SlideShare a Scribd company logo
Hovard Qardnerin "Zəka"nəzəriyyəsi.Dərketmənin üsulları. 
(İmtahana hazırlaşanlar üçün) 
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində 
dünya təcrübəsində geniş yayılmış HOVARD QARDNER in nəzəriyyəsinin böyük 
əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. 
Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” 
kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin 
təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını 
tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün 
təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər.: 
Müasir dünya psixologiya və pedaqoqikasında geniş tətbiq edilən Amerika alimi Hovard 
Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsi beynin imkanlarını öyrənməklə bu imkanların 
tədris prosesində üzə çıxarılmasına yönəlmişdir. 
Qardner dərketmənin ən azı 8 üsulunun mövcud olduğunu 
göstərmişdir 
1. linqvistik 
2.riyazi-məntiqi 
3. vizual-məkan 
4.kinestetik 
5. fərdlərarası 
6. fərddaxili 
7.musiqi-ritmik 
8.naturalist. 
O, bunları həm də insanda mövcud olan qabiliyyətlər hesab edir. 
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan 
hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf 
etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha 
uzun müddət saxlanılmasını təmin edir. 
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq 
bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və 
valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik 
olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı 
olacağını meydana çıxartmaq mümkündür. 
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv 
həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin 
beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda 
saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi 
sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə 
olunan bilik uzunmüddətli yaddaşda saxlanılır. 
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş 
formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” 
nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının 
seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin 
fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim
kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin 
dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən 
tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə 
alınmaqla tərtib edilir. 
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini 
“Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə 
öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı 
intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu 
izləmək olar. 
1.LİNQVİSTİK qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan 
sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, 
oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi 
məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü 
olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin 
təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi 
daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı 
tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə 
rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha 
yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın 
xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır. 
2.Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı 
tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə 
şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, 
sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər 
haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər. 
3.Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, 
xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində 
rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. 
“Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən 
çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd 
hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa 
əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş 
olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni 
zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir. 
4.Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək 
imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə 
meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək 
müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail 
ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə 
reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: 
“Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların 
rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə 
əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır. 
5.Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla 
ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, 
onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə 
verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara 
nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa 
imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi 
cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
6.Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa 
meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər 
qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. 
Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin 
yerində olsa idim, nə hiss edərdim? 
Haqqım tapdananda… 
Qəbilə üzvlərinə qarşı çıxanda… 
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən 
yaxınlaşa bilir. 
7.Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər 
yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir 
yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif 
cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq 
mümkündür. 
8.Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların 
yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın 
təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi 
suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların 
ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və 
obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir. 
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə 
uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik 
şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi -ritmik, vizual-məkan 
və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda 
birləşdirmək məqsədəuyğun sayıla bilər. 
Daim inkişaf edən və dəyişən dünyaya gənc nəsli daha yaxşı hazırlaya bilmək üçün son 
illərin dünya psixo-pedaqogikasında uğurla tətbiq olunan nəzəriyyələrdən olan 
“Çoxintellektlilik” nəzəriyyəsinin təhsilimizə gəlişi insan zəkasının sonsuz imkanlarının 
aşkarlanmasını və bu əsasda da təhsilin keyfiyyətinin yüksəldilməsini, özünə inamlı, 
müstəqil düşüncəli şəxsiyyətlərin yetişdirilməsini qarşıya hədəf qoyur. Bu da ölkəmizin 
inkişafı üçün ən vacib amillərdən biri kimi təhsilin qarşısında duran vəzifədir. 
"5-6 sinif dərsliyin müəllifləri kurikulumun təlim strategiyasına yenilik gətiriblər. Onlar 
amerika alimləri Robert Strenberq və Hovard Qardnerin oxu strategiyalarına 
əsaslanaraq dərs prosesində şagirdlərin oxuyaraq öyrənmələrini əsas götürülər. 
H.Qardner Jan Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsinə əsaslanan, onu inkişaf 
etdirən bir alimdir. Koqnitiv – dərk etmə konstruktivizimdir. Bu dərketmə prosesində hər 
bir şagird öz biliklərindən təcrübəsindən çıxış edərək öz biliklərini yaradırlar. Müəlliflər 
nəzəri cəhətdən bunu təsdiqləyirlər, amma nümunəvi dərslərdə bunu fəal təlimin usulları 
üzrə qurmağa cəhd edirlər, lakin bu cəhd də alınmır. Çünki fəal təlimin yolu bir yoldur, 
konstruktivizmin, dərketmənin yolu başqa bir yoldur. Burada fəal unsiyyət, yaradıcılıq, 
düşüncə əməliyyatları əsas götürülür. Və bu təlim stategiyasında qurulan dərsdə 
hamının sevdiyi, lakin həyata keçirə bilmədiyi bir kəlam “şagirdləri öyrənməyə öyrətmək” 
kəlamı öz açıqlamasını tapa bilmir. 
Və sonda onu qeyd etmək lazımdır ki, əgər H.Gatdnerin yanaşması, onun öz əsası 
üzrə, konstruktiv yanaşma əsasında dərslər qurulub, işlənib ortalığa çıxardılsa onda o 
zaman kurikulumun uğurla həyata keçirilməsində yeni bir səhi fə innovativ bir səhifə 
açılmış olardı."
təkrarlayaq:1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, 
danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə 
bilirlər. 
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, 
qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. 
Riyaziyyatı, məntiqi yaxşı bilirlər. 
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, 
hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən 
yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər. 
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə 
malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər 
vasitəsilə çatdırırlar. 
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır 
və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta 
bilirlər. 
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, 
həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, lide rlik 
bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında 
ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər. 
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və 
gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən 
xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, 
diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər. 
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları 
xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.

