SlideShare a Scribd company logo
DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI
SƏHİFƏ 1
ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ
ŞƏXSİ İNKİŞAFA GEDƏN YOL KÖNÜLLÜLÜKDƏN KEÇİR
Əziz gənclər, bu günləri
görmək qürurdur. Biz çox
xoşbəxtik!
QARABAĞ AZƏRBAYCANDIR!
GÜLƏR QƏDİROVA
(XÜSUSİ MÜXBİR)
03.12.2020
“AZƏRBAYCAN MƏTBƏXİ” AYI
Günü gündən böyüyən, inkişaf edən və ən əsası da
gənclərimizin inkişaf etdirilməsində bilavasitə bizə
kömək olan rəsmi “Facebook” qrupumuzda bildiyimiz
kimi ötən ay (noyabr) “Vikipediyaçılar ayı” elan
edilmişdi. Bu mövzuda müxtəlif tədbirlər keçirdik və
bu istiqamətdə gənclərimiz öz aktivliklərini qorudular.
Önümüzə gələn dekabr ayının da noyabr qədər faydalı
olacağına inanırıq. Dekabr ayı qrup üzvləri arasında
keçirilən sorğuya əsasən “Azərbaycan mətbəxi”
ayı elan olunur. Milli mətbəximizin tanınması,
həmçinin də bu sahədə olan bacarığınızı bizə nümayiş
etmək üçün hazırladığınız yeməkləri, onların
hazırlanma qaydalarını və s. Qrupumuzda
paylaşmaqdan çəkin-məyin. Bu çox əyləncəlidir və
öyrəncəlidir. Ay sonunadək bu mövzuda qrupda öz
töhvənizi verin.
BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİB
BU BURAXILIŞIMIZDA:
AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN
III HƏMRƏYLİK FORUMU BAŞ
TUTUB
FOTO-REPORTAJ:
“ŞAMAXININ MİNAXOR
MƏHƏLLƏSİ"
KÖNÜLLÜ: “BU MƏNİM
ATA SƏNƏTİMDİR” -
MÜSAHİBƏ
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində
Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı
Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
ARDI 2-Cİ SƏHİFƏDƏ >>
Şəhidlərimizin məzun könülümüz Səbinə Yusufova tərəfindən çəkilmiş portretləri
DEKABR / / 14 / / BURAXILIŞ № 003 //
SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI
ŞAMAXI ASAN
KÖNÜLLÜLƏRİ
SƏHİFƏ 2
SEYFƏDDİN MAQSUDOV
(BAKI MÜXBİRİ)
10.12.2020
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın
Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr
olunmuş Zəfər paradına müdafiə nazirinin müavini,
“Zəfər” ordenli general-leytenant Kərim Vəliyev
komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-
dək hərbi texnikanın, o cümlədən silahlanmaya
yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və
artilleriya qurğularının, hava hücumundan müdafiə
sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin
nümayişi oldu. Paradda, həmçinin Vətən
müharibəsi zamanı Azərbaycan Ordusunun
darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi
qənimətlərin bir qismi də nümayiş etdirildi.
Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevə və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana raport verdi.
Dövlət başçıları əsgərləri salamladılar.
Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət
himnlərini ifa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
paradda çıxış etdi.
Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı
başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti
Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı
hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük
Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya
doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının
ardınca Azərbaycan Ordusunun qoşun növlərinin
bayraqları Azadlıq meydanına gətirildi.
Vətən müharibəsinin iştirakçısı, Əməkdar
incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü,
polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu
Zəfər paradı 44 günlük müharibədə Azərbaycan
