SlideShare a Scribd company logo
 Meşə – Yerin ağac bitkiləri ilə örtülmüş
hissəsi. Quru ərazinin üçdə birini tutur. Yer
kürəsində meşələrin ümumi sahəsi
38×106 км²-dir.
 Bioloji cəhətdən öz inkişafında bir-birinə
qarşılıqlı təsir
göstərən torpağın, suyun, ağac, kol, ot bitkilə
rinin, heyvanat
aləminin,mikroorqanizmlərin vəhdəti hesab
edilən meşə sahələri Yer kürəsinin ən qiymətli
milli təbii sərvəti hesab olunur.
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard
hektardır. Bunun 809 milyon hektarı Rusiya
Federasiyasının, 478 milyon
hektarı Braziliyanın, 310 milyon
hektarı Kanadanın və 303 milyon
hektarı ABŞ-ın payına düşür.
 Son 200 ildə dünya üzrə meşə ərazilərinin
sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX
əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i
meşə ilə örtülü olmuşdur. Hal-hazırda
Azərbaycan meşələrinin ümumi sahəsi 989,4
min hektardır. Bu da Azərbaycan ərazisinin
11,4%-ni təşkil edir. Bu rəqəm Rusiya
Federasiyasında
44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil
edir.
 Azərbaycanda meşələr
 Azərbaycan Respublikası ərazisinin ümumi
sahəsi 86,6 milyon hektardır. Azərbaycan
meşələrinin ümumi sahəsi isə 1213,7 min
hektardır. Hər adam başına təqribən 0,12 ha
meşə sahəsi düşür ki, bu da ümumdünya
miqyasında götürülən müvafiq orta
rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
 Azərbaycan meşələri əhəmiyyətinə görə I
qrupa aid edilir və bu meşələr Respublikanın
müxtəlif bölgələrində müxtəlif tərzdə
yayılmışdır. Bu bölgələrə xas olan
xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri
– mineral xam malı, suyun, enerjinin,
torpaqların yerləşməsidir. Onların arasında
meşə sərvətləri heç bir digər təbii sərvətlərə
xas olmayan çoxsahəli funksiyaları yerinə
yetirir. Meşələr yeganə təbiət kompleksi
hesab olunur ki, onlar su, hava və torpaq
kimi biosferanın çox vacib olan
komponentlərinin sabitləşdirilməsinə şərait
yaradır. Respublika meşələrinin əksər
sahələri (85%) Böyük Qafqazda, Kiçik
Qafqazda və Talış dağ bölgəsində yerləşir.
 Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən
ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.).
Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması
iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və
digər şəraitdən asılıdır. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti
vasitəsi ilə həyata keçirir.
 Departament dövlət meşə fondunun ərazisində
meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və
meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini,
meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü,
meşə fondunun dövlət uçotunun və meşə kadastrının
aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə
təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən
əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin
məqsədyönlü və səmərəli aparılmasını təmin edir. Meşə
təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su
saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər
faydalı funksiyaların yüksəldilməsi istiqamətində
aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi
əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya
əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin,
bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış
fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin
aparılması zamanı genofondun saxlanması, artırılması
istiqamətində tədbirlər həyata keçirir. Meşələrin İnkişafı
Departamentinin tabeliyində 34 Regional Meşə
Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma
Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri
(Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və
Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.
Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından
başlayaraq Respublikanın bütün ərazilərində
meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə,
toxum tədarükü və digər tədbirlərin həcmi xeyli
genişləndirilmişdir.
 Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr
2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki,
dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları
cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və
artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
 Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq
ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və
heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-
qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması,
torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay
məjralarında eroziyaya uğramasının, dağətəyi və düzən
rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli
Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin. Prezident
fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair"
hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və
əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident
Sərəncamı ilə təsdiq edilmişdir. Bu proqrama əsasən
ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69700 ha
sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər
salınmalıdır.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan,
2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji
siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və
yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin,
şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid
zonalarda qoruyucu meşə massivlərinin yaradılması
sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar
Respublikanın arid zonalarında meşə və yaşıllıqların
salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4
regional meşə tingliyi müəssisələri
yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).
 Yeni yaradılmış Meşə Salma Müəssisələrinin
və Respublikanın digər bölgələrində fəaliyyət
göstərən Meşə Mühafizəsi və Bərpası
Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha,
Milli Proqramın icrasına uyğun olaraq 2003-cü
ildə isə 8721 ha sahədə meşəbərpa işləri
aparılmış və yeni meşəliklər salınmışdır. Bu
göstəricilər 2000-2001-ci ildə yerinə yetirilən
meşəbərpa və meşəsalma işlərinin həcmindən,
müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur. Müxtəlif
çeşiddə əkin materiallarının yetişdirilməsi
sahəsində də məqsədyönlü işlər görülmüşdür.
 Belə ki, 2002-ci ildə qiymətli ağac və kol
cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32
milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu
2000-2001-ci ildə yetişdirilən əkin
materiallarının həcmindən müvafiq olaraq 2-5
dəfə çox olmuşdur.
 Meşəbərpa və meşəsalma işlərinin həcmi
2004-cü ildə artırılaraq 9000 hektara, əkin
materiallarının yetişdirilməsi isə 35 milyon
ədədə çatdırılması proqnozlaşdırılmışdır.
Vaxtında aparılan təşkilati tədbirlərin
nəticəsində 35 milyona qarşı 40 milyon əkin
materialı yetişdirilmiş, 3700 ha sahədə yeni
meşə salınmış 5403 ha sahədə təbii bərpaya
kömək tədbirləri aparılmışdır.
 2005-ci ilin yekun hesabatlarına görə ötən
hesabat ilində 9500 hektarmeşəbərpa
tədbirlərinə qarşı 9737 hektar
sahədəmeşəbərpa tədbirləri aparılmışdır.
Bundan 3860 hektarı yeni meşələrin
salınmasıdır. Qalan 5877 hektarı təbii
bərpaya kömək tədbirləridir. 35 mln. ədədə
qarşı 38 mln. ədəd əkin materialı
yetişdirilmişdir. Bu göstərijilər 2000-2001-ci
ilin göstərijilərindən meşəbərpa tədbirləri
üzrə 2-2,5 dəfə, əkin materiallarının
yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.
 "Meşələrin bərpa edilməsinə və artırılmasına
dair Milli Proqram"ın tələblərinə uyğun
olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin
plan-proqnozlərı artırılaraq 10 min hektara
çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə
işlər davam etdirilir. Göstərilənlərlə yanaşı
meşə təsərrüfatı sistemində bir sıra
problemlər hələ də mövcuddur. Belə ki,
alternativ yanacaq növlərinin çatışmazlığı
meşələrdə özbaşına qırıntının artmasına,
qanunsuz mal-qara otarılması isə təbii bərpa
prosesinin pozulmasına səbəb olur. Maddi
texniki təminatın və maliyyə vəsaitinin
çatışmazlığı, əmək haqqının aşağı olması
aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə
öz mənfi təsirini göstərir.
Meşələr

