SlideShare a Scribd company logo
Tələbə: Musayev Emin
Müəllim: Rafael Əliyev
Fakültə: İTİF
İxtisas: İnformasiyanın təhlükəsizliyi
Qrup: 692.20E
Fənn: Azərbaycan dilində akademik və işgüzar kommunikasiya
Mövzu : Akademik yazi elmin və ali təhsilin atributudur
GİRİŞ
• Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet
məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr
imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr
və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni tanıdır, elmi
əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz həm də
beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr
və əsərlər üzərində işləyirlər. Təbii ki, əməkdaşlıq əsnasında beynəlxalq elm və
təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər
aşkarlanır. Uzun müddət Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar
bir sıra hallarda beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara
uyğun gəlmir. Bunlardan biri də akademik yazı qaydalarıdır.
Yazı qalır...
• Yazının ən başlıca xüsusiyyəti onun qalıcı və sənəd
xarakterli olmasıdır. Başqa sözlə, məhz bu özəllikləri
sayəsində yazılı materiala dönə-dönə qayıtmaq və ondan
faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər
üçün faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən
böyük məsuliyyət tələb edir. Xüsusilə əgər söhbət alimin
yazdığı mətn və ya materialdan gedirsə. Alim sözünə hər
zaman inam və güvən olmuşdur. Bu güvəni qazanmaq
yetərli deyil, onu həm də qorumaq və itirməmək lazımdır.
Savadlı və yaxşı təşkil olunmuş yazı bunun ən sınanmış
yollarındandır.
Yazı həm də çoxalır...
• İnformasiya -kommunikasiya texnologiyalarının
yaratdığı imkanlar sayəsində yazmaq meylləri də
çoxalıb. Sosial media sıravi vətəndaşların İnternetə
çıxışına unikal şərait yaradır, onları çağdaş
kommunikasiya vasitələrinin fəal istifadəçisinə
çevirir. Ənənəvi mediaya çıxışı daha çətin və
çoxpilləli, bəzən isə qeyri-mümkün sayan insanlar öz
axtarışları və tapıntıları haqqında məlumatları bloq
yaratmaq və yazdıqlarını orada paylaşmaqla fikir
mübadiləsini həyata keçirmiş olurlar. Təbii ki, bu
istifadəçilər arasında elm adamları da çoxluq təşkil
edirlər.
Niyə akademik yazı qaydaları?
• Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə
etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə
təhsil alarkən və ya işləyərkən hansı birimiz kurs işi, diplom işi (hazırda əsasən buraxılış
işi adlanır) və bu tipli oxşar yazı işləri yazmamışıq? Və ya özümüz də daxil olmaqla,
hansımız elmi iş yazmaq tapşırığı alan tələbənin və ya gənc tədqiqatçının keçirdiyi təşviş
və narahatlıq hisslərinə şahid olmamışıq? Elmi iş yazmaq gənc insanda bu tapşırığın
öhdəsindən gələ bilməyəcəyi qənaətini yaradır. Ona elə gəlir ki, bu, keçilməz meşəyə
düşmək və ya ucu-bucağı görünməyən bir okeanın ortasında təkbaşına qalmaq qədər
müşkül və məşəqqətli işdir. Məsələnin öhdəsindən gəlmək üçün tələbə və ya gənc
