Qrup işinin gedişindəşagirdlərin birgə fəaliyyəti nəinki
əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi
öyrədir,həm də:
• hər bir şagirdin idrak
prosesinə qoşula bilməsini
təmin edir;
• hər bir şagirdə öz fikrini
söyləmək və başqalarını
dinləmək imkanı verir;
• şagirdlərin problemin
həllində müxtəlif
baxışların, yanaşma və
üsulların mövcudluğunu,
öz imkanlarını və qrupun
digər üzvlərinin imkanlarını
dərk etməsi üçün əlverişli
şərait yaradır.
2.
Qruplara bölmənin üsulları
•Qruplara daxil olacaq
şagirdlərin sayı qədər
rəngli kağızlar,çiçək və
fiqur və s.paylanır.Onlar
əldə etdikləri eyni rəngli
kağız,çiçək lər və ya
fiqurlara əsasən
masaların ətrafına
toplanırlar.
3.
Qruplara bölmənin üsulları
•Şagirdlər sinif üzrə
1,2,3,4 deyə
sayırlar.Sonra 1-lər,2-
lər,3-lər birləşir və
masaların ətrafına
toplanırlar.
4.
Qruplarda işin təşkilinin3 variantını
fərqləndirmək olar:
• Bütün qruplar müxtəlif təlim
materialı əsasında
tapşırılmış mövzu üzərində
işləyirlər.
• Əgər material mühüm
əhəmiyyət kəsb edirsə və ya
qruplar bölüşdürülmək üçün
kifayət qədər böyük
deyildirsə, onda bütün
qruplar ondan eyni vaxtda
bəhrələnirlər.
• Qruplar ardıcıl surətdə bir-
birlərini əvəzləməklə eyni bir
material əsasında işləyirlər.
5.
Qruplarla iş
• Şagirdlərmüəyyən
problemi həll etmək
üçün qrupda birləşirlər.
Bu prosesdə onların
müzakirə etmək, fikir
mübadiləsi aparmaq,
mühakimə yürütmək və
birgəfəaliyyət
bacarıqları inkişaf edir.