SlideShare a Scribd company logo
1 of 2
Təhsildə elektron resurslar İ nsan fəaliyyətinin bütün sahələrində, kompyuter texnologiyalarının tətbiqi,
yeni elmin və fənnin – informatikanın yaranmasına səbəb oldu. Bu termin, ilk dəfə 60-cı illərdə Fransada
istifadə edilmişdir. İngilis dilli ölkələrdə ona, compyuter science (kompyuter texnologiyası elmi) sinonimi
uyğundur. Ölkəmizdə informatika, müstəqil sahə kimi fəaliyyət göstərir və bir neçə ildir ki, müstəqil fənn
kimi məktəblərdə tədris olunur.
İnformatika insan fəaliyyətinin saxlanılması və ötürülməsi prosesini kompyuter vasitəsilə müəyyən edir.
Lakin kompyuterin gücü insanların və onların malik olduqları biliklərin sayəsində müəyyən edilir.
İnformatikanın öyrənilməsi prosesində yalnız kompyuterdən istifadə etmək deyil, həmçinin onun
istifadəsini ətraf aləm haqqında bilgilərin alınması üçün yönəltmək də mühüm yer tutur.
Müasir məktəbdə bu, çətin peşələrdən biri sayılır. İnformatika müəllimi davamlı olaraq yeni kompyuter
texnologiyalarının yaranmasına, onlarla iş, dəyişən üsullar, yeni proqramların meydana gəlməsi və
inkişafına nəzarət edib, məlumat toplamalıdır.
Elektron təhsil resursları, dərs materiallarının elektron cihazlar vasitəsilə təqdim olunmasıdır. ETR
deyəndə informasiya, texniki və proqram təminatı və elektron nəşrlər başa düşülür. Digital təhsil
resurslarına – rəqəmsal şəkillər, videofraqmentlər, statik və dinamik modelləri, interaktiv
modelləşdirmə, xəritələr, səs yazmaları, simvolik obyektlər və qrafika, mətn sənədləri və digər zəruri
tədris materialları daxildir.
Ə müasir və səmərli təhsil üçün lazım olan elektron təhsil resursları, kompyuter vasitəsilə yaradılır. Ə
n
n
sadə elektron təhsil resursları – qrafik mətnlərdir. Onlar, adi kitablardan əsasən mətn və illüstrasiyaların
təqdimat formasına görə fərqlənir: məlumatlar kağız üzərində deyil, kompyuter ekranında təqdim
olunur. Lakin ekrandakı görüntünü kağız üzərinə köçürmək, çap etmək çox asandır.
Elektron təhsil resurslarının digər qrupu da qrafik mətndir, lakin mətn naviqasiyasında əhəmiyyətli
fərqlər var. Kitabın səhifələrini bir ardıcıl, bir növ xətti naviqasiya həyata keçirərək, oxuyuruq. Bu zaman
bizə mənası məlum olmayan söz və ya terminlə rastlaşırıq. Belə hallarda kitabın başqa səhifəsinə və ya
yeni bir kitaba keçid etmək lazım gəlir. Kitab belə hallarda, çox asan vasitə sayılmır. Bir neçə yeni kitaba
və ya müxtəlif yerdə izahatlara baxmaq lazım gəlir. Elektron resurslarda isə bu səpkigə məsələlərin həlli
çox asan olur. Anlaşılmayan termini qeyd edərək açılan pəncərədə saniyə ərzində onun açıqlamasını
görmək olar.
Elektron resursların üçüncü səviyyəsi vizual və ya audio fraqmentlərdən ibarətdir. Kitabla bu resurslar
arasında olan formal fərqlər göz qabağındadır: heç bir səs, film, animasiya poliqrafik (çap) nəşrlərdə
mümkün deyil.
Ə əhəmiyyətli fərqlər, multimedia elektron resursları adlandırılan resurslarda mövcuddur. Bunlar, təhsil
n
üçün yaradılan ən güclü və maraqlı məhsullardır ki, bura mətn, şəkillər, video, audio və digər rəqəmsal
funksiyalar daxildir.
Multimedia ingilis sözü olub, “bir çox yol” deməkdir. Bizim anlatmaq istədiyimiz halda bu, tədris
mövzularının bir çox müxtəlif yollarla, yəni qrafika, foto, video, animasiya və səslə təqdim olunmasıdır.
Başqa sözlə, bu məlumatlar, insanın gözlə və eşitmə orqanı vasitəsilə qəbul edə biləcəyi məlumatlardır.
Bu gün “multimedia” termini geniş istifadə olunur, buna görə də onu tam olaraq anlamaq vacibdir.
Məsələn, tanınmış media player, şəkil, video, audio və mətnləri növbəli şəkildə nümayiş etdirə bilir.
Elektron təhsil resurslarının mühüm üstünlüyü, onların, tələbənin fərdi öyrənməyini təmin etməsindədir.
Multimedia sistemindən istifadə edərək, müəllimlər şagirdlər üçün öz təlim kursları və müəllif hüquqları
olan fərdi təhsil proqramlarını yarada bilərlər.
Elektron təhsil resursları şagirdlərə nə verir? İlk növbədə həqiqətən öyrənmək imkanı. Bildiyimiz kimi
təlim prosesi iki hissədən ibarətdir: müəllimin iştirakı ilə təlim və müstəqil yerinə yetirilən ev tapşırıqları.
Bu vaxta qədər ev tapşırıqları, məlumatın yadda saxlanmasından və ya əzbərlənməsindən, mətnlərin və
düsturların tərtib olunmasından ibarət idi. Elektron təhsil resursları dərsin öyrənilməsi üçün daha üstün
praktik şərait yaradır, yəni bu zaman şagird muzeylərə virtual səyahətlər edə bilər, laboratoriya işlərini
həll edərək, həmin anda cavabların düzgün olub-olmadığını özü yoxlaya bilər. Yəni sərbəst şəkildə öz
bilik və bacarıqlarının nə səviyyədə olduğunu müəyyən edə bilər.
Elektron təhsil resurslarının müəllimlərə faydası:
* qeydlər yazmağa ehtiyac yoxdur;
* yoxlama dəftərlərinə ehtiyac olmur, tapşırıqlar kompyuterdə edilir və yerindəcə onun vasitəsilə
obyektiv qiymətlindirilir;
* sinifdə nizam-intizam yüksək səviyyədə olur, çünki şagirdlər ya kompyuter vasitəsilə çalışır, ya da
ümumi müzakirəyə qoşulur.
Biz ümid edirik ki, elektron təhsil resurslarının istifadəsi həm şagirdlərin, həm də müəllimlərin daha
keyfiyyətli fəaliyyətinə zəmin yaradacaq və bu da təhsildə daha yüksək nəticələr əldə etməklə
nəticələnəcək.

More Related Content

Similar to 1 etr

Book ve and sosila servises (1)
Book  ve and sosila servises (1)Book  ve and sosila servises (1)
Book ve and sosila servises (1)Turkan1
 
Layi̇he ki̇tab
Layi̇he ki̇tabLayi̇he ki̇tab
Layi̇he ki̇tableyli2016
 
Elektron tehsil
Elektron tehsilElektron tehsil
Elektron tehsilnaib06
 
Teqdimat 05.04.2012
Teqdimat 05.04.2012Teqdimat 05.04.2012
Teqdimat 05.04.2012BSU
 
Distant təhsil -Elektron tehsil
Distant təhsil -Elektron tehsilDistant təhsil -Elektron tehsil
Distant təhsil -Elektron tehsilAzer Hesenzade
 
Master klass
Master klassMaster klass
Master klasszekiyye1
 
Master klass
Master klassMaster klass
Master klasszekiyye1
 
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogruVeb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogrutehsil20131
 
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogruVeb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogrukonul74
 
Sosial servis tedris
Sosial servis tedrisSosial servis tedris
Sosial servis tedrismekteb31
 
Müxtəlif İnternet Resurslar Təqdimatı
Müxtəlif İnternet Resurslar TəqdimatıMüxtəlif İnternet Resurslar Təqdimatı
Müxtəlif İnternet Resurslar TəqdimatıArzu Melikova
 
Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014MirNamik
 
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...AzerbaijanJournalofE1
 

Similar to 1 etr (19)

Sosial servis teqdimat
Sosial servis teqdimatSosial servis teqdimat
Sosial servis teqdimat
 
Book ve and sosila servises (1)
Book  ve and sosila servises (1)Book  ve and sosila servises (1)
Book ve and sosila servises (1)
 
Layi̇he ki̇tab
Layi̇he ki̇tabLayi̇he ki̇tab
Layi̇he ki̇tab
 
Elektron tehsil
Elektron tehsilElektron tehsil
Elektron tehsil
 
Teqdimat 05.04.2012
Teqdimat 05.04.2012Teqdimat 05.04.2012
Teqdimat 05.04.2012
 
Ikt
IktIkt
Ikt
 
Ikt
IktIkt
Ikt
 
Teqdimat 05.04.2012
Teqdimat 05.04.2012Teqdimat 05.04.2012
Teqdimat 05.04.2012
 
Distant təhsil -Elektron tehsil
Distant təhsil -Elektron tehsilDistant təhsil -Elektron tehsil
Distant təhsil -Elektron tehsil
 
Master klass
Master klassMaster klass
Master klass
 
Master klass
Master klassMaster klass
Master klass
 
10101veb
10101veb10101veb
10101veb
 
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogruVeb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
 
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogruVeb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
Veb 2.0 passi̇v təhsi̇ldən akti̇v təhsi̇lə dogru
 
Sosial servis tedris
Sosial servis tedrisSosial servis tedris
Sosial servis tedris
 
Müxtəlif İnternet Resurslar Təqdimatı
Müxtəlif İnternet Resurslar TəqdimatıMüxtəlif İnternet Resurslar Təqdimatı
Müxtəlif İnternet Resurslar Təqdimatı
 
Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014
 
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...
 
Təqdimat proqram
Təqdimat proqramTəqdimat proqram
Təqdimat proqram
 

1 etr

  • 1. Təhsildə elektron resurslar İ nsan fəaliyyətinin bütün sahələrində, kompyuter texnologiyalarının tətbiqi, yeni elmin və fənnin – informatikanın yaranmasına səbəb oldu. Bu termin, ilk dəfə 60-cı illərdə Fransada istifadə edilmişdir. İngilis dilli ölkələrdə ona, compyuter science (kompyuter texnologiyası elmi) sinonimi uyğundur. Ölkəmizdə informatika, müstəqil sahə kimi fəaliyyət göstərir və bir neçə ildir ki, müstəqil fənn kimi məktəblərdə tədris olunur. İnformatika insan fəaliyyətinin saxlanılması və ötürülməsi prosesini kompyuter vasitəsilə müəyyən edir. Lakin kompyuterin gücü insanların və onların malik olduqları biliklərin sayəsində müəyyən edilir. İnformatikanın öyrənilməsi prosesində yalnız kompyuterdən istifadə etmək deyil, həmçinin onun istifadəsini ətraf aləm haqqında bilgilərin alınması üçün yönəltmək də mühüm yer tutur. Müasir məktəbdə bu, çətin peşələrdən biri sayılır. İnformatika müəllimi davamlı olaraq yeni kompyuter texnologiyalarının yaranmasına, onlarla iş, dəyişən üsullar, yeni proqramların meydana gəlməsi və inkişafına nəzarət edib, məlumat toplamalıdır. Elektron təhsil resursları, dərs materiallarının elektron cihazlar vasitəsilə təqdim olunmasıdır. ETR deyəndə informasiya, texniki və proqram təminatı və elektron nəşrlər başa düşülür. Digital təhsil resurslarına – rəqəmsal şəkillər, videofraqmentlər, statik və dinamik modelləri, interaktiv modelləşdirmə, xəritələr, səs yazmaları, simvolik obyektlər və qrafika, mətn sənədləri və digər zəruri tədris materialları daxildir. Ə müasir və səmərli təhsil üçün lazım olan elektron təhsil resursları, kompyuter vasitəsilə yaradılır. Ə n n sadə elektron təhsil resursları – qrafik mətnlərdir. Onlar, adi kitablardan əsasən mətn və illüstrasiyaların təqdimat formasına görə fərqlənir: məlumatlar kağız üzərində deyil, kompyuter ekranında təqdim olunur. Lakin ekrandakı görüntünü kağız üzərinə köçürmək, çap etmək çox asandır. Elektron təhsil resurslarının digər qrupu da qrafik mətndir, lakin mətn naviqasiyasında əhəmiyyətli fərqlər var. Kitabın səhifələrini bir ardıcıl, bir növ xətti naviqasiya həyata keçirərək, oxuyuruq. Bu zaman bizə mənası məlum olmayan söz və ya terminlə rastlaşırıq. Belə hallarda kitabın başqa səhifəsinə və ya yeni bir kitaba keçid etmək lazım gəlir. Kitab belə hallarda, çox asan vasitə sayılmır. Bir neçə yeni kitaba və ya müxtəlif yerdə izahatlara baxmaq lazım gəlir. Elektron resurslarda isə bu səpkigə məsələlərin həlli çox asan olur. Anlaşılmayan termini qeyd edərək açılan pəncərədə saniyə ərzində onun açıqlamasını görmək olar. Elektron resursların üçüncü səviyyəsi vizual və ya audio fraqmentlərdən ibarətdir. Kitabla bu resurslar arasında olan formal fərqlər göz qabağındadır: heç bir səs, film, animasiya poliqrafik (çap) nəşrlərdə mümkün deyil. Ə əhəmiyyətli fərqlər, multimedia elektron resursları adlandırılan resurslarda mövcuddur. Bunlar, təhsil n üçün yaradılan ən güclü və maraqlı məhsullardır ki, bura mətn, şəkillər, video, audio və digər rəqəmsal funksiyalar daxildir.
  • 2. Multimedia ingilis sözü olub, “bir çox yol” deməkdir. Bizim anlatmaq istədiyimiz halda bu, tədris mövzularının bir çox müxtəlif yollarla, yəni qrafika, foto, video, animasiya və səslə təqdim olunmasıdır. Başqa sözlə, bu məlumatlar, insanın gözlə və eşitmə orqanı vasitəsilə qəbul edə biləcəyi məlumatlardır. Bu gün “multimedia” termini geniş istifadə olunur, buna görə də onu tam olaraq anlamaq vacibdir. Məsələn, tanınmış media player, şəkil, video, audio və mətnləri növbəli şəkildə nümayiş etdirə bilir. Elektron təhsil resurslarının mühüm üstünlüyü, onların, tələbənin fərdi öyrənməyini təmin etməsindədir. Multimedia sistemindən istifadə edərək, müəllimlər şagirdlər üçün öz təlim kursları və müəllif hüquqları olan fərdi təhsil proqramlarını yarada bilərlər. Elektron təhsil resursları şagirdlərə nə verir? İlk növbədə həqiqətən öyrənmək imkanı. Bildiyimiz kimi təlim prosesi iki hissədən ibarətdir: müəllimin iştirakı ilə təlim və müstəqil yerinə yetirilən ev tapşırıqları. Bu vaxta qədər ev tapşırıqları, məlumatın yadda saxlanmasından və ya əzbərlənməsindən, mətnlərin və düsturların tərtib olunmasından ibarət idi. Elektron təhsil resursları dərsin öyrənilməsi üçün daha üstün praktik şərait yaradır, yəni bu zaman şagird muzeylərə virtual səyahətlər edə bilər, laboratoriya işlərini həll edərək, həmin anda cavabların düzgün olub-olmadığını özü yoxlaya bilər. Yəni sərbəst şəkildə öz bilik və bacarıqlarının nə səviyyədə olduğunu müəyyən edə bilər. Elektron təhsil resurslarının müəllimlərə faydası: * qeydlər yazmağa ehtiyac yoxdur; * yoxlama dəftərlərinə ehtiyac olmur, tapşırıqlar kompyuterdə edilir və yerindəcə onun vasitəsilə obyektiv qiymətlindirilir; * sinifdə nizam-intizam yüksək səviyyədə olur, çünki şagirdlər ya kompyuter vasitəsilə çalışır, ya da ümumi müzakirəyə qoşulur. Biz ümid edirik ki, elektron təhsil resurslarının istifadəsi həm şagirdlərin, həm də müəllimlərin daha keyfiyyətli fəaliyyətinə zəmin yaradacaq və bu da təhsildə daha yüksək nəticələr əldə etməklə nəticələnəcək.