SlideShare a Scribd company logo
MÖMİNLƏRİN CƏSARƏTİ
O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!”
- dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər.
O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali-İmran, 173)
HARUN YƏHYA
(ADNAN OKTAR)
Bu kitabda istifadə edilən ayələr
Z.Bünyadov və V.Məmmədəliyevin, həmçinin
Ə.Musayevin tərcümə etdiyi
Qurani-kərim məallarından götürülmüşdür.
Birinci çap: Noyabr, 2000
İkinci çap: Aprel, 2002
Üçüncü çap: Sentyabr, 2005
Dördüncü çap: Oktyabr, 2005
Beşinci çap: Mart, 2006
Altıncı çap: İyul, 2006
Yeddinci çap: Sentyabr, 2009
ARAŞDIRMA
NƏŞRİYYAT
Talatpaşa Məh. Əmirqazi küçəsi
İbrahim Almaz iş mərkəzi
Blok: A, mərtəbə: 4 Oxmeydanı - İstanbul
Tel: (0 212) 222 00 88
Nəşr: Enteqre mətbəəçilik
Sənaye küç. Nömrə: 17 Yenibosna-İstanbul
Tel: (0 212) 451 70 70
www.harunyahya.org - www.harunyahya.net
İÇİNDƏKİLƏR
GİRİŞ
QURANA GÖRƏ CƏSARƏT NƏDİR?
QURANA ƏSASLANAN CƏSARƏTLƏ CƏMİYYƏTDƏKİ
CƏSARƏT ANLAYIŞININ FƏRQİ
ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ
ƏMR EDİR
CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR?
PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİN
HƏYATLARINDAN CƏSARƏT NÜMUNƏLƏRİ
NƏTİCƏ
TƏKAMÜL YALANI
OXUCUYA
Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer
ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini
meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə Allahın varlığını inkar edən darvinizm
150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur.
Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani
bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi
oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər
kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.
Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə
əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah
edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın
ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq
şəkildə açıqlanmışdır.
Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı
tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar
"bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən
insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu
inkar edə bilmirlər.
Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi,
qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir
qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və
təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.
Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və
oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında
isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün
ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.
Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri
vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və
oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox
əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir
qaynağın mövcudluğuna şahid olacaq.
Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli
qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət
yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.
YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada
anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar
Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə
bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir
çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını,
iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini
ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik
külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin
xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından
götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün
olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-
kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya
olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə
rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir
ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi
hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü
söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.
Yazıçıın bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq,
beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində
düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini
gözlər önünə çəkməkdir.
Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən
İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan
İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində
sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus,
boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili
kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.
Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman
etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran
hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi
yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib
edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə
düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin
heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr
də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan
götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı
qarşısında fikirlə məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır.
Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət
etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc
hədəflənməmişdir.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin
edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli
xidmət olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri
qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün
güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və
zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü
vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda
şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və
Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin
açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi
əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu
isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran
əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın
gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu
xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks
halda çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın
izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət,
gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.
GİRİŞ
Bütün ömrünü məsuliyyət daşımadan yaşamağa alışmış bir insan düşünək. Elə bir
insan ki, sadəcə öz qidalanması, gələcəyi, evi, maşını, sahib olduğu malları ilə
maraqlanır… Bu insanı ətrafında baş verən hadisələr, dünyanın hər tərəfində davam
edən zülm, haqsızlıq, aclıq, axıdılan qanlar, yaşanan əzablar maraqlandırmır. Yer
üzünün qarışıqlıq, xaos, nizamsızlıq, təxribat və hər cür haqsızlıqlarla dolu olması onu
heç narahat etmir. Haqsız yerə öldürülən insanların, yemək üçün bir tikə çörək belə tapa
bilməyən uşaqların varlığına əhəmiyyət vermir. “Mənə toxunmayan ilan min yaşasın”
kimi yalnış dünyagörüşünə malikdir, yalnız özünü düşünür və özü üçün yaşayır.
Cəmiyyətdə bu cür insanlarla tez-tez rastlaşmaq mümkündür. Belə yaşadıqları
təqdirdə dərddən, qəmdən uzaq, rahat olacaqlarını düşünən insanların sayı çoxdur.
Halbuki başqa insanlara zülm edilən, haqsızlıq olunan, əzab verilən mühitdə insanın
sadəcə özünü düşünməsi, öz dərdinə çarə axtarması vicdana sığmayan davranışdır.
Bu halda insanın öhdəsinə düşən böyük məsuliyyətlər vardır. Hami ac qalan,
haqsız yerə yurdlarından sürgün edilən, öldürülən, qətl edilən insanları bu
vəziyyətlərindən qurtara biləcək güclü imana sahib ola bilər. Dünyanı bu vəziyyətdən
xilas etməyə çalışmaq, ağıl və vicdan sahibi hər insanın vəzifəsidir.
Siz bu sətirləri oxuyarkən “görəsən, mən nə edə bilərəm?”-deyə düşünə, yaxud
“mənim edəcəklərimlə nə dəyişəcək ki?”-deyə bilərsiniz. Lakin hamının belə dediyini
düşünün…
Bu halda yer üzündə pisliklərə qarşı yaxşılıq edən bir nəfər belə qalmazdı.
Halbuki hər dövrdə yaxşılığı qoruyub saxlayan insanlar olub. Bu insanlar qorxmadan
fəaliyyaət göstərmiş, yer üzündə ədaləti hakim etməyə və qorumağa çalışmışlar. Bu
insanların əsas xüsusiyyətləri Allahdan qorxmaları, vicdanlarının səsinə qulaq asmaları,
çox cəsur və səxavətli olmaları, məsuliyyət daşımaqdan qorxmamalarıdır.
Dünyanın hər tərəfinə yayılan zülm və haqsızlıqların əvəzinə yaxşılığı, gözəlliyi
və ədaləti gətirmək üçün lazım olan ən əhəmiyyətli xüsus doğru olan yolda cəsur
davranmaqdır. Bəlkə də “insanlara yaxşılığı tövsiyə etmək üçün niyə cəsur olmaq
lazımdır?”-deyə düşünə bilərsiniz. Halbuki pisliyin yer üzündən silinməsini istəyən
insanların ən çox ehtiyacları olan xüsusiyyətlərdən biri cəsarətdir.
Cəsarət və qərarlılığın yaxşılığı əmr edib pislikdən çəkindirməkdə nə qədər
əhəmiyyətli olduğunu anlamaq üçün peyğəmbərlərin və ömrünü Allaha həsr etmiş
müsəlmanların pisliyə qarşı mübarizələrini xatırlamaq lazımdır.
Bu mövzunu düşünmək, əsrlərlə yaxşılığı müdafiə edənlərə kimlərinsə mane
olduğunu görmək mövzunun vacibliyini anlamaq cəhətdən əhəmiyyətli olacaq.
Şübhəsiz, hər dövrdə dünyaya yaxşılığın, gözəl əxlaqın, sülhün və rahatlığın
hakim olması üçün çalışan insanlarla yanaşı, insanları haqsız yerə öldürən, yurdlarından
çıxaran, yer üzündə əxlaqi degenerasiyanı yaymağa, zəif olanı əzməyə, beləliklə, özünü
ucaltmağa çalışan çox sayda insan yaşamışdır.
Müsəlmanların hədəfi gözəl əxlaqı insanlar arasında yaymaq olduğu halda, bu
insanların hədəfi pisliyi bütün dünyaya yaymaq olmuşdur, buna görə də bütün yaxşı
fəaliyyətlərə mane olmaq istəmələrinə heyrətlənməməliyik. Tarix boyu yaşananlar da
həmişə bunu göstərmişdir. Gözəl əxlaqı tövsiyə edən peyğəmbərlər və onları izləyən
möminlər hər dövrdə təzyiqlərə məruz qalmışlar. Qarşı tərəf çirkin və əsli olmayan
böhtanlarla, müxtəlif üsullarla onları yollarından saxlamaq istəmişdir.
Ancaq yer üzündə yaxşılığın, rahatlığın, gözəl əxlaqın hakim olmasını
istəməyənlərin bilmədiyi və heç cür dərk etmədiyi ilahi sirr təcəlli etmişdir:
Müsəlmanlar hər zaman, “... Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!”
(Saffat surəsi, 173) ayəsində bildirildiyi kimi inanmayanlara qalib gəlmişlər. Bu,
Allahın vədidir. Allah Öz yolunda cəsarət və qərarlılıqla mübarizə aparanları bu
dünyada inkarçılara qarşı qalib etmiş, axirətdə də səmimi cəhdlərinin qarşılığında
cənnəti nəsib edəcəkdir.
Allaha güvənərək Onun əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq üçün cəhd
edən hamı Allahın sonsuz nemətləri ilə mükafatlanmağı ümid edə bilər. Kim
peyğəmbərlərin və səmimi möminlərin göstərdikləri cəsarəti və qərarlılığı göstərər,
doğru yolda yorulmadan irəliləyərsə, cənnət əhli olmağı ümid edə bilər. Allah bu
mövzu ilə əlaqədar olaraq bir ayədə belə buyurur:
“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad
edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.”
(Bəqərə surəsi, 218)
Bu kitabda gözəl əxlaqın bir hissəsi olan “cəsarət” mövzusundan bəhs olunacaq.
Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda cəmiyyətdə qəbul
edilən cəsarət anlayışının yalnış cəhətləri incələnəcək. Həqiqi Qurani cəsarətlə, xalq
arasında qəbul edilən və yaşanan cəsarət anlayışı müqayisə ediləcək. Bundan başqa
şeytanın insanları sövq etməyə çalışdığı çirkin cəsarət haqqında danışılacaq və nəhayət
Quranda adı keçən peyğəmbərlərin və saleh möminlərin cəsarətindən nümunələr
veriləcək.
QURANA GÖRƏ CƏSARƏT NƏDİR?
Həqiqi cəsarət Quranda bildirildiyi kimi Allahın hədlərini qüsursuz şəkildə
qoruyaraq, Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək,
heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə
Allahdan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii
haldır.
İnananlar Allaha olan imanları, Allah qorxuları və axirət istəklərindən
qaynaqlanan təbii cəsarəti göstərirlər. Hər hərəkətləri çox səmimi və cəsurdur. Allah
rizası üçün Allahın əmr etdiyi əxlaqı yaşamaq və digər insanların da bu əxlaqı
yaşamalarına şərait yaratmaq üçün cəhd edir, ətraflarında baş verən haqsızlıqlara laqeyd
yanaşmır, Qurana uyğun hərəkət edirlər. Pisliklərə qarşı fikri mübarizə aparmağı,
doğrunu, gözəli, yaxşını insanlara göstərməyi özlərinə borc bilirlər.
Möminlərin cəsarətinin təməlində Allah sevgisi, Allah qorxusu və Allahın rizasını
qazanmağı hədəfləyən səmimi cəhd durur, buna görə də gözəl əxlaqı yaşamaqdakı
cəsarətləri müəyyən şərtlərə bağlı deyil. Möminlər hər zaman və hər vəziyyətdə Allaha
güvəndən qaynaqlanan cəsarətlərini qoruyurlar.
İnanmayanların göstərdikləri cəsarətdə isə mənəviyyatın yerini sadəcə mənfəət və
dünyəvi ehtiraslar tutur, buna görə də Qurandan uzaq yaşayan insanlar cəsarət
anlayışını səhv yerlərdə tətbiq edirlər. Cəsarət tələb olunan yerlərdə isə səssiz qalırlar.
Bu insanların göstərdikləri cəsarət əsasən lazımsız, mənasız və axirətləri üçün faydasız
olur.
Allahdan qorxan insanlar cəsarət tələb edən bir hadisə gördükləri zaman bu
hadisəni görməməzlikdən gələrək qaçmağı vicdanlarına sığışdırmazlar. Məsələn, bir
nəfər günahsız olduğu halda günahlandırılırsa və o da bu insanın günahsız olduğuna
şahiddirsə, öz mənfəətlərinə faydalı olmasa da, özünü riskə atsa da, Allah rizası üçün bu
insanı müdafiə edir. Bu həqiqətən çox gözəl cəsarət nümunəsidir. Möminin göstərdiyi
bu cəsarətin qaynağı Allah qorxusudur, çünki Allah Quranda belə əmr edir:
… Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah
etdiyiniz əməlləri biləndir! (Bəqərə surəsi, 283)
Ayədə bildirildiyi kimi, Allah şahidliyi gizlətməyi haram edir. Mömin Allahın
əmrlərinə itaət etməkdə zəiflik göstərməkdən və ağır davranmaqdan qorxduğu üçün
Allahın bildirdiyi hədləri qorumaqda çox cəsurdur.
Quran əxlaqından uzaq cəmiyyətdə isə vicdanının səsini dinləyib haqqına təcavüz
edilən birini müdafiə edənləri “Sən onun vəkilisənmi?”, “Sənə qalıb onun haqqını
müdafiə etmək?” kimi sözlərlə alçaldıb, bu gözəl əxlaqdan uzaqlaşdırılmağa çalışırlar.
Halbuki etdiyi təqdirəlayiq hərəkətdir. Bu situasiya ilə qarşılaşan insan da din
əxlaqından uzaq biridirsə ətrafındakı insanların reaksiyasından təsirlənər, öz
mənfəətlərini itirməkdən çəkinər, ancaq bu insan Allaha iman edən, Qurana tabe olan
insandırsa Allahın əmr etdiyi əxlaqı tətbiq etməkdə əsla tərəddüd etməz.
Bu insan vicdanının səsinə qulaq asıb ən çətin anda belə haqqı qorumaqda
cəsarətli olar. Pisliklə qarşılaşdığı zaman ayədə əmr edildiyi kimi yaxşılıqla qarşılıq
vermək üçün çalışar, buna görə də Quran əxlaqını yaşamayan insanlar tərəfindən
“saflıqla” mühakimə edilib alçaldılar. Ətrafındakı insanlar onun bu hərəkətini yadırğasa
belə, o, gözəl əxlaqlı olmağa üstünlük verər. Quranda qınayanın qınamasından
qorxmamaq, cəsur və qərarlı olmaq gözəl əxlaq xüsusiyyəti kimi göstərilir:
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə
bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə
qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin
tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü
ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)
Gündəlik həyatımızdan bir neçə nümunə göstərərək mövzunu daha da
aydınlaşdıra bilərik. Bir nəfər yolda kasıb, köməyə ehtiyacı olan biriylə rastlaşır.
Kömək etmək istəyir, lakin yanındakılar “Fikir vermə”, “Sənə qalmayıb ki, kömək
etmək”-deyərək kömək etməsinə mane olmağa çalışırlar. O insan burada artıq bir seçim
qarşısında qalır.
Bəzi insanlar dostlarının qarşısında alçalmaqdan çəkinərək, onları itirməkdən
qorxaraq gözəl əxlaq göstərməkdən üz döndərir və həmin insana kömək etmirlər.
Müsəlman isə qınaqlardan çəkinmədən o insana kömək edir, çünki köməyə möhtac olan
o insanı Allah yaradıb xüsusi olaraq qarşısına çıxarmışdır. Bu hadisə ilə onun gözəl
əxlaqlı olub-olmadığını yoxlayır. İncə düşüncəli mömin bu hadisəni Allahın xüsusilə
yaratdığını və özünü imtahan etdiyini dərhal anlayır, Allahın rizasına uyğun olanı seçir.
Dostlarının lağ etməsi onu gözəl əxlaqdan çəkindirmir. Doğru bildiyini etməkdə
cəsarətli olur.
Gözəl əxlaq göstərməkdə qərarlı olan insanın qarşısına bəzən bu cür insanlar çıxa
bilir. Quran ayələrini incələdiyimiz zaman bu cür hadisələrin imtahan üçün
yaradıldığını çox açıq görürük. Belə ki, Quranda yaxşıların qarşısında hər zaman
pislərin olacağından, bu şəxslərin pisliyi yer üzündə yaymaq istədiklərindən bəhs edilir.
Məqsədləri bu olduğu üçün yaxşılıq edənləri də yollarından döndərmək istəyirlər.
Allah bir çox ayə ilə bunu bildirmişdir:
… Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim
ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə
cəzalandıracağıq! (Ənam surəsi, 157)
Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar;
Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki,
Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər, Və
(xalqa) zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7)
Allah Quranda inkar edənlərin yaxşılıqların, xeyirli işlərin qarşısını almaq üçün
cəhd edəcəklərinə diqqət çəkir və bunun yaxşılarla pislərin bir-birindən ayrılmasına
vəsilə olub inananların xeyrinə nəticələnəcəyini də ayələrdə xəbər verir:
Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər.
Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub
ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah murdarı pakdan
ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və
Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir! (Ənfal surəsi, 36-37)
Bəzi insanlar pisliyin təsirində qalaraq pislik edirlər. Başqaları yaxşılıq etmək
istədikləri zaman sözləri və hərəkətləri ilə onları incidirlər. Şeytanın təsiri ilə pisliyi
gözəl, yaxşılığı çirkin göstərirlər. Zəif iradəli, qorxaq və həssas xarakterli insanlar da
ətraflarındakı bu insanların təsirinə düşərək gözəl əxlaq göstərməkdən uzaqlaşırlar. Pis
əxlaqlı şəxslərə çox asanlıqla uyğunlaşa bilirlər.
Ətrafındakılarla uyğunlaşmaq və doğru yolda olmayanların rəğbətini qazanmaq
üçün doğru bildiklərindən keçərək pis əxlaqı seçən insan özünə böyük zərər verir.
İnsanların qınamasından, onların uzaqlaşmasından çəkinərək səhv yolu seçir, pislərlə
ayaqlaşaraq əslində özünə zülm edir. Dostlarını itirməmək üçün pis əxlaqa göz yuman
və həqiqi dostun sadəcə Allah olduğunu bilməyən bu insanlar, Allahın hüzurunda
alçaldıqlarının və axirətlərini itirdiklərinin fərqində deyillər.
Halbuki Allah Özünə tabe olanları və Quranda əmr olunduğu kimi şəfqətli,
mərhəmətli, ədalətli, fədakar, təvəkküllü, yaxşılığa dəvət edən, xoş niyyətli, hər şeydə
xeyir görən, həlim xasiyyətli olmaqda nə olursa olsun, qərarlı və cəsur davrananları
nəinki alçaldıb cəmiyyətdən təcrid edəcək, əksinə, dünyada və axirətdə haqdan üz
döndərənlərin hamısına qalib edəcəkdir.
Qurana uyğun olan cəsarət Allahdan başqa heç nədən və heç kimdən
qorxmamağı, Allahın rizasına uyğun davranmaqda tərəddüd etməməyi və qərarsızlıq
göstərməməyi də tələb edir. İman edənlərin ən vacib xüsusiyyətlərindən biri çətinliklər
qarşısında acizlik göstərməmələri, Allahdan başqa heç kimdən və heç nədən
qorxmamalarıdır. Bu da onlara hər cür qorxuya qalib gələ biləcək cəsarəti qazandırır.
Onlar Allahdan başqa güc olmadığını bilirlər. Quranda möminlərin bu nümunəvi
əxlaqına bu cür diqqət çəkilir:
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç
kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi,
39)
Pislik etməkdən xoşu gələn, pis işlər görməkdə davam edən və başqalarının da
özləri kimi olmasını istəyən insanların əmələ gətirdikləri şər qruplaşmalarını dağıtmaq,
yer üzündə yaxşılığın hakim olmasına çalışmaq peyğəmbərlər və saleh möminlər qədər
cəsur olmağı tələb edir. Bu cəsarət isə səmimi və şirkdən təmizlənmiş imandan
qaynaqlanır.
Yaxşılıq edən, insanlara yaxşılığı tövsiyə edən insan ətrafındakı pis kəslərin
diqqətini cəlb edəcək. Onu yaxşılıqdan uzaqlaşdırmağa çalışılacaqlar. Bu hal bu günə
qədər bəlkə də, minlərlə dəfə təcəlli etmiş, tarix boyu yaşamış hər müsəlman gözəl
əxlaqı yaşamaqdan və başqalarına tövsiyə etməkdən uzaqlaşdırılmağa çalışılmışdır.
Məsələn, Quran əxlaqı yaşanmayan cəmiyyətdə namaz qılmağa təzə başlayan
insana mane olmağa çalışırlar. “Hələ cavansan, gələcəkdə qılarsan”, “günahın mənim
boynuma”-deyərək ibadətdən uzaqlaşdırmaq istəyirlər. Halbuki gündə 5 vaxt fərz olan
namaz Allahın əmridir. İnsanları bu ibadətdən uzaqlaşdırmaqdansa tövsiyə etmək
lazımdır. Allah insanları bu gözəl ibadətdən uzaqlaşdırmağa çalışanlarla əlaqədar
Quranda bu cür buyurur:
Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de
görək, əgər o doğru yoldadırsa, Yaxud qorxmağı əmr edirsə. Bir de görək, yalan
sayır və üz döndərirsə, Məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son
qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - Özü də
yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də
zəbaniləri çağıracağıq! Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş!
(Ələq surəsi, 9-19)
Şeytan dünya həyatının həqiqi üzünü görən, Quran əxlaqını yaşayan və axirət
üçün çalışan bir nəfərin belə olmasını istəmir. Buna görə də Qurana həssas şəkildə tabe
olan insanın üzərinə öz tərəfdarlarını göndərir və onu yolundan çəkindirməyə,
qorxutmağa və ona mənfi təsir etməyə çalışır. Şeytan bu fəaliyyətini bilavasitə təlqin və
vəsvəsə yolu ilə apardığı kimi, insanların arasında öz təsirinə saldığı və dost etdiyi
adamlar vasitəsi ilə də davam etdirir. Allah şeytanın bu üsulunun iman edənlər üçün
təsiri olmadığını bu cür bildirir:
Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz
onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175)
Bu ayədən əvvəlki ayələrdə isə Allahdan qorxan insanların dinlərini
yaşamalarında cəsur və qərarlı olmalarından, bunun nəticəsində də Allahın verdiyi
gözəl qarşılıqdan bu cür bəhs edilir:
O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!”
- dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə
gözəl vəkildir!” – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində
özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış
oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Ali-İmran surəsi, 173-174)
Cəsur olan, vicdanının səsini dinləyən və doğruları görüb heç kimdən çəkinmədən
haqq yolda irəliləyən insan Allahın rəhmətinə, rizasına, nemətinə və cənnətinə qovuşar.
Şeytanın fısıltılarına qulaq asan insan isə onun arxasınca cəhənnəmə qədər gedər və
daim orada qalar.
İman edən insanın vəzifəsi Allahın əmr etdiyi yaxşılığı, doğru və gözəl olanı
insanlara tövsiyə etməkdir. Möminin əsas vəzifəsi budur, ancaq bu da unudulmamalıdır
ki, insan bu yolda bir çox çətinliklərlə, daha doğrusu imtahanlarla qarşılaşa bilər. Çünki
bu, Allahın Quranda xəbər verdiyi vəddir:
Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil
olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə
sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə
vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)
Cənnətə getməyi ümid edən hər mömin bu ayədə Allahın vəd etdiyi kimi
inananların keçmişdə yaşadıqları çətinliklərlə imtahan olunacaq. Bu zaman insan
Allaha tabe olacaq, Ona güvənəcək, qərarlı və cəsur olub bütün bunların imtahanın bir
hissəsi olduğunu biləcəkdir.
İnsanın bu zaman hər hansı bir bəhanə gətirərək dinindən, gözəl əxlaqından
uzaqlaşması isə çox çirkin və səmimiyyətsiz hərəkətdir. Əgər insan səmimidirsə,
qorxub çəkinəcəyi heç nə yoxdur. Allah onu qoruyacaq, işlərini asanlaşdıracaqdır. Belə
ki, Allah ayələrdə hər çətinliklə yanaşı bir asanlığın olduğunu və insanları qaldıra
bilməyəcəkləri yüklə yükləməyəcəyini müjdələyir:
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər
çətinlikdən sonra bir asanlıq gələr! (Şərh surəsi, 5-6)
İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq
yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların
ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar
deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru
yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən,
Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə
varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir. (Əraf surəsi, 42-43)
QURANA ƏSASLANAN CƏSARƏTLƏ CƏMİYYƏTDƏKİ CƏSARƏT
ANLAYIŞININ FƏRQİ
Cəsarət də digər bir çox anlayış kimi din əxlaqından uzaq cəmiyyətdə Qurandakı
mənasından fərqli qəbul edilən və yaşanan anlayışlardandır. Şübhəsiz, cəsarətlə
əlaqədar hərə bir söz söyləyə bilər, ancaq hər mövzuda olduğu kimi bu mövzuda da ən
doğru məlumat Quranda verilir.
Bütün insanlar müxtəlif zamanlarda cəsarət göstərə bilərlər. Lakin insanların
cəsur davrandıqları hallar, bu cür davranmaqdakı məqsədləri və göstərdikləri cəsarətin
hədləri Quranda xəbər verilənlərdən çox fərqlidir.
Quran əxlaqını yaşamayan, Allahın tövsiyə etdiyi cəsarət haqqında məlumatı
olmayan biri ilə müsəlman olan birinin cəsarət haqqındakı fikirləri bir-birindən
fərqlidir. Müsəlman cəsarəti Quranda xəbər verildiyi kimi izah edərkən, Quran əxlaqı
və Allahın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan birinin düşüncələri təbii
ki, fərqli olacaq. Məsələn, filmlərdə tez-tez rastlaşdığımız kimi şossedə sürətlə hərəkət
edən maşınların arasında tərs istiqamətdə hərəkət etmək böyük cəsarət nümunəsidir.
Universitetdə oxuyan tələbələrin cəsarət anlayışları daha fərqlidir. Müəllimlə
mübahisə edən tələbə digərlərinə görə daha cəsurdur. Aqressiv, qaydalara riayət
etməyən tələbənin də cəsur olduğunu düşünürlər. Məsələn, məktəbə məktəbli geyimi ilə
gəlməli olduğu halda fərqli geyimdə gələn şagird böyük cəsurluq etmiş olur. İmtahanda
yoldaşlarından kömək istəmək də bu cür insanlara görə cəsarət örnəklərindəndir.
Cahil cəmiyyətdə iş adamları üçün cəsarət anlayışı ticarətdə özünü riskli hallara
salmağı deməkdir. Məsələn, birjada külli miqdarda pul qoymaq bu insanlar üçün böyük
cəsarət nümunəsidir. Bundan başqa yeni bir iş sahəsinə sərmayə qoymaq da ən cəsur
insanların işidir.
Qısaca, din əxlaqı mənimsənməyən cəmiyyətlərdə insanlar cəsarət anlayışını
yaşadıqları mühitə uyğun izah edirlər. Bu insanlar Quranı deyil, şəxsi prinsip və
vərdişlərini rəhbər etdikləri üçün cəsarətlə əlaqədar düşüncələri də fərqli olur. Məsələn,
kasıb şəxslərlə imkanlı şəxslərin cəsarətlə əlaqədar izahları fərqli olur. Evdar qadınla
siyasətçi şəxsin də cəsarət anlayışları tamamilə fərqlidir.
Bu kimi nümunələri fərqli cəmiyyətləri misal çəkərək çoxaltmaq olar, ancaq
onların hamısının cəsarət dedikdə anladıqları anlayış cəmiyyətin qəbul etdiyi ümumi
qaydaları pozaraq fərqli hərəkətlər etməkdir.
Quran əxlaqının hakim olmadığı bu cəmiyyətlərdə cəsarət anlayışının həddi
yoxdur. Oğru da özünü cəsur adlandırır, etdiyi hərəkətin cəsarət tələb edən iş olduğunu
deyir. Çünki Quranı rəhbər etməyən insanların onlarla, hətta yüzlərlə rəhbəri var. Hərə
hadisələri öz dünyagörüşünə görə dəyərləndirir və fərqli fikir irəli sürür. Hamı öz
fikrinə üstünlük verdiyi üçün cəmiyyətdə qarışıqlıq olur. Heç kim başqalarının fikrini
