SlideShare a Scribd company logo
1 of 43
Lenkeran tibb kolleci
Nunu sultanli
Helmintozlar. Askaridoz.
Trixosafalyoz. Enterebioz.
Lyamblyoz
● UŞAQ XƏSTƏLİKLƏRİ
Helmintozlar
Helmintozlar – insanın , heyvanların, və bitkilərin parazit
qurdlar- helmintlər tərəfindən törədilən xəstəliklərdir.
Yunanca helminthosis, helminth ( os) – qurd, parazit
qurd deməkdir. Qurdun növündən , invaziyanın
intensivliyindən və bir sıra digər endo – və ekzogen
faktorlardan asılı olaraq helmintozlar subkliniki
formadan ölümlə qurtaran ağır xəstələnmələrə qədər
müxtəlif kliniki təzahürlər verir. Əksər hallarda onlar
xroniki gedişli olur.
Etiologiyası : helmintozların
250-dən çox növü olan
helmintlər törədir. Onlardan
65-ə qədəri daha çox
təsadüf edilir.
Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd
xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq
orqanizmində eyni zamanda bir neçə növ
helmintlər parazitlik edə bilərlər.
Helmintlər uşağın immuniteti azalmasına,
allergiyaların, mədə-bağırsaq və sinir sistemi
pozğunluqlarına səbəb olur. Praktiki olaraq
bütün orqan və toxumaları zədələyən bu
parazitlər uşaq orqanizminin fiziki və əqli
inkişafını da ləngidir.
Helmintlər müxtəlif olsa da, bir çox
əlamətləri ümumidir. Bu əlamətlər sırasına
halsızlıq, yorğunluq, diqqətsizlik, əzələ və
oynaq ağrıları, ürəkbulanma, qusma, dəridə
müxtəlif səpkilər, anal qaşınma, yuxuda
dişlərin bir-birinə sürtülməsi, ağızdan su
gəlmə, qarında ağrılar, qəbizlik və ya ishal,
əllərdə dərinin soyulması, sifətin şişkinliyi,
tutmaşəkilli öskürək, hərarətin yüksəlməsi və
s. daxildir”.
Buna görə də valideynlər helmintlərlə yoluxma
təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın
yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq
böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət
etməyə öyrətməlidir.
Ancaq profilaktikaya əməl edilməsi heç də bütün
hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının
qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini
ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır,
çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına
qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə
yoluxmuş olurlar.
"Gigiyenik qaydalara daim və ciddi əməl edilməlidir. Uşağın
əlləri çirkli olmamalıdır. Uşaqlar üçün meyvə-tərəvəz axar
su altında dəfələrlə yuyulmalıdır. Dırnaqlar mütəmadi
tutulmalı, alt paltarı və yataq dəsti qaynadılmalıdır. Uşağın
alt paltarı hər axşam-səhər isti ütü ilə ütülənib geyindirilsə,
yaxşı olar. Uşaq tək yatmalıdır. Torpaqla təmas kəsilməlidir.
Bundan başqa, helmintlə xəstə uşaq kollektivdən izolə
olunmalıdır. İctimai yerlərdə müxtəlif predmetlərlə təmas
maksimum məhdudlaşdırılmalıdır. Uşaqlarda helminitin
yuxarıda sadalanan əlamətləri müşahidə olunarsa, dərhal
həkimə müraciət etməlisiniz. Xəstəliyin müalicəsi əksər
hallarda bir neçə kurs çərçivəsində aparılır, ona görə uşaq
sona qədər müalicə olunmalıdır
Askaridoz
Askaridoz Ascaris lumbricoides
tərəfindən törədilən xəstəlikdir. Dünya
əhalisinin ¼-ü bu xəstəliyə tutulub.
Askaridoza əsasən tropik bölgələr və
şəxsi
gigiyenanın az olduğu regionlarda
təsadüf edilir. Askaridin digər növləri
həmçinin ev heyvanlarında da xəstəlik
törədir.
Rəngləri qırmızı və ya qırmızı-
çəhrayıdır. Erkək askarid
15-20 sm uzunluğunda və 3-4 mm
