SlideShare a Scribd company logo
Azərbaycan Dövlət
Pedaqoji Universiteti
Təlimin təşkilinə verilən tələblər ;
Pedaqoji prosesin tamlığı – Təlim məqsədləri
kompleks şəkildə həyata keçirilir, real
nəticələrlə yekunlaşan müəllim və şagird
fəaliyyətini əhatə edir. Təlimin kompleks
şəkildə həyata keçirilməsi dedikdə, onun
inkişafetdirici, öyrədici, tərbiyəedici olması
nəzərdə tutulur.
Yeni kurikulumlarda təhsil strategiyaları anlayışından istifadə olunmasına
və ondan pedaqoji prosesin təşkilində istifadə olunmasına xüsusi diqqət
yetirilir.
Pedaqoji prosesin tamlığı üçün təlim münasib maddi-texniki
baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil
edilir. Ümumilikdə bu proses tərbiyə, təhsil və təlim
proseslərinin özünəməxsus spesifik xüsusiyyətlərini
birləşdirərək ümumi bir məqsədə, yəni şəxsiyyətin inkişafına
yönəlməsi prosesidir.
Təlimdə bərabər imkanların yaradılması- Bu
proses şagirdlərin irqi, cinsi, millətçilik və ya
hər hansı bir fiziki qüsuru nəzərə alınmadan
təlim prosesinə cəlb olunması deməkdir. Hər
bir müəllim tədris zamanı şagirdlərin
potensial imkanlarını nəzərə almaqla onların
hər birinə bərabər imkanların yaratmalıdır.
Bu prosesi sinifdə uğurla tənzimləyən
müəllim şagirdlərdə təkçə özünəinam hissi
yaratmaqla qalmır, həm də onlarda
tolerantlıq, fərqlərin dərk edilməsi,
çoxmədəniyyətlilik kimi bir sıra
kompetensiyalar formalaşdırır.
Şagirdyönümlülük - Şagird pedaqoji prosesin
mərkəzində dayanır. Bütün tədris və təlim işi
şagirdlərin maraq və tələbatlarının
ödənilməsinə, onların istedad və
qabiliyyətlərinin, potensial imkanlarının
inkişafına yönəldilir. Müəllim şagirdlərin
daim inkişaf edən maraqlarını nəzərə
almaqla və öyrədici, inkişafetdirici,
tərbiyələndirici təlim mühitini
yaradaraq tələbatlarını ödəməklə, onların
istedad və qabiliyyətlərini üzə çıxarılmalıdır.
Fəaliyyətin stimullaşdırlması
Dəstəkləyici təlimmühitinin yaradılması
şagird üçün pedoqoji prosesdə münasib maddi-
texniki bazanın təşkili və sağlam mənəvi-
psixoloji mühitin yaradılması prosesidir. Bu
proses şagirdlərdə müstəqilliyi baxımından
xüsusi əhəmiyyət kəsb edir. Təlim prosesində
bunu tətbiq edən müəllim, müasir tələblərə
cavab verən əşyavi mühit yaratmalıdır. Əşyavi
müdit dedikdə sinifdə əşyaların yeri, mebellərin
şagird istifadəsinə uyğun təşkili nəzərdə tutulur.
Həmçinin, müəllim şagirdlərin müxtəlif öyrənmə
üsullarından istifadə etmələri üçün əlavə
resurslardan, tədris vəsaitlərindən istifadəsini
təmin etməlidir.
Təlim strategiyasının qurulmasının digər şərtlərindən biri
də təlim fəlaiyyətinin planlaşdırlmasıdır.
Kurikulumda dövlət tərəfindən şagirdin bilik və
bacarıına qoyulan tələbə yəni, standarta nail olmaq
üçün müəllim təlim fəaliyyətini düzgün
planlaşdırmalıdır.
Planlaşdırmanın 2 növü var:
Cari( gündəlik)
planlaşdırma
Perspektiv(illik)
planlaşdırma
Perspektiv planlaşdırmanı tərtib edən müəllim xüsusilə bir neçə məqama diqqət
etməlidir.
1). Tədris vahidinin və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirməlidir.
(Sadədən mürəkkəbə doğru)
2). İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)
CREDITS: This presentation template was created by Slidesgo, including icons
by Flaticon, and infographics & images by Freepik
Hər bir fənni tədris edən müəllim -
qarşısında duran vəzifələri yerinə yetirməsi, fə
nin məqsədiniə nail olması və nəinki bugünün,
hətta sabahın da tələblərinə cavab verən şəxsiy
yətformalaşdırması
üçün hər günün cari planlaşdırmasını düzgün
qurmalıdır.
Bir çoxları qrup iş formasını yeni təlim metodu kimi başa düşür.
Fəal təlim zamanı daha çox istifadə olunan, qrup işi
formasıdır. Bu iş forması şagirdlərə problemin birgə həll
edilməsini, bir birnin fikrinə hörmətlə yanaşmağı, müstəqil
öyrənməyi, sərbəst fikir söyləməyə öyrədir. Ənənəvi dərslərdə
psixoloji tipindən asılı olaraq dərsi bildiyi halda, sinif qarşısına
çıxanda çaşıb qalır, cavab verə bilmirlər. Nəticədə dərsin
vaxtı gedir, şagir disə mənəvi psixoloji travma alır.
Qrup işini müxtəlif varinatlara ayırmaq olar:
1. Bütün qruplar ümumi mövzu ətrafında müxətlif tədris materialı ilə işləyirlər
2. Bütün qruplar eyni vaxtda bir tədris materialı üzərində işləyirlər.
3. Eyni material üzərinə qruplar növbə ilə işləyirlər.
Qrupda iş şagirdləri problemin birgə həll edilməsinə öyrədir hər bir kəsə fikrini sərbət söyləmək
və digərləri tərəfindən dinlənilmək imkanı yaradır. Bu iş forması digər insanların mövqelərinə
hörmətlə yanaşmağı öyrədir, hər bir şagirdin təlim prosesinə cəlb edilməsini təmin edir
. Bütün uşaqlar öz imkanlarını nümayiş etdirməyə, şərait yaradır. Şəxsi inkişafları üçün imkanı
təmin edir. Qrupda iş və müstəqil öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimin
fərdiləşdiləşdirilməsinə imkan yaradır.
Qruplarda işi nəcə aparmalı?
1. Şagirdləri 4-6 qrupa bölürük.( Hər qrupda 4-6 nəfər olmaq şərtilə)
2. Qruplar ayrı-ayrı masaların arxasında əyləşirlər.
3. Müəllim müzakirə olunan mövzu ilə əlaqədar bir və ya iki sual (tapşırıq)
qoyur, qrupunun işinin nəticələrinin nümayişi üsullarını aydınlaşdırır,
həmçinin işin görülməsi üçün vaxt müəyyən edir.
4. Şagirdlər gördükləri işi təqdim etmək üçün, öz aralarında, bir nəfəri
seçirlər, nəticə qeyd edilir və təqdim edilir.
