilmədikdə və tuberkulinə qarşı hiperergik reaksiya
olmadıqda diaqnozu müəyyənləşdirmək üçün götürülmüş bioptatın sitohistoloji
müayinəsi və yaxud da aparıcı bronxdan götürülmüş möhtəviyatın müayinəsi kömək
edir.
• Tuberkulyomanın differensial diaqnostikası zamanı ağciyərlərin şarabənzər
törəmələri diaqnostik çətinliklər törədir. Belə törəmələrin sayı Ravelliyə görə (1951-
ci il) 72, S.A. Reinberqə görə (1962-ci il) 84-ə qədərdir. Bunlara xoşxassəli və
bədxassəli şişlər, parazitar və qeyri-parazitar dolmuş kistalar, eozinofıl infıltratlan,
iltihabı qranulyomalar, pnevmokaniozlar, kisələşmiş plevritlər və s. aiddir.
• Tuberkulyomanı dəyirmi vərəm infıltratından fərqləndirmək üçün nəzərə almaq
lazımdır ki, kliniki-rentgenoloji əlamətlərinə görə dəyirmi vərəm infıltratı əksər
hallarda kəskin başlayır, intoksikasiyalarla müşahidə olunur, leykositoza, habelə
neytrofıllərin sola inkişafına meyllidir və EÇSin sürəti artmış olur. Gözlənilmədən
qanhayxırma yarana bilir və vərəm mikobakteriyaları aşkar olunur. İnfıltrat
şiddətlənərkən əksər hallarda dağılma, destruksiya ilə müşahidə olunur. Bu zaman
pnevmoneogen boşluq yaranır və buna xas olan bütün əlamətlərlə təzahür edir,
spesifik müalicə fonunda belə infıltratlar müsbət dinamika ilə, yəni geriyə sorulma
ilə xarakterizə olunur. Belə infıltratların rentgenoloji şəkli yüksək intensivliyinə
baxmayaraq adətən homogen olmur və konturları girintili çıxıntılı olur, infıltratdan
ağciyər kökünə «cığır» istiqamətlənir («tennis raketkası» simptomu).
Halo nişanələri. Tuberkuloma – kompüter
tomoqrafiya,histo preparat
• Periferik xərçəng rentgenoloji şəklinə görə tuberkulyomaya
bənzəyir. Ağciyər xərçəngi, adətən kişilərdə 50 yaşdan sonra
müşahidə olunur, tuberkulyomada isə xəstələrin anamnezində
xəstənin keçirmiş olduğu vərəmin bir sıra formaları, vərəmli
xəstə ilə kontakt göstərilə bilər. Xərçəngə tutulmuş xəstələr
vərəmli xəstələrdən daha çox .ümumi zəiflikdən şikayət edir.
Xərçəngli xəstələr çox az miqdarda selikli, duru, bəzən
yapışqan kimi və bəzən də qanlı bəlğəmdən şikayət edirlər.
Ağciyərlərin vərəmində qanhayxırma və qanaxma adətən
bronxogen ocaqlar, vərəm mikobakteriyalarının xaric olunması
ilə müşahidə olunur və bunlar xərçəng zamanı müşahidə
olunmur.
• Ağrı simptomlarının tezliyi və xarakteri də bu xəstələrdə fərqlidir. Kəskin və dərin
nəfəs alanda güclənən, ancaq nisbətən tez keçən döş qəfəsində yayılmış ağrılar ·vərəmli
xəstələrdə az-az təsadüf olunur. Döş qəfəsində ağrılar xərçəngli xastolerde daha çox
təsadüf olunur. Bundan başqa, onlar get-gedə artır, tənəffüsün fazası ilə əlaqəli deyillər
və bir sıra ağrıkəsici dərmanlar bəzən onlara təsir etmir. Bir sıra hallarda bu ağrılar
sümüklərdə, oynaqlarda və sinir kötükləri istiqamətində hiss olunur.
• Stetoakustik dəyişikliklər vərəmdə və xərçəngdə başlanğıc mərhələdə bir-birindən o
qədər də fərqlənmir. Xərçəng xəstəliyində xəstəliyin şiddətlənməsi ilə bağlı perkutor
səsin kütləşməsi inkişaf edir. Xəstəliyin şiddətlənməsi ilə bağlı bronxların daralması baş
verir və bəzən atelektaz, parakankroz sətəlcəm inkişaf edir. Bunlar da vərəm üçün
xarakterik əlamətlər deyil. Belə hallarda radioloji müayinələr zamanı xərçəng olan xəstə-
V lərdə bronxun və damarlann tam sıxılıb bağlanması ile əlaqədar «funksional
amputasiya simptomu» aşkar olunur. İri şişlər zamanı divararalığının yerini dəyişməsi
müşahidə olunur.
•
• Periferik xərçəng xəstələrindən bronxoskopiya zamanı seqmentar, subseqmentar bronxlar yaxşı
görünmədiyinə görə elə bir dəyişikliklər aşkar olunmur, ancaq vərəmli xəstələrin müayinəsində bəzən
bronxların selikli qişasında spesifik dəyişikliklərə rast gəlmək olur. Xərçəngli xəstələrin bəlğəmində və
bronx yuyuntularında xəstələrin yarıdan çoxunda atipik hüceyrələr aşkar olunur və tam əksəriyyətində
isə eritrositlər aşkar olunur. Bəzən xərçəngli xəstələrdə turşuya davamlı saprofıtlər, çox nadir hallarda
vərəm mikobakteriyaları aşkar oluna bilər. Vərəm mikobakteriyaları parçalanmış xərçəng zonasına
düşmüş, kirəcləşmiş, köhnə vərəm ocaqlarının dağılması nəticəsində olur. Belə hal vərəmli xəstələrdə
də ola bilər. Vərəmli xəstələrin uzunmüddətli xroniki bronxit və pnevmosklerozla əziyyət çəkmələri
nəticəsində bəlğəmdə silindrik epitelilərin atipik hüceyrələri aşkar oluna bilər. Onlar hamısı nəzərə
alınmalıdır. Xərçəng zamanı əsas etibarilə leykositoz və limfopeniya aşkar olunursa, vərəm zamanı
limfositoz aşkar olunur. Vərəmli xəstələrdə tuberkulyoma zamanı qanın zülal tərkibində demək olar ki,
dəyişikliklər olmadığı halda xərçəngli xəstələrdə qan zərdabında albuminlərin azalması və qlobulinlərin
Y -fraksiyası hesabına çoxalması aşkar olunur. Ancaq endobronxia1 biopsiyalar zamanı xəstəliyin
differensiasiya olunması üçün geniş imkanlar açılır. Xərçəngin kortikal sahələrdə, yəni döş qəfəsi
divarına çox yaxın sahələrdə yerləşməsi bəzən bronxoloji müayinələrin imkanlarını zəiflədir. Belə
hallarda transbronxial punksion biopsiyalar həmin dəyişikliklərin aşkar olunmasına imkan verir. Bəzi
hallarda torakotomiyaya ehtiyac var. Periferik xərçəng xəstəliyinə şubhə yaranarkən uzunmüddətli
vərəmə qarşı «ex juvantibus» müalicə özünü doğrultmur, çünki periferik xərçəng xəstəliyinin cərrahi
müdaxiləsi üçün olan imkan əldən verilə bilər. ·
• Tuberkulyomanı bəzən ağciyərlərin periferik adenoması ilə müqayisəli differensiasiya etmək lazım gəlir.
Ağciyərlərin adenomasına gənc və orta yaşlılarda və qadınlarda bir qədər çox rast gəlinir. Onun histoloji
quruluşu müxtəlifdir. Tam əksər hallarda ağciyərlərin adenoması-karsinoid tək-tək hallarda silindromadan
ibarətdir. Adenomanın rentgenoloji şəkli dəyirmi və yaxud dəyirmi-ova! homogen, diametri 1 sm-dən 5 sm-ə
qədər olan aydın və hamar kənarları olan törəmədir. Adenomanın daxilində başqa bir şey görünmür.