More Related Content

What's hot

Land use management
Land use managementLand use management
Land use managementGhassan Hadi
 
Palaearctic region
Palaearctic regionPalaearctic region
Palaearctic regionssuser081a31
 
Presentation on mountain ecosystem
 Presentation on mountain ecosystem Presentation on mountain ecosystem
Presentation on mountain ecosystemNahin Mahfuz Seam
 
Invasive species in North Carolina
Invasive species in North CarolinaInvasive species in North Carolina
Invasive species in North CarolinaKella Randolph
 
M.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection act
M.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection actM.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection act
M.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection actfatima roshan
 
Üçrəqəmli ədədlərin toplanması və çıxılması
Üçrəqəmli ədədlərin toplanması və çıxılmasıÜçrəqəmli ədədlərin toplanması və çıxılması
Üçrəqəmli ədədlərin toplanması və çıxılmasımimio_azerbaijan
 
Wildlife and Protected Area Management
Wildlife and Protected Area Management Wildlife and Protected Area Management
Wildlife and Protected Area Management AbiralAcharya1
 
Ecosystems and biodiversity
Ecosystems and biodiversityEcosystems and biodiversity
Ecosystems and biodiversityTej Kiran
 
Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...
Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...
Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...Michael Cordingley
 
Types of wetlands and wetland formation
Types of wetlands and wetland formationTypes of wetlands and wetland formation
Types of wetlands and wetland formationMidhun M Nair
 
Remedial Teaching Design
Remedial Teaching Design Remedial Teaching Design
Remedial Teaching Design Chere Lin
 
Llb i el u 4.6 coastal zone management
Llb i el u 4.6 coastal zone managementLlb i el u 4.6 coastal zone management
Llb i el u 4.6 coastal zone managementRai University
 

What's hot (20)

Ana təbi̇ət 2
Ana təbi̇ət 2Ana təbi̇ət 2
Ana təbi̇ət 2
 
Land use management
Land use managementLand use management
Land use management
 
Palaearctic region
Palaearctic regionPalaearctic region
Palaearctic region
 
Presentation on mountain ecosystem
 Presentation on mountain ecosystem Presentation on mountain ecosystem
Presentation on mountain ecosystem
 
Invasive species in North Carolina
Invasive species in North CarolinaInvasive species in North Carolina
Invasive species in North Carolina
 
M.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection act
M.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection actM.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection act
M.Ed EVS Topic in English & Hindi (Lecture based)i-Wildlife protection act
 
Üçrəqəmli ədədlərin toplanması və çıxılması
Üçrəqəmli ədədlərin toplanması və çıxılmasıÜçrəqəmli ədədlərin toplanması və çıxılması
Üçrəqəmli ədədlərin toplanması və çıxılması
 
Wildlife and Protected Area Management
Wildlife and Protected Area Management Wildlife and Protected Area Management
Wildlife and Protected Area Management
 
Wetland Resource Management: Wise Use and Conservation
Wetland Resource Management: Wise Use and ConservationWetland Resource Management: Wise Use and Conservation
Wetland Resource Management: Wise Use and Conservation
 
Lakes of the world
Lakes of the worldLakes of the world
Lakes of the world
 
Ecosystems and biodiversity
Ecosystems and biodiversityEcosystems and biodiversity
Ecosystems and biodiversity
 
Salinity
SalinitySalinity
Salinity
 
Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...
Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...
Investigation and review of Human Elephant Conflict in the Bardia – Katarniag...
 
Types of wetlands and wetland formation
Types of wetlands and wetland formationTypes of wetlands and wetland formation
Types of wetlands and wetland formation
 
Sal forest management
Sal forest managementSal forest management
Sal forest management
 
Remedial Teaching Design
Remedial Teaching Design Remedial Teaching Design
Remedial Teaching Design
 
Llb i el u 4.6 coastal zone management
Llb i el u 4.6 coastal zone managementLlb i el u 4.6 coastal zone management
Llb i el u 4.6 coastal zone management
 
Population.ppt
Population.pptPopulation.ppt
Population.ppt
 
Ecology of wetlands
Ecology of wetlandsEcology of wetlands
Ecology of wetlands
 
Forest Management & Why It's Important
Forest Management & Why It's ImportantForest Management & Why It's Important
Forest Management & Why It's Important
 

Viewers also liked

biologiya meşələri qoruyaq
biologiya meşələri qoruyaqbiologiya meşələri qoruyaq
biologiya meşələri qoruyaqTimur Ulvi
 
S və c
S və cS və c
S və crm_007
 
Abbasova ayshen.ekologia.power point 2007
Abbasova ayshen.ekologia.power point 2007Abbasova ayshen.ekologia.power point 2007
Abbasova ayshen.ekologia.power point 2007rm_007
 
14. ayshen
14. ayshen14. ayshen
14. ayshenrm_007
 
Heyat bilgisi 4 dini deyerler
Heyat bilgisi 4  dini deyerlerHeyat bilgisi 4  dini deyerler
Heyat bilgisi 4 dini deyerlerXanim Sadigzade
 
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələrTexnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələrAZERİ AZERBAYCAN
 
