2. QEYD: Bu təqdimatda növlərin ölkəmiz ərazisində yaşamış və ya
yaşamaqda olan ALTNÖVlərinin təsnifatı verilmişdir:
Məsələn,
Pələng( Panthera tigris)
Xəzər pələngi (Panthera tigris virgata)
3. ŞİR-Artıq yoxdur
1) Asiya şiri-(Panthera leo persica)-
Anadolu və Qafqazda son fərdlərin
13-cü əsrə qədər yaşadığı təxmin
ediilir.Hindistan və Pakistanda hələdə
yaşamaqdadır.
2)Mağara şiri-(Panthera leo spelaea)-
Nəsli tamamilə tükənib.Adından da
göründüyü kimi əsasın mağaralarda
yaşamışdır.İndiki şirdən 10 % daha iri
idi.
4. PƏLƏNG-Artıq
yoxdur
Xəzər və ya Turan pələngi(Panthera
tigris virgata)-Ümumiyyətlə dünya
üzərində nəsli tükənsədə bəzi yeni
araşdırmalara görə Xəzər pələngi ayrı
yarımnöv yox, Amur pələngi (Panthera
tigris altaica) ilə eyni növdür.
5. BƏBİR:
Ön Asiya və ya İran ( bəzi
mənbələrdə Qafqaz) bəbiri-
(Panthera pardus
ciscaucasia və ya
P.p.saxicolor)-Ölkəmizdə
Naxçıvan,Talış,Böyük və
Kiçik Qafqaz dağlarında
hələdə az sayıda fərd
yaşayır.
8. QARAQULAQ:
Qaraqulaq vəya səhra
vaşağı(Caracal caracal
schmitzi)-Vaşaq
adlandırılsada əslində vaşaq
olmayıb sadəcə görünüşcə
oxşardır.Ölkəmizdə yaşayıb
yaşamadığı dəqiq bilinməsə
də qonşu Türkiyə və İran
kimi ölkələrdə yaşaması
bizdə də olması ehtimalını
artırır.
9. MANUL PİŞİYİ:
Manul pişiyi(Otocolobus
manul)-Bol tüklü,qəribə
görünümlü bu pişik dağlıq
ərazilərdə yaşayır. Ötən
əsrin əvvəllərində 1-2 dəfə
Naxçıvanda əldə edilib,
daha sonra rast gəlinməyib
10. QAMIŞLIQ PİŞİYİ:
Qamışlıq pişiyi(Felis chaus)-Ev
pişiyindən iri olan bu növün
ölkəmizdə antropegen təsirlər
ucbatından sayı get-gedə azalır.
Azərbaycanda yayılma ərazisi
Samur-Dəvəçi düzənliyini, Quba-
Qusar rayonunun dağətəyi
yerlər, Xəzər dənizinin sahillərini
əhatə edir. Kür, Araz, Alazan
çaylarının sahillərində də rast
gəlinir.
11. VƏHŞİ PİŞİK:
Çöl pişiyi vəya vəhşi pişik-
Ölkəmizdə 2 yarım növü
var:(Felis silvestris
silvestris) və (Felis silvestris
ornata)-Ev pişiyinin atası
hesab olunur.Ölçüsü,rəngi
və insanlara yaxın ərazidə
məskunlaşdığına görə tez-
tez ev pişiyi ilə səhv salınır.
(F.s.silvestris)
(F.s.ornata)