SlideShare a Scribd company logo
1 of 22
Azərbaycan
Dövlət Neft Və
Sənaye
Universiteti
Tələbə:Şəhanə Mazanova
Qrup:743.21
S.e.d.prof:İradə Nuriyeva
Fənn:Azərbaycan Tarixi
Mövzu:xıx əsrin Azərbaycan mətbuatı
Plan
“Məşriq”, “Uçar yarpaq” və “Daniş”
nəşrləri
Kəşkül Qəzeti
Əkinçi Qəzeti
Ziya Qəzeti
•1891-ci ildə “Kəşkül” qəzeti
bağlandıqdan sonra “Şərqi-rus”un
çapına qədərki 14 il müddətində
Azərbaycan dilində heç bir qəzet və
jurnalın nəşrinə icazə verilməyib.
• Bu, çar Rusiyasının müsəlmanlara,
məxsusi olaraq Azərbaycan türklərinə
qarşı apardığı müstəmləkəçilik,
ruslaşdırma siyasətindən doğurdu.
Azərbaycan dilində qəzet nəşr etmək
istəyənlərə çar III Aleksandrın Qafqaz
müsəlmanları üçün söylədiyi "qoy onlar
rusca oxusunlar" kəlamını xatırladır,
təşəbbüslərin qarşısını alırdılar.
• Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə
aparan ziyalılar milli mətbu orqanların çapı
üçün bütün vasitələrdən istifadə edirdilər.
Çünki onlar gözəl anlayırdılar ki, ictimai fikrin
inkişafında, siyasi və ictimai ideyaların
mənimsənilməsində, milli şüurun oyanışında
anadilli mətbuatın əvəzsiz rolu var. Böyük
pedaqoq və ədəbiyyatşünas - alim Firudin bəy
Köçərli "Şərqi-rus" qəzetinin 1903-cü il tarixli
17-ci sayında yazırdı: “... Axırıncı qəzetənin ki,
"Kəşkül"dən ibarət ola, zavalından on il gəlib
keçdi və bu müddətin ərzində biz ruznaməsiz
qaldıq”.
• Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə
doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "Azərbaycan mətbuat tarixi, I hissə,
(1875-1920)" adlı kitabında vurğulayıb ki,
“Kəşkül” bağlandıqdan iki ay sonra, yəni
1891-ci ilin dekabrında Ünsizadə
qardaşlarından Kamal bəy "Azərbaycan"
adında qəzet nəşrinə icazə istəsə də, çar
orqanları buna imkan verməyiblər: “Avropa
təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli
ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə
mətbu orqan yaratmağa cəhd etdi.
“Məşriq”, “Uçar yarpaq” və “Daniş” nəşrləri...
• 1893-cü il 6 dekabr tarixində Baş
mətbuat idarəsinə və əhli Əhməd
bəy Ağayev" müraciət edərək
"Məşriq" adlı qəzetin nəşrinə icazə
istədi. Rusiya daxli işlər nazirinin
Bakı polismeystrinə göndərdiyi
cavab məktubunda isə bunun
yolverilməzliyi göstərilirdi:
"Azərbaycan dilində qəzet və
jurnalların nəşri tamamilə
arzuedilməzdir.
• Baş Mətbuat İşləri İdarəsi
belə hesab edir ki, cənab
Ağayevin xahişi rədd edilsin.
"Məşriq"in çapına icazə
verilməməsinin səbəbi
Ə.Ağaoğlunun çar rejimi
nümayəndələrinə panislamist,
pantürkist kimi təqdim
olunması idi. “Azərbaycan”ın
çapına icazə ala bilməyən
Kamal Ünsizadə 1896-cı ildə
"Letuçiya listok" ("Uçan
yarpaq") adlı mətbu orqan
yaratmaq üçün çalışdı.
• Senzura idarələrinin
bəhanələrini kəsmək, qəzet
nəşrinə nail olmaq üçün
K.Ünsizadə "Letuçiya
listok"u mülki müşavir
Georgi Klimovski ilə birlikdə
nəşr etmək istəsə də, onun
bu cəhdi də alınmadı.
K.Ünsizadənin "az savadlı,
mətbəəçilik işində səriştəsi
olmaması" əsas gətirilərək
qəzeti qeydiyyata almaqdan
imtina etdilər.
• Yeni mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz mülki işlər üzrə baş
hakiminə müraciətə sövq edir. 1896-cı ildə o, "Daniş" adlı qəzet nəşrinə ilkin
hazırlıq görür. Həftədə iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı və
məramnaməsi tərtib olunur. 13 şöbədən ibarət olacaq "Daniş"in nəşrinə hökumət
icazə vermir. Məqsədinə çata bilməyən K.Ünsizadə yerli elanları dərc edəcək bir
qəzetin nəşrinə yenidən razılıq almağa çalışır.
• O, mülki müşavir Georgi
Klimovski ilə birgə nəşr etmək
istədiyi həmin qəzeti
"Mestnoye obyavlenie"
adlandırdı. Rus və Azərbaycan
dillərində çıxarılması
