SlideShare a Scribd company logo
1 of 25
İlk səhifə
P
Şəxsi məlumatlarım
Mövzu: İqtisadi sistem və
Mülkiyyət
İşin Planı:
1.İqtisadi sistem və onun
formalaşması prinsipləri
2. İqtisadi sistemin formaları
3. Mülkiyyət kateqoriyasının
məzmunu və onun haqqında
baxışlar
1. «İqtisadi nəzəriyyə». Dərslik,
T.S.Vəliyevin, Ə.P.Babayevin və
M.X.Meybullayevin ümumi elmi
redaktəsi ilə, Bakı, 1999.
2. M.X.Meybullayev, «İqtisadi sistem və
onun strukturu», Bakı, 1995.
3. İ.M.Lətifov «Mülkiyyət
münasibətlərinin təkmilləşdirilməsi və
inkişafı» Bakı-2003
Ədəbiyyat siyahısı
Bəşəriyyətin tarixi inkişaf mərhələlərində
cəmiyyətin inkişafı onun iqtisadi həyatında
fəaliyyət göstərən elementlərin təşkili və
idarə olunması ilə səciyyələnir.
Lakin iqtisadi həyat birdən-birə
formalaşmamış, oradakı iqtisadi
elementlərin fəaliyyəti üçün eyni şərait
yaranmamışdır. Belə ki, bütün cəmiyyətlər
üçün birincisi, iqtisadiyyatın təşkilinin
əsas problemi olan nə? Necə? Kimin üçün?
Yaxud başqa cür demiş olsaq iqtisadi
həyatın «üç fundamental məsələsi» necə
dərk və həll edilir.
İqtisadi Həyatın dərk
edilməsində 1 və 2- cü səbəb
« Üç fundamental məsələ »
İkincisi, iqtisadiyyatın başlıca
probleminin həllini, əslində mövcud
resurs imkanları şəraitində iqtisadi
seçim üsulu müəyyən edir. Ona görə
də iqtisadi sistem üsulları fərqlənir.
Üçüncüsü, məhdud resurslardan:
xüsusən torpaqdan, əməkdən,
kapitaldan necə istifadə etmək olar ki,
mövcud texniki biliklərlə əmtəələrin və
xidmətlərin seçilməsi mümkün olsun.
2 və 3- cü səbəbin izahı
Dördüncüsü, istehsal imkanları
məhsuldar qüvvələrin inkişafına, istehsal
xərclərinin dəyişilməsinə və gəlirlərin
azalmasına necə tə’sir göstərir.
Beşincisi, bütün iqtisadiyyatların əsasını
təşkil edən əhalinin sakinliyi və davranışı
formalaşır. Sadaladığımız bu amillər
qrupu bütün cəmiyyətlərdə eyni olmuş,
lakin orada qeyd olunan “necə”yə görə
onlar bir-birindən fərqlənmişlər.
4 və 5- ci səbəbin izahı
Məhz iqtisadi həyatda inhisarın və
rəqabətin obyektinə bütün cəmiyyətlər
üçün son dərəcə vacib olan iqtisadi
elementlər daxil olmağa başlamışdır. Bu
elementlər sırasına tələbatı, məhdud
resursları, iqtisadi məqsədləri, iqtisadi
seçimi, istehsal imkanlarını, istehsal
xərclərini, gəlirlərin səviyyəsini, məhsuldar
qüvvələri və iqtisadiyyatın təşkil
olunmasını daxil etmək olar. Deməli, bir
mə’nalı olaraq qeyd olunmalıdır ki, bu
elementlər iqtisadi həyatla qarşılıqlı
şəkildə fəaliyyət göstərməklə müəyyən
parametrlərlə sistem şəklini almış olur.
İqtisadi elementlər
Sistemə daxil olmuş elementlərin
fəaliyyətinə görə cəmiyyətlərdə insanların
iqtisadi azadlığı, hökmranlığı, köləliyi
əmələ gəlmiş, maddi ne’mət və sərvətlərin
yaradılmasında və istifadə olunmasındakı
yeri müəyyən olunmuşdur. Bu baxımdan
istər antik dövr, istərsə də kapitalizmə
qədərki dövr üçün, istərsə də müasir
təzadlı, sivilizasiyalı dövr üçün olsun,
iqtisadi sistemdəki elementlərin
