SlideShare a Scribd company logo
1 of 21
TƏDRİS VAHİDİ — 4
GÖZƏLLĠK ALƏMĠNƏ SƏYAHƏT
MəĢğələ 21 /mövzu:
TƏBĠƏTĠ QORUYAQ– 1 saat
Məşğələ növü Dekorativ-tətbiqi fəaliyyət (konstruksiya)
Alt standart: 1.1.1; 2.1.2; 2.2.3.
Dərsin məqsədi: • Tullantılardan düzəldilən konstruksiyanın
cəmiyyətdə rolunu sadalayır;
• Dekorativ sənətin əsas növlərini istifadə
olunan materiallara görə fərqləndirir;
• Sadə materiallardan (rəngli kağızlar, karton,
parça və s.), həndəsi fiqurlardan və təbiət
formalarından dekorativ kompozisiyalar tərtib
edir.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Qrup işi
İstifadə olunan üsullar Beyin həmləsi, müzakirə, qalereya gəzintisi,
esse
Fənlərarası inteqrasiya Tex. 1.3.2; H-b.1.4.1, 1.4.2.
Təchizat Müxtəlif tullantılar –rəngli kağız, karton, kağız
və ya plastik qutular, flomasterlər və yapışqan,
qayçı
DƏRSĠN GEDĠġĠ
Gözəl təbiətin qoynunda zibillik – atılmış butulkalar, süd və konserv qutuları, paketlər və s. olan
rəsm yazı lövhəsindən asılır. Müəllim: – Bu şəkillərdə nə təsvir olunub? (fərziyyələr) – Əgər belə
davam edərsə, nə olar? (fərziyyələr) – Bu mənzərəni kim yaradıb? (insanlar) – Təbiəti nə üçün
qorumaq lazımdır? – Bunun üçün nə etmək olar? (fərziyyələr) Müəllim: ―Təbiəti qorumaq
yollarından biri də tullantıları lazımlı əşyalara çevirmək, onlarla ətrafı çirkləndirməməkdir‖.
Tədqiqat sualı: Tullantıları lazımlı əĢyalara necə çevirmək olar?
Fərziyyələr deyilir və müəllim onları yazı lövhəsində yazır.
Konserv qutusu və müxtəlif qutular, butulka, kağız qırıntılarının şəkilləri vasitəsilə şagirdlər 4
qrupa ayrılır. Hər tullantı şəklinə görə qrup yaranır. Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar.
1-ci qrupa şampun qabından, 2-ci qrupa konserv qutusundan, 3-cü qrupa ayaqqabı qutusundan, 4-
cü qrupa isə karandaş yonqarlarından lazımlı əşyalar düzəltmək tapşırılır. Dərslikdən istifadə
etməklə şagirdlər qruplarda tapşırıqlarını yerinə yetirirlər. Müəllım onlara yaxınlaşıb, lazımi
istiqamətlər verir. O, dərsin sonunda şagirdləri özlərini dərəcələr üzrə qiymətləndirəcəklərini
xatırladır və meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər isə qruplara kömək edirlər.
Qruplar öz konstruksiyalarından sərgi təşkil edir və ―Qalereya gəzintisi‖ vasitəsilə bir-birinin
düzəltdiklərini qiymətləndirirlər.
– Konstruksiya nədir? – Kompozisiya dedikdə nə başa düşürsən? – Tullantılardan daha nə
hazırlaya bilərsən?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
MOTİVASİYA
Müəllim ―Təbiəti qoruyaq‖ adlı esse yazdırır və mətnlər yazı lövhəsindən asılır. Şagirdlər
istədikləri esse ilə tanış ola bilirlər.
Qeyd: Esseni hər zaman oxutdurmaq vacib deyil. Onları toplayıb yazı lövhəsində bərkitmək olar və
şagirdlər fasilələrdə oxuya bilərlər.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№ Meyarlar Əla YaxĢı Orta Zəif
1 Materialı necə seçmişik? + + – –
2 Kompozisiya həllini nə dərəcədə tapmışıq? + + + –
3 İşi nə dərəcədə səliqəli yerinə yetirmişik? + + + +
4 Konstruksiya üçün material seçimində kontrastlığı
nə dərəcədə nəzərə almışıq?
+ – – –
Jurnal, qəzet tullantılarından maraqlı kompozisiya düzəltmək.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Tullantılardan
düzəldilən
konstruksiyanın
cəmiyyətdə rolunu
sadalaya bilmir.
Tullantılardan
düzəldilən
konstruksiyanın
cəmiyyətdə rolunu
çətinliklə sadalayır.
Tullantılardan
düzəldilən
konstruksiyanın
cəmiyyətdə rolunu
qismən sadalayır.
Tullantılardan
düzəldilən
konstruksiyanın
cəmiyyətdə rolunu
ətraflı sadalayır.
Dekorativ sənətin
əsas növlərini
istifadə olunan
materiallara görə
fərqləndirməyi
bacarmır.
Dekorativ sənətin
əsas növlərini
istifadə olunan
materiallara görə
müəllimin
köməkliyi ilə
fərqləndirir.
Dekorativ sənətin
əsas növlərini
istifadə olunan
materiallara görə
kiçik qeyri
dəqiqliyə yol
verməklə
fərqləndirir.
Dekorativ sənətin
əsas növlərini
istifadə olunan
materiallara görə
dəqiq fərqləndirir.
Sadə materiallardan
(rəngli kağızlar,
karton, parça və s.),
həndəsi fiqurlardan
və təbiət
formalarından
dekorativ
kompozisiyalar
tərtib edə bilmir.
Sadə materiallardan
(rəngli kağızlar,
karton, parça və s.),
həndəsi fiqurlardan
və təbiət
formalarından
dekorativ
kompozisiyaları
çətinliklə tərtib
edir.
Sadə materiallardan
(rəngli kağızlar,
karton, parça və s.),
həndəsi fiqurlardan
və təbiət
formalarından
dekorativ
kompozisiyalar
əsasən tərtib edir.
Sadə materiallardan
(rəngli kağızlar,
karton, parça və s.),
həndəsi fiqurlardan
və təbiət
formalarından
dekorativ
kompozisiyaları
düzgün tərtib edir.
MəĢğələ 22 /mövzu:
NAĞILLARDA XEYĠRXAHLIQ VƏ QƏDDARLIQ– 1 saat
Məşğələ növü Mövzu üzrə rəsm
Alt standart: 2.1.1; 2.2.2.
Dərsin məqsədi: • Azərbaycan şifahi xalq folkloruna maraq və
məhəbbətini ifadə edir;
• Təsviri incəsənət növləri üzrə mövcud olan
YARADICI TƏTBİQETMƏ
QİYMƏTLƏNDİRMƏ
süjetli rəsm janrını sadalayır;
• Sadə və rəngli karandaşlarla, flomasterlə və
pastel təbaşirlərlə nağıllara illüstrasiya çəkir.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Qrup işi
İstifadə olunan üsullar Müzakirə, t-sxem
Fənlərarası inteqrasiya H-b.1.3.2, 2.3.2; A-d.1.2.1.
Təchizat A4 format, rəngli karandaşlar, flomasterlər,
pastel təbaşirlər
DƏRSĠN GEDĠġĠ
Müəllim Təpəgözün rəsmini göstərir. – Bu kimin rəsmidir? (Təpəgözün) – O, kimdir? Onun
haqqında nə bilirsiniz? (Nağıl qəhrəmanı) Sonra kiçik qadın ayaqqabısı, odun şələsi, fındıq qabığı,
un və ya xəmir şəkillərini göstərir.
– Göstərilən rəsmlərdəki əşyalar hansı nağıl qəhrəmanına aiddir? (fərziyyələr)
– Bu nağıllarda hansı qəhrəman xeyirxah, hansı qəddar obrazı ilə yadda qalıb? (fərziyyələr)
Müəllim şagirdləri nağıl personajlarına görə (Göyçək Fatma, Cırtdan, Tıq-Tıq xanım, Qoğal,
Təpəgöz) qruplara ayıraraq, hər qrupa öz qəhrəmanı haqqında məlumat verməyi tapşırır. Hər qrup
nümayəndələri öz aralarında müzakirə etdikləri qəhrəmanın ―+‖ və ―–― cəhətlərini t-sxem vasitəsilə
tərtib edərək cavablandırırlar.
―+‖ cəhətlər ―–‖ cəhətlər
–
–
–
–
–
–
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar.
Tədqiqat sualı: Ġllüstrasiya çəkən zaman nəyi nəzərə almaq lazımdır?
Fərziyyələr dinlənilir.
Qruplar öncə illüstrasiya çəkəcəkləri nağılı müəyyənləşdirirlər. Sonra bu nağıldan bir süjet se-
çirlər. Kompozisiya qaydalarına əməl etməklə təsvir edirlər. Nəzərə alırlar ki, rəsmdə boşluq
olmasın və personajlar arasında əlaqə yaransın. Müəllim də onlara müəyyən istiqamətlər verir və iş
zamanı bütün uşaqların iştirakının vacibliyini xüsusi vurğulayır. Sadə karandaşla rəsmi qurduqdan
sonra təsviri rəngləyirlər. Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə
qiymətləndirəcəyini xatırladır və meyarları yazı lövhəsindən asır.
XQEOŞ-lər isə yalnız nağıl qəhrəmanını təsvir edirlər.
Qruplar rəsmlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər.
– İllüstrasiya nədir və onu necə çəkmək olar?
– Dərslikdəki illüstrasiyalar haqqında nə deyə bilərsiniz?
– İllüstrasiya ilə süjetli rəsmin fərqli və oxşar cəhətləri nədir?
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№ Meyarlar    B
1 İllüstrasiyanın hansı nağıl haqqında olmasını nə
dərəcədə göstərmişik?
+ + – –
2 Obyektlər arasında əlaqələri nə dərəcədə təsvir edə
bilmişik?
+ + + –
3 Varlıqların ölçülərindəki fərqini necə göstərmişik? + + + +
QİYMƏTLƏNDİRMƏ
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜBADİLƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
MOTİVASİYA
4 İstifadə etdiyimiz rənglər ətrafdakı varlıqlara
uyğundurmu?
+ – – –
5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirdikmi? + + + +
6 İş zamanı bütün qrup fəal iştirak etdimi? + + – –
Hər hansı nağıl qəhrəmanını plastilindən yapmaq.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Azərbaycan şifahi
xalq folkloruna
maraq və
məhəbbətini ifadə
edə bilmir.
Azərbaycan şifahi
xalq folkloruna
maraq və
məhəbbətini
müəllimin
köməkliyi ilə ifadə
edir.
Azərbaycan şifahi
xalq folkloruna
maraq və
məhəbbətini
qismən ifadə edir.
Azərbaycan şifahi
xalq folkloruna
maraq və
məhəbbətini dolğun
ifadə edir.
Təsviri incəsənət
növləri üzrə
mövcud olan süjetli
rəsm janrını
sadalamağı
bacarmır.
Təsviri incəsənət
növləri üzrə
mövcud olan süjetli
rəsm janrını
çətinliklə sadalayır.
Təsviri incəsənət
növləri üzrə
mövcud olan süjetli
rəsm janrını əsasən
sadalayır.
Təsviri incəsənət
növləri üzrə
mövcud olan süjetli
rəsm janrını dəqiq
sadalayır.
Sadə və rəngli
karandaşlarla,
flomasterlə və
pastel təbaşirlərlə
nağıllara
illüstrasiya çəkə
bilmir.
Sadə və rəngli
karandaşlarla,
flomasterlə və
pastel təbaşirlərlə
nağıllara müəllimin
köməkliyi ilə
illüstrasiya çəkir.
Sadə və rəngli
karandaşlarla,
flomasterlə və
pastel təbaşirlərlə
nağıllara kiçik
qeyri dəqiqliyə yol
verməklə
illüstrasiya çəkir.
Sadə və rəngli
karandaşlarla,
flomasterlə və
pastel təbaşirlərlə
nağıllara düzgün
illüstrasiya çəkir.
MəĢğələ 23 /mövzu:
NƏQLĠYYAT VASĠTƏLƏRĠNĠ ÇƏKĠRĠK– 1 saat
Məşğələ növü Təsəvvürə əsasən naturadan rəsm
Alt standart: 2.2.2.
Dərsin məqsədi: • Müşahidə etdiyi haqqında danışır;
• Sadə və rəngli karandaşlar, flomasterlər ilə
nəqliyyat vasitələrinin rəsmini çəkir.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Qrup işi
İstifadə olunan üsullar Müzakirə
Fənlərarası inteqrasiya H-b. 1.3.2, 2.3.2; A-d.1.2.1.
Təchizat Albom, flomasterlər, sadə və rəngli karandaşlar
DƏRSĠN GEDĠġĠ
Müxtəlif maşın şəkilləri yazı taxtasından asılır. Müəllim soruşur: – Bunlar nədir? (maşınlar)
– Maşınlar nə üçün lazımdır? (Bizi bir yerdən digər yerə aparmaq üçün)
– Şəkillərdə gördüyünüz maşınlar – nəqliyyat vasitələri necə adlanır? (fərziyyələr)
MOTİVASİYA
YARADICI TƏTBİQETMƏ
– Daha hansı nəqliyyat vasitələrini tanıyırsınız? (fərziyyələr)
Tədqiqat sualı: Nəqliyyat vasitələrinin rəsmini təsəvvürə əsasən necə çəkmək olar?
Fərziyyələr deyilir. Bəzi şagirdlər yazı lövhəsində onları çəkirlər.
Vərəqlərdə yazılmış avtobus, maşın, helikopter, gəmi sözlərinə əsasən şagirdlər 4 qrupa
ayrılırlar. 1-ci qrup avtobus, 2-ci qrup maşın, 3-cü qrup helikopter, 4-cü qrup gəmi təsvirini
yaddaşa əsaslanaraq çəkir. Bunun üçün şagirdlər dərslikdə verilən mətnlə tanış olurlar. Orada
göstərilən ardıcıllığa əməl etməklə, nəqliyyat vasitələrini təsvir edirlər. Müəllim dərsin sonunda
şagirdlərin özlərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən
asır.
XQEOŞ-lər isə avtobus çəkən qrupda əyləşə bilər.
ƏLAVƏ MATERĠAL: Müəllim uşaqlara deyir: – Uşaqlar, hamınız maşına minmisiniz və
oyuncaqlarınızın arasında rəssam-konstruktorların sizin üçün yaratdıqları nəqliyyatın müxtəlif
növləri də var: avtobus, tramvay, yük maşını, qatar, təyyarə, helikopter...
Evinizdə nə qədər oyuncaq maşın növləri var! Onlardan da çoxuna şəhərimizin küçələrində rast
gəlmək olar! Sizin fikrinizcə, müasir avtomobillərin formaları nə üçün axıcıdır? Müxtəlif növ
maşınların yaradılmasında dizaynerin təbiəti müşahidə etməyinin nə kimi rolu var? Konstruktorlar
təbiətin dərin sirlərinə nə dərəcədə yiyələnə bilərlər? Onların fantaziyasının hüdudu yoxdur, saysız-
hesabsızdır! Məsələn, konstruktorlar kenquru-avtomobil icad etmək fikrindədirlər. Belə avtomo-
billərə yaxşı yollar lazım deyil, onlar hər yerdən keçəcək, bütün maneələri aşacaq. Diqqətəlayiq
faktdır ki, indi dizaynerlər pinqvinlərə də çox diqqət yetirirlər. Axı pinqvin ağır tərpənməyinə bax-
mayaraq, təhlükə vaxtı çox cəld və çevik ola bilir – qar üzərində uzanıb, ayaq və qanadları ilə çox
sürətlə sürüşür.
Qruplar işlərini nümayiş etdirirlər. Digər qruplar fikirlərini bildirirlər.
Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur:
– Nəqliyyat vasitələrini təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə
aldınız?
– 1-ci mərhələdə nə etdiniz? 2-ci mərhələdə nə etdiniz? 3-cü mərhələdə nə etdiniz?
– Nəqliyyat vasitələri arasında hansı fərqlər var?
1, 2-ci qruplar avtobusla maşının, 3, 4-cü qruplar isə helikopter ilə gəminin fərqini, onlar
haqqında bildikləri məlumatları söyləyirlər.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
Nəqliyyat vasitələrindən istifadə etməklə süjetli rəsm çək.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Müşahidə etdiyi
haqqında danışa
bilmir.
Müşahidə etdiyi
haqqında çətinliklə
danışır.
Müşahidə etdiyi
haqqında qismən
danışır.
Müşahidə etdiyi
haqqında ətraflı
danışır.
Sadə və rəngli
karandaşlar,
flomasterlər ilə
nəqliyyat
vasitələrinin
Sadə və rəngli
karandaşlar,
flomasterlər ilə
nəqliyyat
vasitələrinin
Sadə və rəngli
karandaşlar,
flomasterlər ilə
nəqliyyat
vasitələrinin
Sadə və rəngli
karandaşlar,
flomasterlər ilə
nəqliyyat
vasitələrinin
YARADICI TƏTBİQETMƏ
QİYMƏTLƏNDİRMƏ
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
rəsmini çəkə
bilmir.
rəsmini müəllimin
köməkliyi ilə çəkir.
rəsmini kiçik qeyri
dəqiqliyə yol
verməklə çəkir.
rəsmini düzgün
çəkir.
MəĢğələ 24 /mövzu:
GÜLLƏRĠN MÖCÜZƏSĠ– 1 saat
Məşğələ növü Dekorativ-tətbiqi fəaliyyət (aplikasiya)
Alt standart: 1.1.2; 2.2.3.
Dərsin məqsədi: • Güllərin cəmiyyətdə əsas roluna aid məlumat
verir;
• Sadə materiallardan və təbiət formalarından
dekorativ kompozisiya – gülün aplikasiyasını
tərtib edir.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Fərdi iş
İstifadə olunan üsullar Müzakirə, qalereya gəzintisi, esse
Fənlərarası inteqrasiya İnf.1.1.3; Tex. 1.2.3.
Təchizat Rəngli kağızlar, qayçı, yapışqan, karton
DƏRSĠN GEDĠġĠ
Müxtəlif gül dəstələrindən ibarət kompozisiyaların rəsmləri asılır.
– Gördüyünüz rəsmlərdə nələr təsvir olunub? (güllər)
– Onlara ən çox haralarda rast gəlinir? (fərziyyələr)
– Güllərdən necə istifadə etmək olar? (fərziyyələr)
– Bu gun rəngli kağızlardan gullər düzəldəcəksiniz.
Tədqiqat sualı: Rəngli kağızlardan güllər düzəltmək üçün nə etməliyik?
Fərziyyələr söylənilir.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Burada güllərdən aplikasiya düzəltməyin
qaydası mərhələlərlə verilmişdir.Şagirdlər güllərdən aplikasiya düzəltmək üçün birinci mərhələdə
rəngbərəng dairə kəsir, simmetriya oxundan qatlayır.
İkinci mərhələdə qatlanmış yarımdairələri dörd bərabər hissəyə bölürlər. Üçüncü mərhələdə onu
kiçik dairəyə kimi xətlər boyunca kəsirlər.Dördüncü mərhələdə kəsilmiş hissələri buraraq
sıxırlar.Sonra bundan daha iki nümunə hazırlayırlar.Beşinci mərhələdə gülün hazırlanmış hər
nümunəsini iç-içə yerləşdirərək bərkidirlər.Altıncı mərhələdə yarpaqlarını da göstərilən ardıcıllıqla
kəsərək onları uyğun bildikləri rəngli vərəqə yapışdıraraq açıqca düzəldirlər. Müəllim dərsin
sonunda şagirdlərin özlərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı
lövhəsindən asır.
XQEOŞ-lər adi çobanyastığı gülünü düzəldə bilərlər.
Bütün düzəldilən açıqcalar sərgi şəklində yazı lövhəsinin qarşısına düzülür. Qalereya gəzintisi
üsulundan istifadə etməklə şagirdlər yoldaşlarının işləri ilə tanış olurlar.
Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur:
– Güllərdən aplikasiya düzəltmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız?
– 1-ci mərhələdə nə etdiniz?
– 2-ci mərhələdə nə etdiniz?
– 3-cü mərhələdə nə etdiniz?
– 4-cü mərhələdə nə etdiniz?
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
MOTİVASİYA
– 5 və 6-cı mərhələlərdə nə etdiniz?
Müəllim: – Güllər haqqında 5 dəqiqəlik esse yazın.
Şagirdlərin bəziləri esselərini oxuyur, digərlərinin yazıları isə toplum halında qiymətləndirmə
üçün qovluqlara yığılır.
Müəllim: – Hər kəs hazırladığı aplikasiyaları anasına hədiyyə verə bilər. Sizin düzəltdiyiniz gül
dəstəsi ananızın çox xoşuna gələcək, onun üçün əsl hədiyyə olacaq – axı onu siz öz əllərinizlə
düzəltmisiniz.
Dərəcələr üzrə qiymətləndirmə aparılır.
№ Meyarlar Əla YaxĢı Orta Zəif
1 Güllərin təsvirini nə dərəcədə vermişəm? + + – –
2 Hissələri arasında ölçü fərqlərini necə
göstərmişəm?
+ + + +
3 Rənglərdən nə dərəcədə istifadə etmişəm? + + + –
4 Aplikasiyanı nə dərəcədə səliqəli kəsmişəm? + – – –
5 Təsviri tapşırılan vaxt ərzində yerinə
yetirmişəmmi?
+ + + –
Müxtəlif güllərin rəsmini təsəvvürə əsasən çəkmək.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Güllərin
cəmiyyətdə əsas
roluna aid məlumat
verə bilmir.
Güllərin
cəmiyyətdə əsas
roluna aid çətinliklə
məlumat verir.
Güllərin
cəmiyyətdə əsas
roluna aid qismən
məlumat verir.
Güllərin
cəmiyyətdə əsas
roluna aid ətraflı
məlumat verir.
Sadə materiallardan
və təbiət
formalarından
dekorativ
kompozisiya –
gülün
aplikasiyasını tərtib
edə bilmir.
Sadə materiallardan
və təbiət
formalarından
dekorativ
kompozisiya –
gülün
aplikasiyasını
müəllimin köməyi
ilə tərtib edir.
Sadə materiallardan
və təbiət
formalarından
dekorativ
kompozisiya –
gülün
aplikasiyasını kiçik
qeyri dəqiqliyə yol
verməklə tərtib
edir.
Sadə materiallardan
və təbiət
formalarından
dekorativ
kompozisiya –
gülün
aplikasiyasını
düzgün tərtib edir.
MəĢğələ 25 /mövzu:
BƏZƏK ƏġYALARI– 1 saat
Məşğələ növü Yapma, dekorativ-tətbiqi sənət
Alt standart: 1.1.3.,2.1.2., 3.1.1.
Dərsin məqsədi: •Bəzək əşyalarının əsas rolunu fərqləndirir;
•Dekorativ sənətin əsas növlərindən olan
zərgərliyi istifadə olunan materiallara görə
fərqləndirir;
YARADICI TƏTBİQETMƏ
QİYMƏTLƏNDİRMƏ
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
•Verilmiş dekorativ sənət nümunələrinə
münasibət bildirir.
Dərsin tipi Deduktiv
İstifadə olunan iş formaları Qrup işi
İstifadə olunan üsullar Müzakirə, qalereya gəzintisi
Fənlərarası inteqrasiya A-d.: 1.2.1., Mus.: 2.1.1.
Təchizat Flomasterlər, plastilin, məftil
DƏRSĠN GEDĠġĠ
Müəllim şagirdləri muncuq, üzük, sırğa və boyunbağı şəkilləri ilə 4 qrupa ayırır. Qrupların
qarşısına həmin bəzək əşyasının A4 formatda şəklini qoyur. Sonra həmin şəkilləri onlardan alıb
yazı lövhəsinə bərkidir və soruşur:
- Bunlar nədir? (muncuq, üzük, sırğa və boyunbağı şəkilləri)
- Birlikdə onları necə adlandırmaq olar? (bəzək əşyaları)
- Bəzək əşyalarının rolu nədən ibarətdir? (fərziyyələr)
Tədqiqat sualı: Bəzək əĢyalarından muncuğu düzəltmək üçün nə etməliyik?
Fərziyyələr söylənilir.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim qruplara müxtəlif muncuq
düzümü çəkməyi və onları flomasterlərlə rəngləməyi tapşırır. Sonra onlar ən çox xoşlarına
gələn muncuğu seçib plastilindən yapırlar. Muncuğun plastilindən düzəldilməsi ardıcıllığı
dərslikdə verilib. XQEOŞ-lər də qrupların işinə cəlb oluna bilərlər. Müəllim nəzarət etməlidir
ki, onlara daha bəsit tapşırıqlar verilsin.
Müəllim dərsin sonunda qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə ediləcəyini xatırladır
və meyarları yazı lövhəsindən asır.
Qruplar düzəltdiklərini nümayiş etdirirlər və onları yazı lövhəsinin qarşısından düzürlər.
Qalereya gəzintisi üsulu vasitəsilə digər qruplar işlərə öz münasibətini bildirirlər.
– Bəzək əşyalarının gözəlliyi nədədir?
– 1-ci mərhələdə nə etdiniz?
– 2-ci mərhələdə nə etdiniz?
– 3-cü mərhələdə nə etdiniz?
– 4-cü mərhələdə nə etdiniz?
- Dekorativ –tətbiqi sənət nədir?
- Zərgər kimdir?
- Sizin fikrinizcə rəssamlar bəzək əşyalarını nə üçün düşünüblər?
Qiymətləndirmə zamanı qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə edilir. Göstərilən
cədvələ uyğun qruplar müəllimlə birlikdə bir-birinə qiymət verir.
QRUP MEYARLAR
Dinləmə Əməkdaşlıq Tapşırıq tam və
uyğun yerinə
yetirilib
Əlavələr Vaxtında
yerinə
yetirilib
Nəticə
I
II
III
IV
Plastilindən üzük yapırlar.
YARADICI TƏTBİQETMƏ
QİYMƏTLƏNDİRMƏ
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
MOTİVASİYA
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Bəzək əşyalarının
əsas rolunu
fərqləndirə bilmir.
Bəzək əşyalarının
əsas rolunu
çətinliklə
fərqləndirir.
Bəzək əşyalarının
əsas rolunu qismən
fərqləndirir.
Bəzək əşyalarının
əsas rolunu düzgün
fərqləndirir.
Dekorativ sənətin
əsas növlərindən
olan zərgərliyi
istifadə olunan
materiallara görə
fərqləndirməyi
bacarmır.
Dekorativ sənətin
əsas növlərindən
olan zərgərliyi
istifadə olunan
materiallara görə
müəllimin
köməkliyi ilə
fərqləndirir.
Dekorativ sənətin
əsas növlərindən
olan zərgərliyi
istifadə olunan
materiallara görə
kiçik qeyri
dəqiqliyə yol
verməklə
fərqləndirir.
Dekorativ sənətin
əsas növlərindən
olan zərgərliyi
istifadə olunan
materiallara görə
düzgün fərqləndirir.
Verilmiş dekorativ
sənət nümunələrinə
münasibət bildirə
bilmir.
Verilmiş dekorativ
sənət nümunələrinə
zəif münasibət
bildirir.
Verilmiş dekorativ
sənət nümunələrinə
dolğun münasibət
bildirir.
Verilmiş dekorativ
sənət nümunələrinə
dəqiq münasibət
bildirir.
MəĢğələ 26 /mövzu:
DÜNYA ġÖHRƏTLĠ AZƏRBAYCAN ĠNCĠLƏRĠ– 1 saat
Məşğələ növü Dekorativ-tətbiqi fəaliyyət
Alt standart: 1.1.2; 2.2.4.
Dərsin məqsədi: • Xalçaların əsas roluna aid məlumatlar verir;
•Ənənəvi Azərbaycan naxışlarından sadə
dekorativ kompozisiyalar quraşdırır.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Qrup işi
İstifadə olunan üsullar Açar sözlər, müzakirə, şaxələndirmə
Fənlərarası inteqrasiya İnf.1.1.3; Tex.1.3.3; Riy. 3.2.1.
Təchizat Albom, flomasterlər, rəngli karandaşlar, müx-
təlif xalça şəkilləri
DƏRSĠN GEDĠġĠ
Müəllim yazı taxtasında açar sözlər yazır: nəfis naxışlarla bəzənib, dünyada məşhurdur,
döşəməni bəzəyir, evə istilik verir, iplərdən toxunur. Sonra soruşur: – Bu sözlər sizə nəyi xatırladır?
(xalçaları) – Bu gün xalçaları bəzəyən naxışlar çəkməyi öyrənəcəksiniz.
Tədqiqat sualı: Milli xalçalarımızın fərqli xüsusiyyətləri hansılardır?
Müəllim mərkəzi sözü – ―Milli xalçalarımız‖ sözünü yazı taxtasında yazaraq, orada şagirdlərin
dediklərinə əsasən şaxələndirmə aparır.
Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim şagirdləri dərslikdə göstərilən
müxtəlif buta şəkillərinə görə 5 qrupa ayırır. Hər qrup butadan istifadə etməklə fikirləşib milli
naxışı çəkir.Sonra onu rəngli karandaşlarla və flomasterlərlə rəngləyirlər.
XQEOŞ-lər isə istədikləri naxışı çəkə bilərlər.
TƏDQİQATIN APARILMASI
MOTİVASİYA
Müəllim qruplara yaxınlaşaraq onları istiqamətləndirir. O, dərsin sonunda qrupun özünüqiymət-
ləndirməsindən istifadə ediləcəyini xatırladır və meyarları yazı lövhəsindən asır.
Qruplar işlərini nümayiş etdirirlər. Digər qruplar fikirlərini bildirirlər.
– Azərbaycan xalçaları nə üçün dünyada məşhurdur?
– Azərbaycan xalçalarını bəzəyən hansı elementləri tanıyırsınız?
– Milli naxışları çəkən zaman hansı təsvir qaydalarını nəzərə aldınız?
Şagirdlər yazı taxtasında tərtib edilən şaxələndirməyə xalça haqqında öyrəndiklərini əlavə
edirlər.
Qiymətləndirmə zamanı qrupun özünüqiymətləndirməsindən istifadə edilir. Göstərilən cədvələ
uyğun qruplar özlərinə qiymət verirlər.
QRUP MEYARLAR
Dinləmə Əməkdaşlıq Tapşırıq tam və
uyğun yerinə
yetirilib
Əlavələr Tərtibat Vaxtında
yerinə
yetirilib
I
II
III
IV
Xalçalar haqqında əlavə məlumat toplamaq.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Xalçaların əsas
roluna aid məlu-
matlar verə bilmir.
Xalçaların əsas
roluna aid çətinliklə
məlumatlar verir.
Xalçaların əsas
roluna aid qismən
məlumatlar verir.
Xalçaların əsas
roluna aid dolğun
məlumatlar verir.
Ənənəvi
Azərbaycan
naxışlarından sadə
dekorativ
kompozisiyalar
quraşdıra bilmir.
Ənənəvi
Azərbaycan
naxışlarından
müəllimin
köməkliyi ilə sadə
dekorativ
kompozisiyalar
quraşdırır.
Ənənəvi
Azərbaycan
naxışlarından sadə
dekorativ
kompozisiyaların
çox hissəsini
quraşdırır.
Ənənəvi
Azərbaycan
naxışlarından
düzgün sadə
dekorativ
kompozisiyalar
quraşdırır.
MəĢğələ 27 /mövzu:
AZƏRBAYCAN SƏNƏTKARLARI– 1 saat
Məşğələ növü Təsviri incəsənət əsərləri ilə tanışlıq
Alt standart: 1.2.1, 1.2.2; 1.2.3.
Dərsin məqsədi: • Azərbaycanın təsviri incəsənət
YARADICI TƏTBİQETMƏ
QİYMƏTLƏNDİRMƏ
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
nümayəndələrini sadalayır;
• Görkəmli təsviri incəsənət
nümayəndələrindən Q.Xalıqovu və
C.Qaryağdını yaradıcılıq sahələrinə görə
fərqləndirir;
• Onların məşhur əsərlərini sadalayır.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Cütlərlə iş
İstifadə olunan üsullar Beyin həmləsi, İQS (İNSERT), konseptual
cədvəl
Fənlərarası inteqrasiya A-d.1.2.1.
Təchizat A4 formatlı kağız, rəngli karandaşlar
DƏRSĠN GEDĠġĠ
Müəllim müxtəlif rəngkarlıq əsərləri, karikaturalar, heykəl təsvirləri olan şəkilləri yazı
lövhəsindən asır və deyir:
– Bunlar nədir? (əsərlər, heykəllər)
– Onları kimlər yaradıb? (rəssamlar, heykəltəraşlar)
– Azərbaycan rəssamlarından kimləri tanıyırsınız? (fərziyyələr)
– Heykəltəraşlarımızdan kimləri tanıyırsınız? (fərziyyələr)
– Bu gün dərsimiz Azərbaycanın xalq rəssamı Qəzənfər Xalıqov və görkəmli heykəltəraşımız
Cəlal Qaryağdı haqqındadır.
Tədqiqat sualı: Qəzənfər Xalıqov və Cəlal Qaryağdı haqqında nə deyə bilərsiniz?
Fərziyyələr yazı taxtasına yazılır.
Şagirdlər 1, 2 saymaqla cütlərə ayrılır. Müəllim dərslikdəki mətnin əvvəlcədən cıxarılmış surə-
tini paylayır. Sonra yazı lövhəsindən xüsusi işarələr (―‖– bilirəm, ―+‖ – yeni informasiyadır)
asaraq deyir:
– Mətni oxuyun və diqqətli olun. Bildiyiniz informasiyanın qarşısında ―‖,bilmədiyinizin
qarşısında isə―+‖ işarəsini qoyun. Şagirdlər oxuyub qurtardıqdan sonra müəllim deyir:
– İndi işarələmə cədvəli tutun. Bunun üçün əvvəlcə bildiklərinizi və sonra yeni informasiyaları
cədvəldə sistemləşdirin.
―‖ – bilirəm ―+‖ – yeni informasiyadır
1.
2.
3.
4.
1.
2.
3.
4.
– 1-lər 2-lərlə yazdıqlarını bölüşsünlər.
XQEOŞ-lər sənətkarlar haqqında məlumatı üzündən oxuya bilər.
Müəllim deyir:
– İstənilən cütlük işarələmə cədvəli ilə bizi də tanış edə bilər. Bəzi cütlər yazdıqlarını
oxuyurlar. Bu zaman şagirdləri sənətkaların əsərləri ilə də tanış etmək olar.
– İllüstrasiyaçı rəssamlardan kimi tanıyırsınız?
– Karikaturaçı rəssam kimdir?
– Heykəllə rəsmin fərqi nədir?
Şagirdlər müəllimin tərtib etdiyi konseptual cədvəli doldururlar. Buna əsasən
qiymətləndirilirlər.
Qeyd: Burada təkrar məqsədilə digər rəssamlar da verilir. Müəllim lazım bilsə, yalnız Qəzənfər
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
MOTİVASİYA
Xalıqov və Cəlal Qaryağdını verə bilər.
Rəssamın adı YaĢadığı dövr Əsərləri Əsərləri təsviri incəsənətin,
əsasən, hansı növünə aiddir?
Qəzənfər Xalıqov
Cəlal Qaryağdı
Əzim Əzimzadə
Bəhruz Kəngərli
Qəzənfər Xalıqov və Cəlal Qaryağdı haqqında əlavə məlumat toplamaq.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Azərbaycanın
təsviri incəsənət
nümayəndələrini
sadalaya bilmir.
Azərbaycanın
təsviri incəsənət
nümayəndələrini
çətinliklə sadalayır.
Azərbaycanın
təsviri incəsənət
nümayəndələrini
qismən sadalayır.
Azərbaycanın
təsviri incəsənət
nümayəndələrini
düzgün sadalayır.
Q.Xalıqovu və
C.Qaryağdını
yaradıcılıq
sahələrinə görə
fərqləndirə bilmir.
Q.Xalıqovu və
C.Qaryağdını
müəllimin köməyi
ilə yaradıcılıq
sahələrinə görə
fərqləndirir.
Q.Xalıqovu və
C.Qaryağdını
yaradıcılıq
sahələrinə görə
əsasən fərqləndirir.
Q.Xalıqovu və
C.Qaryağdını
yaradıcılıq
sahələrinə görə
düzgün fərqləndirir.
Onların məşhur
əsərlərini sadalaya
bilmir.
Onların məşhur
əsərlərinin az
hissəsini sadalayır.
Onların məşhur
əsərlərinin çox
hissəsini sadalayır.
Onların məşhur
əsərlərini dəqiq
sadalayır.
MəĢğələ 28 /mövzu:
DÜNYANIN MƏġHUR MUZEYLƏRĠ– 1 saat
Məşğələ növü Təsviri incəsənət əsərləri ilə tanışlıq
Alt standart: 1.1.1; 3.1.1.
Dərsin məqsədi: • Təsviri incəsənətin cəmiyyətdə rolunu sa-
dalayır;
• Verilmiş təsviri və dekorativ sənət nümu-
nələrinə münasibət bildirir;
• Dünyanın məşhur muzeyləri haqqında öy-
rəndiklərini şərh edir.
Dərsin tipi İnduktiv
İstifadə olunan iş formaları Qrup işi
İstifadə olunan üsullar Beyin həmləsi, ziqzaq
Fənlərarası inteqrasiya A-d.1.2.1; Mus.2.1.1.