planlaşdırılan bu qəzetin
gündəlik nəşri nəzərdə tutulsa
da, bu cəhd də uğursuzluqla
nəticələndi”.
• XIX əsrin II yarısında
Azərbaycanın iqtisadi və
ictimai inkişafı milli
mətbuatın yaranmasını
zəruri edirdi. Bu zərurəti
dərk edən görkəmli
maarifçi Həsən bəy
Zərdabi hökumətə
müraciət edərək
çətinliklə olsa da belə
bir qəzetin nəşrinə icazə
ala bilmişdi.
• Qəzetin nəşri üçün Zərdabi
İstanbuldan xüsusi ərəb mətbəə
şriftləri gətirtməli olmuş və
nəhayət, xeyli əziyyətdən sonra
1875-ci ilin 22 iyulunda Bakıda
qubernator mətbəəsində
qəzetin ilk nömrəsinin nəşrinə
nail ola bilmişdi.
• "Əkinçi"nin nəşrilə həm də
milli mətbuatımızın əsası
qoyulmuşdu. 1875-ci ilin 22
iyulundan 1877-ci ilin 29
sentyabrına qədər nəşr edilən
“Əkinçi” qəzetinin ümumilikdə
56 sayı işıq üzü görmüşdür.
Qəzet ayda iki dəfə 300-400
tirajla nəşr olunub.
• İlk milli mətbuat orqanı olan
"Əkinçi" qəzetinin işıq üzü gördüyü
gün - iyulun 22-si respublikada
"Mətbuat Günü" kimi qeyd edilir.
"Əkinçi" qəzetində Moskvadan
Nəcəf bəy Vəzirov və Əsgər ağa
Gorani, Şamaxıdan Seyid Əzim
Şirvani və Məhəmmədtağı Əlizadə
Şirvani, Dərbənddən Heydəri və
Tiflisdən Mirzə Fətəli Axundovun
məqalələri və digər yazıları dərc
olunurdu.
• 1877-1878-ci illər Rus-Türk
müharibəsi başlanan zaman
arxa cəbhədə "türk-tatar"
dilində qəzetin
mövcudluğundan ehtiyat edən
Rusiya hökümətinin göstərişi ilə
1877-ci ilin sentyabrın 29-da
"Əkinçi"nin nəşrinə rəsmən
xitam verilmişdi. Bundan sonra
“Ziya”, “Kəşkül” qəzetləri işıq
üzü gördü.
• "Kəşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu,
lakin "Əkinçi" yə daha artıq dərəcədə meyli hiss edilir. Ziyalıların
şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması "Kəşkül"
dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və
"millət" məfhumları ayrı-ayrı şeylərdir.
"Kəşkül" qəzeti öz səhifələrində bu
məsələləri aydınlaşdırmağa səy göstərmiş
və ictimai-siyasi şüurun inkişafına kömək
etmişdir. "Kəşkül" Azərbaycan millətinin
inkişafı və başqa millətlərlə dostluq
əlaqələrini möhkəmlətməsi haqqında da
müsbət səciyyə daşıyan məqalələr verirdi.
Bu məqalələrin bir çoxu mövzusu , ideya
istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə
fərqlənirdi.
Tarixi materiallardan da bəlli olduğu
kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki
il sonra Tiflisdə Azərbaycan dilində
başqa bir qəzet, “Ziya” qəzeti çıxıb.
1879-1884-cü illərdə işıq üzü görən bu
qəzet “Əkinçi”nin ideya və ənənələrini
davam və inkişaf etdirib. Belə ki, əgər
“Əkinçi” qəzeti yeni tipli məktəblərin
açılması və onlara uyğun dərsliklərin
yazılması, müəllim kadrların
hazırlanması məsələsini qaldırırdısa,
“Ziya” qəzetinin naşiri (sonralar həm də
redaktoru) Səid Ünsizadə bu tipli bir
məktəbi Şamaxıda 1875-ci ildə açıb.
• İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə olan qəzet
həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76 nömrəsi
buraxılan qəzet həmin ilin dekabrın 6-dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı
altında çıxmağa başlayıb. Özü də bu qəzet mətbəə üsulu ilə çap olunub. Onun
nəşri 1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104
nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunub.
Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib. Lakin sözügedən
qəzet öz sələfi ilə müqayisədə irəliyə doğru elə bir ciddi addım ata bilməyib.
Nəticə
Nəticə Etibari ilə adları çəkilən bu qəzetlərin
hamısında rəsmi xəbərlər, qərarlar, elanlar
və teleqramlar geniş yer tuturdu.
İzlədiyiniz Üçün
Təşəkkürlər
https://www.azerbaijans.com/conte
nt_741_az.html
https://sherg.az/tarix/100688
Ədəbiyya

