SlideShare a Scribd company logo
1 of 53
Download to read offline
0
Ülvi Tofiq
1
ÖZ GÜNƏŞİNİ YARAT
2020
ÜLVİ TOFİQ
2
Müəlliflik hüquqları qorunur.
Bu kitabın heç bir hissəsi hər hansı bir şəkildə,
kopyalama və ya hər hansı bir elektron və ya mexaniki vasitə ilə,
məlumat saxlama və ya axtarış sistemləri daxil olmaqla,
hər iki müəllif hüququndan - bu kitabın sahibi və naşirindən
yazılı icazə olmadan çıxarıla bilməz
ÖZ GÜNƏŞİNİ YARAT
Ülvi Tofiqin seçilmiş məqalələrindən
ibarət kitab
Buraxılış B1-2020
“Seyid Əzim Şirvani” Redaksiyasının
mətbəəsində çap olunmuşdur.
www.seyidazimshirvani.wordpress.com
3
“SÖKÜLƏN İLMƏLƏR”
(Anamın əziz xatirəsinə)
Bir gün arzularıma çatdığımı düşünəndə havalara
uçuram. Nə gözəl hisdir bu,düşünə bilmirsən. Sanki sən
özündə olmursan, arzunu yaşayırsan. Bu o arzudurki, o səni
yaşadır. Bu o arzudur ki, səni var edir, var olmağa
həvəsləndirir. Təzadlı həyatında pak, rəngarəng düşüncələr
bəxş edir sənə. Sən sevgisən, sən ağlımın ən əvvəlindəki
unudulmaq təhlükəsində olan fikirsən.
Sən səssən. O səs ki, ürəyinin səsindən daha yaxındır
sənə. Sənə həyatını xatırladır, yaşadığını xatırladır. Səni
daim yaşamağa sövq edir. Yaxşı insan olmayınca o səs
səndən əl çəkməz, bir külək kimi qulaqlarının sevyavından
4
sürtünərək keçər, aparar səni evinizin eyvanına. Kimsəsiz
qalanda eyvanda yerdə anan toxuyan xalçanın divarla
bitişən hissəsində oturub, köhnələrək çırılmış hissəsinə
fikrin gedər…
O cırılan hissədə sökülmüş ilmələr göz nurudur.
Ananın “Beş cərgə də toxuyum, bu günlük bəsdir” səsini
eşidərsən. Bəlkə də anan bu xalçanı cehizlik əşyası üçün
toxumamışdı. Bəlkə də anan bu xalçanı çox kasıb olan
ailəsinə toy xərcləri ilə yük olmamaq üçün satmağı nəzərdə
tutaraq toxuyurdu. Nə bilmək olar axı?! Heyfislənmə, o
vaxtı ananın beynində sən yox idin. Ananın beynində öz
ana-atası var idi. Çox güman onları düşünürdü…
Bax, sənin həyatından da o sökülən ilmələr kimi
günlər, aylar, qərinələr keçəcək. Yuxudan ayılanda arzuna
çatmadığını görəndə ürəyin bum-buz olacaq. “Ay, aman!!!
Ömrümüz bitdi” deyəcəksən. Qanın damarda donacaq.
Damarlarından buzlu su axacaq, dörd bir tərəfini təlaş
saranda hər şeyi anlayacaqsan. Bəlkə də gec olmayacaq,
amma, arzunu həyata keçirməyə gücün yetməyəcək.
Bəli, düz eşitdin. Gücünün yetməməyi gecikməyinə
nişanədir, xülasə sən arzuna çatmadıqca sən
olmayacaqsan. Anan gələcəyi üçün gözünün nurunu yox
etdi, xalça toxudu ki, sən dünyaya gələsən. Sən xoşbəxt
olmadıqca ananın əziyyəti puç olur…
5
Çalış həyatının ilmələri sökülməmiş, nəsə edəsən.
09 Oktyabr 2018
“DODAQDA GÜLLƏR AÇAN SÖZ...”
Düşüncələr sözlə qurulur. Sözlər insanların
təcrübələrini həyata keçirən məna daşıyıcısıdır. Sözlər insan
beynində təəssürat yaradaraq yol göstərir. Ağıl və
hərəkətlər isə təəssüratı - bu mənzərəni
canlandırır. Gündəlik həyatda istifadə
etdiyiniz sözləri dəyişdirərək həyatınızı
dəyişə biləcəyinizə inanırsınız? Ancaq
belədir. Çünki sözlər düşündüyünüzdən
daha güclüdür. Sözlərinizi dəyişdirəndə,
dünyanızın dəyişdiyini hiss
edirsinizArximed deyirdi ki, “Mənə bir
dayaq nöqtəsi ver, qoy dünyanı yerindən
tərpədim". İnsanın da gündəlik həyatda işlətdiyi yeni sözlər
onun dünyasının başqa cür fırlanmasına xidmət edən nəsnə
ola bilər.
6
Sözlər ağızdan çıxdıqda işıq sürəti ilə hərəkət edən
varlıqlardır. Bir kəlmə çəkib sizi başqa aləmlərə aparır.
Sözlərin gücünü öyrənmək istəyirsinizsə, həbsxanadakı
məhkumların sözlərinə qulaq asın. Onların beyinlərindən
keçirdikləri bir söz, bir fikir illərlə orada qalmalarına səbəb
olur! Məlumdur ki, qorxulu yalanlar və ən vacib faktlar
həmişə sözlə deyilir. Adamı buna təşviq edən və səfərbər
edən, eyni zamanda mıx kimi yerinizə yapışdıran sözlərdir.
Sizi gizlədir və ya açıq şəkildə ortaya qoyur. Ürəyin ən dərin
hissəsində gizlənmiş sözlər var, hansı ki, onlarla yan-yana
gələndə hündürlüyü səndən daha çox olacaqdır. Bəzi sözlər
isə ən böyük səltənət sahibinin gücünə bərabərdir. Sözlər
müharibəni kəsir və ya savaş başladır. Necə deyərlər:
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Sözünü yaxşı bişirgil,
Yaxşı us ilə düşürgil,
Yaramazını şaşırgil,
Canına оlur dağ bir söz.
Elə bu zəhəri bal edən sözlərdir.
Sözlərin lüğətdəki gücü, yazıda gücü və dillərdəki –
danışıqdakı gücü fərqlidir. Buna görə sözləri diqqətlə
7
istifadə etmək lazımdır. Bıçaq qəssabın əlində, qatilin əlində
fərqli təsir göstərir. Mətbəxdə ayrıca təsir. İstifadə etdiyiniz
sözlərlə ruhunuzu ovunduraraq dinclik verə bilərsiniz və ya
onları bir ömür boyu davam edəcək dərin bir yaraya çevirə
bilərsiniz. Sözlər həm şəfalı, həm də zərərli ola bilər.
Dünyanı xilas edə biləcək sözlər dünyanı qəfil
qaranlıqla.dıra bilər. Bəzən yay yağışı kimi hiss olunur,
bəzən yay istisi kimi mübarizə aparır. Bunlar düşüncələri
dəyişdirən, onları sevən və nifrət edən sözlərdir. Gülüş
zamanı sözlər daim arxa plandadır. “Ha-ha-ha!”. Sözlər
yaxşı dostdur. Onsuz dərdini yoldaşına necə izah etmək
olar?! Yalnızlıqdan necə qurtarmaq olar? Söz də sevgi
kimidir, nakam şairimiz Mikayıl Müşviqin şeirindən bir misra
çıxarsaq deyərik ki, “Söz vardır ki, dodaqlarda açar güllərini,
Söz vardır ki, oxudur qəlbidə bülbüllərini”
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
8
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.
Sözlərin gücünü bilmədən insanların gücünü başa
düşmək olmur. Çünki sözlər ağıldakı hədlərin
müəyyənedicisidir. İnsana sərhədlər qoyan, azad edən və
yüksəkliklərə qaldıran Sözdür! Riyaziyyat dərsində müəllim
lövhədə dərsin mövzusuna uyğun "həll etmək mümkün
deyil" deyə iki sual yazır və
dərs başa çatır. Arxa
sıralarda yatan bir tələbə
oyandıqda, hamı sinifdən
çıxır. Lövhədə ev tapşırıqları
suallarını düşünən tələbə
sualları dərhal notebooka
yazır. Ertəsi gün o
müəlliminə dedi:
“Müəllimim, verdiyiniz
suallar çox çətin idi; Uzun
müddət çalışdım, amma birini həll edə bildim "dedi. ''
Müəllim inana bilmir, amma dəftərinə baxanda uşağın
həqiqətən sualı həll etdiyini görür. Əyər uşaq “Həll etmək
9
mümkün deyil!” sözünü eşitsəydi fikirlərə qapanıb onu həll
etməyəcəkdi.
Sözlərinizi həyatınıza qatmadan əvvəl dayanmalı və
düşünməli, bir zərgərin incəliyi kimi həssas olmalı və
diqqətli olmalısınız. Çünki sözlər öz dəyərini bilənlər üçün
bir incidir. Bu dəyəri eşidən kimi bir anın içində özünü
buludların üstündə görə bilərsiniz. Müharibəyə və ya sülhə
addım ata bilərsiniz. Buna görə diqqətlə düşünün, seçim
sizin ixtiyarınızdadır. Bir sözünüzü həyatınıza talisman edin
və düzgün insan olun.
27 iyul 2020
10
DAĞLAR, NEYLƏDİN?
(Fəridə Cəbrayılın əziz xatirəsinə)
Sən nəyi daşıya bilərsən ki, ey qəlb? O qədər dərdin
yerləşməsinə görə gərək yüz adamın köksünü kiralayaq.
Bəlkə nə zamansa azalar deyə dərdi qaldırırıq çiyinlərimizə,
belimizi sındırırıq. Dərdimizin sınmasına çox var hələ...
Bax o uzaqdan gördüyün ağ gəlinlik geyinmiş uca
dağlardır. Elə bilirsiniz o dağların dərdi yoxdur? Onların da
elə dağ boyda, özləri boyda dərdləri var. Əslində göyləri
dələn bu dağlara “göydələn” adı verilməli idi. Səma da
müqəddəs məfhumdur. Səmada yol açmı. buludlar dəmyə
ilə məşğul olan adamlar üçün göydəndüşmə olur. Elə sözün
əsl mənasında göydəndüşmə.
11
Kənd adamı möhkəm olur. Bu dağların adamı olur
elə. Əsl dağ adamı. Alma kimi yanaqları olan, eynən cırhacır
kimi uşaqlar da buralarda yaşayır. Beş mil ilə nənələrinin
toxuduğu corablar bu uşaqlara çox yaraşır. Onların
ayaqlarını elə isti tutur ki, bu balaca dağ adamları şaxta
nədir bilmirlər...
Amma şaxtanın nə olduğunu dağçılar gözəl bilir. Dağ
adamı ilə dağçılar fərqli olurlar. Onlar ən keçilməz yollarla,
hətta yol olmayan yollarla paklanmaq istəyirlər. Dağlara
dırmanırlar. Onlar dağları çox sevir, çünki bu dağlar olnara
zirvələr bəxş edir. Həm əlverişsiz havalar, həm ayaq
əzələlərini gərən uzun yürüşlər, həm də dekadans yaşadan
mənzərələr onlar üçün zirvə sevdasından əl çəkməyə
bəhanə deyil. Ayağı sürüşsə də, üzü üstə buz qırıntılarının
üstünə yıxılsalar da onlar yalnız irəli baxırlar. Geriyə isə
ancaq dağçı yoldaşlarına kömək üçün baxırlar.
Naxış-naxış üzü kəsən sərt küləklər qaya kimi bu
küləklərə davamlı üzə heç nə edə bilməz. Yolçu yolunda
gərək, dağa da dağçı bələddir. Amma bəzən sevdasından
işıqına axışdığımız bu zirvələr bizdən ən doğmalarımızı da
ala bilir. Dağların xasiyyəti çox ağırdır. Daşıdıqları dərdlər,
yüklər qədər ağır. Elə bilirsiniz dağlar özü qəsdən onlara
güvənərək yola çıxan kəslərin ömrünün axırına çıxır?! Əsla...
12
Ömür şansını bircə dəfə qazanan insanlar nə qədər
yüksək dəyərə - həyata sahib olduqlarını anlamaq üçün
gərək dağ olsunlar. Dağlar çox gözəl bilir həyatın bir andaca
necə itə biləcəyini. Dağlarda həlak olan insanlar həmişə o
dağlarda yaşayırlar. O zirvələr öldürücü olduqları qədər də
himayəkardırlar. İtirdiklərimizi sonsuza qədər himayə
edirlər, onların ruhları isə yürüş edən digər dağçılara yol
göstərər.
Dağların arası ilə axan o küləklərin istiqamətindən
səmtlərini müəyyən edənlər bilirlər ki, o külək deyil. O
küləklər buraların əbədi sakinləridir. Zirvələri fəth etmiş
qəlblərinin içində isə dağlar qədər ağır ağrılar daşıyarlar. Bu
səbəb minlərlə insanın ürəklərinə dağ çəkib. Şaxtadan daha
çox sızladır onların üzlərini.
15 oktyabr 2018
13
“HAMINIZA SEVGİ”
Bilirsiniz, həyatın bütün məsuliyyətini ən çətin
dövrlərdə boynumuza götürdüyümüz, özümüzdən
tamamilə çevik bir hərəkətlə o biri sahilə atdığımız tale,
günahkar mən deyiləm, sən də deyil, biz də deyilik və bütün
cinayətin ona aid olduğunu söyləyirik; Bilirsiniz, məşhur bir
mahnı da var. Budur mən o taledən danışıram. Ona yeni bir
ad verdim. Tale mənə çox kədərli görünür. İndi yeni əsrə
uyğunlaşmaq və daha da müsbət hala gətirmək üçün onu
“bədii ədəbiyyat' adlandırıram.
14
Bu sonsuz dövr fantastikasını anlamağa çalışmaq
qısaca həyat adlanır. Yeni açıqlama ilə yaşama müddəti.
