SlideShare a Scribd company logo
1 of 28
UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKILİNDƏ
KİTAB SEÇİMİ və ONUN İDARƏ EDİLMƏSİ
(metodik tövsiyə)
LAYİHƏNİN MÜƏLLİFİ:
VERDİYEV İMRAN ALLAHVERDİ oğlu
Oğuz RTŞ-nın Metodik Kabinetinin metodik şurasının əməkdaşı,
Yaqublu kənd T. Babayev adına tam orta məktəbin dil-ədəbiyyat müəllimi,
Əməkdar müəllim
“ DÜZGÜN KİTAB SEÇİMİ MÜTALİƏDƏ ƏSAS ŞƏRTDİR.”
Uşaqların mütaliə
mədəniyyətinin
formalaşması, onların
mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və
oxuya motivasiyasının
yüksəlməsində
təcrübədə sınaqdan
çıxmış ənənələrin
bərpasına nail olmaq
Mütaliədə əsas şərt
olan düzgün kitab
seçimini
istiqamətləndirilən və
idarə olunan prosesə
çevirmək
Kitab tövsiyə
siyahlarının tələblərə
uyğun tərtib
edilməsində və
uşaqların müstəqil
oxusunun təşkilində
valideyn, müəllim və
kitabxanaçılara
metodik köməklik
Uşaqları onların
zövqünü korlayan,
heç bir ədəbi və
tərbiyəvi dəyəri
olmayan,
postmodernist
kitablardan və ziyanlı
saytlardan uzaq
tutmaq.
LAYİHƏNİN MƏQSƏDİ
Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir.
O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində
xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-
biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən
formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və
şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. Fərdi psixoloji proses
olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni
ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi
keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda
obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik
normaların mənimsənilməsinə kömək edir. Sokrat mütaliənin cəmiyyətin həyatındakı
önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə,
həmin cəmiyyət xoşbəxt olar."
Təsadüfi deyildir ki, Azərvaycan Respublikasının təhsil naziri cənab M.Cabbarov
müsahibələrinin birində təhsilin səviyyəsinin və müəllim nüfuzunun yüksəldilməsi ilə əlaqədar
demişdir: “...Cəmiyyət çoxlu mütaliə etməli, uşaqlara oxumağı öyrətməlidir...” [1].
Təəssüf ki, son vaxtlar uşaq və gənclərdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində
bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici
minumum səviyyədədir.
ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu
gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur [1]...
... Bakı şəhəri təhsil işçilərinin sentyabr (2014) konfransında təhsil naziri
Mikayıl Cabbarov təhsil sistemində çoxdan daşlaşmış bir məsələyə -
məktəblilərin mütaliəsi probleminə də toxunub. O, bir çox hallarda mərkəzləşdirilmiş
imtahanlarda yüksək nəticələr göstərən və yaxud təhsildə uğurları ilə fərqlənən gənclərimizin öz
fikirlərinin ifadəsində çətinlik çəkmələrini onların mütaliəsinin zəif olması ilə əlaqələndirib və
Təhsil Nazirliyinə, məktəb rəhbərlərinə şagirdlərin mütaliəsinin dövrün tələbləri səviyyəsində
təşkili üçün tapşırıqlar verib [2].
Təhsil naziri cənab Mikayıl Cabbarov həmçinin "Ümumtəhsil məktəbləri şagirdlərinin
mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə
bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli əmr imzalamışdır. Həmin əmrin məqsədi
ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə
mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, eləcə
də şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etməkdir
Şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır.
Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik
yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və
tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq
tutmalıdırlar. Kitab mağazalarından kitab alarkən, həmçinin elekron kitab mütaliəsi (ekran
mütaliəsi) zamanı da göstərilənlərə diqqət edilməsi vacibdir.
Qeyd edilənləri nəzərə alaraq təcrübə və tədqiqatlarımıza istinadən düzgün kitab seçimi ilə
əlaqədar metodik tövsiyələri təqdim edirik.
Tövsiyənin uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik, həmçinin düzgün kitab seçimi
işlərində valideyn, müəllim və kitabxanaçılar üçün faydalı olacağını düşünürük.
• Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə
insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə
gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə
qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini
dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası,
kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların
mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir.
• U. M. Tekkerey kitab barədə deyirdi ki, ... kitab insanın ruhunu qidalandırır, onu
ucaldır və möhkəmləndirir.
• Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur.
Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya
tətbiq edilir.
• Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini
öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş
gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan
tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini
müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verib. Gənclər
romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol
yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə
yürüdə bilmək qabiliyyəti sürətlənib .
• Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak
psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi
məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati
(başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı
araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər
insanları daha çevik anlayırlar .
ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA MÜTALİƏNİN ROLU
• Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında
2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans
analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki
mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu
effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir... Cəmi 6 dəqiqə kitab
oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya
sadəcə gəzintidən daha səmərəlidir.
• Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat
nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə
tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.
• London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda 53-75 kişi və qadın
arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir)
uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların
telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma
prosesinə az meyillidir. [4]
• Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq
mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
• Ona görə də valideyn, müəllim və kitabxanaçılar mənəvi-əxlaqi dəyərlər aşılaması
və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyəti, tibbi baxımdan kitab
oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq uşaqların
mütaliəsinin təşkilinə, kitab seçiminə ciddi fikir verməlidirlər.
Kitab oxumağın faydaları ilə tanış olmaq üçün şəklin üzərində tıkla
Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün
istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı
adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda oxunan bir kitab, demək olar,
adamın bütün ömrü boyu hafizəsində qalır və uşağın sonrakı inkişafına təsir göstərir. [3] Bu
səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Düzgün kitab seçimi mütaliədə əsas şərtdir.
Düzgün kitab seçimini zəruri edən amillərə aşağıdakıları göstərmək olar:
1. İndi sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "nə mənsəbə qulluq etdiyi"
hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan“, kriminal və pornoqrafik
səciyyəli kitabların və ziyanlı saytların sayı xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi
uşaqlara xeyirdən çox ziyan gətirə bilər. Əlbəttə, mütaliədə səhv seçimlər bir sıra fəsadlar
yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə
yanaşan birinə çevirir. Heç bir tərbiyəvi əhəmiyyəti və elmi əsası olmayan, şübhələrlə, yalan və
böhtanlarla dolu əsərlər öz oxucularında mənfi nəticələrə yol açır.
2. Müxtəlif səbəblərdən bəzən uşaqlar bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa
girişirlər. Aydın məsələdir ki, 8 – 10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün
nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni
dildə” danışa bilmirlər. Aydın məsələdir ki, uşaqlar belə kitablardan zövq ala bilməyəcək və
mütaliədən soyuyacaq. Bir maraqsız kitab isə uşağı ömürlük kitablardan uzaq sala bilər.
3. Təsadüfi seçilən bəzi əsərlər uşaqların psixologiyasına mənfi təsir edir. Məsələn, şiddət və
qorxu məzmunlu kitabları oxuyan uşaqlar, digər yaşıdlarına görə çox dalaşqan, üsyankar və aqressiv
olurlar .
4. Bəzən uşaqlar heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə edirlər ki, həmin kitablarda
dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar,
alınma və arqo sözlərə (xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab
dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və uşaqların
lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.
DÜZGÜN KİTAB SEÇİMİ MÜTALİƏDƏ ƏSAS ŞƏRTDİR
5. Məsləhətsiz seçilmiş bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə
cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən
çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun
təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, uşaqları çaşdırır, onların
canlarını sıxır. Nəticədə uşaqlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.
6. İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez-
tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan
üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alan uşaqların estetik zövqünü korlayır. Keyfiyyətsiz
çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval
uşaqların gözlərinin nurunu da korlayır.. Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar böyüklərdən
çox uşaqların gözlərinə zərəri var.
Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla
bilər.
Ümumiyyətlə, bu gün uşaqların necə oxumasından daha çox, nə oxumaları ilə maraqlanmaq lazımdır.
Sadəcə kitab oxumaqla iş bitmir . Əsas məsələ YAXŞI kitabları oxumaqdır. Söhbət yalnız əsl
ədəbiyyatdan (kitablardan) gedir, “ye, dua et, yat” kimi kitablardan yox.
Unutmaq lazım deyildir ki, uşaqlar üçün yaxşı bir kitab onların maraq və ruhsal ehtiyaclarını
qarşılayan, həm savadlandıran, həm də tərbiyə edən, lakin hər şeydən əvvəl zövqlə oxuduqları bir
kitabdır.
• Belə bir kitab isə seçilib tapılmalıdır ! Bu baxımdan uşaqların düzgün kitab seçmək
bacarıqlarının formalaşdırılması çox önəmlidir. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın
• ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da
• uşaqların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir -
• mənən şikəst edir .
• Uşaqları kitab tərcihində yalnız buraxmaq məsləhət deyil.
• Çünki onların yönləndirməyə, məsləhət və tövsiyəyə çox ciddi
• ehtiyacları vardır. Seçilən kitablar mütləq ağıl və məntiqin
• süzgəcindən keçirilməlidir. Uşaqlara özlərinin yaş və biliklərinə ,
• psixologiyalarına , sosial inkişafına və maraqlarına uyğun, əxlaqi,
• milli – mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini , xəyal gücünü
• və yaradıcılığını, sorunlardan xilas olma bacarığını inkişaf etdirən
• gücünü, kitabları tövsiyə etmək lazımdır.
• Unutmayaq ki, səhv seçilmiş kitablar uşaqlarımızı başqa
• kitablardan da soyuda bilər. Kitab seçimində mütləq təcrübəsi
olanların, pedaqoq, psixoloq, filoloq və kitabxanaçıların məsləhətinə baş vurulmalıdır.
TIKLA
MÜTALİƏ
TÖVSİYƏ
SiYAHISI ÜZRƏ
MÜSTƏQİL
Təcrübə göstərir ki, uşaqların mütaliəsi, əsasən, iki
istiqamətdə reallaşır. Bunu aşağıdakı sxem daha aydın göstərir:
Tövsiyə siyahılarını “oxu bələdçisi” də adlandırmaq olar. Bu siyahılar
uşaqların “NƏ OXUYUM ?” sualına ən yaxşı cavabdır.
Şagirdlərin müstəqil oxusu isə “mütaliədə demokrtiyanı təmin edir”, onların
mütaliə ehtiyaclarının daha dolğun ödənilməsinə kömək göstərir.
Hər iki istiqamətdə düzgün kitab seçimi əsas şərtdir.
TÖVSİYƏ SİYAHISI ÜZRƏ və MÜSTƏQİL MÜTALİƏ
Tövsiyə siyahıları hazırlanarkən kitab seçimi müəyyən tələblər nəzərə alınmaqla
pedaqoq, sosioloq, psixoloq və kitabxanaçıların məsləhətləri əsasında, uşaqların maraq
və mənafeləri nəzərə alınmaqla səriştəli filoloqlar tərəfindən aparılmalıdır.
TÖVSİYƏ SİYAHILARINA DAXİL EDİLƏN KİTABLARA VERİLƏN ƏSAS TƏLƏBLƏR
AŞAĞIDAKILARDIR:
( üzərlərində tək-tək tıkla )
GERİ
I. TÖVSİYƏ SİYAHILARI ÜZRƏ MÜTALİƏ
1. Uşaqların maraqlarının nəzərə alınması
Kitab oxumaq nə bir qanun, nə də borc deyil ki, uşaqları buna
məcbur edəsən. Burada maraq və həvəsin, digər bir sıra
stimullaşdırıcı amillərin olması, mütaliənin səbəb və məqsədlərinin,
hədəfinin müəyyən edilməsi şərtdir. Uşaqların zorla, təzyiq yolu ilə
mütaliəyə məcbur edilməsi çox təhlükəli tendensiyadır.
Kitab sosial bir alətdir. Mütaliə isə bekarçılıq deyil, vacib, lazımlı
və ciddi işlərdən biridir. Kitab oxumaq boş zaman işi deyil, bir həyat
şəklidir. O, həvəs yox, vərdiş olmalıdır. Bu işdə maraq xüsusi önəm
kəsb edir.
Ona görə də kitaba uşaqlıqdan həvəs və maraq yaradılmalıdır.
Əgər uşaqda hələ kişik yaşlarından mütaliəyə - kitab oxumağa maraq