More Related Content

What's hot

Мұхтар Омарханұлы Әуезовтың туғанына 120 жыл
Мұхтар Омарханұлы Әуезовтың туғанына 120 жылМұхтар Омарханұлы Әуезовтың туғанына 120 жыл
Мұхтар Омарханұлы Әуезовтың туғанына 120 жыл
Abilkair Zhakupov
 

What's hot (20)

Smart Azerbaijan (Smart Azərbaycan)
Smart Azerbaijan (Smart Azərbaycan)Smart Azerbaijan (Smart Azərbaycan)
Smart Azerbaijan (Smart Azərbaycan)
 
Kuriozitete mbi liqenet
Kuriozitete mbi liqenetKuriozitete mbi liqenet
Kuriozitete mbi liqenet
 
Мұхтар Омарханұлы Әуезовтың туғанына 120 жыл
Мұхтар Омарханұлы Әуезовтың туғанына 120 жылМұхтар Омарханұлы Әуезовтың туғанына 120 жыл
Мұхтар Омарханұлы Әуезовтың туғанына 120 жыл
 
Kanyshsatbaev
KanyshsatbaevKanyshsatbaev
Kanyshsatbaev
 
Education in Ukraine
Education in UkraineEducation in Ukraine
Education in Ukraine
 
Організація та ведення бібліотечних сторінок у Facebook
Організація та ведення бібліотечних сторінок у  FacebookОрганізація та ведення бібліотечних сторінок у  Facebook
Організація та ведення бібліотечних сторінок у Facebook
 
МНП з української літератури 5-6 кл. (авт. Чумарна М. І., Пастушенко Н. М.)
МНП з української літератури 5-6 кл. (авт. Чумарна М. І., Пастушенко Н. М.)МНП з української літератури 5-6 кл. (авт. Чумарна М. І., Пастушенко Н. М.)
МНП з української літератури 5-6 кл. (авт. Чумарна М. І., Пастушенко Н. М.)
 
Luftrat e skenderbeut (1)
Luftrat e skenderbeut (1)Luftrat e skenderbeut (1)
Luftrat e skenderbeut (1)
 
Trashegimia shqiptare iris pojani final - State of the Art of World Heritage ...
Trashegimia shqiptare iris pojani final - State of the Art of World Heritage ...Trashegimia shqiptare iris pojani final - State of the Art of World Heritage ...
Trashegimia shqiptare iris pojani final - State of the Art of World Heritage ...
 
