SlideShare a Scribd company logo
AZƏRBAYCAN RESPUBLİKASI KƏND
TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT KƏND TƏSƏRRÜFATININ
İQTİSADİYYATI VƏ TƏŞKİLİ İNSTİTUTU
Əlyazması hüququnda
ZİYA ƏLİ oğlu MƏLİKOV
RƏQABƏTQABİLİYYƏTLİ MƏHSUL İSTEHSALINDA
KEYFİYYƏTƏ TƏSİR GÖSTƏRƏN İQTİSADİ AMİLLƏRİN
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
PROBLEMLƏRİ
(Azərbaycan Respublikasının çay məhsulları timsalında)
08.00.05. - Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd
təsərrüfatı)
İqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2008
2
Dissertasiya işi Azərbaycan Kooperasiya Universitetində yerinə
yetirilmişdir.
Elmi rəhbər: İqtisad elmləri doktoru, professor V.M.Niftullayev
Rəsmi opponentlər: İqtisad elmləri doktoru İ.H.Alıyev
İqtisad elmləri namizədi N.V.Əlibəyov
Aparıcı təşkilat: Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyi
Müdafiə «____» ________ 2008-cı ildə saat ____-da Azərbaycan
Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda
fəaliyyət göstərən iqtisad elmləri namizədi alimlik dərəcəsi verən N.04.013
Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.
Ünvan: Az 0130, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi,
3097-ci məhəllə, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı
və Təşkili İnstitutu, II mərtəbə, akt zalı.
Dissertasiya işi ilə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutunun kitabxanasında tanış olmaq olar.
Avtoreferat «____» _________ 2008-ci ildə göndərilmişdir.
N.04.013 Dissertasiya Şurasının elmi
katibi, iqtisad elmləri namizədi: A.F.Abbasov
3
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI
Mövzunun aktuallığı. Bazar münasibətləri şəraitində mühüm iqtisadi
problemlərdən biri də respublikada müvafiq kənd təsərrüfatı və sənaye
sahələrinin bərpası və inkişaf etdirilməsidir. Rəqabət probleminin aktuallaşdığı
müasir dövrdə zəruri bazar tələblərinə cavab verə biləcək məhsul istehsalının
həyata keçirilməsi, bu məqsədlə, kənd təsərrüfatı və sənaye müəssisələrinin iqtisadi
potensialından hərtərəfli və səmərəli istifadə edib, reallaşdırılan məhsulun
keyfiyyətinin və rəqabətqabiliyyətinin yüksəldilməsi, bununla əlaqədar konkret
iqtisadi islahatların və tədbirlərin reallaşdırılması olduqca böyük əhəmiyyət daşıyır.
Məhsulun keyfiyyətinin yüksək olması, əsasən, bu istiqamətdə texniki,
texnoloji və təşkilati məsələlərin səmərəli həllini nəzərdə tutursa, onun minimum
dəyərdə olması bu istiqamətdə mühüm iqtisadi amillərin əhəmiyyətini ortaya
qoyur. Bu cür iqtisadi amillərə məhsulun keyfiyyətinə və səmərəli istehsalına sərf
olunmuş ümumi məsrəfləri, məhsulun əmək tutumluluğunu, maya dəyərini,
istehsalın və məhsulun standartlaşdırma səviyyəsini, qiymət siyasətini, idarəetmə
və əməyin səmərəliliyini, əmək məhsuldarlığını, məhsulun istehlak xərclərini,
habelə keyfiyyətin idarə edilməsinə yönəlmiş digər iqtisadi amilləri, o cümlədən
alqı-satqının forma və metodları, reklamın mükəmməlliyi, tələb-təklif
münasibətlərinin gözlənilməsi, düşünülmüş rəqabət siyasəti, tədarük və
nəqletmənin şərtləri və müddəti, idxal-ixrac əməliyyatlarının məqsədyönlü
tənzimlənməsi və s. amilləri aid etmək olar.
Dissertasiya mövzusunun aktuallığı rəqabətqabiliyyətli məhsul
istehsalında keyfiyyətə təsir göstərən iqtisadi amillərin qiymətləndirilməsini və
təkmilləşdirilməsini əhatə edərək öz obyektini Azərbaycanda istehsal olunub
satılan çay məhsullarının timsalında müəyyənləşdirmişdir. Belə ki, ölkə
iqtisadiyyatı üçün əhəmiyyətlilik və perspektivlilik baxımından, ənənəvi və
gəlirli sahələrdən biri sayılan çay istehsalı və emalı sahəsinin bərpasına,
inkişafına, o cümlədən, ölkədə rəqabətqabiliyyətli və yüksək keyfiyyətli çay
yarpağı və quru çay məhsullarının mütərəqqi formada istehsalına və müasir
bazar sistemində həmin məhsulların səmərəli surətdə reallaşdırılmasına şərait
yaratmaq ölkə iqtisadiyyatı üçün olduqca aktual bir məsələdir.
Ölkə Prezidenti İlham Əliyev cənablarının 11 fevral 2004-cü ildə
imzaladığı “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”-nın əsas tərkib hissələrindən biri olan müvafiq regionlarda “Çay
istehsalı və emalının inkişafı” tədbiri dissertasiyada qoyulan problemin həlli
zərurətini daha da aktuallaşdırmışdır.
Problemin öyrənilmə vəziyyəti. Azərbaycanda və digər xarici
dövlətlərdə məhsulun keyfiyyətinin səmərəli idarə edilməsi və
rəqabətqabiliyyətinin yüksəldilməsi yollarının tədqiqi ölkəmizin və xarici
iqtisadçı alimlərin daim diqqət mərkəzində olmuşdur.
Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi Qərb ölkələrinin alimləri
4
kimi M.Porter, R.Şmalenzi, M.Brun, F.Kotler, C.Şank, A.Feyqenbaum,
E.Deminq, E.Curan və başqaları makroiqtisadiyyatda rəqabət mühitinin
formalaşmasını, idarəetmədə marketinq metodlarının tətbiqini və keyfiyyətin
səmərəli iqtisadi metodlarla idarə edilməsini daha dərindən tədqiq edərək
məhsulun rəqabətqabiliyyətini əmələ gətirən keyfiyyət və qiymət
kriteriyalarını sivil sosial-iqtisadi prinsiplər çərçivəsində öyrənmiş və müvafiq
problemin daha mütərəqqi həlli yollarını göstərmişlər.
Bununla yanaşı, müasir rus iqtisadçılarından - Y.P.Adler, Q.D.Krılova,
V.A.Şvandar, R.A.Fatxutdinov, A.Y.Yudanov, Q.A.Azoyev, E.M.Kupryakov,
İ.N.Qerçikova, T.İ.Leonova, A.V.Qliçev, S.Şepetova, L.E.Skripko,
Q.P.Voronin, S.Q.Svetunkov, İ.T.Lifts və başqaları öz əsərlərində keçid
iqtisadiyyatını yaşayan ölkələr timsalında, onların məqsədyönlü inkişafı və
dünya əmtəə bazarına məhsul çıxarmaq baxımından son məhsulun ən aşağı
istehsal xərcləri ilə arzu edilən keyfiyyət səviyyəsini təmin etmək və məhsulun
davamlı rəqabətqabiliyyətini məhdud istehsal və iqtisadi imkanlar şəraitində
strateji idarə etmək məsələlərinə bu və ya digər səviyyədə aydınlıq gətirmişlər.
Respublikamızda bazar iqtisadiyyatının formalaşması və inkişafı, milli
istehsalın inkişaf məsələləri, həmçinin ölkədə azad sahibkarlıq fəaliyyətinin və
rəqabət şəraitinin formalaşması ilə əlaqədar bir çox ümumi və xüsusi
problemlər Z.Ə.Səmədzadə, A.A.Nadirov, Ş.Ə.Səmədzadə, S.A.Səfərov,
T.S.Vəliyev, S.V.Salahov, Ş.Ə.Axundov, T.Ə.Quliyev, A.T.Əhmədov,
Ə.Ç.Verdiyev, V.M.Niftullayev, İ.V.Əhmədov, B.X.Ataşov, R.Ə.Balayev,
İ.H.İbrahimov, İ.H.Alıyev, F.N.Ələsgərov, N.V.Əlibəyov, A.F.Abbasov və
başqalarının əsərlərində öz həllini lazımi səviyyədə tapmış və
iqtisadiyyatımızın bir çox aktual məsələlərinə aydınlıq gətirilmişdir.
Bundan əlavə, cəmiyyətdə daha çox istehlak olunan ərzaq məhsullarının,
o cümlədən çayın istehlak xassələrini və keyfiyyətini texniki, texnoloji, aqrar
və digər aspektdən tədqiq edən ayrı-ayrı MDB və ölkə mütəxəssisləri (İ.N.Furs,
İ.P.Çepurnoy, M.A.Nikolayeva, B.T.Qoqiya, B.B.Poxlyobkin, V.P.Qvasaliya,
A.Y.Bağirov, F.A.Quliyev, İ.Ə.Əhməd-Cabir, V.A.Əliyev və s.) öz elmi
əsərlərində məhsulun rəqabətqabiliyyətində keyfiyyətin zəruri rolunu və
əhəmiyyətini müvafiq şəkildə qiymətləndirmişlər.
Buna baxmayaraq, Azərbaycanda çay məhsulları bazarının rəqabət
strukturu və məhsulun rəqabətqabiliyyətlilik səviyyəsini formalaşdıran iqtisadi
amillərin tədqiqi, o cümlədən keyfiyyətin iqtisadi cəhətdən qiymətləndirilməsi
ayrıca bir tədqiqat obyekti olmamış, bu mövzuda nə bir monoqrafiya, nə də
dissertasiya yazılmamışdır. Ölkə iqtisadiyyatının müvafiq sahəsinin inkişaf
problemlərinin öyrənilməsi və qarşıya qoyulan problemin həlli yollarının
axtarılması zərurəti tədqiqat işinin məqsəd və vəzifələrini müəyyən etmişdir.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanda çay
istehsalının müasir vəziyyətinin və bazarda formalaşan rəqabət münasibətlərinin
öyrənilməsi, həmçinin çay məhsullarının rəqabətqabiliyyətinin və
5
keyfiyyətinin iqtisadi aspektlərinin tədqiqi və onun inkişafı üçün
konkret təklif və tövsiyələri işləyib hazırlamaqdan ibarətdir.
Tədqiqat işinin məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya
qoyulmuş və yerinə yetirilmişdir:
- respublikada çay istehsalının müasir vəziyyətinin və çayçılığın iqtisadi
inkişaf məsələlərinin öyrənilməsi;
- ölkənin çay bazarında formalaşan rəqabət mühitinin tədqiqi və çay
məhsullarının rəqabətqabiliyyətlilik problemlərinin aşkarlanması;
- çay məhsullarının istehlak xassələrinin və keyfiyyətinin onların
rəqabətqabiliyyətinə təsir dərəcəsinin öyrənilməsi;
- ölkə bazarında reallaşdırılan ayrı-ayrı çay məhsullarının
ümumi rəqabətqabiliyyətlilik səviyyələrinin müəyyənləşdirilməsi və bu
problemin ilkin həlli yollarının elmi cəhətdən əsaslandırılması;
- çay istehsalında keyfiyyətin idarə edilməsinin optimal iqtisadi
mexanizminin müəyyənləşdirilməsi;
- konkret marketinq tədbirlərinin müəyyənləşdirilməsi əsasında çay
bazarında məhsulun mövqeyinin və rəqabət üstünlüklərinə nail olma yollarının
təyin edilməsi;
- çay məhsullarının keyfiyyətinin və rəqabətqabiliyyətinin səmərəli idarə
edilməsi istiqamətində bir sıra zəruri iqtisadi metodların tədqiqi və onların
tətbiqi yollarının göstərilməsi;
- respublikada çayçılığın inkişafı, keyfiyyətli çay istehsalı və satışının
stimullaşdırılması, həmçinin çay bazarında rəqabət münasibətlərinin dövlət
tənzimlənməsi problemlərinin həllinə istiqamətlənən nəzəri və praktiki
baxımdan əsaslandırılmış təkliflərin verilməsi.
Tədqiqatın obyekti kimi Azərbaycan Respublikasının çayçılıq sahəsi, o
cümlədən çay təsərrüfatları, ölkədə istehsal olunan yaşıl çay yarpağının ilkin
emalı və çay qablaşdırıcı müəssisələri seçilmişdir.
Tədqiqatın predmetini çay məhsullarının istehsalı və satışında
keyfiyyət və rəqabətqabiliyyətlilik problemlərinin həllinə yönələn iqtisadi
amillərin müəyyən olunması və təkmilləşdirilməsi yollarının öyrənilməsi təşkil
edir.
Tədqiqatın nəzəri-metodoloji əsasını ölkə Prezidentinin iqtisadi siyasət
və inkişafla bağlı fərman və sərəncamları, Azərbaycan Respublikasının
mövcud qanunları, Milli Məclisin qanun layihələri və normativ hüquqi aktları,
bu istiqamətdə müvafiq ictimai təşkilatların proqram və tədbirlər paketi, habelə
ölkə və xarici iqtisadçı alimlərin tədqiqatları təşkil edir.
Dissertasiya sistemli təhlil, məntiqi ümumiləşdirmə, müqayisə,
müşahidə və analitik-statistik metodlar əsasında yerinə yetirilmişdir.
Tədqiqatda həmçinin məhsulun rəqabətqabiliyyətlilik göstəricilərinin
hesablanmasında diferensial və kompleks (qrup və inteqral) metodlardan
istifadə edilmişdir.
6
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin məcmuələri, İqtisadi İnkişaf Nazirliyinin və Kənd
Təsərrüfatı Nazirliyinin müvafiq icmalları, Azərbaycan Marketinq
Cəmiyyətinin və Sosial İqtisadi Araşdırmalar Mərkəzinin bazar araşdırmaları
üzrə materialları, Azərbaycan Çay Assosiasiyasının və çay istehsal edən
müəssisələrin məlumatları, habelə respublikanın iqtisadi problemlərinə həsr
olunmuş müasir ədəbiyyatlar təşkil edir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
- Azərbaycanda çay istehsalı və satışının müasir iqtisadi vəziyyəti təhlil
olunmuş, mövcud problemlərin yaranma səbəbləri və nəticələri konkret
səviyyədə araşdırılmışdır;
- respublikanın çay məhsulları bazarında müəssisələr və əmtəələr
səviyyəsində formalaşan rəqabət münasibətləri və ayrı-ayrı rəqib çay
məhsullarının üstün və zəif cəhətləri müəyyən olunmuşdur;
- çayın istehlak xassələri və keyfiyyəti istehlakçı və istehsalçı nöqteyi-
nəzərindən qiymətləndirilmiş, məhsulun rəqabətqabiliyyətinin təmin
edilməsində keyfiyyət və qiymət amillərinin qarşılıqlı asılılığı tədqiq
edilmişdir;
- respublikada reallaşdırılan milli və xarici çay məhsullarının vahid və qrup
rəqabətqabiliyyətlilik göstəriciləri elmi əsaslarla müəyyənləşdirilmiş, onların
yüksəldilməsində mühüm rol oynayan konkret iqtisadi və keyfiyyət amilləri
öyrənilmişdir;
- çay istehsalında məhsulun keyfiyyətinin yüksəldilməsinin səmərəli
iqtisadi mexanizmi göstərilmiş, müəssisələrdə keyfiyyətin kompleks və
səmərəli idarə edilməsi məqsədilə təşkilatı və istehsal strukturunun
təkmilləşdirilməsi yolları müəyyən olunmuşdur;
- keyfiyyətli və rəqabətqabiliyyətli çay istehsalı və satışının
stimullaşdırılması üçün sahibkarlar səviyyəsində həyata keçiriləcək konkret
iqtisadi və xüsusi marketinq tədbirləri elmi cəhətdən əsaslandırılmışdır;
- ölkədə çayçılıq sahəsinin bərpası və inkişafına stimul kimi dövlətin
müvafiq hüquqi-iqtisadi funksiyaları müəyyənləşdirilmiş və bu istiqamətdə
konkret tənzimləyici vəzifələri əhatə edən təkliflər işlənib hazırlanmışdır.
Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində əldə olunan nəticələrdən
və irəli sürülən təkliflərdən istifadə etməklə, respublikada çay istehsal edən
müəssisə və fermer təsərrüfatları bazar münasibətləri çərçivəsində öz
fəaliyyətlərini daha çevik qurmaq, rəqabət mübarizəsində özlərinin zəif və üstün
cəhətlərini layiqincə qiymətləndirmək, həmçinin istehsal olunan məhsulun
keyfiyyət və rəqabətqabiliyyətlilik problemlərinin səmərəli iqtisadi yollarla həll
etmək üçün konkret idarəetmə tədbirlərini əhatə edən müəyyən iqtisadi və
təşkilati vəzifələri həyata keçirmək imkanı əldə edə bilərlər.
Tədqiqatın aprobasiyası və nəticələrin tətbiqi. Dissertasiyanın əsas
müddəaları və alınan nəticələr, tövsiyə və təkliflər Azərbaycan Kooperasiya
7
Universitetində keçirilmiş müvafiq Respublika və Beynəlxalq səviyyəli elmi-
praktiki konfranslarda (2003, 2004 və 2005-ci illərdə) müzakirə edilmiş və
konfrans materiallarında, müvafiq elmi jurnallarda və ayrıca məqalələr kimi
çap olunmuşdur. Dissertasiya işinin mövzusu və nəticələri üzrə 2.8 çap vərəqi
həcmində altı məqalə və iki tezis nəşr edilmişdir.
Dissertasiya işinin nəticə və təklifləri Azərbaycan Çay Assosiasiyasının
İdarə Heyətində müzakirə edilərək istehsalda tətbiq üçün qəbul edilmişdir (12
yanvar 2007-ci il tarixli 08 saylı akt).
İşin həcmi və quruluşu. Dissertasiya giriş, üç fəsil (o cümlədən, on
paraqraf), nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından, həmçinin əlavələrdən
ibarət olmaqla 1.5 intervallı kompüter yazısı ilə 173 səhifə həcmindədir. Tədqiqat
işində 6 sxem, 32 cədvəl, 10 şəkil verilmiş, habelə istifadə edilmiş ədəbiyyat
siyahısında 117 adda ədəbiyyat göstərilmişdir.
TƏDQİQAT İŞİNİN QISA MƏZMUNU
Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı, problemin
öyrənilmə vəziyyəti, tədqiqatın məqsədi və vəzifələri, obyekti və predmeti,
nəzəri-metodoloji əsasları, informasiya bazası, elmi yeniliyi, praktiki
əhəmiyyəti, aprobasiyası və işin həcmi əks etdirilmişdir.
Dissertasiya işinin “Azərbaycanda mövcud əmtəə bazarının iqtisadi
problemləri və məhsulun rəqabətqabiliyyətinin araşdırılmasının elmi-
metodoloji əsasları” adlı birinci fəslində tədqiqat işinin predmeti üzrə
məhsulun rəqabətqabiliyyətinin araşdırılmasının elmi-metodoloji əsasları
verilmiş, rəqabət və rəqabətqabiliyyətlilik, həmçinin keyfiyyət anlayışlarının
nəzəri iqtisadi mahiyyəti açıqlanmış, o cümlədən keyfiyyətə və
rəqabətqabiliyyətliliyə təsir göstərən mühüm iqtisadi amillərin nəzəri və tətbiqi
əsasları müəyyənləşdirilmişdir.
Müasir bazar iqtisadi münasibətlərinin ən səmərəli şəkildə reallaşması
prosesi bu münasibətləri hərtərəfli surətdə əhatə edən rəqabət,
rəqabətqabiliyyətlilik və keyfiyyət amillərinin birbaşa təsiri altında həyata
keçdiyindən onların nəzəri və praktiki tədqiqi daim diqqət mərkəzində olmuşdur.
Tədqiqat işində bu amillərin formalaşma xüsusiyyətləri nəzəri cəhətdən ayrı-
ayrılıqda araşdırılır və son məhsulun bazarda səmərəli reallaşdırılması üçün
onların praktikada bir-birini tamamlamasının zəruriliyi ortaya qoyulur.
İşdə qeyd olunur ki, rəqabətin yaratdığı sağlam biznes mühitində hər bir
məhsul vahidinə düşən material məsrəfləri azalır, ümumi istehsal xərcləri aşağı
düşür, bununla da istehsalın və bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir,
məhdud resurslardan səmərəli istifadə etməklə istehlakçıların tələbatının daha
dolğun ödənilməsinə şərait yaranır. Bu baxımdan bir sıra tədqiqatlar aparan Qərb
8
iqtisadçıları rəqabətin tədqiqini onun sosial-mənəvi, struktur və funksional
cəhətləri əsasında apararaq mühüm elmi nəticələr əldə edə bilmişlər.