tədqiqatçının ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq, məsələn, yuxarı
kurslarda oxuyanların və ya bu yollardan keçmiş həmkarlarının fikrini soruşmaq, proses
haqqında təsəvvür yaratmaq olur.
Kitabxanalara gedib hazır buraxılış işlərini vərəqləmək, onun yazılma
qaydaları, quruluşu haqqında məlumat toplamaq da çıxış yollarından
biri sayılır. Qeyri-müəyyənlik, müəllim və professorların yanında
biliksiz, hazırlıqsız görünmək qorxusu nə qədər gənci elmi iş yazmaq
istəyindən daşındırır. Maraqlısı budur ki, bəzi tələbələrin bu sahədəki
passivliyi professor-müəllim heyəti tərəfindən tez-tez təndiq olunur.
Lakin bu tənqid və danlaq “notları” məsələnin həllinə kömək etmir,
çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr buraxılış işlərini
müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən
vəziyyətin dəyişməz olaraq qaldığını görürük.
Beynəlxalq akademik yazı qaydaları
• Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq standartlar “ümumi dil” rolunu oynayır, yəni
fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir.
Beynəlxalq yazı qaydaları həmçinin oxunu sadələşdirir. Vahid standartlar üzrə yazılmış
mətndə nəyin harada, yəni hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə,
zəruri informasiyanı tapmaq da asan olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri olan dolaba
bənzətmək olar ki, bu “gözlər”in hər birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi
və quruluşu haqqında dəqiq məlumata malik olan şəxs qapını açıb istədiyi əşyanı onun
saxlandığı rəfdən heç bir axtarış aparmadan rahatlıqla tapa və ya götürə bilər. Çünki onun
harada yerləşdiyini yaxşı bilir.
Bu “resepti” yazmalı - “yazmaq resepti”ni
• Əslində beynəlxalq akademik yazı qaydaları müəyyən nəticənin əldə edilməsinə
yönəlmiş bir mexanizmdir. Bunu “resept”ə bənzətmək daha məqsədəuyğun olardı.
İstənilən yemək “resept”ində olduğu kimi, burada da əməl edilməli olan qaydalar
tam dəqiqliklə verilir. Burada işə yaramayan, əsas məqsədə xidmət etməyən heç
bir detala yer yoxdur. Başqa sözlə, bu prosesi hasar tikintisinə bənzətmək olar;
burada hasarı təşkil edən hər bir kərpicin öz yeri və funksiyası var. Hər “kərpic”,
yəni cümlə ümumi mətnə yeni və xüsusi məna gətirir. Elə bir məna ki, bu həm
özündən əvvəlki, həm də sonrakı məzmunla məntiqi surətdə bağlıdır.
Yekunda...
• Elmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq mədəniyyətinin
formalaşması və davamlı tətbiqi üçün “Akademik yazı qaydaları”
fənninin ən azı universitetlərdə tədris edilməsi təxirəsalınmaz
məsələlərdən biridir. Tələbə, magistrant, doktorant və gənc
tədqiqatçılar öz elmi (və ya ) fikirlərini yazılı formada çatdırmanın
müasir üsulları və formaları haqqında ətraflı
məlumatlandırılmalıdırlar. Bu, həm onların öz gələcək karyeralarını
qurmaqda, həm də beynəlxalq elm və təhsil məkanına maneəsiz
qoşularaq ölkəmizi layiqincə təmsil etmələrinə şərait yaratmış olar.
Diqqətiniz üçün təşəkkürlər 