bəyənmir. Quran əxlaqı yaşanmayan cəmiyyətlərdə hərənin öz fikrinə üstünlük
verməsindən, yalnız öz mühakimələrini bəyənməsindən qaynaqlanan qarışıqlıqlar,
münaqişələr mütləq baş verir.
Halbuki Quran rəhbər edilsə Allahın bildirdiyi ən gözəl və ən doğru olan yeganə
əxlaq modeli yaşanar. Quranda bəhs edilən həqiqi cəsarət isə yuxarıda saydıqlarımızdan
çox fərqlidir. Quranda bəhs edilən cəsarət Allaha inamdan qaynaqlanan, həyatın hər
anında təvəkkülün nəticəsi olaraq formalaşan sağlam xarakterdir. Bu sağlam xarakterlə
əlaqədar ən gözəl nümunələri isə -sonrakı səhifələrdə də bəhs edəcəyimiz kimi-
Peyğəmbərimizin (s.ə.s.) həyatında və Allahın Quranda həyatlarından nümunələr
verdiyi digər peyğəmbərlərin həyatlarında görə bilərik. Cəsarətin nə demək olduğunu
Qurandan öyrənib anlamaq lazımdır. Quran cəsarətin ağıllı, düşünülmüş addım
olduğunu bildirir. Allah insanlara düşünüb anlamalarını tövsiyə etmiş, düşünməyənlər
üçün bir ayədə bu cür buyurmuşdur:
Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah anlamayanları əzaba
düçar edər. (Yunus surəsi, 100)
Düşünülmüş cəsarətlə nailiyyət qazanmaq olar. Cəmiyyətdə göstərilən cəsarətdə
isə risk vardır. Bu cəmiyyət riskə gedən və dəlicəsinə hərəkət edən insanları təqdir edir.
Məsələn, qiymətli əşyaları çıxarmaq üçün alovların arasından keçib yanan evə girən
insan çox cəsur hesab edilir. Halbuki bu insan çox təhlükəli və ağılsız iş görür. Onu
təqdir etmək əvəzinə mane olub, xəbərdar etmək lazımdır. Belə ki, insan həyatı dünya
malından daha əhəmiyyətlidir.
Cəsarətin Quran əxlaqına uyğun olaraq yaşanmasındakı ən əhəmiyyətli ünsür
ağıldır. Ağıllı olmaq isə Allahdan qorxmaqla mümkündür. Allah Özündən lazımi
şəkildə qorxanlara doğrunu yalnışdan ayırmaq bacarığı verir. Allah qorxusu ilə artan bu
bacarıq nəticəsində hər zaman doğrunu yalnışdan fərqləndirə bilərik. Bu həqiqət
Quranda bu cür xəbər verilir:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd
etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf
sahibidir. (Ənfal surəsi, 29)
Quranda ağıla çox əhəmiyyət verilir. Möminlər bütün hərəkətlərində olduğu kimi
cəsarət göstərdikləri zaman da ağılla hərəkət edirlər. Möminin cəsarəti romantik cəsarət
deyil. Bəzən çox böyük risklər də edə bilər, amma anidən hisslərinə qapılaraq
düşüncəsizliklə risk etməz. Hər hərəkətində olduğu kimi bu hərəkətində də mütləq ağıl
var. Kor-koranə, ağılsızca cəsarət göstərməz.
Allah qorxusu bütün mövzularda olduğu kimi bu mövzuda da çox əhəmiyyətli
meyardır. Allah qorxusu olamayan biri çox asanlıqla insanlara zərər verər, öz mənfəəti
üçün başqalarının haqlarına təcavüz edə bilər. Bu insanların cəsarət anlayışı ilə Quranda
xəbər verilən cəsarət anlayışı bir-birinə tamamilə ziddir.
Bu düşüncəyə sahib olan insanlar başqalarının haqqını yeyərək mənfəət əldə
etməyi və bununla qanunlara qarşı çıxmağı, heç kimə hiss etdirmədən gizli işlər görərək
zəngin olmağı cəsarət zənn edərlər. Utanmadan bu cür əxlaqsızlıqlar etməyi, dünyəvi
mənfəətlər uğrunda digər insanlara zülm etməkdən çəkinməməyi, heç kimə tabe
olmamağı üstünlük sayarlar. Halbuki Allah yer üzündə münaqişə çıxarmaq, insanlara
zülm etmək, insanların haqqına girmək və bu kimi hərəkətlərin hamısından insanları
çəkindirmiş və onlara bu hərəkətlərin hesabını axirətdə verə bilməyəcəklərini xəbər
vermişdir. Cəsarət gözəl əxlaqla birlikdə həqiqi mənasını qazanır. Dövlətin və
qanunların əleyhinə göstərilən cəsarət isə çirkin cəsarətdir. Bu cəsarət nümunəsi gözəl
əxlaqa, Allahın Quranda xəbər verdiyi müsəlman modelinə uyğun deyil.
Cəsarət Allahın rizasını qazanmaq üçün göstərilir. Möminlər Allah rizası üçün
canlarından və mallarından keçirlər. Əslində bu inanan insanların sonradan aldıqları
qərar deyil. Onlar bu qərarı “iman etdik” dedikləri anda vermişlər:
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin
canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş
Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir?
Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 111)
Əvvəlcədən bu qərarı verdikləri üçün önlərinə çıxan hər fürsətdə verdikləri qərarı
tətbiq edirlər, möminlərin tətbiq etdikləri bu cəsarət Allahın əmr etdiyi cəsarətdir. Buna
görə də möminlər böyük cəsarət tələb edən hərəkətləri olduqca soyuqqanlı, təvəkküllü
və qorxmadan edə bilirlər. Çünki möminin Allahın razı qalacağı işi yerinə yetirmək
lazım olduğu zaman imtina edə bilməyəcəyi və gözə almayacağı heç nə yoxdur.
Onsuz da insana canını və malını verən Allahdır. Öz diləməsi ilə bunları insanlara
verdiyi kimi, istədiyi zaman, istədiyi kimi geri almaq yenə də Allaha məxsusdur.
Bundan başqa heç nəyin təsadüfən meydana gəlmədiyi də unudulmamalıdır. Quran
əxlaqını yaşayan, Allah üçün cəsur və qərarlı olan insan qədərində yazılandan başqasını
yaşamaz. Bu isə dünyada və axirətdə özü üçün ən xeyirli olandır. İnsan hər hansı bir
çətinlik qarşısında cəsarətli davranarsa, qarşılaşacağı nəticə necə olursa olsun özü üçün
ən xeyirlisidir. Çünki Allah Quranda inanan qullarının işlərini mütləq xeyirlə
nəticələndirəcəyini xəbər vermişdir.
Quranda həqiqi cəsarətin ən gözəl şəkildə izah edilir. Peyğəmbərlərin və
möminlərin həyatlarından verilən nümunələr isə Allahı razı salmaq üçün göstərilən
cəsarətin üstün bir keyfiyyət olduğunu göstərir.
Gördüyümüz kimi Quranda bəhs edilən cəsarətlə, cəmiyyətdə qəbul edilən
cəsarətin ən əhəmiyyətli fərqi “məqsəd”dir. Quranı incələdiyimiz zaman cəsarət
anlayışının cəmiyyətdə qəbul edilənlərdən çox fərqli məqsədləri olduğu aydın olur.
Quranda bəhs edilən cəsarətin məqsədi nə insanların təqdirini qazanmaq, nə də nəfsinin
istəklərini tətmin etmək deyil. Məqsəd sadəcə Allahın rizasını qazanmaqdır.
Əlbəttə, bu, cəmiyyətdə tətbiq edilən cəsarətlə Quranda bəhs edilən cəsarət
anlayışının arasında böyük fərqlərin yaranmasına səbəb olur. Belə ki, cəmiyyətdə qəbul
edilən cəsarət anlayışında əvvəl də qeyd etdiyimiz kimi “dünyəvi hədəflər” var. Yəni
insan cəsarətli davranarkən axirəti deyil, dünyanı düşünür. Bəlkə də, gözəl və faydalı
bir iş görür, məsələn, az qala maşının altında qalan uşağı ölümdən xilas edir, amma
buradakı əsəs məqsədi öz vicdanını rahatlatmaqdır. Yaxud camaatın gözü önündə
haqsızlığa uğrayan birini müdafiə edir. Etdiyi hərəkət gözəldir, lakin məqsədi
oradakıların təqdirini qazanmaqdır. Halbuki bu hərəkət Allah rizası düşünülərək edilsə,
Allah qatında dəyərli olar.
Bu həqiqəti bir an belə unutmayan müsəlmanların göstərdikləri cəsarət dünyəvi
məqsədlərlə və mənfəətlərlə bağlı olmaz. İnsanlar tərəfindən “cəsur kimsə kimi
tanınmaq”, “cəsur adlandırılmaq” üçün cəhd etməzlər. Allah üçün göstərdikləri cəsarəti
Allahın bilməsi onlar üçün kifayətdir.
ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ ƏMR EDİR
Şeytanın məqsədi insanları Allahın dinindən uzaq saxlamaq və öz arxasınca
cəhənnəmə aparmaqdır. Buna görə də insanları aldatmaq və tələyə salmaq üçün fərqli
üsullardan istifadə edir. Bu oyunları ilə insanlardan çoxunu aldadır, onları pis əxlaqa
sövq edir. İnsanları haqq dindən uzaqlaşdırmaq, onlara öz azğın sistemini yaşatmaq
üçün doğru və yalnış anlayışlarını qarışdırıb, gözəl əxlaqı pis, pis əxlaqı isə gözəl
göstərməyə çalışır. Beləliklə, gözəl əxlaqa dair bütün anlayışları insanların səhv qəbul
etmələrinə səbəb olur. Şeytanın və ona tabe olanların bu xüsusiyyəti ayələrdə bu cür
vurğulanır:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir
yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər.
Onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)
Məsələn, səbir etmək çox gözəl əxlaqi xüsusiyyət olduğu halda, şeytan bu
anlayışı insanlara səhv tanıdır. Demək olar ki, insanlar səbrin bu gözəl tərəflərini
bilmirlər, əksəriyyəti səbir etməyin çətin, sıxıntılı və əziyyətli olduğunu zənn edirlər.
Səbir dedikdə ağıllarına məcburiyyətdən qaynaqlanan, istəmədən nəyəsə “dözmək” feli
gəlir. Halbuki səbir Allahın rizası olan bir işdə qərarlı olmaq, imtina etmədən,
qorxmadan, əzmlə o işi sonuna qədər davam etməkdir. Məsələn, bütün hadisələr
qarşısında gözəl davranmaq, hirslənəcəyi bir hadisə ilə qarşılaşdığı anda hirsini boğaraq
gözəl söz söyləmək və nə olursa olsun bu əxlaqda qərarlı olmaq, zəiflik göstərməmək
səbrə gözəl nümunədir.
Səbir eyni zamanda Allahın vəd etdiyi gözəl nəticəni sevinc və həsrətlə
gözləməkdir. Şeytan səbri çətin və sıxıntılı göstərməyə çalışsa belə, əksinə səbir etmək
möminin şövq, həyəcan və sevincini artırır. Məsələn, bütün möminlər həsrətlə axirəti,
cənnətə qovuşmağı arzulayır və bunun üçün səbirlə gözləyirlər. Hər hasısa bir mövzuda
Allah üçün səbir edən mömin, Allahın bu səbrinin qarşılığını verəcəyini bildiyi üçün
sevincli yaşayır.
Mümin pis münasibətlə qarşılaşdığı zaman səbir edir. Yəni hirslənmədən, zəiflik
göstərmədən Quranda əmr edilən gözəl davranış və əxlaqı göstərir.
Şeytanın “səbir”lə yanaşı insanlara fərqli göstərməyə çalışdığı anlayışlardan biri
də “cəsarət”dir. İnsanlar Allahın ayələrinə tabe olmadıqları halda, şeytanın təsirinə
düşürlər. Beləliklə, əxlaqi anlayışların mənasını Qurandan deyil, şeytanın təlqinlərindən
öyrənirlər. Şeytan isə insanları “çirkin cəsarət”ə yönləndirir. Çirkin cəsarət insanın
gözünü qırpmadan, vicdani sıxıntı çəkmədən, sonunu düşünmədən, çəkinmədən pislik
etməsi, Allah haqqında bilmədiyi şeylərdən danışması, bütün kainatı yaradan Rəbbimizi
və axirət gününü inkar edə bilməsidir. Quranda çirkin cəsarət göstərən insanlardan bu
cür bəhs edilir:
“Rəhman özünə övlad götürmüşdür!” – dedilər. Siz, doğrudan da, olduqca
pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar
yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana
özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün
məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And
olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət
günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 88-95)
Mömin isə Allahdan qorxur və pis əxlaq göstərməkdən, Allahın sonsuz qüdrətini
təqdir edə bilməməkdən çox çəkinir. Allahın axirətdə hesab çəkəcəyini, əgər dünyada
pis əxlaq göstərsə və Rəbbimizin sonsuz qüdrətini lazımi şəkildə təqdir etməsə bunun
hesabını axirətdə verə bilməyəcəyini düşünür. Allah qorxusu olmayanlar isə şeytanın
təsiri ilə pis əxlaq nümunəsi olan “çirkin cəsarət”dən çəkinmirlər.
Hər gün çirkin cəsarət sahibi olan insanlarla rastlaşa bilərik. Allah qorxusu
olmayan və Quran əxlaqına uyğun yaşamayan insanlar, adətən hörmət, şəfqət,
mərhəmət, insaniyyət duyğularından uzaq şəkildə yaşayır və heç çəkinmədən pis əxlaq
göstərirlər. Cəmiyyətin böyük əksəriyyətində pis əxlaq nümunələri ilə rastlaşmaq
mümkündür. İş adamlarından küçə avaralarına qədər müxtəlif təbəqəyə mənsub olan
insanlarda bu əxlaqı görmək olar. Hər biri fərqli cəmiyyətlərin üzvü olsa belə əgər
Allahdan qorxmurlarsa, demək ki, şeytanın özlərinə əmr etdiyi pis əxlaqa tabedirlər.
Şeytana tabe olan insan isə ağıla gələ biləcək hər cür pisliyi edir. Çünki şeytan
ona çirkin cəsarət verir, onu aldadır, pislik etdiyi zaman çox soyuqqanlı olmasını təmin
edir. Onsuz da, özü də eyni ruh halına sahibdir. Allah mələklərə səcdə etməsini
buyurmuş, o isə qürurlanaraq çirkin cəsarət göstərmiş və itaətsizlik edərək azmışdır.
Şeytanın bu ibrətamiz azğınlığından Quranda bu cür bəhs olunur:
Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” –
dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.
(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” –
deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni
oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
(Allah) buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək
yaraşmaz. Çıx, çünki sən alçaqlardansan!”
(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”
(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”
(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz
yolunun üstündə oturub insanlara mane olacam!
Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və
sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən
görməyəcəksən!”
(Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş (qovulmuş) halda
çıx. Onlardan hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin
hamınızla dolduracağam! (Əraf surəsi, 11-18)
Qəsdən pis işlər görmək və qarşılığında cəhənnəmə getməyi gözə alaraq çirkin
cəsarət göstərmək şeytanın azğınlığının şiddətini göstərir. Bunun üçün şeytan, təsiri
altına saldığı insanlara da eyni azğınlığı və çirkin cəsarəti aşılamağa çalışır. Allah
insanları şeytana tabe olmamaq üçün bir çox ayə ilə xəbərdar etmişdir:
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə,
(bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə
lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin
Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)
Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın
izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və
murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.
(Bəqərə surəsi, 168-169)
Şeytanın azmasına səbəb olan ən əhəmiyyətli faktorlardan biri isə
qürurlanmasıdır. Bunun üçün də şeytan insanların da özünə oxşayaraq qürurlanmalarını
təmin etməyə çalışır. “Çirkin cəsarət” də əslində insanın nəfsinə məğlub olmasının
nəticəsidir.
Bu qürur insanlar arasında müxtəlif şəkillərdə ortaya çıxa bilər. Şeytanın yolunu
izləyən bəzi insanlar eynilə onun kimi Allahın varlığını bildikləri halda din əxlaqından
uzaq həyat yaşayırlar. Bəzi insanlar isə Allahın yaratdığı milyonlarla iman həqiqətini
gördükləri halda Allahın varlığını inkar edirlər. Bəziləri isə inkar etmir, amma
həqiqətləri görməməzlikdən gəlirlər. Məsələn, yer üzünün hər kvadrat millimetrinin
Allahın yaradılış dəlilləri ilə dolu olmasına baxmayaraq, bəzi insanlar çirkin cəsarət
göstərərək bütün bunların kor təsadüflər nəticəsində yarandığını iddia edirlər. Bütün
müxtəliflikləri, gözəllikləri ilə canlıların, yerin , göyün, dünyanın, Günəş sisteminin,
ulduzların, qalaktikaların, qısası bütün kainatın təsadüfən meydana gəldiyini iddia
edirlər. Bunun qeyri-mümkün olduğunu gördükləri və əslində vicdanən də anladıqları
halda Allahın yaradılışdakı ehtişamını rədd edirlər. Bütün bunlar çirkin cəsarətin,
vicdansızca inkar etmənin, qürurlanaraq Allaha tabe olmamağın əlamətləridir. İnkar
edənlərə nə qədər iman həqiqəti göstərsəniz də -Allah diləmədikcə- bir nəticə əldə
etməniz çox çətindir.
Üstəlik qürurlanaraq çirkin cəsarət göstərən insanlar öldükdən sonra dirilməyə də
şübhə edirlər. Bu şübhələrini açıq-aşkar ifadə etməkdən də çəkinmirlər. Allah Quranda
bu insanların ağılsızlığını və şüursuzluğunu bu cür xəbər verir:
Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir
düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə
bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan
dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün
yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Məgər
göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə
(qadirdir). (Hər şeyi) yaradan, bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman
(Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. Hər şeyin
hökmü əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də Onun hüzuruna
qaytarılacaqsınız! (Yasin surəsi, 77-83)
Bu cür insanlar xəbərdar edildikləri halda tabe olmurlar. Özlərinə göstərilən
ibrətlik hadisələri görməməzlikdən gəlirlər. Məsələn, pis əxlaqlı, qarışıqlıq salan, gözəl
əxlaqlı insanlara zülm etməyə çalışan, hər cür pisliyi edən bu adamlar özlərini “yaxşı
insan” adlandırırlar. Pis əxlaq göstərdikləri, elçilərə üsyan etdikləri üçün cəzalandırılan
qövmlərdən bəhs etdikdə yenə ibrət almırlar. Xəbərdar edilib qorxudularaq doğruya
dəvət edilsələr belə, bunu rədd edib sonsuz cəhənnəm əzabına razı olurlar. Allah
Quranda bu insanların varlığından bu cür bəhs edir:
İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı?
Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. Bəli, sən onlara təəccüblənirsən,
onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: “Bu ancaq açıq-
aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra
dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!” De: “Bəli, özü də zəlil (xar)
olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)
Allah yuxarıdakı ayənin davamında çirkin cəsarət göstərək şeytana tabe olan
insanların axirətdəki vəziyyətlərini bu cür xəbər vermişdir:
O yalnız dəhşətli bir səsdən ibarətdir. Onlar dərhal baxacaqlar. Və
deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”. “Bu yalan hesab etdiyiniz
ayırd etmə günüdür!”. “Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və
ibadət etdiklərini - Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! Onları
tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (Mələklər deyəcəklər:) “Sizə nə
olub ki, bir-birinizə kömək edə bilmirsiniz?” Bəli, onlar bu gün təslim olmuşlar!
(Saffat surəsi, 19-26)
Çirkin cəsarət insanı vicdandan da uzaqlaşdırır
Çirkin cəsarət vicdana uyğun olmayan hərəkətdir. Məzlum birinə qışqırmaq,
günah işləmək, zülm etmək, insanların haqlarına təcavüz etmək, insanların illərlə
əziyyət çəkib qazandıqları malları oğurlamaq, ehtiyacı olan insanlara kömək etməmək
bundan irəli gəlir. Allah insanlara vicdanən bunların səhv olduğunu bildirdiyi halda
təkəbbürlü insanlar vicdanlarına qarşı çıxaraq bu əxlaqı mənimsəyirlər. Bu zalım
insanların sakit və soyuqqanlı olmalarının səbəbi isə şeytanın onlara təlqin etdiyi
arxayınlıq və çirkin cəsarətdən qaynaqlanır.
Bu insanların heç bir hərəkəti Quran əxlaqına uyğun deyil. Özlərinə belə zərərli
olan pis hərəkətləri edə biləcək qədər ağılsız cəsarətləri var. Narkotikdən istifadə etmək,
pisliyi yaymaq üçün qruplaşmaq, dava salmaq, təxribat törətmək və xaos çıxarmaq
çirkin cəsarətə nümunədir. Belə insanlar cahil cəmiyyətdə “cəsur”, “cəsarətli”
adlanaraq, şöhrət qazanacaqlarını ümid edərək bu cür hərəkətlər etməkdən çəkinmirlər.
Din əxlaqından uzaq yaşayan insanlar arasında bu hərəkətlər “dəli cəsarəti” olaraq
adlandırılır. Bu çirkin cəsarət nümunələri ilə gündəlik həyatımızda çox vaxt rastlaşırıq.
Belə insanlar imandan qaynaqlanan sevgi, hörmət, şəfqət, insanlıq, ağıl, etidaldan
nəsiblərini almadıqları üçün məntiq və davranış pozuqluqları var.
Şeytanın tərəfdarları çirkin cəsarəti həmişə üstün davranış olaraq göstərir.
Onlardan biri çirkin cəsarət göstərdiyi zaman digərləri onu təqdir edir. Məktəbdə
müəllimlərə və şagirdlərə qarşı hörmətsizlik edən, onları ələ salan, xoşagəlməz
zarafatlar edən, qısası, onlara zərər verən biri çox vaxt dəstəklənir. Onunla eyni əxlaqda
olanların hamısı onun çox cəsur olduğunu deyir və onu təqdir edirlər.
Kübar cəmiyyətdə də eyni məntiq qüvvədədir. Din əleyhinə fəlsəfi nitqlər
söyləyən, səviyyəsiz və mədəniyyətsiz üslubdan istifadə edənlər, hərəkətlərində həddi
aşanlar, insanlara zülm edənlər, lağ edənlər, açıq-aşkar insanlara pislik edənlər
haqqında “necə cəsurdur” deyə düşünülür. Geyimlərində Allahın bildirdiyi həddi
aşanlar “cəsur və comərd” kimi tanınır. Halbuki bunlar nəinki cəsarət, əksinə çirkin
utanmazlıqdır. Belə ki, şeytan öz tərəfdarlarına doğru yoldan uzaqlaşmağı da “cəsarət”
kimi göstərir, onları özü ilə birlikdə əbədi əzaba aparır.
Şeytanın bu cəhdlərindən və yönləndirdiyi çirkin həyatdan təsirlənməyən, onun
vəsvəsələrinə aldanmayan insanlar isə ancaq iman edənlərdir. Allahın səmimi qulları
üzərində şeytanın təsiri olmayacağı, nə etsə belə onları doğru yoldan ayıra bilməyəcəyi
Quranın bir çox ayəsində xəbər verilmişdir:
Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah
eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman
onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)
Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində
Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha
şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)
Şeytan insanları qorxaqlığa yönəldir
İnkara qarşı fikri mücadilə aparmaq, insanlara yaxşılığı, gözəlliyi əmr etmək,
pislikdən çəkindirmək, axirət əzabıyla xəbərdar etmək Allahın əmridir. Bu mövzuda
zəiflik göstərmək, Allahın əmr və tövsiyələrini, gözəl əxlaqı insanlara bildirməkdə
lazımi qədər cəsur davranmamaq, “onsuz da bu işləri görənlər var” deyə bu ibadəti
başqalarına saxlamaq, hadisələri kənardan izləmək Allahın bəyənmədiyi və möminlərə
qadağan etdiyi pis hərəkətlərdir.
Çətinliklə qarşılaşdığı, insanların qınağına məruz qaldığı zaman müminin şövqü
və qərarlılığı daha da artır. Çünki bu, onun doğru yolda olduğuna işarədir. Allah
keçmişdə yaşayan insanların başlarına gələn çətinliklərin səmimi qullarının da başına
gələcəyini, onları da bu şəkildə yoxlayacağını vəd etmişdir. Bu da unudulmamalıdır ki,
pis əxlaqlı insanlar özləri kimi olanları əsla qınamır, onlara təzyiq etmirlər. Çünki bu
cür insanları pis əxlaq göstərməkdə müttəfiq olaraq görürlər. İnkarçılar sadəcə haqq
yolda olan, Quran əxlaqını yaşayan, insanları Allahın yoluna, rizasını qazanmağa dəvət
edən insanlara təzyiq edirlər. İnkarçılar bir nəfərə qarşı bu cür təzyiq edirlərsə, bu, o
insanın haqq yolda olduğunu göstərir.
İnsanların çoxu pislərin diqqətini öz üzərinə çəkməkdən çəkinir. Doğru bildiyi
yolda mübariz olmağa cəsarət etmir. Allahdan qorxan, ömrünü Allahın rizasını
qazanmağa həsr edən və məsuliyyət daşımaqdan çəkinməyən möminlər bu mövzuda
vicdanlı davranırlar. İnkarçıların böhtanlarına və təzyiqlərinə məruz qalacaqlarını
bildikləri halda Allahın varlığını, birliyini və Onun əmr etdiyi əxlaqı insanlara çatdırır,
şövq və qərarlılıqla fikri mübarizələrinə davam edirlər.
Tarix boyu inkarçılara qarşı çıxan bütün möminlərin ən nəzərə çarpan
xüsusiyyətlərindən biri gözəl əxlaqı insanlar arasında yaymaq üçün üzərlərinə böyük
məsuliyyət götürmələri və cəsarətlə bu məsuliyyəti yerinə yetirmələri olmuşdur. Təhdid
olunmaqlarına baxmayaraq qərarlılıqla gözəl əxlaqı təbliğ edən möminlər inkarçıları
çox heyrətləndirirlər. Peyğəmbərləri və onları izləyən möminləri bu qədər qərarlı, cəsur
edən isə Allaha və axirətə olan imanlarıdır. Allahın hər an onları gördüyündən, axirətin
varlığından və axirətdə dünyada etdiklərinə görə sorğu-sual olunacaqlarından
əmindirlər.
Möminlərin bu cəsarətini anlamaq üçün ilk növbədə Quranı və Quran əxlaqını
anlamaq lazımdır. İnsan Allah qorxusuna sahib olmalı, Allahın ayələrini qavramalı,
Allahın insanları təşviq etdiyi mövzuların əhəmiyyətini başa düşməlidir. Təbii ki, insan
zalımların, pislərin ittifaqını kənardan izləməklə təbliğ vəzifəsini yerinə yetirmiş
sayılmaz. Ancaq insanların çoxunun Allahın əmr etdiyi yolda olmadığı düşünülsə, bu
cəhdin cəsarət tələb etdiyi də aydın olar. Çünki pis insanların işinə mane olmaq onları
narahat edəcək, əks reaksiylarına səbəb olacaq. Bu halda təzyiq etmək, tələ qurmaq,
böhtan atıb qaralamağa çalışmaq, hətta fiziki təzyiqə də cəhd edə bilərlər. Allah
yolunda cəsarət göstərənlərin digərlərindən fərqi də məhz bu zaman ortaya çıxır.
İnsanların çoxu dostlarının və yaxınlarının qınağından çəkinərək tək qalmamaq
üçün pis əxlaqın yaşanmasına göz yumur. Xəbərdar edib çəkindirmək vəzifəsini yerinə
yetirmir. Çoxları vicdanən doğru olanı bildiyinə baxmayaraq, Quran əxlaqı yaşanmayan
cəmiyyətdə hakim olan zalım sistemə göz yumur. Şahid olduğu zülmün yaşanmamasını
və yer üzündən silinməsini istəyir, amma buna qarşı fikri mücadilə aparmaq üçün
cəsarəti yoxdur. Cəsarət olmasa şövq və qərarlılıq da olmaz. Şövq və qərarlılığın
olmadığı yerdə isə insan qarşılaşdığı pislikləri əngəlləmək üçün düşünməz, yol
axtarmaz, çarə tapmaz. Unudulmamalıdır ki, sadəcə zülmdən narahat olmaq, pisliklərə
baxıb təəssüflənmək zülmün yer üzündən silinməsinə kifayət deyil. Bunun üçün səmimi
cəhd, istək, şövq lazımdır. Bunları yaşamaq üçün isə cəsarət lazımdır.
Əgər heç kim cəsarət göstərib önə çıxmasa yer üzündə nizamsızlıq və qarışıqlıq
baş alıb gedəcək, dünyada yaşamaq imkansız olacaq. Bu cəsarəti göstərməyən, Allahın
dinini izah etməkdə ağır davranan, Quran əxlaqını təbliğ etməyənlər isə ayələrdə
bildirildiyi kimi ziyan içindədir:
And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman
gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli
olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi, 1-3)
Şeytan möminlərə qorxaqlığı təlqin edə bilməz
Əvvəldə də qeyd etdiyimiz kimi, şeytanın iman edənlər üzərində heç bir gücü və
təsiri yoxdur. Bu həqiqət bir ayədə bu cür bildirilir:
Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir
hökmün olmaz! (Hicr surəsi, 42)
Şeytanın gücü ancaq ona tabe olan azğınlara çatar, ancaq onları qorxudub öz
təsirinə sala bilər:
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan
qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175)
Mömin şeytanın oyunlarına və qurduğu tələlərə ağılla, cəsarətlə qarşılıq verər.
Məsələn, şeytan mütləq inananları da zəiflətmək istəyəcək, aralarına düşmənçilik
salmağa, onları şövqsüzlüyə, zəifliyə yönəltməyə çalışacaq. “... Həqiqətən, şeytanlar
öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr)
təlqin edirlər...” (Ənam surəsi, 121) ayəsi ilə xəbər verildiyi kimi öz tərəfdarlarını
möminlərin üstünə göndərəcək. Lakin imanları çox güclü olan və şeytanın oyunlarını
Quranın geniş izahları ilə bilən möminlər bu tələlərdən heç birinə düşməzlər. Şeytanın
zəif hiylələrini o an başa düşərlər.
Möminlər şeytana və onun tərəfdarlarına qarşı çox cəsurdurlar. Şeytan onlara nə
etdirmək istəyirsə əksini edərək qarşılıq verirlər. Şeytan zəifliyə, şövqsüzlüyə salmaq
istəyirsə onlar daha da böyük şövqlə və qərarlılıqla dinlərinə bağlanırlar. Buna görə də
inkarçıların təzyiqləri onları daha da gücləndirir və şövqləndirir. Möminlər bitib
tükənməyən şövqləri ilə şeytanı hüsrana uğradırlar.
CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR?
Cəsarət cəmiyyətdə təqdir edilən, bəyənilən xüsusiyyətdir. İnsanlar cəsur olmaq,
cəmiyyətdə cəsur tanınmaq istəyirlər. Çünki cəsur insanlar həmişə hörmət və təqdir
qazanırlar. Amma insanların çoxu cəsur tanınmaq üçün çox cəhd etsələr də həqiqətən
cəsarətli ola bilmirlər. Əlbəttə cəsur olmaq istədikləri halda bunu bacarmamalarının bir
çox səbəbi var.
İnsan necə ki, şəfqətli, mərhəmətli, sadiq, həlim xasiyyətli, itaətkar olmaq üçün
həqiqi imana sahib olmalıdırsa, hər an və hər şəraitdə cəsur olmaq üçün də iman
etməlidir. Lakin bu o demək deyil ki, iman etməyən biri heç vaxt cəsarətli ola bilməz.
Onun da cəsarət göstərəcəyi hadisələr, vaxtlar olacaq. Ancaq Allaha şirk qoşan, Ondan
başqa varlıqlara güc verən, hər şeyin Allahın hakimiyyətində və nəzarətində olduğunu
anlamayan insan bir gün qorxduğu, çəkindiyi, cəsarət göstərə bilmədiyi bir hadisəylə
mütləq qarşılaşaq. Bu da o insanın Allaha imandan qaynaqlanan mütləq cəsarətə sahib
olmadığını göstərir.
Həqiqi cəsarətə sahib olmaq üçün iman etmək lazımdır. İman, hər şeyin Allahın
nəzarətində olduğunu, O istəmədikcə heç nəyin reallaşmayacağını bilmək, Allahdan