Публічні бібліотеки області: аналіз та планування діяльності
Публічні бібліотеки області: аналіз та планування діяльностіПублічні бібліотеки області: аналіз та планування діяльності
Публічні бібліотеки області: аналіз та планування діяльності
 
В. М. ГЛУШКОВ – ЗАСНОВНИК ІНФОРМАТИКИ В УКРАЇНІ
В. М. ГЛУШКОВ – ЗАСНОВНИК ІНФОРМАТИКИ В УКРАЇНІВ. М. ГЛУШКОВ – ЗАСНОВНИК ІНФОРМАТИКИ В УКРАЇНІ
В. М. ГЛУШКОВ – ЗАСНОВНИК ІНФОРМАТИКИ В УКРАЇНІ
 
Методичне забезпечення реформування публічних бібліотек області
 Методичне забезпечення реформування публічних бібліотек області  Методичне забезпечення реформування публічних бібліотек області
Методичне забезпечення реформування публічних бібліотек області
 
Planetet e sistemit diellor
Planetet e sistemit diellorPlanetet e sistemit diellor
Planetet e sistemit diellor
 
Pune me projekte Fizike,Viti i dyte,Shkolla e mesme
Pune me projekte Fizike,Viti i dyte,Shkolla e mesmePune me projekte Fizike,Viti i dyte,Shkolla e mesme
Pune me projekte Fizike,Viti i dyte,Shkolla e mesme
 
скорботний календар української мови
скорботний календар української мовискорботний календар української мови
скорботний календар української мови
 
Akademik yazi elmin və ali təhsilin atributudur.pptx
Akademik yazi elmin və ali təhsilin atributudur.pptxAkademik yazi elmin və ali təhsilin atributudur.pptx
Akademik yazi elmin və ali təhsilin atributudur.pptx
 
Розстановка книжкового фонду
Розстановка книжкового фондуРозстановка книжкового фонду
Розстановка книжкового фонду
 
ПОЕТ НЕВМИРУЩОЇ РУТИ: до недожитого 70-річчя від дня народження Володимир...
ПОЕТ НЕВМИРУЩОЇ РУТИ: до  недожитого  70-річчя від   дня народження Володимир...ПОЕТ НЕВМИРУЩОЇ РУТИ: до  недожитого  70-річчя від   дня народження Володимир...
ПОЕТ НЕВМИРУЩОЇ РУТИ: до недожитого 70-річчя від дня народження Володимир...
 
poezia alfabeti i gjuhes-shqipe-22 nentori
poezia alfabeti i gjuhes-shqipe-22 nentoripoezia alfabeti i gjuhes-shqipe-22 nentori
poezia alfabeti i gjuhes-shqipe-22 nentori
 