Görkəmli Amerika iqtisadçısı M.Porter özünün rəqabət konsepsiyasında
iqtisadi sahələr üzrə rəqabətin beş əsas qüvvə əsasında formalaşmasını irəli sürür:
yeni rəqiblərin (əmtəələrin) meydana çıxması təhdidi; əvəzedici əmtəələrin
meydana çıxması təhdidi; xammal və yarımfabrikat mal tədarükçülərinin
davranışı (öz aralarında sövdələşmə qabiliyyəti); alıcıların (istehlakçıların)
davranışı; mövcud sahədaxili rəqiblərin öz aralarındakı rəqabət. Bu rəqib
qüvvələrdən hər birinin əhəmiyyəti sahədən sahəyə dəyişərək, nəhayətdə həmin
sahənin mənfəətliliyini müəyyən edir. Sahədaxili təsərrüfat subyektləri
arasında formalaşan rəqabət münasibətləri onları təyin edən amillərin (rəqib
qüvvələrin) qarşılıqlı təsiri altında vüsət alır. Hər bir əmtəə istehsalçısı öz
konkret rəqiblərini, onların imkanlarını və çatışmayan cəhətlərini bilməklə
yanaşı, həm də müəyyən bazarda (onun müəyyən seqmentində) rəqabətin ümumi
vəziyyətini, müvafiq bazar tipini və “özünün” rəqabət mühitini tədqiq etməlidir.
Aparılan tədqiqatlar göstərir ki, reallıqda rəqabətin əsası olduqca
mürəkkəb quruluşa malikdir. Belə ki, hər bir təsərrüfat vahidi tipinə
özünəməxsus xüsusiyyətlər xas olur, yəni böyük inhisarların – gücü, kiçik
firmaların – çevikliyi, ixtisaslaşmış firmaların bazarın xüsusi seqmentlərinə və
“kasıb” yerlərinə uyğunlaşa bilməsi, novator firmaların – ilkin ixtiralarda
üstünlüyü və s. onları rəqabətdə üstünlük qazanmağa aparan amillərdir.
Rəqabət münasibətlərinin makroiqtisadi səviyyədə tədqiqi göstərir ki, bu
prosesin sağlam şəkildə formalaşması olmadan sivilizasiyalı bazara keçid baş
tutmur və sağlam rəqabətin yaranması üçün hər bir ölkədə bir sıra sosial-
psixoloji və hüquqi-iqtisadi tədbirlərin həyata keçirilməsi tələb olunur.
Dissertasiyada həmçinin, iqtisadi kateqoriya kimi məhsulun keyfiyyəti və
rəqabətqabiliyyətinin nəzəri əsasları və ayrı-ayrı xüsusiyyətləri izah edilərək
burada mühüm əhəmiyyət kəsb edən bir sıra iqtisadi amillər müəyyənləşdirilmiş,
bu amillərin daxili bazarda reallaşdırılan məhsullara görə əhəmiyyətli rolu qeyd
olunmuş və onların bazarda son məhsulun satışına təsir dərəcəsi
qiymətləndirilmişdir. Araşdırılan problemin həllinə dair müxtəlif iqtisadçı
alimlərin və mütəxəssislərin nəzəri yanaşmaları və elmi fikirləri öyrənilmiş,
həmçinin müvafiq elmi metodologiyanın tədqiqat obyektinə uyğunluq səviyyəsi
müəyyənləşdirilmişdir. Həmçinin bu fəsildə məhsulun keyfiyyəti ilə onun
rəqabətqabiliyyəti arasında olan iqtisadi asılılığın incəlikləri tədqiq edilmiş və
məhsulun optimal keyfiyyət səviyyəsinin iqtisadi əsasları öyrənilmişdir.
Bazar münasibətlərinin inkişaf etdiyi müasir şəraitdə, hər bir müəssisənin
uğurlu fəaliyyəti təkcə onun məhsulunun yüksək texniki, texnoloji, funksionallıq,
standartlıq və s. göstəricilərini özündə əks etdirən keyfiyyət parametrlərindən
deyil, həm də bu məhsulun özünün qiyməti, münasibliyi və digər iqtisadi
göstəricilərini: alıcı zövqünü və tələbatını, onun alıcılıq qabiliyyətini və dəyişkən
tələblərini və s.-ni əhatə edən rəqabətqabiliyyətlilik cəhətindən çox asılıdır.
9
Əksər iqtisadçı alimlər tərəfindən məhsulun rəqabətqabiliyyətinə həm
keyfiyyət nöqteyi-nəzərindən baxılır, həm də bu anlayış, bir çox iqtisadi, texnoloji
və digər parametrləri özündə əks etdirən xüsusi bir kateqoriya kimi müəyyən
olunur. Əslində çox vaxt bir-biri üçün zəruri şərt olan və bir-birini tamamlayan
məhsulun keyfiyyəti və rəqabətqabiliyyəti kateqoriyaları mahiyyət etibarilə ayrı-
ayrı məzmuna malikdirlər. Məhsulun rəqabətqabiliyyəti yalnız azad bazar və
rəqabət şəraitində meydana çıxır və o, məhsulun keyfiyyətini həm istehsalçı, həm
də istehlakçı tərəfindən hesaba alır. Məhsulun rəqabətqabiliyyəti səviyyəsini
müəyyənləşdirərkən cari əmtəə bazarında istehlakçıların pul gəlirlərinin səviyyəsi
mütləq nəzərə alınır. O məhsul rəqabətqabiliyyətli ola bilər ki, onun kompleks
istehlak və digər xassələri bazarda onun müvəffəqiyyətini, daha doğrusu, bir-biri ilə
rəqabət aparan analoji əmtəələrin geniş təklifi şəraitində onun pula mübadilə
olunması qabiliyyətini təmin etmiş olsun.
Elmi-nəzəri tədqiqatlara görə məhsulun “rəqabətqabiliyyəti” və onun
“keyfiyyəti” arasındakı fərq onunla izah olunur ki, baxmayaraq “keyfiyyət”
məhsulun rəqabətqabiliyyətinin əsas tərkib hissəsidir, lakin birinci daha geniş
məzmuna malikdir. Belə ki, əgər məhsulun keyfiyyəti özündəki xassələrin
müəyyən dəyişməz məcmusunu əks etdirirsə, məhsulun rəqabətqabiliyyəti isə
keyfiyyətin sabit qaldığı təqdirdə belə reallaşma, tələb və təklif, rəqiblərin
davranışı və digər amillərdən asılı olaraq əhəmiyyətli dəyişikliyə məruz qala
bilər. Məsələn, mühüm ərzaq məhsullarından biri olan çayın istehsalı zamanı
onun tərkibindəki tanin, kofein, ekstraktiv və vitaminli maddələrin, həmçinin
rütubətliliyin və s.-nin daxil olduğu keyfiyyət göstəriciləri ciddi şəkildə
gözlənilsə də, alıcı üçün əsasən çayın dadı, ətri, dəminin rəngi, istehlak qaydası,
qiyməti və s. daha əhəmiyyətli rol oynayır.
Bir qrup iqtisadçı alimlərin (M.M. Lobanov, Y.M. Osipov, Ş.Ş.
Maqomedov, R.A.Fatxutdinov və s.) qənaətinə görə, məhsulun keyfiyyəti ilə
istehsal xərcləri arasında optimal qarşılıqlı münasibətlərin əldə edilməsi
rəqabətqabiliyyətliliyin mümkün surətdə səmərəli idarə edilməsinin şərti kimi
müəyyən olunur. Digər tədqiqatçılar (İ.T.Lifts, V.İ. Dudkin, İ.N.Qerçikova və
başqaları) isə qeyd edirlər ki, məhsulun rəqabətqabiliyyəti onun müəyyən zaman
ərzində müəyyən bazarda reallaşma imkanıdır. Bu kateqoriya olduqca dinamikdir,
çox vaxt əvvəlcədən müəyyən oluna bilinmir və bir çox amillərdən asılıdır.
Dissertasiyada göstərilir ki, məhsulun keyfiyyəti real və nəzərdə tutulan
tələbatın ödənilməsi qabiliyyətini özündə doğuran spesifik xassə və xüsusiyyətlərin
məcmusunu əks etdirsə də, iqtisadi kateqoriya kimi, keyfiyyət məhsulun öz
təyinatına müvafiq olaraq insan tələbatının ödənilməsi üçün onun yararlılıq
dərəcəsini müəyyən edən xassələr məcmusunu ifadə edir. Keyfiyyət
kateqoriyasının iqtisadi əhəmiyyəti məhsulun əmtəə formasını, bazarı və onun
elementləri olan tələb və təklifin xarakterini, qiymət səviyyəsini, həmçinin istehsal
və istehlak arasındakı əlaqələri öyrənməyi zəruri edir. Başqa sözlə,
rəqabətqabiliyyətli məhsul istehsalının səmərəli idarə edilməsi istehsalçının
10
qarşısında keyfiyyətə daha çox iqtisadi kateqoriya kimi yanaşma vəzifəsini qoyur.
Öz əsərlərində keyfiyyət probleminin makro və mikro səviyyədə iqtisadi
həlli yollarına bu və ya digər səviyyədə yanaşan alimlərimizdən
Z.Ə.Səmədzadə, Ş.Ə.Səmədzadə, S.A.Səfərov, S.V.Salahov, Ş.Ə.Axundov,
T.Ə.Quliyev, T.S.Vəliyev, A.T.Əhmədov, V.M.Niftullayev, İ.H.İbrahimov,
F.N.Ələsgərov, B.X.Ataşov, R.Ə.Balayev, İ.H.Alıyev və başqaları azad
sahibkarlığın inkişafında və milli məhsulların rəqabətqabiliyyətinin
yüksəldilməsində bu yöndə olan tədqiqatlara xüsusi yer vermişlər. Xüsusilə
F.N.Ələsgərov, N.Ş.Zeynalov və M.Y.Zeynalov kimi alimlərimiz tərəfindən
keyfiyyət iqtisadi kateqoriya kimi qiymətləndirilərkən, məhsulun keyfiyyətinin
onun iki cəhəti ilə - dəyər (qiymət) və istehlak dəyəri ilə şərtlənməsi və
istehsal ilə istehlakı vahid bir prosesdə birləşdirməsi fikri irəli sürülür. Bu elmi
mülahizənin üstünlüyünə görə məhsulun keyfiyyəti iqtisadi kateqoriya kimi,
cəmiyyətin iqtisadi inkişafının ən mühüm tərəflərini – istehsal və istehlakı,
iqtisadi hadisələrin əlaqələrini və qarşılıqlı asılılığını əks etdirir. Müəllif bu
elmi mülahizəyə müasir aspektdən yanaşaraq qeyd edir ki, bazar münasibətləri
şəraitində yaradılan məhsulun qiymətləndirilməsində istehlakçının rolunun
əhəmiyyəti getdikcə artır və nəticədə, keyfiyyətin idarə edilməsinin səmərəli
mexanizminin qurulması keyfiyyət kateqoriyasının iqtisadi mahiyyətini daha
dərindən aydınlaşdırmağı tələb edir. Bu da, keyfiyyət kateqoriyası ilə istehlak
dəyərinin, dəyərin, qiymətin və tələbatın ödənilməsinə görə iqtisadi
münasibətlərin müvafiq tərəflərini əhatə edən digər kateqoriyaların arasındakı
qarşılıqlı əlaqələrin tədqiqi əsasında mümkün olur.
Ümumiyyətlə, məhsulun davamlı rəqabətqabiliyyətli olması daha çox
onun keyfiyyətinin yüksək, qiymətinin isə minimum olmasından asılı olur.
Məhsulun keyfiyyətinin yüksək olması, əsasən, bu istiqamətdə texniki,
texnoloji və təşkilati məsələlərin səmərəli həllini nəzərdə tutursa, onun
minimum qiymətdə və dəyərdə olması isə sırf iqtisadi amillərin əhəmiyyətini
ortaya qoyur. Bu cür iqtisadi amillərə məhsulun keyfiyyətinə və səmərəli
istehsalına sərf olunmuş ümumi məsrəfləri, məhsulun əmək tutumluluğunu,
maya dəyərini, istehsalın və məhsulun standartlaşdırma səviyyəsini, qiymət
siyasətini, idarəetmə və əməyin səmərəliliyini, əmək məhsuldarlığını,
məhsulun istehlak xərclərini, habelə keyfiyyətin idarə edilməsinə yönəlmiş
digər amilləri aid etmək olar (Sxem 1).
Yuxarıda sadalanan iqtisadi amillər məhsulun keyfiyyətinə bilavasitə onun
istehsalı zamanı təsir göstərirsə, məhsulun satışı zamanı onun reallaşma
(istehlakçıya tam çatdırma) keyfiyyətinə isə digər iqtisadi amillər də böyük təsir
göstərə bilirlər. Bunlar, alqı-satqının forma və metodları, reklamın
mükəmməlliyi, tələb-təklif münasibətlərinin gözlənilməsi, düşünülmüş rəqabət
siyasəti, tədarük və nəqletmənin şərtləri və müddəti, idxal-ixrac əməliyyatlarının
məqsədyönlü tənzimlənməsi, habelə müəssisələrin istehsal-təsərrüfat
fəaliyyətindəki birbaşa struktur cəhətlərin formalaşdırılması, dövlətin
11
Daxili iqtisadi amillər: Xarici iqtisadi amillər:
Sxem 1. Məhsulun rəqabətqabiliyyətinə və keyfiyyətinə təsir göstərən ümumi
iqtisadi amillər
antiinhisar və vergi siyasəti və digər məsələlər ola bilər.
Dissertasiyada məhsulun rəqabətqabiliyyətinə və keyfiyyətinə
təsir göstərən bir sıra marketinq yönümlü iqtisadi amillərin də təsir
Müəssisənin maliyyə
imkanları:
- müəssisənin büdcəsi;
- istehsal xərclərinin
səmərəli bölgüsü;
- əlavə stimullaşdırma xərcləri
Müəssisənin istehsal
imkanları:
- texniki və texnoloji
modernləşdirmə səviyyəsi;
- zəruri resursların təşkili;
- çevik istehsal vasitələri və s.
Müəssisə fəaliyyətinin
səmərəli idarə edilməsi
imkanları:
- mükəmməl idarəetmə
strukturu;
- kadrların bacarıq
səviyyəsi və səriştəliliyi;
- əməyin məhsuldarlığı və
düzgün təşkili və s.
Keyfiyyətin idarə edilməsi
imkanları:
- keyfiyyət sisteminin
kompleks menecmenti;
- keyfiyyət məsrəflərinin
düzgün idarə edilməsi;
- standartlaşdırma və
sertifikatlaşdırma
tədbirləri və s.
Səmərəli marketinq
fəaliyyəti:
- optimal qiymət siyasəti;
- rəqiblərin düzgün
qiymətləndirilməsi və
qərar vermə səviyyəsi;
-servis, reklamvə digər
stimullaşdırma tədbirləri
Rəqiblər və rəqib
məhsullar:
- rəqabət şəraiti;
- rəqiblərin bazar
mövqeyi və strategiyası;
- rəqib məhsullarının
rəqabətqabiliyyəti və
keyfiyyəti;
- rəqiblərin güclü və zəif
tərəfləri, satış siyasəti;
- potensial bazar təklifinin
əhəmiyyəti və s.
İstehlakçılar:
- istehlakçıların alıcılıq
qabiliyyəti;
- tələb və tələbatların
spesifikliyi;
- alıcıların bazar mədəniy
yəti (tələb və zövqlərin
müxtəlifliyi, seçimlərin
əsaslılığı, məhsul haq-
qında məlumatlılıq və s.)
Dövlətin iqtisadi siyasəti:
- sahibkarlıq və rəqabət
münasibətlərinin
tənzimlənmə səviyyəsi;
- vergi, idxal-ixrac və ya
gömrük siyasətinin
əlverişliliyi;
Regional iqtisadi
xüsusiyyətlər:
- konkret və ya milli
bazarın təbii cəhətləri;
- bazarın infrastrukturu;
- ekolojitarazlığın mühafizə-
si üçünmaliyyə ayırmala-
rının əhəmiyyəti və s.
M ə h s u l u n
rəqabətqabiliyyəti
Məhsulun
keyfiyyəti
Məhsul
12
dərəcəsinin öyrənilməsinə diqqət yetirilmişdir. Bu cür amillərə
əmtəələrin alıcılar tərəfindən mənimsənilmə səviyyəsi, keyfiyyətə qarşı
yüksək həssaslıq, servis və güzəşt tədbirləri, bazar və satış amilləri,
diqqəti cəlb edən və satışı stimullaşdıran məlumat amilləri, reklam təminatı və
s. aid edilmişdir.
Birinci fəsildə müəllif belə bir qənaətə gəlir ki, yaşıl və
quru çay məhsullarının keyfiyyətinə və rəqabətqabiliyyətinə təsir göstərən
mühüm iqtisadi amillərin düzgün müəyyənləşdirilməsi kənd təsərrüfatı və emal
sənayesində səmərəli istehsal fəaliyyətini təmin edə biləcək optimal tədbirlərin
işlənib hazırlanmasına şərait yarada bilər.
Dissertasiyanın “Azərbaycanda çayçılığın aqrar-sənaye sahəsinin
tədqiqi və çay istehsalında mövcud rəqabətqabiliyyətlilik və keyfiyyət
məsələləri” adlanan II fəslində ölkənin çayçılıq sahəsinin və çay istehsalı
müəssisələrinin mövcud iqtisadi vəziyyəti təhlil edilmiş, çay məhsulları
bazarında formalaşan rəqabət münasibətləri ayrı-ayrı istehsalçılar və satıcılar
səviyyəsində qiymətləndirilmiş, habelə Azərbaycanda reallaşdırılan çay
məhsullarının rəqabətqabiliyyətində keyfiyyətin iqtisadi rolu və
rəqabətqabiliyyətliliyin ümumi səviyyəsi müəyyənləşdirilmişdir.
Respublikamızda azad bazar münasibətlərinin tədricən inkişaf etməyə
başladığı real şəraitdə bir sıra çay emaledici və qablaşdırıcı müəssisələr və
çayçılıq təsərrüfatları əvvəlki direktiv iqtisadi sistem çərçivəsindəki idarəetmə
münasibətlərindən kəskin fərqlənən, yeni, bazar mexanizmli təsərrüfat sisteminə
keçməklə bir çox obyektiv problemlərlə qarşılaşmışlar. Vaxtilə planauyğun
kəmiyyət və keyfiyyət göstəriciləri ilə çay məhsulunun kütləvi istehsalını və
satışını həyata keçirən müəssisə və təsərrüfatlar, artıq fəaliyyətlərini
dayandırmışlar. Yeni yaradılan fermer təsərrüfatları və müəssisələr isə iqtisadi
böhran və tənəzzül vəziyyətindən çıxmaq yollarını axtarmaqla yanaşı, həm də
bazar tələblərinə uyğun olaraq keyfiyyətli və rəqabətqabiliyyətli məhsulun
reallaşdırılması problemini həll etməyə məcbur olmuşlar.
Müəllif tədqiqat obyektinin təhlilinə əsasən üç istiqamətdə - ölkədə
çay məhsulları bazarının tədqiqi, çay məhsullarının real istehlak və
istehsal vəziyyətinin öyrənilməsi və əhalinin çaya olan tələbatının ödənilmə
mənbələrinə nəzərən yanaşaraq sahənin problemlərini sistemli və əlaqəli
şəkildə öyrənməyə səy göstərmişdir. Belə ki, ölkədə yaşıl çay yarpağının
istehsalı və satışını əhatə edən çayçılıq sahəsi, o cümlədən fermer
təsərrüfatlarının və çay yarpağının emalı və satışı ilə məşğul olan çay emalı
müəssisələrinin, həmçinin yerli və xarici xammal hesabına çayın
qablaşdırılması və satışını həyata keçirən çay qablaşdırma müəssisələrinin
fəaliyyəti qarşılıqlı surətdə təhlil olunmuşdur.
Aparılan təhlillərdən görünür ki, hazırda Azərbaycanın çayçılıq sahəsi,
həmçinin bura daxil olan kənd təsərrüfatı və emal müəssisələrinin əksəriyyəti
böyük iqtisadi böhrana məruz qalmış və bu, onların istehsal və satış fəaliyyətini
13
minimuma endirmişdir. Qeyd olunan təsərrüfat subyektləri səviyyəsində çay
istehsalı kəmiyyət və keyfiyyət baxımından xeyli aşağı düşmüşdür. Yaxın illərin
statistikasına nəzərən vaxtilə ölkədə çay plantasiyalarının 13,4 min hektara
çatdırılması və 15 çay emaledici və 2 çay qablaşdırıcı fabrikin fəaliyyəti
əsasında çay yarpağı istehsalının ildə 34 min tonu ötməsi (bundan da hazır
məhsul kimi 8,5 min ton keyfiyyətli Azərbaycan çayı əldə edilməsi), həmçinin
bundan təqribən 74 mln ABŞ dolları civarında gəlir götürülməsi mümkün olsa
da hazırda bu sahənin fəaliyyəti əhəmiyyətli dərəcədə azalmışdır.
Azərbaycanda çay sahələrinin azalması, istehsal həcminin və
məhsuldarlığın aşağı düşməsi 1991-ci ildən sonra intensivləşmiş, sonradan isə
bu göstəricilər müvafiq illər üzrə nisbi artıb-azalmalara məruz qalmışdır
(Cədvəl 1).
Cədvəl 1
Azərbaycanda məhsuldar çay sahələri, məhsul yığımı və
məhsuldarlığın inkişaf dinamikası
İllər 1991 1996 1998 2000 2001 2002 2003 2004 2005 2006
Çay sahələri
(hektar)
8038 7019 6474 5391 3865 3664 3656 3658 2920 1796
Yaşıl çay yarpağı
yığımı (ton)
25633 1634 863 1082 1424 1440 944 1048 737 655
Orta məhsuldarlıq
(sentner/hektar)
33.0 3.9 1.3 2.0 3.7 3.9 2.6 2.9 2.5 3.6
Təhlillər göstərir ki, aqrar sferada aparılan özəlləşdirilmə nəticəsində iri
çay plantasiyaları xırda təsərrüfatlar arasında bölüşdürüldüyündən, ayrı-ayrı
fermerlər bu sahənin dirçəldilməsi üçün lazımi maddi texniki imkanlardan
məhrum olmuş və idarəetmənin kooperasiya münasibətləri əsasında
qurulmasına meyl göstərilməmişdir. Emal müəssisələri isə məhdud yaşıl çay
yarpağının emalını bu və ya digər səviyyədə həyata keçirib əsasən regional
bazarlarda satış fəaliyyəti göstərmişlər.
Hal-hazırda respublikada çay emalı ilə məşğul olan 7 müəssisə faktiki
fəaliyyət göstərir ki, bunlara da Lənkəran Çay-1, Lənkəran Çay-5, Avrora Çay,
Astara Çay-1 və Astara Çay-2 ATSC-ləri, həmçinin “MMC” Lənkəran çay
istehsalı və emalı müəssisəsi, Zaqatala Çay KM-ləri aiddir. Bu müəssisələrin
əksəriyyətində marketinq vəzifələrinin optimal həyata keçirilməməsi və satış
tədbirlərinin lazımi səviyyədə görülməməsi müşahidə olunur ki, nəticədə bazarda
reallaşa bilməyən çayların uzun müddət və qeyri-normal şəraitdə qalması, onları
lazımi gəlirdən və maliyyə imkanlarından məhrum etmişdir ki, bu da
müəssisələrdə hər hansı bir rekonstruksiya və modernləşdirmə işlərinin
aparılmasına heç bir imkan yaratmır.
Aparılan tədqiqata görə keçid dövründə Azərbaycan çayçılığının kəskin
böhran vəziyyətinə düşməsini, əsasən iki səbəblə izah etmək olar. Bunlardan
14
birincisi, çay təsərrüfatlarının normal inkişafı dövründə (bu, təqribən 1992-1995-ci
illəri əhatə edir) emal müəssisələrinin vaxtında özəlləşdirilməməsi üzündən onların
inkişafdan qalmasıdır. İkinci səbəb isə, özəlləşdirmə və digər maliyyə, təşkilati
problemlərin qismən həll edilməsi ilə emal müəssisələrinin nisbətən dirçəlməsinə
və təklif olunan yaşıl çay yarpağını səmərəli emal etmək istəyinə baxmayaraq, o
zaman (bu isə əsasən 1996-2002-ci illəri əhatə edir) artıq mövcud təsərrüfatların
inkişafdan qalması və ya xammal bazasının itirilməsidir. Azərbaycanda çay
sahələrinin tükənməsi, istehsal həcminin azalması və məhsuldarlığın aşağı düşməsi
1996-cı ildən sonra daha da intensivləşmiş, sonradan isə bu göstəricilər müvafiq
illər üzrə nisbi artıb-azalmalara məruz qalmışdır.
Tədqiqat işində müəyyən edilmişdir ki, ölkə əhalisinin çaya olan tələbatı
əsasən (təqribən 93-94%) xarici investorların məqsədli fəaliyyəti nəticəsində
bərpa olunub inkişafına təkan verilən iki çay qablaşdırıcı müəssisənin: “Sun-Tea
Azərbaycan” ATSC (Azərsun Holdinq) və “Çempion” MMC-nin (“Beta”
şirkətlər qrupu) istehsal fəaliyyəti hesabına ödənilir. Ölkədə mövcud çay bazarı
oliqopoliya vəziyyətindədir və bazar əsasən “Sun-Tea Azərbaycan” ATSC və
“Çempion” MMC olmaqla iki müəssisə arasında böyük paylarla (müvafiq olaraq
43-50% və 35-40%) bölüşdürülmüşdür. Yerdə qalan bazar payına isə yerli emal
müəssisələri (2-3%) və xarici şirkətlər (8-10%) sahib olmuşlar.
Keçid dövrü ərzində milli çayçılıq sahəsinin tənəzzülə uğraması ilə
əlaqədar, respublikaya çay idxalı statistik göstəricilərə görə 1995-ci ildə 3975
tondan 2006-cı ildə 7843 tona qədər artmışdır. Əhalinin çaya olan tələbatı əsasən
idxal olunmuş məhsul hesabına təmin olunur. Bununla yanaşı, xarici ölkələrlə
olan çay ticarəti ayrı-ayrı ölkələrə görə müxtəlif göstəricilər üzrə dəyişir.
Azərbaycana çay ixrac edən əsas ölkələrə Şri-Lankanı (64,7%), Hindistanı
(26,2%), Vyetnamı (2,5%), Çini (2,1%), İranı (1.9%), Türkiyəni (0,8%) və s.-ni
aid etmək olar. Azərbaycanda adambaşına düşən çay istehlakı ildə orta hesabla 2-
2,1 kq, çay bazarının tutumu 10,5-11 min ton və il ərzində respublikada
reallaşdırılan çayın ümumi dəyəri təqribən 21-22 mln ABŞ dollarına bərabərdir.
Ölkədə illik çay idxalı və istehlak göstəricilərinin fərqli səviyyələrə malik
olmasının səbəbi xarici ölkələrə miqrasiya nəticəsində ölkə əhalisinin sayının (8.5
mln nəfər) sabit qalmaması və çay istehsal edən (idxal əsasında) müəssisələrin
illik xammal ehtiyatının dəyişməsi ilə izah oluna bilər.
Müəllifin qənaətinə görə, hal-hazırda Avropa bazarında olduğu kimi,
MDB və Azərbaycan bazarında da çay məhsuluna olan tələb daha çox qara
məxməri çaylarla yanaşı, ətirləndirilmiş, meyvəli və otlu (xüsusilə də paket
çaylar seqmentində) çaylara doğru həssaslıq nümayiş etdirir. Tələbin bu və ya
digər formada tendensiyası, bu sahədə rəqabətin də müxtəlif aspektdən
güclənməsinə şərait yaradır. Belə ki, çay bazarında təqribən eyni keyfiyyətə və
qiymətə malik olan müxtəlif markalı çayların mövcudluğu şirkətlər arasında daha
çox inhisarçı rəqabətin formalaşmasına təkan vermişdir.
Tədqiqatda göstərilir ki, respublikanın çay bazarında oliqopolçu
15
müəssisələrin təklif etdiyi çaylar əsasən eyni növlüdür, yəni bu məhsullar eyni
tipə və istehlak xassələrinə malikdirlər. Buna baxmayaraq həm müvafiq iqtisadi
amillərə (satış qiyməti, güzəştlər), həm də konkret marketinq amillərinə
(reklam, məhsulun xarici görünüşü, qablaşdırmanın dizaynı və s.) görə çay
məhsulları fərqləndirilərək müxtəlif keyfiyyətlər üzrə qruplaşdırılır. Bazara
diferensial keyfiyyətdə məhsul çıxarmaq çox çətindir və burada qeyri-qiymət
rəqabəti hökm sürür, yəni ölkənin çay bazarı daha çox rəqabətin oliqopoliya
modelinə uyğun gəlir. Burada, bir birindən kəskin fərqlənməyən istehlak
çaylarının satış qiymətləri, alıcı zövqü, münasib qablaşdırma, bazarı zəbt etmə
payı, məhsulun keyfiyyəti və s. amillərin təsiri altında formalaşaraq, müvafiq
məhsulun yüksək rəqabətqabiliyyətli olmasına şərait yaradır.
Respublikada daha çox işlədilən qara məxməri çayın istehlak həcmi və
ayrı-ayrı istehsalçı (satıcı) müəssisələrin məhsullarına üstünlük verilməsi ölkənin
bütün rayonlarında eyni səviyyədə deyildir. Yəni müəyyən marka və ya marka
qrupları altında olan çaylara alıcıların reaksiyası ölkənin regionları üzrə müxtəlif
amillərə görə dəyişə bilir. Belə amillərə istehlakçıların damaq dadı və alıcılıq
qabiliyyəti, tələbin spesifikliyi, istehsalçı (satıcı) müəssisələrin həmin
regiondakı istehsal-satış və reklam fəaliyyətinin aktivliyi və bu kimi digər amillər
aid ola bilər. Bunun nəticəsində isə çaylarını müvafiq regionlarda reallaşdıran
müəssisələrin rəqabət üstünlükləri və onlara məxsus olan çay markalarının
rəqabətqabiliyyəti müəyyən qədər fərqli göstəricilərə malik olur.
Ölkədə daha çox Şri-Lanka (Seylon) və qismən də Hindistan çayları
reallaşdırılır, Azərbaycan çayı isə çox cüzi miqdarda və əsasən regional
bazarlarda satılır. Eyni növlü çaylar arasında qiymət o qədər də fərqlənmir, yalnız
xarici çay məhsulları (Ahmad, Lipton, Akbar və s. markalı çaylar) öz keyfiyyət
və qiymətinə görə nisbətən müəyyən üstünlüyə malikdirlər. Bu amil
isə milli çayların rəqabətqabiliyyətinin təmin olunmasına şərait yaradır.
Ümumiyyətlə, ölkə bazarında reallaşdırılan çayların rəqabətqabiliyyətinin
formalaşmasında keyfiyyətə nisbətən qiymət amili daha aktiv rol oynayır ki, bu
da əsasən milli istehlakçıların zəif alıcılıq qabiliyyəti və məhsulun əsl keyfiyyət
xassələrinə daha az tələbkar olmaları ilə bağlıdır.
Respublikada fəaliyyət göstərən çay istehsalçıları və satıcılarının maddi
texniki istehsal bazası və rəqabət mövqeləri fərqli əsaslara malik olduğundan
reallaşdırılan məhsulun keyfiyyətinə və rəqabətqabiliyyətinə təsir göstərən
iqtisadi amillərin formalaşma və inkişaf xüsusiyyətləri də müxtəlifdir.
Daxili bazarda öz çay məhsullarını reallaşdıran xarici şirkətlər yerli
müəssisələrə nisbətən daha mütərəqqi istehsal texnologiyası və mükəmməl
marketinq proqramı əsasında yüksək istehlakçı tələblərinə yönələrək
nisbətən keyfiyyətli çaylarını müvafiq bazar seqmentləri üçün daha münasib
qiymətlərlə təklif edirlər. Belə çayların ümumi qiymət səviyyəsi milli çaylarla
tam rəqabət aparmağa imkan verməsə də, onların hiss edilən yüksək keyfiyyət
səviyyəsi tədricən inkişaf edən istehlakçı tələbatını ödəməyə meylli olacaqdır.
16
Tədqiqat işində müxtəlif çayların rəqabətqabiliyyətinin elmi-praktiki
metodlarla qiymətləndirilməsi üsulu tətbiq olunmuşdur ki, bu zaman, artıq bazar
tələblərinə cavab verən və müvafiq tələbatı daha çox ödəyən nümunəvi baza
məhsulu ilə rəqib məhsulların keyfiyyət və iqtisadi parametrlərinin qarşılıqlı
müqayisəsi həyata keçirilmişdir. Tədqiqat zamanı əvvəlcə rəqib məhsullara
aid olan keyfiyyət və iqtisadi parametrlər qrupu üzrə vahid göstəricilər tapılmış,
sonra buna əsasən qrup göstəricilər hesablanmış, nəhayət sonuncu mərhələdə
məhsulun rəqabətqabiliyyətinin inteqral göstəricisi müəyyən olunmuşdur. Qeyd
edək ki, dissertasiyada məhsulun qrup (kompleks) rəqabətqabiliyyətlilik
göstəriciləri hesablanarkən nisbi kəmiyyət və ekspert metodları əsasında vahid
göstəricilərin çəki əmsalları hesablanmışdır (Cədvəl 2 və 3).
Cədvəl 2
Çayların keyfiyyət parametrləri üzrə qrup
rəqabətqabiliyyətlilik göstəriciləri (Jkg)
№ Çaylar a1 x J1 a2 x J2 a3 x J3 a4 x J4 a5 x J5 a6 x J6 a7 x J7 a8 x J8 iJ
i
i
a
8
1
1. Azerçay 0.09 0.086 0.075 0.076 0.071 0.062 0.115 0.087 0.662
2.
Final Pasha
(Golden Tea)
0.125 0.125 0.125 0.125 0.125 0.125 0.125 0.125 1
3. Lənkəran Çay 0.06 0.06 0.051 0.076 0.062 0.062 0.118 0.071 0.56
4. Beta Earl Grey 0.12 0.102 0.125 0.105 0.097 0.1 0.121 0.1 0.87
5. Champion 0.11 0.114 0.12 0.115 0.116 0.12 0.12 0.1 0.915
6. Ahmad Tea 0.12 0.12 0.146 0.133 0.116 0.112 0.128 0.175 1.05
7. Lipton Tea 0.125 0.135 0.135 0.133 0.133 0.125 0.132 0.175 1.093
an – n keyfiyyət göstərici üzrə rəqabətqabiliyyətliliyin çəki əmsalı.
Jn – n keyfiyyət parametri üzrə rəqabətqabiliyyətliliyin vahid göstəricisi
Dissertasiyada çay məhsullarının rəqabətqabiliyyətinin diferensial və
kompleks metodlarla qiymətləndirilməsi belə bir nəticə çıxarmağa imkan verir
ki, yerli emal müəssisələrinin istehsal etdikləri xalis Azərbaycan çayı bir sıra
keyfiyyət göstəricilərinə: dəmin rəngi, dadı, xarici görünüşü, rütubətliliyi və
qablaşdırılmasına görə rəqiblərindən çox geridə qalır, lakin bu çayın zəngin
tərkibi, ekoloji təmizliyi və həmçinin milliliyi özünə xüsusi alıcı qrupunu
davamlı cəlb etməyə qadirdir.
Demək olar ki, bütün keyfiyyət göstəricilərinə: dadına, dəmin
rənginə, tündlüyünə, ətrinə, xarici görünüşünə, qablaşdırılmasına və s.-yə görə
rəqiblərindən irəlidə olan xarici çayların qiymətinin nisbətən yüksək
olması onların rəqabətqabiliyyətini aşağı salan ən böyük amildir. Milli
istehlakçıların real tələbatını bu və ya digər səviyyədə ödəməklə ən
üstün rəqabətqabiliyyətlilik səviyyəsinə malik olan “Sun-Tea Azərbaycan”
ATSC və “Çempion” MMC-nin bir sıra çay çeşidləri müəyyən çatışmayan
17
Cədvəl 3
Çayların iqtisadi parametrlər üzrə qrup (Jiqg)
və inteqral rəqabətqabiliyyətlilik göstəriciləri (K)
№
Çaylar
İstehlak(satış)
qiymətləri
man/100q
(karton qutu)
Vahid
rəqabətqabiliy
yətlilik
göstəriciləri
io
C
i
C
iq
Vahid
göstəriciləri
n çəki
əmsalları
C i=1,
ai=1/C i
İqtisadi
parametrlər
üzrə qrup
rəqabətqabi
liyyətlilik
göstəriciləri
qi=Jiqg
Məhsulun
inteqral
rəqabətqabiliyyətl
ilik göstəriciləri
iqg
J
kg
J
rgJK
1. Azerçay 0.40 0.727 1 0.727 0.910
2.
Final Pasha
(Golden Tea)
0.55 1 1 1 1
3. Lənkəran Çay 0.40 0.727 1 0.727 0.770
4. BetaEarlGrey 0.55 1 1 1 0.870
5. Champion 0.52 0.945 1 0.945 0.968
6. Ahmad Tea 0.70 1.272 1 1.272 0.825
7. Lipton Tea 0.80 1.454 1 1.454 0.751
(məhsulların dəyəri yeni manatla göstərilmiş, lakin müvafiq ilin qiymətləri əsas götürülmüşdür)
Ci - təhlil olunan məhsulun i iqtisadi göstəricisi üzrə xərclər;
Cio - baza məhsulunun i iqtisadi göstəricisi üzrə xərclər.
qi -təhlil olunan məhsulun i iqtisadi göstəricisinin ədədi qiyməti
cəhətlərə də malikdirlər. Əsasən məhsulun keyfiyyət səviyyəsini əhatə edən bu
cür çatışmayan cəhətlərə çayın zəif dadı və az tündlüyü, çayın təbii ətrinin
çatışmaması, dəmin rənginin qatılığı, xarici görünüşünün qeyri-mükəmməlliyi
(kifayət qədər iri yarpaqlı olmaması və s.) və qablaşdırmanın yüksək səviyyədə
olmaması (qabın üzərində çayın keyfiyyəti haqqında dolğun və inandırıcı
informasiyanın yoxluğu və keyfiyyətin texniki cəhətdən daha yaxşı
qorunmaması baxımından) aid edilə bilər.
Dissertasiya işinin üçüncü fəsli “Məhsulun keyfiyyətinin iqtisadi
mexanizminin təkmilləşdirilməsi və rəqabətqabiliyyətliliyin səmərəli idarə
edilməsi istiqamətləri”adlanır. Bu fəsildə çay müəssisələrində keyfiyyətin
iqtisadi mexanizminin təkmilləşdirilməsi və idarəetmə strukturunun müasir
səviyyədə inkişaf etdirilməsi yolları müəyyənləşdirilmiş, məhsulun bazara
çıxarılması və satışın stimullaşdırılması tədbirlərini nəzərdə tutan konkret
marketinq vəzifələri açıqlanmış, həmçinin çay emalı və qablaşdırma
müəssisələrində məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin səmərəli idarə
edilməsi üçün prioritet vəzifələr müəyyən olunmuş və müvafiq sahibkarlıq
fəaliyyətində dövlətin tənzimləyici funksiyaları göstərilmişdir.
18
Ölkənin aqrar və emal sənayesi sahəsində çay istehsalının düzgün təşkili və
idarəetmə münasibətlərinin səmərəli qurulması çay təsərrüfatları və
müəssisələrində məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin idarə
edilməsinin iqtisadi mexanizminin, həmçinin idarəetmə strukturunun
təkmilləşdirilməsini şərtləndirir. Təhlillər göstərir ki, quru çayın keyfiyyətinin
formalaşmasında mütərəqqi emal texnologiyası ilə yanaşı, yaşıl çay yarpağının
keyfiyyəti də mühüm rol oynayır. Azad rəqabət şəraitində yüksək iqtisadi gəlirə
nail olmaq üçün çayçı fermer yaşıl çay yarpağının keyfiyyətini yüksəltməyə səy
göstərməlidir. Bu baxımdan, mövcud çay sahələrinin tamamilə aradan getməməsi
və yığılan məhsulun keyfiyyətinin aşağı düşməməsi üçün fermerlər yaşıl çay
yarpağının müvəqqəti fayda verən “sərt yığım” qaydasını dayandırmalı və
becərmədə aqrotexniki tədbirlərə ciddi əməl etməlidirlər.
Dissertasiyada müvafiq müəssisələr üçün çay məhsullarının keyfiyyətinin
kompleks idarə edilməsi sisteminin yaradılması zəruriliyi göstərilir və bu
kompleks çərçivəsində müvafiq vəzifələrin: yeni çay çeşidlərinin (qarışıqlarının)
işlənib hazırlanması; məhsulun istehsal, saxlama, nəqletmə və reallaşdırma
şəraitinin yaxşılaşdırılması; çayın keyfiyyətinin yüksəldilməsinə müsbət təsir
göstərən kompleks təşkilatı, iqtisadi, sosial-psixoloji və hüquqi tədbirlərin işlənib
hazırlanması və həyata keçirilməsi səmərəli hesab olunur. Alınan nəticələrə görə
çay müəssisələrində məhsulun keyfiyyətinin idarə edilməsi sistemi düzgün təşkil
olunarsa, bu, izafi xərclərin qarşısını almaqla əlavə mənfəətin əldə edilməsinə
şərait yaradacaqdır.