enində olur. Dişi askaridlər isə daha
böyük
olub 20-40 sm uzunluğunda və 5-6 mm
enindədir. Askarid insan bədənində 1-2
il müddətində yaşayırlar.
Yoluxma qurdun yumurtaları ilə baş verir.
Askarid yumurtaları torpaqda uzun illər qala
bilir, buna görə də torpaqla çirklənmiş əllər və
ya oyuncaqlar birbaşa infeksiya mənbəyi
sayılır. Unutmaq olmaz ki, torpaq hissəcikləri
evə ayaqqabıların və ev heyvanlarının tükləri
üzərində də gələ bilər. Askarid yumurtaları
mikroskopla görüləcək dərəcədə kiçik ölçüdə
olduğundan, çirkli meyvə əllərdən asanlıqla
ağıza düşür və udulur.
Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və
tərəvəzlərdə də olur. Mdədən bağırsaqlara keçən
yumurtalardan sürfələr çıxır ki, onların da ölçüsü cəmi
0,5 mm olur. Belə kiçik sürfələr bağırsaqların divarını
dəlir və qana keçir. Təbii ki, bağırsaqların həmin
nahiyələrində qansızmalar əmlə gəlir. Qan axını ilə
sürfələr ağciyərlərə gəlir, çünki bu mərhələdə onların
ikişafı üçün oksigen lazım olur. Bu zaman onların
ölçüsü artıq 2 mm-ə çatır və iri sürfələr ağciyərlərdə
daha böyük qansızmalara səbəb olur. Yoluxma massiv
olduqda bəzən ağciyərlərdə iltihabi ocaqlar da yarana
bilir.
Tənəffüs yollarına keçən sürfələr udulan bəlğəm
vasitəsilə yenidən mədə-bağırsaq sisteminə
düşür və nazik bağırsaqlarda yetkin qurdlar
formalaşır. Sürfələrin inkişaf sikli iki həftə
müddətində baş verir, askaridin yumurtadan
yetkin fərdə çevrilməsinə isə 2-3 ay vaxt sərf
olunur. Yetkin askaridlər bağırsaqlarda bir ilə
qədər yaşayır və dişi fərdlər sutka ərzində 240
minə qədər yumurta qoyur. Artqı askaridin
sürfələri orqanizmdə olduqda fəsadlar
yaranmağa başlayır.
İmmun sistem zəifləyir, temperatur yüksəlir, quru
spastik öskürək və dəri səpkiləri əmələ gəlir. Bəzi
hallarda isə yoluxma simptomsuz keçir və ya
pnevmoniya, bronxit, allergiya kimi qiymətləndirilir.
Yoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri
meydana çıxmağa başlayır: - Uşaq tez-tez, xüsusən də
gecələr qarında sancılardan şikayətlənir. Ağrılar
birdən-birə başladığı kimi, birdən-birə də keçir -
Dərinin rəngi solğunlaşır, bəzən zəif sarılıq əmələ gəlir
- Uşağın çəkisi yaş normalarından geri qalır - İştaha
pozulur, bəzən hətta qidaya qarşı ikrah hissi yaranır -
Ürəkbulanma, qusma, ağız suyunun axması kimi
əlamətlər yaranır - Bağırsaq pozuntusu özünü ishal və
Bəzən nəcisdəqurdlar və ya onların hissəcikləri görünür - Tez-tez
soyuqdəymə, tənəffüs və bağırsaq infeksiyaları baş verir - Uşağın
yuxusu pozulur, gecə dişlərini qıcıyır. Askaridoz özünü əksər
hallarda payızın sonlarında biruzə verməyə başlayır. Bağırsaqlarda
qurdların inkişafı və böyüməsi qida kütlələrinin hərəkətinin
sürətlənməsi və sorulmanın pozulmasına səbəb olur. Belə olan halda
uşaq orqanizmi onun inkişafı və böyüməsi üçün lazım olan qidalı
maddələrlə, xüsusən də zülallarla təmin olunmur. Piylərin də
sorulması pozulduğundan A vitamininin, həmçinin C vitamininin
defisiti yaranır. Nazik bağırsaqlarda südü həzm edən fermentlərin
aktivliyi zəifləyir, nəticədə bu məhsula qarşı götürməzlik yayılır. Ən
vacib məsələlərdən biri də odur ki, askaridoz və digər helmintozların
fonunda immun sistem çox zəif olduğundan aparılan peyvəndlər də
az effektli olur. Buna görə də uşaq əvvəlcə qurda görə müayinə
olunmalı, sonra isə peyvəndlər vurulmalıdır.
Askaridoza diaqnoz qoymağın yeganə
