SlideShare a Scribd company logo
Fakültə: İTİF
İxtisas: İnformasiya Texnologiyaları
Qrup: 683.19
Fənn: Fəlsəfə
TƏLƏBƏ: Taleh Rzayev
MÜƏLLİM: Əhmədov Bədəl
Mövzu: Fəlsəfə , onun predmenti
və elmlər sistemində yeri
Plan
Fəlsəfə Termini
Fəlsəfənin predment sahələri
Fəlsəfənin cəmiyyətdə rolu
Fəlsəfənin elmlər sistemində yeri
Fəlsəfə Termini
Fəlsəfə termininə ilk dəfə Pifaqorda
təsadüf edilir. Xüsusi elm kimi onu ilk
dəfə Platon fərqləndirmişdir. Fəlsəfə form
alaşmış bir elm kimi quldarlıq
cəmiyyətində meydana gəlmişdir. İlkin
fəlsəfi görüşlərin şərqə məxsus olmasına
baxmayaraq, fəlsəfə sistemli bir elm kimi
ilk dəfə Yunanıstanda öyrənilmişdir.
Fəlsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» aparıcıdır.Bu
məsələ hər bir konkret fəlsəfi problemin ümumi əsasını təşkil edir.
Fəlsəfənin predmetini aşağıdakı kimi ifadə etmək olar.
Fəlsəfə “dünya-insan”
münasibətlərinin ən ümumi
tərəfləri, prinsipləri və
qanunauyğunluqları haqqında
elmdir.
Maddi ilə mənəvinin, materiya ilə
şüurun münasibəti məsələsi
fəlsəfədə həmişə əsas yer tutur.
Buna münasibətdə isə, fəlsəfə
tarixində iki istiqamət(materializm
və idealizm) mövcuddur.
Materializm öz məzmunu və mahiyyəti etibarilə, həm də ger
çəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur.
Materiyanı müəyyənedici, ilkin hesab edənlər materializm
cərəyanına və onun müxtəlif məktəblərinə (sadəlövh,
mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) -
varlığı, materiyanı şüur əsasında izah edən, ideyaları ilkin
əsas, başlanğıc kimi götürənlər isə idealizmə və onun müxtəlif
növlərinə (obyektiv idealizm və subyektiv idealizm) mənsub
olmuşlar. Bu cəhətdən obyektiv idealizm insandan,
bəşəriyyətdən kənarda, ondan asılı olmayaraq obyektiv
«mövcud olmuş» «dünya ruhu», «mütləq ideya»nı əsas
götürməklə, subyektiv
Materializm
İdealizm
İdealizm insan şüuruna istinad etməklə fərqlənmişlər. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar
idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və
əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının
məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin
dəqiqləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir
plüralizmindən fikir aydınlığına keçilir.
Fəlsəfənin cəmiyyətdə rolu
Fəlsəfənin cəmiyyətdə rolu onun funksiyalarında ifadə olunur. İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə
təbiət, cəmiyyət və təfəkkürün mahiyyətınin və qanunauyğunluqlarının dərk edilməsinə kömək edir. Müasir
təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşnə yiyələnmiş insan, dünyanın təbiı-elmi
mənzərəsini mənimsəyir, ətrafında baş verən çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında
elmi-obyektiv nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün həyat
proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında ümumiləşdirir, dünyagörüşü
faktına çevirir.
Fəlsəfənin ümumi anlayışları
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi
anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün
ontolojı funksiyasını (ontologiya - yunanca «ontos» (mövcudluq) və
"loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə
fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir),
bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları ilə isə aksioloji («aksios» -
yunanca dəyər, sərvət deməkdir) fünksiyasını həyata keçirir. Məhz
bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan
fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya
və təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan
ibarət olmuşdur.
Metodoloji funksiya cəhətdən fəlsəfə, dialektik metod prinsiplərinə
(ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.)
istinadən insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi
üçün ümumi yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri-fəlsəfi
metodoloji prinsiplərlə onu silahlandırır.
Dünyagörüşü sistemində fəlsəfə həm də
şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında
əlaqə və münasibətləri, insan təcrübəsinin bütün
formalarını tənzim edərək inteqrativ funksiyanı da
ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini
əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi
dünyagörüşü nəticələri çıxarmağa imkan verir.
Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək,
qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin
dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və
s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və
mənəvinin qarşılıqlı münasibətinin rol və
əhəmiyyətini müəyyən edir.
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan
fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə -
bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcək haqqında mükəmməl
ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik
baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını
düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi
mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə
əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.
Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o
bütün əvvəlki mədəni irsi, mifoloji, dini təsəvvürləri,
tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı
qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin
müasir həllini verməyə çalışmışdır.
Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də
müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin
müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə
XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən
ümumi qanunauyğunluqları, insanın dünyaya
münasibətlərinin ən ümumi prinsipləri haqqında elm
kimi tərif verilmişdir.
Fəlsəfənin elmlər sistemində yeri
Fəlsəfə elmlər sistemində mühüm yer tutur. Fəlsəfə və
digər elmlər bir kök üzərində yüklənmiş, sonralar
şaxələnmişdir. 17-18-ci əsrlər də elmin ayrı-ayrı sahələrinin
formalaşması və onların fəlsəfə adlanan ümumi bilikdən
ayrılması kimi formalaşması prosesi bəşər mədəniyyəti
tarixində mühüm hadisə idi. Həmin vaxtdan etibarən
fəlsəfə nəzəri-elmi biliyin xüsusi forması kimi inkişaf
etməyə başlayır. Fəlsəfənin bir elm kimi qərarlaşması İ.
Kantın adı ilə bağlıdır. Elmləri adətən beş böyük qrupa
bölürlər: fəlsəfi elmlərə, hümanitar elmlər, təbiətşunaslıq,
dəqiq və texniki elmlər. Elmlərin belə təsnifatında fəlsəfə
mərkəzdə durur. Bu o deməkdirki, fəlsəfə bütün elmləri bir-
biri ilə əlaqələndirən vəsilə rolunu oynayır.
Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir
ki, o, bir çox elm sahələrinin nailiyətlərini ümumiləşdirərək,
təbiəti, cəmiyyəti, insanı öyrənən elmlərin bir növ
inteqrasiya vasitəsi kimi çıxış edir.
Immanuel Kant
Fəlsəfənin tədqiq etdiyi problemlər müəyyən mənada digər elmləri
də maraqlandırır. Fizika, riyaziyyat, kimya, biologiya, pisxologiya,
etnoqrafiya, sosiologiya, tarix, təbiət, hüquq, ədəbiyyatşünaslıq,
siyasətşünaslıq, iqtisadiyyat və s. elmlərin öyrəndiyi proses və
hadisələrin tənqidi mahiyyətcə fəlsəfi problemlərin qoyuluşuna
gətirib çıxarır. Fəlsəfə onun tarixi və etika, estetika kimi sahələri
nəinki, elmi –nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Elm
dəyərli nəzəri əsaslara malik olduqda fayda verə bilər. Məlumdur
ki, müasir elmi-texniki tərəqi şəraitində insan kibernetik
qurğulardan, atom enerjisindən istifadə etməklə, kosmosu fəth
etməklə və i. a. böyük xaruqələr yaradır. Lakin elə anlarda olur ki,
insanın elm və texnikanın gücü ilə yaratdığı silahlar onun öz
əleyhinə çevrilir. Bunun üçün faciəvi Cernobil hadisəsini yada
salmaq kifayətdir. Bir cəhətidə unutmaq olmaz ki, elm-texniki
tərəqqi sayəsində insanın fiziki qüdrəti, onun təbiətə təsiri nə
qədər artsada mənəviyyatı bir o qədər cılızlaşır.
Müasir elmi ideyaların əksər qismi vaxtı ilə fəlsəfə tərəfindən irəli
sürülmüşdür. Antik yunan filosofları Levkipp və Demokritin
maddənin atom qurluşuna dair fikirlərini, P. Dekartin refleks
anlayışını, hərəkətin saxlanması pirinsipini, fransız filosofu P.
Qassendinin və məşhur M.V. Lomonosovun molekulların
atomlardan ibarət mürəkkəb hissəciklər şəkilində mövcüd olmasına
dair nəzəriyələrin və s. buna misal göstərmək olar. Eyni zamanda
elm tərəqqi etdikcə fəlsəfəni əhəmiyyətli dərəcədə
zənginləşdirmişdir. Fəlsəfənin müstəqil elm sahəsi kimi
formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə
biləvasitə bağlıdır. Məhz həmin elmlərin inkişaf prosesində
fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir.
Müasir dövürdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqə dairəsi
daha da genişlənmişdir. Fəlsəfə varlıqla şüurun unversal
münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən
“insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin
nailiyyətlərindən bu və ya digər dərəcədə istifadə edir. Bunsuz o,
inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz həmin
prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər
sahələri ilə qarşılıqlı əlaqəsi onun inkişafının zəruri şərtidir.
P.
Qassendi
P.
Dekart
Demokrit
Levkipp
Fəlsəfə, onun predmeti və
cəmiyyətdə rolu
Fəlsəfə, onun predmeti və
cəmiyyətin mənəvi inkişafı
• http://kkainnatt.blogspot.c
om/2017/04/flsf-onun-
predmeti-v-cmiyytd-
rolu.html
• https://kayzen.az/blog/fəls
əfə,-onun-predmeti-və-
cəmiyyətin-mənəvi-
inkişafı.html
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜRLƏR...

More Related Content

What's hot

Pedaqoji
PedaqojiPedaqoji
Pedaqoji
zerish Abbas
 
Akademik yazi elmin və ali təhsilin atributudur.pptx
Akademik yazi elmin və ali təhsilin atributudur.pptxAkademik yazi elmin və ali təhsilin atributudur.pptx
Akademik yazi elmin və ali təhsilin atributudur.pptx
mirkerimmemmedov1
 
социал демократ үзэл баримтлал
социал демократ үзэл баримтлалсоциал демократ үзэл баримтлал
социал демократ үзэл баримтлал
Jargal Jambal
 
С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн салбарт ...
С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн  салбарт ...С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн  салбарт ...
С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн салбарт ...batnasanb
 
Ilkin tibbi yardımın əsasları 1-ci hissə
Ilkin tibbi yardımın  əsasları 1-ci hissəIlkin tibbi yardımın  əsasları 1-ci hissə
Ilkin tibbi yardımın əsasları 1-ci hissə
Imran Agayev
 
İnsan Faliyetlerinin Ekosisteme Etkisi
İnsan Faliyetlerinin Ekosisteme Etkisiİnsan Faliyetlerinin Ekosisteme Etkisi
İnsan Faliyetlerinin Ekosisteme Etkisi
Işıl Ceren Tur
 
Yangın Eğitimi Sunum.ppt
Yangın Eğitimi Sunum.pptYangın Eğitimi Sunum.ppt
Yangın Eğitimi Sunum.ppt
Atahan4
 
Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"
Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"
Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"
T.Gankhuu /Ghana/ IZOUI
 
шашны тухай
шашны тухайшашны тухай
шашны тухайtuya_05
 
šIlumos pasiskirstymas žemėje
šIlumos pasiskirstymas žemėješIlumos pasiskirstymas žemėje
šIlumos pasiskirstymas žemėje
IndreStalioreviciene
 
Урлаг гэж юу вэ
Урлаг гэж юу вэУрлаг гэж юу вэ
Урлаг гэж юу вэidree_ts247
 
Change political map
Change political mapChange political map
Change political map
Gantulga Batmunkh
 
Globalinis atsilimas
Globalinis atsilimasGlobalinis atsilimas
Globalinis atsilimasbiomokykla
 
Эртны дорно дахины философи
Эртны дорно дахины философиЭртны дорно дахины философи
Эртны дорно дахины философиCEO ZOL
 
İletişim, Yazılı İletişim
İletişim, Yazılı İletişimİletişim, Yazılı İletişim
İletişim, Yazılı İletişim
Inanc Alikilic
 
Şəbəkə slayd
Şəbəkə slaydŞəbəkə slayd
Şəbəkə slayd
Prosta Osman
 
Жоужань аж ахуй.pdf
Жоужань аж ахуй.pdfЖоужань аж ахуй.pdf
Жоужань аж ахуй.pdf
SarangooAngel
 
Biznes Plan Tərtibatı
Biznes Plan TərtibatıBiznes Plan Tərtibatı
Biznes Plan Tərtibatı
Rasul Allahverdiyev
 
Орчин үеийн философи
Орчин үеийн философиОрчин үеийн философи
Орчин үеийн философи
Төгсбаяр Отгонбаяр
 

What's hot (20)

Pedaqoji
PedaqojiPedaqoji
Pedaqoji
 
Akademik yazi elmin və ali təhsilin atributudur.pptx
Akademik yazi elmin və ali təhsilin atributudur.pptxAkademik yazi elmin və ali təhsilin atributudur.pptx
Akademik yazi elmin və ali təhsilin atributudur.pptx
 
социал демократ үзэл баримтлал
социал демократ үзэл баримтлалсоциал демократ үзэл баримтлал
социал демократ үзэл баримтлал
 
С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн салбарт ...
С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн  салбарт ...С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн  салбарт ...
С.Сарангэрэл - Технологийн түвшний үнэлгээний арга зүйг уул уурхайн салбарт ...
 
Ilkin tibbi yardımın əsasları 1-ci hissə
Ilkin tibbi yardımın  əsasları 1-ci hissəIlkin tibbi yardımın  əsasları 1-ci hissə
Ilkin tibbi yardımın əsasları 1-ci hissə
 
İnsan Faliyetlerinin Ekosisteme Etkisi
İnsan Faliyetlerinin Ekosisteme Etkisiİnsan Faliyetlerinin Ekosisteme Etkisi
İnsan Faliyetlerinin Ekosisteme Etkisi
 
Yangın Eğitimi Sunum.ppt
Yangın Eğitimi Sunum.pptYangın Eğitimi Sunum.ppt
Yangın Eğitimi Sunum.ppt
 
Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"
Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"
Илтгэл: "Буурай хөгжилд нөлөөлөгч хүчин зүйлсийн шинжилгээ"
 
шашны тухай
шашны тухайшашны тухай
шашны тухай
 
šIlumos pasiskirstymas žemėje
šIlumos pasiskirstymas žemėješIlumos pasiskirstymas žemėje
šIlumos pasiskirstymas žemėje
 
Урлаг гэж юу вэ
Урлаг гэж юу вэУрлаг гэж юу вэ
Урлаг гэж юу вэ
 
Change political map
Change political mapChange political map
Change political map
 
Globalinis atsilimas
Globalinis atsilimasGlobalinis atsilimas
Globalinis atsilimas
 
Эртны дорно дахины философи
Эртны дорно дахины философиЭртны дорно дахины философи
Эртны дорно дахины философи
 
İletişim, Yazılı İletişim
İletişim, Yazılı İletişimİletişim, Yazılı İletişim
İletişim, Yazılı İletişim
 
Şəbəkə slayd
Şəbəkə slaydŞəbəkə slayd
Şəbəkə slayd
 
Жоужань аж ахуй.pdf
Жоужань аж ахуй.pdfЖоужань аж ахуй.pdf
Жоужань аж ахуй.pdf
 
Biznes Plan Tərtibatı
Biznes Plan TərtibatıBiznes Plan Tərtibatı
Biznes Plan Tərtibatı
 
MHON101
MHON101MHON101
MHON101
 
Орчин үеийн философи
Орчин үеийн философиОрчин үеийн философи
Орчин үеийн философи
 

Similar to 17._Rzayev_Taleh_-_Flsf.pptx

İslam peripatetizmi
İslam peripatetizmiİslam peripatetizmi
İslam peripatetizmi
Arif Z-lee
 
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
HarunyahyaAzerbaijan
 
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...
AzerbaijanJournalofE1
 
Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili
Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili
Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili
Sinergetika Biologiya
 
İsazade İSa.ppt
İsazade İSa.pptİsazade İSa.ppt
İsazade İSa.ppt
ssusera23fce
 
Zamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycanZamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycan
HarunyahyaAzerbaijan
 

Similar to 17._Rzayev_Taleh_-_Flsf.pptx (6)

İslam peripatetizmi
İslam peripatetizmiİslam peripatetizmi
İslam peripatetizmi
 
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
 
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...
 
Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili
Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili
Bioloji sistemlərin yaranması və təkamülünün sinergetik təhlili
 
İsazade İSa.ppt
İsazade İSa.pptİsazade İSa.ppt
İsazade İSa.ppt
 
Zamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycanZamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycan
 

17._Rzayev_Taleh_-_Flsf.pptx

  • 1. Fakültə: İTİF İxtisas: İnformasiya Texnologiyaları Qrup: 683.19 Fənn: Fəlsəfə TƏLƏBƏ: Taleh Rzayev MÜƏLLİM: Əhmədov Bədəl
  • 2. Mövzu: Fəlsəfə , onun predmenti və elmlər sistemində yeri
  • 3. Plan Fəlsəfə Termini Fəlsəfənin predment sahələri Fəlsəfənin cəmiyyətdə rolu Fəlsəfənin elmlər sistemində yeri
  • 4. Fəlsəfə Termini Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə form alaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.
  • 5. Fəlsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» aparıcıdır.Bu məsələ hər bir konkret fəlsəfi problemin ümumi əsasını təşkil edir. Fəlsəfənin predmetini aşağıdakı kimi ifadə etmək olar. Fəlsəfə “dünya-insan” münasibətlərinin ən ümumi tərəfləri, prinsipləri və qanunauyğunluqları haqqında elmdir. Maddi ilə mənəvinin, materiya ilə şüurun münasibəti məsələsi fəlsəfədə həmişə əsas yer tutur. Buna münasibətdə isə, fəlsəfə tarixində iki istiqamət(materializm və idealizm) mövcuddur.
  • 6. Materializm öz məzmunu və mahiyyəti etibarilə, həm də ger çəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur. Materiyanı müəyyənedici, ilkin hesab edənlər materializm cərəyanına və onun müxtəlif məktəblərinə (sadəlövh, mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) - varlığı, materiyanı şüur əsasında izah edən, ideyaları ilkin əsas, başlanğıc kimi götürənlər isə idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm və subyektiv idealizm) mənsub olmuşlar. Bu cəhətdən obyektiv idealizm insandan, bəşəriyyətdən kənarda, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya ruhu», «mütləq ideya»nı əsas götürməklə, subyektiv Materializm
  • 7. İdealizm İdealizm insan şüuruna istinad etməklə fərqlənmişlər. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir plüralizmindən fikir aydınlığına keçilir.
  • 8. Fəlsəfənin cəmiyyətdə rolu Fəlsəfənin cəmiyyətdə rolu onun funksiyalarında ifadə olunur. İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün mahiyyətınin və qanunauyğunluqlarının dərk edilməsinə kömək edir. Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşnə yiyələnmiş insan, dünyanın təbiı-elmi mənzərəsini mənimsəyir, ətrafında baş verən çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında elmi-obyektiv nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün həyat proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında ümumiləşdirir, dünyagörüşü faktına çevirir.
  • 9. Fəlsəfənin ümumi anlayışları Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün ontolojı funksiyasını (ontologiya - yunanca «ontos» (mövcudluq) və "loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları ilə isə aksioloji («aksios» - yunanca dəyər, sərvət deməkdir) fünksiyasını həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur. Metodoloji funksiya cəhətdən fəlsəfə, dialektik metod prinsiplərinə (ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə onu silahlandırır.
  • 10. Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və əhəmiyyətini müəyyən edir.
  • 11. Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir. Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.
  • 12. Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır. Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir.
  • 13. Fəlsəfənin elmlər sistemində yeri Fəlsəfə elmlər sistemində mühüm yer tutur. Fəlsəfə və digər elmlər bir kök üzərində yüklənmiş, sonralar şaxələnmişdir. 17-18-ci əsrlər də elmin ayrı-ayrı sahələrinin formalaşması və onların fəlsəfə adlanan ümumi bilikdən ayrılması kimi formalaşması prosesi bəşər mədəniyyəti tarixində mühüm hadisə idi. Həmin vaxtdan etibarən fəlsəfə nəzəri-elmi biliyin xüsusi forması kimi inkişaf etməyə başlayır. Fəlsəfənin bir elm kimi qərarlaşması İ. Kantın adı ilə bağlıdır. Elmləri adətən beş böyük qrupa bölürlər: fəlsəfi elmlərə, hümanitar elmlər, təbiətşunaslıq, dəqiq və texniki elmlər. Elmlərin belə təsnifatında fəlsəfə mərkəzdə durur. Bu o deməkdirki, fəlsəfə bütün elmləri bir- biri ilə əlaqələndirən vəsilə rolunu oynayır. Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm sahələrinin nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti, insanı öyrənən elmlərin bir növ inteqrasiya vasitəsi kimi çıxış edir. Immanuel Kant
  • 14. Fəlsəfənin tədqiq etdiyi problemlər müəyyən mənada digər elmləri də maraqlandırır. Fizika, riyaziyyat, kimya, biologiya, pisxologiya, etnoqrafiya, sosiologiya, tarix, təbiət, hüquq, ədəbiyyatşünaslıq, siyasətşünaslıq, iqtisadiyyat və s. elmlərin öyrəndiyi proses və hadisələrin tənqidi mahiyyətcə fəlsəfi problemlərin qoyuluşuna gətirib çıxarır. Fəlsəfə onun tarixi və etika, estetika kimi sahələri nəinki, elmi –nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Elm dəyərli nəzəri əsaslara malik olduqda fayda verə bilər. Məlumdur ki, müasir elmi-texniki tərəqi şəraitində insan kibernetik qurğulardan, atom enerjisindən istifadə etməklə, kosmosu fəth etməklə və i. a. böyük xaruqələr yaradır. Lakin elə anlarda olur ki, insanın elm və texnikanın gücü ilə yaratdığı silahlar onun öz əleyhinə çevrilir. Bunun üçün faciəvi Cernobil hadisəsini yada salmaq kifayətdir. Bir cəhətidə unutmaq olmaz ki, elm-texniki tərəqqi sayəsində insanın fiziki qüdrəti, onun təbiətə təsiri nə qədər artsada mənəviyyatı bir o qədər cılızlaşır.
  • 15. Müasir elmi ideyaların əksər qismi vaxtı ilə fəlsəfə tərəfindən irəli sürülmüşdür. Antik yunan filosofları Levkipp və Demokritin maddənin atom qurluşuna dair fikirlərini, P. Dekartin refleks anlayışını, hərəkətin saxlanması pirinsipini, fransız filosofu P. Qassendinin və məşhur M.V. Lomonosovun molekulların atomlardan ibarət mürəkkəb hissəciklər şəkilində mövcüd olmasına dair nəzəriyələrin və s. buna misal göstərmək olar. Eyni zamanda elm tərəqqi etdikcə fəlsəfəni əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Fəlsəfənin müstəqil elm sahəsi kimi formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə biləvasitə bağlıdır. Məhz həmin elmlərin inkişaf prosesində fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir. Müasir dövürdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqə dairəsi daha da genişlənmişdir. Fəlsəfə varlıqla şüurun unversal münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən “insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən bu və ya digər dərəcədə istifadə edir. Bunsuz o, inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz həmin prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər sahələri ilə qarşılıqlı əlaqəsi onun inkişafının zəruri şərtidir. P. Qassendi P. Dekart Demokrit Levkipp
  • 16. Fəlsəfə, onun predmeti və cəmiyyətdə rolu Fəlsəfə, onun predmeti və cəmiyyətin mənəvi inkişafı • http://kkainnatt.blogspot.c om/2017/04/flsf-onun- predmeti-v-cmiyytd- rolu.html • https://kayzen.az/blog/fəls əfə,-onun-predmeti-və- cəmiyyətin-mənəvi- inkişafı.html