More Related Content

What's hot

Шолом - Алейхем Повість "Пісня над піснями"
Шолом - Алейхем Повість "Пісня над піснями"Шолом - Алейхем Повість "Пісня над піснями"
Шолом - Алейхем Повість "Пісня над піснями"
dtamara123
 
Təhsildə kommunikasiya
Təhsildə kommunikasiyaTəhsildə kommunikasiya
Təhsildə kommunikasiya
Nigar Hesenli
 
Классик жазушы Ғабиден МҰстафинге 115 жыл
Классик  жазушы Ғабиден МҰстафинге 115 жылКлассик  жазушы Ғабиден МҰстафинге 115 жыл
Классик жазушы Ғабиден МҰстафинге 115 жыл
Daniyar Kuntubayev
 
Τα σημεία στίξης, παρουσίαση
Τα σημεία στίξης, παρουσίασηΤα σημεία στίξης, παρουσίαση
Τα σημεία στίξης, παρουσίαση
tospitaki
 
Дөңгелек үстел менің мамандығым
Дөңгелек үстел менің мамандығымДөңгелек үстел менің мамандығым
Дөңгелек үстел менің мамандығым
Айбек Қуандықұлы
 
13-сабақ. Ш.Мұртаза «Тәуекел той» әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...
13-сабақ. Ш.Мұртаза «Тәуекел той»  әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...13-сабақ. Ш.Мұртаза «Тәуекел той»  әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...
13-сабақ. Ш.Мұртаза «Тәуекел той» әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...
ssuser7a793e
 
ғылыми жоба компьютелік ойындар
ғылыми жоба компьютелік ойындарғылыми жоба компьютелік ойындар
ғылыми жоба компьютелік ойындар
Asem Sarsembayeva
 
№9 Б.Мұқай «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt
№9 Б.Мұқай  «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt№9 Б.Мұқай  «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt
№9 Б.Мұқай «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt
ssuser7a793e
 
№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx
№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx
№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx
ssuser7a793e
 
Ədədin hissəsinin tapılması
Ədədin hissəsinin tapılmasıƏdədin hissəsinin tapılması
Ədədin hissəsinin tapılmasımimio_azerbaijan
 
Педагогика 5 презентация .pdf
Педагогика 5 презентация .pdfПедагогика 5 презентация .pdf
Педагогика 5 презентация .pdf
ssusere31277
 
intellekt_va_kreativlik.pptx
intellekt_va_kreativlik.pptxintellekt_va_kreativlik.pptx
intellekt_va_kreativlik.pptx
BiloldinSayfuddinov
 
Календарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.Ковбасенка
Календарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.КовбасенкаКалендарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.Ковбасенка
Календарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.Ковбасенка
Adriana Himinets
 
Оноре де Бальзак "Гобсек"
Оноре де Бальзак "Гобсек" Оноре де Бальзак "Гобсек"
Оноре де Бальзак "Гобсек"
Ганна Балецька
 