Ordusunun Böyük Qələbəsini bütün dünyaya
təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq”
əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə
yazılan Vətən müharibəsində Rəşadətli
Ordumuzun Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə
müasir müstəqil Azərbaycan dövlətinin hərbi
qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı,
xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Yaşasın, müstəqil Azərbaycan Respublikası!
Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın,
sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!
President.az
BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİB !
DEKABR / / 14 / / BURAXILIŞ № 003 //
SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI
ŞAMAXI ASAN
KÖNÜLLÜLƏRİ
SƏHİFƏ 3
SƏBİNƏ YUSUFOVA
(BAKI MÜXBİRİ)
13.12.2020
Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan
olub. Öz vətəninin gözəlliklərinə valeh olan Səttar Bəhlulzadə Azərbaycan
təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib. Onun mənzərələrində biz
Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görürük. 1927-ci
ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-
cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ.
Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A.
Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində
Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları
çap edilib.
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində,
Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskvanın və digər şəhərlərin
muzeylərində saxlanılır. 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib.
Əmircan kəndində dəfn olunub. Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və
tarixi şəxsiyyətlərin portretləri “Babək üsyanı”, “Fətəli xan”, “Füzulinin
portreti” və bu kimi başqa əsərlər mühüm yer tutur. Müharibədən sonrakı illərdə
Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər
yaradıb. Onun əsərləri arasında təbiət təsvirləri “Abşeron etüdləri”, “Xəzər
üzərində axşam”, “Xəzər gözəli”, “Bazardüzü”, “Əbədi məşəllər”, “Kəpəzin göz
yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”,
“Əmircan” “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad
bağlarında”, “Vətənimin baharı”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən
yol”, “Şamaxı üzümlükləri” və digər əsərləri üstünlük təşkil edir. Əlcəzair, Misir,
Livan, Suriya, Tunis, Norveç, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada,
Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində fərdi sərgiləri
nümayiş etdirilib. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri
daimi eksponatlar sırasında yer alır.
SAYTIMIZA DAXİL OLARAQ MÜXTƏLİF MÖVZULARDA A
MƏQALƏLƏRİ OXUYA BİLƏRSİNİZ:
seyidazimshirvani.wordpress.com
DAHİ RƏSSAM
R E D A K S İ Y A M I Z I N S A Y T I N D A N
DEKABR / / 14 / / BURAXILIŞ № 003 //
SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI
ŞAMAXI ASAN
KÖNÜLLÜLƏRİ
SƏHİFƏ 4
YENİ XƏBƏR
Könüllülər “Yenilməz batalyon” filmini
izləyiblər
Maraqlı məqalələr
ŞEİR KÖŞƏSİ
“Bir çarə qıl” –
Seyid Əzim Şirvani
PƏRVANƏ İSMAYILOVA
09.12.2020
BİR ÇARƏ QIL, EY ƏMMƏ,
MƏN ÖLSƏM KƏFƏN OLMAZ,
TABUTÜ HƏNUTUM GÖTÜRÜB
DƏFN EDƏN OLMAZ.
QƏSSALİMƏ MƏN ÖLSƏM
ƏGƏR KİM XƏBƏR EYLƏR?
QURAN KİM OXUR,
QƏBRİMİN ÜSTƏ GÜZƏR
EYLƏR?
AXIR Kİ, YETİMƏM, MƏNƏ
BU, ÇOX ƏSƏR EYLƏR,
QARDAŞIM ÖLÜB, BAŞIMIN
ÜSTÜN KƏSƏN OLMAZ.
BU ŞAMDA HEÇ MƏN KİMİ
BİR AC YATAN VAR?
XAK ÜSTƏ QARANLIQDA
QURU YERDƏ QALAN VAR?
SƏN ŞÜMRƏ DE AÇSIN
