SlideShare a Scribd company logo
1 of 12
Məktəbəqədər yaşlı
uşaqlarda rabitəli nitqin
inkişaf etdirilməsi zamanı
oyuncaqların təsiri
Kitab guşəsinin təşkili. Uşaqlarda kitaba məhəbbətin tərbiyə edilməsi
vacibdir. Kitabı böyük hörmətlə əlinə alıb oxuyan, onunla ehtiyatla davranan
tərbiyəçini görən uşaqlarda kiçik yaşlardan kitaba məhəbbət yaranmağa
başlayır. Gələcəyin kiçik oxucusu yaşlıları yamsılayır. O, tərbiyəçinin kitab
oxumazdan əvvəl əllərini yuduğunu, kitabı qatlamadığını, səhifəni ehtiyatla
çevirdiyini, əzilmiş, cırılmış cızıqlanmış kitab görəndə narazı qaldığını görüb,
özü də onun kimi nərəkət edir.
Uşaq hələ oxumağı bacarmadığı dövrdə ona rəngli kitablar vermək lazımdır
ki, kitaba müstəqil baxmağı öyrənsin, kitabı sevsin.
Uşaq körpə ikən evdə və uşaq bağçasında səliqəli kitab rəfləri görməlidir.
Tədricən evdəki kitab rəfindən, uşaq bağçasındakı kitab guşəsindən kitab
götürüb, ehtiyatla baxmağı və yerinə qoymağı bacarmalıdır. Bu prosesdə
yaşlı ilə ünsiyyət nəticəsində onun nitqinə kitab, cild, səhifə, şeir, oxumaq və
s. sözlər daxil olur.
Uşaq bağçasında təşkil edilmiş kitab guşəsində kitablar vaxtdan-vaxta
dəyişdirilməli, yeni kitablar hesabına zənginləşməlidir. Uşaqlara
kitabxananın nə olduğunu, kitabı almaq və qaytarmaq, ona qayğı ilə
yanaşmaq qaydalarını öyrətmək məqsədilə bağçanın kitab guşəsində
növbətçilik təşkili məsləhət görülür. Kitab guşəsindən alınmış kitablar
əzildikdə, cırıldıqda tərbiyəçinin köməyi ilə böyük qrupun uşaqları
tərəfindən təmir edilməlidir.
Uşaqların ümumiləşdirmə qabiliyyətini inkişaf etdirmək məqsədilə
vaxtaşırı tematik kitab sərgisinin təşkili də faydalıdır: məsələn, «Doğma
Azərbaycan haqqında kitablarımız», «Heyvanlar haqqında kitablarımız»,
«Abdulla Şaiqin nağılları», «Bizim nağıllarımız haqqında kitablar» və s.
Sərgi təşkil olunduqda, xüsusilə Nizami, Füzuli, L.Tolsloy, M.Ə.Sabir,
A.Səhhət, M.Seyidzadə. T.Elçin, X.Əlibəyli və b. ilə əlaqədar sərgidə
uşaqlar, adətən, şəkillərinə görə kitabın müəllifini müəyyən edə bilsələr
də yazıçının həyatı haqqında çox az məlumata malik olurlar. Tərbiyəçi
onlara yazıçı haqqında yığcam, sadə məlumat verməlidir. Uşaqlar, şəhər
(rayon) kitab mağazasına, kitab sərgisinə, kitabxanaya, mətbəəyə
ekskursiyaya aparmaq onların dünyagörüşünün və nitqinin inkişafında
mühüm rol oynayır.
Oxunmuş kitablar haqqında müsahibə. Əgər kiçik və orta qrupda
uşaqlar tərbiyəçinin oxuduğu, söylədiyi lətifələr, nağıllar, hekayələr və
şeirlər ətrafında suallar üzrə məzmunu danışırlarsa, böyük qrupda
onlar oxunmuş kitablar üzrə müsahibəyə girişə bilərlər. Bu yaşdakı
uşaqlar ücün dinlənilmiş əsərin məzmununu nəql elmək o qədər də
maraq doğurmur, lakin belə bir vərdiş bütün qrupların uşaqları üçün
vacibdir, çünki bu vərdiş rabitəli monoloji nitqin məzmununun yadda
qalmasını təmin edir. Bu prosesdə uşağın yaddaşı, təfəkkürü,
təxəyyülü inkişaf edir.
Uşaqlar əsərin məzmununu ardıcıl nəql etməyi öyrəndikdən sonra
tədricən onun mənasını, mahiyyətini aydınlaşdırmağa keçirlər.
Əvvəllər oxunmuş üzrə müsahibə məşğələlərində uşaqlara düşünmək
üçün suallar verilir. «Hansı hekayə (və ya nağıl) daha çox xoşunuza
gəldi? Niyə? Bu nağılda (və ya hekayədə) kim xoşunuza gəlmədi?
Niyə? Qəhrəman (personaj) filan məsələ haqqında nə dedi? Qəhrəman
elə hərəkət etsəydi ardı? Təhlükəli anda qəhrəman necə hərəkət etdi?»
və s. Müsahibə prosesində tərbiyəçi elə şərait yaratmalıdır ki, iştirak
edənlərin hamısı öz fikrini deyə bilsin. Bu cür məşğələ-müsahibə,
disput üçün elə bədii əsərlər seçilməlidir ki, uşaqları həqiqətən cəlb
etsin və həyəcanlandırsın.
Bədii əsərə tutarlı ümumi sualların qoyulması oxunmuş mətn haqqında az
maraqlı söhbətdən, nəqlelmədən qaçmağa, sərbəst ünsiyyətə qoşulmağa imkan
verir. Müsahibə zamanı məzmunu lazımı müfəssəlliyi ilə aşkara çıxartmağa
imkan verən sualların qoyulmasına şərait yaranır. Müsahibənin aparılmasının
konkret şəraitindən asılı olaraq tərbiyəçi kitabla işin daha əlverişli forma və
priyomlarını müəyyənləşdirməlidir.
Oxunmuş bədii əsər üzərində müsahibəyə həsr olunmuş məşğələnin gedişində
uşaqları fəallaşdıran başlıca şərtlər aşağıdakılardır:
1. Məşğələ apararkən tərbiyəçi kiçik müsahiblərinə son dərəcə diqqətlə
yanaşmalıdır. Polşa pedaqoqu Yanuş Korçak uşaqlar haqqında, onların
dilindən yazılmış: Kiçik olmaq əlverişli deyil. Həmişə başı qaldırmaq
lazımdır... Hər şey harada isə yuxarıda, sənin başın üzərində baş verir... Ola
bilsin ona görə də biz uşaqlar əyləşəndə onların qabağında dayanmağı sevirik
ki, onların gözlərini görək».
Uşaq mühakimələrinə hörmətli münasibət onları danışığa stimullaşdırır.
2. Müsahibənin gedişində tərbiyəçi fəal uşaqları, şüurlu şəkildə utananları,
qaradinməzləri müsahibəyə qoşmalıdır. Belə uşaqlar ola bilər ki, əvvəllər
başlarını yırğalamaqla «cavab versinlər», tədricən müsahibəyə qoşularaq bir-
iki sözlə fikrini bildirsinlər.
3. Müsahibənin əvvəlindən axırınadək uşaqların xatırladıqlarını, danışıqlarını,
marağını müdafiə etməlidir. O, elə bil birdən yada düşmüş kimi oxunmuş
kitabdan əyləncəli bir epizodu xatırlayır və düşünməyi tələb edən bir sual
verir. Sualı uşaqların həyatından götürülmüş maraqlı misallarla əlaqələndirir.
4. Müsahibəni aparan tərbiyəçi elə bir şərait yaratmağı
bacarmalıdır ki, onun hər bir sözü uşaqlarda emosional fikir
oyatsın. V.A. Suxomlinski haqlı olaraq demişdir: «Sözə və onun
çalarlannn həssaslıq tərbiyə etmək şəxsiyyətin ahəngdar inkişafının
şərtlərindən biridir».
5. Artıq məktəbəqədər illərdə tərbiyəçi bəzən uşaqları özünəməxsus
«problemli situasiya»da qoymalıdır ki, onlar məsələləri istədikləri
kimi, uşaq kimi, əxlaqi planda həll edə bilsinlər. Gərgin fikri
fəaliyyət tələb edən şərait yaratmaqla tərbiyəçi uşağın mövqeyində
durmağı bacarmalıdır.
6. Nə qədər ki, uşaqlarda əyani-obrazlı təfəkkür üstünlük təşkil
edir, müsahibənin gedişində tərbiyəçilər təkrarən şəkilləri nümayiş
etdirə bilərlər.
Uşağın şüuruna və hissinə bədii sözlə təsir böyük əhəmiyyətə malikdir. Söz aydın
görmə obrazların qavranılması ilə, musiqi, rəsm əsərləri ilə birləşdikdə daha
güclü olur. Bu zaman həyat səhnədə bilavasitə hərəkətdə təsvir olunur.
Bədii əsərin dramlaşdırılması uşaqların obrazlı-konkret təfəkkürünə güclü
emosional təsir göstərir, onun məzmununun aydın və düzgün qavranılmasını
təmin edir. Maraqlı cəhət budur ki, uşaqlar əsərə baxmaqla kifayətlənmir, özləri
də müəyyən əsəri tamaşaya qoymaq, səhnələşdirmək istəyirlər.
Canlı teatra tamaşa etdikdən sonra uşaqlar onun məzmununu yoldaşlarına nəql
edir, öz təəssüratını monoloji şəkildə verməyi öyrənirlərsə, özləri səhnələşdirdikdə
isə, məşq prosesində yolları öyrənir, ifadəli nitq üçün intonasiya seçir,
qəhrəmanın həyatını yaşayırlar.
Uşaqlar üçün yazılmış pyeslər kukla teatrı, gənc tamaşaçılar teatrı
tərəfindən tamaşaya qoyulur. Tərbiyəçilərin özləri də xalq nağılları, oyun
nəğmələri, bədii hekayələr və şeirlər əsasında səhnələşdirmə üçün pyeslər
yarada bilərlər.
Oyun-dramlaşdırma oyun-tamaşalar olmaqla onda ədəbi əsərlər şəxslərlə
təsvir edilir, onda intonasiya, mimika, jest, duruş, yeriş vəziyyəti isə konkret
obrazlar yaradılmasını təmin edir. Uşaq əsərin ideya məzmununu,
hadisələrin məntiqi ardıcıllığını, onların səbəb əlaqələrini mənimsəyir. Bu
zaman o, aydın və ifadəli xalq dili ilə tanış olur, lüğətini zənginləşdirir.
Oyun-dramlaşdırmada uşaq müxtəlif həyati hadisələri dərk edir, nitqini,
yaddaşını, təxəyyülünü inkişaf etdirir, diqqətini formalaşdırır. Onun əqli
inkişafı təmin olunur.
Oyun-dramlaşdırma uşağın fəaliyyətində mənəviyyat məktəbi, ilk kollektiv
həyatdır. Uşaqlar ümumi həyəcanları ilə razılığa gələrək, öz arzu və
maraqlarını kollektivin arzu və maraqlarına tabe etməkdə birləşirlər.
Oyunun bu növü uşaqların estetik tərbiyəsi baxımından çox əhəmiyyətlidir.
Bədii ədəbiyyatın, xalq yaradıcılığının gözəl aləmi uşaqları qonaqpərvərliklə
qarşılayır. Onlar teatrla ilk dəfə tanış olur, əsərin qəhrəmanı ilə birlikdə
həyəcanlanırlar.
Şəkilli teatr. Bu, bədii əsərin personajlarının «Canlanması» sahəsində ilk addımdır. Tərbiyəçi nağılı danışır,
uşaqlar personajların hərəkətlərini təsvir olunduğu səkilləri təsəvvür edirlər. Körpələr evi - uşaq bağçalarında
şəkilli teatr iki cür göstərilir; «canlı şəkillərlə» və flaneleqraf vasitəsilə. Flaneleqraf xovlu (tüklü) parçaya
bürünmüş, arxaya tərəf azca mail dayağı (püpitri) olan arakəsmədir.
Qalın kağızdan kəsilmiş personajların fiqurları üz tərəfdən rənglənir, arxa tərəfinə isə tüklü parça
yapışdırılır. Fiqurların arxasındakı və arakəsmədəki tüklü parça əllə sığallanıb kipləşdirilir. Personajların
fiqurları və dekorasiya arakəsməyə yapışdırılır, əllə möhkəmləndirilir.
“Canlı şəkillər”dən fərqli olaraq flaneleqrafda fiqurları istənilən tərzdə, sərbəst hərəkət etdirmək
mümkündür. «Canlı şəkillər»in üstünlüyü isə ondadır ki, personajların rəngi, fonunun rəngi təbii olur.
Kiçikyaşlı uşaqlar üçün stolüstü kukla teatrı daha müvafiqdir. Burada «teatr» termini şərtidir. Belə ki,
səhnələşdirmənin əsasına qoyulmuş bədii əsər, demək olar ki, dəyişikliyə uğramır, hərfiyyən oxunur; kuklaçı-
tərbiyəçinin hərəkətləri tamaşaçı uşaqlardan gizlədilmir. Bununla belə üç-dörd yaşlı uşaqlar «səhnədə»
(stolun üstündə) baş verən hadisəyə o qədər məftun olurlar ki, tərbiyəçinin əllərini hiss etmirlər. Hisslərin tam
məzmuna yönəldilməsi onların qəhrəmanlarının halına uyğun həyəcanlar keçirmələri ilə nəticələnir.
Stolüstü kukla teatrında tərbiyəçi adi obrazlı oyunçağı və ya fanerdən, qalın kartondan kəsilmiş və dayağa
bərkidilmiş rəngli fiqurların köməyi ilə bədii əsərin süjetini canlandırır.
Kölgə teatrı. İnsan, heyvan, bitki, əmək və məişət əşyaları fiqurlarını təsvir edən qalın karton
silüetlərin köməyi ilə bədii əsərlərin səhnələşdirilməsi kölgə teatrı adlanır. Silüetlər qara rənglə
rənglənir, ağ rəngli ekrana proeksiya edilir. Bunun üçün ekranın arxasından və yuxarısından işıq
verilir.
Kölgə teatrında personajın konturu, xarakteri, duruş vəziyyəti, hərəkətinin özbaşına baş verən
hadisə təsiri bağışlaması üçün tərbiyəçinin hərəkətlərinin ekranda əks olunması vacibdir.
Tərbiyəçi əlinə kuklanın köynəyini, əlcəyini, papağını geydirməklə də teatrı təşkil edir. Tərbiyəçi
biləyi, barmaqları hərəkət etdirməklə kukla-personajın hərəkətlərini yamsılayır; şəhadət
barmağına keçirilmiş başı o tərəf – bu tərəf döndərir, qabağa tərəf əyir, fikri təsdiq və ya rədd
etmək hərəkətlərini göstərir. Onun hərəkətləri sözlə müşayət olunur. Tərbiyəçi üçün bu çətin olsa
da, uşaqları çox maraqlandırır.
Səhnələşdirmə üçün material diqqətlə seçilməlidir. Əsər uşaqların səviyyəsinə, səhnələşdirmə
texnikasının imkanlarına müvafiq olmalıdır. Əsərin süjeti hərəkətlərlə, dialoqlarla zəngin
olmalıdır. “Tıq-tıq xanım”, “Nə daha qorxuludur?” (L. Tolstoy), “Myao eləyən kimdir?” (V.
Suteyev), “Turp”, “Alma”, “Sünbül” (Ukrayna xalq nağılı), “Çaqqal və xoruz”, “İki acğöz ayı
balası” (Macar xalq nağılı) və s. belə əsərlərdəndir.
CREDITS: This presentation template was created
by Slidesgo, and includes icons by Flaticon, and
infographics & images by Freepik
Diqqətiniz Üçün
Təşəkkürlər!

More Related Content

Featured

AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 

Featured (20)

AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 

Lələkişiyeva Fjdjdjdatimə nitq inkişafı.pptx

  • 1. Məktəbəqədər yaşlı uşaqlarda rabitəli nitqin inkişaf etdirilməsi zamanı oyuncaqların təsiri
  • 2. Kitab guşəsinin təşkili. Uşaqlarda kitaba məhəbbətin tərbiyə edilməsi vacibdir. Kitabı böyük hörmətlə əlinə alıb oxuyan, onunla ehtiyatla davranan tərbiyəçini görən uşaqlarda kiçik yaşlardan kitaba məhəbbət yaranmağa başlayır. Gələcəyin kiçik oxucusu yaşlıları yamsılayır. O, tərbiyəçinin kitab oxumazdan əvvəl əllərini yuduğunu, kitabı qatlamadığını, səhifəni ehtiyatla çevirdiyini, əzilmiş, cırılmış cızıqlanmış kitab görəndə narazı qaldığını görüb, özü də onun kimi nərəkət edir. Uşaq hələ oxumağı bacarmadığı dövrdə ona rəngli kitablar vermək lazımdır ki, kitaba müstəqil baxmağı öyrənsin, kitabı sevsin. Uşaq körpə ikən evdə və uşaq bağçasında səliqəli kitab rəfləri görməlidir. Tədricən evdəki kitab rəfindən, uşaq bağçasındakı kitab guşəsindən kitab götürüb, ehtiyatla baxmağı və yerinə qoymağı bacarmalıdır. Bu prosesdə yaşlı ilə ünsiyyət nəticəsində onun nitqinə kitab, cild, səhifə, şeir, oxumaq və s. sözlər daxil olur.
  • 3. Uşaq bağçasında təşkil edilmiş kitab guşəsində kitablar vaxtdan-vaxta dəyişdirilməli, yeni kitablar hesabına zənginləşməlidir. Uşaqlara kitabxananın nə olduğunu, kitabı almaq və qaytarmaq, ona qayğı ilə yanaşmaq qaydalarını öyrətmək məqsədilə bağçanın kitab guşəsində növbətçilik təşkili məsləhət görülür. Kitab guşəsindən alınmış kitablar əzildikdə, cırıldıqda tərbiyəçinin köməyi ilə böyük qrupun uşaqları tərəfindən təmir edilməlidir. Uşaqların ümumiləşdirmə qabiliyyətini inkişaf etdirmək məqsədilə vaxtaşırı tematik kitab sərgisinin təşkili də faydalıdır: məsələn, «Doğma Azərbaycan haqqında kitablarımız», «Heyvanlar haqqında kitablarımız», «Abdulla Şaiqin nağılları», «Bizim nağıllarımız haqqında kitablar» və s. Sərgi təşkil olunduqda, xüsusilə Nizami, Füzuli, L.Tolsloy, M.Ə.Sabir, A.Səhhət, M.Seyidzadə. T.Elçin, X.Əlibəyli və b. ilə əlaqədar sərgidə uşaqlar, adətən, şəkillərinə görə kitabın müəllifini müəyyən edə bilsələr də yazıçının həyatı haqqında çox az məlumata malik olurlar. Tərbiyəçi onlara yazıçı haqqında yığcam, sadə məlumat verməlidir. Uşaqlar, şəhər (rayon) kitab mağazasına, kitab sərgisinə, kitabxanaya, mətbəəyə ekskursiyaya aparmaq onların dünyagörüşünün və nitqinin inkişafında mühüm rol oynayır.
  • 4. Oxunmuş kitablar haqqında müsahibə. Əgər kiçik və orta qrupda uşaqlar tərbiyəçinin oxuduğu, söylədiyi lətifələr, nağıllar, hekayələr və şeirlər ətrafında suallar üzrə məzmunu danışırlarsa, böyük qrupda onlar oxunmuş kitablar üzrə müsahibəyə girişə bilərlər. Bu yaşdakı uşaqlar ücün dinlənilmiş əsərin məzmununu nəql elmək o qədər də maraq doğurmur, lakin belə bir vərdiş bütün qrupların uşaqları üçün vacibdir, çünki bu vərdiş rabitəli monoloji nitqin məzmununun yadda qalmasını təmin edir. Bu prosesdə uşağın yaddaşı, təfəkkürü, təxəyyülü inkişaf edir. Uşaqlar əsərin məzmununu ardıcıl nəql etməyi öyrəndikdən sonra tədricən onun mənasını, mahiyyətini aydınlaşdırmağa keçirlər. Əvvəllər oxunmuş üzrə müsahibə məşğələlərində uşaqlara düşünmək üçün suallar verilir. «Hansı hekayə (və ya nağıl) daha çox xoşunuza gəldi? Niyə? Bu nağılda (və ya hekayədə) kim xoşunuza gəlmədi? Niyə? Qəhrəman (personaj) filan məsələ haqqında nə dedi? Qəhrəman elə hərəkət etsəydi ardı? Təhlükəli anda qəhrəman necə hərəkət etdi?» və s. Müsahibə prosesində tərbiyəçi elə şərait yaratmalıdır ki, iştirak edənlərin hamısı öz fikrini deyə bilsin. Bu cür məşğələ-müsahibə, disput üçün elə bədii əsərlər seçilməlidir ki, uşaqları həqiqətən cəlb etsin və həyəcanlandırsın.
  • 5. Bədii əsərə tutarlı ümumi sualların qoyulması oxunmuş mətn haqqında az maraqlı söhbətdən, nəqlelmədən qaçmağa, sərbəst ünsiyyətə qoşulmağa imkan verir. Müsahibə zamanı məzmunu lazımı müfəssəlliyi ilə aşkara çıxartmağa imkan verən sualların qoyulmasına şərait yaranır. Müsahibənin aparılmasının konkret şəraitindən asılı olaraq tərbiyəçi kitabla işin daha əlverişli forma və priyomlarını müəyyənləşdirməlidir.
  • 6. Oxunmuş bədii əsər üzərində müsahibəyə həsr olunmuş məşğələnin gedişində uşaqları fəallaşdıran başlıca şərtlər aşağıdakılardır: 1. Məşğələ apararkən tərbiyəçi kiçik müsahiblərinə son dərəcə diqqətlə yanaşmalıdır. Polşa pedaqoqu Yanuş Korçak uşaqlar haqqında, onların dilindən yazılmış: Kiçik olmaq əlverişli deyil. Həmişə başı qaldırmaq lazımdır... Hər şey harada isə yuxarıda, sənin başın üzərində baş verir... Ola bilsin ona görə də biz uşaqlar əyləşəndə onların qabağında dayanmağı sevirik ki, onların gözlərini görək». Uşaq mühakimələrinə hörmətli münasibət onları danışığa stimullaşdırır. 2. Müsahibənin gedişində tərbiyəçi fəal uşaqları, şüurlu şəkildə utananları, qaradinməzləri müsahibəyə qoşmalıdır. Belə uşaqlar ola bilər ki, əvvəllər başlarını yırğalamaqla «cavab versinlər», tədricən müsahibəyə qoşularaq bir- iki sözlə fikrini bildirsinlər. 3. Müsahibənin əvvəlindən axırınadək uşaqların xatırladıqlarını, danışıqlarını, marağını müdafiə etməlidir. O, elə bil birdən yada düşmüş kimi oxunmuş kitabdan əyləncəli bir epizodu xatırlayır və düşünməyi tələb edən bir sual verir. Sualı uşaqların həyatından götürülmüş maraqlı misallarla əlaqələndirir.
  • 7. 4. Müsahibəni aparan tərbiyəçi elə bir şərait yaratmağı bacarmalıdır ki, onun hər bir sözü uşaqlarda emosional fikir oyatsın. V.A. Suxomlinski haqlı olaraq demişdir: «Sözə və onun çalarlannn həssaslıq tərbiyə etmək şəxsiyyətin ahəngdar inkişafının şərtlərindən biridir». 5. Artıq məktəbəqədər illərdə tərbiyəçi bəzən uşaqları özünəməxsus «problemli situasiya»da qoymalıdır ki, onlar məsələləri istədikləri kimi, uşaq kimi, əxlaqi planda həll edə bilsinlər. Gərgin fikri fəaliyyət tələb edən şərait yaratmaqla tərbiyəçi uşağın mövqeyində durmağı bacarmalıdır. 6. Nə qədər ki, uşaqlarda əyani-obrazlı təfəkkür üstünlük təşkil edir, müsahibənin gedişində tərbiyəçilər təkrarən şəkilləri nümayiş etdirə bilərlər.
  • 8. Uşağın şüuruna və hissinə bədii sözlə təsir böyük əhəmiyyətə malikdir. Söz aydın görmə obrazların qavranılması ilə, musiqi, rəsm əsərləri ilə birləşdikdə daha güclü olur. Bu zaman həyat səhnədə bilavasitə hərəkətdə təsvir olunur. Bədii əsərin dramlaşdırılması uşaqların obrazlı-konkret təfəkkürünə güclü emosional təsir göstərir, onun məzmununun aydın və düzgün qavranılmasını təmin edir. Maraqlı cəhət budur ki, uşaqlar əsərə baxmaqla kifayətlənmir, özləri də müəyyən əsəri tamaşaya qoymaq, səhnələşdirmək istəyirlər. Canlı teatra tamaşa etdikdən sonra uşaqlar onun məzmununu yoldaşlarına nəql edir, öz təəssüratını monoloji şəkildə verməyi öyrənirlərsə, özləri səhnələşdirdikdə isə, məşq prosesində yolları öyrənir, ifadəli nitq üçün intonasiya seçir, qəhrəmanın həyatını yaşayırlar.
  • 9. Uşaqlar üçün yazılmış pyeslər kukla teatrı, gənc tamaşaçılar teatrı tərəfindən tamaşaya qoyulur. Tərbiyəçilərin özləri də xalq nağılları, oyun nəğmələri, bədii hekayələr və şeirlər əsasında səhnələşdirmə üçün pyeslər yarada bilərlər. Oyun-dramlaşdırma oyun-tamaşalar olmaqla onda ədəbi əsərlər şəxslərlə təsvir edilir, onda intonasiya, mimika, jest, duruş, yeriş vəziyyəti isə konkret obrazlar yaradılmasını təmin edir. Uşaq əsərin ideya məzmununu, hadisələrin məntiqi ardıcıllığını, onların səbəb əlaqələrini mənimsəyir. Bu zaman o, aydın və ifadəli xalq dili ilə tanış olur, lüğətini zənginləşdirir. Oyun-dramlaşdırmada uşaq müxtəlif həyati hadisələri dərk edir, nitqini, yaddaşını, təxəyyülünü inkişaf etdirir, diqqətini formalaşdırır. Onun əqli inkişafı təmin olunur. Oyun-dramlaşdırma uşağın fəaliyyətində mənəviyyat məktəbi, ilk kollektiv həyatdır. Uşaqlar ümumi həyəcanları ilə razılığa gələrək, öz arzu və maraqlarını kollektivin arzu və maraqlarına tabe etməkdə birləşirlər. Oyunun bu növü uşaqların estetik tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Bədii ədəbiyyatın, xalq yaradıcılığının gözəl aləmi uşaqları qonaqpərvərliklə qarşılayır. Onlar teatrla ilk dəfə tanış olur, əsərin qəhrəmanı ilə birlikdə həyəcanlanırlar.
  • 10. Şəkilli teatr. Bu, bədii əsərin personajlarının «Canlanması» sahəsində ilk addımdır. Tərbiyəçi nağılı danışır, uşaqlar personajların hərəkətlərini təsvir olunduğu səkilləri təsəvvür edirlər. Körpələr evi - uşaq bağçalarında şəkilli teatr iki cür göstərilir; «canlı şəkillərlə» və flaneleqraf vasitəsilə. Flaneleqraf xovlu (tüklü) parçaya bürünmüş, arxaya tərəf azca mail dayağı (püpitri) olan arakəsmədir. Qalın kağızdan kəsilmiş personajların fiqurları üz tərəfdən rənglənir, arxa tərəfinə isə tüklü parça yapışdırılır. Fiqurların arxasındakı və arakəsmədəki tüklü parça əllə sığallanıb kipləşdirilir. Personajların fiqurları və dekorasiya arakəsməyə yapışdırılır, əllə möhkəmləndirilir. “Canlı şəkillər”dən fərqli olaraq flaneleqrafda fiqurları istənilən tərzdə, sərbəst hərəkət etdirmək mümkündür. «Canlı şəkillər»in üstünlüyü isə ondadır ki, personajların rəngi, fonunun rəngi təbii olur. Kiçikyaşlı uşaqlar üçün stolüstü kukla teatrı daha müvafiqdir. Burada «teatr» termini şərtidir. Belə ki, səhnələşdirmənin əsasına qoyulmuş bədii əsər, demək olar ki, dəyişikliyə uğramır, hərfiyyən oxunur; kuklaçı- tərbiyəçinin hərəkətləri tamaşaçı uşaqlardan gizlədilmir. Bununla belə üç-dörd yaşlı uşaqlar «səhnədə» (stolun üstündə) baş verən hadisəyə o qədər məftun olurlar ki, tərbiyəçinin əllərini hiss etmirlər. Hisslərin tam məzmuna yönəldilməsi onların qəhrəmanlarının halına uyğun həyəcanlar keçirmələri ilə nəticələnir. Stolüstü kukla teatrında tərbiyəçi adi obrazlı oyunçağı və ya fanerdən, qalın kartondan kəsilmiş və dayağa bərkidilmiş rəngli fiqurların köməyi ilə bədii əsərin süjetini canlandırır.
  • 11. Kölgə teatrı. İnsan, heyvan, bitki, əmək və məişət əşyaları fiqurlarını təsvir edən qalın karton silüetlərin köməyi ilə bədii əsərlərin səhnələşdirilməsi kölgə teatrı adlanır. Silüetlər qara rənglə rənglənir, ağ rəngli ekrana proeksiya edilir. Bunun üçün ekranın arxasından və yuxarısından işıq verilir. Kölgə teatrında personajın konturu, xarakteri, duruş vəziyyəti, hərəkətinin özbaşına baş verən hadisə təsiri bağışlaması üçün tərbiyəçinin hərəkətlərinin ekranda əks olunması vacibdir. Tərbiyəçi əlinə kuklanın köynəyini, əlcəyini, papağını geydirməklə də teatrı təşkil edir. Tərbiyəçi biləyi, barmaqları hərəkət etdirməklə kukla-personajın hərəkətlərini yamsılayır; şəhadət barmağına keçirilmiş başı o tərəf – bu tərəf döndərir, qabağa tərəf əyir, fikri təsdiq və ya rədd etmək hərəkətlərini göstərir. Onun hərəkətləri sözlə müşayət olunur. Tərbiyəçi üçün bu çətin olsa da, uşaqları çox maraqlandırır. Səhnələşdirmə üçün material diqqətlə seçilməlidir. Əsər uşaqların səviyyəsinə, səhnələşdirmə texnikasının imkanlarına müvafiq olmalıdır. Əsərin süjeti hərəkətlərlə, dialoqlarla zəngin olmalıdır. “Tıq-tıq xanım”, “Nə daha qorxuludur?” (L. Tolstoy), “Myao eləyən kimdir?” (V. Suteyev), “Turp”, “Alma”, “Sünbül” (Ukrayna xalq nağılı), “Çaqqal və xoruz”, “İki acğöz ayı balası” (Macar xalq nağılı) və s. belə əsərlərdəndir.
  • 12. CREDITS: This presentation template was created by Slidesgo, and includes icons by Flaticon, and infographics & images by Freepik Diqqətiniz Üçün Təşəkkürlər!