Çay emalı müəssisələrində yüksək keyfiyyətli xammal problemi də müvafiq
qaydada öz həllini tapmalıdır. Keyfiyyətli xammalın istehsalı məqsədilə istehsalçı,
emalçı, çayın qiymətləndirilməsi üzrə bütün mütəxəssislər və əlaqədar təşkilatların
birgə tanıdığı və qəbul etdiyi yaşıl çay yarpağı standartı işlənməli və reallaşdırılan
məhsulun keyfiyyəti bu standartdan 10-15%-dən artıq kənara çıxmamalıdır.
Burada məhsulun müxtəlif keyfiyyət səviyyəsinə görə tətbiq olunacaq alternativ
qiymət siyasəti də yüksək səmərə verə bilər.
Müəllifin fikrincə, çay müəssisələri məhsulun rəqabətqabiliyyətini
mühüm dərəcədə şərtləndirən iqtisadi amil kimi qiymət siyasətini özlərinin
məqsəd və imkanlarının dəqiq uçotu ilə, həmçinin konkret bazar və müvafiq
rəqabət şəraitində meydana çıxan situasiyalarla müəyyənləşdirməlidirlər. Yəni,
istehsalçı öz məhsulları üçün satış qiymətini müəyyən edərkən, bu qiymətin,
məhsulun keyfiyyətinə adekvat olmasına səy göstərməlidir. Çay məhsulları üçün
qiymətqoymanın bu prinsipi daha real olmaqla, həm istehsalçı üçün təsərrüfat
risklərini minimuma endirər, həm də məhsulun rəqabətqabiliyyətinin əsaslı
təminatına daha çox şərait yarada bilər. Bu zaman qiymətlərin psixoloji
modifikasiyasına və qiymət diskriminasiyasına (birinci halda, konkret keyfiyyət
cəhətinə, ikinci halda isə konkret istehlak xassəsinə görə qiymətin təyini) yüksək
əhəmiyyət verilməsi də çay kimi zərif və həssaslıq tələb edən məhsulların
rəqabətqabiliyyətini müəyyən mənada təmin etməyə qadirdir.
19
İstehlak çayının keyfiyyəti əsasən dad, ətir, dəmin tündlüyü və rəngi kimi
xüsusiyyətləri ilə müəyyən olunsa da, son məhsulun keyfiyyətinin normativ baza
əsasında müəyyən standartlara uyğun olması da böyük əhəmiyyət daşıyır.
Daxili bazarda əlverişli rəqabət mövqeyinin əldə edilməsi üçün məhsulun
keyfiyyəti üzrə real bazar tələblərinə və beynəlxalq standartlara uyğun lazımi
təkmilləşdirmələr aparılmalıdır. İstehlak çayının istehsalında daha keyfiyyətli və
ekoloji cəhətdən təmiz xammalın əldə edilməsi, bunun əsasında yeni və ya fərqli
çay çeşidlərinin hazırlanması, həmçinin bu istiqamətdə könüllü
sertifikatlaşdırmanın aparılması son məhsulun rəqabətqabiliyyətini mühüm
dərəcədə artıracaqdır. Hal-hazırda dünyada çay məhsullarının
sertifikatlaşdırılması zamanı ekoloji təmizliyə daha çox diqqət yetirilir ki, bunun
ölkəmizdə də təmin olunması hesabına digər keyfiyyət məsrəflərinə və satışın
stimullaşdırılması xərclərinə qənaət etmək olar.
Müəllif çay məhsullarının keyfiyyətinin optimallaşdırılmasını və
rəqabətqabiliyyətinin yüksəldilməsini əhəmiyyətli dərəcədə məhsulun maya
dəyərinin aşağı salınması ilə əlaqələndirmiş və bu məqsədlə çay istehsalında
mühüm iqtisadi tədbirlərin həyata keçirilməsini vacib saymışdır. Çay
təsərrüfatları üzrə bu istiqamətdə faydalı ola biləcək tədbirlər kimi: keyfiyyət və
aşağı məsrəflər prinsipini gözləməklə məhsulun kimyəvi deyil, üzvi gübrələrlə
becərilməsini; ailə-təsərrüfat əməyindən, kooperativ əsaslı birgə maliyyə və
aqrotexnika mənbəyindən istifadə edilməsini; kiçik miqyaslı şəxsi çay sahələrinin
səmərəliliyini artırmaq üçün bu sahələrin kooperasiya əsasında birləşdirilməsini
aid etmək olar. Çay emalı və qablaşdırma müəssisələrində isə məhsulun maya
dəyərinin aşağı salınması üçün mühüm ola biləcək tədbirlərə - yaşıl çay
yarpağının alışında keyfiyyətə görə ikili qiymət sistemini tətbiqini; stabil və
daimi məsrəflərin rasionallaşdırılması məqsədilə yanacaq, enerji, xammal və
digər resurslardan qənaətli istifadəni təmin edən texniki bazanın yaradılmasını;
izafi istehsal gücünə malik olan və saxlanması həddən artıq baha başa gələn əsas
və köməkçi istehsal avadanlıqlarının, binaların, qurğuların ləğv edilməsi,
əvəzində ETT-nin nailiyyətlərini özündə əks etdirən daha yeni, mütərəqqi və
mobil emal sexlərinin və texnikalarının işə salınmasını; idarəetmə strukturunun
mümkün qədər yeniləşdirilməsi ilə yeni şöbələrin (xüsusilə marketinq)
yaradılmasını və əlavə bölmələrin ləğvi ilə idarəetmə strukturunda koordinasiya
işinin daha da sadələşdirilməsini aid etmək olar. Bundan əlavə, ölkənin əsas çay
istehsalçıları yüksək təcrübəyə malik olan titesterləri işə cəlb etməklə (hətta
xarici ölkələrdən də olsa) münasib çay qarışıqları əsasında optimal çeşid
siyasətini işləməli və bio-Azərbaycan çayının istehsalını ən aşağı məsrəflərlə
artırmaq məqsədilə, həm emal, həm də çay təsərrüfatları ilə birgə xüsusi
biznes layihələrinin işlənib hazırlanmasına səy göstərməlidirlər.
Dissertasiyada müasir istehsal və satış münasibətlərinin qurulması və
uğurlu rəqabət siyasətinin yeridilməsi üzrə marketinq fəaliyyətinin əhəmiyyəti
vurğulanmışdır. Belə ki, çay istehsalçısı müvafiq çeşidli əmtəə ilə bazara
20
çıxmaq üçün onun bir və ya bir neçə seqmentini qiymətləndirərək seçməli və
bazarda məhsulun rəqabətqabiliyyətinin təmin edilməsi üçün mükəmməl
marketinq siyasətinə malik olmalıdır. Müəllifin fikrincə, Azərbaycanda çay
istehlakının əsas amili, alıcıların vərdişi (zövqü) və alıcılıq qabiliyyəti
olduğundan burada, əsasən, məxsusi (fərqli) əmtəə-marketinq strategiyasının
tətbiqi daha səmərəli ola bilər. Bu məqsədlə, bazarın seqmentləşdirilməsi
aparılaraq müxtəlif region istehlakçıları üçün müvafiq qiymət və keyfiyyət
çalarlarına malik çay çeşidləri (paket, dənəvər, meyvəli, otlu, maye çay və s.)
hazırlanmalı, bu zaman müxtəlif gəlir və tələb səviyyəsinə malik istehlakçı
qrupları üçün daha çox çayın növünə (çeşidinə), qiymətinə, markasına və
qismən də qablaşdırılmasına verilən fərqli üstünlük dərəcələri gözlənilməlidir.
Bununla yanaşı, ölkədə çayın istehlakına təsir edən iqtisadi (əhalinin gəlir
səviyyəsi, rəqib məhsulların qiymətləri) və qeyri-iqtisadi (istehlakçıların alıcılıq
mədəniyyəti, istehlak vərdişi, məhsulu psixoloji qavrama qabiliyyəti və s.) amillər
istehsalçılar tərəfindən düzgün qiymətləndirilməlidir. Konkret marketinq
tədbirlərinin işlənməsi üçün sahə üzrə müəyyən informasiya bazası yaradılmalıdır.
Azərbaycanda çayçılığın gələcək inkişafına yönəlmiş müvafiq Dövlət
Proqramlarının icrası və sivil sahibkarlıq fəaliyyətinin inkişafı nəzərə alınmaqla
respublikada çay istehsalı və satışının perspektiv idarəetmə və fəaliyyət
strukturu işdə Sxem 2-də olduğu kimi təklif edilmişdir.
Müəllif dissertasiyanın yekununda çay istehsalı üzrə keyfiyyət və
rəqabətqabiliyyətlilik məsələlərinin səmərəli iqtisadi həlli yollarının
müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycanda çayçılıq sahəsinin bərpası və
inkişafı konsepsiyasının həyata keçirilməsi üçün müvafiq vəzifələri və dövlət
tərəfindən müəyyən tənzimləmə tədbirlərini aşağıdakı kimi tövsiyə etmişdir:
- ölkədə çay sahələri üçün yararlı olan torpaq əraziləri yenidən
pasportlaşdırılmalı və bu sahələr yalnız çay becərilməsi üçün nəzərdə
tutulmalıdır, həmçinin orada istehsal fəaliyyəti göstərəcək sahibkarlar üçün bir
sıra vergi güzəştləri və təsərrüfatı stimullaşdırma tədbirləri tətbiq olunmalıdır;
- Azərbaycanda çayçılığın bərpası və inkişafı üçün xüsusi maliyyə fondu
yaradılmalı və bu məqsədlə Avropa İnkişaf və Yenidənqurma Bankı, Dünya
Bankı və digər xarici maliyyə təşkilatlarının ölkəmizdə kənd təsərrüfatının
inkişafı üçün ayırdıqları uzunmüddətli kreditlər bu istiqamətə yönəldilməlidir;
- ölkədə fəaliyyət göstərən iri çay qablaşdırıcı müəssisələrə (“Sun-Tea
Azərbaycan” ATSC və “Çempion” MMC) və ya onların aid olduqları şirkətlərə
müxtəlif vergi və investisiya güzəştləri tətbiq edilməklə onların mənfəətlərinin
bir hissəsinin çayçılığın bərpası və inkişafına cəlb edilməsinə nail olunmalıdır;
- yaşıl çay yarpağının qiymətinin dövlət səviyyəsində tənzimlənməsi
(Türkiyə təcrübəsində olduğu kimi, burada minimum qiymətin təyin edilməsi
yolu ilə) çay təsərrüfatlarının zərər etmə riskinin azalmasına imkan verməklə,
fermerlərin maddi maraqlarının təmin olunmasına və bölgələrdə kənd
əhalisinin sosial rifahının yaxşılaşdırılmasına şərait yarada bilər;
21
K o o r d i n a s i y a Ş ö b ə l ə r i
yaşıl çay yarpağı bazarı quru çay bazarı qablaşdırılmış çay bazarı
Sxem 2. Çay istehsalı və satışının perspektiv fəaliyyət və idarəetmə strukturu
- müvafiq regionlarda kəndli fermer təsərrüfatları üçün müxtəlif
aqrotexniki və maşın avadanlıqlarının təmin edilməsinə yönəlmiş “Çay
aqroservis lizinq” xidmətinin yaradılmasına dövlət və rayon icra strukturları
səviyyəsində hərtərəfli hüquqi və təşkilati yardım göstərilməlidir;
- çayçı fermerlərə və emal müəssisələrinə müvafiq orqanlar tərəfindən
qısa və uzunmüddətli kreditlərin alınması mexanizmlərinin daha dəqiq,
sadə və işlək olması təmin edilməlidir;
- çay müəssisələrində məhsulun keyfiyyətinin yüksəldilməsinin
dəstəklənməsi məqsədilə dövlət tərəfindən çevik amortizasiya siyasəti
yeridilməli, keyfiyyətli məhsula görə əlverişli vergi mexanizmi qurulmalı və bu
sahəyə yönələn investorlara hər cür vergi və kredit güzəştləri tətbiq olunmalıdır;
- ölkədə satılan çay məhsullarının real və bəyan edilən keyfiyyətinin
yoxlanılması, əmtəə üzərində mövcud sertifikatların həqiqiliyinin öyrənilməsi və
əhalinin saxta çaylardan qorunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən
bazarda müntəzəm müfəttiş nəzarəti həyata keçirilməli və istehlakçıların
hüquqlarının müdafiəsi üçün digər hüquqi şərait təmin olunmalıdır;
- gömrük məntəqələrində fito-sanitar nəzarət həyata keçirilməklə ölkəyə
idxal olunan çayların keyfiyyəti tam uçota alınmalı, aşağı keyfiyyətli çayların
Texnika və
texnologiya
üzrə
Yaşılçayyarpağıüzrə
kooperativtəsərrüfatlar
İqtisadi
İnkişaf
Nazirliyi
Kənd
Təsərrüfatı
Nazirliyi
ETBSBİ AETKTTİ
Rayon,
bələdiyyə və
regional icra
strukturları
Azərbaycan Çay Assosiasiyası
İstehsalat üzrə
Marketinq və
kommersiya
üzrə
Planlaşdırma və
maliyyə üzrə
Hüquq və
konsultasiya
üzrə
Özəl kiçik çay
emalı
müəssisələri
ATSC-ləri kimi
emal
müəssisələri
ÇAY BİRJASI
Kooperativ çay
qablaşdırma
müəssisələri
Mövcud çay
qablaşdırma
müəssisələri
Topdanvəpərakəndə
ticarətobyektləri
22
milli bazara axınına yol verilməməli, bu zaman xarici çayların üzərində
məcburi sertifikatların olması və dünya bazarına görə çayın keyfiyyət-qiymət
uyğunluğu yoxlanmalıdır;
- ölkədə çay istehsalının inkişafı üzrə müvafiq hüquqi tədbirlərin həyata
keçirilməsini nəzərdə tutan hər cür qanunvericilik aktlarının və proqramların
vaxtında və düzgün icra olunmasına dövlət nəzarəti gücləndirilməlidir;
Ölkədə çay istehsalının stimullaşdırılması və tənzimlənməsi ilə əlaqədar
dövlətin iqtisadi siyasətinin əsas məqsədi və görüləcək tədbirlər çayçılığın
bərpa və inkişaf etdirilməsi ilə yanaşı, həm də çay becərilən regionlarda
məşğulluğun təmin olunması və sosial təminatın yaxşılaşdırılması, həmçinin
müvafiq bölgələrdə ekoloji tarazlığın qorunub saxlanılmasına xidmət edə bilər.
Dissertasiya işinin əsas müddəaları, əldə edilən nəticə və təkliflər dərc
olunmuş aşağıdakı işlərdə öz əksini tapmışdır:
1) «Azərbaycanda keçid dövrü ərzində çayçılıq təsərrüfatlarının mövcud
iqtisadi problemləri» Çoxmülkiyyətçilik şəraitində kooperasiyanın inkişafının
sosial-iqtisadi problemləri, AKU-nun məqalələr və tezislər toplusu (II
buraxılış), Bakı, 2003, səh. 367-369, 0,3 ç.v.
2) «Milli çayçılığın inkişaf etdirilməsində əsas iqtisadi amillərin rolu»,
Bazar şəraitində kooperasiyanın inkişafının sosial iqtisadi problemləri adlı
beynəlxalq elmi-praktiki konfransın materialları, AKU-nun məqalələr və
tezislər toplusu, Бакы, 2004, səh. 433-435, 0,2 ç.v.
3) «Azərbaycanın çayçılıq təsərrüfatlarında özəlləşdirmənin təsir
amilləri», Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi AzETETİİ,
İnformasiya Vərəqi, Bakı, 2004, № 20, 4.səh., 0,3 ç.v.
4) «Çay istehsalının perspektiv inkişafında dövlətin iqtisadi problemləri»,
Azərbaycan Aqrar Elmi, Bakı, 2005, № 3-4, səh. 203-207, 0,4 ç.v.
5) «Rəqabətqabiliyyətli məhsul satışı üçün marketinqin səmərəli təşkili»,
AzETKİTİ-nin Elmi Əsərləri, Bakı, 2005, № 3, səh. 268-275, 0,4 ç.v.
6) «Rəqabətqabiliyyətli məhsulun istehsalında mühüm iqtisadi amillər»,
AzTU-nun Elmi Əsərləri, Bakı, 2005, № 3, səh. 76-79, 0,2 ç.v.
7) «Məhsulun keyfiyyətin yüksəldilməsi və rəqabətqabiliyyətliliyin
təmin olunması», AMİU-nun Elmi Əsərləri, Бакы, 2005, səh. 134-137, 0,3 ç.v.
8) «Məhsulun keyfiyyətinin idarə edilməsinin iqtisadi mexanizmi»,
AzETKİTİ-nin Elmi Əsərləri, Bakı, 2006, № 4, səh. 199-204, 0,3 ç.v.
23
Меликов Зия Али оглы
Проблемы оценки и совершенствования экономических факторов,
влияющих на качество при производстве конкурентоспособной продукции
(На примере чайных продуктов Азербайджанской Республики)
РЕЗЮМЕ
Общий объем диссертационной работы состоит из 173 страниц,
включающей введение, три главы, выводы и предложения, список
использованной литературы из 117 наименований, а также
приложения.Основные выводы научно-исследовательской работы отражены в
восьми научных публикациях общим объемом 2.8 п.л..
Во введении диссертации обосновывается актуальность темы, цель и
задачи работы, выдвигаются основные теоретические и методологические
предпосылки исследования, излагается научная новизна и практическая
значимость работы.
В первой главе диссертации - «Экономические проблемы
существующего товарного рынка Азербайджана и научно-методологические
основы изучения конкурентоспособности продукта» рассматриваются
научные основы конкурентоспособности товара в условиях рыночной
экономики, расскрываются теоретико-экономическая сущность понятий
«конкуренция», «конкурентоспособность» и «качества». А также в этой главе
определены теоретические и практические основы экономических факторов,
влияющих на качество и конкурентоспособность продукта.
Во второй главе - «Исследование агропромышленного сектора
чаеводства и существующие проблемы конкурентоспособности и качества в
чайном производстве Азербайджана» анализированы общие и частные
аспекты современного экономического состояния производства и сбыта чая в
Азербайджане. Здесь исследованы конкурентные отношения,
формирующиеся на рынке чайных продуктов, а также определена
экономическая роль качества в конкурентоспособности чайных продуктов,
реализуемых в стране.
В третей главе - «Совершенствование экономического механизма
качества продукта и направления эффективного управления
конкурентоспособностью» определены пути совершенствования структуры
комплексного и эффективного управление качеством на чайных предприятиях,
показан эффективный экономический механизм повышения качества
продукции в производстве чая, обоснованы конкретные экономические меры и
маркетинговые задачи по производству и сбыту качественных и
конкурентоспособных чайных продуктов.
В заключителной части диссертации автор обосновал конкрентные и
приоритетные задачи по управлению конкурентоспособностью чайных
продуктов и дал научные предложения по восстановлению и развитию
чаеводства в Азербайджане посредством государственного регулирования.
24
Malikov Ziya Ali oglu
Problems of assessment and development of economic factors influencing the
quality of competitive products
(In terms of tea products of the Azerbaijan Republic)
SUMMARY
The dissertation consists of 173 pages, including the introduction, three
heads, conclusions and offers, the list of the used literature from 117 names, and
also appendices. The basic conclusions of research work are reflected in eight
scientific publications of total volume 2.8 p.l.
In dissertation introduction the theme urgency, the purpose and work
problems is proved, the basic theoretical and methodological preconditions of research
are put forward, scientific novelty and the practical importance of work is stated.
In the first chapter of dissertation - «Economic problems of the existing
commodity market of Azerbaijan and scientifically-methodological bases of
studying of competitiveness of a product» are considered scientific bases of
competitiveness of the goods in the conditions of market economy, discusses
theoretic-economic essence of concepts "competition", "competitiveness" and
"qualities". And also in this chapter theoretical and practical bases of the economic
factors influencing quality and competitiveness of a product are defined.
In the second chapter - «Research of agro industrial sector of tea growing
and existing problems of competitiveness and quality in tea manufacture of
Azerbaijan» were analyzed the general and private aspects of a modern economic
condition of manufacture and tea sale in Azerbaijan. Here the competitive relations
formed in the market of tea products are investigated, and also the economic role of
quality in competitiveness of the tea products realized in the country is defined.
The third chapter - «Development of the economic mechanism of quality
of a product and methods of efficient control of competitiveness» defines the ways
of development of complex structures and effective quality management at the tea
enterprises. Also the effective economic mechanism of improvement of production
quality in tea manufacture is properly discussed and the real economic measures
and marketing problems of manufacture and sale of qualitative and competitive tea
products are proved in the chapter.