yolu nəcisin qurd yumurtalarına
müayinəsidir. Nəcis müayinəyə qədər
maksimum 12-18 saat saxlanıla bilər.
Müalicə başlayandan 2-7 günərzində
yetkin qurdlar bağırsaqlardan tökülməyə
başlayır. Müalicə müddəti tamamilə
bitdikdən sonra nəcis profilaktika
məqsədilə yenidən müayinə olunmalıdır
Trixosafalyoz
Trixosefalyoz İnsаn bаğırsаğındа pаrаzitlik еdən tükbаş
qurdun törәtdiyi xəstəlikdir. Bu һelmintin dişisi 3,5-5,5
sm, еrkәyi isə 3-4,4 sm оlur. Yеtkin fоrmаsı insаnın
yоğun bаğırsаğındа, əsаsən kоr bаğırsаqdа pаrаzitlik
еdir. Tükbаş qurdun insаndа yаşаmа müddəti 5 ilə
qədərdir. Mаyаlаnmış dişi һеlmint, bаğırsаq bоşluğunа
sutkа ərzində 1000-3500-ә qədər yumurtа qоyur. Nәcislә
xаricә düşmüş bu yumurtаlаr tоrpаqdа əlvеrişli şərаitdə
14-24 gün ərzində invаziоn qаbiliyyәtә mаlik оlur.
Bаğırsаq bоşluğunа düşmüş qurdun
sürfәsi 30-40 gün ərzində yеtkin
şәklә keçir və trixosefalyozun bаş
vеrməsinə səbəb оlur. Xәstәliyin
kliniki gеdişi çоxşəkillidir. Çоx vаxt
mədə-bаğırsаq və sinir sistеmində bаş
vеrən dәyişikliklәrlә əlаqədаr kliniki
əlаmətlər qеyd оlunur.
Xəstə ürəkbulаnmаdаn, öyümәdәn, qusmаdаn,
аğız suyunun çоx ifrаz еdilməsindən, qаrınüstü
nаһiyyәdә xоşаgәlmәyәn һissiyyаtdаn və еləcə də
küt аğrılаrın оlmаsındаn şikаyət еdir. Bəzi
xəstələrdə isһаl və ya qəbizlik, bədən
tеmpеrаturunun аrtmаsı müşаһidә еdilir.
Intеnsiv yоluxmа zаmаnı trixosefalyoz kəskin
şəkildə və uzun müddət dаvаm еdir. Sinir
sistеminin pоzulmаsı ilə əlаqədаr xəstələrdə
bаşаğrı, bаşgicәllәnmә, yuxusuzluq və əsəbiləşmə
һаllаrı qеyd еdilir.
Trixosefalyozun diаqnоzu
mikrоskоp аltındа һеlmint
yumurtаsının tаpılmаsınа
əsаsən qоyulur. Trixosefalyozdа
infеksiyа mənbəyi аncаq
trixosefalyozlu xəstədir.
Xәstәliyin prоfilаktikаsı: Əsаsən
xаrici müһitin qurdun yumurtаlаrı
ilə çirkləiməsinin qаrşısını аlаn
tədbirlər gücləndirilməli, fərdi və
ictimаi аyаqyоlulаrdаn düzgün
istifаdə еdilməli, şəxsi gigiyеnа
qаydаlаrınа ciddi əməl оlunmаlıdır.
Enterebioz
Xəstəliyin törədicisi Enterebius vermicularis, və ya bizdə
qurd adlanır. Girdə kiçik ağ qurd olub, erkəyi 2-5 mm,
dişisinin uzunluğu 9-12mm olur. Dişinin quyruq tərəfi qarnına
qıvrılır, erkəyini quyruğu isə düz olur. Biz qurdlar
bağırsaqlara yumurtalar tökür, yetişmiş yumurtalardan 12
barmaq bağırsaqda sürfələr çıxır. Sürfələr 14-15 gündən
sonra biz qurda çevrilirlər. Adətən kor bağırsaqda və yoğun
bağırsağın yuxarı hissəsində parazitlik edirlər. Perianal
hissənin büküklərində, selikli qişa ilə dərinin sərhəddində dişi
qurd yumurta qoyur, 4-6 saat ərzində yumurtalar yetişir və
sürfələr əmələ gəlir.
Xəstəliyin mənbəyi enterebioza tutulmuş adamdır.
Qurdun yumurtası ancaq perianal büküklərdə olur.
Anus nahiyyəsini qaşıdıqda qurdun yumurtası ilə
çirklənmiş əllər yoluxmaya səbəb olur. Yumurta
xəstənin yatağına, alt paltarına, döşəyinə, qab-
qacağa, ərzaq məhsullarına, eləcə də tozla buruna və
ağıza düşür. Qurdun sekreti mədə-bağırsağın motor
və sekretor funksiyasını pozub, bağırsaq divarında
iltihabi proseslər əməl gətirə bilir. Biz qurd bəzən
bağırsaı deşərək qarın boşluğuna düşüb peritonit
törədə bilir.
yumurtaları gecə saatlarında anal
dəliyin ətrafına yumurtalarını qoyur.
Buna görə, uşaqda gecə narahatlığı,
yuxusuzluq, sinir oyanıqlığı olur.
Bundan başqa anal nahiyədə
qaşınmalar olur, qaşınmalar
nəticəsində infeksiyaya gətirib
