SlideShare a Scribd company logo
AZƏRBAYCAN TİBB
UNİVERSİTETİ
Fakültə: Stomatologiya
Tələbə: Pirməmmədova Ləman
Mövzu: Artikulyasiya və Okklüziya. Dişləm və
növləri.
ARTİKULYASİYA
Artikulyasiya dedikdə, yuxarı çənəyə nəzərən
çeynəmə əzələlərinin köməyi ilə müəyyən
məkan daxilində aşağı çənəni etdiyi bütün
hərəkətlər, yerdəyişmələr vəvəziyyətlər başa
düşülür.
Bu ifadə aşağı çənənin təkcə çeynəmə
hərəkətləri ilə məhdudlaşmayıb, nitq, udma,
əsnəmə zamanı və s. kimi hərəkətlərini də
səciyyələndirir.
OKKLÜZİYA
Artikulyasiyanın xüsusi bir halı olub, müəyyən zaman çərçivəsində ayrı-ayrı diş
qruplarının və ya bütünlüklə diş sıralarının qapanmasıdır. Artikulyasiyaya
okklüziyanın bir-birini əvəz edən variantlarının zənciri kimi baxılır. Okklüziya
aşağıdakı növlərdən ibarətdir:
Mərkəzi okklüziya Ön okklüziya
Sol yan okklüziya
Sağ yan okklüziya
Mərkəzi okklüziya
Mərkəzi okküziyada dişlər qapanarkən aralarında maksimal təmas nöqtələri yaranır. Bu
zaman sifətin orta xətti mərkəzi kəsici dişlər arasından keçən şaquli xətlə üst-üstə düşür.
Çənənin oynaq başı oynaq qabarcığının əsasında yerləşir. Mərkəzi okklüziyada çənəni
qaldıran əzələlərin eyni vaxtda bərabər yığılması qeyd olunur.
 Ön okklüziya
Ön okklüziya çənə önə çıxmış vəziyyətdə diş sıralarının qapanması olub, bayır
qanadabənzər əzələlərin ikitərəfli yığılası hesabına baş verir. Sifətin orta xətti mərkəzi
okklüziyada olduğu kimi, mərkəzi kəsici dişlər arasından keçən şaquli xətlə üst-üstə
düşür. Okklüziyanın bu növündə çənənin oynaq başı önə sürüşərək oynaq
qabarcıqlarının zirvəsində yerləşir.
 Yan okklüziya
Yan okklüziya çənənin sağa (sağ okklüziya) və sola (sol okklüziya) yerdəyişməsi zamanı
diş sıralarının qapanmasıdır. Sağ yan okklüziya – sol bayır qanadabənzər əzələnin, sol
yan okklüziya – sağ bayır qanadabənzər əzələnin yığılması hesabına baş verir. Çənə yana
yerini dəyişərkən yerdəyişmə tərəfində çənənin oynaq başı yüngülcə fırlanaraq oynaq
qabarcığının əsasında qalır, digər tərəfdə isə o, oynaq qabarcığının zirvəsində yerləşir.
Çənənin nisbi sakitlik vəziyyəti
Çeynəmə və nitq fəaliyyəti dayandıqda yuxarı və aşağı diş sıraları bir-birindən aralı
olur; bu zaman çənə azacıq sallanır və ön dişlər arasında 1 - 6 mm-ə qədər məsafə
olur. Bu məsafə fərdi və müxtəlif olub, yaşa dolduqca artır. Çənə aşağı sallanarkən
ona təsbit olunmuş əzələlər bir qədər dartılmış olur ki, bu da müvafiq
proprioreseptorlarda qıcıqlanma törədir. Proprioreseptorlar qıcıqlandıqda çeynəmə
əzələlərinin müxtəlif qrup lifləri növbə ilə yığılır. Bu, əzələlərin istirahətini təmin
etməklə, onları yeni yığılmaya hazırlayır. Belə vəziyyətdə əzələlərin enerji sərfi onların
fəaliyyət dövründəkinə nisbətə ən minimal olur. Bu hal çənənin nisbi fizioloji sakitlik
vəziyyəti adlanır.
Çənənin nisbi sakitlik vəziyyəti reflektor akt olub, parodont toxumalarının da
fəaliyyəti üçün vacibdir. Məlum olduğu kimi, parodont toxumaları üçün çeynəmə
təyziqinin dövrülüyü xarakterik sayılır. Əgər parodonta düşən təyziq daimi olsaydı, bu,
parodontda işemiya törətməklə, distrofiyaya gətirib çıxarardı. Bu səbəbdən, çənənin
nisbi sakitlik vəziyyəti özünəməxsus anadangəlmə müdafiə reflekslərindən sayılır.
Normal dişləm
Patoloji dişləm
Dişləmlər
o Ortoqnatik dişləm
o Düz dişləm
o Fizioloji proqnatiya
o Fizioloji opistoqnatiya
o Distal dişləm