In Conclusion author has defined specific problems in the area of tea
products sales and highlighted the effective competitive management tools in tea
sector. He has also given scientific proposals on restoration and development of tea
growing industry in Azerbaijan by means of state regulation.
25
МИНИСТЕРСТВО СЕЛЬСКОГО ХОЗЯЙСТВА
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
АЗЕРБАЙДЖАНСКИЙ НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКИЙ
ИНСТИТУТ ЭКОНОМИКИ И ОРГАНИЗАЦИИ
СЕЛЬСКОГО ХОЗЯЙСТВА
На правах рукописи
МЕЛИКОВ ЗИЯ АЛИ оглы
ПРОБЛЕМЫ ОЦЕНКИ И СОВЕРШЕНСТВОВАНИЯ
ЭКОНОМИЧЕСКИХ ФАКТОРОВ ВЛИЯЮЩИХ НА КАЧЕСТВО
ПРИ ПРОИЗВОДСТВЕ КОНКУРЕНТОСПОСОБНОЙ ПРОДУКЦИИ
(На примере чайных продуктов Азербайджанской Республики)
08.00.05 –Экономика и управление народным
хозяйством (сельского хозяйства)
АВТОРЕФЕРАТ
диссертации на соискание ученой степени кандидата
экономических наук
Баку – 2008

More Related Content

Featured

PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
SpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Lily Ray
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
Rajiv Jayarajah, MAppComm, ACC
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
Christy Abraham Joy
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
Vit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
MindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
GetSmarter
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
Project for Public Spaces & National Center for Biking and Walking
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
DevGAMM Conference
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
Erica Santiago
 

Featured (20)

PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
 

Synopsis of Thesis_Ziya M

  • 1. AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN ELMİ-TƏDQİQAT KƏND TƏSƏRRÜFATININ İQTİSADİYYATI VƏ TƏŞKİLİ İNSTİTUTU Əlyazması hüququnda ZİYA ƏLİ oğlu MƏLİKOV RƏQABƏTQABİLİYYƏTLİ MƏHSUL İSTEHSALINDA KEYFİYYƏTƏ TƏSİR GÖSTƏRƏN İQTİSADİ AMİLLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ (Azərbaycan Respublikasının çay məhsulları timsalında) 08.00.05. - Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı) İqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın A V T O R E F E R A T I BAKI – 2008
  • 2. 2 Dissertasiya işi Azərbaycan Kooperasiya Universitetində yerinə yetirilmişdir. Elmi rəhbər: İqtisad elmləri doktoru, professor V.M.Niftullayev Rəsmi opponentlər: İqtisad elmləri doktoru İ.H.Alıyev İqtisad elmləri namizədi N.V.Əlibəyov Aparıcı təşkilat: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Müdafiə «____» ________ 2008-cı ildə saat ____-da Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda fəaliyyət göstərən iqtisad elmləri namizədi alimlik dərəcəsi verən N.04.013 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. Ünvan: Az 0130, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, II mərtəbə, akt zalı. Dissertasiya işi ilə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun kitabxanasında tanış olmaq olar. Avtoreferat «____» _________ 2008-ci ildə göndərilmişdir. N.04.013 Dissertasiya Şurasının elmi katibi, iqtisad elmləri namizədi: A.F.Abbasov
  • 3. 3 İŞİN ÜMUMİ XARAKTERİSTİKASI Mövzunun aktuallığı. Bazar münasibətləri şəraitində mühüm iqtisadi problemlərdən biri də respublikada müvafiq kənd təsərrüfatı və sənaye sahələrinin bərpası və inkişaf etdirilməsidir. Rəqabət probleminin aktuallaşdığı müasir dövrdə zəruri bazar tələblərinə cavab verə biləcək məhsul istehsalının həyata keçirilməsi, bu məqsədlə, kənd təsərrüfatı və sənaye müəssisələrinin iqtisadi potensialından hərtərəfli və səmərəli istifadə edib, reallaşdırılan məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin yüksəldilməsi, bununla əlaqədar konkret iqtisadi islahatların və tədbirlərin reallaşdırılması olduqca böyük əhəmiyyət daşıyır. Məhsulun keyfiyyətinin yüksək olması, əsasən, bu istiqamətdə texniki, texnoloji və təşkilati məsələlərin səmərəli həllini nəzərdə tutursa, onun minimum dəyərdə olması bu istiqamətdə mühüm iqtisadi amillərin əhəmiyyətini ortaya qoyur. Bu cür iqtisadi amillərə məhsulun keyfiyyətinə və səmərəli istehsalına sərf olunmuş ümumi məsrəfləri, məhsulun əmək tutumluluğunu, maya dəyərini, istehsalın və məhsulun standartlaşdırma səviyyəsini, qiymət siyasətini, idarəetmə və əməyin səmərəliliyini, əmək məhsuldarlığını, məhsulun istehlak xərclərini, habelə keyfiyyətin idarə edilməsinə yönəlmiş digər iqtisadi amilləri, o cümlədən alqı-satqının forma və metodları, reklamın mükəmməlliyi, tələb-təklif münasibətlərinin gözlənilməsi, düşünülmüş rəqabət siyasəti, tədarük və nəqletmənin şərtləri və müddəti, idxal-ixrac əməliyyatlarının məqsədyönlü tənzimlənməsi və s. amilləri aid etmək olar. Dissertasiya mövzusunun aktuallığı rəqabətqabiliyyətli məhsul istehsalında keyfiyyətə təsir göstərən iqtisadi amillərin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edərək öz obyektini Azərbaycanda istehsal olunub satılan çay məhsullarının timsalında müəyyənləşdirmişdir. Belə ki, ölkə iqtisadiyyatı üçün əhəmiyyətlilik və perspektivlilik baxımından, ənənəvi və gəlirli sahələrdən biri sayılan çay istehsalı və emalı sahəsinin bərpasına, inkişafına, o cümlədən, ölkədə rəqabətqabiliyyətli və yüksək keyfiyyətli çay yarpağı və quru çay məhsullarının mütərəqqi formada istehsalına və müasir bazar sistemində həmin məhsulların səmərəli surətdə reallaşdırılmasına şərait yaratmaq ölkə iqtisadiyyatı üçün olduqca aktual bir məsələdir. Ölkə Prezidenti İlham Əliyev cənablarının 11 fevral 2004-cü ildə imzaladığı “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın əsas tərkib hissələrindən biri olan müvafiq regionlarda “Çay istehsalı və emalının inkişafı” tədbiri dissertasiyada qoyulan problemin həlli zərurətini daha da aktuallaşdırmışdır. Problemin öyrənilmə vəziyyəti. Azərbaycanda və digər xarici dövlətlərdə məhsulun keyfiyyətinin səmərəli idarə edilməsi və rəqabətqabiliyyətinin yüksəldilməsi yollarının tədqiqi ölkəmizin və xarici iqtisadçı alimlərin daim diqqət mərkəzində olmuşdur. Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi Qərb ölkələrinin alimləri
  • 4. 4 kimi M.Porter, R.Şmalenzi, M.Brun, F.Kotler, C.Şank, A.Feyqenbaum, E.Deminq, E.Curan və başqaları makroiqtisadiyyatda rəqabət mühitinin formalaşmasını, idarəetmədə marketinq metodlarının tətbiqini və keyfiyyətin səmərəli iqtisadi metodlarla idarə edilməsini daha dərindən tədqiq edərək məhsulun rəqabətqabiliyyətini əmələ gətirən keyfiyyət və qiymət kriteriyalarını sivil sosial-iqtisadi prinsiplər çərçivəsində öyrənmiş və müvafiq problemin daha mütərəqqi həlli yollarını göstərmişlər. Bununla yanaşı, müasir rus iqtisadçılarından - Y.P.Adler, Q.D.Krılova, V.A.Şvandar, R.A.Fatxutdinov, A.Y.Yudanov, Q.A.Azoyev, E.M.Kupryakov, İ.N.Qerçikova, T.İ.Leonova, A.V.Qliçev, S.Şepetova, L.E.Skripko, Q.P.Voronin, S.Q.Svetunkov, İ.T.Lifts və başqaları öz əsərlərində keçid iqtisadiyyatını yaşayan ölkələr timsalında, onların məqsədyönlü inkişafı və dünya əmtəə bazarına məhsul çıxarmaq baxımından son məhsulun ən aşağı istehsal xərcləri ilə arzu edilən keyfiyyət səviyyəsini təmin etmək və məhsulun davamlı rəqabətqabiliyyətini məhdud istehsal və iqtisadi imkanlar şəraitində strateji idarə etmək məsələlərinə bu və ya digər səviyyədə aydınlıq gətirmişlər. Respublikamızda bazar iqtisadiyyatının formalaşması və inkişafı, milli istehsalın inkişaf məsələləri, həmçinin ölkədə azad sahibkarlıq fəaliyyətinin və rəqabət şəraitinin formalaşması ilə əlaqədar bir çox ümumi və xüsusi problemlər Z.Ə.Səmədzadə, A.A.Nadirov, Ş.Ə.Səmədzadə, S.A.Səfərov, T.S.Vəliyev, S.V.Salahov, Ş.Ə.Axundov, T.Ə.Quliyev, A.T.Əhmədov, Ə.Ç.Verdiyev, V.M.Niftullayev, İ.V.Əhmədov, B.X.Ataşov, R.Ə.Balayev, İ.H.İbrahimov, İ.H.Alıyev, F.N.Ələsgərov, N.V.Əlibəyov, A.F.Abbasov və başqalarının əsərlərində öz həllini lazımi səviyyədə tapmış və iqtisadiyyatımızın bir çox aktual məsələlərinə aydınlıq gətirilmişdir. Bundan əlavə, cəmiyyətdə daha çox istehlak olunan ərzaq məhsullarının, o cümlədən çayın istehlak xassələrini və keyfiyyətini texniki, texnoloji, aqrar və digər aspektdən tədqiq edən ayrı-ayrı MDB və ölkə mütəxəssisləri (İ.N.Furs, İ.P.Çepurnoy, M.A.Nikolayeva, B.T.Qoqiya, B.B.Poxlyobkin, V.P.Qvasaliya, A.Y.Bağirov, F.A.Quliyev, İ.Ə.Əhməd-Cabir, V.A.Əliyev və s.) öz elmi əsərlərində məhsulun rəqabətqabiliyyətində keyfiyyətin zəruri rolunu və əhəmiyyətini müvafiq şəkildə qiymətləndirmişlər. Buna baxmayaraq, Azərbaycanda çay məhsulları bazarının rəqabət strukturu və məhsulun rəqabətqabiliyyətlilik səviyyəsini formalaşdıran iqtisadi amillərin tədqiqi, o cümlədən keyfiyyətin iqtisadi cəhətdən qiymətləndirilməsi ayrıca bir tədqiqat obyekti olmamış, bu mövzuda nə bir monoqrafiya, nə də dissertasiya yazılmamışdır. Ölkə iqtisadiyyatının müvafiq sahəsinin inkişaf problemlərinin öyrənilməsi və qarşıya qoyulan problemin həlli yollarının axtarılması zərurəti tədqiqat işinin məqsəd və vəzifələrini müəyyən etmişdir. Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanda çay istehsalının müasir vəziyyətinin və bazarda formalaşan rəqabət münasibətlərinin öyrənilməsi, həmçinin çay məhsullarının rəqabətqabiliyyətinin və
  • 5. 5 keyfiyyətinin iqtisadi aspektlərinin tədqiqi və onun inkişafı üçün konkret təklif və tövsiyələri işləyib hazırlamaqdan ibarətdir. Tədqiqat işinin məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya qoyulmuş və yerinə yetirilmişdir: - respublikada çay istehsalının müasir vəziyyətinin və çayçılığın iqtisadi inkişaf məsələlərinin öyrənilməsi; - ölkənin çay bazarında formalaşan rəqabət mühitinin tədqiqi və çay məhsullarının rəqabətqabiliyyətlilik problemlərinin aşkarlanması; - çay məhsullarının istehlak xassələrinin və keyfiyyətinin onların rəqabətqabiliyyətinə təsir dərəcəsinin öyrənilməsi; - ölkə bazarında reallaşdırılan ayrı-ayrı çay məhsullarının ümumi rəqabətqabiliyyətlilik səviyyələrinin müəyyənləşdirilməsi və bu problemin ilkin həlli yollarının elmi cəhətdən əsaslandırılması; - çay istehsalında keyfiyyətin idarə edilməsinin optimal iqtisadi mexanizminin müəyyənləşdirilməsi; - konkret marketinq tədbirlərinin müəyyənləşdirilməsi əsasında çay bazarında məhsulun mövqeyinin və rəqabət üstünlüklərinə nail olma yollarının təyin edilməsi; - çay məhsullarının keyfiyyətinin və rəqabətqabiliyyətinin səmərəli idarə edilməsi istiqamətində bir sıra zəruri iqtisadi metodların tədqiqi və onların tətbiqi yollarının göstərilməsi; - respublikada çayçılığın inkişafı, keyfiyyətli çay istehsalı və satışının stimullaşdırılması, həmçinin çay bazarında rəqabət münasibətlərinin dövlət tənzimlənməsi problemlərinin həllinə istiqamətlənən nəzəri və praktiki baxımdan əsaslandırılmış təkliflərin verilməsi. Tədqiqatın obyekti kimi Azərbaycan Respublikasının çayçılıq sahəsi, o cümlədən çay təsərrüfatları, ölkədə istehsal olunan yaşıl çay yarpağının ilkin emalı və çay qablaşdırıcı müəssisələri seçilmişdir. Tədqiqatın predmetini çay məhsullarının istehsalı və satışında keyfiyyət və rəqabətqabiliyyətlilik problemlərinin həllinə yönələn iqtisadi amillərin müəyyən olunması və təkmilləşdirilməsi yollarının öyrənilməsi təşkil edir. Tədqiqatın nəzəri-metodoloji əsasını ölkə Prezidentinin iqtisadi siyasət və inkişafla bağlı fərman və sərəncamları, Azərbaycan Respublikasının mövcud qanunları, Milli Məclisin qanun layihələri və normativ hüquqi aktları, bu istiqamətdə müvafiq ictimai təşkilatların proqram və tədbirlər paketi, habelə ölkə və xarici iqtisadçı alimlərin tədqiqatları təşkil edir. Dissertasiya sistemli təhlil, məntiqi ümumiləşdirmə, müqayisə, müşahidə və analitik-statistik metodlar əsasında yerinə yetirilmişdir. Tədqiqatda həmçinin məhsulun rəqabətqabiliyyətlilik göstəricilərinin hesablanmasında diferensial və kompleks (qrup və inteqral) metodlardan istifadə edilmişdir.
  • 6. 6 Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məcmuələri, İqtisadi İnkişaf Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq icmalları, Azərbaycan Marketinq Cəmiyyətinin və Sosial İqtisadi Araşdırmalar Mərkəzinin bazar araşdırmaları üzrə materialları, Azərbaycan Çay Assosiasiyasının və çay istehsal edən müəssisələrin məlumatları, habelə respublikanın iqtisadi problemlərinə həsr olunmuş müasir ədəbiyyatlar təşkil edir. Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: - Azərbaycanda çay istehsalı və satışının müasir iqtisadi vəziyyəti təhlil olunmuş, mövcud problemlərin yaranma səbəbləri və nəticələri konkret səviyyədə araşdırılmışdır; - respublikanın çay məhsulları bazarında müəssisələr və əmtəələr səviyyəsində formalaşan rəqabət münasibətləri və ayrı-ayrı rəqib çay məhsullarının üstün və zəif cəhətləri müəyyən olunmuşdur; - çayın istehlak xassələri və keyfiyyəti istehlakçı və istehsalçı nöqteyi- nəzərindən qiymətləndirilmiş, məhsulun rəqabətqabiliyyətinin təmin edilməsində keyfiyyət və qiymət amillərinin qarşılıqlı asılılığı tədqiq edilmişdir; - respublikada reallaşdırılan milli və xarici çay məhsullarının vahid və qrup rəqabətqabiliyyətlilik göstəriciləri elmi əsaslarla müəyyənləşdirilmiş, onların yüksəldilməsində mühüm rol oynayan konkret iqtisadi və keyfiyyət amilləri öyrənilmişdir; - çay istehsalında məhsulun keyfiyyətinin yüksəldilməsinin səmərəli iqtisadi mexanizmi göstərilmiş, müəssisələrdə keyfiyyətin kompleks və səmərəli idarə edilməsi məqsədilə təşkilatı və istehsal strukturunun təkmilləşdirilməsi yolları müəyyən olunmuşdur; - keyfiyyətli və rəqabətqabiliyyətli çay istehsalı və satışının stimullaşdırılması üçün sahibkarlar səviyyəsində həyata keçiriləcək konkret iqtisadi və xüsusi marketinq tədbirləri elmi cəhətdən əsaslandırılmışdır; - ölkədə çayçılıq sahəsinin bərpası və inkişafına stimul kimi dövlətin müvafiq hüquqi-iqtisadi funksiyaları müəyyənləşdirilmiş və bu istiqamətdə konkret tənzimləyici vəzifələri əhatə edən təkliflər işlənib hazırlanmışdır. Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində əldə olunan nəticələrdən və irəli sürülən təkliflərdən istifadə etməklə, respublikada çay istehsal edən müəssisə və fermer təsərrüfatları bazar münasibətləri çərçivəsində öz fəaliyyətlərini daha çevik qurmaq, rəqabət mübarizəsində özlərinin zəif və üstün cəhətlərini layiqincə qiymətləndirmək, həmçinin istehsal olunan məhsulun keyfiyyət və rəqabətqabiliyyətlilik problemlərinin səmərəli iqtisadi yollarla həll etmək üçün konkret idarəetmə tədbirlərini əhatə edən müəyyən iqtisadi və təşkilati vəzifələri həyata keçirmək imkanı əldə edə bilərlər. Tədqiqatın aprobasiyası və nəticələrin tətbiqi. Dissertasiyanın əsas müddəaları və alınan nəticələr, tövsiyə və təkliflər Azərbaycan Kooperasiya
  • 7. 7 Universitetində keçirilmiş müvafiq Respublika və Beynəlxalq səviyyəli elmi- praktiki konfranslarda (2003, 2004 və 2005-ci illərdə) müzakirə edilmiş və konfrans materiallarında, müvafiq elmi jurnallarda və ayrıca məqalələr kimi çap olunmuşdur. Dissertasiya işinin mövzusu və nəticələri üzrə 2.8 çap vərəqi həcmində altı məqalə və iki tezis nəşr edilmişdir. Dissertasiya işinin nəticə və təklifləri Azərbaycan Çay Assosiasiyasının İdarə Heyətində müzakirə edilərək istehsalda tətbiq üçün qəbul edilmişdir (12 yanvar 2007-ci il tarixli 08 saylı akt). İşin həcmi və quruluşu. Dissertasiya giriş, üç fəsil (o cümlədən, on paraqraf), nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından, həmçinin əlavələrdən ibarət olmaqla 1.5 intervallı kompüter yazısı ilə 173 səhifə həcmindədir. Tədqiqat işində 6 sxem, 32 cədvəl, 10 şəkil verilmiş, habelə istifadə edilmiş ədəbiyyat siyahısında 117 adda ədəbiyyat göstərilmişdir. TƏDQİQAT İŞİNİN QISA MƏZMUNU Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı, problemin öyrənilmə vəziyyəti, tədqiqatın məqsədi və vəzifələri, obyekti və predmeti, nəzəri-metodoloji əsasları, informasiya bazası, elmi yeniliyi, praktiki əhəmiyyəti, aprobasiyası və işin həcmi əks etdirilmişdir. Dissertasiya işinin “Azərbaycanda mövcud əmtəə bazarının iqtisadi problemləri və məhsulun rəqabətqabiliyyətinin araşdırılmasının elmi- metodoloji əsasları” adlı birinci fəslində tədqiqat işinin predmeti üzrə məhsulun rəqabətqabiliyyətinin araşdırılmasının elmi-metodoloji əsasları verilmiş, rəqabət və rəqabətqabiliyyətlilik, həmçinin keyfiyyət anlayışlarının nəzəri iqtisadi mahiyyəti açıqlanmış, o cümlədən keyfiyyətə və rəqabətqabiliyyətliliyə təsir göstərən mühüm iqtisadi amillərin nəzəri və tətbiqi əsasları müəyyənləşdirilmişdir. Müasir bazar iqtisadi münasibətlərinin ən səmərəli şəkildə reallaşması prosesi bu münasibətləri hərtərəfli surətdə əhatə edən rəqabət, rəqabətqabiliyyətlilik və keyfiyyət amillərinin birbaşa təsiri altında həyata keçdiyindən onların nəzəri və praktiki tədqiqi daim diqqət mərkəzində olmuşdur. Tədqiqat işində bu amillərin formalaşma xüsusiyyətləri nəzəri cəhətdən ayrı- ayrılıqda araşdırılır və son məhsulun bazarda səmərəli reallaşdırılması üçün onların praktikada bir-birini tamamlamasının zəruriliyi ortaya qoyulur. İşdə qeyd olunur ki, rəqabətin yaratdığı sağlam biznes mühitində hər bir məhsul vahidinə düşən material məsrəfləri azalır, ümumi istehsal xərcləri aşağı düşür, bununla da istehsalın və bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir, məhdud resurslardan səmərəli istifadə etməklə istehlakçıların tələbatının daha dolğun ödənilməsinə şərait yaranır. Bu baxımdan bir sıra tədqiqatlar aparan Qərb
  • 8. 8 iqtisadçıları rəqabətin tədqiqini onun sosial-mənəvi, struktur və funksional cəhətləri əsasında apararaq mühüm elmi nəticələr əldə edə bilmişlər. Görkəmli Amerika iqtisadçısı M.Porter özünün rəqabət konsepsiyasında iqtisadi sahələr üzrə rəqabətin beş əsas qüvvə əsasında formalaşmasını irəli sürür: yeni rəqiblərin (əmtəələrin) meydana çıxması təhdidi; əvəzedici əmtəələrin meydana çıxması təhdidi; xammal və yarımfabrikat mal tədarükçülərinin davranışı (öz aralarında sövdələşmə qabiliyyəti); alıcıların (istehlakçıların) davranışı; mövcud sahədaxili rəqiblərin öz aralarındakı rəqabət. Bu rəqib qüvvələrdən hər birinin əhəmiyyəti sahədən sahəyə dəyişərək, nəhayətdə həmin sahənin mənfəətliliyini müəyyən edir. Sahədaxili təsərrüfat subyektləri arasında formalaşan rəqabət münasibətləri onları təyin edən amillərin (rəqib qüvvələrin) qarşılıqlı təsiri altında vüsət alır. Hər bir əmtəə istehsalçısı öz konkret rəqiblərini, onların imkanlarını və çatışmayan cəhətlərini bilməklə yanaşı, həm də müəyyən bazarda (onun müəyyən seqmentində) rəqabətin ümumi vəziyyətini, müvafiq bazar tipini və “özünün” rəqabət mühitini tədqiq etməlidir. Aparılan tədqiqatlar göstərir ki, reallıqda rəqabətin əsası olduqca mürəkkəb quruluşa malikdir. Belə ki, hər bir təsərrüfat vahidi tipinə özünəməxsus xüsusiyyətlər xas olur, yəni böyük inhisarların – gücü, kiçik firmaların – çevikliyi, ixtisaslaşmış firmaların bazarın xüsusi seqmentlərinə və “kasıb” yerlərinə uyğunlaşa bilməsi, novator firmaların – ilkin ixtiralarda üstünlüyü və s. onları rəqabətdə üstünlük qazanmağa aparan amillərdir. Rəqabət münasibətlərinin makroiqtisadi səviyyədə tədqiqi göstərir ki, bu prosesin sağlam şəkildə formalaşması olmadan sivilizasiyalı bazara keçid baş tutmur və sağlam rəqabətin yaranması üçün hər bir ölkədə bir sıra sosial- psixoloji və hüquqi-iqtisadi tədbirlərin həyata keçirilməsi tələb olunur. Dissertasiyada həmçinin, iqtisadi kateqoriya kimi məhsulun keyfiyyəti və rəqabətqabiliyyətinin nəzəri əsasları və ayrı-ayrı xüsusiyyətləri izah edilərək burada mühüm əhəmiyyət kəsb edən bir sıra iqtisadi amillər müəyyənləşdirilmiş, bu amillərin daxili bazarda reallaşdırılan məhsullara görə əhəmiyyətli rolu qeyd olunmuş və onların bazarda son məhsulun satışına təsir dərəcəsi qiymətləndirilmişdir. Araşdırılan problemin həllinə dair müxtəlif iqtisadçı alimlərin və mütəxəssislərin nəzəri yanaşmaları və elmi fikirləri öyrənilmiş, həmçinin müvafiq elmi metodologiyanın tədqiqat obyektinə uyğunluq səviyyəsi müəyyənləşdirilmişdir. Həmçinin bu fəsildə məhsulun keyfiyyəti ilə onun rəqabətqabiliyyəti arasında olan iqtisadi asılılığın incəlikləri tədqiq edilmiş və məhsulun optimal keyfiyyət səviyyəsinin iqtisadi əsasları öyrənilmişdir. Bazar münasibətlərinin inkişaf etdiyi müasir şəraitdə, hər bir müəssisənin uğurlu fəaliyyəti təkcə onun məhsulunun yüksək texniki, texnoloji, funksionallıq, standartlıq və s. göstəricilərini özündə əks etdirən keyfiyyət parametrlərindən deyil, həm də bu məhsulun özünün qiyməti, münasibliyi və digər iqtisadi göstəricilərini: alıcı zövqünü və tələbatını, onun alıcılıq qabiliyyətini və dəyişkən tələblərini və s.-ni əhatə edən rəqabətqabiliyyətlilik cəhətindən çox asılıdır.
  • 9. 9 Əksər iqtisadçı alimlər tərəfindən məhsulun rəqabətqabiliyyətinə həm keyfiyyət nöqteyi-nəzərindən baxılır, həm də bu anlayış, bir çox iqtisadi, texnoloji və digər parametrləri özündə əks etdirən xüsusi bir kateqoriya kimi müəyyən olunur. Əslində çox vaxt bir-biri üçün zəruri şərt olan və bir-birini tamamlayan məhsulun keyfiyyəti və rəqabətqabiliyyəti kateqoriyaları mahiyyət etibarilə ayrı- ayrı məzmuna malikdirlər. Məhsulun rəqabətqabiliyyəti yalnız azad bazar və rəqabət şəraitində meydana çıxır və o, məhsulun keyfiyyətini həm istehsalçı, həm də istehlakçı tərəfindən hesaba alır. Məhsulun rəqabətqabiliyyəti səviyyəsini müəyyənləşdirərkən cari əmtəə bazarında istehlakçıların pul gəlirlərinin səviyyəsi mütləq nəzərə alınır. O məhsul rəqabətqabiliyyətli ola bilər ki, onun kompleks istehlak və digər xassələri bazarda onun müvəffəqiyyətini, daha doğrusu, bir-biri ilə rəqabət aparan analoji əmtəələrin geniş təklifi şəraitində onun pula mübadilə olunması qabiliyyətini təmin etmiş olsun. Elmi-nəzəri tədqiqatlara görə məhsulun “rəqabətqabiliyyəti” və onun “keyfiyyəti” arasındakı fərq onunla izah olunur ki, baxmayaraq “keyfiyyət” məhsulun rəqabətqabiliyyətinin əsas tərkib hissəsidir, lakin birinci daha geniş məzmuna malikdir. Belə ki, əgər məhsulun keyfiyyəti özündəki xassələrin müəyyən dəyişməz məcmusunu əks etdirirsə, məhsulun rəqabətqabiliyyəti isə keyfiyyətin sabit qaldığı təqdirdə belə reallaşma, tələb və təklif, rəqiblərin davranışı və digər amillərdən asılı olaraq əhəmiyyətli dəyişikliyə məruz qala bilər. Məsələn, mühüm ərzaq məhsullarından biri olan çayın istehsalı zamanı onun tərkibindəki tanin, kofein, ekstraktiv və vitaminli maddələrin, həmçinin rütubətliliyin və s.-nin daxil olduğu keyfiyyət göstəriciləri ciddi şəkildə gözlənilsə də, alıcı üçün əsasən çayın dadı, ətri, dəminin rəngi, istehlak qaydası, qiyməti və s. daha əhəmiyyətli rol oynayır. Bir qrup iqtisadçı alimlərin (M.M. Lobanov, Y.M. Osipov, Ş.Ş. Maqomedov, R.A.Fatxutdinov və s.) qənaətinə görə, məhsulun keyfiyyəti ilə istehsal xərcləri arasında optimal qarşılıqlı münasibətlərin əldə edilməsi rəqabətqabiliyyətliliyin mümkün surətdə səmərəli idarə edilməsinin şərti kimi müəyyən olunur. Digər tədqiqatçılar (İ.T.Lifts, V.İ. Dudkin, İ.N.Qerçikova və başqaları) isə qeyd edirlər ki, məhsulun rəqabətqabiliyyəti onun müəyyən zaman ərzində müəyyən bazarda reallaşma imkanıdır. Bu kateqoriya olduqca dinamikdir, çox vaxt əvvəlcədən müəyyən oluna bilinmir və bir çox amillərdən asılıdır. Dissertasiyada göstərilir ki, məhsulun keyfiyyəti real və nəzərdə tutulan tələbatın ödənilməsi qabiliyyətini özündə doğuran spesifik xassə və xüsusiyyətlərin məcmusunu əks etdirsə də, iqtisadi kateqoriya kimi, keyfiyyət məhsulun öz təyinatına müvafiq olaraq insan tələbatının ödənilməsi üçün onun yararlılıq dərəcəsini müəyyən edən xassələr məcmusunu ifadə edir. Keyfiyyət kateqoriyasının iqtisadi əhəmiyyəti məhsulun əmtəə formasını, bazarı və onun elementləri olan tələb və təklifin xarakterini, qiymət səviyyəsini, həmçinin istehsal və istehlak arasındakı əlaqələri öyrənməyi zəruri edir. Başqa sözlə, rəqabətqabiliyyətli məhsul istehsalının səmərəli idarə edilməsi istehsalçının
  • 10. 10 qarşısında keyfiyyətə daha çox iqtisadi kateqoriya kimi yanaşma vəzifəsini qoyur. Öz əsərlərində keyfiyyət probleminin makro və mikro səviyyədə iqtisadi həlli yollarına bu və ya digər səviyyədə yanaşan alimlərimizdən Z.Ə.Səmədzadə, Ş.Ə.Səmədzadə, S.A.Səfərov, S.V.Salahov, Ş.Ə.Axundov, T.Ə.Quliyev, T.S.Vəliyev, A.T.Əhmədov, V.M.Niftullayev, İ.H.İbrahimov, F.N.Ələsgərov, B.X.Ataşov, R.Ə.Balayev, İ.H.Alıyev və başqaları azad sahibkarlığın inkişafında və milli məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsində bu yöndə olan tədqiqatlara xüsusi yer vermişlər. Xüsusilə F.N.Ələsgərov, N.Ş.Zeynalov və M.Y.Zeynalov kimi alimlərimiz tərəfindən keyfiyyət iqtisadi kateqoriya kimi qiymətləndirilərkən, məhsulun keyfiyyətinin onun iki cəhəti ilə - dəyər (qiymət) və istehlak dəyəri ilə şərtlənməsi və istehsal ilə istehlakı vahid bir prosesdə birləşdirməsi fikri irəli sürülür. Bu elmi mülahizənin üstünlüyünə görə məhsulun keyfiyyəti iqtisadi kateqoriya kimi, cəmiyyətin iqtisadi inkişafının ən mühüm tərəflərini – istehsal və istehlakı, iqtisadi hadisələrin əlaqələrini və qarşılıqlı asılılığını əks etdirir. Müəllif bu elmi mülahizəyə müasir aspektdən yanaşaraq qeyd edir ki, bazar münasibətləri şəraitində yaradılan məhsulun qiymətləndirilməsində istehlakçının rolunun əhəmiyyəti getdikcə artır və nəticədə, keyfiyyətin idarə edilməsinin səmərəli mexanizminin qurulması keyfiyyət kateqoriyasının iqtisadi mahiyyətini daha dərindən aydınlaşdırmağı tələb edir. Bu da, keyfiyyət kateqoriyası ilə istehlak dəyərinin, dəyərin, qiymətin və tələbatın ödənilməsinə görə iqtisadi münasibətlərin müvafiq tərəflərini əhatə edən digər kateqoriyaların arasındakı qarşılıqlı əlaqələrin tədqiqi əsasında mümkün olur. Ümumiyyətlə, məhsulun davamlı rəqabətqabiliyyətli olması daha çox onun keyfiyyətinin yüksək, qiymətinin isə minimum olmasından asılı olur. Məhsulun keyfiyyətinin yüksək olması, əsasən, bu istiqamətdə texniki, texnoloji və təşkilati məsələlərin səmərəli həllini nəzərdə tutursa, onun minimum qiymətdə və dəyərdə olması isə sırf iqtisadi amillərin əhəmiyyətini ortaya qoyur. Bu cür iqtisadi amillərə məhsulun keyfiyyətinə və səmərəli istehsalına sərf olunmuş ümumi məsrəfləri, məhsulun əmək tutumluluğunu, maya dəyərini, istehsalın və məhsulun standartlaşdırma səviyyəsini, qiymət siyasətini, idarəetmə və əməyin səmərəliliyini, əmək məhsuldarlığını, məhsulun istehlak xərclərini, habelə keyfiyyətin idarə edilməsinə yönəlmiş digər amilləri aid etmək olar (Sxem 1). Yuxarıda sadalanan iqtisadi amillər məhsulun keyfiyyətinə bilavasitə onun istehsalı zamanı təsir göstərirsə, məhsulun satışı zamanı onun reallaşma (istehlakçıya tam çatdırma) keyfiyyətinə isə digər iqtisadi amillər də böyük təsir göstərə bilirlər. Bunlar, alqı-satqının forma və metodları, reklamın mükəmməlliyi, tələb-təklif münasibətlərinin gözlənilməsi, düşünülmüş rəqabət siyasəti, tədarük və nəqletmənin şərtləri və müddəti, idxal-ixrac əməliyyatlarının məqsədyönlü tənzimlənməsi, habelə müəssisələrin istehsal-təsərrüfat fəaliyyətindəki birbaşa struktur cəhətlərin formalaşdırılması, dövlətin
  • 11. 11 Daxili iqtisadi amillər: Xarici iqtisadi amillər: Sxem 1. Məhsulun rəqabətqabiliyyətinə və keyfiyyətinə təsir göstərən ümumi iqtisadi amillər antiinhisar və vergi siyasəti və digər məsələlər ola bilər. Dissertasiyada məhsulun rəqabətqabiliyyətinə və keyfiyyətinə təsir göstərən bir sıra marketinq yönümlü iqtisadi amillərin də təsir Müəssisənin maliyyə imkanları: - müəssisənin büdcəsi; - istehsal xərclərinin səmərəli bölgüsü; - əlavə stimullaşdırma xərcləri Müəssisənin istehsal imkanları: - texniki və texnoloji modernləşdirmə səviyyəsi; - zəruri resursların təşkili; - çevik istehsal vasitələri və s. Müəssisə fəaliyyətinin səmərəli idarə edilməsi imkanları: - mükəmməl idarəetmə strukturu; - kadrların bacarıq səviyyəsi və səriştəliliyi; - əməyin məhsuldarlığı və düzgün təşkili və s. Keyfiyyətin idarə edilməsi imkanları: - keyfiyyət sisteminin kompleks menecmenti; - keyfiyyət məsrəflərinin düzgün idarə edilməsi; - standartlaşdırma və sertifikatlaşdırma tədbirləri və s. Səmərəli marketinq fəaliyyəti: - optimal qiymət siyasəti; - rəqiblərin düzgün qiymətləndirilməsi və qərar vermə səviyyəsi; -servis, reklamvə digər stimullaşdırma tədbirləri Rəqiblər və rəqib məhsullar: - rəqabət şəraiti; - rəqiblərin bazar mövqeyi və strategiyası; - rəqib məhsullarının rəqabətqabiliyyəti və keyfiyyəti; - rəqiblərin güclü və zəif tərəfləri, satış siyasəti; - potensial bazar təklifinin əhəmiyyəti və s. İstehlakçılar: - istehlakçıların alıcılıq qabiliyyəti; - tələb və tələbatların spesifikliyi; - alıcıların bazar mədəniy yəti (tələb və zövqlərin müxtəlifliyi, seçimlərin əsaslılığı, məhsul haq- qında məlumatlılıq və s.) Dövlətin iqtisadi siyasəti: - sahibkarlıq və rəqabət münasibətlərinin tənzimlənmə səviyyəsi; - vergi, idxal-ixrac və ya gömrük siyasətinin əlverişliliyi; Regional iqtisadi xüsusiyyətlər: - konkret və ya milli bazarın təbii cəhətləri; - bazarın infrastrukturu; - ekolojitarazlığın mühafizə- si üçünmaliyyə ayırmala- rının əhəmiyyəti və s. M ə h s u l u n rəqabətqabiliyyəti Məhsulun keyfiyyəti Məhsul
  • 12. 12 dərəcəsinin öyrənilməsinə diqqət yetirilmişdir. Bu cür amillərə əmtəələrin alıcılar tərəfindən mənimsənilmə səviyyəsi, keyfiyyətə qarşı yüksək həssaslıq, servis və güzəşt tədbirləri, bazar və satış amilləri, diqqəti cəlb edən və satışı stimullaşdıran məlumat amilləri, reklam təminatı və s. aid edilmişdir. Birinci fəsildə müəllif belə bir qənaətə gəlir ki, yaşıl və quru çay məhsullarının keyfiyyətinə və rəqabətqabiliyyətinə təsir göstərən mühüm iqtisadi amillərin düzgün müəyyənləşdirilməsi kənd təsərrüfatı və emal sənayesində səmərəli istehsal fəaliyyətini təmin edə biləcək optimal tədbirlərin işlənib hazırlanmasına şərait yarada bilər. Dissertasiyanın “Azərbaycanda çayçılığın aqrar-sənaye sahəsinin tədqiqi və çay istehsalında mövcud rəqabətqabiliyyətlilik və keyfiyyət məsələləri” adlanan II fəslində ölkənin çayçılıq sahəsinin və çay istehsalı müəssisələrinin mövcud iqtisadi vəziyyəti təhlil edilmiş, çay məhsulları bazarında formalaşan rəqabət münasibətləri ayrı-ayrı istehsalçılar və satıcılar səviyyəsində qiymətləndirilmiş, habelə Azərbaycanda reallaşdırılan çay məhsullarının rəqabətqabiliyyətində keyfiyyətin iqtisadi rolu və rəqabətqabiliyyətliliyin ümumi səviyyəsi müəyyənləşdirilmişdir. Respublikamızda azad bazar münasibətlərinin tədricən inkişaf etməyə başladığı real şəraitdə bir sıra çay emaledici və qablaşdırıcı müəssisələr və çayçılıq təsərrüfatları əvvəlki direktiv iqtisadi sistem çərçivəsindəki idarəetmə münasibətlərindən kəskin fərqlənən, yeni, bazar mexanizmli təsərrüfat sisteminə keçməklə bir çox obyektiv problemlərlə qarşılaşmışlar. Vaxtilə planauyğun kəmiyyət və keyfiyyət göstəriciləri ilə çay məhsulunun kütləvi istehsalını və satışını həyata keçirən müəssisə və təsərrüfatlar, artıq fəaliyyətlərini dayandırmışlar. Yeni yaradılan fermer təsərrüfatları və müəssisələr isə iqtisadi böhran və tənəzzül vəziyyətindən çıxmaq yollarını axtarmaqla yanaşı, həm də bazar tələblərinə uyğun olaraq keyfiyyətli və rəqabətqabiliyyətli məhsulun reallaşdırılması problemini həll etməyə məcbur olmuşlar. Müəllif tədqiqat obyektinin təhlilinə əsasən üç istiqamətdə - ölkədə çay məhsulları bazarının tədqiqi, çay məhsullarının real istehlak və istehsal vəziyyətinin öyrənilməsi və əhalinin çaya olan tələbatının ödənilmə mənbələrinə nəzərən yanaşaraq sahənin problemlərini sistemli və əlaqəli şəkildə öyrənməyə səy göstərmişdir. Belə ki, ölkədə yaşıl çay yarpağının istehsalı və satışını əhatə edən çayçılıq sahəsi, o cümlədən fermer təsərrüfatlarının və çay yarpağının emalı və satışı ilə məşğul olan çay emalı müəssisələrinin, həmçinin yerli və xarici xammal hesabına çayın qablaşdırılması və satışını həyata keçirən çay qablaşdırma müəssisələrinin fəaliyyəti qarşılıqlı surətdə təhlil olunmuşdur. Aparılan təhlillərdən görünür ki, hazırda Azərbaycanın çayçılıq sahəsi, həmçinin bura daxil olan kənd təsərrüfatı və emal müəssisələrinin əksəriyyəti böyük iqtisadi böhrana məruz qalmış və bu, onların istehsal və satış fəaliyyətini
  • 13. 13 minimuma endirmişdir. Qeyd olunan təsərrüfat subyektləri səviyyəsində çay istehsalı kəmiyyət və keyfiyyət baxımından xeyli aşağı düşmüşdür. Yaxın illərin statistikasına nəzərən vaxtilə ölkədə çay plantasiyalarının 13,4 min hektara çatdırılması və 15 çay emaledici və 2 çay qablaşdırıcı fabrikin fəaliyyəti əsasında çay yarpağı istehsalının ildə 34 min tonu ötməsi (bundan da hazır məhsul kimi 8,5 min ton keyfiyyətli Azərbaycan çayı əldə edilməsi), həmçinin bundan təqribən 74 mln ABŞ dolları civarında gəlir götürülməsi mümkün olsa da hazırda bu sahənin fəaliyyəti əhəmiyyətli dərəcədə azalmışdır. Azərbaycanda çay sahələrinin azalması, istehsal həcminin və məhsuldarlığın aşağı düşməsi 1991-ci ildən sonra intensivləşmiş, sonradan isə bu göstəricilər müvafiq illər üzrə nisbi artıb-azalmalara məruz qalmışdır (Cədvəl 1). Cədvəl 1 Azərbaycanda məhsuldar çay sahələri, məhsul yığımı və məhsuldarlığın inkişaf dinamikası İllər 1991 1996 1998 2000 2001 2002 2003 2004 2005 2006 Çay sahələri (hektar) 8038 7019 6474 5391 3865 3664 3656 3658 2920 1796 Yaşıl çay yarpağı yığımı (ton) 25633 1634 863 1082 1424 1440 944 1048 737 655 Orta məhsuldarlıq (sentner/hektar) 33.0 3.9 1.3 2.0 3.7 3.9 2.6 2.9 2.5 3.6 Təhlillər göstərir ki, aqrar sferada aparılan özəlləşdirilmə nəticəsində iri çay plantasiyaları xırda təsərrüfatlar arasında bölüşdürüldüyündən, ayrı-ayrı fermerlər bu sahənin dirçəldilməsi üçün lazımi maddi texniki imkanlardan məhrum olmuş və idarəetmənin kooperasiya münasibətləri əsasında qurulmasına meyl göstərilməmişdir. Emal müəssisələri isə məhdud yaşıl çay yarpağının emalını bu və ya digər səviyyədə həyata keçirib əsasən regional bazarlarda satış fəaliyyəti göstərmişlər. Hal-hazırda respublikada çay emalı ilə məşğul olan 7 müəssisə faktiki fəaliyyət göstərir ki, bunlara da Lənkəran Çay-1, Lənkəran Çay-5, Avrora Çay, Astara Çay-1 və Astara Çay-2 ATSC-ləri, həmçinin “MMC” Lənkəran çay istehsalı və emalı müəssisəsi, Zaqatala Çay KM-ləri aiddir. Bu müəssisələrin əksəriyyətində marketinq vəzifələrinin optimal həyata keçirilməməsi və satış tədbirlərinin lazımi səviyyədə görülməməsi müşahidə olunur ki, nəticədə bazarda reallaşa bilməyən çayların uzun müddət və qeyri-normal şəraitdə qalması, onları lazımi gəlirdən və maliyyə imkanlarından məhrum etmişdir ki, bu da müəssisələrdə hər hansı bir rekonstruksiya və modernləşdirmə işlərinin aparılmasına heç bir imkan yaratmır. Aparılan tədqiqata görə keçid dövründə Azərbaycan çayçılığının kəskin böhran vəziyyətinə düşməsini, əsasən iki səbəblə izah etmək olar. Bunlardan