Əslində, bütün quruluşlar bu uydurmanı anlamaq üçün
mövcud olub. Bütün dinlərin, uzaq şərq fəlsəfələrinin,
Budda, yoga, bütün naməlum öz-özünü axtarma
əziyyətlərinin məqsədi bu uydurmanı və onun yaradıcısını
anlamaqdır.
Bəzən təmiz, saf, naməlum, sakitcə yaşayırsan.
Növbəti anı bilmədən davam edirsən. Heç bir qavrayış, heç
bir səs bədii ədəbiyyatdan gəlmir, amma həyatına elə bir
şey gəlir ki, elə bil ki, oxuduğun kitabın içindəsən. Yox kitab
oxumursan. Kitab səni öz içinə yazır.
Bilmirsən, qoxusu da gəlmir, sadəcə başına gəlir və
yaşayırsan. Hələ dalğasız sular növbəti fırtınanın xəbərçisi
olur. Bir gecə qatarda gedirsən və Xaçmaza gecə yarısı
çatırsan. Amma yatmısan. Oyanıb görürsən ki, 2 stansiya
keçmisən. Yenə yatırsan və gecənin bir aləmində heç vaxt
olmadığın bir stansiyada düşürsən.
- “Qusarçay stansiyası”
Dayan, axı mən bu stansiyanı tanıyıram. Buralarda da
olmuşam. Bir vaxt atamla bu stansiyadan qatara minirdik.
Qatar mükəmməl görüntüsü olan Xaçmaz meşələrinin içi ilə
irəliləyirdi. Bu relslər, betonlar mənə tanışdır. Havasnı da
xatırlayıram. “Təkvaqon”un işığını görə bilmirəm indi. Atam
15
həmişə mənə göstərirdi ki, bax “elektriçka” gəlir.
Sevinirdim. Soyuq olurdu 8-dən sonra axşamlar o tərəflər.
Vaqonun içi də soyuq olurdu. İndi yeni vaqonlarda istilik
sistemi var. Ayaqlarımı soyuq olanda söykəyirəm, amma
çox söykəyib yatanda yanan dizlərinin fəryadına oyanırsan.
***
Ani qəzaların hamısı hamımıza təsir edir. Çünki
qəfildəndirlər, yəni planlaşdırılmamış, planlaşdırılmamış
dəyişikliklərə səbəb olurlar və kədərli və qorxunc və fərqli
olurlar. Səbəblər hər qəzadan sonra aydınlaşır. Artıq atam
yoxdur və o xatirələr də yoxdur. Nəinki xatirələr, heç o ab-
hava da yoxdur. Bəlkə sabah bu gün də qalmayacaq.
Səbəblər və günahkarlar.
Səbəbləri və məqsədləri.
Tapıla bilməyən səbəblər və nəticələr.
Davamlı tapmaq yolları həmişə qapalı bir qapının önündə
bitər.
Uydurma!
Çünki belə yazılmışdı, o insanların uydurması.
Əlbəttə, bütün varlığın bir səbəbi var, amma nəticəni
16
özümüz üçün tapa bilmirik. Bütün ağrılı, travmatik qəzalar
dərinləşəndə bəzən imtina edirik, bəzən dalırıq
... amma nəticə yoxdur.
Qəribə deyilmi?
Necə bir şey edə bilməz? Əslində bir çox şeyi etmək
gücünə sahib olsa da, uydurma ilə qarışıqdır. Sevgi
qarşısında sevgidən başqa düşüncələri qəbul etmək çox
çətindir.
* * *
“Qatar qəzası”ndan sonra xəbərləri dinləməkdə
tərəddüd etdim. İlk anların olmadığını düşündüm. Sonra bu
aldadıcılığı dedim, sonra bu uydurma ilə məşğul olanları,
iştirak edənlərin bəyənmələrini, səbəblərini düşündüm,
amma ...
Bağlı fantastika qapısına gəldim, özümü bu yazı üçün yazıçı
tapdım.
Bu uydurmadır, hər zaman bəziləri üçün sakit bir
oyun hazırlayır, amma möhkəm bir səbəblə. Qəribə olan bu
oyunları seçməyimizdir. Seçirik, amma bilmirik. Yadda
saxlamaq bunun üçün vacibdir. Həyat axan kimi detallarını
yaxşı nəfəs almanız lazımdır Çünki detallar bizim üçün bir
ipucudur.
17
* * *
Hər şeyin arxasında bir məqsəd olduğunu başa
düşdüm. Görünən və görünməyən hər şeyin bir səbəbi, bir
qarşılığı var. Bu səbəblər bizi təşkil edir. Etiraz etsək də,
qəbul etsək də, bu fantastika həmişə olur. Dövrə fırlanır.
Kədər və ya gülüş, hətta hər duyğunun bir səbəbi
var. Bir sözlə, bütün bu səbəblərə görə hər birimiz həyat
qururuq. Həyatın hər fərqli üzü zaman keçdikcə bizə tərəf
çevrilir və o an yaşamalı olduğumuzu yaşayırıq. Qəbul edin,
lakin təslim olmayın.
Hər yeni hadisə bizə bir şeyi xatırlatmaqdır.
Unutmamalı olduğunuz hər şey sevgidir. O zaman biz
fantastika əleyhinə olduğumuz gerçəkik. Çünki sevgi hər
zaman ən güclü enerjidir.
* * *
Bəziləri üçün qəfil ağrı, bəziləri üçün qəfil sevinc,
bəziləri üçün susqunluq, kimlər üçün çoxsəsli, kimlərsə
bolluq, kimlərsə aclıq ...
Biz hər cür duyğu və seçim ilə uydurma içindəyik.
Bu həyatdır.
18
Ediləcək tək şey, nə olursa olsun sevməyi dayandır-
mamaqdır.
Səbir, hamınıza sevgi ...
Sevginiz sizin uydurmanız olsun ...
25 oktyabr 2020
19
“PƏRVAZ KÜÇƏSİ”
Bir axşam taksidən düşüb Parisdə...
Əlimi pəncərədən çölə çıxarıram, pəncərədə nə bir
fincan çay, nə Stefan Zveiqin kitabı, nə də anamın işdən evə
gələndə aldığı dadlı kökələr var. Pişik də ayaqlarıma dolanıb
mırıldanmır. Bu pəncərə bir başqa pəncərədir. Qəm
pəncərəsi də deyil. Heç bu pəncərədən aş da gəlmir.
Küləklə “Mersedes”in üz-üzə gəlməsi ilə, havanın
ütülü köynəyimin qolunun ağzından köynəyin içinə dolması
bir olur. Elə fərahlıq verir ki, insana. Bu arada fərahlığı hiss
20
etmək də gözəl hissdir. İnsan övladı da elə dünyada o gözəl
hisslərə, xoşbəxtliyə çatmaq üçün vuruşur. Küləklə vuruşur.
Elə anam da küləklə vuruşur. Qışda küləyin kiçik sürprizləri də
olur. Qar anamın ağarmış saçlarını daha da ağ edir. Anası
olmaq gözəl hissdir eləmi? Bəs axı bu gözəl hissi yaşamaq
üçün vuruşmamışıq axı?! Elə doğulan andan etibarən anamıza
sahib olmuşuq. Elə o da bizə sahib olub. Övladı olmaq, onu
böyütmək, əzizləmək də gözəl hissdir. Xoşbəxtçilikdir...
Daha bir xoşbəxtçiliyi də anlatmaq istəyirəm. Əslində
xoşbəxtçilik adamın boğazında düyünlənib qalmalıdır. Onu
anlatmaq olmur. O qədər düyünlənir ki, gərək yüz adama
deyəsən ki, boğazındakı düyün açılsın. Amma illərdir elə arzun
olur ki, düşünmək belə sənə fərahlıq bəxş edir. Dedik axı
fərahlığı hiss etmək özü də gözəl hissdir.
İllərdir bir qadının sevgiyə ehtiyacı olması onu həyata
dalğalar qayalara çırpılan kimi bağlayır. Sərt dalğalar ona
çırpılsa da qayalar dalğalara dözür. Sənin verdiyin sevginin
əvəzini hiss etməsə də əzab çəkmir. Əksinə hər gün günəş
işıqlarının isitdiyi həmin qayalar kimi gündəlik qarşılaşdığın
cüzi mehribanlıqdan xoşbəxt olurdu. Zənnincə o xoşbəxtçilik
anlarını yaşamadan ölməyəcəkdi. Uzaqdan izlədiyi şəhərin
nizamlı işıqlarına baxıb xəyala dalırdı.
Daha bir xoşbəxtliyi izah edimmi? Xoşbəxtçiliyini yüz
adama çatdırmaq üçün qışqırmaq. Yeni çəkilən asfaltın tən
ortası ilə azadlığımızın dadını çıxararaq bir insanla üzü şəhərə
21
gedirdik. Zarafatlarımızın həddi-hüdudu yox idi.O qədər qəh-
qəhə ilə hırıldayırdıq ki, yolun digər kənarındakılar bizə
heyranca baxırdılar. Az qalsın üzümüzə güləcəkdilər.
Utanmasalar niyə güldüyümüzü soruşacaq idilər. Biz nəyə
gülürük, niyə gülürük? Tanrı cəzamızı verməsin, inanılmaz
xoşbəxt oluruq “hırıldayanda”. Gülüşümüzün əskik olmaması
üçün nələr vermirik? Alçaq insanların pisliklərini belə
unuduruq, hətta pis insanların özlərini belə unuduruq. İnsan
nə qədər zalım olsun ki, kiminsə xoşbəxtliyini əlindən alsın,
bunu saxlasın?!
***
Xülasə yolla gedirdik. Öz özümüzə düşünürdük ki,
əlimizdəki bağlamanın içindəki klon paltarlarını geyinsək
uşaqları sevindirə bilərik. Özümüzü yox ha, uşaqları
sevindiririk. Başqa bir insanın övladını, özümüzün yox. Guya
biz xoşbəxtmi oluruq kimsə xoşbəxt olanda? Bəlkə də oluruq.
Hava da bizi xoşbəxt edə bilir. Pəncərənin dünyaya tərəf olan
hissəsində artıq yağış damlalarının olduğunu gördünsə
deməli payız gəlib. Hələ kitab oxuyarkən ayağını adyala
bükdünsə deməli lap çay içməyin mövsümü başlayıb. Düzdür,
bizim ailəmiz üçün çayın mövsümü yoxdur, amma, çay məhz
payız fəslində dadlı olur. Ələxsus,içinə mərzəpurna və mixək
qatılıbsa.
22
Qəndi çaya batır qoy dilinin ütünə, çaydan da
qurtumla. Bunun verdiyi o gözəl hissi – həzzi yaşamaq öz
əlinizdədir. Yaşamaq da öz əlinizdədir,ölmək də. İnsan nə vaxt
ölür? Sevməyəndə ölür.Çayı sevirsənsə yaşayırsan deməkdir.
Çayı içirsənsə yaşadığın həyatdan zövq alırsan deməkdir. Çay
əlini yandırırsa demək ki, həyatın keçməkeşinə dözürsən. Çayı
nəlbəkidə soyudursansa həyatının dadını qaçırırsan. Dəmiri
isti-isti döyürlərsə deməli çayı da isti-isti içmək lazımdır. Elə
həyatı da vaxtında dərk etmək, qartal kimi uçmağa cəhd
göstərmək lazımdır...
Bilmirəm..
Təbəssümü hardan tapdım,
Yaman xoşbəxt olmuşdum.
Gülmüşdüm,
Sevinmişdim,
Cilddən cildə düşmüsdüm.
Yamanca isti olan,
Xoşbəxtlik küçəsində,
Yamanca üşümüşdüm…
Azca külək var idi,
Sonra artdı şiddəti..!
Xoşbəxtliyimi məndən
Məni ondan ayırdı.
Ordacada bir anlıq,
Dilim lal,
Qulaqlarım karıydı…
23
Heç nə deyə bilmədim…
Dinə bilmədim,
Susdum,
Qışqırmaq istədim.
Qışqırdım,
Və birdən,
Yuxudan ayıldım…
Ehh…
19 oktyabr 2018
24
“METONİMİYA”
Kitablar müxtəlif mövzularda və janrlarda yazılır.
Binalar müxtəlif səbəblərdən tikilir; xarici forma və
daxili tərtibat, həmçinin istifadə olunan materiallar və
bəzək tərzi hamısı analitik ev alıcısını – həmin şəxsi diqqətlə
"oxumağa" dəvət edir. Bir əsərin, istər ədəbiyyatdan,
istərsə də memarlıqdan asılı olmayaraq, istər mexaniki
baxımından, istərsə də ictimai və tarixi baxımdan çox fərqli
fərqli oxunuşları var. Eyni əsər eyni şəkildə qəbul edilmədi,
eyni mənada səsləndirilmədi, hər müxtəlif əsrdə eyni
çərçivələrlə "anlaşılmadı". “Əsər” və “əsr” anlayışları! Bir
binanın niyə yıxılmadığını izah edən mühəndis, onu quran
25
cəmiyyət haqqında şərh verən tarixçinin söylədiyi və
insanları bir binanı nə üçün gözəl gördüklərini izah edə
biləcəyi çox fərqli bir anlayışlar var.
Uzaq keçmişdən qalan binaların vəziyyətində
oxuyanlar daha mürəkkəbləşir, çünki inşaatçıların qurduğu
kimi qəbul etdikləri məna və erkən cavabları idarə edən
işarələr, çox güman ki, əsrlər boyu davam gətirməmişdir.
Yeni qavrayışlar, yeni qiymətləndirmələr, digər həssaslıqlar
təkcə mövcud olanlara deyil, həm də mövcud olanların
qorunub dəyişdirildiyi və bu gün qavranılması yollarına təsir
göstərəcəkdir. İnqilablar və fəlakətlər də çox görünən
silinmələr buraxacaqdır.
Binanın tikilişi ilə bir əsərin yazılması zamanı və bu
prosesi eyniləşdirmək olar. Binanın içi nə qədər
gözoxşayan, rahat və mütəşəkkil üslubda tikilsə də onun
fasadı, yəni üz qabığı gözəgəlimli olmasa biz o binanı
“oxumayacağıq!”