նախագիծ
նախագիծնախագիծ
նախագիծ
 

xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx

  • 1. Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti Tələbə:Şəhanə Mazanova Qrup:743.21 S.e.d.prof:İradə Nuriyeva Fənn:Azərbaycan Tarixi Mövzu:xıx əsrin Azərbaycan mətbuatı
  • 2. Plan “Məşriq”, “Uçar yarpaq” və “Daniş” nəşrləri Kəşkül Qəzeti Əkinçi Qəzeti Ziya Qəzeti
  • 3. •1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra “Şərqi-rus”un çapına qədərki 14 il müddətində Azərbaycan dilində heç bir qəzet və jurnalın nəşrinə icazə verilməyib.
  • 4. • Bu, çar Rusiyasının müsəlmanlara, məxsusi olaraq Azərbaycan türklərinə qarşı apardığı müstəmləkəçilik, ruslaşdırma siyasətindən doğurdu. Azərbaycan dilində qəzet nəşr etmək istəyənlərə çar III Aleksandrın Qafqaz müsəlmanları üçün söylədiyi "qoy onlar rusca oxusunlar" kəlamını xatırladır, təşəbbüslərin qarşısını alırdılar.
  • 5. • Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə aparan ziyalılar milli mətbu orqanların çapı üçün bütün vasitələrdən istifadə edirdilər. Çünki onlar gözəl anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və ictimai ideyaların mənimsənilməsində, milli şüurun oyanışında anadilli mətbuatın əvəzsiz rolu var. Böyük pedaqoq və ədəbiyyatşünas - alim Firudin bəy Köçərli "Şərqi-rus" qəzetinin 1903-cü il tarixli 17-ci sayında yazırdı: “... Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq”.
  • 6. • Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, I hissə, (1875-1920)" adlı kitabında vurğulayıb ki, “Kəşkül” bağlandıqdan iki ay sonra, yəni 1891-ci ilin dekabrında Ünsizadə qardaşlarından Kamal bəy "Azərbaycan" adında qəzet nəşrinə icazə istəsə də, çar orqanları buna imkan verməyiblər: “Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə mətbu orqan yaratmağa cəhd etdi. “Məşriq”, “Uçar yarpaq” və “Daniş” nəşrləri...
  • 7. • 1893-cü il 6 dekabr tarixində Baş mətbuat idarəsinə və əhli Əhməd bəy Ağayev" müraciət edərək "Məşriq" adlı qəzetin nəşrinə icazə istədi. Rusiya daxli işlər nazirinin Bakı polismeystrinə göndərdiyi cavab məktubunda isə bunun yolverilməzliyi göstərilirdi: "Azərbaycan dilində qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir.
  • 8. • Baş Mətbuat İşləri İdarəsi belə hesab edir ki, cənab Ağayevin xahişi rədd edilsin. "Məşriq"in çapına icazə verilməməsinin səbəbi Ə.Ağaoğlunun çar rejimi nümayəndələrinə panislamist, pantürkist kimi təqdim olunması idi. “Azərbaycan”ın çapına icazə ala bilməyən Kamal Ünsizadə 1896-cı ildə "Letuçiya listok" ("Uçan yarpaq") adlı mətbu orqan yaratmaq üçün çalışdı.
  • 9. • Senzura idarələrinin bəhanələrini kəsmək, qəzet nəşrinə nail olmaq üçün K.Ünsizadə "Letuçiya listok"u mülki müşavir Georgi Klimovski ilə birlikdə nəşr etmək istəsə də, onun bu cəhdi də alınmadı. K.Ünsizadənin "az savadlı, mətbəəçilik işində səriştəsi olmaması" əsas gətirilərək qəzeti qeydiyyata almaqdan imtina etdilər.
  • 10. • Yeni mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz mülki işlər üzrə baş hakiminə müraciətə sövq edir. 1896-cı ildə o, "Daniş" adlı qəzet nəşrinə ilkin hazırlıq görür. Həftədə iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı və məramnaməsi tərtib olunur. 13 şöbədən ibarət olacaq "Daniş"in nəşrinə hökumət icazə vermir. Məqsədinə çata bilməyən K.Ünsizadə yerli elanları dərc edəcək bir qəzetin nəşrinə yenidən razılıq almağa çalışır.
  • 11. • O, mülki müşavir Georgi Klimovski ilə birgə nəşr etmək istədiyi həmin qəzeti "Mestnoye obyavlenie" adlandırdı. Rus və Azərbaycan dillərində çıxarılması planlaşdırılan bu qəzetin gündəlik nəşri nəzərdə tutulsa da, bu cəhd də uğursuzluqla nəticələndi”.
  • 12. • XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi.
  • 13. • Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi.
  • 14. • "Əkinçi"nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub.
  • 15. • İlk milli mətbuat orqanı olan "Əkinçi" qəzetinin işıq üzü gördüyü gün - iyulun 22-si respublikada "Mətbuat Günü" kimi qeyd edilir. "Əkinçi" qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu.
  • 16. • 1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə "türk-tatar" dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da "Əkinçi"nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra “Ziya”, “Kəşkül” qəzetləri işıq üzü gördü.
  • 17. • "Kəşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqe tutmuşdu, lakin "Əkinçi" yə daha artıq dərəcədə meyli hiss edilir. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhumunun oyanması "Kəşkül" dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumları ayrı-ayrı şeylərdir.
  • 18. "Kəşkül" qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. "Kəşkül" Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu , ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi.
  • 19. Tarixi materiallardan da bəlli olduğu kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet, “Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə işıq üzü görən bu qəzet “Əkinçi”nin ideya və ənənələrini davam və inkişaf etdirib. Belə ki, əgər “Əkinçi” qəzeti yeni tipli məktəblərin açılması və onlara uyğun dərsliklərin yazılması, müəllim kadrların hazırlanması məsələsini qaldırırdısa, “Ziya” qəzetinin naşiri (sonralar həm də redaktoru) Səid Ünsizadə bu tipli bir məktəbi Şamaxıda 1875-ci ildə açıb.
  • 20. • İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə olan qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76 nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başlayıb. Özü də bu qəzet mətbəə üsulu ilə çap olunub. Onun nəşri 1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104 nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunub. Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib. Lakin sözügedən qəzet öz sələfi ilə müqayisədə irəliyə doğru elə bir ciddi addım ata bilməyib.
  • 21. Nəticə Nəticə Etibari ilə adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu.