SlideShare a Scribd company logo
1 of 52
Böyük məktəblilərin psixoloji
xüsusiyyətləri və bu dövrdə rast
gəlinən əsas problemlər
Nərmin Quliyeva
Proqram
• Yeniyetməlik böhranı
• Davranış problemləri
• Ünsiyyət pozuntuları
• Təlim motivasiyası
Yeniyetməlik böhranı
• Ayselin 13 yaşı var. Valideynləri Ayselin son zamanlar ifadə etdiyi
davranışlarından narazıdır. Bununla yanaşı Ayselin əhvalı adətən
neqativ istiqamətdə olur. Bu baxımdan psixoloqa müraciət edilir.
Ailə və Uşaqla aparılan söhbətlərdən sonra Ayseli narahat edən
problemlərin bir qismi müəyyən olunur. Aysel başa düşülmədiyini,
daxilən özünü tənha hiss etdiyini, tez-tez ətrafda baş verənləri analiz
etdikdə, insanların bir-birnə qarşı münasibətlərindən çox
təəsirləndiyini bildirir. Həyatın çox ağır olduğunu dilə gətirir.
Bununla yanaşı öz xarici görünüşü ilə bağlı da məslələr onu çox
narahat edir. Ən böyük istəyi 1 il öncəki kimi, özünü şən və xoşbəxt
hiss etməkdir.
Keysin analizi
• Keysi analiz etdiyimiz zaman birmənalı şəkildə Ayselin psixoloji böhran
vəziyyətində olduğu qənaətinə gələ bilərik. Yaxşı böhran nədir? Nəyə
görə yeniyetmə böhran vəziyyəti yaşayır? Böhrandan çıxış yolu nədir?
Gəlin bu məsələlərə aydınlıq gətirək
• Psixologiya elmi üçün maraqlı məsələlərdən biri psixoloji böhran problemidir. XIX əsrin
sonundan etibarən psixoloji böhran problemi psixoloqların və əlaqəli sahələrin
mütəxəssislərinin diqqətini özünə cəlb etmiş və psixoloji böhran problemi ilə bağlı bir sıra
nəzəriyyələr irəli sürülmüşdür. Bununla yanaşı psixoloji böhran anlayışının ədəbiyyatda və
praktikada geniş istifadə olunmasına baxmayaraq, bu anlayışın şəxsiyyətin inkişafı ilə
bağlı məsələləri nəzəri baxımdan kifayət qədər işlənməmişdir. Bu baxımdan müasir
dövrdə psixoloji böhran hallarının şəxsiyyətin inkişafının yaş, cins və s. xüsusiyyətləri ilə
bağlı araşdırılmalar davam etməkdədir.
• Hazırki şəraitdə istər ümumi şəkildə cəmiyyətə, istərsə də ayrı-ayrı ailələrin və şəxslərin
həyat keyfiyyətlərinə təsir edən böhran vəziyyətlərinin artması müşahidə olunur. Böhran
vəziyyətlərinin mənfi nəticələrindən ən acınacaqlısı intihar hallarının artmasıdır. İntihar
14-15 yaşlarında hər iki cins üçün ölüm səbəbləri arasında birincilər sırasında durur.
Böhran vəziyyətləri aqressiv davranışın formalaşmasına, sosio-kultural amillərin təsirinin
artmasına ayrı-ayrı kateqoriyalı şəxslərə (məsələn, qaçqınlara, xroniki xəstələrə) neqativ
təsir göstərir.
• Hal-hazırda “Böhran vəziyyəti” anlayışı şəxsiyyətin fəaliyyət imkanlarına son dərəcə
yüksək tələblər qoyan reaksiya kimi başa düşülür. Bu reaksiyalar sırasına sağlamlığı pozan,
həyati təhlükə yaradan problemlər: ailə quruluşunda, yaxud statusunda dəyişikliklər
yarada bilən amillər, şəxsin yaşadığı qrupda rolunun dəyişməsi millətə və ya mədəniyyətə
təhlükə və s. aiddir. Stressin və təhrikedici hadisənin intensivliyi insanın uyğunlaşma
imkanlarından üstün olur. Beləliklə, böhran vəziyyətləri sosial və ya bioloji tələbat və onu
qənaətləndirmək imkanı arasında yaranmış parçalanma nəticəsində meydana çıxır.
• Bildiyimiz kimi, şəxsiyyətin inkişafı fərdin ömrünün sonunadək mərhələli şəkildə davam
edir və hər yaş mərhələsinin özünəməxsus yeni çətinlikləri meydana gəlir ki, bu da
şəxsiyyət böhranı kimi təzhür edir. Böhran vəziyyəti hər bir insanın şəxsi inkişafının
ayrılmaz hissəsidir, bu dövr şəxsiyyətin inkişafına maksimal təsir göstərir, şəxsin
inkişafının gələcək yönəlişliyini təmin edir. Ən əsas hallardan biri budur ki, psixikanın
zənginləşən və mürəkkəbləşən inkişafı stabil və davamlı proses deyil. Bu ara verən bir
prosesdir və burada böhranlarda qaçılmaz haldır. “İnkişaf böhranı” anlayışı L.S.Vıqotski
tərəfindən XX-əsrin 30-cu illərində işlənib və uşaq psixikasının inkişafında keçid
dövrlərinin öyrənilməsində istifadə edilib. Vıqotskiyə görə inkişaf böhranları 2 yaş
mərhələsinin toqquşması dövründə yaranır və əvvəlkinin bitməsini və növbəti
mərhələnin başlamasını bildirir. Ontogenezin hər yaş mərhələsində toplanan psixoloji
dəyişikliklər yeni psixoloji inkişaf səviyyəsinə keçidi hazırlayır. Hər əvvəlki mərhələnin yeni
törəmələri növbəti dövrün inkişafı zamanı psixikanın formalaşması üçün əsasa çevrilir.
Uşaq psixologiyasında ən çox adı çəkilən böhranlar 3, 7 və 12-16 yaşda baş verir.
• “İnkişaf böhranları” ilə sıx bağlı olan digər təsəvvür L.S.Vıqotski tərəfindən
irəli sürülmüş “Inkişafın sosial vəziyyəti” haqda tezisdir. 1932-1936-cı illərdə
L.Vıqotski psixoloji termin kimi bu anlayışı uşağın psixikasının inkişafının
təhlilinin çıxış nöqtəsi kimi daxil edir. L.Vıqotski anlayışında inkişafın sadəcə
mühit deyil, hər yaş dövrünə xas xarici şərait və daxili inkişaf proseslərinin
xüsusi birləşməsidir. O bu mərhələdə yaranan psixoloji törəmələri və psixi
inkişafı şərtləndirir. Artıq qurulmuş, yaranmış inkişaf situasiyasının
dağılması və yenisinin yaranması böhranlı inkişaf mərhələlərinin əsas
məzmunudur.
• L.Vıqotski və onun şagirdləri (A.N.Leontyev, L.İ.Bojoviç, və b.) tərəfindən
müxtəlif yaş mərhələlərində psixi analizin inkişaf sxemi işlənib. Bu təhlil bir
sıra vacib məqamı aşkar edir :
1. artıq yaranmış sosial situasiyanın xüsusiyyətləri, onun daxili təzadları
2. onun yeni sosial situasiya daxilində qurulma prosesi
3. bu dövrdə yaranan əsas psixoloji törəmələr(6, s.88)
• Psixologiyanın formalaşması dövründə qanuni keçid mərhələsi kimi inkişaf böhranını təhlil edən
L.Vıqotski bu dövrdə uşağın həyatında yaranmış dəyişikliklərə xüsusi diqqət yetirir. O qeyd edir ki,
uşağın dünya haqda fikirləri genişlənir, onun fəaliyyətinin əməli və məna aspektləri zənginləşir.
Uşağın yeni, artmış imkanları ona qarşı artıq qurulmuş tələblərlə ziddiyyətə girir. Bu əsas ziddiyyət
uşağın ümumi davranış konturunda ifadə olunur. L.İ.Bojoviç qeyd edir ki, böhran dövründə uşağın
davranışı dəyişir: onlar sözə baxmır, nadincləşir, konfliktli olur, bəzən də aqressiv olur. Bu
emosional reaksiyalar böhrandan əvvəlki etapın sonunda formalaşan uşağın daxili
məmnuniyyətsizliyi, vacib tələbatların frustrasiyalarının sübutu kimi özünü göstərir. Hər yeni
inkişaf mərhələsi ilə uşağın ictimai münasibətlər sistemində tutduğu yer dəyişir və bununla
əlaqədar uşağın ətrafa, özünə “daxili pozisiyası” dəyişir. Artıq ontogenezin hər yaş mərhələsində
öz məzmun spesifikasına malik olan sınma baş verir. Uşaq psixikasında yaranan sonrakı problemlər
də məhz bununla sıx bağlı olur. Xasiyyətnaməsində dayanacağımız növbəti məqam Vıqotski -
Leontyev - Luriya tərəfindən işlənilmiş şəxsiyyət haqqında təsəvvürdür. A.N.Leontyevin
təsəvvürlərinə əsasən şəxsiyyət - uşağın ontogenik inkişafının sonrakı məhsuludur. Çünki şəxsiyyət
olmaq üçün dünya ilə daha geniş əlaqə yaratmalı, bütövlükdə ona və elementlərinə xüsusi
yanaşma olmalıdır. Şəxsiyyətin əsasında iyerarxiyalı fəaliyyət sistemi və bunun arxasında dayanmış
motivlər durur. Bu motivlərin bir-birinə uyğunlaşması yalnız müəyyən bir inkişaf mərhələsində
yaranır, ona görə də insan çox gec şəxsiyyətə çevrilir .
• A.N.Leontyev şəxsiyyətin 3 parametrini ayırır:
1. İnsanın dünya ilə əlaqəsinin genişliyi
2. Motivlərin mərhələlənmə dərəcəsi
3. Şəxsiyyətin ümumi strukturu
• A.N.Leontyevə görə, fiziki faktorlar şəxsiyyətin xarakteristikasına daxil deyil, o yalnız
şəxsiyyətin bu və ya digər istiqamətdə formalaşması və dəyişməsinə təsir edə bilər.
A.N.Leontyev göstərir ki, şəxsiyyətin təhlili zamanı ilkin şərtlərlə kifayətlənmək lazım
deyil, fəaliyyətin inkişafından, onun konkret forma və növlərindən, onların bir-birilə
qarşılıqlı əlaqəsindən çıxış etmək lazımdır, belə ki, onların inkişafı bu ilkin şərtlərin
mənasını qəti surətdə dəyişir (1975). Bizim fikrimizcə, bu məqamlar xroniki somatik
xəstəlik dövründə insanın psixikasının dəyişməsinin təhlili zamanı ifadə oluna bilər. Böyük
yaşlı adamın psixoloji inkişafını öyrənən psixoloji tədqiqatlar çox azdır. Yaşlı insanda
inkişaf böhranları mümkündür. Onlar yeni inkişaf mərhələsinə keçidi və ya psixikanın
zəifləməsini bildirir. Onların məzmununu inkişafın sosial situasiyası təşkil edir. Burada ən
vacibi artıq yaranmış aktual sosial inkişaf situasiyasında ziddiyyətlərin toplanmasıdır
(məsələn, dünya ilə məna əlaqələri və imkanlar arasında xarici, mükəmməlliklə inkişafın
daxili şərtləri arasında). Ədəbiyyatlarda qeyd olunur ki, uşaqlarda inkişaf böhranları ilə
müqayisədə yaşlılıq böhranlarının bir çox xüsusiyyətləri var. Onların yaşa kəskin aidiyyatı
yoxdur, onlar situasiyadan asılı təhrik olunur; onların keçmə dinamikası müxtəlif ola bilər,
onlar tədricən hazırlana bilər və əgər sosial inkişaf situasiyasında kəskin dəyişiklik olarsa,
qəfil də baş verə bilər. Böhranların ümumi nəticəsi əvvəlki inkişaf mərhələlərinə xas
olmayan bir sıra psixoloji törəmələrin yaranmasıdır.
• Böhran-insanın öz daxili aləmi və ətraf mühitə narazılığından doğan uzunmüddətli ruhi
vəziyyətidir və o insan üçün ən fundamental, həyat üçün əhmiyyətli olan dəyərlərə və
təlabatlar sferasına təsir edir, güclü emosional həyəcanla müşayiət olunur və insanın
daxili həyatında dominantlıq edir. Böhranla bağlı irəli sürülən nəzəriyyələrdən çıxış
edərək üç növünü ayırd edilir: Maddi böhranlar; sosial böhranlar; ruhi böhranlar.
Yaşanan bütün böhran halları şəxsiyyətin strukturunda dəyişikliyə gətirib çıxarır və hər
biri öz daxili məzmununa malikdir.
• Psixoloji böhran halları 3 qrupa bölünür:
1. Yaş böhranları
2. İtki və ayrılıq böhranları
3. Travmatik böhranlar
• “Yaş böhranları” psixi funksiyaların, davranış modellərinin,
köhnə, artıq ömrünü yaşamış münasibətlərin dağılması və yenilərinin
formalaşmasının surətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss
olunmayan, yavaş-yavaş baş verən dəyişiklik, böhtan dövründə uşağın
şəxsiyyətində sıçrayışabənzər dəyişikliklər, sınmalarla əvəz olunur.
Təkcə ayrı-ayrı hisslər deyil o, bütövlüklə dəyişir. Böhran dövründə
uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa
düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir.
Böhran dövrlərinin təsnifatı aşağıda təqdim olunur:
• 1 yaşın böhranı (çağalıq yaşından körpəlik yaşına keçid zamanı) - Bu dövran çağalıqdan erkən uşaqlığa keçid mərhələsidir.
Uşaq aktiv olaraq iməkləməyə, yeriməyə, ətraf aləmi öyrənməyə başlayır. Nəzərə alınmalıdır ki, bu dövrdə uşağın hər
istəyinin həyata keçməməsi, öz valideynləri və digərlərindən tez-tez “olmaz” kəlməsini eşitməsi güclü emosional
reaksiyanın, etirazın yaranmasına səbəb ola bilər. Böhran dövrlərində belə neqativ halların qarşısının alınması üçün həmin
müddətdə valideynin vəzifəsi uşağa bir az müstəqillik vermək, bir az səbirli olmaq, ən əsası isə dözüm nümayiş
etdirməkdən, bu gün nəyə isə “olar” deyib, icazə verdiyinə sabah “olmaz” deyib, qadağan qoymaq kimi halları aradan
qaldırmaqdan ibarət olmalıdır. Əsas yenilik uşaq “nitqi”, başqa sözlə avtonom nitqdir. Həmin nitq öz səslənməsi, mənası
ilə böyüklərin nitqindən fərqlənir və çox vaxt uşaqla birlikdə yaşayanlara aydın olur.
• 3 yaşın böhranı (körpəlik yaşından məktəbəqədər yaşa keçid zamanı) Uşağın həyatının ən çətin və dönüş anı hesab olunur.
Bu isə uşağın yaş müstəqilyi və aktivliyi ilə bağlıdır. 1 yaş böhranında olduğunu kimi bu dövrdə də hər şey valideynin
sədrindən və tez uyğunlaşmasından çox asılıdır.
• Əgər uşaqla münasibət qurmaq mümkün olmursa, onun təşəbbüsü böyüklərin rəğbətini qazanmırsa, tələb etdiyi
müstəqilliyə nail ola bilmirsə, bu zaman böhran göstəriciləri meydana çıxır. Bunlar aşağıdakılardır:
Neqativizm - uşaqlar, xüsusilə böyüklərin onlardan istədikləri etmirlər.
İnadkarlıq - bu, heç də o demək deyil ki, uşaq nəyi isə həddən artıq çox istəyir, sadəcə olaraq, o, böyük adamın onun fikri ilə
hesablaşmasını istəyir.
Höcətlik - bu, erkən uşaqlıqda qurulmuş bütün münasibətlər sisteminə, ailədə qəbul olunmuş tərbiyə normalarına qarşı
yönəlmişdir.
• Həmçinin uşaq üçün əziz və adət olunmuşların dəyərsizləşməsi baş verə bilər.
• Uşağın müstəqil davranmağı öyrənməsi, əşyalarla manipulyasiya etməyi bacarması, həmçinin nitqə yiyələnərək aktiv
danışmağa başlaması və ona deyilənləri başa düşülməsi 3 yaş böhranının nəticəsidir.
• Bu yaş dövründə böyüklərin dəstəyi çox vacibdir. Uşaqların bu dövrdə tənqidə kəskin reaksiya
verdiklərini nəzərə alaraq onları nailiyyətlərinə görə tərifləmək, həmçinin nöqsanlarına çox yumşaq
şəkildə nəzərlərinə çatdırmaq lazımdır.
• 6-7 yaşın böhranı (məktəbəqədər yaşdan məktəb yaşına keçid) - Bu dövrdə yaranmış böhran
vəziyyəti uşağın məktəb həyatına daxil olması ilə bağlıdır. Rolların, həmçinin aparıcı fəaliyyətin
dəyişməsi, yəni oyunun təlimlə əvəz olunması böhrana doğru aparan amillərdəndir.
• Nüfuzlu, etibarlı şəxslər başqaları ilə əvəz olunurlar: əgər əvvəllər valideynlər uşaq üçün ən
hörmətli, etibarlı şəxslər idisə, indi həm də fikri validenlərin fikrindən daha vacib hesab olunan digər
şəxs - müəllim peyda olur. 7 yaş böhranında əsas yenilik özünə sevgi və özünüqiymətləndirmənin
(çox vaxt qeyri-adekvat) yaranmasıdır. Özünüqiymətləndirmə məktəbdəki müvəffəqiyyətsizlik və
nailiyyətlərdən asılı olaraq yüksək, yaxud aşağı ola bilər. Bu, yaşanmış müvəffəqiyyətsizlikdən
formalaşan komplekslər, yaxud özünü əhəmiyyəti hiss etmə ilə müşayiət olunur. Uşaq bu günə
qədər ona məlum olmayan emosiyalar və narahatçılıqlar keçirməyə başlayır, onun yeni hədəfləri və
arzuları yaranır. Həmçinin uşaq səmimiliyinin itirilməsi baş verir. O, hərəkət etməzdən öncə götür-
qoy edir, keçirdiyi narahatçılıq hissini başqalarına biruzə verməməyə çalışır.
• Yeniyetməlik yaşının böhranı- 3 yaşın böhranı kimi yeniyetməlik dövrü də uşaq həyatının dönüş anı
hesab olunur. Bu dövrdə onlarla çoxlu fizioloji, emosional dəyişikliklər baş verir (orqanizmin
mütənasibliyi dəyişir, endokrinoloji dəyişikliklər baş verir, cinsi göstəricilər yaranır, əhvalın dəyişməsi
ilə bağlı ürəyin və ciyərlərin fəaliyyətində çətinliklər meydana çıxa bilər). Etibarlı, nüfuzlu şəxslər
dəyişir. Əgər bu vaxta qədər uşaq üçün valideyn və müəllim nüfuzlu şəxslər idisə, yeniyetməlikdə
yaşıdlar daha vacib olur, onlarla ünsiyyət isə əsas fəaliyyətə çevrilir. Uşaq öz bədəni və orada baş
verən dəyişikliyi qeyri-adekvat qəbul edərək, buna ögey münasibət bəsləyə bilər.
• Bu böhran dövrünün əsas nailiyyəti və yeniliyi özünü təhlil etmənin
yaranmasıdır. Yeniyetmədə dünyagörüşü formalaşır. Bu zaman yaxın
qohumların dəstəyi, tənqidin olmaması, ruhlandırılma çox vacibdir,
tez-tez onun uğurlarını qeyd etmək lazımdır.
• Böhran yalnız uşaqların inkişafında deyil, həm də böyük insanlarda
da müəyyən yaş dövrlərində baş verir. Böhranlar insan yaşa dolduqca
onun inkişafına, öz imkanlarını və xüsusiyyətlərini daha yaxşı tanımağa
və düzgün qiymətləndirməyə kömək edir.
• Psixoloji böhranların digər katiqoriyası olan İtki və ayrılıq böhranları
yaxın adamın ölümü ilə bağlı yaranmış psixoloji sarsıntı zamanı
meydana çıxır.
• Aşağıdakı mərhələləri var: Şok, qəzəb və haqsızlıq hissi, qəm və
təəssüf, bərpa
Travmatik böhranlar
gözlənilmədən şəxsin hazır olmadığı şəraitdə baş verən, onun adət etdiyi gündəlik
həyat tərzini pozan qısamüddətli yaxud uzunmüddətli təsir nəticəsində yaranmış
böhranlardır. Iki növü var:
• Təbii fəlakətlər nəticəsində yaranmış travmalar (zəlzələ, daşqın, sunami və s.)
• İnsanlar tərəfindən törədilən travmatik hadisələr (zorakılığın bütün növləri, cinsi
istismar,müharibə, terror və s.)
Psixoloji böhran fərdin inkişafının bütün böhran dövrlərində üç mərhələdə keçir:
• Neqativ mərhələ (köhnə vərdişlərin, stereotiplərin, əvvəldə formalaşmış
strukturlarının dağılması)
• Böhranın kulminasiya nöqtəsi (bu yeniyetməlik yaşlarında bir qayda olaraq,13-
14 yaşında baş verir, ancaq fərdi formada özünü göstərir);
• Böhranlı fazadan sonrakı dövr (bu zaman yeni strukturlar, yeni münasibətlər və s.
formalaşır)
• Daxili böhran xarici münaqişələrlə müşayiət oluna bilər, lakin münaqişəli inkişafın
aradan qaldırılması yeni vasitələrə yiyələnməkdən keçir, yeni həyat sferalarının
mənimsənilməsi, imkanların genişlənməsi meydana çıxır. Əgər yeni tələbat xarici
sosial tələblər tərəfindən boğularsa, böhran bu zaman kəskinləşə və uzana bilər.
Böhrandan çıxışın necə – konstruktiv və ya dekonstruktiv olacağını müəyyən
etmək üçün böhran situasiyasını təhlil etmək zəruridir. Bu zaman psixoloji
böhranın məzmuna, şəxsin böhrana münasibətinə, böhranın uzunluğu və inkişaf
müddətinə diqqət yetirmək lazımdır.
• Böhranın vəziyyəti intellektual və emosional sahələrdə baş verən özünüdərk işinin
gələcək inkişafını təmin edir, münaqişənin həlli isə şəxsiyyətin inkişafının
göstəricisi kimi çıxış edir. Lakin, digər tərəfdən, böhran əsəb pozğunluqlarına
səbəb ola bilər. Beləliklə, çətinlik meydana gəlir, problem əvvəlki fəaliyyət
üsullarının pozulmasına səbəb olur, gərginlik yaranır, problemin həllinin köhnə
üsullarının yoxlanılması gedir, əgər onlar adaptiv deyilsə, gərginlik güclənir.
Sonrakı mərhələdə problemin dərki üçün xarici və daxili resursların cəlb edilməsi
baş verir ki, bunun da nəticəsi aşağıdakılar olur: problemin yenidən nəzərdən
keçirilməsi və vəziyyətdən çıxış; vəziyyətin mümkün yollarla həllinin qeyri-
mümkün olması və sistemin növbəti pozuntusu, problemin həllindən uzaqlaşma
və ya destruktiv çıxış. Bu zaman klinik problemlər meydana gələ bilir.
Böhran vəziyyətlərinin klinik aspektləri
• Böhran vəziyyətlərinin klinik aspektlərinə nəzər saldıqda bir faktı
nəzərə almaq lazımdır ki, əksər hallarda böhranın müəyyən
mərhələsində yardıma ehtiyacı olan və böhranın müəyyən
fazalarından keçərək əvvəlki vəziyyətinə qayıdan adaptasiya olunmuş
şəxsdən söhbət gedir. Belə hallarda insanı “xəstə” hesab etmək, yəni
tibbi diaqnozun qoyulması və ənənəvi müalicəsinin təyin olunması
məqsədə müvafiq hesab olunmur. Böhran vəziyyətində rast gəlinən
pozuntulara aşağıdakıları aid etmək olar.
Kəskin stresə reaksiya (F43.0)
• - güclü psixoloji və ya fiziki stressorun bilavasitə təsirindən 1 saata qədər
vaxt keçdikdən sonra meydana çıxır. Bu vəziyyət nəzərə çarpan vegetativ
simptomlarla: taxikardiya, əzələlərin tremoru, tənginəfəslik, ürəkbulanma,
abdominal diskomfort, başgicəllənmə, reallıq hissinin itirilməsi, ölüm
qorxusu və digər pozuntularla xarakterizə olunur. Bu əlamətlər diqqətin
zəifləməsi, dezorentasiya, təşviş və ümidsizlik hissi ilə müşayiət olunur. Bir
çox hallarda stress keçirmiş adamlar oyanıq və həddən artıq fəal olurlar.
Yaxud emosiyaların biruzə verilməsini kultural standartlarına uyğun
olmayan formada ifadə edirlər. Stressorun təsiri kəsildikdən 8 saat sonra
sadalanan əlamətlər getdikcə azalır. Lakin stressorun təsiri keçməsə belə
əlamətlər 48 saatdan gec olmayaraq azalacaq. İfadəolunma dərəcəsinə
görə kəskin stressdə reaksiya yüngül, orta və ağır dərəcələrə bölünür.
Travmadan sonrakı stress pozuntusu (TSSP)
(F43.1)
• istənilən adamda böhran vəziyyəti yarada bilən son dərəcə təhlükəli
xarakterli vəziyyətdə yaşadıqda və ya onu artıq keçirdikdən sonra meydana
çıxır. Bu halda təkcə stress faktorunun xarakteri deyil, həmçinin onun
davametmə müddəti insanın xarakteri ilə sərtləşdirilmiş şəxsiyyətin bu
stressə qarşı zəif olub-olmaması mühüm əhəmiyyət kəsb edir. TSSP-nin
əlamətləri rəngarəng sarışın xatırlamalarla (flash back) xarakterizə olunur
ki, bunlar da yuxugörmələrdə və ya psixotravma ilə assosiasiya olunan
şərait təsir göstərdikdə, tez-tez təkrar olunur. İnsan var qüvvəsi ilə keçirmiş
olduğu vəziyyəti xatırladan şeylərdən uzaqlaşmağa çalışır. Eyni zamanda
yuxusuzluq aqressiyanın artması, diqqəti cəmləşdirməyin çətinləşməsi,
bütün reflekslərin güclənməsi, hipersteriya qeyd olunur. Psixi travma ilə
əlaqədar hadisələrin psixogen amneziyası xarakterik əlamət kimi nəzərə
çarpır. TSSP-nin əlamətləri stressogen situasiyadan 6 ay müddətində və ya
stressin sonunda meydana çıxır.
Fəlakətli hadisədən sonra xroniki şəxsiyyət
dəyişməsi (F62.0)
• Şəxsiyyətin strukturunda dəyişikliklər şəklində özünü göstərən uzunmüddətli
gedişli böhran vəziyyətləri insanın ətraf mühiti və özünü qavramasını, əhval-
ruhiyyəsini, davranışını, xüsusilə onun ətrafdakılarla münasibətlərini əhatə edir.
İnsanlara qarşı düşmənçilik və inamsızlıq, sosial izolyasiya, o cümlədən, boşluq və
ümidsizlik hissi əmələ gəlir. Bu hiss uzunmüddətli depressiv əhval-ruhiyyə
ətrafdakıların dəyişilmiş və fərqli olması duyğusu ilə müşayiət olunan yaxın və
doğmalardan yüksək asılılığa gətirib çıxarır. Daimi daxili gərginlik və xaricdən
təhlükə hissi çox vaxt alkoqol və digər psixoaktiv maddələrdən sui-istifadəyə
səbəb olur.
• Fəlakətli hadisədən sonra xroniki şəxsiyyət dəyişməsi diaqnozu 2 ildən az
olmayaraq davam etdikdə müəyyən oluna bilər. Travmadan sonrakı stress
pozuntusu diaqnozu qoyularkən simptomların ümumilikdə 4 ildən az olmayan
müddətdə davam etməsi nəzərdə tutulur.
• Anoloji dəyişikliklər fiziki və psixi xəstəliyin bir və ya bir neçə epizodundan sonra
da müşahidə edilə bilər.
Uyğunlaşma pozuntusu (F43.2).
• Gündəlik praktikada rast gəlinən böhran vəziyyətləri fəlakətlərlə bağlı olmur. Daha çox
hallarda böyük əhali kütlələrinə deyil, ayrı-ayrı şəxslərə aid olan psixososial stressorlar
mühüm əhəmiyyət kəsb edir. Bunlara ailədə və işdə olan münaqişələr, qeyri-qənaətbəxş
mənzil-məişət şəraiti, maddi çətinliklər və s. aiddir. Nəticədə müddəti 1 aya qədər olan
qısa depressiv reaksiya (F43.20) , müddəti 2 ilə qədər olan depressiv reaksiya (F43.21),
qarışıq təşviş depressiya reaksiyası (F43.22) və yaşdan və sosial situasiyadan asılı olaraq
aqressiv və antisosial hərəkətlər şəklində təzahür edən davranış pozuntusu (F43.24)
meydana çıxır.
• Yuxarıda təsvir olunan pozuntulardan başqa böhran vəziyyətləri təşvişli-fobik, depressiv,
somatoform, dissosiativ və kəskin psixotik pozuntu şəklində də özünü göstərə bilər.
• Yeniyetməlik böhranının məzmuna müxtəlif nəzəri yanaşmaların təhlili ehtimal etməyə
imkan verir ki, ümumi, qlobal məsələ inkişafın şəxsi istiqamətinin axtarışı və gələcək fərdi
obrazın müəyyən olunmasıdır: “Mən kiməm və mən hara gedirəm?” Bu gələcək
məktəbəqədər uşaq və kiçik yaşlı məktəbli üçün kifayət qədər dəqiq və praqmatik təsvir
olunub, lakin yeniyetmə üçün bu gələcək çoxvariantlı və çətin müəyyən olunan olur.
Yetişən koqnitiv strukturlarının, təkminləşən çoxölçülü təhlil bacarığının, məntiqi
əlaqələrin, refleksiya və sərbəstliyin fonunda bu məsələ dərinlik və əhatəlik qazanır [1].
• Dəyişən müvəqqəti perspektiv, uzaq gələcəyə yönəlmə və özü haqqında açıq
təsəvvürlər yaş böhranını gücləndirir. Böhran vəziyyətinin yaranmasına və
inkişafına təsir edən əsas amil yeniyetmədə baş verən fiziki və koqnitiv
dəyişikliklərdir. Beləliklə, biz kiçik yeniyetməlik yaşında baş verən böhran
vəziyyətinin gedişatına təsir edən ümumi dəyişiklikləri aşağıdakı kimi göstərə
bilərik:
1. Psixikanın struktur dəyişiklikləri. Mədəni- tarixi yanaşma mövqeyindən yeni
yaşa keçid psixikanın struktur dəyişiklərini nəzərdə tutur. Bu dəyişikliklər
psixikada əvvəlki yaş dövründə yaranan yeniyaranmaların baş verməsi
nəticəsində mümkün olmuşdurlar. Dəyişikliklər inkişafın vacib məsələləri,
şəxsiyyət və şüur sahəsində gələcək yeniyaranmaların formalaşması üçün
yaranan şəraitlər ilə bağlı olan psixikanın struktur komponentlərində baş
verirlər. Kiçik yaşlı yeniyetmələr üçün şüurun inkişafı və ya E.Eriksonun
terminoloqiyada uyğunluğun qurulması belə sahədir[3;40].
2. Əvvəlki rollardan imtina, özü barədə təsəvvürlər, onların yenidən nəzərdən
keçirilməsi və yeni səviyyədə mənimsənilməsi vasitəsi ilə uyğunluğun
formalaşması. Dərk edilmiş “Mən”in strukturunun qurulması refleksiya,
differensasiya olunmuş özünüqiymətləndirmə, psixi proseslərin sərbəstliyinə
əsaslanır və özünü təyinat, özünün axtarışı, şəxsiyyətin keyfiyyətlərinin və
bacarıqlarının dərk olunmasını özündə cəmləşdirir.
3. Yeni cismiliyin mənimsənilməsi, cinsi yetişmənin qəbul olunması və yeni cinsi uyğunluğa keçid
(qadın/kişi), seksual və gender rolların qəbul olunması və mənimsənilməsi.
4. Böhran halları köhnə, adət edilmiş münasibətlərindən imtina neqativizm, davranışda, özünə və
ətrafdakılara qarşı münasibətdə mənfi meyilləri ehtimal edir.
Kiçik yaşlı yeniyetmələrin neqativizmi, ilk növbədə, ətrafda olanlar tərəfindən “Mən”in adət edilmiş
formada qəbul olunmasından imtinada, özü və valideyn təsiri barədəsində fikrinin mənfi
dəyişdirilməsində təzahür olunur.
5. Valideynlərdən ayrılma, emosional, koqnitiv, davranış differensiasiyasının intensivliyinin artması.
Kiçik yaşlı yeniyetmənin nailiyyətlər baxımından valideynlərdən ayrılması həmyaşıdlarla
münasibətlərin üstünlüyün olması və bu münasibətlərin əhəmiyyətli, mənalı kimi qəbul olunması,
eyni zamanda böyüklərin, ilk növbədə, valideynlərin təsirindən və nəzarətindən azad olunma və
özünün sərbəstliyinin, müstəqilliyinin, böyüklüyünün yaşaması yeniyetmənin inkişafında sosial
şəraitin dəyişməsinə gətirib çıxarır.
6. Həmyaşıdlarla ünsiyyət yeniyetmənin çoxsaylı təlabatlarının təmin olunma mənbəyi
(təhlükəsizlik, qəbul olunma, affiliasiya, hörmət, özünüdərk etmə və özünüreallaşdırma təlabatı) və
şəxsiyyətin (bütöv uyğunlyuq, şəxsi desentrallıq, müstəqillik, mənəviyyat, böyüklük hissi)
formalaşma mənbəi kimi çıxış edir.
7. İctimai münasibətlərə daxil olma, eyni zamanda baş verən sosiallaşma və individuallaşma,
peşəyönümlülük, peşəseşmə arasında olan ziddiyətlərin öhdəsindən gəlmək.
8. Dəyərlər sisteminin dəyişdirilməsi, dünyaya və münasibətlərə qarşı şəxsi qiymətləndirici baxışın
formalaşması, formal məntiq əsasında dünyagörüşü əsaslarının və fərdi mövqein yaradılması.
9. Yeniyetmənin şəxsiyyətinin müvəqqəti perspektivinin dəyişməsi, keçmişin və gələcəyin
sərhədlərinin genişlənməsi, nəsil ilə uyğunlaşma, inkişaf perspektivinin modelləşdirilməsi
Problem
• konkret şəraitdə insanın həmin an üçün topladığı bilik və təcrübədən
istifadə etməklə mövcud çətinliklərin və ziddiyyətlərin həllinin qeyri-
mümkün olduğunun dərk edilməsidir. Ona görə də, böhranın səbəbini,
dayaq nöqtəsini tapmaq və şəraiti olduğu kimi qəbul eləmək üçün
kənardan bilik və təcrübəyə tələbat yaranır. Hər bir insanın həyat yolu,
onun şəxsiyyət kimi inkişafı potensialların əvəzlənməsi və özünü
təzahüretmə formaları ilə müşayiət olunur. Böhran halı həmişə gərginlik
doğurur, özündə stress və qeyri-müəyyənlik ehtiva edir. Böhran insanın
vərdiş etdiyi hər hansı mövcud yaşayış formasının itməsini bildirir və onun
üçün hələlik məlum olmayan yeni yaşayış formasına keçmək imkanı yaradır.
Böhran halı o zaman təhlükəli olur ki, şəxs bu vəziyyətdən çıxa bilmir ,
böhran halını qəbul etmək və onunla mübarizə aparmaq iqtidarında olmur.
Belə hallarda, psixoloji yardım mütləqdir.
Psixoloji yardım
• Uşaq inkişafında ən dərin yaş böhranı kimi səciyyələnən yeniyetmlik dövründə psixoloji yardımın
bəzi məslələrindən bəhs etmək istərdim.
• Yeniyetməlik bioloji olaraq pubertant ilə başlanan və sosial, zehni, cinsi inkişaf ilə birlikdə
mücərrəd təfəkkür və fikir irəli sürmək bacarığının inkişaf etdiyi sosial fəqrliliklərə həssaslığın
artdığı bir mərhələdir. Beyinin inkişafı uzun zaman davam edir və kamilləşmə fərdi fərqlərə bağlı
olaraq həyata keçir. İnkişaf davamlı olaraq dəyişmələrlə xarakterizə olunur, lakin bununla yanaşı
qeyd edək ki, yeniyetmələrin çoxu dəyişikliklərə mərhələli şəkildə uyğunlaşır və xüsusilə
müstəqilliklə bağlı yaşadıqları böhran və mübarizələr sürəklilik göstərmir. Yeniyetmələrdə normal
funksionallığa təsir edən düşüncə, duyğu və davranış pozuntularında psixoloji və psixiatrik müalicə
indeksi vardır. Yeniyetmələrdə ailə və dostluq münasibətlərində, məktəb fəaliyyətində problemlər,
qida, yuxu pozulmaları müşahidə edilə bilər. Şizofreniya, bipolyar pozuntu, zərərli maddələrin
istifadəsi, yemə pozuntusu kimi psixiatrik pozuntular adətən yeniyetməlik dövründə başlayır.
• Statistik göstəricilərə əsasən məlum olmuşdur ki, son dövrlər tamamlanmamış intihar riski çox
sürətli şəkildə yeniyetməlik dövründə yayılmaqdadır. Məlumdur ki, yeniyetməlik dövründə
müəyyən dərəcədə stress normal xarakter daşıyır və psixi pozuntusu olmayan yeniyetmələrin çoxu
bu vəziyyətlə rahat şəkildə üzləşib, mövcud vəziyyətə qalib gələ bilir. Bəzən kiçik yaş dövründə
meydana gələn psixi pozuntular yeniyetməlik dövründə kəskinləşir və yeniyetmələr özlərini
məhdudlaşdırılmış, tənha hiss edir, neqativ əhval-ruhiyyədə olurlar.
• Mütəxəssis və valideynlər yeniyetmələrin baxış bucağına uyğun bir pəncərə tapmalı və onların özünüdərkinə
qarşı həssas davranmalıdılar. Eyni yaş qrupundakı yeniyetmələr emosional yetkinlik baxımından fərqlənə
bilərlər. Şəxsiyyətin inkişafı, cinsi aktivliyin başlaması, gələcək ilə əlaqəli məqsədləri həyata keçirmək üçün
plan qurmaq yeniyetmə dövrünə xas məsələlərdir.
• Dövrümüzdə yeniyetmələrdə məktəb göstəriciləri və sosial əlaqələrdə uğur sağlam funksionallığın əsas
göstəricisidir. Zəka baxımından normal, ancaq akademik olaraq geriləmələr göstərən və ya yaşıdlarından
təcrid olunmuş bir yeniyetmədə nəzərəçarpan dərəcədə psixoloji pozuntular müşahidə edilə bilər. Sözsüz ki,
belə hallarda bu vəziyyəti yaradan səbəblər araşdırılmalıdır. Psixoloji məsləhət və psixoterapiya vasitəsi ilə
yeniyetmələrin bu dövrdə rastlaşdıqları bir çox problemləri aradan qaldırmaq mümkündür.
• Psixoloji yardımın bu iki bölməsinin fərqləndirilməsi çətin vəzifədir. Məsləhətdə olduğu kimi, psixoterapiyada
da eyni professional biliklərdən istifadə olunur; klientin və psixoterapevtin şəxsiyyətinə təqdim edilən
tələblər eynidir; məsləhətdə və psixoterapiyada istifadə olunan prosedurlar yenə da bənzərdir. Nəhayət,
birinci və ikinci hallarda klientə yardım məsləhətçi ilə (psixoterapevt) klientin qarşılıqlı təsirinə əsaslanır.Bu iki
sahəni fərqləndirməyin çətinliyi səbəbindən bəzi təcrübəçilər “psixoloji məsləhət” və “psixoterapiya”
anlayışlarını sinonim kimi götürürlər və bunu psixoterapevtin və məsləhətçi-psixoloqun fəaliyyətinin oxşarlığı
ilə əsaslandırırlar.
• Bir halda ki, çox ölkələrdə mövcud bu peşə nümayəndələri ayrıca fəaliyyət göstərirlər, onları heç olmazsa
qismən bir-birindən ayıracaq əsaslar tapmaq vacibdir. Məsləhət və psixoterapiyanın oxşarlığından danışarkən
Bramer və Shostrom(1982) kontinuumun iki qütbü fikrini üstün tuturlar. Bir tərəfdə professionalın işi
kliyentin şüur səviyyəsində həll olunan və kliniki sağlam fərdlərdə yaranan situasion problemlərə toxunur. Bu
məsləhət sahəsini əhatə edir. Digər tərəfdə kliyentin şüursuz səviyyədə keçən proseslərinə, şəxsiyyətin
strukturunun yenidən təşkilinə istiqamətlənən problemlərin dərin analizinə təşəbbüs isə psixoterapiya
sahəsini əhatə edir. Tərəflər arasındakı sahə həm məsləhət, həm də psixoterapiya adlandırılacaq fəaliyyətə
məxsusdur.
• Əhatəli psixoloji konsultasiyada yeniyetmə və ailə ilə ayrılıqda görüş təşkil olunmalıdır. Yeniyetmənin
yaşantısına və üzləşdiyi çətinliklərə təsir etməsinə bağlı digər ailə üzvləri də bu görüşlərdə iştrak edə bilər.
• Mütəxəssislər ilk öncə yeniyetmənin psixoloji müayinəsinə üstünlük verirlər. Yeniyetmə ilə optimal əlaqənin
qurulması üçün yeniyetmə dəstəklənməli və valideynlərin təmsilçisi olmaqdan qaçınılmalıdır.
• Böyük yaşlı yeniyetmələrlə tətbiq olunan psixoterapiyada terapevt və valideyn ilkin mərhələdən sonra
adətən çox az ünsiyyət qururlar. Çünki valideynlərlə psixoterapevtin ünsiyyətinin davam etməsi yeniyetmənin
rahat danışmaq istəyini azalda bilər. Yeniyetmələr psixoloji yardım almaqda valideynlərin təziqini hiss edə
bilərlər və buna görə də başlanığıcda özünümüdafiə mövqeyini tuta bilərlər. Konsultant yeniyetmə ilə
terapevtik əməkdaşlıq qurmaq üçün özünü güvəniləcək yardım etməyə çalışan bir insan kimi tanıtmalıdır.
• Yeniyetmələrə psixoloji yardım bir çox yerdə və müxtəlif formalarda tətbiq oluna bilər. Müalicə, fərdi və ya
qrup şəklində aparılır və farmakoloji, psixososial və mühit perspektivində müdaxilələr lazım ola bilər. Tətbiq
ediləcək ən uyğun psixoloji yardım seçimi yeniyetmənin özü, ailəsi və sosial əhatəsi ilə bağlı xüsusiyyətlərə
görə müəyyən olunmalıdır. Yeniyetmələrlə psixoloji və psixiatrik iş zamanı fərdi psixoterapiya,
farmakoterapiya və psixoterapiya, qrup psixoterapiyası, ailə terapiyası ən çox istifadə olunan müalicə
üsullarıdır. Daha mürəkkəb problemlərin həlli üçün son dövrlər populyarlığı artan günərzi xəstəxanalar
fəaliyyət göstərir. Bu xəstəxanalarda yeniyetmələr sinif mühitində fərdi terapiya,qrup terapiyası və digər
proqramlarda iştirak edir və sonra evlərinə geri dönürlər.
• Böhran vəziyyəti ilə üzləşmiş insanlarla psixokorreksiya işinin aparılması şəxsin psixoloji vəziyyətinin ağırlıq
dərəcəsinə müvafiq olaraq dəyişir. Ümumilikdə yaşanan böhran vəziyyətinin nəticəsində yaranmış
problemlərin korreksiyasında psixoloji, nevroloji və psixiatrik müdaxilələr lazım olur. Psixosomatik
pozuntularla müşahidə olunan nevroloji vəziyyətlərdə farmokoloji müdaxilələr vacib hesab olunur. Bununla
yanaşı bu tip problemlərdə psixoloji konsultasiya və terapiyalar yüksək nəticə əldə etməyə imkan verir.
• Sonda qeyd edək ki, İnsan inkişafının müxtəlif dövrlərində yaranan böhran halları sadə məsələ
deyil və öz mürəkkəb psixoloji strukturu və təzahür formalarına görə bir birindən fərqlənir.
Böhran həyatın adət edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu
sistemdən çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli
olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir və onu əhatə
edənlə münasibətləri, əlaqələri həyat tərzini dəyişməyə sövq edir. Böhranın müvəfəqiyyətli həll
olunması və bu problemin öhdəsindən uğurla gəlmək insan üçün həyati əhəmiyyətli məsələ
hesab olunur. Bu zaman bu amil insan üçün yeni, müsbət keyfiyyətlərin yaranmasına səbəb olur.
Beləliklə, həyat böhranı şəxsin həyatını ali, aktual formada, daxilində dərin qarşıdurmanın dərki və
bu qarşıdurmadan çıxmanı bildirir ki, bu da insanın bütün fiziki, psixi, intellektual və mənəvi
qüvvəsinin cəmləşdirilməsini tələb edir. Bu da öz növbəsində insanın inkişafında yeni bir
mərhələnin əsasını qoyur. Bu baxımdan Vıqotskinin fikirləri diqqəti cəlb edir. L.S.Viqotski qeyd
edir ki, böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki, bu da yeni,
ali formaya keçməkdir. Psixoloji böhran yaşayan şəxs bu vəziyyətdən çıxmağı bacarmazsa, bu hal
onda digər psixoloji problemlərin yarananmasına gətirib çıxara bilər. Bu baxımdan şəxs bu
vəziyyətdən çıxa bilmirsə psixoloji yardımdan yararlanmalı və bu halın ona edə biləcəyi mənfi
təsirlərindən qorunmalıdır. Böhranların uğurla aradan qaldırılması sistemə çevrilərək, tədricən
müəyyən şəxsi keyfiyyətlərin formalaşmasına, insanın xüsusi həyat ideologiyasının meydana
çıxmasına, bir növ qalib ssenarisinin yaranmasına gətirib çıxarır. Böhranlardan uğurlu çıxış
təcrübəsini toplayaraq, insan özünə və şəraitə qalib gələrək yaşamağı öyrənir. Əgər insan şəraiti
idarə edirsə, böhranı doğuran problemdən azad olur və bu problemin yaşanması onu daha
mükəmməl, psixoloji cəhətdən adekvat və inteqral edir.
•
DAVRANIŞ POZUNTUSU
• yaşında olan Yusif dərsdən və evdən qaçdığına görə polis tərəfindən saxlanılıb, psixiatrik dəyərləndirilməyə göndərilmişdir. Yusif,
sadəcə olaraq “evdən çıxıb dostlarım ilə görüşmək istəyirəm” şəklində açıqlama vermişdir. Anası həmişə nə etməli olduğunu ona dediyi
üçün evdə onunla olmağı xoşlamırdı. Yusifin anası uşağının keçən il bir neçə dəfə evdən qaçdığını, gecəni icazəsiz çöldə keçirdiyini, lakin
ertəsi gün geri gəldiyini qeyd edirdi. Özünə durmadan problem yaratmasından şikayətlənirdi. Ananın, övladının ilk dəfə 8 yaşından
başlayaraq mağazalardan bir neçə dəfə oğurluq etməsi haqqında da məlumatı var idi. Həmçinin qonşulardan və sinifdə uşaqlardan da
tez-tez oğurluq etməsindən şübhələnirdi. Polisin də artıq məsələyə qarışdığı gecəni çöldə keçirmək, qonşulardan və dükanlardan
oğurluq etmək, marixuana çəkmək kimi bir neçə hadisə yaşanmışdı. Yusif çox tez əsəbləşirdi, anası keçən il bir neçə dəfə ətrafda
qarışdığı mübahisələr olduğunu deyirdi. Yusif qardaşına qarşı da amansız davranırdı, onu ələ salırdı, sataşırdı. 6 yaşında olanda alovla
oynamaqdan çox böyük həzz alırdı, hətta bir neçə dəfə kiçik yanğınlar da törətmişdi, xoşbəxtlikdən yaralanan ya da zədə alan
olmamışdı. Ana Yusifin işə yaramaz atası kimi olduğunu, kaş ki, onu dünyaya gətirməmiş olmasını arzu etdiyini ağlayaraq qeyd elədi.
Yusif əvvəlcə danışmaqdan imtina etsə də sonra suallara cavab verməyə başladı. Evdə hər hansı bir istismar olmadığını, sadəcə belə
istədiyi üçün evdən qaçdığını dilə gətirirdi. Ancaq sorğu sual bir az daha davam etdikdən sonra 6-8 yaş arasında anasının ikinci həyat
yoldaşı ilə birlikdə yaşadıqlarını və həmin adamın əsəbləşəndə onu kəmərlə döydüyü məlum oldu. Yusif davranışlarının sadəcə
əylənmək üçün olduğunu qeyd edirdi. Mübahisələrin qarşı tərəf tərəfindən başladıldığını deyir, heç bir alətdən istifadə etmədən bir
gəncin də burnunu qırdığını fəxrlə dilə gətirirdi. Yusifin sinif rəhbərinin qeydlərində 2-ci sinifdə olanda fərdi dərslərə ehtiyac duyulduğu
qeyd olunmuşdu, 1-ci sinifdə olanda isə Diqqət Əskikliyi və Hiperaktivlik əlamətləri baxımından dəyərləndirildiyi göstərilmişdi.
Metilfenidat (ritalin) müalicəsi başladılmış lakin sonra ailə müalicəyə davam etməmişdi. Hal-hazırda heç bir müalicə almırdı. Yusif hal-
hazırda 6-cı sinifdə xüsusi təhsil sinfində idi, 5-ci sinifdə qalıb və sinifi təkrar oxumuşdu. Qiymətləri çox aşağı olduğuna görə yenə də 6-cı
sinfi təkrar oxumaq məcburiyyətində qalmaq ehtimalı vardı. Əvvəlki incələmələrdə 5 yaşında ikən “Uşaq Müdafiə Cəmiyyətinin” ailəni
qeydiyyata aldığını, o və qardaşının gecə gec saatlarda analarından xəbərsiz ayaqyalın küçədə tapıldığı müəyyən edilmişdir. Ailə dəstək
üçün mütəxəssisə yönləndirilmiş, lakin görüşlərə gedilməmişdir. Yusifin hər iki valideyninin də spirtli içki və maddə istifadəsi keçmişi
vardı. Hamiləlik planlı deyildi və ana hamiləlik boyunca maddə istifadə etmişdi. Yusif dünyaya gəldikdən qısa bir müddət sonra anası və
atası ayrılmış, nəticədə ana onunla birgə öz ailəsinin yanına köçmüşdür. Ana Yusifin davranışlarının dözülməz olduğunu, hətta onun
davranışlarına görə tez-tez ətrafdakılar tərəfindən qınaq obyektinə çevrildiyini təəssüf hissi ilə bildirmişdir.
KEYSİN ANALİZİ
• Yuxarıdakı keys DSM V diaqnostik meyarlarına əsasən qiymətləndirilərsə Yusifdə davranış pozuntusu olduğu
qeyd oluna bilər. Yusifin davranış problemləri, ilk dəfə 5 yaşında özünü göstərməyə başladı. Bu da, Yusifin
davranış pozuntusu diaqnozunu uşaqlıqda başlayan tip kateqoriyasına aid edir. Çünki, əlamətlər 10 yaşından
öncə özünü göstərməyə başlamışdır. Yusifdə davranış pozuntusunun 4 kateqoriyasının hər birinə rast gəlmək
mümkündür. İnsanlara və heyvanlara qarşı hücum kateqosiyasındakı, tez-tez başqalarına kobudluq etmək,
gözdağı vermək və ya başqalarını hədələyərək gözünü qorxutmaq, tez-tez dava-dalaş salmaq, başqalarını
ağır yaralaya biləcək əşyalardan istifadə etmək (məsələn daş, şüşə parçası, bıçaq, silah), insanlara qarşı
qəddar davranmaq meyarları onun davranışlarında var idi. Əşyalara zərər vermək kateqoriyasındakı qəsdən ,
bilərəkdən yanğın çıxartmaq meyarındakı davranış pozuntusu əlaməti 6 yaşında olanda özünü göstərmişdir.
Fırıldaqçılıq, ya da oğurluq katerqoriyasındakı davranış pozuntusu əlaməti isə, ilk dəfə 8 yaşında başlayaraq
mağazadan, sinif yoldaşlarından, qonşulardan periodik şəkildə oğurluq edərək görünmüşdür. Qaydaları ciddi
ölçüdə pozma kateqosiyasındakı valideynlərinin qadağalarına baxmayaraq 13 yaşından başlayaraq tez-tez
gecələr çöldə qalmışdır. Yusif 12 yaşında dəfələrlə həm evdən, həm də dərsdən qaçma hallarına görə polis
tərəfindən saxlanılıb müayinəyə göndərilmişdir. Qeyd olunan bütün bu əlamətlər artıq 1 ildən çoxdur ki,
özünü büruzə verdiyinə görə Yusifə davranış pozuntusu diaqnozu qoyula bilər. Yusifin davranış
pozuntusundan əvvəl 1-ci sinifdə olanda Diqqət Əskikliyi və Hiperaktivlik əlamətləri baxımından
dəyərləndirildiyi də göstərilmişdi. Metilfenidat (ritalin) müalicəsi başladılmış, lakin sonra ailə müalicəyə
davam etməmişdir.
• Yusifin hər iki valideyninin də spirtli içki və maddə istifadəsi keçmişi var və həmçinin hamiləlik planlı deyildi
və ana hamiləlik boyunca maddə istifadə etmişdir. Bundan əlavə Yusif 6-8 yaş arasında anasının ikinci həyat
yoldaşı ilə birlikdə yaşayıblar və həmin adamın əsəbləşəndə onu kəmərlə döyərək istismara məruz qoyması
Yusif üçün əlverişsiz mühit hesab olunaraq davranış pozuntusu riskini artırmışdır.
DAVRANIŞ POZUNTUSU
• Davranış pozuntusu başqalarının təməl haqlarının önəmsənmədiyi, cəmiyyət qaydalarının pozulduğu
antisosial davranışlarla özünü göstərən davranışlara deyilir. Davranış pozuntusu, idarəsiz davranışları ehtiva
edir. Bu davranışların içində təcavüzkarlıq, oğurluq, hücum, şiddət, yalan danışmaq və əşyalara zərər vermə
kimi hərəkətlər var. Bunların sıxlığı, ciddiliyi uşaqların və yetkinlərin sərgilədiyi davranışların tamamilə
kənarındadır və bir-birindən fərqlənir. Davranış pozuntusu sıx yaşanan problemlərdən biridir. Uşaqlarda ən az
1 əlamətin xüsusiyyətlərinin 10 yaşından öncə başlanması ilə görünərkən, yeniyetmələrdə isə tam əksinə 10
yaşına qədər heç bir əlamətin görünmədiyi hallarda da ortaya çıxa bilər. Davranış pozuntusunda şəxs
davranışdan peşmanlıq çəkməz. Əksinə şəxs bu davranışların nəticəsində hissiz və laqeyd hərəkət edir.
Mütəxəssisə müraciət edən valideynlərin bir çoxu uşaqlarının tez-tez mübahisəni başladan tərəf olduqlarını,
həmyaşıdlarına qarşı mərhəmətsiz davrandıqlarını, ətrafdakı insanların əşyalarına zərər verdiklərini, oğurluq
etdiklərini, evdə ya da məktəbdə qaydalara riayət etmədiklərini dilə gətirirlər. Bu tip davranışlar içində uşaq
və yeniyetmələr ilk olaraq aqressiv davranışlarına görə psixoloji qiymətləndirməyə yönləndirilirlər. İmpulsiv
davranışlar uşaqlarda inkişafın forması olaraq normal qəbul edildiyi halda uşaqlıq dövrünün sonlarına doğru
bu davranışlar şiddətlənərsə və ya davam edərsə müdaxilə edilməsi vacibdir. Eyni zamanda erkən uşaqlıq
dövründən başlayaraq həmyaşıdlarının, ailə üzvlərinin təməl haqlarını pozaraq aqressiv davranışlar
sərgiləyən uşaqlarda, bu davranışlar zamanla yerini müəyyən başqa bir davranış pozuntusu ilə əvəzləyə bilər.
• Ümumiləşdirsək, davranış pozuntusu fərdə, ailəyə və cəmiyyətə neqativ istiqamətdə təsir edən başlıca
xüsusiyyətləri digər insanların təməl haqlarının, eyni zamanda cəmiyyətin qayda və qanunlarının tez-tez və
təkrar şəkildə pozulmasıdır.
• Problemli davranışların bir çox fərqli səbəbləri ola bilər. Yetişkinlər içində davranış pozuntusunun
görülmə sıxlığı 15%-ə qədərdir. Uşaq və yeniyetmələrdə 11%, əlverişsiz mühitlərdə yaşayan uşaq
və yeniyetmələrdə isə bu sıxlıq 20-35%-ə qədər artır. Ədəbiyyatlarda, əlverişsiz mühit dedikdə,
ögey ata və ya anaya sahib olmaq, cəza törətmək, keçmişdə qanun pozuntusu, oğlan və tək
valideynə sahib olmaq, uşaq istismarının və valideynlərdən birinin istismar yaşadığı ailədə
böyümək, ailələr, valideynlər arasındakı uyuşmazlığın olması, anada depressiyanın olması, iki və
daha artıq uşağa sahib ailələr, maddi vəziyyətin aşağı olması, işsizlik, valideynlərin stress
səviyyələrinin yüksək və özünü qiymətləndirmələrinin aşağı olması, sosial dəstəyin qeyri-kafi
olması, geniş ailələr, maddə istifadəsi, yaşadığı mühitdə şəraitin olmaması kimi müxtəlif faktorlar
nəzərdə tutulmuşdur. Və bu sadalananların davranış pozuntusu üçün iki qat risk faktoru hesab
olunduğu qeyd edilir. Davranış pozuntusu əksər hallarda yeniyetməliyə keçid mərhələsində (son
uşaqlıq ilkin yeniyetməlik dövründə) başlayır və 16 yaşından sonra başladığı nadir olaraq görülür.
• Şəxs də davranış pozuntusu olması halında, digər insanların duyğularını, istəklərini, arzu və
gözləmələrini əhəmiyyətli hesab etməz və empatiya yarada bilməzlər. Təcavüzkar şəxslər, digər
şəxslərin niyyətlərini düşməncə və təhdid edici qəbul edərlər. Təcavüzkar reaksiya verərək, bunda
haqlı olduqlarını düşünürlər. Sərt olduqlarından günahkarlıq və peşmanlıq çəkməzlər. Öz etdikləri
yanlış hərəkətə görə başqalarını günahlandırar və onları ələ verərlər. Güclü görünmək istəsələr də,
özlərinə etibarları yoxdur. Gərginlik və əsəb içində olduqlarından, tez-tez qəza edərlər. İntihar
cəhdləri var. Davranış pozuntusu son illərdə artmış və şəhərlərdə daha çox görülməyə başlamışdır.
Oğlanlarda qızlara nisbətən daha çox görülməkdədir. Xəstəliyin proqnozu hər kəsdə fərqlidir.
Müalicə edilən xəstələrin çoxunda yetkinlik yaşında tam sağalma mümkündür, ancaq daha az
qismində davranışlar yetkinlik yaşında da davam edir və bu pozuntu davam edərsə zamanla
antisosial şəxsiyyət pozuntusuna çevrilə bilir. Davranış pozuntusu olan şəxslərdə spirt asılılığı,
şizofreniya, duyğu-vəziyyət pozuntusu, hiperaktivlikdəki kimi problemlər daha çox meydana gələ
bilir.
• Davranış pozuntusunun etimologiyasından bəhs etsək, tək bir səbəbdən bəhs etmək doğru deyildir. Davranış
pozuntusu ətraf şərtlərin və genetik faktorların təsirindən meydana gəlir. Genetik və sosial faktorların
birləşərək bu pozuntunun yaranmasına səbəb olduğu düşünülür. Davranış pozuntusu olan uşaqlar daha çox
sosioekonomik cəhətdən parçalanmış ailələrdən gəlir. Bu uşaqlar ailədaxili neqativ yaşantılarla daha çox
qarşılaşır. Davranış pozuntusu olan uşaqların ailələrində spirtli içki istifadəsinə, antisosial şəxsiyyət
pozutusuna, bipolyar pozuntulara, şizofreniya, diqqət əksikliyi, hiperaktivlik və davranış pozuntusuna normal
populyasiyalara nisbətən daha çox rastlanır. Uşaq böyüyərkən heç bir əngəllərlə qarşılaşmadıqda ya da
həddindən artıq səviyyədə cəzalandırıldıqda, bu da davranış pozuntularına yol aça bilər. Xüsusilə də, uşaqlıq
dövrü cinsi təcavüzlər, davranış pozuntusu riskini artırır.
• Davranış pozuntusu ilə məktəbdə dərslərin müvəffəqiyyəti, nitq qabiliyyəti, İQ, problem həll etmə
bacarıqları, sosial münasibətlər arasında əlaqə araşdırılmış və statistik olaraq anlamlı neqativ bir münasibət
tapılmışdır. Müəyyən edilmişdir ki, davranış pozuntusu artdıqca, məktəbdə dərslərin müvəffəqiyyəti, nitq
qabiliyyəti, İQ, problem həll etmə bacarıqları aşağı düşməyə başlayır və sosial münasibətlər zəifləyir. Yəni
davranış pozuntusu olan insanlarda akademik bacarıqlar, xüsusilə yazma və digər verbal (sözəl) bacarıqlar,
yaş və intellekt səviyəsinin aşağı olması müşahidə oluna bilər.
• Xroniki fiziki xəstəliklər (xüsusilə də nevroloji) ya da əlillik hallarının da davranış pozuntusu riskini artırmaqda
olduğu bilinir.
• Aparılan araşdırmalar zamanı davranış pozuntusu olanların frontal və temporal beyin paylarında
anormallıqların olduğu məlum olmuşdur.
• Davranış pozuntusu bir və ya bir neçə psixi pozuntularla görülə bilər: xüsusi öyrənmə pozuntusu, təşviş
pozuntusu, depressiv yaxud bipolyar pozuntu kimi pozuntularla birlikdə görülə bilər. Davranış pozuntusu ilə
birlikdə görülən digər problemlər, oğlanlarda qızlara nisbətən daha çox görülür. Davranış pozuntusu olanların
önəmli bir qismində diqqət əskikliyi və hiperaktivlik görünür. Çoxunda isə eyni zamanda qarşı gəlmə
pozuntusuna da rast gəlinə bilər. Maddə istifadəsi pozuntusu ilə də yaxın əlaqədədir. Əhval və təşviş
pozuntuları da davranış pozuntusu ilə birlikdə görülə bilən pozuntulardandır.
• Bəzi oxşar əlamətlər ola bilər, lakin diqqət əskikliyi və hiperaktiv olan uşaqlar tez-tez hiperaktiv və impulsiv
davranışlar göstərməklərinə baxmayaraq, bu hərəkətlər yaşına uyğun olaraq cəmiyyət qaydalarını,
qanunlarını, sosial normaları və ya digər insanların haqqlarını pozmamalıdır. Qarşı gəlmə pozuntusu olan
uşaqlarda isə digərlərinin haqlarına, cəmiyyətin dəyərlərinə zorakı və antisosial davranışlar yoxdur. Əgər
oxşar davranışlardan əlavə bu davranışlar da görünürsə davranış pozuntusunun da olduğu qeyd oluna bilər.
Digər bəzi oxşar əlamətlərlə aralıqlı partlayıcı pozuntu (İntermittent explosive disorder) da var ki, həm
davranış pozuntusu, həm də aralıqlı partlayıcı pozuntuda hər ikisinə yüksək aqressiya səviyyəsi daxildir. Lakin
aralıqlı partlayıcı pozuntusu olan şəxslərdə impulsiv aqressiya məhduddur və qəsdən baş vermir, bəzi
müəyyən bir məqsədə (məsələn, pul, hökmranlıq, kimisə qorxutma) nail olmaq üçün törədilmiş deyil.
Bipolyar pozuntu və psixolotik pozuntularda da davranış pozuntusuna oxşayan əlamətlər ola bilər, lakin
özlərinə xas əlamətləri ilə davranış pozutusundan xeyli fərqlənirlər.
• Həmçinin, davranış pozuntusu, qarşı gəlmə pozuntusu, diqqət əskikliyi və hiperaktiv pozuntusunun birlikdə
görülmə sıxlıqlarından yola çıxaraq bu pozuntuların ortaq genetik təməlləri paylaşdığı düşünülür. Lakin bu
mövzu daha dərin araşdırılmalı və müzakirə olunmalıdır. Hər birinin özünə aid genetik təməllərinin olduğu və
bir qisminin də ortaq genetik pozuntuları olduğu düşüncəsi qeyd edilir.
• Xəstəliyin müalicəsi çox vaxt yetişkinlik dövründə sağalır daha az nisbətdə isə davam edir və antisosial
şəxsiyyət pozuntusuna çevrilir. Davranış pozuntusu ümumilikdə yeniyetməlik dövründə başlayır, lakin bəzi
hallarda 5-6 yaş dövrlərində də görülə bilər. 16 yaşdan sonra başlaması isə nadir görülən hadisədir. Xəstəliyin
erkən yaş dövrlərində başlaması daha ağır nəticələrə gətirir, belə olan halda antisosial şəxsiyyət pozuntusu
və ya spirtli içki istifadəsi aludəçiliyi riski daha böyükdür. Davranış pozuntusu ilə birlikdə diqqət əskikliyi və
hiperaktivlik pozuntusu olanlarda nəticə daha pis olur, antisosial və zorakılıq məzmunlu davranışlara daha çox
rastlanılır. Davranış pozuntusu olan uşaqlarda irəli yaşlar üçün əhval, təşviş və somatik pozuntuları inkişafı
riski görünür. 15 yaşından öncə maddə istifadəsi olanlarda antisosial şəxsiyyət pozuntusunun yaranma
ehtimali yüksəkdir. Araşdırmalara görə davranış pozuntusu diaqnozu qoyulanların 40%-ə qədərində antisosial
şəxsiyyət pozuntusu inkişaf edir, antisosial şəxsiyyət pozuntusu göstərməyənlərdə (60%-ə qədəri) isə peşə və
sosial fəaliyyətində problemlər özünü göstərə bilər.
• 10 yaşına qədər uşaqlarda davranış pozuntusu yalan danışmaq, oğurluq etmək, aqressiv hücumlar, yerində dura bilməmək, inadçı olmaq və qarşı
gəlmək kimi əlamətlərlə görülə bilər.
• Yalan danışmaq – uşağı yalan deməyə məcbur buraxan çox vaxt valideynlərin, böyüklərin davranışlarındakı və sözlərindəki tutarsızlıqlardır.
Uşaqların həddindən artıq nəzarət altında tutulması onların bəzi istəklərini böyüklərə demədən gerçəkləşdirmək məcburiyyətində qalmasına
gətirib çıxarır. Böyüklərə demədən gerçəkləşdirilən hərəkətlər, uşağın bunu onlardan gizlətməsi üçün yalan danışmasına səbəb olur. Uşağa
həddindən artıq müdaxilələrin edilməsi, onun dünyasına aid hər şeyi öyrənmək istəyi də, uşağı yalana itələyə bilər. Böyüklərin dedikləri yalanlar
da həmçinin uşaqları bu davranışa təşviq edə bilər. Çünki, əksər hallarda uşaqlar davranış qaydalarını böyüklərdən, valideynlərdən nümunə
götürürlər. Valideynlər yalanın pis bir davranış olduğunu dedikləri halda özləri bunu edirlərsə, həm də uşağı buna təşviq edə bilərlər, yəni uşaq
düşünə bilər ki, yalan o qədər də pis bir şey deyil. Digər bir halda isə böyüklər uşağın etibarını itirə bilərlər. Başqa bir səbəb isə uşağın diqqət
çəkmək istəyi ola bilər. Yəni uşaq yalan danışdıqda valideynlər tənbehləmək üçün belə olsa onunla oturub söhbət edir, diqqət yetirirlər. Bu da
uşağın xoşuna gəlir. Uşaq yenə diqqətsiz qaldıqda yalan danışmağa başlayır ki, valideynlərin diqqətini çəkə bilsin. Xüsusilə də bacı-qardaşı varsa
və onlara görə diqqətdən kənarda qalırsa bu şəkildə davranmağa başlayır ki, bu da hər dəfə işə yarayır. Yalan danışmağın qarşısını almaq üçün
uşağa doğru danışmağın faydaları öyrədilməlidir. Eyni zamanda yetişkinlər öz dediklərinə sadiq qalmalı və uşağa düzgün nümunə olmalıdırlar,
yalan danışmamalıdırlar. Uşağa nə həddindən artıq nəzarət və müdaxilələr ediməli, nə də diqqətdən kənar qoyulmalıdır.
• Oğurluq etmək- Uşağın təkrarlanan oğurluq davranışları üstündə mütləq dayanmalı, uşaq və ailə arasındakı səbəblərə baxılmalıdır. Uşağı
oğurluğa təşviq edən bir neçə səbəb ola bilər. Bunlardan biri ona kifayər qədər xərclik verilmədikdə o bu yola üz tuta bilər. Digər bir səbəb isə nə
qədər qəribə olsa da, uşaq özgüvənini artırmaq üçün də oğurluq edə bilər. Yalan danışmaqda olduğu kimi yenə də uşaq diqqət çəkmək üçün də
oğurluq edə bilər. Və yaxud uşaq mülkiyyət qavramını tam anlamamış olarsa, yəni başqalarının əşyasına icazəsiz toxunmağın, götürməyin düzgün
bir davranış olmadığını bilmədiyi halda bu şəkildə davrana bilər. Digər bir halda isə uşaq kimdənsə intiqam almaq üçün bunu edə bilər. Başqa bir
səbəb isə eyniləşməkdir. Əgər həmyaşıdları oğurluq edirlərsə onlara yaxın ola bilmək, münasibət qura bilmək və o qrupa daxil ola bilmək üçün
uşaq da oğurluq edə bilər. Bunun qarşısını almaq üçün ilk növbədə uşaqla düzgün ünsiyyət qurmaq lazımdır. Müəyyən misallar verməklə,
nümunələr göstərməklə bu davranışın düzgün olmadığını izah etmək lazımdır. Həmçinin uşağa mülkiyyət qavramının önəmi başa salınmalı və
nəticələri deyilməlidir. Ailə içində münasibət azdırsa bunu gücləndirmək lazımdır. Uşağın ehtiyaclarını qarşılayacaq ölçüdə xərclik vermək də bu
yolda valideynlərə dəstək ola bilər. Eyni zamanda ətrafda cəlbedici əşyaların qoyulmaması da lazımdır. Uşağın mütləq özünə aid şəxsi bir neçə
əşyası olmalıdır. Onu sahiblənməli və mülkiyyət qavramını əyani şəkildə anlamalıdır. Bu hərəkətə görə uşağa qətiyyən güclü reaksiya, fiziki şiddət
göstərilməməlidir. Əksinə münasib yolla uşağın götürdüyü əşyanı üzr istəyərək geri verməsinə şərait yaradılmalıdır.
• Aqressiv hücumlar- Qızlara nisbətən oğlan uşaqlarında fiziki şiddət, aqressiya daha çox rastlanılan haldır. Oğlan uşaqları
adətən anlaşılmazlıqlarını döyüşərək həll etməyə çalışarlar. Bunun müxtəlif səbəbləri ola bilər. Ailədə uşağa göstərilən
fiziki şiddət, fiziki şiddətin olduğu yayımlar, proqramlar, filmlər və.s, bəzən aqressiv davranışlar böyüklər tərəfindən
həddindən artıq kontrol edilməyə çalışılır və bu da əksinə, uşaqda bu davranışı daha da artırır. Həmçinin bu davranış tərzi
bəzi hallarda əqli-geriliyin və ya hər hansı psixoloji bir pozuntunun simptomu ola bilər. Bu kimi müxtəlif səbəblərdən
yaranan aqressiyanın öhdəsindən gəlmək üçün ilk növbədə uşaqla valideyn arasında fiziki şiddət yerinə, mən dilinin
istifadə edilməsi olduqca vacibdir. Ana, ata, müəllimlər fiziki şiddətdən uzaq durmalıdırlar. Uşağa sakitləşməsi üçün vaxt
verilməli və daha sonra o sakitləşdiyi təqdirdə davranışları ilə bağlı danışmaq lazımdır. Digər bir halda uşaq idmana da
yönləndirilə bilər, o bu istiqamətdə çox uğurlu ola bilər. Aqressiv davranışlar heç bir şəkildə mükafatlandırılmamalıdır.
Uşaq aqressiv davranışları ilə istədiklərini əldə etməməlidir.Belə olduqda bu davranışlar onda möhkəmlənə bilər, əksinə
belə davranışlar davam etdikcə istədiklərini itirə biləcəyini ona göstərmək lazımdır. Uşaqda pozitiv davranış görüldüyündə
mümkün qaydalar çərçivəsində mükafatlandırmaq olar. Uşaq rəsm kimi fəaliyyətlərə də yönləndirilə bilər ki, bu da onun
sinirlərinin sakitləşməsinə kömək edəcəkdir. Uşağa öz-özü ilə danışma, sakitləşdirmək üçün üsullar öyrədilməlidir. Uşağı
aqressiv filmlərdən, oyunlardan, oyuncaqlardan, proqramlardan uzaq tutmaq lazımdır.
• Davranış pozuntusu əlamətlərindən digər biri də çox hərəkətli, yerində dura bilməyən uşaqlardır. Adətən bu uşaqlar üçün
“Hara baxsam onu görürəm” desək yanılmarıq və bunun bir çox səbəbləri vardır. Hipektivlik pozuntusu ola bilər. Uşaqlıq
dövrü xəstəliklərindən sonra da yarana bilər. Beyin toxumasında anadangəlmə və ya sonradan zədələnmə hallarından
qaynaqlanması da səbəblər içərisindədir. Bu şəkildə çox hərəkətli uşaqlarla baş edə bilmək üçün günlük proqram
yaradılmalıdır. Uşaq çox qıcığın olduğu mühitlərdən uzaq tutulmalıdır. Pozitiv davranışları mükafatlandırılmalıdır. Fiziki
cəzalar yerinə təsirli cəzalardan istifadə edilməlidir. Məsələn təpikləmə, dişləmə kimi davranışlar göstərdiyində cəza
olaraq tək buraxılması, bir neçə müddət yalnız qalması təsirli ola bilər. Həddindən artıq hərəkətliliyin olduğu zamanlarda
uşaq başqa bir fəaliyyətə yönləndirilməlidir. Sakitləşdikdə, uşaqla davranışları ilə bağlı danışmaq önəmlidir. Məktəbdə
müəlliminin gözünün önündə, pəncərədən uzaq, lövhəyə yaxın yerdə oturmalıdır. Tapşırıqlarını edərkən tez-tez fasilələr
verilməlidir. Oyun saatı qətiyyən azaldılmamalıdır. Dərs çalışarkən kənar davranışları önləmək üçün sistem yaradılmalıdır
(məsələn müvəffəqiyyət qrafiki kimi). Uzun tapşırıqlar hissələrə ayrılaraq yerinə yetirilə bilər.
• İnadçı və qarşı gələn uşaqlar isə aqressiv hücumlarını passiv yolla dilə gətirən uşaqlardır.
• Yayılması: Bir illik əhalinin yayılması təxminən 2%dən çox 10%ə qədər, orta hesabla 4 % hesab olunur. Davranış
pozuntusunun yayılması müxtəlif ölkələrdə fərqlidir, hansılar ki öz irqi və etnik baxımından asılı olaraq dəyişir. Uşaqlıqdan
yeniyetməliyə qədər yayılma dərəcəsi yüksəlir və kişilərdə qadınlardan çox rast gəlinir.
•
DİAQNOZU:
• Davranış pozuntusunun əsas xüsusiyyəti təkrarlanan və qalıcı davranış modelləridir ki, burada
başqalarının haqları yaxud şəxsin yaşına uyğun sosial normalarının pozulması müşahidə edilir.
Davranış pozuntusu ilk öncə fərdin özünə, daha sonra ətrafına mənfi istiqamətdə təsir etməkdədir.
DSM-5 diaqnostika meyarlarına görə bu davranışlar dörd əsas qrupa bölünür:
1) İnsanlara və heyvanlara qarşı hücum
2) Əşyalara zərər vermək
3) Fırıldaqçılıq ya da oğurluq
4) Qaydaları ciddi ölçüdə pozma
• Diaqnozun qoyulması üçün DSM-5 diaqnostika meyarlar kitabında qeyd olunan davranış
pozuntusu əlamətlərinin son 12 ay içində aşağıdakı kateqoriyaların hər hansı birindən olmaq
üzərə aşağıdakı 15 meyar ölçülərindən ən az biri son 6 ay içində özünü göstərməlidir.
İnsanlara və heyvanlara qarşı təcavüzkarlıq.
1.Tez-tez başqalarına kobudluq edir, gözdağı verir, ya da başqalarını
hədələyərək gözünü qorxudur.
2.Tez-tez dava-dalaş salır.
3.Başqalarını ağır yaralaya biləcək əşyalar istifadə etmişdir (məsələn
daş, şüşə parçası, bıçaq, silah).
4.İnsanlara qarşı qəddar davranır.
5.Heyvalara qarşı qəddar davranır.
6.Kiminsə gözü qarşısında oğugrluq etmişdir (məsələn hücum edərək
oğurluq etmək, silahlı soyğun).
7.Kimisə cinsi fəaliyyətdə olmağa məcbur etmişdir.
Əşyalara zərər vermək:
8. Ağır zərər vermək məqsədiylə qəsdən yanğın törətmişdir.
9. Başqalarının əşyalarına bilərəkdən zərər vermişdir (yanğın törədərək
zərər verməkdən əlavə).
Fırıldaqçılıq ya da oğurluq
10. Başqasının evinə, əmlakına zorla daxil olmuşdur.
11. Əldə etmək, faydalanmaq, mənfəət üçün və ya məsuliyyətlərindən
qaçmaq üçün tez-tez yalan danışmışdır.
12. Başqaları görmədən, sadə olmayan əşyaları oğurlamışdır (məsələn,
mağazadan oğurluq)
Qaydaları ciddi ölçüdə pozma:
13. Valideynlərinin qadağalarına baxmayaraq 13 yaşından başlayaraq
tez-tez gecəni çöldə keçirmişdir.
14. Valideynlərinin ya da məsul şəxslərin evində yaşayarkən ən az 2
gecə evdən qaçmışdır, ya da aradan uzun bir müddət dönməməklə
evdən bir dəfə qaçmışdır.
15. On üç yaşından öncə məktəbdən tez-tez qaçmışdır.
• Bu davranış pozuntusu sosial, məktəb və ya işlə bağlı fəaliyyətlər
nəticəsində klinik əhəmiyyətli bir azalmaya səbəb olur.
• Şəxs 18 yaşında, ya da daha irəli bir yaşdadırsa, antisosial şəxsiyyət
pozuntusu meyarları ilə qarşılaşdırılır.
Alt tipləri :
• Davranış pozuntusunun 3 alt tipi müəyən edilir, hansılar ki, xəstəliyin
başlama yaşına görə təyin olunur.
• Olub olmadığını qeyd ediniz:
312.81 (F91.1) Uşaqlıq dövründən başlayan
tiplər
• : Şəxslər ən az bir əlamətə aid xüsusiyyəti 10 yaşından öncə göstərir.
Başlanğıc davranış pozuntusu olaraq adətən oğlanlarda rast gəlinir,
onlar başqalarına qarşı tez-tez fiziki aqressiya göstərir, bu da öz
yaşıdları ilə əlaqədə çətinliklər yaradır. Bu alt tipə sahib olan bir çox
uşaqda eyni zamanda diqqət əskikliyi, hiperaktivlik, sinir sisteminin
inkişafında çətinliklər müşahidə olunur. Uşaqlıqda başlayan alt tipin
genetik faktorlarla bağlantısı daha çox olduğundan antisosial şəxsiyyət
pozuntusu yaratma riski daha yüksəkdir. Bu uşaqlarda özünə qəsd
düşüncəsi tez-tez görülməkdədir.
312.82 (F91.2) Yeniyetməlik dövründən
başlayan tiplər
• Şəxslər heç bir əlamətə aid xüsusiyyəti 10 yaşından öncə göstərmirlər.
Yeniyetməlikdə başlanan tipdə əlamətlər 10 yaşdan sonra görülür.
Uşaqlıqda başlanan növü ilə müqayisədə davranış pozuntusunda
aqressiv davranışları daha az görülür və adətən həmyaşıdları ilə daha
çox normativ münasibətlərdə olur.
312.89 (F91.9) Başlama vaxtı qeyri-müəyyən
tiplər
• : Davranış pozuntusu diaqnozu üçün meyarları təsdiqləyir, lakin ilk əlamətin 10 yaşından
öncə başlayıb başlamadığını göstərən heç bir sübut yoxdur.
• Davranış pozuntusu başqalarına verilən zərərə və əlamətlərin sayına görə yüngül, orta və
ağır olaraq dəyərləndirilir.
1)Ağır olmayan (yüngül): əlamətlərdən bəziləri ola bilər, lakin bu davranış problemləri
başqalarına olduqca az neqativ təsir göstərir (yalan danışmaq, məktəbdən qaçmaq, hava
qaralandan sonra icazəsiz çölə çıxma, bəzi qaydalara əməl etməmə).
2)Orta dərəcə: davranış problemlərin sayı “ağır olmayana” nisbətdə, daha çoxdur (başqa
birinin gözü qarşısında oğurluq etmək, acımasız davranışlar nümayiş etdirmə).
3)Ağır dərəcəli: Diaqnoz qoymaq üçün lazımi davranış problemlərinin bir çoxu olmalıdır və
ya başqalarına çoxlu miqdarda neqativ təsir gostərməlidir (cinsi istismar, acımasız
davranışlar etmək, heç kim görmədən oğurluq etmək, qapını qıraraq içəri girmək və s.).
• Davranış pozuntusu sosial, məktəb və ya iş ilə bağlı funksionallıqda
klinik olaraq müəyyən zəifliyə gətirib çıxardır.
• Tarixinə nəzər salsaq antisosial davranışlar haqqında fikirlərin
ədəbiyyatlarda 19-cu əsrin əvvəllərindən bəri mövcud olduğunu
görərik. Uşaqlıq və yeniyetməlikdə antisosial və deviant
davranışlardan DSM II də bəhs edilmiş ancaq “davranış pozuntusu”
termini ilk dəfə DSM III də istifadə olunmuşdur. Qeyd edilən 13
kriteriyadan üçünün ən az 6 aydır olması şərti qoyulmuşdur. DSM IV
də “diqqət əskikliyi və deviant davranış pozuntuları” başlığı altında
qeyd olunmuş 15 kriteriyadan ən az birinin son 6 aydır olması, ən az 3
əlamətin isə 12 aydır olması şərti qeyd olunmuşdur. DSM V də həmin
kriteriyalar “deviant, implus təftiş və davranış pozuntuları” adı altında
qorunmuşdur. İCD 10-da isə qarşı gəlmə və davranış pozuntusu üçün
ortaq əlamətlər müəyyən edilmişdir.
Peşmançılıq ya günahkarlıq hiss etməmək
• Səhv bir hərəkət etdiyi zaman özünü pis hiss etmir və ya günahkarlıq
hissi keçirtmir. Həmin şəxs gördüyü işin mənfi nəticələri ilə bağlı
olaraq narahatlıq hiss etmir. Məsələn: insan birini yaraladıqdan sonra
peşmançılıq hiss etmir və ya qaydaları pozduğu zaman nəticələr onu
maraqlandırmır.
Duyğusuzluq–empatiya əskikliyi
• Başqaların duyğusu onu maraqlandırmır, soyuq və heç nəyə fikir
verməyən biri kimi insanda təəssürat yaradır. Öz əməlləri ilə
başqalarına böyük ölçüdə pislik etsə də, həmin davranışların başqaları
üzərində təsirindən çox, öz üzərindəki təsirindən maraqlanır.
Səmimilikdən uzaq və hər zaman duyğularını öz mənfəəti üçün
istifadə edir.
Bir şeyi etmənin narahatçılığını keçirtməmək
• Məktəbdə, iş yerində, ya da hansısa başqa bir yerdə yaxşı bir iş ortaya
çıxara bilməmə və ya yaratdığı problemlə maraqlanmamaq. Ona qarşı
gözləntilər çox olsa da, bir işi yaxşı görmək üçün cəhd göstərmir və
işinin nəticəsi yaxşı olmadıqda başqalarını günahlandırır.
MÜALİCƏSİ:
• Davranış pozuntusunun müalicəsi çox çətin olub, çox istiqamətli bir müalicə tələb edir. Xəstəliyə xüsusi
müəyyən edilmiş psixofarmakolojik müalicə yoxdur. Xəstəliyin əlamətlərinə uyğun dərman müalicəsi tətbiq
edilir. Davranış pozuntusu çox vaxt başqa psixiatrik pozuntularla birlikdə olduğundan dərman müalicəsi
yazılarkən onunla birlikdə digər xəstəliklər də nəzərə alınmalıdır.
• Müalicəni daha da çətinləşdirən xüsusiyyətlər pozuntuya aid əlamətlərdən ən az birinin 10 yaşından öncə
başlamış olması, aşağı İQ, kişi cinsiyyəti, maddə istifadəsi ilə yanaşı başqa psixiatrik problemlərin olması qeyd
oluna bilər.
• Aqressiv davranışların və zorakılığın kontrolu üçün antipsixotiklər, antikonvülsanlar, litium, antidepresanlar,
benzodiazepinler, beta blokerlər və.s psixofarmakolojik yanaşmalar əhəmiyyətlidir.
• Ailə təlim qrupları ilə ailənin uşağın davranışları ilə mübarizə aparma bacarıqları yaradıb, inkişaf etdirilərkən,
eyni zamanda uşağın bu davranışlarına səbəb ola biləcək hadisələrin fərqinə varmaları üçün fürsət yaradılır.
Bununla da ailə öz yanaşmasını, davranışını, dəyişdirməklə uşağın müalicəsinə kömək edir. Bu mövzuda
yaradılmış müxtəlif proqramlar vardır. Xüsusilə də antisosial əlamətlər olan ailə fərdlərində uşağın
müalicəsinə davam etdirməmə kimi risklər də mövcuddur.
• Sadəcə çox rastlanılan olması ilə deyil, eyni zamanda cəmiyyətə təsiri ən çox olan narahatlıqlardan biri
olduğu üçün davranış pozuntusunun müalicəsində bir çox metodlar yoxlanılmışdır və bunların çox az qismi
uğurlu olmuşdur.
• Koqnitiv davranış terapiyası müalicəsi ilə davranış pozuntusu olan uşaqların ünsiyyət
bacarıqları, ani davranışlarının kontrolu, problem həll etmə bacarıqlarının inkişafı, qəzəb
kontrolu kimi koqnitiv sahələrdəki pozuntuların düzəldilməsi qarşıya məqsəd qoyulur.
Sosial öyrənmə nəzəriyyəsinə görə davranış pozuntusunun müalicəsində uşaqlarla
birlikdə, ana-atanın davranışlarının da qaydaya salınması vacibdir. Çünki valideynlərin
hərəkətləri uşağın antisosial davranışlarının inkişaf etdirilməsində az da olsa rol oynadığı
qeyd olunur.
• Ətrafın və uşağın birlikdə ələ alınması müalicənin effektivliyini artırır. Davranış pozuntusu
ilə birlikdə başqa psixoloji problemlər varsa bunların da müalicə üsulları nəzərə
alınmalıdır.
• Mütəxəssis dəstəyi nə qədər erkən alınsa, uşaq ya da yeniyetmə üçün müalicə də bir o
qədər effektiv olacaqdır. Əks halda problemlər yerləşdirildikdən, vərdişə çevrildikdən
sonra müraciət edilsə, seansların müddəti uzana bilər. Psixoterapiya seanslarında ilk öncə
problemli davranışlar üzərində durmaq və problemli davranışın dəyişdirilməsinə
istiqamətlənmiş texnikalar istifadə edilir. Bunun səbəbi davranış pozuntusunda uşaq və
yeniyetmələr üçün daha çox ətraf təhlükəli olaraq qavranıldığında, ətrafa aqressiv
davranışlar sərgilədiyi düşünülür. Sözü gedən səbəblərdən ötrü seanslarda yeni duyğu,
düşüncə və davranış formaları hədəflənməlidir. Fərdə problemini həll etmək üçün
alternativ düşüncə metodları və rahatlama texnikaları öyrədilməlidir. Beləcə, terapistin
olmadığı hallarda fərd problemlərlə üzləşdikdə tək başına öhdəsindən gələ bilsin.
• Davranış pozuntusu olan uşaqların ən qısa zamanda müalicə alması onların həm
inkişafları, həm də sosial münasibətləri baxımından çox önəmlidir.
DAVRANIŞ POZUNTUSU OLAN UŞAQLARIN
AİLƏLƏRİNƏ TÖVSİYƏLƏR:
• Davranış pozuntusu olan uşaqların ailələrinə ilk növbədə övladlarına zaman
ayırmaq, onların xoşladıqları tərzdə oyunlar oynamaq, onların istəkləri ilə
yaxından maraqlanmaq tövsiyyə olunur. Yanlış davranış zamanı yaxşı olar ki,
həmin an uşaq ilə münasibət qurmaq və aqressiv cavab vermək əvəzinə, bir az
zaman keçdikdən sonra baş verən hadisə haqqında danışmaq daha müsbət nəticə
verə bilər. Bundan əlavə yaxşı olar ki, belə uşaqlar müsbət davranışlar etməyə
həvəslənmək üçün cəsarətləndirilsin. Neqativ davranışlarını deyil, əksinə müsbət
davranışlarını vurğulayaraq həm onların özgüvənini qaldırmış, həm də təmənnasız
sevdiyinizi bildirmiş olacaqsız. Unutmaq olmaz ki, uşaq gördüyü davranışları
sərgiləyir, ona görə hər şeydən öncə valideynlər öz davranışlarına və müraciət
formalarına diqqət yetirməlidirlər.
• Müalicəyə yönləndirilmiş uşaqların ailələrində uşağa hər zaman dəstək olmaq
lazımdır. Həm ailə, həm də məktəb və mütəxəssis bu istiqamətdə işbirliyi
içərisində olmalıdır.
Diqqətiniz üçün təşəkkürlər
www.psixologiyainstitutu.az
www.map.org.az
www.pcc.az

More Related Content

Featured

AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 

Featured (20)

AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 

Böyük məktəblilərin xüsusiyyətləri

  • 1. Böyük məktəblilərin psixoloji xüsusiyyətləri və bu dövrdə rast gəlinən əsas problemlər Nərmin Quliyeva
  • 2. Proqram • Yeniyetməlik böhranı • Davranış problemləri • Ünsiyyət pozuntuları • Təlim motivasiyası
  • 3. Yeniyetməlik böhranı • Ayselin 13 yaşı var. Valideynləri Ayselin son zamanlar ifadə etdiyi davranışlarından narazıdır. Bununla yanaşı Ayselin əhvalı adətən neqativ istiqamətdə olur. Bu baxımdan psixoloqa müraciət edilir. Ailə və Uşaqla aparılan söhbətlərdən sonra Ayseli narahat edən problemlərin bir qismi müəyyən olunur. Aysel başa düşülmədiyini, daxilən özünü tənha hiss etdiyini, tez-tez ətrafda baş verənləri analiz etdikdə, insanların bir-birnə qarşı münasibətlərindən çox təəsirləndiyini bildirir. Həyatın çox ağır olduğunu dilə gətirir. Bununla yanaşı öz xarici görünüşü ilə bağlı da məslələr onu çox narahat edir. Ən böyük istəyi 1 il öncəki kimi, özünü şən və xoşbəxt hiss etməkdir.
  • 4. Keysin analizi • Keysi analiz etdiyimiz zaman birmənalı şəkildə Ayselin psixoloji böhran vəziyyətində olduğu qənaətinə gələ bilərik. Yaxşı böhran nədir? Nəyə görə yeniyetmə böhran vəziyyəti yaşayır? Böhrandan çıxış yolu nədir?
  • 5. Gəlin bu məsələlərə aydınlıq gətirək • Psixologiya elmi üçün maraqlı məsələlərdən biri psixoloji böhran problemidir. XIX əsrin sonundan etibarən psixoloji böhran problemi psixoloqların və əlaqəli sahələrin mütəxəssislərinin diqqətini özünə cəlb etmiş və psixoloji böhran problemi ilə bağlı bir sıra nəzəriyyələr irəli sürülmüşdür. Bununla yanaşı psixoloji böhran anlayışının ədəbiyyatda və praktikada geniş istifadə olunmasına baxmayaraq, bu anlayışın şəxsiyyətin inkişafı ilə bağlı məsələləri nəzəri baxımdan kifayət qədər işlənməmişdir. Bu baxımdan müasir dövrdə psixoloji böhran hallarının şəxsiyyətin inkişafının yaş, cins və s. xüsusiyyətləri ilə bağlı araşdırılmalar davam etməkdədir. • Hazırki şəraitdə istər ümumi şəkildə cəmiyyətə, istərsə də ayrı-ayrı ailələrin və şəxslərin həyat keyfiyyətlərinə təsir edən böhran vəziyyətlərinin artması müşahidə olunur. Böhran vəziyyətlərinin mənfi nəticələrindən ən acınacaqlısı intihar hallarının artmasıdır. İntihar 14-15 yaşlarında hər iki cins üçün ölüm səbəbləri arasında birincilər sırasında durur. Böhran vəziyyətləri aqressiv davranışın formalaşmasına, sosio-kultural amillərin təsirinin artmasına ayrı-ayrı kateqoriyalı şəxslərə (məsələn, qaçqınlara, xroniki xəstələrə) neqativ təsir göstərir.
  • 6. • Hal-hazırda “Böhran vəziyyəti” anlayışı şəxsiyyətin fəaliyyət imkanlarına son dərəcə yüksək tələblər qoyan reaksiya kimi başa düşülür. Bu reaksiyalar sırasına sağlamlığı pozan, həyati təhlükə yaradan problemlər: ailə quruluşunda, yaxud statusunda dəyişikliklər yarada bilən amillər, şəxsin yaşadığı qrupda rolunun dəyişməsi millətə və ya mədəniyyətə təhlükə və s. aiddir. Stressin və təhrikedici hadisənin intensivliyi insanın uyğunlaşma imkanlarından üstün olur. Beləliklə, böhran vəziyyətləri sosial və ya bioloji tələbat və onu qənaətləndirmək imkanı arasında yaranmış parçalanma nəticəsində meydana çıxır. • Bildiyimiz kimi, şəxsiyyətin inkişafı fərdin ömrünün sonunadək mərhələli şəkildə davam edir və hər yaş mərhələsinin özünəməxsus yeni çətinlikləri meydana gəlir ki, bu da şəxsiyyət böhranı kimi təzhür edir. Böhran vəziyyəti hər bir insanın şəxsi inkişafının ayrılmaz hissəsidir, bu dövr şəxsiyyətin inkişafına maksimal təsir göstərir, şəxsin inkişafının gələcək yönəlişliyini təmin edir. Ən əsas hallardan biri budur ki, psixikanın zənginləşən və mürəkkəbləşən inkişafı stabil və davamlı proses deyil. Bu ara verən bir prosesdir və burada böhranlarda qaçılmaz haldır. “İnkişaf böhranı” anlayışı L.S.Vıqotski tərəfindən XX-əsrin 30-cu illərində işlənib və uşaq psixikasının inkişafında keçid dövrlərinin öyrənilməsində istifadə edilib. Vıqotskiyə görə inkişaf böhranları 2 yaş mərhələsinin toqquşması dövründə yaranır və əvvəlkinin bitməsini və növbəti mərhələnin başlamasını bildirir. Ontogenezin hər yaş mərhələsində toplanan psixoloji dəyişikliklər yeni psixoloji inkişaf səviyyəsinə keçidi hazırlayır. Hər əvvəlki mərhələnin yeni törəmələri növbəti dövrün inkişafı zamanı psixikanın formalaşması üçün əsasa çevrilir. Uşaq psixologiyasında ən çox adı çəkilən böhranlar 3, 7 və 12-16 yaşda baş verir.
  • 7. • “İnkişaf böhranları” ilə sıx bağlı olan digər təsəvvür L.S.Vıqotski tərəfindən irəli sürülmüş “Inkişafın sosial vəziyyəti” haqda tezisdir. 1932-1936-cı illərdə L.Vıqotski psixoloji termin kimi bu anlayışı uşağın psixikasının inkişafının təhlilinin çıxış nöqtəsi kimi daxil edir. L.Vıqotski anlayışında inkişafın sadəcə mühit deyil, hər yaş dövrünə xas xarici şərait və daxili inkişaf proseslərinin xüsusi birləşməsidir. O bu mərhələdə yaranan psixoloji törəmələri və psixi inkişafı şərtləndirir. Artıq qurulmuş, yaranmış inkişaf situasiyasının dağılması və yenisinin yaranması böhranlı inkişaf mərhələlərinin əsas məzmunudur. • L.Vıqotski və onun şagirdləri (A.N.Leontyev, L.İ.Bojoviç, və b.) tərəfindən müxtəlif yaş mərhələlərində psixi analizin inkişaf sxemi işlənib. Bu təhlil bir sıra vacib məqamı aşkar edir : 1. artıq yaranmış sosial situasiyanın xüsusiyyətləri, onun daxili təzadları 2. onun yeni sosial situasiya daxilində qurulma prosesi 3. bu dövrdə yaranan əsas psixoloji törəmələr(6, s.88)
  • 8. • Psixologiyanın formalaşması dövründə qanuni keçid mərhələsi kimi inkişaf böhranını təhlil edən L.Vıqotski bu dövrdə uşağın həyatında yaranmış dəyişikliklərə xüsusi diqqət yetirir. O qeyd edir ki, uşağın dünya haqda fikirləri genişlənir, onun fəaliyyətinin əməli və məna aspektləri zənginləşir. Uşağın yeni, artmış imkanları ona qarşı artıq qurulmuş tələblərlə ziddiyyətə girir. Bu əsas ziddiyyət uşağın ümumi davranış konturunda ifadə olunur. L.İ.Bojoviç qeyd edir ki, böhran dövründə uşağın davranışı dəyişir: onlar sözə baxmır, nadincləşir, konfliktli olur, bəzən də aqressiv olur. Bu emosional reaksiyalar böhrandan əvvəlki etapın sonunda formalaşan uşağın daxili məmnuniyyətsizliyi, vacib tələbatların frustrasiyalarının sübutu kimi özünü göstərir. Hər yeni inkişaf mərhələsi ilə uşağın ictimai münasibətlər sistemində tutduğu yer dəyişir və bununla əlaqədar uşağın ətrafa, özünə “daxili pozisiyası” dəyişir. Artıq ontogenezin hər yaş mərhələsində öz məzmun spesifikasına malik olan sınma baş verir. Uşaq psixikasında yaranan sonrakı problemlər də məhz bununla sıx bağlı olur. Xasiyyətnaməsində dayanacağımız növbəti məqam Vıqotski - Leontyev - Luriya tərəfindən işlənilmiş şəxsiyyət haqqında təsəvvürdür. A.N.Leontyevin təsəvvürlərinə əsasən şəxsiyyət - uşağın ontogenik inkişafının sonrakı məhsuludur. Çünki şəxsiyyət olmaq üçün dünya ilə daha geniş əlaqə yaratmalı, bütövlükdə ona və elementlərinə xüsusi yanaşma olmalıdır. Şəxsiyyətin əsasında iyerarxiyalı fəaliyyət sistemi və bunun arxasında dayanmış motivlər durur. Bu motivlərin bir-birinə uyğunlaşması yalnız müəyyən bir inkişaf mərhələsində yaranır, ona görə də insan çox gec şəxsiyyətə çevrilir . • A.N.Leontyev şəxsiyyətin 3 parametrini ayırır: 1. İnsanın dünya ilə əlaqəsinin genişliyi 2. Motivlərin mərhələlənmə dərəcəsi 3. Şəxsiyyətin ümumi strukturu
  • 9. • A.N.Leontyevə görə, fiziki faktorlar şəxsiyyətin xarakteristikasına daxil deyil, o yalnız şəxsiyyətin bu və ya digər istiqamətdə formalaşması və dəyişməsinə təsir edə bilər. A.N.Leontyev göstərir ki, şəxsiyyətin təhlili zamanı ilkin şərtlərlə kifayətlənmək lazım deyil, fəaliyyətin inkişafından, onun konkret forma və növlərindən, onların bir-birilə qarşılıqlı əlaqəsindən çıxış etmək lazımdır, belə ki, onların inkişafı bu ilkin şərtlərin mənasını qəti surətdə dəyişir (1975). Bizim fikrimizcə, bu məqamlar xroniki somatik xəstəlik dövründə insanın psixikasının dəyişməsinin təhlili zamanı ifadə oluna bilər. Böyük yaşlı adamın psixoloji inkişafını öyrənən psixoloji tədqiqatlar çox azdır. Yaşlı insanda inkişaf böhranları mümkündür. Onlar yeni inkişaf mərhələsinə keçidi və ya psixikanın zəifləməsini bildirir. Onların məzmununu inkişafın sosial situasiyası təşkil edir. Burada ən vacibi artıq yaranmış aktual sosial inkişaf situasiyasında ziddiyyətlərin toplanmasıdır (məsələn, dünya ilə məna əlaqələri və imkanlar arasında xarici, mükəmməlliklə inkişafın daxili şərtləri arasında). Ədəbiyyatlarda qeyd olunur ki, uşaqlarda inkişaf böhranları ilə müqayisədə yaşlılıq böhranlarının bir çox xüsusiyyətləri var. Onların yaşa kəskin aidiyyatı yoxdur, onlar situasiyadan asılı təhrik olunur; onların keçmə dinamikası müxtəlif ola bilər, onlar tədricən hazırlana bilər və əgər sosial inkişaf situasiyasında kəskin dəyişiklik olarsa, qəfil də baş verə bilər. Böhranların ümumi nəticəsi əvvəlki inkişaf mərhələlərinə xas olmayan bir sıra psixoloji törəmələrin yaranmasıdır. • Böhran-insanın öz daxili aləmi və ətraf mühitə narazılığından doğan uzunmüddətli ruhi vəziyyətidir və o insan üçün ən fundamental, həyat üçün əhmiyyətli olan dəyərlərə və təlabatlar sferasına təsir edir, güclü emosional həyəcanla müşayiət olunur və insanın daxili həyatında dominantlıq edir. Böhranla bağlı irəli sürülən nəzəriyyələrdən çıxış edərək üç növünü ayırd edilir: Maddi böhranlar; sosial böhranlar; ruhi böhranlar. Yaşanan bütün böhran halları şəxsiyyətin strukturunda dəyişikliyə gətirib çıxarır və hər biri öz daxili məzmununa malikdir.
  • 10. • Psixoloji böhran halları 3 qrupa bölünür: 1. Yaş böhranları 2. İtki və ayrılıq böhranları 3. Travmatik böhranlar • “Yaş böhranları” psixi funksiyaların, davranış modellərinin, köhnə, artıq ömrünü yaşamış münasibətlərin dağılması və yenilərinin formalaşmasının surətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss olunmayan, yavaş-yavaş baş verən dəyişiklik, böhtan dövründə uşağın şəxsiyyətində sıçrayışabənzər dəyişikliklər, sınmalarla əvəz olunur. Təkcə ayrı-ayrı hisslər deyil o, bütövlüklə dəyişir. Böhran dövründə uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir.
  • 11. Böhran dövrlərinin təsnifatı aşağıda təqdim olunur: • 1 yaşın böhranı (çağalıq yaşından körpəlik yaşına keçid zamanı) - Bu dövran çağalıqdan erkən uşaqlığa keçid mərhələsidir. Uşaq aktiv olaraq iməkləməyə, yeriməyə, ətraf aləmi öyrənməyə başlayır. Nəzərə alınmalıdır ki, bu dövrdə uşağın hər istəyinin həyata keçməməsi, öz valideynləri və digərlərindən tez-tez “olmaz” kəlməsini eşitməsi güclü emosional reaksiyanın, etirazın yaranmasına səbəb ola bilər. Böhran dövrlərində belə neqativ halların qarşısının alınması üçün həmin müddətdə valideynin vəzifəsi uşağa bir az müstəqillik vermək, bir az səbirli olmaq, ən əsası isə dözüm nümayiş etdirməkdən, bu gün nəyə isə “olar” deyib, icazə verdiyinə sabah “olmaz” deyib, qadağan qoymaq kimi halları aradan qaldırmaqdan ibarət olmalıdır. Əsas yenilik uşaq “nitqi”, başqa sözlə avtonom nitqdir. Həmin nitq öz səslənməsi, mənası ilə böyüklərin nitqindən fərqlənir və çox vaxt uşaqla birlikdə yaşayanlara aydın olur. • 3 yaşın böhranı (körpəlik yaşından məktəbəqədər yaşa keçid zamanı) Uşağın həyatının ən çətin və dönüş anı hesab olunur. Bu isə uşağın yaş müstəqilyi və aktivliyi ilə bağlıdır. 1 yaş böhranında olduğunu kimi bu dövrdə də hər şey valideynin sədrindən və tez uyğunlaşmasından çox asılıdır. • Əgər uşaqla münasibət qurmaq mümkün olmursa, onun təşəbbüsü böyüklərin rəğbətini qazanmırsa, tələb etdiyi müstəqilliyə nail ola bilmirsə, bu zaman böhran göstəriciləri meydana çıxır. Bunlar aşağıdakılardır: Neqativizm - uşaqlar, xüsusilə böyüklərin onlardan istədikləri etmirlər. İnadkarlıq - bu, heç də o demək deyil ki, uşaq nəyi isə həddən artıq çox istəyir, sadəcə olaraq, o, böyük adamın onun fikri ilə hesablaşmasını istəyir. Höcətlik - bu, erkən uşaqlıqda qurulmuş bütün münasibətlər sisteminə, ailədə qəbul olunmuş tərbiyə normalarına qarşı yönəlmişdir. • Həmçinin uşaq üçün əziz və adət olunmuşların dəyərsizləşməsi baş verə bilər. • Uşağın müstəqil davranmağı öyrənməsi, əşyalarla manipulyasiya etməyi bacarması, həmçinin nitqə yiyələnərək aktiv danışmağa başlaması və ona deyilənləri başa düşülməsi 3 yaş böhranının nəticəsidir.
  • 12. • Bu yaş dövründə böyüklərin dəstəyi çox vacibdir. Uşaqların bu dövrdə tənqidə kəskin reaksiya verdiklərini nəzərə alaraq onları nailiyyətlərinə görə tərifləmək, həmçinin nöqsanlarına çox yumşaq şəkildə nəzərlərinə çatdırmaq lazımdır. • 6-7 yaşın böhranı (məktəbəqədər yaşdan məktəb yaşına keçid) - Bu dövrdə yaranmış böhran vəziyyəti uşağın məktəb həyatına daxil olması ilə bağlıdır. Rolların, həmçinin aparıcı fəaliyyətin dəyişməsi, yəni oyunun təlimlə əvəz olunması böhrana doğru aparan amillərdəndir. • Nüfuzlu, etibarlı şəxslər başqaları ilə əvəz olunurlar: əgər əvvəllər valideynlər uşaq üçün ən hörmətli, etibarlı şəxslər idisə, indi həm də fikri validenlərin fikrindən daha vacib hesab olunan digər şəxs - müəllim peyda olur. 7 yaş böhranında əsas yenilik özünə sevgi və özünüqiymətləndirmənin (çox vaxt qeyri-adekvat) yaranmasıdır. Özünüqiymətləndirmə məktəbdəki müvəffəqiyyətsizlik və nailiyyətlərdən asılı olaraq yüksək, yaxud aşağı ola bilər. Bu, yaşanmış müvəffəqiyyətsizlikdən formalaşan komplekslər, yaxud özünü əhəmiyyəti hiss etmə ilə müşayiət olunur. Uşaq bu günə qədər ona məlum olmayan emosiyalar və narahatçılıqlar keçirməyə başlayır, onun yeni hədəfləri və arzuları yaranır. Həmçinin uşaq səmimiliyinin itirilməsi baş verir. O, hərəkət etməzdən öncə götür- qoy edir, keçirdiyi narahatçılıq hissini başqalarına biruzə verməməyə çalışır. • Yeniyetməlik yaşının böhranı- 3 yaşın böhranı kimi yeniyetməlik dövrü də uşaq həyatının dönüş anı hesab olunur. Bu dövrdə onlarla çoxlu fizioloji, emosional dəyişikliklər baş verir (orqanizmin mütənasibliyi dəyişir, endokrinoloji dəyişikliklər baş verir, cinsi göstəricilər yaranır, əhvalın dəyişməsi ilə bağlı ürəyin və ciyərlərin fəaliyyətində çətinliklər meydana çıxa bilər). Etibarlı, nüfuzlu şəxslər dəyişir. Əgər bu vaxta qədər uşaq üçün valideyn və müəllim nüfuzlu şəxslər idisə, yeniyetməlikdə yaşıdlar daha vacib olur, onlarla ünsiyyət isə əsas fəaliyyətə çevrilir. Uşaq öz bədəni və orada baş verən dəyişikliyi qeyri-adekvat qəbul edərək, buna ögey münasibət bəsləyə bilər.
  • 13. • Bu böhran dövrünün əsas nailiyyəti və yeniliyi özünü təhlil etmənin yaranmasıdır. Yeniyetmədə dünyagörüşü formalaşır. Bu zaman yaxın qohumların dəstəyi, tənqidin olmaması, ruhlandırılma çox vacibdir, tez-tez onun uğurlarını qeyd etmək lazımdır. • Böhran yalnız uşaqların inkişafında deyil, həm də böyük insanlarda da müəyyən yaş dövrlərində baş verir. Böhranlar insan yaşa dolduqca onun inkişafına, öz imkanlarını və xüsusiyyətlərini daha yaxşı tanımağa və düzgün qiymətləndirməyə kömək edir. • Psixoloji böhranların digər katiqoriyası olan İtki və ayrılıq böhranları yaxın adamın ölümü ilə bağlı yaranmış psixoloji sarsıntı zamanı meydana çıxır. • Aşağıdakı mərhələləri var: Şok, qəzəb və haqsızlıq hissi, qəm və təəssüf, bərpa
  • 14. Travmatik böhranlar gözlənilmədən şəxsin hazır olmadığı şəraitdə baş verən, onun adət etdiyi gündəlik həyat tərzini pozan qısamüddətli yaxud uzunmüddətli təsir nəticəsində yaranmış böhranlardır. Iki növü var: • Təbii fəlakətlər nəticəsində yaranmış travmalar (zəlzələ, daşqın, sunami və s.) • İnsanlar tərəfindən törədilən travmatik hadisələr (zorakılığın bütün növləri, cinsi istismar,müharibə, terror və s.) Psixoloji böhran fərdin inkişafının bütün böhran dövrlərində üç mərhələdə keçir: • Neqativ mərhələ (köhnə vərdişlərin, stereotiplərin, əvvəldə formalaşmış strukturlarının dağılması) • Böhranın kulminasiya nöqtəsi (bu yeniyetməlik yaşlarında bir qayda olaraq,13- 14 yaşında baş verir, ancaq fərdi formada özünü göstərir); • Böhranlı fazadan sonrakı dövr (bu zaman yeni strukturlar, yeni münasibətlər və s. formalaşır)
  • 15. • Daxili böhran xarici münaqişələrlə müşayiət oluna bilər, lakin münaqişəli inkişafın aradan qaldırılması yeni vasitələrə yiyələnməkdən keçir, yeni həyat sferalarının mənimsənilməsi, imkanların genişlənməsi meydana çıxır. Əgər yeni tələbat xarici sosial tələblər tərəfindən boğularsa, böhran bu zaman kəskinləşə və uzana bilər. Böhrandan çıxışın necə – konstruktiv və ya dekonstruktiv olacağını müəyyən etmək üçün böhran situasiyasını təhlil etmək zəruridir. Bu zaman psixoloji böhranın məzmuna, şəxsin böhrana münasibətinə, böhranın uzunluğu və inkişaf müddətinə diqqət yetirmək lazımdır. • Böhranın vəziyyəti intellektual və emosional sahələrdə baş verən özünüdərk işinin gələcək inkişafını təmin edir, münaqişənin həlli isə şəxsiyyətin inkişafının göstəricisi kimi çıxış edir. Lakin, digər tərəfdən, böhran əsəb pozğunluqlarına səbəb ola bilər. Beləliklə, çətinlik meydana gəlir, problem əvvəlki fəaliyyət üsullarının pozulmasına səbəb olur, gərginlik yaranır, problemin həllinin köhnə üsullarının yoxlanılması gedir, əgər onlar adaptiv deyilsə, gərginlik güclənir. Sonrakı mərhələdə problemin dərki üçün xarici və daxili resursların cəlb edilməsi baş verir ki, bunun da nəticəsi aşağıdakılar olur: problemin yenidən nəzərdən keçirilməsi və vəziyyətdən çıxış; vəziyyətin mümkün yollarla həllinin qeyri- mümkün olması və sistemin növbəti pozuntusu, problemin həllindən uzaqlaşma və ya destruktiv çıxış. Bu zaman klinik problemlər meydana gələ bilir.
  • 16. Böhran vəziyyətlərinin klinik aspektləri • Böhran vəziyyətlərinin klinik aspektlərinə nəzər saldıqda bir faktı nəzərə almaq lazımdır ki, əksər hallarda böhranın müəyyən mərhələsində yardıma ehtiyacı olan və böhranın müəyyən fazalarından keçərək əvvəlki vəziyyətinə qayıdan adaptasiya olunmuş şəxsdən söhbət gedir. Belə hallarda insanı “xəstə” hesab etmək, yəni tibbi diaqnozun qoyulması və ənənəvi müalicəsinin təyin olunması məqsədə müvafiq hesab olunmur. Böhran vəziyyətində rast gəlinən pozuntulara aşağıdakıları aid etmək olar.
  • 17. Kəskin stresə reaksiya (F43.0) • - güclü psixoloji və ya fiziki stressorun bilavasitə təsirindən 1 saata qədər vaxt keçdikdən sonra meydana çıxır. Bu vəziyyət nəzərə çarpan vegetativ simptomlarla: taxikardiya, əzələlərin tremoru, tənginəfəslik, ürəkbulanma, abdominal diskomfort, başgicəllənmə, reallıq hissinin itirilməsi, ölüm qorxusu və digər pozuntularla xarakterizə olunur. Bu əlamətlər diqqətin zəifləməsi, dezorentasiya, təşviş və ümidsizlik hissi ilə müşayiət olunur. Bir çox hallarda stress keçirmiş adamlar oyanıq və həddən artıq fəal olurlar. Yaxud emosiyaların biruzə verilməsini kultural standartlarına uyğun olmayan formada ifadə edirlər. Stressorun təsiri kəsildikdən 8 saat sonra sadalanan əlamətlər getdikcə azalır. Lakin stressorun təsiri keçməsə belə əlamətlər 48 saatdan gec olmayaraq azalacaq. İfadəolunma dərəcəsinə görə kəskin stressdə reaksiya yüngül, orta və ağır dərəcələrə bölünür.
  • 18. Travmadan sonrakı stress pozuntusu (TSSP) (F43.1) • istənilən adamda böhran vəziyyəti yarada bilən son dərəcə təhlükəli xarakterli vəziyyətdə yaşadıqda və ya onu artıq keçirdikdən sonra meydana çıxır. Bu halda təkcə stress faktorunun xarakteri deyil, həmçinin onun davametmə müddəti insanın xarakteri ilə sərtləşdirilmiş şəxsiyyətin bu stressə qarşı zəif olub-olmaması mühüm əhəmiyyət kəsb edir. TSSP-nin əlamətləri rəngarəng sarışın xatırlamalarla (flash back) xarakterizə olunur ki, bunlar da yuxugörmələrdə və ya psixotravma ilə assosiasiya olunan şərait təsir göstərdikdə, tez-tez təkrar olunur. İnsan var qüvvəsi ilə keçirmiş olduğu vəziyyəti xatırladan şeylərdən uzaqlaşmağa çalışır. Eyni zamanda yuxusuzluq aqressiyanın artması, diqqəti cəmləşdirməyin çətinləşməsi, bütün reflekslərin güclənməsi, hipersteriya qeyd olunur. Psixi travma ilə əlaqədar hadisələrin psixogen amneziyası xarakterik əlamət kimi nəzərə çarpır. TSSP-nin əlamətləri stressogen situasiyadan 6 ay müddətində və ya stressin sonunda meydana çıxır.
  • 19. Fəlakətli hadisədən sonra xroniki şəxsiyyət dəyişməsi (F62.0) • Şəxsiyyətin strukturunda dəyişikliklər şəklində özünü göstərən uzunmüddətli gedişli böhran vəziyyətləri insanın ətraf mühiti və özünü qavramasını, əhval- ruhiyyəsini, davranışını, xüsusilə onun ətrafdakılarla münasibətlərini əhatə edir. İnsanlara qarşı düşmənçilik və inamsızlıq, sosial izolyasiya, o cümlədən, boşluq və ümidsizlik hissi əmələ gəlir. Bu hiss uzunmüddətli depressiv əhval-ruhiyyə ətrafdakıların dəyişilmiş və fərqli olması duyğusu ilə müşayiət olunan yaxın və doğmalardan yüksək asılılığa gətirib çıxarır. Daimi daxili gərginlik və xaricdən təhlükə hissi çox vaxt alkoqol və digər psixoaktiv maddələrdən sui-istifadəyə səbəb olur. • Fəlakətli hadisədən sonra xroniki şəxsiyyət dəyişməsi diaqnozu 2 ildən az olmayaraq davam etdikdə müəyyən oluna bilər. Travmadan sonrakı stress pozuntusu diaqnozu qoyularkən simptomların ümumilikdə 4 ildən az olmayan müddətdə davam etməsi nəzərdə tutulur. • Anoloji dəyişikliklər fiziki və psixi xəstəliyin bir və ya bir neçə epizodundan sonra da müşahidə edilə bilər.
  • 20. Uyğunlaşma pozuntusu (F43.2). • Gündəlik praktikada rast gəlinən böhran vəziyyətləri fəlakətlərlə bağlı olmur. Daha çox hallarda böyük əhali kütlələrinə deyil, ayrı-ayrı şəxslərə aid olan psixososial stressorlar mühüm əhəmiyyət kəsb edir. Bunlara ailədə və işdə olan münaqişələr, qeyri-qənaətbəxş mənzil-məişət şəraiti, maddi çətinliklər və s. aiddir. Nəticədə müddəti 1 aya qədər olan qısa depressiv reaksiya (F43.20) , müddəti 2 ilə qədər olan depressiv reaksiya (F43.21), qarışıq təşviş depressiya reaksiyası (F43.22) və yaşdan və sosial situasiyadan asılı olaraq aqressiv və antisosial hərəkətlər şəklində təzahür edən davranış pozuntusu (F43.24) meydana çıxır. • Yuxarıda təsvir olunan pozuntulardan başqa böhran vəziyyətləri təşvişli-fobik, depressiv, somatoform, dissosiativ və kəskin psixotik pozuntu şəklində də özünü göstərə bilər. • Yeniyetməlik böhranının məzmuna müxtəlif nəzəri yanaşmaların təhlili ehtimal etməyə imkan verir ki, ümumi, qlobal məsələ inkişafın şəxsi istiqamətinin axtarışı və gələcək fərdi obrazın müəyyən olunmasıdır: “Mən kiməm və mən hara gedirəm?” Bu gələcək məktəbəqədər uşaq və kiçik yaşlı məktəbli üçün kifayət qədər dəqiq və praqmatik təsvir olunub, lakin yeniyetmə üçün bu gələcək çoxvariantlı və çətin müəyyən olunan olur. Yetişən koqnitiv strukturlarının, təkminləşən çoxölçülü təhlil bacarığının, məntiqi əlaqələrin, refleksiya və sərbəstliyin fonunda bu məsələ dərinlik və əhatəlik qazanır [1].
  • 21. • Dəyişən müvəqqəti perspektiv, uzaq gələcəyə yönəlmə və özü haqqında açıq təsəvvürlər yaş böhranını gücləndirir. Böhran vəziyyətinin yaranmasına və inkişafına təsir edən əsas amil yeniyetmədə baş verən fiziki və koqnitiv dəyişikliklərdir. Beləliklə, biz kiçik yeniyetməlik yaşında baş verən böhran vəziyyətinin gedişatına təsir edən ümumi dəyişiklikləri aşağıdakı kimi göstərə bilərik: 1. Psixikanın struktur dəyişiklikləri. Mədəni- tarixi yanaşma mövqeyindən yeni yaşa keçid psixikanın struktur dəyişiklərini nəzərdə tutur. Bu dəyişikliklər psixikada əvvəlki yaş dövründə yaranan yeniyaranmaların baş verməsi nəticəsində mümkün olmuşdurlar. Dəyişikliklər inkişafın vacib məsələləri, şəxsiyyət və şüur sahəsində gələcək yeniyaranmaların formalaşması üçün yaranan şəraitlər ilə bağlı olan psixikanın struktur komponentlərində baş verirlər. Kiçik yaşlı yeniyetmələr üçün şüurun inkişafı və ya E.Eriksonun terminoloqiyada uyğunluğun qurulması belə sahədir[3;40]. 2. Əvvəlki rollardan imtina, özü barədə təsəvvürlər, onların yenidən nəzərdən keçirilməsi və yeni səviyyədə mənimsənilməsi vasitəsi ilə uyğunluğun formalaşması. Dərk edilmiş “Mən”in strukturunun qurulması refleksiya, differensasiya olunmuş özünüqiymətləndirmə, psixi proseslərin sərbəstliyinə əsaslanır və özünü təyinat, özünün axtarışı, şəxsiyyətin keyfiyyətlərinin və bacarıqlarının dərk olunmasını özündə cəmləşdirir.
  • 22. 3. Yeni cismiliyin mənimsənilməsi, cinsi yetişmənin qəbul olunması və yeni cinsi uyğunluğa keçid (qadın/kişi), seksual və gender rolların qəbul olunması və mənimsənilməsi. 4. Böhran halları köhnə, adət edilmiş münasibətlərindən imtina neqativizm, davranışda, özünə və ətrafdakılara qarşı münasibətdə mənfi meyilləri ehtimal edir. Kiçik yaşlı yeniyetmələrin neqativizmi, ilk növbədə, ətrafda olanlar tərəfindən “Mən”in adət edilmiş formada qəbul olunmasından imtinada, özü və valideyn təsiri barədəsində fikrinin mənfi dəyişdirilməsində təzahür olunur. 5. Valideynlərdən ayrılma, emosional, koqnitiv, davranış differensiasiyasının intensivliyinin artması. Kiçik yaşlı yeniyetmənin nailiyyətlər baxımından valideynlərdən ayrılması həmyaşıdlarla münasibətlərin üstünlüyün olması və bu münasibətlərin əhəmiyyətli, mənalı kimi qəbul olunması, eyni zamanda böyüklərin, ilk növbədə, valideynlərin təsirindən və nəzarətindən azad olunma və özünün sərbəstliyinin, müstəqilliyinin, böyüklüyünün yaşaması yeniyetmənin inkişafında sosial şəraitin dəyişməsinə gətirib çıxarır. 6. Həmyaşıdlarla ünsiyyət yeniyetmənin çoxsaylı təlabatlarının təmin olunma mənbəyi (təhlükəsizlik, qəbul olunma, affiliasiya, hörmət, özünüdərk etmə və özünüreallaşdırma təlabatı) və şəxsiyyətin (bütöv uyğunlyuq, şəxsi desentrallıq, müstəqillik, mənəviyyat, böyüklük hissi) formalaşma mənbəi kimi çıxış edir. 7. İctimai münasibətlərə daxil olma, eyni zamanda baş verən sosiallaşma və individuallaşma, peşəyönümlülük, peşəseşmə arasında olan ziddiyətlərin öhdəsindən gəlmək. 8. Dəyərlər sisteminin dəyişdirilməsi, dünyaya və münasibətlərə qarşı şəxsi qiymətləndirici baxışın formalaşması, formal məntiq əsasında dünyagörüşü əsaslarının və fərdi mövqein yaradılması. 9. Yeniyetmənin şəxsiyyətinin müvəqqəti perspektivinin dəyişməsi, keçmişin və gələcəyin sərhədlərinin genişlənməsi, nəsil ilə uyğunlaşma, inkişaf perspektivinin modelləşdirilməsi
  • 23. Problem • konkret şəraitdə insanın həmin an üçün topladığı bilik və təcrübədən istifadə etməklə mövcud çətinliklərin və ziddiyyətlərin həllinin qeyri- mümkün olduğunun dərk edilməsidir. Ona görə də, böhranın səbəbini, dayaq nöqtəsini tapmaq və şəraiti olduğu kimi qəbul eləmək üçün kənardan bilik və təcrübəyə tələbat yaranır. Hər bir insanın həyat yolu, onun şəxsiyyət kimi inkişafı potensialların əvəzlənməsi və özünü təzahüretmə formaları ilə müşayiət olunur. Böhran halı həmişə gərginlik doğurur, özündə stress və qeyri-müəyyənlik ehtiva edir. Böhran insanın vərdiş etdiyi hər hansı mövcud yaşayış formasının itməsini bildirir və onun üçün hələlik məlum olmayan yeni yaşayış formasına keçmək imkanı yaradır. Böhran halı o zaman təhlükəli olur ki, şəxs bu vəziyyətdən çıxa bilmir , böhran halını qəbul etmək və onunla mübarizə aparmaq iqtidarında olmur. Belə hallarda, psixoloji yardım mütləqdir.
  • 24. Psixoloji yardım • Uşaq inkişafında ən dərin yaş böhranı kimi səciyyələnən yeniyetmlik dövründə psixoloji yardımın bəzi məslələrindən bəhs etmək istərdim. • Yeniyetməlik bioloji olaraq pubertant ilə başlanan və sosial, zehni, cinsi inkişaf ilə birlikdə mücərrəd təfəkkür və fikir irəli sürmək bacarığının inkişaf etdiyi sosial fəqrliliklərə həssaslığın artdığı bir mərhələdir. Beyinin inkişafı uzun zaman davam edir və kamilləşmə fərdi fərqlərə bağlı olaraq həyata keçir. İnkişaf davamlı olaraq dəyişmələrlə xarakterizə olunur, lakin bununla yanaşı qeyd edək ki, yeniyetmələrin çoxu dəyişikliklərə mərhələli şəkildə uyğunlaşır və xüsusilə müstəqilliklə bağlı yaşadıqları böhran və mübarizələr sürəklilik göstərmir. Yeniyetmələrdə normal funksionallığa təsir edən düşüncə, duyğu və davranış pozuntularında psixoloji və psixiatrik müalicə indeksi vardır. Yeniyetmələrdə ailə və dostluq münasibətlərində, məktəb fəaliyyətində problemlər, qida, yuxu pozulmaları müşahidə edilə bilər. Şizofreniya, bipolyar pozuntu, zərərli maddələrin istifadəsi, yemə pozuntusu kimi psixiatrik pozuntular adətən yeniyetməlik dövründə başlayır. • Statistik göstəricilərə əsasən məlum olmuşdur ki, son dövrlər tamamlanmamış intihar riski çox sürətli şəkildə yeniyetməlik dövründə yayılmaqdadır. Məlumdur ki, yeniyetməlik dövründə müəyyən dərəcədə stress normal xarakter daşıyır və psixi pozuntusu olmayan yeniyetmələrin çoxu bu vəziyyətlə rahat şəkildə üzləşib, mövcud vəziyyətə qalib gələ bilir. Bəzən kiçik yaş dövründə meydana gələn psixi pozuntular yeniyetməlik dövründə kəskinləşir və yeniyetmələr özlərini məhdudlaşdırılmış, tənha hiss edir, neqativ əhval-ruhiyyədə olurlar.
  • 25. • Mütəxəssis və valideynlər yeniyetmələrin baxış bucağına uyğun bir pəncərə tapmalı və onların özünüdərkinə qarşı həssas davranmalıdılar. Eyni yaş qrupundakı yeniyetmələr emosional yetkinlik baxımından fərqlənə bilərlər. Şəxsiyyətin inkişafı, cinsi aktivliyin başlaması, gələcək ilə əlaqəli məqsədləri həyata keçirmək üçün plan qurmaq yeniyetmə dövrünə xas məsələlərdir. • Dövrümüzdə yeniyetmələrdə məktəb göstəriciləri və sosial əlaqələrdə uğur sağlam funksionallığın əsas göstəricisidir. Zəka baxımından normal, ancaq akademik olaraq geriləmələr göstərən və ya yaşıdlarından təcrid olunmuş bir yeniyetmədə nəzərəçarpan dərəcədə psixoloji pozuntular müşahidə edilə bilər. Sözsüz ki, belə hallarda bu vəziyyəti yaradan səbəblər araşdırılmalıdır. Psixoloji məsləhət və psixoterapiya vasitəsi ilə yeniyetmələrin bu dövrdə rastlaşdıqları bir çox problemləri aradan qaldırmaq mümkündür. • Psixoloji yardımın bu iki bölməsinin fərqləndirilməsi çətin vəzifədir. Məsləhətdə olduğu kimi, psixoterapiyada da eyni professional biliklərdən istifadə olunur; klientin və psixoterapevtin şəxsiyyətinə təqdim edilən tələblər eynidir; məsləhətdə və psixoterapiyada istifadə olunan prosedurlar yenə da bənzərdir. Nəhayət, birinci və ikinci hallarda klientə yardım məsləhətçi ilə (psixoterapevt) klientin qarşılıqlı təsirinə əsaslanır.Bu iki sahəni fərqləndirməyin çətinliyi səbəbindən bəzi təcrübəçilər “psixoloji məsləhət” və “psixoterapiya” anlayışlarını sinonim kimi götürürlər və bunu psixoterapevtin və məsləhətçi-psixoloqun fəaliyyətinin oxşarlığı ilə əsaslandırırlar. • Bir halda ki, çox ölkələrdə mövcud bu peşə nümayəndələri ayrıca fəaliyyət göstərirlər, onları heç olmazsa qismən bir-birindən ayıracaq əsaslar tapmaq vacibdir. Məsləhət və psixoterapiyanın oxşarlığından danışarkən Bramer və Shostrom(1982) kontinuumun iki qütbü fikrini üstün tuturlar. Bir tərəfdə professionalın işi kliyentin şüur səviyyəsində həll olunan və kliniki sağlam fərdlərdə yaranan situasion problemlərə toxunur. Bu məsləhət sahəsini əhatə edir. Digər tərəfdə kliyentin şüursuz səviyyədə keçən proseslərinə, şəxsiyyətin strukturunun yenidən təşkilinə istiqamətlənən problemlərin dərin analizinə təşəbbüs isə psixoterapiya sahəsini əhatə edir. Tərəflər arasındakı sahə həm məsləhət, həm də psixoterapiya adlandırılacaq fəaliyyətə məxsusdur. • Əhatəli psixoloji konsultasiyada yeniyetmə və ailə ilə ayrılıqda görüş təşkil olunmalıdır. Yeniyetmənin yaşantısına və üzləşdiyi çətinliklərə təsir etməsinə bağlı digər ailə üzvləri də bu görüşlərdə iştrak edə bilər. • Mütəxəssislər ilk öncə yeniyetmənin psixoloji müayinəsinə üstünlük verirlər. Yeniyetmə ilə optimal əlaqənin qurulması üçün yeniyetmə dəstəklənməli və valideynlərin təmsilçisi olmaqdan qaçınılmalıdır.
  • 26. • Böyük yaşlı yeniyetmələrlə tətbiq olunan psixoterapiyada terapevt və valideyn ilkin mərhələdən sonra adətən çox az ünsiyyət qururlar. Çünki valideynlərlə psixoterapevtin ünsiyyətinin davam etməsi yeniyetmənin rahat danışmaq istəyini azalda bilər. Yeniyetmələr psixoloji yardım almaqda valideynlərin təziqini hiss edə bilərlər və buna görə də başlanığıcda özünümüdafiə mövqeyini tuta bilərlər. Konsultant yeniyetmə ilə terapevtik əməkdaşlıq qurmaq üçün özünü güvəniləcək yardım etməyə çalışan bir insan kimi tanıtmalıdır. • Yeniyetmələrə psixoloji yardım bir çox yerdə və müxtəlif formalarda tətbiq oluna bilər. Müalicə, fərdi və ya qrup şəklində aparılır və farmakoloji, psixososial və mühit perspektivində müdaxilələr lazım ola bilər. Tətbiq ediləcək ən uyğun psixoloji yardım seçimi yeniyetmənin özü, ailəsi və sosial əhatəsi ilə bağlı xüsusiyyətlərə görə müəyyən olunmalıdır. Yeniyetmələrlə psixoloji və psixiatrik iş zamanı fərdi psixoterapiya, farmakoterapiya və psixoterapiya, qrup psixoterapiyası, ailə terapiyası ən çox istifadə olunan müalicə üsullarıdır. Daha mürəkkəb problemlərin həlli üçün son dövrlər populyarlığı artan günərzi xəstəxanalar fəaliyyət göstərir. Bu xəstəxanalarda yeniyetmələr sinif mühitində fərdi terapiya,qrup terapiyası və digər proqramlarda iştirak edir və sonra evlərinə geri dönürlər. • Böhran vəziyyəti ilə üzləşmiş insanlarla psixokorreksiya işinin aparılması şəxsin psixoloji vəziyyətinin ağırlıq dərəcəsinə müvafiq olaraq dəyişir. Ümumilikdə yaşanan böhran vəziyyətinin nəticəsində yaranmış problemlərin korreksiyasında psixoloji, nevroloji və psixiatrik müdaxilələr lazım olur. Psixosomatik pozuntularla müşahidə olunan nevroloji vəziyyətlərdə farmokoloji müdaxilələr vacib hesab olunur. Bununla yanaşı bu tip problemlərdə psixoloji konsultasiya və terapiyalar yüksək nəticə əldə etməyə imkan verir.
  • 27. • Sonda qeyd edək ki, İnsan inkişafının müxtəlif dövrlərində yaranan böhran halları sadə məsələ deyil və öz mürəkkəb psixoloji strukturu və təzahür formalarına görə bir birindən fərqlənir. Böhran həyatın adət edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu sistemdən çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir və onu əhatə edənlə münasibətləri, əlaqələri həyat tərzini dəyişməyə sövq edir. Böhranın müvəfəqiyyətli həll olunması və bu problemin öhdəsindən uğurla gəlmək insan üçün həyati əhəmiyyətli məsələ hesab olunur. Bu zaman bu amil insan üçün yeni, müsbət keyfiyyətlərin yaranmasına səbəb olur. Beləliklə, həyat böhranı şəxsin həyatını ali, aktual formada, daxilində dərin qarşıdurmanın dərki və bu qarşıdurmadan çıxmanı bildirir ki, bu da insanın bütün fiziki, psixi, intellektual və mənəvi qüvvəsinin cəmləşdirilməsini tələb edir. Bu da öz növbəsində insanın inkişafında yeni bir mərhələnin əsasını qoyur. Bu baxımdan Vıqotskinin fikirləri diqqəti cəlb edir. L.S.Viqotski qeyd edir ki, böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki, bu da yeni, ali formaya keçməkdir. Psixoloji böhran yaşayan şəxs bu vəziyyətdən çıxmağı bacarmazsa, bu hal onda digər psixoloji problemlərin yarananmasına gətirib çıxara bilər. Bu baxımdan şəxs bu vəziyyətdən çıxa bilmirsə psixoloji yardımdan yararlanmalı və bu halın ona edə biləcəyi mənfi təsirlərindən qorunmalıdır. Böhranların uğurla aradan qaldırılması sistemə çevrilərək, tədricən müəyyən şəxsi keyfiyyətlərin formalaşmasına, insanın xüsusi həyat ideologiyasının meydana çıxmasına, bir növ qalib ssenarisinin yaranmasına gətirib çıxarır. Böhranlardan uğurlu çıxış təcrübəsini toplayaraq, insan özünə və şəraitə qalib gələrək yaşamağı öyrənir. Əgər insan şəraiti idarə edirsə, böhranı doğuran problemdən azad olur və bu problemin yaşanması onu daha mükəmməl, psixoloji cəhətdən adekvat və inteqral edir. •
  • 28. DAVRANIŞ POZUNTUSU • yaşında olan Yusif dərsdən və evdən qaçdığına görə polis tərəfindən saxlanılıb, psixiatrik dəyərləndirilməyə göndərilmişdir. Yusif, sadəcə olaraq “evdən çıxıb dostlarım ilə görüşmək istəyirəm” şəklində açıqlama vermişdir. Anası həmişə nə etməli olduğunu ona dediyi üçün evdə onunla olmağı xoşlamırdı. Yusifin anası uşağının keçən il bir neçə dəfə evdən qaçdığını, gecəni icazəsiz çöldə keçirdiyini, lakin ertəsi gün geri gəldiyini qeyd edirdi. Özünə durmadan problem yaratmasından şikayətlənirdi. Ananın, övladının ilk dəfə 8 yaşından başlayaraq mağazalardan bir neçə dəfə oğurluq etməsi haqqında da məlumatı var idi. Həmçinin qonşulardan və sinifdə uşaqlardan da tez-tez oğurluq etməsindən şübhələnirdi. Polisin də artıq məsələyə qarışdığı gecəni çöldə keçirmək, qonşulardan və dükanlardan oğurluq etmək, marixuana çəkmək kimi bir neçə hadisə yaşanmışdı. Yusif çox tez əsəbləşirdi, anası keçən il bir neçə dəfə ətrafda qarışdığı mübahisələr olduğunu deyirdi. Yusif qardaşına qarşı da amansız davranırdı, onu ələ salırdı, sataşırdı. 6 yaşında olanda alovla oynamaqdan çox böyük həzz alırdı, hətta bir neçə dəfə kiçik yanğınlar da törətmişdi, xoşbəxtlikdən yaralanan ya da zədə alan olmamışdı. Ana Yusifin işə yaramaz atası kimi olduğunu, kaş ki, onu dünyaya gətirməmiş olmasını arzu etdiyini ağlayaraq qeyd elədi. Yusif əvvəlcə danışmaqdan imtina etsə də sonra suallara cavab verməyə başladı. Evdə hər hansı bir istismar olmadığını, sadəcə belə istədiyi üçün evdən qaçdığını dilə gətirirdi. Ancaq sorğu sual bir az daha davam etdikdən sonra 6-8 yaş arasında anasının ikinci həyat yoldaşı ilə birlikdə yaşadıqlarını və həmin adamın əsəbləşəndə onu kəmərlə döydüyü məlum oldu. Yusif davranışlarının sadəcə əylənmək üçün olduğunu qeyd edirdi. Mübahisələrin qarşı tərəf tərəfindən başladıldığını deyir, heç bir alətdən istifadə etmədən bir gəncin də burnunu qırdığını fəxrlə dilə gətirirdi. Yusifin sinif rəhbərinin qeydlərində 2-ci sinifdə olanda fərdi dərslərə ehtiyac duyulduğu qeyd olunmuşdu, 1-ci sinifdə olanda isə Diqqət Əskikliyi və Hiperaktivlik əlamətləri baxımından dəyərləndirildiyi göstərilmişdi. Metilfenidat (ritalin) müalicəsi başladılmış lakin sonra ailə müalicəyə davam etməmişdi. Hal-hazırda heç bir müalicə almırdı. Yusif hal- hazırda 6-cı sinifdə xüsusi təhsil sinfində idi, 5-ci sinifdə qalıb və sinifi təkrar oxumuşdu. Qiymətləri çox aşağı olduğuna görə yenə də 6-cı sinfi təkrar oxumaq məcburiyyətində qalmaq ehtimalı vardı. Əvvəlki incələmələrdə 5 yaşında ikən “Uşaq Müdafiə Cəmiyyətinin” ailəni qeydiyyata aldığını, o və qardaşının gecə gec saatlarda analarından xəbərsiz ayaqyalın küçədə tapıldığı müəyyən edilmişdir. Ailə dəstək üçün mütəxəssisə yönləndirilmiş, lakin görüşlərə gedilməmişdir. Yusifin hər iki valideyninin də spirtli içki və maddə istifadəsi keçmişi vardı. Hamiləlik planlı deyildi və ana hamiləlik boyunca maddə istifadə etmişdi. Yusif dünyaya gəldikdən qısa bir müddət sonra anası və atası ayrılmış, nəticədə ana onunla birgə öz ailəsinin yanına köçmüşdür. Ana Yusifin davranışlarının dözülməz olduğunu, hətta onun davranışlarına görə tez-tez ətrafdakılar tərəfindən qınaq obyektinə çevrildiyini təəssüf hissi ilə bildirmişdir.
  • 29. KEYSİN ANALİZİ • Yuxarıdakı keys DSM V diaqnostik meyarlarına əsasən qiymətləndirilərsə Yusifdə davranış pozuntusu olduğu qeyd oluna bilər. Yusifin davranış problemləri, ilk dəfə 5 yaşında özünü göstərməyə başladı. Bu da, Yusifin davranış pozuntusu diaqnozunu uşaqlıqda başlayan tip kateqoriyasına aid edir. Çünki, əlamətlər 10 yaşından öncə özünü göstərməyə başlamışdır. Yusifdə davranış pozuntusunun 4 kateqoriyasının hər birinə rast gəlmək mümkündür. İnsanlara və heyvanlara qarşı hücum kateqosiyasındakı, tez-tez başqalarına kobudluq etmək, gözdağı vermək və ya başqalarını hədələyərək gözünü qorxutmaq, tez-tez dava-dalaş salmaq, başqalarını ağır yaralaya biləcək əşyalardan istifadə etmək (məsələn daş, şüşə parçası, bıçaq, silah), insanlara qarşı qəddar davranmaq meyarları onun davranışlarında var idi. Əşyalara zərər vermək kateqoriyasındakı qəsdən , bilərəkdən yanğın çıxartmaq meyarındakı davranış pozuntusu əlaməti 6 yaşında olanda özünü göstərmişdir. Fırıldaqçılıq, ya da oğurluq katerqoriyasındakı davranış pozuntusu əlaməti isə, ilk dəfə 8 yaşında başlayaraq mağazadan, sinif yoldaşlarından, qonşulardan periodik şəkildə oğurluq edərək görünmüşdür. Qaydaları ciddi ölçüdə pozma kateqosiyasındakı valideynlərinin qadağalarına baxmayaraq 13 yaşından başlayaraq tez-tez gecələr çöldə qalmışdır. Yusif 12 yaşında dəfələrlə həm evdən, həm də dərsdən qaçma hallarına görə polis tərəfindən saxlanılıb müayinəyə göndərilmişdir. Qeyd olunan bütün bu əlamətlər artıq 1 ildən çoxdur ki, özünü büruzə verdiyinə görə Yusifə davranış pozuntusu diaqnozu qoyula bilər. Yusifin davranış pozuntusundan əvvəl 1-ci sinifdə olanda Diqqət Əskikliyi və Hiperaktivlik əlamətləri baxımından dəyərləndirildiyi də göstərilmişdi. Metilfenidat (ritalin) müalicəsi başladılmış, lakin sonra ailə müalicəyə davam etməmişdir. • Yusifin hər iki valideyninin də spirtli içki və maddə istifadəsi keçmişi var və həmçinin hamiləlik planlı deyildi və ana hamiləlik boyunca maddə istifadə etmişdir. Bundan əlavə Yusif 6-8 yaş arasında anasının ikinci həyat yoldaşı ilə birlikdə yaşayıblar və həmin adamın əsəbləşəndə onu kəmərlə döyərək istismara məruz qoyması Yusif üçün əlverişsiz mühit hesab olunaraq davranış pozuntusu riskini artırmışdır.
  • 30. DAVRANIŞ POZUNTUSU • Davranış pozuntusu başqalarının təməl haqlarının önəmsənmədiyi, cəmiyyət qaydalarının pozulduğu antisosial davranışlarla özünü göstərən davranışlara deyilir. Davranış pozuntusu, idarəsiz davranışları ehtiva edir. Bu davranışların içində təcavüzkarlıq, oğurluq, hücum, şiddət, yalan danışmaq və əşyalara zərər vermə kimi hərəkətlər var. Bunların sıxlığı, ciddiliyi uşaqların və yetkinlərin sərgilədiyi davranışların tamamilə kənarındadır və bir-birindən fərqlənir. Davranış pozuntusu sıx yaşanan problemlərdən biridir. Uşaqlarda ən az 1 əlamətin xüsusiyyətlərinin 10 yaşından öncə başlanması ilə görünərkən, yeniyetmələrdə isə tam əksinə 10 yaşına qədər heç bir əlamətin görünmədiyi hallarda da ortaya çıxa bilər. Davranış pozuntusunda şəxs davranışdan peşmanlıq çəkməz. Əksinə şəxs bu davranışların nəticəsində hissiz və laqeyd hərəkət edir. Mütəxəssisə müraciət edən valideynlərin bir çoxu uşaqlarının tez-tez mübahisəni başladan tərəf olduqlarını, həmyaşıdlarına qarşı mərhəmətsiz davrandıqlarını, ətrafdakı insanların əşyalarına zərər verdiklərini, oğurluq etdiklərini, evdə ya da məktəbdə qaydalara riayət etmədiklərini dilə gətirirlər. Bu tip davranışlar içində uşaq və yeniyetmələr ilk olaraq aqressiv davranışlarına görə psixoloji qiymətləndirməyə yönləndirilirlər. İmpulsiv davranışlar uşaqlarda inkişafın forması olaraq normal qəbul edildiyi halda uşaqlıq dövrünün sonlarına doğru bu davranışlar şiddətlənərsə və ya davam edərsə müdaxilə edilməsi vacibdir. Eyni zamanda erkən uşaqlıq dövründən başlayaraq həmyaşıdlarının, ailə üzvlərinin təməl haqlarını pozaraq aqressiv davranışlar sərgiləyən uşaqlarda, bu davranışlar zamanla yerini müəyyən başqa bir davranış pozuntusu ilə əvəzləyə bilər. • Ümumiləşdirsək, davranış pozuntusu fərdə, ailəyə və cəmiyyətə neqativ istiqamətdə təsir edən başlıca xüsusiyyətləri digər insanların təməl haqlarının, eyni zamanda cəmiyyətin qayda və qanunlarının tez-tez və təkrar şəkildə pozulmasıdır.
  • 31. • Problemli davranışların bir çox fərqli səbəbləri ola bilər. Yetişkinlər içində davranış pozuntusunun görülmə sıxlığı 15%-ə qədərdir. Uşaq və yeniyetmələrdə 11%, əlverişsiz mühitlərdə yaşayan uşaq və yeniyetmələrdə isə bu sıxlıq 20-35%-ə qədər artır. Ədəbiyyatlarda, əlverişsiz mühit dedikdə, ögey ata və ya anaya sahib olmaq, cəza törətmək, keçmişdə qanun pozuntusu, oğlan və tək valideynə sahib olmaq, uşaq istismarının və valideynlərdən birinin istismar yaşadığı ailədə böyümək, ailələr, valideynlər arasındakı uyuşmazlığın olması, anada depressiyanın olması, iki və daha artıq uşağa sahib ailələr, maddi vəziyyətin aşağı olması, işsizlik, valideynlərin stress səviyyələrinin yüksək və özünü qiymətləndirmələrinin aşağı olması, sosial dəstəyin qeyri-kafi olması, geniş ailələr, maddə istifadəsi, yaşadığı mühitdə şəraitin olmaması kimi müxtəlif faktorlar nəzərdə tutulmuşdur. Və bu sadalananların davranış pozuntusu üçün iki qat risk faktoru hesab olunduğu qeyd edilir. Davranış pozuntusu əksər hallarda yeniyetməliyə keçid mərhələsində (son uşaqlıq ilkin yeniyetməlik dövründə) başlayır və 16 yaşından sonra başladığı nadir olaraq görülür. • Şəxs də davranış pozuntusu olması halında, digər insanların duyğularını, istəklərini, arzu və gözləmələrini əhəmiyyətli hesab etməz və empatiya yarada bilməzlər. Təcavüzkar şəxslər, digər şəxslərin niyyətlərini düşməncə və təhdid edici qəbul edərlər. Təcavüzkar reaksiya verərək, bunda haqlı olduqlarını düşünürlər. Sərt olduqlarından günahkarlıq və peşmanlıq çəkməzlər. Öz etdikləri yanlış hərəkətə görə başqalarını günahlandırar və onları ələ verərlər. Güclü görünmək istəsələr də, özlərinə etibarları yoxdur. Gərginlik və əsəb içində olduqlarından, tez-tez qəza edərlər. İntihar cəhdləri var. Davranış pozuntusu son illərdə artmış və şəhərlərdə daha çox görülməyə başlamışdır. Oğlanlarda qızlara nisbətən daha çox görülməkdədir. Xəstəliyin proqnozu hər kəsdə fərqlidir. Müalicə edilən xəstələrin çoxunda yetkinlik yaşında tam sağalma mümkündür, ancaq daha az qismində davranışlar yetkinlik yaşında da davam edir və bu pozuntu davam edərsə zamanla antisosial şəxsiyyət pozuntusuna çevrilə bilir. Davranış pozuntusu olan şəxslərdə spirt asılılığı, şizofreniya, duyğu-vəziyyət pozuntusu, hiperaktivlikdəki kimi problemlər daha çox meydana gələ bilir.
  • 32. • Davranış pozuntusunun etimologiyasından bəhs etsək, tək bir səbəbdən bəhs etmək doğru deyildir. Davranış pozuntusu ətraf şərtlərin və genetik faktorların təsirindən meydana gəlir. Genetik və sosial faktorların birləşərək bu pozuntunun yaranmasına səbəb olduğu düşünülür. Davranış pozuntusu olan uşaqlar daha çox sosioekonomik cəhətdən parçalanmış ailələrdən gəlir. Bu uşaqlar ailədaxili neqativ yaşantılarla daha çox qarşılaşır. Davranış pozuntusu olan uşaqların ailələrində spirtli içki istifadəsinə, antisosial şəxsiyyət pozutusuna, bipolyar pozuntulara, şizofreniya, diqqət əksikliyi, hiperaktivlik və davranış pozuntusuna normal populyasiyalara nisbətən daha çox rastlanır. Uşaq böyüyərkən heç bir əngəllərlə qarşılaşmadıqda ya da həddindən artıq səviyyədə cəzalandırıldıqda, bu da davranış pozuntularına yol aça bilər. Xüsusilə də, uşaqlıq dövrü cinsi təcavüzlər, davranış pozuntusu riskini artırır. • Davranış pozuntusu ilə məktəbdə dərslərin müvəffəqiyyəti, nitq qabiliyyəti, İQ, problem həll etmə bacarıqları, sosial münasibətlər arasında əlaqə araşdırılmış və statistik olaraq anlamlı neqativ bir münasibət tapılmışdır. Müəyyən edilmişdir ki, davranış pozuntusu artdıqca, məktəbdə dərslərin müvəffəqiyyəti, nitq qabiliyyəti, İQ, problem həll etmə bacarıqları aşağı düşməyə başlayır və sosial münasibətlər zəifləyir. Yəni davranış pozuntusu olan insanlarda akademik bacarıqlar, xüsusilə yazma və digər verbal (sözəl) bacarıqlar, yaş və intellekt səviyəsinin aşağı olması müşahidə oluna bilər. • Xroniki fiziki xəstəliklər (xüsusilə də nevroloji) ya da əlillik hallarının da davranış pozuntusu riskini artırmaqda olduğu bilinir. • Aparılan araşdırmalar zamanı davranış pozuntusu olanların frontal və temporal beyin paylarında anormallıqların olduğu məlum olmuşdur. • Davranış pozuntusu bir və ya bir neçə psixi pozuntularla görülə bilər: xüsusi öyrənmə pozuntusu, təşviş pozuntusu, depressiv yaxud bipolyar pozuntu kimi pozuntularla birlikdə görülə bilər. Davranış pozuntusu ilə birlikdə görülən digər problemlər, oğlanlarda qızlara nisbətən daha çox görülür. Davranış pozuntusu olanların önəmli bir qismində diqqət əskikliyi və hiperaktivlik görünür. Çoxunda isə eyni zamanda qarşı gəlmə pozuntusuna da rast gəlinə bilər. Maddə istifadəsi pozuntusu ilə də yaxın əlaqədədir. Əhval və təşviş pozuntuları da davranış pozuntusu ilə birlikdə görülə bilən pozuntulardandır.
  • 33. • Bəzi oxşar əlamətlər ola bilər, lakin diqqət əskikliyi və hiperaktiv olan uşaqlar tez-tez hiperaktiv və impulsiv davranışlar göstərməklərinə baxmayaraq, bu hərəkətlər yaşına uyğun olaraq cəmiyyət qaydalarını, qanunlarını, sosial normaları və ya digər insanların haqqlarını pozmamalıdır. Qarşı gəlmə pozuntusu olan uşaqlarda isə digərlərinin haqlarına, cəmiyyətin dəyərlərinə zorakı və antisosial davranışlar yoxdur. Əgər oxşar davranışlardan əlavə bu davranışlar da görünürsə davranış pozuntusunun da olduğu qeyd oluna bilər. Digər bəzi oxşar əlamətlərlə aralıqlı partlayıcı pozuntu (İntermittent explosive disorder) da var ki, həm davranış pozuntusu, həm də aralıqlı partlayıcı pozuntuda hər ikisinə yüksək aqressiya səviyyəsi daxildir. Lakin aralıqlı partlayıcı pozuntusu olan şəxslərdə impulsiv aqressiya məhduddur və qəsdən baş vermir, bəzi müəyyən bir məqsədə (məsələn, pul, hökmranlıq, kimisə qorxutma) nail olmaq üçün törədilmiş deyil. Bipolyar pozuntu və psixolotik pozuntularda da davranış pozuntusuna oxşayan əlamətlər ola bilər, lakin özlərinə xas əlamətləri ilə davranış pozutusundan xeyli fərqlənirlər. • Həmçinin, davranış pozuntusu, qarşı gəlmə pozuntusu, diqqət əskikliyi və hiperaktiv pozuntusunun birlikdə görülmə sıxlıqlarından yola çıxaraq bu pozuntuların ortaq genetik təməlləri paylaşdığı düşünülür. Lakin bu mövzu daha dərin araşdırılmalı və müzakirə olunmalıdır. Hər birinin özünə aid genetik təməllərinin olduğu və bir qisminin də ortaq genetik pozuntuları olduğu düşüncəsi qeyd edilir. • Xəstəliyin müalicəsi çox vaxt yetişkinlik dövründə sağalır daha az nisbətdə isə davam edir və antisosial şəxsiyyət pozuntusuna çevrilir. Davranış pozuntusu ümumilikdə yeniyetməlik dövründə başlayır, lakin bəzi hallarda 5-6 yaş dövrlərində də görülə bilər. 16 yaşdan sonra başlaması isə nadir görülən hadisədir. Xəstəliyin erkən yaş dövrlərində başlaması daha ağır nəticələrə gətirir, belə olan halda antisosial şəxsiyyət pozuntusu və ya spirtli içki istifadəsi aludəçiliyi riski daha böyükdür. Davranış pozuntusu ilə birlikdə diqqət əskikliyi və hiperaktivlik pozuntusu olanlarda nəticə daha pis olur, antisosial və zorakılıq məzmunlu davranışlara daha çox rastlanılır. Davranış pozuntusu olan uşaqlarda irəli yaşlar üçün əhval, təşviş və somatik pozuntuları inkişafı riski görünür. 15 yaşından öncə maddə istifadəsi olanlarda antisosial şəxsiyyət pozuntusunun yaranma ehtimali yüksəkdir. Araşdırmalara görə davranış pozuntusu diaqnozu qoyulanların 40%-ə qədərində antisosial şəxsiyyət pozuntusu inkişaf edir, antisosial şəxsiyyət pozuntusu göstərməyənlərdə (60%-ə qədəri) isə peşə və sosial fəaliyyətində problemlər özünü göstərə bilər.
  • 34. • 10 yaşına qədər uşaqlarda davranış pozuntusu yalan danışmaq, oğurluq etmək, aqressiv hücumlar, yerində dura bilməmək, inadçı olmaq və qarşı gəlmək kimi əlamətlərlə görülə bilər. • Yalan danışmaq – uşağı yalan deməyə məcbur buraxan çox vaxt valideynlərin, böyüklərin davranışlarındakı və sözlərindəki tutarsızlıqlardır. Uşaqların həddindən artıq nəzarət altında tutulması onların bəzi istəklərini böyüklərə demədən gerçəkləşdirmək məcburiyyətində qalmasına gətirib çıxarır. Böyüklərə demədən gerçəkləşdirilən hərəkətlər, uşağın bunu onlardan gizlətməsi üçün yalan danışmasına səbəb olur. Uşağa həddindən artıq müdaxilələrin edilməsi, onun dünyasına aid hər şeyi öyrənmək istəyi də, uşağı yalana itələyə bilər. Böyüklərin dedikləri yalanlar da həmçinin uşaqları bu davranışa təşviq edə bilər. Çünki, əksər hallarda uşaqlar davranış qaydalarını böyüklərdən, valideynlərdən nümunə götürürlər. Valideynlər yalanın pis bir davranış olduğunu dedikləri halda özləri bunu edirlərsə, həm də uşağı buna təşviq edə bilərlər, yəni uşaq düşünə bilər ki, yalan o qədər də pis bir şey deyil. Digər bir halda isə böyüklər uşağın etibarını itirə bilərlər. Başqa bir səbəb isə uşağın diqqət çəkmək istəyi ola bilər. Yəni uşaq yalan danışdıqda valideynlər tənbehləmək üçün belə olsa onunla oturub söhbət edir, diqqət yetirirlər. Bu da uşağın xoşuna gəlir. Uşaq yenə diqqətsiz qaldıqda yalan danışmağa başlayır ki, valideynlərin diqqətini çəkə bilsin. Xüsusilə də bacı-qardaşı varsa və onlara görə diqqətdən kənarda qalırsa bu şəkildə davranmağa başlayır ki, bu da hər dəfə işə yarayır. Yalan danışmağın qarşısını almaq üçün uşağa doğru danışmağın faydaları öyrədilməlidir. Eyni zamanda yetişkinlər öz dediklərinə sadiq qalmalı və uşağa düzgün nümunə olmalıdırlar, yalan danışmamalıdırlar. Uşağa nə həddindən artıq nəzarət və müdaxilələr ediməli, nə də diqqətdən kənar qoyulmalıdır. • Oğurluq etmək- Uşağın təkrarlanan oğurluq davranışları üstündə mütləq dayanmalı, uşaq və ailə arasındakı səbəblərə baxılmalıdır. Uşağı oğurluğa təşviq edən bir neçə səbəb ola bilər. Bunlardan biri ona kifayər qədər xərclik verilmədikdə o bu yola üz tuta bilər. Digər bir səbəb isə nə qədər qəribə olsa da, uşaq özgüvənini artırmaq üçün də oğurluq edə bilər. Yalan danışmaqda olduğu kimi yenə də uşaq diqqət çəkmək üçün də oğurluq edə bilər. Və yaxud uşaq mülkiyyət qavramını tam anlamamış olarsa, yəni başqalarının əşyasına icazəsiz toxunmağın, götürməyin düzgün bir davranış olmadığını bilmədiyi halda bu şəkildə davrana bilər. Digər bir halda isə uşaq kimdənsə intiqam almaq üçün bunu edə bilər. Başqa bir səbəb isə eyniləşməkdir. Əgər həmyaşıdları oğurluq edirlərsə onlara yaxın ola bilmək, münasibət qura bilmək və o qrupa daxil ola bilmək üçün uşaq da oğurluq edə bilər. Bunun qarşısını almaq üçün ilk növbədə uşaqla düzgün ünsiyyət qurmaq lazımdır. Müəyyən misallar verməklə, nümunələr göstərməklə bu davranışın düzgün olmadığını izah etmək lazımdır. Həmçinin uşağa mülkiyyət qavramının önəmi başa salınmalı və nəticələri deyilməlidir. Ailə içində münasibət azdırsa bunu gücləndirmək lazımdır. Uşağın ehtiyaclarını qarşılayacaq ölçüdə xərclik vermək də bu yolda valideynlərə dəstək ola bilər. Eyni zamanda ətrafda cəlbedici əşyaların qoyulmaması da lazımdır. Uşağın mütləq özünə aid şəxsi bir neçə əşyası olmalıdır. Onu sahiblənməli və mülkiyyət qavramını əyani şəkildə anlamalıdır. Bu hərəkətə görə uşağa qətiyyən güclü reaksiya, fiziki şiddət göstərilməməlidir. Əksinə münasib yolla uşağın götürdüyü əşyanı üzr istəyərək geri verməsinə şərait yaradılmalıdır.
  • 35. • Aqressiv hücumlar- Qızlara nisbətən oğlan uşaqlarında fiziki şiddət, aqressiya daha çox rastlanılan haldır. Oğlan uşaqları adətən anlaşılmazlıqlarını döyüşərək həll etməyə çalışarlar. Bunun müxtəlif səbəbləri ola bilər. Ailədə uşağa göstərilən fiziki şiddət, fiziki şiddətin olduğu yayımlar, proqramlar, filmlər və.s, bəzən aqressiv davranışlar böyüklər tərəfindən həddindən artıq kontrol edilməyə çalışılır və bu da əksinə, uşaqda bu davranışı daha da artırır. Həmçinin bu davranış tərzi bəzi hallarda əqli-geriliyin və ya hər hansı psixoloji bir pozuntunun simptomu ola bilər. Bu kimi müxtəlif səbəblərdən yaranan aqressiyanın öhdəsindən gəlmək üçün ilk növbədə uşaqla valideyn arasında fiziki şiddət yerinə, mən dilinin istifadə edilməsi olduqca vacibdir. Ana, ata, müəllimlər fiziki şiddətdən uzaq durmalıdırlar. Uşağa sakitləşməsi üçün vaxt verilməli və daha sonra o sakitləşdiyi təqdirdə davranışları ilə bağlı danışmaq lazımdır. Digər bir halda uşaq idmana da yönləndirilə bilər, o bu istiqamətdə çox uğurlu ola bilər. Aqressiv davranışlar heç bir şəkildə mükafatlandırılmamalıdır. Uşaq aqressiv davranışları ilə istədiklərini əldə etməməlidir.Belə olduqda bu davranışlar onda möhkəmlənə bilər, əksinə belə davranışlar davam etdikcə istədiklərini itirə biləcəyini ona göstərmək lazımdır. Uşaqda pozitiv davranış görüldüyündə mümkün qaydalar çərçivəsində mükafatlandırmaq olar. Uşaq rəsm kimi fəaliyyətlərə də yönləndirilə bilər ki, bu da onun sinirlərinin sakitləşməsinə kömək edəcəkdir. Uşağa öz-özü ilə danışma, sakitləşdirmək üçün üsullar öyrədilməlidir. Uşağı aqressiv filmlərdən, oyunlardan, oyuncaqlardan, proqramlardan uzaq tutmaq lazımdır. • Davranış pozuntusu əlamətlərindən digər biri də çox hərəkətli, yerində dura bilməyən uşaqlardır. Adətən bu uşaqlar üçün “Hara baxsam onu görürəm” desək yanılmarıq və bunun bir çox səbəbləri vardır. Hipektivlik pozuntusu ola bilər. Uşaqlıq dövrü xəstəliklərindən sonra da yarana bilər. Beyin toxumasında anadangəlmə və ya sonradan zədələnmə hallarından qaynaqlanması da səbəblər içərisindədir. Bu şəkildə çox hərəkətli uşaqlarla baş edə bilmək üçün günlük proqram yaradılmalıdır. Uşaq çox qıcığın olduğu mühitlərdən uzaq tutulmalıdır. Pozitiv davranışları mükafatlandırılmalıdır. Fiziki cəzalar yerinə təsirli cəzalardan istifadə edilməlidir. Məsələn təpikləmə, dişləmə kimi davranışlar göstərdiyində cəza olaraq tək buraxılması, bir neçə müddət yalnız qalması təsirli ola bilər. Həddindən artıq hərəkətliliyin olduğu zamanlarda uşaq başqa bir fəaliyyətə yönləndirilməlidir. Sakitləşdikdə, uşaqla davranışları ilə bağlı danışmaq önəmlidir. Məktəbdə müəlliminin gözünün önündə, pəncərədən uzaq, lövhəyə yaxın yerdə oturmalıdır. Tapşırıqlarını edərkən tez-tez fasilələr verilməlidir. Oyun saatı qətiyyən azaldılmamalıdır. Dərs çalışarkən kənar davranışları önləmək üçün sistem yaradılmalıdır (məsələn müvəffəqiyyət qrafiki kimi). Uzun tapşırıqlar hissələrə ayrılaraq yerinə yetirilə bilər. • İnadçı və qarşı gələn uşaqlar isə aqressiv hücumlarını passiv yolla dilə gətirən uşaqlardır. • Yayılması: Bir illik əhalinin yayılması təxminən 2%dən çox 10%ə qədər, orta hesabla 4 % hesab olunur. Davranış pozuntusunun yayılması müxtəlif ölkələrdə fərqlidir, hansılar ki öz irqi və etnik baxımından asılı olaraq dəyişir. Uşaqlıqdan yeniyetməliyə qədər yayılma dərəcəsi yüksəlir və kişilərdə qadınlardan çox rast gəlinir. •
  • 36. DİAQNOZU: • Davranış pozuntusunun əsas xüsusiyyəti təkrarlanan və qalıcı davranış modelləridir ki, burada başqalarının haqları yaxud şəxsin yaşına uyğun sosial normalarının pozulması müşahidə edilir. Davranış pozuntusu ilk öncə fərdin özünə, daha sonra ətrafına mənfi istiqamətdə təsir etməkdədir. DSM-5 diaqnostika meyarlarına görə bu davranışlar dörd əsas qrupa bölünür: 1) İnsanlara və heyvanlara qarşı hücum 2) Əşyalara zərər vermək 3) Fırıldaqçılıq ya da oğurluq 4) Qaydaları ciddi ölçüdə pozma • Diaqnozun qoyulması üçün DSM-5 diaqnostika meyarlar kitabında qeyd olunan davranış pozuntusu əlamətlərinin son 12 ay içində aşağıdakı kateqoriyaların hər hansı birindən olmaq üzərə aşağıdakı 15 meyar ölçülərindən ən az biri son 6 ay içində özünü göstərməlidir.
  • 37. İnsanlara və heyvanlara qarşı təcavüzkarlıq. 1.Tez-tez başqalarına kobudluq edir, gözdağı verir, ya da başqalarını hədələyərək gözünü qorxudur. 2.Tez-tez dava-dalaş salır. 3.Başqalarını ağır yaralaya biləcək əşyalar istifadə etmişdir (məsələn daş, şüşə parçası, bıçaq, silah). 4.İnsanlara qarşı qəddar davranır. 5.Heyvalara qarşı qəddar davranır. 6.Kiminsə gözü qarşısında oğugrluq etmişdir (məsələn hücum edərək oğurluq etmək, silahlı soyğun). 7.Kimisə cinsi fəaliyyətdə olmağa məcbur etmişdir.
  • 38. Əşyalara zərər vermək: 8. Ağır zərər vermək məqsədiylə qəsdən yanğın törətmişdir. 9. Başqalarının əşyalarına bilərəkdən zərər vermişdir (yanğın törədərək zərər verməkdən əlavə).
  • 39. Fırıldaqçılıq ya da oğurluq 10. Başqasının evinə, əmlakına zorla daxil olmuşdur. 11. Əldə etmək, faydalanmaq, mənfəət üçün və ya məsuliyyətlərindən qaçmaq üçün tez-tez yalan danışmışdır. 12. Başqaları görmədən, sadə olmayan əşyaları oğurlamışdır (məsələn, mağazadan oğurluq)
  • 40. Qaydaları ciddi ölçüdə pozma: 13. Valideynlərinin qadağalarına baxmayaraq 13 yaşından başlayaraq tez-tez gecəni çöldə keçirmişdir. 14. Valideynlərinin ya da məsul şəxslərin evində yaşayarkən ən az 2 gecə evdən qaçmışdır, ya da aradan uzun bir müddət dönməməklə evdən bir dəfə qaçmışdır. 15. On üç yaşından öncə məktəbdən tez-tez qaçmışdır.
  • 41. • Bu davranış pozuntusu sosial, məktəb və ya işlə bağlı fəaliyyətlər nəticəsində klinik əhəmiyyətli bir azalmaya səbəb olur. • Şəxs 18 yaşında, ya da daha irəli bir yaşdadırsa, antisosial şəxsiyyət pozuntusu meyarları ilə qarşılaşdırılır. Alt tipləri : • Davranış pozuntusunun 3 alt tipi müəyən edilir, hansılar ki, xəstəliyin başlama yaşına görə təyin olunur. • Olub olmadığını qeyd ediniz:
  • 42. 312.81 (F91.1) Uşaqlıq dövründən başlayan tiplər • : Şəxslər ən az bir əlamətə aid xüsusiyyəti 10 yaşından öncə göstərir. Başlanğıc davranış pozuntusu olaraq adətən oğlanlarda rast gəlinir, onlar başqalarına qarşı tez-tez fiziki aqressiya göstərir, bu da öz yaşıdları ilə əlaqədə çətinliklər yaradır. Bu alt tipə sahib olan bir çox uşaqda eyni zamanda diqqət əskikliyi, hiperaktivlik, sinir sisteminin inkişafında çətinliklər müşahidə olunur. Uşaqlıqda başlayan alt tipin genetik faktorlarla bağlantısı daha çox olduğundan antisosial şəxsiyyət pozuntusu yaratma riski daha yüksəkdir. Bu uşaqlarda özünə qəsd düşüncəsi tez-tez görülməkdədir.
  • 43. 312.82 (F91.2) Yeniyetməlik dövründən başlayan tiplər • Şəxslər heç bir əlamətə aid xüsusiyyəti 10 yaşından öncə göstərmirlər. Yeniyetməlikdə başlanan tipdə əlamətlər 10 yaşdan sonra görülür. Uşaqlıqda başlanan növü ilə müqayisədə davranış pozuntusunda aqressiv davranışları daha az görülür və adətən həmyaşıdları ilə daha çox normativ münasibətlərdə olur.
  • 44. 312.89 (F91.9) Başlama vaxtı qeyri-müəyyən tiplər • : Davranış pozuntusu diaqnozu üçün meyarları təsdiqləyir, lakin ilk əlamətin 10 yaşından öncə başlayıb başlamadığını göstərən heç bir sübut yoxdur. • Davranış pozuntusu başqalarına verilən zərərə və əlamətlərin sayına görə yüngül, orta və ağır olaraq dəyərləndirilir. 1)Ağır olmayan (yüngül): əlamətlərdən bəziləri ola bilər, lakin bu davranış problemləri başqalarına olduqca az neqativ təsir göstərir (yalan danışmaq, məktəbdən qaçmaq, hava qaralandan sonra icazəsiz çölə çıxma, bəzi qaydalara əməl etməmə). 2)Orta dərəcə: davranış problemlərin sayı “ağır olmayana” nisbətdə, daha çoxdur (başqa birinin gözü qarşısında oğurluq etmək, acımasız davranışlar nümayiş etdirmə). 3)Ağır dərəcəli: Diaqnoz qoymaq üçün lazımi davranış problemlərinin bir çoxu olmalıdır və ya başqalarına çoxlu miqdarda neqativ təsir gostərməlidir (cinsi istismar, acımasız davranışlar etmək, heç kim görmədən oğurluq etmək, qapını qıraraq içəri girmək və s.).
  • 45. • Davranış pozuntusu sosial, məktəb və ya iş ilə bağlı funksionallıqda klinik olaraq müəyyən zəifliyə gətirib çıxardır. • Tarixinə nəzər salsaq antisosial davranışlar haqqında fikirlərin ədəbiyyatlarda 19-cu əsrin əvvəllərindən bəri mövcud olduğunu görərik. Uşaqlıq və yeniyetməlikdə antisosial və deviant davranışlardan DSM II də bəhs edilmiş ancaq “davranış pozuntusu” termini ilk dəfə DSM III də istifadə olunmuşdur. Qeyd edilən 13 kriteriyadan üçünün ən az 6 aydır olması şərti qoyulmuşdur. DSM IV də “diqqət əskikliyi və deviant davranış pozuntuları” başlığı altında qeyd olunmuş 15 kriteriyadan ən az birinin son 6 aydır olması, ən az 3 əlamətin isə 12 aydır olması şərti qeyd olunmuşdur. DSM V də həmin kriteriyalar “deviant, implus təftiş və davranış pozuntuları” adı altında qorunmuşdur. İCD 10-da isə qarşı gəlmə və davranış pozuntusu üçün ortaq əlamətlər müəyyən edilmişdir.
  • 46. Peşmançılıq ya günahkarlıq hiss etməmək • Səhv bir hərəkət etdiyi zaman özünü pis hiss etmir və ya günahkarlıq hissi keçirtmir. Həmin şəxs gördüyü işin mənfi nəticələri ilə bağlı olaraq narahatlıq hiss etmir. Məsələn: insan birini yaraladıqdan sonra peşmançılıq hiss etmir və ya qaydaları pozduğu zaman nəticələr onu maraqlandırmır.
  • 47. Duyğusuzluq–empatiya əskikliyi • Başqaların duyğusu onu maraqlandırmır, soyuq və heç nəyə fikir verməyən biri kimi insanda təəssürat yaradır. Öz əməlləri ilə başqalarına böyük ölçüdə pislik etsə də, həmin davranışların başqaları üzərində təsirindən çox, öz üzərindəki təsirindən maraqlanır. Səmimilikdən uzaq və hər zaman duyğularını öz mənfəəti üçün istifadə edir.
  • 48. Bir şeyi etmənin narahatçılığını keçirtməmək • Məktəbdə, iş yerində, ya da hansısa başqa bir yerdə yaxşı bir iş ortaya çıxara bilməmə və ya yaratdığı problemlə maraqlanmamaq. Ona qarşı gözləntilər çox olsa da, bir işi yaxşı görmək üçün cəhd göstərmir və işinin nəticəsi yaxşı olmadıqda başqalarını günahlandırır.
  • 49. MÜALİCƏSİ: • Davranış pozuntusunun müalicəsi çox çətin olub, çox istiqamətli bir müalicə tələb edir. Xəstəliyə xüsusi müəyyən edilmiş psixofarmakolojik müalicə yoxdur. Xəstəliyin əlamətlərinə uyğun dərman müalicəsi tətbiq edilir. Davranış pozuntusu çox vaxt başqa psixiatrik pozuntularla birlikdə olduğundan dərman müalicəsi yazılarkən onunla birlikdə digər xəstəliklər də nəzərə alınmalıdır. • Müalicəni daha da çətinləşdirən xüsusiyyətlər pozuntuya aid əlamətlərdən ən az birinin 10 yaşından öncə başlamış olması, aşağı İQ, kişi cinsiyyəti, maddə istifadəsi ilə yanaşı başqa psixiatrik problemlərin olması qeyd oluna bilər. • Aqressiv davranışların və zorakılığın kontrolu üçün antipsixotiklər, antikonvülsanlar, litium, antidepresanlar, benzodiazepinler, beta blokerlər və.s psixofarmakolojik yanaşmalar əhəmiyyətlidir. • Ailə təlim qrupları ilə ailənin uşağın davranışları ilə mübarizə aparma bacarıqları yaradıb, inkişaf etdirilərkən, eyni zamanda uşağın bu davranışlarına səbəb ola biləcək hadisələrin fərqinə varmaları üçün fürsət yaradılır. Bununla da ailə öz yanaşmasını, davranışını, dəyişdirməklə uşağın müalicəsinə kömək edir. Bu mövzuda yaradılmış müxtəlif proqramlar vardır. Xüsusilə də antisosial əlamətlər olan ailə fərdlərində uşağın müalicəsinə davam etdirməmə kimi risklər də mövcuddur. • Sadəcə çox rastlanılan olması ilə deyil, eyni zamanda cəmiyyətə təsiri ən çox olan narahatlıqlardan biri olduğu üçün davranış pozuntusunun müalicəsində bir çox metodlar yoxlanılmışdır və bunların çox az qismi uğurlu olmuşdur.
  • 50. • Koqnitiv davranış terapiyası müalicəsi ilə davranış pozuntusu olan uşaqların ünsiyyət bacarıqları, ani davranışlarının kontrolu, problem həll etmə bacarıqlarının inkişafı, qəzəb kontrolu kimi koqnitiv sahələrdəki pozuntuların düzəldilməsi qarşıya məqsəd qoyulur. Sosial öyrənmə nəzəriyyəsinə görə davranış pozuntusunun müalicəsində uşaqlarla birlikdə, ana-atanın davranışlarının da qaydaya salınması vacibdir. Çünki valideynlərin hərəkətləri uşağın antisosial davranışlarının inkişaf etdirilməsində az da olsa rol oynadığı qeyd olunur. • Ətrafın və uşağın birlikdə ələ alınması müalicənin effektivliyini artırır. Davranış pozuntusu ilə birlikdə başqa psixoloji problemlər varsa bunların da müalicə üsulları nəzərə alınmalıdır. • Mütəxəssis dəstəyi nə qədər erkən alınsa, uşaq ya da yeniyetmə üçün müalicə də bir o qədər effektiv olacaqdır. Əks halda problemlər yerləşdirildikdən, vərdişə çevrildikdən sonra müraciət edilsə, seansların müddəti uzana bilər. Psixoterapiya seanslarında ilk öncə problemli davranışlar üzərində durmaq və problemli davranışın dəyişdirilməsinə istiqamətlənmiş texnikalar istifadə edilir. Bunun səbəbi davranış pozuntusunda uşaq və yeniyetmələr üçün daha çox ətraf təhlükəli olaraq qavranıldığında, ətrafa aqressiv davranışlar sərgilədiyi düşünülür. Sözü gedən səbəblərdən ötrü seanslarda yeni duyğu, düşüncə və davranış formaları hədəflənməlidir. Fərdə problemini həll etmək üçün alternativ düşüncə metodları və rahatlama texnikaları öyrədilməlidir. Beləcə, terapistin olmadığı hallarda fərd problemlərlə üzləşdikdə tək başına öhdəsindən gələ bilsin. • Davranış pozuntusu olan uşaqların ən qısa zamanda müalicə alması onların həm inkişafları, həm də sosial münasibətləri baxımından çox önəmlidir.
  • 51. DAVRANIŞ POZUNTUSU OLAN UŞAQLARIN AİLƏLƏRİNƏ TÖVSİYƏLƏR: • Davranış pozuntusu olan uşaqların ailələrinə ilk növbədə övladlarına zaman ayırmaq, onların xoşladıqları tərzdə oyunlar oynamaq, onların istəkləri ilə yaxından maraqlanmaq tövsiyyə olunur. Yanlış davranış zamanı yaxşı olar ki, həmin an uşaq ilə münasibət qurmaq və aqressiv cavab vermək əvəzinə, bir az zaman keçdikdən sonra baş verən hadisə haqqında danışmaq daha müsbət nəticə verə bilər. Bundan əlavə yaxşı olar ki, belə uşaqlar müsbət davranışlar etməyə həvəslənmək üçün cəsarətləndirilsin. Neqativ davranışlarını deyil, əksinə müsbət davranışlarını vurğulayaraq həm onların özgüvənini qaldırmış, həm də təmənnasız sevdiyinizi bildirmiş olacaqsız. Unutmaq olmaz ki, uşaq gördüyü davranışları sərgiləyir, ona görə hər şeydən öncə valideynlər öz davranışlarına və müraciət formalarına diqqət yetirməlidirlər. • Müalicəyə yönləndirilmiş uşaqların ailələrində uşağa hər zaman dəstək olmaq lazımdır. Həm ailə, həm də məktəb və mütəxəssis bu istiqamətdə işbirliyi içərisində olmalıdır.