Təchizat Vatman vərəqi
DƏRSĠN GEDĠġĠ
Müəllim müxtəlif muzey şəkillərini yazı lövhəsindən asaraq soruşur:
– Şəkillərdə nəyin təsvirini görürsünüz? (fərziyyələr)
– Bunlar muzeylərin təsviridir. Muzey deyəndə nə başa düşürsünüz? (Fərziyyələr – Xalq üçün
dəyərli olan təsviri incəsənət əsərlərinin saxlandığı yer.)
Tədqiqat sualı: Ġncəsənət əsərlərinin muzeylərdə saxlanılmasının səbəbi nədədir?
MOTİVASİYA
YARADICI TƏTBİQETMƏ
Müəllim şagirdlərin dedikləri bütün fikirləri yazı lövhəsinə yazır.
Şagirdlər Topqapı sarayı, Luvr, Ermitaj və Azərbaycan İncəsənət muzeylərinin şəkilləri ilə 4
―doğma‖ qrupa ayrılırlar. Hər ―doğma‖ qrupun üzvləri 1-dən 3-ə kimi sayırlar. Eyni rəqəmi sayan
şagirdlər ―ekspert‖ qruplarında əyləşirlər. 1-ci ―ekspert‖ qrupu dərslikdən Luvr muzeyi,2-ci
―ekspert‖ qrupu Topqapı sarayı muzeyi və 3-cü ―ekspert‖ qrupu isə Ermitaj muzeyi haqqında
məlumatlanırlar. ―Ekspert‖ qruplarının hər biri öz muzeyi haqqında məlumatı dəqiqləşdirdikdən
sonra ―doğma‖ qruplarına qayıdırlar. ―Doğma‖ qruplarda hər ekspertdən 1 və ya 2 nümayəndə olur.
Onlar öz muzeyləri və orada saxlanılan nümunələr haqqında yoldaşlarına da məlumat verirlər.
Nəticədə hər ―doğma‖ qrup bütün muzeylər və oradakı nümunələr haqqında məlumat toplayır.
Sonra mövzu haqqında təqdimat hazırlanır və vərəqdə tərtib edilir. Müəllim şagirdlərə dərsin
sonunda qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə ediləcəyini xatırladır və meyarları yazı
lövhəsindən asır.
XQEOŞ-lər muzeylərdən birinin şəklini çəkir.
Hər qrupdan bir nümayəndə öyrəndikləri haqqında təqdimat verir. Bu zaman digər şagirdlər də
öz fikirlərini bildirirlər.
Müəllim soruşur:
– Muzeylər haqqında nə öyrəndiniz?
– Azərbaycan sənətkarlarının əsərləri olan hansı muzeyləri tanıyırsız?
– Muzeylərdə nə üçün yaradılır?
Müəllim beyin həmləsi zamanı şagirdlərin muzeylər və nümunələr haqqında dedikləri
fikirlərin üzərinə qayıdır. Onları bir-bir oxuyur, düz və səhv fikirlər müzakirə olunur.
Qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə edilir.
QRUP MEYARLAR
Dinləmə Əməkdaşlıq Tapşırıq tam və
uyğun yerinə
yetirilib
Əlavələr Tərtibat Vaxtında
yerinə
yetirilib
I
II
III
IV
Məşhur muzeylər haqqında əlavə məlumat toplamaq.
I səviyyə II səviyyə III səviyyə IV səviyyə
Təsviri incəsənətin
cəmiyyətdə rolunu
sadalaya bilmir.
Təsviri incəsənətin
cəmiyyətdə rolunu
çətinliklə sadalayır.
Təsviri incəsənətin
cəmiyyətdə rolunu
qismən sadalayır.
Təsviri incəsənətin
cəmiyyətdə rolunu
ətraflı sadalayır.
Verilmiş təsviri və
dekorativ sənət
nümunələrinə
münasibət
bildirməyi
bacarmır.
Verilmiş təsviri və
dekorativ sənət
nümunələrinə
müəllimin köməyi
ilə münasibət
bildirir.
Verilmiş təsviri və
dekorativ sənət
nümunələrinə kiçik
qeyri dəqiqliyə yol
verməklə
münasibət bildirir.
Verilmiş təsviri və
dekorativ sənət
nümunələrinə
düzgün münasibət
bildirir.
YARADICI TƏTBİQETMƏ
QİYMƏTLƏNDİRMƏ
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ
MƏLUMAT MÜBADİLƏSİ
TƏDQİQATIN APARILMASI
Dünyanın məşhur
muzeyləri haqqında
öyrəndiklərini şərh
edə bilmir.
Dünyanın məşhur
muzeyləri haqqında
öyrəndiklərinin az
hissəsini şərh edir.
Dünyanın məşhur
muzeyləri haqqında
öyrəndiklərinin çox
hissəsini şərh edir.
Dünyanın məşhur
muzeyləri haqqında
öyrəndiklərini
ətraflı şərh edir.
TESTLƏR
Tədris vahidi – 1
Rəssam kimdir?
1. Ədəbi əsərlər yaradan
2. Musiqi əsərləri yaradan
3. Təsviri incəsənət əsər-
ləri yaradan
Rəssam hansı alətlərlə
iĢləyir?
1. Qələmlə
2. Boya ilə
3. Dəftərlə
Rəssam nə edir?
1. Müşahidə və müqayisə
edir, çəkir
2. Müşahidə və müqayisə
edir, yazır
3. Müşahidə və müqayisə
edir, danışır
Akvarel və quaĢ nədir?
1. Dərman
2. Maye
3. Boya
Akvarelin xüsusiyyətləri
hansılardır?
1. Qatıdır, sudan az
istifadə olunur
2. Yapışqandır, sudan
istifadə olunmur
3. Şəffafdır, sudan çox
istifadə olunur
QuaĢın xüsusiyyətləri
hansılardır?
1.  Qatıdır, sudan az
istifadə olunur
2.  Yapışqandır, sudan
istifadə olunmur
3. Şəffafdır, sudan çox
istifadə olunur
Əsas rənglər hansılar-
dır?
1.  Sarı, göy, narıncı
2.  Sarı, qırmızı, göy
3.  Sarı, yaşıl, bənövşəyi
QarıĢıq rənglər hansı-
lardır?
1.  Narıncı, bənövşəyi,
yaşıl
2.  Narıncı, sarı, qırmızı
3.  Narıncı, göy, mavi
Narıncı rəngi necə al-
maq olar?
1. Qırmızı+sarı
2. Göy +qırmızı
3. Sarı+göy
BənövĢəyi rəngi necə
almaq olar?
1. Qırmızı+sarı
Mavi rəngi necə almaq
olar?
1. Göy+ağ
2. Qara+göy
3. Qara +ağrəngdə
3. Payızda yarpaqlar
olmur
Boz rəngi necə almaq
olar?
1. Göy+sarı
2. Ağ+göy
3. Qara +ağ
Çəhrayı rəngi necə al-
maq olar?
1. Ağ+sarı
2. Ağ+qara
3. Ağ+qırmızı
Hansı rənglərə isti rəng-
lər deyilir?
1. Yaşıl, mavi, sarı
2. Qırmızı, narıncı, sarı
3. Göy, bənövşəyi, yaşıl
Hansı rənglərə soyuq
rənglər deyilir?
1. Yaşıl, mavi, qəhvəyi
2. Qırmızı, narıncı, sarı
3. Göy, bənövşəyi, yaşıl
Siluet nədir?
1. Birrəngli təsvirdir
2. Rəngli təsvirdir
3. Həcmli təsvirdir
Kompozisiya nəyə de-
yilir?
1. Rəsmin hissələrinin uy-
ğunluğu, əlaqəsi
2. Yazıların səhvsiz yazıl-
ması
3. Rəsmlərin səliqəli
rənglənməsi
Payız yarpaqları necə
olur?
1. Qırmızı, sarı, narıncı
rəngdə
2. Yaşıl, mavi, qara
Kontrast rənglər hansı-
lardır?
1.  Göy-bənövşəyi, mavi-
boz, qırmızı-sarı
2. Sarı-qara, ağ-qırmızı,
qara-boz
3.  Qırmızı-yaşıl, göy-
sarı, bənövşəyi-narıncı
Simmetriya nə demək-
dir?
1. Hissələr üst-üstə düş-
məlidir
2.  Hissələr ayrı olmalıdır
Tədris vahidi – 2
Təsviri incəsənətin növ-
ləri hansılardır?
1. Qrafika, boyakarlıq,
heykəltəraşlıq, dekorativ
sənət
2. Natürmort, boyakarlıq,
portret, qrafika
3.  Süjetli əsərlər, portret,
mənzərə, natürmort
Təsviri incəsənətin janr-
ları hansılardır?
1.  Qrafika,boyakarlıq,
heykəltəraşlıq, dekortiv
sənət
2.  Natürmort,
boyakarlıq, portret,
qrafika
3.  Süjetli əsərlər, portret,
mənzərə, natürmort
Naturadan rəsm nədir?
1. Ətrafa baxıb çəkmək
2.  Oxunanınəsasında
çəkmək
3.  Təxəyyülə əsasən
çəkmək
Konstruksiya nədir?
1. Yığmaq, yaratmaq, dü-
zəltmək
2. Çəkmək, cizgiləmək,
rəngləmək
3. Fikirləşmək, tikmək,
yapışdırmaq
Mimika nədir?
1. Əl cizgilərinin ifadələri
2. Sifət cizgilərinin ifadə-
ləri
3. Ayaq cizgilərinin ifa-
dələri
Hansı Azərbaycan rəs-
samlarını tanıyırsan?
1. T.Quliyev, Q.Qarayev,
F. Əmirov
2.  Ə.Əzimzadə, B. Kən-
gərli, Q.Xalıqov
3.  N.Gəncəvi, S.Vurğun,
M.Ə.Sabir
Tədris vahidi – 3
HeykəltəraĢ kimdir?
1. Həcmli əsərlər yaradan
2. Mənzərə çəkən
3. Musiqi bəstələyən
Hansı Azərbaycan hey-
kəltəraĢlarını
Oriqamidüzəldərkən nə-
dən istifadə edilir?
1.  Boyalardan
2.  Kağızdan
3.  Plastilindən
Karikatura nə
deməkdir?
1.  Ağlamalı rəsm
2.  Məzəli rəsm
3.  Dəhşətli, vahiməli
rəsm
Tədris vahidi – 4
Aplikasiya nədir?
1. Kağızdan kəsilir, yapış-
dırılır
2. Daşdan yonulur, hazır-
lanır
3. Sulu boya ilə çəkilir,
rənglənir.
Natürmort nədir?
1. Cansız cisimlərdən
ibarət rəsm
2. Təbiətin təsvirindən
ibarət rəsm
3. Heyvanların
təsvirindən ibarət rəsm
Mənzərə nədir?
1. Təbiət təsviri
2. Məişət əşyalarının
təsviri
3. İnsanların təsviri
Ekskursiyaların
əhəmiyyəti nədədir?
1. Təfəkkürü, yaradıcılığı,
nitqi inkişaf etdirir
2. Yazı qabiliyyətini
inkişaf etdirir
3. Musiqi qabiliyyətini
inkişaf etdirir.
2. Göy +qırmızı
3. Sarı+göy
YaĢıl rəngi necə almaq
olar?
1. Qırmızı+sarı
2. Göy +qırmızı
3. Sarı+göy
3.  Hissələr
fərqlənməlidir
Varlıqlardan hansı
simmetrik deyil?
1. Kəpənək, parabüzən
2. İlbiz, çaydan
3. İnsan, çanta
tanıyırsan?
1. C.Qaryağdı, F.Əbdür-
rəhmanov, Ö.Eldarov
2.  A.Şaiq,M.Gülgün,
T. Elçin
3. Ü.Hacıbəyov, A.Rza-
yeva, Ş.Axundova
ƏLAVƏ  MATERĠALLAR
BƏHRUZ KƏNGƏRLĠ
Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan
olmuşdur. Atası Şirəlibəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa
ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi işləmişdir.
O, oğlunu ―Xeyriyyə‖ adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Balaca Bəhruz atasının
evə gətirdiyi şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir,
şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək, özünün bilik səviyyəsini artırmağa
çalışırdı.Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz xəyallar aləminə qapılaraq, bütün vaxtını
şəkil çəkməyə sərf edirdi.Atasının abunəçisi olduğu ―Molla Nəsrəddin‖ jurnalını vərəqləməsi
Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirirdi.
Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis Rəssamlıq Məktəbinə daxil olur və 5 il ərzin-
də orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır.
Cənubi qafqazın mühüm mədəniyyət mərkəzi Tiflis şəhərində ―İncəsənəti təşviq cəmiyyəti‖
nəzdində təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada
istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır.Məktəbdə təhsil rus akademik təhsili
sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı.
Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti gərgin ictimai-siyasi, təzadlı illərə, xüsusilə
ermənilərin Azərbaycan xalqına qarşı təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf
etmişdir. Erməni təcavüzündən miras qalmış ictimai fəlakətlər, günahsız insanların qırılması,
evlərin, tarixi abidələrin dağıdılması, xarabazarlığa döndərilməsi kimi faciəvi hadisələr Bəhruz
Kəngərli yaradıcılığında mühüm iz buraxmışdır. Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri
kəskin sənədli ittihamnamə vüsətinə malikdir. ―Qaçqınlar‖ rəsm silsiləsi zamanın ictimai ziddiy-
yətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir.
Təbiət vurğunu olan sənətkarlardan biri kimi, həssas qəlbli Bəhruz Kəngərli də təbiətin
gözəlliklərini vəsf etmişdir.Lakin miniatür ənənələrinə əsaslanan dekorativ mənzərə nümunələ-
rindən fərqli olaraq, Kəngərlinin realistik mənzərələri məzmununa, ifaçılıq tərzinə görə təsviri
sənətimizdə yeni mərhələ təşkil edir.
O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın
mədəni hə-yatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. O, rəssamlıq sə-
nətini təbliğ etmək üçün yeni yollar axtarır, ―Naxçıvan yadigarı‖ adlı rəsm albomları hazırlayır.
Naxçıvanın tarixi-etnoqrafik abidələrini, milli tipajları, geyimləri, yerli mühitin əlamətdar atribut-
larını əks etdirən ―Naxçıvan yadigarı‖ adlı, olduqca maraqlı rəsm albomu hal-hazırda Azərbaycan
Dövlət İncəsənət Muzeyində saxlanılır.
Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçi-
rilməsində də yaxından iştirak etmişdir. 1917-ci ildə Naxçıvan ―Xeyriyyə‖ məktəbinin nəzdindəki
―El güzgüsü‖ adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin ―Ölü-
lər‖ komediyasının səhnə tərtibatını, dekor və geyim eskizlərini Bəhruz Kəngərli icra etmişdi.
1920–1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini
yaratmışdır. Bunlardan vətəndaş müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi
obrazını – ―Qızıl əsgər‖ surətini xüsusilə qeyd etmək lazımdır.
1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin 500-ə
yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilmiş, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə
olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanmışdır.
Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiy-
yətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz
qalmış, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməmiş, mədəni
cəhətdən geri qalmış avam və cahil insanların laqeyd münasibətinin şahidi olmuşdur. O, 1922-ci il
fevralın 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat etmişdir.
Bəhruz Kəngərlinin mövzu, janr etibarilə müxtəlif və rəngarəng olan 2000-ə yaxın əsərindən
ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və
muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.
Azərbaycan Dövlət İncəsənət Muzeyi Bəhruz Kəngərlinin əsərlərini toplamaq, qeydə almaq,
mühafizə və təbliğ etmək sahəsində xeyli tədbirlər həyata keçirmişdir.Rəssamın muzeydə
saxlanılan əsərlərinin bir hissəsi 1928-ci ildə Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsinə
daxil olmuşdur.1939-cu ildən başlayaraq Kəngərli əsərlərinin kolleksiyası rəssamın anasından,
qohum və müxtəlif sənətsevərlərdən alınaraq tamamlanmışdır.
Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşəbbüsü ilə 1947-ci ildə Bakıda, 1957-ci ildə
Moskvada Bəhruz Kəngərlinin fərdi yaradıcılıq sərgiləri keçirilmişdir.
Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri, Azərbaycan Dövlər İncəsənət Muzeyindən başqa,
Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində də saxlanılır.
2001-ci ilin mayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə rəssamın anadan
olmasının 110 illiyi münasibətilə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kən-
gərlinin adı verilmişdir.Naxçıvanda rəssamın ev-muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldıl-
mışdır.
2002-ci ilin iyun ayında Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev Nax-
çıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzeyin açılışı mərasimində iştirak etmiş
və geniş nitq söyləmişdir. Azərbaycan xalqının ümummilli lideri Bəhruz Kəngərlinin yaradıcılığını
yüksək qiymətləndirərək demişdir: ―Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir‖.
AZƏRBAYCAN XALÇALARI
Xalçaçılıq Azərbaycan xalq-tətbiqi incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri
sayılır.İncəsənətinin Azərbaycan xalqı tərəfindən sevilən bu növü əsrlər boyu nəsildən nəslə qayğı
ilə ötürülmüşdür.Onun naxışlarının dili, koloriti hər kəsə yaxın və aydın olmuşdur. Ölkə ərazisində
aparılan arxeoloji qazıntılar və yazılı mənbələr göstərir ki, Azərbaycanda xalça toxuculuğu tunc
dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-
Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda
Topqapı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçası Dövlət Muzeyini və