Ətrafdakı ağciyər toxuması çox az dəyişilmiş olur. Şişin bu xarakteri, orta və aşağı paylarda lokalizasiyası onu
tuberkulyomadan fərqləndirir. Bronxoqrafiya diaqnostik rol oynayır. Adenomanın periferik lokalizasiyası
zamanı bronxoqrafiya edərkən yaxında olan kiçik bronxlar bir qədər sıxışdırılmış və sanki onu əhatə edirmiş
kimi görünür. Angiopulmonoqrafiya zamanı isə kiçik damarların eyni qayda ilə kənara sıxılması görünür,
sanki bu damarlar şişi əhatə edirlər. Bronxdan kenarda yerləşmiş adenoma böyük ölçülərə çatsa da əlamətlərlə
müşahidə olunmur. Ancaq şişin iri bronx boşluğuna doğru inkişaf etməsi bir sıra klinik əlamətləri ortaya
çıxmasına gətirib çıxarır. Bu vaxt öskürək, qanhayxırma, təngnəfəslik, temperaturun yüksəlməsi, seqmentar
və pay atelektazın əmələ gəlməsi baş verir. Bütün bu əlamətləri adenomanı tuberkulyoma ilə muqayisə
edərkən nəzərə almaq lazımdır. Adenomanın 10-15%-i, xüsusilə silindromalar bədxassəli şişə keçə bilir.
• Adətən subseqmentar bronxun, bu bronxun distal hissəsinin gərilməsi nəticəsində selikli
həlməşik maye ilə, bəzən qan qarışıqlı, irin və ayn-ayn kalsinatlarla dolması nəticəsində əmələ
gəlir. Əksər hallarda belə formalı retension kistaların müxtəlif formaları olur: dairəvi-oval, mil
şəkilli, armud şəkilli, bir və yaxud iki qabarıqlı. Bəzən onlar üzüm salxımı və yaxud barmaq şəkilli
formada olurlar. Bu, zədələnmənin xarakterindən, bronxun kalibrindən, tərkibində olan mayenin
və ağciyər toxumasının vəziyyətindən asılıdır. Adətən belə kistanın strukturası homogendir, bəzən
periferiyada olur və yaxud da onun daxilində kirəcləşmiş sahəciklər aşkar olunur. Adəti üzrə
boşluğun konturları dəqiq və yaxşı cızılmış olur, ətrafdakı ağciyər toxuması normal vəziyyətdə və
yaxud sklerotik dəyişikliklərə uğramış olur. Əgər belə kistanın mənşəyində əvvələr keçirilmiş
vərəm xəstəliyi durursa, ətrafında və ağciyərin köklərində bərk kiçik ocaqlar və yaxud kalsinatlar
olur. Bronxoqrafiya zamanı müvafiq seqmentar bronxun subseqmentar və yaxud seqmentar
amputasiyası aşkar olunur və zədələnmə sahəsində kiçik bronxların deformasiyası aşkar olunur.
Angiopulmonoqrafiya vasitəsilə kiçik arteriyaların sıxılması və deformasiyasını aşkar etmək olar.
• Asperigilyomanın xarakterik rentgenoloji şəkli var, yəni rentgenoqrammada və daha dəqiq
tomoqrammada şarşəkilli və yaxud oval homogen törəmə məsaməli və yaxud deşik-deşik,
strukturalı bəzən də kirəcləşmə · elementləri ilə görünür. Göbələk miseliləri liflərindən
əmələ gələn şaxələnmiş liflərdən, az və ya çox kompakt yumaqcıqdan ibarət aspergilyorna ilə
aspergilyomanın yerləşdiyi boşluğun divarı arasında çeleng, oraq, aypara və s. şəklində
müxtəlif eni və uzunluğu olan hava zolağı aşkar olunur. Əksər hallarda belə göbələk şarı hər
tərəfdən hava ilə əhatə olunmuşdur və xəstə bədənin vəziyyətini dəyişdikcə, o da yerini
dəyişir (Zınqrov əlaməti). Aspergilyomanın aparıcı bronxunun mənfəzi boş olduqda
bronxoqrafiya zamanı onu kontrastla doldurmaq olur və bu bronx göbələk şarını əhatə edir.
Bir qədər kiçik bronx olduqda isə boşluğun aşağa hissəsini tutur və göbələk kütləsini
yuxarıya sıxır. Bəlğəmdə, bronx yuyuntularında, yaxud da aspiratda birbaşa· zədələnmiş
yerdən götürülmüş aspergillərin aşkar olunması xüsusilə diaqnostik əhəmiyyət kəsb edir.
• Vərəm üçün xarakter olmayan bəzi əlamətlər bir sıra hallarda arteriovenoz anevrizma zamanı
aşkar olunur. Buna dəridə, selikli qişalarda və bəzən də daxili orqanlarda çoxsaylı
teleangiektaziyaların olması aiddir. Bununla əlaqədar, qanın kapilyarlardan yan keçərək
ağciyər arteriyasından böyük qan dövranına keçməsi neticasinde hipoksemiya və hipoksiya
əlamətləri qeydə alınır. Buna görə də üzdə, ətraflarda sianoz inkişaf edir, fiziki gərginlik
zamanı kəskin təngnəfəslik artır, tez-tez baş gicəllənmələr, hətta huşu getmə halları,
epilepsiya şəkilli tutmalar olur. Dımaqlar saat şüşesi şəkilini alır, uc falanqalar qalınlaşır,
əllərdə və ayaqlarda, baraban çubuqları şəklini alır, təkrari qanhayxırma və ağciyər
qanaxmaları olur. Arteriovenoz anevrizma zonasında, əgər böyük ölçülərdə olarsa, perkutor
tonun kütləşməsi «pişik mınltısı», sistolik və diastolik səs eşidilir. Qanda eritrositlərin və
hemoqlobinin səviyyəsi qalxır, oksigenin konsentrasiyası azalır, karbon qazının, dəm qazının
konsentrasiyası qalxır.
• Tuberkulyomadan fərqli olaraq rentgen şəkli xarakterikdir və bunlar daha çoxsaylı
olurlar. Çox vaxt arteriovenoz anevrizma ağciyərlərin aşağı paylarında yerləşir. Nəfəs
alarkən onun kölgəsi dəyişir və pulsasiya edir. Bu tomoqrammada, köndələn
proyeksiyalarda daha yaxşı aşkar olunur. Damar şişi daha yaxşı selektiv
anqioulmonoqrafiya zamanı üzə çıxır. Bu simptomlar hamısı vərəmdə aşkar
olunmur, çünki angiopulmonoqrafiya zamanı onunla birlikdə ağciyər arteriyası və
venası da kontrastla dolur.
• Deyilənlərdən başqa, bəzən qeyri-spesifik sətəlcəmin də şar şəkilli forması olur.
Bəzən angiofibroma olur, döş qəfəsi divarında miomaya və bezilərində isə
qabırğanın osteomasına rast gəlinir ki, bunların hamısı tuberkulyoma ilə
differensiasiya olunmalıdır.
• Şarabənzər törəmələr diaqnozu müəyyən olunmadıqda onları müalicə etmək böyük
riskdir. Belə dəyişməyən qeyri-aktiv tuberkulyoma kimi hallarda cərrahi müdaxiləyə
birbaşa göstəriş vardır. Kiçik ölçülü inkapsulyasiya olunmuş tuberkulyomaları
müşahidəyə daha çox etiyac vardır. Ümumiyyətlə, inkapsulyasiya olunmuş
tuberkulyomaların antibakterial müalicəsi çox zəif və effektsiz olur. İlk dəfə aşkar
olunmuş və aktiv formada olan, xüsusilə də dağılma boşluğu olan tuberkulyomaları
uzunmüddətli vərəm əleyhinə müalicə aparmaq, patogenetik dərmanlardan
tuberkulin, lidaza, prednizalon, immunostimulyatorlardan istifadə edərək kazeozun
qopub ayrılmasına və yaranmış kavemanın çapıqlaşmasına qədər onu müalicə etmək
lazımdır.
•SON!