o Mezial dişləm
o Çəp dişləm
o Dərin dişləm
o Açıq dişləm
Diş sıralarının mərkəzi okklüziya vəziyyətində qapanması dişləm adlanır. Çeynəmə,nitq və
estetik optimumu təmin edən dişləmlər normal sayılır. Patoloji dişləm diş sıralarının elə
qarşılıqlı münasibətidir ki, bu zaman çeynəmə funksiyası, nitq və xarici görkəm pozulur.
 Ortoqnatik dişləm
Daha çox rast gəlinən dişləm növü olub,
müəyyən əlamətlərlə xarakterizə olunur;
bunlardan bir qismi bütün dişlərə,
digərləri təkcə ön dişlərə və çeynəmə
dişlərinə aid olan əlamətlərdir.
Bütün dişlərə aid əlamətər
Hər bir diş iki antoqonistlə - əsas və əlavə antoqonistlə görüşür. Hər bir yuxarı diş aşağı
eyniadlı və sırada ondan sonra gələn dişlə, hər bir aşağı diş isə yuxarı eyniadlı və ondan əvvəl
dayanan dişlə görüşür. Təkcə yuxarı səkkizinci və aşağı birinci diş istisnalıq edir, onların
hərəsinin bir antoqonisti vardır.
Ön dişlərə aid əlamətlər
Yuxarı və aşağı mərkəzi kəsici dişlər arasından keçirilən şaquli
xətlər bir sagital müstəvidə sifətin orta xətti üzərində
yerləşərək, bir-birinin ardını təşkil edir. Bu, estetik optimumu
təmin edir. Yuxarı ön dişlərin tacı aşağı diş taclarının təxminən
üçdə birini örtür. Aşağı frontal dişlərin kəsici kənarları yuxarı
frontal dişlərin damaq qabarcıqları ilə görüşərək, kəsici kənar-
qabar təması yaradır.
Çeynəmə dişlərinə aid əlamətlər
Yuxarı birinci böyük azı dişin ön yanaq qabarcığı aşağı eynialı
dişin yanaq qabarcıqları arasındakı köndələn şırımda yerləşir.
Yuxarı birinci böyük azı dişin arxa yanaq qabarcığı aşağı eyniadlı
dişin arxa yanaq qabarcığı ilə yeddinci dişin ön yanaq qabarcığı
arasında yerləşir. Yuxarı və aşağı azı dişlərinin qabacıqlarının
belə vəziyyəti dişlərin mediodistal münasibəti adlanır. Enql
bunu dişləmin açarı adlandırmışdır.
Çeynəmə dişlərinin yanaq-damaq istiqamətində qapanma əlamətləri
Yuxarı premolyar və molyarların yanaq
qabarcıqları aşağı eyniadlı dişlərin yanaq
qabarcıqlarından xaricdə yerləşir. Bunun sayəsində
yuxarı dişlərin damaq qabarcıqları aşağı dişlərin
çeynəmə səthindəki boylama şırımda, aşağı
dişlərin yanaq qabarcıqları isə yuxarı dişlərin
şeynəmə səthindəki boylama şırımda yerləşir.
Okklüziya müsəvisi
Aşağı çənənin mərkəzi kəsici dişlərinin
kəsici kənarlarından ikinci (üçüncü)
molyarın distal yanaq qabarcığının
zirvəsin və ya retromolyar qabarcığın
ortasınadək keçən müstəvi okklüziya
müstəvisi adlanır. Ortoqnatik dişləmdə
okklüziya müstəvisinə nəzərən dişlər belə
yerləşir: aşağı kəsici dişlərin kəsici
kənarları, köpək dişlərinin zirvəsi və
üçüncü molyarın distal yanaq qabarcığı bu
müstəviyə toxunur. Birinci və ikinci
premolyarlar və molyarlar bu mestəvidən
aşağıda yerləşir.
Dişlərin yanaq və damaq
qabarcıqlarının müxtəlif səviyyədə
yerləşməsindən yan (transverzal)
okklüziya əyriləri – Uilson əyriləri
yaranır ki, hər simmetrik diş cütü
üçün əyrilik radiusu müxtəlif olur.
Əgər ön dişlərin kəsici kənar-
larından çeynəmə dişlərinin yanaq
qabarcıqlarına və ya fissurlarına
doğru xətt çəksək, onda qabarcıq
tərəfi aşağıya baxan əyri alınar. Bu
xətt sagital kompensasiya əyrisi və
ya Şpeye əyrisi adlanır.
14 və 24
15 və 25
16 və 26
17 və 27
18 və 28
DÜZ DİŞLƏM
Düz dişləmdə ortoqnatik dişləmdən
fərqli olaraq, yuxarı ön dişlərin kəsici
kənarları aşağı eyniadlı dişləri
örtməyib, onlarla uc-uca görüşür. Azı
dişlərin münasibətləri ortoqnatik