Azərbaycan Tarixi Muzeyini bəzəyir.
L.Kərimovun çoxcildlik ―Azərbaycan xalçası‖ əsərində 1300-dən artıq Azərbaycan xalçası
ornament elementinin təhlili verilmişdir.
Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət
yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm
qalereyalarında və digər yerlərdə öyrədilir.
AZƏRBAYCAN XALÇALARI DÜNYA MUZEYLƏRĠNDƏ
Məşhurluğu və gözəlliyi ilə fərqlənən Azərbaycan xalçalarından biri də ―Şeyx-Səfi‖
xalçasıdır.Hazırda bu gözəl sənət əsəri İngiltərənin məşhur Viktoriya-Albert muzeyində
saxlanılır.Orada başqa gözəl Azərbaycan xalçaları da nümayiş etdirilir.131 xalçanın 12-si XVIII
əsrə, qalanları isə XIX əsrə aiddir.Ekspertlər bu xalçaları texnoloji və dekorativ xüsusiyyətlərinə
görə 2 qrupa ayırırlar.Birinci qrup XVIII əsrə, ikinci qrup isə XVI-XVII əsrlərə aiddir.Muzeydə
olan Azərbaycan xalçalarının əksəriyyətini ingilis dəllalları gətirib. Qalereyanın lap mərkəzində
böyük və gözəl ―Şeyx-Səfi‖ xalçası asılıb. Bu qiymətli və əfsanəvi xalça hər yarım saatdan bir işıq-
landırılır.Xalçanın təsvirləri müxtəlif güllərdən ibarətdir. Xalçanın künclərində qönçələrdən ibarət
mozaikalar var. Hər tərəfi qırmızı, sarı, yaşıl güllərlə bəzədilib. Rənglər xalçada elə ustalıqla
yerləşdirilib ki, bir-birinin ardınca düzülən qönçələr Günəş şüasını xatırladır.Xalçanın yuxarı və
aşağı hissələrində mürəkkəb naxışlarla bəzədilən şamdan təsviri var. Xalçada olan ornamentlər
onun mənasını açmağa kömək edir.
XALÇALARIMIZ AVROPALI RƏSSAMLARIN ƏSƏRLƏRĠNDƏ
XVI-XVII əsrlərdə yaşamış məşhur rəssamlar da öz əsərlərində Azərbaycan xalçalarını təsvir
etmişlər.Məsələn, bizim xalçalarımız Venesiya taciri və tədqiqatçısı Marko Polonu heyran
etmişdi.XVI əsrin İngiltərə səyahətçisi Antoni Cenkilisin və XVII əsr alman dəniz səyyahı Can
Strusun qeydlər jurnalında xalçalarımız haqqında maraqlı məlumatlar verilir.Niderland boyakarı
Hans Memlinq ―Məryəm öz körpəsi ilə‖ əsərində, alman rəssamı Hans Holbeyn ―Səfirlər‖
rəsmində Muğan və Qazax-Qarabağ xalçalarını təsvir etmişlər.Azərbaycan xalçaları hazırda dünya
tarixçilərinin və incəsənət alimlərinin tədqiqat mövzusuna çevrilib.
Amerikanın 19 muzeyində, 10-dan çox rəsm qalereyasında və 40-dan yuxarı kolleksiyasında
müxtəlif növ Azərbaycan xalçaları saxlanılır və nümayiş etdirilir.Amerika sənətkarları da
xalçalarımız üzərində tədqiqat işləri aparırlar. Çarlz Qrant Ellis tərəfindən yazılan və Tekstil
Muzeyinin 50 illik yubileyinə həsr edilən ―Qədim Qafqaz xalçaları‖ kitabı tədqiqat baxımından
böyük əhəmiyyət kəsb edir. Ellisin məşhur tədqiqatı olan ―Əjdahalı xalça‖ bölməsində alim qeyd
edir ki, əjdaha təsviri Qarabağ xalça toxuculuğuna aiddir.Həmin xalçanın üzərində eyni zamanda
heyvan təsviri də var.
Bir çox əfsanələrdə qədim Günəş təqvimi sistemində və erkən inanclarda əjdaha təsviri
Azərbaycanda mühüm rol oynayıb.Qarabağ xalçalarının bu növü Berlin İncəsənət Muzeyində
saxlanılır. Çox ustalıqla toxunmuş xalçada Şərqin əfsanəvi quşu olan Səməndər quşu əjdaha ilə
döyüşür.
Tanınmış tədqiqatçı Artur Pop XVI əsrə aid olan Qarabağ xalçaları üzərindəki bu təsviri
incəsənətin inkişafı kimi səciyyələndirir.Qarabağda toxunan və bütün dünyada ―Qarabağ xalçaları‖
adı ilə tanınan xalçalar əsl sənət nümunələridir. Nyu-Yorkun məşhur Metropoliten Muzeyində
XVII-XIX əsrə aid Bərdə xalçaları qorunub saxlanılır.
R.MUSTAFAYEV ADINA
AZƏRBAYCAN DÖVLƏT ĠNCƏSƏNƏT MUZEYĠ
Azərbaycan Dövlət İncəsənət Muzeyi 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin (1920-ci ildə
təşkil edilmişdir) incəsənət şöbəsi əsasında yaradılmış, 1937-ci ildə açılışı olmuşdur. 1943-cü ildə
muzeyə R.Mustafayevin adı verilmişdir. Muzeyin fondunda 12000-ə yaxın incəsənət əsəri sax-
lanılır (1976).
Ekspozisiyada Azərbaycan, rus sənətkarlarının, həmçinin Qərbi Avropa və Şərq ölkələrinin
boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri, müxtəlif dövrlərə aid xalq
yaradıcılığı nümunələri nümayiş etdirilir.
Muzeydə Azərbaycan realist təsviri sənətinin baniləri M.Nəvvab, B.Kəngərli və Ə.Əzim-
zadənin, həmçinin Azərbaycan rəssamları və heykəltəraşlarından M.Abdullayev, S.Bəhlulzadə,
M.Rəhmanzadə, T.Salahov, V.Səmədova, F.Əbdürrəhmanov, P.Sabsay, C.Qaryağdı, T.Məm-
mədov, Ö.Eldarov və başqalarının boyakarlıq, heykəltəraşlıq və qrafika əsərləri saxlanılır.
Muzeyin Azərbaycan incəsənəti şöbəsi zərgərlik, xalçaçılıq və keramika məmulatları, xalq
tikmələri, milli geyimlər, musiqi alətləri, silahlar, qədim və müasir dekorativ-tətbiqi sənət
nümunələri, arxeoloji qazıntı zamanı Azərbaycan ərazisindən tapılmış qəbirüstü daşlar, həndəsi
naxışlı sənduqələrlə, rus incəsənəti şöbəsi İran, Yaponiya, Türkiyə, Hindistan, Çin və s. ölkələrin
miniatür və dekorativ-tətbiqi sənət nümunələri ilə, Qərbi Avropa incəsənəti şöbəsi italyan, holland,
flamand, fransız və s. rəssamlıq məktəblərinə mənsub sənətkarların əsərləri ilə təmsil olunur.
Muzey həmçinin mədəni-maarif işləri aparır, sərgilər, mühazirə və müzakirələr təşkil edir, kataloq,
buklet, albomlar nəşr etdirir, diafilmlər göstərir.
ERMĠTAJ MUZEYĠ
Ermitaj Dövlət Muzeyi Sankt-Peterburqda yerləşir.Hazırda böyüklüyünə görə Rusiyanın və
bütün dünyanın ən böyük rəssamlıq, tarix, incəsənət muzeylərindən biri sayılır.Əvvəllər tərkibində
yalnız müxtəlif incəsənət nümunələrinə rast gəlmək mümkün idi.Bu nümunələrin çox hissəsi isə
Rusiya imperatoru II Yekaterinanın kolleksiyalarından götürülmüşdür.Ancaq 1852-ci ildən etibarən
həmin incəsənət nümunələrinin hamısı bütün xalq üçün açıq elan edildi.Müasir Dövlət Ermitajı altı
binadan ibarətdir və Nevanın sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində yerləşir.
Ermitaj çox vaxt Sankt-Peterburqda ―Qış sarayı‖ da adlanırdı.
İki əsrdən artıq müddətdə Ermitajda müxtəlif incəsənət nümunələri yığılmış və hazırda muzeyin
kolleksiyasında üç milyona yaxın incəsənət əsəri və abidə saxlanılır.Bunların hamısı bütün dünya
mədəniyyətlərini özündə birləşdirir, həmçinin həmin nümunələr daş dövründən müasir dövrə qədər
olan kolleksiyaları özündə birləşdirir.Bu gün muzey Rusiya və dünya turizminin vacib
mərkəzlərindən sayılır.Texnologiyanın inkişafı isə muzeyin içərisində reklam çarxları vasitəsilə
virtual turlar təşkil etmək üçün şərait yaradır.Əvvəllər müvəqqəti yığılmış kolleksiyalar Qış
sarayının sakit və görünməz hissələrində toplanırdı.
Daha sonrakı dövrlərdə isə sarayın bu hissəsi fransızca ―Er
mitaj‖ kimi adlandırıldı. Müasir zəmanəmizdə də muzeyin müxtəlif qalereyalara ayrılmış
hissələri məhz belə adlandırılır.Xatırladaq ki, ―Ermitaj‖ sözü əslən ―təklik‖, yaxud ―tənhalıq‖
mənasını verir.Bəzən isə ―xəlvət‖, yaxud ―gizli yer‖ mənasında işlənir.Binaya adın verilməsi və
onun toponimikası məhz belə olmuşdur.
Ermitaj 1764-cü ildən etibarən inkişaf etməyə başladı; bu, II Yekaterinanın müxtəlif vaxtlarda
topladığı kolleksiyalar nəticəsində mümkün oldu.Həmçinin buranın kolleksiya mərkəzinə
çevrilməsi imperat-riçənin Berlin şəhərində holland və flamand rəssamlarına məxsus 225-dən artıq
incəsənət nümunəsini alması ilə başlandı.
Əvvəlki dövrlərdə həmin rəsmlərin çoxu sarayın ―Ermitaj‖ adlandırılan çox sakit və gizli
hissəsində saxlanılırdı.II Yekaterinadan sonra ―Qış sarayı‖ adlanan hissəyə digər imperator
nümayəndələrinin də xaricdən gətirdikləri qiymətli əşyaları, xüsusən də incəsənət nümunələrini
buraya yığırdılar.Həmin şəxslərdən Bruyulya (1769), Kroza (1772), Uolpolya (1779) və başqalarını
göstərmək olar.
Beləliklə, 1774-cü ildə Qış sarayında yerləşən rəsm əsərlərinin ümumi sayı artıq 2080-ni keç-
mişdi. Ancaq biz, bunlarla yanaşı, sarayda olan çoxşaxəli qravüra və rəsm kolleksiyalarını, antik
əsərləri, heykəlləri, Avropa incəsənətinin nümunələrini, müxtəlif daşlardan hazırlanmış
məmulatları, sikkə və medalları, hətta kitabları nəzərə almırıq.Kitabların içərisində Volterin bütün
kitabxanası da vardı.
1795-ci ildə II Yekaterinanın əmri ilə Varşava şəhərindən Zaluskinin bütün kitabları
gətirildi.Burada 300 min cild kitab, 10 min əlyazma və çoxsaylı qravüra nümunələri var idi. Məhz
bu kitab və rəsm nümunələrinin Kral qəsrinə yığılması xüsusi rol oynadı, həmçinin saray
ansamblları olan Lazenki və Vilyanov, Vavel qəsri, Pulavax və Senyaveda bağlarının qurulması,
Dağətəyi və Mitave ictimai kitab-xanaları İmperatorluğun əsas hissəsinə çevrildi.
Ermitaj ictimaiyyət üçün 1852-ci ildən etibarənaçıq elan edildi.
Elə həmin dövrlərdən etibarən muzeyin çox qədim kolleksiyası olmuşdur.Xüsusilə Qədim Şərq,
Qədim Avropa, antik dövr və orta əsrləri özündə birləşdirən mədəniyyət nümunələri ilə zəngindir.
O, Qərb və Şərq incəsənət nümunələri, Asiyanın arxeoloji və rəssamlıq abidələrini, VIII-XIX əsr
Rusiya mədəniyyətlərini özündə birləşdirir. XIX əsrdən başlayaraq Ermitajda Rusiya rəssamlarının
əsərləri müntəzəm toplanmağa başlandı və 1895-ci ildən bu əsərlər Rusiya muzeyinə
verildi.Muzeyin həyatında əsrin ikinci yarısından etibarən yerli kolleksiyaçılar tərəfindən verilmiş
hədiyyələr və əşyalar üstünlük təşkil edirdi.
Muzeyin tərkibinə arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar daxil edilirdi və bunun
nəticəsində otaqlar durmadan zənginləşirdi.XIX əsrin əvvəllərindən etibarən muzeydə müxtəlif
nümunələr qorunurdu, sonralar isə onun kolleksiyasına yeni incəsənət nümunələri əlavə olunmağa
başladı.
Bunlara misal olaraq, bütün dünyada tanınan Rembrandtın ―Avara oğulun qayıtması‖ adlı rəsm
əsərini aid etmək mümkündür.Bu rəsm nümunəsi XVIII əsrdə Hollandiyada çəkilmişdir, orta əsr ilə
müasir zaman arasındakı müddəti əhatə edir.
1956-cı ildə Ermitajın üçüncü mərtəbəsi açıq elan edildi və impersionistlər üçün təqdim
olun-du.Həmin ilin payızında Pikassonun sərgisi keçirildi.
 Ermitajın binasına, adətən, 5 tikili aid edilir.
Qış sarayı (1754-1762, memar B.F.Rasstrelli)
Kiçik Ermitaj (1764-1767, memar J.B.Vallen - Delamot)
Qədim Ermitaj (1771-1787, memar Y.M.Felten)
Yeni Ermitaj (1839-1852, memar Leo fon Klense)
Ermitaj teatrı (1783-1787, memar C.Kvarenqi)
Müəyyən müddət bundan əvvəl Dövlət Ermitajının daxilinə yeni hissələr qatıldı:
Kiçik saray (1710-1720, memar C - M.Fontano, İ - Q.Şedel)
Baş qərargahın binası (1819-1829, memar K.İ.Rossi)
2005-ci il dekabrın 7-də II Yekaterinanın ad günü münasibəti ilə Ermitajda yarım il davam
edən bərpa işlərindən sonra ―Yupiter zalı‖ və ―Qədim rəssamların tarixi qalereyası‖ adlı yeni
otaqlar istifadəyə verildi. 1930-cu ildən etibarən Sovetlər Birliyi bütün Ermitajda olan dəyərli
rəsmləri satışa çıxartdı. Bunların içində Rafaelin, Rembrandtın, Van Eykin və Rubensin də əsərləri
var idi.
Həmçinin muzeydə, 2006-cı ilin iyulunda 221 müxtəlif əşyaların itkisinin olduğu aşkar edildi.
Bununla əlaqədar olaraq yaşlı bir işçini günahlandırırdılar və daha sonra həmin şəxs ürək
tutmasından vəfat edir. Qeyd edək ki, qarət zamanı faktlar göstərir ki, bu cinayətdə təkcə həmin işçi
deyil, onun yaxınları da iştirak etmişlər. 2006–2007-ci illər ərzində oğurlanmış əşyaların müəyyən
hissəsini geri qaytarmaq mümkün oldu.
Ermitajın filialları dünyanın müxtəlif şəhərlərində açılmışdır: Kazan, Amsterdam, Las Veqas,
London, Los Anjeles, Ferrara (İtaliyada şəhər) və s.
MƏNBƏLƏR
1. Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları. Bakı, ―Təhsil‖, 2008.
2. C.Həsənzadə, E.Hacınski. Ayna – Uşaq Ensiklopediyası. EXXON MMM.―İncəsənətin
misilsiz sərvəti‖, Bakı.―Ayna Mətbuat evi‖, 1999.
3. ―Bəhruz Kəngərli‖. Bakı , ―Çaşıoğlu‖, 2005.
4. Ə.R.Salamzadə, K.M.Məmmədzadə. ―Şəki xanlarının sarayı‖. Bakı, ―Elm‖, 1986.
5. A.Nəbiyev. ―Novruz‖ (folklor materialları).Bakı, 1989.
6. S. A.Zamanlı. ―Novruz‖ (Azərbaycan Respublikasının milli bayramları, tarixi günləri,
metodik tövsiyələr).Bakı, 1999.
7. N.Rzayev, Q.Qeybullayev, Ş.Rzayev. ―Rusca-azərbaycanca memarlıq-inşaat lüğəti‖, Bakı,
―Elm‖, 1998.
8. Tahir Salakhov. ―Aurora Art Publishers‖, Printed in Austria. Leninqrad, 1980.
9. М.Наджафов. ―Саттар Бахлулзаде – живопись‖. Москва, ―Советский художник‖, 1985.
10. Автор-составитель: М.Наджафов.―Живопись Азербайджанской ССР, 1960кий
художник‖, Москва, 1976 г.
11. А.Дехтярь. Мастера Советского искусства. ―Тогрул Нариманбеков – живопись‖.
Москва, ―Советский художник‖, 1984.
12. ―Искусство Советского Азербайджана. Живопись. Графика. Скульптура‖. Москва,
―Советский художник‖.
13. Лятиф Керимов. ―Азербайджанский ковер‖. Издательство ―Гянджлик‖, Баку, 1983,
том 2.
14. ―Художественные сокровища музеев Москвы‖. Издательство ―Советский художник‖,
1978.
15. А.Куприн. ―Избранные произведения‖. ―Советский художник‖, Москвa, 1984.
16. М.К.Преттье и А. Капальдо. ―Творчество и выражение‖, том 2. Москва, ―Советский
ху-дожник‖, 1985.
17. А.Лозовой. ―Варвара Бубнова. Графика. Живопись‖. Москва, ―Советский художник‖,
1984.
18. И. В.Раздобреева, И.Левитан. Серия ―Русские художники‖. Издательство ―Аврора‖,
Ленинград, 1971.
19. ―Детская энциклопедия‖, том 12. Издательство ―Педагогика‖, Москва, 1977.
20. А. Корзухин. ―Беюк Ага Мирзазаде‖. ―Советский художник‖, Москва, 1980.
21. Франческо Галуцци. ―Мастера живописи. Пикассо‖. 1996, GiuntiGruppoEditoriale,
Firenze. ―Белыйгород‖, 1998.
22. А. М.Лавров. ―Школа. Учитель. Искусство‖. Москва, ―Просвещение‖, 1981.
23. Э. М.Белютин. ―Основы изобразительной грамоты‖. Издательство ―Советская
Россия‖, Москва, 1961.
24. ―Рисунок и живопись‖ том 1. Государственное издательство ―Искусство‖. Москва,
1961.
25. ―Энциклопедический словарь юного художника‖. Москва, ―Педагогика‖, 1983.
26. Ю.Г.Шапиро. ―По Эрмитажу без экскурсовода‖. Издательство ―Советский ху-
дожник‖, Ленинград, 1965.
27. И.Воейкова. ―Искусство и быт‖. Сборник, выпуск 3. Издательство ―Советский
художник‖, Москва.