QOLUMU, MƏNDƏ NƏ CAN
VAR?
HƏR NÖV ƏSİR OLSA,
QOLUNDA RƏSƏN OLMAZ.
Şəxsi inkişaf
təlimləri keçirilib
SEYFƏDDİN MAQSUDOV
15.11.2020
1-2 dekabr tarixlərində Şamaxı regional
"ASAN xidmət" mərkəzinin könüllüləri üçün
"ASAN Təlim" Mərkəzində Jalə Hüseynova
tərəfindən "Vaxtın idarə olunması" və
"İşgüzar etiket qaydaları" təlimləri həyata
keçirilib.
Təlimə onlayn qoşulmaq istəyənlər üçün
zaldan birbaşa ZOOM-da canlı yayım olub ki,
uzaqda olanlar qoşula bilsin. Bu həm də
təlimin, karantin rejimi qaydalarına əməl
edilərək keçirilməsi üçün optimal həll
üsuludur.
İSMAYIL MƏMMƏDLİ
(FOTO-MÜXBİR)
09.12.2020
Şamaxı regional "ASAN xidmət"
mərkəzinin könüllüləri film klubu
çərçivəsində "Yenilməz batalyon"
filmini izləyib, filmdə olan motivləri və
obrazları müzakirə edərək səciy-
yələndiriblər.
Filmdə çar hökuməti tərəfindən o vaxt
ucqar hesab olunan Azərbay-canın
kiçik şəhəri Zaqata-laya sürgün
edilmiş "Potyomkin" zirehli gəmisinin
üsyankar matrosları ilə yerli
inqilabçıların Rusiya impe-riyasına
qarşı birgə mübarizəsindən danışılır.
“Yel əsər, dağıdar dağda dumanı.
Anamın gözləri yoldadır, bircə
gümanı,
Bircə mənə qalmış gümanı,
Gedim görüm əziz anamı,
A köhlən atım...
Bulud kəs aranı,
Qoy arabanı kəndə çatsın.”
SEYFƏDDİN MAQSUDOV
(BAKI MÜXBİRİ)
05.12.2020
Şamaxı regional "ASAN xidmət" mərkəzinin könüllülərinin düşmən
hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli
Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyevlə görüşü baş tutub.
DEKABR / / 14 / / BURAXILIŞ № 003 //
SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI
ŞAMAXI ASAN
KÖNÜLLÜLƏRİ
SƏHİFƏ 5
YENİ XƏBƏR
“ŞAMAXININ QƏDİM MƏHƏLLƏLƏRİNDƏN BİRİ OLAN
MİNAXOR MƏHƏLLƏSİ” – FOTO REPORTAJ
ÜLVİ MƏMMƏDOV
(FOTO-MÜXBİR)
28.11.2020
Keçmişdə Şamaxı şəhərinin 35-dən artıq məhəlləsi olub. İçəriqala, Qaladibi, Sarıtorpaq, Garuslar, Quşçular, İmamlılar, Padarlar,
Cuhudlar, Talışlar, Qəriblər, Axundlar, Laləzar məhləsi, Şaxəndan, Şıxminaz, Qarabazar, Ərdəbilli, Alaqayınlı, Qırmızı məhlə,
Cırta-pırta, Aşağı Qalabazar, Yuxarı Qalabazar, Moltanı məhləsi, Ağçılar məhləsi, Ərəblər məhləsi, Bozavand məhləsi, Yuxarı
İmanlı, Aşağı İmanlı, Şapuran, Şeyxsehirli, Şəhidlər, Meydan, Narağac, Pirküleyiş, Yuxarı Qala, Kövsərli, Ucarlı, Yarıslı, Qala
bazar, Dərəməhəllə (S.Ə.Şirvaninin yaşadığı məhəllə), Qurdlar, Gürcübazar, Başmanbazar, Minaxor (min axur). Hər məhəllənin
öz ibadət yeri, karvansarası və hamamı olub.
Bizim bu gün getdiyimiz məhəllə isə “Minaxor” adlanır. Yerli camaat “Minəxur”, “Minaxur” da deyirlər. Eniş və yoxuşlardan
ibarət bu məhəlləni gəzdikcə qədimiliyin qoxusunu hiss etmək, görmək mümkündür. Hər daşı, hər ağacı tarixidir. Bir məhəllə
və dalanlardan ibarətdir. Məhəllənin adı da “Minaxor küçəsi”dir. Dalanların birində adını bilmədiyimiz və yerli camaatın
“Narınqala” dediyi qalanın qalıqlarını gördük.
ƏLAMƏTDAR GÜN
Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu BAŞ TUTUB
ƏSMƏR SEYİDXANOVA
(BÖLGƏ MÜXBİRİ)
12.11.2020
5 dekabr 2020-ci il tarixində Azərbaycan
Respublikasının Gənclər Fondu və Azərbaycan
Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı
ilə Beynəlxalq Könüllülər Günü münasibətilə 2
minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan
Könüllülərinin III Həmrəylik Forumu” keçirilib.
Tədbirin əvvəlində Dövlət himni səsləndirilib,
Vətən uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət rəsmiləri və beynəlxalq təşkilatların
nümayəndələrinin könüllülərə müraciətlərinin yer