fəaliyyətindən asılı olaraq, onların iqtisadi
həyatı barədə fikir irəli sürmək olar.
İqtisadi elementlərin fəaliyyətindən
asılı olan iqtisadi həyat
İqtisadi sistem özündə iqtisadi həyatla bağlı
olan təbiətin, cəmiyyətin və insan təfəkkürünün
qarşılıqlı əlaqə və inkişafından irəli gələn
prinsipləri özündə birləşdirir. Bu prinsiplər
insanların davranış qaydalarının ümumiləşmiş
cəhətlərini xarakterizə edir. İqtisadi sistem
iqtisadi hadisələrin, prinsiplərin inkişafının
qarşılıqlı əlaqəsini əks etdirir. İqtisadi sistem
başlıca olaraq istehsalın mövcud vəziyyətinə,
onun səmərəli fəaliyyət göstərməsinə uyğun
gəlməlidir. Demək olar ki, belə yanaşma, bütün
iqtisad elminə qəbul edilmişdir.
İqtisadi sistem nə deməkdir?
Qeyd olunanları ümumiləşdirərək iqtisadi
sistemə belə bir tə’rif verə bilərik. İqtisadi
sistem-iqtisadiyyatın başlıca probleminin
həllinin təşkili və idarə olunmasına görə,
mövcud məhdud resurslardan istifadə
olunması səviyyəsinə görə, eləcə də cəmiyyət
və onun üzvlərinin tələbatlarının
ödənilməsinə görə, bir-birindən fərqlənən
iqtisadi şəraitlərin və amillərin məcmusuna
deyilir.
İqtisadi sistem haqqında son nəticə
İqtisadi sistemin mahiyyətini
aydınlaşdırdıqdan sonra, onun keyfiyyət
halını əks etdirən iqtisadi proseslərin
məcmusunu şərh etmək məqsədəuyğundur.
Bu baxımdan iqtisadi sistemin formalarını,
ayrı-ayrılıqda aydınlaşdırmaq yerinə düşər.
Ümumiyyətlə, iqtisadi sistemin bəşəriyyətin tarixi
inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı
mərhələlərdə malik olduğu sərvət və maddi
ne’mətlərin istehsalı, bölgüsü və mübadiləsi
sahəsindəki iqtisadi münasibətlər, eyni zamanda
onların təşkili müxtəlif formalarda həyata
keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin
bazar, inzibati, ən’ənəvi və qarışıq formalarını
qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər
formasına uyğun olaraq ayrı-ayrı ölkələrdə
onların müxtəlif modelləri həyata keçirilmişdir.
İqtisadi sistemin formaları
İqtisadi
sistemin
formaları
Bazar
Ənənəvi
Qarışıq
İnzibati-
amirlik
Göstərməliyik ki, iqtisadi sistemin ən
mütərəqqi forması hesab olunan bazar
sistemi son ikiyüzillikdə meydana
gəlmişdir. Bazar insanların fəaliyyətinin
əlaqələndirilməsi, onların aktivliklərinin
artırılması və tələbatlarının ödənilməsi
üçün iqtisadi resursların səmərəli
seçilməsinə imkan verir. Bazar sistemi
iqtisadi fəaliyyət şəraitində adamların
qarşılıqlı əlaqəyə girməsinin ən yaxşı
forma və üsullarının təşkilini əks etdirir.
Bazar sisteminin ən vacib elementləri
tələb, təklif, qiymət və rəqabətdən
ibarətdir.
Bazar sistemi
İnsanlara gələcəkdə yüksək rifah halının
tə’min olunmasını elan edən, lakin praktiki
olaraq onun həyata keçirilməsi olduqca çətin
və mürəkkəb proses olan inzibati-amirlik
sisteminin meydana gəlməsi öz başlanğıcını
marksizm nəzəriyyəsindən götürür. Bu
nəzəriyyə əsasında cəmiyyətin iqtisadi