More Related Content

What's hot

Şirkət profili
Şirkət profiliŞirkət profili
Şirkət profiliAzerEnerji
 
Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında
Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında
Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında Qelender Memmedli
 
Qiymət və qiymət strategiyaları
Qiymət və qiymət strategiyalarıQiymət və qiymət strategiyaları
Qiymət və qiymət strategiyalarıRamil Jabbarov
 
Ağayeva nilufer analiz3 serbest is
Ağayeva nilufer analiz3 serbest isAğayeva nilufer analiz3 serbest is
Ağayeva nilufer analiz3 serbest isNiluferAgayeva
 
Ms Word mətn redaktoru(Ugurlar)
Ms Word mətn redaktoru(Ugurlar)Ms Word mətn redaktoru(Ugurlar)
Ms Word mətn redaktoru(Ugurlar)XaleddinMemmedov
 
PPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptx
PPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptxPPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptx
PPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptxMaslinaMask
 
İdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhov
İdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhovİdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhov
İdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul PolukhovTogrul Polukhov
 
Ahmet Haşim Edebiyat Ödevi
Ahmet Haşim Edebiyat ÖdeviAhmet Haşim Edebiyat Ödevi
Ahmet Haşim Edebiyat Ödevienesfurkan
 
Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriTimur Ulvi
 
Obyektin fərqləndirici əlamətləri
Obyektin fərqləndirici əlamətləriObyektin fərqləndirici əlamətləri
Obyektin fərqləndirici əlamətlərimimio_azerbaijan
 
4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandı4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandıSamir Huseynov
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalarifarqanaliyeva
 
Protokol 2
Protokol 2Protokol 2
Protokol 2minaya1
 
Keyfiyyətli təhsil
Keyfiyyətli təhsilKeyfiyyətli təhsil
Keyfiyyətli təhsilAisha_Aliyeva
 

What's hot (20)

Şirkət profili
Şirkət profiliŞirkət profili
Şirkət profili
 
NHS Science Training Programme
NHS Science Training ProgrammeNHS Science Training Programme
NHS Science Training Programme
 
Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında
Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında
Axtarış Motorları - Əsas Axtarış Motorları Haqqında
 
Qiymət və qiymət strategiyaları
Qiymət və qiymət strategiyalarıQiymət və qiymət strategiyaları
Qiymət və qiymət strategiyaları
 
Ağayeva nilufer analiz3 serbest is
Ağayeva nilufer analiz3 serbest isAğayeva nilufer analiz3 serbest is
Ağayeva nilufer analiz3 serbest is
 
Ms Word mətn redaktoru(Ugurlar)
Ms Word mətn redaktoru(Ugurlar)Ms Word mətn redaktoru(Ugurlar)
Ms Word mətn redaktoru(Ugurlar)
 
PPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptx
PPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptxPPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptx
PPT PERTANDINGAN ALAT MUZIK BERKUMPULAN DAN BUSKERS GURU.pptx
 
İdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhov
İdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhovİdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhov
İdarəetmə uçotunda xərclərin təsnifatı by PhD Togrul Polukhov
 
Ahmet Haşim Edebiyat Ödevi
Ahmet Haşim Edebiyat ÖdeviAhmet Haşim Edebiyat Ödevi
Ahmet Haşim Edebiyat Ödevi
 
Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləri
 
Novruz bayramı
Novruz bayramıNovruz bayramı
Novruz bayramı
 
Obyektin fərqləndirici əlamətləri
Obyektin fərqləndirici əlamətləriObyektin fərqləndirici əlamətləri
Obyektin fərqləndirici əlamətləri
 
Դասի պլան
Դասի պլանԴասի պլան
Դասի պլան
 
Ehtimal
Ehtimal Ehtimal
Ehtimal
 
4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandı4 cü sinif islam dini necə yarandı
4 cü sinif islam dini necə yarandı
 
Muəllim
MuəllimMuəllim
Muəllim
 
Biznes Plan Tərtibatı
Biznes Plan TərtibatıBiznes Plan Tərtibatı
Biznes Plan Tərtibatı
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
 
Protokol 2
Protokol 2Protokol 2
Protokol 2
 
Keyfiyyətli təhsil
Keyfiyyətli təhsilKeyfiyyətli təhsil
Keyfiyyətli təhsil
 

Tedris vahidi 4

  • 1. TƏDRİS VAHİDİ — 4 GÖZƏLLĠK ALƏMĠNƏ SƏYAHƏT MəĢğələ 21 /mövzu: TƏBĠƏTĠ QORUYAQ– 1 saat Məşğələ növü Dekorativ-tətbiqi fəaliyyət (konstruksiya) Alt standart: 1.1.1; 2.1.2; 2.2.3. Dərsin məqsədi: • Tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu sadalayır; • Dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə fərqləndirir; • Sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqurlardan və təbiət formalarından dekorativ kompozisiyalar tərtib edir. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Qrup işi İstifadə olunan üsullar Beyin həmləsi, müzakirə, qalereya gəzintisi, esse Fənlərarası inteqrasiya Tex. 1.3.2; H-b.1.4.1, 1.4.2. Təchizat Müxtəlif tullantılar –rəngli kağız, karton, kağız və ya plastik qutular, flomasterlər və yapışqan, qayçı DƏRSĠN GEDĠġĠ Gözəl təbiətin qoynunda zibillik – atılmış butulkalar, süd və konserv qutuları, paketlər və s. olan rəsm yazı lövhəsindən asılır. Müəllim: – Bu şəkillərdə nə təsvir olunub? (fərziyyələr) – Əgər belə davam edərsə, nə olar? (fərziyyələr) – Bu mənzərəni kim yaradıb? (insanlar) – Təbiəti nə üçün qorumaq lazımdır? – Bunun üçün nə etmək olar? (fərziyyələr) Müəllim: ―Təbiəti qorumaq yollarından biri də tullantıları lazımlı əşyalara çevirmək, onlarla ətrafı çirkləndirməməkdir‖. Tədqiqat sualı: Tullantıları lazımlı əĢyalara necə çevirmək olar? Fərziyyələr deyilir və müəllim onları yazı lövhəsində yazır. Konserv qutusu və müxtəlif qutular, butulka, kağız qırıntılarının şəkilləri vasitəsilə şagirdlər 4 qrupa ayrılır. Hər tullantı şəklinə görə qrup yaranır. Şagirdlər dərslikdə olan mövzu ilə tanış olurlar. 1-ci qrupa şampun qabından, 2-ci qrupa konserv qutusundan, 3-cü qrupa ayaqqabı qutusundan, 4- cü qrupa isə karandaş yonqarlarından lazımlı əşyalar düzəltmək tapşırılır. Dərslikdən istifadə etməklə şagirdlər qruplarda tapşırıqlarını yerinə yetirirlər. Müəllım onlara yaxınlaşıb, lazımi istiqamətlər verir. O, dərsin sonunda şagirdləri özlərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır. XQEOŞ-lər isə qruplara kömək edirlər. Qruplar öz konstruksiyalarından sərgi təşkil edir və ―Qalereya gəzintisi‖ vasitəsilə bir-birinin düzəltdiklərini qiymətləndirirlər. – Konstruksiya nədir? – Kompozisiya dedikdə nə başa düşürsən? – Tullantılardan daha nə hazırlaya bilərsən? ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI MOTİVASİYA
  • 2. Müəllim ―Təbiəti qoruyaq‖ adlı esse yazdırır və mətnlər yazı lövhəsindən asılır. Şagirdlər istədikləri esse ilə tanış ola bilirlər. Qeyd: Esseni hər zaman oxutdurmaq vacib deyil. Onları toplayıb yazı lövhəsində bərkitmək olar və şagirdlər fasilələrdə oxuya bilərlər. Dərəcələr üzrə qiymətləndirmə aparılır. № Meyarlar Əla YaxĢı Orta Zəif 1 Materialı necə seçmişik? + + – – 2 Kompozisiya həllini nə dərəcədə tapmışıq? + + + – 3 İşi nə dərəcədə səliqəli yerinə yetirmişik? + + + + 4 Konstruksiya üçün material seçimində kontrastlığı nə dərəcədə nəzərə almışıq? + – – – Jurnal, qəzet tullantılarından maraqlı kompozisiya düzəltmək. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu sadalaya bilmir. Tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu çətinliklə sadalayır. Tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu qismən sadalayır. Tullantılardan düzəldilən konstruksiyanın cəmiyyətdə rolunu ətraflı sadalayır. Dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə fərqləndirməyi bacarmır. Dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə müəllimin köməkliyi ilə fərqləndirir. Dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə kiçik qeyri dəqiqliyə yol verməklə fərqləndirir. Dekorativ sənətin əsas növlərini istifadə olunan materiallara görə dəqiq fərqləndirir. Sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqurlardan və təbiət formalarından dekorativ kompozisiyalar tərtib edə bilmir. Sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqurlardan və təbiət formalarından dekorativ kompozisiyaları çətinliklə tərtib edir. Sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqurlardan və təbiət formalarından dekorativ kompozisiyalar əsasən tərtib edir. Sadə materiallardan (rəngli kağızlar, karton, parça və s.), həndəsi fiqurlardan və təbiət formalarından dekorativ kompozisiyaları düzgün tərtib edir. MəĢğələ 22 /mövzu: NAĞILLARDA XEYĠRXAHLIQ VƏ QƏDDARLIQ– 1 saat Məşğələ növü Mövzu üzrə rəsm Alt standart: 2.1.1; 2.2.2. Dərsin məqsədi: • Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini ifadə edir; • Təsviri incəsənət növləri üzrə mövcud olan YARADICI TƏTBİQETMƏ QİYMƏTLƏNDİRMƏ
  • 3. süjetli rəsm janrını sadalayır; • Sadə və rəngli karandaşlarla, flomasterlə və pastel təbaşirlərlə nağıllara illüstrasiya çəkir. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Qrup işi İstifadə olunan üsullar Müzakirə, t-sxem Fənlərarası inteqrasiya H-b.1.3.2, 2.3.2; A-d.1.2.1. Təchizat A4 format, rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər DƏRSĠN GEDĠġĠ Müəllim Təpəgözün rəsmini göstərir. – Bu kimin rəsmidir? (Təpəgözün) – O, kimdir? Onun haqqında nə bilirsiniz? (Nağıl qəhrəmanı) Sonra kiçik qadın ayaqqabısı, odun şələsi, fındıq qabığı, un və ya xəmir şəkillərini göstərir. – Göstərilən rəsmlərdəki əşyalar hansı nağıl qəhrəmanına aiddir? (fərziyyələr) – Bu nağıllarda hansı qəhrəman xeyirxah, hansı qəddar obrazı ilə yadda qalıb? (fərziyyələr) Müəllim şagirdləri nağıl personajlarına görə (Göyçək Fatma, Cırtdan, Tıq-Tıq xanım, Qoğal, Təpəgöz) qruplara ayıraraq, hər qrupa öz qəhrəmanı haqqında məlumat verməyi tapşırır. Hər qrup nümayəndələri öz aralarında müzakirə etdikləri qəhrəmanın ―+‖ və ―–― cəhətlərini t-sxem vasitəsilə tərtib edərək cavablandırırlar. ―+‖ cəhətlər ―–‖ cəhətlər – – – – – – Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Tədqiqat sualı: Ġllüstrasiya çəkən zaman nəyi nəzərə almaq lazımdır? Fərziyyələr dinlənilir. Qruplar öncə illüstrasiya çəkəcəkləri nağılı müəyyənləşdirirlər. Sonra bu nağıldan bir süjet se- çirlər. Kompozisiya qaydalarına əməl etməklə təsvir edirlər. Nəzərə alırlar ki, rəsmdə boşluq olmasın və personajlar arasında əlaqə yaransın. Müəllim də onlara müəyyən istiqamətlər verir və iş zamanı bütün uşaqların iştirakının vacibliyini xüsusi vurğulayır. Sadə karandaşla rəsmi qurduqdan sonra təsviri rəngləyirlər. Müəllim dərsin sonunda şagirdlərin özünü dərəcələr üzrə qiymətləndirəcəyini xatırladır və meyarları yazı lövhəsindən asır. XQEOŞ-lər isə yalnız nağıl qəhrəmanını təsvir edirlər. Qruplar rəsmlərini təqdim edirlər. Bu zaman digər qruplar iş haqqında fikirlərini bildirirlər. – İllüstrasiya nədir və onu necə çəkmək olar? – Dərslikdəki illüstrasiyalar haqqında nə deyə bilərsiniz? – İllüstrasiya ilə süjetli rəsmin fərqli və oxşar cəhətləri nədir? Dərəcələr üzrə qiymətləndirmə aparılır. № Meyarlar    B 1 İllüstrasiyanın hansı nağıl haqqında olmasını nə dərəcədə göstərmişik? + + – – 2 Obyektlər arasında əlaqələri nə dərəcədə təsvir edə bilmişik? + + + – 3 Varlıqların ölçülərindəki fərqini necə göstərmişik? + + + + QİYMƏTLƏNDİRMƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜBADİLƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI MOTİVASİYA
  • 4. 4 İstifadə etdiyimiz rənglər ətrafdakı varlıqlara uyğundurmu? + – – – 5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirdikmi? + + + + 6 İş zamanı bütün qrup fəal iştirak etdimi? + + – – Hər hansı nağıl qəhrəmanını plastilindən yapmaq. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini ifadə edə bilmir. Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini müəllimin köməkliyi ilə ifadə edir. Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini qismən ifadə edir. Azərbaycan şifahi xalq folkloruna maraq və məhəbbətini dolğun ifadə edir. Təsviri incəsənət növləri üzrə mövcud olan süjetli rəsm janrını sadalamağı bacarmır. Təsviri incəsənət növləri üzrə mövcud olan süjetli rəsm janrını çətinliklə sadalayır. Təsviri incəsənət növləri üzrə mövcud olan süjetli rəsm janrını əsasən sadalayır. Təsviri incəsənət növləri üzrə mövcud olan süjetli rəsm janrını dəqiq sadalayır. Sadə və rəngli karandaşlarla, flomasterlə və pastel təbaşirlərlə nağıllara illüstrasiya çəkə bilmir. Sadə və rəngli karandaşlarla, flomasterlə və pastel təbaşirlərlə nağıllara müəllimin köməkliyi ilə illüstrasiya çəkir. Sadə və rəngli karandaşlarla, flomasterlə və pastel təbaşirlərlə nağıllara kiçik qeyri dəqiqliyə yol verməklə illüstrasiya çəkir. Sadə və rəngli karandaşlarla, flomasterlə və pastel təbaşirlərlə nağıllara düzgün illüstrasiya çəkir. MəĢğələ 23 /mövzu: NƏQLĠYYAT VASĠTƏLƏRĠNĠ ÇƏKĠRĠK– 1 saat Məşğələ növü Təsəvvürə əsasən naturadan rəsm Alt standart: 2.2.2. Dərsin məqsədi: • Müşahidə etdiyi haqqında danışır; • Sadə və rəngli karandaşlar, flomasterlər ilə nəqliyyat vasitələrinin rəsmini çəkir. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Qrup işi İstifadə olunan üsullar Müzakirə Fənlərarası inteqrasiya H-b. 1.3.2, 2.3.2; A-d.1.2.1. Təchizat Albom, flomasterlər, sadə və rəngli karandaşlar DƏRSĠN GEDĠġĠ Müxtəlif maşın şəkilləri yazı taxtasından asılır. Müəllim soruşur: – Bunlar nədir? (maşınlar) – Maşınlar nə üçün lazımdır? (Bizi bir yerdən digər yerə aparmaq üçün) – Şəkillərdə gördüyünüz maşınlar – nəqliyyat vasitələri necə adlanır? (fərziyyələr) MOTİVASİYA YARADICI TƏTBİQETMƏ
  • 5. – Daha hansı nəqliyyat vasitələrini tanıyırsınız? (fərziyyələr) Tədqiqat sualı: Nəqliyyat vasitələrinin rəsmini təsəvvürə əsasən necə çəkmək olar? Fərziyyələr deyilir. Bəzi şagirdlər yazı lövhəsində onları çəkirlər. Vərəqlərdə yazılmış avtobus, maşın, helikopter, gəmi sözlərinə əsasən şagirdlər 4 qrupa ayrılırlar. 1-ci qrup avtobus, 2-ci qrup maşın, 3-cü qrup helikopter, 4-cü qrup gəmi təsvirini yaddaşa əsaslanaraq çəkir. Bunun üçün şagirdlər dərslikdə verilən mətnlə tanış olurlar. Orada göstərilən ardıcıllığa əməl etməklə, nəqliyyat vasitələrini təsvir edirlər. Müəllim dərsin sonunda şagirdlərin özlərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır. XQEOŞ-lər isə avtobus çəkən qrupda əyləşə bilər. ƏLAVƏ MATERĠAL: Müəllim uşaqlara deyir: – Uşaqlar, hamınız maşına minmisiniz və oyuncaqlarınızın arasında rəssam-konstruktorların sizin üçün yaratdıqları nəqliyyatın müxtəlif növləri də var: avtobus, tramvay, yük maşını, qatar, təyyarə, helikopter... Evinizdə nə qədər oyuncaq maşın növləri var! Onlardan da çoxuna şəhərimizin küçələrində rast gəlmək olar! Sizin fikrinizcə, müasir avtomobillərin formaları nə üçün axıcıdır? Müxtəlif növ maşınların yaradılmasında dizaynerin təbiəti müşahidə etməyinin nə kimi rolu var? Konstruktorlar təbiətin dərin sirlərinə nə dərəcədə yiyələnə bilərlər? Onların fantaziyasının hüdudu yoxdur, saysız- hesabsızdır! Məsələn, konstruktorlar kenquru-avtomobil icad etmək fikrindədirlər. Belə avtomo- billərə yaxşı yollar lazım deyil, onlar hər yerdən keçəcək, bütün maneələri aşacaq. Diqqətəlayiq faktdır ki, indi dizaynerlər pinqvinlərə də çox diqqət yetirirlər. Axı pinqvin ağır tərpənməyinə bax- mayaraq, təhlükə vaxtı çox cəld və çevik ola bilir – qar üzərində uzanıb, ayaq və qanadları ilə çox sürətlə sürüşür. Qruplar işlərini nümayiş etdirirlər. Digər qruplar fikirlərini bildirirlər. Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur: – Nəqliyyat vasitələrini təsəvvürə əsasən çəkmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız? – 1-ci mərhələdə nə etdiniz? 2-ci mərhələdə nə etdiniz? 3-cü mərhələdə nə etdiniz? – Nəqliyyat vasitələri arasında hansı fərqlər var? 1, 2-ci qruplar avtobusla maşının, 3, 4-cü qruplar isə helikopter ilə gəminin fərqini, onlar haqqında bildikləri məlumatları söyləyirlər. Dərəcələr üzrə qiymətləndirmə aparılır. Nəqliyyat vasitələrindən istifadə etməklə süjetli rəsm çək. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Müşahidə etdiyi haqqında danışa bilmir. Müşahidə etdiyi haqqında çətinliklə danışır. Müşahidə etdiyi haqqında qismən danışır. Müşahidə etdiyi haqqında ətraflı danışır. Sadə və rəngli karandaşlar, flomasterlər ilə nəqliyyat vasitələrinin Sadə və rəngli karandaşlar, flomasterlər ilə nəqliyyat vasitələrinin Sadə və rəngli karandaşlar, flomasterlər ilə nəqliyyat vasitələrinin Sadə və rəngli karandaşlar, flomasterlər ilə nəqliyyat vasitələrinin YARADICI TƏTBİQETMƏ QİYMƏTLƏNDİRMƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI
  • 6. rəsmini çəkə bilmir. rəsmini müəllimin köməkliyi ilə çəkir. rəsmini kiçik qeyri dəqiqliyə yol verməklə çəkir. rəsmini düzgün çəkir. MəĢğələ 24 /mövzu: GÜLLƏRĠN MÖCÜZƏSĠ– 1 saat Məşğələ növü Dekorativ-tətbiqi fəaliyyət (aplikasiya) Alt standart: 1.1.2; 2.2.3. Dərsin məqsədi: • Güllərin cəmiyyətdə əsas roluna aid məlumat verir; • Sadə materiallardan və təbiət formalarından dekorativ kompozisiya – gülün aplikasiyasını tərtib edir. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Fərdi iş İstifadə olunan üsullar Müzakirə, qalereya gəzintisi, esse Fənlərarası inteqrasiya İnf.1.1.3; Tex. 1.2.3. Təchizat Rəngli kağızlar, qayçı, yapışqan, karton DƏRSĠN GEDĠġĠ Müxtəlif gül dəstələrindən ibarət kompozisiyaların rəsmləri asılır. – Gördüyünüz rəsmlərdə nələr təsvir olunub? (güllər) – Onlara ən çox haralarda rast gəlinir? (fərziyyələr) – Güllərdən necə istifadə etmək olar? (fərziyyələr) – Bu gun rəngli kağızlardan gullər düzəldəcəksiniz. Tədqiqat sualı: Rəngli kağızlardan güllər düzəltmək üçün nə etməliyik? Fərziyyələr söylənilir. Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Burada güllərdən aplikasiya düzəltməyin qaydası mərhələlərlə verilmişdir.Şagirdlər güllərdən aplikasiya düzəltmək üçün birinci mərhələdə rəngbərəng dairə kəsir, simmetriya oxundan qatlayır. İkinci mərhələdə qatlanmış yarımdairələri dörd bərabər hissəyə bölürlər. Üçüncü mərhələdə onu kiçik dairəyə kimi xətlər boyunca kəsirlər.Dördüncü mərhələdə kəsilmiş hissələri buraraq sıxırlar.Sonra bundan daha iki nümunə hazırlayırlar.Beşinci mərhələdə gülün hazırlanmış hər nümunəsini iç-içə yerləşdirərək bərkidirlər.Altıncı mərhələdə yarpaqlarını da göstərilən ardıcıllıqla kəsərək onları uyğun bildikləri rəngli vərəqə yapışdıraraq açıqca düzəldirlər. Müəllim dərsin sonunda şagirdlərin özlərini dərəcələr üzrə qiymətləndirəcəklərini xatırladır və meyarları yazı lövhəsindən asır. XQEOŞ-lər adi çobanyastığı gülünü düzəldə bilərlər. Bütün düzəldilən açıqcalar sərgi şəklində yazı lövhəsinin qarşısına düzülür. Qalereya gəzintisi üsulundan istifadə etməklə şagirdlər yoldaşlarının işləri ilə tanış olurlar. Müəllim diqqəti tədqiqat sualına yönəldir və soruşur: – Güllərdən aplikasiya düzəltmək üçün onun hansı xüsusiyyətlərini nəzərə aldınız? – 1-ci mərhələdə nə etdiniz? – 2-ci mərhələdə nə etdiniz? – 3-cü mərhələdə nə etdiniz? – 4-cü mərhələdə nə etdiniz? MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI MOTİVASİYA
  • 7. – 5 və 6-cı mərhələlərdə nə etdiniz? Müəllim: – Güllər haqqında 5 dəqiqəlik esse yazın. Şagirdlərin bəziləri esselərini oxuyur, digərlərinin yazıları isə toplum halında qiymətləndirmə üçün qovluqlara yığılır. Müəllim: – Hər kəs hazırladığı aplikasiyaları anasına hədiyyə verə bilər. Sizin düzəltdiyiniz gül dəstəsi ananızın çox xoşuna gələcək, onun üçün əsl hədiyyə olacaq – axı onu siz öz əllərinizlə düzəltmisiniz. Dərəcələr üzrə qiymətləndirmə aparılır. № Meyarlar Əla YaxĢı Orta Zəif 1 Güllərin təsvirini nə dərəcədə vermişəm? + + – – 2 Hissələri arasında ölçü fərqlərini necə göstərmişəm? + + + + 3 Rənglərdən nə dərəcədə istifadə etmişəm? + + + – 4 Aplikasiyanı nə dərəcədə səliqəli kəsmişəm? + – – – 5 Təsviri tapşırılan vaxt ərzində yerinə yetirmişəmmi? + + + – Müxtəlif güllərin rəsmini təsəvvürə əsasən çəkmək. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Güllərin cəmiyyətdə əsas roluna aid məlumat verə bilmir. Güllərin cəmiyyətdə əsas roluna aid çətinliklə məlumat verir. Güllərin cəmiyyətdə əsas roluna aid qismən məlumat verir. Güllərin cəmiyyətdə əsas roluna aid ətraflı məlumat verir. Sadə materiallardan və təbiət formalarından dekorativ kompozisiya – gülün aplikasiyasını tərtib edə bilmir. Sadə materiallardan və təbiət formalarından dekorativ kompozisiya – gülün aplikasiyasını müəllimin köməyi ilə tərtib edir. Sadə materiallardan və təbiət formalarından dekorativ kompozisiya – gülün aplikasiyasını kiçik qeyri dəqiqliyə yol verməklə tərtib edir. Sadə materiallardan və təbiət formalarından dekorativ kompozisiya – gülün aplikasiyasını düzgün tərtib edir. MəĢğələ 25 /mövzu: BƏZƏK ƏġYALARI– 1 saat Məşğələ növü Yapma, dekorativ-tətbiqi sənət Alt standart: 1.1.3.,2.1.2., 3.1.1. Dərsin məqsədi: •Bəzək əşyalarının əsas rolunu fərqləndirir; •Dekorativ sənətin əsas növlərindən olan zərgərliyi istifadə olunan materiallara görə fərqləndirir; YARADICI TƏTBİQETMƏ QİYMƏTLƏNDİRMƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
  • 8. •Verilmiş dekorativ sənət nümunələrinə münasibət bildirir. Dərsin tipi Deduktiv İstifadə olunan iş formaları Qrup işi İstifadə olunan üsullar Müzakirə, qalereya gəzintisi Fənlərarası inteqrasiya A-d.: 1.2.1., Mus.: 2.1.1. Təchizat Flomasterlər, plastilin, məftil DƏRSĠN GEDĠġĠ Müəllim şagirdləri muncuq, üzük, sırğa və boyunbağı şəkilləri ilə 4 qrupa ayırır. Qrupların qarşısına həmin bəzək əşyasının A4 formatda şəklini qoyur. Sonra həmin şəkilləri onlardan alıb yazı lövhəsinə bərkidir və soruşur: - Bunlar nədir? (muncuq, üzük, sırğa və boyunbağı şəkilləri) - Birlikdə onları necə adlandırmaq olar? (bəzək əşyaları) - Bəzək əşyalarının rolu nədən ibarətdir? (fərziyyələr) Tədqiqat sualı: Bəzək əĢyalarından muncuğu düzəltmək üçün nə etməliyik? Fərziyyələr söylənilir. Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim qruplara müxtəlif muncuq düzümü çəkməyi və onları flomasterlərlə rəngləməyi tapşırır. Sonra onlar ən çox xoşlarına gələn muncuğu seçib plastilindən yapırlar. Muncuğun plastilindən düzəldilməsi ardıcıllığı dərslikdə verilib. XQEOŞ-lər də qrupların işinə cəlb oluna bilərlər. Müəllim nəzarət etməlidir ki, onlara daha bəsit tapşırıqlar verilsin. Müəllim dərsin sonunda qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə ediləcəyini xatırladır və meyarları yazı lövhəsindən asır. Qruplar düzəltdiklərini nümayiş etdirirlər və onları yazı lövhəsinin qarşısından düzürlər. Qalereya gəzintisi üsulu vasitəsilə digər qruplar işlərə öz münasibətini bildirirlər. – Bəzək əşyalarının gözəlliyi nədədir? – 1-ci mərhələdə nə etdiniz? – 2-ci mərhələdə nə etdiniz? – 3-cü mərhələdə nə etdiniz? – 4-cü mərhələdə nə etdiniz? - Dekorativ –tətbiqi sənət nədir? - Zərgər kimdir? - Sizin fikrinizcə rəssamlar bəzək əşyalarını nə üçün düşünüblər? Qiymətləndirmə zamanı qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə edilir. Göstərilən cədvələ uyğun qruplar müəllimlə birlikdə bir-birinə qiymət verir. QRUP MEYARLAR Dinləmə Əməkdaşlıq Tapşırıq tam və uyğun yerinə yetirilib Əlavələr Vaxtında yerinə yetirilib Nəticə I II III IV Plastilindən üzük yapırlar. YARADICI TƏTBİQETMƏ QİYMƏTLƏNDİRMƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI MOTİVASİYA
  • 9. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Bəzək əşyalarının əsas rolunu fərqləndirə bilmir. Bəzək əşyalarının əsas rolunu çətinliklə fərqləndirir. Bəzək əşyalarının əsas rolunu qismən fərqləndirir. Bəzək əşyalarının əsas rolunu düzgün fərqləndirir. Dekorativ sənətin əsas növlərindən olan zərgərliyi istifadə olunan materiallara görə fərqləndirməyi bacarmır. Dekorativ sənətin əsas növlərindən olan zərgərliyi istifadə olunan materiallara görə müəllimin köməkliyi ilə fərqləndirir. Dekorativ sənətin əsas növlərindən olan zərgərliyi istifadə olunan materiallara görə kiçik qeyri dəqiqliyə yol verməklə fərqləndirir. Dekorativ sənətin əsas növlərindən olan zərgərliyi istifadə olunan materiallara görə düzgün fərqləndirir. Verilmiş dekorativ sənət nümunələrinə münasibət bildirə bilmir. Verilmiş dekorativ sənət nümunələrinə zəif münasibət bildirir. Verilmiş dekorativ sənət nümunələrinə dolğun münasibət bildirir. Verilmiş dekorativ sənət nümunələrinə dəqiq münasibət bildirir. MəĢğələ 26 /mövzu: DÜNYA ġÖHRƏTLĠ AZƏRBAYCAN ĠNCĠLƏRĠ– 1 saat Məşğələ növü Dekorativ-tətbiqi fəaliyyət Alt standart: 1.1.2; 2.2.4. Dərsin məqsədi: • Xalçaların əsas roluna aid məlumatlar verir; •Ənənəvi Azərbaycan naxışlarından sadə dekorativ kompozisiyalar quraşdırır. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Qrup işi İstifadə olunan üsullar Açar sözlər, müzakirə, şaxələndirmə Fənlərarası inteqrasiya İnf.1.1.3; Tex.1.3.3; Riy. 3.2.1. Təchizat Albom, flomasterlər, rəngli karandaşlar, müx- təlif xalça şəkilləri DƏRSĠN GEDĠġĠ Müəllim yazı taxtasında açar sözlər yazır: nəfis naxışlarla bəzənib, dünyada məşhurdur, döşəməni bəzəyir, evə istilik verir, iplərdən toxunur. Sonra soruşur: – Bu sözlər sizə nəyi xatırladır? (xalçaları) – Bu gün xalçaları bəzəyən naxışlar çəkməyi öyrənəcəksiniz. Tədqiqat sualı: Milli xalçalarımızın fərqli xüsusiyyətləri hansılardır? Müəllim mərkəzi sözü – ―Milli xalçalarımız‖ sözünü yazı taxtasında yazaraq, orada şagirdlərin dediklərinə əsasən şaxələndirmə aparır. Şagirdlər dərslikdə olan materiallarla tanış olurlar. Müəllim şagirdləri dərslikdə göstərilən müxtəlif buta şəkillərinə görə 5 qrupa ayırır. Hər qrup butadan istifadə etməklə fikirləşib milli naxışı çəkir.Sonra onu rəngli karandaşlarla və flomasterlərlə rəngləyirlər. XQEOŞ-lər isə istədikləri naxışı çəkə bilərlər. TƏDQİQATIN APARILMASI MOTİVASİYA
  • 10. Müəllim qruplara yaxınlaşaraq onları istiqamətləndirir. O, dərsin sonunda qrupun özünüqiymət- ləndirməsindən istifadə ediləcəyini xatırladır və meyarları yazı lövhəsindən asır. Qruplar işlərini nümayiş etdirirlər. Digər qruplar fikirlərini bildirirlər. – Azərbaycan xalçaları nə üçün dünyada məşhurdur? – Azərbaycan xalçalarını bəzəyən hansı elementləri tanıyırsınız? – Milli naxışları çəkən zaman hansı təsvir qaydalarını nəzərə aldınız? Şagirdlər yazı taxtasında tərtib edilən şaxələndirməyə xalça haqqında öyrəndiklərini əlavə edirlər. Qiymətləndirmə zamanı qrupun özünüqiymətləndirməsindən istifadə edilir. Göstərilən cədvələ uyğun qruplar özlərinə qiymət verirlər. QRUP MEYARLAR Dinləmə Əməkdaşlıq Tapşırıq tam və uyğun yerinə yetirilib Əlavələr Tərtibat Vaxtında yerinə yetirilib I II III IV Xalçalar haqqında əlavə məlumat toplamaq. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Xalçaların əsas roluna aid məlu- matlar verə bilmir. Xalçaların əsas roluna aid çətinliklə məlumatlar verir. Xalçaların əsas roluna aid qismən məlumatlar verir. Xalçaların əsas roluna aid dolğun məlumatlar verir. Ənənəvi Azərbaycan naxışlarından sadə dekorativ kompozisiyalar quraşdıra bilmir. Ənənəvi Azərbaycan naxışlarından müəllimin köməkliyi ilə sadə dekorativ kompozisiyalar quraşdırır. Ənənəvi Azərbaycan naxışlarından sadə dekorativ kompozisiyaların çox hissəsini quraşdırır. Ənənəvi Azərbaycan naxışlarından düzgün sadə dekorativ kompozisiyalar quraşdırır. MəĢğələ 27 /mövzu: AZƏRBAYCAN SƏNƏTKARLARI– 1 saat Məşğələ növü Təsviri incəsənət əsərləri ilə tanışlıq Alt standart: 1.2.1, 1.2.2; 1.2.3. Dərsin məqsədi: • Azərbaycanın təsviri incəsənət YARADICI TƏTBİQETMƏ QİYMƏTLƏNDİRMƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ
  • 11. nümayəndələrini sadalayır; • Görkəmli təsviri incəsənət nümayəndələrindən Q.Xalıqovu və C.Qaryağdını yaradıcılıq sahələrinə görə fərqləndirir; • Onların məşhur əsərlərini sadalayır. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Cütlərlə iş İstifadə olunan üsullar Beyin həmləsi, İQS (İNSERT), konseptual cədvəl Fənlərarası inteqrasiya A-d.1.2.1. Təchizat A4 formatlı kağız, rəngli karandaşlar DƏRSĠN GEDĠġĠ Müəllim müxtəlif rəngkarlıq əsərləri, karikaturalar, heykəl təsvirləri olan şəkilləri yazı lövhəsindən asır və deyir: – Bunlar nədir? (əsərlər, heykəllər) – Onları kimlər yaradıb? (rəssamlar, heykəltəraşlar) – Azərbaycan rəssamlarından kimləri tanıyırsınız? (fərziyyələr) – Heykəltəraşlarımızdan kimləri tanıyırsınız? (fərziyyələr) – Bu gün dərsimiz Azərbaycanın xalq rəssamı Qəzənfər Xalıqov və görkəmli heykəltəraşımız Cəlal Qaryağdı haqqındadır. Tədqiqat sualı: Qəzənfər Xalıqov və Cəlal Qaryağdı haqqında nə deyə bilərsiniz? Fərziyyələr yazı taxtasına yazılır. Şagirdlər 1, 2 saymaqla cütlərə ayrılır. Müəllim dərslikdəki mətnin əvvəlcədən cıxarılmış surə- tini paylayır. Sonra yazı lövhəsindən xüsusi işarələr (―‖– bilirəm, ―+‖ – yeni informasiyadır) asaraq deyir: – Mətni oxuyun və diqqətli olun. Bildiyiniz informasiyanın qarşısında ―‖,bilmədiyinizin qarşısında isə―+‖ işarəsini qoyun. Şagirdlər oxuyub qurtardıqdan sonra müəllim deyir: – İndi işarələmə cədvəli tutun. Bunun üçün əvvəlcə bildiklərinizi və sonra yeni informasiyaları cədvəldə sistemləşdirin. ―‖ – bilirəm ―+‖ – yeni informasiyadır 1. 2. 3. 4. 1. 2. 3. 4. – 1-lər 2-lərlə yazdıqlarını bölüşsünlər. XQEOŞ-lər sənətkarlar haqqında məlumatı üzündən oxuya bilər. Müəllim deyir: – İstənilən cütlük işarələmə cədvəli ilə bizi də tanış edə bilər. Bəzi cütlər yazdıqlarını oxuyurlar. Bu zaman şagirdləri sənətkaların əsərləri ilə də tanış etmək olar. – İllüstrasiyaçı rəssamlardan kimi tanıyırsınız? – Karikaturaçı rəssam kimdir? – Heykəllə rəsmin fərqi nədir? Şagirdlər müəllimin tərtib etdiyi konseptual cədvəli doldururlar. Buna əsasən qiymətləndirilirlər. Qeyd: Burada təkrar məqsədilə digər rəssamlar da verilir. Müəllim lazım bilsə, yalnız Qəzənfər ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI MOTİVASİYA
  • 12. Xalıqov və Cəlal Qaryağdını verə bilər. Rəssamın adı YaĢadığı dövr Əsərləri Əsərləri təsviri incəsənətin, əsasən, hansı növünə aiddir? Qəzənfər Xalıqov Cəlal Qaryağdı Əzim Əzimzadə Bəhruz Kəngərli Qəzənfər Xalıqov və Cəlal Qaryağdı haqqında əlavə məlumat toplamaq. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Azərbaycanın təsviri incəsənət nümayəndələrini sadalaya bilmir. Azərbaycanın təsviri incəsənət nümayəndələrini çətinliklə sadalayır. Azərbaycanın təsviri incəsənət nümayəndələrini qismən sadalayır. Azərbaycanın təsviri incəsənət nümayəndələrini düzgün sadalayır. Q.Xalıqovu və C.Qaryağdını yaradıcılıq sahələrinə görə fərqləndirə bilmir. Q.Xalıqovu və C.Qaryağdını müəllimin köməyi ilə yaradıcılıq sahələrinə görə fərqləndirir. Q.Xalıqovu və C.Qaryağdını yaradıcılıq sahələrinə görə əsasən fərqləndirir. Q.Xalıqovu və C.Qaryağdını yaradıcılıq sahələrinə görə düzgün fərqləndirir. Onların məşhur əsərlərini sadalaya bilmir. Onların məşhur əsərlərinin az hissəsini sadalayır. Onların məşhur əsərlərinin çox hissəsini sadalayır. Onların məşhur əsərlərini dəqiq sadalayır. MəĢğələ 28 /mövzu: DÜNYANIN MƏġHUR MUZEYLƏRĠ– 1 saat Məşğələ növü Təsviri incəsənət əsərləri ilə tanışlıq Alt standart: 1.1.1; 3.1.1. Dərsin məqsədi: • Təsviri incəsənətin cəmiyyətdə rolunu sa- dalayır; • Verilmiş təsviri və dekorativ sənət nümu- nələrinə münasibət bildirir; • Dünyanın məşhur muzeyləri haqqında öy- rəndiklərini şərh edir. Dərsin tipi İnduktiv İstifadə olunan iş formaları Qrup işi İstifadə olunan üsullar Beyin həmləsi, ziqzaq Fənlərarası inteqrasiya A-d.1.2.1; Mus.2.1.1. Təchizat Vatman vərəqi DƏRSĠN GEDĠġĠ Müəllim müxtəlif muzey şəkillərini yazı lövhəsindən asaraq soruşur: – Şəkillərdə nəyin təsvirini görürsünüz? (fərziyyələr) – Bunlar muzeylərin təsviridir. Muzey deyəndə nə başa düşürsünüz? (Fərziyyələr – Xalq üçün dəyərli olan təsviri incəsənət əsərlərinin saxlandığı yer.) Tədqiqat sualı: Ġncəsənət əsərlərinin muzeylərdə saxlanılmasının səbəbi nədədir? MOTİVASİYA YARADICI TƏTBİQETMƏ
  • 13. Müəllim şagirdlərin dedikləri bütün fikirləri yazı lövhəsinə yazır. Şagirdlər Topqapı sarayı, Luvr, Ermitaj və Azərbaycan İncəsənət muzeylərinin şəkilləri ilə 4 ―doğma‖ qrupa ayrılırlar. Hər ―doğma‖ qrupun üzvləri 1-dən 3-ə kimi sayırlar. Eyni rəqəmi sayan şagirdlər ―ekspert‖ qruplarında əyləşirlər. 1-ci ―ekspert‖ qrupu dərslikdən Luvr muzeyi,2-ci ―ekspert‖ qrupu Topqapı sarayı muzeyi və 3-cü ―ekspert‖ qrupu isə Ermitaj muzeyi haqqında məlumatlanırlar. ―Ekspert‖ qruplarının hər biri öz muzeyi haqqında məlumatı dəqiqləşdirdikdən sonra ―doğma‖ qruplarına qayıdırlar. ―Doğma‖ qruplarda hər ekspertdən 1 və ya 2 nümayəndə olur. Onlar öz muzeyləri və orada saxlanılan nümunələr haqqında yoldaşlarına da məlumat verirlər. Nəticədə hər ―doğma‖ qrup bütün muzeylər və oradakı nümunələr haqqında məlumat toplayır. Sonra mövzu haqqında təqdimat hazırlanır və vərəqdə tərtib edilir. Müəllim şagirdlərə dərsin sonunda qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə ediləcəyini xatırladır və meyarları yazı lövhəsindən asır. XQEOŞ-lər muzeylərdən birinin şəklini çəkir. Hər qrupdan bir nümayəndə öyrəndikləri haqqında təqdimat verir. Bu zaman digər şagirdlər də öz fikirlərini bildirirlər. Müəllim soruşur: – Muzeylər haqqında nə öyrəndiniz? – Azərbaycan sənətkarlarının əsərləri olan hansı muzeyləri tanıyırsız? – Muzeylərdə nə üçün yaradılır? Müəllim beyin həmləsi zamanı şagirdlərin muzeylər və nümunələr haqqında dedikləri fikirlərin üzərinə qayıdır. Onları bir-bir oxuyur, düz və səhv fikirlər müzakirə olunur. Qrup fəaliyyətinin qiymətləndirilməsindən istifadə edilir. QRUP MEYARLAR Dinləmə Əməkdaşlıq Tapşırıq tam və uyğun yerinə yetirilib Əlavələr Tərtibat Vaxtında yerinə yetirilib I II III IV Məşhur muzeylər haqqında əlavə məlumat toplamaq. I səviyyə II səviyyə III səviyyə IV səviyyə Təsviri incəsənətin cəmiyyətdə rolunu sadalaya bilmir. Təsviri incəsənətin cəmiyyətdə rolunu çətinliklə sadalayır. Təsviri incəsənətin cəmiyyətdə rolunu qismən sadalayır. Təsviri incəsənətin cəmiyyətdə rolunu ətraflı sadalayır. Verilmiş təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirməyi bacarmır. Verilmiş təsviri və dekorativ sənət nümunələrinə müəllimin köməyi ilə münasibət bildirir. Verilmiş təsviri və dekorativ sənət nümunələrinə kiçik qeyri dəqiqliyə yol verməklə münasibət bildirir. Verilmiş təsviri və dekorativ sənət nümunələrinə düzgün münasibət bildirir. YARADICI TƏTBİQETMƏ QİYMƏTLƏNDİRMƏ ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ MƏLUMAT MÜBADİLƏSİ TƏDQİQATIN APARILMASI
  • 14. Dünyanın məşhur muzeyləri haqqında öyrəndiklərini şərh edə bilmir. Dünyanın məşhur muzeyləri haqqında öyrəndiklərinin az hissəsini şərh edir. Dünyanın məşhur muzeyləri haqqında öyrəndiklərinin çox hissəsini şərh edir. Dünyanın məşhur muzeyləri haqqında öyrəndiklərini ətraflı şərh edir. TESTLƏR Tədris vahidi – 1 Rəssam kimdir? 1. Ədəbi əsərlər yaradan 2. Musiqi əsərləri yaradan 3. Təsviri incəsənət əsər- ləri yaradan Rəssam hansı alətlərlə iĢləyir? 1. Qələmlə 2. Boya ilə 3. Dəftərlə Rəssam nə edir? 1. Müşahidə və müqayisə edir, çəkir 2. Müşahidə və müqayisə edir, yazır 3. Müşahidə və müqayisə edir, danışır Akvarel və quaĢ nədir? 1. Dərman 2. Maye 3. Boya Akvarelin xüsusiyyətləri hansılardır? 1. Qatıdır, sudan az istifadə olunur 2. Yapışqandır, sudan istifadə olunmur 3. Şəffafdır, sudan çox istifadə olunur QuaĢın xüsusiyyətləri hansılardır? 1.  Qatıdır, sudan az istifadə olunur 2.  Yapışqandır, sudan istifadə olunmur 3. Şəffafdır, sudan çox istifadə olunur Əsas rənglər hansılar- dır? 1.  Sarı, göy, narıncı 2.  Sarı, qırmızı, göy 3.  Sarı, yaşıl, bənövşəyi QarıĢıq rənglər hansı- lardır? 1.  Narıncı, bənövşəyi, yaşıl 2.  Narıncı, sarı, qırmızı 3.  Narıncı, göy, mavi Narıncı rəngi necə al- maq olar? 1. Qırmızı+sarı 2. Göy +qırmızı 3. Sarı+göy BənövĢəyi rəngi necə almaq olar? 1. Qırmızı+sarı Mavi rəngi necə almaq olar? 1. Göy+ağ 2. Qara+göy 3. Qara +ağrəngdə 3. Payızda yarpaqlar olmur Boz rəngi necə almaq olar? 1. Göy+sarı 2. Ağ+göy 3. Qara +ağ Çəhrayı rəngi necə al- maq olar? 1. Ağ+sarı 2. Ağ+qara 3. Ağ+qırmızı Hansı rənglərə isti rəng- lər deyilir? 1. Yaşıl, mavi, sarı 2. Qırmızı, narıncı, sarı 3. Göy, bənövşəyi, yaşıl Hansı rənglərə soyuq rənglər deyilir? 1. Yaşıl, mavi, qəhvəyi 2. Qırmızı, narıncı, sarı 3. Göy, bənövşəyi, yaşıl Siluet nədir? 1. Birrəngli təsvirdir 2. Rəngli təsvirdir 3. Həcmli təsvirdir Kompozisiya nəyə de- yilir? 1. Rəsmin hissələrinin uy- ğunluğu, əlaqəsi 2. Yazıların səhvsiz yazıl- ması 3. Rəsmlərin səliqəli rənglənməsi Payız yarpaqları necə olur? 1. Qırmızı, sarı, narıncı rəngdə 2. Yaşıl, mavi, qara Kontrast rənglər hansı- lardır? 1.  Göy-bənövşəyi, mavi- boz, qırmızı-sarı 2. Sarı-qara, ağ-qırmızı, qara-boz 3.  Qırmızı-yaşıl, göy- sarı, bənövşəyi-narıncı Simmetriya nə demək- dir? 1. Hissələr üst-üstə düş- məlidir 2.  Hissələr ayrı olmalıdır Tədris vahidi – 2 Təsviri incəsənətin növ- ləri hansılardır? 1. Qrafika, boyakarlıq, heykəltəraşlıq, dekorativ sənət 2. Natürmort, boyakarlıq, portret, qrafika 3.  Süjetli əsərlər, portret, mənzərə, natürmort Təsviri incəsənətin janr- ları hansılardır? 1.  Qrafika,boyakarlıq, heykəltəraşlıq, dekortiv sənət 2.  Natürmort, boyakarlıq, portret, qrafika 3.  Süjetli əsərlər, portret, mənzərə, natürmort Naturadan rəsm nədir? 1. Ətrafa baxıb çəkmək 2.  Oxunanınəsasında çəkmək 3.  Təxəyyülə əsasən çəkmək Konstruksiya nədir? 1. Yığmaq, yaratmaq, dü- zəltmək 2. Çəkmək, cizgiləmək, rəngləmək 3. Fikirləşmək, tikmək, yapışdırmaq Mimika nədir? 1. Əl cizgilərinin ifadələri 2. Sifət cizgilərinin ifadə- ləri 3. Ayaq cizgilərinin ifa- dələri Hansı Azərbaycan rəs- samlarını tanıyırsan? 1. T.Quliyev, Q.Qarayev, F. Əmirov 2.  Ə.Əzimzadə, B. Kən- gərli, Q.Xalıqov 3.  N.Gəncəvi, S.Vurğun, M.Ə.Sabir Tədris vahidi – 3 HeykəltəraĢ kimdir? 1. Həcmli əsərlər yaradan 2. Mənzərə çəkən 3. Musiqi bəstələyən Hansı Azərbaycan hey- kəltəraĢlarını Oriqamidüzəldərkən nə- dən istifadə edilir? 1.  Boyalardan 2.  Kağızdan 3.  Plastilindən Karikatura nə deməkdir? 1.  Ağlamalı rəsm 2.  Məzəli rəsm 3.  Dəhşətli, vahiməli rəsm Tədris vahidi – 4 Aplikasiya nədir? 1. Kağızdan kəsilir, yapış- dırılır 2. Daşdan yonulur, hazır- lanır 3. Sulu boya ilə çəkilir, rənglənir. Natürmort nədir? 1. Cansız cisimlərdən ibarət rəsm 2. Təbiətin təsvirindən ibarət rəsm 3. Heyvanların təsvirindən ibarət rəsm Mənzərə nədir? 1. Təbiət təsviri 2. Məişət əşyalarının təsviri 3. İnsanların təsviri Ekskursiyaların əhəmiyyəti nədədir? 1. Təfəkkürü, yaradıcılığı, nitqi inkişaf etdirir 2. Yazı qabiliyyətini inkişaf etdirir 3. Musiqi qabiliyyətini inkişaf etdirir.
