SlideShare a Scribd company logo
1 of 19
Fənn: Kimya proseslərinin
layihələndirməsi
Lаyihələndirmənin məqsədi,
mərhələləri, lаyihələndirmə
işlərinin təşкili.
Əvvəllər
layihələndirmə
işləri...
Əvvəllər layihələndirmə işləri fəaliyyətdə
olan uyğun müəssisələrin layihələndirmə
şöbələri və yaxud elmi-tədqiqat
institutlarının konstruktor büroları
tərəfindən yerinə yetirilirdisə, hazırda
layihələndirməni ixtisaslaşdırılmış elmi-
tədqiqat layihələndirmə institutları və
layihələndirmə şirkətləri həyata keçirir.
Son dövrlərdə layihələndirmə işləri...
Bu, son dövrlərdə layihələndirmə işlərinin həcminin və layihələndirilən
obyektlərin miqyasının həddindən artıq böyüməsi ilə əlaqədardır. Layihəçi
təşkilatın üzərinə düşən vəzifələrin sayı və layihənin həyata keçirilməsində
onun rolu da son zamanlar artmışdır. Layihəçi təşkilat layihə sənədlərinin
hazırlanması ilə bərabər sifariş olunacaq avadanlıqlar üçün sənədlərin
hazırlanmasını, avadanlıqların alınıb tikinti meydançasına çatdırılmasını,
tikinti-montaj işlərinə nəzarəti, tikilib quraşdırılmış istehsal sahəsinin işə
buraxılaraq layihə istehsal gücünə çatdırılmasını və s. həyata keçirir.
Layihələndirmənin
məqsədi
Ölkənin sosial-iqtisadi tələbatını təmin etmək
üçün, əməyin sanitar-təhlükəsizlik normalarını
nəzərə almaqla və yüksək texniki-iqtisadi
göstəricilərlə müvafiq çeşidli və keyfiyyətli
məhsuldan göstərilən vaxtda müvafiq miqdarda
istehsal etmək üçün lazım olan sənəd və
materialların hazırlanmasıdır. Bunun üçün ancaq
əsas və yardımçı istehcal sexlərinin layihə
edilməsi kifayət deyildir. Bunlardan başqa enerji
obyektlərinin, yolların, ambar binalarının,
mədəni-məişət obyektlərinin və s. - yəni əsas
istehsalın normal və fasiləsiz işini təmin edəcək
tam kompleksin layihə olunması vacibdir.
Ümumiyyətlə layihə dedikdə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün
lazım olan informasiya-məlumat toplusu nəzərdə tutulur. Buraya sifarişçi
təşkilata verilməsi vacib olan qrafiki materiallar, bütün tikililər üçün smeta
sənədləri, əsas və köməkçi obyektlərin tikilib montaj edilməsi, işə buraxılması,
normal istismarı və dayandırılması barədə təlimatlar, xammal və əlavə
reagentlərin mənbəyi və onların obyektə çatdırılması yolları barədə
məlumatlar, hazır məhsulun maya dəyəri, qurğularda işləyəcək ixtisaslı
kadrların hazırlanması məsələləri, istehsal prosesinin idarə olunması və ona
nəzarət edilməsi barədə məlumatlar və s. daxildir.
Layihələndirmə işlərini
həyata keçirmək üçün
layihəçi təşkilat müvafiq
informasiyalardan istifadə
etməlidir. Bu informasiyalar
şərti olaraq iki qrupa
bölünür:
1. Daxili informasiya.
2. Xarici informasiya.
Daxili informasiya
Layihəçi təşkilatın daxili informasiyası dedikdə orada çalışan yüksək ixtisaslı
mütəxəssislərin bilikləri, onların iş təcrübəsi və biliklərini müvafiq problemin
həllinə yönləndirmək bacarığı, layihəçi təşkilatın kitabxanasında olan elmi-
texniki ədəbiyyat və arxivində toplanmış materiallar nəzərdə tutulur. Daxili
informasiyanın səmərəli olması onun layihələndirmə işlərinə nə dərəcədə tez və
dəqiq tətbiq olunmasından asılı olacaqdır. Bunun ücün daxili informasiya dəqiq
sistemləşdirilməli və daima yenilənməlidir. Əks halda lazımi daxili
informasiyanı əldə etmək çətin olar və buna çox vaxt sərf olunar. Ümumi və
fərdi layihələrin surətləri, layihələndirmə üzrə təlimatlar və normativlər,
sənayedə istehsal olunan avadanlıqların, nəzarət-ölçü cihazlarının kataloqları və
s. də daxili informasiyaya aid edilə bilər. Daxili informasiya nə qədər çox olarsa,
layihələndirmə işləri bir o qədər tez və qüsursuz həyata keçirilə bilər.