tərəqqisi məhsuldar qüvvələrlə istehsal
münasibətləri arasındakı ziddiyyətlərin
aradan götürülməsi nəticəsində baş verəcəyi
və bir formasiyanın digəri ilə əvəz olunmasına
gətirib çıxaracağı dururdu.
İnzibati- amirlik sistemi
Artıq qeyd etdiyimiz kimi iqtisadi resurslardan
istifadə olunması və seçilməsində, eyni zamanda
insanların təsərrüfat fəaliyyətinin
əlaqələndirilməsində bazar və inzibati sistemlər
çıxış edir. Lakin göstərməliyik ki, bu sistemlər sırf
xalis formada özlərini əks etdirmirlər. Belə ki, əgər
azad iqtisadiyyatda şəxsiyyət öz şəxsi mənafelərini
rəhbər tutaraq çıxış edirsə, lakin mərkəzləşdirilmiş
iqtisadiyyatda şəxsi mənafeyin fəaliyyəti məhdud
çərçivədədir. O cümlədən, resursların və gəlirlərin
bölgüsü müxtəlif səviyyəli sərbəstlik və
məhdudiyyətlərlə həyata keçirilir. Ona görə də
yaranan çətinliklərin aradan götürülməsi və
iqtisadi problemlərin həyata keçirilməsi üçün
qarışıq sistemdən istifadə edilir.
Qarışıq sistemi
Bir qayda olaraq, ən’ənəvi sistem dedikdə, milli
adət və ən’ənələrə, eləcə də etik qaydalara və dini
e’tiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf
etdirilməsi başa düşülür. Bu sistemdə xalqın,
millətin lap keçmişdən miras qalmış adətləri ilə
bəşəri sivilizasiyadan irəli gələn bə’zi müasir
texnoloji üsullarının tətbiqi və fərdi göstərişlərin
vəhdəti üstünlük təşkil edir. Bu sistem yarı
inkişaf etmiş şəkildə olur, iqtisadiyyat vərəsəlik
prinsipinə tabe edilir, resursların və gəlirlərin
bölgüsü adət və ən’ənələrin tələb etdiyi
prinsiplərə tabe edildiyindən iqtisadiyyat stabil
inkişaf etmir.
Ənənəvi sistemi
Mülkiyyət çox zəngin ictimai-iqtisadi
və sosial-siyasi məzmuna malikdir.
Mülkiyyət dövlətin, şəxsin, qrupun,
kollektivin və bütünlüklə cəmiyyətin
həyat məsələsidir.
İqtisad nəzəriyyəsinə uyğun olaraq
mülkiyyət probleminin üç cəhətini
göstərməliyik
Mülkiyyət nədir?
İkinci
Birinci Üçüncü
Mülkiyyət probleminin 3 cəhəti
Birincisi, mülkiyyət həmişə hər hansı şey
məzmununa malikdir, ikincisi, mülkiyyət
həmişə müəyyən ictimai formanın köməyi ilə
daxilən reallaşdırılır, yə’ni əşya barəsində
insanlar arasında ictimai münasibət forması
əmələ gəlir, nəhayət üçüncüsü, bu
münasibətlərin məzmunu insanların təbiət
predmeti, şeyləri mənimsəməsi olur. Deməli,
mülkiyyətə təbiət predmetlərinin, maddi
ne’mətlərin, istehsal vasitələrinin
mənimsənilməsi ilə əlaqədar olaraq və
bunların əsasında meydana gələn insanların
ictimai münasibəti kimi baxılmalıdır.
Mülkiyyətə necə baxılmalıdır?
Qısa desək, mülkiyyət cəmiyyətin
müəyyən tarixi inkişaf mərhələsində
fərdlər tərəfindən maddi ne’mətlərin, ən
əvvəl istehsal vasitələrinin
mənimsənilməsi və bu əsasda insanlar
arasında baş verən mülki və ya istehsal
münasibətlərindən ibarətdir. O, əmlaka
sahib olmağı, istifadəetməni və
sərəncamverməni birlikdə ifadə edən
iqtisadi kateqoriyadır, münasibətdir.
Mülkiyyət haqqında son nəticə
Diqqətiniz üçün
təşəkkürlər!