Qrupla iş
Qrupla işQrupla iş
Qrupla iş
vusala94
 
мухтар ауезов слайд 5
мухтар ауезов слайд 5мухтар ауезов слайд 5
мухтар ауезов слайд 5sanvia
 
Mötərizəli ifadələr
Mötərizəli ifadələrMötərizəli ifadələr
Mötərizəli ifadələr
Zulya Ismayilova
 
Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.
Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.
Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.
VsimPPT
 

What's hot (20)

Шолом - Алейхем Повість "Пісня над піснями"
Шолом - Алейхем Повість "Пісня над піснями"Шолом - Алейхем Повість "Пісня над піснями"
Шолом - Алейхем Повість "Пісня над піснями"
 
Təhsildə kommunikasiya
Təhsildə kommunikasiyaTəhsildə kommunikasiya
Təhsildə kommunikasiya
 
Классик жазушы Ғабиден МҰстафинге 115 жыл
Классик  жазушы Ғабиден МҰстафинге 115 жылКлассик  жазушы Ғабиден МҰстафинге 115 жыл
Классик жазушы Ғабиден МҰстафинге 115 жыл
 
Τα σημεία στίξης, παρουσίαση
Τα σημεία στίξης, παρουσίασηΤα σημεία στίξης, παρουσίαση
Τα σημεία στίξης, παρουσίαση
 
Дөңгелек үстел менің мамандығым
Дөңгелек үстел менің мамандығымДөңгелек үстел менің мамандығым
Дөңгелек үстел менің мамандығым
 
Azərbaycan dili 3
Azərbaycan dili  3Azərbaycan dili  3
Azərbaycan dili 3
 
13-сабақ. Ш.Мұртаза «Тәуекел той» әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...
13-сабақ. Ш.Мұртаза «Тәуекел той»  әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...13-сабақ. Ш.Мұртаза «Тәуекел той»  әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...
13-сабақ. Ш.Мұртаза «Тәуекел той» әңгімесіндегі өмір шындығы мен «Тәуекел то...
 
ғылыми жоба компьютелік ойындар
ғылыми жоба компьютелік ойындарғылыми жоба компьютелік ойындар
ғылыми жоба компьютелік ойындар
 
№9 Б.Мұқай «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt
№9 Б.Мұқай  «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt№9 Б.Мұқай  «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt
№9 Б.Мұқай «Өмірзая» романының тарихи және көркемдік құндылығы.ppt
 
№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx
№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx
№4 Оразақын Асқар «Шетте жүрген бауырларға» өлеңі.pptx
 
Ədədin hissəsinin tapılması
Ədədin hissəsinin tapılmasıƏdədin hissəsinin tapılması
Ədədin hissəsinin tapılması
 
Педагогика 5 презентация .pdf
Педагогика 5 презентация .pdfПедагогика 5 презентация .pdf
Педагогика 5 презентация .pdf
 
Heca
Heca Heca
Heca
 
intellekt_va_kreativlik.pptx
intellekt_va_kreativlik.pptxintellekt_va_kreativlik.pptx
intellekt_va_kreativlik.pptx
 
Календарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.Ковбасенка
Календарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.КовбасенкаКалендарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.Ковбасенка
Календарне планування із ЗЛ (5 клас, НУШ) за підручником Ю.Ковбасенка
 
Оноре де Бальзак "Гобсек"
Оноре де Бальзак "Гобсек" Оноре де Бальзак "Гобсек"
Оноре де Бальзак "Гобсек"
 
Qrupla iş
Qrupla işQrupla iş
Qrupla iş
 
мухтар ауезов слайд 5
мухтар ауезов слайд 5мухтар ауезов слайд 5
мухтар ауезов слайд 5
 
Mötərizəli ifadələr
Mötərizəli ifadələrMötərizəli ifadələr
Mötərizəli ifadələr
 
Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.
Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.
Урок 13 для 1 класу - Читання - Звукові схеми слів. Птахи.
 

Similar to Hovard qardnerin nezeriyyesi...