  • 15. 2. Göy +qırmızı 3. Sarı+göy YaĢıl rəngi necə almaq olar? 1. Qırmızı+sarı 2. Göy +qırmızı 3. Sarı+göy 3.  Hissələr fərqlənməlidir Varlıqlardan hansı simmetrik deyil? 1. Kəpənək, parabüzən 2. İlbiz, çaydan 3. İnsan, çanta tanıyırsan? 1. C.Qaryağdı, F.Əbdür- rəhmanov, Ö.Eldarov 2.  A.Şaiq,M.Gülgün, T. Elçin 3. Ü.Hacıbəyov, A.Rza- yeva, Ş.Axundova ƏLAVƏ  MATERĠALLAR BƏHRUZ KƏNGƏRLĠ Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şirəlibəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi işləmişdir. O, oğlunu ―Xeyriyyə‖ adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Balaca Bəhruz atasının evə gətirdiyi şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək, özünün bilik səviyyəsini artırmağa çalışırdı.Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz xəyallar aləminə qapılaraq, bütün vaxtını şəkil çəkməyə sərf edirdi.Atasının abunəçisi olduğu ―Molla Nəsrəddin‖ jurnalını vərəqləməsi Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirirdi. Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis Rəssamlıq Məktəbinə daxil olur və 5 il ərzin- də orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır. Cənubi qafqazın mühüm mədəniyyət mərkəzi Tiflis şəhərində ―İncəsənəti təşviq cəmiyyəti‖ nəzdində təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır.Məktəbdə təhsil rus akademik təhsili sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı. Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti gərgin ictimai-siyasi, təzadlı illərə, xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf etmişdir. Erməni təcavüzündən miras qalmış ictimai fəlakətlər, günahsız insanların qırılması, evlərin, tarixi abidələrin dağıdılması, xarabazarlığa döndərilməsi kimi faciəvi hadisələr Bəhruz Kəngərli yaradıcılığında mühüm iz buraxmışdır. Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri kəskin sənədli ittihamnamə vüsətinə malikdir. ―Qaçqınlar‖ rəsm silsiləsi zamanın ictimai ziddiy- yətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir. Təbiət vurğunu olan sənətkarlardan biri kimi, həssas qəlbli Bəhruz Kəngərli də təbiətin gözəlliklərini vəsf etmişdir.Lakin miniatür ənənələrinə əsaslanan dekorativ mənzərə nümunələ- rindən fərqli olaraq, Kəngərlinin realistik mənzərələri məzmununa, ifaçılıq tərzinə görə təsviri sənətimizdə yeni mərhələ təşkil edir. O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın mədəni hə-yatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. O, rəssamlıq sə- nətini təbliğ etmək üçün yeni yollar axtarır, ―Naxçıvan yadigarı‖ adlı rəsm albomları hazırlayır. Naxçıvanın tarixi-etnoqrafik abidələrini, milli tipajları, geyimləri, yerli mühitin əlamətdar atribut- larını əks etdirən ―Naxçıvan yadigarı‖ adlı, olduqca maraqlı rəsm albomu hal-hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçi- rilməsində də yaxından iştirak etmişdir. 1917-ci ildə Naxçıvan ―Xeyriyyə‖ məktəbinin nəzdindəki ―El güzgüsü‖ adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin ―Ölü- lər‖ komediyasının səhnə tərtibatını, dekor və geyim eskizlərini Bəhruz Kəngərli icra etmişdi. 1920–1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaratmışdır. Bunlardan vətəndaş müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını – ―Qızıl əsgər‖ surətini xüsusilə qeyd etmək lazımdır. 1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilmiş, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanmışdır.
  • 16. Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiy- yətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalmış, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməmiş, mədəni cəhətdən geri qalmış avam və cahil insanların laqeyd münasibətinin şahidi olmuşdur. O, 1922-ci il fevralın 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat etmişdir. Bəhruz Kəngərlinin mövzu, janr etibarilə müxtəlif və rəngarəng olan 2000-ə yaxın əsərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. Azərbaycan Dövlət İncəsənət Muzeyi Bəhruz Kəngərlinin əsərlərini toplamaq, qeydə almaq, mühafizə və təbliğ etmək sahəsində xeyli tədbirlər həyata keçirmişdir.Rəssamın muzeydə saxlanılan əsərlərinin bir hissəsi 1928-ci ildə Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsinə daxil olmuşdur.1939-cu ildən başlayaraq Kəngərli əsərlərinin kolleksiyası rəssamın anasından, qohum və müxtəlif sənətsevərlərdən alınaraq tamamlanmışdır. Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşəbbüsü ilə 1947-ci ildə Bakıda, 1957-ci ildə Moskvada Bəhruz Kəngərlinin fərdi yaradıcılıq sərgiləri keçirilmişdir. Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri, Azərbaycan Dövlər İncəsənət Muzeyindən başqa, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində də saxlanılır. 2001-ci ilin mayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə rəssamın anadan olmasının 110 illiyi münasibətilə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kən- gərlinin adı verilmişdir.Naxçıvanda rəssamın ev-muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldıl- mışdır. 2002-ci ilin iyun ayında Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev Nax- çıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzeyin açılışı mərasimində iştirak etmiş və geniş nitq söyləmişdir. Azərbaycan xalqının ümummilli lideri Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: ―Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir‖. AZƏRBAYCAN XALÇALARI Xalçaçılıq Azərbaycan xalq-tətbiqi incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır.İncəsənətinin Azərbaycan xalqı tərəfindən sevilən bu növü əsrlər boyu nəsildən nəslə qayğı ilə ötürülmüşdür.Onun naxışlarının dili, koloriti hər kəsə yaxın və aydın olmuşdur. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələr göstərir ki, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt- Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçası Dövlət Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir. L.Kərimovun çoxcildlik ―Azərbaycan xalçası‖ əsərində 1300-dən artıq Azərbaycan xalçası ornament elementinin təhlili verilmişdir.
  • 17. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir. AZƏRBAYCAN XALÇALARI DÜNYA MUZEYLƏRĠNDƏ Məşhurluğu və gözəlliyi ilə fərqlənən Azərbaycan xalçalarından biri də ―Şeyx-Səfi‖ xalçasıdır.Hazırda bu gözəl sənət əsəri İngiltərənin məşhur Viktoriya-Albert muzeyində saxlanılır.Orada başqa gözəl Azərbaycan xalçaları da nümayiş etdirilir.131 xalçanın 12-si XVIII əsrə, qalanları isə XIX əsrə aiddir.Ekspertlər bu xalçaları texnoloji və dekorativ xüsusiyyətlərinə görə 2 qrupa ayırırlar.Birinci qrup XVIII əsrə, ikinci qrup isə XVI-XVII əsrlərə aiddir.Muzeydə olan Azərbaycan xalçalarının əksəriyyətini ingilis dəllalları gətirib. Qalereyanın lap mərkəzində böyük və gözəl ―Şeyx-Səfi‖ xalçası asılıb. Bu qiymətli və əfsanəvi xalça hər yarım saatdan bir işıq- landırılır.Xalçanın təsvirləri müxtəlif güllərdən ibarətdir. Xalçanın künclərində qönçələrdən ibarət mozaikalar var. Hər tərəfi qırmızı, sarı, yaşıl güllərlə bəzədilib. Rənglər xalçada elə ustalıqla yerləşdirilib ki, bir-birinin ardınca düzülən qönçələr Günəş şüasını xatırladır.Xalçanın yuxarı və aşağı hissələrində mürəkkəb naxışlarla bəzədilən şamdan təsviri var. Xalçada olan ornamentlər onun mənasını açmağa kömək edir. XALÇALARIMIZ AVROPALI RƏSSAMLARIN ƏSƏRLƏRĠNDƏ XVI-XVII əsrlərdə yaşamış məşhur rəssamlar da öz əsərlərində Azərbaycan xalçalarını təsvir etmişlər.Məsələn, bizim xalçalarımız Venesiya taciri və tədqiqatçısı Marko Polonu heyran etmişdi.XVI əsrin İngiltərə səyahətçisi Antoni Cenkilisin və XVII əsr alman dəniz səyyahı Can Strusun qeydlər jurnalında xalçalarımız haqqında maraqlı məlumatlar verilir.Niderland boyakarı Hans Memlinq ―Məryəm öz körpəsi ilə‖ əsərində, alman rəssamı Hans Holbeyn ―Səfirlər‖ rəsmində Muğan və Qazax-Qarabağ xalçalarını təsvir etmişlər.Azərbaycan xalçaları hazırda dünya tarixçilərinin və incəsənət alimlərinin tədqiqat mövzusuna çevrilib. Amerikanın 19 muzeyində, 10-dan çox rəsm qalereyasında və 40-dan yuxarı kolleksiyasında müxtəlif növ Azərbaycan xalçaları saxlanılır və nümayiş etdirilir.Amerika sənətkarları da xalçalarımız üzərində tədqiqat işləri aparırlar. Çarlz Qrant Ellis tərəfindən yazılan və Tekstil Muzeyinin 50 illik yubileyinə həsr edilən ―Qədim Qafqaz xalçaları‖ kitabı tədqiqat baxımından böyük əhəmiyyət kəsb edir. Ellisin məşhur tədqiqatı olan ―Əjdahalı xalça‖ bölməsində alim qeyd edir ki, əjdaha təsviri Qarabağ xalça toxuculuğuna aiddir.Həmin xalçanın üzərində eyni zamanda heyvan təsviri də var. Bir çox əfsanələrdə qədim Günəş təqvimi sistemində və erkən inanclarda əjdaha təsviri Azərbaycanda mühüm rol oynayıb.Qarabağ xalçalarının bu növü Berlin İncəsənət Muzeyində saxlanılır. Çox ustalıqla toxunmuş xalçada Şərqin əfsanəvi quşu olan Səməndər quşu əjdaha ilə döyüşür. Tanınmış tədqiqatçı Artur Pop XVI əsrə aid olan Qarabağ xalçaları üzərindəki bu təsviri incəsənətin inkişafı kimi səciyyələndirir.Qarabağda toxunan və bütün dünyada ―Qarabağ xalçaları‖ adı ilə tanınan xalçalar əsl sənət nümunələridir. Nyu-Yorkun məşhur Metropoliten Muzeyində XVII-XIX əsrə aid Bərdə xalçaları qorunub saxlanılır.
  • 18. R.MUSTAFAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT ĠNCƏSƏNƏT MUZEYĠ Azərbaycan Dövlət İncəsənət Muzeyi 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin (1920-ci ildə təşkil edilmişdir) incəsənət şöbəsi əsasında yaradılmış, 1937-ci ildə açılışı olmuşdur. 1943-cü ildə muzeyə R.Mustafayevin adı verilmişdir. Muzeyin fondunda 12000-ə yaxın incəsənət əsəri sax- lanılır (1976). Ekspozisiyada Azərbaycan, rus sənətkarlarının, həmçinin Qərbi Avropa və Şərq ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri, müxtəlif dövrlərə aid xalq yaradıcılığı nümunələri nümayiş etdirilir. Muzeydə Azərbaycan realist təsviri sənətinin baniləri M.Nəvvab, B.Kəngərli və Ə.Əzim- zadənin, həmçinin Azərbaycan rəssamları və heykəltəraşlarından M.Abdullayev, S.Bəhlulzadə, M.Rəhmanzadə, T.Salahov, V.Səmədova, F.Əbdürrəhmanov, P.Sabsay, C.Qaryağdı, T.Məm- mədov, Ö.Eldarov və başqalarının boyakarlıq, heykəltəraşlıq və qrafika əsərləri saxlanılır. Muzeyin Azərbaycan incəsənəti şöbəsi zərgərlik, xalçaçılıq və keramika məmulatları, xalq tikmələri, milli geyimlər, musiqi alətləri, silahlar, qədim və müasir dekorativ-tətbiqi sənət nümunələri, arxeoloji qazıntı zamanı Azərbaycan ərazisindən tapılmış qəbirüstü daşlar, həndəsi naxışlı sənduqələrlə, rus incəsənəti şöbəsi İran, Yaponiya, Türkiyə, Hindistan, Çin və s. ölkələrin miniatür və dekorativ-tətbiqi sənət nümunələri ilə, Qərbi Avropa incəsənəti şöbəsi italyan, holland, flamand, fransız və s. rəssamlıq məktəblərinə mənsub sənətkarların əsərləri ilə təmsil olunur. Muzey həmçinin mədəni-maarif işləri aparır, sərgilər, mühazirə və müzakirələr təşkil edir, kataloq, buklet, albomlar nəşr etdirir, diafilmlər göstərir. ERMĠTAJ MUZEYĠ Ermitaj Dövlət Muzeyi Sankt-Peterburqda yerləşir.Hazırda böyüklüyünə görə Rusiyanın və bütün dünyanın ən böyük rəssamlıq, tarix, incəsənət muzeylərindən biri sayılır.Əvvəllər tərkibində yalnız müxtəlif incəsənət nümunələrinə rast gəlmək mümkün idi.Bu nümunələrin çox hissəsi isə Rusiya imperatoru II Yekaterinanın kolleksiyalarından götürülmüşdür.Ancaq 1852-ci ildən etibarən həmin incəsənət nümunələrinin hamısı bütün xalq üçün açıq elan edildi.Müasir Dövlət Ermitajı altı binadan ibarətdir və Nevanın sahilində, Sankt-Peterburq şəhərinin mərkəzində yerləşir. Ermitaj çox vaxt Sankt-Peterburqda ―Qış sarayı‖ da adlanırdı. İki əsrdən artıq müddətdə Ermitajda müxtəlif incəsənət nümunələri yığılmış və hazırda muzeyin kolleksiyasında üç milyona yaxın incəsənət əsəri və abidə saxlanılır.Bunların hamısı bütün dünya mədəniyyətlərini özündə birləşdirir, həmçinin həmin nümunələr daş dövründən müasir dövrə qədər olan kolleksiyaları özündə birləşdirir.Bu gün muzey Rusiya və dünya turizminin vacib mərkəzlərindən sayılır.Texnologiyanın inkişafı isə muzeyin içərisində reklam çarxları vasitəsilə
  • 19. virtual turlar təşkil etmək üçün şərait yaradır.Əvvəllər müvəqqəti yığılmış kolleksiyalar Qış sarayının sakit və görünməz hissələrində toplanırdı. Daha sonrakı dövrlərdə isə sarayın bu hissəsi fransızca ―Er mitaj‖ kimi adlandırıldı. Müasir zəmanəmizdə də muzeyin müxtəlif qalereyalara ayrılmış hissələri məhz belə adlandırılır.Xatırladaq ki, ―Ermitaj‖ sözü əslən ―təklik‖, yaxud ―tənhalıq‖ mənasını verir.Bəzən isə ―xəlvət‖, yaxud ―gizli yer‖ mənasında işlənir.Binaya adın verilməsi və onun toponimikası məhz belə olmuşdur. Ermitaj 1764-cü ildən etibarən inkişaf etməyə başladı; bu, II Yekaterinanın müxtəlif vaxtlarda topladığı kolleksiyalar nəticəsində mümkün oldu.Həmçinin buranın kolleksiya mərkəzinə çevrilməsi imperat-riçənin Berlin şəhərində holland və flamand rəssamlarına məxsus 225-dən artıq incəsənət nümunəsini alması ilə başlandı. Əvvəlki dövrlərdə həmin rəsmlərin çoxu sarayın ―Ermitaj‖ adlandırılan çox sakit və gizli hissəsində saxlanılırdı.II Yekaterinadan sonra ―Qış sarayı‖ adlanan hissəyə digər imperator nümayəndələrinin də xaricdən gətirdikləri qiymətli əşyaları, xüsusən də incəsənət nümunələrini buraya yığırdılar.Həmin şəxslərdən Bruyulya (1769), Kroza (1772), Uolpolya (1779) və başqalarını göstərmək olar. Beləliklə, 1774-cü ildə Qış sarayında yerləşən rəsm əsərlərinin ümumi sayı artıq 2080-ni keç- mişdi. Ancaq biz, bunlarla yanaşı, sarayda olan çoxşaxəli qravüra və rəsm kolleksiyalarını, antik əsərləri, heykəlləri, Avropa incəsənətinin nümunələrini, müxtəlif daşlardan hazırlanmış məmulatları, sikkə və medalları, hətta kitabları nəzərə almırıq.Kitabların içərisində Volterin bütün kitabxanası da vardı. 1795-ci ildə II Yekaterinanın əmri ilə Varşava şəhərindən Zaluskinin bütün kitabları gətirildi.Burada 300 min cild kitab, 10 min əlyazma və çoxsaylı qravüra nümunələri var idi. Məhz bu kitab və rəsm nümunələrinin Kral qəsrinə yığılması xüsusi rol oynadı, həmçinin saray ansamblları olan Lazenki və Vilyanov, Vavel qəsri, Pulavax və Senyaveda bağlarının qurulması, Dağətəyi və Mitave ictimai kitab-xanaları İmperatorluğun əsas hissəsinə çevrildi. Ermitaj ictimaiyyət üçün 1852-ci ildən etibarənaçıq elan edildi. Elə həmin dövrlərdən etibarən muzeyin çox qədim kolleksiyası olmuşdur.Xüsusilə Qədim Şərq, Qədim Avropa, antik dövr və orta əsrləri özündə birləşdirən mədəniyyət nümunələri ilə zəngindir. O, Qərb və Şərq incəsənət nümunələri, Asiyanın arxeoloji və rəssamlıq abidələrini, VIII-XIX əsr Rusiya mədəniyyətlərini özündə birləşdirir. XIX əsrdən başlayaraq Ermitajda Rusiya rəssamlarının əsərləri müntəzəm toplanmağa başlandı və 1895-ci ildən bu əsərlər Rusiya muzeyinə verildi.Muzeyin həyatında əsrin ikinci yarısından etibarən yerli kolleksiyaçılar tərəfindən verilmiş hədiyyələr və əşyalar üstünlük təşkil edirdi. Muzeyin tərkibinə arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar daxil edilirdi və bunun nəticəsində otaqlar durmadan zənginləşirdi.XIX əsrin əvvəllərindən etibarən muzeydə müxtəlif nümunələr qorunurdu, sonralar isə onun kolleksiyasına yeni incəsənət nümunələri əlavə olunmağa başladı. Bunlara misal olaraq, bütün dünyada tanınan Rembrandtın ―Avara oğulun qayıtması‖ adlı rəsm əsərini aid etmək mümkündür.Bu rəsm nümunəsi XVIII əsrdə Hollandiyada çəkilmişdir, orta əsr ilə müasir zaman arasındakı müddəti əhatə edir. 1956-cı ildə Ermitajın üçüncü mərtəbəsi açıq elan edildi və impersionistlər üçün təqdim olun-du.Həmin ilin payızında Pikassonun sərgisi keçirildi.  Ermitajın binasına, adətən, 5 tikili aid edilir. Qış sarayı (1754-1762, memar B.F.Rasstrelli) Kiçik Ermitaj (1764-1767, memar J.B.Vallen - Delamot) Qədim Ermitaj (1771-1787, memar Y.M.Felten) Yeni Ermitaj (1839-1852, memar Leo fon Klense) Ermitaj teatrı (1783-1787, memar C.Kvarenqi) Müəyyən müddət bundan əvvəl Dövlət Ermitajının daxilinə yeni hissələr qatıldı: Kiçik saray (1710-1720, memar C - M.Fontano, İ - Q.Şedel) Baş qərargahın binası (1819-1829, memar K.İ.Rossi)
  • 20. 2005-ci il dekabrın 7-də II Yekaterinanın ad günü münasibəti ilə Ermitajda yarım il davam edən bərpa işlərindən sonra ―Yupiter zalı‖ və ―Qədim rəssamların tarixi qalereyası‖ adlı yeni otaqlar istifadəyə verildi. 1930-cu ildən etibarən Sovetlər Birliyi bütün Ermitajda olan dəyərli rəsmləri satışa çıxartdı. Bunların içində Rafaelin, Rembrandtın, Van Eykin və Rubensin də əsərləri var idi. Həmçinin muzeydə, 2006-cı ilin iyulunda 221 müxtəlif əşyaların itkisinin olduğu aşkar edildi. Bununla əlaqədar olaraq yaşlı bir işçini günahlandırırdılar və daha sonra həmin şəxs ürək tutmasından vəfat edir. Qeyd edək ki, qarət zamanı faktlar göstərir ki, bu cinayətdə təkcə həmin işçi deyil, onun yaxınları da iştirak etmişlər. 2006–2007-ci illər ərzində oğurlanmış əşyaların müəyyən hissəsini geri qaytarmaq mümkün oldu. Ermitajın filialları dünyanın müxtəlif şəhərlərində açılmışdır: Kazan, Amsterdam, Las Veqas, London, Los Anjeles, Ferrara (İtaliyada şəhər) və s.
  • 21. MƏNBƏLƏR 1. Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları. Bakı, ―Təhsil‖, 2008. 2. C.Həsənzadə, E.Hacınski. Ayna – Uşaq Ensiklopediyası. EXXON MMM.―İncəsənətin misilsiz sərvəti‖, Bakı.―Ayna Mətbuat evi‖, 1999. 3. ―Bəhruz Kəngərli‖. Bakı , ―Çaşıoğlu‖, 2005. 4. Ə.R.Salamzadə, K.M.Məmmədzadə. ―Şəki xanlarının sarayı‖. Bakı, ―Elm‖, 1986. 5. A.Nəbiyev. ―Novruz‖ (folklor materialları).Bakı, 1989. 6. S. A.Zamanlı. ―Novruz‖ (Azərbaycan Respublikasının milli bayramları, tarixi günləri, metodik tövsiyələr).Bakı, 1999. 7. N.Rzayev, Q.Qeybullayev, Ş.Rzayev. ―Rusca-azərbaycanca memarlıq-inşaat lüğəti‖, Bakı, ―Elm‖, 1998. 8. Tahir Salakhov. ―Aurora Art Publishers‖, Printed in Austria. Leninqrad, 1980. 9. М.Наджафов. ―Саттар Бахлулзаде – живопись‖. Москва, ―Советский художник‖, 1985. 10. Автор-составитель: М.Наджафов.―Живопись Азербайджанской ССР, 1960кий художник‖, Москва, 1976 г. 11. А.Дехтярь. Мастера Советского искусства. ―Тогрул Нариманбеков – живопись‖. Москва, ―Советский художник‖, 1984. 12. ―Искусство Советского Азербайджана. Живопись. Графика. Скульптура‖. Москва, ―Советский художник‖. 13. Лятиф Керимов. ―Азербайджанский ковер‖. Издательство ―Гянджлик‖, Баку, 1983, том 2. 14. ―Художественные сокровища музеев Москвы‖. Издательство ―Советский художник‖, 1978. 15. А.Куприн. ―Избранные произведения‖. ―Советский художник‖, Москвa, 1984. 16. М.К.Преттье и А. Капальдо. ―Творчество и выражение‖, том 2. Москва, ―Советский ху-дожник‖, 1985. 17. А.Лозовой. ―Варвара Бубнова. Графика. Живопись‖. Москва, ―Советский художник‖, 1984. 18. И. В.Раздобреева, И.Левитан. Серия ―Русские художники‖. Издательство ―Аврора‖, Ленинград, 1971. 19. ―Детская энциклопедия‖, том 12. Издательство ―Педагогика‖, Москва, 1977. 20. А. Корзухин. ―Беюк Ага Мирзазаде‖. ―Советский художник‖, Москва, 1980. 21. Франческо Галуцци. ―Мастера живописи. Пикассо‖. 1996, GiuntiGruppoEditoriale, Firenze. ―Белыйгород‖, 1998. 22. А. М.Лавров. ―Школа. Учитель. Искусство‖. Москва, ―Просвещение‖, 1981. 23. Э. М.Белютин. ―Основы изобразительной грамоты‖. Издательство ―Советская Россия‖, Москва, 1961. 24. ―Рисунок и живопись‖ том 1. Государственное издательство ―Искусство‖. Москва, 1961. 25. ―Энциклопедический словарь юного художника‖. Москва, ―Педагогика‖, 1983. 26. Ю.Г.Шапиро. ―По Эрмитажу без экскурсовода‖. Издательство ―Советский ху- дожник‖, Ленинград, 1965. 27. И.Воейкова. ―Искусство и быт‖. Сборник, выпуск 3. Издательство ―Советский художник‖, Москва.