More Related Content

What's hot

Микро эдийн засаг-5
Микро эдийн засаг-5Микро эдийн засаг-5
Микро эдийн засаг-5Ikhzasag SEZS
 
Llojet e shkrimit
Llojet e shkrimitLlojet e shkrimit
Llojet e shkrimitMenaxherat
 
ухаарлын шүлгүүд
ухаарлын шүлгүүдухаарлын шүлгүүд
ухаарлын шүлгүүдshand1_zoko
 
Prezantimi i kostove
Prezantimi i kostovePrezantimi i kostove
Prezantimi i kostoveMenaxherat
 
Procesi i te shkruarit
Procesi i te shkruaritProcesi i te shkruarit
Procesi i te shkruaritMenaxherat
 
Tema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrje
Tema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrjeTema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrje
Tema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrjeValdet Shala
 
Integrime Ekonomike Evropiane
Integrime Ekonomike EvropianeIntegrime Ekonomike Evropiane
Integrime Ekonomike EvropianeVeton Sopjani
 
Teoria e shpenzimeve
Teoria e shpenzimeveTeoria e shpenzimeve
Teoria e shpenzimeveShpejtim Rudi
 
С.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэл
С.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэлС.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэл
С.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэлUnuruu Dear
 
2 l 1 - nocioni i kontabilitetit menaxherial
2 l  1 - nocioni i kontabilitetit menaxherial2 l  1 - nocioni i kontabilitetit menaxherial
2 l 1 - nocioni i kontabilitetit menaxherialHamit Agushi
 
Konsumi dhe investimet
Konsumi dhe investimetKonsumi dhe investimet
Konsumi dhe investimetMenaxherat
 
Ligjerata 1 roli i financës dhe i drejtimit financiar
Ligjerata 1 roli i financës dhe i drejtimit financiarLigjerata 1 roli i financës dhe i drejtimit financiar
Ligjerata 1 roli i financës dhe i drejtimit financiarShpejtim Rudi
 
Ekonomik provime pranuese +skripte
Ekonomik provime pranuese +skripteEkonomik provime pranuese +skripte
Ekonomik provime pranuese +skripteArton Feta
 
Punim seminarik menaxhimi i resurseve humane-rekrutimi
Punim seminarik menaxhimi i resurseve humane-rekrutimiPunim seminarik menaxhimi i resurseve humane-rekrutimi
Punim seminarik menaxhimi i resurseve humane-rekrutimiShpejtim Rudi
 
Përgaditje për provimin pranues
Përgaditje për provimin pranuesPërgaditje për provimin pranues
Përgaditje për provimin pranuesStudentët e Pejës
 
CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)
CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)
CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)GERTAFERRO1
 

What's hot (20)

Микро эдийн засаг-5
Микро эдийн засаг-5Микро эдийн засаг-5
Микро эдийн засаг-5
 
Llojet e shkrimit
Llojet e shkrimitLlojet e shkrimit
Llojet e shkrimit
 
ухаарлын шүлгүүд
ухаарлын шүлгүүдухаарлын шүлгүүд
ухаарлын шүлгүүд
 
Prezantimi i kostove
Prezantimi i kostovePrezantimi i kostove
Prezantimi i kostove
 
Jimsnii angilal
Jimsnii angilal  Jimsnii angilal
Jimsnii angilal
 
Procesi i te shkruarit
Procesi i te shkruaritProcesi i te shkruarit
Procesi i te shkruarit
 
Tema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrje
Tema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrjeTema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrje
Tema 2 klasifikimi i kostove dhe te ardhurave per vendimmarrje
 
Integrime Ekonomike Evropiane
Integrime Ekonomike EvropianeIntegrime Ekonomike Evropiane
Integrime Ekonomike Evropiane
 
Teoria e shpenzimeve
Teoria e shpenzimeveTeoria e shpenzimeve
Teoria e shpenzimeve
 
С.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэл
С.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэлС.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэл
С.Чинзориг: Нийгмийн бодлого- тулгамдсан асуудлууд: Гарц, шийдэл
 
2 l 1 - nocioni i kontabilitetit menaxherial
2 l  1 - nocioni i kontabilitetit menaxherial2 l  1 - nocioni i kontabilitetit menaxherial
2 l 1 - nocioni i kontabilitetit menaxherial
 