Xarici informasiya
Xarici informasiya dedikdə isə
bilavasitə sifarişçi təşkilat
tərəfindən və bu layihədə marağı
olan tərəflərdən, yəni kənardan
alınan məlumatlar nəzərdə
tutrulur.Buraya ilk növbədə
layihə sifarişi ilə bağlı ilkin
verilənlər aid edilir.
Layihənin yüksək keyfiyyətlə, vaxtında və dəqiq yerinə yetirilməsi üçün
layihəçi təşkilatla sifarişçi təşkilat arasında, o cümlədən layihəçi təşkilatla bu
layihədə marağı olan tərəflər arasında informasiya mübadiləsi sistemi
mövcud olmalıdır. Bu informasiya mübadiləsi sistemi “əks əlaqə prinsipi”
adlandırılır. Əks əlaqə prinsipi layihələndirmə işləri tam başa çatana qədər
həyata keçirilməlıdir. Əks əlaqə prinsipi layihələndirmə işləri aparılan dövrdə
layihə üzrə müvafiq dəqiqləşdirmələri və düzəlişləri operativ olaraq həyata
keçirməyə imkan verir. Ötürülən informasiya asan anlaşılan, qısa, dəqiq və
məzmunlu olmalıdır. Natamam və dəqiq olmayan informasiya layihənin
vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini çətinləşdirir.
Neft – kimya sınayesi qurğularının
layihələndirilməsini həyata keçirilmək üçün
layihəçi qrup yaradılır. Layihəçi qrupa, yerinə
yetiriləcək layihənin məzmunundan asılı
olaraq, kimyaçı-texnoloq, ekoloq, iqtisadçı,
enerji təminatı, neft-qaz emalı və kimya
avadanləqları üzrə, texnoloji proseslərin
avtomatlaşdırılması və avtomatik idarəetmə,
nəqliyyat, inşaat və montaj işləri, rabitə və
s. üzrə mütəxəssislər daxil edilir. Layihəçi
qrupa mütəxəssislər təkcə layihəçi təşkilatın
özündən deyil, eyni zamanda AMEA-nin
müvafiq elmi-tədqiqat institutlarından,
fealiyyətdə olan müəssisələrdən, ali
məktəblərdən də cəlb edilə bilər.
Layihəçi qrupa rəhbərliyi isə layihənin baş mühəndisi həyata keçirir. Layihənin
baş mühəndisi layihənin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə
cavabdeh olan maddi-məsul şəxsdir. Bu vəzifəyə bir qayda olaraq yüksək
təcrübəyə və təşkilatçılıq bacarığına malik olan mutəxəssis təyin edilir. Neft-
kimya sənayesi qurğularının layihələndirilməsi zamanı layihənin baş
mühəndisinin kimyaçı-texnoloq olması daha məqsədəuyğundur. Ona görə ki
məhz kimyaçı - texnoloq layihələndirilən neft-kimya proseslərənin həm nəzəri,
həm də texnoloji əsaslarını dərindən bilir, layihəçi qrupun üzvləri tərəfindən
təklif edilən texniki fikirləri düzgün qiymətləndirməyi bacarır. Layihənin baş
mühəndisi olan kimyaçı-texnoloq layihənin texnoloji və ümumi-mühəndis
bölmələrinin yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir, layihələndirmə
sənədlərini sifarişçi təşkilata təhvil verir, tikinti-montaj işlərinin aparılmasına
rəhbərlik edilməsində, o cümlədən obyektin işə buraxılıb layihə gücünə
çatdırılmasında iştirak edir.
Uzun illərən təcrübəsi əsasında müəyyən olunmuşdur ki,
layihələndirmə işlərində muəyyən ardıcıllıqlara və
qanunauyğunluqlara əməl etmək lazımdır. Layihədəki bölmələrin
ardıcıllığı, onların sayı, məzmunu və həcmi hər bir ölkə daxilində
reqlamentləşdirilmişdir. Bunlara əməl olunması layihələndirməni
yüksək sürətlə və keyfiyyətlə həyata keçirməyə imkan verir.
Neft – kimya sınayesi
qurğularının
layihələndirilməsi işləri üç
mərhələdə həyata keçirilir:
1. Layihəqabağı hazırlıq.
2. Texniki layihələndirmə.
3. İşçi layihənin
hazırlanması.