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSESƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
AzerbaijanJournalofE1
 
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasietiSexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
AZERİ AZERBAYCAN
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...Yegane Ramazanova
 
Intellekt və şəxsiyyət Intelligence and personality
Intellekt və şəxsiyyət  Intelligence and personalityIntellekt və şəxsiyyət  Intelligence and personality
Intellekt və şəxsiyyət Intelligence and personality
Arzu Hasanli
 
Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇
Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇
Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇
Imran Verdiyev
 

Similar to Hovard qardnerin nezeriyyesi... (6)

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSESƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
 
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasietiSexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
 
Intellekt və şəxsiyyət Intelligence and personality
Intellekt və şəxsiyyət  Intelligence and personalityIntellekt və şəxsiyyət  Intelligence and personality
Intellekt və şəxsiyyət Intelligence and personality
 
Pedaqzerf
PedaqzerfPedaqzerf
Pedaqzerf
 
Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇
Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇
Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇
 

Hovard qardnerin nezeriyyesi...

  • 1. Hovard Qardnerin "Zəka"nəzəriyyəsi.Dərketmənin üsulları. (İmtahana hazırlaşanlar üçün) Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış HOVARD QARDNER in nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər.: Müasir dünya psixologiya və pedaqoqikasında geniş tətbiq edilən Amerika alimi Hovard Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsi beynin imkanlarını öyrənməklə bu imkanların tədris prosesində üzə çıxarılmasına yönəlmişdir. Qardner dərketmənin ən azı 8 üsulunun mövcud olduğunu göstərmişdir 1. linqvistik 2.riyazi-məntiqi 3. vizual-məkan 4.kinestetik 5. fərdlərarası 6. fərddaxili 7.musiqi-ritmik 8.naturalist. O, bunları həm də insanda mövcud olan qabiliyyətlər hesab edir. İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin edir. Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq mümkündür. Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda saxlanılır. Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim
  • 2. kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla tərtib edilir. Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar. 1.LİNQVİSTİK qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır. 2.Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər. 3.Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir. 4.Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır. 5.Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
  • 3. 6.Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss edərdim? Haqqım tapdananda… Qəbilə üzvlərinə qarşı çıxanda… Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən yaxınlaşa bilir. 7.Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür. 8.Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir. Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi -ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər. Daim inkişaf edən və dəyişən dünyaya gənc nəsli daha yaxşı hazırlaya bilmək üçün son illərin dünya psixo-pedaqogikasında uğurla tətbiq olunan nəzəriyyələrdən olan “Çoxintellektlilik” nəzəriyyəsinin təhsilimizə gəlişi insan zəkasının sonsuz imkanlarının aşkarlanmasını və bu əsasda da təhsilin keyfiyyətinin yüksəldilməsini, özünə inamlı, müstəqil düşüncəli şəxsiyyətlərin yetişdirilməsini qarşıya hədəf qoyur. Bu da ölkəmizin inkişafı üçün ən vacib amillərdən biri kimi təhsilin qarşısında duran vəzifədir. "5-6 sinif dərsliyin müəllifləri kurikulumun təlim strategiyasına yenilik gətiriblər. Onlar amerika alimləri Robert Strenberq və Hovard Qardnerin oxu strategiyalarına əsaslanaraq dərs prosesində şagirdlərin oxuyaraq öyrənmələrini əsas götürülər. H.Qardner Jan Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsinə əsaslanan, onu inkişaf etdirən bir alimdir. Koqnitiv – dərk etmə konstruktivizimdir. Bu dərketmə prosesində hər bir şagird öz biliklərindən təcrübəsindən çıxış edərək öz biliklərini yaradırlar. Müəlliflər nəzəri cəhətdən bunu təsdiqləyirlər, amma nümunəvi dərslərdə bunu fəal təlimin usulları üzrə qurmağa cəhd edirlər, lakin bu cəhd də alınmır. Çünki fəal təlimin yolu bir yoldur, konstruktivizmin, dərketmənin yolu başqa bir yoldur. Burada fəal unsiyyət, yaradıcılıq, düşüncə əməliyyatları əsas götürülür. Və bu təlim stategiyasında qurulan dərsdə hamının sevdiyi, lakin həyata keçirə bilmədiyi bir kəlam “şagirdləri öyrənməyə öyrətmək” kəlamı öz açıqlamasını tapa bilmir. Və sonda onu qeyd etmək lazımdır ki, əgər H.Gatdnerin yanaşması, onun öz əsası üzrə, konstruktiv yanaşma əsasında dərslər qurulub, işlənib ortalığa çıxardılsa onda o zaman kurikulumun uğurla həyata keçirilməsində yeni bir səhi fə innovativ bir səhifə açılmış olardı."
  • 4. təkrarlayaq:1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər. 2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər. 3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər. 4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar. 5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər. 6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, lide rlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər. 7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər. 8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.