Konsumi dhe investimet
Konsumi dhe investimetKonsumi dhe investimet
Konsumi dhe investimet
 
Ligjerata 1 roli i financës dhe i drejtimit financiar
Ligjerata 1 roli i financës dhe i drejtimit financiarLigjerata 1 roli i financës dhe i drejtimit financiar
Ligjerata 1 roli i financës dhe i drejtimit financiar
 
Ekonomik provime pranuese +skripte
Ekonomik provime pranuese +skripteEkonomik provime pranuese +skripte
Ekonomik provime pranuese +skripte
 
Punim seminarik menaxhimi i resurseve humane-rekrutimi
Punim seminarik menaxhimi i resurseve humane-rekrutimiPunim seminarik menaxhimi i resurseve humane-rekrutimi
Punim seminarik menaxhimi i resurseve humane-rekrutimi
 
U.it101 lec2
U.it101 lec2U.it101 lec2
U.it101 lec2
 
Përgaditje për provimin pranues
Përgaditje për provimin pranuesPërgaditje për provimin pranues
Përgaditje për provimin pranues
 
CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)
CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)
CIKLI I ZHVILLIMIT TE SOFTWARE (TIK 12)
 
Ush 2014 new3
Ush 2014 new3Ush 2014 new3
Ush 2014 new3
 
Java Script (shqip)
Java Script (shqip) Java Script (shqip)
Java Script (shqip)
 