razı olmaq və sadəcə Ondan qorxmaqdır.
Bu imana sahib olan insan Allaha təvəkkül edər, bunun nəticəsində də güclü və
cəsarətli olar. Qarşılaşdığı hadisələrə baxmayaraq hər zaman cəsurdur. Hadisələrin
şiddəti cəsarətini itirməsinə səbəb ola bilməz. Hər şeyin Allahın nəzarətində olduğunu,
Allah istədiyi üçün reallaşdığını və Allahın özü üçün hər şeyi xeyirlə yaratdığını bilir.
Ölümlə belə qarşılaşsa son dərəcə təvəkküllüdür. Çünki Allaha mömin olaraq
qovuşacaq.
Hər şeyin Allahın nəzarətində olduğunu bilmək, Allahın yaratdığı qədərə tam
təslim olmaq insana güclü iman və imandan qaynaqlanan güclü xarakter qazandırır.
Bunun üçün Allaha yaxın olmaq, hər işdə xeyir və hikmət görmək, başına gələn hər
şeydən razı olmaq, heç bir hadisədə üzülüb ümidsizliyə düşməmək, kainatdakı hər
şeyin yaradıcısının Allah olduğunu, O diləmədikcə bir yarpağın belə düşməyəcəyini,
bütün qəlblərə və ruhlara hakim olduğunu, Ondan başqa güc və iradə sahibi olmadığını
bilmək lazımdır.
Dünyada meydana gələn hər şeyin Allahın izni və diləməsi ilə reallaşdığını bilən
və təslim olan insan təbii olaraq “cəsur” olar. Çünki qorxacağı, narahat olacağı heç nə
yoxdur. Hər şeyi Allah yaradır və Öz nəzarətində saxlayır. Allaha yaxın olan, Onu dost
və vəli etmiş insanın çəkinəcəyi, qorxacağı heç nə yoxdur, çünki Allah iman edənlərin
qoruyucusudur. Allah möminlərin qorxacaqları heç nəyin olmadığını ayələrdə bu cür
xəbər verir:
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun
mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə
surəsi, 112)
Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən
(Məndən) qorxub öz (əməllərini) islah edən şəxslərin heç bir qorxusu yoxdur və
onlar kədərlənməyəcəklər. (Əraf surəsi, 35)
Allahın bu vədindən xəbərdar olan möminlər qarşılaşdıqları bütün təzyiq və
çətinliklərə baxmayaraq, qərarlılıqla Allahın əmr etdiyi əxlaqı insanlara tövsiyə edirlər.
Təzyiq onların şövqünü əsla azaltmır. Bu bilavasitə onların sahib olduqları imanla
əlaqədardır. İman etməyən insan böhtan və təzyiqə, haqsız əziyyətlərə məruz qalacağını
bilsə qərarlılıq göstərə bilməz. Buna görə də həqiqi imana sahib olmayan insanlar
qarşılaşdıqları ən kiçik cətinlikdə bütün qərarlılıqlarını itirir, inanclarından,
prinsiplərindən və mühakimələrindən imtina edirlər.
Müsəlmanların səmimiyyətləri də çətinliklər qarşısında göstərdikləri qərarlılıqdan
bilinir. Səmimi imana sahib olmayan insanlar peyğəmbərlərin və saleh möminlərin
qarşılaşdıqları çətinliklərə bənzər çətinliklərlə qarşılaşacaqlarını bildikləri üçün
məsuliyyət daşımaq istəmirlər. Çətin anlarda Quran əxlaqını təbliğ etmək, insanlara
yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi məsuliyyətli işləri yerinə yetirən
insanların hərəkətləri isə nümunəvi və təqdirəlayiqdir. Yer üzündəki insanların böyük
əksəriyyəti öz işləri ilə məşğul olduqları halda, inkar edənlərlə Allah yolunda fikri
mübarizə aparmaq və bu yolda çətinliklərə səbr etmək çox üstün davranışdır.
Bütün bunlar möminlər üçün çətinlik deyil, əksinə böyük zövqdür. Çünki əvvəl
də bildirdiyimiz kimi, bu imtahanlar peyğəmbərlərin də başına gəlmişdir. Bir çox
peyğəmbərə böhtan atılmış, əziyyət verilmiş, yaralanmış və hətta şəhid edilmişdir.
Sadəcə Allahın varlığını və birliyini izah etdikləri üçün pis əxlaqlı insanların
reaksiyaları ilə qarşılaşmış, ancaq sonda mütləq Allahın gözəl vədləri yerinə yetmiş,
onlar istəməsələr də Allahın əmr etdiyi gözəl əxlaq insanlar arasında yayılmışdır.
Quranda xəbər verilən həqiqi cəsarəti qazanmağın ən əhəmiyyətli yollarından biri
də hər zaman ölümü və hesab gününü düşünməkdir. Allahdan qorxan insan dünya
həyatının bir gün bitəcəyini, öldükdən sonra dünyadakı əməllərinin hesabını verəcəyini
bilir. Cəhənnəmə getməmək üçün Qurana haqqı ilə tabe olmalı, zəiflik, qorxaqlıq,
utancaqlıq göstərməməli olduğunun fərqindədir.
Buna görə də Allahın əmrlərini və tövsiyələrini yerinə yetirməkdə bir an belə
gecikmək istəməz. Çünki nə zaman öləcəyini bilmir. Allahın əmr etdiyi əxlaqda ən
üstün dərəcəyə çatmaq üçün cəhd edir. İnananların çox cəsur olmalarının, Allahın
əmrlərini tətbiq etməkdə zəiflik göstərməmələrinin və son dərəcə qərarlı olmalarının
əsas səbəblərindən biri də budur. Zəiflik göstərdikləri, lazımi şəkildə qərarlılıq
göstərmədikləri təqdirdə bunun hesabını axirətdə verə bilməyəcəklərini bilirlər. Allahın
əmr və qadağalarını görməməzlikdən gəlməyin qarşılığını öldükdən sonra alacaqlarının
fərqindədirlər. Allah möminləri ayələrdə bu cür tanıdır:
O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər
ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-
hesabdan qorxurlar. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir,
namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını
yaxşılıq etməklə alırlar – məhz onları axirət yurdu gözləyir. (Rəd surəsi, 20-22)
Allah iman edənlərə qorxu və təlaşın qarşısının nə cür alınacağını da Quranda
bildirmişdir. Quranın tövsiyələrinə itaət edildiyi zaman qorxu, təlaş və sıxıntının
qarşısını asanlıqla almaq olar. Səmimi imana sahib olan hər insan Qurana tam şəkildə
tabe olduğu zaman qarşılaşdığı hadisələr qarşısında reaksiyaları da dəyişəcək.
PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİN CƏSARƏTİNDƏN
NÜMUNƏLƏR
Möminlər iman etdikləri üçün başqalarının çəkinib tərəddüd etdikləri hadisələrdə
çox şövqlə, cəsur davranırlar. Məsələn, inkarçıların tələ qurduqları, fiziki təzyiq
göstərdikləri zamanlarda belə, son dərəcə qərarlı, cəsur, mərd və güclü xarakterləri ilə
nəzərə çarpan möminlər doğru yolda olduqlarından əmin olduqları üçün inkarçıların
özlərindən istədikləri kimi hərəkət etmir, Quran əxlaqını yaşamaqdan və imanlarından
güzəştə getmirlər.
İnkarçılar möminlərin peşman olmalarını və bir daha gözəl əxlaqı təbliğ
etməmələrini istəyirlər. Quranda inkarçıların tarixin hər dövründə bu cür davrandığı
xəbər verilir.
Möminlər də inkarçıların hazırladıqları tələlərdən xəbərdardırlar. Belə ki, Allah
Öz qatından göndərdiyi Quran ilə bunu onlara xəbər vermişdir. Bu tələlər möminlərə
maddi və mənəvi zərər vermək üçündür. Lakin buna baxmayaraq, möminlər Allahın
əmrinə uyğun olaraq inkarçılara qarşı çətin və şərəfli mübarizələrini davam etdirir,
cəsarətlə onlara qarşı fikri mücadilə aparırlar. Bu, Allahın əmridir:
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun
yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar
möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və
heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah
(öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)
Peyğəmbərimizin (s.ə.v) zamanında möminlərlə inkarçılar arasında müharibələr
baş vermişdir. İnkarçılar müharibə zamanı ruhdan düşmüş, tamamilə mənəvi sarsıntıya
uğramışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr özlərindən sonra gələn bütün
müsəlmanlara nümunə olacaq güclü cəsarət göstərmişlər. Bəzi müsəlmanlar
müharibədə mallarını, bədən üzvlərini, qollarını, ayaqlarını itirmiş, bəzilərinin yaxınları
şəhid olmuş, amma cəsarətlərini itirməmişlər. Allah Quranda keçmişdə yaşayan
müsəlmanların çox mərd olduqlarına, başlarına bir müsibət gəldikdə “Biz, Allaha
məxsusuq və Ona da qayıdacağıq!” (Bəqərə surəsi, 156) dediklərinə diqqət çəkir.
Onların bu cəsarətləri Allaha, Peyğəmbərimizə (s.ə.v) və Qurana nə qədər bağlı
olduqlarını göstərir. Münafiqlər havanın isti olduğunu bəhanə edərək müharibədən
qaçarkən, möminlər mallarını və canlarını ortaya qoyaraq mübarizə aparmışlar.
Peyğəmbərimizə (s.ə.v) müharibə əmri olan ayələr endirildiyi zaman münafiqlər
özlərini biruzə vermişlər. Müharibə əmri gəldikdə özünü müsəlman olaraq tanıdan bir
çox insanın qəlbindəki xəstəlik üzə çıxmışdır. Allah bu insanların vəziyyətini aşağıdakı
ayə ilə xəbər vermişdir:
Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki
möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, qəlblərində mərəz
(şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı
ilə baxdıqlarını gördün!… (Muhəmməd surəsi, 20)
Bu ayədən də məlum olduğu kimi münafiqlərin ən nəzərə çarpan
xüsusiyyətlərindən biri qorxaq olmalarıdır. Bir başqa ayədə Allah bu cür buyurur:
Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq
asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz
əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et!
Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)
Müharibə əmri gəlməzdən əvvəl Peyğəmbərimizə (s.ə.v) müsəlman olduqlarını
deyən, müharibə olsa mütləq müharibəyə qatılacaqlarına dair söz verən münafiqlər
müharibə əmri gəldiyi zaman özlərini elə aparmışlar ki, sanki müharibəyə getmək
istəyənlər bunlar deyilmiş. Halbuki vədlərini yerinə yetirsəydilər daha gözəl olardı.
Allah bununla əlaqədar olaraq bu cür buyurur:
… Amma onlara daha çox yaraşardı - İtaət etmək və gözəl bir söz demək. İş
qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!
(Muhəmməd surəsi, 20)
Allaha və axirətə tam şəkildə iman etmədikləri üçün müharibəyə getməkdən
qorxmuş, möminlərin göstərdikləri cəsarəti göstərməmişlər. Halbuki səmimi möminlər
bu ayələri eşitdikləri zaman şövqləri daha da artmışdır. Allah bir ayədə möminlərin
qərarlılığını vurğulayarkən “… Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab
surəsi, 23)-deyə buyurur. Həqiqi imana sahib olmayanlar isə bu cür çətin imtahanlarda
özlərini ələ vermişlər. Çünki cəsarət təqlid edilməyən mömin xüsusiyyətidir. Allah
insanlar üçün bir çox imtahan mühiti yaratmış, bu imtahanlarda kimin doğru, kimin
yalan danışdığını aşkar etmişdir.
Allah Quranda möminlərin gözəl əxlaqından, Özünə olan bağlılıqlarından
davamlı bəhs edir, onların cəsarətlərini bir çox ayədə nümunə göstərir.
Peyğəmbərimizin (s.ə.v) dövründə yaşanan bu nümunələrdən biri belədir:
Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin
bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu onların yalnız
imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)
Yuxarıdakı ayədən də məlum olduğu kimi möminlər sadəcə Allaha güvənib
sığınan insanlardır. Allaha tam təslimiyyətlə təvəkkül etmişlər. Düşmənlərinin onlara
qarşı toplanmasından məyus olmurlar. Çünki düşmənlərini də, qarşılaşdıqları
çətinlikləri də yaradan Allahdır. Allahın gücünün hər şeyi əhatə etdiyini, düşmənlərin
də müstəqil gücə sahib olmadığını bilirlər. Buna görə də ayədə xəbər verilən hadisələrlə
rastlaşdıqları zaman hər şeyin yaradıcısı olan Rəbbimizə təvəkkül edirlər. Əleyhlərində
görünən hadisələri xeyrə yozmaları, hər hadisədə Allaha yönəlmələri və heç vaxt
keflərini pozmamaları inkar edənlərin qorxmasına səbəb olur.
Quranda mömin xüsusiyyəti olaraq göstərilən cəsarətin ən çox təcəlli etdiyi
insanlar isə heç şübhəsiz, peyğəmbərlər olmuşdur. Quranda peyğəmbərlərin və təqvalı
möminlərin yaşadıqları hadisələrdəki cəsarət nümunələrindən bəziləri bunlardır:
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)
Peygəmbərimiz (s.ə.v) Allahın Quranı vəhy etdiyi və göndərdiyi sonuncu
peyğəmbərdir. Sahib olduğu gözəl əxlaq, Allaha və Allahın dininə olan bağlılığı bir çox
Quran ayəsində bütün müsəlmanlara nümunə göstərilmişdir. Din düşmənlərinin qarşı
çıxdığı, təzyiq göstərməyə çalışdığı Peyğəmbərimiz (s.ə.v) düşmənlərindən qorunmaq
üçün dostu ilə hicrət etmiş və yolda bir mağaraya sığınmışdır. Mağaradakı söhbətləri,
dostuna söylədikləri Allaha olan güvənini və bundan qaynaqlanan cəsarətini çox gözəl
vurğulayır:
Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş
olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər
ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi
zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin
görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız
Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)
Peyğəmbərimiz yanındakı dostuna Allahın onlarla birlikdə olduğunu, buna görə
də qəmlənməməsini xatırladaraq müsəlmanlara nümunə olmuşdur. O dövr inkarçılarla
qızğın müharibələr baş vermişdir. Bu cür çətin zamanda Allahın dini üçün mübarizə
aparan hamı böyük cəsarət nümayiş etdirmişdir. Peyğəmbərimiz (s.ə.v) isə bütün
müsəlmanların rəhbəri olaraq ən çox təzyiqlərə məruz qalmış və sahib olduğu cəsarətlə
möminlərə nümunə olmuşdur.
Hz. İbrahim
Hz. İbrahim Allahın Quranda bir çox mövzuda nümunə göstərdiyi peyğəmbərdir.
Son dərəcə güclü imana sahib olması, Allaha çox böyük təvəkkülünün olması və
cəsarətlə inkarçılara qarşı mübarizə aparması hz. İbrahimin əhəmiyyətli
xüsusiyyətlərindəndir. Allah bir ayəsində hz. İbrahimin “özünün bir ümmət” (Nəhl
surəsi, 120) olduğundan bəhs etmişdir. Bu, bütün müsəlmanlara nümunədir. Hər
müsəlman hz. İbrahimi özünə nümunə götürərək “öz-özlüyündə ümmət” ola bilməli,
yəni tək qalsa belə, Quranı yaşayan, həmçinin insanlara da yaşadan iman, cəsarət və
qərarlılığa sahib olmalıdır.
Hz. İbrahimin Allah qorxusundan qaynaqlanan güclü ağılla birləşən cəsarəti bir
çox ayədə nümunə verilmişdir. Quranda keçən bir qissədə İbrahim Peyğəmbərin bütlərə
sitayiş edən inkarçılara qarşı göstərdiyi cəsarətdən belə bəhs edilir:
Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin
hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi. Həmin vaxt o, atasına və tayfasına belə
demişdi: “Siz nəyə ibadət edirsiniz? Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (İbrahim) ulduzlara bir nəzər saldı.
Və dedi: “Mən xəstəyəm!”. Ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların
tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? Sizə nə olub ki,
danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir
zərbə endirdi. (Saffat surəsi, 83-93)
Ayələrdə gördüyümüz kimi hz. İbrahim tək olmasına baxmayaraq, bütün qövmə
qarşı çıxmış və bütlərin ilah olmadığını, əksinə, insanların taxtadan yonub hazırladığı
əşyalar olduğunu çox ağıllı şəkildə izah etmişdir. İnkarçılar bu zamana kimi bütlərə
qarşı çıxan heç kimlə rastlaşmadıqları üçün çox qəzəblənmiş, onu cəzalandırmaq
istəmişdir:
(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi. (İbrahim
onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki
sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” Onlar dedilər: “Bunun
(İbrahim) üçün bir bina tikin, özünü də oda atın!” Onlar onun üçün belə bir hiylə
qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq. (İbrahim) dedi: “Mən
Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” (Saffat
surəsi, 94-99)
Hz. İbrahim xalqın qəzəbinə və düşmənçiliyinə baxmayaraq, Allahın varlığından
və birliyindən bəhs etməyə davam etmiş, öhdəsinə düşən təbliğ vəzifəsini böyük
cəsarətlə yerinə yetirmişdir. Bütün varlıqların, şiddətlə özünə qarşı çıxan qövmü də
daxil olmaqla, bütün insanların Allahın nəzarətində olduğunu bilərək, Rəbbimizə
güvənmiş və gözəl əxlaq nümayiş etdirmişdir. Qövmün qabaqcılları bütün bunlardan
narahat olmuş, onu oda atmaq istəmişlər. Ancaq Allah möcüzə yaradaraq onu oddan
qorumuşdur. Bu, Allahın Öz yolunda qorxmadan mübarizə aparan qullarına etdiyi
kömək vədinin sübutudur.
Hz. İbrahimin Allaha olan bağlılığı və göstərdiyi cəsarət başqa ayələrdə də bu cür
təsvir edilmişdir:
Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni
doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz?
Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik
qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər
düşünüb ibrət almırsınız? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik
qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən
qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?
İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola
yönəlmişlər də onlardır! (Ənam surəsi, 80-82)
Hz. Musa
Hz. Musanın həyatına da Quranda geniş şəkildə yer verilmişdir. Onun inkar edən
zalım qövmə qarşı göstərdiyi cəsarəti və səbri də müsəlmanlar üçün çox gözəl
nümunədir. Misirin hakimi Firon din əxlaqından uzaq, təzyiqlə dolu sistemi ilə hamını
özünə tabe etmiş, qəddar üsulları ilə hər tərəfə qorxu salmışdır. Ayələrdən də
gördüyümüz kimi Firon o dövrdə özünə itaət etməyənlərə işgəncə etmiş, qollarını və
ayaqlarını çarpaz şəkildə kəsdirmişdir.
Allah bu cür mühitdə hz. Musanı uşaq vaxtlarında sarayına gətirib böyüdən Firon
və ətrafındakıları din əxlaqına dəvət etməklə vəzifələndirmişdir. Gözəl əxlaqdan uzaq,
insanlara etdiyi zülmlərlə tanınan Firona qarşı mübarizə aparmaq, şübhəsiz, güclü iman
və cəsarət tələb edir. Hz. Musa da Allahın verdiyi iman və qərarlılıqla Firona
xəbərdarlıq etmiş, məsləhət vermişdir. Firon öz sarayında böyüyən hz. Musanın Allaha
iman edərək onun batil sistemindən üz çevirməsinə çox qəzəblənmişdir. Fironun bu
qəzəbi Quranda bu cür xəbər verilir:
(Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu
tanıyıb) dedi: “Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə
yanımızda qalmadınmı? Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün).
Sən nankorun birisən!” (Şuəra surəsi, 18-19)
Sonra Firon hz. Musanı sorğu-suala tutur. Düşünür ki, əgər mübahisə zamanı
qalib gəlsə, artıq mövzu bağlanacaq. Tanıdıqlarını ətrafına toplayaraq hz. Musanı
gözdən salmağa çalışır. Bunun da faydasız olduğunu gördüyü zaman onu həbsə atmaqla
təhdid edir. Hz. Musa Allahın varlığını qətiyyətlə, fasiləsiz olaraq onlara təbliğ edir.
Hz. Musa möcüzə göstərdikdə Firon vəziyyətin ciddi olduğunu başa düşür. Lakin
bu dəfə də hz. Musanın sehrbazlıq etdiyini düşünür. Qürurundan hadisənin
möhtəşəmliyini görə bilmir. Ətrafındakı insanlarla birləşib hz. Musaya tələ qurmağa
çalışır.
Hz. Musa Fironun zalım və qəddar hökmdar olduğunu bilməsinə baxmayaraq,
zəiflik göstərmədən Allahın əmrini yerinə yetirmişdir. Bütün təhlükələri nəzərə alaraq
Fironun qarşısına çıxmış, onu batil dinini tərk edərək Allaha iman etməyə dəvət
etmişdir. Hz. Musa Fironun ölüm hökmü verəcəyini bildiyi halda, heç bir tərəddüd
etmədən ona Allahın əmrini təbliğ etmişdir. Fironun etdiyi təhdidlər hz. Musanı
yolundan döndərməmişdir:
(Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq
edəcəyəm!” – dedi. (Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey (dəlil) gətirsəm
necə?” (Şuəra surəsi, 29-30)
Firon hz. Musaya qarşı sehrbazları toplamış, hz. Musa onların sehrlərini puç
etmişdir. Bunu görən sehrbazlar hz. Musaya iman gətirmişlər. Bu zaman imanın
qazandırdığı cəsarət sayəsində işgəncə və ölümü gözə alaraq Firondan qorxmadan
imanlarını etiraf etmişlər.
Hz. Musanın iman və cəsarətini nümunə götürən sehirbazların bu şərəfli
hərəkətlərindən Quranda bu cür bəhs edilir:
Onlar (hamı birlikdə) səcdəyə qapanıb Dedilər: “Biz iman gətirdik aləmlərin
Rəbbinə - Musanın və Harunun Rəbbinə!” Firon (onlara) dedi: “Mən sizə izin
vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq
məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə
başınıza nə oyun açacağımı) biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə
hamınızı çarmıxa çəkdirəcəyəm!” (Sehrbazlar) belə cavab verdilər: “Şübhə
yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! Sənin bizdən intiqam almağın isə
ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə
görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!”
(Əraf surəsi, 120-126)
Sehrbazların bu hərəkətlərindən görünür ki, iman edən insan bir anda cəsur,
qorxusuz, üstün əxlaqlı ola bilər.
Ayələrdən birində isə hz. Musanın Allaha olan güvənini artıq Fironun ordusu
tərəfindən ələ keçdiklərini düşündükləri anda belə, itirməməsindən bəhs olunur. Qövmü
qorxaraq onu mübarizədə tək qoymuş, tərk edib getmişdir. Ancaq hz. Musa səmimi
iman etmiş bir nəfərin cəsarətinin belə, inkar edənlərin qarşısını almağa bəs edəcəyini
göstərmişdir. Allah Hz. Musanı Firondan qurtararaq inanan qullarına olan kömək vədini
reallaşdırmışdır:
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq
yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol
göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını
dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on
iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon
əhlini) də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas
etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət
vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. (Ya Rəsulum!) Həqiqətən, sənin
Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şuəra surəsi, 61-68)
Hz. Süleyman
Hz. Süleyman da gözəl əxlaqın yayılması üçün cəsarət və qərarlılıqla cəhd edən
peyğəmbərlərdən biridir. Allah ona böyük hakimiyyət nəsib etmiş, o da insanlar
arasında gözəl əxlaqın hakim olması üçün var gücü ilə çalışmış, bu məqsədlə bənzərsiz
üsullardan istifadə etmişdir. Bir çox qövm onun bu üstün vəsflərinə, cəsarətinə, əzm və
qərarlılığına heyran qalmışdır. Böyük ordulara sahib olan Səba hökmdarı və qövmünü
imana dəvət etmək üçün çox təsirli üsullardan istifadə edərək onlara xəbər yollamışdır:
(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi:
“Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O məktub
Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır).
(Məzmunu belədir:) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti
(müsəlman) olaraq gəlin!”.
(Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən
sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”
Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə
əmr edəcəyinə özün bax (fikirləş)!”
(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu
xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz
belə hərəkət edərlər.
Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!
(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi:
“Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik,
səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın
bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq
yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz
yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 29-37)
Hz. Süleymanın bu cür qərarlı və cəsur olması, Allahın rizasını axtarması və
dünyəvi heç nəyə tamahının olmaması Səba hökmdarına dərindən təsir etmiş və
imanına vəsilə olmuşdur:
… (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq
Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)
Hz. Nuh
Hz. Nuh da söz eşitməyən qövmünə Allahın dinini qərarlılıqla təbliğ edən
peyğəmbərlərdən biridir. Uzun müddət qövmünü doğru yola dəvət edən hz. Nuh
müxtəlif üsul və taktikalardan istifadə etmişdir. Ancaq qövmü onu anlamadıqları üçün
doğru sözə qulaq asmağa belə dözməmişlər. Bütün peyğəmbərlər kimi hz. Nuhu da
təhdid etmişlər. Hz. Nuh bütün bunlara baxmayaraq səbr və qərarlılıqla Allahın varlığı
və birliyindən, axirətdən bəhs etmiş, lakin qövmündən iman edənlərin sayı çox az
olmuşdur. Hz. Nuhun mübarizəsi ayələrdə bu cür xəbər verilir:
O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin
dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin
onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını
qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür
göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar
söylədim və gizli bildirdim”. (Nuh surəsi, 5-9)
Hz. Nuh da digər peyğəmbərlər kimi inkarçıların təhqir, təhdid və hücumlarına
məruz qalmışdır.
Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı
gətirəcəyik?” – dedilər. (Şuəra surəsi, 111)
Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən) əl çəkməsən, mütləq
daşqalaq ediləcəksən!” (Şuəra surəsi, 116)
Lakin zəiflik göstərmədən, cəsarət və qərarlılıqla Allahın əmrini qövmünə təbliğ
etmişdir. Belə ki, qövmünün içində qaldığı müddət ərzində bu gözəl və üstün əxlaqı
üzərində əks etdirmişdir.
Hz. Nuhda gördüyümüz əxlaq qınayanın qınamasından qorxmayan, əksinə
yalnızca Allahın rizasını itirməkdən qorxan və Ona tam təslimiyyətlə güvənən mömin
əxlaqıdır. Nuh Peyğəmbər bu gözəl əxlaqı ilə özündən sonra yaşayan bütün
müsəlmanlara nümunə olmuşdur.
Hz. Nuh, qövmünün istehzalarını, azğınlıqlarını gözə alaraq sadəcə Rəbbimizin
əmrlərini yerinə yetirmiş və Allahın kömək etmək barədə vədinə qəti şəkildə iman
etmişdir:
“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində
mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!”
(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə
onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər siz bizi məsxərəyə
qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə
qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar
olacağını biləcəksiniz!” (Hud surəsi, 37-39)
Allah uzun mücadilədən sonra hz. Nuhun inkar edən qövmünü cəzalandırmış, ona
lağ edən, əziyyət verən və təhdid edənləri suda boğmuşdur. Hz. Nuh və onunla birlikdə
olan möminləri isə qurtarmışdır. Allah Hz. Nuh qissəsi vasitəsiylə Öz yolunda cəsarət
və qərarlılıqla mücadilə edənlərin etdiklərini qarşılıqsız qoymayacağını, səbir etdikləri
üçün dünyada və axirətdə mükafatlandıracağını, onlara əziyyət edib mane olmaq
istəyənlərdən də mütləq intiqam alacağını xəbər vermişdir.
Hz. Məryəm
Hz. Məryəm Quranda iffəti, səbri, səmimiyyəti, imanda qərarlılığı və “qınayanın
qınamasından qorxmaması” ilə tanınan mömindir. Allah hz. Məryəmi seçmiş və
möcüzəvi şəkildə tərbiyə etmişdir. Hz. Məryəm Allaha olan yaxınlığı və əxlaqıyla
bütün qadınlardan üstün edilmişdir:
Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi
böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi
mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya
Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” -
deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (Ali-İmran
surəsi, 37)
Allahın yaratdığı bir möcüzəylə hz. İsaya hamilə qalan hz. Məryəm Allahın
əmrlərinə laqeydlik göstərmədən, əmr edilən hər şeyi tam şəkildə yerinə yetirmişdir.
Hz. Məryəm Allaha son dərəcə bağlı və iffətinə düşkün, mübarək insan idi. Allah
hər zaman işlərində ona kömək etmiş və hər işini xeyirlə nəticələndirmişdir. Hz.
Məryəm hər işin Allahın iradəsində olduğunu heç unutmamış və özünü qövmünün
atdığı əsassız böhtanlardan yenə də Allahın təmizə çıxaracağını bilmişdir.
Belə ki, Allah da bu işi hz. Məryəm üçün asanlaşdırmış və ona “sükut orucu”
tutmasını vəhy etmişdir. Allah hz. Məryəmə qövmü onunla danışmaq istədikdə
susmasını və onu günahlandıranlara hz. İsanı göstərməsini bildirmişdir. Beləliklə, hz.
Məryəm Allahın köməyi ilə sıxıcı söhbətlərdən uzaq tutulmuşdur. Allah bu şəkildə hz.
Məryəmə kömək etmiş və hz. İsa vasitəsiylə qövmünə açıqlama gətirmişdir.
Allahın yaratdığı bu möcüzə ilə qövmünün hz. Məryəmə qarşı qurduğu tələ də
pozulmuşdur. Bu hadisə Quranda bu cür xəbər verilir:
(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli
belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm surəsi, 20)
(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey
Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da
zinakar deyildi!” (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi.
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)
Möminlərin cəsarəti. azərbaycan (version 2)

