SlideShare a Scribd company logo
1 of 39
Mirzə Ələkbər Sabir
   (1862-1911)
Lirik şeirimizin ən gözəl nümunələri ilə klassiklər
                     cərgəsində özünə yer tutan Mikayıl Müşfiqin bütün
                     əsrlər üçün tövsiyə ruhlu məşhur misraları var:

                                İstər bəstəkar ol,istər nəqqaş ol.
                                Şair ol,rəssam ol,heykəltaraş ol
                                Yaratdığın şeiri sevərək yarat
                                Hamıdan yüksək ol,hamıdan baş ol!

Amma sənətdə yeni cığır açıb,təzə söz demək,təkrarsızlıq nümayiş etdirmək hər
kəsin hünəri deyil.Poeziya zirvəmizin belə poetiklərindən biri :
                   Kim ki insanı sevər,aşiqi hürriyyət olar
                  Bəli,hürriyyət olan yerdə də insanlıq olar.
-deyə gur səsi ilə şeirimizdə bir inqilab yaradan M.Ə.Sabir oldu.
Müasirləri Sabiri zəmanəmizin aynası,dövrün əks-sədası,əsrin oğlu
adlandırdı.Çünki o sadəcə sələflərinin yolunu davam etdirmədi.Dövrün
çağırışına səs verib,ədəbiyyat tariximizdə yeni bir dövr açdı,inqilabi
satiranın banisi oldu.Bu ədəbiyyat və əbədiyyət zirvəsi isə könül
sarsıntıları,mənəvi iztirablar bahasına başa gəldi.
M.Ə.Sabir 1862-ci il mayın 30-da bir çox alim və şairlər
                     yetişdirən,şeir və mədəniyyət beşiyi Şamaxı şəhərində dünyaya
                     gəlib.Böyük külfət sahibi olan Məşədi Zeynalabdin sonbeşiyi
                     Ələkbəri o biri uşaqlarından artıq sevirdi.Onun təlim və
                     tərbiyəsinə xüsusi əhəmiyyət verib oğlunu dərviş görmək
                     istəyirdi.Bu arzu ilə də 8 yaşına çatan balaca Ələkbəri
                     mollaxanaya gətirib,”əti sənin,sümüyü mənim”deyib onu mollaya
                     tapşırır.
                        Fitrən şair yaranmış sərbəst ruhlu bu uşağın oxumağa çox
                     həvəsi olsa da molaxananın dözülməz qayda-qanunları buna
                     imkan vermirdi.Balaca Ələkbərin heybəsindən karandaşla,yazıb
                     qaralanmış kağız çıxanda zavallı uşaq taleyinin ilk acılarını
                     tapdı.Kiçik zərif əllər fələqqəyə salındı.Qorxudan titrəyən
                     körpənin məsum göz yaşları da mollanın qəlbinə mərhəmət
                     salmadı.Həm mühitin müdhiş mənzərələrindən,həm də atasının
                     ailədə qoyduğu qaçılmaz sərt qanunlardan təsirlənən 8 yaşlı
                     balaca Ələkbər:
        Tutdum orucu irəmazanda
        Qaldı iki gözlərim qazanda
      Mollam da döyür yazı yazanda.
Üç misralı şeiri ilə bu həyatdan məmnun
           olmadığını bildirir.
Şamaxının mühafizəkar,heç bir yeniliyi həzm edə bilməyən mühiti onu
 ruhən sıxırdı.Sabir ustadı S.Əzimin:”Gəzib səyahət etdiyim şəhərlər
 mənə mədrəsədən artıq bilik verdi” sözünü tez-tez xatırlayırdı.Lakin
səyahət üçün pulu olmadığından,Xorasan ziyarəti bəhanəsi ilə atasını
 birtəhər yola gətirdi.Beləcə bir neçə il Türküstanı,İranı,İraqı gəzməyi
            Sabirin dünyagörüşünə müsbət təsir göstərdi.
 Atasının vəfatı xəbərini eşidən Sabir Şamaxıya dönür və evlənir.Bir
müddət sonra o böyük külfət sahibi olur.Təkbaşına böyük külfətin ağır
yükünü sabun bişirib satmaqla çiynində daşıyan şair maddi və mənəvi
                    sarsıntılardan qurtula bilmir.