aldığı Forumda könüllülərin iştirakı ilə hazırlanan
videoçarxlar nümayiş olunub, musiqili fasilələr
zamanı "Ulu Vətən" və "Ey, Vətən" mahnısı
səsləndirilib, il ərzində fəallığı ilə seçilən
könüllülər "İlin Könüllüsü" nominasiyası ilə təltif
olunub və Azərbaycan Könüllülər Himni təqdim
edilib. Forumun sonunda isə könüllülər üçün
intellektual yarış təşkil edilib.
DEKABR / / 14 / / BURAXILIŞ № 003 //
SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI
ŞAMAXI ASAN
KÖNÜLLÜLƏRİ
SƏHİFƏ 6
BAŞ REDAKTOR: PƏRVANƏ İSMAYILOVA // AYLIQ QƏZET // BURAXILIŞ 3 // SEYİD ƏZİM ŞİRVANİ
ŞAMAXI REGİONAL “ASAN XİDMƏT” MƏRKƏZİNİN KÖNÜLLÜLƏRİNİN HAZIRLADIĞI QƏZET № 3
“BU MƏNİM ATA SƏNƏTİMDİR” - MÜSAHİBƏ
QƏZETİN SONUNCU SƏHİFƏSİ
CAVİD ABDURAHMANOV
11.11.2020
- Salam, Söhrab.
- Salam.
- Mən səni tanıyıram və elə tanıdığım üçün də sizin dəmirçi
emalatxananızdayam. Bizə özün haqqında məlumat verə
bilərsənmi?
- Əlbəttə ki, məlumat verə bilərəm. Adım Söhrabdır. 19 yaşın
içindəyəm. Orta-ixtisas təhsili alıram. İxtisasım “Maliyyə
işi”dir. Təhsilimi bitirdikdən sonra ixtisasım üzrə çalışmağa,
təhsilimi davam etdirməyə cəhd edəcəyəm. Bu sahə isə nə
mənim ixtisasıma aiddir, nə də hobbimdir. Bu ata sənətimdir.
Hətta ulu babalarımın da sənətidir.
- Neçə ildir ki, bu sənətin bilik və bacarıqlarına yiyələnirsən?
Daha doğrusu desəm görürəm ki, artıq yiyələnmisən.
(Söhrab samovar üçün dudkeş hazırlayır)
- Artıq 3-4 il olar ki, bu sənətlə məşğulam. Şamaxı
mədəniyyət, təhsil, elm mərkəzi olub ölkəmizin və indi də
elədir. Bu da bir elmdir, bir dəryadır. Sənətkarlıq bizim
zonaya xas xüsusiyyətdir. Bizim ailəmiz 30 ildir ki, Şamaxıda
yaşayır. Bu müddət ərzində bu işlə məşğul olmuşuq. Mənim
atam da, babam Nağı da, onun atası Seyfalı baba da dəmirçi
olub, misgərliklə məşğul olublar.
- Əsliniz haradandır, Söhrab?
- Əslimiz İsmayıllının Lahıc qəsəbəsindəndir. Oradan gəlir bu
bacarıq. Yəqin Sizə də məlumdur ki, Lahıc sənətkarlıq
mərkəzlərindən biridir Azərbaycanın. Müxtəlif sənətkarlıq
sahələri ilə məşğul olan insanlar yaşayır orada. Lahıc
sənətkarlarının ustalığı Azərbaycan xalqının dekorativ-tətbiqi
sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc
təkcə özünəməxsus memarlıq və adət-ənənləri ilə məşhur
deyil, həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər
yaradan xalq sənətkarları ilə tanınır. Burada 127-yə yaxın
sahəsi inkişaf etmiş sənətkarlığı qeyd etmək lazımdır. XIX
əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq
emalatxanasl və dükanı vardı. Bügünkü Lahıc ustaları xalq
sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür,
həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik,
xalçaçılıq, dəmirçilik, bənnalıq, dülgərlik, dabbağlıq və s.
kimi sənətlər hələ yaşadılır.
- Bəli, elədir, Söhrab. Hətta məlumat verim ki, Azərbaycan
dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları
vergilərdən tam azad edib. Dəyərli vaxtını bizə ayırdığın üçün
çox sağ ol, Söhrab. Xoş idi müsahibim olman. Müsahibə
zamanı da bizə öz bacarığını göstərərək samovar üçün boru –
dudkeş hazırladın. Yorulmayasan!
- Mən də müsahibə üçün Sizə təşəkkür edirəm. Sağ olun!
BURAXILIŞ № 003
“ASAN MƏKTUB” ŞAMAXIDA
ÜLVİ MƏMMƏDOV
(FOTO-MÜXBİR)
28.11.2020
İşlərinə cani-könüldən yanaşan, hər çətinliyin öhdəsindən
öz zəkaları, bilikləri ilə uğurla gələn, saf qəlbləri, saf
düşüncələri olan könül sahibləri - ASAN Könüllülərimiz!
“ASAN Məktub" layihəsinin Şamaxıda baş tutmuş layi-
həsindən könüllümüz Nail Əmirov.