More Related Content

What's hot

Imanin əsaslari. azərbaycan
Imanin əsaslari. azərbaycanImanin əsaslari. azərbaycan
Imanin əsaslari. azərbaycan
HarunyahyaAzerbaijan
 
Möminlərin cəsarəti. azərbaycan (version 1)
Möminlərin cəsarəti. azərbaycan (version 1)Möminlərin cəsarəti. azərbaycan (version 1)
Möminlərin cəsarəti. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Istehza deyilən zülm. azərbaycan
Istehza deyilən zülm. azərbaycanIstehza deyilən zülm. azərbaycan
Istehza deyilən zülm. azərbaycan
HarunyahyaAzerbaijan
 
Türkün dünya nizami. azərbaycan
Türkün dünya nizami. azərbaycanTürkün dünya nizami. azərbaycan
Türkün dünya nizami. azərbaycan
HarunyahyaAzerbaijan
 
Islam terroru lənətləyir. azərbaycan (version 1)
Islam terroru lənətləyir. azərbaycan (version 1)Islam terroru lənətləyir. azərbaycan (version 1)
Islam terroru lənətləyir. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Qurani rəhbər tutmaq. azərbaycan
Qurani rəhbər tutmaq. azərbaycanQurani rəhbər tutmaq. azərbaycan
Qurani rəhbər tutmaq. azərbaycan
HarunyahyaAzerbaijan
 
Möminlərin əsl yurdu cənnət. azərbaycan
Möminlərin əsl yurdu cənnət. azərbaycanMöminlərin əsl yurdu cənnət. azərbaycan
Möminlərin əsl yurdu cənnət. azərbaycan
HarunyahyaAzerbaijan
 
Hz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycan
Hz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycanHz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycan
Hz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycan
HarunyahyaAzerbaijan
 
Adamliq dini. azərbaycan
Adamliq dini. azərbaycanAdamliq dini. azərbaycan
Adamliq dini. azərbaycan
HarunyahyaAzerbaijan
 
Xəyalin digər adi, maddə. azərbaycan
Xəyalin digər adi, maddə. azərbaycanXəyalin digər adi, maddə. azərbaycan
Xəyalin digər adi, maddə. azərbaycan
HarunyahyaAzerbaijan
 
Kamil iman. azərbaycan (version 1)
Kamil iman. azərbaycan (version 1)Kamil iman. azərbaycan (version 1)
Kamil iman. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Allah`in isimləri. azərbaycan
Allah`in isimləri. azərbaycanAllah`in isimləri. azərbaycan
Allah`in isimləri. azərbaycan
HarunyahyaAzerbaijan
 
Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...
Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...
Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...
HarunyahyaAzerbaijan
 
Quranda şövq və həyəcan. azərbaycan (version 1)
Quranda şövq və həyəcan. azərbaycan (version 1)Quranda şövq və həyəcan. azərbaycan (version 1)
Quranda şövq və həyəcan. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Sosial silah darvinizm. azərbaycan (version 2)
Sosial silah darvinizm. azərbaycan (version 2)Sosial silah darvinizm. azərbaycan (version 2)
Sosial silah darvinizm. azərbaycan (version 2)
HarunyahyaAzerbaijan
 
Ehtişam hər yerdədir. azərbaycan
Ehtişam hər yerdədir. azərbaycanEhtişam hər yerdədir. azərbaycan
Ehtişam hər yerdədir. azərbaycan
HarunyahyaAzerbaijan
 
Tarixi bir yalan, qədim daş dövrü. azərbaycan
Tarixi bir yalan, qədim daş dövrü. azərbaycanTarixi bir yalan, qədim daş dövrü. azərbaycan
Tarixi bir yalan, qədim daş dövrü. azərbaycan
HarunyahyaAzerbaijan
 
Peşman olmadan öncə. azərbaycan (version 2)
Peşman olmadan öncə. azərbaycan (version 2)Peşman olmadan öncə. azərbaycan (version 2)
Peşman olmadan öncə. azərbaycan (version 2)
HarunyahyaAzerbaijan
 
Peyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycan
Peyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycanPeyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycan
Peyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycan
HarunyahyaAzerbaijan
 
Zamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycanZamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycan
HarunyahyaAzerbaijan
 

What's hot (20)

Imanin əsaslari. azərbaycan
Imanin əsaslari. azərbaycanImanin əsaslari. azərbaycan
Imanin əsaslari. azərbaycan
 
Möminlərin cəsarəti. azərbaycan (version 1)
Möminlərin cəsarəti. azərbaycan (version 1)Möminlərin cəsarəti. azərbaycan (version 1)
Möminlərin cəsarəti. azərbaycan (version 1)
 
Istehza deyilən zülm. azərbaycan
Istehza deyilən zülm. azərbaycanIstehza deyilən zülm. azərbaycan
Istehza deyilən zülm. azərbaycan
 
Türkün dünya nizami. azərbaycan
Türkün dünya nizami. azərbaycanTürkün dünya nizami. azərbaycan
Türkün dünya nizami. azərbaycan
 
Islam terroru lənətləyir. azərbaycan (version 1)
Islam terroru lənətləyir. azərbaycan (version 1)Islam terroru lənətləyir. azərbaycan (version 1)
Islam terroru lənətləyir. azərbaycan (version 1)
 
Qurani rəhbər tutmaq. azərbaycan
Qurani rəhbər tutmaq. azərbaycanQurani rəhbər tutmaq. azərbaycan
Qurani rəhbər tutmaq. azərbaycan
 
Möminlərin əsl yurdu cənnət. azərbaycan
Möminlərin əsl yurdu cənnət. azərbaycanMöminlərin əsl yurdu cənnət. azərbaycan
Möminlərin əsl yurdu cənnət. azərbaycan
 
Hz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycan
Hz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycanHz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycan
Hz. mehdi (ə.s.) haqqinda məlumatlar. azərbaycan
 
Adamliq dini. azərbaycan
Adamliq dini. azərbaycanAdamliq dini. azərbaycan
Adamliq dini. azərbaycan
 
Xəyalin digər adi, maddə. azərbaycan
Xəyalin digər adi, maddə. azərbaycanXəyalin digər adi, maddə. azərbaycan
Xəyalin digər adi, maddə. azərbaycan
 
Kamil iman. azərbaycan (version 1)
Kamil iman. azərbaycan (version 1)Kamil iman. azərbaycan (version 1)
Kamil iman. azərbaycan (version 1)
 
Allah`in isimləri. azərbaycan
Allah`in isimləri. azərbaycanAllah`in isimləri. azərbaycan
Allah`in isimləri. azərbaycan
 
Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...
Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...
Dəccal necə öldü. 150 il davam edən darvinist yalanin sonu. azərbaycan (versi...
 
