SlideShare a Scribd company logo
1 of 6
QLOBAL EKOLOJİ
PROBLEMLƏR
Ekologiya sözü yunan mənşəli olmaqla "oykos"- "ev", "mənzil","loqos" "elm", "təlim"eməkdir. "Ekologiya"
termini ilk dəfə 1866-cı ildə alman təbəitşünası Ernest Hekkel tərəfindən irəli sürülmüşdür. "Ekologiya"
canlı orqanizmlər ilə onları əhatə edən mühit arasında qarşiliqli əlaqələri tədqiq edən elmdir.
Ekoloji problemlər miqyasına görə: a) lokal; b) regional, c) qlobal problemlərə bölünür.
Ekoloji problemlər — müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi
nəticəsində yaranan problemlərdir.
XXI əsrin ən böyük bəlası hesab olunan qlobal ekoloji problemlər - havanın çirklənməsi, ozon qatının
nazikləşməsi, turşulu yağışlar, torpağın deqradasiyası, tullantılar problemi, biomüxtəlifliyin azalması, içməli
su ehtiyatının azalması, qlobal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azalması və s.
Ekoloji böhranın qlobal xarakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə
etməsi, onun hazırkı böhranlı vəziyyətinin, cəmiyyətin gələcəyinə təhlükə yaratmasıdır. Bu problemlərin
aradan qaldırılması üçün bütün imkanların birləşdirilməsi, bütün dövlətlərin və xalqların birgə fəaliyyət
göstərməsi tələb edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin həlli yalnız beynəlxalq əməkdaşlıq
nəticəsində mümkündür. Ekoloji problemlər qlobal problemlər sistemində sülh və müharibə
problemlərindən sonra birinci sırada durur. Mühüm qlobal
problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl,
bütöv bəşəriyyətin mənafeyini ifadə edir.
İkincisi, ekoloji problemlər özünü sivilizasiyanın
inkişafının obyektiv amili kimi göstərir; onların
kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti
məhv olmaq təhlükəsi ilə hədələyir.
Üçüncüsü, onların adekvat təhlili yəni təbii, texniki və
ictimai elm nümayəndələrinin birgə fəaliyyətini tələb edir.
Dördüncüsü, onların düzgün həlli bütün dünya
dövlətlərinin iştirakı ilə geniş beynəlxalq əməkdaşlıq
sayəsində mümkündür.
Ekoloji problemləri müxtəlif əsaslarla siniflərlə bölmək
olar. Məzmununa görə onlar 4 qrupdan ibarətdir:
1) ətraf mühitin çirklənməsi;
2) təbii ehtiyatların tükənməsi;
3) ekosistemin tarazlığının, sabitliyinin pozulması;
4) demoqrafik və urbanistik proseslərlə təbiətdəki
proseslərin qarşılıqlı təsiri.
İstiqamətinə, yönümünə görə ekoloji problemləri
«hədələyici» (müdafiə tədbirləri tələb edənlər,
məs.: mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s.)
və «xilasedici» (hücum tədbirləri tələb edənlər,
məs.: okeanın, kosmosun mənimsənilməsi və s.)
kimi 2 qrupa ayırmaq olar.
Təsir dairəsinə görə ekoloji problemər aşağıdakı qruplara ayrılır:
1) əsasən cəmiyyətə və insana;
2) təbiətə;
3) bərabər səviyyədə həm cəmiyyətə (insana), həm də təbiətə aid olanlar.
Qlobal ekoloji problemlərin yeri və rolu müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr çıxır:
1) Müasir dövrün qlobal problemlərinin xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini və bu problemlər
sistemində ekoloji problemlərin yerini aşkar etmək;
2) cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərinin optimallaşdırılması, ekoloji problemlərin ideoloji aspektini
açmaq;
3) Sosial ekologiyanın mühüm konsepsiyalarının nəzəri-metodoloji, sosial- siyasi və aksioloji dünyagörüşü
əsaslarını açmaq;
4) Ekoloji problemlərin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü göstərmək.
Qlobal ekoloji böhranın bir neçə səbəbi var:
1. Yer kürəsi əhalisinin çox sürətli artımı. Eyni zamanda, hər insana lazım olacaq ehtiyaclar - ev, işıq, istilik,
yemək, paltar. Bu ehtiyacların əksəriyyəti təbiətin ən sərt istismarı ilə təmin olunur.
2. Qeyri-mükəmməl kənd təsərrüfatı və sənaye texnologiyalar
Havanın, suyun, torpağın çirklənməsi, meşələrin
qırılması və çöllərin şumlanması, eroziya - bütün
bunlar maddi rifahımızı necə, nəyin bahasına və
nəyin hesabına əldə etdiyimizi hələ də bilmirik və
bilmədiyimizin göstəricisidir.
3. Bəşəriyyətin sayğısızlığı və biosferin inkişaf
qanunlarına laqeyd münasibəti Dünya əhalisinin
əksəriyyətinin antroposentrik dünyagörüşü,
yəqin ki, mövcud ekoloji böhranın əsas səbəbidir.
Cəmiyyətimiz istehlakçı olmaqdan əl çəkməyib.
Ekoloji problemlərin aradan qaldırılması yolları.
Ekoloji problemlərin yaranmasının üç böyük günahkarına (cəmiyyət, elmi -texniki inqilab, insan) müvafiq
olaraq, onların həllinin üç yolunu göstərmək olar: 1) sosial; 2) elmi - texniki və 3) mənəvi pedaqoji siyasət
yollarıdır.
Birinci yol, cəmiyyətlə təbiətin harmonik inkişafının kompleks - ekoloji proqramlarının yaradılması.
İkinci yol, konkret ekoloji problemlərin elmi - texniki həllinin tapılması.
Üçüncü yol, şəxsiyyətin ekoloji mədəniyyətinin, ekoloji şüurunun və ekoloji davranışının formalaşması.
İSMƏTLİ FATİMƏ
TƏRƏFİNDƏN TƏQDİM EDİLDİ

More Related Content

What's hot

Презентація до уроку"Залежність опору від температури. Надпровідність".
Презентація до уроку"Залежність опору від температури. Надпровідність".Презентація до уроку"Залежність опору від температури. Надпровідність".
Презентація до уроку"Залежність опору від температури. Надпровідність".
natalishodinki
 
Informasiya nədir
Informasiya  nədirInformasiya  nədir
Informasiya nədir
xalide
 
рівн кола1
рівн кола1рівн кола1
рівн кола1
dubovenko
 
Oktay felin sekilleri
Oktay  felin sekilleriOktay  felin sekilleri
Oktay felin sekilleri
esale01
 
квадратне рівняння як математична модель прикладної задачі
квадратне рівняння як математична модель прикладної задачіквадратне рівняння як математична модель прикладної задачі
квадратне рівняння як математична модель прикладної задачі
ssuserd3e938
 

What's hot (19)

Презентація до уроку"Залежність опору від температури. Надпровідність".
Презентація до уроку"Залежність опору від температури. Надпровідність".Презентація до уроку"Залежність опору від температури. Надпровідність".
Презентація до уроку"Залежність опору від температури. Надпровідність".
 
Informasiya nədir
Informasiya  nədirInformasiya  nədir
Informasiya nədir
 
Riyaziyyat
RiyaziyyatRiyaziyyat
Riyaziyyat
 
рівн кола1
рівн кола1рівн кола1
рівн кола1
 
Oktay felin sekilleri
Oktay  felin sekilleriOktay  felin sekilleri
Oktay felin sekilleri
 
книга вчить, як на світі жить
книга вчить, як на світі житькнига вчить, як на світі жить
книга вчить, як на світі жить
 
16
1616
16
 
квадратне рівняння як математична модель прикладної задачі
квадратне рівняння як математична модель прикладної задачіквадратне рівняння як математична модель прикладної задачі
квадратне рівняння як математична модель прикладної задачі
 
Dədə Qorqud
Dədə QorqudDədə Qorqud
Dədə Qorqud
 
Урок №7
Урок №7Урок №7
Урок №7
 
Kvadrat tənliyin həlli usulları
Kvadrat tənliyin həlli usullarıKvadrat tənliyin həlli usulları
Kvadrat tənliyin həlli usulları
 
наймолодші підприємці світу
наймолодші підприємці світунаймолодші підприємці світу
наймолодші підприємці світу
 
симметрия относительно прямой
симметрия относительно прямойсимметрия относительно прямой
симметрия относительно прямой
 
розв'язування показникових рівнянь
розв'язування показникових рівняньрозв'язування показникових рівнянь
розв'язування показникових рівнянь
 
Презентація на тему: "Використання кислот"
Презентація на тему: "Використання кислот"Презентація на тему: "Використання кислот"
Презентація на тему: "Використання кислот"
 
Суфікс
СуфіксСуфікс
Суфікс
 
fiziki və kimyəvi hadisələr
fiziki və kimyəvi hadisələrfiziki və kimyəvi hadisələr
fiziki və kimyəvi hadisələr
 
Weglowodany I
Weglowodany IWeglowodany I
Weglowodany I
 
фізика 9 кл
фізика 9 клфізика 9 кл
фізика 9 кл
 

Ekoloji problemler .pptx

  • 2. Ekologiya sözü yunan mənşəli olmaqla "oykos"- "ev", "mənzil","loqos" "elm", "təlim"eməkdir. "Ekologiya" termini ilk dəfə 1866-cı ildə alman təbəitşünası Ernest Hekkel tərəfindən irəli sürülmüşdür. "Ekologiya" canlı orqanizmlər ilə onları əhatə edən mühit arasında qarşiliqli əlaqələri tədqiq edən elmdir. Ekoloji problemlər miqyasına görə: a) lokal; b) regional, c) qlobal problemlərə bölünür. Ekoloji problemlər — müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. XXI əsrin ən böyük bəlası hesab olunan qlobal ekoloji problemlər - havanın çirklənməsi, ozon qatının nazikləşməsi, turşulu yağışlar, torpağın deqradasiyası, tullantılar problemi, biomüxtəlifliyin azalması, içməli su ehtiyatının azalması, qlobal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azalması və s. Ekoloji böhranın qlobal xarakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə etməsi, onun hazırkı böhranlı vəziyyətinin, cəmiyyətin gələcəyinə təhlükə yaratmasıdır. Bu problemlərin aradan qaldırılması üçün bütün imkanların birləşdirilməsi, bütün dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin həlli yalnız beynəlxalq əməkdaşlıq nəticəsində mümkündür. Ekoloji problemlər qlobal problemlər sistemində sülh və müharibə problemlərindən sonra birinci sırada durur. Mühüm qlobal problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl, bütöv bəşəriyyətin mənafeyini ifadə edir. İkincisi, ekoloji problemlər özünü sivilizasiyanın inkişafının obyektiv amili kimi göstərir; onların kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti məhv olmaq təhlükəsi ilə hədələyir. Üçüncüsü, onların adekvat təhlili yəni təbii, texniki və ictimai elm nümayəndələrinin birgə fəaliyyətini tələb edir. Dördüncüsü, onların düzgün həlli bütün dünya dövlətlərinin iştirakı ilə geniş beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.
  • 3. Ekoloji problemləri müxtəlif əsaslarla siniflərlə bölmək olar. Məzmununa görə onlar 4 qrupdan ibarətdir: 1) ətraf mühitin çirklənməsi; 2) təbii ehtiyatların tükənməsi; 3) ekosistemin tarazlığının, sabitliyinin pozulması; 4) demoqrafik və urbanistik proseslərlə təbiətdəki proseslərin qarşılıqlı təsiri. İstiqamətinə, yönümünə görə ekoloji problemləri «hədələyici» (müdafiə tədbirləri tələb edənlər, məs.: mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s.) və «xilasedici» (hücum tədbirləri tələb edənlər, məs.: okeanın, kosmosun mənimsənilməsi və s.) kimi 2 qrupa ayırmaq olar. Təsir dairəsinə görə ekoloji problemər aşağıdakı qruplara ayrılır: 1) əsasən cəmiyyətə və insana; 2) təbiətə; 3) bərabər səviyyədə həm cəmiyyətə (insana), həm də təbiətə aid olanlar. Qlobal ekoloji problemlərin yeri və rolu müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr çıxır: 1) Müasir dövrün qlobal problemlərinin xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini və bu problemlər sistemində ekoloji problemlərin yerini aşkar etmək; 2) cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərinin optimallaşdırılması, ekoloji problemlərin ideoloji aspektini açmaq; 3) Sosial ekologiyanın mühüm konsepsiyalarının nəzəri-metodoloji, sosial- siyasi və aksioloji dünyagörüşü əsaslarını açmaq; 4) Ekoloji problemlərin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü göstərmək.
  • 4. Qlobal ekoloji böhranın bir neçə səbəbi var: 1. Yer kürəsi əhalisinin çox sürətli artımı. Eyni zamanda, hər insana lazım olacaq ehtiyaclar - ev, işıq, istilik, yemək, paltar. Bu ehtiyacların əksəriyyəti təbiətin ən sərt istismarı ilə təmin olunur. 2. Qeyri-mükəmməl kənd təsərrüfatı və sənaye texnologiyalar Havanın, suyun, torpağın çirklənməsi, meşələrin qırılması və çöllərin şumlanması, eroziya - bütün bunlar maddi rifahımızı necə, nəyin bahasına və nəyin hesabına əldə etdiyimizi hələ də bilmirik və bilmədiyimizin göstəricisidir. 3. Bəşəriyyətin sayğısızlığı və biosferin inkişaf qanunlarına laqeyd münasibəti Dünya əhalisinin əksəriyyətinin antroposentrik dünyagörüşü, yəqin ki, mövcud ekoloji böhranın əsas səbəbidir. Cəmiyyətimiz istehlakçı olmaqdan əl çəkməyib. Ekoloji problemlərin aradan qaldırılması yolları. Ekoloji problemlərin yaranmasının üç böyük günahkarına (cəmiyyət, elmi -texniki inqilab, insan) müvafiq olaraq, onların həllinin üç yolunu göstərmək olar: 1) sosial; 2) elmi - texniki və 3) mənəvi pedaqoji siyasət yollarıdır. Birinci yol, cəmiyyətlə təbiətin harmonik inkişafının kompleks - ekoloji proqramlarının yaradılması. İkinci yol, konkret ekoloji problemlərin elmi - texniki həllinin tapılması. Üçüncü yol, şəxsiyyətin ekoloji mədəniyyətinin, ekoloji şüurunun və ekoloji davranışının formalaşması.
  • 5.