çıxarır.
YOLUXMASI
Ən çox yoluxma anus ətrafı bölgənin
qaşınması zamanı əllərə və dırnaqlara
bulaşan yumurtaların ağız yolu ilə qəbul
edilməsi nəticəsində əmələ gəlir.Parazit
yumurtaladıqdan sonra 6 saat ərzində
yoluxma funksiyasına çatır və bu hal 20
gün davam edir.
ƏLAMƏTLƏRİ
–Ümumiyyətlə çox əlamət verməz
–Ən çox görülən əlaməti anus
ətrafında xüsusilə gecələr artan
şiddətli qaşıntıdır
–Burunda qaşıntı, diş qıcama
–İshal, qarın ağrısı
–İştahsızlıq,çəki itkisi
QORUNMA YOLLARI
–Gigiyenik qaydalarına tam əməl
edilməsi
–Paraiztli şəxslərin müalicəsi
–Ailə fərdlərinin yoxlanılması
–Uşaqların dırnaqlarının qısa
olamsı,çamaşırlarının yataq
örtüklərinin qaynadılaraq
təmizlənməsi,anus bölgəsinin təmiz
Lyamblyoz
Lyamblia (Giardia lamblia) mikroskopik birhüceyrəli
parazitdir. Bu parazit insanın bağırsaqlarına düşəndə
bağırsaqların selikli qişasını qıcıqlandırır və burada iltihaba
səbəb olur.
Nəticədə lyamblioz xəstəliyi inkişaf edir. Lyamblioz kifayət
qədər yayılmış patologiyadır. Uşaqlarda lyamblioza daha
tez-tez təsadüf edilir.
Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən
müddətdən sonra böyüyür, sərt qişa ilə (sista) örütülür və
nəcislə xaricə ifraz olunur. Belə sistalar milyonlarla ifraz
olunur və xarici mühitin təsirlərinə çox davamlı olur
Lyamblialar insan orqanizminə çirkli
su, yuyulmamış meyvə, tərəvəz,
giləmeyvələrdən, çirkli qablardan,
oyuncaqlardan və s. düşə bilər.
Həmçinin milçək və tarakanlar da
lyambliaları daşıya bilər. İnsan
orqanizminə düşdükdən sonra
lyamblialar sürətlə çoxalmağa
başlayır.
Uşaqda iştahasızlıq və inkişafdan geri
qalma varsa, səbəbi parazitlərdir.
Lyamblioz həzm prosesinin
pozulmasına gətirib çıxarır. Lyambliya
olan uşaqlarda adətən iştahasızlıq
halları baş verir. Onlar ətdən, yağlı
qidadan imtina edir, şirniyyata, xəmir
xörəklərinə meyllik göstərirlər.
Dəridə qəhvəyi rəngdə ləkələr əmələ gəlirsə, lyamblioza
yoxlanmaq lazımdır.
Lyamblioz zamanı dəridə, əsasən də üz və boyun
nahiyələrində hipo və hiperpiqment ləkələr əmələ gələ
bilər. Bundan əlavə, lyamblioz allergik xəstəliklərin
kəskinləşməsinin səbəbi ola bilər.
Valideynlərin nəzərinə! Uşaqda, əsasən də səhərlər
iştahasızlıq, ürəkbulanma, hərdən qusma, tez-tez
qarında ağrılar, qəbizlik, ishal müşahidə olunursa,
dərslərində yaddaş pozğunluğu, diqqətsizlik, əsəbilik
qeyd olunursa, parazitlərə qarşı müayinənin aparılması
məsləhətdir.
Uşaqlarda lyamblioz əsasən
nevroloji simptomlarla özünü biruzə
verir. Lyambliozlu olan uşaqlar
adətən çox ağlayır, inadkar, əsəbi
olur, gecələr pis yatır. Bu əlamətlərlə
yanaşı uşaqlarda mədə-bağırsaq
pozğunluğu da müşahidə edilir.
hidrokolonoterapiya
Bağırsaqların yuyulması xəstələrdə qısa müddətli
yüngüllük hissiyatı yaradır. Amma nəzərə almaq
lazımdır ki, hidrokolonoterapiya zamanı
bağırsaqlarda orqanzm üçün əhəmiyyətli olan
bakteriyalar da (bifidobakteriyalar,
laktobakteriyalar və s.) yuyularaq orqanzmi tərk
edir ki, bu da sonradan disbakteriozun inkişaf
etməsinə və lyamblioza məxsus klinik əlamətlərin
hətta əvvəlkindən də kəskin davam etməsinə səbəb
olur.
Lyambliozun müalicəsində ən effektiv
müalicə üsulu dərman preparatlarının
tətbiqidir. Dərman peparatlarını
təyin edərkən dərmanın əlavə
təsirlərini, xəstənin yaşını, çəkisini,
yanaşı gedən xəstəlikləri mütləq
nəzərə almaq lazımdır.

