SlideShare a Scribd company logo
1 of 10
2(42)2013
“KİMYƏVİ ELEMENTLƏRİN DÖVRİ QANUNU VƏ DÖVRİ SİSTEM”
MÖVZUSUNA AİD KİMYA GECƏSİNİN KEÇİRİLMƏSİ
C.B. Musayev
ADPU-nun dosenti, k.e.n.
V.H. Əsgərov
Lənkəran Dövlət Universiteti
Dərsdən və məktəbdənxaric işlərin təşkili və keçirilməsi haqda Azərbaycan
dilində ədəbiyyatın az olduğunu nəzərə alaraq, yeni fəaliyyətə başlayan gənc
kimya müəllimlərinə kömək məqsədilə kimya gecələrinin keçirilməsinə aid
aşağıdakıları dərc etdirməyi lazım bildik.
Gecənin keçirilməsi məqsədilə əvvəlcə plan tərtib edilməlidir. Belə plan
təxminən aşağıdakı kimi ola bilər:
I. GECƏNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ
1. Mövzunun seçilməsi;
2. Gecənin keçiriləcəyi vaxtın təyini və onun məktəbdə elan edilməsi;
3. Gecəyə həsr olunmuş “Kimya bülleteni” adlı divar qəzetinin
hazırlanması;
4. Proqramın tərtibi və gecədə iştirak edəcək şagirdlərin seçilməsi,
məşqlərin aparılması.
II. GECƏNİN KEÇİRİLMƏSİ
1. Gecənin açılması;
2. Mövzuya aid məruzənin edilməsi;
3. Mövzuya aid viktorinanın həlli;
4. Maraqlı təcrübələrin aparılması;
5. Maraqlı hekayə-tapmacanın həlli;
6. Görkəmli ictimai xadimlərə və ya kimyaçı alimlərə həsr edilmiş kimyəvi
krossvordun həll edilməsi;
7. Kimyaya aid maraqlı səhnəciklərin göstərilməsi, yaxud, maraqlı suallardan
ibarət kartların həll edilməsi.
8. Düzgün cavabların elan edilməsi və qaliblərin mükafatlandırılması.
I. GECƏNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ
1. MÖVZUNUN SEÇİLMƏSİ
Kimya gecələri kimya elmi ilə bağlı, yaxud, onunla bağlı olmayan hər hansı
əlamətdar hadisə ilə əlaqədar keçirilir. Məs., görkəmli ictimai xadimlərin, yaxud,
30
2(42)2013
kimyaçı alimlərin yubileyi ilə əlaqədar, ölkəmizin əlamətdar günləri, yaxud, hər
hansı kimyəvi kəşfin yubileyi ilə əlaqədar keçirilə bilər.
Kimya gecələri ya ayrı-ayrı sinif şagirdləri ilə, ya da kimya fənni keçən
bütün sinif şagirdləri ilə keçirilə bilər. Gecə valideynlərin iştirakı ilə keçirildikdə
daha effektiv olur.
Gecənin mövzusu həsr olunduğu hadisəyə uyğun olsa daha yaxşı olar. Məs.,
dövri sistemin və dövri qanunun kəşfinin yubileyi ilə əlaqədar “Kimyəvi
elementlərin dövri qanunu və dövri sistem” adlı kimya gecəsinin keçirilməsi
yerinə düşər. Gecə VIII-XI sinif şagirdlərinin köməyi ilə keçirilə bilər.
2. GECƏNİN KEÇİRİLƏCƏYİ VAXTIN TƏYİNİ VƏ ONUN MƏKTƏBDƏ
ELAN EDİLMƏSİ
Bir ay əvvəl məktəb dəhlizinin gözə görünən yerindən gecənin keçirilməsi
barədə səliqə ilə tərtib olunmuş elan asılır. Elanda gecənin keçiriləcəyi gün və saat
qeyd edilir.
3. GECƏYƏ HƏSR OLUNMUŞ “KİMYA BÜLLETENİNİN”
HAZIRLANMASI
Elanla yanaşı çox səliqə ilə tərtib edilmiş “Kimya bülleteni” asılır.
Bülletendə “Kimyəvi elementlərin dövri qanunu və dövri sistemini kim yaxşı
bilir?” mövzusu altında viktorina sualları dərc edilir və sonda qaliblərin kimya
gecəsində mükafatlandırılacaqları qeyd edilir. Bundan əlavə bülletendə
“Bilirsinizmi?”, “Hər şeydən bir az” başlıqları altında kimyaya aid bir sıra maraqlı
faktlar göstərilir.
Viktorinanın sualları təxminən aşağıdakı kimi ola bilər:
1. D.İ.Mendeleyevə qədər hansı alimlər elementlərin təsnifatını vermək
üçün cəhd etmişdilər?
2. Hansı iki elementin bir-birinə əks olan xassələri daha parlaq ifadə olunur?
3. Sərbəst halda ən ağır qaz əmələ gətirən element hansıdır?
4. Hansı elementlər ölkə adları ilə adlandırılmışdır?
5. Hansı elementlərin təbiətdə mövcud olduğunu D.İ.Mendeleyev
qabaqcadan söyləmişdi?
6. Yerin latınca və Ayın yunanca adı ilə adlandırılmış iki element
hansılardır?
7. Hansı üç metal maqnit xassəsinə malikdir və dövri sistemin hansı
qrupunda yerləşir?
8. Görkəmli alimlərin adı ilə adlandırılan elementlər hansılardır?
9. Hansı elementin adı kimyanın inkişafında böyük əməyi olan fizik-alimin
soyadı ilə eynidir?
10. Planet adı ilə adlandırılan elementlər hansılardır?
31
Kimya məktəbdə
11. Sərbəst halda müxtəlif bəsit maddələr şəklində mövcud olan elementlər
hansılardır?
12. Hansı 2 element Yer qabığı kütləsinin ¾ hissəsini təşkil edir?
13. Adi şəraitdə sərbəst halda maye kimi mövcud olan 2 element hansıdır?
14. Əvvəlcə Günəşdə, sonra isə Yerdə kəşf edilən element hansıdır?
15. Qitələrin adı ilə adlandırılan elementlər hansılardır?
16. Hansı elementlər lantanoidlər adlanır və niyə elə adlanır?
Viktorinanın düzgün cavabları belədir:
1. İ.Debereyner, V.Odlinq, B.Şankurtua, C.Nyulends, L.Meyer;
2. Fluorda (tipik qeyri-metal) və Fransiumda (tipik metal);
3. Radon;
4. Rutenium (latınca Ruthenia-Rusiya), Fransium və Qallium (Fransanın
şərəfinə), Germanium (Almaniyanın şərəfinə), Polonium (Polşanın
şərəfinə), Skandium (Skandinaviyanın şərəfinə);
5. Ekabor (skandium), ekaalüminium (qallium), ekasilisium (germanium);
6. Tellur (tellus – latınca Yer deməkdir), Selen (Selena – yunanca Ay
deməkdir);
7. Fe, Co, Ni – VIII qrupda yerləşir;
8. Kürium (Cm) – Pyer və Mariya Küri, Fermium (Fm) – Enriko Fermi,
Eynşteynium (Es) – A.Eynşteyn, Mendeleyevium (Md) – Mendeleyev;
9. Bor (N.Bor);
10. Uran (U), Neptunium (Np), Plutonium (Pu);
11. O, P, C, S, As, Si, Sn, Se;
12. O (49%); Si (26%);
13. Hg və Br;
14. He;
15. Yevropium və Amerisium.
16. Lantandan sonra gələn 14 element. Xassələri lantanın xassələrinə çox
oxşadığına görə.
Bülletendə “Bilirsinizmi?” başlığı altında aşağıdakıları yazmaq olar:
METALLAR BAĞI
Hasardakı kiçik qapıdan keçən kimi əfsanəvi bir bağa düşəcəksiniz. Yox,
yox, elə zənn etməyin ki, burada meyvələr, giləmeyvələr becərilir. Qəribə də olsa
bu bağda metallar: litium, sirkonium, hafnium və s. yetişdirilir. Gəlin bu sehirli
bağın xiyabanlarını gəzək. Budur, tezboyatan birilliklər, yanında isə çoxillik
kolların qatı pöhrələri görünür. Günəşin bərəkətli şüaları altında onlar
gövdələrində və yarpaqlarında ən ətirli və şirin meyvələrdən də qiymətli sərvətlər
toplayırlar. Payızda bu bitkilərin külündən nadir metallar alırlar...
32
2(42)2013
Həqiqətdə belə qəribə bağ hələlik yoxdur, amma onu təsəvvür etmək olar.
Ona görə ki, elə bitkilər vardır ki, onlar ömürləri boyu sink, mis, uran, selen
toplayırlar. Bənövşənin, yarğanotunun çiçəklərində Cu və Zn tapılmışdır. Bəzi
qabığı tüklü bitkilər səylə Ni yığırlar. Bəzi yosunlarda isə 0,032% titan vardır.
Bitkilərin, miqdarları heç bir həssas cihazlarla, incə analiz üsulları ilə təyin
edilməsi mümkün olmayan nadir kimyəvi elementlər seçmək və toplamaq kimi
qəribə qabiliyyətləri vardır.
Bir çox əsrlər ərzində insanlar bitkilərə hər şeydən əvvəl, müxtəlif qida
məhsulları mənbəyi kimi baxırdılar. Tədqiqatlar nəticəsində məlum oldu ki,
bitkilər insana ancaq meyvə verməklə kifayətlənmir, onların yeni xassələri aşkar
edildi. Ola bilsin ki, biz adı hələ dünən cəfəngiyat hesab edilən, “botaniki
metallurgiya” elminin qapıları qarşısında dayanmışıq. Əlbəttə bu, gələcəyin işidir.
Amma onun haqqında fikirləşməyə dəyər.
Bülletenin “Hər şeydən bir az” bölməsində aşağıdakı məlumatları
yerləşdirmək olar. Bütün halogenlərin adları onların daha çox xarakterik olan
xassələri ilə bağlıdır:
Flüor – yunanca “flüoros” sözündən götürülüb, “dağıdıcı” deməkdir;
Xlor – yunanca “xloros” sözündən götürülüb, “yaşıl” deməkdir;
Brom – yunanca “bromos” sözündən götürülüb, “üfunətli” demədir;
Yod – yunanca “yodes” sözündən götürülüb, “bənövşəyi” deməkdir;
Astat – yunanca “astatos” sözündən götürülüb, “davamsız” deməkdir.
4. PROQRAMIN TƏRTİBİ, GECƏDƏ İŞTİRAK EDƏCƏK
ŞAGİRDLƏRİN SEÇİLMƏSİ VƏ MƏŞQLƏRİN APARILMASI
Elan və “Bülleten” asıldıqdan sonra gecənin proqramı tutulur və iştirakçılar
müəyyənləşdirilir. Gecəni aparmaq üçün fəal şagirdlər işə cəlb olunur və onlarla
gecənin keçiriləcəyi günə qədər məşqlər aparılır. Gecə təxminən aşağıdakı
proqram üzrə aparıla bilər:
1. Gecənin açılışı;
2. Elementlərin dövri qanunu və dövri sistemin kəşfi tarixinə aid 10-15
dəqiqəlik məruzə;
3. Viktorinanın həlli;
4. Əyləncəli təcrübələrin aparılması;
5. Maraqlı, əyləncəli məsələ-hekayələrin oxunması;
6. Görkəmli ictimai xadimlərə (məs., ümummilli lider H.Ə.Əliyevə) və ya
kimyaçı alimlərə (məs., Y.Məmmədəliyevə, yaxud, D.İ.Mendeleyevə) həsr
edilmiş krossvordun həlli.
7. “Məişətdə kimya” adlı səhnəcik, yaxud, “Məişətdə kimya” mövzusuna
aid maraqlı suallardan ibarət kartların həlli:
8. Düzgün cavabların elan edilməsi və qaliblərin mükafatlandırılması.
33
Kimya məktəbdə
II. GECƏNİN KEÇİRİLMƏSİ
Gecə elementlərin dövri qanunu və dövri sistemin kəşfi tarixinə həsr edilmiş
məruzə ilə başlanır. Məruzədən sonra şagirdlərdən viktorinanın suallarına yazılı
şəkildə olan cavablarını münsiflər heyətinə təhvil vermələri xahiş olunur. Bundan
sonra isə aktiv şagirdlərin iştirakı ilə kimyaya dair maraqlı və əyləncəli təcrübələr
göstərilir1
. Təcrübələrdəki hadisələrin səbəbinin izah edilməsi şagirdlərdən xahiş
edilir. Təcrübələr aparıldıqdan sonra maraqlı hekayə-tapmacalardan biri oxunur
və şagirdlərdən oradakı hadisələrin izahı tələb olunur. Məs., Y.V.Xodakovun
“Tilsimlənmiş almazlar”, “Qara maqneziya”, V.İ.Levaşovun “Qalay taunu”, “Kim
haqlıdır?”, “Kimyəvi xameleon” hekayələrini göstərmək olar. Belə hekayələr
şagirdlərin müəyyən elementlər və onların birləşmələri haqda biliklərini
möhkəmləndirir və dərinləşdirir. Aparıcı şagird hekayəni axıra qədər ucadan
oxuyur. Onun əhəmiyyətli cümlələrini isə vurğu ilə iki dəfə ucadan təkrar edir.
Belə hekayələrdən biri olan “Kimyəvi xameleon” aşağıdakı kimidir:
- Bir dəfə dostum bizə qonaq gəlmişdi. Anam, kiçik bacım, qardaşım, atam,
nənəm evdə idilər. Dostum gələn anda atam almazla pəncərə üçün şüşə kəsirdi.
Anam kitab oxuyurdu. Bacım karandaşla şəkil çəkməklə məşğul idi. Qardaşım
əlindəki əleyhqazı sökür, təzədən yığır, sabahkı mülki-müdafiə dərsinə
hazırlaşırdı. Nənəm isə corab toxuyurdu. O, tez samovara kömür ataraq, onu
qaynatmağa çalışdı. Mən dostumun darıxmaması üçün onunla söhbətə başladım:
“Bəzi adamlar müxtəlif situasiyalarda öz mənliklərini gizlətməyə və
müxtəlif cildlərə girməyə çalışırlar. Lakin onlar hansı cildə girsələr də həmişə
eyni adamdırlar. Kimyəvi elementlər arasında da elələri vardır. Onlar öz-
özlüyündə həmişə olduqları kimi qalmaqla sərbəst halda müxtəlif bəsit maddələr
əmələ gətirirlər”. Evdə hamı maraqla məni dinləməyə başlamışdı. “Bəli” – deyə
mən davam etdim. “Nümunə üçün uzağa qaçmaq lazım deyil. Sizin hər birinizdə
hal-hazırda elə elementlərdən biri var və hər birinizdə o, müəyyən maddə adı
altında maskalanıb gizlənmişdir”. Bu sözləri eşidəndə atam işini dayandırdı və
təəccüblə mənə baxdı. Anam kitabı kənara qoyanda barmağının üzüyündəki
brilyant bərq vurdu. Şəkil çəkən balaca bacım da heç nə başa düşməsə də,
karandaşını kənara atdı və əllərini bir-birinə vuraraq dedi: “Oy, necə də
maraqlıdır. Məndə də ondan varmı?”.
- Bəli, səndə də var. Nənə də indi həmin elementlə iş aparır. Bu anda nənəm
də səsləndi: Oy, tamam yadımdan çıxmışdı. Peçdə odunlar tamam yanıb, təkcə
kömürləri qalıb.
Qardaşım isə inamsız baxışlarla mənə baxıb, çiyinlərini çəkdi.
1
Təcrübələri R.Y.Əliyev, S.Ə.Əliyeva və Ə.Q.Əhmədovun “Kimyadan test sualları (həlli ilə) və
maraqlı təcrübələr” adlı kitabdan götürmək olar: 1) səh. 121. “Kəsilmiş əlin sağaldılması”; 2) səh.
123. “Suyun südə və südün suya çevrilməsi”; 3) səh. 126. “Kimyəvi vulkan”; 4) səh. 127. “Yanan
dəsmalın salamat qalması”; 5) səh. 118 “Kimyəvi ilan” və s.
34
2(42)2013
- Bəli, bəli – dedim. Bu elementin əleyhqazda rolu çox böyükdür.
Bu, hansı elementdir və o, sərbəst halda hansı bəsit maddələr şəklində
mövcuddur? Bundan başqa sərbəst halda bir neçə bəsit maddə şəklində mövcud
olan hansı elementləri tanıyırsınız. Elementlərin bu qabiliyyətləri necə adlanır?
Şagirdlər cavablarını münsiflər heyətinə təqdim etdikdən sonra aparıcının
təqdimatı ilə aşağıdakı krossvordu həll edirlər:
H
E
Y
D
Ə
R
Ə
L
İ
Y
E
V
Hər bir şagird nəticəsini münsiflər heyətinə təqdim edir.
Çox hallarda şagirdlər, hətta kimyanı yaxşı bilən şagirdlər, məişətdə rast
gəldikləri kimyəvi proseslərin və hadisələrin mahiyyətini izah etməkdə çətinlik
çəkirlər. Ona görə də hər hansı kimya gecəsinə “Məişətdə kimya” mövzusunun
daxil edilməsi maraqlı və məqsədəuyğun olar.
Krossvord həll edildikdən sonra şagirdlərə “Məişətdə kimya” mövzusuna
aid suallardan ibarət kartlar paylanır. Kartlara aşağıdakı suallar daxil edilir:
1. Nə üçün çaydanda ərp əmələ gəlir və onu necə təmizləmək olar?
2. Niyə xörək bişirən qazanlarda ərp çaydandakına nisbətən az əmələ gəlir?
35
1
2
3
4
5
6
7
8
9
10
11
12
1.İlk dəfə Günəşdə sonra Yerdə tapılan element (Helium)
2. Yerin latınca adını bildirən VI qrup elementi (Tellur)
3. Qızdırıldıqda ərimədən buxara çevrilən qeyri-metal
(Yod)
4. P.Küri tərəfindən kəşf edilən radioaktiv metal
(Radium)
5. Tərkibi SiO2·nH2O-dan ibarət mineralın adı (Əqiq)
6. Qitənin adı ilə adlandırılan element (Amerisium)
7. Tərkibi SiO2-dən ibarət mineralın adı (Yəşəm)
8. Planetin adı ilə adlandırılan element (Plutonium)
9. Sıra nömrəsi 49 olan element (İndium)
10. Qitənin adı ilə adlandırılan element (Yevropium)
11. Ölkə adı ilə adlandırılan element (Germanium)
12. Ən çətin əriyən metal (Volfram)
Kimya məktəbdə
3. Nə üçün mis qab-qacağın səthində uzun müddət işlətdikdən sonra yaşıl
rəng əmələ gəlir? Yaşıl rəngli maddə nədən ibarətdir?
4. Nə üçün çatlamış yumurtanı duzlu suda bişirəndə zülal yumurtadan suya
axmır, duzsuz suda isə axır?
5. Əgər tavada yağ alışıbsa, onu necə söndürmək olar?
6. Necə etmək lazımdır ki, təzə bişirilmiş süd isti yay günündə turşumasın
və soyuq qalsın (əgər soyuducu yoxdursa)?
7. Kərə yağını uzun müddət saxladıqda, onda hansı turşu əmələ gəlir?
8. Sındırmadan yumurtanı qabığından necə təmizləmək olar?
9. Qida üçün işlədilən yağdan hansı məişət əşyaları hazırlamaq olar?
10. Məsəl var ki, hər hansı bir adamı tanımaq üçün onunla birlikdə 1 pud
duz yemək lazımdır (Pud – qədim rus kütlə vahididir (1 pud = 16 kq).
Görəsən buna nə qədər vaxt lazımdır?
11. Hansı “şəkər” zəhərli olduğuna görə yeyilmir?
12. Hansı “süd” içilmir?
13. Hansı “kələm” yeyilmir?
14. Hansı “yağı” suya tökdükdə onu qaynamasına qədər qızdırır?
“Məişətdə kimya” mövzusuna aid sualların cavabları:
1. Çaydandakı ərp suyun qaynaması nəticəsində çökən CaCO3 və MgCO3-
dır. Çaydanı onlardan təmizləmək üçün üzərinə xlorid turşusu tökmək
lazımdır:
Ca(HCO3)2
t
CaCO3+H2O+CO2;
CaCO3+2HCl CaCl2+H2O+CO2
2. Qazanlar çaydanlara nisbətən tez-tez yuyulduğuna görə onlarda ərp az
olur.
3. Mis məmulatın üzərində aşağıdakı reaksiya nəticəsində yaşıl rəngdə əsasi
mis (II) karbonat əmələ gəlir:
2Cu+O2+CO2+H2O (CuOH)2CO3
4. Ona görə ki, NaCl yumurta ağına koaqulyant kolloid məhlula göstərdiyi
kimi təsir edir. Nəticədə yumurta ağı dəliklərdə bərkiyir.
5. Əgər tavada yağ alışıbsa, tez onun ağzını qapağı ilə kip bağlamaq
lazımdır ki, yağın hava ilə əlaqəsi kəsilsin.
6. İsti yay günündə təzə bişmiş südün soyuq qalması və turşumaması üçün
onu içərisində su olan ləyənə qoymaq və süd olan qabı salfetka ilə örtmək
lazımdır. Çalışmaq lazımdır ki, salfetkanın ucları suya dəysin. Su plitə ilə qalxdığı
kimi, salfetka ilə də yuxarı qalxacaq və buxarlanaraq ətrafını soyudacaqdır.
36
2(42)2013
Çünki, suyun buxarlanması üçün lazım olan istilik ətraf mühitdən alınır. Su nə
qədər çox buxarlansa, südün temperaturu o qədər aşağı olacaqdır.
7. Yağ turşusu.
8. Qabığını sındırmadan bişmiş yumurtanı təmizləmək üçün onu qısa
müddət ərzində duru xlorid turşusu məhlulu içərisində saxlamaq lazımdır. Qabıq
CaCO3-dən ibarət olduğuna görə asanlıqla xlorid turşusu ilə reaksiyaya daxil
olaraq yoxa çıxır.
9. Yağdan şam, sabun, qliserin hazırlamaq olar.
10. İki adamın birlikdə 16 kq duzu qəbul etməsi üçün bir ildən çox vaxt
lazımdır. Çünki bir adam gündə 17-20 q, bir ildə isə 7 kq duz (qida ilə) qəbul edir.
11. Yeyilməyən şəkər “qurğuşun şəkəri”dir ((CH3COO)2Pb).
12. İçilməyən süd “əhəng südü”dür. O, sönmüş əhəngin (Ca(OH)2) suda
asılqanından ibarətdir.
13. “Yeyilməyən kələm” laminariya adlanan “dəniz kələminə” deyilir. Onun
külündən yod istehsal edilir.
14. “Kuporos yağını”. Bu, sulfat turşusunun köhnə adıdır. O, əvvəllər dəmir
kuporosunun (FeSO4·7H2O) qızdırılmasından alınan yağlıtəhər maye olduğuna
görə “kuporos yağı” adlanırdı Onun suda həll olmasından külli miqdarda istilik
ayrılır. Bəzən hətta su qaynayır.
Şagirdlər “Məişətdə kimya” mövzusuna aid cavablarını da münsiflər
heyətinə təqdim edirlər.
Gecənin sonunda münsiflər heyəti tərəfindən şagirdlərin hər bir bölmə üçün
(cəmi 5 bölmə) cavabları müzakirə edilir və qiymətləndirilir. Bütün bölmələr üçün
sualların düzgün cavablarının ətraflı izahı verilir. Cavablar 50 bal sistemi üzrə
qiymətləndirilir. Hər bir bölmə üçün düzgün, ətraflı cavaba 10 bal, düzgün, ancaq
o qədər də hərtərəfli olmayan cavab üçün 9 bal və s. bu qayda ilə cavablar
qiymətləndirilir. Bütün bölmələrdən ən çox bal toplayan şagird qalib hesab edilir.
Sonda qaliblər (1-ci; 2-ci və 3-cü yer tutanlar) yüngülvarı hədiyyələrlə (kitabla,
məktəb ləvazimatı ilə) mükafatlandırılır.
İstifadə edilmiş ədəbiyyat:
1. R.Y.Əliyev, Ş.Ə.Əliyeva.,
Ə.Q.Əhmədov. Kimyadan test sualları
(həlli ilə) və maraqlı təcrübələr. Bakı,
“Maarif” nəşriyyatı, 1998.
2. Ə.Xəlilov., Y.Abışova. Kimyadan
əyləncəli təcrübələr və söhbətlər. Bakı,
“Maarif” nəşriyyatı, 1997.
3. Ə.Əbdürrəhimov., R.Əbdürrəhimova.
Kimyadan əyləncəli təcrübələr. Bakı,
“Maarif” nəşriyyatı, 1979.
4. Ю.В.Ходаков. Рассказ – задача по
химии. Учпедгиз, 1957.
5. В.И.Левашов. Вечер занимательной
химии в школе. Изд. АПН РСФСР,
1958.
37
Kimya məktəbdə
Дж.Б.Мусаев, В.Х.Аскеров
Проведение вечера химии на тему «Периодический закон и периодическая
система химических элементов»
АННОТАЦИЯ
В статье речь идёт об организации и проведении вечера химии,
посвящённого теме «Периодический закон и периодическая система химических
элементов Д.И.Менделеева».
J.B.Musayev, V.H.Askerov
Holding of the Chemistry Event dedicated to the topic “Periodic law and periodic
system of chemical substances”
SUMMARY
The Article is dedicated to organization and holding of Chemistry Event in relation
to topic “Periodic law and periodic system of the chemical substances by
D.I.Mendeleyev”.
Açar sözlər: kimyanın tədrisi metodikası, dərsdən xaric işlər, kimya gecələri,
elementlərin dövri qanunu və dövri sistemi
Ключевые слова: учебная методика по химии, внеклассные работы, вечера химии,
периодический закон и периодическая система элементов
Key words: teching methods of chemistry, out-class works, chemistry events, periodic
law and periodic system of elements
38
Kimya məktəbdə
Дж.Б.Мусаев, В.Х.Аскеров
Проведение вечера химии на тему «Периодический закон и периодическая
система химических элементов»
АННОТАЦИЯ
В статье речь идёт об организации и проведении вечера химии,
посвящённого теме «Периодический закон и периодическая система химических
элементов Д.И.Менделеева».
J.B.Musayev, V.H.Askerov
Holding of the Chemistry Event dedicated to the topic “Periodic law and periodic
system of chemical substances”
SUMMARY
The Article is dedicated to organization and holding of Chemistry Event in relation
to topic “Periodic law and periodic system of the chemical substances by
D.I.Mendeleyev”.
Açar sözlər: kimyanın tədrisi metodikası, dərsdən xaric işlər, kimya gecələri,
elementlərin dövri qanunu və dövri sistemi
Ключевые слова: учебная методика по химии, внеклассные работы, вечера химии,
периодический закон и периодическая система элементов
Key words: teching methods of chemistry, out-class works, chemistry events, periodic
law and periodic system of elements
38

More Related Content

Featured

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 

Featured (20)

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 

03 c b musayev (2)

  • 1. 2(42)2013 “KİMYƏVİ ELEMENTLƏRİN DÖVRİ QANUNU VƏ DÖVRİ SİSTEM” MÖVZUSUNA AİD KİMYA GECƏSİNİN KEÇİRİLMƏSİ C.B. Musayev ADPU-nun dosenti, k.e.n. V.H. Əsgərov Lənkəran Dövlət Universiteti Dərsdən və məktəbdənxaric işlərin təşkili və keçirilməsi haqda Azərbaycan dilində ədəbiyyatın az olduğunu nəzərə alaraq, yeni fəaliyyətə başlayan gənc kimya müəllimlərinə kömək məqsədilə kimya gecələrinin keçirilməsinə aid aşağıdakıları dərc etdirməyi lazım bildik. Gecənin keçirilməsi məqsədilə əvvəlcə plan tərtib edilməlidir. Belə plan təxminən aşağıdakı kimi ola bilər: I. GECƏNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ 1. Mövzunun seçilməsi; 2. Gecənin keçiriləcəyi vaxtın təyini və onun məktəbdə elan edilməsi; 3. Gecəyə həsr olunmuş “Kimya bülleteni” adlı divar qəzetinin hazırlanması; 4. Proqramın tərtibi və gecədə iştirak edəcək şagirdlərin seçilməsi, məşqlərin aparılması. II. GECƏNİN KEÇİRİLMƏSİ 1. Gecənin açılması; 2. Mövzuya aid məruzənin edilməsi; 3. Mövzuya aid viktorinanın həlli; 4. Maraqlı təcrübələrin aparılması; 5. Maraqlı hekayə-tapmacanın həlli; 6. Görkəmli ictimai xadimlərə və ya kimyaçı alimlərə həsr edilmiş kimyəvi krossvordun həll edilməsi; 7. Kimyaya aid maraqlı səhnəciklərin göstərilməsi, yaxud, maraqlı suallardan ibarət kartların həll edilməsi. 8. Düzgün cavabların elan edilməsi və qaliblərin mükafatlandırılması. I. GECƏNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ 1. MÖVZUNUN SEÇİLMƏSİ Kimya gecələri kimya elmi ilə bağlı, yaxud, onunla bağlı olmayan hər hansı əlamətdar hadisə ilə əlaqədar keçirilir. Məs., görkəmli ictimai xadimlərin, yaxud, 30
  • 2. 2(42)2013 kimyaçı alimlərin yubileyi ilə əlaqədar, ölkəmizin əlamətdar günləri, yaxud, hər hansı kimyəvi kəşfin yubileyi ilə əlaqədar keçirilə bilər. Kimya gecələri ya ayrı-ayrı sinif şagirdləri ilə, ya da kimya fənni keçən bütün sinif şagirdləri ilə keçirilə bilər. Gecə valideynlərin iştirakı ilə keçirildikdə daha effektiv olur. Gecənin mövzusu həsr olunduğu hadisəyə uyğun olsa daha yaxşı olar. Məs., dövri sistemin və dövri qanunun kəşfinin yubileyi ilə əlaqədar “Kimyəvi elementlərin dövri qanunu və dövri sistem” adlı kimya gecəsinin keçirilməsi yerinə düşər. Gecə VIII-XI sinif şagirdlərinin köməyi ilə keçirilə bilər. 2. GECƏNİN KEÇİRİLƏCƏYİ VAXTIN TƏYİNİ VƏ ONUN MƏKTƏBDƏ ELAN EDİLMƏSİ Bir ay əvvəl məktəb dəhlizinin gözə görünən yerindən gecənin keçirilməsi barədə səliqə ilə tərtib olunmuş elan asılır. Elanda gecənin keçiriləcəyi gün və saat qeyd edilir. 3. GECƏYƏ HƏSR OLUNMUŞ “KİMYA BÜLLETENİNİN” HAZIRLANMASI Elanla yanaşı çox səliqə ilə tərtib edilmiş “Kimya bülleteni” asılır. Bülletendə “Kimyəvi elementlərin dövri qanunu və dövri sistemini kim yaxşı bilir?” mövzusu altında viktorina sualları dərc edilir və sonda qaliblərin kimya gecəsində mükafatlandırılacaqları qeyd edilir. Bundan əlavə bülletendə “Bilirsinizmi?”, “Hər şeydən bir az” başlıqları altında kimyaya aid bir sıra maraqlı faktlar göstərilir. Viktorinanın sualları təxminən aşağıdakı kimi ola bilər: 1. D.İ.Mendeleyevə qədər hansı alimlər elementlərin təsnifatını vermək üçün cəhd etmişdilər? 2. Hansı iki elementin bir-birinə əks olan xassələri daha parlaq ifadə olunur? 3. Sərbəst halda ən ağır qaz əmələ gətirən element hansıdır? 4. Hansı elementlər ölkə adları ilə adlandırılmışdır? 5. Hansı elementlərin təbiətdə mövcud olduğunu D.İ.Mendeleyev qabaqcadan söyləmişdi? 6. Yerin latınca və Ayın yunanca adı ilə adlandırılmış iki element hansılardır? 7. Hansı üç metal maqnit xassəsinə malikdir və dövri sistemin hansı qrupunda yerləşir? 8. Görkəmli alimlərin adı ilə adlandırılan elementlər hansılardır? 9. Hansı elementin adı kimyanın inkişafında böyük əməyi olan fizik-alimin soyadı ilə eynidir? 10. Planet adı ilə adlandırılan elementlər hansılardır? 31
  • 3. Kimya məktəbdə 11. Sərbəst halda müxtəlif bəsit maddələr şəklində mövcud olan elementlər hansılardır? 12. Hansı 2 element Yer qabığı kütləsinin ¾ hissəsini təşkil edir? 13. Adi şəraitdə sərbəst halda maye kimi mövcud olan 2 element hansıdır? 14. Əvvəlcə Günəşdə, sonra isə Yerdə kəşf edilən element hansıdır? 15. Qitələrin adı ilə adlandırılan elementlər hansılardır? 16. Hansı elementlər lantanoidlər adlanır və niyə elə adlanır? Viktorinanın düzgün cavabları belədir: 1. İ.Debereyner, V.Odlinq, B.Şankurtua, C.Nyulends, L.Meyer; 2. Fluorda (tipik qeyri-metal) və Fransiumda (tipik metal); 3. Radon; 4. Rutenium (latınca Ruthenia-Rusiya), Fransium və Qallium (Fransanın şərəfinə), Germanium (Almaniyanın şərəfinə), Polonium (Polşanın şərəfinə), Skandium (Skandinaviyanın şərəfinə); 5. Ekabor (skandium), ekaalüminium (qallium), ekasilisium (germanium); 6. Tellur (tellus – latınca Yer deməkdir), Selen (Selena – yunanca Ay deməkdir); 7. Fe, Co, Ni – VIII qrupda yerləşir; 8. Kürium (Cm) – Pyer və Mariya Küri, Fermium (Fm) – Enriko Fermi, Eynşteynium (Es) – A.Eynşteyn, Mendeleyevium (Md) – Mendeleyev; 9. Bor (N.Bor); 10. Uran (U), Neptunium (Np), Plutonium (Pu); 11. O, P, C, S, As, Si, Sn, Se; 12. O (49%); Si (26%); 13. Hg və Br; 14. He; 15. Yevropium və Amerisium. 16. Lantandan sonra gələn 14 element. Xassələri lantanın xassələrinə çox oxşadığına görə. Bülletendə “Bilirsinizmi?” başlığı altında aşağıdakıları yazmaq olar: METALLAR BAĞI Hasardakı kiçik qapıdan keçən kimi əfsanəvi bir bağa düşəcəksiniz. Yox, yox, elə zənn etməyin ki, burada meyvələr, giləmeyvələr becərilir. Qəribə də olsa bu bağda metallar: litium, sirkonium, hafnium və s. yetişdirilir. Gəlin bu sehirli bağın xiyabanlarını gəzək. Budur, tezboyatan birilliklər, yanında isə çoxillik kolların qatı pöhrələri görünür. Günəşin bərəkətli şüaları altında onlar gövdələrində və yarpaqlarında ən ətirli və şirin meyvələrdən də qiymətli sərvətlər toplayırlar. Payızda bu bitkilərin külündən nadir metallar alırlar... 32
  • 4. 2(42)2013 Həqiqətdə belə qəribə bağ hələlik yoxdur, amma onu təsəvvür etmək olar. Ona görə ki, elə bitkilər vardır ki, onlar ömürləri boyu sink, mis, uran, selen toplayırlar. Bənövşənin, yarğanotunun çiçəklərində Cu və Zn tapılmışdır. Bəzi qabığı tüklü bitkilər səylə Ni yığırlar. Bəzi yosunlarda isə 0,032% titan vardır. Bitkilərin, miqdarları heç bir həssas cihazlarla, incə analiz üsulları ilə təyin edilməsi mümkün olmayan nadir kimyəvi elementlər seçmək və toplamaq kimi qəribə qabiliyyətləri vardır. Bir çox əsrlər ərzində insanlar bitkilərə hər şeydən əvvəl, müxtəlif qida məhsulları mənbəyi kimi baxırdılar. Tədqiqatlar nəticəsində məlum oldu ki, bitkilər insana ancaq meyvə verməklə kifayətlənmir, onların yeni xassələri aşkar edildi. Ola bilsin ki, biz adı hələ dünən cəfəngiyat hesab edilən, “botaniki metallurgiya” elminin qapıları qarşısında dayanmışıq. Əlbəttə bu, gələcəyin işidir. Amma onun haqqında fikirləşməyə dəyər. Bülletenin “Hər şeydən bir az” bölməsində aşağıdakı məlumatları yerləşdirmək olar. Bütün halogenlərin adları onların daha çox xarakterik olan xassələri ilə bağlıdır: Flüor – yunanca “flüoros” sözündən götürülüb, “dağıdıcı” deməkdir; Xlor – yunanca “xloros” sözündən götürülüb, “yaşıl” deməkdir; Brom – yunanca “bromos” sözündən götürülüb, “üfunətli” demədir; Yod – yunanca “yodes” sözündən götürülüb, “bənövşəyi” deməkdir; Astat – yunanca “astatos” sözündən götürülüb, “davamsız” deməkdir. 4. PROQRAMIN TƏRTİBİ, GECƏDƏ İŞTİRAK EDƏCƏK ŞAGİRDLƏRİN SEÇİLMƏSİ VƏ MƏŞQLƏRİN APARILMASI Elan və “Bülleten” asıldıqdan sonra gecənin proqramı tutulur və iştirakçılar müəyyənləşdirilir. Gecəni aparmaq üçün fəal şagirdlər işə cəlb olunur və onlarla gecənin keçiriləcəyi günə qədər məşqlər aparılır. Gecə təxminən aşağıdakı proqram üzrə aparıla bilər: 1. Gecənin açılışı; 2. Elementlərin dövri qanunu və dövri sistemin kəşfi tarixinə aid 10-15 dəqiqəlik məruzə; 3. Viktorinanın həlli; 4. Əyləncəli təcrübələrin aparılması; 5. Maraqlı, əyləncəli məsələ-hekayələrin oxunması; 6. Görkəmli ictimai xadimlərə (məs., ümummilli lider H.Ə.Əliyevə) və ya kimyaçı alimlərə (məs., Y.Məmmədəliyevə, yaxud, D.İ.Mendeleyevə) həsr edilmiş krossvordun həlli. 7. “Məişətdə kimya” adlı səhnəcik, yaxud, “Məişətdə kimya” mövzusuna aid maraqlı suallardan ibarət kartların həlli: 8. Düzgün cavabların elan edilməsi və qaliblərin mükafatlandırılması. 33
  • 5. Kimya məktəbdə II. GECƏNİN KEÇİRİLMƏSİ Gecə elementlərin dövri qanunu və dövri sistemin kəşfi tarixinə həsr edilmiş məruzə ilə başlanır. Məruzədən sonra şagirdlərdən viktorinanın suallarına yazılı şəkildə olan cavablarını münsiflər heyətinə təhvil vermələri xahiş olunur. Bundan sonra isə aktiv şagirdlərin iştirakı ilə kimyaya dair maraqlı və əyləncəli təcrübələr göstərilir1 . Təcrübələrdəki hadisələrin səbəbinin izah edilməsi şagirdlərdən xahiş edilir. Təcrübələr aparıldıqdan sonra maraqlı hekayə-tapmacalardan biri oxunur və şagirdlərdən oradakı hadisələrin izahı tələb olunur. Məs., Y.V.Xodakovun “Tilsimlənmiş almazlar”, “Qara maqneziya”, V.İ.Levaşovun “Qalay taunu”, “Kim haqlıdır?”, “Kimyəvi xameleon” hekayələrini göstərmək olar. Belə hekayələr şagirdlərin müəyyən elementlər və onların birləşmələri haqda biliklərini möhkəmləndirir və dərinləşdirir. Aparıcı şagird hekayəni axıra qədər ucadan oxuyur. Onun əhəmiyyətli cümlələrini isə vurğu ilə iki dəfə ucadan təkrar edir. Belə hekayələrdən biri olan “Kimyəvi xameleon” aşağıdakı kimidir: - Bir dəfə dostum bizə qonaq gəlmişdi. Anam, kiçik bacım, qardaşım, atam, nənəm evdə idilər. Dostum gələn anda atam almazla pəncərə üçün şüşə kəsirdi. Anam kitab oxuyurdu. Bacım karandaşla şəkil çəkməklə məşğul idi. Qardaşım əlindəki əleyhqazı sökür, təzədən yığır, sabahkı mülki-müdafiə dərsinə hazırlaşırdı. Nənəm isə corab toxuyurdu. O, tez samovara kömür ataraq, onu qaynatmağa çalışdı. Mən dostumun darıxmaması üçün onunla söhbətə başladım: “Bəzi adamlar müxtəlif situasiyalarda öz mənliklərini gizlətməyə və müxtəlif cildlərə girməyə çalışırlar. Lakin onlar hansı cildə girsələr də həmişə eyni adamdırlar. Kimyəvi elementlər arasında da elələri vardır. Onlar öz- özlüyündə həmişə olduqları kimi qalmaqla sərbəst halda müxtəlif bəsit maddələr əmələ gətirirlər”. Evdə hamı maraqla məni dinləməyə başlamışdı. “Bəli” – deyə mən davam etdim. “Nümunə üçün uzağa qaçmaq lazım deyil. Sizin hər birinizdə hal-hazırda elə elementlərdən biri var və hər birinizdə o, müəyyən maddə adı altında maskalanıb gizlənmişdir”. Bu sözləri eşidəndə atam işini dayandırdı və təəccüblə mənə baxdı. Anam kitabı kənara qoyanda barmağının üzüyündəki brilyant bərq vurdu. Şəkil çəkən balaca bacım da heç nə başa düşməsə də, karandaşını kənara atdı və əllərini bir-birinə vuraraq dedi: “Oy, necə də maraqlıdır. Məndə də ondan varmı?”. - Bəli, səndə də var. Nənə də indi həmin elementlə iş aparır. Bu anda nənəm də səsləndi: Oy, tamam yadımdan çıxmışdı. Peçdə odunlar tamam yanıb, təkcə kömürləri qalıb. Qardaşım isə inamsız baxışlarla mənə baxıb, çiyinlərini çəkdi. 1 Təcrübələri R.Y.Əliyev, S.Ə.Əliyeva və Ə.Q.Əhmədovun “Kimyadan test sualları (həlli ilə) və maraqlı təcrübələr” adlı kitabdan götürmək olar: 1) səh. 121. “Kəsilmiş əlin sağaldılması”; 2) səh. 123. “Suyun südə və südün suya çevrilməsi”; 3) səh. 126. “Kimyəvi vulkan”; 4) səh. 127. “Yanan dəsmalın salamat qalması”; 5) səh. 118 “Kimyəvi ilan” və s. 34
  • 6. 2(42)2013 - Bəli, bəli – dedim. Bu elementin əleyhqazda rolu çox böyükdür. Bu, hansı elementdir və o, sərbəst halda hansı bəsit maddələr şəklində mövcuddur? Bundan başqa sərbəst halda bir neçə bəsit maddə şəklində mövcud olan hansı elementləri tanıyırsınız. Elementlərin bu qabiliyyətləri necə adlanır? Şagirdlər cavablarını münsiflər heyətinə təqdim etdikdən sonra aparıcının təqdimatı ilə aşağıdakı krossvordu həll edirlər: H E Y D Ə R Ə L İ Y E V Hər bir şagird nəticəsini münsiflər heyətinə təqdim edir. Çox hallarda şagirdlər, hətta kimyanı yaxşı bilən şagirdlər, məişətdə rast gəldikləri kimyəvi proseslərin və hadisələrin mahiyyətini izah etməkdə çətinlik çəkirlər. Ona görə də hər hansı kimya gecəsinə “Məişətdə kimya” mövzusunun daxil edilməsi maraqlı və məqsədəuyğun olar. Krossvord həll edildikdən sonra şagirdlərə “Məişətdə kimya” mövzusuna aid suallardan ibarət kartlar paylanır. Kartlara aşağıdakı suallar daxil edilir: 1. Nə üçün çaydanda ərp əmələ gəlir və onu necə təmizləmək olar? 2. Niyə xörək bişirən qazanlarda ərp çaydandakına nisbətən az əmələ gəlir? 35 1 2 3 4 5 6 7 8 9 10 11 12 1.İlk dəfə Günəşdə sonra Yerdə tapılan element (Helium) 2. Yerin latınca adını bildirən VI qrup elementi (Tellur) 3. Qızdırıldıqda ərimədən buxara çevrilən qeyri-metal (Yod) 4. P.Küri tərəfindən kəşf edilən radioaktiv metal (Radium) 5. Tərkibi SiO2·nH2O-dan ibarət mineralın adı (Əqiq) 6. Qitənin adı ilə adlandırılan element (Amerisium) 7. Tərkibi SiO2-dən ibarət mineralın adı (Yəşəm) 8. Planetin adı ilə adlandırılan element (Plutonium) 9. Sıra nömrəsi 49 olan element (İndium) 10. Qitənin adı ilə adlandırılan element (Yevropium) 11. Ölkə adı ilə adlandırılan element (Germanium) 12. Ən çətin əriyən metal (Volfram)
  • 7. Kimya məktəbdə 3. Nə üçün mis qab-qacağın səthində uzun müddət işlətdikdən sonra yaşıl rəng əmələ gəlir? Yaşıl rəngli maddə nədən ibarətdir? 4. Nə üçün çatlamış yumurtanı duzlu suda bişirəndə zülal yumurtadan suya axmır, duzsuz suda isə axır? 5. Əgər tavada yağ alışıbsa, onu necə söndürmək olar? 6. Necə etmək lazımdır ki, təzə bişirilmiş süd isti yay günündə turşumasın və soyuq qalsın (əgər soyuducu yoxdursa)? 7. Kərə yağını uzun müddət saxladıqda, onda hansı turşu əmələ gəlir? 8. Sındırmadan yumurtanı qabığından necə təmizləmək olar? 9. Qida üçün işlədilən yağdan hansı məişət əşyaları hazırlamaq olar? 10. Məsəl var ki, hər hansı bir adamı tanımaq üçün onunla birlikdə 1 pud duz yemək lazımdır (Pud – qədim rus kütlə vahididir (1 pud = 16 kq). Görəsən buna nə qədər vaxt lazımdır? 11. Hansı “şəkər” zəhərli olduğuna görə yeyilmir? 12. Hansı “süd” içilmir? 13. Hansı “kələm” yeyilmir? 14. Hansı “yağı” suya tökdükdə onu qaynamasına qədər qızdırır? “Məişətdə kimya” mövzusuna aid sualların cavabları: 1. Çaydandakı ərp suyun qaynaması nəticəsində çökən CaCO3 və MgCO3- dır. Çaydanı onlardan təmizləmək üçün üzərinə xlorid turşusu tökmək lazımdır: Ca(HCO3)2 t CaCO3+H2O+CO2; CaCO3+2HCl CaCl2+H2O+CO2 2. Qazanlar çaydanlara nisbətən tez-tez yuyulduğuna görə onlarda ərp az olur. 3. Mis məmulatın üzərində aşağıdakı reaksiya nəticəsində yaşıl rəngdə əsasi mis (II) karbonat əmələ gəlir: 2Cu+O2+CO2+H2O (CuOH)2CO3 4. Ona görə ki, NaCl yumurta ağına koaqulyant kolloid məhlula göstərdiyi kimi təsir edir. Nəticədə yumurta ağı dəliklərdə bərkiyir. 5. Əgər tavada yağ alışıbsa, tez onun ağzını qapağı ilə kip bağlamaq lazımdır ki, yağın hava ilə əlaqəsi kəsilsin. 6. İsti yay günündə təzə bişmiş südün soyuq qalması və turşumaması üçün onu içərisində su olan ləyənə qoymaq və süd olan qabı salfetka ilə örtmək lazımdır. Çalışmaq lazımdır ki, salfetkanın ucları suya dəysin. Su plitə ilə qalxdığı kimi, salfetka ilə də yuxarı qalxacaq və buxarlanaraq ətrafını soyudacaqdır. 36
  • 8. 2(42)2013 Çünki, suyun buxarlanması üçün lazım olan istilik ətraf mühitdən alınır. Su nə qədər çox buxarlansa, südün temperaturu o qədər aşağı olacaqdır. 7. Yağ turşusu. 8. Qabığını sındırmadan bişmiş yumurtanı təmizləmək üçün onu qısa müddət ərzində duru xlorid turşusu məhlulu içərisində saxlamaq lazımdır. Qabıq CaCO3-dən ibarət olduğuna görə asanlıqla xlorid turşusu ilə reaksiyaya daxil olaraq yoxa çıxır. 9. Yağdan şam, sabun, qliserin hazırlamaq olar. 10. İki adamın birlikdə 16 kq duzu qəbul etməsi üçün bir ildən çox vaxt lazımdır. Çünki bir adam gündə 17-20 q, bir ildə isə 7 kq duz (qida ilə) qəbul edir. 11. Yeyilməyən şəkər “qurğuşun şəkəri”dir ((CH3COO)2Pb). 12. İçilməyən süd “əhəng südü”dür. O, sönmüş əhəngin (Ca(OH)2) suda asılqanından ibarətdir. 13. “Yeyilməyən kələm” laminariya adlanan “dəniz kələminə” deyilir. Onun külündən yod istehsal edilir. 14. “Kuporos yağını”. Bu, sulfat turşusunun köhnə adıdır. O, əvvəllər dəmir kuporosunun (FeSO4·7H2O) qızdırılmasından alınan yağlıtəhər maye olduğuna görə “kuporos yağı” adlanırdı Onun suda həll olmasından külli miqdarda istilik ayrılır. Bəzən hətta su qaynayır. Şagirdlər “Məişətdə kimya” mövzusuna aid cavablarını da münsiflər heyətinə təqdim edirlər. Gecənin sonunda münsiflər heyəti tərəfindən şagirdlərin hər bir bölmə üçün (cəmi 5 bölmə) cavabları müzakirə edilir və qiymətləndirilir. Bütün bölmələr üçün sualların düzgün cavablarının ətraflı izahı verilir. Cavablar 50 bal sistemi üzrə qiymətləndirilir. Hər bir bölmə üçün düzgün, ətraflı cavaba 10 bal, düzgün, ancaq o qədər də hərtərəfli olmayan cavab üçün 9 bal və s. bu qayda ilə cavablar qiymətləndirilir. Bütün bölmələrdən ən çox bal toplayan şagird qalib hesab edilir. Sonda qaliblər (1-ci; 2-ci və 3-cü yer tutanlar) yüngülvarı hədiyyələrlə (kitabla, məktəb ləvazimatı ilə) mükafatlandırılır. İstifadə edilmiş ədəbiyyat: 1. R.Y.Əliyev, Ş.Ə.Əliyeva., Ə.Q.Əhmədov. Kimyadan test sualları (həlli ilə) və maraqlı təcrübələr. Bakı, “Maarif” nəşriyyatı, 1998. 2. Ə.Xəlilov., Y.Abışova. Kimyadan əyləncəli təcrübələr və söhbətlər. Bakı, “Maarif” nəşriyyatı, 1997. 3. Ə.Əbdürrəhimov., R.Əbdürrəhimova. Kimyadan əyləncəli təcrübələr. Bakı, “Maarif” nəşriyyatı, 1979. 4. Ю.В.Ходаков. Рассказ – задача по химии. Учпедгиз, 1957. 5. В.И.Левашов. Вечер занимательной химии в школе. Изд. АПН РСФСР, 1958. 37
  • 9. Kimya məktəbdə Дж.Б.Мусаев, В.Х.Аскеров Проведение вечера химии на тему «Периодический закон и периодическая система химических элементов» АННОТАЦИЯ В статье речь идёт об организации и проведении вечера химии, посвящённого теме «Периодический закон и периодическая система химических элементов Д.И.Менделеева». J.B.Musayev, V.H.Askerov Holding of the Chemistry Event dedicated to the topic “Periodic law and periodic system of chemical substances” SUMMARY The Article is dedicated to organization and holding of Chemistry Event in relation to topic “Periodic law and periodic system of the chemical substances by D.I.Mendeleyev”. Açar sözlər: kimyanın tədrisi metodikası, dərsdən xaric işlər, kimya gecələri, elementlərin dövri qanunu və dövri sistemi Ключевые слова: учебная методика по химии, внеклассные работы, вечера химии, периодический закон и периодическая система элементов Key words: teching methods of chemistry, out-class works, chemistry events, periodic law and periodic system of elements 38
  • 10. Kimya məktəbdə Дж.Б.Мусаев, В.Х.Аскеров Проведение вечера химии на тему «Периодический закон и периодическая система химических элементов» АННОТАЦИЯ В статье речь идёт об организации и проведении вечера химии, посвящённого теме «Периодический закон и периодическая система химических элементов Д.И.Менделеева». J.B.Musayev, V.H.Askerov Holding of the Chemistry Event dedicated to the topic “Periodic law and periodic system of chemical substances” SUMMARY The Article is dedicated to organization and holding of Chemistry Event in relation to topic “Periodic law and periodic system of the chemical substances by D.I.Mendeleyev”. Açar sözlər: kimyanın tədrisi metodikası, dərsdən xaric işlər, kimya gecələri, elementlərin dövri qanunu və dövri sistemi Ключевые слова: учебная методика по химии, внеклассные работы, вечера химии, периодический закон и периодическая система элементов Key words: teching methods of chemistry, out-class works, chemistry events, periodic law and periodic system of elements 38