Quranda şövq və həyəcan. azərbaycan (version 1)
Quranda şövq və həyəcan. azərbaycan (version 1)Quranda şövq və həyəcan. azərbaycan (version 1)
Quranda şövq və həyəcan. azərbaycan (version 1)
 
Sosial silah darvinizm. azərbaycan (version 2)
Sosial silah darvinizm. azərbaycan (version 2)Sosial silah darvinizm. azərbaycan (version 2)
Sosial silah darvinizm. azərbaycan (version 2)
 
Ehtişam hər yerdədir. azərbaycan
Ehtişam hər yerdədir. azərbaycanEhtişam hər yerdədir. azərbaycan
Ehtişam hər yerdədir. azərbaycan
 
Tarixi bir yalan, qədim daş dövrü. azərbaycan
Tarixi bir yalan, qədim daş dövrü. azərbaycanTarixi bir yalan, qədim daş dövrü. azərbaycan
Tarixi bir yalan, qədim daş dövrü. azərbaycan
 
Peşman olmadan öncə. azərbaycan (version 2)
Peşman olmadan öncə. azərbaycan (version 2)Peşman olmadan öncə. azərbaycan (version 2)
Peşman olmadan öncə. azərbaycan (version 2)
 
Peyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycan
Peyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycanPeyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycan
Peyğəmbərimizin (s.ə.s.) möcüzələri. azərbaycan
 
Zamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycanZamansizliq və qədər gerçəyi. azərbaycan
Zamansizliq və qədər gerçəyi. azərbaycan
 

Viewers also liked

Elm tarixinin ən böyük yalani, darvinizm. azərbaycan
Elm tarixinin ən böyük yalani, darvinizm. azərbaycanElm tarixinin ən böyük yalani, darvinizm. azərbaycan
Elm tarixinin ən böyük yalani, darvinizm. azərbaycan
HarunyahyaAzerbaijan
 
Hər şeydə xeyir görmək. azərbaycan
Hər şeydə xeyir görmək. azərbaycanHər şeydə xeyir görmək. azərbaycan
Hər şeydə xeyir görmək. azərbaycan
HarunyahyaAzerbaijan
 
Qlobal masonluq. azərbaycan
Qlobal masonluq. azərbaycanQlobal masonluq. azərbaycan
Qlobal masonluq. azərbaycan
HarunyahyaAzerbaijan
 
şeytanin təkəbbürü. azərbaycan (version 1)
şeytanin təkəbbürü. azərbaycan (version 1)şeytanin təkəbbürü. azərbaycan (version 1)
şeytanin təkəbbürü. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Təkamül nəzəriyyəsinin süqutu. azərbaycan
Təkamül nəzəriyyəsinin süqutu. azərbaycanTəkamül nəzəriyyəsinin süqutu. azərbaycan
Təkamül nəzəriyyəsinin süqutu. azərbaycan
HarunyahyaAzerbaijan
 
Islam və xristianliq. azərbaycan
Islam və xristianliq. azərbaycanIslam və xristianliq. azərbaycan
Islam və xristianliq. azərbaycan
HarunyahyaAzerbaijan
 
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)
HarunyahyaAzerbaijan
 
Niyə özünü aldadirsan. azərbaycan (version 2)
Niyə özünü aldadirsan. azərbaycan (version 2)Niyə özünü aldadirsan. azərbaycan (version 2)
Niyə özünü aldadirsan. azərbaycan (version 2)
HarunyahyaAzerbaijan
 
Peşman olmadan öncə. azərbaycan (version 1)
Peşman olmadan öncə. azərbaycan (version 1)Peşman olmadan öncə. azərbaycan (version 1)
Peşman olmadan öncə. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Islam və buddizm. azərbaycan
Islam və buddizm. azərbaycanIslam və buddizm. azərbaycan
Islam və buddizm. azərbaycan
HarunyahyaAzerbaijan
 
Həzrəti süleyman. azərbaycan
Həzrəti süleyman. azərbaycanHəzrəti süleyman. azərbaycan
Həzrəti süleyman. azərbaycan
HarunyahyaAzerbaijan
 
Sonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycanSonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycan
HarunyahyaAzerbaijan
 
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 

Viewers also liked (13)

Elm tarixinin ən böyük yalani, darvinizm. azərbaycan
Elm tarixinin ən böyük yalani, darvinizm. azərbaycanElm tarixinin ən böyük yalani, darvinizm. azərbaycan
Elm tarixinin ən böyük yalani, darvinizm. azərbaycan
 
Hər şeydə xeyir görmək. azərbaycan
Hər şeydə xeyir görmək. azərbaycanHər şeydə xeyir görmək. azərbaycan
Hər şeydə xeyir görmək. azərbaycan
 
Qlobal masonluq. azərbaycan
Qlobal masonluq. azərbaycanQlobal masonluq. azərbaycan
Qlobal masonluq. azərbaycan
 
şeytanin təkəbbürü. azərbaycan (version 1)
şeytanin təkəbbürü. azərbaycan (version 1)şeytanin təkəbbürü. azərbaycan (version 1)
şeytanin təkəbbürü. azərbaycan (version 1)
 
Təkamül nəzəriyyəsinin süqutu. azərbaycan
Təkamül nəzəriyyəsinin süqutu. azərbaycanTəkamül nəzəriyyəsinin süqutu. azərbaycan
Təkamül nəzəriyyəsinin süqutu. azərbaycan
 
Islam və xristianliq. azərbaycan
Islam və xristianliq. azərbaycanIslam və xristianliq. azərbaycan
Islam və xristianliq. azərbaycan
 
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 2)
 
Niyə özünü aldadirsan. azərbaycan (version 2)
Niyə özünü aldadirsan. azərbaycan (version 2)Niyə özünü aldadirsan. azərbaycan (version 2)
Niyə özünü aldadirsan. azərbaycan (version 2)
 
Peşman olmadan öncə. azərbaycan (version 1)
Peşman olmadan öncə. azərbaycan (version 1)Peşman olmadan öncə. azərbaycan (version 1)
Peşman olmadan öncə. azərbaycan (version 1)
 
Islam və buddizm. azərbaycan
Islam və buddizm. azərbaycanIslam və buddizm. azərbaycan
Islam və buddizm. azərbaycan
 
Həzrəti süleyman. azərbaycan
Həzrəti süleyman. azərbaycanHəzrəti süleyman. azərbaycan
Həzrəti süleyman. azərbaycan
 
Sonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycanSonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycan
 
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)
Insanin aşkar düşməni şeytan. azərbaycan (version 1)
 

Similar to Möminlərin cəsarəti. azərbaycan (version 2)

Sosial silah darvinizm. azərbaycan (version 1)
Sosial silah darvinizm. azərbaycan (version 1)Sosial silah darvinizm. azərbaycan (version 1)
Sosial silah darvinizm. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Xalqlarin həlaki. azərbaycan
Xalqlarin həlaki. azərbaycanXalqlarin həlaki. azərbaycan
Xalqlarin həlaki. azərbaycan
HarunyahyaAzerbaijan
 
Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Quranda ixlas. azərbaycan
Quranda ixlas. azərbaycanQuranda ixlas. azərbaycan
Quranda ixlas. azərbaycan
HarunyahyaAzerbaijan
 
Kamil iman. azərbaycan (version 2)
Kamil iman. azərbaycan (version 2)Kamil iman. azərbaycan (version 2)
Kamil iman. azərbaycan (version 2)
HarunyahyaAzerbaijan
 
şeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycanşeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycan
HarunyahyaAzerbaijan
 
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
HarunyahyaAzerbaijan
 
Tövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycan
Tövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycanTövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycan
Tövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycan
HarunyahyaAzerbaijan
 

Similar to Möminlərin cəsarəti. azərbaycan (version 2) (8)

Sosial silah darvinizm. azərbaycan (version 1)
Sosial silah darvinizm. azərbaycan (version 1)Sosial silah darvinizm. azərbaycan (version 1)
Sosial silah darvinizm. azərbaycan (version 1)
 
Xalqlarin həlaki. azərbaycan
Xalqlarin həlaki. azərbaycanXalqlarin həlaki. azərbaycan
Xalqlarin həlaki. azərbaycan
 
Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)
 
Quranda ixlas. azərbaycan
Quranda ixlas. azərbaycanQuranda ixlas. azərbaycan
Quranda ixlas. azərbaycan
 
Kamil iman. azərbaycan (version 2)
Kamil iman. azərbaycan (version 2)Kamil iman. azərbaycan (version 2)
Kamil iman. azərbaycan (version 2)
 
şeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycanşeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycan
 
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
 
Tövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycan
Tövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycanTövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycan
Tövratdan hikmətlər və gözəl öyüdlər. azərbaycan
 

More from HarunyahyaAzerbaijan

20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
HarunyahyaAzerbaijan
 
Atom möcüzəsi. azərbaycan
Atom möcüzəsi. azərbaycanAtom möcüzəsi. azərbaycan
Atom möcüzəsi. azərbaycan
HarunyahyaAzerbaijan
 
Bədənimizdəki möcüzələr. azərbaycan
Bədənimizdəki möcüzələr. azərbaycanBədənimizdəki möcüzələr. azərbaycan
Bədənimizdəki möcüzələr. azərbaycan
HarunyahyaAzerbaijan
 
Dinlər terroru lənətləyir. azərbaycan
Dinlər terroru lənətləyir. azərbaycanDinlər terroru lənətləyir. azərbaycan
Dinlər terroru lənətləyir. azərbaycan
HarunyahyaAzerbaijan
 
Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan
Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycanDövlətə bağliliğin əhəmiyyəti. azərbaycan
Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan
HarunyahyaAzerbaijan
 
Dünya həyatinin həqiqətləri. azərbaycan
Dünya həyatinin həqiqətləri. azərbaycanDünya həyatinin həqiqətləri. azərbaycan
Dünya həyatinin həqiqətləri. azərbaycan
HarunyahyaAzerbaijan
 
Ecazkar canlilar. azərbaycan
Ecazkar canlilar. azərbaycanEcazkar canlilar. azərbaycan
Ecazkar canlilar. azərbaycan
HarunyahyaAzerbaijan
 
Həyatin əsl mənşəyi. azərbaycan
Həyatin əsl mənşəyi. azərbaycanHəyatin əsl mənşəyi. azərbaycan
Həyatin əsl mənşəyi. azərbaycan
HarunyahyaAzerbaijan
 
Həzrəti muhəmməd (s) peyğəmbər. azərbaycan
Həzrəti muhəmməd (s) peyğəmbər. azərbaycanHəzrəti muhəmməd (s) peyğəmbər. azərbaycan
Həzrəti muhəmməd (s) peyğəmbər. azərbaycan
HarunyahyaAzerbaijan
 
Həzrəti yusif. azərbaycan
Həzrəti yusif. azərbaycanHəzrəti yusif. azərbaycan
Həzrəti yusif. azərbaycan
HarunyahyaAzerbaijan
 
Insan möcüzəsi. azərbaycan
Insan möcüzəsi. azərbaycanInsan möcüzəsi. azərbaycan
Insan möcüzəsi. azərbaycan
HarunyahyaAzerbaijan
 

More from HarunyahyaAzerbaijan (11)

20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
20 sualda təkamül nəzəriyyəsinin çökməsi. azərbaycan
 
Atom möcüzəsi. azərbaycan
Atom möcüzəsi. azərbaycanAtom möcüzəsi. azərbaycan
Atom möcüzəsi. azərbaycan
 
Bədənimizdəki möcüzələr. azərbaycan
Bədənimizdəki möcüzələr. azərbaycanBədənimizdəki möcüzələr. azərbaycan
Bədənimizdəki möcüzələr. azərbaycan
 
Dinlər terroru lənətləyir. azərbaycan
Dinlər terroru lənətləyir. azərbaycanDinlər terroru lənətləyir. azərbaycan
Dinlər terroru lənətləyir. azərbaycan
 
Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan
Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycanDövlətə bağliliğin əhəmiyyəti. azərbaycan
Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan
 
Dünya həyatinin həqiqətləri. azərbaycan
Dünya həyatinin həqiqətləri. azərbaycanDünya həyatinin həqiqətləri. azərbaycan
Dünya həyatinin həqiqətləri. azərbaycan
 
Ecazkar canlilar. azərbaycan
Ecazkar canlilar. azərbaycanEcazkar canlilar. azərbaycan
Ecazkar canlilar. azərbaycan
 
Həyatin əsl mənşəyi. azərbaycan
Həyatin əsl mənşəyi. azərbaycanHəyatin əsl mənşəyi. azərbaycan
Həyatin əsl mənşəyi. azərbaycan
 
Həzrəti muhəmməd (s) peyğəmbər. azərbaycan
Həzrəti muhəmməd (s) peyğəmbər. azərbaycanHəzrəti muhəmməd (s) peyğəmbər. azərbaycan
Həzrəti muhəmməd (s) peyğəmbər. azərbaycan
 
Həzrəti yusif. azərbaycan
Həzrəti yusif. azərbaycanHəzrəti yusif. azərbaycan
Həzrəti yusif. azərbaycan
 
Insan möcüzəsi. azərbaycan
Insan möcüzəsi. azərbaycanInsan möcüzəsi. azərbaycan
Insan möcüzəsi. azərbaycan
 

Möminlərin cəsarəti. azərbaycan (version 2)