More Related Content

Similar to Stomotoloji

Sarkoidoz
SarkoidozSarkoidoz
SarkoidozClCN7
 
Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiBəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiClCN7
 
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətləryeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətlərParvana Talibova
 
Zoologiya 7 dərs 1( ibtidailər)
Zoologiya 7 dərs 1( ibtidailər)Zoologiya 7 dərs 1( ibtidailər)
Zoologiya 7 dərs 1( ibtidailər)Timur Ulvi
 
Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1aliya66
 
Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1aliya66
 
Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1aliya66
 

Similar to Stomotoloji (9)

Sarkoidoz
SarkoidozSarkoidoz
Sarkoidoz
 
Bəlğəmin müayinəsi
Bəlğəmin müayinəsiBəlğəmin müayinəsi
Bəlğəmin müayinəsi
 
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətləryeni doğulmuşlarda Tranzitor vəziyyətlər
yeni doğulmuşlarda Tranzitor vəziyyətlər
 
Zoologiya 7 dərs 1( ibtidailər)
Zoologiya 7 dərs 1( ibtidailər)Zoologiya 7 dərs 1( ibtidailər)
Zoologiya 7 dərs 1( ibtidailər)
 
Miliar vərəm
Miliar vərəmMiliar vərəm
Miliar vərəm
 
Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1
 
Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1
 
Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1Zamiq tebiet 8a1
Zamiq tebiet 8a1
 
