2. Keys 1
Anar diplom işini yazıb
bitirəndən sonra,ona bu elmi işin
yazılmasında köməklik göstərən
şəxslərə minnətdarlığını
bildirmək istəyir.
Sual:Sizcə,o,təşəkkürünü necə
bildirə bilər?
3. Minnətdarlıqla təşəkkür edəcəyi əsas şəxs ona elmi işində yardım etmiş elmi rəhbəri
olmalıdır.Akademik işinin başa çatdırılmasında əməyi keçmiş şəxsləri də sadalamağı
unutmamalıdır.
Hər kəsə fərdi olaraq,şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənər.
CAVAB
4. Keys 2
Emin ADNSU tələbəsidir. O, "Azərbaycan
dilində akademik və işgüzar
kommunikasiya" fənnindən akademik yazı
hazırlamalı və bu mövzuda "Akademik
yazı elmin və ali təhsilin atributudur"
fikrini əsaslandırmalıdır. Lakin o bunu
necə edəcəyini bilmir.
Sual: Emin fikrini necə əsaslandıra bilər?
5. CAVAB
Əgər akademik yazıda hər hansı bir arqument irəli sürülürsə, fikir mövzu üzrə yazı nəşr
etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirilərək əsaslandırılmalıdır.
Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən
biridir, çünki bu, şəxsin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunu, ideyaları anladığını,
bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işində istifadə etdiyini göstərir.
6. Keys 3
Nuray və Tural öz akademik yazılarını
hazırlayarkən Nuray arqumentlərini
təsvir etdiyi prosesə əsasən, Tural isə
onların meyarlara uyğunluğuna
əsasən sıraladı.
Sual:Onlar hansı sıralama növlərindən
istifadə etmişdir?