Qəbul edilə bilən bir sistem və ya nizam olmadığı
təqdirdə kitabın insanlara verdiyi məna anlaşıla bilməz,
çünki sistem olmadan əsərdə məna səlahiyyətləri
iyerarxiyası ola bilməz. Bu bütün sahələrdə belədir. Əyər
qonaq otağına hamam vannası qoysaq o evdə yaşamaq
mənasız olar. Bu ancaq milyonda bir insan üçün maraqlı
olar və o evi milyonda bir insan alar və orada yaşayar.
26
Əsərdə də belədir. Xüsusi beyin təfəkkürü ilə yazılmış bir
nağılı ancaq həmin qonaq otağında hamam vannası olan
insan alıb oxuyacaq. Bu həm o memarın, həm də yazıçının
xüsusi beyin düşüncəsinin daha az adam üçün maraqlı olan
məhsulunu eyniləşdirir.
24 iyul 2020
27
“QAYITMAQ”
Yenidən ibtidai məktəbin birinci sinfinə getmişdim.
İlk dəfə oturduğum məktəb masasını görüb stula oturdum.
Bu gün yenidən məktəb yoldaşlarımla görüşməyimi
arzulayıram. Əlifbanı yenidən oxumağı və yazmağı
öyrənsəydim. Həyatımın ən şirin anlarını yaşaya və
duyğularını hiss edə bilsəydim ...
Ah! Böyük xəyallar! Kaş belə olsaydı, çox şey
edərdim, çox şeyi düzəldirdim. Etdiyim səhvləri heç vaxt
təkrar etməzdim. Dostlarımı və müəllimlərimi əsla
əsəbiləşdirməzdim. Etdiyim və etdiyim pis əməlləri geri
alaram və əvəzinə yaxşı əməlləri edərdim. İllərdir tuta
bilmədiyim hər şeyi öz vaxtımda edərdim ...
28
Bir sözlə, həyatım üçün müsbət işlər görəcəkdim. Ancaq bir
şeyi bilmək istəyirəm. Yuxarıdakı "istəklərim" reallaşsaydı,
indiki həyatım da dəyişərdimi? Dəyişəcəyini düşünürəm.
Çünki həyat axın kimidir. Su axdığı yerdə yaşıllıq olur. Suyun
yolunu dəyişdirsək, digər yerlər yaşıl olacaq və köhnə
yerdəki bitkilər quruyacaq. Həyatda da eynidir.
Bəlkə geri qayıtsam və səhvlərimi düzəltsəm, indiki
həyatımı dəyişdirə bilərdim. Dostlarımla görüşə
bilməyəcəkdim. Həyatım indiki kimi olmazdı, bəlkə çox
fərqli olardı ...
Ancaq həyatıma və etdiyimə görə peşman deyiləm.
Əksinə, çox məmnunam. Yəni mənim həyatım belə
quruldu. Dəyişmək və ya düzəltmək istəmirəm. Çünki
peşman olduğum şeyləri düzəltsəm də, başqa şeylərə görə
peşman ola bilərdim. Səhvən bir şey öyrənirik. Səhv
etməklə "tamam", "yox", "sərbəst", "qadağan" sözlərinin
mənalarını başa düşə bilərik. Səhvlər edərək lazımi
təcrübələri toplayırıq. Düşünürəm ki, həmişə "faktların"
həyatımızda gerçək qalmasını arzulayırıq.
29 noyabr 2020
29
“ƏFSANƏLƏR PAYTAXTI”
Aysel lap əvvəldən bilirdi ki, əslində bir kitab
üzərində işləyirəm. Yaxın dost olduğum üçün yazdığım kimi
əvvəllər başqa oxucum var idi, sonra onları Aysel oxudu. Bu
bir roman olsa da, mütləq Ayselin oxumasını, fikirlərinin
olmasını istədim, amma harada və necə olacağını təxmin
edə bilmədim.
Təsəvvür edin ki, roman bir şəhər haqqındadır və bu
roman başdan, ilk sətrindən sonadək Paris şəhəri təsvir
edən vals sədaları altında, beynindəki hərflərin rəqsindən
30
meydana gələn ifadələr, cümlələrdən ibarət idi. Bu şəhər
Xaçmazdır. Azərbaycanın şimal qapısı. İçindəki qəlbində
gözəl qəlbli insanları birləşdirən sevgi şəhəri, sevgilər
şəhəri. Daha dərinə getsək əfsanələr şəhəri. Bir çox
insanların bura ilə bağlı olduqca gözəl düşüncələri,
eyforiyalı beyin qığılcımları, bəzən də haqqında danışarkən
gözündən axan yaşı var. Bəli. Xaçmaz yayın ən isti vaxtında
burnuna çəkə biləcəyin buz kimi təravətli qoxusu, qışın ən
soyuq çağında əlinə götürdüyün isti bir ürəkdir. Şəhərə
baxanda buna layiq olduğumuzu deyirsən? Əslində həm
yaxşı, həm də pis tərəfi soruşuram. Bu şəhərdə bir sahə
yaratmısınız. Bu sahə naxışlı binalar, sənətkarlar və yazarlar
üçün azadlıq mühitini təmin edir. Söhbətlərin,
müsahibələrin və konsertlərin sonu yoxdur. Şəhərə
verdiyiniz sevgini elə o qədər də ala bilərsinizmi?
Düşünürəəm ki, orada olmalısınız bu suala cavab tapmaq
üçün...
Kaş ki şəhərə nə qədər sevgi verirsən, o qədər də
alırsan kimi bir şey, bir düşüncə var idi ha, o hər zaman
doğru olsun. Amma təəssüf ki, sistem tam da belə işləmir.
Xaçmazda əhəmiyyətli formada müxtəlif cərəyanlara və
mədəniyyətlərə sahib olmaq üçün məhdudiyyət yoxdur.
Şəhərin bir üzü başqa bir əsrarəngiz arxitekturası olan
tikilişlərdən, digər üzləri isə təbiət ilə bir şəhərin vəhdətini
təşkil edən parklardan ibarətdir. Ardını davam edə bilərik.
31
Amma düşünürəm ki, şəhərsalma mədəniyyətində bunlar
əsas amillərdir.
İllər əvvəl dəhşətli bir fırtına şəhəri zəbt edir, bir
neçə binanın damının uçduğu deyilir, bunlar davam
edərkən radiodan canlı olaraq eşidirik ... Sonra fərqli
həyatlar birtəhər görüşür, sürprizi əldən vermədən izah
etməyə çalışaq, sonunda bir araya gəlmirlər. Yoxsa bir
araya gəlmək üçün bir fəlakətə ehtiyacımız var? Xeyr.
Burada fərqli dinlərə mənsub insanlar da mehriban
formada yaşayışa davam edir.
Əslində, personajlar bir araya gəlsə də, kitabdakı hər hansı
bir fəlakət hekayəsində bütün şəhər bir araya gələ bilməz.
Bir bağ, ortaq bir hiss, ortaq bir hədəf tapa bilməsələr bu
mümkün deyil. İnsanlar bundan uzaq. Onları birləşdirən bir
bağ vardır əlbət. Bu bağ şəhərin sakinlərində özünü
həddindən artıq büruzə verən istiqanlılıqdır. Bu bir az işin
mərkəzindədir. Ancaq içimizdə yaratdığımız fəlakətlər
həmişə uydurma fəlakətlərdən daha pis idi. Uydurma
fəlakətlər isə bizə təbiət ananın, hansı ki, şəhərin digər
üzündə yaşayan təbiət ananın işidir. Beləliklə, bir araya
gəlməyimiz üçün sadəcə bir fəlakətdən daha çox şeyə
ehtiyacımız var. Biz ona sahibik. Bu qəlbimizdəki
yaratdığımız fəlakətlərdir.
Açığını deyim ki, kinodakı və komikslərdəki distopiya
əsərlərini sevirəm, amma romanlar söz mövzusu olduğunda
32
nədənsə çox uzağa getmirəm. Utopiya real həyatda
olmayan mükəmməl bir məkan deməkdir. Bu tənha şəhər
də düşünürük ki, real ola bilməz. O qədər möhtəşəmdir ki!
Əlbəttə ki, Xəzərin sahilindəki utopik auroranı,
qırmızı ayı, uçan ulduzları düşünməmək üçün özümü güclə
saxlayıram. Sən çox fövqəladəsən, əziz Xaçmaz!
14 oktyabr 2020
33
“ZAMANIN AMANI”
Velosipedlə tarlanın kənarı boyu irəliləyən yaşlı kişini
görürəm. Şalvarının ətəkləri velosipedin pedalına və çarxına
dolaşmasın deyə onları ipəzor ilə darama çəkmişdi. Havanın
qırmızı vaxtında şırhaşır axan, dağdan gələn buz kimi bulaq
suyunu içmək üçün yavaşladı. Qamışlığın arasında axan
bulaq suyunu ovucuna doldurub ciyəri yanırmış kimi içdi.
Sonra damarları istidən qabarmış əlinin üstü ilə sudan
islananan bığlarını sildi.
Yenə yoluna davam etmək üçün velosipedin tərkinə
atıldı. Velosipedinin yük yerinə yerləşdirdiyi veşlərin bərk
olub-olmadığını yoxladı. Qamışdan hörülən zənbilinin yan
tərəfindən bir şəkil çıxardı və onu öpüb yenidən zənbilin ən
34
dərin yerinə qoydu. Ağır köks ötürdü və bu dəfə istidən
tərləmiş əli ilə gözlərinin yaşını sildi. Qabarlı əlləri ilə alnının
tərini sildi. Birdən-birə daha çox həyəcan keçirdi. Görünür
şəkildəki kimdirsə ona susuzluqdan daha çox əzab verdi.
Bəlkə ölmüş oğlu və ya qızı idi?! Ya da həyat yoldaşı?! Kim
bilir, bəlkə başqa doğması idi. Əslində bir insanın ölümü
hamıya kimliyindən asılı olmayaraq, aidiyyəti olmayaraq acı
və ağır gəlir. Can insanda bir dəfə olur. İnsanın yaradılışdan
bəri bir canı olur. Öldükdən sonra dirilmək isə düşünürəm
ki, fərziyyədir. Amma bu yaşlı qoca hələ də onun öldüyünə
inanmır, öldüyünə inananda həm də diriləcəyinə də inanır.
Bəlkə o qocaya yaxınlaşıb onun kimliyini soruşaq?
Daha doğrusu şəkildəki şəxsin, hansı ki, hər görəndə ona
iztirab verir. Deyirlər ki, insanın ağrısı olanda bütün pis
günləri yadına düşür. Sən xoşbəxt olanda istəyirsən ki, yaxşı
günləri xatırlayıb tost deyəsən...
Gecəniz xeyrə... Sabah bu mövzunu aydınlaşdırmaq
üçün həmin adama yaxınlaşmaq üçün cəsarətimi nə qədər
varsa toplayacağam.
Sabahınız xeyir. Sübhün doğuşunda da dünən
axşamkı qürub qırmızısını xatırladım. Həmin yaşlını da
xatırlamadım deyil.
Odur gəlir yenə. Susayıb. Yenə qamışlığa çatana az
qalmış velosipedi yavaşlatdı. Yenə ovucunu su ilə doldurdu.
35
Suyu içdi. Köks ötürdü. Tanrıya duasını eşitdim. Şükran kişi
imiş həm də. Onu qara kölgə kimi izləyirəm, məni
görməməsi üçün hər dəfə qamışların arxasına keçirəm.
Onsuz da o qədər ahıllaşıb ki, gözləri zəif seçir. Yenə
velosipedinə çatanda zənbildən şəklini çıxarıb köksünə
sıxdı. Şəkildə çox cavan bir oğlan var idi. Hardasa gəncliyinə
yeni ayaq basmış, saçları uzun və səliqəsiz bir cavan oğlan.
Qaşları da çatma idi, həm də qalın.
Bu ki, mənəm! Həmin yaşlı kişinin cavan çağları. Ya o
çox qocalıb, ya da mən gec qocalıram. Zaman fərqi var
arada! Bu uçurumdur! Nə o uşaqlığını, cavanlığını istədiyi
kimi keçirib, nə də mən. İndi isə onun əzabını çəkir.
Amma məni düşündürən bir məsələ var ki, əyər o
varsa mən niyə varam?! Bəlkə belə izah edə bilərəm ki,
mən onun içindəki keçirə bilmədiyi gəncliyiyəm. Atasını
Böyük Vətən Müharibəsində itirmiş, anasına pul
qazanmaqda kömək edən uşaq ikən qocalan o adamın
içindəki gəncliyi.
Həqiqətən də gəncliyinizi heç zaman itirməyin.
Qocalmış bir bədənlə yenidən gənclikdəki kimi dəniz
kənarıyla qaça bilməyəəcksiniz.
28 yanvar 2018
36
“ÇÖRƏYİ AL ÇÖRƏKÇİDƏN...”
- Özünüz haqqında bəhs edə bilərsinizmi?
- “Hə, niyə bəhs eləmirəm?”
- Elə isə buyurun.
- “Adım Mehmandır. Şamaxılıyam. Mənim atam da
Şamaxılıdır, babam da, ulu babam da. Mənə Məşədi
Mehman deyirlər. Məşhəd ziyarətində olmuşam. Elə
dükanımda da oradan gətirdiyim əşyalar var. Müqəddəs
37
torpaqlardan gətirdiyim müqəddəs saydığım şeylər. Onları
da elə müqəddəs sənət olan çörəkçi dükanımda
saxlayıram.”
- Mehman dayı, olarmı ki, mən Sizə belə müraciət edim?
- “Hə, niyə olmur ki, bala. Buyur”
- Görünür ki, yaşınız da çoxdur, Mehman dayı. Neçə ildir bu
işlə məşğulsunuz?
- “35 ildir ki, artıq çörək satmaqla məşğulam, çörək satıram.
Əvvəl başqa yerlərdə də dükanlarımız olub, çörək dükanları.
İndi isə burada satıram.”