More Related Content

What's hot

Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriTimur Ulvi
 
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnikTikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Firdovsi Mutallimov
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
farqanaliyeva
 
Axborot tizimlari hayotiy siklining asosiy jarayonlari
Axborot tizimlari hayotiy siklining asosiy jarayonlariAxborot tizimlari hayotiy siklining asosiy jarayonlari
Axborot tizimlari hayotiy siklining asosiy jarayonlari
MIRZO ULUG‘BEK NOMIDAGI O‘ZBEKISTON MILLIY UNIVERSITETI JIZZAX FILIALI
 
Етапи при създаване на уеб сайт
Етапи при създаване на уеб сайтЕтапи при създаване на уеб сайт
Етапи при създаване на уеб сайтanihadjiiska
 
İqtisadi sistem və dövlətin fəaliyyəti.
İqtisadi sistem və dövlətin fəaliyyəti.İqtisadi sistem və dövlətin fəaliyyəti.
İqtisadi sistem və dövlətin fəaliyyəti.
Arif Z-lee
 
Prirucnik iz akademskog pisanja
Prirucnik iz akademskog pisanjaPrirucnik iz akademskog pisanja
Prirucnik iz akademskog pisanja
katarinaRadovanovi1
 
Дерева України
Дерева УкраїниДерева України
Дерева України
Оціночки
 
Dədə Qorqud
Dədə QorqudDədə Qorqud
Dədə Qorqud
gul222
 
tushuncha.ppt
tushuncha.ppttushuncha.ppt
tushuncha.ppt
shohruhsoliyev
 
prez.-1 FIZIKA.pptx
prez.-1 FIZIKA.pptxprez.-1 FIZIKA.pptx
prez.-1 FIZIKA.pptx
KenanKerimli4
 
Qeyri verbal ünsiyyət vasitələri
Qeyri verbal ünsiyyət vasitələriQeyri verbal ünsiyyət vasitələri
Qeyri verbal ünsiyyət vasitələri
AsliBayramova
 
5.1주제 용접 품질 기준과 검사 (문흥식)
5.1주제 용접 품질 기준과 검사 (문흥식)5.1주제 용접 품질 기준과 검사 (문흥식)
5.1주제 용접 품질 기준과 검사 (문흥식)
topshock
 
Proqramlasdirma dillerinin tesnifati
Proqramlasdirma dillerinin tesnifatiProqramlasdirma dillerinin tesnifati
Proqramlasdirma dillerinin tesnifati
XaleddinMemmedov
 
До питання установчо-регламентуючої документації бібліотеки
До питання установчо-регламентуючої документації бібліотекиДо питання установчо-регламентуючої документації бібліотеки
До питання установчо-регламентуючої документації бібліотеки
Vinnytsia Regional Universal Scientific Library named after Valentin Otamanovsky
 
Мұғалімнің портфолиосы #1
Мұғалімнің портфолиосы #1Мұғалімнің портфолиосы #1
Мұғалімнің портфолиосы #1
Айбек Қуандықұлы
 
Лабораторна робота №2
Лабораторна робота №2Лабораторна робота №2
Лабораторна робота №2
zubova
 
Informasiyanin oturme vasiteeri
Informasiyanin oturme vasiteeriInformasiyanin oturme vasiteeri
Informasiyanin oturme vasiteeri
Sari Can
 

What's hot (20)

Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləri
 
Mustaqil iw 12.docx
Mustaqil iw 12.docxMustaqil iw 12.docx
Mustaqil iw 12.docx
 
Slaydlar
SlaydlarSlaydlar
Slaydlar
 
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnikTikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
 
Axborot tizimlari hayotiy siklining asosiy jarayonlari
Axborot tizimlari hayotiy siklining asosiy jarayonlariAxborot tizimlari hayotiy siklining asosiy jarayonlari
Axborot tizimlari hayotiy siklining asosiy jarayonlari
 
Етапи при създаване на уеб сайт
Етапи при създаване на уеб сайтЕтапи при създаване на уеб сайт
Етапи при създаване на уеб сайт
 
İqtisadi sistem və dövlətin fəaliyyəti.
İqtisadi sistem və dövlətin fəaliyyəti.İqtisadi sistem və dövlətin fəaliyyəti.
İqtisadi sistem və dövlətin fəaliyyəti.
 
Prirucnik iz akademskog pisanja
Prirucnik iz akademskog pisanjaPrirucnik iz akademskog pisanja
Prirucnik iz akademskog pisanja
 
Дерева України
Дерева УкраїниДерева України
Дерева України
 
Dədə Qorqud
Dədə QorqudDədə Qorqud
Dədə Qorqud
 
tushuncha.ppt
tushuncha.ppttushuncha.ppt
tushuncha.ppt
 
prez.-1 FIZIKA.pptx
prez.-1 FIZIKA.pptxprez.-1 FIZIKA.pptx
prez.-1 FIZIKA.pptx
 
Qeyri verbal ünsiyyət vasitələri
Qeyri verbal ünsiyyət vasitələriQeyri verbal ünsiyyət vasitələri
Qeyri verbal ünsiyyət vasitələri
 
5.1주제 용접 품질 기준과 검사 (문흥식)
5.1주제 용접 품질 기준과 검사 (문흥식)5.1주제 용접 품질 기준과 검사 (문흥식)
5.1주제 용접 품질 기준과 검사 (문흥식)
 
Proqramlasdirma dillerinin tesnifati
Proqramlasdirma dillerinin tesnifatiProqramlasdirma dillerinin tesnifati
Proqramlasdirma dillerinin tesnifati
 