və həvəs yaradılarsa, bu onu ömrü boyu müşaiyət edəcəkdir.
Nəzərə almaq lazımdır ki, uşaqların təlabatları maraqları vasitəsi
ilə reallaşır. Maraq təlabatın səciyyəvi mövcudliq forması, fərdin xüsusi
cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir.
Maraqlar uşaqların mütaliə fəaliyyətlərinin motivləşməsinin
ən mühüm və həlledici amilidir.
O həm daxili, həm də xarici təsirlə formalaşır. Kitaba maraq bir çox səbəbdən asılı olaraq
fərddən- fərdə dəyişir. Oxucunun içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, sosial
və ailə mühiti , mədəni faktorlar, kitabın bədii tərtibatı , formatı, dili və s. bu səbəblərə daxildir.
Ona görə də uşaqların maraqlarının öyrənilməsi, ümumiləşdirilməsi və nəticələrinin –
hansı və nə cür kitablara maraq göstərdikləri siyahıların tərtibində mütləq nəzərə alınmalıdır.
Unutmayın ki, siyahının uşaqların maraq dairəsinə uyğun olmayan əsərlərlə
doldurulması onlarda mütaliə həvəsini və alışqanlığını zəiflədə bilər.
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 1
GERİ
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 2
2. Əxlaqi, milli-mənəvi və bəşəri dəyərlərin aşılanması
Mütaliə uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik
vaxtlardan yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanışlıq onlarda həyat hadisələrinə, insana,
təbiətə böyük maraq yaradır, yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi və bəşəri dəyərlər aşılayır,
uşaqların cəmiyyətə daha yaxşı adabtasiyasına kömək edir.
M. Qorki təsadüfi demirdi : ”Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək,
ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Məndə olan bütün yaxşı cəhətlər
üçün kitaba borcluyam.” A. Eynşteyndən soruşurlar ki, uşaqlarımızı necə tərbiyə edək ? O,
belə cavab verir: “...onlara nağıl oxuyun. Əgər daha ağıllı olmasını istəyirsinizsə, onlara
daha çox nağıl oxuyun.”
. Kitabların uşaqların təlim - tərbiyəsində rolu əvəzsizdir. Şifahi ədəbiyyatdan yazılı
ədəbiyyata qədər nəhəng bədii sərvəti “ƏXLAQ XƏZİNƏSİ” də adlandıra bilərik. Hörmət, mərhəmət,
məhəbbət, sədaqət, xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin təbliğatçısı olan
ədəbiyyat həqiqətən xəzinədir. Bu xəzinənin ən qiymətli mücəffəri isə MİLLİ ƏXLAQ və MİLLİ
RUHdur. Bizim uşaqlar ən əvvəl milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış
olmalıdırlar. İstər məktəbdə, istər ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək: “Kitablar sizi
heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var.
Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza
qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcək, sevəcək, nifrət edəcəksiniz.
Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən
keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Ən mühümü, yaşamağı
öyrənəcəksiniz. “ Çox vaxt bizə heç kimdən öyrənə bilməyəcəklərimizi kitablar verir, öyrədir.
Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan
əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşdırılması baxımından
çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır. GERİ
Siyahılarda həm bilik, həm psixoloji, həm də mütaliə xarakterinə görə müxtəlif yaş
mərhələlərinin (2-7; 7-12; 12-17) xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Orada hər yaş qrupuna
uyğun əsərlər ayrıca göstərilməlidir. Məlumdur ki, mütaliə edərkən kişikyaşlı uşaqları əsasən
hadisə və faktlar maraqlandırdığı halda, yeniyetməyaşlı məktəblilər görüb duyduqları hər şeyin
mahiyyətini bilməyə səy göstərir, əsərin fabulasına xüsusi ilə diqqətli olurlar. Kiçik yaşlı uşaqlara
ilk növbədə şəkli yazı ilə çap edilmiş kitablar, daha sonra kiçik hərflərlə yazılmış və qalın kitablar
əvəzinə böyük şriftli və asanlıqla oxuna biləcək, dilimizin qayda və qanunlarına tam riayət
olunmaqla qələmə alınmış kitablar tövsiyə edilməlidir. Burada kitabın həcmi də önəmlidir.
Bu kitablar uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı nitqini inkişaf etdirməli,
duyğusal və sosial yöndən gəlişiminə dəstək verməlidir. Uşağa milli-mənvi dəyərlərlə bərabər
insani, bəşəri dəyərləri də qazandırıcı xüsusiyyətə malik olmalıdır.
Təcrübə sübut edir ki, kitabın uşağın bilik və yaş səviyyəsinə, psixologiyasına, dil bilgisi
qaydalarına uyğunluğu onun həvəslə oxunmasına səbəb olur. Bu baxımdan Təhsil Nazirliyi
tərəfindən "Kiçik yaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri" adı ilə keçirilən
müsabiqədə fərqlənmiş əsərlərin oxusu çox faydalı olar.
http://marmarapedagoji.com/?s373/.html
3. Yaş mərhələlərinin xüsusiyyətlərinin nəzərə alınması
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 3
GERİ
Yaş qrupları üzrə hansı kitabları oxumaq
barədə məlumat almaq üçün TIKLA
4. Oxucu tiplərinin nəzərə alınması
Siyahıların tərtibində oxucu tipləri də ciddi şəkildə nəzərə alınmalıdır. Hazırda uşaq və gənclər
üçün dörd oxucu tipi (Başberger modeli) - romantik, realist, intellektual və estetik tiplər
müəyyən edilir :
1- Romantik tip. Nağılları, macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-
əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və
bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.
2- Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm
haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər
yeniyetmə yaşlarında özünü biruzə verir.
3- İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa
cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı
daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir.
4- Estetik tip. Nadir hallarda rast gəlinir. "Cingiltili sözlərdən", qafiyələnmiş ahəngli
və vəznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq
göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar. Kitab həvəskarı-bibliofildirlər.
Oxucu tiplərinin öyrənilməsi və tövsiyə siyahısına bu tiplərinin marağını təmin edəcək
əsərlərin salınması da məsləhətdir.
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 4
GERİ
5. Cinslərin maraqlarının nəzərə alınması
Siyahıda cinslərin marağı da
nəzərə alınmalıdır.
Tədqiqatlar və müşahidələr göstərir ki, uzun müddət oğlanlar və qızlar
eyni mövzuda olan kitabları oxuyurlar.
Lakin cinsi yetişkənlik özünü büruzə verməyə başlayandan sonra,
xüsusən yeniyetməlik dövründən vəziyyət dəyişir. Bu zamandan başlayaraq
oğlanlar dedektiv, macəra, qəhrəmanlıq, elm və ixtira (kəşf), təbiət ; qızlar
isə məktəb, ev və ailə, eşq, kişi- qadın yaşamı və duyğysal mövzularda
olan kitablara daha çox meyil edirlər.
Siyahılar hazırlanarkən bu məsələlər nəzərə alınsa, ancaq faydası olar.
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 5
GERİ
Siyahıda dünya xalqlarının ədəbiyyatından nümunələrin, dünya
miqyasında nüfuzlu ədəbi mükafatlar (o cümlədən Nobel mükafatı) almış
əsərlərin (xüsusən uşaq əsərlərinin) nəzərdə tutulması da məqsədəuyğundur.
Çünki bu əsərlər ciddi kriteriyalar əsasında müəyyən olunur. Uşaqlara
uluslararası bir baxış acısı qazandırır, digər xalqların tarixinin, adət-
ənənlərinin və yaşam tərzinin öyrənilməsi, fərqli mədəniyyətlərin tanınması
üçün yararlı olur. Uşaqlar dünya ilə Vətənimizi müqayisə etmək imkanı
əldə edirlər. Obrazlı desək, dünya səyahətinə çıxırlar.
Lakin belə əsərlər tövsiyə olunarkən onların hansı səviyyədə tərcümə
olunduğu nəzərə alınmalıdır. (Unutmayaq ki, indi kitab bazarı xeyli bərbad
tərcümə olunmuş kitablarla doldurulub.) [4]
Mümkün olan hallarda həmin kitabların orjinaldan oxunmasını da
təklif etmək olar. Xarici ölkə yazıçılarının əsərlərini orijinaldan oxuya
bilən və ya oxumağa üstünlük verən istedadlı gənclərin yetişməsinin nə
eybi var ki ?
6. Dünya ədəbiyyatından nümunələrin daxil edilməsi
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 6
GERİ
7. On-line mütaliə (ekran mütaliəsi) üçün ünvanların verilməsi
İndi mütaliə deyəndə həm ənənəvi, həm də elektron kitabların mütaliəsi nəzərdə tutulur.
Son vaxtlar uşaq və gənclərdə bütün informasiyaları rəqəmsal cihaz və
ekranlardan, kinolardan və videolardan almağa meyil güclənmişdir, internet medianın inkişafı
kitaba olan marağı azaltmışdır. Əlbəttə ki, bu mənbələrdən informasiya almaq, on-line oxu
vacibdir, günümüz bunu tələb edir. Kompyuterlə gundəlik iş uşaqlara informasiya əldə etməyin
spesifik metodlarını öyrədir. Bu işdə internet əvəzsiz vasitədir. Bu gün dövrümüzü kompyutersiz,
internetsiz, televizorsuz, mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Buna görə biz də uşağa
kitabı sevdirmək üçün onların ən çox istifadə etdikləri üsullarla işləməliyik. Nə üçün “ekran
mütaliəsi”nin imkanlarından səmərəli istifadə edilməsin ?
İnternet resuslarından müxtəlif mətn növlərində olan bədii, elmi, texniki, tarixi, siyasi və s.
ədəbiyyatların mütaliəsini təmin etmək üçün nüfuzlu, uyğun görülən saytların ünvanlarının da
siyahıya əlavə edilməsi, uşaqlara mənəvi və texniki dəstək verilməsi məsləhətdir. Onlarda müasir
İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin
formalaşdırılmasına nail olmaq vacib məsələlərdəndir.
Amma çalışmaq lazımdır ki, uşaqlar komputerdən asılı vəziyyətə düşməsin, internetdən
istifadə qaydalarını pozmasın, saatlarla komputerin qarşısında oturmasınlar. Bu, çox ciddi
fəsadlara səbəb ola bilər. Məsələn, internetdən asılılıq "autizm" adlanan psixoloji xəstəlik
yaradır ki, bu da beyin fəaliyyətini kütləşdirir, insanı real aləmdən və həyat təcrübəsindən təcrid
edir. Rəqəmsal alətlərdən uzun müddət asılılıq və onların qarşısında düzgün oturmamaq qida
rejimini, sanitar gigiyenik normaları pozur, bel ağrıları, daxili yorğunluq, halsızlıq yaradır, bel və
boyun yırtıqlarının yaranmasına gətirib çıxarır. Gözlər gərgin vəziyyətə düşür. [4] Bu məsələlər
nəzarət altında saxlanılmalıdır. Uşaqları internetdən məhrum etmək yox, düzgün
istiqamətləndirmək lazımdır. Amma onlara bir şeyi də başa salmaq lazımdır ki, təkcə
görüntüdən məlumat almaq yetərli olmur. Kağız kitabları oxumamaq nitq
pozuntusuna, özünüifadə edə bilməmək və s. kimi fəsadlara gətirib çıxarır.
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 7
GERİ
• 8. Ədəbi növ, janr, mövzu, dil və üslub xüsusiyyətləri,
müxtəlif mətn növlərinin nəzərə alınması
Həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmək, idrakı ehtiyac, şəxsi təhsil və
təcrübi faydalanmaq, emosional və estetik təlabat və əylənmək mütaliənin əsas səbəb və
məqsədlərindən sayılır.
Ona görə də siyahıya müxtəlif ədəbi növlərdə , rəngarəng janrlarda və
üslublarda, müxtəlif mətn növlərində olan, emosional, əyləncəli və komik əsərlərin daxil
ediməsi məsləhətdir. Unutmayaq ki, bədii əsər öz adı, mövzu və məzmunu, tərbiyəvi
ideyası ilə yanaşı, növü, janrı, süjet və kompozisiyası, dili, üslubu, həcmi və s.
xüsusiyyətləri ilə də oxucuya təsir göstərir. Süjet xəttini izləmək yaddaşı gücləndirir.
Kitabda mövzunun maraqlı şəkildə təqdim edilməsi, əyləndirici və düşündürücü
olması, anladılan hadisələrin məntiqi baxımdan möhkəm əlaqələndirilməsi, əsərin
uzunluğunun uşağın diqqət müddətini keçməməsi, onun qəhrəmanlarından öyrənəcəyi
bir sıra özəlliklərin (müsbət mənada) olması, milli dəyərlərlə yanaşı, bəşəri dəyərlərin də
təbliğ edilməsi onun həvəslə oxunmasına səbəb olur. Bu baxımdan əsərdə yaradıcı
düşünən, tənqidi təfəkkürə , sağlam əxlaqa və dəyərlərə sahib, demokratik
düşüncəli, həyatı və insanları sevən insan obrazlarının olması çox faydalıdır.
Əsərlərin dili uşaqların anlayacağı səviyyədə olmalıdır. Coxmənalı, omonim və
mücərrəd məfhumları ifadə edən sözlərdən, yersiz alınmalardan, arxaizmlərdən,
dialekt sözlərdən, terminlərdən az istifadə edilməli, vulqar sözlərin işlənməsinə yol
verilməməlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq kitab tövsiyə siyahılarının tərtibində onların
da ğöz önündə tutulmasını məsləhət bilirik.
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 8
GERİ
9. Kitabın texniki-texnoloji səviyyəsinin yüksək olması
Kitabın cildi rəngli, bol rəsmli, uşaq üçün cəlbedici olmalıdır. Çünki uşaqların kitabla tanışlığı
buradan başlanır.
Həmçinin kitabın dayanıqlığı üçün onun cildinin keyfiyyətli və sağlam olması çox önəmlidir.
Kitablardakı rəsmlər də önəmlidir (çünki uşaqlar kəlmələrdən öncə rəsmləri oxuyurlar). Bu
rəsmlər uşaqlarda estetik dəyərlər formalaşdırır, əsərdəki duyğuları əyani olaraq canlandırır).
Şəkillər (xüsusən üz qabığının) əsərin məzmununa uyğun olmalıdır.
Kitabın məzmun və forması bir-birini tamamlamalıdır. Bədii tərtibatı və formatı yüksək
səviyyədə olmalıdır. Şəkil və hərflərdə rənglərin qarışması və bozarması yolverilməzdir.
Müxtəlif böyüklükdə olan kitabların seçiminə üstünlük verilməlidir. Təcrübə sübut edir ki,
uşaqlar müntəzəm olaraq eyni böyüklükdə və formatda olan kitabları oxumaqdan xoşlanmırlar.
Kitablar həcm və ağırlıq baxımından daşımaq və istifadə etmək üçün əlverişli olmalıdır.
Yazı formatı, rənglər, hərflər və durğu işarələri uşaqların gözünü yormamalıdır.
Sətrlərarası interval, hərflərin böyüklüyü tələblərə uyğun olmalıdır.
Uşaqlara səhifə düzəni, qrafik tərtibatı və istifadə edilən material cəhətdən həm keyfiyyətli,
həm də sağlam olan kitablar tövsiyə edilməlidir.
Unutmaq lazım deyil ki, uşaqların sağlamlığı hər şeydən önəmlidir.
Əlavə məlumat üçün TIKLA
KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 9
GERİ