15.05. ana dili
15.05. ana dili15.05. ana dili
15.05. ana dilielnare77
 
Aciq ders aybeniz
Aciq ders aybenizAciq ders aybeniz
Aciq ders aybenizsaybeniz
 
Fəsillər necə dəyişir
Fəsillər  necə  dəyişirFəsillər  necə  dəyişir
Fəsillər necə dəyişirAynur Qurbanova
 
4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandı4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandıSamir Huseynov
 

Viewers also liked (20)

Təbiətin dostları
Təbiətin dostlarıTəbiətin dostları
Təbiətin dostları
 
biologiya meşələri qoruyaq
biologiya meşələri qoruyaqbiologiya meşələri qoruyaq
biologiya meşələri qoruyaq
 
VAXT
VAXTVAXT
VAXT
 
S və c
S və cS və c
S və c
 
Abbasova ayshen.ekologia.power point 2007
Abbasova ayshen.ekologia.power point 2007Abbasova ayshen.ekologia.power point 2007
Abbasova ayshen.ekologia.power point 2007
 
Ekologiya huquq
Ekologiya huquqEkologiya huquq
Ekologiya huquq
 
14. ayshen
14. ayshen14. ayshen
14. ayshen
 
Ekoloji
EkolojiEkoloji
Ekoloji
 
Heyat bilgisi 4 dini deyerler
Heyat bilgisi 4  dini deyerlerHeyat bilgisi 4  dini deyerler
Heyat bilgisi 4 dini deyerler
 
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələrTexnologiya 6.i̇nsan həyatında qidalı maddələr
Texnologiya 6.i̇nsan həyatında qidalı maddələr
 
Saglamliq1
Saglamliq1Saglamliq1
Saglamliq1
 
ilin fesilleri
ilin fesilleriilin fesilleri
ilin fesilleri
 
15.05. ana dili
15.05. ana dili15.05. ana dili
15.05. ana dili
 
Söz birləşməsi
Söz birləşməsiSöz birləşməsi
Söz birləşməsi
 
Aciq ders aybeniz
Aciq ders aybenizAciq ders aybeniz
Aciq ders aybeniz
 
Fəsillər necə dəyişir
Fəsillər  necə  dəyişirFəsillər  necə  dəyişir
Fəsillər necə dəyişir
 
Təbiətin təqvimi
Təbiətin təqvimiTəbiətin təqvimi
Təbiətin təqvimi
 
Ana dili
Ana diliAna dili
Ana dili
 
4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandı4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandı
 
Həşəratlar
HəşəratlarHəşəratlar
Həşəratlar
 

More from Miryusif Naxcivani

More from Miryusif Naxcivani (7)

Fizika
FizikaFizika
Fizika
 
Yastı qurdlar
Yastı qurdlarYastı qurdlar
Yastı qurdlar
 
Tarix
TarixTarix
Tarix
 
İnsan üçün təhlükəli olan qurd xəstəlikləri
İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləriİnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
İnsan üçün təhlükəli olan qurd xəstəlikləri
 
Çoxhüceyrəlilər
ÇoxhüceyrəlilərÇoxhüceyrəlilər
Çoxhüceyrəlilər
 
İkiləpəlilər və birləpəlilər
İkiləpəlilər və birləpəlilərİkiləpəlilər və birləpəlilər
İkiləpəlilər və birləpəlilər
 
7ci sinif Biologiya slide
7ci sinif Biologiya slide7ci sinif Biologiya slide
7ci sinif Biologiya slide
 

Meşələr

  • 1.
  • 2.  Meşə – Yerin ağac bitkiləri ilə örtülmüş hissəsi. Quru ərazinin üçdə birini tutur. Yer kürəsində meşələrin ümumi sahəsi 38×106 км²-dir.  Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilə rinin, heyvanat aləminin,mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Yer kürəsinin ən qiymətli milli təbii sərvəti hesab olunur. Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.  Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
  • 3.  Azərbaycanda meşələr  Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.  Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.
  • 4.  Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.  Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyəci, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir. Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir. Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.
  • 5.  Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.  Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay- qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məjralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin. Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir. Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).
  • 6.  Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur. Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.  Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000-2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.  Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.
  • 7.  2005-ci ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstərijilər 2000-2001-ci ilin göstərijilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.  "Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram"ın tələblərinə uyğun olaraq 2006-jı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.