More Related Content

What's hot

Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi ClCN7
 
Hidrotoraks
HidrotoraksHidrotoraks
HidrotoraksClCN7
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığıClCN7
 
Dalaq Xestelikleri
Dalaq XestelikleriDalaq Xestelikleri
Dalaq XestelikleriClCN7
 
Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)ATB
 
02 procariota (peña del churrasco)
02 procariota (peña del churrasco)02 procariota (peña del churrasco)
02 procariota (peña del churrasco)Javier
 
Klinicka fiziologija pluca
Klinicka fiziologija plucaKlinicka fiziologija pluca
Klinicka fiziologija plucaDejanaDeki
 
SEPSİS, SEPTİK ŞOK
SEPSİS, SEPTİK ŞOKSEPSİS, SEPTİK ŞOK
SEPSİS, SEPTİK ŞOKClCN7
 
Head and Neck Surgery Incisions Dr. Cavid Cabbarzade Hacettepe ENT
Head and Neck Surgery Incisions  Dr. Cavid Cabbarzade Hacettepe ENTHead and Neck Surgery Incisions  Dr. Cavid Cabbarzade Hacettepe ENT
Head and Neck Surgery Incisions Dr. Cavid Cabbarzade Hacettepe ENTdrcavidcab
 
Тем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdf
Тем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdfТем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdf
Тем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdfСергей Николаевич
 
İlkin vərəm kompleksi 1
İlkin vərəm kompleksi 1İlkin vərəm kompleksi 1
İlkin vərəm kompleksi 1ClCN7
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)LemanPirmemmedova
 
larinks hastalıkları (fazlası için www.tipfakultesi.org )
 larinks hastalıkları (fazlası için www.tipfakultesi.org ) larinks hastalıkları (fazlası için www.tipfakultesi.org )
larinks hastalıkları (fazlası için www.tipfakultesi.org )www.tipfakultesi. org
 

What's hot (20)

Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi
 
Hidrotoraks
HidrotoraksHidrotoraks
Hidrotoraks
 
AXOX
AXOXAXOX
AXOX
 
Miliar vərəm
Miliar vərəmMiliar vərəm
Miliar vərəm
 
Pnevmoniya
PnevmoniyaPnevmoniya
Pnevmoniya
 
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığıBöyrək çatışmazlığı
Böyrək çatışmazlığı
 
Solunum ve sindirim
Solunum ve sindirim Solunum ve sindirim
Solunum ve sindirim
 
Dalaq Xestelikleri
Dalaq XestelikleriDalaq Xestelikleri
Dalaq Xestelikleri
 
GENİTAL ORGANLAR (Prof. Dr. İsmail Hakkı NUR)
GENİTAL ORGANLAR   (Prof. Dr. İsmail Hakkı NUR)GENİTAL ORGANLAR   (Prof. Dr. İsmail Hakkı NUR)
GENİTAL ORGANLAR (Prof. Dr. İsmail Hakkı NUR)
 
Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)Aritmiyalar(pptx)
Aritmiyalar(pptx)
 
02 procariota (peña del churrasco)
02 procariota (peña del churrasco)02 procariota (peña del churrasco)
02 procariota (peña del churrasco)
 
Klinicka fiziologija pluca
Klinicka fiziologija plucaKlinicka fiziologija pluca
Klinicka fiziologija pluca
 
SEPSİS, SEPTİK ŞOK
SEPSİS, SEPTİK ŞOKSEPSİS, SEPTİK ŞOK
SEPSİS, SEPTİK ŞOK
 
Pneumosclerosis
PneumosclerosisPneumosclerosis
Pneumosclerosis
 
Head and Neck Surgery Incisions Dr. Cavid Cabbarzade Hacettepe ENT
Head and Neck Surgery Incisions  Dr. Cavid Cabbarzade Hacettepe ENTHead and Neck Surgery Incisions  Dr. Cavid Cabbarzade Hacettepe ENT
Head and Neck Surgery Incisions Dr. Cavid Cabbarzade Hacettepe ENT
 
Тем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdf
Тем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdfТем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdf
Тем №3 Обстеження хворих з патологією легень _Опитування,Огляд.Пальпація .pdf
 
İlkin vərəm kompleksi 1
İlkin vərəm kompleksi 1İlkin vərəm kompleksi 1
İlkin vərəm kompleksi 1
 
Ince bağırsak
Ince bağırsakInce bağırsak
Ince bağırsak
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
 
larinks hastalıkları (fazlası için www.tipfakultesi.org )
 larinks hastalıkları (fazlası için www.tipfakultesi.org ) larinks hastalıkları (fazlası için www.tipfakultesi.org )
larinks hastalıkları (fazlası için www.tipfakultesi.org )
 

More from ClCN7

Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktıClCN7
 
Yumurtalığın apopleksiyası
Yumurtalığın   apopleksiyasıYumurtalığın   apopleksiyası
Yumurtalığın apopleksiyasıClCN7
 
Hamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmalarıHamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmalarıClCN7
 
Dölün qeyri düzgün vəziyyətləri
Dölün qeyri düzgün vəziyyətləriDölün qeyri düzgün vəziyyətləri
Dölün qeyri düzgün vəziyyətləriClCN7
 
Kəmərləyici dəmrov (herpes zoster )
Kəmərləyici dəmrov (herpes zoster )Kəmərləyici dəmrov (herpes zoster )
Kəmərləyici dəmrov (herpes zoster )ClCN7
 
Somnambulizm ( lunatizm )
Somnambulizm ( lunatizm )Somnambulizm ( lunatizm )
Somnambulizm ( lunatizm )ClCN7
 
Artiq çəki̇ və pi̇ylənmə
Artiq çəki̇ və pi̇ylənməArtiq çəki̇ və pi̇ylənmə
Artiq çəki̇ və pi̇ylənməClCN7
 
Baş beynin angioqrafiyasi
Baş beynin angioqrafiyasiBaş beynin angioqrafiyasi
Baş beynin angioqrafiyasiClCN7
 
Miokardit
Miokardit Miokardit
Miokardit ClCN7
 
Deformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozDeformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozClCN7
 
Yenidoğulmuşun Fiziologiyası
Yenidoğulmuşun FiziologiyasıYenidoğulmuşun Fiziologiyası
Yenidoğulmuşun FiziologiyasıClCN7
 
Embriogenez
EmbriogenezEmbriogenez
EmbriogenezClCN7
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikClCN7
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiClCN7
 
Upload
UploadUpload
UploadClCN7
 
Burun boşluğu xəstəlikləri. Burun qanaxmaları
Burun boşluğu xəstəlikləri. Burun qanaxmalarıBurun boşluğu xəstəlikləri. Burun qanaxmaları
Burun boşluğu xəstəlikləri. Burun qanaxmalarıClCN7
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyiClCN7
 
Anadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurlarıAnadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurlarıClCN7
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...ClCN7
 
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriZahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriClCN7
 

More from ClCN7 (20)

Miokard İnfarktı
Miokard İnfarktıMiokard İnfarktı
Miokard İnfarktı
 
Yumurtalığın apopleksiyası
Yumurtalığın   apopleksiyasıYumurtalığın   apopleksiyası
Yumurtalığın apopleksiyası
 
Hamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmalarıHamiləliyin birinciyarısının qanaxmaları
Hamiləliyin birinciyarısının qanaxmaları
 
Dölün qeyri düzgün vəziyyətləri
Dölün qeyri düzgün vəziyyətləriDölün qeyri düzgün vəziyyətləri
Dölün qeyri düzgün vəziyyətləri
 
Kəmərləyici dəmrov (herpes zoster )
Kəmərləyici dəmrov (herpes zoster )Kəmərləyici dəmrov (herpes zoster )
Kəmərləyici dəmrov (herpes zoster )
 
Somnambulizm ( lunatizm )
Somnambulizm ( lunatizm )Somnambulizm ( lunatizm )
Somnambulizm ( lunatizm )
 
Artiq çəki̇ və pi̇ylənmə
Artiq çəki̇ və pi̇ylənməArtiq çəki̇ və pi̇ylənmə
Artiq çəki̇ və pi̇ylənmə
 
Baş beynin angioqrafiyasi
Baş beynin angioqrafiyasiBaş beynin angioqrafiyasi
Baş beynin angioqrafiyasi
 
Miokardit
Miokardit Miokardit
Miokardit
 
Deformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartrozDeformasi̇yaedi̇ci̇ osteoartroz
Deformasi̇yaedi̇ci̇ osteoartroz
 
Yenidoğulmuşun Fiziologiyası
Yenidoğulmuşun FiziologiyasıYenidoğulmuşun Fiziologiyası
Yenidoğulmuşun Fiziologiyası
 
Embriogenez
EmbriogenezEmbriogenez
Embriogenez
 
Vaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlikVaxtı ötmüş hamiləlik
Vaxtı ötmüş hamiləlik
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Upload
UploadUpload
Upload
 
Burun boşluğu xəstəlikləri. Burun qanaxmaları
Burun boşluğu xəstəlikləri. Burun qanaxmalarıBurun boşluğu xəstəlikləri. Burun qanaxmaları
Burun boşluğu xəstəlikləri. Burun qanaxmaları
 
Kron xəstəliyi
Kron xəstəliyiKron xəstəliyi
Kron xəstəliyi
 
Anadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurlarıAnadangəlmə ürək qüsurları
Anadangəlmə ürək qüsurları
 
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
Peptik xəstəliklər, Helicobacter pylori, Uşaqlarda qarın ağrısı və onun diffe...
 
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləriZahılıq dövrünün irinli septiki xəstəlikləri
Zahılıq dövrünün irinli septiki xəstəlikləri
 