- Mən başa düşürəm ki, hər bir işin, peşənin, sənətin
özünəməxsus xırdalıqları, diqqət tələb edən xüsusları olur.
Bəs çörək satmağın hansı xırdalıqları var?
- “Çörək bərəkətdir. Çörəklə ehtiyatla və təmizkarlıqla
davranmaq lazımdır. O vaxt insanlar çörək tapmayıb
yeməyə. Həyətindən bir qoyun kəsib kabab edib yeyiblər,
yenə də doymayıblar çörəksiz yediklərinə görə. Biz
azərbaycanlılar çörəyi hər şeydən üstün tuturuq. Onu duz
ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda
aparırıq. Mən öz ailəmdə bu adətlərə həmişə önəm
verirəm. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və
38
canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içirik.
Kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək
tikəsini qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu,
çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək
xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm
də qüdrətidir.”
(Bu zaman içəri müştəri daxil olur:
- Məşədi, çörək ver iki dənə.
- “Bakı, yoxsa Şamaxı çörəyi?”
- Təndir.
-“Buyur”
- “Hə, davam elə, oğlum”
- Bəs nə vaxtsa pulsuz çörək vermisinizmi kiməsə?
- “Əl tutmaq Əlidən qalıb. Elə vaxt olub rayonumuzda
qonaq olub, pul almamışam. Elə vaxt olub pulu olmayıb,
demişəm qalsın. Nisyəsi olub silmişəm.”
- Mehman dayı, nisyə dəftəri dediniz. Baxa bilərikmi?
39
- “Niyə olmur ki? Bax.”
- Mehman dayı, çörəyi elə çörəkçidən almaq lazımdır. İki
ədəd “Şamaxı çörəyi” verin, zəhmət olmasa
- “Nuş olsun.”
- Bərəkətli olsun, işiniz irəli. Sağ olun!
- “Xeyir apar!”
22 noyabr 2020
40
“QOZ QABIĞI”
Bu kimsəsiz küçələrdə gəzirəm. Elə bil gödəkçəmdə
əllərim cibimdə bir yerə çatacaq. Səhərin erkən saatlarında
hava yalnız işıqlanır, insanlar rahat yataqlarından qalxaraq
səhər yeməyi masasında otururlar.
Bu gecə başımı yastığın üstünə qoymadım, səhərə
qədər neçə fincan kofe içdiyimi hesablamadım. Dünəndən
etibarən işimi kompüterdə bitirməyə çalışdım. Sözlər
dilimin ucuna dəyəndə barmaqlarım tutuldu və yaza
bilmədim. O qədər tez düşünür ki, beynim budaqdan
budağa, hətta ölkədən ölkəyə köçür. Düşüncələrdə səyahət
41
etmək nə qədər asandır! Ancaq əslində belə sürətli
dövriyyə sistemi hələ icad edilməmişdir. Düşüncə tərzimə
çatmaq üçün sizə teleportasiya edilməlidir. (gülüş)
Bir sözlə, bu gecə boş yerə yuxusuz qaldım. İki səhifə
yazmaq üçün bütün gecə gəzdim. Əvvəlcə gözlərim
balkondan şəhərin mərkəzinə və ay peykinə qədər uzandı.
Gecə gölməçədə əks olunan ay işığının parıldamalarına
baxdım. Ay bütün gecəni gölməçənin o tayından keçdi.
Bayquşlar qoz ağaclarında qışqıraraq səyahət etdilər. Mən
də onlara hirsləndim, sanki bu ağacdan o ağaca uçanda bir
şey olacaq! Yaşamaq istədiyiniz qoz ağacında qalın! Pişiklər
də gecələr bağçanı gəzir, sanki hamısı həyat hekayələrində
əskik olanı tamamlamağa çalışır. Gecə sürülər şəklində
uçan yarasalar da var, ağcaqanadlar yoxdur. Qanım şirindir,
on insan, on fərqli ölkədən olan insanlar, dəyirmi masa
ətrafında otursaq, bütün milçəklər ayaqlarımı süzgəcə
çevirəcək və onları dişləyəcəkdir. Bu səbəblə, ey
ağcaqanadlar, bir az gedin və başqalarının qanını dadın!
Gecə hər səsə reaksiya göstərdiyindən itlər gecə
xorla hürürlər. Bir-birləri ilə razılaşdıqları dilə görə
qonşunun iti hürdükdə, on ev aralıdakı digər it cavab verir.
Bəzən elə uzun bir uğultuda qışqırırlar ki, ürəyim sürətlə
döyünür, sanki birinin tezliklə öləcəyini hiss edirəm. Halbuki
mənə yaxın deyillər. Köhnə düşüncəli adamlar köpəklərin
ulamasının yaxşı olmadığını, ölümü qabaqcadan
42
söylədiklərini deyirdilər, bu məlumatlar uzun müddətdir
uşaqlıq problemimdir.
Gecə boyunca külək fit çaldı. Külək və fırtınanın səsi
məni heç vaxt yuxuya getməyimə qoymur. Bəlkə də o
fırtınalı gecədə gölməçənin ortasında bir qoz qabığı kimi
sallanan gəmidə uzun bir səyahətə getməsəydim, bu qorxu
ürəyimə yerləşməzdi. Dalğalar gəminin ölçüsündə idi və o
gecə okean dalğalarının səsi hələ qulaqlarımda qalırdı.
Qorxurdum ki, nəhəng dəmir gəmi Titanik kimi okeana
təslim olacaq. Ancaq gəmi möhkəm idi və fırtınaya dözdü,
məni getdiyim limana gətirdi. O qaranlıq gecədə ürəyim
bulanırdı və titrəmdiyimə görə divarlara tutunaraq özümü
saxlaya bilmirdim. Mən kim idim və düşündüm ki, o
yuxusuz gecədə niyə bu uzun macəra dolu səyahətə
getməyə qərar verdim. Cavab yox idi və nə axtardığımı
bilmirdim. Geridə buraxdığım ölkəmdə, xatirələrim və
qohumlarım qaldı. Heç bir şey əskik deyildi, əslində özümü
uğursuz hesab edirdim, ona görə okeanın o tərəfindəki
ölkəyə getmək və şansımı sınamaq istədim.
Bu yağışlı gecə bu ölkədəki son gecəmdir və bu
gecəni yatmaq istəmirdim. Xatirələrimi yazdığım kitabın
səhərədək son hissəsini bitirməyə çalışdım. Əlbəttə,
həyatda başladığım hər iş kimi, yarımçıq qalacaq və başqa
bir peşə tapardım.
43
Bu, bu ölkədə son səhər idi və güclü yağışa baxmayaraq
gəzirdim. Hər səhər şəhər küçələrində beş kilometr piyada
getmək vərdişim var. Bu səhər yolun bir neçə yüz metrini
bitirən kimi gözlərimdən yağış kimi yaş axmağa başladı.
Nə etdim, niyə özümə və ailəmin yanına getdim və atamın
dəfn mərasiminə çata bilmədim. Mənim üçün nə qədər
ciddi bir vicdan cinayətidir. Amma çata bilmişdim. Dəfnində
iştirak edə bildim. Başqalarına müalicə edərkən öz ailəmi
müalicə edə bilmədim.
Saatlarla kimsəsiz küçələrdə, göl kənarında, tək
yetim kimi ürəyim və bədənimdə gəzdim. Heç vaxt
ağlamadığım kimi ağladım və göz yaşlarım yağışa qarışdı,
yağış göz yaşlarımı yudu. Uzun dəniz səyahəti ilə ümid və
arzularımı itirərək bu ümid diyarından gəldiyim yerə
qayıdıram.
Yağışla gəldim və yağışla qayıdıram. Yağış təbiət üçün
bolluqdur və göz yaşları gözlərin bulaqlarından ümidsizliyi
çıxarır. Sanki təmizlənmişəm və yenidən doğulduğum
ölkəyə qayıdıb evimin pəncərəsindən gölüməçəmə
baxacağam. İnsanın evi ailəsinin yaşadığı torpaqdır
deyirdilər, amma inanmazdım. Köklərimin olduğu yerlərdə
kök salmağa və öz küləyimlə istiqamət tapmağa
çalışacağam. İzsiz küçələrimdə...
29 noyabr 2020
44
“BU MƏNİM ATA SƏNƏTİMDİR”
- Salam, Söhrab.
- Salam.
- Mən səni tanıyıram və elə tanıdığım üçün də sizin dəmirçi
emalatxananızdayam. İstəyirəm ki, izləyicilərimiz də səni
tanısın. Bizə özün haqqında məlumat verə bilərsənmi?
- Əlbəttə ki, məlumat verə bilərəm. Adım Söhrabdır. 19
yaşın içindəyəm. Orta-ixtisas təhsili alıram. İxtisasım
“Maliyyə işi”dir. Təhsilimi bitirdikdən sonra ixtisasım üzrə
45
çalışmağa, təhsilimi davam etdirməyə cəhd edəcəyəm. Bu
sahə isə nə mənim ixtisasıma aiddir, nə də hobbimdir. Bu
ata sənətimdir. Hətta ulu babalarımın da sənətidir.
- Neçə ildir ki, bu sənətin bilik və bacarıqlarına yiyələnirsən?
Daha doğrusu desəm görürəm ki, artıq yiyələnmisən.
(Söhrab samovar üçün dudkeş hazırlayır)
- Artıq 3-4 il olar ki, bu sənətlə məşğulam. Şamaxı
mədəniyyət, təhsil, elm mərkəzi olub ölkəmizin və indi də
elədir. Bu da bir elmdir, bir dəryadır. Sənətkarlıq bizim
zonaya xas xüsusiyyətdir. Bizim ailəmiz 30 ildir ki, Şamaxıda
yaşayır. Bu müddət ərzində bu işlə məşğul olmuşuq. Mənim
atam da, babam Nağı da, onun atası Seyfalı baba da
dəmirçi olub, misgərliklə məşğul olublar.
- Əsliniz haradandır, Söhrab?
- Əslimiz İsmayıllının Lahıc qəsəbəsindəndir. Oradan gəlir
bu bacarıq. Yəqin Sizə də məlumdur ki, Lahıc sənətkarlıq
mərkəzlərindən biridir Azərbaycanın. Müxtəlif sənətkarlıq
sahələri ilə məşğul olan insanlar yaşayır orada. Lahıc
sənətkarlarının ustalığı Azərbaycan xalqının dekorativ-
tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən
bəhrələnir. Lahıc təkcə özünəməxsus memarlıq və adət-
ənənləri ilə məşhur deyil , həm də öz gözəlliyi və unikallığı
46
ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə
tanınır. Burada 127-yə yaxın sahəsi inkişaf etmiş
sənətkarlığı qeyd etmək lazımdır. XIX əsrin ortalarında
Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı
vardı. Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini
davam etdirməkdədirlər. Düzdür , həmin sənət növlərinin
bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq , dəmirçilik,
bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ
yaşadılır.
- Bəli, elədir, Söhrab. Hətta məlumat verim ki, Azərbaycan
dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları
vergilərdən tam azad edib. Dəyərli vaxtını bizə ayırdığın
üçün çox sağ ol, Söhrab. Xoş idi müsahibim olman.
Müsahibə zamanı da bizə öz bacarığını göstərərək samovar
üçün boru – dudkeş hazırladın. Yorulmayasan!
- Mən də müsahibə üçün Sizə təşəkkür edirəm. Sağ olun!
26 noyabr 2020
47
“ŞAMAXI”
Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
"Fransız" filmində
tərcüməçi obrazı
yadınızdadır? Ucal
Haqverdiyev. Məşhur
rəssam olub. 2004 cü
ildə 44 yaşında vəfat
edib.
"Rəssam yaşayır, onun
sənəti yaşayırsa, sənət
də yaşayır, o qorunursa”.
O qəfildən getdi, 2004-cü ilin 18 dekabrında ürəyi
dayandı, onun cəmi 44 yaşı vardı. Ucalın xanımı Elena
Haqverdiyeva da istedadlı rəssamdır, keçən il "Qız Qalası”
48
qalereyasında onun gözəl qadınlarından ibarət olan sərgisi
keçirilib. Statusun qoşmasındakı ikinci şəkildə məhz Yelena
Haqverdiyevanın metal əşyalardan hazırladığı möhtəşəm
əsəri görə bilərsiniz. Mən isə sadəcə onun yanından ötürəm
və bir baxışla bu əsərə aşiq oluram. Sənət eşqinin gözü isə
kordur.
Payız da gəldi. Hələ
yolda olarkən gördüm payızı.
Yol qırağındakı yarpaqlarını
tökmüş ağaclar mənə payızdan
xəbər verirdi. Amma builki
payızı mən Şamaxıda daha
yaxşı gördüm. Əsl payız
şəhəridir Şamaxı!
22 noyabr 2020
49
KİTABDAKILAR:
Sökülən ilmələr . . . . . . . . . . . . . . . . . . . . . . 3
Dodaqda güllər açan söz . . . . . . . . . . . . . . . . . . 5
Dağlar neylədin? . . . . . . . . . . . . . . . . . . . . . 10
Hamınıza sevgi . . . . . . . . . . . . . . . . . . . . . .13
Pərvaz küçəsi . . . . . . . . . . . . . . . . . . . . . . .19
Metonimiya . . . . . . . . . . . . . . . . . . . . . . . 24
Qayıtmaq . . . . . . . . . . . . . . . . . . . . . . . . 27
Əfsanələr paytaxtı . . . . . . . . . . . . . . . . . . . . . 29
Zamanın amanı . . . . . . . . . . . . . . . . . . . . . .33
Çörəyi al çörəkçidən (müsahibə) . . . . . . . . . . . . . . 37
Qoz qabığı . . . . . . . . . . . . . . . . . . . . . . . .41
Bu mənim ata sənətimdir (müsahibə) . . . . . . . . . . . . .45
Şamaxı . . . . . . . . . . . . . . . . . . . . . . . . . .48
50
ÜLVİ TOFİQ
“ÖZ GÜNƏŞİNİ YARAT”
“SEYİD ƏZİM ŞİRVANİ”
REDAKSİYASI
ŞAMAXI - 2020
51
Buraxılışa məsul: Pərvanə İsmayılova
Texniki redaktor: Fatimə Əşrəfli
Kompüter səhifələyici: Rəna Həmidova
Korrektor: Əsmər Seyidxanova
Rəssam: Səbinə Yusufova
52
Yığılmağa verilmişdir 30.11.2020.
