1. YENİ MEDİAYA GİRİŞ DƏRSİ
MÖVZU 2-Bloq haqqında qısa məlumat
Tədris edən: Səbinə C. Vaqifqızı
Jurnalistika fakültəsi,
Yeni Media və Kommunikasiya
Texnologiyaları kafedrası,
Bakı Slavyan Universiteti
2. BLOQÇULUQ!
Dərsdə öyrənəcəklərimiz:
•Bloq nədir?
•Bloqçuluğun keçdiyi inkşaf yolu.
•Bloqçuluğa necə başlamalı?
•Bloqu harda açaq? Platformalar haqqında.
•WordPress-məşhur bloq platforması ilə tanışlıq.
•Bloq açmağın zamanı gəldi. Artıq sənin də BLOQun var!
3. TANIŞ OLUN MƏNIM ADIM BLOQDUR
Bloq sözünün etimologiyası.
“1997-ci ildə Jorn Barger “Robot Wisdom”
(Müdrik Robot) bloqunu yaradır və ilk dəfə
“weblog” ifadəsini işlədir. İki il sonra Peter
Merholz öz saytında zarafatyana bu termini “we blog” (biz
bloqlayırıq) şəklində işlədir. Çox tezliklə bu ifadə məşhurlaşır.
Bloq nədir?
Bu sizin onlayn gündəliyiniz və ya jurnalınızdır. Burada sizin hər
hansı bir mövzudan yaza bilərsiniz və şərhlər ala bilərsiniz.
Bloqda mətn, şəkillər, video və audiolar ola bilər. Siz digər
bloqlardan və ya veb saytlardan linklər də paylaşa bilərsiniz.
4. BLOQÇULUĞUN KEÇDIYI INKIŞAF
YOLU.
Tarix: 1990-cı illər
OpenDiary bloq alətləri yerləşdirilən sayt yaradıldı.
Bloqçuluğa təkan verdi, ilk bloq icması yarandı. İnsanlar
başqalarının yerləşdirdiyi yazıları oxuyur, şərh edirdilər.
1994-ü il il, Pennsylvania, ABŞ
Swarthmore Kollecinin tələbəsi Justin Hall “Justin’s
Links from the Underground” (Justinin Yeraltından
Linkləri) yaradır. Əvvəlcə internet bələdçisi
məzmununda yazılar yazmaqla bloqçuluğa başlayır.
Daha sonra şəxsi həyatından yazır. Çox məşhurlaşır.
2004-cü ildə New York Times Magazine onu “fərdi
bloqçuluğun atası adlandırır”.
5. BLOQÇULUĞUN KEÇDIYI INKIŞAF
YOLU
Tarix: 1996-cı il
Xanga (www.xanga.com) saytı açıldı. Başlanğıcda saytın
100 onlayn gündəliyi (bloqu) vardı, hazırda 20
milyondan çoxdur.
Tarix: 1999-cu il, avqust
Pyra Labs Blogger-ilk bloqçuluq platformasını (servis)
yaratdı. Bu da ilk dəfə pulsuz olaraq imkan yaratdı ki, öz
bloqunu açasan.
6. Bloqların növləri - müəllifə görə
Fərdi (müəllifi bəlli olan) bloqlar – bir nəfər tərəfindən aparılır və
ona məxsusdur.
"Xəyali” bloq – şəxsiyyəti bilinməyən adam tərəfindən aparılır,
müəllif niklə - ləqəblə çıxış edir, yaxud özünü şərti adla təqdim edir.
Kollektiv bloq – bir neçə nəfərin birgə bloqu. Bəzən hamı eyni
hüquqlu olur, sadəcə bloqlar eyni ünvanda birləşir, bəzən də qrupun
admini olur və hamı bir bloqa yazır.
Sosial bloq – kollektiv bloqun geniş, bəlli bir sosial qrupun apardığı
bloq, bir qayda olaraq moderatorları olur.
Korporativ bloq – bir şirkətə, yaxud təşkilata aiddir və onların
təyin etdiyi adam və ya adamlar tərəfindən aparılır.
7. BLOQÇULUĞA NECƏ BAŞLAMALI?
Nədən yazacağına qərar ver, maraq dairəni seç!
Bloqunu harda açacaqsan-düzgün platforma seçimi!
Bloqunun təribatını et, necə görünmək istədiyini doğru
ayırd etməlisən!
Yazmağa başla!
Yazını (post) yerləşdirməzdən öncə bir neçə dəfə göz
keçir, əmin ol!
Yazılarında davamlı olmağa çalış!
9. WORDPRESS- MƏŞHUR BLOQ
PLATFORMASI ILƏ TANIŞLIQ
Tarix: May 27, 2003
Matt Mullenweg və Mike Little WordPress-in “babası” sayılan
b2/cafelog-u yaratdı. Onların dostu Christine Selleck sonralar
WordPress adlandırmağı təklif etdi. Hazırda 25 milyondan çox
istifadəçisi var.
Niyə WordPress?
Üstünlükləri:
Dizayn sayı və çeşidi çoxdur.
İstifadəsi çox rahatdır.
Tez-tez yenilənir. Daimi olaraq inkişaf etdirilir.
10. BLOQ AÇMAĞA BIR QƏDƏR YAXINSINIZ
Blogspot-da bloq açmaq mərhələləri:
Bloquna ad seç.
Qeydiyyatdan keç-www.wordpress.com.
Qeydiyyatı təsdiqləyəndən sonra siz
http://yenimediakursu.blogspot.com –a daxil olun.
Görünüşü dəyişə, tərtibat işləri görə bilərsiniz.
Loqunuzun ictimai olması üçün hökmən şərh
yerini aktivləşdirin.
Yazı yerləşdirməyin vaxtıdır.
Kateqoriyalar, axtarış funksiyası, tag-lər buludu
yarada bilərsiniz.
11. İstifadə olunmuş qaynaqlar!
Terry Burrows “Blogs, Wikis, MySpace, and More”
Elizabeth Castro “Publishing a Blog with Blogger”
www.wikipedia.org
Mark Briqs “Jurnalistika 2.0”