1. Tövsiyə siyahıları yuxarıda göstərilmiş tələblər nəzərə alınmaqla vaxtaşırı yenilənməlidir.
2. Siyahıya bədii ədəbiyyatla yanaşı ideya siyasi, elmi-kütləvi, elmi-texniki, tarixi, tədris olunan
fənlər və gələcəkdə seçiləcək elm-sənət sahəsi üzrə kitablar da daxil edilməlidir. Həmçinin
antologiyalar, lügətlər və ensiklopediyalar da (Azərbaycan Ensiklopediyası, Coğrafiya
Ensiklopediyası, Riyaziyyat Ensiklopediyası, Ayna Uşaq Ensiklopediyasının müxtəlif mövzularda
nəşr etdirdiyi nəşrlər və s.) tövsiyə oluna bilər [6] .
3. Yaxşı olar kitab siyahıları geniş və əhatəli tərtib edilsin ki, uşaqların seçim imkanları da geniş
olsun.
4. Siyahılar sinif otaqlarında, ədəbiyyat kabinetində və kitabxanada görkəmli yerdən asılmalı,
valideynlərə və uşaqlara verilməlidir.
5. Uşaqlar kitabların oxunmasına həvəsləndirilməli və təşviq edilməlidirlər. Məktəblərdə
oxuduqları əsərlərin sayına görə siniflər üzrə uşaqların reytinqinin müəyyən edilməsi və bu əsasda
onların arasında sağlam rəqabət mühitinin yaradılması təklif olunur.
6. Səmərəli mütaliə üçün normal mütaliə şəraiti yaradılmalı, uşaqlarda kitabla rəftar
mədəniyyətinin formalaşması təmin olunmalıdır.
7. Tövsiyə siyahılarında göstərilən kitabların oxunmasına nəzarət, rəhbərlik və köməklik təmin
edilməlidir.
•
TÖVSİYƏ SİYAHILARINA DAİR ƏLAVƏ MƏSLƏHƏTLƏR
•
Uşaqlar tövsiyə olunan kitablarla yanaşı özləri də çoxlu kitab seçib oxuyurlar.
Bunu onlara birmənalı qadağan etmək məsləhət deyil və bu, əks effekt verə bilər. Sadəcə olaraq
bu işə ciddi nəzarət olunmalı və istiqamətləndirilməlidir. Şübhəsiz ki, valideyn, müəllim və
kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi
kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan,
postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar.
Araşdırmalarımız və müşahidələrimiz göstərir ki, uşaqlar evdə, məktəbdə (sinifdə),
kitabxanada və kitab mağazalarında kitab seçərkən valideyn, müəllim və kitabxanaçıların
tövsiyə və məsləhətlərinə ciddi ehtiyac (bəzən bunu büruzə vermirlər) duyurlar.
Bunu nəzərə alaraq valideyn, müəllim və kitabxanaçılara təklif edirik:
* Tövsiyə və ya məsləhət verəcəyiniz uşağı yaxşı öyrənin və tanıyın. Onun yaş
səviyyəsini, psixologiyasını, sevdiyi və maraq göstərdiyi şeyləri, indiyə kimi nələr
oxuduğunu öyrənib bilmədən düzgün yönləndirmək çətindir, bəlkə də, mümkün deyil.
* Uşağı kitab oxumağı sınaqdan çıxarmağa, yoxlamağa təşviq edin. Məsələn,
sadəcə fantastik kitablar oxuyan birinə tarixi mövzuda olan bir əsəri oxumaq təklif
oluna bilər. Beləliklə, uşaqlar sevdikləri mövzulardan (kitablardan) daha çox sevə
biləcəkləri mövzulara (kitablara) keçid edib, yeni əsərlər “kəşf” edə bilərlər.
* Uşaqları kitablarla tanış edin, onların “görüşünü” təşkil edin . Kitab oxuma
vərdişinin təməli kitabla yoldaş, dost olmaqdan başlayır. Uşaqlarla birlikdə məktəb və
içtimai kitabxanalara, o cümlədən kitab mağazalarına, kitab flasnmoblarına, sərgi və
bayramlarına, müsabiqələrə, şair və yazıçılarla görüşlərə, “World Book Day” kimi
aksiyasiyalara və s. gedin, uşağın kitabla tanışlığına və kitab seçməsinə səbirlə imkan
verin, kitabları reklam edin. Bu zaman öz məsləhətlərinizi də onlardan əsirgəməyin.
* Uşaqların oxuduğu kitabı yarımçıq qoymasına izin verin və bunu dərd etməyin.
Axı biz özümüz də bəzən bunları edirik. Əgər uşaqlar bir kitabı 1 - 2 saat, 2 – 3 gün
sonra yarıda buraxma haqqına ( xoşlarına gəlmədiyi üçün ) sahib olduqlarını bilsələr,
yeni kitabları “sınaqdan çıxarmağa” daha meyilli olurlar.
II. MÜSTƏQİL MÜTALİƏ
• * Kitaba baxmaq üçün uşaqlara lazımı qədər vaxt verin. Bəyəm biz özümüz yaxşı kitab
seçmək üçün azmı vaxt sərf edirik ? Nə üçün bu haqqı uşaqlara tanımayaq . Uşaqların kitabın
səhifələrinə və üz qabığına toxunmaq və baxmaq, onları oxumaq, fikrini dəyişib yenidən
seçimə başlamalarına, uzun – uzun kitab incələmələrinə dözümlülük göstərməliyik. İstədiyi
kitabı özünün seçməsi uşaqlarda özünə inamını artıracaq və onlarda həvəs yaradacaq, özlərini
şablonlardan uzaqlaşmış kimi hiss edəcəklər.
Təcrübə göstərir ki, uşaqlar özləri seçdikləri kitabları daha həvəslə oxuyurlar. Onlara
kitab seçməyi öyrətmək, “yaxşı kitabları” oxumağa yönəltmək vacibdir. Çalışmaq lazımdır ki,
uşaqlar nə isə müsbət bir şey verəcək kitabları seçə bilsinlər. Unutmayaq ki, "ümidlə açılıb
qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır" (Alcott) [5]. Əgər uşaq oxumaq üçün öyrənmir,
öyrənmək üçün oxuyursa, demək, o, doğru kitabı seçə bilmişdir.
Uşaqların kitab mağazalarından kitab alarkən, öz aralarında kitab paylaşarkən, həmçinin
elekron kitab mütaliəsi və İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və paylaşma zamanı
da göstərilənlərə diqqət edilməsinin faydalı olacağına əmin edirik.
Fikrimizcə, uşaqların özləri seçdikləri qeyri-adi, onları qəliblər xaricinə çıxaracaq və
yaradıcılığını körükləyəcək, həyata baxışını genişləndirəcək əsərləri oxumalarına mane olmaq
lazım deyil. Onlara xoş gələn kitabları tapmaq, bu kitablara çıxış imkanı yaratmaq və o kitabları
oxumağa imkan vermək faydalıdır.
Uşaqlara özlərinin doğru hesab etdiklərini və müsbət obrazları seçməyi öyrənmələri üçün
ancaq müsbət deyil, mənfi xarakterlərin yaradıldığı əsərləri oxumağa da imkan vermək lazımdır.
(sonda belə əsərlərin birlikdə müzakirəsi məsləhətdir.)
Bunlarla yanaşı, şagirdləri uşaq mətbuatını da oxumağa təşviq etmək lazımdır. Uşaqlar
üçün buraxılan qəzet və jurnallarda materiallar, əsasən, tələblərə uyğun yerləşdirilir. Onların
belə qəzet və jurnallara abunə olunması məsləhətdir.
Unutmayın ki, kitab tövsiyə siyahılarının tərtibinə verilən tələblər
uşaqların müstəqil oxusunun təşkili üçün də keçərlidir. ( Bax: SLAYT -7 )
https://www.youtube.com/watch?v=9dOO0QFxLZQTÖVSİYƏ DİNLƏ :
Seçilmiş kitabların oxunmasına nail olmaq ən önəmli məsələlərdən sayılır. Kitabı bütünlüklə
oxumaq, əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür. Tədqiqatçılar göstərirlər ki,
seçilmiş kitabların birlikdə oxunması, onlardan parçaların uşaqlar üçün ucadan oxusu (bu
zaman aktyor kimi davranma kitaba maraq oyadır), kitabın məzmunu barədə bir qədər
məlumat vermək, amma bu vaxt tam məzmunu danışmamaq, kitablar haqqında təəssuratların
başqaları ilə paylaşılması, əsərin qəhrəmanları barədə söhbətlər, uşaq yazıçıları haqqında bəzi
məlumatların verilməsi, kitab haqqında "Bədii ədəbiyyat gündəliyi“ ində qısa qeydlər etmək
barədə tapşırıqların verilməsi və s. seçilmiş əsərlərin oxunmasına sövq edən amillərdəndir.
Əlbəttə, mütaliə zamanı uşağın nə oxumasından daha çox hansı nəticə çıxaracağını bilmək
maraqlıdır. Oxunan səhifələrin sayının çoxluğu uşağın yaxşı oxucu olduğunu göstərməz. Oxumaq
yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərarvermə və bu sözlərin mənalarının
dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut
edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən uşaq oxuma və anlamada daha sürətli
olur. Bu gün şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması zamanın tələbidir.
Ona görə də valideyn, müəllim və kitabxanaçıların əsas hədəfi mütaliə edən uşaqları "məna
çıxarmağa“ yönəltməkdir. Çalışmaq lazımdır ki, uşaq oxuduğunu dərk etsin və onu qəbul etməyi
bacarsın. Əsəri oxuyub qurtardıqdan sonra onu bir neçə yöndən təhlil edə bilsin. Bu yolla
oxunmuş əsər uzun müddət yadda qalır və gözlənilən səmərəni verir
Uşaqları necə gəldi mütaliəyə deyil, sistemli və "dərin mütaliəyə" (yavaş, qərq olmuş
şəkildə, qavrayışın detalları ilə, emosional və ruhi qarmaqarışıqlıqlarla zəngin) alışdırmaq
gərəkdir. Əlbəttə, ancaq rasional -- ağıl və məntiqə əsaslanan, məqsədəuyğun və məqsədəmüvafiq
oxu, oxucunun öz hədəfini və kitabdan nə öyrənəcəyini əvvəlcədən müəyyən etməsi arzulanan
faydanı verə bilər.
SƏMƏRƏLİ MÜTALİƏNİN TƏŞKİLİNƏ DAİR BƏZİ TÖVSİYƏLƏR
Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Uşaqlarda sürətli oxu bacarıqlarının
yaradılmasına diqqətlə yanaşmaq lazımdır. Bunun üçün onları fasilələrlə oxuya, "sözləri deyil,
fikirləri görməyə" (yəni tək-tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz
arasında normal məsafə saxlamağa və səhifəyə dik bucaq altından baxmağa, yalnız gözlərdən
istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası
qaydalarına əməl etməyə istiqamətləndirmək lazımdır. Ənənəvi qiraət zamanı dərk olunmanın
(qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə, 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya
adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruş edir.
Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
Oxunmuş əsərlərin mütaliəsindən sonra və ya bir müddət sonra onların digər oxunmuş
əsərlərlə müqayisəsi təşkil edilməlidir. Bu uşaqların uzunmüddətli və qısamüddətli yaddaşını
inkişaf etdirir. Uşaqları mütaliə etdikləri kitablardan qeyd və xülasələr götürməyə vərdiş
etdirmək də faydalı olur. Bu, oxunmuş əsərin daha yaxşı yadda qalmasına kömək edir.
Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan çox asılıdır. Ona görə də
valideyn, müəllim və kitabxanaçılar uşaqlar üçün münasib mütaliə vaxtının təyin edilməsinə
(şərti olaraq) xüsusi fikir verməlidirlər. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən
münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda uşaqların mütaliəsini təşkil etmək məsləhət
görülmür. [4]
Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer
temperaturu və işıqlandırma sistemi münasib, mütaiə vasitələri - stol və stul, həmçinin digər
texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.
Mütaliə ilə məşğul olan uşaqların gün ərzində konkret istirahət saatlarının müəyyən
edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət
mərkəzində saxlanılmalıdır.
GÖZLƏNİLƏN NƏTİCƏLƏR
1. Şagirdlərin mütaliə mədəniyyəti və vərdişləri təkmilləşir, oxuya motivasiyaları
yüksəlir, onlar kitablar aləmində düzgün seçim edə bilir, "ümidlə açılıb qazancla
bağlanan” - yaxşı kitabları seçməyi öyrənirlər.
2. Oxunmuş kitablar uşaqların yaşına, psixologiyasına və maraqlarına uyğun
olur, yüksək ədəbi və tərbiyəvi dəyər aşılayır, onların zehni, fiziki, duyğusal
və sosial inkişafına səbəb olur.
3. Uşaqlar onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi
kimi təqdim edən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist
əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq qalırlar.
4. Uşaqlar üçün kitab seçimində valideyn, müəllim və kitabxanaçıların (eləcə də
uşaqların özlərinin) fəaliyyəti kordinasiya edilir, tələblərdə vahidlik prinsipi təmin
olunur.
5. Düzgün tərtib edilmiş tövsiyə siyahıları və məsləhətlər sayəsində uşaqların
kitab seçimi idarə olunan və istiqamətləndirilə bilən prosesə çevrilir.
Tovsiyədə göstərilənlərin reallaşdırılması nəticəsində:
Mənbələr:
1. Azərbaycan Respublikasının Təhsil Naziri M. Cabbarovla müsahibə. “Kurikulum” jurnalı, 2014, № 4,
səh: 5 – 18
2. "Azərbaycan müəllimi" qəzeti, 26 sentyabr 2014-cü il, 37
3. “Orta məktəbdə ədəbiyyat tədrisi”, II hissə, "Maarif“, Bakı – 1976, səh: 216
4. İ. Verdiyev : “Şəxsiyyətin inkişafında mütaliənin rolu”, “Kurikulum” jurnalı, 2015, № 2, səh: 42 – 50
5. İ. Verdiyev : “Düzgün kitab seçimi mütaliədə əsas şərtdir”, “Azərbaycan müəllimi” qəzeti, 20 iyun
2015 - ci il
6. S. Məmmədova : “Şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılması. Sinifdənxaric oxu”.
“Nərgiz” nəşriyyatı, Bakı – 2014, səh: 5, 23
ƏDƏBİYYAT:
1. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”. “Kurikulum” jurnalı,
2013 , № - 4
2. S. Rzayev : “Mütaliənin funksiyaları və insana təsir mexanizmi”, “Kitabxanaşünaslıq və
bibioqrafiya” jurnalı 2008, № -1
6. E. Əhmədov, Ə. Hüseynova : "Qlobal informasiya məkanı və müasir kitabxanaşünaslıqda
mütaliənin yeni təzahürləri", “Kitabxanaşünaslıq və bibioqrafiya” jurnalı, 2007, № -2
7. http://news.day.az/society/367365.html
8. http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=9558
9. http://www.muallim.edu.az/arxiv/2014/04/40.htm
10. http://edu.gov.az/az/page/9/9188
11. http://www.edutopia.org/blog/tips-to-help-a-student-find-book-rebecca-alber
M Ü N D Ə R İ C A T
S № BÖLMƏLƏR və yarımbölmələr SLAYD № -si
1. LAYİHƏNİN MƏQSƏDİ və ÖN SÖZ 3 – 5
2. ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA MÜTALİƏNİN ROLU 6 – 7
3. DÜZGÜN KİTAB SEÇİMİ MÜTALİƏDƏ ƏSAS ŞƏRTDİR 8 – 9
4. TÖVSİYƏ SİYAHILARI ÜZRƏ VƏ MÜSTƏQİL MÜTALİƏ 10
5. TÖVSİYƏ SİYAHILARI ÜZRƏ MÜTALİƏ 11
5.1. - uşaqların maraqlarının nəzərə alınması 12
5.2. - əxlaqi, milli – mənəvi və bəşəri dəyərlərin nəzərə alınması 13
5.3. - yaş xüsusiyyətlərinin nəzərə alınması 14
5.4. - oxucu tiplərinin nəzərə alınması 15
5.6. - cinslərin maraqlarının nəzərə alınması 16
5.7. - dünya ədəbiyyatından nümunələrin daxil edilməsi 17
5.8. - on-line (ekran) mütaliəsi 18
5.8. - ədəbi növ, janr, mövzu, dil və üslub xüsusiyyətlərinin nəzərə alınması 19
5.9. - kitabın texniki – texnoloji səviyyəsinin nəzərə alınması 20
6. TÖVSİYƏ SİYAHILARINA DAİR ƏLAVƏ MƏSLƏHƏTLƏR 21
7. MÜSTƏQİL MÜTALİƏ 22 – 23
8. SƏMƏRƏLİ MÜTALİƏNİN TƏŞKİLİNƏ DAİR BƏZİ TÖVSİYƏLƏR 24 – 25
9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR 26
10. MƏNBƏLƏR. ƏDƏBİYYAT 27
11. MÜNDƏRİCAT 28
S O N
Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə
söhbət etmək deməkdir
R.Dekart