Layihəqabağı hazırlıq
Layihələndirmənin layihəqabağı haqzırlıq dövründə ilk növbədə
optimal istehsal gücü təyin edilir, istehsal üsulu seçilir, xammalın,
əlavə maddələrin, əsas məqsədli məhsulun, əlavə məhsulların və
tullantıların fiziki-kimyəvi və toksikoloji xassələri öyrənilir, İlkin
texnoloji sxem və obyekti inşa etmək üçün tikinti rayonu seçilir,
təqribi texniki-iqtisadi hesablamalar aparmaqla məhsulun
gözlənilən maya dəyəri müəyyən edilir. Bütün bunlar layihəni
texniki-iqtisadi cəhətdən əsaslandırmağa imkan verir.
Texniki layihələndirmə
Layihələndirmənin növbəti texniki layihələndirmə
mərhələsində maddi balans və istilik balansı hesabatları,
avadanlıqların ölçülərinin və sayının hesabı, standart
avadanlıqların kataloqlardan seçilməsi, texnoloji prosesin
avtomatlaşdırılması, işçilərin ştat cədvəlinin tərtib edilməsi,
məhsulun maya dəyərinin hesablanması, ekoloji
problemlərin həlli və s. həyata keçirilir.
İşçi layihənin hazırlanması
Texniki layihə hazir olduqdan sonra layihənin müvafiq bölmələri
üzrə qrafiki materiallar hazırlanır, qeyri standart avadanlıqların
maşınqayırma zavodlarına sifariş olunması üçün müvafiq sənədlər
tərtib edilir, obyektin baş planı tərtib olunur, qurğuların işə
buraxılması, normal istismarı, normal halda və qəza hallarında
dayandirilması barədə təlimatlar hazırlanır. Başqa sözlə işçi layihə
hazırlanır.
Layihələndirmənin bütün
mərhələlərində əldə olunmuş
nəticilər Dövlət ekoloji
ekspertizasına təqdim olunur.
Layihələrin Dövlət ekoloji
ekspertizasını aparmaqda məqsəd
yeni layihələrin ekoloji cəhətdən nə
dərəcədə təhlükəsiz olmasını
müəyyən etməkdən ibarətdir. Ekoloji
ekspertizanın müsbət rəyi olmadan
heç bir layihə həyata keçirilə bilməz.
Diqqətinizə görə təşəkkürlər

More Related Content

Featured

Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them wellGood Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Saba Software
 

Featured (20)

Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
 
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them wellGood Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
 

Müh.1 Lаyihələndirmənin məqsədi^J mərhələləri^J lаyihələndirmə işlərinin təşкili._.pptx

  • 3. Əvvəllər layihələndirmə işləri... Əvvəllər layihələndirmə işləri fəaliyyətdə olan uyğun müəssisələrin layihələndirmə şöbələri və yaxud elmi-tədqiqat institutlarının konstruktor büroları tərəfindən yerinə yetirilirdisə, hazırda layihələndirməni ixtisaslaşdırılmış elmi- tədqiqat layihələndirmə institutları və layihələndirmə şirkətləri həyata keçirir.
  • 4. Son dövrlərdə layihələndirmə işləri... Bu, son dövrlərdə layihələndirmə işlərinin həcminin və layihələndirilən obyektlərin miqyasının həddindən artıq böyüməsi ilə əlaqədardır. Layihəçi təşkilatın üzərinə düşən vəzifələrin sayı və layihənin həyata keçirilməsində onun rolu da son zamanlar artmışdır. Layihəçi təşkilat layihə sənədlərinin hazırlanması ilə bərabər sifariş olunacaq avadanlıqlar üçün sənədlərin hazırlanmasını, avadanlıqların alınıb tikinti meydançasına çatdırılmasını, tikinti-montaj işlərinə nəzarəti, tikilib quraşdırılmış istehsal sahəsinin işə buraxılaraq layihə istehsal gücünə çatdırılmasını və s. həyata keçirir.
  • 5. Layihələndirmənin məqsədi Ölkənin sosial-iqtisadi tələbatını təmin etmək üçün, əməyin sanitar-təhlükəsizlik normalarını nəzərə almaqla və yüksək texniki-iqtisadi göstəricilərlə müvafiq çeşidli və keyfiyyətli məhsuldan göstərilən vaxtda müvafiq miqdarda istehsal etmək üçün lazım olan sənəd və materialların hazırlanmasıdır. Bunun üçün ancaq əsas və yardımçı istehcal sexlərinin layihə edilməsi kifayət deyildir. Bunlardan başqa enerji obyektlərinin, yolların, ambar binalarının, mədəni-məişət obyektlərinin və s. - yəni əsas istehsalın normal və fasiləsiz işini təmin edəcək tam kompleksin layihə olunması vacibdir.
  • 6. Ümumiyyətlə layihə dedikdə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazım olan informasiya-məlumat toplusu nəzərdə tutulur. Buraya sifarişçi təşkilata verilməsi vacib olan qrafiki materiallar, bütün tikililər üçün smeta sənədləri, əsas və köməkçi obyektlərin tikilib montaj edilməsi, işə buraxılması, normal istismarı və dayandırılması barədə təlimatlar, xammal və əlavə reagentlərin mənbəyi və onların obyektə çatdırılması yolları barədə məlumatlar, hazır məhsulun maya dəyəri, qurğularda işləyəcək ixtisaslı kadrların hazırlanması məsələləri, istehsal prosesinin idarə olunması və ona nəzarət edilməsi barədə məlumatlar və s. daxildir.
  • 7. Layihələndirmə işlərini həyata keçirmək üçün layihəçi təşkilat müvafiq informasiyalardan istifadə etməlidir. Bu informasiyalar şərti olaraq iki qrupa bölünür: 1. Daxili informasiya. 2. Xarici informasiya.
  • 8. Daxili informasiya Layihəçi təşkilatın daxili informasiyası dedikdə orada çalışan yüksək ixtisaslı mütəxəssislərin bilikləri, onların iş təcrübəsi və biliklərini müvafiq problemin həllinə yönləndirmək bacarığı, layihəçi təşkilatın kitabxanasında olan elmi- texniki ədəbiyyat və arxivində toplanmış materiallar nəzərdə tutulur. Daxili informasiyanın səmərəli olması onun layihələndirmə işlərinə nə dərəcədə tez və dəqiq tətbiq olunmasından asılı olacaqdır. Bunun ücün daxili informasiya dəqiq sistemləşdirilməli və daima yenilənməlidir. Əks halda lazımi daxili informasiyanı əldə etmək çətin olar və buna çox vaxt sərf olunar. Ümumi və fərdi layihələrin surətləri, layihələndirmə üzrə təlimatlar və normativlər, sənayedə istehsal olunan avadanlıqların, nəzarət-ölçü cihazlarının kataloqları və s. də daxili informasiyaya aid edilə bilər. Daxili informasiya nə qədər çox olarsa, layihələndirmə işləri bir o qədər tez və qüsursuz həyata keçirilə bilər.
  • 9. Xarici informasiya Xarici informasiya dedikdə isə bilavasitə sifarişçi təşkilat tərəfindən və bu layihədə marağı olan tərəflərdən, yəni kənardan alınan məlumatlar nəzərdə tutrulur.Buraya ilk növbədə layihə sifarişi ilə bağlı ilkin verilənlər aid edilir.
  • 10. Layihənin yüksək keyfiyyətlə, vaxtında və dəqiq yerinə yetirilməsi üçün layihəçi təşkilatla sifarişçi təşkilat arasında, o cümlədən layihəçi təşkilatla bu layihədə marağı olan tərəflər arasında informasiya mübadiləsi sistemi mövcud olmalıdır. Bu informasiya mübadiləsi sistemi “əks əlaqə prinsipi” adlandırılır. Əks əlaqə prinsipi layihələndirmə işləri tam başa çatana qədər həyata keçirilməlıdir. Əks əlaqə prinsipi layihələndirmə işləri aparılan dövrdə layihə üzrə müvafiq dəqiqləşdirmələri və düzəlişləri operativ olaraq həyata keçirməyə imkan verir. Ötürülən informasiya asan anlaşılan, qısa, dəqiq və məzmunlu olmalıdır. Natamam və dəqiq olmayan informasiya layihənin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini çətinləşdirir.
  • 11. Neft – kimya sınayesi qurğularının layihələndirilməsini həyata keçirilmək üçün layihəçi qrup yaradılır. Layihəçi qrupa, yerinə yetiriləcək layihənin məzmunundan asılı olaraq, kimyaçı-texnoloq, ekoloq, iqtisadçı, enerji təminatı, neft-qaz emalı və kimya avadanləqları üzrə, texnoloji proseslərin avtomatlaşdırılması və avtomatik idarəetmə, nəqliyyat, inşaat və montaj işləri, rabitə və s. üzrə mütəxəssislər daxil edilir. Layihəçi qrupa mütəxəssislər təkcə layihəçi təşkilatın özündən deyil, eyni zamanda AMEA-nin müvafiq elmi-tədqiqat institutlarından, fealiyyətdə olan müəssisələrdən, ali məktəblərdən də cəlb edilə bilər.
  • 12. Layihəçi qrupa rəhbərliyi isə layihənin baş mühəndisi həyata keçirir. Layihənin baş mühəndisi layihənin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə cavabdeh olan maddi-məsul şəxsdir. Bu vəzifəyə bir qayda olaraq yüksək təcrübəyə və təşkilatçılıq bacarığına malik olan mutəxəssis təyin edilir. Neft- kimya sənayesi qurğularının layihələndirilməsi zamanı layihənin baş mühəndisinin kimyaçı-texnoloq olması daha məqsədəuyğundur. Ona görə ki məhz kimyaçı - texnoloq layihələndirilən neft-kimya proseslərənin həm nəzəri, həm də texnoloji əsaslarını dərindən bilir, layihəçi qrupun üzvləri tərəfindən təklif edilən texniki fikirləri düzgün qiymətləndirməyi bacarır. Layihənin baş mühəndisi olan kimyaçı-texnoloq layihənin texnoloji və ümumi-mühəndis bölmələrinin yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir, layihələndirmə sənədlərini sifarişçi təşkilata təhvil verir, tikinti-montaj işlərinin aparılmasına rəhbərlik edilməsində, o cümlədən obyektin işə buraxılıb layihə gücünə çatdırılmasında iştirak edir.
  • 13. Uzun illərən təcrübəsi əsasında müəyyən olunmuşdur ki, layihələndirmə işlərində muəyyən ardıcıllıqlara və qanunauyğunluqlara əməl etmək lazımdır. Layihədəki bölmələrin ardıcıllığı, onların sayı, məzmunu və həcmi hər bir ölkə daxilində reqlamentləşdirilmişdir. Bunlara əməl olunması layihələndirməni yüksək sürətlə və keyfiyyətlə həyata keçirməyə imkan verir.
  • 14. Neft – kimya sınayesi qurğularının layihələndirilməsi işləri üç mərhələdə həyata keçirilir: 1. Layihəqabağı hazırlıq. 2. Texniki layihələndirmə. 3. İşçi layihənin hazırlanması.
  • 15. Layihəqabağı hazırlıq Layihələndirmənin layihəqabağı haqzırlıq dövründə ilk növbədə optimal istehsal gücü təyin edilir, istehsal üsulu seçilir, xammalın, əlavə maddələrin, əsas məqsədli məhsulun, əlavə məhsulların və tullantıların fiziki-kimyəvi və toksikoloji xassələri öyrənilir, İlkin texnoloji sxem və obyekti inşa etmək üçün tikinti rayonu seçilir, təqribi texniki-iqtisadi hesablamalar aparmaqla məhsulun gözlənilən maya dəyəri müəyyən edilir. Bütün bunlar layihəni texniki-iqtisadi cəhətdən əsaslandırmağa imkan verir.
  • 16. Texniki layihələndirmə Layihələndirmənin növbəti texniki layihələndirmə mərhələsində maddi balans və istilik balansı hesabatları, avadanlıqların ölçülərinin və sayının hesabı, standart avadanlıqların kataloqlardan seçilməsi, texnoloji prosesin avtomatlaşdırılması, işçilərin ştat cədvəlinin tərtib edilməsi, məhsulun maya dəyərinin hesablanması, ekoloji problemlərin həlli və s. həyata keçirilir.
  • 17. İşçi layihənin hazırlanması Texniki layihə hazir olduqdan sonra layihənin müvafiq bölmələri üzrə qrafiki materiallar hazırlanır, qeyri standart avadanlıqların maşınqayırma zavodlarına sifariş olunması üçün müvafiq sənədlər tərtib edilir, obyektin baş planı tərtib olunur, qurğuların işə buraxılması, normal istismarı, normal halda və qəza hallarında dayandirilması barədə təlimatlar hazırlanır. Başqa sözlə işçi layihə hazırlanır.
  • 18. Layihələndirmənin bütün mərhələlərində əldə olunmuş nəticilər Dövlət ekoloji ekspertizasına təqdim olunur. Layihələrin Dövlət ekoloji ekspertizasını aparmaqda məqsəd yeni layihələrin ekoloji cəhətdən nə dərəcədə təhlükəsiz olmasını müəyyən etməkdən ibarətdir. Ekoloji ekspertizanın müsbət rəyi olmadan heç bir layihə həyata keçirilə bilməz.