Tuberkulyoma

  • 2. AGCİYƏRLƏRİN TUBERKULYOMASI • Keçən əsrin əvvəllərindən başlayaraq rentgen müayinələrin tətbiqi ilə bağlı vərəmli xəstələrin ağciyərlərində iri ölçülü ( 1 sm-dən 6 sm-ə qə- dər) ayrıca, dairəvi, stabil, solitar sönük və ləng gedişli fokuslar aşkar olunmağa başladı. Ancaq tuberkulyoma terminini klinikaya ilk dəfə 1938- ci ildə Derseid və Toussaint daxil etmişlər. Ağciyər vərəminin bu formasını hələ R.Laennec və Andral ( 1819) vərəmdən və digər xəstəliklərdən dunyasını dəyişmiş insanların autopsiyası zamanı aşkar etmişlər. Tuffier 1891- ci ildə tuberkulyomanı səhvən şiş hesab edərək kəsib götürmüşdür.
  • 3. Tuberkulyoma vərəmin qəbul olunmuş son kliniki təsnifatlarında infiltrativ formalardan ayrılaraq sərbəst bir forma kimi göstərilmişdir. • Tuberkulyoma fibroz kapsulalı, diametri 1 sm-dən böyük olan dəyirmi kazeoz törəmədir. 1974-ci ildə qəbul olunmuş vərəmin kliniki təsnifatında tuberkulyoma belə xarakterizə olunmuşdur. Tuberkulyomaların patogenezi cürbəcürdür. Onlar birincili infeksiya dövründə çox nadir hallarda yaranırlar, daha çox və əsas etibarilə ikincili vərəm üçün xarakterikdirlər. Ancaq bəzən döş qəfəsi daxili limfa düyünündəki kəskinləşmiş ocaqlardan prosesin yayılması nəticəsində də əmələ gəlirlər. Tuberkulyoma ağc- iyərlərdə tək və yaxud çoxsaylı dəyirmi, bəzən bir-biri ilə qovuşmuş, kap- sula ilə əhatə olunmuş kazeoz ocaqlardan ibarətdir.
  • 4.
  • 5. • Ağciyərlərdən başqa tuberokulyoma divararalığı limfa düyünlərində, plevrada, beyində, böyrəklərdə, qaraciyərdə, uşaqlıq borularında, böyrəküstü vəzilərdə əmələ gəlir. Tuberkulyoma daha çox kimyəvi terapiyanın təsirilə infıltrativ vərəm tam sorulmadıqda və çapıqlaşmadıqda yarana bilir. Qalıq ocaq ancaq kapsula ilə əhatə olunur. Ocaqlı vərəmdən, əsas etibarilə konqlomerat tuberkulyomalar yaranır. Tək- tək hallarda tuberkulyoma səpələnmiş ağciyər vərəmi və ilkin vərəm kompleksindən sonra yarana bilir. Bundan başqa, tuberkulyoma kazeoz və qranulyasiyalarla dolmuş kavemadan da yarana bilir. Fibroz kapsulalı ocaqda, tuberkulyomada kazeozdan başqa kalsium duzları və ağciyər toxumasının qalıqları da aşkar olunur (bronx divarları, elastiki liflər). Kazeoz duru və yaxud quru ola bilir, bəzən də qat-qat olur.
  • 6. • Tuberkulyomalar tək-tək (solitar), qrup şəkilində (konqlomerat) və çoxsaylı ölçülərinə görə kiçik (diametri 2 sm-ə qədər), orta (2-4 sm) və iri ( 4 sm-dən çox) ola bilirlər. Adətən ağciyərlərin yuxarı paylarında yerləşir, kazeoz yekcins kütlədən ibarət olur (homogen tuberkulyoma) və yaxud laylı, qat-qat, kollagen liflərlə bir-birindən üzükvari ayırlan (laylı tuberkulyoma) formada olur. Tuberkulyomada kazeoz kütlələr alveol boşluğunu, bronxları, damarları, alveolar arakəsmələri, bronxların və damarların divarlarını dağıtmadan, pozmadan doldurur.
  • 7. • Qat-qat və yaxud laylı tuberkulyomalar vərəm ocağının vaxtaşırı təkrarlanan və çoxsaylı kəskinləşməsi nəticəsində əmələ gəlir. Belə ki, proses hər dəfə kəskinləşdikcə kəskinləşmə dövründə ətraf ağciyər toxuması prosesə qoşularaq nekroza uğrayır və kapsula ilə əhatə olunaraq ətraf toxuma sağlam toxumadan ayrılır və beləliklə, hər dəfə proses kəskinləşdikcə yeni qat, yeni lay əmələ gəlir. • Homogen tuberkulyoma, adətən, patoloji prosesin aparıcı bronxunun obliterasiyası və onun kəsmikvari nekrozla dolması nəticəsində əmələ. gəlir. Konqlomerat tuberkulyoma yan-yana duran və yaxud da hissəvi qovuşfnuş ayn-ayn kazeoz və yaxud fibroz-kazeoz ocaqların birliyindən ibarətdir.
  • 8. Patomorfoloji dəyişikliklərin xarakterinə görə M.M.Averbax (1969) tuberkulyomaların üç əsas növünü ayırd edir: 1.İnfıltrativ pnevmonik 2.Kazeoma 3. Dolmuş kavema.
  • 9. 1. İnfiltrativ pnevmonik • Birinci növ tuberkulyoma produktiv reaksiyaya meyilli kiçik kazeoz sa- həciklərə malik dəyirmi, spesifik pnevmonik fokusdur. Bu növ tuberkul- yoma infıltratdan perifokal ekssudativ iltihabının olmaması ilə fərqlənir. Bu növ tuberkulyoma ağciyərlərin infıltrativ vərəminin involyusiyası nəticəsində yaranır. Morfoloji xüsusiyyətlərinə görə bu növ. jıroduküv kazeoz toxuma reaksiyası kimi xarakterizə olunur.
  • 10. 2. Kazeoma • İkinci növ tuberkulyoma, yəni kazeoma morfoloji quruluşuna görə müxtəlifdir. Kazeomalar homogen, qat-qat, (laylı) olurlar. Homogen və laylı tuberkulyomalar öz növbəsində iki yerə bölünür: solitar (yəni tək) və konqlomerat (çoxsaylı). Homogen tuberkulyoma kisələşmiş kazeozun olması ilə xarakterizə olunur və özü də kazeoz bir fokus formasında, yəni solitar tuberkulyoma və bir neçə fokus ümumi kapsula ilə əhatə olunmuş (konqlomerat tuberkulyoma) ola bilir. Əksər hallarda belə homogen kazeomalar infiltrativ və yaxud kavemoz vərəmin involyusiyası nəticəsində· əmələ gəlir. Qat-qat və yaxud laylı tuberkulyoma sərbəst inkişaf edən tuberkulyomadır, yəni xəstəliyin başlanğıcından tuberkulyomanın yaranması başlayır, ona görə də solitar laylı kazeoma həqiqi tuberkulyoma, birincili tuberkulyoma adlanır. Bu səbəbdən də bu tuberkulyoma vərəmin hər hansı bir kliniki formasının involyusiyası, yaxud da evolyusiyası nəticəsində deyil, vərəmin başlanğıcında kliniki forma kimi yaranır.
  • 11. 3. Dolmuş kaverna • ~ Dolmuş kavema, adından bəlli olduğu kimi kavemanın aparıcı bronxunun keçiriciliyinin pozulması nəticəsində kazeozla dolaraq kisələşmiş fokusun əmələ gəlməsinə səbəb olur. Dolmuş kavemaların, yəni üçüncü növ tuberkulyomanın rentgenoloji şəkli və forması tuberkulyomaya bənzəsə də, bunu nə dərəcədə tuberkulyomalara aid etməyin mümkün olması, sözsüz ki, mübahisəlidir. • Müxtəlif növlü həqiqi tuberkulyomalar infiltrativ, yaxud da kazeoz pnevmonik sahəciklərdən ibarətdir və onların tərkibində elastik, kollagen və arqirofil liflərin, ağciyər stromasının, bronx və qan damarlarııiln qa- lıqları olur. Bununla belə, dolmuş kavemada duru və yaxud bərkimiş kazeoz nekrotik kütlə və leykositlər olur. Bu törəmənin əmələ gəlməsinə kavernanın aparıcı bronxunun selikli qişasının iltihabı infiltrasiyası və yaxud çapıqlı dəyişiklikləri nəticəsində obliterasiyası səbəb olur. Ona görə də buna psevdotuberkulyoma deyilsə, daha düzgün olar. • Tuberkulyomaların müxtəlif variantları öz morfogenezlərinə görə fərqlənirlər. Məsələn, solitar homogen kazeoma kəsmikvari pnevmonik sahəciyin inkapsulyasiyası nəticəsində əmələ gəlir. Qat-qat və yaxud laylı ka- zeoma pnevmonik fokusun tədricən şiddətlənməsi, yəni vaxtaşırı kəskinləşmələrlə inkişafı nəticəsində əmələ gəlir. Konqlomerat kazeoma isə bir neçə kiçik ocaqların qovuşması və inkapsulyasiyası nəticəsində əmələ gə- lir. Ayrı-ayrı hallarda tuberkulyoma iri bronxun təcrid olunaraq zədələnməsi və ya vərəm bronxoektazı əsasında yarana bilər.