  • 14. 14 birincisi, çay təsərrüfatlarının normal inkişafı dövründə (bu, təqribən 1992-1995-ci illəri əhatə edir) emal müəssisələrinin vaxtında özəlləşdirilməməsi üzündən onların inkişafdan qalmasıdır. İkinci səbəb isə, özəlləşdirmə və digər maliyyə, təşkilati problemlərin qismən həll edilməsi ilə emal müəssisələrinin nisbətən dirçəlməsinə və təklif olunan yaşıl çay yarpağını səmərəli emal etmək istəyinə baxmayaraq, o zaman (bu isə əsasən 1996-2002-ci illəri əhatə edir) artıq mövcud təsərrüfatların inkişafdan qalması və ya xammal bazasının itirilməsidir. Azərbaycanda çay sahələrinin tükənməsi, istehsal həcminin azalması və məhsuldarlığın aşağı düşməsi 1996-cı ildən sonra daha da intensivləşmiş, sonradan isə bu göstəricilər müvafiq illər üzrə nisbi artıb-azalmalara məruz qalmışdır. Tədqiqat işində müəyyən edilmişdir ki, ölkə əhalisinin çaya olan tələbatı əsasən (təqribən 93-94%) xarici investorların məqsədli fəaliyyəti nəticəsində bərpa olunub inkişafına təkan verilən iki çay qablaşdırıcı müəssisənin: “Sun-Tea Azərbaycan” ATSC (Azərsun Holdinq) və “Çempion” MMC-nin (“Beta” şirkətlər qrupu) istehsal fəaliyyəti hesabına ödənilir. Ölkədə mövcud çay bazarı oliqopoliya vəziyyətindədir və bazar əsasən “Sun-Tea Azərbaycan” ATSC və “Çempion” MMC olmaqla iki müəssisə arasında böyük paylarla (müvafiq olaraq 43-50% və 35-40%) bölüşdürülmüşdür. Yerdə qalan bazar payına isə yerli emal müəssisələri (2-3%) və xarici şirkətlər (8-10%) sahib olmuşlar. Keçid dövrü ərzində milli çayçılıq sahəsinin tənəzzülə uğraması ilə əlaqədar, respublikaya çay idxalı statistik göstəricilərə görə 1995-ci ildə 3975 tondan 2006-cı ildə 7843 tona qədər artmışdır. Əhalinin çaya olan tələbatı əsasən idxal olunmuş məhsul hesabına təmin olunur. Bununla yanaşı, xarici ölkələrlə olan çay ticarəti ayrı-ayrı ölkələrə görə müxtəlif göstəricilər üzrə dəyişir. Azərbaycana çay ixrac edən əsas ölkələrə Şri-Lankanı (64,7%), Hindistanı (26,2%), Vyetnamı (2,5%), Çini (2,1%), İranı (1.9%), Türkiyəni (0,8%) və s.-ni aid etmək olar. Azərbaycanda adambaşına düşən çay istehlakı ildə orta hesabla 2- 2,1 kq, çay bazarının tutumu 10,5-11 min ton və il ərzində respublikada reallaşdırılan çayın ümumi dəyəri təqribən 21-22 mln ABŞ dollarına bərabərdir. Ölkədə illik çay idxalı və istehlak göstəricilərinin fərqli səviyyələrə malik olmasının səbəbi xarici ölkələrə miqrasiya nəticəsində ölkə əhalisinin sayının (8.5 mln nəfər) sabit qalmaması və çay istehsal edən (idxal əsasında) müəssisələrin illik xammal ehtiyatının dəyişməsi ilə izah oluna bilər. Müəllifin qənaətinə görə, hal-hazırda Avropa bazarında olduğu kimi, MDB və Azərbaycan bazarında da çay məhsuluna olan tələb daha çox qara məxməri çaylarla yanaşı, ətirləndirilmiş, meyvəli və otlu (xüsusilə də paket çaylar seqmentində) çaylara doğru həssaslıq nümayiş etdirir. Tələbin bu və ya digər formada tendensiyası, bu sahədə rəqabətin də müxtəlif aspektdən güclənməsinə şərait yaradır. Belə ki, çay bazarında təqribən eyni keyfiyyətə və qiymətə malik olan müxtəlif markalı çayların mövcudluğu şirkətlər arasında daha çox inhisarçı rəqabətin formalaşmasına təkan vermişdir. Tədqiqatda göstərilir ki, respublikanın çay bazarında oliqopolçu
  • 15. 15 müəssisələrin təklif etdiyi çaylar əsasən eyni növlüdür, yəni bu məhsullar eyni tipə və istehlak xassələrinə malikdirlər. Buna baxmayaraq həm müvafiq iqtisadi amillərə (satış qiyməti, güzəştlər), həm də konkret marketinq amillərinə (reklam, məhsulun xarici görünüşü, qablaşdırmanın dizaynı və s.) görə çay məhsulları fərqləndirilərək müxtəlif keyfiyyətlər üzrə qruplaşdırılır. Bazara diferensial keyfiyyətdə məhsul çıxarmaq çox çətindir və burada qeyri-qiymət rəqabəti hökm sürür, yəni ölkənin çay bazarı daha çox rəqabətin oliqopoliya modelinə uyğun gəlir. Burada, bir birindən kəskin fərqlənməyən istehlak çaylarının satış qiymətləri, alıcı zövqü, münasib qablaşdırma, bazarı zəbt etmə payı, məhsulun keyfiyyəti və s. amillərin təsiri altında formalaşaraq, müvafiq məhsulun yüksək rəqabətqabiliyyətli olmasına şərait yaradır. Respublikada daha çox işlədilən qara məxməri çayın istehlak həcmi və ayrı-ayrı istehsalçı (satıcı) müəssisələrin məhsullarına üstünlük verilməsi ölkənin bütün rayonlarında eyni səviyyədə deyildir. Yəni müəyyən marka və ya marka qrupları altında olan çaylara alıcıların reaksiyası ölkənin regionları üzrə müxtəlif amillərə görə dəyişə bilir. Belə amillərə istehlakçıların damaq dadı və alıcılıq qabiliyyəti, tələbin spesifikliyi, istehsalçı (satıcı) müəssisələrin həmin regiondakı istehsal-satış və reklam fəaliyyətinin aktivliyi və bu kimi digər amillər aid ola bilər. Bunun nəticəsində isə çaylarını müvafiq regionlarda reallaşdıran müəssisələrin rəqabət üstünlükləri və onlara məxsus olan çay markalarının rəqabətqabiliyyəti müəyyən qədər fərqli göstəricilərə malik olur. Ölkədə daha çox Şri-Lanka (Seylon) və qismən də Hindistan çayları reallaşdırılır, Azərbaycan çayı isə çox cüzi miqdarda və əsasən regional bazarlarda satılır. Eyni növlü çaylar arasında qiymət o qədər də fərqlənmir, yalnız xarici çay məhsulları (Ahmad, Lipton, Akbar və s. markalı çaylar) öz keyfiyyət və qiymətinə görə nisbətən müəyyən üstünlüyə malikdirlər. Bu amil isə milli çayların rəqabətqabiliyyətinin təmin olunmasına şərait yaradır. Ümumiyyətlə, ölkə bazarında reallaşdırılan çayların rəqabətqabiliyyətinin formalaşmasında keyfiyyətə nisbətən qiymət amili daha aktiv rol oynayır ki, bu da əsasən milli istehlakçıların zəif alıcılıq qabiliyyəti və məhsulun əsl keyfiyyət xassələrinə daha az tələbkar olmaları ilə bağlıdır. Respublikada fəaliyyət göstərən çay istehsalçıları və satıcılarının maddi texniki istehsal bazası və rəqabət mövqeləri fərqli əsaslara malik olduğundan reallaşdırılan məhsulun keyfiyyətinə və rəqabətqabiliyyətinə təsir göstərən iqtisadi amillərin formalaşma və inkişaf xüsusiyyətləri də müxtəlifdir. Daxili bazarda öz çay məhsullarını reallaşdıran xarici şirkətlər yerli müəssisələrə nisbətən daha mütərəqqi istehsal texnologiyası və mükəmməl marketinq proqramı əsasında yüksək istehlakçı tələblərinə yönələrək nisbətən keyfiyyətli çaylarını müvafiq bazar seqmentləri üçün daha münasib qiymətlərlə təklif edirlər. Belə çayların ümumi qiymət səviyyəsi milli çaylarla tam rəqabət aparmağa imkan verməsə də, onların hiss edilən yüksək keyfiyyət səviyyəsi tədricən inkişaf edən istehlakçı tələbatını ödəməyə meylli olacaqdır.
  • 16. 16 Tədqiqat işində müxtəlif çayların rəqabətqabiliyyətinin elmi-praktiki metodlarla qiymətləndirilməsi üsulu tətbiq olunmuşdur ki, bu zaman, artıq bazar tələblərinə cavab verən və müvafiq tələbatı daha çox ödəyən nümunəvi baza məhsulu ilə rəqib məhsulların keyfiyyət və iqtisadi parametrlərinin qarşılıqlı müqayisəsi həyata keçirilmişdir. Tədqiqat zamanı əvvəlcə rəqib məhsullara aid olan keyfiyyət və iqtisadi parametrlər qrupu üzrə vahid göstəricilər tapılmış, sonra buna əsasən qrup göstəricilər hesablanmış, nəhayət sonuncu mərhələdə məhsulun rəqabətqabiliyyətinin inteqral göstəricisi müəyyən olunmuşdur. Qeyd edək ki, dissertasiyada məhsulun qrup (kompleks) rəqabətqabiliyyətlilik göstəriciləri hesablanarkən nisbi kəmiyyət və ekspert metodları əsasında vahid göstəricilərin çəki əmsalları hesablanmışdır (Cədvəl 2 və 3). Cədvəl 2 Çayların keyfiyyət parametrləri üzrə qrup rəqabətqabiliyyətlilik göstəriciləri (Jkg) № Çaylar a1 x J1 a2 x J2 a3 x J3 a4 x J4 a5 x J5 a6 x J6 a7 x J7 a8 x J8 iJ i i a 8 1 1. Azerçay 0.09 0.086 0.075 0.076 0.071 0.062 0.115 0.087 0.662 2. Final Pasha (Golden Tea) 0.125 0.125 0.125 0.125 0.125 0.125 0.125 0.125 1 3. Lənkəran Çay 0.06 0.06 0.051 0.076 0.062 0.062 0.118 0.071 0.56 4. Beta Earl Grey 0.12 0.102 0.125 0.105 0.097 0.1 0.121 0.1 0.87 5. Champion 0.11 0.114 0.12 0.115 0.116 0.12 0.12 0.1 0.915 6. Ahmad Tea 0.12 0.12 0.146 0.133 0.116 0.112 0.128 0.175 1.05 7. Lipton Tea 0.125 0.135 0.135 0.133 0.133 0.125 0.132 0.175 1.093 an – n keyfiyyət göstərici üzrə rəqabətqabiliyyətliliyin çəki əmsalı. Jn – n keyfiyyət parametri üzrə rəqabətqabiliyyətliliyin vahid göstəricisi Dissertasiyada çay məhsullarının rəqabətqabiliyyətinin diferensial və kompleks metodlarla qiymətləndirilməsi belə bir nəticə çıxarmağa imkan verir ki, yerli emal müəssisələrinin istehsal etdikləri xalis Azərbaycan çayı bir sıra keyfiyyət göstəricilərinə: dəmin rəngi, dadı, xarici görünüşü, rütubətliliyi və qablaşdırılmasına görə rəqiblərindən çox geridə qalır, lakin bu çayın zəngin tərkibi, ekoloji təmizliyi və həmçinin milliliyi özünə xüsusi alıcı qrupunu davamlı cəlb etməyə qadirdir. Demək olar ki, bütün keyfiyyət göstəricilərinə: dadına, dəmin rənginə, tündlüyünə, ətrinə, xarici görünüşünə, qablaşdırılmasına və s.-yə görə rəqiblərindən irəlidə olan xarici çayların qiymətinin nisbətən yüksək olması onların rəqabətqabiliyyətini aşağı salan ən böyük amildir. Milli istehlakçıların real tələbatını bu və ya digər səviyyədə ödəməklə ən üstün rəqabətqabiliyyətlilik səviyyəsinə malik olan “Sun-Tea Azərbaycan” ATSC və “Çempion” MMC-nin bir sıra çay çeşidləri müəyyən çatışmayan
  • 17. 17 Cədvəl 3 Çayların iqtisadi parametrlər üzrə qrup (Jiqg) və inteqral rəqabətqabiliyyətlilik göstəriciləri (K) № Çaylar İstehlak(satış) qiymətləri man/100q (karton qutu) Vahid rəqabətqabiliy yətlilik göstəriciləri io C i C iq Vahid göstəriciləri n çəki əmsalları C i=1, ai=1/C i İqtisadi parametrlər üzrə qrup rəqabətqabi liyyətlilik göstəriciləri qi=Jiqg Məhsulun inteqral rəqabətqabiliyyətl ilik göstəriciləri iqg J kg J rgJK 1. Azerçay 0.40 0.727 1 0.727 0.910 2. Final Pasha (Golden Tea) 0.55 1 1 1 1 3. Lənkəran Çay 0.40 0.727 1 0.727 0.770 4. BetaEarlGrey 0.55 1 1 1 0.870 5. Champion 0.52 0.945 1 0.945 0.968 6. Ahmad Tea 0.70 1.272 1 1.272 0.825 7. Lipton Tea 0.80 1.454 1 1.454 0.751 (məhsulların dəyəri yeni manatla göstərilmiş, lakin müvafiq ilin qiymətləri əsas götürülmüşdür) Ci - təhlil olunan məhsulun i iqtisadi göstəricisi üzrə xərclər; Cio - baza məhsulunun i iqtisadi göstəricisi üzrə xərclər. qi -təhlil olunan məhsulun i iqtisadi göstəricisinin ədədi qiyməti cəhətlərə də malikdirlər. Əsasən məhsulun keyfiyyət səviyyəsini əhatə edən bu cür çatışmayan cəhətlərə çayın zəif dadı və az tündlüyü, çayın təbii ətrinin çatışmaması, dəmin rənginin qatılığı, xarici görünüşünün qeyri-mükəmməlliyi (kifayət qədər iri yarpaqlı olmaması və s.) və qablaşdırmanın yüksək səviyyədə olmaması (qabın üzərində çayın keyfiyyəti haqqında dolğun və inandırıcı informasiyanın yoxluğu və keyfiyyətin texniki cəhətdən daha yaxşı qorunmaması baxımından) aid edilə bilər. Dissertasiya işinin üçüncü fəsli “Məhsulun keyfiyyətinin iqtisadi mexanizminin təkmilləşdirilməsi və rəqabətqabiliyyətliliyin səmərəli idarə edilməsi istiqamətləri”adlanır. Bu fəsildə çay müəssisələrində keyfiyyətin iqtisadi mexanizminin təkmilləşdirilməsi və idarəetmə strukturunun müasir səviyyədə inkişaf etdirilməsi yolları müəyyənləşdirilmiş, məhsulun bazara çıxarılması və satışın stimullaşdırılması tədbirlərini nəzərdə tutan konkret marketinq vəzifələri açıqlanmış, həmçinin çay emalı və qablaşdırma müəssisələrində məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin səmərəli idarə edilməsi üçün prioritet vəzifələr müəyyən olunmuş və müvafiq sahibkarlıq fəaliyyətində dövlətin tənzimləyici funksiyaları göstərilmişdir.
  • 18. 18 Ölkənin aqrar və emal sənayesi sahəsində çay istehsalının düzgün təşkili və idarəetmə münasibətlərinin səmərəli qurulması çay təsərrüfatları və müəssisələrində məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin idarə edilməsinin iqtisadi mexanizminin, həmçinin idarəetmə strukturunun təkmilləşdirilməsini şərtləndirir. Təhlillər göstərir ki, quru çayın keyfiyyətinin formalaşmasında mütərəqqi emal texnologiyası ilə yanaşı, yaşıl çay yarpağının keyfiyyəti də mühüm rol oynayır. Azad rəqabət şəraitində yüksək iqtisadi gəlirə nail olmaq üçün çayçı fermer yaşıl çay yarpağının keyfiyyətini yüksəltməyə səy göstərməlidir. Bu baxımdan, mövcud çay sahələrinin tamamilə aradan getməməsi və yığılan məhsulun keyfiyyətinin aşağı düşməməsi üçün fermerlər yaşıl çay yarpağının müvəqqəti fayda verən “sərt yığım” qaydasını dayandırmalı və becərmədə aqrotexniki tədbirlərə ciddi əməl etməlidirlər. Dissertasiyada müvafiq müəssisələr üçün çay məhsullarının keyfiyyətinin kompleks idarə edilməsi sisteminin yaradılması zəruriliyi göstərilir və bu kompleks çərçivəsində müvafiq vəzifələrin: yeni çay çeşidlərinin (qarışıqlarının) işlənib hazırlanması; məhsulun istehsal, saxlama, nəqletmə və reallaşdırma şəraitinin yaxşılaşdırılması; çayın keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərən kompleks təşkilatı, iqtisadi, sosial-psixoloji və hüquqi tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi səmərəli hesab olunur. Alınan nəticələrə görə çay müəssisələrində məhsulun keyfiyyətinin idarə edilməsi sistemi düzgün təşkil olunarsa, bu, izafi xərclərin qarşısını almaqla əlavə mənfəətin əldə edilməsinə şərait yaradacaqdır. Çay emalı müəssisələrində yüksək keyfiyyətli xammal problemi də müvafiq qaydada öz həllini tapmalıdır. Keyfiyyətli xammalın istehsalı məqsədilə istehsalçı, emalçı, çayın qiymətləndirilməsi üzrə bütün mütəxəssislər və əlaqədar təşkilatların birgə tanıdığı və qəbul etdiyi yaşıl çay yarpağı standartı işlənməli və reallaşdırılan məhsulun keyfiyyəti bu standartdan 10-15%-dən artıq kənara çıxmamalıdır. Burada məhsulun müxtəlif keyfiyyət səviyyəsinə görə tətbiq olunacaq alternativ qiymət siyasəti də yüksək səmərə verə bilər. Müəllifin fikrincə, çay müəssisələri məhsulun rəqabətqabiliyyətini mühüm dərəcədə şərtləndirən iqtisadi amil kimi qiymət siyasətini özlərinin məqsəd və imkanlarının dəqiq uçotu ilə, həmçinin konkret bazar və müvafiq rəqabət şəraitində meydana çıxan situasiyalarla müəyyənləşdirməlidirlər. Yəni, istehsalçı öz məhsulları üçün satış qiymətini müəyyən edərkən, bu qiymətin, məhsulun keyfiyyətinə adekvat olmasına səy göstərməlidir. Çay məhsulları üçün qiymətqoymanın bu prinsipi daha real olmaqla, həm istehsalçı üçün təsərrüfat risklərini minimuma endirər, həm də məhsulun rəqabətqabiliyyətinin əsaslı təminatına daha çox şərait yarada bilər. Bu zaman qiymətlərin psixoloji modifikasiyasına və qiymət diskriminasiyasına (birinci halda, konkret keyfiyyət cəhətinə, ikinci halda isə konkret istehlak xassəsinə görə qiymətin təyini) yüksək əhəmiyyət verilməsi də çay kimi zərif və həssaslıq tələb edən məhsulların rəqabətqabiliyyətini müəyyən mənada təmin etməyə qadirdir.