Rəsul İqtisadiyyat Sİ.pptx

  • 3. Mövzu: İqtisadi sistem və Mülkiyyət
  • 4. İşin Planı: 1.İqtisadi sistem və onun formalaşması prinsipləri 2. İqtisadi sistemin formaları 3. Mülkiyyət kateqoriyasının məzmunu və onun haqqında baxışlar
  • 5. 1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999. 2. M.X.Meybullayev, «İqtisadi sistem və onun strukturu», Bakı, 1995. 3. İ.M.Lətifov «Mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi və inkişafı» Bakı-2003 Ədəbiyyat siyahısı
  • 6. Bəşəriyyətin tarixi inkişaf mərhələlərində cəmiyyətin inkişafı onun iqtisadi həyatında fəaliyyət göstərən elementlərin təşkili və idarə olunması ilə səciyyələnir. Lakin iqtisadi həyat birdən-birə formalaşmamış, oradakı iqtisadi elementlərin fəaliyyəti üçün eyni şərait yaranmamışdır. Belə ki, bütün cəmiyyətlər üçün birincisi, iqtisadiyyatın təşkilinin əsas problemi olan nə? Necə? Kimin üçün? Yaxud başqa cür demiş olsaq iqtisadi həyatın «üç fundamental məsələsi» necə dərk və həll edilir. İqtisadi Həyatın dərk edilməsində 1 və 2- cü səbəb
  • 7. « Üç fundamental məsələ »
  • 8. İkincisi, iqtisadiyyatın başlıca probleminin həllini, əslində mövcud resurs imkanları şəraitində iqtisadi seçim üsulu müəyyən edir. Ona görə də iqtisadi sistem üsulları fərqlənir. Üçüncüsü, məhdud resurslardan: xüsusən torpaqdan, əməkdən, kapitaldan necə istifadə etmək olar ki, mövcud texniki biliklərlə əmtəələrin və xidmətlərin seçilməsi mümkün olsun. 2 və 3- cü səbəbin izahı
  • 9. Dördüncüsü, istehsal imkanları məhsuldar qüvvələrin inkişafına, istehsal xərclərinin dəyişilməsinə və gəlirlərin azalmasına necə tə’sir göstərir. Beşincisi, bütün iqtisadiyyatların əsasını təşkil edən əhalinin sakinliyi və davranışı formalaşır. Sadaladığımız bu amillər qrupu bütün cəmiyyətlərdə eyni olmuş, lakin orada qeyd olunan “necə”yə görə onlar bir-birindən fərqlənmişlər. 4 və 5- ci səbəbin izahı
  • 10. Məhz iqtisadi həyatda inhisarın və rəqabətin obyektinə bütün cəmiyyətlər üçün son dərəcə vacib olan iqtisadi elementlər daxil olmağa başlamışdır. Bu elementlər sırasına tələbatı, məhdud resursları, iqtisadi məqsədləri, iqtisadi seçimi, istehsal imkanlarını, istehsal xərclərini, gəlirlərin səviyyəsini, məhsuldar qüvvələri və iqtisadiyyatın təşkil olunmasını daxil etmək olar. Deməli, bir mə’nalı olaraq qeyd olunmalıdır ki, bu elementlər iqtisadi həyatla qarşılıqlı şəkildə fəaliyyət göstərməklə müəyyən parametrlərlə sistem şəklini almış olur. İqtisadi elementlər
  • 11. Sistemə daxil olmuş elementlərin fəaliyyətinə görə cəmiyyətlərdə insanların iqtisadi azadlığı, hökmranlığı, köləliyi əmələ gəlmiş, maddi ne’mət və sərvətlərin yaradılmasında və istifadə olunmasındakı yeri müəyyən olunmuşdur. Bu baxımdan istər antik dövr, istərsə də kapitalizmə qədərki dövr üçün, istərsə də müasir təzadlı, sivilizasiyalı dövr üçün olsun, iqtisadi sistemdəki elementlərin fəaliyyətindən asılı olaraq, onların iqtisadi həyatı barədə fikir irəli sürmək olar. İqtisadi elementlərin fəaliyyətindən asılı olan iqtisadi həyat
  • 12. İqtisadi sistem özündə iqtisadi həyatla bağlı olan təbiətin, cəmiyyətin və insan təfəkkürünün qarşılıqlı əlaqə və inkişafından irəli gələn prinsipləri özündə birləşdirir. Bu prinsiplər insanların davranış qaydalarının ümumiləşmiş cəhətlərini xarakterizə edir. İqtisadi sistem iqtisadi hadisələrin, prinsiplərin inkişafının qarşılıqlı əlaqəsini əks etdirir. İqtisadi sistem başlıca olaraq istehsalın mövcud vəziyyətinə, onun səmərəli fəaliyyət göstərməsinə uyğun gəlməlidir. Demək olar ki, belə yanaşma, bütün iqtisad elminə qəbul edilmişdir. İqtisadi sistem nə deməkdir?
  • 13. Qeyd olunanları ümumiləşdirərək iqtisadi sistemə belə bir tə’rif verə bilərik. İqtisadi sistem-iqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə olunmasına görə, mövcud məhdud resurslardan istifadə olunması səviyyəsinə görə, eləcə də cəmiyyət və onun üzvlərinin tələbatlarının ödənilməsinə görə, bir-birindən fərqlənən iqtisadi şəraitlərin və amillərin məcmusuna deyilir. İqtisadi sistem haqqında son nəticə
  • 14. İqtisadi sistemin mahiyyətini aydınlaşdırdıqdan sonra, onun keyfiyyət halını əks etdirən iqtisadi proseslərin məcmusunu şərh etmək məqsədəuyğundur. Bu baxımdan iqtisadi sistemin formalarını, ayrı-ayrılıqda aydınlaşdırmaq yerinə düşər.