Kitab “Seyid Əzim Şirvani” Redaksiyasının mətbəəsində
çap olunmuşdur.
Şamaxı şəhəri
Tirajı: 50, Sifariş 20

More Related Content

Featured

Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 

Featured (20)

AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 

Öz günəşini yarat - Ülvi Tofiq - kitab (PDF)

  • 3. 2 Müəlliflik hüquqları qorunur. Bu kitabın heç bir hissəsi hər hansı bir şəkildə, kopyalama və ya hər hansı bir elektron və ya mexaniki vasitə ilə, məlumat saxlama və ya axtarış sistemləri daxil olmaqla, hər iki müəllif hüququndan - bu kitabın sahibi və naşirindən yazılı icazə olmadan çıxarıla bilməz ÖZ GÜNƏŞİNİ YARAT Ülvi Tofiqin seçilmiş məqalələrindən ibarət kitab Buraxılış B1-2020 “Seyid Əzim Şirvani” Redaksiyasının mətbəəsində çap olunmuşdur. www.seyidazimshirvani.wordpress.com
  • 4. 3 “SÖKÜLƏN İLMƏLƏR” (Anamın əziz xatirəsinə) Bir gün arzularıma çatdığımı düşünəndə havalara uçuram. Nə gözəl hisdir bu,düşünə bilmirsən. Sanki sən özündə olmursan, arzunu yaşayırsan. Bu o arzudurki, o səni yaşadır. Bu o arzudur ki, səni var edir, var olmağa həvəsləndirir. Təzadlı həyatında pak, rəngarəng düşüncələr bəxş edir sənə. Sən sevgisən, sən ağlımın ən əvvəlindəki unudulmaq təhlükəsində olan fikirsən. Sən səssən. O səs ki, ürəyinin səsindən daha yaxındır sənə. Sənə həyatını xatırladır, yaşadığını xatırladır. Səni daim yaşamağa sövq edir. Yaxşı insan olmayınca o səs səndən əl çəkməz, bir külək kimi qulaqlarının sevyavından
  • 5. 4 sürtünərək keçər, aparar səni evinizin eyvanına. Kimsəsiz qalanda eyvanda yerdə anan toxuyan xalçanın divarla bitişən hissəsində oturub, köhnələrək çırılmış hissəsinə fikrin gedər… O cırılan hissədə sökülmüş ilmələr göz nurudur. Ananın “Beş cərgə də toxuyum, bu günlük bəsdir” səsini eşidərsən. Bəlkə də anan bu xalçanı cehizlik əşyası üçün toxumamışdı. Bəlkə də anan bu xalçanı çox kasıb olan ailəsinə toy xərcləri ilə yük olmamaq üçün satmağı nəzərdə tutaraq toxuyurdu. Nə bilmək olar axı?! Heyfislənmə, o vaxtı ananın beynində sən yox idin. Ananın beynində öz ana-atası var idi. Çox güman onları düşünürdü… Bax, sənin həyatından da o sökülən ilmələr kimi günlər, aylar, qərinələr keçəcək. Yuxudan ayılanda arzuna çatmadığını görəndə ürəyin bum-buz olacaq. “Ay, aman!!! Ömrümüz bitdi” deyəcəksən. Qanın damarda donacaq. Damarlarından buzlu su axacaq, dörd bir tərəfini təlaş saranda hər şeyi anlayacaqsan. Bəlkə də gec olmayacaq, amma, arzunu həyata keçirməyə gücün yetməyəcək. Bəli, düz eşitdin. Gücünün yetməməyi gecikməyinə nişanədir, xülasə sən arzuna çatmadıqca sən olmayacaqsan. Anan gələcəyi üçün gözünün nurunu yox etdi, xalça toxudu ki, sən dünyaya gələsən. Sən xoşbəxt olmadıqca ananın əziyyəti puç olur…
  • 6. 5 Çalış həyatının ilmələri sökülməmiş, nəsə edəsən. 09 Oktyabr 2018 “DODAQDA GÜLLƏR AÇAN SÖZ...” Düşüncələr sözlə qurulur. Sözlər insanların təcrübələrini həyata keçirən məna daşıyıcısıdır. Sözlər insan beynində təəssürat yaradaraq yol göstərir. Ağıl və hərəkətlər isə təəssüratı - bu mənzərəni canlandırır. Gündəlik həyatda istifadə etdiyiniz sözləri dəyişdirərək həyatınızı dəyişə biləcəyinizə inanırsınız? Ancaq belədir. Çünki sözlər düşündüyünüzdən daha güclüdür. Sözlərinizi dəyişdirəndə, dünyanızın dəyişdiyini hiss edirsinizArximed deyirdi ki, “Mənə bir dayaq nöqtəsi ver, qoy dünyanı yerindən tərpədim". İnsanın da gündəlik həyatda işlətdiyi yeni sözlər onun dünyasının başqa cür fırlanmasına xidmət edən nəsnə ola bilər.
  • 7. 6 Sözlər ağızdan çıxdıqda işıq sürəti ilə hərəkət edən varlıqlardır. Bir kəlmə çəkib sizi başqa aləmlərə aparır. Sözlərin gücünü öyrənmək istəyirsinizsə, həbsxanadakı məhkumların sözlərinə qulaq asın. Onların beyinlərindən keçirdikləri bir söz, bir fikir illərlə orada qalmalarına səbəb olur! Məlumdur ki, qorxulu yalanlar və ən vacib faktlar həmişə sözlə deyilir. Adamı buna təşviq edən və səfərbər edən, eyni zamanda mıx kimi yerinizə yapışdıran sözlərdir. Sizi gizlədir və ya açıq şəkildə ortaya qoyur. Ürəyin ən dərin hissəsində gizlənmiş sözlər var, hansı ki, onlarla yan-yana gələndə hündürlüyü səndən daha çox olacaqdır. Bəzi sözlər isə ən böyük səltənət sahibinin gücünə bərabərdir. Sözlər müharibəni kəsir və ya savaş başladır. Necə deyərlər: Söz vardır, kəsdirər başı, Söz vardır, kəsər savaşı, Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir söz. Sözünü yaxşı bişirgil, Yaxşı us ilə düşürgil, Yaramazını şaşırgil, Canına оlur dağ bir söz. Elə bu zəhəri bal edən sözlərdir. Sözlərin lüğətdəki gücü, yazıda gücü və dillərdəki – danışıqdakı gücü fərqlidir. Buna görə sözləri diqqətlə
  • 8. 7 istifadə etmək lazımdır. Bıçaq qəssabın əlində, qatilin əlində fərqli təsir göstərir. Mətbəxdə ayrıca təsir. İstifadə etdiyiniz sözlərlə ruhunuzu ovunduraraq dinclik verə bilərsiniz və ya onları bir ömür boyu davam edəcək dərin bir yaraya çevirə bilərsiniz. Sözlər həm şəfalı, həm də zərərli ola bilər. Dünyanı xilas edə biləcək sözlər dünyanı qəfil qaranlıqla.dıra bilər. Bəzən yay yağışı kimi hiss olunur, bəzən yay istisi kimi mübarizə aparır. Bunlar düşüncələri dəyişdirən, onları sevən və nifrət edən sözlərdir. Gülüş zamanı sözlər daim arxa plandadır. “Ha-ha-ha!”. Sözlər yaxşı dostdur. Onsuz dərdini yoldaşına necə izah etmək olar?! Yalnızlıqdan necə qurtarmaq olar? Söz də sevgi kimidir, nakam şairimiz Mikayıl Müşviqin şeirindən bir misra çıxarsaq deyərik ki, “Söz vardır ki, dodaqlarda açar güllərini, Söz vardır ki, oxudur qəlbidə bülbüllərini” Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. Sevgi vardır ki, düşər yerlərə daim sürünür, Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. Sevgi vardır ki, bahardan bizə güllər gətirir
  • 9. 8 İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var. Sözlərin gücünü bilmədən insanların gücünü başa düşmək olmur. Çünki sözlər ağıldakı hədlərin müəyyənedicisidir. İnsana sərhədlər qoyan, azad edən və yüksəkliklərə qaldıran Sözdür! Riyaziyyat dərsində müəllim lövhədə dərsin mövzusuna uyğun "həll etmək mümkün deyil" deyə iki sual yazır və dərs başa çatır. Arxa sıralarda yatan bir tələbə oyandıqda, hamı sinifdən çıxır. Lövhədə ev tapşırıqları suallarını düşünən tələbə sualları dərhal notebooka yazır. Ertəsi gün o müəlliminə dedi: “Müəllimim, verdiyiniz suallar çox çətin idi; Uzun müddət çalışdım, amma birini həll edə bildim "dedi. '' Müəllim inana bilmir, amma dəftərinə baxanda uşağın həqiqətən sualı həll etdiyini görür. Əyər uşaq “Həll etmək
  • 10. 9 mümkün deyil!” sözünü eşitsəydi fikirlərə qapanıb onu həll etməyəcəkdi. Sözlərinizi həyatınıza qatmadan əvvəl dayanmalı və düşünməli, bir zərgərin incəliyi kimi həssas olmalı və diqqətli olmalısınız. Çünki sözlər öz dəyərini bilənlər üçün bir incidir. Bu dəyəri eşidən kimi bir anın içində özünü buludların üstündə görə bilərsiniz. Müharibəyə və ya sülhə addım ata bilərsiniz. Buna görə diqqətlə düşünün, seçim sizin ixtiyarınızdadır. Bir sözünüzü həyatınıza talisman edin və düzgün insan olun. 27 iyul 2020
  • 11. 10 DAĞLAR, NEYLƏDİN? (Fəridə Cəbrayılın əziz xatirəsinə) Sən nəyi daşıya bilərsən ki, ey qəlb? O qədər dərdin yerləşməsinə görə gərək yüz adamın köksünü kiralayaq. Bəlkə nə zamansa azalar deyə dərdi qaldırırıq çiyinlərimizə, belimizi sındırırıq. Dərdimizin sınmasına çox var hələ... Bax o uzaqdan gördüyün ağ gəlinlik geyinmiş uca dağlardır. Elə bilirsiniz o dağların dərdi yoxdur? Onların da elə dağ boyda, özləri boyda dərdləri var. Əslində göyləri dələn bu dağlara “göydələn” adı verilməli idi. Səma da müqəddəs məfhumdur. Səmada yol açmı. buludlar dəmyə ilə məşğul olan adamlar üçün göydəndüşmə olur. Elə sözün əsl mənasında göydəndüşmə.
  • 12. 11 Kənd adamı möhkəm olur. Bu dağların adamı olur elə. Əsl dağ adamı. Alma kimi yanaqları olan, eynən cırhacır kimi uşaqlar da buralarda yaşayır. Beş mil ilə nənələrinin toxuduğu corablar bu uşaqlara çox yaraşır. Onların ayaqlarını elə isti tutur ki, bu balaca dağ adamları şaxta nədir bilmirlər... Amma şaxtanın nə olduğunu dağçılar gözəl bilir. Dağ adamı ilə dağçılar fərqli olurlar. Onlar ən keçilməz yollarla, hətta yol olmayan yollarla paklanmaq istəyirlər. Dağlara dırmanırlar. Onlar dağları çox sevir, çünki bu dağlar olnara zirvələr bəxş edir. Həm əlverişsiz havalar, həm ayaq əzələlərini gərən uzun yürüşlər, həm də dekadans yaşadan mənzərələr onlar üçün zirvə sevdasından əl çəkməyə bəhanə deyil. Ayağı sürüşsə də, üzü üstə buz qırıntılarının üstünə yıxılsalar da onlar yalnız irəli baxırlar. Geriyə isə ancaq dağçı yoldaşlarına kömək üçün baxırlar. Naxış-naxış üzü kəsən sərt küləklər qaya kimi bu küləklərə davamlı üzə heç nə edə bilməz. Yolçu yolunda gərək, dağa da dağçı bələddir. Amma bəzən sevdasından işıqına axışdığımız bu zirvələr bizdən ən doğmalarımızı da ala bilir. Dağların xasiyyəti çox ağırdır. Daşıdıqları dərdlər, yüklər qədər ağır. Elə bilirsiniz dağlar özü qəsdən onlara güvənərək yola çıxan kəslərin ömrünün axırına çıxır?! Əsla...
  • 13. 12 Ömür şansını bircə dəfə qazanan insanlar nə qədər yüksək dəyərə - həyata sahib olduqlarını anlamaq üçün gərək dağ olsunlar. Dağlar çox gözəl bilir həyatın bir andaca necə itə biləcəyini. Dağlarda həlak olan insanlar həmişə o dağlarda yaşayırlar. O zirvələr öldürücü olduqları qədər də himayəkardırlar. İtirdiklərimizi sonsuza qədər himayə edirlər, onların ruhları isə yürüş edən digər dağçılara yol göstərər. Dağların arası ilə axan o küləklərin istiqamətindən səmtlərini müəyyən edənlər bilirlər ki, o külək deyil. O küləklər buraların əbədi sakinləridir. Zirvələri fəth etmiş qəlblərinin içində isə dağlar qədər ağır ağrılar daşıyarlar. Bu səbəb minlərlə insanın ürəklərinə dağ çəkib. Şaxtadan daha çox sızladır onların üzlərini. 15 oktyabr 2018
  • 14. 13 “HAMINIZA SEVGİ” Bilirsiniz, həyatın bütün məsuliyyətini ən çətin dövrlərdə boynumuza götürdüyümüz, özümüzdən tamamilə çevik bir hərəkətlə o biri sahilə atdığımız tale, günahkar mən deyiləm, sən də deyil, biz də deyilik və bütün cinayətin ona aid olduğunu söyləyirik; Bilirsiniz, məşhur bir mahnı da var. Budur mən o taledən danışıram. Ona yeni bir ad verdim. Tale mənə çox kədərli görünür. İndi yeni əsrə uyğunlaşmaq və daha da müsbət hala gətirmək üçün onu “bədii ədəbiyyat' adlandırıram.