  • 19. 19 İstehlak çayının keyfiyyəti əsasən dad, ətir, dəmin tündlüyü və rəngi kimi xüsusiyyətləri ilə müəyyən olunsa da, son məhsulun keyfiyyətinin normativ baza əsasında müəyyən standartlara uyğun olması da böyük əhəmiyyət daşıyır. Daxili bazarda əlverişli rəqabət mövqeyinin əldə edilməsi üçün məhsulun keyfiyyəti üzrə real bazar tələblərinə və beynəlxalq standartlara uyğun lazımi təkmilləşdirmələr aparılmalıdır. İstehlak çayının istehsalında daha keyfiyyətli və ekoloji cəhətdən təmiz xammalın əldə edilməsi, bunun əsasında yeni və ya fərqli çay çeşidlərinin hazırlanması, həmçinin bu istiqamətdə könüllü sertifikatlaşdırmanın aparılması son məhsulun rəqabətqabiliyyətini mühüm dərəcədə artıracaqdır. Hal-hazırda dünyada çay məhsullarının sertifikatlaşdırılması zamanı ekoloji təmizliyə daha çox diqqət yetirilir ki, bunun ölkəmizdə də təmin olunması hesabına digər keyfiyyət məsrəflərinə və satışın stimullaşdırılması xərclərinə qənaət etmək olar. Müəllif çay məhsullarının keyfiyyətinin optimallaşdırılmasını və rəqabətqabiliyyətinin yüksəldilməsini əhəmiyyətli dərəcədə məhsulun maya dəyərinin aşağı salınması ilə əlaqələndirmiş və bu məqsədlə çay istehsalında mühüm iqtisadi tədbirlərin həyata keçirilməsini vacib saymışdır. Çay təsərrüfatları üzrə bu istiqamətdə faydalı ola biləcək tədbirlər kimi: keyfiyyət və aşağı məsrəflər prinsipini gözləməklə məhsulun kimyəvi deyil, üzvi gübrələrlə becərilməsini; ailə-təsərrüfat əməyindən, kooperativ əsaslı birgə maliyyə və aqrotexnika mənbəyindən istifadə edilməsini; kiçik miqyaslı şəxsi çay sahələrinin səmərəliliyini artırmaq üçün bu sahələrin kooperasiya əsasında birləşdirilməsini aid etmək olar. Çay emalı və qablaşdırma müəssisələrində isə məhsulun maya dəyərinin aşağı salınması üçün mühüm ola biləcək tədbirlərə - yaşıl çay yarpağının alışında keyfiyyətə görə ikili qiymət sistemini tətbiqini; stabil və daimi məsrəflərin rasionallaşdırılması məqsədilə yanacaq, enerji, xammal və digər resurslardan qənaətli istifadəni təmin edən texniki bazanın yaradılmasını; izafi istehsal gücünə malik olan və saxlanması həddən artıq baha başa gələn əsas və köməkçi istehsal avadanlıqlarının, binaların, qurğuların ləğv edilməsi, əvəzində ETT-nin nailiyyətlərini özündə əks etdirən daha yeni, mütərəqqi və mobil emal sexlərinin və texnikalarının işə salınmasını; idarəetmə strukturunun mümkün qədər yeniləşdirilməsi ilə yeni şöbələrin (xüsusilə marketinq) yaradılmasını və əlavə bölmələrin ləğvi ilə idarəetmə strukturunda koordinasiya işinin daha da sadələşdirilməsini aid etmək olar. Bundan əlavə, ölkənin əsas çay istehsalçıları yüksək təcrübəyə malik olan titesterləri işə cəlb etməklə (hətta xarici ölkələrdən də olsa) münasib çay qarışıqları əsasında optimal çeşid siyasətini işləməli və bio-Azərbaycan çayının istehsalını ən aşağı məsrəflərlə artırmaq məqsədilə, həm emal, həm də çay təsərrüfatları ilə birgə xüsusi biznes layihələrinin işlənib hazırlanmasına səy göstərməlidirlər. Dissertasiyada müasir istehsal və satış münasibətlərinin qurulması və uğurlu rəqabət siyasətinin yeridilməsi üzrə marketinq fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır. Belə ki, çay istehsalçısı müvafiq çeşidli əmtəə ilə bazara
  • 20. 20 çıxmaq üçün onun bir və ya bir neçə seqmentini qiymətləndirərək seçməli və bazarda məhsulun rəqabətqabiliyyətinin təmin edilməsi üçün mükəmməl marketinq siyasətinə malik olmalıdır. Müəllifin fikrincə, Azərbaycanda çay istehlakının əsas amili, alıcıların vərdişi (zövqü) və alıcılıq qabiliyyəti olduğundan burada, əsasən, məxsusi (fərqli) əmtəə-marketinq strategiyasının tətbiqi daha səmərəli ola bilər. Bu məqsədlə, bazarın seqmentləşdirilməsi aparılaraq müxtəlif region istehlakçıları üçün müvafiq qiymət və keyfiyyət çalarlarına malik çay çeşidləri (paket, dənəvər, meyvəli, otlu, maye çay və s.) hazırlanmalı, bu zaman müxtəlif gəlir və tələb səviyyəsinə malik istehlakçı qrupları üçün daha çox çayın növünə (çeşidinə), qiymətinə, markasına və qismən də qablaşdırılmasına verilən fərqli üstünlük dərəcələri gözlənilməlidir. Bununla yanaşı, ölkədə çayın istehlakına təsir edən iqtisadi (əhalinin gəlir səviyyəsi, rəqib məhsulların qiymətləri) və qeyri-iqtisadi (istehlakçıların alıcılıq mədəniyyəti, istehlak vərdişi, məhsulu psixoloji qavrama qabiliyyəti və s.) amillər istehsalçılar tərəfindən düzgün qiymətləndirilməlidir. Konkret marketinq tədbirlərinin işlənməsi üçün sahə üzrə müəyyən informasiya bazası yaradılmalıdır. Azərbaycanda çayçılığın gələcək inkişafına yönəlmiş müvafiq Dövlət Proqramlarının icrası və sivil sahibkarlıq fəaliyyətinin inkişafı nəzərə alınmaqla respublikada çay istehsalı və satışının perspektiv idarəetmə və fəaliyyət strukturu işdə Sxem 2-də olduğu kimi təklif edilmişdir. Müəllif dissertasiyanın yekununda çay istehsalı üzrə keyfiyyət və rəqabətqabiliyyətlilik məsələlərinin səmərəli iqtisadi həlli yollarının müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycanda çayçılıq sahəsinin bərpası və inkişafı konsepsiyasının həyata keçirilməsi üçün müvafiq vəzifələri və dövlət tərəfindən müəyyən tənzimləmə tədbirlərini aşağıdakı kimi tövsiyə etmişdir: - ölkədə çay sahələri üçün yararlı olan torpaq əraziləri yenidən pasportlaşdırılmalı və bu sahələr yalnız çay becərilməsi üçün nəzərdə tutulmalıdır, həmçinin orada istehsal fəaliyyəti göstərəcək sahibkarlar üçün bir sıra vergi güzəştləri və təsərrüfatı stimullaşdırma tədbirləri tətbiq olunmalıdır; - Azərbaycanda çayçılığın bərpası və inkişafı üçün xüsusi maliyyə fondu yaradılmalı və bu məqsədlə Avropa İnkişaf və Yenidənqurma Bankı, Dünya Bankı və digər xarici maliyyə təşkilatlarının ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün ayırdıqları uzunmüddətli kreditlər bu istiqamətə yönəldilməlidir; - ölkədə fəaliyyət göstərən iri çay qablaşdırıcı müəssisələrə (“Sun-Tea Azərbaycan” ATSC və “Çempion” MMC) və ya onların aid olduqları şirkətlərə müxtəlif vergi və investisiya güzəştləri tətbiq edilməklə onların mənfəətlərinin bir hissəsinin çayçılığın bərpası və inkişafına cəlb edilməsinə nail olunmalıdır; - yaşıl çay yarpağının qiymətinin dövlət səviyyəsində tənzimlənməsi (Türkiyə təcrübəsində olduğu kimi, burada minimum qiymətin təyin edilməsi yolu ilə) çay təsərrüfatlarının zərər etmə riskinin azalmasına imkan verməklə, fermerlərin maddi maraqlarının təmin olunmasına və bölgələrdə kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına şərait yarada bilər;
  • 21. 21 K o o r d i n a s i y a Ş ö b ə l ə r i yaşıl çay yarpağı bazarı quru çay bazarı qablaşdırılmış çay bazarı Sxem 2. Çay istehsalı və satışının perspektiv fəaliyyət və idarəetmə strukturu - müvafiq regionlarda kəndli fermer təsərrüfatları üçün müxtəlif aqrotexniki və maşın avadanlıqlarının təmin edilməsinə yönəlmiş “Çay aqroservis lizinq” xidmətinin yaradılmasına dövlət və rayon icra strukturları səviyyəsində hərtərəfli hüquqi və təşkilati yardım göstərilməlidir; - çayçı fermerlərə və emal müəssisələrinə müvafiq orqanlar tərəfindən qısa və uzunmüddətli kreditlərin alınması mexanizmlərinin daha dəqiq, sadə və işlək olması təmin edilməlidir; - çay müəssisələrində məhsulun keyfiyyətinin yüksəldilməsinin dəstəklənməsi məqsədilə dövlət tərəfindən çevik amortizasiya siyasəti yeridilməli, keyfiyyətli məhsula görə əlverişli vergi mexanizmi qurulmalı və bu sahəyə yönələn investorlara hər cür vergi və kredit güzəştləri tətbiq olunmalıdır; - ölkədə satılan çay məhsullarının real və bəyan edilən keyfiyyətinin yoxlanılması, əmtəə üzərində mövcud sertifikatların həqiqiliyinin öyrənilməsi və əhalinin saxta çaylardan qorunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən bazarda müntəzəm müfəttiş nəzarəti həyata keçirilməli və istehlakçıların hüquqlarının müdafiəsi üçün digər hüquqi şərait təmin olunmalıdır; - gömrük məntəqələrində fito-sanitar nəzarət həyata keçirilməklə ölkəyə idxal olunan çayların keyfiyyəti tam uçota alınmalı, aşağı keyfiyyətli çayların Texnika və texnologiya üzrə Yaşılçayyarpağıüzrə kooperativtəsərrüfatlar İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ETBSBİ AETKTTİ Rayon, bələdiyyə və regional icra strukturları Azərbaycan Çay Assosiasiyası İstehsalat üzrə Marketinq və kommersiya üzrə Planlaşdırma və maliyyə üzrə Hüquq və konsultasiya üzrə Özəl kiçik çay emalı müəssisələri ATSC-ləri kimi emal müəssisələri ÇAY BİRJASI Kooperativ çay qablaşdırma müəssisələri Mövcud çay qablaşdırma müəssisələri Topdanvəpərakəndə ticarətobyektləri
  • 22. 22 milli bazara axınına yol verilməməli, bu zaman xarici çayların üzərində məcburi sertifikatların olması və dünya bazarına görə çayın keyfiyyət-qiymət uyğunluğu yoxlanmalıdır; - ölkədə çay istehsalının inkişafı üzrə müvafiq hüquqi tədbirlərin həyata keçirilməsini nəzərdə tutan hər cür qanunvericilik aktlarının və proqramların vaxtında və düzgün icra olunmasına dövlət nəzarəti gücləndirilməlidir; Ölkədə çay istehsalının stimullaşdırılması və tənzimlənməsi ilə əlaqədar dövlətin iqtisadi siyasətinin əsas məqsədi və görüləcək tədbirlər çayçılığın bərpa və inkişaf etdirilməsi ilə yanaşı, həm də çay becərilən regionlarda məşğulluğun təmin olunması və sosial təminatın yaxşılaşdırılması, həmçinin müvafiq bölgələrdə ekoloji tarazlığın qorunub saxlanılmasına xidmət edə bilər. Dissertasiya işinin əsas müddəaları, əldə edilən nəticə və təkliflər dərc olunmuş aşağıdakı işlərdə öz əksini tapmışdır: 1) «Azərbaycanda keçid dövrü ərzində çayçılıq təsərrüfatlarının mövcud iqtisadi problemləri» Çoxmülkiyyətçilik şəraitində kooperasiyanın inkişafının sosial-iqtisadi problemləri, AKU-nun məqalələr və tezislər toplusu (II buraxılış), Bakı, 2003, səh. 367-369, 0,3 ç.v. 2) «Milli çayçılığın inkişaf etdirilməsində əsas iqtisadi amillərin rolu», Bazar şəraitində kooperasiyanın inkişafının sosial iqtisadi problemləri adlı beynəlxalq elmi-praktiki konfransın materialları, AKU-nun məqalələr və tezislər toplusu, Бакы, 2004, səh. 433-435, 0,2 ç.v. 3) «Azərbaycanın çayçılıq təsərrüfatlarında özəlləşdirmənin təsir amilləri», Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi AzETETİİ, İnformasiya Vərəqi, Bakı, 2004, № 20, 4.səh., 0,3 ç.v. 4) «Çay istehsalının perspektiv inkişafında dövlətin iqtisadi problemləri», Azərbaycan Aqrar Elmi, Bakı, 2005, № 3-4, səh. 203-207, 0,4 ç.v. 5) «Rəqabətqabiliyyətli məhsul satışı üçün marketinqin səmərəli təşkili», AzETKİTİ-nin Elmi Əsərləri, Bakı, 2005, № 3, səh. 268-275, 0,4 ç.v. 6) «Rəqabətqabiliyyətli məhsulun istehsalında mühüm iqtisadi amillər», AzTU-nun Elmi Əsərləri, Bakı, 2005, № 3, səh. 76-79, 0,2 ç.v. 7) «Məhsulun keyfiyyətin yüksəldilməsi və rəqabətqabiliyyətliliyin təmin olunması», AMİU-nun Elmi Əsərləri, Бакы, 2005, səh. 134-137, 0,3 ç.v. 8) «Məhsulun keyfiyyətinin idarə edilməsinin iqtisadi mexanizmi», AzETKİTİ-nin Elmi Əsərləri, Bakı, 2006, № 4, səh. 199-204, 0,3 ç.v.
  • 23. 23 Меликов Зия Али оглы Проблемы оценки и совершенствования экономических факторов, влияющих на качество при производстве конкурентоспособной продукции (На примере чайных продуктов Азербайджанской Республики) РЕЗЮМЕ Общий объем диссертационной работы состоит из 173 страниц, включающей введение, три главы, выводы и предложения, список использованной литературы из 117 наименований, а также приложения.Основные выводы научно-исследовательской работы отражены в восьми научных публикациях общим объемом 2.8 п.л.. Во введении диссертации обосновывается актуальность темы, цель и задачи работы, выдвигаются основные теоретические и методологические предпосылки исследования, излагается научная новизна и практическая значимость работы. В первой главе диссертации - «Экономические проблемы существующего товарного рынка Азербайджана и научно-методологические основы изучения конкурентоспособности продукта» рассматриваются научные основы конкурентоспособности товара в условиях рыночной экономики, расскрываются теоретико-экономическая сущность понятий «конкуренция», «конкурентоспособность» и «качества». А также в этой главе определены теоретические и практические основы экономических факторов, влияющих на качество и конкурентоспособность продукта. Во второй главе - «Исследование агропромышленного сектора чаеводства и существующие проблемы конкурентоспособности и качества в чайном производстве Азербайджана» анализированы общие и частные аспекты современного экономического состояния производства и сбыта чая в Азербайджане. Здесь исследованы конкурентные отношения, формирующиеся на рынке чайных продуктов, а также определена экономическая роль качества в конкурентоспособности чайных продуктов, реализуемых в стране. В третей главе - «Совершенствование экономического механизма качества продукта и направления эффективного управления конкурентоспособностью» определены пути совершенствования структуры комплексного и эффективного управление качеством на чайных предприятиях, показан эффективный экономический механизм повышения качества продукции в производстве чая, обоснованы конкретные экономические меры и маркетинговые задачи по производству и сбыту качественных и конкурентоспособных чайных продуктов. В заключителной части диссертации автор обосновал конкрентные и приоритетные задачи по управлению конкурентоспособностью чайных продуктов и дал научные предложения по восстановлению и развитию чаеводства в Азербайджане посредством государственного регулирования.
  • 24. 24 Malikov Ziya Ali oglu Problems of assessment and development of economic factors influencing the quality of competitive products (In terms of tea products of the Azerbaijan Republic) SUMMARY The dissertation consists of 173 pages, including the introduction, three heads, conclusions and offers, the list of the used literature from 117 names, and also appendices. The basic conclusions of research work are reflected in eight scientific publications of total volume 2.8 p.l. In dissertation introduction the theme urgency, the purpose and work problems is proved, the basic theoretical and methodological preconditions of research are put forward, scientific novelty and the practical importance of work is stated. In the first chapter of dissertation - «Economic problems of the existing commodity market of Azerbaijan and scientifically-methodological bases of studying of competitiveness of a product» are considered scientific bases of competitiveness of the goods in the conditions of market economy, discusses theoretic-economic essence of concepts "competition", "competitiveness" and "qualities". And also in this chapter theoretical and practical bases of the economic factors influencing quality and competitiveness of a product are defined. In the second chapter - «Research of agro industrial sector of tea growing and existing problems of competitiveness and quality in tea manufacture of Azerbaijan» were analyzed the general and private aspects of a modern economic condition of manufacture and tea sale in Azerbaijan. Here the competitive relations formed in the market of tea products are investigated, and also the economic role of quality in competitiveness of the tea products realized in the country is defined. The third chapter - «Development of the economic mechanism of quality of a product and methods of efficient control of competitiveness» defines the ways of development of complex structures and effective quality management at the tea enterprises. Also the effective economic mechanism of improvement of production quality in tea manufacture is properly discussed and the real economic measures and marketing problems of manufacture and sale of qualitative and competitive tea products are proved in the chapter. In Conclusion author has defined specific problems in the area of tea products sales and highlighted the effective competitive management tools in tea sector. He has also given scientific proposals on restoration and development of tea growing industry in Azerbaijan by means of state regulation.
  • 25. 25 МИНИСТЕРСТВО СЕЛЬСКОГО ХОЗЯЙСТВА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ АЗЕРБАЙДЖАНСКИЙ НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКИЙ ИНСТИТУТ ЭКОНОМИКИ И ОРГАНИЗАЦИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА На правах рукописи МЕЛИКОВ ЗИЯ АЛИ оглы ПРОБЛЕМЫ ОЦЕНКИ И СОВЕРШЕНСТВОВАНИЯ ЭКОНОМИЧЕСКИХ ФАКТОРОВ ВЛИЯЮЩИХ НА КАЧЕСТВО ПРИ ПРОИЗВОДСТВЕ КОНКУРЕНТОСПОСОБНОЙ ПРОДУКЦИИ (На примере чайных продуктов Азербайджанской Республики) 08.00.05 –Экономика и управление народным хозяйством (сельского хозяйства) АВТОРЕФЕРАТ диссертации на соискание ученой степени кандидата экономических наук Баку – 2008