Boyrek xestelikleri
Boyrek xestelikleriBoyrek xestelikleri
Boyrek xestelikleri
 

Stomotoloji

  • 1. Lenkeran tibb kolleci Nunu sultanli Helmintozlar. Askaridoz. Trixosafalyoz. Enterebioz. Lyamblyoz ● UŞAQ XƏSTƏLİKLƏRİ
  • 2.
  • 3. Helmintozlar Helmintozlar – insanın , heyvanların, və bitkilərin parazit qurdlar- helmintlər tərəfindən törədilən xəstəliklərdir. Yunanca helminthosis, helminth ( os) – qurd, parazit qurd deməkdir. Qurdun növündən , invaziyanın intensivliyindən və bir sıra digər endo – və ekzogen faktorlardan asılı olaraq helmintozlar subkliniki formadan ölümlə qurtaran ağır xəstələnmələrə qədər müxtəlif kliniki təzahürlər verir. Əksər hallarda onlar xroniki gedişli olur.
  • 4.
  • 5. Etiologiyası : helmintozların 250-dən çox növü olan helmintlər törədir. Onlardan 65-ə qədəri daha çox təsadüf edilir.
  • 6. Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər. Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.
  • 7.
  • 8. Helmintlər müxtəlif olsa da, bir çox əlamətləri ümumidir. Bu əlamətlər sırasına halsızlıq, yorğunluq, diqqətsizlik, əzələ və oynaq ağrıları, ürəkbulanma, qusma, dəridə müxtəlif səpkilər, anal qaşınma, yuxuda dişlərin bir-birinə sürtülməsi, ağızdan su gəlmə, qarında ağrılar, qəbizlik və ya ishal, əllərdə dərinin soyulması, sifətin şişkinliyi, tutmaşəkilli öskürək, hərarətin yüksəlməsi və s. daxildir”.
  • 9. Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir. Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş olurlar.
  • 10.
  • 11. "Gigiyenik qaydalara daim və ciddi əməl edilməlidir. Uşağın əlləri çirkli olmamalıdır. Uşaqlar üçün meyvə-tərəvəz axar su altında dəfələrlə yuyulmalıdır. Dırnaqlar mütəmadi tutulmalı, alt paltarı və yataq dəsti qaynadılmalıdır. Uşağın alt paltarı hər axşam-səhər isti ütü ilə ütülənib geyindirilsə, yaxşı olar. Uşaq tək yatmalıdır. Torpaqla təmas kəsilməlidir. Bundan başqa, helmintlə xəstə uşaq kollektivdən izolə olunmalıdır. İctimai yerlərdə müxtəlif predmetlərlə təmas maksimum məhdudlaşdırılmalıdır. Uşaqlarda helminitin yuxarıda sadalanan əlamətləri müşahidə olunarsa, dərhal həkimə müraciət etməlisiniz. Xəstəliyin müalicəsi əksər hallarda bir neçə kurs çərçivəsində aparılır, ona görə uşaq sona qədər müalicə olunmalıdır
  • 12. Askaridoz Askaridoz Ascaris lumbricoides tərəfindən törədilən xəstəlikdir. Dünya əhalisinin ¼-ü bu xəstəliyə tutulub. Askaridoza əsasən tropik bölgələr və şəxsi gigiyenanın az olduğu regionlarda təsadüf edilir. Askaridin digər növləri həmçinin ev heyvanlarında da xəstəlik törədir.
  • 13.
  • 14. Rəngləri qırmızı və ya qırmızı- çəhrayıdır. Erkək askarid 15-20 sm uzunluğunda və 3-4 mm enində olur. Dişi askaridlər isə daha böyük olub 20-40 sm uzunluğunda və 5-6 mm enindədir. Askarid insan bədənində 1-2 il müddətində yaşayırlar.
  • 15. Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər və ya oyuncaqlar birbaşa infeksiya mənbəyi sayılır. Unutmaq olmaz ki, torpaq hissəcikləri evə ayaqqabıların və ev heyvanlarının tükləri üzərində də gələ bilər. Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik ölçüdə olduğundan, çirkli meyvə əllərdən asanlıqla ağıza düşür və udulur.
  • 16. Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və tərəvəzlərdə də olur. Mdədən bağırsaqlara keçən yumurtalardan sürfələr çıxır ki, onların da ölçüsü cəmi 0,5 mm olur. Belə kiçik sürfələr bağırsaqların divarını dəlir və qana keçir. Təbii ki, bağırsaqların həmin nahiyələrində qansızmalar əmlə gəlir. Qan axını ilə sürfələr ağciyərlərə gəlir, çünki bu mərhələdə onların ikişafı üçün oksigen lazım olur. Bu zaman onların ölçüsü artıq 2 mm-ə çatır və iri sürfələr ağciyərlərdə daha böyük qansızmalara səbəb olur. Yoluxma massiv olduqda bəzən ağciyərlərdə iltihabi ocaqlar da yarana bilir.
  • 17. Tənəffüs yollarına keçən sürfələr udulan bəlğəm vasitəsilə yenidən mədə-bağırsaq sisteminə düşür və nazik bağırsaqlarda yetkin qurdlar formalaşır. Sürfələrin inkişaf sikli iki həftə müddətində baş verir, askaridin yumurtadan yetkin fərdə çevrilməsinə isə 2-3 ay vaxt sərf olunur. Yetkin askaridlər bağırsaqlarda bir ilə qədər yaşayır və dişi fərdlər sutka ərzində 240 minə qədər yumurta qoyur. Artqı askaridin sürfələri orqanizmdə olduqda fəsadlar yaranmağa başlayır.