More Related Content

What's hot

Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyatiNubar Alieva
 
Repressiya dövrü və Azərbaycan
Repressiya dövrü və AzərbaycanRepressiya dövrü və Azərbaycan
Repressiya dövrü və AzərbaycanAytekin Aliyeva
 
Heydər Əliyev
Heydər ƏliyevHeydər Əliyev
Heydər Əliyev
Ferid Suleymanov
 
HeyderEliyevSunum
HeyderEliyevSunumHeyderEliyevSunum
HeyderEliyevSunumkerimovs
 
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli AxundzadəMirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə
Vusala Aliyeva
 
Xocali
XocaliXocali
Xocali
cekooo
 
xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx
xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptxxıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx
xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx
ArazAgazade
 
Hazırladı
HazırladıHazırladı
Hazırladımemmedli
 

What's hot (10)

Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyati
 
Heydar aliyev
Heydar aliyevHeydar aliyev
Heydar aliyev
 
Repressiya dövrü və Azərbaycan
Repressiya dövrü və AzərbaycanRepressiya dövrü və Azərbaycan
Repressiya dövrü və Azərbaycan
 
Heydər Əliyev
Heydər ƏliyevHeydər Əliyev
Heydər Əliyev
 
HeyderEliyevSunum
HeyderEliyevSunumHeyderEliyevSunum
HeyderEliyevSunum
 
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli AxundzadəMirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə
 
Xocali
XocaliXocali
Xocali
 
xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx
xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptxxıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx
xıx əsrin Azərbaycan mətbuatı(AzərbaycanTarixi).pptx
 
Hazırladı
HazırladıHazırladı
Hazırladı
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 

Similar to ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ QƏZETİ (Buraxılış № 3)

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
AzerbaijanJournalofE1
 
Azərbaycan inciləri
Azərbaycan inciləriAzərbaycan inciləri
Azərbaycan incilərizulfuqar111
 
HeyderEliyevSunum
HeyderEliyevSunumHeyderEliyevSunum
HeyderEliyevSunumkerimovs
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyatiNubar Alieva
 
Qaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptx
Qaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptxQaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptx
Qaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptx
nurbeknurmuhanov1
 
2020
20202020

Similar to ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ QƏZETİ (Buraxılış № 3) (6)

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
 
Azərbaycan inciləri
Azərbaycan inciləriAzərbaycan inciləri
Azərbaycan inciləri
 
HeyderEliyevSunum
HeyderEliyevSunumHeyderEliyevSunum
HeyderEliyevSunum
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyati
 
Qaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptx
Qaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptxQaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptx
Qaraqalpaqstan ha’m O’zbekstan xaliq shayiri Ibrayim Yusupov.pptx
 
2020
20202020
2020
 

ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ QƏZETİ (Buraxılış № 3)