  • 12. • Müasir ədəbiyyatda vərəm mənşəli dəyirmi fokusların 30-a yaxın adı mövcüddür. Bəzi klinisistlər tuberkulyomanı yavaş təsirli bombaya bənzədirlər (time bombe, zeitbombe) və güman olunur ki, tez-gec bu dağılmalıdır və əriyərək ağciyərin fibroz-kavemoz vərəminin yaranmasına və vərəm mikobakteriyalarının orqanizmə yayılmasına səbəb ola bilər. Bu əlverişsiz vəziyyət, adətən, orqanizmin immunobioloji qüvvələrinin zəifləməsi nəticəsində və o cümlədən, bir sıra faktorların təsiri nəticəsində əmələ gələ bilər. Məsələn, diabet xəstəliyi. Burada müəyyən rolu tuberkulyomanın aktivliyi və ölçülərinin böyük olması oynayır. • Aktiv fazada tuberkulyoma daxilindəki kazeoz epiteloid və tək-tək qiqant hüceyrələrdən ibarət spesifik qranulyasiya layı ilə və fibroz kapsulanı əmələ gətirən kollagen liflər layı ilə əhatə olunmuşdur. Qeyri-aktiv fazada kazeoz fokus birlaylı fibroz kapsulaya malikdir. .
  • 13. • Tuberkulyomalarda damarlar olmur, ona görə də vərəm əleyhinə olan preparatların kazeoza daxil olması çox çətinləşir və .preparatlar ancaq diffuziya köməyi ilə keçirlər. Tuberkulyomalarda daima vərəm mikobakteriyaları olur və durulmuş kazeoz zonasında onlar daha aktiv çoxalırlar. Qeyri-aktiv stabil tuberkulyomalarda daha çox L-formalı mikobakteriyaları aşkar olunur. Vərəm mikobakteriyalarının tuberkulyomalarda olması onların kəskinləşmə ehtimalını artırır. • Solitar homogen tuberkulyoma oval və yaxud dəyirmi kazeoz fokusdur. Tərkibində bəzən köhnə kalsinasiyalı, kirəcləşmiş ocaqlar var. Beləliklə, tuberkulyomanın kapsulası ikilaylı olur: Piroqov- Lanqhans qiqant hüceyrələrdən və epitelial hüceyrə səthindən ibarət daxili lay, birləşdirici toxumadan ibarət daha geniş - xarici lay. Solitar laylı tuberkulyoma ümumi mərkəzli çevrələr kimi bir-birindən ayrılan kollagen liflərdən, kazeoz dəyişiklikli toxuma laylarından ibarətdir. Laylı tuberkulyomanın kapsulası, adətən, nazik olur, bir laylıdır, kollagen və argirofil liflərdən ibarətdir. Konqlomerat tuberkulyoma dairəvi və yaxud qeyri-hamar, polisiklik formada olur. Mikroskopik müayinə zamanı bele-tuberkulyömanın daxilində bir neçə homogen ocaqlar aşkar olunur (konqlomerat homogen tuberkulyoma) və yaxud onlar qat-qat, laylı (konqlomerat laylı tuberkulyoma) quruluşlu, ümumi kapsula ilə əhatə olunmuş şəkildə olur. Psevdotuberkulyoma və yaxud yalançı tuberkuloma kavemanın aparıcı bronxunun obliterasiyası və yaxud tam bağlanması nəticəsində olur: Dəyirmi homogen fokusdur, kapsulası kavema üçün xarakterik olan 3 laylı quruluşa malikdir, daxilində isə qatı və yaxud duru kəsmikvari nekroz kütləsi vardır. Psevdotuberkulyomada tipik həqiqi tuberkulyomalardan fərqli olaraq ağciyər stromasının kollagen, elastik və argirofil liflari olmur.
  • 14. • Tuberkulyomanın formalaşması bir sıra hallarda kliniki təzahürlərlə müşahidə olunmur. Belə hallarda tuberkulyomanı ancaq profilaktik müayinələr zamanı aşkar etmək olur, etmiş intoksikasiya simptomları halsızlıq, iştahanın zəifləməsi, arıqlama, bədən hərarətinin, temperaturun bir qədər qalxması müşahidə olunur. Bəzən döş qəfəsində ağrılar, qanhayxırma olur. Tuberkulyomanın ölçüləri kiçik olduqda və dağılma boşluqu olmadıqda, auskultativ və perkutor dəyişikliklər müşahidə olunmur. Belə tuberkulyomalarda vərəm mikobakteriyaları da çox nadir hallarda aşkar olunur.
  • 15. • Tuberkulyomalar rentgenoloji cəhətdən ayrıca, dəyirmi, dəqiq konturlara malik olub, diametri 1 sm-dən böyük olan fokus kimi görünür. Əksər xəstələrdə tuberkulyomalar plevra altında və yaxud payarası, ən çox ağciyərlərin birinci və ikinci seqmentlərində yerləşir. Tuberkulyomanın kölgəsi yekcins deyil və bərkimiş sahəciklər və yaxud kirəcləşmiş ocaqlar görünür. Tuberkulyomada dağılma olarsa, fokusda oraqvari işıqlı zolaq, bəzən perifokal iltihab və azsaylı bronxogen ocaqlar, həm də kirəcləşmiş sahəciklər görünür. Tuberkulyoma daxilindəki yaranan boşluq, adətən, fokusun kənarında aparıcı bronxun başlanğıcında, nadir hallarda isə tuberkulyomanın mərkəzində olur. Bir neçə belə boşluğun yaranması mümkündür. Tuberkulyomanın ətrafında, adətən, ocaqlar, pnevmoskleroz, ağciyər köklərində isə kirəcləşmiş limfa düyünləri aşkar edilir. Tuberkulyomalarda prosesin şiddətlənməsi nəticəsində ağciyər kökünə doğru gedən perivaskulyar və peribronxial bərkimə şəklində «cığır» aşkar olunur. Plevranın iltihabı və çapıqlı dəyişikliklər formasında zədələnməsi və tuberkulyoma yaxınlığında bu dəyişikliklərin olması, söylədiyimiz kimi, kompüter tomoqrafiya zamanı yaxşı aşkar olunur. Hiperergik tuberkulin reaksiyaları, adətən, şiddətlənən tuberkulyomalarda aşkar olunur və bu əlamət, yəni tuberkulinə qarşı allergiyanın olması, tuberkulyomanın differensial diaqnostikasında istifadə edilə bilər. Qeyri-aktiv tuberkulyomalarda və spesifik kimyəvi terapiya fonunda yaranan tuberkulyomalarda isə tuberkulin reaksiyası zəif, yaxud da orta dərəcədə olur.
  • 16. • Laborator müayinələr zamanı vərəm mikobakteriyaları bronx yuyuntusunda və bəlğəmdə, adətən, tuberkulyomada dağılma, parçalanma olduqda aşkar olunur. Vərəm mikobakteriyalarının koloniyaları az sayda təsadüf olunur, ona görə də tuberkulyomalarda alınan materialı bir neçə dəfə müayinə etməyə ehtiyac olur. Aşkar olunmuş vərəm mikobakteriyaları yüksək virulentliyə və vərəm dərmanlarına qarşı, hətta uzunmüddətli kim- yəvi terapiyadan sonra həssaslığını saxlamış olurlar. Bu onu göstərir ki, vərəm əleyhinə preparatlar tuberkulyomanın kazeozuna çətinliklə daxil ola bilir. Qanın ümumi müayinəsində nəzərə çarpacaq dəyişikliklər aşkar olunmur. Adətən EÇS-də 20 mm/s-dan artıq olmur. • Xəstələrdə qanda qlükokortikoidlərin miqdarının artması vərəmin bu forması üçün çox xarakterikdir, ki bu da onun patogenetik mexanizmdə produktiv iltihabın məhz tuberkulyoma üçün xarakterik olduğunu göstərir.