dişləmdə olduğu kimidir, yalnız onların
qabarları nisbətən hamar olur.
FİZİOLOJİ BİPROQNATİYA
Bu dişləm üçün ortoqnatik dişləmin
bütün əlamətləri səciyyəvi sayılır. Fərq
yalnız ondadır ki, fizioloji biproq-
natiyada hər iki çənənin ön dişləri
alveol çıxıntıları ilə birgə önə yönəlmiş
vəziyyətdə olur.
 FİZİOLOJİ OPİSTOQNATİYA
Ortoqnatik dişləmin bütün əlamətləri
bu dişləm üçün də səciyyəvidir. Fizioloji
opistoqnatiya ortoqnatik dişləmdən
yalnız hər iki çənənin ön dişlərinin
alveol çıxıntıları ilə birgə arxaya
yönəlmiş vəziyyətdə olması ilə fərqlənir.
PATOLOJİ DİŞLƏMLƏR
Ptoloji dişləmlər üçün diş
sıralarının normal qarşılıqlı
münasibətlərinin pozulması
ilə bərabər, çeynəmə və
nitq funksiyalarının, eləcə
də xəstənin zahiri
görkəminin pozulması
xarakterikdir. Patoloji
dişləmlərə distal, mezial,
dərin, açıq və çəp (lateral)
dişləmlər aid edilir.
 DİSTAL DİŞLƏM
Distal dişləm yuxarı çənənin önə çıxması
ilə xarakterizə olunaraq, Azərbaycan
əhalisinin 9,97%-də rast gəlinir. Aşağı
çənənin distal istiqamətdə yerdəyişməsi
və ya yuxarı çənənin önə çıxması həm
frontal, həm də çeynəmə dişlərinin
qapanmasında dəyişiklik yaradır.
Distal dişləmdə yuxarı altıncı dişin ön yanaq qabarcığı aşağı eyniadlı dişin ön yanaq
qabarcığının üstünə, bəzən isə aşağı ikinci premolyarla birinci molyarın ön yanaq
qabarcığı arasına düşür.
Çənələrin normal münasibətlərində yuxarı ön dişlər aşağı eyniadlı dişləri örtərək kəsici
kənar-qabarcıq münasibəti yaradır. Distal dişləmdə yuxarı frontal dişlər önə doğru
yönəldiyindən, aşağı dişlərlə aralarında məsafə yaranır. Çox vaxt aşağı frontal dişlərin kəsici
kənarları dişlər qapanan zaman sərt damağın selikli qişasına toxunaraq onu zədələyir. Bu
cür dişləm zamanı selikli qişada travma yarana bilər.
 MEZİAL DİŞLƏM
Mezial dişləm zamanı aşağı çənə önə
çıxaraq, aşağı frontal dişlər yuxarı
eyniadlı dişləri örtür. Aşağı çənə
medial istiqamətə yerini
dəyişdiyindən yuxarı altıncı dişin ön
yanaq qabarcığı eyniadlı aşağı dişin
arxa yanaq qabarcığının və ya birinci
və ikinci molyar dişlərin arasına
düşür. Mezial dişləmdə aşağı diş
qövsü çox vaxt yuxarı diş qövsündən
geniş olur.
 AÇIQ DİŞLƏM
Açıq dişləm zamanı yuxarı və
aşağı frontal dişlər arasına, bəzən
isə hətta premolyarlar arasında
da təmas olmur və təkcə molyar
dişlər görüşürlər. Eyni zamanda
böyük funksional qüsurlar da ayırd
edilir. Ön dişlər arasında təmasın
olmaması xəstəni qianı
premolyarlar və molyarlarla
dişləməyə yardım edir.
DƏRİN DİŞLƏM
Dərin dişləmdə yuxarı və aşağı frontal dişlər arasında kəsici kənar-qabarcıq təması
pozulmaqla, yuxarı frontal diş taclarının aşağı eyniadlı dişlərin tacının çox hissəsini və ya
tamamilə örtməsi ilə xarakterizə olunur. Aşağı ön dişlərin kəsici kənarları yuxarı dişlərin
boyunlarına toxuna bilər. Bəzən bu təmas olmur və dişlər sərt damağın selikli qişasına
toxunaraq onu zədələyir. Ortoqnatik dişləmdən fərqli olaraq kəsici kənar-qabarcıq
münasibəti olmur.
 ÇƏP DİŞLƏM
Çəp (çarpaz) dişləm zamanı
aşağı çeynəmə dişlərinin yanaq
qabarcıqları yuxarı eyniadlı
dişlərin yanaq qabarcıqlarından
xaricdə yerləşir. Ön dişlər əksər
hallarda düzgün qapanırlar.
Bəzən frontal dişlərdə də çarpaz
qapanma müşahidə edilir. Bu
dişləm yuxarı diş qövsünün
daralması nəticəsində yaranaraq
bir və ya ikitərəfli ola bilər.
DİQQƏTİNİZƏ
GÖRƏ
TƏŞƏKKÜRLƏR.