  • 15. 14 Bu sonsuz dövr fantastikasını anlamağa çalışmaq qısaca həyat adlanır. Yeni açıqlama ilə yaşama müddəti. Əslində, bütün quruluşlar bu uydurmanı anlamaq üçün mövcud olub. Bütün dinlərin, uzaq şərq fəlsəfələrinin, Budda, yoga, bütün naməlum öz-özünü axtarma əziyyətlərinin məqsədi bu uydurmanı və onun yaradıcısını anlamaqdır. Bəzən təmiz, saf, naməlum, sakitcə yaşayırsan. Növbəti anı bilmədən davam edirsən. Heç bir qavrayış, heç bir səs bədii ədəbiyyatdan gəlmir, amma həyatına elə bir şey gəlir ki, elə bil ki, oxuduğun kitabın içindəsən. Yox kitab oxumursan. Kitab səni öz içinə yazır. Bilmirsən, qoxusu da gəlmir, sadəcə başına gəlir və yaşayırsan. Hələ dalğasız sular növbəti fırtınanın xəbərçisi olur. Bir gecə qatarda gedirsən və Xaçmaza gecə yarısı çatırsan. Amma yatmısan. Oyanıb görürsən ki, 2 stansiya keçmisən. Yenə yatırsan və gecənin bir aləmində heç vaxt olmadığın bir stansiyada düşürsən. - “Qusarçay stansiyası” Dayan, axı mən bu stansiyanı tanıyıram. Buralarda da olmuşam. Bir vaxt atamla bu stansiyadan qatara minirdik. Qatar mükəmməl görüntüsü olan Xaçmaz meşələrinin içi ilə irəliləyirdi. Bu relslər, betonlar mənə tanışdır. Havasnı da xatırlayıram. “Təkvaqon”un işığını görə bilmirəm indi. Atam
  • 16. 15 həmişə mənə göstərirdi ki, bax “elektriçka” gəlir. Sevinirdim. Soyuq olurdu 8-dən sonra axşamlar o tərəflər. Vaqonun içi də soyuq olurdu. İndi yeni vaqonlarda istilik sistemi var. Ayaqlarımı soyuq olanda söykəyirəm, amma çox söykəyib yatanda yanan dizlərinin fəryadına oyanırsan. *** Ani qəzaların hamısı hamımıza təsir edir. Çünki qəfildəndirlər, yəni planlaşdırılmamış, planlaşdırılmamış dəyişikliklərə səbəb olurlar və kədərli və qorxunc və fərqli olurlar. Səbəblər hər qəzadan sonra aydınlaşır. Artıq atam yoxdur və o xatirələr də yoxdur. Nəinki xatirələr, heç o ab- hava da yoxdur. Bəlkə sabah bu gün də qalmayacaq. Səbəblər və günahkarlar. Səbəbləri və məqsədləri. Tapıla bilməyən səbəblər və nəticələr. Davamlı tapmaq yolları həmişə qapalı bir qapının önündə bitər. Uydurma! Çünki belə yazılmışdı, o insanların uydurması. Əlbəttə, bütün varlığın bir səbəbi var, amma nəticəni
  • 17. 16 özümüz üçün tapa bilmirik. Bütün ağrılı, travmatik qəzalar dərinləşəndə bəzən imtina edirik, bəzən dalırıq ... amma nəticə yoxdur. Qəribə deyilmi? Necə bir şey edə bilməz? Əslində bir çox şeyi etmək gücünə sahib olsa da, uydurma ilə qarışıqdır. Sevgi qarşısında sevgidən başqa düşüncələri qəbul etmək çox çətindir. * * * “Qatar qəzası”ndan sonra xəbərləri dinləməkdə tərəddüd etdim. İlk anların olmadığını düşündüm. Sonra bu aldadıcılığı dedim, sonra bu uydurma ilə məşğul olanları, iştirak edənlərin bəyənmələrini, səbəblərini düşündüm, amma ... Bağlı fantastika qapısına gəldim, özümü bu yazı üçün yazıçı tapdım. Bu uydurmadır, hər zaman bəziləri üçün sakit bir oyun hazırlayır, amma möhkəm bir səbəblə. Qəribə olan bu oyunları seçməyimizdir. Seçirik, amma bilmirik. Yadda saxlamaq bunun üçün vacibdir. Həyat axan kimi detallarını yaxşı nəfəs almanız lazımdır Çünki detallar bizim üçün bir ipucudur.
  • 18. 17 * * * Hər şeyin arxasında bir məqsəd olduğunu başa düşdüm. Görünən və görünməyən hər şeyin bir səbəbi, bir qarşılığı var. Bu səbəblər bizi təşkil edir. Etiraz etsək də, qəbul etsək də, bu fantastika həmişə olur. Dövrə fırlanır. Kədər və ya gülüş, hətta hər duyğunun bir səbəbi var. Bir sözlə, bütün bu səbəblərə görə hər birimiz həyat qururuq. Həyatın hər fərqli üzü zaman keçdikcə bizə tərəf çevrilir və o an yaşamalı olduğumuzu yaşayırıq. Qəbul edin, lakin təslim olmayın. Hər yeni hadisə bizə bir şeyi xatırlatmaqdır. Unutmamalı olduğunuz hər şey sevgidir. O zaman biz fantastika əleyhinə olduğumuz gerçəkik. Çünki sevgi hər zaman ən güclü enerjidir. * * * Bəziləri üçün qəfil ağrı, bəziləri üçün qəfil sevinc, bəziləri üçün susqunluq, kimlər üçün çoxsəsli, kimlərsə bolluq, kimlərsə aclıq ... Biz hər cür duyğu və seçim ilə uydurma içindəyik. Bu həyatdır.
  • 19. 18 Ediləcək tək şey, nə olursa olsun sevməyi dayandır- mamaqdır. Səbir, hamınıza sevgi ... Sevginiz sizin uydurmanız olsun ... 25 oktyabr 2020
  • 20. 19 “PƏRVAZ KÜÇƏSİ” Bir axşam taksidən düşüb Parisdə... Əlimi pəncərədən çölə çıxarıram, pəncərədə nə bir fincan çay, nə Stefan Zveiqin kitabı, nə də anamın işdən evə gələndə aldığı dadlı kökələr var. Pişik də ayaqlarıma dolanıb mırıldanmır. Bu pəncərə bir başqa pəncərədir. Qəm pəncərəsi də deyil. Heç bu pəncərədən aş da gəlmir. Küləklə “Mersedes”in üz-üzə gəlməsi ilə, havanın ütülü köynəyimin qolunun ağzından köynəyin içinə dolması bir olur. Elə fərahlıq verir ki, insana. Bu arada fərahlığı hiss
  • 21. 20 etmək də gözəl hissdir. İnsan övladı da elə dünyada o gözəl hisslərə, xoşbəxtliyə çatmaq üçün vuruşur. Küləklə vuruşur. Elə anam da küləklə vuruşur. Qışda küləyin kiçik sürprizləri də olur. Qar anamın ağarmış saçlarını daha da ağ edir. Anası olmaq gözəl hissdir eləmi? Bəs axı bu gözəl hissi yaşamaq üçün vuruşmamışıq axı?! Elə doğulan andan etibarən anamıza sahib olmuşuq. Elə o da bizə sahib olub. Övladı olmaq, onu böyütmək, əzizləmək də gözəl hissdir. Xoşbəxtçilikdir... Daha bir xoşbəxtçiliyi də anlatmaq istəyirəm. Əslində xoşbəxtçilik adamın boğazında düyünlənib qalmalıdır. Onu anlatmaq olmur. O qədər düyünlənir ki, gərək yüz adama deyəsən ki, boğazındakı düyün açılsın. Amma illərdir elə arzun olur ki, düşünmək belə sənə fərahlıq bəxş edir. Dedik axı fərahlığı hiss etmək özü də gözəl hissdir. İllərdir bir qadının sevgiyə ehtiyacı olması onu həyata dalğalar qayalara çırpılan kimi bağlayır. Sərt dalğalar ona çırpılsa da qayalar dalğalara dözür. Sənin verdiyin sevginin əvəzini hiss etməsə də əzab çəkmir. Əksinə hər gün günəş işıqlarının isitdiyi həmin qayalar kimi gündəlik qarşılaşdığın cüzi mehribanlıqdan xoşbəxt olurdu. Zənnincə o xoşbəxtçilik anlarını yaşamadan ölməyəcəkdi. Uzaqdan izlədiyi şəhərin nizamlı işıqlarına baxıb xəyala dalırdı. Daha bir xoşbəxtliyi izah edimmi? Xoşbəxtçiliyini yüz adama çatdırmaq üçün qışqırmaq. Yeni çəkilən asfaltın tən ortası ilə azadlığımızın dadını çıxararaq bir insanla üzü şəhərə
  • 22. 21 gedirdik. Zarafatlarımızın həddi-hüdudu yox idi.O qədər qəh- qəhə ilə hırıldayırdıq ki, yolun digər kənarındakılar bizə heyranca baxırdılar. Az qalsın üzümüzə güləcəkdilər. Utanmasalar niyə güldüyümüzü soruşacaq idilər. Biz nəyə gülürük, niyə gülürük? Tanrı cəzamızı verməsin, inanılmaz xoşbəxt oluruq “hırıldayanda”. Gülüşümüzün əskik olmaması üçün nələr vermirik? Alçaq insanların pisliklərini belə unuduruq, hətta pis insanların özlərini belə unuduruq. İnsan nə qədər zalım olsun ki, kiminsə xoşbəxtliyini əlindən alsın, bunu saxlasın?! *** Xülasə yolla gedirdik. Öz özümüzə düşünürdük ki, əlimizdəki bağlamanın içindəki klon paltarlarını geyinsək uşaqları sevindirə bilərik. Özümüzü yox ha, uşaqları sevindiririk. Başqa bir insanın övladını, özümüzün yox. Guya biz xoşbəxtmi oluruq kimsə xoşbəxt olanda? Bəlkə də oluruq. Hava da bizi xoşbəxt edə bilir. Pəncərənin dünyaya tərəf olan hissəsində artıq yağış damlalarının olduğunu gördünsə deməli payız gəlib. Hələ kitab oxuyarkən ayağını adyala bükdünsə deməli lap çay içməyin mövsümü başlayıb. Düzdür, bizim ailəmiz üçün çayın mövsümü yoxdur, amma, çay məhz payız fəslində dadlı olur. Ələxsus,içinə mərzəpurna və mixək qatılıbsa.
  • 23. 22 Qəndi çaya batır qoy dilinin ütünə, çaydan da qurtumla. Bunun verdiyi o gözəl hissi – həzzi yaşamaq öz əlinizdədir. Yaşamaq da öz əlinizdədir,ölmək də. İnsan nə vaxt ölür? Sevməyəndə ölür.Çayı sevirsənsə yaşayırsan deməkdir. Çayı içirsənsə yaşadığın həyatdan zövq alırsan deməkdir. Çay əlini yandırırsa demək ki, həyatın keçməkeşinə dözürsən. Çayı nəlbəkidə soyudursansa həyatının dadını qaçırırsan. Dəmiri isti-isti döyürlərsə deməli çayı da isti-isti içmək lazımdır. Elə həyatı da vaxtında dərk etmək, qartal kimi uçmağa cəhd göstərmək lazımdır... Bilmirəm.. Təbəssümü hardan tapdım, Yaman xoşbəxt olmuşdum. Gülmüşdüm, Sevinmişdim, Cilddən cildə düşmüsdüm. Yamanca isti olan, Xoşbəxtlik küçəsində, Yamanca üşümüşdüm… Azca külək var idi, Sonra artdı şiddəti..! Xoşbəxtliyimi məndən Məni ondan ayırdı. Ordacada bir anlıq, Dilim lal, Qulaqlarım karıydı…
  • 24. 23 Heç nə deyə bilmədim… Dinə bilmədim, Susdum, Qışqırmaq istədim. Qışqırdım, Və birdən, Yuxudan ayıldım… Ehh… 19 oktyabr 2018
  • 25. 24 “METONİMİYA” Kitablar müxtəlif mövzularda və janrlarda yazılır. Binalar müxtəlif səbəblərdən tikilir; xarici forma və daxili tərtibat, həmçinin istifadə olunan materiallar və bəzək tərzi hamısı analitik ev alıcısını – həmin şəxsi diqqətlə "oxumağa" dəvət edir. Bir əsərin, istər ədəbiyyatdan, istərsə də memarlıqdan asılı olmayaraq, istər mexaniki baxımından, istərsə də ictimai və tarixi baxımdan çox fərqli fərqli oxunuşları var. Eyni əsər eyni şəkildə qəbul edilmədi, eyni mənada səsləndirilmədi, hər müxtəlif əsrdə eyni çərçivələrlə "anlaşılmadı". “Əsər” və “əsr” anlayışları! Bir binanın niyə yıxılmadığını izah edən mühəndis, onu quran
  • 26. 25 cəmiyyət haqqında şərh verən tarixçinin söylədiyi və insanları bir binanı nə üçün gözəl gördüklərini izah edə biləcəyi çox fərqli bir anlayışlar var. Uzaq keçmişdən qalan binaların vəziyyətində oxuyanlar daha mürəkkəbləşir, çünki inşaatçıların qurduğu kimi qəbul etdikləri məna və erkən cavabları idarə edən işarələr, çox güman ki, əsrlər boyu davam gətirməmişdir. Yeni qavrayışlar, yeni qiymətləndirmələr, digər həssaslıqlar təkcə mövcud olanlara deyil, həm də mövcud olanların qorunub dəyişdirildiyi və bu gün qavranılması yollarına təsir göstərəcəkdir. İnqilablar və fəlakətlər də çox görünən silinmələr buraxacaqdır. Binanın tikilişi ilə bir əsərin yazılması zamanı və bu prosesi eyniləşdirmək olar. Binanın içi nə qədər gözoxşayan, rahat və mütəşəkkil üslubda tikilsə də onun fasadı, yəni üz qabığı gözəgəlimli olmasa biz o binanı “oxumayacağıq!” Qəbul edilə bilən bir sistem və ya nizam olmadığı təqdirdə kitabın insanlara verdiyi məna anlaşıla bilməz, çünki sistem olmadan əsərdə məna səlahiyyətləri iyerarxiyası ola bilməz. Bu bütün sahələrdə belədir. Əyər qonaq otağına hamam vannası qoysaq o evdə yaşamaq mənasız olar. Bu ancaq milyonda bir insan üçün maraqlı olar və o evi milyonda bir insan alar və orada yaşayar.