  • 1. DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI SƏHİFƏ 1 ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ ŞƏXSİ İNKİŞAFA GEDƏN YOL KÖNÜLLÜLÜKDƏN KEÇİR Əziz gənclər, bu günləri görmək qürurdur. Biz çox xoşbəxtik! QARABAĞ AZƏRBAYCANDIR! GÜLƏR QƏDİROVA (XÜSUSİ MÜXBİR) 03.12.2020 “AZƏRBAYCAN MƏTBƏXİ” AYI Günü gündən böyüyən, inkişaf edən və ən əsası da gənclərimizin inkişaf etdirilməsində bilavasitə bizə kömək olan rəsmi “Facebook” qrupumuzda bildiyimiz kimi ötən ay (noyabr) “Vikipediyaçılar ayı” elan edilmişdi. Bu mövzuda müxtəlif tədbirlər keçirdik və bu istiqamətdə gənclərimiz öz aktivliklərini qorudular. Önümüzə gələn dekabr ayının da noyabr qədər faydalı olacağına inanırıq. Dekabr ayı qrup üzvləri arasında keçirilən sorğuya əsasən “Azərbaycan mətbəxi” ayı elan olunur. Milli mətbəximizin tanınması, həmçinin də bu sahədə olan bacarığınızı bizə nümayiş etmək üçün hazırladığınız yeməkləri, onların hazırlanma qaydalarını və s. Qrupumuzda paylaşmaqdan çəkin-məyin. Bu çox əyləncəlidir və öyrəncəlidir. Ay sonunadək bu mövzuda qrupda öz töhvənizi verin. BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİB BU BURAXILIŞIMIZDA: AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN III HƏMRƏYLİK FORUMU BAŞ TUTUB FOTO-REPORTAJ: “ŞAMAXININ MİNAXOR MƏHƏLLƏSİ" KÖNÜLLÜ: “BU MƏNİM ATA SƏNƏTİMDİR” - MÜSAHİBƏ Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. ARDI 2-Cİ SƏHİFƏDƏ >> Şəhidlərimizin məzun könülümüz Səbinə Yusufova tərəfindən çəkilmiş portretləri
  • 2. DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ SƏHİFƏ 2 SEYFƏDDİN MAQSUDOV (BAKI MÜXBİRİ) 10.12.2020 “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150- dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi. Dövlət başçıları əsgərləri salamladılar. Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi. Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi. Vətən müharibəsinin iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı! President.az BAKIDA ZƏFƏR PARADI KEÇİRİLİB !
  • 3. DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ SƏHİFƏ 3 SƏBİNƏ YUSUFOVA (BAKI MÜXBİRİ) 13.12.2020 Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Öz vətəninin gözəlliklərinə valeh olan Səttar Bəhlulzadə Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib. Onun mənzərələrində biz Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görürük. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933- cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları çap edilib. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskvanın və digər şəhərlərin muzeylərində saxlanılır. 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub. Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin portretləri “Babək üsyanı”, “Fətəli xan”, “Füzulinin portreti” və bu kimi başqa əsərlər mühüm yer tutur. Müharibədən sonrakı illərdə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb. Onun əsərləri arasında təbiət təsvirləri “Abşeron etüdləri”, “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Bazardüzü”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əmircan” “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Şamaxı üzümlükləri” və digər əsərləri üstünlük təşkil edir. Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində fərdi sərgiləri nümayiş etdirilib. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasında yer alır. SAYTIMIZA DAXİL OLARAQ MÜXTƏLİF MÖVZULARDA A MƏQALƏLƏRİ OXUYA BİLƏRSİNİZ: seyidazimshirvani.wordpress.com DAHİ RƏSSAM R E D A K S İ Y A M I Z I N S A Y T I N D A N