More Related Content

What's hot

Anesthetic techniques - Maxillary anesthetic techniques
Anesthetic techniques - Maxillary anesthetic techniquesAnesthetic techniques - Maxillary anesthetic techniques
Anesthetic techniques - Maxillary anesthetic techniques
Umm Al-Qura University Faculty of Dentistry
 
Dental caries
Dental cariesDental caries
Dental caries
Anusha Sreedharan
 
Alveolar bone
Alveolar boneAlveolar bone
Alveolar bone
Muhammad Awadine
 
Principles of tooth preparation
Principles of tooth preparation Principles of tooth preparation
Principles of tooth preparation
Sonali Harjani
 
Eruption & shedding
Eruption & sheddingEruption & shedding
Eruption & shedding
koilonychia
 
compensating curve.ppt
compensating curve.pptcompensating curve.ppt
compensating curve.ppt
Shrimant Raman
 
Local anesthesia
Local anesthesiaLocal anesthesia
Local anesthesia
josna thankachan
 
Developmental disturbances of teeth
Developmental disturbances of teethDevelopmental disturbances of teeth
Developmental disturbances of teeth
Amritha James
 
1 cementum
1  cementum1  cementum
1 cementum
sherifsayed65
 
Local & systemic Complications of Local Anesthesia
Local & systemic Complications of Local AnesthesiaLocal & systemic Complications of Local Anesthesia
Local & systemic Complications of Local Anesthesia
IAU Dent
 
Dental Occlusion
Dental OcclusionDental Occlusion
Dental Occlusion
dentistry
 
Luxation tooth injuries
Luxation tooth injuriesLuxation tooth injuries
Luxation tooth injuries
Paras Angrish
 
Cementum
CementumCementum
Cementum
Haritha Hari
 
Pain pathways seminar
Pain pathways seminarPain pathways seminar
Pain pathways seminar
Dr Khushboo Sinhmar
 
Theories of tooth eruption
Theories of tooth eruptionTheories of tooth eruption
Theories of tooth eruption
Khushboo Vatsal
 
Role of saliva ektha
Role of saliva ekthaRole of saliva ektha
Role of saliva ektha
Ektha Pai
 
Dental caries
 Dental caries Dental caries
Dental caries
Mohana Pratima Kamineni
 
Introduction into operative dentistry.pdf mazen doumani
Introduction into operative dentistry.pdf mazen doumaniIntroduction into operative dentistry.pdf mazen doumani
Introduction into operative dentistry.pdf mazen doumani
mazen doumani
 
THEORIES OF TOOTH ERUPTION
THEORIES OF TOOTH ERUPTIONTHEORIES OF TOOTH ERUPTION
THEORIES OF TOOTH ERUPTION
VaishnaviJaiswal10
 
Maxillary nerve block anesthetic technique (with photos)
Maxillary nerve block anesthetic technique (with photos)Maxillary nerve block anesthetic technique (with photos)
Maxillary nerve block anesthetic technique (with photos)
Hesham El-Hawary
 

What's hot (20)

Anesthetic techniques - Maxillary anesthetic techniques
Anesthetic techniques - Maxillary anesthetic techniquesAnesthetic techniques - Maxillary anesthetic techniques
Anesthetic techniques - Maxillary anesthetic techniques
 
Dental caries
Dental cariesDental caries
Dental caries
 
Alveolar bone
Alveolar boneAlveolar bone
Alveolar bone
 
Principles of tooth preparation
Principles of tooth preparation Principles of tooth preparation
Principles of tooth preparation
 