  • 17. • Xarici tənəffüsün və ürək-qan-damar sisteminin müayiiıesi elə bir dəyişiklik aşkar etmir, ancaq ağciyərlərin kapillyar qan damarlarının skanoqrarnması tuberkulyoma ətrafında bunların çox zəifləməs.ini aşkar edir. Beləliklə, radioizotop skanerlə müayinələr tuberkulyoma ətrafında vaskulyarizasiyanın pozulmasını aşkar edirsə, bu kimyəvi terapiyanın perspektivsizliyini və cərrahi müdaxiləyə bir başa göstəriş olduğunu göstərır. • Diaqnostika məqsədilə aparılan müayinələrin nəticələri tuberkulyomanın aşağıdakı əsas əlamətlərini aşkar edir: ağciyərlərdə ayrıca yerləşən aydın konturlara malik və diametri 1 sm- dən böyük olan dəyirmi bir kölgə, ətraf toxumalarda tək-tək fokuslar, vərəm mikobakteriyalarının aşkar olunmaması və orqanizmin tuberkulinə qarşı yüksək həssaslığı, kliniki gedişinin zəif simptomatikası, intoksikasiya simptomlarının olmaması, yaxud da zəif inkişaf etməsi.
  • 18. Kliniki gdişinə görə tuberklyomaların üç variantı var: 1) reqressiya edən - tuberkulyoma tədricən kiçilir və sonra yerində ocaq yaxud da ocaqlar, indurasiya sahəsi, ya da bu dəyişikliklərin hər ikisi əmələ gəlir; 2) stabil olan - xəstə müşahidə olunan dövrdə rentgenoloji dinamika aşkar olunmur; 3) proqressivləşən - tuberkulyomada dağılma, perifokal iltihab və ətrafdakı ağciyər toxumasında bronxogen səpələnmə aşkar olunur.
  • 19. • Vərəm mikobakteriyaları aşkar edilmədikdə və tuberkulinə qarşı hiperergik reaksiya olmadıqda diaqnozu müəyyənləşdirmək üçün götürülmüş bioptatın sitohistoloji müayinəsi və yaxud da aparıcı bronxdan götürülmüş möhtəviyatın müayinəsi kömək edir. • Tuberkulyomanın differensial diaqnostikası zamanı ağciyərlərin şarabənzər törəmələri diaqnostik çətinliklər törədir. Belə törəmələrin sayı Ravelliyə görə (1951- ci il) 72, S.A. Reinberqə görə (1962-ci il) 84-ə qədərdir. Bunlara xoşxassəli və bədxassəli şişlər, parazitar və qeyri-parazitar dolmuş kistalar, eozinofıl infıltratlan, iltihabı qranulyomalar, pnevmokaniozlar, kisələşmiş plevritlər və s. aiddir.
  • 20. • Tuberkulyomanı dəyirmi vərəm infıltratından fərqləndirmək üçün nəzərə almaq lazımdır ki, kliniki-rentgenoloji əlamətlərinə görə dəyirmi vərəm infıltratı əksər hallarda kəskin başlayır, intoksikasiyalarla müşahidə olunur, leykositoza, habelə neytrofıllərin sola inkişafına meyllidir və EÇSin sürəti artmış olur. Gözlənilmədən qanhayxırma yarana bilir və vərəm mikobakteriyaları aşkar olunur. İnfıltrat şiddətlənərkən əksər hallarda dağılma, destruksiya ilə müşahidə olunur. Bu zaman pnevmoneogen boşluq yaranır və buna xas olan bütün əlamətlərlə təzahür edir, spesifik müalicə fonunda belə infıltratlar müsbət dinamika ilə, yəni geriyə sorulma ilə xarakterizə olunur. Belə infıltratların rentgenoloji şəkli yüksək intensivliyinə baxmayaraq adətən homogen olmur və konturları girintili çıxıntılı olur, infıltratdan ağciyər kökünə «cığır» istiqamətlənir («tennis raketkası» simptomu).
  • 21. Halo nişanələri. Tuberkuloma – kompüter tomoqrafiya,histo preparat
  • 22. • Periferik xərçəng rentgenoloji şəklinə görə tuberkulyomaya bənzəyir. Ağciyər xərçəngi, adətən kişilərdə 50 yaşdan sonra müşahidə olunur, tuberkulyomada isə xəstələrin anamnezində xəstənin keçirmiş olduğu vərəmin bir sıra formaları, vərəmli xəstə ilə kontakt göstərilə bilər. Xərçəngə tutulmuş xəstələr vərəmli xəstələrdən daha çox .ümumi zəiflikdən şikayət edir. Xərçəngli xəstələr çox az miqdarda selikli, duru, bəzən yapışqan kimi və bəzən də qanlı bəlğəmdən şikayət edirlər. Ağciyərlərin vərəmində qanhayxırma və qanaxma adətən bronxogen ocaqlar, vərəm mikobakteriyalarının xaric olunması ilə müşahidə olunur və bunlar xərçəng zamanı müşahidə olunmur.
  • 23. • Ağrı simptomlarının tezliyi və xarakteri də bu xəstələrdə fərqlidir. Kəskin və dərin nəfəs alanda güclənən, ancaq nisbətən tez keçən döş qəfəsində yayılmış ağrılar ·vərəmli xəstələrdə az-az təsadüf olunur. Döş qəfəsində ağrılar xərçəngli xastolerde daha çox təsadüf olunur. Bundan başqa, onlar get-gedə artır, tənəffüsün fazası ilə əlaqəli deyillər və bir sıra ağrıkəsici dərmanlar bəzən onlara təsir etmir. Bir sıra hallarda bu ağrılar sümüklərdə, oynaqlarda və sinir kötükləri istiqamətində hiss olunur. • Stetoakustik dəyişikliklər vərəmdə və xərçəngdə başlanğıc mərhələdə bir-birindən o qədər də fərqlənmir. Xərçəng xəstəliyində xəstəliyin şiddətlənməsi ilə bağlı perkutor səsin kütləşməsi inkişaf edir. Xəstəliyin şiddətlənməsi ilə bağlı bronxların daralması baş verir və bəzən atelektaz, parakankroz sətəlcəm inkişaf edir. Bunlar da vərəm üçün xarakterik əlamətlər deyil. Belə hallarda radioloji müayinələr zamanı xərçəng olan xəstə- V lərdə bronxun və damarlann tam sıxılıb bağlanması ile əlaqədar «funksional amputasiya simptomu» aşkar olunur. İri şişlər zamanı divararalığının yerini dəyişməsi müşahidə olunur. •
  • 24. • Periferik xərçəng xəstələrindən bronxoskopiya zamanı seqmentar, subseqmentar bronxlar yaxşı görünmədiyinə görə elə bir dəyişikliklər aşkar olunmur, ancaq vərəmli xəstələrin müayinəsində bəzən bronxların selikli qişasında spesifik dəyişikliklərə rast gəlmək olur. Xərçəngli xəstələrin bəlğəmində və bronx yuyuntularında xəstələrin yarıdan çoxunda atipik hüceyrələr aşkar olunur və tam əksəriyyətində isə eritrositlər aşkar olunur. Bəzən xərçəngli xəstələrdə turşuya davamlı saprofıtlər, çox nadir hallarda vərəm mikobakteriyaları aşkar oluna bilər. Vərəm mikobakteriyaları parçalanmış xərçəng zonasına düşmüş, kirəcləşmiş, köhnə vərəm ocaqlarının dağılması nəticəsində olur. Belə hal vərəmli xəstələrdə də ola bilər. Vərəmli xəstələrin uzunmüddətli xroniki bronxit və pnevmosklerozla əziyyət çəkmələri nəticəsində bəlğəmdə silindrik epitelilərin atipik hüceyrələri aşkar oluna bilər. Onlar hamısı nəzərə alınmalıdır. Xərçəng zamanı əsas etibarilə leykositoz və limfopeniya aşkar olunursa, vərəm zamanı limfositoz aşkar olunur. Vərəmli xəstələrdə tuberkulyoma zamanı qanın zülal tərkibində demək olar ki, dəyişikliklər olmadığı halda xərçəngli xəstələrdə qan zərdabında albuminlərin azalması və qlobulinlərin Y -fraksiyası hesabına çoxalması aşkar olunur. Ancaq endobronxia1 biopsiyalar zamanı xəstəliyin differensiasiya olunması üçün geniş imkanlar açılır. Xərçəngin kortikal sahələrdə, yəni döş qəfəsi divarına çox yaxın sahələrdə yerləşməsi bəzən bronxoloji müayinələrin imkanlarını zəiflədir. Belə hallarda transbronxial punksion biopsiyalar həmin dəyişikliklərin aşkar olunmasına imkan verir. Bəzi hallarda torakotomiyaya ehtiyac var. Periferik xərçəng xəstəliyinə şubhə yaranarkən uzunmüddətli vərəmə qarşı «ex juvantibus» müalicə özünü doğrultmur, çünki periferik xərçəng xəstəliyinin cərrahi müdaxiləsi üçün olan imkan əldən verilə bilər. ·
  • 25.