5. Müəllim qrupun işinin gedişini müşahidə edir, onun qərarının
düzgün qəbul olunduğuna əmin olur, suallara cavab verir,
iştirakçıların onun kööməyinə ehtiyacları varsa, əlavə təlimatlar verir.
6. Verilmiş vaxt bitdikdən sonra, müəllim işi dayandırır və
məruzəçilərdən nəticələri bildirməyi xahiş edir.
7. Müəllim ümumi diskussiyanı idarə edir, qrupların işinin yekunlarını
tutuşdurur və ümumiləşdirir və s
Qruplara bölmənin üsulları.
Rəqəmləri saymaqla (4-dən 6-ya qədər saymaqla)
Meyvə adları saymaqla (alma, armud, nar, heyva, banan)
Həndəsi fiqurları paylamaqla( kvadrat, düzbucaqlı, üçbucaq, dairə, romb
və s)
Rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, yaşıl və s)
Fərqli konfetlər paylmaqla (ibtidai siniflərdə)
Şəklin hissələrinin yığılması, hər iş iştirakçı şəklin bir hissəsini alır və
iştirakçılar şəklin hissələrini bir yerə yığıb, tam pazlı almalıdırlar və s)
Təqdimat Kublaşdırma Ziqzaq
Beyin həmləsi BİBÖ Akvarium
Karusel Klaster Söz assosiasiyaları
Fəal təlim üsulları- Cəmiyyətin inkişaf etdiyi bu dövrdə təhsil sistemimizi,sürətlə inkişaf edən
cəmiyyətə uyğunlaşdırmalı,daim yeniliklərə açıq olmalı və üstünlük verməliyik. Təlim prosesinin
səmərəli təşkili müəllim və şagirdlə yanaşı təlim üsullarından da asılıdır. Bildiyimiz kimi fəal dərsin
7 mərhələsi vardır və bu mərhələlərdə fəal təlim üsullarından istifadə olunur.
Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə,
təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü
inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri
formalaşır.
Ziqzaq
Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli
istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.
İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-
dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni
nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə
yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi
əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.
Beyin həmləsi
Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli
sürməsi vasitəsi kimi istifadə olunur. Azərbaycan dili dərslərində problemli vəziyyətin yardılması üçün
gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik) şagirdlərin əvvəlki
biliyi, təcrübəsi ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə
düşünməsini təmin edir.
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: "Nəyi bilirik”,
"Nəyi bilmək istəyirik”, "Nə öyrəndik və hələ nələri öyrənməliyik”. Şagirdlər əvvəl mənimsəmiş
olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi məsələləri,
sualları müəyyənləşdirir.
Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda
keçirilə bilər.
"Akvarium”un keçirilməsinin 1-ci variantı:
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-
birinin sözünü kəsməmək və.s) müəyyən edilir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin
daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən
kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun
aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra
diskussiya dayandırılır, "xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və
qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
"Akvarium” un keçirilməsinin 2-ci variantı:
"Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan
fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin "lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz
əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili
dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək
üçün diskussiya aparırlar.
● Klaster (şaxələndirmə)
Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə
bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər
növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq
və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və
ümumiləşdirmə aparılır.
Söz assosiasiyaları
Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır.
Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə
yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və
yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi
formada tətbiq edilə bilər.
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu
üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin
necə qeyd olunacağı barədə danışılır).
Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə
dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir
●
Karusel
● Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual
yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində
müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda
öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə
edir.
● Üsul dərsin tətqiqatın aparılması mərhələsində, yaradıcı tətbiqetmə mərhələsində, nəticələrin çıxarılması
və ümumiləşdirmə mərhələsində reallaşdırıla bilər. Müəllim üsulu tətbiq edərkən mütləq kiçik qruplarla iş
formasından istifadə edir.
Diqqətiniz üçün təşəkkürlər
● İstifadə olunan ədəbiyyatlar
https://yusif.az/main/wp-content/uploads/2020/10/Emil_Tagizade-Kurikulum.pdf
http://ldhk.edu.az/e-
ldhk/uploads/Kurikulumun%20%C9%99saslar%C4%B1%20(M%C3%BChazir%C9%99l%C9%99r).pdf
https://www.scribd.com/document/391128633/KURIKULUM-DERSLIYI
https://www.edu.gov.az/upload/file/teqdimat/2016/13.pdf
https://taim.edu.az/kurikulum-kitabi

More Related Content

Similar to kurikulum.Z.pdfeducationschollprimeclads

Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptxAysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
EhedKerimli
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...Yegane Ramazanova
 
Tedris mbm-2014
Tedris mbm-2014Tedris mbm-2014
Tedris mbm-2014
MirNamik
 
UNEC__1695402632.ppt
UNEC__1695402632.pptUNEC__1695402632.ppt
UNEC__1695402632.ppt
ssuser3b3789
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
farqanaliyeva
 
Ali məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptxAli məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptx
hdKrimli
 
Muəllim
MuəllimMuəllim
Muəllim
vusala94
 
Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriTimur Ulvi
 
Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014
MirNamik
 
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...
AzerbaijanJournalofE1
 
Kurikulum
KurikulumKurikulum
Kurikulum
ZumaAydn
 
Hd pdf
Hd pdfHd pdf

Similar to kurikulum.Z.pdfeducationschollprimeclads (13)

Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptxAysan.Pedaqogikanın tədqiqat metodları.pptx
Aysan.Pedaqogikanın tədqiqat metodları.pptx
 
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
V xi sinif riyaziyyat kurikulumları və onlar əsasında yazılacaq dərsliklər ha...
 
Tedris mbm-2014
Tedris mbm-2014Tedris mbm-2014
Tedris mbm-2014
 
UNEC__1695402632.ppt
UNEC__1695402632.pptUNEC__1695402632.ppt
UNEC__1695402632.ppt
 
Müasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalariMüasir təlim texnalogiyalari
Müasir təlim texnalogiyalari
 
Meliha xanum.ppt
Meliha xanum.pptMeliha xanum.ppt
Meliha xanum.ppt
 
Ali məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptxAli məktəb pedaqogikası.pptx
Ali məktəb pedaqogikası.pptx
 
Muəllim
MuəllimMuəllim
Muəllim
 
Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləri
 
Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014Layihe metodu.bashirov2014
Layihe metodu.bashirov2014
 
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...
 
Kurikulum
KurikulumKurikulum
Kurikulum
 
Hd pdf
Hd pdfHd pdf
Hd pdf
 

kurikulum.Z.pdfeducationschollprimeclads

  • 2.
  • 3.
  • 4. Təlimin təşkilinə verilən tələblər ; Pedaqoji prosesin tamlığı – Təlim məqsədləri kompleks şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir. Təlimin kompleks şəkildə həyata keçirilməsi dedikdə, onun inkişafetdirici, öyrədici, tərbiyəedici olması nəzərdə tutulur. Yeni kurikulumlarda təhsil strategiyaları anlayışından istifadə olunmasına və ondan pedaqoji prosesin təşkilində istifadə olunmasına xüsusi diqqət yetirilir. Pedaqoji prosesin tamlığı üçün təlim münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir. Ümumilikdə bu proses tərbiyə, təhsil və təlim proseslərinin özünəməxsus spesifik xüsusiyyətlərini birləşdirərək ümumi bir məqsədə, yəni şəxsiyyətin inkişafına yönəlməsi prosesidir.
  • 5. Təlimdə bərabər imkanların yaradılması- Bu proses şagirdlərin irqi, cinsi, millətçilik və ya hər hansı bir fiziki qüsuru nəzərə alınmadan təlim prosesinə cəlb olunması deməkdir. Hər bir müəllim tədris zamanı şagirdlərin potensial imkanlarını nəzərə almaqla onların hər birinə bərabər imkanların yaratmalıdır. Bu prosesi sinifdə uğurla tənzimləyən müəllim şagirdlərdə təkçə özünəinam hissi yaratmaqla qalmır, həm də onlarda tolerantlıq, fərqlərin dərk edilməsi, çoxmədəniyyətlilik kimi bir sıra kompetensiyalar formalaşdırır. Şagirdyönümlülük - Şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Müəllim şagirdlərin daim inkişaf edən maraqlarını nəzərə almaqla və öyrədici, inkişafetdirici, tərbiyələndirici təlim mühitini yaradaraq tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılmalıdır.
  • 7. Dəstəkləyici təlimmühitinin yaradılması şagird üçün pedoqoji prosesdə münasib maddi- texniki bazanın təşkili və sağlam mənəvi- psixoloji mühitin yaradılması prosesidir. Bu proses şagirdlərdə müstəqilliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təlim prosesində bunu tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit yaratmalıdır. Əşyavi müdit dedikdə sinifdə əşyaların yeri, mebellərin şagird istifadəsinə uyğun təşkili nəzərdə tutulur. Həmçinin, müəllim şagirdlərin müxtəlif öyrənmə üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməlidir.
  • 8. Təlim strategiyasının qurulmasının digər şərtlərindən biri də təlim fəlaiyyətinin planlaşdırlmasıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarıına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır. Planlaşdırmanın 2 növü var: Cari( gündəlik) planlaşdırma Perspektiv(illik) planlaşdırma Perspektiv planlaşdırmanı tərtib edən müəllim xüsusilə bir neçə məqama diqqət etməlidir. 1). Tədris vahidinin və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirməlidir. (Sadədən mürəkkəbə doğru) 2). İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)
  • 9. CREDITS: This presentation template was created by Slidesgo, including icons by Flaticon, and infographics & images by Freepik
  • 10. Hər bir fənni tədris edən müəllim - qarşısında duran vəzifələri yerinə yetirməsi, fə nin məqsədiniə nail olması və nəinki bugünün, hətta sabahın da tələblərinə cavab verən şəxsiy yətformalaşdırması üçün hər günün cari planlaşdırmasını düzgün qurmalıdır.
  • 11.
  • 12.
  • 13. Bir çoxları qrup iş formasını yeni təlim metodu kimi başa düşür. Fəal təlim zamanı daha çox istifadə olunan, qrup işi formasıdır. Bu iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir birnin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst fikir söyləməyə öyrədir. Ənənəvi dərslərdə psixoloji tipindən asılı olaraq dərsi bildiyi halda, sinif qarşısına çıxanda çaşıb qalır, cavab verə bilmirlər. Nəticədə dərsin vaxtı gedir, şagir disə mənəvi psixoloji travma alır. Qrup işini müxtəlif varinatlara ayırmaq olar: 1. Bütün qruplar ümumi mövzu ətrafında müxətlif tədris materialı ilə işləyirlər 2. Bütün qruplar eyni vaxtda bir tədris materialı üzərində işləyirlər. 3. Eyni material üzərinə qruplar növbə ilə işləyirlər. Qrupda iş şagirdləri problemin birgə həll edilməsinə öyrədir hər bir kəsə fikrini sərbət söyləmək və digərləri tərəfindən dinlənilmək imkanı yaradır. Bu iş forması digər insanların mövqelərinə hörmətlə yanaşmağı öyrədir, hər bir şagirdin təlim prosesinə cəlb edilməsini təmin edir . Bütün uşaqlar öz imkanlarını nümayiş etdirməyə, şərait yaradır. Şəxsi inkişafları üçün imkanı təmin edir. Qrupda iş və müstəqil öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsinə, təlimin fərdiləşdiləşdirilməsinə imkan yaradır.
  • 14. Qruplarda işi nəcə aparmalı? 1. Şagirdləri 4-6 qrupa bölürük.( Hər qrupda 4-6 nəfər olmaq şərtilə) 2. Qruplar ayrı-ayrı masaların arxasında əyləşirlər. 3. Müəllim müzakirə olunan mövzu ilə əlaqədar bir və ya iki sual (tapşırıq) qoyur, qrupunun işinin nəticələrinin nümayişi üsullarını aydınlaşdırır, həmçinin işin görülməsi üçün vaxt müəyyən edir. 4. Şagirdlər gördükləri işi təqdim etmək üçün, öz aralarında, bir nəfəri seçirlər, nəticə qeyd edilir və təqdim edilir. 5. Müəllim qrupun işinin gedişini müşahidə edir, onun qərarının düzgün qəbul olunduğuna əmin olur, suallara cavab verir, iştirakçıların onun kööməyinə ehtiyacları varsa, əlavə təlimatlar verir. 6. Verilmiş vaxt bitdikdən sonra, müəllim işi dayandırır və məruzəçilərdən nəticələri bildirməyi xahiş edir. 7. Müəllim ümumi diskussiyanı idarə edir, qrupların işinin yekunlarını tutuşdurur və ümumiləşdirir və s Qruplara bölmənin üsulları. Rəqəmləri saymaqla (4-dən 6-ya qədər saymaqla) Meyvə adları saymaqla (alma, armud, nar, heyva, banan) Həndəsi fiqurları paylamaqla( kvadrat, düzbucaqlı, üçbucaq, dairə, romb və s) Rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, yaşıl və s) Fərqli konfetlər paylmaqla (ibtidai siniflərdə) Şəklin hissələrinin yığılması, hər iş iştirakçı şəklin bir hissəsini alır və iştirakçılar şəklin hissələrini bir yerə yığıb, tam pazlı almalıdırlar və s)
  • 15. Təqdimat Kublaşdırma Ziqzaq Beyin həmləsi BİBÖ Akvarium Karusel Klaster Söz assosiasiyaları Fəal təlim üsulları- Cəmiyyətin inkişaf etdiyi bu dövrdə təhsil sistemimizi,sürətlə inkişaf edən cəmiyyətə uyğunlaşdırmalı,daim yeniliklərə açıq olmalı və üstünlük verməliyik. Təlim prosesinin səmərəli təşkili müəllim və şagirdlə yanaşı təlim üsullarından da asılıdır. Bildiyimiz kimi fəal dərsin 7 mərhələsi vardır və bu mərhələlərdə fəal təlim üsullarından istifadə olunur.
  • 16. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır. Ziqzaq Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir. İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1- dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər. Beyin həmləsi Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Azərbaycan dili dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
  • 17. BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə düşünməsini təmin edir. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: "Nəyi bilirik”, "Nəyi bilmək istəyirik”, "Nə öyrəndik və hələ nələri öyrənməliyik”. Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi məsələləri, sualları müəyyənləşdirir. Akvarium Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda keçirilə bilər. "Akvarium”un keçirilməsinin 1-ci variantı: Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir- birinin sözünü kəsməmək və.s) müəyyən edilir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, "xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər. "Akvarium” un keçirilməsinin 2-ci variantı: "Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin "lehinə” olan dəlilləri söyləyirlər. Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
  • 18. ● Klaster (şaxələndirmə) Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır. Söz assosiasiyaları Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər. Venn diaqramı Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır) I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır). Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur). Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir
  • 19. ● Karusel ● Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. ● Üsul dərsin tətqiqatın aparılması mərhələsində, yaradıcı tətbiqetmə mərhələsində, nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələsində reallaşdırıla bilər. Müəllim üsulu tətbiq edərkən mütləq kiçik qruplarla iş formasından istifadə edir.
  • 20. Diqqətiniz üçün təşəkkürlər ● İstifadə olunan ədəbiyyatlar https://yusif.az/main/wp-content/uploads/2020/10/Emil_Tagizade-Kurikulum.pdf http://ldhk.edu.az/e- ldhk/uploads/Kurikulumun%20%C9%99saslar%C4%B1%20(M%C3%BChazir%C9%99l%C9%99r).pdf https://www.scribd.com/document/391128633/KURIKULUM-DERSLIYI https://www.edu.gov.az/upload/file/teqdimat/2016/13.pdf https://taim.edu.az/kurikulum-kitabi