  • 1. MÖMİNLƏRİN CƏSARƏTİ O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali-İmran, 173) HARUN YƏHYA (ADNAN OKTAR)
  • 2. Bu kitabda istifadə edilən ayələr Z.Bünyadov və V.Məmmədəliyevin, həmçinin Ə.Musayevin tərcümə etdiyi Qurani-kərim məallarından götürülmüşdür. Birinci çap: Noyabr, 2000 İkinci çap: Aprel, 2002 Üçüncü çap: Sentyabr, 2005 Dördüncü çap: Oktyabr, 2005 Beşinci çap: Mart, 2006 Altıncı çap: İyul, 2006 Yeddinci çap: Sentyabr, 2009 ARAŞDIRMA NƏŞRİYYAT Talatpaşa Məh. Əmirqazi küçəsi İbrahim Almaz iş mərkəzi Blok: A, mərtəbə: 4 Oxmeydanı - İstanbul Tel: (0 212) 222 00 88 Nəşr: Enteqre mətbəəçilik Sənaye küç. Nömrə: 17 Yenibosna-İstanbul Tel: (0 212) 451 70 70 www.harunyahya.org - www.harunyahya.net
  • 3. İÇİNDƏKİLƏR GİRİŞ QURANA GÖRƏ CƏSARƏT NƏDİR? QURANA ƏSASLANAN CƏSARƏTLƏ CƏMİYYƏTDƏKİ CƏSARƏT ANLAYIŞININ FƏRQİ ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ ƏMR EDİR CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR? PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİN HƏYATLARINDAN CƏSARƏT NÜMUNƏLƏRİ NƏTİCƏ TƏKAMÜL YALANI
  • 4. OXUCUYA Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir. Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır. Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər. Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır. Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir. Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.
  • 5. Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz. YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır. Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir. Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani- kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir. Yazıçıın bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir. Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.
  • 6. Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar. Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir. Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır. Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər. Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər. Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.
  • 7. GİRİŞ Bütün ömrünü məsuliyyət daşımadan yaşamağa alışmış bir insan düşünək. Elə bir insan ki, sadəcə öz qidalanması, gələcəyi, evi, maşını, sahib olduğu malları ilə maraqlanır… Bu insanı ətrafında baş verən hadisələr, dünyanın hər tərəfində davam edən zülm, haqsızlıq, aclıq, axıdılan qanlar, yaşanan əzablar maraqlandırmır. Yer üzünün qarışıqlıq, xaos, nizamsızlıq, təxribat və hər cür haqsızlıqlarla dolu olması onu heç narahat etmir. Haqsız yerə öldürülən insanların, yemək üçün bir tikə çörək belə tapa bilməyən uşaqların varlığına əhəmiyyət vermir. “Mənə toxunmayan ilan min yaşasın” kimi yalnış dünyagörüşünə malikdir, yalnız özünü düşünür və özü üçün yaşayır. Cəmiyyətdə bu cür insanlarla tez-tez rastlaşmaq mümkündür. Belə yaşadıqları təqdirdə dərddən, qəmdən uzaq, rahat olacaqlarını düşünən insanların sayı çoxdur. Halbuki başqa insanlara zülm edilən, haqsızlıq olunan, əzab verilən mühitdə insanın sadəcə özünü düşünməsi, öz dərdinə çarə axtarması vicdana sığmayan davranışdır. Bu halda insanın öhdəsinə düşən böyük məsuliyyətlər vardır. Hami ac qalan, haqsız yerə yurdlarından sürgün edilən, öldürülən, qətl edilən insanları bu vəziyyətlərindən qurtara biləcək güclü imana sahib ola bilər. Dünyanı bu vəziyyətdən xilas etməyə çalışmaq, ağıl və vicdan sahibi hər insanın vəzifəsidir. Siz bu sətirləri oxuyarkən “görəsən, mən nə edə bilərəm?”-deyə düşünə, yaxud “mənim edəcəklərimlə nə dəyişəcək ki?”-deyə bilərsiniz. Lakin hamının belə dediyini düşünün… Bu halda yer üzündə pisliklərə qarşı yaxşılıq edən bir nəfər belə qalmazdı. Halbuki hər dövrdə yaxşılığı qoruyub saxlayan insanlar olub. Bu insanlar qorxmadan fəaliyyaət göstərmiş, yer üzündə ədaləti hakim etməyə və qorumağa çalışmışlar. Bu insanların əsas xüsusiyyətləri Allahdan qorxmaları, vicdanlarının səsinə qulaq asmaları, çox cəsur və səxavətli olmaları, məsuliyyət daşımaqdan qorxmamalarıdır. Dünyanın hər tərəfinə yayılan zülm və haqsızlıqların əvəzinə yaxşılığı, gözəlliyi və ədaləti gətirmək üçün lazım olan ən əhəmiyyətli xüsus doğru olan yolda cəsur davranmaqdır. Bəlkə də “insanlara yaxşılığı tövsiyə etmək üçün niyə cəsur olmaq lazımdır?”-deyə düşünə bilərsiniz. Halbuki pisliyin yer üzündən silinməsini istəyən insanların ən çox ehtiyacları olan xüsusiyyətlərdən biri cəsarətdir. Cəsarət və qərarlılığın yaxşılığı əmr edib pislikdən çəkindirməkdə nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün peyğəmbərlərin və ömrünü Allaha həsr etmiş müsəlmanların pisliyə qarşı mübarizələrini xatırlamaq lazımdır.
  • 8. Bu mövzunu düşünmək, əsrlərlə yaxşılığı müdafiə edənlərə kimlərinsə mane olduğunu görmək mövzunun vacibliyini anlamaq cəhətdən əhəmiyyətli olacaq. Şübhəsiz, hər dövrdə dünyaya yaxşılığın, gözəl əxlaqın, sülhün və rahatlığın hakim olması üçün çalışan insanlarla yanaşı, insanları haqsız yerə öldürən, yurdlarından çıxaran, yer üzündə əxlaqi degenerasiyanı yaymağa, zəif olanı əzməyə, beləliklə, özünü ucaltmağa çalışan çox sayda insan yaşamışdır. Müsəlmanların hədəfi gözəl əxlaqı insanlar arasında yaymaq olduğu halda, bu insanların hədəfi pisliyi bütün dünyaya yaymaq olmuşdur, buna görə də bütün yaxşı fəaliyyətlərə mane olmaq istəmələrinə heyrətlənməməliyik. Tarix boyu yaşananlar da həmişə bunu göstərmişdir. Gözəl əxlaqı tövsiyə edən peyğəmbərlər və onları izləyən möminlər hər dövrdə təzyiqlərə məruz qalmışlar. Qarşı tərəf çirkin və əsli olmayan böhtanlarla, müxtəlif üsullarla onları yollarından saxlamaq istəmişdir. Ancaq yer üzündə yaxşılığın, rahatlığın, gözəl əxlaqın hakim olmasını istəməyənlərin bilmədiyi və heç cür dərk etmədiyi ilahi sirr təcəlli etmişdir: Müsəlmanlar hər zaman, “... Bizim əsgərlərimiz labüd olaraq zəfər çalacaqlar!” (Saffat surəsi, 173) ayəsində bildirildiyi kimi inanmayanlara qalib gəlmişlər. Bu, Allahın vədidir. Allah Öz yolunda cəsarət və qərarlılıqla mübarizə aparanları bu dünyada inkarçılara qarşı qalib etmiş, axirətdə də səmimi cəhdlərinin qarşılığında cənnəti nəsib edəcəkdir. Allaha güvənərək Onun əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq üçün cəhd edən hamı Allahın sonsuz nemətləri ilə mükafatlanmağı ümid edə bilər. Kim peyğəmbərlərin və səmimi möminlərin göstərdikləri cəsarəti və qərarlılığı göstərər, doğru yolda yorulmadan irəliləyərsə, cənnət əhli olmağı ümid edə bilər. Allah bu mövzu ilə əlaqədar olaraq bir ayədə belə buyurur: “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.” (Bəqərə surəsi, 218) Bu kitabda gözəl əxlaqın bir hissəsi olan “cəsarət” mövzusundan bəhs olunacaq. Cəsarətin Quranda verilən həqiqi mənası açıqlanacaq, eyni zamanda cəmiyyətdə qəbul edilən cəsarət anlayışının yalnış cəhətləri incələnəcək. Həqiqi Qurani cəsarətlə, xalq arasında qəbul edilən və yaşanan cəsarət anlayışı müqayisə ediləcək. Bundan başqa şeytanın insanları sövq etməyə çalışdığı çirkin cəsarət haqqında danışılacaq və nəhayət
  • 9. Quranda adı keçən peyğəmbərlərin və saleh möminlərin cəsarətindən nümunələr veriləcək.
  • 10. QURANA GÖRƏ CƏSARƏT NƏDİR? Həqiqi cəsarət Quranda bildirildiyi kimi Allahın hədlərini qüsursuz şəkildə qoruyaraq, Allahdan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək, heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə Allahdan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii haldır. İnananlar Allaha olan imanları, Allah qorxuları və axirət istəklərindən qaynaqlanan təbii cəsarəti göstərirlər. Hər hərəkətləri çox səmimi və cəsurdur. Allah rizası üçün Allahın əmr etdiyi əxlaqı yaşamaq və digər insanların da bu əxlaqı yaşamalarına şərait yaratmaq üçün cəhd edir, ətraflarında baş verən haqsızlıqlara laqeyd yanaşmır, Qurana uyğun hərəkət edirlər. Pisliklərə qarşı fikri mübarizə aparmağı, doğrunu, gözəli, yaxşını insanlara göstərməyi özlərinə borc bilirlər. Möminlərin cəsarətinin təməlində Allah sevgisi, Allah qorxusu və Allahın rizasını qazanmağı hədəfləyən səmimi cəhd durur, buna görə də gözəl əxlaqı yaşamaqdakı cəsarətləri müəyyən şərtlərə bağlı deyil. Möminlər hər zaman və hər vəziyyətdə Allaha güvəndən qaynaqlanan cəsarətlərini qoruyurlar. İnanmayanların göstərdikləri cəsarətdə isə mənəviyyatın yerini sadəcə mənfəət və dünyəvi ehtiraslar tutur, buna görə də Qurandan uzaq yaşayan insanlar cəsarət anlayışını səhv yerlərdə tətbiq edirlər. Cəsarət tələb olunan yerlərdə isə səssiz qalırlar. Bu insanların göstərdikləri cəsarət əsasən lazımsız, mənasız və axirətləri üçün faydasız olur. Allahdan qorxan insanlar cəsarət tələb edən bir hadisə gördükləri zaman bu hadisəni görməməzlikdən gələrək qaçmağı vicdanlarına sığışdırmazlar. Məsələn, bir nəfər günahsız olduğu halda günahlandırılırsa və o da bu insanın günahsız olduğuna şahiddirsə, öz mənfəətlərinə faydalı olmasa da, özünü riskə atsa da, Allah rizası üçün bu insanı müdafiə edir. Bu həqiqətən çox gözəl cəsarət nümunəsidir. Möminin göstərdiyi bu cəsarətin qaynağı Allah qorxusudur, çünki Allah Quranda belə əmr edir: … Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir! (Bəqərə surəsi, 283) Ayədə bildirildiyi kimi, Allah şahidliyi gizlətməyi haram edir. Mömin Allahın əmrlərinə itaət etməkdə zəiflik göstərməkdən və ağır davranmaqdan qorxduğu üçün Allahın bildirdiyi hədləri qorumaqda çox cəsurdur.
  • 11. Quran əxlaqından uzaq cəmiyyətdə isə vicdanının səsini dinləyib haqqına təcavüz edilən birini müdafiə edənləri “Sən onun vəkilisənmi?”, “Sənə qalıb onun haqqını müdafiə etmək?” kimi sözlərlə alçaldıb, bu gözəl əxlaqdan uzaqlaşdırılmağa çalışırlar. Halbuki etdiyi təqdirəlayiq hərəkətdir. Bu situasiya ilə qarşılaşan insan da din əxlaqından uzaq biridirsə ətrafındakı insanların reaksiyasından təsirlənər, öz mənfəətlərini itirməkdən çəkinər, ancaq bu insan Allaha iman edən, Qurana tabe olan insandırsa Allahın əmr etdiyi əxlaqı tətbiq etməkdə əsla tərəddüd etməz. Bu insan vicdanının səsinə qulaq asıb ən çətin anda belə haqqı qorumaqda cəsarətli olar. Pisliklə qarşılaşdığı zaman ayədə əmr edildiyi kimi yaxşılıqla qarşılıq vermək üçün çalışar, buna görə də Quran əxlaqını yaşamayan insanlar tərəfindən “saflıqla” mühakimə edilib alçaldılar. Ətrafındakı insanlar onun bu hərəkətini yadırğasa belə, o, gözəl əxlaqlı olmağa üstünlük verər. Quranda qınayanın qınamasından qorxmamaq, cəsur və qərarlı olmaq gözəl əxlaq xüsusiyyəti kimi göstərilir: Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54) Gündəlik həyatımızdan bir neçə nümunə göstərərək mövzunu daha da aydınlaşdıra bilərik. Bir nəfər yolda kasıb, köməyə ehtiyacı olan biriylə rastlaşır. Kömək etmək istəyir, lakin yanındakılar “Fikir vermə”, “Sənə qalmayıb ki, kömək etmək”-deyərək kömək etməsinə mane olmağa çalışırlar. O insan burada artıq bir seçim qarşısında qalır. Bəzi insanlar dostlarının qarşısında alçalmaqdan çəkinərək, onları itirməkdən qorxaraq gözəl əxlaq göstərməkdən üz döndərir və həmin insana kömək etmirlər. Müsəlman isə qınaqlardan çəkinmədən o insana kömək edir, çünki köməyə möhtac olan o insanı Allah yaradıb xüsusi olaraq qarşısına çıxarmışdır. Bu hadisə ilə onun gözəl əxlaqlı olub-olmadığını yoxlayır. İncə düşüncəli mömin bu hadisəni Allahın xüsusilə yaratdığını və özünü imtahan etdiyini dərhal anlayır, Allahın rizasına uyğun olanı seçir. Dostlarının lağ etməsi onu gözəl əxlaqdan çəkindirmir. Doğru bildiyini etməkdə cəsarətli olur. Gözəl əxlaq göstərməkdə qərarlı olan insanın qarşısına bəzən bu cür insanlar çıxa bilir. Quran ayələrini incələdiyimiz zaman bu cür hadisələrin imtahan üçün yaradıldığını çox açıq görürük. Belə ki, Quranda yaxşıların qarşısında hər zaman pislərin olacağından, bu şəxslərin pisliyi yer üzündə yaymaq istədiklərindən bəhs edilir.
  • 12. Məqsədləri bu olduğu üçün yaxşılıq edənləri də yollarından döndərmək istəyirlər. Allah bir çox ayə ilə bunu bildirmişdir: … Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq! (Ənam surəsi, 157) Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar; Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7) Allah Quranda inkar edənlərin yaxşılıqların, xeyirli işlərin qarşısını almaq üçün cəhd edəcəklərinə diqqət çəkir və bunun yaxşılarla pislərin bir-birindən ayrılmasına vəsilə olub inananların xeyrinə nəticələnəcəyini də ayələrdə xəbər verir: Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir! (Ənfal surəsi, 36-37) Bəzi insanlar pisliyin təsirində qalaraq pislik edirlər. Başqaları yaxşılıq etmək istədikləri zaman sözləri və hərəkətləri ilə onları incidirlər. Şeytanın təsiri ilə pisliyi gözəl, yaxşılığı çirkin göstərirlər. Zəif iradəli, qorxaq və həssas xarakterli insanlar da ətraflarındakı bu insanların təsirinə düşərək gözəl əxlaq göstərməkdən uzaqlaşırlar. Pis əxlaqlı şəxslərə çox asanlıqla uyğunlaşa bilirlər. Ətrafındakılarla uyğunlaşmaq və doğru yolda olmayanların rəğbətini qazanmaq üçün doğru bildiklərindən keçərək pis əxlaqı seçən insan özünə böyük zərər verir. İnsanların qınamasından, onların uzaqlaşmasından çəkinərək səhv yolu seçir, pislərlə ayaqlaşaraq əslində özünə zülm edir. Dostlarını itirməmək üçün pis əxlaqa göz yuman və həqiqi dostun sadəcə Allah olduğunu bilməyən bu insanlar, Allahın hüzurunda alçaldıqlarının və axirətlərini itirdiklərinin fərqində deyillər. Halbuki Allah Özünə tabe olanları və Quranda əmr olunduğu kimi şəfqətli, mərhəmətli, ədalətli, fədakar, təvəkküllü, yaxşılığa dəvət edən, xoş niyyətli, hər şeydə xeyir görən, həlim xasiyyətli olmaqda nə olursa olsun, qərarlı və cəsur davrananları nəinki alçaldıb cəmiyyətdən təcrid edəcək, əksinə, dünyada və axirətdə haqdan üz döndərənlərin hamısına qalib edəcəkdir.
  • 13. Qurana uyğun olan cəsarət Allahdan başqa heç nədən və heç kimdən qorxmamağı, Allahın rizasına uyğun davranmaqda tərəddüd etməməyi və qərarsızlıq göstərməməyi də tələb edir. İman edənlərin ən vacib xüsusiyyətlərindən biri çətinliklər qarşısında acizlik göstərməmələri, Allahdan başqa heç kimdən və heç nədən qorxmamalarıdır. Bu da onlara hər cür qorxuya qalib gələ biləcək cəsarəti qazandırır. Onlar Allahdan başqa güc olmadığını bilirlər. Quranda möminlərin bu nümunəvi əxlaqına bu cür diqqət çəkilir: Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39) Pislik etməkdən xoşu gələn, pis işlər görməkdə davam edən və başqalarının da özləri kimi olmasını istəyən insanların əmələ gətirdikləri şər qruplaşmalarını dağıtmaq, yer üzündə yaxşılığın hakim olmasına çalışmaq peyğəmbərlər və saleh möminlər qədər cəsur olmağı tələb edir. Bu cəsarət isə səmimi və şirkdən təmizlənmiş imandan qaynaqlanır. Yaxşılıq edən, insanlara yaxşılığı tövsiyə edən insan ətrafındakı pis kəslərin diqqətini cəlb edəcək. Onu yaxşılıqdan uzaqlaşdırmağa çalışılacaqlar. Bu hal bu günə qədər bəlkə də, minlərlə dəfə təcəlli etmiş, tarix boyu yaşamış hər müsəlman gözəl əxlaqı yaşamaqdan və başqalarına tövsiyə etməkdən uzaqlaşdırılmağa çalışılmışdır. Məsələn, Quran əxlaqı yaşanmayan cəmiyyətdə namaz qılmağa təzə başlayan insana mane olmağa çalışırlar. “Hələ cavansan, gələcəkdə qılarsan”, “günahın mənim boynuma”-deyərək ibadətdən uzaqlaşdırmaq istəyirlər. Halbuki gündə 5 vaxt fərz olan namaz Allahın əmridir. İnsanları bu ibadətdən uzaqlaşdırmaqdansa tövsiyə etmək lazımdır. Allah insanları bu gözəl ibadətdən uzaqlaşdırmağa çalışanlarla əlaqədar Quranda bu cür buyurur: Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de görək, əgər o doğru yoldadırsa, Yaxud qorxmağı əmr edirsə. Bir de görək, yalan sayır və üz döndərirsə, Məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - Özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş! (Ələq surəsi, 9-19)
  • 14. Şeytan dünya həyatının həqiqi üzünü görən, Quran əxlaqını yaşayan və axirət üçün çalışan bir nəfərin belə olmasını istəmir. Buna görə də Qurana həssas şəkildə tabe olan insanın üzərinə öz tərəfdarlarını göndərir və onu yolundan çəkindirməyə, qorxutmağa və ona mənfi təsir etməyə çalışır. Şeytan bu fəaliyyətini bilavasitə təlqin və vəsvəsə yolu ilə apardığı kimi, insanların arasında öz təsirinə saldığı və dost etdiyi adamlar vasitəsi ilə də davam etdirir. Allah şeytanın bu üsulunun iman edənlər üçün təsiri olmadığını bu cür bildirir: Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175) Bu ayədən əvvəlki ayələrdə isə Allahdan qorxan insanların dinlərini yaşamalarında cəsur və qərarlı olmalarından, bunun nəticəsində də Allahın verdiyi gözəl qarşılıqdan bu cür bəhs edilir: O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!” - dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Ali-İmran surəsi, 173-174) Cəsur olan, vicdanının səsini dinləyən və doğruları görüb heç kimdən çəkinmədən haqq yolda irəliləyən insan Allahın rəhmətinə, rizasına, nemətinə və cənnətinə qovuşar. Şeytanın fısıltılarına qulaq asan insan isə onun arxasınca cəhənnəmə qədər gedər və daim orada qalar. İman edən insanın vəzifəsi Allahın əmr etdiyi yaxşılığı, doğru və gözəl olanı insanlara tövsiyə etməkdir. Möminin əsas vəzifəsi budur, ancaq bu da unudulmamalıdır ki, insan bu yolda bir çox çətinliklərlə, daha doğrusu imtahanlarla qarşılaşa bilər. Çünki bu, Allahın Quranda xəbər verdiyi vəddir: Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214) Cənnətə getməyi ümid edən hər mömin bu ayədə Allahın vəd etdiyi kimi inananların keçmişdə yaşadıqları çətinliklərlə imtahan olunacaq. Bu zaman insan Allaha tabe olacaq, Ona güvənəcək, qərarlı və cəsur olub bütün bunların imtahanın bir hissəsi olduğunu biləcəkdir.
  • 15. İnsanın bu zaman hər hansı bir bəhanə gətirərək dinindən, gözəl əxlaqından uzaqlaşması isə çox çirkin və səmimiyyətsiz hərəkətdir. Əgər insan səmimidirsə, qorxub çəkinəcəyi heç nə yoxdur. Allah onu qoruyacaq, işlərini asanlaşdıracaqdır. Belə ki, Allah ayələrdə hər çətinliklə yanaşı bir asanlığın olduğunu və insanları qaldıra bilməyəcəkləri yüklə yükləməyəcəyini müjdələyir: Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Şərh surəsi, 5-6) İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir. (Əraf surəsi, 42-43)
  • 16. QURANA ƏSASLANAN CƏSARƏTLƏ CƏMİYYƏTDƏKİ CƏSARƏT ANLAYIŞININ FƏRQİ Cəsarət də digər bir çox anlayış kimi din əxlaqından uzaq cəmiyyətdə Qurandakı mənasından fərqli qəbul edilən və yaşanan anlayışlardandır. Şübhəsiz, cəsarətlə əlaqədar hərə bir söz söyləyə bilər, ancaq hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru məlumat Quranda verilir. Bütün insanlar müxtəlif zamanlarda cəsarət göstərə bilərlər. Lakin insanların cəsur davrandıqları hallar, bu cür davranmaqdakı məqsədləri və göstərdikləri cəsarətin hədləri Quranda xəbər verilənlərdən çox fərqlidir. Quran əxlaqını yaşamayan, Allahın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan biri ilə müsəlman olan birinin cəsarət haqqındakı fikirləri bir-birindən fərqlidir. Müsəlman cəsarəti Quranda xəbər verildiyi kimi izah edərkən, Quran əxlaqı və Allahın tövsiyə etdiyi cəsarət haqqında məlumatı olmayan birinin düşüncələri təbii ki, fərqli olacaq. Məsələn, filmlərdə tez-tez rastlaşdığımız kimi şossedə sürətlə hərəkət edən maşınların arasında tərs istiqamətdə hərəkət etmək böyük cəsarət nümunəsidir. Universitetdə oxuyan tələbələrin cəsarət anlayışları daha fərqlidir. Müəllimlə mübahisə edən tələbə digərlərinə görə daha cəsurdur. Aqressiv, qaydalara riayət etməyən tələbənin də cəsur olduğunu düşünürlər. Məsələn, məktəbə məktəbli geyimi ilə gəlməli olduğu halda fərqli geyimdə gələn şagird böyük cəsurluq etmiş olur. İmtahanda yoldaşlarından kömək istəmək də bu cür insanlara görə cəsarət örnəklərindəndir. Cahil cəmiyyətdə iş adamları üçün cəsarət anlayışı ticarətdə özünü riskli hallara salmağı deməkdir. Məsələn, birjada külli miqdarda pul qoymaq bu insanlar üçün böyük cəsarət nümunəsidir. Bundan başqa yeni bir iş sahəsinə sərmayə qoymaq da ən cəsur insanların işidir. Qısaca, din əxlaqı mənimsənməyən cəmiyyətlərdə insanlar cəsarət anlayışını yaşadıqları mühitə uyğun izah edirlər. Bu insanlar Quranı deyil, şəxsi prinsip və vərdişlərini rəhbər etdikləri üçün cəsarətlə əlaqədar düşüncələri də fərqli olur. Məsələn, kasıb şəxslərlə imkanlı şəxslərin cəsarətlə əlaqədar izahları fərqli olur. Evdar qadınla siyasətçi şəxsin də cəsarət anlayışları tamamilə fərqlidir. Bu kimi nümunələri fərqli cəmiyyətləri misal çəkərək çoxaltmaq olar, ancaq onların hamısının cəsarət dedikdə anladıqları anlayış cəmiyyətin qəbul etdiyi ümumi qaydaları pozaraq fərqli hərəkətlər etməkdir.
  • 17. Quran əxlaqının hakim olmadığı bu cəmiyyətlərdə cəsarət anlayışının həddi yoxdur. Oğru da özünü cəsur adlandırır, etdiyi hərəkətin cəsarət tələb edən iş olduğunu deyir. Çünki Quranı rəhbər etməyən insanların onlarla, hətta yüzlərlə rəhbəri var. Hərə hadisələri öz dünyagörüşünə görə dəyərləndirir və fərqli fikir irəli sürür. Hamı öz fikrinə üstünlük verdiyi üçün cəmiyyətdə qarışıqlıq olur. Heç kim başqalarının fikrini bəyənmir. Quran əxlaqı yaşanmayan cəmiyyətlərdə hərənin öz fikrinə üstünlük verməsindən, yalnız öz mühakimələrini bəyənməsindən qaynaqlanan qarışıqlıqlar, münaqişələr mütləq baş verir. Halbuki Quran rəhbər edilsə Allahın bildirdiyi ən gözəl və ən doğru olan yeganə əxlaq modeli yaşanar. Quranda bəhs edilən həqiqi cəsarət isə yuxarıda saydıqlarımızdan çox fərqlidir. Quranda bəhs edilən cəsarət Allaha inamdan qaynaqlanan, həyatın hər anında təvəkkülün nəticəsi olaraq formalaşan sağlam xarakterdir. Bu sağlam xarakterlə əlaqədar ən gözəl nümunələri isə -sonrakı səhifələrdə də bəhs edəcəyimiz kimi- Peyğəmbərimizin (s.ə.s.) həyatında və Allahın Quranda həyatlarından nümunələr verdiyi digər peyğəmbərlərin həyatlarında görə bilərik. Cəsarətin nə demək olduğunu Qurandan öyrənib anlamaq lazımdır. Quran cəsarətin ağıllı, düşünülmüş addım olduğunu bildirir. Allah insanlara düşünüb anlamalarını tövsiyə etmiş, düşünməyənlər üçün bir ayədə bu cür buyurmuşdur: Heç kəs Allahın izni olmadan iman gətirə bilməz. Allah anlamayanları əzaba düçar edər. (Yunus surəsi, 100) Düşünülmüş cəsarətlə nailiyyət qazanmaq olar. Cəmiyyətdə göstərilən cəsarətdə isə risk vardır. Bu cəmiyyət riskə gedən və dəlicəsinə hərəkət edən insanları təqdir edir. Məsələn, qiymətli əşyaları çıxarmaq üçün alovların arasından keçib yanan evə girən insan çox cəsur hesab edilir. Halbuki bu insan çox təhlükəli və ağılsız iş görür. Onu təqdir etmək əvəzinə mane olub, xəbərdar etmək lazımdır. Belə ki, insan həyatı dünya malından daha əhəmiyyətlidir. Cəsarətin Quran əxlaqına uyğun olaraq yaşanmasındakı ən əhəmiyyətli ünsür ağıldır. Ağıllı olmaq isə Allahdan qorxmaqla mümkündür. Allah Özündən lazımi şəkildə qorxanlara doğrunu yalnışdan ayırmaq bacarığı verir. Allah qorxusu ilə artan bu bacarıq nəticəsində hər zaman doğrunu yalnışdan fərqləndirə bilərik. Bu həqiqət Quranda bu cür xəbər verilir: Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