Eruption & shedding
Eruption & sheddingEruption & shedding
Eruption & shedding
 
compensating curve.ppt
compensating curve.pptcompensating curve.ppt
compensating curve.ppt
 
Local anesthesia
Local anesthesiaLocal anesthesia
Local anesthesia
 
Developmental disturbances of teeth
Developmental disturbances of teethDevelopmental disturbances of teeth
Developmental disturbances of teeth
 
1 cementum
1  cementum1  cementum
1 cementum
 
Local & systemic Complications of Local Anesthesia
Local & systemic Complications of Local AnesthesiaLocal & systemic Complications of Local Anesthesia
Local & systemic Complications of Local Anesthesia
 
Dental Occlusion
Dental OcclusionDental Occlusion
Dental Occlusion
 
Luxation tooth injuries
Luxation tooth injuriesLuxation tooth injuries
Luxation tooth injuries
 
Cementum
CementumCementum
Cementum
 
Pain pathways seminar
Pain pathways seminarPain pathways seminar
Pain pathways seminar
 
Theories of tooth eruption
Theories of tooth eruptionTheories of tooth eruption
Theories of tooth eruption
 
Role of saliva ektha
Role of saliva ekthaRole of saliva ektha
Role of saliva ektha
 
Dental caries
 Dental caries Dental caries
Dental caries
 
Introduction into operative dentistry.pdf mazen doumani
Introduction into operative dentistry.pdf mazen doumaniIntroduction into operative dentistry.pdf mazen doumani
Introduction into operative dentistry.pdf mazen doumani
 
THEORIES OF TOOTH ERUPTION
THEORIES OF TOOTH ERUPTIONTHEORIES OF TOOTH ERUPTION
THEORIES OF TOOTH ERUPTION
 
Maxillary nerve block anesthetic technique (with photos)
Maxillary nerve block anesthetic technique (with photos)Maxillary nerve block anesthetic technique (with photos)
Maxillary nerve block anesthetic technique (with photos)
 

More from LemanPirmemmedova

inlay onlay overlay.pptx
inlay onlay overlay.pptxinlay onlay overlay.pptx
inlay onlay overlay.pptx
LemanPirmemmedova
 
Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)
Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)
Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)
LemanPirmemmedova
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
LemanPirmemmedova
 
Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)
Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)
Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)
LemanPirmemmedova
 
Xroniki xolesistit
Xroniki xolesistitXroniki xolesistit
Xroniki xolesistit
LemanPirmemmedova
 
Pharmacodynamics
PharmacodynamicsPharmacodynamics
Pharmacodynamics
LemanPirmemmedova
 
Farmakodinamika Az
Farmakodinamika AzFarmakodinamika Az
Farmakodinamika Az
LemanPirmemmedova
 
Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)
Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)
Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)
LemanPirmemmedova
 
Opg
Opg Opg

More from LemanPirmemmedova (9)

inlay onlay overlay.pptx
inlay onlay overlay.pptxinlay onlay overlay.pptx
inlay onlay overlay.pptx
 
Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)
Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)
Uşaqlıq mioması (Uterine Myoma, Fibroids)
 
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
Xroniki Piolonefrit (Chronic Pyelonephritis)
 
Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)
Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)
Ortodontiyada OPG və Sefalometriya (OPG and Cephalometry in Orthodontics)
 
Xroniki xolesistit
Xroniki xolesistitXroniki xolesistit
Xroniki xolesistit
 
Pharmacodynamics
PharmacodynamicsPharmacodynamics
Pharmacodynamics
 
Farmakodinamika Az
Farmakodinamika AzFarmakodinamika Az
Farmakodinamika Az
 
Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)
Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)
Non inflammatory ear diseases (Qulağın qeyri-iltihabi xəstəlikləri)
 