  • 4. DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ SƏHİFƏ 4 YENİ XƏBƏR Könüllülər “Yenilməz batalyon” filmini izləyiblər Maraqlı məqalələr ŞEİR KÖŞƏSİ “Bir çarə qıl” – Seyid Əzim Şirvani PƏRVANƏ İSMAYILOVA 09.12.2020 BİR ÇARƏ QIL, EY ƏMMƏ, MƏN ÖLSƏM KƏFƏN OLMAZ, TABUTÜ HƏNUTUM GÖTÜRÜB DƏFN EDƏN OLMAZ. QƏSSALİMƏ MƏN ÖLSƏM ƏGƏR KİM XƏBƏR EYLƏR? QURAN KİM OXUR, QƏBRİMİN ÜSTƏ GÜZƏR EYLƏR? AXIR Kİ, YETİMƏM, MƏNƏ BU, ÇOX ƏSƏR EYLƏR, QARDAŞIM ÖLÜB, BAŞIMIN ÜSTÜN KƏSƏN OLMAZ. BU ŞAMDA HEÇ MƏN KİMİ BİR AC YATAN VAR? XAK ÜSTƏ QARANLIQDA QURU YERDƏ QALAN VAR? SƏN ŞÜMRƏ DE AÇSIN QOLUMU, MƏNDƏ NƏ CAN VAR? HƏR NÖV ƏSİR OLSA, QOLUNDA RƏSƏN OLMAZ. Şəxsi inkişaf təlimləri keçirilib SEYFƏDDİN MAQSUDOV 15.11.2020 1-2 dekabr tarixlərində Şamaxı regional "ASAN xidmət" mərkəzinin könüllüləri üçün "ASAN Təlim" Mərkəzində Jalə Hüseynova tərəfindən "Vaxtın idarə olunması" və "İşgüzar etiket qaydaları" təlimləri həyata keçirilib. Təlimə onlayn qoşulmaq istəyənlər üçün zaldan birbaşa ZOOM-da canlı yayım olub ki, uzaqda olanlar qoşula bilsin. Bu həm də təlimin, karantin rejimi qaydalarına əməl edilərək keçirilməsi üçün optimal həll üsuludur. İSMAYIL MƏMMƏDLİ (FOTO-MÜXBİR) 09.12.2020 Şamaxı regional "ASAN xidmət" mərkəzinin könüllüləri film klubu çərçivəsində "Yenilməz batalyon" filmini izləyib, filmdə olan motivləri və obrazları müzakirə edərək səciy- yələndiriblər. Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbay-canın kiçik şəhəri Zaqata-laya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya impe-riyasına qarşı birgə mübarizəsindən danışılır. “Yel əsər, dağıdar dağda dumanı. Anamın gözləri yoldadır, bircə gümanı, Bircə mənə qalmış gümanı, Gedim görüm əziz anamı, A köhlən atım... Bulud kəs aranı, Qoy arabanı kəndə çatsın.” SEYFƏDDİN MAQSUDOV (BAKI MÜXBİRİ) 05.12.2020 Şamaxı regional "ASAN xidmət" mərkəzinin könüllülərinin düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyevlə görüşü baş tutub.
  • 5. DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ SƏHİFƏ 5 YENİ XƏBƏR “ŞAMAXININ QƏDİM MƏHƏLLƏLƏRİNDƏN BİRİ OLAN MİNAXOR MƏHƏLLƏSİ” – FOTO REPORTAJ ÜLVİ MƏMMƏDOV (FOTO-MÜXBİR) 28.11.2020 Keçmişdə Şamaxı şəhərinin 35-dən artıq məhəlləsi olub. İçəriqala, Qaladibi, Sarıtorpaq, Garuslar, Quşçular, İmamlılar, Padarlar, Cuhudlar, Talışlar, Qəriblər, Axundlar, Laləzar məhləsi, Şaxəndan, Şıxminaz, Qarabazar, Ərdəbilli, Alaqayınlı, Qırmızı məhlə, Cırta-pırta, Aşağı Qalabazar, Yuxarı Qalabazar, Moltanı məhləsi, Ağçılar məhləsi, Ərəblər məhləsi, Bozavand məhləsi, Yuxarı İmanlı, Aşağı İmanlı, Şapuran, Şeyxsehirli, Şəhidlər, Meydan, Narağac, Pirküleyiş, Yuxarı Qala, Kövsərli, Ucarlı, Yarıslı, Qala bazar, Dərəməhəllə (S.Ə.Şirvaninin yaşadığı məhəllə), Qurdlar, Gürcübazar, Başmanbazar, Minaxor (min axur). Hər məhəllənin öz ibadət yeri, karvansarası və hamamı olub. Bizim bu gün getdiyimiz məhəllə isə “Minaxor” adlanır. Yerli camaat “Minəxur”, “Minaxur” da deyirlər. Eniş və yoxuşlardan ibarət bu məhəlləni gəzdikcə qədimiliyin qoxusunu hiss etmək, görmək mümkündür. Hər daşı, hər ağacı tarixidir. Bir məhəllə və dalanlardan ibarətdir. Məhəllənin adı da “Minaxor küçəsi”dir. Dalanların birində adını bilmədiyimiz və yerli camaatın “Narınqala” dediyi qalanın qalıqlarını gördük. ƏLAMƏTDAR GÜN Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu BAŞ TUTUB ƏSMƏR SEYİDXANOVA (BÖLGƏ MÜXBİRİ) 12.11.2020 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə 2 minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu” keçirilib. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələrinin könüllülərə müraciətlərinin yer aldığı Forumda könüllülərin iştirakı ilə hazırlanan videoçarxlar nümayiş olunub, musiqili fasilələr zamanı "Ulu Vətən" və "Ey, Vətən" mahnısı səsləndirilib, il ərzində fəallığı ilə seçilən könüllülər "İlin Könüllüsü" nominasiyası ilə təltif olunub və Azərbaycan Könüllülər Himni təqdim edilib. Forumun sonunda isə könüllülər üçün intellektual yarış təşkil edilib.
  • 6. DEKABR / / 14 / / BURAXILIŞ № 003 // SEYİD ƏZİM ŞİRVANİ REDAKSİYASI ŞAMAXI ASAN KÖNÜLLÜLƏRİ SƏHİFƏ 6 BAŞ REDAKTOR: PƏRVANƏ İSMAYILOVA // AYLIQ QƏZET // BURAXILIŞ 3 // SEYİD ƏZİM ŞİRVANİ ŞAMAXI REGİONAL “ASAN XİDMƏT” MƏRKƏZİNİN KÖNÜLLÜLƏRİNİN HAZIRLADIĞI QƏZET № 3 “BU MƏNİM ATA SƏNƏTİMDİR” - MÜSAHİBƏ QƏZETİN SONUNCU SƏHİFƏSİ CAVİD ABDURAHMANOV 11.11.2020 - Salam, Söhrab. - Salam. - Mən səni tanıyıram və elə tanıdığım üçün də sizin dəmirçi emalatxananızdayam. Bizə özün haqqında məlumat verə bilərsənmi? - Əlbəttə ki, məlumat verə bilərəm. Adım Söhrabdır. 19 yaşın içindəyəm. Orta-ixtisas təhsili alıram. İxtisasım “Maliyyə işi”dir. Təhsilimi bitirdikdən sonra ixtisasım üzrə çalışmağa, təhsilimi davam etdirməyə cəhd edəcəyəm. Bu sahə isə nə mənim ixtisasıma aiddir, nə də hobbimdir. Bu ata sənətimdir. Hətta ulu babalarımın da sənətidir. - Neçə ildir ki, bu sənətin bilik və bacarıqlarına yiyələnirsən? Daha doğrusu desəm görürəm ki, artıq yiyələnmisən. (Söhrab samovar üçün dudkeş hazırlayır) - Artıq 3-4 il olar ki, bu sənətlə məşğulam. Şamaxı mədəniyyət, təhsil, elm mərkəzi olub ölkəmizin və indi də elədir. Bu da bir elmdir, bir dəryadır. Sənətkarlıq bizim zonaya xas xüsusiyyətdir. Bizim ailəmiz 30 ildir ki, Şamaxıda yaşayır. Bu müddət ərzində bu işlə məşğul olmuşuq. Mənim atam da, babam Nağı da, onun atası Seyfalı baba da dəmirçi olub, misgərliklə məşğul olublar. - Əsliniz haradandır, Söhrab? - Əslimiz İsmayıllının Lahıc qəsəbəsindəndir. Oradan gəlir bu bacarıq. Yəqin Sizə də məlumdur ki, Lahıc sənətkarlıq mərkəzlərindən biridir Azərbaycanın. Müxtəlif sənətkarlıq sahələri ilə məşğul olan insanlar yaşayır orada. Lahıc sənətkarlarının ustalığı Azərbaycan xalqının dekorativ-tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə özünəməxsus memarlıq və adət-ənənləri ilə məşhur deyil, həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları ilə tanınır. Burada 127-yə yaxın sahəsi inkişaf etmiş sənətkarlığı qeyd etmək lazımdır. XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı. Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür, həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik, xalçaçılıq, dəmirçilik, bənnalıq, dülgərlik, dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır. - Bəli, elədir, Söhrab. Hətta məlumat verim ki, Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tam azad edib. Dəyərli vaxtını bizə ayırdığın üçün çox sağ ol, Söhrab. Xoş idi müsahibim olman. Müsahibə zamanı da bizə öz bacarığını göstərərək samovar üçün boru – dudkeş hazırladın. Yorulmayasan! - Mən də müsahibə üçün Sizə təşəkkür edirəm. Sağ olun! BURAXILIŞ № 003 “ASAN MƏKTUB” ŞAMAXIDA ÜLVİ MƏMMƏDOV (FOTO-MÜXBİR) 28.11.2020 İşlərinə cani-könüldən yanaşan, hər çətinliyin öhdəsindən öz zəkaları, bilikləri ilə uğurla gələn, saf qəlbləri, saf düşüncələri olan könül sahibləri - ASAN Könüllülərimiz! “ASAN Məktub" layihəsinin Şamaxıda baş tutmuş layi- həsindən könüllümüz Nail Əmirov.