  • 18. Quranda ağıla çox əhəmiyyət verilir. Möminlər bütün hərəkətlərində olduğu kimi cəsarət göstərdikləri zaman da ağılla hərəkət edirlər. Möminin cəsarəti romantik cəsarət deyil. Bəzən çox böyük risklər də edə bilər, amma anidən hisslərinə qapılaraq düşüncəsizliklə risk etməz. Hər hərəkətində olduğu kimi bu hərəkətində də mütləq ağıl var. Kor-koranə, ağılsızca cəsarət göstərməz. Allah qorxusu bütün mövzularda olduğu kimi bu mövzuda da çox əhəmiyyətli meyardır. Allah qorxusu olamayan biri çox asanlıqla insanlara zərər verər, öz mənfəəti üçün başqalarının haqlarına təcavüz edə bilər. Bu insanların cəsarət anlayışı ilə Quranda xəbər verilən cəsarət anlayışı bir-birinə tamamilə ziddir. Bu düşüncəyə sahib olan insanlar başqalarının haqqını yeyərək mənfəət əldə etməyi və bununla qanunlara qarşı çıxmağı, heç kimə hiss etdirmədən gizli işlər görərək zəngin olmağı cəsarət zənn edərlər. Utanmadan bu cür əxlaqsızlıqlar etməyi, dünyəvi mənfəətlər uğrunda digər insanlara zülm etməkdən çəkinməməyi, heç kimə tabe olmamağı üstünlük sayarlar. Halbuki Allah yer üzündə münaqişə çıxarmaq, insanlara zülm etmək, insanların haqqına girmək və bu kimi hərəkətlərin hamısından insanları çəkindirmiş və onlara bu hərəkətlərin hesabını axirətdə verə bilməyəcəklərini xəbər vermişdir. Cəsarət gözəl əxlaqla birlikdə həqiqi mənasını qazanır. Dövlətin və qanunların əleyhinə göstərilən cəsarət isə çirkin cəsarətdir. Bu cəsarət nümunəsi gözəl əxlaqa, Allahın Quranda xəbər verdiyi müsəlman modelinə uyğun deyil. Cəsarət Allahın rizasını qazanmaq üçün göstərilir. Möminlər Allah rizası üçün canlarından və mallarından keçirlər. Əslində bu inanan insanların sonradan aldıqları qərar deyil. Onlar bu qərarı “iman etdik” dedikləri anda vermişlər: Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 111) Əvvəlcədən bu qərarı verdikləri üçün önlərinə çıxan hər fürsətdə verdikləri qərarı tətbiq edirlər, möminlərin tətbiq etdikləri bu cəsarət Allahın əmr etdiyi cəsarətdir. Buna görə də möminlər böyük cəsarət tələb edən hərəkətləri olduqca soyuqqanlı, təvəkküllü və qorxmadan edə bilirlər. Çünki möminin Allahın razı qalacağı işi yerinə yetirmək lazım olduğu zaman imtina edə bilməyəcəyi və gözə almayacağı heç nə yoxdur. Onsuz da insana canını və malını verən Allahdır. Öz diləməsi ilə bunları insanlara verdiyi kimi, istədiyi zaman, istədiyi kimi geri almaq yenə də Allaha məxsusdur. Bundan başqa heç nəyin təsadüfən meydana gəlmədiyi də unudulmamalıdır. Quran
  • 19. əxlaqını yaşayan, Allah üçün cəsur və qərarlı olan insan qədərində yazılandan başqasını yaşamaz. Bu isə dünyada və axirətdə özü üçün ən xeyirli olandır. İnsan hər hansı bir çətinlik qarşısında cəsarətli davranarsa, qarşılaşacağı nəticə necə olursa olsun özü üçün ən xeyirlisidir. Çünki Allah Quranda inanan qullarının işlərini mütləq xeyirlə nəticələndirəcəyini xəbər vermişdir. Quranda həqiqi cəsarətin ən gözəl şəkildə izah edilir. Peyğəmbərlərin və möminlərin həyatlarından verilən nümunələr isə Allahı razı salmaq üçün göstərilən cəsarətin üstün bir keyfiyyət olduğunu göstərir. Gördüyümüz kimi Quranda bəhs edilən cəsarətlə, cəmiyyətdə qəbul edilən cəsarətin ən əhəmiyyətli fərqi “məqsəd”dir. Quranı incələdiyimiz zaman cəsarət anlayışının cəmiyyətdə qəbul edilənlərdən çox fərqli məqsədləri olduğu aydın olur. Quranda bəhs edilən cəsarətin məqsədi nə insanların təqdirini qazanmaq, nə də nəfsinin istəklərini tətmin etmək deyil. Məqsəd sadəcə Allahın rizasını qazanmaqdır. Əlbəttə, bu, cəmiyyətdə tətbiq edilən cəsarətlə Quranda bəhs edilən cəsarət anlayışının arasında böyük fərqlərin yaranmasına səbəb olur. Belə ki, cəmiyyətdə qəbul edilən cəsarət anlayışında əvvəl də qeyd etdiyimiz kimi “dünyəvi hədəflər” var. Yəni insan cəsarətli davranarkən axirəti deyil, dünyanı düşünür. Bəlkə də, gözəl və faydalı bir iş görür, məsələn, az qala maşının altında qalan uşağı ölümdən xilas edir, amma buradakı əsəs məqsədi öz vicdanını rahatlatmaqdır. Yaxud camaatın gözü önündə haqsızlığa uğrayan birini müdafiə edir. Etdiyi hərəkət gözəldir, lakin məqsədi oradakıların təqdirini qazanmaqdır. Halbuki bu hərəkət Allah rizası düşünülərək edilsə, Allah qatında dəyərli olar. Bu həqiqəti bir an belə unutmayan müsəlmanların göstərdikləri cəsarət dünyəvi məqsədlərlə və mənfəətlərlə bağlı olmaz. İnsanlar tərəfindən “cəsur kimsə kimi tanınmaq”, “cəsur adlandırılmaq” üçün cəhd etməzlər. Allah üçün göstərdikləri cəsarəti Allahın bilməsi onlar üçün kifayətdir.
  • 20. ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ ƏMR EDİR Şeytanın məqsədi insanları Allahın dinindən uzaq saxlamaq və öz arxasınca cəhənnəmə aparmaqdır. Buna görə də insanları aldatmaq və tələyə salmaq üçün fərqli üsullardan istifadə edir. Bu oyunları ilə insanlardan çoxunu aldadır, onları pis əxlaqa sövq edir. İnsanları haqq dindən uzaqlaşdırmaq, onlara öz azğın sistemini yaşatmaq üçün doğru və yalnış anlayışlarını qarışdırıb, gözəl əxlaqı pis, pis əxlaqı isə gözəl göstərməyə çalışır. Beləliklə, gözəl əxlaqa dair bütün anlayışları insanların səhv qəbul etmələrinə səbəb olur. Şeytanın və ona tabe olanların bu xüsusiyyəti ayələrdə bu cür vurğulanır: Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223) Məsələn, səbir etmək çox gözəl əxlaqi xüsusiyyət olduğu halda, şeytan bu anlayışı insanlara səhv tanıdır. Demək olar ki, insanlar səbrin bu gözəl tərəflərini bilmirlər, əksəriyyəti səbir etməyin çətin, sıxıntılı və əziyyətli olduğunu zənn edirlər. Səbir dedikdə ağıllarına məcburiyyətdən qaynaqlanan, istəmədən nəyəsə “dözmək” feli gəlir. Halbuki səbir Allahın rizası olan bir işdə qərarlı olmaq, imtina etmədən, qorxmadan, əzmlə o işi sonuna qədər davam etməkdir. Məsələn, bütün hadisələr qarşısında gözəl davranmaq, hirslənəcəyi bir hadisə ilə qarşılaşdığı anda hirsini boğaraq gözəl söz söyləmək və nə olursa olsun bu əxlaqda qərarlı olmaq, zəiflik göstərməmək səbrə gözəl nümunədir. Səbir eyni zamanda Allahın vəd etdiyi gözəl nəticəni sevinc və həsrətlə gözləməkdir. Şeytan səbri çətin və sıxıntılı göstərməyə çalışsa belə, əksinə səbir etmək möminin şövq, həyəcan və sevincini artırır. Məsələn, bütün möminlər həsrətlə axirəti, cənnətə qovuşmağı arzulayır və bunun üçün səbirlə gözləyirlər. Hər hasısa bir mövzuda Allah üçün səbir edən mömin, Allahın bu səbrinin qarşılığını verəcəyini bildiyi üçün sevincli yaşayır. Mümin pis münasibətlə qarşılaşdığı zaman səbir edir. Yəni hirslənmədən, zəiflik göstərmədən Quranda əmr edilən gözəl davranış və əxlaqı göstərir. Şeytanın “səbir”lə yanaşı insanlara fərqli göstərməyə çalışdığı anlayışlardan biri də “cəsarət”dir. İnsanlar Allahın ayələrinə tabe olmadıqları halda, şeytanın təsirinə düşürlər. Beləliklə, əxlaqi anlayışların mənasını Qurandan deyil, şeytanın təlqinlərindən öyrənirlər. Şeytan isə insanları “çirkin cəsarət”ə yönləndirir. Çirkin cəsarət insanın gözünü qırpmadan, vicdani sıxıntı çəkmədən, sonunu düşünmədən, çəkinmədən pislik
  • 21. etməsi, Allah haqqında bilmədiyi şeylərdən danışması, bütün kainatı yaradan Rəbbimizi və axirət gününü inkar edə bilməsidir. Quranda çirkin cəsarət göstərən insanlardan bu cür bəhs edilir: “Rəhman özünə övlad götürmüşdür!” – dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 88-95) Mömin isə Allahdan qorxur və pis əxlaq göstərməkdən, Allahın sonsuz qüdrətini təqdir edə bilməməkdən çox çəkinir. Allahın axirətdə hesab çəkəcəyini, əgər dünyada pis əxlaq göstərsə və Rəbbimizin sonsuz qüdrətini lazımi şəkildə təqdir etməsə bunun hesabını axirətdə verə bilməyəcəyini düşünür. Allah qorxusu olmayanlar isə şeytanın təsiri ilə pis əxlaq nümunəsi olan “çirkin cəsarət”dən çəkinmirlər. Hər gün çirkin cəsarət sahibi olan insanlarla rastlaşa bilərik. Allah qorxusu olmayan və Quran əxlaqına uyğun yaşamayan insanlar, adətən hörmət, şəfqət, mərhəmət, insaniyyət duyğularından uzaq şəkildə yaşayır və heç çəkinmədən pis əxlaq göstərirlər. Cəmiyyətin böyük əksəriyyətində pis əxlaq nümunələri ilə rastlaşmaq mümkündür. İş adamlarından küçə avaralarına qədər müxtəlif təbəqəyə mənsub olan insanlarda bu əxlaqı görmək olar. Hər biri fərqli cəmiyyətlərin üzvü olsa belə əgər Allahdan qorxmurlarsa, demək ki, şeytanın özlərinə əmr etdiyi pis əxlaqa tabedirlər. Şeytana tabe olan insan isə ağıla gələ biləcək hər cür pisliyi edir. Çünki şeytan ona çirkin cəsarət verir, onu aldadır, pislik etdiyi zaman çox soyuqqanlı olmasını təmin edir. Onsuz da, özü də eyni ruh halına sahibdir. Allah mələklərə səcdə etməsini buyurmuş, o isə qürurlanaraq çirkin cəsarət göstərmiş və itaətsizlik edərək azmışdır. Şeytanın bu ibrətamiz azğınlığından Quranda bu cür bəhs olunur: Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
  • 22. (Allah) buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaraşmaz. Çıx, çünki sən alçaqlardansan!” (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf surəsi, 11-18) Qəsdən pis işlər görmək və qarşılığında cəhənnəmə getməyi gözə alaraq çirkin cəsarət göstərmək şeytanın azğınlığının şiddətini göstərir. Bunun üçün şeytan, təsiri altına saldığı insanlara da eyni azğınlığı və çirkin cəsarəti aşılamağa çalışır. Allah insanları şeytana tabe olmamaq üçün bir çox ayə ilə xəbərdar etmişdir: Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21) Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. (Bəqərə surəsi, 168-169) Şeytanın azmasına səbəb olan ən əhəmiyyətli faktorlardan biri isə qürurlanmasıdır. Bunun üçün də şeytan insanların da özünə oxşayaraq qürurlanmalarını təmin etməyə çalışır. “Çirkin cəsarət” də əslində insanın nəfsinə məğlub olmasının nəticəsidir. Bu qürur insanlar arasında müxtəlif şəkillərdə ortaya çıxa bilər. Şeytanın yolunu izləyən bəzi insanlar eynilə onun kimi Allahın varlığını bildikləri halda din əxlaqından
  • 23. uzaq həyat yaşayırlar. Bəzi insanlar isə Allahın yaratdığı milyonlarla iman həqiqətini gördükləri halda Allahın varlığını inkar edirlər. Bəziləri isə inkar etmir, amma həqiqətləri görməməzlikdən gəlirlər. Məsələn, yer üzünün hər kvadrat millimetrinin Allahın yaradılış dəlilləri ilə dolu olmasına baxmayaraq, bəzi insanlar çirkin cəsarət göstərərək bütün bunların kor təsadüflər nəticəsində yarandığını iddia edirlər. Bütün müxtəliflikləri, gözəllikləri ilə canlıların, yerin , göyün, dünyanın, Günəş sisteminin, ulduzların, qalaktikaların, qısası bütün kainatın təsadüfən meydana gəldiyini iddia edirlər. Bunun qeyri-mümkün olduğunu gördükləri və əslində vicdanən də anladıqları halda Allahın yaradılışdakı ehtişamını rədd edirlər. Bütün bunlar çirkin cəsarətin, vicdansızca inkar etmənin, qürurlanaraq Allaha tabe olmamağın əlamətləridir. İnkar edənlərə nə qədər iman həqiqəti göstərsəniz də -Allah diləmədikcə- bir nəticə əldə etməniz çox çətindir. Üstəlik qürurlanaraq çirkin cəsarət göstərən insanlar öldükdən sonra dirilməyə də şübhə edirlər. Bu şübhələrini açıq-aşkar ifadə etməkdən də çəkinmirlər. Allah Quranda bu insanların ağılsızlığını və şüursuzluğunu bu cür xəbər verir: Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız! (Yasin surəsi, 77-83) Bu cür insanlar xəbərdar edildikləri halda tabe olmurlar. Özlərinə göstərilən ibrətlik hadisələri görməməzlikdən gəlirlər. Məsələn, pis əxlaqlı, qarışıqlıq salan, gözəl əxlaqlı insanlara zülm etməyə çalışan, hər cür pisliyi edən bu adamlar özlərini “yaxşı insan” adlandırırlar. Pis əxlaq göstərdikləri, elçilərə üsyan etdikləri üçün cəzalandırılan qövmlərdən bəhs etdikdə yenə ibrət almırlar. Xəbərdar edilib qorxudularaq doğruya dəvət edilsələr belə, bunu rədd edib sonsuz cəhənnəm əzabına razı olurlar. Allah Quranda bu insanların varlığından bu cür bəhs edir: İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. Bəli, sən onlara təəccüblənirsən, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: “Bu ancaq açıq-
  • 24. aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!” De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18) Allah yuxarıdakı ayənin davamında çirkin cəsarət göstərək şeytana tabe olan insanların axirətdəki vəziyyətlərini bu cür xəbər vermişdir: O yalnız dəhşətli bir səsdən ibarətdir. Onlar dərhal baxacaqlar. Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”. “Bu yalan hesab etdiyiniz ayırd etmə günüdür!”. “Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və ibadət etdiklərini - Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (Mələklər deyəcəklər:) “Sizə nə olub ki, bir-birinizə kömək edə bilmirsiniz?” Bəli, onlar bu gün təslim olmuşlar! (Saffat surəsi, 19-26) Çirkin cəsarət insanı vicdandan da uzaqlaşdırır Çirkin cəsarət vicdana uyğun olmayan hərəkətdir. Məzlum birinə qışqırmaq, günah işləmək, zülm etmək, insanların haqlarına təcavüz etmək, insanların illərlə əziyyət çəkib qazandıqları malları oğurlamaq, ehtiyacı olan insanlara kömək etməmək bundan irəli gəlir. Allah insanlara vicdanən bunların səhv olduğunu bildirdiyi halda təkəbbürlü insanlar vicdanlarına qarşı çıxaraq bu əxlaqı mənimsəyirlər. Bu zalım insanların sakit və soyuqqanlı olmalarının səbəbi isə şeytanın onlara təlqin etdiyi arxayınlıq və çirkin cəsarətdən qaynaqlanır. Bu insanların heç bir hərəkəti Quran əxlaqına uyğun deyil. Özlərinə belə zərərli olan pis hərəkətləri edə biləcək qədər ağılsız cəsarətləri var. Narkotikdən istifadə etmək, pisliyi yaymaq üçün qruplaşmaq, dava salmaq, təxribat törətmək və xaos çıxarmaq çirkin cəsarətə nümunədir. Belə insanlar cahil cəmiyyətdə “cəsur”, “cəsarətli” adlanaraq, şöhrət qazanacaqlarını ümid edərək bu cür hərəkətlər etməkdən çəkinmirlər. Din əxlaqından uzaq yaşayan insanlar arasında bu hərəkətlər “dəli cəsarəti” olaraq adlandırılır. Bu çirkin cəsarət nümunələri ilə gündəlik həyatımızda çox vaxt rastlaşırıq. Belə insanlar imandan qaynaqlanan sevgi, hörmət, şəfqət, insanlıq, ağıl, etidaldan nəsiblərini almadıqları üçün məntiq və davranış pozuqluqları var. Şeytanın tərəfdarları çirkin cəsarəti həmişə üstün davranış olaraq göstərir. Onlardan biri çirkin cəsarət göstərdiyi zaman digərləri onu təqdir edir. Məktəbdə müəllimlərə və şagirdlərə qarşı hörmətsizlik edən, onları ələ salan, xoşagəlməz
  • 25. zarafatlar edən, qısası, onlara zərər verən biri çox vaxt dəstəklənir. Onunla eyni əxlaqda olanların hamısı onun çox cəsur olduğunu deyir və onu təqdir edirlər. Kübar cəmiyyətdə də eyni məntiq qüvvədədir. Din əleyhinə fəlsəfi nitqlər söyləyən, səviyyəsiz və mədəniyyətsiz üslubdan istifadə edənlər, hərəkətlərində həddi aşanlar, insanlara zülm edənlər, lağ edənlər, açıq-aşkar insanlara pislik edənlər haqqında “necə cəsurdur” deyə düşünülür. Geyimlərində Allahın bildirdiyi həddi aşanlar “cəsur və comərd” kimi tanınır. Halbuki bunlar nəinki cəsarət, əksinə çirkin utanmazlıqdır. Belə ki, şeytan öz tərəfdarlarına doğru yoldan uzaqlaşmağı da “cəsarət” kimi göstərir, onları özü ilə birlikdə əbədi əzaba aparır. Şeytanın bu cəhdlərindən və yönləndirdiyi çirkin həyatdan təsirlənməyən, onun vəsvəsələrinə aldanmayan insanlar isə ancaq iman edənlərdir. Allahın səmimi qulları üzərində şeytanın təsiri olmayacağı, nə etsə belə onları doğru yoldan ayıra bilməyəcəyi Quranın bir çox ayəsində xəbər verilmişdir: Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201) Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100) Şeytan insanları qorxaqlığa yönəldir İnkara qarşı fikri mücadilə aparmaq, insanlara yaxşılığı, gözəlliyi əmr etmək, pislikdən çəkindirmək, axirət əzabıyla xəbərdar etmək Allahın əmridir. Bu mövzuda zəiflik göstərmək, Allahın əmr və tövsiyələrini, gözəl əxlaqı insanlara bildirməkdə lazımi qədər cəsur davranmamaq, “onsuz da bu işləri görənlər var” deyə bu ibadəti başqalarına saxlamaq, hadisələri kənardan izləmək Allahın bəyənmədiyi və möminlərə qadağan etdiyi pis hərəkətlərdir. Çətinliklə qarşılaşdığı, insanların qınağına məruz qaldığı zaman müminin şövqü və qərarlılığı daha da artır. Çünki bu, onun doğru yolda olduğuna işarədir. Allah keçmişdə yaşayan insanların başlarına gələn çətinliklərin səmimi qullarının da başına gələcəyini, onları da bu şəkildə yoxlayacağını vəd etmişdir. Bu da unudulmamalıdır ki, pis əxlaqlı insanlar özləri kimi olanları əsla qınamır, onlara təzyiq etmirlər. Çünki bu cür insanları pis əxlaq göstərməkdə müttəfiq olaraq görürlər. İnkarçılar sadəcə haqq yolda olan, Quran əxlaqını yaşayan, insanları Allahın yoluna, rizasını qazanmağa dəvət
  • 26. edən insanlara təzyiq edirlər. İnkarçılar bir nəfərə qarşı bu cür təzyiq edirlərsə, bu, o insanın haqq yolda olduğunu göstərir. İnsanların çoxu pislərin diqqətini öz üzərinə çəkməkdən çəkinir. Doğru bildiyi yolda mübariz olmağa cəsarət etmir. Allahdan qorxan, ömrünü Allahın rizasını qazanmağa həsr edən və məsuliyyət daşımaqdan çəkinməyən möminlər bu mövzuda vicdanlı davranırlar. İnkarçıların böhtanlarına və təzyiqlərinə məruz qalacaqlarını bildikləri halda Allahın varlığını, birliyini və Onun əmr etdiyi əxlaqı insanlara çatdırır, şövq və qərarlılıqla fikri mübarizələrinə davam edirlər. Tarix boyu inkarçılara qarşı çıxan bütün möminlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri gözəl əxlaqı insanlar arasında yaymaq üçün üzərlərinə böyük məsuliyyət götürmələri və cəsarətlə bu məsuliyyəti yerinə yetirmələri olmuşdur. Təhdid olunmaqlarına baxmayaraq qərarlılıqla gözəl əxlaqı təbliğ edən möminlər inkarçıları çox heyrətləndirirlər. Peyğəmbərləri və onları izləyən möminləri bu qədər qərarlı, cəsur edən isə Allaha və axirətə olan imanlarıdır. Allahın hər an onları gördüyündən, axirətin varlığından və axirətdə dünyada etdiklərinə görə sorğu-sual olunacaqlarından əmindirlər. Möminlərin bu cəsarətini anlamaq üçün ilk növbədə Quranı və Quran əxlaqını anlamaq lazımdır. İnsan Allah qorxusuna sahib olmalı, Allahın ayələrini qavramalı, Allahın insanları təşviq etdiyi mövzuların əhəmiyyətini başa düşməlidir. Təbii ki, insan zalımların, pislərin ittifaqını kənardan izləməklə təbliğ vəzifəsini yerinə yetirmiş sayılmaz. Ancaq insanların çoxunun Allahın əmr etdiyi yolda olmadığı düşünülsə, bu cəhdin cəsarət tələb etdiyi də aydın olar. Çünki pis insanların işinə mane olmaq onları narahat edəcək, əks reaksiylarına səbəb olacaq. Bu halda təzyiq etmək, tələ qurmaq, böhtan atıb qaralamağa çalışmaq, hətta fiziki təzyiqə də cəhd edə bilərlər. Allah yolunda cəsarət göstərənlərin digərlərindən fərqi də məhz bu zaman ortaya çıxır. İnsanların çoxu dostlarının və yaxınlarının qınağından çəkinərək tək qalmamaq üçün pis əxlaqın yaşanmasına göz yumur. Xəbərdar edib çəkindirmək vəzifəsini yerinə yetirmir. Çoxları vicdanən doğru olanı bildiyinə baxmayaraq, Quran əxlaqı yaşanmayan cəmiyyətdə hakim olan zalım sistemə göz yumur. Şahid olduğu zülmün yaşanmamasını və yer üzündən silinməsini istəyir, amma buna qarşı fikri mücadilə aparmaq üçün cəsarəti yoxdur. Cəsarət olmasa şövq və qərarlılıq da olmaz. Şövq və qərarlılığın olmadığı yerdə isə insan qarşılaşdığı pislikləri əngəlləmək üçün düşünməz, yol axtarmaz, çarə tapmaz. Unudulmamalıdır ki, sadəcə zülmdən narahat olmaq, pisliklərə baxıb təəssüflənmək zülmün yer üzündən silinməsinə kifayət deyil. Bunun üçün səmimi cəhd, istək, şövq lazımdır. Bunları yaşamaq üçün isə cəsarət lazımdır.
  • 27. Əgər heç kim cəsarət göstərib önə çıxmasa yer üzündə nizamsızlıq və qarışıqlıq baş alıb gedəcək, dünyada yaşamaq imkansız olacaq. Bu cəsarəti göstərməyən, Allahın dinini izah etməkdə ağır davranan, Quran əxlaqını təbliğ etməyənlər isə ayələrdə bildirildiyi kimi ziyan içindədir: And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa. (Əsr surəsi, 1-3) Şeytan möminlərə qorxaqlığı təlqin edə bilməz Əvvəldə də qeyd etdiyimiz kimi, şeytanın iman edənlər üzərində heç bir gücü və təsiri yoxdur. Bu həqiqət bir ayədə bu cür bildirilir: Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz! (Hicr surəsi, 42) Şeytanın gücü ancaq ona tabe olan azğınlara çatar, ancaq onları qorxudub öz təsirinə sala bilər: O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 175) Mömin şeytanın oyunlarına və qurduğu tələlərə ağılla, cəsarətlə qarşılıq verər. Məsələn, şeytan mütləq inananları da zəiflətmək istəyəcək, aralarına düşmənçilik salmağa, onları şövqsüzlüyə, zəifliyə yönəltməyə çalışacaq. “... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər...” (Ənam surəsi, 121) ayəsi ilə xəbər verildiyi kimi öz tərəfdarlarını möminlərin üstünə göndərəcək. Lakin imanları çox güclü olan və şeytanın oyunlarını Quranın geniş izahları ilə bilən möminlər bu tələlərdən heç birinə düşməzlər. Şeytanın zəif hiylələrini o an başa düşərlər. Möminlər şeytana və onun tərəfdarlarına qarşı çox cəsurdurlar. Şeytan onlara nə etdirmək istəyirsə əksini edərək qarşılıq verirlər. Şeytan zəifliyə, şövqsüzlüyə salmaq istəyirsə onlar daha da böyük şövqlə və qərarlılıqla dinlərinə bağlanırlar. Buna görə də inkarçıların təzyiqləri onları daha da gücləndirir və şövqləndirir. Möminlər bitib tükənməyən şövqləri ilə şeytanı hüsrana uğradırlar.