Opg
Opg Opg
Opg
 

Okkluziya

  • 1. AZƏRBAYCAN TİBB UNİVERSİTETİ Fakültə: Stomatologiya Tələbə: Pirməmmədova Ləman Mövzu: Artikulyasiya və Okklüziya. Dişləm və növləri.
  • 2. ARTİKULYASİYA Artikulyasiya dedikdə, yuxarı çənəyə nəzərən çeynəmə əzələlərinin köməyi ilə müəyyən məkan daxilində aşağı çənəni etdiyi bütün hərəkətlər, yerdəyişmələr vəvəziyyətlər başa düşülür. Bu ifadə aşağı çənənin təkcə çeynəmə hərəkətləri ilə məhdudlaşmayıb, nitq, udma, əsnəmə zamanı və s. kimi hərəkətlərini də səciyyələndirir.
  • 3. OKKLÜZİYA Artikulyasiyanın xüsusi bir halı olub, müəyyən zaman çərçivəsində ayrı-ayrı diş qruplarının və ya bütünlüklə diş sıralarının qapanmasıdır. Artikulyasiyaya okklüziyanın bir-birini əvəz edən variantlarının zənciri kimi baxılır. Okklüziya aşağıdakı növlərdən ibarətdir:
  • 4. Mərkəzi okklüziya Ön okklüziya Sol yan okklüziya Sağ yan okklüziya
  • 5. Mərkəzi okklüziya Mərkəzi okküziyada dişlər qapanarkən aralarında maksimal təmas nöqtələri yaranır. Bu zaman sifətin orta xətti mərkəzi kəsici dişlər arasından keçən şaquli xətlə üst-üstə düşür. Çənənin oynaq başı oynaq qabarcığının əsasında yerləşir. Mərkəzi okklüziyada çənəni qaldıran əzələlərin eyni vaxtda bərabər yığılması qeyd olunur.
  • 6.  Ön okklüziya Ön okklüziya çənə önə çıxmış vəziyyətdə diş sıralarının qapanması olub, bayır qanadabənzər əzələlərin ikitərəfli yığılası hesabına baş verir. Sifətin orta xətti mərkəzi okklüziyada olduğu kimi, mərkəzi kəsici dişlər arasından keçən şaquli xətlə üst-üstə düşür. Okklüziyanın bu növündə çənənin oynaq başı önə sürüşərək oynaq qabarcıqlarının zirvəsində yerləşir.
  • 7.  Yan okklüziya Yan okklüziya çənənin sağa (sağ okklüziya) və sola (sol okklüziya) yerdəyişməsi zamanı diş sıralarının qapanmasıdır. Sağ yan okklüziya – sol bayır qanadabənzər əzələnin, sol yan okklüziya – sağ bayır qanadabənzər əzələnin yığılması hesabına baş verir. Çənə yana yerini dəyişərkən yerdəyişmə tərəfində çənənin oynaq başı yüngülcə fırlanaraq oynaq qabarcığının əsasında qalır, digər tərəfdə isə o, oynaq qabarcığının zirvəsində yerləşir.
  • 8. Çənənin nisbi sakitlik vəziyyəti Çeynəmə və nitq fəaliyyəti dayandıqda yuxarı və aşağı diş sıraları bir-birindən aralı olur; bu zaman çənə azacıq sallanır və ön dişlər arasında 1 - 6 mm-ə qədər məsafə olur. Bu məsafə fərdi və müxtəlif olub, yaşa dolduqca artır. Çənə aşağı sallanarkən ona təsbit olunmuş əzələlər bir qədər dartılmış olur ki, bu da müvafiq proprioreseptorlarda qıcıqlanma törədir. Proprioreseptorlar qıcıqlandıqda çeynəmə əzələlərinin müxtəlif qrup lifləri növbə ilə yığılır. Bu, əzələlərin istirahətini təmin etməklə, onları yeni yığılmaya hazırlayır. Belə vəziyyətdə əzələlərin enerji sərfi onların fəaliyyət dövründəkinə nisbətə ən minimal olur. Bu hal çənənin nisbi fizioloji sakitlik vəziyyəti adlanır. Çənənin nisbi sakitlik vəziyyəti reflektor akt olub, parodont toxumalarının da fəaliyyəti üçün vacibdir. Məlum olduğu kimi, parodont toxumaları üçün çeynəmə təyziqinin dövrülüyü xarakterik sayılır. Əgər parodonta düşən təyziq daimi olsaydı, bu, parodontda işemiya törətməklə, distrofiyaya gətirib çıxarardı. Bu səbəbdən, çənənin nisbi sakitlik vəziyyəti özünəməxsus anadangəlmə müdafiə reflekslərindən sayılır.