До питання установчо-регламентуючої документації бібліотеки
До питання установчо-регламентуючої документації бібліотекиДо питання установчо-регламентуючої документації бібліотеки
До питання установчо-регламентуючої документації бібліотеки
 
Мұғалімнің портфолиосы #1
Мұғалімнің портфолиосы #1Мұғалімнің портфолиосы #1
Мұғалімнің портфолиосы #1
 
Лабораторна робота №2
Лабораторна робота №2Лабораторна робота №2
Лабораторна робота №2
 
Informasiyanin oturme vasiteeri
Informasiyanin oturme vasiteeriInformasiyanin oturme vasiteeri
Informasiyanin oturme vasiteeri
 

More from mirkerimmemmedov1

Downstream.pptx
Downstream.pptxDownstream.pptx
Downstream.pptx
mirkerimmemmedov1
 
Fərhadlı Rəvan.pptx
Fərhadlı Rəvan.pptxFərhadlı Rəvan.pptx
Fərhadlı Rəvan.pptx
mirkerimmemmedov1
 
Fəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptx
Fəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptxFəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptx
Fəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptx
mirkerimmemmedov1
 
Silisium .pptx
Silisium .pptxSilisium .pptx
Silisium .pptx
mirkerimmemmedov1
 
Charity events.pptx
Charity events.pptxCharity events.pptx
Charity events.pptx
mirkerimmemmedov1
 
Safety first.pptx
Safety first.pptxSafety first.pptx
Safety first.pptx
mirkerimmemmedov1
 

More from mirkerimmemmedov1 (6)

Downstream.pptx
Downstream.pptxDownstream.pptx
Downstream.pptx
 
Fərhadlı Rəvan.pptx
Fərhadlı Rəvan.pptxFərhadlı Rəvan.pptx
Fərhadlı Rəvan.pptx
 
Fəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptx
Fəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptxFəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptx
Fəlsəfənin_yаrаnmаsı_və_inkişаfının_əsаs_mərhələləri_Аntik_dövr_.pptx
 