More Related Content

What's hot

шәкәрім құдайбердіұлы
шәкәрім құдайбердіұлышәкәрім құдайбердіұлы
шәкәрім құдайбердіұлыGotov .kz
 
Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...
Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...
Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...Narmin Aliyeva
 
Cümlənin növləri
Cümlənin növləriCümlənin növləri
Cümlənin növlərinaile1
 
Informasiya anlayışı
Informasiya anlayışıInformasiya anlayışı
Informasiya anlayışıazerbaycanli
 
Informasiyanın dərsdə öyrənilməsi
Informasiyanın dərsdə öyrənilməsiInformasiyanın dərsdə öyrənilməsi
Informasiyanın dərsdə öyrənilməsiZuzu Mehdiyeva
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalarifarqanaliyeva
 
informasiyanın təqdim olunma formaları
informasiyanın təqdim olunma formalarıinformasiyanın təqdim olunma formaları
informasiyanın təqdim olunma formalarızerish Abbas
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyatiNubar Alieva
 
Çəki. Çəkisizlik. Əlavə yüklənmə
Çəki. Çəkisizlik. Əlavə yüklənməÇəki. Çəkisizlik. Əlavə yüklənmə
Çəki. Çəkisizlik. Əlavə yüklənməmimio_azerbaijan
 
Mi̇rzə Ələkbər Sabi̇r
Mi̇rzə  Ələkbər  Sabi̇rMi̇rzə  Ələkbər  Sabi̇r
Mi̇rzə Ələkbər Sabi̇rgul222
 
Atropatena dövləti
Atropatena dövlətiAtropatena dövləti
Atropatena dövlətiayxan12
 
мұхтар омарханұлы әуезов
мұхтар омарханұлы әуезовмұхтар омарханұлы әуезов
мұхтар омарханұлы әуезовGotov .kz
 
Azərbaycan xanlıqlar dövründə
Azərbaycan xanlıqlar dövründəAzərbaycan xanlıqlar dövründə
Azərbaycan xanlıqlar dövründəAzeri balasi
 

What's hot (20)

шәкәрім құдайбердіұлы
шәкәрім құдайбердіұлышәкәрім құдайбердіұлы
шәкәрім құдайбердіұлы
 
Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...
Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...
Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...
 
Cümlənin növləri
Cümlənin növləriCümlənin növləri
Cümlənin növləri
 
Informasiya anlayışı
Informasiya anlayışıInformasiya anlayışı
Informasiya anlayışı
 
Fəza fiqurları
Fəza fiqurlarıFəza fiqurları
Fəza fiqurları
 
Informasiyanın dərsdə öyrənilməsi
Informasiyanın dərsdə öyrənilməsiInformasiyanın dərsdə öyrənilməsi
Informasiyanın dərsdə öyrənilməsi
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
 
informasiyanın təqdim olunma formaları
informasiyanın təqdim olunma formalarıinformasiyanın təqdim olunma formaları
informasiyanın təqdim olunma formaları
 
Çoxluqlar cəbri
Çoxluqlar cəbriÇoxluqlar cəbri
Çoxluqlar cəbri
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyati
 
Çəki. Çəkisizlik. Əlavə yüklənmə
Çəki. Çəkisizlik. Əlavə yüklənməÇəki. Çəkisizlik. Əlavə yüklənmə
Çəki. Çəkisizlik. Əlavə yüklənmə
 
Mi̇rzə Ələkbər Sabi̇r
Mi̇rzə  Ələkbər  Sabi̇rMi̇rzə  Ələkbər  Sabi̇r
Mi̇rzə Ələkbər Sabi̇r
 
Atropatena dövləti
Atropatena dövlətiAtropatena dövləti
Atropatena dövləti
 
Qoşma
QoşmaQoşma
Qoşma
 
мұхтар омарханұлы әуезов
мұхтар омарханұлы әуезовмұхтар омарханұлы әуезов
мұхтар омарханұлы әуезов
 
Azərbaycan dili 3
Azərbaycan dili  3Azərbaycan dili  3
Azərbaycan dili 3
 
Fayl. Qovluq
Fayl. QovluqFayl. Qovluq
Fayl. Qovluq
 
Azərbaycan xanlıqlar dövründə
Azərbaycan xanlıqlar dövründəAzərbaycan xanlıqlar dövründə
Azərbaycan xanlıqlar dövründə
 
Natural ədədlər
Natural ədədlərNatural ədədlər
Natural ədədlər
 
Nitq etiketləri
Nitq etiketləri Nitq etiketləri
Nitq etiketləri
 

Viewers also liked

Viewers also liked (6)

Xəyalin digər adi, maddə. azərbaycan
Xəyalin digər adi, maddə. azərbaycanXəyalin digər adi, maddə. azərbaycan
Xəyalin digər adi, maddə. azərbaycan
 
Akti̇f öğrenme
Akti̇f öğrenme Akti̇f öğrenme
Akti̇f öğrenme
 
E-öğrenme Nedir ?
E-öğrenme Nedir ?E-öğrenme Nedir ?
E-öğrenme Nedir ?
 
Biraz tefekkür
Biraz tefekkürBiraz tefekkür
Biraz tefekkür
 
Pedaqzerf
PedaqzerfPedaqzerf
Pedaqzerf
 
Blum izahati
Blum izahatiBlum izahati
Blum izahati
 

Similar to Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptx
Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptxLələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptx
Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptxquliyevd85
 
Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)HarunyahyaAzerbaijan
 
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasietiSexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasietiAZERİ AZERBAYCAN
 
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSESƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSESAzerbaijanJournalofE1
 
Hovard qardnerin nezeriyyesi...
Hovard qardnerin nezeriyyesi... Hovard qardnerin nezeriyyesi...
Hovard qardnerin nezeriyyesi... shefa_mirzeyev
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...Yegane Ramazanova
 
Sonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycanSonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycanHarunyahyaAzerbaijan
 
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)HarunyahyaAzerbaijan
 
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEM
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEMMÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEM
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEMAzerbaijanJournalofE1
 
şeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycanşeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycanHarunyahyaAzerbaijan
 

Similar to Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇ (11)

Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptx
Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptxLələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptx
Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptx
 
Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)Qiyamət günü. azərbaycan (version 1)
Qiyamət günü. azərbaycan (version 1)
 
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasietiSexsiyyetin formalasmasinda muellim sagird munasieti
Sexsiyyetin formalasmasinda muellim sagird munasieti
 
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSESƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İNTERPRETASİYA / INTERPRETATION IN LITERATURE CLASSES
 
Hovard qardnerin nezeriyyesi...
Hovard qardnerin nezeriyyesi... Hovard qardnerin nezeriyyesi...
Hovard qardnerin nezeriyyesi...
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
 
Sonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycanSonsuzluq artiq başlamişdir. azərbaycan
Sonsuzluq artiq başlamişdir. azərbaycan
 
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)Niyə özünü aldadirsan. azərbaycan (version 1)
Niyə özünü aldadirsan. azərbaycan (version 1)
 
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEM
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEMMÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEM
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEM
 
Xalqlarin həlaki. azərbaycan
Xalqlarin həlaki. azərbaycanXalqlarin həlaki. azərbaycan
Xalqlarin həlaki. azərbaycan
 
şeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycanşeytanin bir silahi, romantizm. azərbaycan
şeytanin bir silahi, romantizm. azərbaycan
 

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

  • 1. UŞAQLARIN MÜTALİƏSİNİN TƏŞKILİNDƏ KİTAB SEÇİMİ və ONUN İDARƏ EDİLMƏSİ (metodik tövsiyə) LAYİHƏNİN MÜƏLLİFİ: VERDİYEV İMRAN ALLAHVERDİ oğlu Oğuz RTŞ-nın Metodik Kabinetinin metodik şurasının əməkdaşı, Yaqublu kənd T. Babayev adına tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Əməkdar müəllim “ DÜZGÜN KİTAB SEÇİMİ MÜTALİƏDƏ ƏSAS ŞƏRTDİR.”
  • 2. Uşaqların mütaliə mədəniyyətinin formalaşması, onların mütaliə vərdişlərinin təkmilləşdirilməsi və oxuya motivasiyasının yüksəlməsində təcrübədə sınaqdan çıxmış ənənələrin bərpasına nail olmaq Mütaliədə əsas şərt olan düzgün kitab seçimini istiqamətləndirilən və idarə olunan prosesə çevirmək Kitab tövsiyə siyahlarının tələblərə uyğun tərtib edilməsində və uşaqların müstəqil oxusunun təşkilində valideyn, müəllim və kitabxanaçılara metodik köməklik Uşaqları onların zövqünü korlayan, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist kitablardan və ziyanlı saytlardan uzaq tutmaq. LAYİHƏNİN MƏQSƏDİ
  • 3. Mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir- biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir. Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar." Təsadüfi deyildir ki, Azərvaycan Respublikasının təhsil naziri cənab M.Cabbarov müsahibələrinin birində təhsilin səviyyəsinin və müəllim nüfuzunun yüksəldilməsi ilə əlaqədar demişdir: “...Cəmiyyət çoxlu mütaliə etməli, uşaqlara oxumağı öyrətməlidir...” [1]. Təəssüf ki, son vaxtlar uşaq və gənclərdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir. ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur [1]...
  • 4. ... Bakı şəhəri təhsil işçilərinin sentyabr (2014) konfransında təhsil naziri Mikayıl Cabbarov təhsil sistemində çoxdan daşlaşmış bir məsələyə - məktəblilərin mütaliəsi probleminə də toxunub. O, bir çox hallarda mərkəzləşdirilmiş imtahanlarda yüksək nəticələr göstərən və yaxud təhsildə uğurları ilə fərqlənən gənclərimizin öz fikirlərinin ifadəsində çətinlik çəkmələrini onların mütaliəsinin zəif olması ilə əlaqələndirib və Təhsil Nazirliyinə, məktəb rəhbərlərinə şagirdlərin mütaliəsinin dövrün tələbləri səviyyəsində təşkili üçün tapşırıqlar verib [2]. Təhsil naziri cənab Mikayıl Cabbarov həmçinin "Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli əmr imzalamışdır. Həmin əmrin məqsədi ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, eləcə də şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etməkdir Şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır. Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar. Kitab mağazalarından kitab alarkən, həmçinin elekron kitab mütaliəsi (ekran mütaliəsi) zamanı da göstərilənlərə diqqət edilməsi vacibdir. Qeyd edilənləri nəzərə alaraq təcrübə və tədqiqatlarımıza istinadən düzgün kitab seçimi ilə əlaqədar metodik tövsiyələri təqdim edirik. Tövsiyənin uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik, həmçinin düzgün kitab seçimi işlərində valideyn, müəllim və kitabxanaçılar üçün faydalı olacağını düşünürük.
  • 5. • Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. • U. M. Tekkerey kitab barədə deyirdi ki, ... kitab insanın ruhunu qidalandırır, onu ucaldır və möhkəmləndirir. • Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. • Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib . • Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar . ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA MÜTALİƏNİN ROLU
  • 6. • Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir... Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya sadəcə gəzintidən daha səmərəlidir. • Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər. • London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda 53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir. [4] • Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir. • Ona görə də valideyn, müəllim və kitabxanaçılar mənəvi-əxlaqi dəyərlər aşılaması və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyəti, tibbi baxımdan kitab oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq uşaqların mütaliəsinin təşkilinə, kitab seçiminə ciddi fikir verməlidirlər. Kitab oxumağın faydaları ilə tanış olmaq üçün şəklin üzərində tıkla
  • 7. Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və uşağın sonrakı inkişafına təsir göstərir. [3] Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Düzgün kitab seçimi mütaliədə əsas şərtdir. Düzgün kitab seçimini zəruri edən amillərə aşağıdakıları göstərmək olar: 1. İndi sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "nə mənsəbə qulluq etdiyi" hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların və ziyanlı saytların sayı xeyli artmışdır. Ona görə də təsadüfi (səhv) kitab seçimi uşaqlara xeyirdən çox ziyan gətirə bilər. Əlbəttə, mütaliədə səhv seçimlər bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir. Heç bir tərbiyəvi əhəmiyyəti və elmi əsası olmayan, şübhələrlə, yalan və böhtanlarla dolu əsərlər öz oxucularında mənfi nəticələrə yol açır. 2. Müxtəlif səbəblərdən bəzən uşaqlar bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8 – 10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Aydın məsələdir ki, uşaqlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaq. Bir maraqsız kitab isə uşağı ömürlük kitablardan uzaq sala bilər. 3. Təsadüfi seçilən bəzi əsərlər uşaqların psixologiyasına mənfi təsir edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyan uşaqlar, digər yaşıdlarına görə çox dalaşqan, üsyankar və aqressiv olurlar . 4. Bəzən uşaqlar heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə (xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və uşaqların lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır. DÜZGÜN KİTAB SEÇİMİ MÜTALİƏDƏ ƏSAS ŞƏRTDİR
  • 8. 5. Məsləhətsiz seçilmiş bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yalnış anlamalara səbəb olur, uşaqları çaşdırır, onların canlarını sıxır. Nəticədə uşaqlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir. 6. İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alan uşaqların estetik zövqünü korlayır. Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval uşaqların gözlərinin nurunu da korlayır.. Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar böyüklərdən çox uşaqların gözlərinə zərəri var. Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər. Ümumiyyətlə, bu gün uşaqların necə oxumasından daha çox, nə oxumaları ilə maraqlanmaq lazımdır. Sadəcə kitab oxumaqla iş bitmir . Əsas məsələ YAXŞI kitabları oxumaqdır. Söhbət yalnız əsl ədəbiyyatdan (kitablardan) gedir, “ye, dua et, yat” kimi kitablardan yox. Unutmaq lazım deyildir ki, uşaqlar üçün yaxşı bir kitab onların maraq və ruhsal ehtiyaclarını qarşılayan, həm savadlandıran, həm də tərbiyə edən, lakin hər şeydən əvvəl zövqlə oxuduqları bir kitabdır. • Belə bir kitab isə seçilib tapılmalıdır ! Bu baxımdan uşaqların düzgün kitab seçmək bacarıqlarının formalaşdırılması çox önəmlidir. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın • ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da • uşaqların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir - • mənən şikəst edir . • Uşaqları kitab tərcihində yalnız buraxmaq məsləhət deyil. • Çünki onların yönləndirməyə, məsləhət və tövsiyəyə çox ciddi • ehtiyacları vardır. Seçilən kitablar mütləq ağıl və məntiqin • süzgəcindən keçirilməlidir. Uşaqlara özlərinin yaş və biliklərinə , • psixologiyalarına , sosial inkişafına və maraqlarına uyğun, əxlaqi, • milli – mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini , xəyal gücünü • və yaradıcılığını, sorunlardan xilas olma bacarığını inkişaf etdirən • gücünü, kitabları tövsiyə etmək lazımdır. • Unutmayaq ki, səhv seçilmiş kitablar uşaqlarımızı başqa • kitablardan da soyuda bilər. Kitab seçimində mütləq təcrübəsi olanların, pedaqoq, psixoloq, filoloq və kitabxanaçıların məsləhətinə baş vurulmalıdır. TIKLA
  • 9. MÜTALİƏ TÖVSİYƏ SiYAHISI ÜZRƏ MÜSTƏQİL Təcrübə göstərir ki, uşaqların mütaliəsi, əsasən, iki istiqamətdə reallaşır. Bunu aşağıdakı sxem daha aydın göstərir: Tövsiyə siyahılarını “oxu bələdçisi” də adlandırmaq olar. Bu siyahılar uşaqların “NƏ OXUYUM ?” sualına ən yaxşı cavabdır. Şagirdlərin müstəqil oxusu isə “mütaliədə demokrtiyanı təmin edir”, onların mütaliə ehtiyaclarının daha dolğun ödənilməsinə kömək göstərir. Hər iki istiqamətdə düzgün kitab seçimi əsas şərtdir. TÖVSİYƏ SİYAHISI ÜZRƏ və MÜSTƏQİL MÜTALİƏ
  • 10. Tövsiyə siyahıları hazırlanarkən kitab seçimi müəyyən tələblər nəzərə alınmaqla pedaqoq, sosioloq, psixoloq və kitabxanaçıların məsləhətləri əsasında, uşaqların maraq və mənafeləri nəzərə alınmaqla səriştəli filoloqlar tərəfindən aparılmalıdır. TÖVSİYƏ SİYAHILARINA DAXİL EDİLƏN KİTABLARA VERİLƏN ƏSAS TƏLƏBLƏR AŞAĞIDAKILARDIR: ( üzərlərində tək-tək tıkla ) GERİ I. TÖVSİYƏ SİYAHILARI ÜZRƏ MÜTALİƏ
  • 11. 1. Uşaqların maraqlarının nəzərə alınması Kitab oxumaq nə bir qanun, nə də borc deyil ki, uşaqları buna məcbur edəsən. Burada maraq və həvəsin, digər bir sıra stimullaşdırıcı amillərin olması, mütaliənin səbəb və məqsədlərinin, hədəfinin müəyyən edilməsi şərtdir. Uşaqların zorla, təzyiq yolu ilə mütaliəyə məcbur edilməsi çox təhlükəli tendensiyadır. Kitab sosial bir alətdir. Mütaliə isə bekarçılıq deyil, vacib, lazımlı və ciddi işlərdən biridir. Kitab oxumaq boş zaman işi deyil, bir həyat şəklidir. O, həvəs yox, vərdiş olmalıdır. Bu işdə maraq xüsusi önəm kəsb edir. Ona görə də kitaba uşaqlıqdan həvəs və maraq yaradılmalıdır. Əgər uşaqda hələ kişik yaşlarından mütaliəyə - kitab oxumağa maraq və həvəs yaradılarsa, bu onu ömrü boyu müşaiyət edəcəkdir. Nəzərə almaq lazımdır ki, uşaqların təlabatları maraqları vasitəsi ilə reallaşır. Maraq təlabatın səciyyəvi mövcudliq forması, fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar uşaqların mütaliə fəaliyyətlərinin motivləşməsinin ən mühüm və həlledici amilidir. O həm daxili, həm də xarici təsirlə formalaşır. Kitaba maraq bir çox səbəbdən asılı olaraq fərddən- fərdə dəyişir. Oxucunun içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, sosial və ailə mühiti , mədəni faktorlar, kitabın bədii tərtibatı , formatı, dili və s. bu səbəblərə daxildir. Ona görə də uşaqların maraqlarının öyrənilməsi, ümumiləşdirilməsi və nəticələrinin – hansı və nə cür kitablara maraq göstərdikləri siyahıların tərtibində mütləq nəzərə alınmalıdır. Unutmayın ki, siyahının uşaqların maraq dairəsinə uyğun olmayan əsərlərlə doldurulması onlarda mütaliə həvəsini və alışqanlığını zəiflədə bilər. KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 1 GERİ
  • 12. KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 2 2. Əxlaqi, milli-mənəvi və bəşəri dəyərlərin aşılanması Mütaliə uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik vaxtlardan yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanışlıq onlarda həyat hadisələrinə, insana, təbiətə böyük maraq yaradır, yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi və bəşəri dəyərlər aşılayır, uşaqların cəmiyyətə daha yaxşı adabtasiyasına kömək edir. M. Qorki təsadüfi demirdi : ”Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Məndə olan bütün yaxşı cəhətlər üçün kitaba borcluyam.” A. Eynşteyndən soruşurlar ki, uşaqlarımızı necə tərbiyə edək ? O, belə cavab verir: “...onlara nağıl oxuyun. Əgər daha ağıllı olmasını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun.” . Kitabların uşaqların təlim - tərbiyəsində rolu əvəzsizdir. Şifahi ədəbiyyatdan yazılı ədəbiyyata qədər nəhəng bədii sərvəti “ƏXLAQ XƏZİNƏSİ” də adlandıra bilərik. Hörmət, mərhəmət, məhəbbət, sədaqət, xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin təbliğatçısı olan ədəbiyyat həqiqətən xəzinədir. Bu xəzinənin ən qiymətli mücəffəri isə MİLLİ ƏXLAQ və MİLLİ RUHdur. Bizim uşaqlar ən əvvəl milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış olmalıdırlar. İstər məktəbdə, istər ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək: “Kitablar sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcək, sevəcək, nifrət edəcəksiniz. Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Ən mühümü, yaşamağı öyrənəcəksiniz. “ Çox vaxt bizə heç kimdən öyrənə bilməyəcəklərimizi kitablar verir, öyrədir. Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşdırılması baxımından çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır. GERİ
  • 13. Siyahılarda həm bilik, həm psixoloji, həm də mütaliə xarakterinə görə müxtəlif yaş mərhələlərinin (2-7; 7-12; 12-17) xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Orada hər yaş qrupuna uyğun əsərlər ayrıca göstərilməlidir. Məlumdur ki, mütaliə edərkən kişikyaşlı uşaqları əsasən hadisə və faktlar maraqlandırdığı halda, yeniyetməyaşlı məktəblilər görüb duyduqları hər şeyin mahiyyətini bilməyə səy göstərir, əsərin fabulasına xüsusi ilə diqqətli olurlar. Kiçik yaşlı uşaqlara ilk növbədə şəkli yazı ilə çap edilmiş kitablar, daha sonra kiçik hərflərlə yazılmış və qalın kitablar əvəzinə böyük şriftli və asanlıqla oxuna biləcək, dilimizin qayda və qanunlarına tam riayət olunmaqla qələmə alınmış kitablar tövsiyə edilməlidir. Burada kitabın həcmi də önəmlidir. Bu kitablar uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı nitqini inkişaf etdirməli, duyğusal və sosial yöndən gəlişiminə dəstək verməlidir. Uşağa milli-mənvi dəyərlərlə bərabər insani, bəşəri dəyərləri də qazandırıcı xüsusiyyətə malik olmalıdır. Təcrübə sübut edir ki, kitabın uşağın bilik və yaş səviyyəsinə, psixologiyasına, dil bilgisi qaydalarına uyğunluğu onun həvəslə oxunmasına səbəb olur. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən "Kiçik yaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri" adı ilə keçirilən müsabiqədə fərqlənmiş əsərlərin oxusu çox faydalı olar. http://marmarapedagoji.com/?s373/.html 3. Yaş mərhələlərinin xüsusiyyətlərinin nəzərə alınması KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 3 GERİ Yaş qrupları üzrə hansı kitabları oxumaq barədə məlumat almaq üçün TIKLA
  • 14. 4. Oxucu tiplərinin nəzərə alınması Siyahıların tərtibində oxucu tipləri də ciddi şəkildə nəzərə alınmalıdır. Hazırda uşaq və gənclər üçün dörd oxucu tipi (Başberger modeli) - romantik, realist, intellektual və estetik tiplər müəyyən edilir : 1- Romantik tip. Nağılları, macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual- əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar. 2- Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir. 3- İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir. 4- Estetik tip. Nadir hallarda rast gəlinir. "Cingiltili sözlərdən", qafiyələnmiş ahəngli və vəznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar. Kitab həvəskarı-bibliofildirlər. Oxucu tiplərinin öyrənilməsi və tövsiyə siyahısına bu tiplərinin marağını təmin edəcək əsərlərin salınması da məsləhətdir. KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 4 GERİ
  • 15. 5. Cinslərin maraqlarının nəzərə alınması Siyahıda cinslərin marağı da nəzərə alınmalıdır. Tədqiqatlar və müşahidələr göstərir ki, uzun müddət oğlanlar və qızlar eyni mövzuda olan kitabları oxuyurlar. Lakin cinsi yetişkənlik özünü büruzə verməyə başlayandan sonra, xüsusən yeniyetməlik dövründən vəziyyət dəyişir. Bu zamandan başlayaraq oğlanlar dedektiv, macəra, qəhrəmanlıq, elm və ixtira (kəşf), təbiət ; qızlar isə məktəb, ev və ailə, eşq, kişi- qadın yaşamı və duyğysal mövzularda olan kitablara daha çox meyil edirlər. Siyahılar hazırlanarkən bu məsələlər nəzərə alınsa, ancaq faydası olar. KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 5 GERİ
  • 16. Siyahıda dünya xalqlarının ədəbiyyatından nümunələrin, dünya miqyasında nüfuzlu ədəbi mükafatlar (o cümlədən Nobel mükafatı) almış əsərlərin (xüsusən uşaq əsərlərinin) nəzərdə tutulması da məqsədəuyğundur. Çünki bu əsərlər ciddi kriteriyalar əsasında müəyyən olunur. Uşaqlara uluslararası bir baxış acısı qazandırır, digər xalqların tarixinin, adət- ənənlərinin və yaşam tərzinin öyrənilməsi, fərqli mədəniyyətlərin tanınması üçün yararlı olur. Uşaqlar dünya ilə Vətənimizi müqayisə etmək imkanı əldə edirlər. Obrazlı desək, dünya səyahətinə çıxırlar. Lakin belə əsərlər tövsiyə olunarkən onların hansı səviyyədə tərcümə olunduğu nəzərə alınmalıdır. (Unutmayaq ki, indi kitab bazarı xeyli bərbad tərcümə olunmuş kitablarla doldurulub.) [4] Mümkün olan hallarda həmin kitabların orjinaldan oxunmasını da təklif etmək olar. Xarici ölkə yazıçılarının əsərlərini orijinaldan oxuya bilən və ya oxumağa üstünlük verən istedadlı gənclərin yetişməsinin nə eybi var ki ? 6. Dünya ədəbiyyatından nümunələrin daxil edilməsi KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 6 GERİ
  • 17. 7. On-line mütaliə (ekran mütaliəsi) üçün ünvanların verilməsi İndi mütaliə deyəndə həm ənənəvi, həm də elektron kitabların mütaliəsi nəzərdə tutulur. Son vaxtlar uşaq və gənclərdə bütün informasiyaları rəqəmsal cihaz və ekranlardan, kinolardan və videolardan almağa meyil güclənmişdir, internet medianın inkişafı kitaba olan marağı azaltmışdır. Əlbəttə ki, bu mənbələrdən informasiya almaq, on-line oxu vacibdir, günümüz bunu tələb edir. Kompyuterlə gundəlik iş uşaqlara informasiya əldə etməyin spesifik metodlarını öyrədir. Bu işdə internet əvəzsiz vasitədir. Bu gün dövrümüzü kompyutersiz, internetsiz, televizorsuz, mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Buna görə biz də uşağa kitabı sevdirmək üçün onların ən çox istifadə etdikləri üsullarla işləməliyik. Nə üçün “ekran mütaliəsi”nin imkanlarından səmərəli istifadə edilməsin ? İnternet resuslarından müxtəlif mətn növlərində olan bədii, elmi, texniki, tarixi, siyasi və s. ədəbiyyatların mütaliəsini təmin etmək üçün nüfuzlu, uyğun görülən saytların ünvanlarının da siyahıya əlavə edilməsi, uşaqlara mənəvi və texniki dəstək verilməsi məsləhətdir. Onlarda müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılmasına nail olmaq vacib məsələlərdəndir. Amma çalışmaq lazımdır ki, uşaqlar komputerdən asılı vəziyyətə düşməsin, internetdən istifadə qaydalarını pozmasın, saatlarla komputerin qarşısında oturmasınlar. Bu, çox ciddi fəsadlara səbəb ola bilər. Məsələn, internetdən asılılıq "autizm" adlanan psixoloji xəstəlik yaradır ki, bu da beyin fəaliyyətini kütləşdirir, insanı real aləmdən və həyat təcrübəsindən təcrid edir. Rəqəmsal alətlərdən uzun müddət asılılıq və onların qarşısında düzgün oturmamaq qida rejimini, sanitar gigiyenik normaları pozur, bel ağrıları, daxili yorğunluq, halsızlıq yaradır, bel və boyun yırtıqlarının yaranmasına gətirib çıxarır. Gözlər gərgin vəziyyətə düşür. [4] Bu məsələlər nəzarət altında saxlanılmalıdır. Uşaqları internetdən məhrum etmək yox, düzgün istiqamətləndirmək lazımdır. Amma onlara bir şeyi də başa salmaq lazımdır ki, təkcə görüntüdən məlumat almaq yetərli olmur. Kağız kitabları oxumamaq nitq pozuntusuna, özünüifadə edə bilməmək və s. kimi fəsadlara gətirib çıxarır. KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 7 GERİ
  • 18. • 8. Ədəbi növ, janr, mövzu, dil və üslub xüsusiyyətləri, müxtəlif mətn növlərinin nəzərə alınması Həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmək, idrakı ehtiyac, şəxsi təhsil və təcrübi faydalanmaq, emosional və estetik təlabat və əylənmək mütaliənin əsas səbəb və məqsədlərindən sayılır. Ona görə də siyahıya müxtəlif ədəbi növlərdə , rəngarəng janrlarda və üslublarda, müxtəlif mətn növlərində olan, emosional, əyləncəli və komik əsərlərin daxil ediməsi məsləhətdir. Unutmayaq ki, bədii əsər öz adı, mövzu və məzmunu, tərbiyəvi ideyası ilə yanaşı, növü, janrı, süjet və kompozisiyası, dili, üslubu, həcmi və s. xüsusiyyətləri ilə də oxucuya təsir göstərir. Süjet xəttini izləmək yaddaşı gücləndirir. Kitabda mövzunun maraqlı şəkildə təqdim edilməsi, əyləndirici və düşündürücü olması, anladılan hadisələrin məntiqi baxımdan möhkəm əlaqələndirilməsi, əsərin uzunluğunun uşağın diqqət müddətini keçməməsi, onun qəhrəmanlarından öyrənəcəyi bir sıra özəlliklərin (müsbət mənada) olması, milli dəyərlərlə yanaşı, bəşəri dəyərlərin də təbliğ edilməsi onun həvəslə oxunmasına səbəb olur. Bu baxımdan əsərdə yaradıcı düşünən, tənqidi təfəkkürə , sağlam əxlaqa və dəyərlərə sahib, demokratik düşüncəli, həyatı və insanları sevən insan obrazlarının olması çox faydalıdır. Əsərlərin dili uşaqların anlayacağı səviyyədə olmalıdır. Coxmənalı, omonim və mücərrəd məfhumları ifadə edən sözlərdən, yersiz alınmalardan, arxaizmlərdən, dialekt sözlərdən, terminlərdən az istifadə edilməli, vulqar sözlərin işlənməsinə yol verilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kitab tövsiyə siyahılarının tərtibində onların da ğöz önündə tutulmasını məsləhət bilirik. KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 8 GERİ
  • 19. 9. Kitabın texniki-texnoloji səviyyəsinin yüksək olması Kitabın cildi rəngli, bol rəsmli, uşaq üçün cəlbedici olmalıdır. Çünki uşaqların kitabla tanışlığı buradan başlanır. Həmçinin kitabın dayanıqlığı üçün onun cildinin keyfiyyətli və sağlam olması çox önəmlidir. Kitablardakı rəsmlər də önəmlidir (çünki uşaqlar kəlmələrdən öncə rəsmləri oxuyurlar). Bu rəsmlər uşaqlarda estetik dəyərlər formalaşdırır, əsərdəki duyğuları əyani olaraq canlandırır). Şəkillər (xüsusən üz qabığının) əsərin məzmununa uyğun olmalıdır. Kitabın məzmun və forması bir-birini tamamlamalıdır. Bədii tərtibatı və formatı yüksək səviyyədə olmalıdır. Şəkil və hərflərdə rənglərin qarışması və bozarması yolverilməzdir. Müxtəlif böyüklükdə olan kitabların seçiminə üstünlük verilməlidir. Təcrübə sübut edir ki, uşaqlar müntəzəm olaraq eyni böyüklükdə və formatda olan kitabları oxumaqdan xoşlanmırlar. Kitablar həcm və ağırlıq baxımından daşımaq və istifadə etmək üçün əlverişli olmalıdır. Yazı formatı, rənglər, hərflər və durğu işarələri uşaqların gözünü yormamalıdır. Sətrlərarası interval, hərflərin böyüklüyü tələblərə uyğun olmalıdır. Uşaqlara səhifə düzəni, qrafik tərtibatı və istifadə edilən material cəhətdən həm keyfiyyətli, həm də sağlam olan kitablar tövsiyə edilməlidir. Unutmaq lazım deyil ki, uşaqların sağlamlığı hər şeydən önəmlidir. Əlavə məlumat üçün TIKLA KİTAB TÖVSİYƏ SİYAHILARININ HAZIRLANMASINA VERİLƏN ƏSAS TƏLƏBLƏR 9 GERİ
  • 20. 1. Tövsiyə siyahıları yuxarıda göstərilmiş tələblər nəzərə alınmaqla vaxtaşırı yenilənməlidir. 2. Siyahıya bədii ədəbiyyatla yanaşı ideya siyasi, elmi-kütləvi, elmi-texniki, tarixi, tədris olunan fənlər və gələcəkdə seçiləcək elm-sənət sahəsi üzrə kitablar da daxil edilməlidir. Həmçinin antologiyalar, lügətlər və ensiklopediyalar da (Azərbaycan Ensiklopediyası, Coğrafiya Ensiklopediyası, Riyaziyyat Ensiklopediyası, Ayna Uşaq Ensiklopediyasının müxtəlif mövzularda nəşr etdirdiyi nəşrlər və s.) tövsiyə oluna bilər [6] . 3. Yaxşı olar kitab siyahıları geniş və əhatəli tərtib edilsin ki, uşaqların seçim imkanları da geniş olsun. 4. Siyahılar sinif otaqlarında, ədəbiyyat kabinetində və kitabxanada görkəmli yerdən asılmalı, valideynlərə və uşaqlara verilməlidir. 5. Uşaqlar kitabların oxunmasına həvəsləndirilməli və təşviq edilməlidirlər. Məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə uşaqların reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması təklif olunur. 6. Səmərəli mütaliə üçün normal mütaliə şəraiti yaradılmalı, uşaqlarda kitabla rəftar mədəniyyətinin formalaşması təmin olunmalıdır. 7. Tövsiyə siyahılarında göstərilən kitabların oxunmasına nəzarət, rəhbərlik və köməklik təmin edilməlidir. • TÖVSİYƏ SİYAHILARINA DAİR ƏLAVƏ MƏSLƏHƏTLƏR
  • 21. • Uşaqlar tövsiyə olunan kitablarla yanaşı özləri də çoxlu kitab seçib oxuyurlar. Bunu onlara birmənalı qadağan etmək məsləhət deyil və bu, əks effekt verə bilər. Sadəcə olaraq bu işə ciddi nəzarət olunmalı və istiqamətləndirilməlidir. Şübhəsiz ki, valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar. Araşdırmalarımız və müşahidələrimiz göstərir ki, uşaqlar evdə, məktəbdə (sinifdə), kitabxanada və kitab mağazalarında kitab seçərkən valideyn, müəllim və kitabxanaçıların tövsiyə və məsləhətlərinə ciddi ehtiyac (bəzən bunu büruzə vermirlər) duyurlar. Bunu nəzərə alaraq valideyn, müəllim və kitabxanaçılara təklif edirik: * Tövsiyə və ya məsləhət verəcəyiniz uşağı yaxşı öyrənin və tanıyın. Onun yaş səviyyəsini, psixologiyasını, sevdiyi və maraq göstərdiyi şeyləri, indiyə kimi nələr oxuduğunu öyrənib bilmədən düzgün yönləndirmək çətindir, bəlkə də, mümkün deyil. * Uşağı kitab oxumağı sınaqdan çıxarmağa, yoxlamağa təşviq edin. Məsələn, sadəcə fantastik kitablar oxuyan birinə tarixi mövzuda olan bir əsəri oxumaq təklif oluna bilər. Beləliklə, uşaqlar sevdikləri mövzulardan (kitablardan) daha çox sevə biləcəkləri mövzulara (kitablara) keçid edib, yeni əsərlər “kəşf” edə bilərlər. * Uşaqları kitablarla tanış edin, onların “görüşünü” təşkil edin . Kitab oxuma vərdişinin təməli kitabla yoldaş, dost olmaqdan başlayır. Uşaqlarla birlikdə məktəb və içtimai kitabxanalara, o cümlədən kitab mağazalarına, kitab flasnmoblarına, sərgi və bayramlarına, müsabiqələrə, şair və yazıçılarla görüşlərə, “World Book Day” kimi aksiyasiyalara və s. gedin, uşağın kitabla tanışlığına və kitab seçməsinə səbirlə imkan verin, kitabları reklam edin. Bu zaman öz məsləhətlərinizi də onlardan əsirgəməyin. * Uşaqların oxuduğu kitabı yarımçıq qoymasına izin verin və bunu dərd etməyin. Axı biz özümüz də bəzən bunları edirik. Əgər uşaqlar bir kitabı 1 - 2 saat, 2 – 3 gün sonra yarıda buraxma haqqına ( xoşlarına gəlmədiyi üçün ) sahib olduqlarını bilsələr, yeni kitabları “sınaqdan çıxarmağa” daha meyilli olurlar. II. MÜSTƏQİL MÜTALİƏ
  • 22. • * Kitaba baxmaq üçün uşaqlara lazımı qədər vaxt verin. Bəyəm biz özümüz yaxşı kitab seçmək üçün azmı vaxt sərf edirik ? Nə üçün bu haqqı uşaqlara tanımayaq . Uşaqların kitabın səhifələrinə və üz qabığına toxunmaq və baxmaq, onları oxumaq, fikrini dəyişib yenidən seçimə başlamalarına, uzun – uzun kitab incələmələrinə dözümlülük göstərməliyik. İstədiyi kitabı özünün seçməsi uşaqlarda özünə inamını artıracaq və onlarda həvəs yaradacaq, özlərini şablonlardan uzaqlaşmış kimi hiss edəcəklər. Təcrübə göstərir ki, uşaqlar özləri seçdikləri kitabları daha həvəslə oxuyurlar. Onlara kitab seçməyi öyrətmək, “yaxşı kitabları” oxumağa yönəltmək vacibdir. Çalışmaq lazımdır ki, uşaqlar nə isə müsbət bir şey verəcək kitabları seçə bilsinlər. Unutmayaq ki, "ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır" (Alcott) [5]. Əgər uşaq oxumaq üçün öyrənmir, öyrənmək üçün oxuyursa, demək, o, doğru kitabı seçə bilmişdir. Uşaqların kitab mağazalarından kitab alarkən, öz aralarında kitab paylaşarkən, həmçinin elekron kitab mütaliəsi və İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və paylaşma zamanı da göstərilənlərə diqqət edilməsinin faydalı olacağına əmin edirik. Fikrimizcə, uşaqların özləri seçdikləri qeyri-adi, onları qəliblər xaricinə çıxaracaq və yaradıcılığını körükləyəcək, həyata baxışını genişləndirəcək əsərləri oxumalarına mane olmaq lazım deyil. Onlara xoş gələn kitabları tapmaq, bu kitablara çıxış imkanı yaratmaq və o kitabları oxumağa imkan vermək faydalıdır. Uşaqlara özlərinin doğru hesab etdiklərini və müsbət obrazları seçməyi öyrənmələri üçün ancaq müsbət deyil, mənfi xarakterlərin yaradıldığı əsərləri oxumağa da imkan vermək lazımdır. (sonda belə əsərlərin birlikdə müzakirəsi məsləhətdir.) Bunlarla yanaşı, şagirdləri uşaq mətbuatını da oxumağa təşviq etmək lazımdır. Uşaqlar üçün buraxılan qəzet və jurnallarda materiallar, əsasən, tələblərə uyğun yerləşdirilir. Onların belə qəzet və jurnallara abunə olunması məsləhətdir. Unutmayın ki, kitab tövsiyə siyahılarının tərtibinə verilən tələblər uşaqların müstəqil oxusunun təşkili üçün də keçərlidir. ( Bax: SLAYT -7 ) https://www.youtube.com/watch?v=9dOO0QFxLZQTÖVSİYƏ DİNLƏ :
  • 23. Seçilmiş kitabların oxunmasına nail olmaq ən önəmli məsələlərdən sayılır. Kitabı bütünlüklə oxumaq, əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür. Tədqiqatçılar göstərirlər ki, seçilmiş kitabların birlikdə oxunması, onlardan parçaların uşaqlar üçün ucadan oxusu (bu zaman aktyor kimi davranma kitaba maraq oyadır), kitabın məzmunu barədə bir qədər məlumat vermək, amma bu vaxt tam məzmunu danışmamaq, kitablar haqqında təəssuratların başqaları ilə paylaşılması, əsərin qəhrəmanları barədə söhbətlər, uşaq yazıçıları haqqında bəzi məlumatların verilməsi, kitab haqqında "Bədii ədəbiyyat gündəliyi“ ində qısa qeydlər etmək barədə tapşırıqların verilməsi və s. seçilmiş əsərlərin oxunmasına sövq edən amillərdəndir. Əlbəttə, mütaliə zamanı uşağın nə oxumasından daha çox hansı nəticə çıxaracağını bilmək maraqlıdır. Oxunan səhifələrin sayının çoxluğu uşağın yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərarvermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən uşaq oxuma və anlamada daha sürətli olur. Bu gün şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması zamanın tələbidir. Ona görə də valideyn, müəllim və kitabxanaçıların əsas hədəfi mütaliə edən uşaqları "məna çıxarmağa“ yönəltməkdir. Çalışmaq lazımdır ki, uşaq oxuduğunu dərk etsin və onu qəbul etməyi bacarsın. Əsəri oxuyub qurtardıqdan sonra onu bir neçə yöndən təhlil edə bilsin. Bu yolla oxunmuş əsər uzun müddət yadda qalır və gözlənilən səmərəni verir Uşaqları necə gəldi mütaliəyə deyil, sistemli və "dərin mütaliəyə" (yavaş, qərq olmuş şəkildə, qavrayışın detalları ilə, emosional və ruhi qarmaqarışıqlıqlarla zəngin) alışdırmaq gərəkdir. Əlbəttə, ancaq rasional -- ağıl və məntiqə əsaslanan, məqsədəuyğun və məqsədəmüvafiq oxu, oxucunun öz hədəfini və kitabdan nə öyrənəcəyini əvvəlcədən müəyyən etməsi arzulanan faydanı verə bilər. SƏMƏRƏLİ MÜTALİƏNİN TƏŞKİLİNƏ DAİR BƏZİ TÖVSİYƏLƏR
  • 24. Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Uşaqlarda sürətli oxu bacarıqlarının yaradılmasına diqqətlə yanaşmaq lazımdır. Bunun üçün onları fasilələrlə oxuya, "sözləri deyil, fikirləri görməyə" (yəni tək-tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dik bucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası qaydalarına əməl etməyə istiqamətləndirmək lazımdır. Ənənəvi qiraət zamanı dərk olunmanın (qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə, 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruş edir. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur. Oxunmuş əsərlərin mütaliəsindən sonra və ya bir müddət sonra onların digər oxunmuş əsərlərlə müqayisəsi təşkil edilməlidir. Bu uşaqların uzunmüddətli və qısamüddətli yaddaşını inkişaf etdirir. Uşaqları mütaliə etdikləri kitablardan qeyd və xülasələr götürməyə vərdiş etdirmək də faydalı olur. Bu, oxunmuş əsərin daha yaxşı yadda qalmasına kömək edir. Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan çox asılıdır. Ona görə də valideyn, müəllim və kitabxanaçılar uşaqlar üçün münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verməlidirlər. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda uşaqların mütaliəsini təşkil etmək məsləhət görülmür. [4] Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaiə vasitələri - stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır. Mütaliə ilə məşğul olan uşaqların gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.
  • 25. GÖZLƏNİLƏN NƏTİCƏLƏR 1. Şagirdlərin mütaliə mədəniyyəti və vərdişləri təkmilləşir, oxuya motivasiyaları yüksəlir, onlar kitablar aləmində düzgün seçim edə bilir, "ümidlə açılıb qazancla bağlanan” - yaxşı kitabları seçməyi öyrənirlər. 2. Oxunmuş kitablar uşaqların yaşına, psixologiyasına və maraqlarına uyğun olur, yüksək ədəbi və tərbiyəvi dəyər aşılayır, onların zehni, fiziki, duyğusal və sosial inkişafına səbəb olur. 3. Uşaqlar onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq qalırlar. 4. Uşaqlar üçün kitab seçimində valideyn, müəllim və kitabxanaçıların (eləcə də uşaqların özlərinin) fəaliyyəti kordinasiya edilir, tələblərdə vahidlik prinsipi təmin olunur. 5. Düzgün tərtib edilmiş tövsiyə siyahıları və məsləhətlər sayəsində uşaqların kitab seçimi idarə olunan və istiqamətləndirilə bilən prosesə çevrilir. Tovsiyədə göstərilənlərin reallaşdırılması nəticəsində:
  • 26. Mənbələr: 1. Azərbaycan Respublikasının Təhsil Naziri M. Cabbarovla müsahibə. “Kurikulum” jurnalı, 2014, № 4, səh: 5 – 18 2. "Azərbaycan müəllimi" qəzeti, 26 sentyabr 2014-cü il, 37 3. “Orta məktəbdə ədəbiyyat tədrisi”, II hissə, "Maarif“, Bakı – 1976, səh: 216 4. İ. Verdiyev : “Şəxsiyyətin inkişafında mütaliənin rolu”, “Kurikulum” jurnalı, 2015, № 2, səh: 42 – 50 5. İ. Verdiyev : “Düzgün kitab seçimi mütaliədə əsas şərtdir”, “Azərbaycan müəllimi” qəzeti, 20 iyun 2015 - ci il 6. S. Məmmədova : “Şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılması. Sinifdənxaric oxu”. “Nərgiz” nəşriyyatı, Bakı – 2014, səh: 5, 23 ƏDƏBİYYAT: 1. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”. “Kurikulum” jurnalı, 2013 , № - 4 2. S. Rzayev : “Mütaliənin funksiyaları və insana təsir mexanizmi”, “Kitabxanaşünaslıq və bibioqrafiya” jurnalı 2008, № -1 6. E. Əhmədov, Ə. Hüseynova : "Qlobal informasiya məkanı və müasir kitabxanaşünaslıqda mütaliənin yeni təzahürləri", “Kitabxanaşünaslıq və bibioqrafiya” jurnalı, 2007, № -2 7. http://news.day.az/society/367365.html 8. http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=9558 9. http://www.muallim.edu.az/arxiv/2014/04/40.htm 10. http://edu.gov.az/az/page/9/9188 11. http://www.edutopia.org/blog/tips-to-help-a-student-find-book-rebecca-alber
  • 27. M Ü N D Ə R İ C A T S № BÖLMƏLƏR və yarımbölmələr SLAYD № -si 1. LAYİHƏNİN MƏQSƏDİ və ÖN SÖZ 3 – 5 2. ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA MÜTALİƏNİN ROLU 6 – 7 3. DÜZGÜN KİTAB SEÇİMİ MÜTALİƏDƏ ƏSAS ŞƏRTDİR 8 – 9 4. TÖVSİYƏ SİYAHILARI ÜZRƏ VƏ MÜSTƏQİL MÜTALİƏ 10 5. TÖVSİYƏ SİYAHILARI ÜZRƏ MÜTALİƏ 11 5.1. - uşaqların maraqlarının nəzərə alınması 12 5.2. - əxlaqi, milli – mənəvi və bəşəri dəyərlərin nəzərə alınması 13 5.3. - yaş xüsusiyyətlərinin nəzərə alınması 14 5.4. - oxucu tiplərinin nəzərə alınması 15 5.6. - cinslərin maraqlarının nəzərə alınması 16 5.7. - dünya ədəbiyyatından nümunələrin daxil edilməsi 17 5.8. - on-line (ekran) mütaliəsi 18 5.8. - ədəbi növ, janr, mövzu, dil və üslub xüsusiyyətlərinin nəzərə alınması 19 5.9. - kitabın texniki – texnoloji səviyyəsinin nəzərə alınması 20 6. TÖVSİYƏ SİYAHILARINA DAİR ƏLAVƏ MƏSLƏHƏTLƏR 21 7. MÜSTƏQİL MÜTALİƏ 22 – 23 8. SƏMƏRƏLİ MÜTALİƏNİN TƏŞKİLİNƏ DAİR BƏZİ TÖVSİYƏLƏR 24 – 25 9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR 26 10. MƏNBƏLƏR. ƏDƏBİYYAT 27 11. MÜNDƏRİCAT 28
  • 28. S O N Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir R.Dekart