  • 18. İmmun sistem zəifləyir, temperatur yüksəlir, quru spastik öskürək və dəri səpkiləri əmələ gəlir. Bəzi hallarda isə yoluxma simptomsuz keçir və ya pnevmoniya, bronxit, allergiya kimi qiymətləndirilir. Yoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri meydana çıxmağa başlayır: - Uşaq tez-tez, xüsusən də gecələr qarında sancılardan şikayətlənir. Ağrılar birdən-birə başladığı kimi, birdən-birə də keçir - Dərinin rəngi solğunlaşır, bəzən zəif sarılıq əmələ gəlir - Uşağın çəkisi yaş normalarından geri qalır - İştaha pozulur, bəzən hətta qidaya qarşı ikrah hissi yaranır - Ürəkbulanma, qusma, ağız suyunun axması kimi əlamətlər yaranır - Bağırsaq pozuntusu özünü ishal və
  • 19. Bəzən nəcisdəqurdlar və ya onların hissəcikləri görünür - Tez-tez soyuqdəymə, tənəffüs və bağırsaq infeksiyaları baş verir - Uşağın yuxusu pozulur, gecə dişlərini qıcıyır. Askaridoz özünü əksər hallarda payızın sonlarında biruzə verməyə başlayır. Bağırsaqlarda qurdların inkişafı və böyüməsi qida kütlələrinin hərəkətinin sürətlənməsi və sorulmanın pozulmasına səbəb olur. Belə olan halda uşaq orqanizmi onun inkişafı və böyüməsi üçün lazım olan qidalı maddələrlə, xüsusən də zülallarla təmin olunmur. Piylərin də sorulması pozulduğundan A vitamininin, həmçinin C vitamininin defisiti yaranır. Nazik bağırsaqlarda südü həzm edən fermentlərin aktivliyi zəifləyir, nəticədə bu məhsula qarşı götürməzlik yayılır. Ən vacib məsələlərdən biri də odur ki, askaridoz və digər helmintozların fonunda immun sistem çox zəif olduğundan aparılan peyvəndlər də az effektli olur. Buna görə də uşaq əvvəlcə qurda görə müayinə olunmalı, sonra isə peyvəndlər vurulmalıdır.
  • 20. Askaridoza diaqnoz qoymağın yeganə yolu nəcisin qurd yumurtalarına müayinəsidir. Nəcis müayinəyə qədər maksimum 12-18 saat saxlanıla bilər. Müalicə başlayandan 2-7 günərzində yetkin qurdlar bağırsaqlardan tökülməyə başlayır. Müalicə müddəti tamamilə bitdikdən sonra nəcis profilaktika məqsədilə yenidən müayinə olunmalıdır
  • 21. Trixosafalyoz Trixosefalyoz İnsаn bаğırsаğındа pаrаzitlik еdən tükbаş qurdun törәtdiyi xəstəlikdir. Bu һelmintin dişisi 3,5-5,5 sm, еrkәyi isə 3-4,4 sm оlur. Yеtkin fоrmаsı insаnın yоğun bаğırsаğındа, əsаsən kоr bаğırsаqdа pаrаzitlik еdir. Tükbаş qurdun insаndа yаşаmа müddəti 5 ilə qədərdir. Mаyаlаnmış dişi һеlmint, bаğırsаq bоşluğunа sutkа ərzində 1000-3500-ә qədər yumurtа qоyur. Nәcislә xаricә düşmüş bu yumurtаlаr tоrpаqdа əlvеrişli şərаitdə 14-24 gün ərzində invаziоn qаbiliyyәtә mаlik оlur.
  • 22.
  • 23. Bаğırsаq bоşluğunа düşmüş qurdun sürfәsi 30-40 gün ərzində yеtkin şәklә keçir və trixosefalyozun bаş vеrməsinə səbəb оlur. Xәstәliyin kliniki gеdişi çоxşəkillidir. Çоx vаxt mədə-bаğırsаq və sinir sistеmində bаş vеrən dәyişikliklәrlә əlаqədаr kliniki əlаmətlər qеyd оlunur.
  • 24. Xəstə ürəkbulаnmаdаn, öyümәdәn, qusmаdаn, аğız suyunun çоx ifrаz еdilməsindən, qаrınüstü nаһiyyәdә xоşаgәlmәyәn һissiyyаtdаn və еləcə də küt аğrılаrın оlmаsındаn şikаyət еdir. Bəzi xəstələrdə isһаl və ya qəbizlik, bədən tеmpеrаturunun аrtmаsı müşаһidә еdilir. Intеnsiv yоluxmа zаmаnı trixosefalyoz kəskin şəkildə və uzun müddət dаvаm еdir. Sinir sistеminin pоzulmаsı ilə əlаqədаr xəstələrdə bаşаğrı, bаşgicәllәnmә, yuxusuzluq və əsəbiləşmə һаllаrı qеyd еdilir.
  • 25. Trixosefalyozun diаqnоzu mikrоskоp аltındа һеlmint yumurtаsının tаpılmаsınа əsаsən qоyulur. Trixosefalyozdа infеksiyа mənbəyi аncаq trixosefalyozlu xəstədir.
  • 26. Xәstәliyin prоfilаktikаsı: Əsаsən xаrici müһitin qurdun yumurtаlаrı ilə çirkləiməsinin qаrşısını аlаn tədbirlər gücləndirilməli, fərdi və ictimаi аyаqyоlulаrdаn düzgün istifаdə еdilməli, şəxsi gigiyеnа qаydаlаrınа ciddi əməl оlunmаlıdır.
  • 27. Enterebioz Xəstəliyin törədicisi Enterebius vermicularis, və ya bizdə qurd adlanır. Girdə kiçik ağ qurd olub, erkəyi 2-5 mm, dişisinin uzunluğu 9-12mm olur. Dişinin quyruq tərəfi qarnına qıvrılır, erkəyini quyruğu isə düz olur. Biz qurdlar bağırsaqlara yumurtalar tökür, yetişmiş yumurtalardan 12 barmaq bağırsaqda sürfələr çıxır. Sürfələr 14-15 gündən sonra biz qurda çevrilirlər. Adətən kor bağırsaqda və yoğun bağırsağın yuxarı hissəsində parazitlik edirlər. Perianal hissənin büküklərində, selikli qişa ilə dərinin sərhəddində dişi qurd yumurta qoyur, 4-6 saat ərzində yumurtalar yetişir və sürfələr əmələ gəlir.