  • 26. • Tuberkulyomanı bəzən ağciyərlərin periferik adenoması ilə müqayisəli differensiasiya etmək lazım gəlir. Ağciyərlərin adenomasına gənc və orta yaşlılarda və qadınlarda bir qədər çox rast gəlinir. Onun histoloji quruluşu müxtəlifdir. Tam əksər hallarda ağciyərlərin adenoması-karsinoid tək-tək hallarda silindromadan ibarətdir. Adenomanın rentgenoloji şəkli dəyirmi və yaxud dəyirmi-ova! homogen, diametri 1 sm-dən 5 sm-ə qədər olan aydın və hamar kənarları olan törəmədir. Adenomanın daxilində başqa bir şey görünmür. Ətrafdakı ağciyər toxuması çox az dəyişilmiş olur. Şişin bu xarakteri, orta və aşağı paylarda lokalizasiyası onu tuberkulyomadan fərqləndirir. Bronxoqrafiya diaqnostik rol oynayır. Adenomanın periferik lokalizasiyası zamanı bronxoqrafiya edərkən yaxında olan kiçik bronxlar bir qədər sıxışdırılmış və sanki onu əhatə edirmiş kimi görünür. Angiopulmonoqrafiya zamanı isə kiçik damarların eyni qayda ilə kənara sıxılması görünür, sanki bu damarlar şişi əhatə edirlər. Bronxdan kenarda yerləşmiş adenoma böyük ölçülərə çatsa da əlamətlərlə müşahidə olunmur. Ancaq şişin iri bronx boşluğuna doğru inkişaf etməsi bir sıra klinik əlamətləri ortaya çıxmasına gətirib çıxarır. Bu vaxt öskürək, qanhayxırma, təngnəfəslik, temperaturun yüksəlməsi, seqmentar və pay atelektazın əmələ gəlməsi baş verir. Bütün bu əlamətləri adenomanı tuberkulyoma ilə muqayisə edərkən nəzərə almaq lazımdır. Adenomanın 10-15%-i, xüsusilə silindromalar bədxassəli şişə keçə bilir.
  • 27. • Adətən subseqmentar bronxun, bu bronxun distal hissəsinin gərilməsi nəticəsində selikli həlməşik maye ilə, bəzən qan qarışıqlı, irin və ayn-ayn kalsinatlarla dolması nəticəsində əmələ gəlir. Əksər hallarda belə formalı retension kistaların müxtəlif formaları olur: dairəvi-oval, mil şəkilli, armud şəkilli, bir və yaxud iki qabarıqlı. Bəzən onlar üzüm salxımı və yaxud barmaq şəkilli formada olurlar. Bu, zədələnmənin xarakterindən, bronxun kalibrindən, tərkibində olan mayenin və ağciyər toxumasının vəziyyətindən asılıdır. Adətən belə kistanın strukturası homogendir, bəzən periferiyada olur və yaxud da onun daxilində kirəcləşmiş sahəciklər aşkar olunur. Adəti üzrə boşluğun konturları dəqiq və yaxşı cızılmış olur, ətrafdakı ağciyər toxuması normal vəziyyətdə və yaxud sklerotik dəyişikliklərə uğramış olur. Əgər belə kistanın mənşəyində əvvələr keçirilmiş vərəm xəstəliyi durursa, ətrafında və ağciyərin köklərində bərk kiçik ocaqlar və yaxud kalsinatlar olur. Bronxoqrafiya zamanı müvafiq seqmentar bronxun subseqmentar və yaxud seqmentar amputasiyası aşkar olunur və zədələnmə sahəsində kiçik bronxların deformasiyası aşkar olunur. Angiopulmonoqrafiya vasitəsilə kiçik arteriyaların sıxılması və deformasiyasını aşkar etmək olar.
  • 28.
  • 29. • Asperigilyomanın xarakterik rentgenoloji şəkli var, yəni rentgenoqrammada və daha dəqiq tomoqrammada şarşəkilli və yaxud oval homogen törəmə məsaməli və yaxud deşik-deşik, strukturalı bəzən də kirəcləşmə · elementləri ilə görünür. Göbələk miseliləri liflərindən əmələ gələn şaxələnmiş liflərdən, az və ya çox kompakt yumaqcıqdan ibarət aspergilyorna ilə aspergilyomanın yerləşdiyi boşluğun divarı arasında çeleng, oraq, aypara və s. şəklində müxtəlif eni və uzunluğu olan hava zolağı aşkar olunur. Əksər hallarda belə göbələk şarı hər tərəfdən hava ilə əhatə olunmuşdur və xəstə bədənin vəziyyətini dəyişdikcə, o da yerini dəyişir (Zınqrov əlaməti). Aspergilyomanın aparıcı bronxunun mənfəzi boş olduqda bronxoqrafiya zamanı onu kontrastla doldurmaq olur və bu bronx göbələk şarını əhatə edir. Bir qədər kiçik bronx olduqda isə boşluğun aşağa hissəsini tutur və göbələk kütləsini yuxarıya sıxır. Bəlğəmdə, bronx yuyuntularında, yaxud da aspiratda birbaşa· zədələnmiş yerdən götürülmüş aspergillərin aşkar olunması xüsusilə diaqnostik əhəmiyyət kəsb edir.
  • 30. • Vərəm üçün xarakter olmayan bəzi əlamətlər bir sıra hallarda arteriovenoz anevrizma zamanı aşkar olunur. Buna dəridə, selikli qişalarda və bəzən də daxili orqanlarda çoxsaylı teleangiektaziyaların olması aiddir. Bununla əlaqədar, qanın kapilyarlardan yan keçərək ağciyər arteriyasından böyük qan dövranına keçməsi neticasinde hipoksemiya və hipoksiya əlamətləri qeydə alınır. Buna görə də üzdə, ətraflarda sianoz inkişaf edir, fiziki gərginlik zamanı kəskin təngnəfəslik artır, tez-tez baş gicəllənmələr, hətta huşu getmə halları, epilepsiya şəkilli tutmalar olur. Dımaqlar saat şüşesi şəkilini alır, uc falanqalar qalınlaşır, əllərdə və ayaqlarda, baraban çubuqları şəklini alır, təkrari qanhayxırma və ağciyər qanaxmaları olur. Arteriovenoz anevrizma zonasında, əgər böyük ölçülərdə olarsa, perkutor tonun kütləşməsi «pişik mınltısı», sistolik və diastolik səs eşidilir. Qanda eritrositlərin və hemoqlobinin səviyyəsi qalxır, oksigenin konsentrasiyası azalır, karbon qazının, dəm qazının konsentrasiyası qalxır.
  • 31.
  • 32. • Tuberkulyomadan fərqli olaraq rentgen şəkli xarakterikdir və bunlar daha çoxsaylı olurlar. Çox vaxt arteriovenoz anevrizma ağciyərlərin aşağı paylarında yerləşir. Nəfəs alarkən onun kölgəsi dəyişir və pulsasiya edir. Bu tomoqrammada, köndələn proyeksiyalarda daha yaxşı aşkar olunur. Damar şişi daha yaxşı selektiv anqioulmonoqrafiya zamanı üzə çıxır. Bu simptomlar hamısı vərəmdə aşkar olunmur, çünki angiopulmonoqrafiya zamanı onunla birlikdə ağciyər arteriyası və venası da kontrastla dolur. • Deyilənlərdən başqa, bəzən qeyri-spesifik sətəlcəmin də şar şəkilli forması olur. Bəzən angiofibroma olur, döş qəfəsi divarında miomaya və bezilərində isə qabırğanın osteomasına rast gəlinir ki, bunların hamısı tuberkulyoma ilə differensiasiya olunmalıdır.
  • 33. • Şarabənzər törəmələr diaqnozu müəyyən olunmadıqda onları müalicə etmək böyük riskdir. Belə dəyişməyən qeyri-aktiv tuberkulyoma kimi hallarda cərrahi müdaxiləyə birbaşa göstəriş vardır. Kiçik ölçülü inkapsulyasiya olunmuş tuberkulyomaları müşahidəyə daha çox etiyac vardır. Ümumiyyətlə, inkapsulyasiya olunmuş tuberkulyomaların antibakterial müalicəsi çox zəif və effektsiz olur. İlk dəfə aşkar olunmuş və aktiv formada olan, xüsusilə də dağılma boşluğu olan tuberkulyomaları uzunmüddətli vərəm əleyhinə müalicə aparmaq, patogenetik dərmanlardan tuberkulin, lidaza, prednizalon, immunostimulyatorlardan istifadə edərək kazeozun qopub ayrılmasına və yaranmış kavemanın çapıqlaşmasına qədər onu müalicə etmək lazımdır.