  • 27. 26 Əsərdə də belədir. Xüsusi beyin təfəkkürü ilə yazılmış bir nağılı ancaq həmin qonaq otağında hamam vannası olan insan alıb oxuyacaq. Bu həm o memarın, həm də yazıçının xüsusi beyin düşüncəsinin daha az adam üçün maraqlı olan məhsulunu eyniləşdirir. 24 iyul 2020
  • 28. 27 “QAYITMAQ” Yenidən ibtidai məktəbin birinci sinfinə getmişdim. İlk dəfə oturduğum məktəb masasını görüb stula oturdum. Bu gün yenidən məktəb yoldaşlarımla görüşməyimi arzulayıram. Əlifbanı yenidən oxumağı və yazmağı öyrənsəydim. Həyatımın ən şirin anlarını yaşaya və duyğularını hiss edə bilsəydim ... Ah! Böyük xəyallar! Kaş belə olsaydı, çox şey edərdim, çox şeyi düzəldirdim. Etdiyim səhvləri heç vaxt təkrar etməzdim. Dostlarımı və müəllimlərimi əsla əsəbiləşdirməzdim. Etdiyim və etdiyim pis əməlləri geri alaram və əvəzinə yaxşı əməlləri edərdim. İllərdir tuta bilmədiyim hər şeyi öz vaxtımda edərdim ...
  • 29. 28 Bir sözlə, həyatım üçün müsbət işlər görəcəkdim. Ancaq bir şeyi bilmək istəyirəm. Yuxarıdakı "istəklərim" reallaşsaydı, indiki həyatım da dəyişərdimi? Dəyişəcəyini düşünürəm. Çünki həyat axın kimidir. Su axdığı yerdə yaşıllıq olur. Suyun yolunu dəyişdirsək, digər yerlər yaşıl olacaq və köhnə yerdəki bitkilər quruyacaq. Həyatda da eynidir. Bəlkə geri qayıtsam və səhvlərimi düzəltsəm, indiki həyatımı dəyişdirə bilərdim. Dostlarımla görüşə bilməyəcəkdim. Həyatım indiki kimi olmazdı, bəlkə çox fərqli olardı ... Ancaq həyatıma və etdiyimə görə peşman deyiləm. Əksinə, çox məmnunam. Yəni mənim həyatım belə quruldu. Dəyişmək və ya düzəltmək istəmirəm. Çünki peşman olduğum şeyləri düzəltsəm də, başqa şeylərə görə peşman ola bilərdim. Səhvən bir şey öyrənirik. Səhv etməklə "tamam", "yox", "sərbəst", "qadağan" sözlərinin mənalarını başa düşə bilərik. Səhvlər edərək lazımi təcrübələri toplayırıq. Düşünürəm ki, həmişə "faktların" həyatımızda gerçək qalmasını arzulayırıq. 29 noyabr 2020
  • 30. 29 “ƏFSANƏLƏR PAYTAXTI” Aysel lap əvvəldən bilirdi ki, əslində bir kitab üzərində işləyirəm. Yaxın dost olduğum üçün yazdığım kimi əvvəllər başqa oxucum var idi, sonra onları Aysel oxudu. Bu bir roman olsa da, mütləq Ayselin oxumasını, fikirlərinin olmasını istədim, amma harada və necə olacağını təxmin edə bilmədim. Təsəvvür edin ki, roman bir şəhər haqqındadır və bu roman başdan, ilk sətrindən sonadək Paris şəhəri təsvir edən vals sədaları altında, beynindəki hərflərin rəqsindən
  • 31. 30 meydana gələn ifadələr, cümlələrdən ibarət idi. Bu şəhər Xaçmazdır. Azərbaycanın şimal qapısı. İçindəki qəlbində gözəl qəlbli insanları birləşdirən sevgi şəhəri, sevgilər şəhəri. Daha dərinə getsək əfsanələr şəhəri. Bir çox insanların bura ilə bağlı olduqca gözəl düşüncələri, eyforiyalı beyin qığılcımları, bəzən də haqqında danışarkən gözündən axan yaşı var. Bəli. Xaçmaz yayın ən isti vaxtında burnuna çəkə biləcəyin buz kimi təravətli qoxusu, qışın ən soyuq çağında əlinə götürdüyün isti bir ürəkdir. Şəhərə baxanda buna layiq olduğumuzu deyirsən? Əslində həm yaxşı, həm də pis tərəfi soruşuram. Bu şəhərdə bir sahə yaratmısınız. Bu sahə naxışlı binalar, sənətkarlar və yazarlar üçün azadlıq mühitini təmin edir. Söhbətlərin, müsahibələrin və konsertlərin sonu yoxdur. Şəhərə verdiyiniz sevgini elə o qədər də ala bilərsinizmi? Düşünürəəm ki, orada olmalısınız bu suala cavab tapmaq üçün... Kaş ki şəhərə nə qədər sevgi verirsən, o qədər də alırsan kimi bir şey, bir düşüncə var idi ha, o hər zaman doğru olsun. Amma təəssüf ki, sistem tam da belə işləmir. Xaçmazda əhəmiyyətli formada müxtəlif cərəyanlara və mədəniyyətlərə sahib olmaq üçün məhdudiyyət yoxdur. Şəhərin bir üzü başqa bir əsrarəngiz arxitekturası olan tikilişlərdən, digər üzləri isə təbiət ilə bir şəhərin vəhdətini təşkil edən parklardan ibarətdir. Ardını davam edə bilərik.
  • 32. 31 Amma düşünürəm ki, şəhərsalma mədəniyyətində bunlar əsas amillərdir. İllər əvvəl dəhşətli bir fırtına şəhəri zəbt edir, bir neçə binanın damının uçduğu deyilir, bunlar davam edərkən radiodan canlı olaraq eşidirik ... Sonra fərqli həyatlar birtəhər görüşür, sürprizi əldən vermədən izah etməyə çalışaq, sonunda bir araya gəlmirlər. Yoxsa bir araya gəlmək üçün bir fəlakətə ehtiyacımız var? Xeyr. Burada fərqli dinlərə mənsub insanlar da mehriban formada yaşayışa davam edir. Əslində, personajlar bir araya gəlsə də, kitabdakı hər hansı bir fəlakət hekayəsində bütün şəhər bir araya gələ bilməz. Bir bağ, ortaq bir hiss, ortaq bir hədəf tapa bilməsələr bu mümkün deyil. İnsanlar bundan uzaq. Onları birləşdirən bir bağ vardır əlbət. Bu bağ şəhərin sakinlərində özünü həddindən artıq büruzə verən istiqanlılıqdır. Bu bir az işin mərkəzindədir. Ancaq içimizdə yaratdığımız fəlakətlər həmişə uydurma fəlakətlərdən daha pis idi. Uydurma fəlakətlər isə bizə təbiət ananın, hansı ki, şəhərin digər üzündə yaşayan təbiət ananın işidir. Beləliklə, bir araya gəlməyimiz üçün sadəcə bir fəlakətdən daha çox şeyə ehtiyacımız var. Biz ona sahibik. Bu qəlbimizdəki yaratdığımız fəlakətlərdir. Açığını deyim ki, kinodakı və komikslərdəki distopiya əsərlərini sevirəm, amma romanlar söz mövzusu olduğunda
  • 33. 32 nədənsə çox uzağa getmirəm. Utopiya real həyatda olmayan mükəmməl bir məkan deməkdir. Bu tənha şəhər də düşünürük ki, real ola bilməz. O qədər möhtəşəmdir ki! Əlbəttə ki, Xəzərin sahilindəki utopik auroranı, qırmızı ayı, uçan ulduzları düşünməmək üçün özümü güclə saxlayıram. Sən çox fövqəladəsən, əziz Xaçmaz! 14 oktyabr 2020
  • 34. 33 “ZAMANIN AMANI” Velosipedlə tarlanın kənarı boyu irəliləyən yaşlı kişini görürəm. Şalvarının ətəkləri velosipedin pedalına və çarxına dolaşmasın deyə onları ipəzor ilə darama çəkmişdi. Havanın qırmızı vaxtında şırhaşır axan, dağdan gələn buz kimi bulaq suyunu içmək üçün yavaşladı. Qamışlığın arasında axan bulaq suyunu ovucuna doldurub ciyəri yanırmış kimi içdi. Sonra damarları istidən qabarmış əlinin üstü ilə sudan islananan bığlarını sildi. Yenə yoluna davam etmək üçün velosipedin tərkinə atıldı. Velosipedinin yük yerinə yerləşdirdiyi veşlərin bərk olub-olmadığını yoxladı. Qamışdan hörülən zənbilinin yan tərəfindən bir şəkil çıxardı və onu öpüb yenidən zənbilin ən
  • 35. 34 dərin yerinə qoydu. Ağır köks ötürdü və bu dəfə istidən tərləmiş əli ilə gözlərinin yaşını sildi. Qabarlı əlləri ilə alnının tərini sildi. Birdən-birə daha çox həyəcan keçirdi. Görünür şəkildəki kimdirsə ona susuzluqdan daha çox əzab verdi. Bəlkə ölmüş oğlu və ya qızı idi?! Ya da həyat yoldaşı?! Kim bilir, bəlkə başqa doğması idi. Əslində bir insanın ölümü hamıya kimliyindən asılı olmayaraq, aidiyyəti olmayaraq acı və ağır gəlir. Can insanda bir dəfə olur. İnsanın yaradılışdan bəri bir canı olur. Öldükdən sonra dirilmək isə düşünürəm ki, fərziyyədir. Amma bu yaşlı qoca hələ də onun öldüyünə inanmır, öldüyünə inananda həm də diriləcəyinə də inanır. Bəlkə o qocaya yaxınlaşıb onun kimliyini soruşaq? Daha doğrusu şəkildəki şəxsin, hansı ki, hər görəndə ona iztirab verir. Deyirlər ki, insanın ağrısı olanda bütün pis günləri yadına düşür. Sən xoşbəxt olanda istəyirsən ki, yaxşı günləri xatırlayıb tost deyəsən... Gecəniz xeyrə... Sabah bu mövzunu aydınlaşdırmaq üçün həmin adama yaxınlaşmaq üçün cəsarətimi nə qədər varsa toplayacağam. Sabahınız xeyir. Sübhün doğuşunda da dünən axşamkı qürub qırmızısını xatırladım. Həmin yaşlını da xatırlamadım deyil. Odur gəlir yenə. Susayıb. Yenə qamışlığa çatana az qalmış velosipedi yavaşlatdı. Yenə ovucunu su ilə doldurdu.
  • 36. 35 Suyu içdi. Köks ötürdü. Tanrıya duasını eşitdim. Şükran kişi imiş həm də. Onu qara kölgə kimi izləyirəm, məni görməməsi üçün hər dəfə qamışların arxasına keçirəm. Onsuz da o qədər ahıllaşıb ki, gözləri zəif seçir. Yenə velosipedinə çatanda zənbildən şəklini çıxarıb köksünə sıxdı. Şəkildə çox cavan bir oğlan var idi. Hardasa gəncliyinə yeni ayaq basmış, saçları uzun və səliqəsiz bir cavan oğlan. Qaşları da çatma idi, həm də qalın. Bu ki, mənəm! Həmin yaşlı kişinin cavan çağları. Ya o çox qocalıb, ya da mən gec qocalıram. Zaman fərqi var arada! Bu uçurumdur! Nə o uşaqlığını, cavanlığını istədiyi kimi keçirib, nə də mən. İndi isə onun əzabını çəkir. Amma məni düşündürən bir məsələ var ki, əyər o varsa mən niyə varam?! Bəlkə belə izah edə bilərəm ki, mən onun içindəki keçirə bilmədiyi gəncliyiyəm. Atasını Böyük Vətən Müharibəsində itirmiş, anasına pul qazanmaqda kömək edən uşaq ikən qocalan o adamın içindəki gəncliyi. Həqiqətən də gəncliyinizi heç zaman itirməyin. Qocalmış bir bədənlə yenidən gənclikdəki kimi dəniz kənarıyla qaça bilməyəəcksiniz. 28 yanvar 2018
  • 37. 36 “ÇÖRƏYİ AL ÇÖRƏKÇİDƏN...” - Özünüz haqqında bəhs edə bilərsinizmi? - “Hə, niyə bəhs eləmirəm?” - Elə isə buyurun. - “Adım Mehmandır. Şamaxılıyam. Mənim atam da Şamaxılıdır, babam da, ulu babam da. Mənə Məşədi Mehman deyirlər. Məşhəd ziyarətində olmuşam. Elə dükanımda da oradan gətirdiyim əşyalar var. Müqəddəs
  • 38. 37 torpaqlardan gətirdiyim müqəddəs saydığım şeylər. Onları da elə müqəddəs sənət olan çörəkçi dükanımda saxlayıram.” - Mehman dayı, olarmı ki, mən Sizə belə müraciət edim? - “Hə, niyə olmur ki, bala. Buyur” - Görünür ki, yaşınız da çoxdur, Mehman dayı. Neçə ildir bu işlə məşğulsunuz? - “35 ildir ki, artıq çörək satmaqla məşğulam, çörək satıram. Əvvəl başqa yerlərdə də dükanlarımız olub, çörək dükanları. İndi isə burada satıram.” - Mən başa düşürəm ki, hər bir işin, peşənin, sənətin özünəməxsus xırdalıqları, diqqət tələb edən xüsusları olur. Bəs çörək satmağın hansı xırdalıqları var? - “Çörək bərəkətdir. Çörəklə ehtiyatla və təmizkarlıqla davranmaq lazımdır. O vaxt insanlar çörək tapmayıb yeməyə. Həyətindən bir qoyun kəsib kabab edib yeyiblər, yenə də doymayıblar çörəksiz yediklərinə görə. Biz azərbaycanlılar çörəyi hər şeydən üstün tuturuq. Onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırıq. Mən öz ailəmdə bu adətlərə həmişə önəm verirəm. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və
  • 39. 38 canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içirik. Kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək tikəsini qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.” (Bu zaman içəri müştəri daxil olur: - Məşədi, çörək ver iki dənə. - “Bakı, yoxsa Şamaxı çörəyi?” - Təndir. -“Buyur” - “Hə, davam elə, oğlum” - Bəs nə vaxtsa pulsuz çörək vermisinizmi kiməsə? - “Əl tutmaq Əlidən qalıb. Elə vaxt olub rayonumuzda qonaq olub, pul almamışam. Elə vaxt olub pulu olmayıb, demişəm qalsın. Nisyəsi olub silmişəm.” - Mehman dayı, nisyə dəftəri dediniz. Baxa bilərikmi?
  • 40. 39 - “Niyə olmur ki? Bax.” - Mehman dayı, çörəyi elə çörəkçidən almaq lazımdır. İki ədəd “Şamaxı çörəyi” verin, zəhmət olmasa - “Nuş olsun.” - Bərəkətli olsun, işiniz irəli. Sağ olun! - “Xeyir apar!” 22 noyabr 2020
  • 41. 40 “QOZ QABIĞI” Bu kimsəsiz küçələrdə gəzirəm. Elə bil gödəkçəmdə əllərim cibimdə bir yerə çatacaq. Səhərin erkən saatlarında hava yalnız işıqlanır, insanlar rahat yataqlarından qalxaraq səhər yeməyi masasında otururlar. Bu gecə başımı yastığın üstünə qoymadım, səhərə qədər neçə fincan kofe içdiyimi hesablamadım. Dünəndən etibarən işimi kompüterdə bitirməyə çalışdım. Sözlər dilimin ucuna dəyəndə barmaqlarım tutuldu və yaza bilmədim. O qədər tez düşünür ki, beynim budaqdan budağa, hətta ölkədən ölkəyə köçür. Düşüncələrdə səyahət
  • 42. 41 etmək nə qədər asandır! Ancaq əslində belə sürətli dövriyyə sistemi hələ icad edilməmişdir. Düşüncə tərzimə çatmaq üçün sizə teleportasiya edilməlidir. (gülüş) Bir sözlə, bu gecə boş yerə yuxusuz qaldım. İki səhifə yazmaq üçün bütün gecə gəzdim. Əvvəlcə gözlərim balkondan şəhərin mərkəzinə və ay peykinə qədər uzandı. Gecə gölməçədə əks olunan ay işığının parıldamalarına baxdım. Ay bütün gecəni gölməçənin o tayından keçdi. Bayquşlar qoz ağaclarında qışqıraraq səyahət etdilər. Mən də onlara hirsləndim, sanki bu ağacdan o ağaca uçanda bir şey olacaq! Yaşamaq istədiyiniz qoz ağacında qalın! Pişiklər də gecələr bağçanı gəzir, sanki hamısı həyat hekayələrində əskik olanı tamamlamağa çalışır. Gecə sürülər şəklində uçan yarasalar da var, ağcaqanadlar yoxdur. Qanım şirindir, on insan, on fərqli ölkədən olan insanlar, dəyirmi masa ətrafında otursaq, bütün milçəklər ayaqlarımı süzgəcə çevirəcək və onları dişləyəcəkdir. Bu səbəblə, ey ağcaqanadlar, bir az gedin və başqalarının qanını dadın! Gecə hər səsə reaksiya göstərdiyindən itlər gecə xorla hürürlər. Bir-birləri ilə razılaşdıqları dilə görə qonşunun iti hürdükdə, on ev aralıdakı digər it cavab verir. Bəzən elə uzun bir uğultuda qışqırırlar ki, ürəyim sürətlə döyünür, sanki birinin tezliklə öləcəyini hiss edirəm. Halbuki mənə yaxın deyillər. Köhnə düşüncəli adamlar köpəklərin ulamasının yaxşı olmadığını, ölümü qabaqcadan
  • 43. 42 söylədiklərini deyirdilər, bu məlumatlar uzun müddətdir uşaqlıq problemimdir. Gecə boyunca külək fit çaldı. Külək və fırtınanın səsi məni heç vaxt yuxuya getməyimə qoymur. Bəlkə də o fırtınalı gecədə gölməçənin ortasında bir qoz qabığı kimi sallanan gəmidə uzun bir səyahətə getməsəydim, bu qorxu ürəyimə yerləşməzdi. Dalğalar gəminin ölçüsündə idi və o gecə okean dalğalarının səsi hələ qulaqlarımda qalırdı. Qorxurdum ki, nəhəng dəmir gəmi Titanik kimi okeana təslim olacaq. Ancaq gəmi möhkəm idi və fırtınaya dözdü, məni getdiyim limana gətirdi. O qaranlıq gecədə ürəyim bulanırdı və titrəmdiyimə görə divarlara tutunaraq özümü saxlaya bilmirdim. Mən kim idim və düşündüm ki, o yuxusuz gecədə niyə bu uzun macəra dolu səyahətə getməyə qərar verdim. Cavab yox idi və nə axtardığımı bilmirdim. Geridə buraxdığım ölkəmdə, xatirələrim və qohumlarım qaldı. Heç bir şey əskik deyildi, əslində özümü uğursuz hesab edirdim, ona görə okeanın o tərəfindəki ölkəyə getmək və şansımı sınamaq istədim. Bu yağışlı gecə bu ölkədəki son gecəmdir və bu gecəni yatmaq istəmirdim. Xatirələrimi yazdığım kitabın səhərədək son hissəsini bitirməyə çalışdım. Əlbəttə, həyatda başladığım hər iş kimi, yarımçıq qalacaq və başqa bir peşə tapardım.
  • 44. 43 Bu, bu ölkədə son səhər idi və güclü yağışa baxmayaraq gəzirdim. Hər səhər şəhər küçələrində beş kilometr piyada getmək vərdişim var. Bu səhər yolun bir neçə yüz metrini bitirən kimi gözlərimdən yağış kimi yaş axmağa başladı. Nə etdim, niyə özümə və ailəmin yanına getdim və atamın dəfn mərasiminə çata bilmədim. Mənim üçün nə qədər ciddi bir vicdan cinayətidir. Amma çata bilmişdim. Dəfnində iştirak edə bildim. Başqalarına müalicə edərkən öz ailəmi müalicə edə bilmədim. Saatlarla kimsəsiz küçələrdə, göl kənarında, tək yetim kimi ürəyim və bədənimdə gəzdim. Heç vaxt ağlamadığım kimi ağladım və göz yaşlarım yağışa qarışdı, yağış göz yaşlarımı yudu. Uzun dəniz səyahəti ilə ümid və arzularımı itirərək bu ümid diyarından gəldiyim yerə qayıdıram. Yağışla gəldim və yağışla qayıdıram. Yağış təbiət üçün bolluqdur və göz yaşları gözlərin bulaqlarından ümidsizliyi çıxarır. Sanki təmizlənmişəm və yenidən doğulduğum ölkəyə qayıdıb evimin pəncərəsindən gölüməçəmə baxacağam. İnsanın evi ailəsinin yaşadığı torpaqdır deyirdilər, amma inanmazdım. Köklərimin olduğu yerlərdə kök salmağa və öz küləyimlə istiqamət tapmağa çalışacağam. İzsiz küçələrimdə... 29 noyabr 2020
  • 45. 44 “BU MƏNİM ATA SƏNƏTİMDİR” - Salam, Söhrab. - Salam. - Mən səni tanıyıram və elə tanıdığım üçün də sizin dəmirçi emalatxananızdayam. İstəyirəm ki, izləyicilərimiz də səni tanısın. Bizə özün haqqında məlumat verə bilərsənmi? - Əlbəttə ki, məlumat verə bilərəm. Adım Söhrabdır. 19 yaşın içindəyəm. Orta-ixtisas təhsili alıram. İxtisasım “Maliyyə işi”dir. Təhsilimi bitirdikdən sonra ixtisasım üzrə
  • 46. 45 çalışmağa, təhsilimi davam etdirməyə cəhd edəcəyəm. Bu sahə isə nə mənim ixtisasıma aiddir, nə də hobbimdir. Bu ata sənətimdir. Hətta ulu babalarımın da sənətidir. - Neçə ildir ki, bu sənətin bilik və bacarıqlarına yiyələnirsən? Daha doğrusu desəm görürəm ki, artıq yiyələnmisən. (Söhrab samovar üçün dudkeş hazırlayır) - Artıq 3-4 il olar ki, bu sənətlə məşğulam. Şamaxı mədəniyyət, təhsil, elm mərkəzi olub ölkəmizin və indi də elədir. Bu da bir elmdir, bir dəryadır. Sənətkarlıq bizim zonaya xas xüsusiyyətdir. Bizim ailəmiz 30 ildir ki, Şamaxıda yaşayır. Bu müddət ərzində bu işlə məşğul olmuşuq. Mənim atam da, babam Nağı da, onun atası Seyfalı baba da dəmirçi olub, misgərliklə məşğul olublar. - Əsliniz haradandır, Söhrab? - Əslimiz İsmayıllının Lahıc qəsəbəsindəndir. Oradan gəlir bu bacarıq. Yəqin Sizə də məlumdur ki, Lahıc sənətkarlıq mərkəzlərindən biridir Azərbaycanın. Müxtəlif sənətkarlıq sahələri ilə məşğul olan insanlar yaşayır orada. Lahıc sənətkarlarının ustalığı Azərbaycan xalqının dekorativ- tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə özünəməxsus memarlıq və adət- ənənləri ilə məşhur deyil , həm də öz gözəlliyi və unikallığı
  • 47. 46 ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə tanınır. Burada 127-yə yaxın sahəsi inkişaf etmiş sənətkarlığı qeyd etmək lazımdır. XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı. Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür , həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq , dəmirçilik, bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır. - Bəli, elədir, Söhrab. Hətta məlumat verim ki, Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tam azad edib. Dəyərli vaxtını bizə ayırdığın üçün çox sağ ol, Söhrab. Xoş idi müsahibim olman. Müsahibə zamanı da bizə öz bacarığını göstərərək samovar üçün boru – dudkeş hazırladın. Yorulmayasan! - Mən də müsahibə üçün Sizə təşəkkür edirəm. Sağ olun! 26 noyabr 2020
  • 48. 47 “ŞAMAXI” Məndə sığar iki cahan, mən bu cahana sığmazam! "Fransız" filmində tərcüməçi obrazı yadınızdadır? Ucal Haqverdiyev. Məşhur rəssam olub. 2004 cü ildə 44 yaşında vəfat edib. "Rəssam yaşayır, onun sənəti yaşayırsa, sənət də yaşayır, o qorunursa”. O qəfildən getdi, 2004-cü ilin 18 dekabrında ürəyi dayandı, onun cəmi 44 yaşı vardı. Ucalın xanımı Elena Haqverdiyeva da istedadlı rəssamdır, keçən il "Qız Qalası”
  • 49. 48 qalereyasında onun gözəl qadınlarından ibarət olan sərgisi keçirilib. Statusun qoşmasındakı ikinci şəkildə məhz Yelena Haqverdiyevanın metal əşyalardan hazırladığı möhtəşəm əsəri görə bilərsiniz. Mən isə sadəcə onun yanından ötürəm və bir baxışla bu əsərə aşiq oluram. Sənət eşqinin gözü isə kordur. Payız da gəldi. Hələ yolda olarkən gördüm payızı. Yol qırağındakı yarpaqlarını tökmüş ağaclar mənə payızdan xəbər verirdi. Amma builki payızı mən Şamaxıda daha yaxşı gördüm. Əsl payız şəhəridir Şamaxı! 22 noyabr 2020
  • 50. 49 KİTABDAKILAR: Sökülən ilmələr . . . . . . . . . . . . . . . . . . . . . . 3 Dodaqda güllər açan söz . . . . . . . . . . . . . . . . . . 5 Dağlar neylədin? . . . . . . . . . . . . . . . . . . . . . 10 Hamınıza sevgi . . . . . . . . . . . . . . . . . . . . . .13 Pərvaz küçəsi . . . . . . . . . . . . . . . . . . . . . . .19 Metonimiya . . . . . . . . . . . . . . . . . . . . . . . 24 Qayıtmaq . . . . . . . . . . . . . . . . . . . . . . . . 27 Əfsanələr paytaxtı . . . . . . . . . . . . . . . . . . . . . 29 Zamanın amanı . . . . . . . . . . . . . . . . . . . . . .33 Çörəyi al çörəkçidən (müsahibə) . . . . . . . . . . . . . . 37 Qoz qabığı . . . . . . . . . . . . . . . . . . . . . . . .41 Bu mənim ata sənətimdir (müsahibə) . . . . . . . . . . . . .45 Şamaxı . . . . . . . . . . . . . . . . . . . . . . . . . .48
  • 51. 50 ÜLVİ TOFİQ “ÖZ GÜNƏŞİNİ YARAT” “SEYİD ƏZİM ŞİRVANİ” REDAKSİYASI ŞAMAXI - 2020
  • 52. 51 Buraxılışa məsul: Pərvanə İsmayılova Texniki redaktor: Fatimə Əşrəfli Kompüter səhifələyici: Rəna Həmidova Korrektor: Əsmər Seyidxanova Rəssam: Səbinə Yusufova
  • 53. 52 Yığılmağa verilmişdir 30.11.2020. Kitab “Seyid Əzim Şirvani” Redaksiyasının mətbəəsində çap olunmuşdur. Şamaxı şəhəri Tirajı: 50, Sifariş 20