  • 28.
  • 29. Xəstəliyin mənbəyi enterebioza tutulmuş adamdır. Qurdun yumurtası ancaq perianal büküklərdə olur. Anus nahiyyəsini qaşıdıqda qurdun yumurtası ilə çirklənmiş əllər yoluxmaya səbəb olur. Yumurta xəstənin yatağına, alt paltarına, döşəyinə, qab- qacağa, ərzaq məhsullarına, eləcə də tozla buruna və ağıza düşür. Qurdun sekreti mədə-bağırsağın motor və sekretor funksiyasını pozub, bağırsaq divarında iltihabi proseslər əməl gətirə bilir. Biz qurd bəzən bağırsaı deşərək qarın boşluğuna düşüb peritonit törədə bilir.
  • 30.
  • 31. yumurtaları gecə saatlarında anal dəliyin ətrafına yumurtalarını qoyur. Buna görə, uşaqda gecə narahatlığı, yuxusuzluq, sinir oyanıqlığı olur. Bundan başqa anal nahiyədə qaşınmalar olur, qaşınmalar nəticəsində infeksiyaya gətirib çıxarır.
  • 32.
  • 33. YOLUXMASI Ən çox yoluxma anus ətrafı bölgənin qaşınması zamanı əllərə və dırnaqlara bulaşan yumurtaların ağız yolu ilə qəbul edilməsi nəticəsində əmələ gəlir.Parazit yumurtaladıqdan sonra 6 saat ərzində yoluxma funksiyasına çatır və bu hal 20 gün davam edir.
  • 34. ƏLAMƏTLƏRİ –Ümumiyyətlə çox əlamət verməz –Ən çox görülən əlaməti anus ətrafında xüsusilə gecələr artan şiddətli qaşıntıdır –Burunda qaşıntı, diş qıcama –İshal, qarın ağrısı –İştahsızlıq,çəki itkisi
  • 35. QORUNMA YOLLARI –Gigiyenik qaydalarına tam əməl edilməsi –Paraiztli şəxslərin müalicəsi –Ailə fərdlərinin yoxlanılması –Uşaqların dırnaqlarının qısa olamsı,çamaşırlarının yataq örtüklərinin qaynadılaraq təmizlənməsi,anus bölgəsinin təmiz
  • 36. Lyamblyoz Lyamblia (Giardia lamblia) mikroskopik birhüceyrəli parazitdir. Bu parazit insanın bağırsaqlarına düşəndə bağırsaqların selikli qişasını qıcıqlandırır və burada iltihaba səbəb olur. Nəticədə lyamblioz xəstəliyi inkişaf edir. Lyamblioz kifayət qədər yayılmış patologiyadır. Uşaqlarda lyamblioza daha tez-tez təsadüf edilir. Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən müddətdən sonra böyüyür, sərt qişa ilə (sista) örütülür və nəcislə xaricə ifraz olunur. Belə sistalar milyonlarla ifraz olunur və xarici mühitin təsirlərinə çox davamlı olur
  • 37.
  • 38. Lyamblialar insan orqanizminə çirkli su, yuyulmamış meyvə, tərəvəz, giləmeyvələrdən, çirkli qablardan, oyuncaqlardan və s. düşə bilər. Həmçinin milçək və tarakanlar da lyambliaları daşıya bilər. İnsan orqanizminə düşdükdən sonra lyamblialar sürətlə çoxalmağa başlayır.
  • 39. Uşaqda iştahasızlıq və inkişafdan geri qalma varsa, səbəbi parazitlərdir. Lyamblioz həzm prosesinin pozulmasına gətirib çıxarır. Lyambliya olan uşaqlarda adətən iştahasızlıq halları baş verir. Onlar ətdən, yağlı qidadan imtina edir, şirniyyata, xəmir xörəklərinə meyllik göstərirlər.
  • 40. Dəridə qəhvəyi rəngdə ləkələr əmələ gəlirsə, lyamblioza yoxlanmaq lazımdır. Lyamblioz zamanı dəridə, əsasən də üz və boyun nahiyələrində hipo və hiperpiqment ləkələr əmələ gələ bilər. Bundan əlavə, lyamblioz allergik xəstəliklərin kəskinləşməsinin səbəbi ola bilər. Valideynlərin nəzərinə! Uşaqda, əsasən də səhərlər iştahasızlıq, ürəkbulanma, hərdən qusma, tez-tez qarında ağrılar, qəbizlik, ishal müşahidə olunursa, dərslərində yaddaş pozğunluğu, diqqətsizlik, əsəbilik qeyd olunursa, parazitlərə qarşı müayinənin aparılması məsləhətdir.
  • 41. Uşaqlarda lyamblioz əsasən nevroloji simptomlarla özünü biruzə verir. Lyambliozlu olan uşaqlar adətən çox ağlayır, inadkar, əsəbi olur, gecələr pis yatır. Bu əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozğunluğu da müşahidə edilir.
  • 42. hidrokolonoterapiya Bağırsaqların yuyulması xəstələrdə qısa müddətli yüngüllük hissiyatı yaradır. Amma nəzərə almaq lazımdır ki, hidrokolonoterapiya zamanı bağırsaqlarda orqanzm üçün əhəmiyyətli olan bakteriyalar da (bifidobakteriyalar, laktobakteriyalar və s.) yuyularaq orqanzmi tərk edir ki, bu da sonradan disbakteriozun inkişaf etməsinə və lyamblioza məxsus klinik əlamətlərin hətta əvvəlkindən də kəskin davam etməsinə səbəb olur.
  • 43. Lyambliozun müalicəsində ən effektiv müalicə üsulu dərman preparatlarının tətbiqidir. Dərman peparatlarını təyin edərkən dərmanın əlavə təsirlərini, xəstənin yaşını, çəkisini, yanaşı gedən xəstəlikləri mütləq nəzərə almaq lazımdır.