  • 28. CƏSARƏTİ NECƏ QAZANMAQ OLAR? Cəsarət cəmiyyətdə təqdir edilən, bəyənilən xüsusiyyətdir. İnsanlar cəsur olmaq, cəmiyyətdə cəsur tanınmaq istəyirlər. Çünki cəsur insanlar həmişə hörmət və təqdir qazanırlar. Amma insanların çoxu cəsur tanınmaq üçün çox cəhd etsələr də həqiqətən cəsarətli ola bilmirlər. Əlbəttə cəsur olmaq istədikləri halda bunu bacarmamalarının bir çox səbəbi var. İnsan necə ki, şəfqətli, mərhəmətli, sadiq, həlim xasiyyətli, itaətkar olmaq üçün həqiqi imana sahib olmalıdırsa, hər an və hər şəraitdə cəsur olmaq üçün də iman etməlidir. Lakin bu o demək deyil ki, iman etməyən biri heç vaxt cəsarətli ola bilməz. Onun da cəsarət göstərəcəyi hadisələr, vaxtlar olacaq. Ancaq Allaha şirk qoşan, Ondan başqa varlıqlara güc verən, hər şeyin Allahın hakimiyyətində və nəzarətində olduğunu anlamayan insan bir gün qorxduğu, çəkindiyi, cəsarət göstərə bilmədiyi bir hadisəylə mütləq qarşılaşaq. Bu da o insanın Allaha imandan qaynaqlanan mütləq cəsarətə sahib olmadığını göstərir. Həqiqi cəsarətə sahib olmaq üçün iman etmək lazımdır. İman, hər şeyin Allahın nəzarətində olduğunu, O istəmədikcə heç nəyin reallaşmayacağını bilmək, Allahdan razı olmaq və sadəcə Ondan qorxmaqdır. Bu imana sahib olan insan Allaha təvəkkül edər, bunun nəticəsində də güclü və cəsarətli olar. Qarşılaşdığı hadisələrə baxmayaraq hər zaman cəsurdur. Hadisələrin şiddəti cəsarətini itirməsinə səbəb ola bilməz. Hər şeyin Allahın nəzarətində olduğunu, Allah istədiyi üçün reallaşdığını və Allahın özü üçün hər şeyi xeyirlə yaratdığını bilir. Ölümlə belə qarşılaşsa son dərəcə təvəkküllüdür. Çünki Allaha mömin olaraq qovuşacaq. Hər şeyin Allahın nəzarətində olduğunu bilmək, Allahın yaratdığı qədərə tam təslim olmaq insana güclü iman və imandan qaynaqlanan güclü xarakter qazandırır. Bunun üçün Allaha yaxın olmaq, hər işdə xeyir və hikmət görmək, başına gələn hər şeydən razı olmaq, heç bir hadisədə üzülüb ümidsizliyə düşməmək, kainatdakı hər şeyin yaradıcısının Allah olduğunu, O diləmədikcə bir yarpağın belə düşməyəcəyini, bütün qəlblərə və ruhlara hakim olduğunu, Ondan başqa güc və iradə sahibi olmadığını bilmək lazımdır. Dünyada meydana gələn hər şeyin Allahın izni və diləməsi ilə reallaşdığını bilən və təslim olan insan təbii olaraq “cəsur” olar. Çünki qorxacağı, narahat olacağı heç nə yoxdur. Hər şeyi Allah yaradır və Öz nəzarətində saxlayır. Allaha yaxın olan, Onu dost və vəli etmiş insanın çəkinəcəyi, qorxacağı heç nə yoxdur, çünki Allah iman edənlərin
  • 29. qoruyucusudur. Allah möminlərin qorxacaqları heç nəyin olmadığını ayələrdə bu cür xəbər verir: Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112) Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz (əməllərini) islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Əraf surəsi, 35) Allahın bu vədindən xəbərdar olan möminlər qarşılaşdıqları bütün təzyiq və çətinliklərə baxmayaraq, qərarlılıqla Allahın əmr etdiyi əxlaqı insanlara tövsiyə edirlər. Təzyiq onların şövqünü əsla azaltmır. Bu bilavasitə onların sahib olduqları imanla əlaqədardır. İman etməyən insan böhtan və təzyiqə, haqsız əziyyətlərə məruz qalacağını bilsə qərarlılıq göstərə bilməz. Buna görə də həqiqi imana sahib olmayan insanlar qarşılaşdıqları ən kiçik cətinlikdə bütün qərarlılıqlarını itirir, inanclarından, prinsiplərindən və mühakimələrindən imtina edirlər. Müsəlmanların səmimiyyətləri də çətinliklər qarşısında göstərdikləri qərarlılıqdan bilinir. Səmimi imana sahib olmayan insanlar peyğəmbərlərin və saleh möminlərin qarşılaşdıqları çətinliklərə bənzər çətinliklərlə qarşılaşacaqlarını bildikləri üçün məsuliyyət daşımaq istəmirlər. Çətin anlarda Quran əxlaqını təbliğ etmək, insanlara yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi məsuliyyətli işləri yerinə yetirən insanların hərəkətləri isə nümunəvi və təqdirəlayiqdir. Yer üzündəki insanların böyük əksəriyyəti öz işləri ilə məşğul olduqları halda, inkar edənlərlə Allah yolunda fikri mübarizə aparmaq və bu yolda çətinliklərə səbr etmək çox üstün davranışdır. Bütün bunlar möminlər üçün çətinlik deyil, əksinə böyük zövqdür. Çünki əvvəl də bildirdiyimiz kimi, bu imtahanlar peyğəmbərlərin də başına gəlmişdir. Bir çox peyğəmbərə böhtan atılmış, əziyyət verilmiş, yaralanmış və hətta şəhid edilmişdir. Sadəcə Allahın varlığını və birliyini izah etdikləri üçün pis əxlaqlı insanların reaksiyaları ilə qarşılaşmış, ancaq sonda mütləq Allahın gözəl vədləri yerinə yetmiş, onlar istəməsələr də Allahın əmr etdiyi gözəl əxlaq insanlar arasında yayılmışdır. Quranda xəbər verilən həqiqi cəsarəti qazanmağın ən əhəmiyyətli yollarından biri də hər zaman ölümü və hesab gününü düşünməkdir. Allahdan qorxan insan dünya həyatının bir gün bitəcəyini, öldükdən sonra dünyadakı əməllərinin hesabını verəcəyini bilir. Cəhənnəmə getməmək üçün Qurana haqqı ilə tabe olmalı, zəiflik, qorxaqlıq, utancaqlıq göstərməməli olduğunun fərqindədir.
  • 30. Buna görə də Allahın əmrlərini və tövsiyələrini yerinə yetirməkdə bir an belə gecikmək istəməz. Çünki nə zaman öləcəyini bilmir. Allahın əmr etdiyi əxlaqda ən üstün dərəcəyə çatmaq üçün cəhd edir. İnananların çox cəsur olmalarının, Allahın əmrlərini tətbiq etməkdə zəiflik göstərməmələrinin və son dərəcə qərarlı olmalarının əsas səbəblərindən biri də budur. Zəiflik göstərdikləri, lazımi şəkildə qərarlılıq göstərmədikləri təqdirdə bunun hesabını axirətdə verə bilməyəcəklərini bilirlər. Allahın əmr və qadağalarını görməməzlikdən gəlməyin qarşılığını öldükdən sonra alacaqlarının fərqindədirlər. Allah möminləri ayələrdə bu cür tanıdır: O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq- hesabdan qorxurlar. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – məhz onları axirət yurdu gözləyir. (Rəd surəsi, 20-22) Allah iman edənlərə qorxu və təlaşın qarşısının nə cür alınacağını da Quranda bildirmişdir. Quranın tövsiyələrinə itaət edildiyi zaman qorxu, təlaş və sıxıntının qarşısını asanlıqla almaq olar. Səmimi imana sahib olan hər insan Qurana tam şəkildə tabe olduğu zaman qarşılaşdığı hadisələr qarşısında reaksiyaları da dəyişəcək.
  • 31. PEYĞƏMBƏRLƏRİN VƏ SƏMİMİ MÖMİNLƏRİN CƏSARƏTİNDƏN NÜMUNƏLƏR Möminlər iman etdikləri üçün başqalarının çəkinib tərəddüd etdikləri hadisələrdə çox şövqlə, cəsur davranırlar. Məsələn, inkarçıların tələ qurduqları, fiziki təzyiq göstərdikləri zamanlarda belə, son dərəcə qərarlı, cəsur, mərd və güclü xarakterləri ilə nəzərə çarpan möminlər doğru yolda olduqlarından əmin olduqları üçün inkarçıların özlərindən istədikləri kimi hərəkət etmir, Quran əxlaqını yaşamaqdan və imanlarından güzəştə getmirlər. İnkarçılar möminlərin peşman olmalarını və bir daha gözəl əxlaqı təbliğ etməmələrini istəyirlər. Quranda inkarçıların tarixin hər dövründə bu cür davrandığı xəbər verilir. Möminlər də inkarçıların hazırladıqları tələlərdən xəbərdardırlar. Belə ki, Allah Öz qatından göndərdiyi Quran ilə bunu onlara xəbər vermişdir. Bu tələlər möminlərə maddi və mənəvi zərər vermək üçündür. Lakin buna baxmayaraq, möminlər Allahın əmrinə uyğun olaraq inkarçılara qarşı çətin və şərəfli mübarizələrini davam etdirir, cəsarətlə onlara qarşı fikri mücadilə aparırlar. Bu, Allahın əmridir: Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54) Peyğəmbərimizin (s.ə.v) zamanında möminlərlə inkarçılar arasında müharibələr baş vermişdir. İnkarçılar müharibə zamanı ruhdan düşmüş, tamamilə mənəvi sarsıntıya uğramışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr özlərindən sonra gələn bütün müsəlmanlara nümunə olacaq güclü cəsarət göstərmişlər. Bəzi müsəlmanlar müharibədə mallarını, bədən üzvlərini, qollarını, ayaqlarını itirmiş, bəzilərinin yaxınları şəhid olmuş, amma cəsarətlərini itirməmişlər. Allah Quranda keçmişdə yaşayan müsəlmanların çox mərd olduqlarına, başlarına bir müsibət gəldikdə “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” (Bəqərə surəsi, 156) dediklərinə diqqət çəkir. Onların bu cəsarətləri Allaha, Peyğəmbərimizə (s.ə.v) və Qurana nə qədər bağlı olduqlarını göstərir. Münafiqlər havanın isti olduğunu bəhanə edərək müharibədən qaçarkən, möminlər mallarını və canlarını ortaya qoyaraq mübarizə aparmışlar. Peyğəmbərimizə (s.ə.v) müharibə əmri olan ayələr endirildiyi zaman münafiqlər özlərini biruzə vermişlər. Müharibə əmri gəldikdə özünü müsəlman olaraq tanıdan bir
  • 32. çox insanın qəlbindəki xəstəlik üzə çıxmışdır. Allah bu insanların vəziyyətini aşağıdakı ayə ilə xəbər vermişdir: Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün!… (Muhəmməd surəsi, 20) Bu ayədən də məlum olduğu kimi münafiqlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qorxaq olmalarıdır. Bir başqa ayədə Allah bu cür buyurur: Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4) Müharibə əmri gəlməzdən əvvəl Peyğəmbərimizə (s.ə.v) müsəlman olduqlarını deyən, müharibə olsa mütləq müharibəyə qatılacaqlarına dair söz verən münafiqlər müharibə əmri gəldiyi zaman özlərini elə aparmışlar ki, sanki müharibəyə getmək istəyənlər bunlar deyilmiş. Halbuki vədlərini yerinə yetirsəydilər daha gözəl olardı. Allah bununla əlaqədar olaraq bu cür buyurur: … Amma onlara daha çox yaraşardı - İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Muhəmməd surəsi, 20) Allaha və axirətə tam şəkildə iman etmədikləri üçün müharibəyə getməkdən qorxmuş, möminlərin göstərdikləri cəsarəti göstərməmişlər. Halbuki səmimi möminlər bu ayələri eşitdikləri zaman şövqləri daha da artmışdır. Allah bir ayədə möminlərin qərarlılığını vurğulayarkən “… Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23)-deyə buyurur. Həqiqi imana sahib olmayanlar isə bu cür çətin imtahanlarda özlərini ələ vermişlər. Çünki cəsarət təqlid edilməyən mömin xüsusiyyətidir. Allah insanlar üçün bir çox imtahan mühiti yaratmış, bu imtahanlarda kimin doğru, kimin yalan danışdığını aşkar etmişdir. Allah Quranda möminlərin gözəl əxlaqından, Özünə olan bağlılıqlarından davamlı bəhs edir, onların cəsarətlərini bir çox ayədə nümunə göstərir. Peyğəmbərimizin (s.ə.v) dövründə yaşanan bu nümunələrdən biri belədir:
  • 33. Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22) Yuxarıdakı ayədən də məlum olduğu kimi möminlər sadəcə Allaha güvənib sığınan insanlardır. Allaha tam təslimiyyətlə təvəkkül etmişlər. Düşmənlərinin onlara qarşı toplanmasından məyus olmurlar. Çünki düşmənlərini də, qarşılaşdıqları çətinlikləri də yaradan Allahdır. Allahın gücünün hər şeyi əhatə etdiyini, düşmənlərin də müstəqil gücə sahib olmadığını bilirlər. Buna görə də ayədə xəbər verilən hadisələrlə rastlaşdıqları zaman hər şeyin yaradıcısı olan Rəbbimizə təvəkkül edirlər. Əleyhlərində görünən hadisələri xeyrə yozmaları, hər hadisədə Allaha yönəlmələri və heç vaxt keflərini pozmamaları inkar edənlərin qorxmasına səbəb olur. Quranda mömin xüsusiyyəti olaraq göstərilən cəsarətin ən çox təcəlli etdiyi insanlar isə heç şübhəsiz, peyğəmbərlər olmuşdur. Quranda peyğəmbərlərin və təqvalı möminlərin yaşadıqları hadisələrdəki cəsarət nümunələrindən bəziləri bunlardır: Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) Peygəmbərimiz (s.ə.v) Allahın Quranı vəhy etdiyi və göndərdiyi sonuncu peyğəmbərdir. Sahib olduğu gözəl əxlaq, Allaha və Allahın dininə olan bağlılığı bir çox Quran ayəsində bütün müsəlmanlara nümunə göstərilmişdir. Din düşmənlərinin qarşı çıxdığı, təzyiq göstərməyə çalışdığı Peyğəmbərimiz (s.ə.v) düşmənlərindən qorunmaq üçün dostu ilə hicrət etmiş və yolda bir mağaraya sığınmışdır. Mağaradakı söhbətləri, dostuna söylədikləri Allaha olan güvənini və bundan qaynaqlanan cəsarətini çox gözəl vurğulayır: Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40) Peyğəmbərimiz yanındakı dostuna Allahın onlarla birlikdə olduğunu, buna görə də qəmlənməməsini xatırladaraq müsəlmanlara nümunə olmuşdur. O dövr inkarçılarla qızğın müharibələr baş vermişdir. Bu cür çətin zamanda Allahın dini üçün mübarizə aparan hamı böyük cəsarət nümayiş etdirmişdir. Peyğəmbərimiz (s.ə.v) isə bütün müsəlmanların rəhbəri olaraq ən çox təzyiqlərə məruz qalmış və sahib olduğu cəsarətlə möminlərə nümunə olmuşdur.
  • 34. Hz. İbrahim Hz. İbrahim Allahın Quranda bir çox mövzuda nümunə göstərdiyi peyğəmbərdir. Son dərəcə güclü imana sahib olması, Allaha çox böyük təvəkkülünün olması və cəsarətlə inkarçılara qarşı mübarizə aparması hz. İbrahimin əhəmiyyətli xüsusiyyətlərindəndir. Allah bir ayəsində hz. İbrahimin “özünün bir ümmət” (Nəhl surəsi, 120) olduğundan bəhs etmişdir. Bu, bütün müsəlmanlara nümunədir. Hər müsəlman hz. İbrahimi özünə nümunə götürərək “öz-özlüyündə ümmət” ola bilməli, yəni tək qalsa belə, Quranı yaşayan, həmçinin insanlara da yaşadan iman, cəsarət və qərarlılığa sahib olmalıdır. Hz. İbrahimin Allah qorxusundan qaynaqlanan güclü ağılla birləşən cəsarəti bir çox ayədə nümunə verilmişdir. Quranda keçən bir qissədə İbrahim Peyğəmbərin bütlərə sitayiş edən inkarçılara qarşı göstərdiyi cəsarətdən belə bəhs edilir: Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (İbrahim) ulduzlara bir nəzər saldı. Və dedi: “Mən xəstəyəm!”. Ondan üz çevirib getdilər. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib dedi: “Məgər yeməyəcəksiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. (Saffat surəsi, 83-93) Ayələrdə gördüyümüz kimi hz. İbrahim tək olmasına baxmayaraq, bütün qövmə qarşı çıxmış və bütlərin ilah olmadığını, əksinə, insanların taxtadan yonub hazırladığı əşyalar olduğunu çox ağıllı şəkildə izah etmişdir. İnkarçılar bu zamana kimi bütlərə qarşı çıxan heç kimlə rastlaşmadıqları üçün çox qəzəblənmiş, onu cəzalandırmaq istəmişdir: (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi. (İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, özünü də oda atın!” Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq. (İbrahim) dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” (Saffat surəsi, 94-99)
  • 35. Hz. İbrahim xalqın qəzəbinə və düşmənçiliyinə baxmayaraq, Allahın varlığından və birliyindən bəhs etməyə davam etmiş, öhdəsinə düşən təbliğ vəzifəsini böyük cəsarətlə yerinə yetirmişdir. Bütün varlıqların, şiddətlə özünə qarşı çıxan qövmü də daxil olmaqla, bütün insanların Allahın nəzarətində olduğunu bilərək, Rəbbimizə güvənmiş və gözəl əxlaq nümayiş etdirmişdir. Qövmün qabaqcılları bütün bunlardan narahat olmuş, onu oda atmaq istəmişlər. Ancaq Allah möcüzə yaradaraq onu oddan qorumuşdur. Bu, Allahın Öz yolunda qorxmadan mübarizə aparan qullarına etdiyi kömək vədinin sübutudur. Hz. İbrahimin Allaha olan bağlılığı və göstərdiyi cəsarət başqa ayələrdə də bu cür təsvir edilmişdir: Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (Ənam surəsi, 80-82) Hz. Musa Hz. Musanın həyatına da Quranda geniş şəkildə yer verilmişdir. Onun inkar edən zalım qövmə qarşı göstərdiyi cəsarəti və səbri də müsəlmanlar üçün çox gözəl nümunədir. Misirin hakimi Firon din əxlaqından uzaq, təzyiqlə dolu sistemi ilə hamını özünə tabe etmiş, qəddar üsulları ilə hər tərəfə qorxu salmışdır. Ayələrdən də gördüyümüz kimi Firon o dövrdə özünə itaət etməyənlərə işgəncə etmiş, qollarını və ayaqlarını çarpaz şəkildə kəsdirmişdir. Allah bu cür mühitdə hz. Musanı uşaq vaxtlarında sarayına gətirib böyüdən Firon və ətrafındakıları din əxlaqına dəvət etməklə vəzifələndirmişdir. Gözəl əxlaqdan uzaq, insanlara etdiyi zülmlərlə tanınan Firona qarşı mübarizə aparmaq, şübhəsiz, güclü iman və cəsarət tələb edir. Hz. Musa da Allahın verdiyi iman və qərarlılıqla Firona xəbərdarlıq etmiş, məsləhət vermişdir. Firon öz sarayında böyüyən hz. Musanın Allaha iman edərək onun batil sistemindən üz çevirməsinə çox qəzəblənmişdir. Fironun bu qəzəbi Quranda bu cür xəbər verilir:
  • 36. (Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: “Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!” (Şuəra surəsi, 18-19) Sonra Firon hz. Musanı sorğu-suala tutur. Düşünür ki, əgər mübahisə zamanı qalib gəlsə, artıq mövzu bağlanacaq. Tanıdıqlarını ətrafına toplayaraq hz. Musanı gözdən salmağa çalışır. Bunun da faydasız olduğunu gördüyü zaman onu həbsə atmaqla təhdid edir. Hz. Musa Allahın varlığını qətiyyətlə, fasiləsiz olaraq onlara təbliğ edir. Hz. Musa möcüzə göstərdikdə Firon vəziyyətin ciddi olduğunu başa düşür. Lakin bu dəfə də hz. Musanın sehrbazlıq etdiyini düşünür. Qürurundan hadisənin möhtəşəmliyini görə bilmir. Ətrafındakı insanlarla birləşib hz. Musaya tələ qurmağa çalışır. Hz. Musa Fironun zalım və qəddar hökmdar olduğunu bilməsinə baxmayaraq, zəiflik göstərmədən Allahın əmrini yerinə yetirmişdir. Bütün təhlükələri nəzərə alaraq Fironun qarşısına çıxmış, onu batil dinini tərk edərək Allaha iman etməyə dəvət etmişdir. Hz. Musa Fironun ölüm hökmü verəcəyini bildiyi halda, heç bir tərəddüd etmədən ona Allahın əmrini təbliğ etmişdir. Fironun etdiyi təhdidlər hz. Musanı yolundan döndərməmişdir: (Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi. (Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?” (Şuəra surəsi, 29-30) Firon hz. Musaya qarşı sehrbazları toplamış, hz. Musa onların sehrlərini puç etmişdir. Bunu görən sehrbazlar hz. Musaya iman gətirmişlər. Bu zaman imanın qazandırdığı cəsarət sayəsində işgəncə və ölümü gözə alaraq Firondan qorxmadan imanlarını etiraf etmişlər. Hz. Musanın iman və cəsarətini nümunə götürən sehirbazların bu şərəfli hərəkətlərindən Quranda bu cür bəhs edilir: Onlar (hamı birlikdə) səcdəyə qapanıb Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə - Musanın və Harunun Rəbbinə!” Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!” (Sehrbazlar) belə cavab verdilər: “Şübhə
  • 37. yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!” (Əraf surəsi, 120-126) Sehrbazların bu hərəkətlərindən görünür ki, iman edən insan bir anda cəsur, qorxusuz, üstün əxlaqlı ola bilər. Ayələrdən birində isə hz. Musanın Allaha olan güvənini artıq Fironun ordusu tərəfindən ələ keçdiklərini düşündükləri anda belə, itirməməsindən bəhs olunur. Qövmü qorxaraq onu mübarizədə tək qoymuş, tərk edib getmişdir. Ancaq hz. Musa səmimi iman etmiş bir nəfərin cəsarətinin belə, inkar edənlərin qarşısını almağa bəs edəcəyini göstərmişdir. Allah Hz. Musanı Firondan qurtararaq inanan qullarına olan kömək vədini reallaşdırmışdır: İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şuəra surəsi, 61-68) Hz. Süleyman Hz. Süleyman da gözəl əxlaqın yayılması üçün cəsarət və qərarlılıqla cəhd edən peyğəmbərlərdən biridir. Allah ona böyük hakimiyyət nəsib etmiş, o da insanlar arasında gözəl əxlaqın hakim olması üçün var gücü ilə çalışmış, bu məqsədlə bənzərsiz üsullardan istifadə etmişdir. Bir çox qövm onun bu üstün vəsflərinə, cəsarətinə, əzm və qərarlılığına heyran qalmışdır. Böyük ordulara sahib olan Səba hökmdarı və qövmünü imana dəvət etmək üçün çox təsirli üsullardan istifadə edərək onlara xəbər yollamışdır: (Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı). O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır). (Məzmunu belədir:) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!”.
  • 38. (Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!” Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!” (Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz. Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 29-37) Hz. Süleymanın bu cür qərarlı və cəsur olması, Allahın rizasını axtarması və dünyəvi heç nəyə tamahının olmaması Səba hökmdarına dərindən təsir etmiş və imanına vəsilə olmuşdur: … (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44) Hz. Nuh Hz. Nuh da söz eşitməyən qövmünə Allahın dinini qərarlılıqla təbliğ edən peyğəmbərlərdən biridir. Uzun müddət qövmünü doğru yola dəvət edən hz. Nuh müxtəlif üsul və taktikalardan istifadə etmişdir. Ancaq qövmü onu anlamadıqları üçün doğru sözə qulaq asmağa belə dözməmişlər. Bütün peyğəmbərlər kimi hz. Nuhu da təhdid etmişlər. Hz. Nuh bütün bunlara baxmayaraq səbr və qərarlılıqla Allahın varlığı və birliyindən, axirətdən bəhs etmiş, lakin qövmündən iman edənlərin sayı çox az olmuşdur. Hz. Nuhun mübarizəsi ayələrdə bu cür xəbər verilir: O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin
  • 39. onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”. (Nuh surəsi, 5-9) Hz. Nuh da digər peyğəmbərlər kimi inkarçıların təhqir, təhdid və hücumlarına məruz qalmışdır. Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər. (Şuəra surəsi, 111) Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!” (Şuəra surəsi, 116) Lakin zəiflik göstərmədən, cəsarət və qərarlılıqla Allahın əmrini qövmünə təbliğ etmişdir. Belə ki, qövmünün içində qaldığı müddət ərzində bu gözəl və üstün əxlaqı üzərində əks etdirmişdir. Hz. Nuhda gördüyümüz əxlaq qınayanın qınamasından qorxmayan, əksinə yalnızca Allahın rizasını itirməkdən qorxan və Ona tam təslimiyyətlə güvənən mömin əxlaqıdır. Nuh Peyğəmbər bu gözəl əxlaqı ilə özündən sonra yaşayan bütün müsəlmanlara nümunə olmuşdur. Hz. Nuh, qövmünün istehzalarını, azğınlıqlarını gözə alaraq sadəcə Rəbbimizin əmrlərini yerinə yetirmiş və Allahın kömək etmək barədə vədinə qəti şəkildə iman etmişdir: “Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!” (Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud surəsi, 37-39) Allah uzun mücadilədən sonra hz. Nuhun inkar edən qövmünü cəzalandırmış, ona lağ edən, əziyyət verən və təhdid edənləri suda boğmuşdur. Hz. Nuh və onunla birlikdə olan möminləri isə qurtarmışdır. Allah Hz. Nuh qissəsi vasitəsiylə Öz yolunda cəsarət və qərarlılıqla mücadilə edənlərin etdiklərini qarşılıqsız qoymayacağını, səbir etdikləri
  • 40. üçün dünyada və axirətdə mükafatlandıracağını, onlara əziyyət edib mane olmaq istəyənlərdən də mütləq intiqam alacağını xəbər vermişdir. Hz. Məryəm Hz. Məryəm Quranda iffəti, səbri, səmimiyyəti, imanda qərarlılığı və “qınayanın qınamasından qorxmaması” ilə tanınan mömindir. Allah hz. Məryəmi seçmiş və möcüzəvi şəkildə tərbiyə etmişdir. Hz. Məryəm Allaha olan yaxınlığı və əxlaqıyla bütün qadınlardan üstün edilmişdir: Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (Ali-İmran surəsi, 37) Allahın yaratdığı bir möcüzəylə hz. İsaya hamilə qalan hz. Məryəm Allahın əmrlərinə laqeydlik göstərmədən, əmr edilən hər şeyi tam şəkildə yerinə yetirmişdir. Hz. Məryəm Allaha son dərəcə bağlı və iffətinə düşkün, mübarək insan idi. Allah hər zaman işlərində ona kömək etmiş və hər işini xeyirlə nəticələndirmişdir. Hz. Məryəm hər işin Allahın iradəsində olduğunu heç unutmamış və özünü qövmünün atdığı əsassız böhtanlardan yenə də Allahın təmizə çıxaracağını bilmişdir. Belə ki, Allah da bu işi hz. Məryəm üçün asanlaşdırmış və ona “sükut orucu” tutmasını vəhy etmişdir. Allah hz. Məryəmə qövmü onunla danışmaq istədikdə susmasını və onu günahlandıranlara hz. İsanı göstərməsini bildirmişdir. Beləliklə, hz. Məryəm Allahın köməyi ilə sıxıcı söhbətlərdən uzaq tutulmuşdur. Allah bu şəkildə hz. Məryəmə kömək etmiş və hz. İsa vasitəsiylə qövmünə açıqlama gətirmişdir. Allahın yaratdığı bu möcüzə ilə qövmünün hz. Məryəmə qarşı qurduğu tələ də pozulmuşdur. Bu hadisə Quranda bu cür xəbər verilir: (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Məryəm surəsi, 20) (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi.