SlideShare a Scribd company logo
1 of 35
■ KAFEDRA: AZƏRBAYCAN DİLİ
■ FƏNN: Azərbaycan dilində işgüzar və
akademik kommunikasiya
■ MÖVZU:“Azərbaycan dilində işgüzar və
akademik kommunikasıya” fənninin
predmeti, vəzifələri və cəmiyyətdə rolu
AZƏRBAYCAN DÖVLƏT
İQTİSAD UNİVERSİTETİ
UNEC
2023-2024
Plan :
I. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənninin tədrisinin məqsədi
II. İşgüzar və akademik kommunikasiya fənninin predmeti
III. İşgüzar kommunikasiya və onun xüsusiyyətləri
IV. Akademik kommunikasiya bilik və təcrübənin xüsusi sahəsi kimi.
V. Kommunikativ situasiya akademik natiqliyin əsas
kateqoriyası kimi.
VI. Akademik kommunikasiyanın üslub və janr xüsusiyyətləri.
VII.İşgüzar və akademik kommunikasiyanın cəmiyyətdə rolu
Ədəbiyyat
1. T.Ə.Əbdülhəsənli, T.Ə.Xəlilova, M.B.Əmrahova. “Azərbaycan dili və nitq
mədəniyyəti” (interaktiv dərslik). Bakı, 2020.
2. N.Məmmədli, “Azərbaycan dili və nitq mədəniyyəti” I cild. Bakı, 2020.
3. Z. Qafarlı. “Nitqin kommunikativ registrlərinin tədqiqi”. Bakı, 2017.
4. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti”.
Bakı, 2014.
5. F.Şiriyev. “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika”. Bakı, 2014.
6. E. Musayev. “Kargüzarlığın təşkili”. Bakı, 2008.
7. T.Ə.Əbdülhəsənli, A.Hüseynova “ İşgüzar yazışmalar” (dərslik). Bakı,2014
8. T.Ə.Əbdülhəsənli, A.Hüseynova “ İşgüzar yazışmalar ” (dərslik). Bakı,2015
Rus dilində ədəbiyyat
1. Н. Д. Десяева «Академическая коммуникация» Москва 2019
2. Е. Б. Деревянкин «Деловое общение» Екатеринбург 2015
3. О. А. Казакова, А. Н. Серебренникова, Э. М. Филиппова «Деловая
коммуникация» Тюмень 2013
4. А.Я. Большунов, Н.И. Кисилева, Г.И. Марченко и др. «Деловая коммуникация»
Москва, 2018
5. Э.А. Науменко «Деловые коммуникации» (учебное пособие) Тюмень 2013,
6. И.А. Журавлева «Деловые коммуникации» (учебное пособие) Иркутск 2016,
7. А.М. Сосновская «Деловая коммуникация и переговоры» Санкт-Петербург
2011
Ünsiyyət problemləri nəinki hər il fərqli yaşda, fərqli peşə və təhsil sahibi olan
insanlar arasında getdikcə daha çox marağa səbəb olur, həmçinin, mütəxəssis-
lərin bütün fəaliyyət sahələrində peşəkar səlahiyyətlərinin zəruri bir hissəsidir.
Müasir mütəxəssis ünsiyyət tərəfdaşlarını başa düşmək, onlarla əlaqə qurmaq,
işgüzar söhbətlər, danışıqlar aparmaq və kütləvi nitqin əsaslarını mənimsəmək
üçün işgüzar kommunikasiya sahəsində biliklərə sahib olmalıdır.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənninin tədrisinin məqsədi
Tələbələrdə şifahi və yazılı işgüzar və akademik
kommunikasiya aparmaq vərdişlərini formalaşdırmaq
İşgüzar və akademik kommunikasiya nəzəriyyəsi və təcrübəsi
sahəsində biliklər vermək
İşgüzar kommunikasiyanın ən təsirli üsulları və formalarına
əsaslanaraq gələcəkdə peşəkar fəaliyyətlərini həyata keçirməyə
imkan verəcək kommunikativ səlahiyyətlərini formalaşdırmaq
və inkişaf etdirmək
Bu fəslin materiallarını öyrəndiyi zaman tələbələr
aşağıdakıları biləcəklər :
1. Akademik kommunikasiyanın əsas xüsusiyyətlərini
2. Elmi təqdimatın quruluşu və məntiqini
3. Akademik yazının əsas janrlarını
4. Akademik üslub. Leksika və qrammatikanın əsas xüsusiyyətlərini
5. Elmi məqalənin quruluşu və tərkibini
6. Elmi aparatın keyfiyyətini: biblioqrafiya, sitat və istinadların tərtibatı. Plagiat və
“anti-plagiat”
7. Elmi məruzə: hazırlanma və çıxış qaydalarını
8. Akademik kommunikasiyanın vizual tərəfini: təqdimatları hazırlamaq bacarığı
9. Müzakirə sənətini
Biləcəklər :
■ 10.Kommunikasiya nəzəriyyəsinin əsas kateqoriya və anlayışlarını;
■ 11.“İşgüzar kommunikasiya” tətbiqi fənnin əsas kateqoriya və anlayışlarını;
■ 12.işgüzar kommunikasiyanın nəzəri əsaslarını, onların əsas növ və vasitələrini;
■ 13.İşgüzar kommunikasiya, onun quruluş və prinsiplərini;
■ 14.Kommunikativ prosesdə subyektlərin psixoloji xüsusiyyətlərini və növlərini;
■ 15.Kommunikativ prosesdə münaqişələrin yaranma səbəbləri və növlərini,
onların konstruktiv və destruktiv nəticələrini;
■ 16.Münaqişələrin idarə olunması üsulları və onların həlli yollarını;
■ 17.İşgüzar kommunikasiyanın sənədli əsaslarını;
Bacaracaqlar:
1.Akademik ünsiyyət situasiyalarını;
2.Kommunikasiya subyektlərinin fikirlərinin
növlərini müəyyənləşdirməyi;
3.Elmi müzakirələr, mübahisələr aparmağı;
4.İşgüzar kommunikasiyanın əsas sənədlərini düzgün
şəkildə tərtib etmək və işgüzar yazışmalar aparmağı;
5.İşgüzar və akademik kommunikasiyanın
psixoloji tərəfi haqqında bilikləri fəaliyyətlərində
tətbiq etməyi;
6.İşgüzar və akademik ünsiyyətin məqsədi və
tərəfdaşın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə
alınmaqla işgüzar sahədə şəxslərarası
münasibətlər qurmağı;
7.İşgüzar tərəfdaşlıq və əməkdaşlığın tələblərinə, prinsip
və texnologiyalarına əsaslanaraq işgüzar tədbirlər təşkil
etməyi;
8.Münaqişələrin qarşısını almaq və münaqişə
vəziyyətində düzgün davranış strategiyasını seçməyi;
9.Akademik yazı vərdişlərini;
01
02
03
04
05
İşgüzar kommunikasiya texnologiyaları, həmsöhbətlə əlaqə qurmaq, etibarlı
işgüzar və akademik ünsiyyət mühiti yaratmaq, peşə fəaliyyətində səmərəli
istifadəsi məqsədilə əks əlaqə yaratmaq üçün geniş spektrli kommunikasiya
texnikası və üsullarına;
Ünsiyyət tərəfdaşının kimliyini bilmək üsullarına;
Yüksək səviyyədə psixoloji mədəniyyətlə işgüzar və akademik söhbətlər və
danışıqlar aparmaq vərdişlərinə;
Şəxslərarası və qruplararası münaqişələrin qarşısını almaq və zərərsizləşdir-
mək vərdişlərinə;
İşgüzar kommunikasiyada münaqişələrin qarşısını almaq və onları aradan
qaldırmaq üçün psixologiyadan biliklərə;
Yiyələnəcəklər :
İşgüzar və akademik kommunikasiya fənninin predmeti nə ola
bilər? İşgüzar və akademik kommunikasiya nə üçün aparılır?
Dərhal qeyd edək ki, bu fənnin predmeti hər hansı müəyyən bir sahə ilə
məhdudlaşmır, işgüzar akademik kommunikasiya predmeti cəmiyyətin
bütün sahələrində – iqtisadi, sosial, siyasi, mənəvi – onların həlli üçün birgə
səy tələb edən hər hansı bir problem ola bilər. İstənilən birgə fəaliyyət
iştirakçıların kommunikasiyada qarşılıqlı əlaqəsini və ünsiyyətini nəzərdə
tutur.
İşgüzar və akademik kommunikasiya predmeti onun məzmununu, yəni
müəyyən bir problemi həll etmək üçün lazım olan məlumat, bilik, təcrübə
mübadiləsi və qarşılıqlı əlaqəsini müəyyənləşdirir.
Kommunikasiya [lat. communikato –rabitə, əlaqə] sözü aşağıda sadalanan
mənalarda istifadə olunur:
İnformasiyanın mübadilə prosesi, üç cəhətdən fərqləndirilir:
Texniki kommunikasiya – bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən
rabitə kanalı ilə məlumatın verilməsi;
Semantik kommunikasiya – informasiyanın məzmununun qəbuledici tərəfindən
başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi;
Praqmatik kommunikasiya – verilən informasiyanın qəbuledicinin fəaliyyətinə
təsiri və səmərəli istifadə edilməsi.
Nəqliyyat vasitələrinin hərəkət marşrutları, rabitə kanalları, şəhər təsərrüfatının
yeraltı şəbəkəsi və s;
İnformasiya mübadiləsi, informasiyanin ötürülməsi.
İşgüzar kommunikasiya və onun xüsusiyyətləri
İşgüzar kommunikasiyanın təhlilini insan fəaliyyətinin bütün sahələrində əhə-
miyyətini ifadə edərək başlayırıq: onlar peşəkar fəaliyyətdə tətbiq olunan
xüsusi bir ünsiyyət növüdür. İşgüzar kommunikasiya ortaq fəaliyyətdə iştirak
edən və ya iştirak etmək istəyən, iş ortağı, rəhbər, tabeçiliyində olan işçi,
həmkar və s. kimi müəyyən statusa sahib olan insanlar arasında həyata
keçirilir.
İşgüzar kommunikasiya – rasional əsasda qurulmuş bir şəxs və ya bir qrup
insan kimi çıxış edə bilən ünsiyyət tərəfdaşlarına şüurlu, məqsədyönlü və
müvafiq məlumat təsiridir.
■ Birgə layihələrdə iştirak edib-etməyəcəkləri, əgər iştirak etsələr, bir-birinə
qarşı necə anlayış göstərəcəkləri işgüzar kommunikasiyanın
keyfiyyətindən və effektivlik səviyyəsindən asılıdır.
İşgüzar kommunikasiya
iştirakçıları və ya
subyektləri
Fərdi
Birgə fəaliyyətlərdə iştirak edən
və ya iştirak etməyə hazırlaşan
insanlar
İşgüzar və akademik kommunikasiya iştirakçıları tərəfindən qoyulan və müxtəlif
xarakter daşıyan müəyyən məqsədlərə nail olmağa yönəldilib:
Səmərəli məlumat mübadiləsi
Elmi əməkdaşlıq qurmaq
İşgüzar və elmi münasibətlər
qurmaq
Müqavilə bağlamaq
Müəyyən bir sahədə birgə fəaliyyət və s.
Üstəlik, kommunikasiya iştirakçılarının hədəfləri üst-üstə düşməyə də bilər.
İşgüzar kommunikasiya ünsiyyət tərəfdaşları üçün sadə ünsiyyət kimi deyil, müəyyən bir
fəaliyyət növünü: istehsal, elmi, kommersiya və s. təşkil etmək və optimallaşdırmaq vasitəsi kimi
əhəmiyyətlidir. İşgüzar kommunikasiyada ünsiyyət predmeti şəxsi problemlər deyil, siyasi
vəziyyət deyil, ailə problemləri deyil, ən son teatral xəbərlər və s. deyil, ortaq bir fəaliyyətdir ki,
burada kommunikasiya tərəfdaşları onun uğurlu həyata keçirilməsi üçün bir-birinə əhəmiyyətli
olan şəxslər kimi çıxış edirlər.
İşgüzar kommunikasiyanın reallığı belədir ki, simpatiya yaradan insanları iş ortağı kimi
seçmək həmişə mümkün olmur. İşgüzar tərəfdaşların bir-birinə qarşı simpatiya və ya
antipatiyasından asılı olmayaraq, qarşılıqlı kommunikativ əlaqə zamanı müxtəlif mövqelər,
problemə dair baxışlar və optimal həll yolları axtarılır. Əlbəttə ki, şəxsiyyət amilini tamamilə
istisna etmək olmaz, amma ünsiyyətdə olan qarşılıqlı əlaqə prosesində əksər hallarda şəxsi
münasibətlərin formalaşmasına deyil, məqsədə çatmağa yönəldilmişdir, baxmayaraq ki,
şəxsiyyət amili işgüzar münasibətlərdən kənarlaşdırıla bilməz.
Hiss və duyğuların əhəmiyyətli olduğu fərdi səviyyədə qeyri-işgüzar kommunikasiyadan fərqli
olaraq, işgüzar kommunikasiya emosional deyil, daha çox ən təsirli şəkildə müəyyən məqsədə
çatmağa yönəldilmiş rasional xarakter daşıyır.
İşgüzar kommunikasiyadakı hiss və duyğular rəsmi
xarakter daşıyır və ünsiyyət prosesini müəyyənləşdirmir.
İşgüzar kommunikasiya çərçivəsində nəinki duyğuları cilovlamaq, həm də işgüzar ünsiyyətin
müəyyən bir vəziyyətinə daha uyğun olan hissləri nümayiş etdirmək məcburiyyətində olursan,
hətta onlar həmin an olmadıqda belə. Proletar şairi V.V.Mayakovskinin yazdığı kimi: "amma
mən öz səsimi sıxaraq, ram edirdim özümü".
İşgüzar kommunikasiya iyerarxik xarakter daşıyır, bu, müdiriyyət və işçilər arasındakı
münasibətlərdə subordinasiyanın qorunmasının zəruriliyində əks olunur. Subordinasiya,
məsələn, dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında olduğu kimi, ciddi xarakterə
malik ola bilər. Digər fəaliyyət sahələrində bu o qədər də nəzərə çarpan olmaya bilər.
Bir çox müştərək müəssisələrdə işçilər arasında Qərb ünsiyyət üsulu kopyalanır, burada
şirkətin bütün işçiləri vəzifəsindən asılı olmayaraq bir-birlərinə adı ilə və "sən" deyərək
müraciət edirlər. Rus mədəniyyətində, Qərb mədəniyyətindən fərqli olaraq, daha yüksək
statusa sahib olan və ya daha yaşlı bir şəxsə adı və atasının adı ilə müraciət edilir.
İşgüzar kommunikasiya reqlamentləşdirilib, yəni müəyyən edilmiş qaydalara və
məhdudiyyətlərə tabedir.
Reqlament (fransız reglament, rēgle qayda – sözündən) – dövlət orqanının, qurumun,
təşkilatın fəaliyyət qaydasını müəyyən edən qaydalar məcmusudur; müşavirənin,
iclasın, konfransın. qurultayın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən
və qəbul edilmiş nizamnamə.
• İşgüzar kommunikasiyada iştirak edənlərin davranışı iş etiketi ilə müəyyən
edilir. Etik qaydalar rəsmi olaraq ünsiyyət prosesini tənzimləyir, işgüzar
tərəfdaşın şəxsiyyətinə hörmət əsasında bütün iştirakçılar üçün davranış
standartlarını müəyyənləşdirir. İşgüzar etiket ünsiyyət iştirakçılarının zahiri
görünüşünə, geyimlərinə və danışma tərzinə də müəyyən tələblər qoyur.
• İşgüzar kommunikasiya funksional xarakter daşıyır. Ünsiyyət iştirakçıları
rollarını və lazımi norma və davranış standartlarını (iclasın rəhbəri – iclas işti-
rakçıları, müdir – işçi, satıcı – alıcı və s.) müəyyən edən rəsmi statuslarda çıxış
edirlər. İşgüzar kommunikasiyada rolun ampulasına əməl etmək lazımdır. Hər
bir rol digər ünsiyyət iştirakçılarının müəyyən gözləntilərinə uyğundur. Bunu
nəzərə almaq və konkret vəziyyətin və qəbul edilmiş rolun tələblərinə uyğun
davranmaq lazımdır.
Akademik kommunikasiya kommunikativ
bilik və təcrübənin xüsusi sahəsi kimi.
“ Azərbaycan dilində işgüzar və akademik kommunikasıya ” fənni işgüzar və
akademik, elmi fəaliyyətdə ictimai nitq ünsiyyətinin xüsusiyyətlərini tədqiq edir.
Akademik kommunikasiya ─ peşəkar ictimai nitqin yaradılması
qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında elə bir bilik sahəsidir
ki, hədəfi bu və ya digər sahəyə aid biliklərə yiyələnmək istəyən dinləyicilərə
məqsədyönlü təsir göstərməkdir.
Qeyd edək ki, peşəkar nitq deyəndə, peşəkar ünsiyyət zamanı istifadə edilən nitq
başa düşülür. İctimai nitq isə çoxsaylı auditoriyaya müraciətlə söylənən nitqdir.
İctimai nitqin müxtəlif növləri və müxtəlif janrları vardır. İctimai monoloqu
natiqin nitqi də adlandırırlar.
Akademik natiqlik kommunikativ təcrübə və biliklərin xüsusi sahəsi olaraq,
effektiv, məqsədyönlü, harmonik və təsirli nitq haqqında elm və incəsənət kimi
dəyərləndirilən ritorika, başqa sözlə bəlağət elmi çərçivəsində formalaşmışdır.
Akademik natiqlik sosial əsaslara malikdir, onun inkişafı cəmiyyətin struktur
xüsusiyyətləri, əxlaqi və estetik dəyərləri ilə bağlıdır. Akademik nitq natiqlik
incəsənətinin bir növü olaraq, antik dövrdə, eramızdan əvvəl V əsrdə
formalaşmağa başlamışdır, belə ki, o dövrdə təlim-tədrisin özü, o cümlədən də,
ritorikanın tədrisi ictimai xarakter daşıyırdı.
Heç də hamı inandırıcı, məntiqli və təsirli nitq hazırlamağı və cəmiyyət qarşısında çıxış etməyi
bacarmırdı. Buna görə də qədim Yunanıstanda ritorika elmini tədris edən müəllimlər ─ sofistlər
peşəkar nitqlər tərtib edən loqoqrafları və peşəkar natiqləri yetişdirirdilər. Ritorika elmini dahi
filosoflardan Sokrat (e.ə. 469-399), Platon (e.ə. 427-347) və Aristotel də (e.ə. 384-322) tədris
etmişlər.
Kommunikativ situasuya akademik natiqliyin əsas
kateqoriyası kimi.
Kommunikativ situasiya ritorikanın əsas kateqiriyası kimi
dəyərləndirilir.Kommunikativ situasiya ─ ünsiyyətin müəyyən komponenetlərinin
və şərtlərinin məcmusu deməkdir. Kommunikativ situasiyanın komponenetlərinə
bunlar daxildir:
Kommunikativ
niyyət (intensiya)
Nitqin mövzusu
(predmeti)
Nitq müəllifinin
obrazı
Nitqin adresatının
obrazı
Kommunikasiya şəraiti
(konkret ünsiyyət şəraiti,
iştirakçıların sayı, ünsiyyətin
birbaşa və ya dolayı xarakteri).
Kommunikativ niyyət (intensiya) ─ kommunikasiya prosesində bu və
ya digər nəticəyə nail olmaq çabası, səyidir. Akademik ünsiyyət zamanı
kommunikasiya subyektləri müxtəlif niyyətli (intensiyalı) fikirlər irəli
sürürlər.
Akademik ünsiyyət
situasiyaları
Kommunikasiya
subyektlərinin fikirlərinin
növləri
İntensiya
Təlim prosesi Mühazirə Dinləyicilərdə mövzuya
maraq oyadıb, mühazirə
materialının mənimsənilməsini
təmin etmək.
Elmi konfrans Məruzə
Diskussiya
Yeni biliklərin elmi birliklərə
(cəmiyyətlərə) ötürülməsi.
Akademik birlikdə
aktual dəyişikliklər
situasiyası
Natiqin nitqi (salamlama,giriş
sözü və s.)
Dəyişikliklərin mahiyyəti və
onlara öz münasibətini bildirib
adresata təsir göstərmək.
Ritorikada Aristotel dövründən üzü bəri nitq predmetinin komponentləri təkcə reallıqdakı
hadisələrin ümumiləşdirilmə səviyyəsinin nəzərə alınması ilə deyil, eyni zamanda onların
idrakın müxtəlif sahələri ilə,yəni intelektual (loqos komponenti), mənəvi dəyər (etos
komponenti) və emosional (pafos komponenti) sahələri ilə əlaqələrinə də diqqət yetirilərək
müəyyənləşdirilmişdir.
Loqos Etos Pafos
Mövzu sahəsi:
Anlayışlar,
qanunauyğunluqlar,
konsepsiyalar, empirik
əsas
Məna.
Elm.
Elmi birlik.
Tələbənin şəxsiyyəti.
Təlim.
Yaradıcılıq.
Sosial ideallar (elmi
ənənələrin əhəmiyyəti
haqqında təsəvvürlər).
Elmi düşüncəyə
heyranlıq.
Tərəqqiyə inam.
Professional
təşəbbüskarlıq.
Fəaliyyət ehtirası.
Mövzu sahəsinə maraq.
İntellektual emosiyalar
qrupu.
Nitq situasiyasının ən mühüm tərkib hissələrindən biri müəllifin obrazıdır.
Müəllifin obrazı, bu sözün ritorik anlamında, nitq subyekti, kommunikativ niyyətin
daşıyıcısı sayılır və o, müəyyən vasitələrin köməyi ilə nitqin predmetinə, adresata,
kommunikasiya prosesinə öz mövqeyini, münasibətini bəyan edir.
Ritorik qanun ─ akademik çıxışın modelidir
Klassik ritorikanın akademik natiqlik üçün ən önəmli kateqiriyalarından biri ritorik
qanundur. Ritorik qanun nitq mətninin hazırlanması və bu mətn əsasında kütlə
qarşısında çıxış etmə qaydalarının sistemidir. Tədqiqatçılar onu kütlə qarşısında
çıxışın modeli, alqoritmi də adlandırırlar.
İnvensiya
1
Tələffüz
5
Yadda
saxlama
4
Elokusiya
3
Dispozisiya
2
Ritorik qanun sistemi mərhələləri
Akademik nitq inteqrativ üslub hadisəsidir. Burada elmi nitqin hər üç
yarımüslubunun əlamətləri öz əksini tapır. Bu hal akademik ünsiyyət
şəraitində həll edilən vəzifələrin inteqrasiyası ilə izah edilir.
Akademik nitqin əsas vəzifəsi elmi biliklərin elmi birlik və
cəmiyyətlərin nümayəndələrinə,tələbələrə ötürülməsidir.
Əgər dinləyicilər elmi birliyin
bərabərhüquqlu nümayəndələridirsə,
bu vəzifə elmi məruzə və elmi şərh
janrında icra edilir.
Əgər nitq tələbələrə ünvanlanıbsa,
bu vəzifə isə akademik mühazirə
janrında yerinə yetirilir.
Mühazirə akademik nitqin xüsusi janrıdır. Mühazirənin hazırlanması və təqdim
olunması zamanı nəzərə almaq lazımdır ki, bu situasiyada üslubun ekstra-linqvistik
faktorları ritorik əhəmiyyət kəsb edir: burada əsas vəzifə adresata təsir göstərərək,
mühazirənin elmi məzmununu dərk etməsini təmin etməkdir.
Müasir elmdə mühazirə
Nitq janrı
Tədris prosesinin təşkili
forması
Tədris ünsiyyəti forması
kimi dəyərləndirilir.
Şifahi elmi nitqin aktual janrlarından biri elmi məruzədir. Məruzə, problemin
qoyuluşu, tədqiqatların gedişatı, onun nəticələri barədə yeni elmi məlumatlar
daşıyan nitq nümunəsidir. Məruzə həm yazılı, həm də şifahi formada olur.
Belə ki, məruzəni yazmaq və məruzə ilə çıxış etmək lazımdir. Məruzəni
yazarkən mətnin əsas struktur-semantik komponentlərini nəzərə almaq
zəruridir. Bu komponentlərə məruzənin mövzusunun və çıxışın məqsədinin
formalaşdırılması aiddir.
İşgüzar və akademik kommunikasının cəmiyyətdə çox böyük rolu
var. Bugün təhsil ocaqlarımızda minlərlə müəllim bu fənnin tədrisi ilə
məşğul olur və onun inkişafına xidmət edir. Sual-cavablar, keçirilən
elmi konfranslar, seminarlar, disputlar, elmi mübahisələr bu fənnin
inkişafına, yüksək səviyyəli kommunikativ bilik və bacarıqlarının
təbliğinə yönəlib. Ən başlıcası isə bu cür tədbirlər şifahi və yazılı
işgüzar və akademik kommunikasiyanın inkişafına təkan verir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasıya”
birbaşa cəmiyyətə xidmət, onun maraqlarına və mənafeyinə
hesablanıb. Çünki nəticədə Azərbaycan dilində normal, məntiqli,
sistemli, aydın və elmi cəhətdən sanballı işgüzar və akademik
kommunikasiya aparmaq vərdişlərinə yiyələnmək hər bir tələbənin
bacarıqlarını artıracaq, Azərbaycan xalqının minilliklər boyu sahib
olduğu dəyərlərin yaşamasına xidmət edəcək,
digər tərəfdən isə cəmiyyətin inkişafına və
tərəqqisinə kömək göstərmiş olacaq.

More Related Content

More from bestmorfingamer

ossecurity-161201150103,mkjnhbgfvcd.pptx
ossecurity-161201150103,mkjnhbgfvcd.pptxossecurity-161201150103,mkjnhbgfvcd.pptx
ossecurity-161201150103,mkjnhbgfvcd.pptx
bestmorfingamer
 
ossecurity-161dfghjkjn201150103 (1).pptx
ossecurity-161dfghjkjn201150103 (1).pptxossecurity-161dfghjkjn201150103 (1).pptx
ossecurity-161dfghjkjn201150103 (1).pptx
bestmorfingamer
 
sultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbsh
sultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbshsultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbsh
sultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbsh
bestmorfingamer
 
UNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.ppt
UNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.pptUNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.ppt
UNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.ppt
bestmorfingamer
 
UNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptx
UNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptxUNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptx
UNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptx
bestmorfingamer
 
UNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptx
UNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptxUNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptx
UNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptx
bestmorfingamer
 

More from bestmorfingamer (11)

UNEC__1714412044.pptxdfghjkhgfdsdfghjkhygtrewrtyuio
UNEC__1714412044.pptxdfghjkhgfdsdfghjkhygtrewrtyuioUNEC__1714412044.pptxdfghjkhgfdsdfghjkhygtrewrtyuio
UNEC__1714412044.pptxdfghjkhgfdsdfghjkhygtrewrtyuio
 
ossecurity-161201150103,mkjnhbgfvcd.pptx
ossecurity-161201150103,mkjnhbgfvcd.pptxossecurity-161201150103,mkjnhbgfvcd.pptx
ossecurity-161201150103,mkjnhbgfvcd.pptx
 
UNEC__171qxwercxfewrcxfgerfcxrecx0260631.pptx
UNEC__171qxwercxfewrcxfgerfcxrecx0260631.pptxUNEC__171qxwercxfewrcxfgerfcxrecx0260631.pptx
UNEC__171qxwercxfewrcxfgerfcxrecx0260631.pptx
 
ossecurity-161dfghjkjn201150103 (1).pptx
ossecurity-161dfghjkjn201150103 (1).pptxossecurity-161dfghjkjn201150103 (1).pptx
ossecurity-161dfghjkjn201150103 (1).pptx
 
UNEC__1710260631.pptxsfdgswe5rywtsdghfserytgswertges
UNEC__1710260631.pptxsfdgswe5rywtsdghfserytgswertgesUNEC__1710260631.pptxsfdgswe5rywtsdghfserytgswertges
UNEC__1710260631.pptxsfdgswe5rywtsdghfserytgswertges
 
UNEC__1710261129.pptxsdfgzdfzdzxgthssfsdgfx
UNEC__1710261129.pptxsdfgzdfzdzxgthssfsdgfxUNEC__1710261129.pptxsdfgzdfzdzxgthssfsdgfx
UNEC__1710261129.pptxsdfgzdfzdzxgthssfsdgfx
 
sultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbsh
sultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbshsultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbsh
sultandan inciler.pptxjehehehrhehdhdbsbsbsbsbsh
 
UNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.ppt
UNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.pptUNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.ppt
UNEC__1710rrrrrhdhehehwhwhwuwheheh328178.pptx.ppt
 
operatingsystem-130529044651-phpapp02.pptx
operatingsystem-130529044651-phpapp02.pptxoperatingsystem-130529044651-phpapp02.pptx
operatingsystem-130529044651-phpapp02.pptx
 
UNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptx
UNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptxUNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptx
UNEC__1709djdjejsjdjdjsjsjsjsjüjsj657487.pptx
 
UNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptx
UNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptxUNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptx
UNEC__170906ghffffffffffffffffffffffffffffffffffffffffff4086.pptx
 

UNEC_adfshjgfdfgdhfgfdghfd_1709022511.pptx

  • 1. ■ KAFEDRA: AZƏRBAYCAN DİLİ ■ FƏNN: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya ■ MÖVZU:“Azərbaycan dilində işgüzar və akademik kommunikasıya” fənninin predmeti, vəzifələri və cəmiyyətdə rolu AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ UNEC 2023-2024
  • 2. Plan : I. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisinin məqsədi II. İşgüzar və akademik kommunikasiya fənninin predmeti III. İşgüzar kommunikasiya və onun xüsusiyyətləri IV. Akademik kommunikasiya bilik və təcrübənin xüsusi sahəsi kimi. V. Kommunikativ situasiya akademik natiqliyin əsas kateqoriyası kimi. VI. Akademik kommunikasiyanın üslub və janr xüsusiyyətləri. VII.İşgüzar və akademik kommunikasiyanın cəmiyyətdə rolu
  • 3. Ədəbiyyat 1. T.Ə.Əbdülhəsənli, T.Ə.Xəlilova, M.B.Əmrahova. “Azərbaycan dili və nitq mədəniyyəti” (interaktiv dərslik). Bakı, 2020. 2. N.Məmmədli, “Azərbaycan dili və nitq mədəniyyəti” I cild. Bakı, 2020. 3. Z. Qafarlı. “Nitqin kommunikativ registrlərinin tədqiqi”. Bakı, 2017. 4. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti”. Bakı, 2014. 5. F.Şiriyev. “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika”. Bakı, 2014. 6. E. Musayev. “Kargüzarlığın təşkili”. Bakı, 2008. 7. T.Ə.Əbdülhəsənli, A.Hüseynova “ İşgüzar yazışmalar” (dərslik). Bakı,2014 8. T.Ə.Əbdülhəsənli, A.Hüseynova “ İşgüzar yazışmalar ” (dərslik). Bakı,2015
  • 4. Rus dilində ədəbiyyat 1. Н. Д. Десяева «Академическая коммуникация» Москва 2019 2. Е. Б. Деревянкин «Деловое общение» Екатеринбург 2015 3. О. А. Казакова, А. Н. Серебренникова, Э. М. Филиппова «Деловая коммуникация» Тюмень 2013 4. А.Я. Большунов, Н.И. Кисилева, Г.И. Марченко и др. «Деловая коммуникация» Москва, 2018 5. Э.А. Науменко «Деловые коммуникации» (учебное пособие) Тюмень 2013, 6. И.А. Журавлева «Деловые коммуникации» (учебное пособие) Иркутск 2016, 7. А.М. Сосновская «Деловая коммуникация и переговоры» Санкт-Петербург 2011
  • 5. Ünsiyyət problemləri nəinki hər il fərqli yaşda, fərqli peşə və təhsil sahibi olan insanlar arasında getdikcə daha çox marağa səbəb olur, həmçinin, mütəxəssis- lərin bütün fəaliyyət sahələrində peşəkar səlahiyyətlərinin zəruri bir hissəsidir. Müasir mütəxəssis ünsiyyət tərəfdaşlarını başa düşmək, onlarla əlaqə qurmaq, işgüzar söhbətlər, danışıqlar aparmaq və kütləvi nitqin əsaslarını mənimsəmək üçün işgüzar kommunikasiya sahəsində biliklərə sahib olmalıdır.
  • 6. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisinin məqsədi Tələbələrdə şifahi və yazılı işgüzar və akademik kommunikasiya aparmaq vərdişlərini formalaşdırmaq İşgüzar və akademik kommunikasiya nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermək İşgüzar kommunikasiyanın ən təsirli üsulları və formalarına əsaslanaraq gələcəkdə peşəkar fəaliyyətlərini həyata keçirməyə imkan verəcək kommunikativ səlahiyyətlərini formalaşdırmaq və inkişaf etdirmək
  • 7. Bu fəslin materiallarını öyrəndiyi zaman tələbələr aşağıdakıları biləcəklər : 1. Akademik kommunikasiyanın əsas xüsusiyyətlərini 2. Elmi təqdimatın quruluşu və məntiqini 3. Akademik yazının əsas janrlarını 4. Akademik üslub. Leksika və qrammatikanın əsas xüsusiyyətlərini 5. Elmi məqalənin quruluşu və tərkibini 6. Elmi aparatın keyfiyyətini: biblioqrafiya, sitat və istinadların tərtibatı. Plagiat və “anti-plagiat” 7. Elmi məruzə: hazırlanma və çıxış qaydalarını 8. Akademik kommunikasiyanın vizual tərəfini: təqdimatları hazırlamaq bacarığı 9. Müzakirə sənətini
  • 8. Biləcəklər : ■ 10.Kommunikasiya nəzəriyyəsinin əsas kateqoriya və anlayışlarını; ■ 11.“İşgüzar kommunikasiya” tətbiqi fənnin əsas kateqoriya və anlayışlarını; ■ 12.işgüzar kommunikasiyanın nəzəri əsaslarını, onların əsas növ və vasitələrini; ■ 13.İşgüzar kommunikasiya, onun quruluş və prinsiplərini; ■ 14.Kommunikativ prosesdə subyektlərin psixoloji xüsusiyyətlərini və növlərini; ■ 15.Kommunikativ prosesdə münaqişələrin yaranma səbəbləri və növlərini, onların konstruktiv və destruktiv nəticələrini; ■ 16.Münaqişələrin idarə olunması üsulları və onların həlli yollarını; ■ 17.İşgüzar kommunikasiyanın sənədli əsaslarını;
  • 9. Bacaracaqlar: 1.Akademik ünsiyyət situasiyalarını; 2.Kommunikasiya subyektlərinin fikirlərinin növlərini müəyyənləşdirməyi; 3.Elmi müzakirələr, mübahisələr aparmağı; 4.İşgüzar kommunikasiyanın əsas sənədlərini düzgün şəkildə tərtib etmək və işgüzar yazışmalar aparmağı; 5.İşgüzar və akademik kommunikasiyanın psixoloji tərəfi haqqında bilikləri fəaliyyətlərində tətbiq etməyi; 6.İşgüzar və akademik ünsiyyətin məqsədi və tərəfdaşın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alınmaqla işgüzar sahədə şəxslərarası münasibətlər qurmağı; 7.İşgüzar tərəfdaşlıq və əməkdaşlığın tələblərinə, prinsip və texnologiyalarına əsaslanaraq işgüzar tədbirlər təşkil etməyi; 8.Münaqişələrin qarşısını almaq və münaqişə vəziyyətində düzgün davranış strategiyasını seçməyi; 9.Akademik yazı vərdişlərini;
  • 10. 01 02 03 04 05 İşgüzar kommunikasiya texnologiyaları, həmsöhbətlə əlaqə qurmaq, etibarlı işgüzar və akademik ünsiyyət mühiti yaratmaq, peşə fəaliyyətində səmərəli istifadəsi məqsədilə əks əlaqə yaratmaq üçün geniş spektrli kommunikasiya texnikası və üsullarına; Ünsiyyət tərəfdaşının kimliyini bilmək üsullarına; Yüksək səviyyədə psixoloji mədəniyyətlə işgüzar və akademik söhbətlər və danışıqlar aparmaq vərdişlərinə; Şəxslərarası və qruplararası münaqişələrin qarşısını almaq və zərərsizləşdir- mək vərdişlərinə; İşgüzar kommunikasiyada münaqişələrin qarşısını almaq və onları aradan qaldırmaq üçün psixologiyadan biliklərə; Yiyələnəcəklər :
  • 11. İşgüzar və akademik kommunikasiya fənninin predmeti nə ola bilər? İşgüzar və akademik kommunikasiya nə üçün aparılır? Dərhal qeyd edək ki, bu fənnin predmeti hər hansı müəyyən bir sahə ilə məhdudlaşmır, işgüzar akademik kommunikasiya predmeti cəmiyyətin bütün sahələrində – iqtisadi, sosial, siyasi, mənəvi – onların həlli üçün birgə səy tələb edən hər hansı bir problem ola bilər. İstənilən birgə fəaliyyət iştirakçıların kommunikasiyada qarşılıqlı əlaqəsini və ünsiyyətini nəzərdə tutur. İşgüzar və akademik kommunikasiya predmeti onun məzmununu, yəni müəyyən bir problemi həll etmək üçün lazım olan məlumat, bilik, təcrübə mübadiləsi və qarşılıqlı əlaqəsini müəyyənləşdirir.
  • 12. Kommunikasiya [lat. communikato –rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur: İnformasiyanın mübadilə prosesi, üç cəhətdən fərqləndirilir: Texniki kommunikasiya – bir nöqtədən, qurğudan və şəxsdən digərinə müəyyən rabitə kanalı ilə məlumatın verilməsi; Semantik kommunikasiya – informasiyanın məzmununun qəbuledici tərəfindən başa düşülməsi şərtilə verilməsi və qəbul edilməsi; Praqmatik kommunikasiya – verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi. Nəqliyyat vasitələrinin hərəkət marşrutları, rabitə kanalları, şəhər təsərrüfatının yeraltı şəbəkəsi və s; İnformasiya mübadiləsi, informasiyanin ötürülməsi. İşgüzar kommunikasiya və onun xüsusiyyətləri
  • 13. İşgüzar kommunikasiyanın təhlilini insan fəaliyyətinin bütün sahələrində əhə- miyyətini ifadə edərək başlayırıq: onlar peşəkar fəaliyyətdə tətbiq olunan xüsusi bir ünsiyyət növüdür. İşgüzar kommunikasiya ortaq fəaliyyətdə iştirak edən və ya iştirak etmək istəyən, iş ortağı, rəhbər, tabeçiliyində olan işçi, həmkar və s. kimi müəyyən statusa sahib olan insanlar arasında həyata keçirilir. İşgüzar kommunikasiya – rasional əsasda qurulmuş bir şəxs və ya bir qrup insan kimi çıxış edə bilən ünsiyyət tərəfdaşlarına şüurlu, məqsədyönlü və müvafiq məlumat təsiridir.
  • 14. ■ Birgə layihələrdə iştirak edib-etməyəcəkləri, əgər iştirak etsələr, bir-birinə qarşı necə anlayış göstərəcəkləri işgüzar kommunikasiyanın keyfiyyətindən və effektivlik səviyyəsindən asılıdır. İşgüzar kommunikasiya iştirakçıları və ya subyektləri Fərdi Birgə fəaliyyətlərdə iştirak edən və ya iştirak etməyə hazırlaşan insanlar
  • 15. İşgüzar və akademik kommunikasiya iştirakçıları tərəfindən qoyulan və müxtəlif xarakter daşıyan müəyyən məqsədlərə nail olmağa yönəldilib: Səmərəli məlumat mübadiləsi Elmi əməkdaşlıq qurmaq İşgüzar və elmi münasibətlər qurmaq Müqavilə bağlamaq Müəyyən bir sahədə birgə fəaliyyət və s. Üstəlik, kommunikasiya iştirakçılarının hədəfləri üst-üstə düşməyə də bilər.
  • 16. İşgüzar kommunikasiya ünsiyyət tərəfdaşları üçün sadə ünsiyyət kimi deyil, müəyyən bir fəaliyyət növünü: istehsal, elmi, kommersiya və s. təşkil etmək və optimallaşdırmaq vasitəsi kimi əhəmiyyətlidir. İşgüzar kommunikasiyada ünsiyyət predmeti şəxsi problemlər deyil, siyasi vəziyyət deyil, ailə problemləri deyil, ən son teatral xəbərlər və s. deyil, ortaq bir fəaliyyətdir ki, burada kommunikasiya tərəfdaşları onun uğurlu həyata keçirilməsi üçün bir-birinə əhəmiyyətli olan şəxslər kimi çıxış edirlər.
  • 17. İşgüzar kommunikasiyanın reallığı belədir ki, simpatiya yaradan insanları iş ortağı kimi seçmək həmişə mümkün olmur. İşgüzar tərəfdaşların bir-birinə qarşı simpatiya və ya antipatiyasından asılı olmayaraq, qarşılıqlı kommunikativ əlaqə zamanı müxtəlif mövqelər, problemə dair baxışlar və optimal həll yolları axtarılır. Əlbəttə ki, şəxsiyyət amilini tamamilə istisna etmək olmaz, amma ünsiyyətdə olan qarşılıqlı əlaqə prosesində əksər hallarda şəxsi münasibətlərin formalaşmasına deyil, məqsədə çatmağa yönəldilmişdir, baxmayaraq ki, şəxsiyyət amili işgüzar münasibətlərdən kənarlaşdırıla bilməz.
  • 18. Hiss və duyğuların əhəmiyyətli olduğu fərdi səviyyədə qeyri-işgüzar kommunikasiyadan fərqli olaraq, işgüzar kommunikasiya emosional deyil, daha çox ən təsirli şəkildə müəyyən məqsədə çatmağa yönəldilmiş rasional xarakter daşıyır. İşgüzar kommunikasiyadakı hiss və duyğular rəsmi xarakter daşıyır və ünsiyyət prosesini müəyyənləşdirmir. İşgüzar kommunikasiya çərçivəsində nəinki duyğuları cilovlamaq, həm də işgüzar ünsiyyətin müəyyən bir vəziyyətinə daha uyğun olan hissləri nümayiş etdirmək məcburiyyətində olursan, hətta onlar həmin an olmadıqda belə. Proletar şairi V.V.Mayakovskinin yazdığı kimi: "amma mən öz səsimi sıxaraq, ram edirdim özümü".
  • 19. İşgüzar kommunikasiya iyerarxik xarakter daşıyır, bu, müdiriyyət və işçilər arasındakı münasibətlərdə subordinasiyanın qorunmasının zəruriliyində əks olunur. Subordinasiya, məsələn, dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında olduğu kimi, ciddi xarakterə malik ola bilər. Digər fəaliyyət sahələrində bu o qədər də nəzərə çarpan olmaya bilər. Bir çox müştərək müəssisələrdə işçilər arasında Qərb ünsiyyət üsulu kopyalanır, burada şirkətin bütün işçiləri vəzifəsindən asılı olmayaraq bir-birlərinə adı ilə və "sən" deyərək müraciət edirlər. Rus mədəniyyətində, Qərb mədəniyyətindən fərqli olaraq, daha yüksək statusa sahib olan və ya daha yaşlı bir şəxsə adı və atasının adı ilə müraciət edilir.
  • 20. İşgüzar kommunikasiya reqlamentləşdirilib, yəni müəyyən edilmiş qaydalara və məhdudiyyətlərə tabedir. Reqlament (fransız reglament, rēgle qayda – sözündən) – dövlət orqanının, qurumun, təşkilatın fəaliyyət qaydasını müəyyən edən qaydalar məcmusudur; müşavirənin, iclasın, konfransın. qurultayın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş nizamnamə.
  • 21. • İşgüzar kommunikasiyada iştirak edənlərin davranışı iş etiketi ilə müəyyən edilir. Etik qaydalar rəsmi olaraq ünsiyyət prosesini tənzimləyir, işgüzar tərəfdaşın şəxsiyyətinə hörmət əsasında bütün iştirakçılar üçün davranış standartlarını müəyyənləşdirir. İşgüzar etiket ünsiyyət iştirakçılarının zahiri görünüşünə, geyimlərinə və danışma tərzinə də müəyyən tələblər qoyur.
  • 22. • İşgüzar kommunikasiya funksional xarakter daşıyır. Ünsiyyət iştirakçıları rollarını və lazımi norma və davranış standartlarını (iclasın rəhbəri – iclas işti- rakçıları, müdir – işçi, satıcı – alıcı və s.) müəyyən edən rəsmi statuslarda çıxış edirlər. İşgüzar kommunikasiyada rolun ampulasına əməl etmək lazımdır. Hər bir rol digər ünsiyyət iştirakçılarının müəyyən gözləntilərinə uyğundur. Bunu nəzərə almaq və konkret vəziyyətin və qəbul edilmiş rolun tələblərinə uyğun davranmaq lazımdır.
  • 23. Akademik kommunikasiya kommunikativ bilik və təcrübənin xüsusi sahəsi kimi. “ Azərbaycan dilində işgüzar və akademik kommunikasıya ” fənni işgüzar və akademik, elmi fəaliyyətdə ictimai nitq ünsiyyətinin xüsusiyyətlərini tədqiq edir. Akademik kommunikasiya ─ peşəkar ictimai nitqin yaradılması qanunauyğunluqları və onun effektivliyinin şərtləri haqqında elə bir bilik sahəsidir ki, hədəfi bu və ya digər sahəyə aid biliklərə yiyələnmək istəyən dinləyicilərə məqsədyönlü təsir göstərməkdir.
  • 24. Qeyd edək ki, peşəkar nitq deyəndə, peşəkar ünsiyyət zamanı istifadə edilən nitq başa düşülür. İctimai nitq isə çoxsaylı auditoriyaya müraciətlə söylənən nitqdir. İctimai nitqin müxtəlif növləri və müxtəlif janrları vardır. İctimai monoloqu natiqin nitqi də adlandırırlar. Akademik natiqlik kommunikativ təcrübə və biliklərin xüsusi sahəsi olaraq, effektiv, məqsədyönlü, harmonik və təsirli nitq haqqında elm və incəsənət kimi dəyərləndirilən ritorika, başqa sözlə bəlağət elmi çərçivəsində formalaşmışdır.
  • 25. Akademik natiqlik sosial əsaslara malikdir, onun inkişafı cəmiyyətin struktur xüsusiyyətləri, əxlaqi və estetik dəyərləri ilə bağlıdır. Akademik nitq natiqlik incəsənətinin bir növü olaraq, antik dövrdə, eramızdan əvvəl V əsrdə formalaşmağa başlamışdır, belə ki, o dövrdə təlim-tədrisin özü, o cümlədən də, ritorikanın tədrisi ictimai xarakter daşıyırdı. Heç də hamı inandırıcı, məntiqli və təsirli nitq hazırlamağı və cəmiyyət qarşısında çıxış etməyi bacarmırdı. Buna görə də qədim Yunanıstanda ritorika elmini tədris edən müəllimlər ─ sofistlər peşəkar nitqlər tərtib edən loqoqrafları və peşəkar natiqləri yetişdirirdilər. Ritorika elmini dahi filosoflardan Sokrat (e.ə. 469-399), Platon (e.ə. 427-347) və Aristotel də (e.ə. 384-322) tədris etmişlər.
  • 26. Kommunikativ situasuya akademik natiqliyin əsas kateqoriyası kimi. Kommunikativ situasiya ritorikanın əsas kateqiriyası kimi dəyərləndirilir.Kommunikativ situasiya ─ ünsiyyətin müəyyən komponenetlərinin və şərtlərinin məcmusu deməkdir. Kommunikativ situasiyanın komponenetlərinə bunlar daxildir: Kommunikativ niyyət (intensiya) Nitqin mövzusu (predmeti) Nitq müəllifinin obrazı Nitqin adresatının obrazı Kommunikasiya şəraiti (konkret ünsiyyət şəraiti, iştirakçıların sayı, ünsiyyətin birbaşa və ya dolayı xarakteri).
  • 27. Kommunikativ niyyət (intensiya) ─ kommunikasiya prosesində bu və ya digər nəticəyə nail olmaq çabası, səyidir. Akademik ünsiyyət zamanı kommunikasiya subyektləri müxtəlif niyyətli (intensiyalı) fikirlər irəli sürürlər. Akademik ünsiyyət situasiyaları Kommunikasiya subyektlərinin fikirlərinin növləri İntensiya Təlim prosesi Mühazirə Dinləyicilərdə mövzuya maraq oyadıb, mühazirə materialının mənimsənilməsini təmin etmək. Elmi konfrans Məruzə Diskussiya Yeni biliklərin elmi birliklərə (cəmiyyətlərə) ötürülməsi. Akademik birlikdə aktual dəyişikliklər situasiyası Natiqin nitqi (salamlama,giriş sözü və s.) Dəyişikliklərin mahiyyəti və onlara öz münasibətini bildirib adresata təsir göstərmək.
  • 28. Ritorikada Aristotel dövründən üzü bəri nitq predmetinin komponentləri təkcə reallıqdakı hadisələrin ümumiləşdirilmə səviyyəsinin nəzərə alınması ilə deyil, eyni zamanda onların idrakın müxtəlif sahələri ilə,yəni intelektual (loqos komponenti), mənəvi dəyər (etos komponenti) və emosional (pafos komponenti) sahələri ilə əlaqələrinə də diqqət yetirilərək müəyyənləşdirilmişdir. Loqos Etos Pafos Mövzu sahəsi: Anlayışlar, qanunauyğunluqlar, konsepsiyalar, empirik əsas Məna. Elm. Elmi birlik. Tələbənin şəxsiyyəti. Təlim. Yaradıcılıq. Sosial ideallar (elmi ənənələrin əhəmiyyəti haqqında təsəvvürlər). Elmi düşüncəyə heyranlıq. Tərəqqiyə inam. Professional təşəbbüskarlıq. Fəaliyyət ehtirası. Mövzu sahəsinə maraq. İntellektual emosiyalar qrupu.
  • 29. Nitq situasiyasının ən mühüm tərkib hissələrindən biri müəllifin obrazıdır. Müəllifin obrazı, bu sözün ritorik anlamında, nitq subyekti, kommunikativ niyyətin daşıyıcısı sayılır və o, müəyyən vasitələrin köməyi ilə nitqin predmetinə, adresata, kommunikasiya prosesinə öz mövqeyini, münasibətini bəyan edir. Ritorik qanun ─ akademik çıxışın modelidir Klassik ritorikanın akademik natiqlik üçün ən önəmli kateqiriyalarından biri ritorik qanundur. Ritorik qanun nitq mətninin hazırlanması və bu mətn əsasında kütlə qarşısında çıxış etmə qaydalarının sistemidir. Tədqiqatçılar onu kütlə qarşısında çıxışın modeli, alqoritmi də adlandırırlar.
  • 31. Akademik nitq inteqrativ üslub hadisəsidir. Burada elmi nitqin hər üç yarımüslubunun əlamətləri öz əksini tapır. Bu hal akademik ünsiyyət şəraitində həll edilən vəzifələrin inteqrasiyası ilə izah edilir. Akademik nitqin əsas vəzifəsi elmi biliklərin elmi birlik və cəmiyyətlərin nümayəndələrinə,tələbələrə ötürülməsidir. Əgər dinləyicilər elmi birliyin bərabərhüquqlu nümayəndələridirsə, bu vəzifə elmi məruzə və elmi şərh janrında icra edilir. Əgər nitq tələbələrə ünvanlanıbsa, bu vəzifə isə akademik mühazirə janrında yerinə yetirilir.
  • 32. Mühazirə akademik nitqin xüsusi janrıdır. Mühazirənin hazırlanması və təqdim olunması zamanı nəzərə almaq lazımdır ki, bu situasiyada üslubun ekstra-linqvistik faktorları ritorik əhəmiyyət kəsb edir: burada əsas vəzifə adresata təsir göstərərək, mühazirənin elmi məzmununu dərk etməsini təmin etməkdir. Müasir elmdə mühazirə Nitq janrı Tədris prosesinin təşkili forması Tədris ünsiyyəti forması kimi dəyərləndirilir.
  • 33. Şifahi elmi nitqin aktual janrlarından biri elmi məruzədir. Məruzə, problemin qoyuluşu, tədqiqatların gedişatı, onun nəticələri barədə yeni elmi məlumatlar daşıyan nitq nümunəsidir. Məruzə həm yazılı, həm də şifahi formada olur. Belə ki, məruzəni yazmaq və məruzə ilə çıxış etmək lazımdir. Məruzəni yazarkən mətnin əsas struktur-semantik komponentlərini nəzərə almaq zəruridir. Bu komponentlərə məruzənin mövzusunun və çıxışın məqsədinin formalaşdırılması aiddir.
  • 34. İşgüzar və akademik kommunikasının cəmiyyətdə çox böyük rolu var. Bugün təhsil ocaqlarımızda minlərlə müəllim bu fənnin tədrisi ilə məşğul olur və onun inkişafına xidmət edir. Sual-cavablar, keçirilən elmi konfranslar, seminarlar, disputlar, elmi mübahisələr bu fənnin inkişafına, yüksək səviyyəli kommunikativ bilik və bacarıqlarının təbliğinə yönəlib. Ən başlıcası isə bu cür tədbirlər şifahi və yazılı işgüzar və akademik kommunikasiyanın inkişafına təkan verir.
  • 35. “Azərbaycan dilində işgüzar və akademik kommunikasıya” birbaşa cəmiyyətə xidmət, onun maraqlarına və mənafeyinə hesablanıb. Çünki nəticədə Azərbaycan dilində normal, məntiqli, sistemli, aydın və elmi cəhətdən sanballı işgüzar və akademik kommunikasiya aparmaq vərdişlərinə yiyələnmək hər bir tələbənin bacarıqlarını artıracaq, Azərbaycan xalqının minilliklər boyu sahib olduğu dəyərlərin yaşamasına xidmət edəcək, digər tərəfdən isə cəmiyyətin inkişafına və tərəqqisinə kömək göstərmiş olacaq.