  • 9. Normal dişləm Patoloji dişləm Dişləmlər o Ortoqnatik dişləm o Düz dişləm o Fizioloji proqnatiya o Fizioloji opistoqnatiya o Distal dişləm o Mezial dişləm o Çəp dişləm o Dərin dişləm o Açıq dişləm Diş sıralarının mərkəzi okklüziya vəziyyətində qapanması dişləm adlanır. Çeynəmə,nitq və estetik optimumu təmin edən dişləmlər normal sayılır. Patoloji dişləm diş sıralarının elə qarşılıqlı münasibətidir ki, bu zaman çeynəmə funksiyası, nitq və xarici görkəm pozulur.
  • 10.  Ortoqnatik dişləm Daha çox rast gəlinən dişləm növü olub, müəyyən əlamətlərlə xarakterizə olunur; bunlardan bir qismi bütün dişlərə, digərləri təkcə ön dişlərə və çeynəmə dişlərinə aid olan əlamətlərdir. Bütün dişlərə aid əlamətər Hər bir diş iki antoqonistlə - əsas və əlavə antoqonistlə görüşür. Hər bir yuxarı diş aşağı eyniadlı və sırada ondan sonra gələn dişlə, hər bir aşağı diş isə yuxarı eyniadlı və ondan əvvəl dayanan dişlə görüşür. Təkcə yuxarı səkkizinci və aşağı birinci diş istisnalıq edir, onların hərəsinin bir antoqonisti vardır.
  • 11. Ön dişlərə aid əlamətlər Yuxarı və aşağı mərkəzi kəsici dişlər arasından keçirilən şaquli xətlər bir sagital müstəvidə sifətin orta xətti üzərində yerləşərək, bir-birinin ardını təşkil edir. Bu, estetik optimumu təmin edir. Yuxarı ön dişlərin tacı aşağı diş taclarının təxminən üçdə birini örtür. Aşağı frontal dişlərin kəsici kənarları yuxarı frontal dişlərin damaq qabarcıqları ilə görüşərək, kəsici kənar- qabar təması yaradır.
  • 12. Çeynəmə dişlərinə aid əlamətlər Yuxarı birinci böyük azı dişin ön yanaq qabarcığı aşağı eynialı dişin yanaq qabarcıqları arasındakı köndələn şırımda yerləşir. Yuxarı birinci böyük azı dişin arxa yanaq qabarcığı aşağı eyniadlı dişin arxa yanaq qabarcığı ilə yeddinci dişin ön yanaq qabarcığı arasında yerləşir. Yuxarı və aşağı azı dişlərinin qabacıqlarının belə vəziyyəti dişlərin mediodistal münasibəti adlanır. Enql bunu dişləmin açarı adlandırmışdır.
  • 13. Çeynəmə dişlərinin yanaq-damaq istiqamətində qapanma əlamətləri Yuxarı premolyar və molyarların yanaq qabarcıqları aşağı eyniadlı dişlərin yanaq qabarcıqlarından xaricdə yerləşir. Bunun sayəsində yuxarı dişlərin damaq qabarcıqları aşağı dişlərin çeynəmə səthindəki boylama şırımda, aşağı dişlərin yanaq qabarcıqları isə yuxarı dişlərin şeynəmə səthindəki boylama şırımda yerləşir.
  • 14. Okklüziya müsəvisi Aşağı çənənin mərkəzi kəsici dişlərinin kəsici kənarlarından ikinci (üçüncü) molyarın distal yanaq qabarcığının zirvəsin və ya retromolyar qabarcığın ortasınadək keçən müstəvi okklüziya müstəvisi adlanır. Ortoqnatik dişləmdə okklüziya müstəvisinə nəzərən dişlər belə yerləşir: aşağı kəsici dişlərin kəsici kənarları, köpək dişlərinin zirvəsi və üçüncü molyarın distal yanaq qabarcığı bu müstəviyə toxunur. Birinci və ikinci premolyarlar və molyarlar bu mestəvidən aşağıda yerləşir.
  • 15. Dişlərin yanaq və damaq qabarcıqlarının müxtəlif səviyyədə yerləşməsindən yan (transverzal) okklüziya əyriləri – Uilson əyriləri yaranır ki, hər simmetrik diş cütü üçün əyrilik radiusu müxtəlif olur. Əgər ön dişlərin kəsici kənar- larından çeynəmə dişlərinin yanaq qabarcıqlarına və ya fissurlarına doğru xətt çəksək, onda qabarcıq tərəfi aşağıya baxan əyri alınar. Bu xətt sagital kompensasiya əyrisi və ya Şpeye əyrisi adlanır. 14 və 24 15 və 25 16 və 26 17 və 27 18 və 28
  • 16. DÜZ DİŞLƏM Düz dişləmdə ortoqnatik dişləmdən fərqli olaraq, yuxarı ön dişlərin kəsici kənarları aşağı eyniadlı dişləri örtməyib, onlarla uc-uca görüşür. Azı dişlərin münasibətləri ortoqnatik dişləmdə olduğu kimidir, yalnız onların qabarları nisbətən hamar olur.