Silisium .pptx
Silisium .pptxSilisium .pptx
Silisium .pptx
 
Charity events.pptx
Charity events.pptxCharity events.pptx
Charity events.pptx
 
Safety first.pptx
Safety first.pptxSafety first.pptx
Safety first.pptx
 

Akademik yazi elmin və ali təhsilin atributudur.pptx

  • 1. Tələbə: Musayev Emin Müəllim: Rafael Əliyev Fakültə: İTİF İxtisas: İnformasiyanın təhlükəsizliyi Qrup: 692.20E Fənn: Azərbaycan dilində akademik və işgüzar kommunikasiya Mövzu : Akademik yazi elmin və ali təhsilin atributudur
  • 2. GİRİŞ • Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. Təbii ki, əməkdaşlıq əsnasında beynəlxalq elm və təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər aşkarlanır. Uzun müddət Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar bir sıra hallarda beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara uyğun gəlmir. Bunlardan biri də akademik yazı qaydalarıdır.
  • 3. Yazı qalır... • Yazının ən başlıca xüsusiyyəti onun qalıcı və sənəd xarakterli olmasıdır. Başqa sözlə, məhz bu özəllikləri sayəsində yazılı materiala dönə-dönə qayıtmaq və ondan faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər üçün faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən böyük məsuliyyət tələb edir. Xüsusilə əgər söhbət alimin yazdığı mətn və ya materialdan gedirsə. Alim sözünə hər zaman inam və güvən olmuşdur. Bu güvəni qazanmaq yetərli deyil, onu həm də qorumaq və itirməmək lazımdır. Savadlı və yaxşı təşkil olunmuş yazı bunun ən sınanmış yollarındandır.
  • 4. Yazı həm də çoxalır... • İnformasiya -kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində yazmaq meylləri də çoxalıb. Sosial media sıravi vətəndaşların İnternetə çıxışına unikal şərait yaradır, onları çağdaş kommunikasiya vasitələrinin fəal istifadəçisinə çevirir. Ənənəvi mediaya çıxışı daha çətin və çoxpilləli, bəzən isə qeyri-mümkün sayan insanlar öz axtarışları və tapıntıları haqqında məlumatları bloq yaratmaq və yazdıqlarını orada paylaşmaqla fikir mübadiləsini həyata keçirmiş olurlar. Təbii ki, bu istifadəçilər arasında elm adamları da çoxluq təşkil edirlər.
  • 5. Niyə akademik yazı qaydaları? • Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alarkən və ya işləyərkən hansı birimiz kurs işi, diplom işi (hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazmamışıq? Və ya özümüz də daxil olmaqla, hansımız elmi iş yazmaq tapşırığı alan tələbənin və ya gənc tədqiqatçının keçirdiyi təşviş və narahatlıq hisslərinə şahid olmamışıq? Elmi iş yazmaq gənc insanda bu tapşırığın öhdəsindən gələ bilməyəcəyi qənaətini yaradır. Ona elə gəlir ki, bu, keçilməz meşəyə düşmək və ya ucu-bucağı görünməyən bir okeanın ortasında təkbaşına qalmaq qədər müşkül və məşəqqətli işdir. Məsələnin öhdəsindən gəlmək üçün tələbə və ya gənc tədqiqatçının ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq, məsələn, yuxarı kurslarda oxuyanların və ya bu yollardan keçmiş həmkarlarının fikrini soruşmaq, proses haqqında təsəvvür yaratmaq olur.
  • 6. Kitabxanalara gedib hazır buraxılış işlərini vərəqləmək, onun yazılma qaydaları, quruluşu haqqında məlumat toplamaq da çıxış yollarından biri sayılır. Qeyri-müəyyənlik, müəllim və professorların yanında biliksiz, hazırlıqsız görünmək qorxusu nə qədər gənci elmi iş yazmaq istəyindən daşındırır. Maraqlısı budur ki, bəzi tələbələrin bu sahədəki passivliyi professor-müəllim heyəti tərəfindən tez-tez təndiq olunur. Lakin bu tənqid və danlaq “notları” məsələnin həllinə kömək etmir, çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr buraxılış işlərini müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən vəziyyətin dəyişməz olaraq qaldığını görürük.
  • 7. Beynəlxalq akademik yazı qaydaları • Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq standartlar “ümumi dil” rolunu oynayır, yəni fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir. Beynəlxalq yazı qaydaları həmçinin oxunu sadələşdirir. Vahid standartlar üzrə yazılmış mətndə nəyin harada, yəni hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq da asan olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri olan dolaba bənzətmək olar ki, bu “gözlər”in hər birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi və quruluşu haqqında dəqiq məlumata malik olan şəxs qapını açıb istədiyi əşyanı onun saxlandığı rəfdən heç bir axtarış aparmadan rahatlıqla tapa və ya götürə bilər. Çünki onun harada yerləşdiyini yaxşı bilir.
  • 8. Bu “resepti” yazmalı - “yazmaq resepti”ni • Əslində beynəlxalq akademik yazı qaydaları müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir. Bunu “resept”ə bənzətmək daha məqsədəuyğun olardı. İstənilən yemək “resept”ində olduğu kimi, burada da əməl edilməli olan qaydalar tam dəqiqliklə verilir. Burada işə yaramayan, əsas məqsədə xidmət etməyən heç bir detala yer yoxdur. Başqa sözlə, bu prosesi hasar tikintisinə bənzətmək olar; burada hasarı təşkil edən hər bir kərpicin öz yeri və funksiyası var. Hər “kərpic”, yəni cümlə ümumi mətnə yeni və xüsusi məna gətirir. Elə bir məna ki, bu həm özündən əvvəlki, həm də sonrakı məzmunla məntiqi surətdə bağlıdır.
  • 9. Yekunda... • Elmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq mədəniyyətinin formalaşması və davamlı tətbiqi üçün “Akademik yazı qaydaları” fənninin ən azı universitetlərdə tədris edilməsi təxirəsalınmaz məsələlərdən biridir. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi (və ya ) fikirlərini yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırılmalıdırlar. Bu, həm onların öz gələcək karyeralarını qurmaqda, həm də beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşularaq ölkəmizi layiqincə təmsil etmələrinə şərait yaratmış olar.