  • 15. Ümumiyyətlə, iqtisadi sistemin bəşəriyyətin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə malik olduğu sərvət və maddi ne’mətlərin istehsalı, bölgüsü və mübadiləsi sahəsindəki iqtisadi münasibətlər, eyni zamanda onların təşkili müxtəlif formalarda həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati, ən’ənəvi və qarışıq formalarını qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər formasına uyğun olaraq ayrı-ayrı ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir. İqtisadi sistemin formaları
  • 17. Göstərməliyik ki, iqtisadi sistemin ən mütərəqqi forması hesab olunan bazar sistemi son ikiyüzillikdə meydana gəlmişdir. Bazar insanların fəaliyyətinin əlaqələndirilməsi, onların aktivliklərinin artırılması və tələbatlarının ödənilməsi üçün iqtisadi resursların səmərəli seçilməsinə imkan verir. Bazar sistemi iqtisadi fəaliyyət şəraitində adamların qarşılıqlı əlaqəyə girməsinin ən yaxşı forma və üsullarının təşkilini əks etdirir. Bazar sisteminin ən vacib elementləri tələb, təklif, qiymət və rəqabətdən ibarətdir. Bazar sistemi
  • 18. İnsanlara gələcəkdə yüksək rifah halının tə’min olunmasını elan edən, lakin praktiki olaraq onun həyata keçirilməsi olduqca çətin və mürəkkəb proses olan inzibati-amirlik sisteminin meydana gəlməsi öz başlanğıcını marksizm nəzəriyyəsindən götürür. Bu nəzəriyyə əsasında cəmiyyətin iqtisadi tərəqqisi məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlərin aradan götürülməsi nəticəsində baş verəcəyi və bir formasiyanın digəri ilə əvəz olunmasına gətirib çıxaracağı dururdu. İnzibati- amirlik sistemi
  • 19. Artıq qeyd etdiyimiz kimi iqtisadi resurslardan istifadə olunması və seçilməsində, eyni zamanda insanların təsərrüfat fəaliyyətinin əlaqələndirilməsində bazar və inzibati sistemlər çıxış edir. Lakin göstərməliyik ki, bu sistemlər sırf xalis formada özlərini əks etdirmirlər. Belə ki, əgər azad iqtisadiyyatda şəxsiyyət öz şəxsi mənafelərini rəhbər tutaraq çıxış edirsə, lakin mərkəzləşdirilmiş iqtisadiyyatda şəxsi mənafeyin fəaliyyəti məhdud çərçivədədir. O cümlədən, resursların və gəlirlərin bölgüsü müxtəlif səviyyəli sərbəstlik və məhdudiyyətlərlə həyata keçirilir. Ona görə də yaranan çətinliklərin aradan götürülməsi və iqtisadi problemlərin həyata keçirilməsi üçün qarışıq sistemdən istifadə edilir. Qarışıq sistemi
  • 20. Bir qayda olaraq, ən’ənəvi sistem dedikdə, milli adət və ən’ənələrə, eləcə də etik qaydalara və dini e’tiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi başa düşülür. Bu sistemdə xalqın, millətin lap keçmişdən miras qalmış adətləri ilə bəşəri sivilizasiyadan irəli gələn bə’zi müasir texnoloji üsullarının tətbiqi və fərdi göstərişlərin vəhdəti üstünlük təşkil edir. Bu sistem yarı inkişaf etmiş şəkildə olur, iqtisadiyyat vərəsəlik prinsipinə tabe edilir, resursların və gəlirlərin bölgüsü adət və ən’ənələrin tələb etdiyi prinsiplərə tabe edildiyindən iqtisadiyyat stabil inkişaf etmir. Ənənəvi sistemi
  • 21. Mülkiyyət çox zəngin ictimai-iqtisadi və sosial-siyasi məzmuna malikdir. Mülkiyyət dövlətin, şəxsin, qrupun, kollektivin və bütünlüklə cəmiyyətin həyat məsələsidir. İqtisad nəzəriyyəsinə uyğun olaraq mülkiyyət probleminin üç cəhətini göstərməliyik Mülkiyyət nədir?
  • 23. Birincisi, mülkiyyət həmişə hər hansı şey məzmununa malikdir, ikincisi, mülkiyyət həmişə müəyyən ictimai formanın köməyi ilə daxilən reallaşdırılır, yə’ni əşya barəsində insanlar arasında ictimai münasibət forması əmələ gəlir, nəhayət üçüncüsü, bu münasibətlərin məzmunu insanların təbiət predmeti, şeyləri mənimsəməsi olur. Deməli, mülkiyyətə təbiət predmetlərinin, maddi ne’mətlərin, istehsal vasitələrinin mənimsənilməsi ilə əlaqədar olaraq və bunların əsasında meydana gələn insanların ictimai münasibəti kimi baxılmalıdır. Mülkiyyətə necə baxılmalıdır?
  • 24. Qısa desək, mülkiyyət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində fərdlər tərəfindən maddi ne’mətlərin, ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və bu əsasda insanlar arasında baş verən mülki və ya istehsal münasibətlərindən ibarətdir. O, əmlaka sahib olmağı, istifadəetməni və sərəncamverməni birlikdə ifadə edən iqtisadi kateqoriyadır, münasibətdir. Mülkiyyət haqqında son nəticə