  • 17. FİZİOLOJİ BİPROQNATİYA Bu dişləm üçün ortoqnatik dişləmin bütün əlamətləri səciyyəvi sayılır. Fərq yalnız ondadır ki, fizioloji biproq- natiyada hər iki çənənin ön dişləri alveol çıxıntıları ilə birgə önə yönəlmiş vəziyyətdə olur.
  • 18.  FİZİOLOJİ OPİSTOQNATİYA Ortoqnatik dişləmin bütün əlamətləri bu dişləm üçün də səciyyəvidir. Fizioloji opistoqnatiya ortoqnatik dişləmdən yalnız hər iki çənənin ön dişlərinin alveol çıxıntıları ilə birgə arxaya yönəlmiş vəziyyətdə olması ilə fərqlənir.
  • 19. PATOLOJİ DİŞLƏMLƏR Ptoloji dişləmlər üçün diş sıralarının normal qarşılıqlı münasibətlərinin pozulması ilə bərabər, çeynəmə və nitq funksiyalarının, eləcə də xəstənin zahiri görkəminin pozulması xarakterikdir. Patoloji dişləmlərə distal, mezial, dərin, açıq və çəp (lateral) dişləmlər aid edilir.
  • 20.  DİSTAL DİŞLƏM Distal dişləm yuxarı çənənin önə çıxması ilə xarakterizə olunaraq, Azərbaycan əhalisinin 9,97%-də rast gəlinir. Aşağı çənənin distal istiqamətdə yerdəyişməsi və ya yuxarı çənənin önə çıxması həm frontal, həm də çeynəmə dişlərinin qapanmasında dəyişiklik yaradır. Distal dişləmdə yuxarı altıncı dişin ön yanaq qabarcığı aşağı eyniadlı dişin ön yanaq qabarcığının üstünə, bəzən isə aşağı ikinci premolyarla birinci molyarın ön yanaq qabarcığı arasına düşür.
  • 21. Çənələrin normal münasibətlərində yuxarı ön dişlər aşağı eyniadlı dişləri örtərək kəsici kənar-qabarcıq münasibəti yaradır. Distal dişləmdə yuxarı frontal dişlər önə doğru yönəldiyindən, aşağı dişlərlə aralarında məsafə yaranır. Çox vaxt aşağı frontal dişlərin kəsici kənarları dişlər qapanan zaman sərt damağın selikli qişasına toxunaraq onu zədələyir. Bu cür dişləm zamanı selikli qişada travma yarana bilər.
  • 22.  MEZİAL DİŞLƏM Mezial dişləm zamanı aşağı çənə önə çıxaraq, aşağı frontal dişlər yuxarı eyniadlı dişləri örtür. Aşağı çənə medial istiqamətə yerini dəyişdiyindən yuxarı altıncı dişin ön yanaq qabarcığı eyniadlı aşağı dişin arxa yanaq qabarcığının və ya birinci və ikinci molyar dişlərin arasına düşür. Mezial dişləmdə aşağı diş qövsü çox vaxt yuxarı diş qövsündən geniş olur.
  • 23.  AÇIQ DİŞLƏM Açıq dişləm zamanı yuxarı və aşağı frontal dişlər arasına, bəzən isə hətta premolyarlar arasında da təmas olmur və təkcə molyar dişlər görüşürlər. Eyni zamanda böyük funksional qüsurlar da ayırd edilir. Ön dişlər arasında təmasın olmaması xəstəni qianı premolyarlar və molyarlarla dişləməyə yardım edir.
  • 24. DƏRİN DİŞLƏM Dərin dişləmdə yuxarı və aşağı frontal dişlər arasında kəsici kənar-qabarcıq təması pozulmaqla, yuxarı frontal diş taclarının aşağı eyniadlı dişlərin tacının çox hissəsini və ya tamamilə örtməsi ilə xarakterizə olunur. Aşağı ön dişlərin kəsici kənarları yuxarı dişlərin boyunlarına toxuna bilər. Bəzən bu təmas olmur və dişlər sərt damağın selikli qişasına toxunaraq onu zədələyir. Ortoqnatik dişləmdən fərqli olaraq kəsici kənar-qabarcıq münasibəti olmur.
  • 25.  ÇƏP DİŞLƏM Çəp (çarpaz) dişləm zamanı aşağı çeynəmə dişlərinin yanaq qabarcıqları yuxarı eyniadlı dişlərin yanaq qabarcıqlarından xaricdə yerləşir. Ön dişlər əksər hallarda düzgün qapanırlar. Bəzən frontal dişlərdə də çarpaz qapanma müşahidə edilir. Bu dişləm yuxarı diş qövsünün daralması nəticəsində yaranaraq bir və ya ikitərəfli ola bilər.