              Görkəmli ədibimiz A.Şaiqin belə bir kəlamı var:”İztirab bir
              məktəbdir ki,insanlar həyatın səhifələrini,onun dərinliklərini
              və incəliklərini bu məktədə öyrənirlər”.
              Sabir də belə bir həyat məktəbi keçdi.Cahil,riyakar mühitdən
              və həyatdan narazı şair yazır ki:

                            Leyk,bu qorxmqazlıq ilə doğrusu,
                              Ay dadaş vallahi,billahi,tallahi,
                           Harda müsəlman görürəm qorxuram.
Sabirin birinci şeiri “Molla Nəsrəddin”redaksiyasına o vaxt çatdı ki,artıq
jurnalın 8-ci sayı hazırlanırdı.Görünür,şair 7-ci nömrədəki “Niyə mən dərsdən
qaçdım”sərlövhəli məqaləni oxuduğundan uşağın atasına kinayəli cavabını

                    Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
                               Olsun ürəyin şad!
                     Təyin elə cindarı ki, etsin ona imdad,
                             Та dəyməyə həmzad;

-misraları ilə başlayan şeiri ilə göndərir.Və bu şeir məcmuənin
8-ci nömrəsində çap olunur.O vaxtadək ədəbi aləm Sabir adlı bir
şairin varlığından xəbərsiz idi.Sabir “Molla Nəsrəddin”i gizli alıb
oxuyurdu.Şamaxı baqqalları bunu bilsəydi o,bir daha bazarda qala
bilməzdi.Ümumiyyətlə,qəzet oxuyanları Şamaxı möminləro “babı”adlandırırdı.Sabir
də öz növbəsində bu tiplərin xarakter cizglərini “Əhvalpürsanlar yaxud
Qonuşma”satirasında belə təmsil edir:
                          - Nə xəbər var, məşədi?
                           - Sağlığın!
                           - Az-çox da yenə?
                           - Qəzet almış Hacı Əhməd də...
                           - Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
                           - Belə nəql eylədilər!..
                           - Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
                           Bu isə pəs o ləinin də işi qullabıdır,
                           Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
Fasilələrlə 25 ilə yaxın müddətdə nəşr olunan “Molla
Nəsrəddin” jurnalı milyonların rəğbətini
qazanmış,təsirli və etibarlı bir tribunaya çevrildi.Heç
bir qəzet və məcmuə özünü bütün Şərq aləmində bu
qədər sevdirə bilmədi.Bu böyük sevgini doğuran
əsasən Azırbaycanın iki böyük siması:Mirzə Cəlil və
M.Ə.Sabir idi.O zaman Sabirin “Molla
Nəsrəddin”meydanından yüksələn gur səsinə çox
keçmədən dövrün şair və mühərrirləri səs verdilər.Və
məcmuə ətrafında birləşdilər.Beləliklə,qüdrətli Molla
Nəsrəddinçi şairlər nəsli yetişdi və Molla
Nəsrəddinçilər adlı mütərəqqi fikir cəmiyyəti cərəyanı
yarandı.Sabir “Hop-hop”,”Ağlar-
güləyən”,”Cingöz”,Ə.Haqverdiyev
“Xortdan”,”Mozalan”,Ə.Qəmküsar
“Cüvəllağı”,”Sarsaqqulu”,M.S.Ordubadi
“Hərdəmxəyal”,Ö.F.Nemanzadə “Ümidvar”,Əli Nəzmi
“Sijimqulu”,C.Cabbarlı “İynə”imzaları ilə duzlu,məzəli
şeirlər ,məqalə və felyetonlar yazırdı.Hansı mövzunu
qələmə alırlarsa alsınlar bu yazılarda Sabir şeirinin
əks-sədası eşidilirdi,xoş ruhu duyulurdu.Amma yeni
ədəbi məktəbdə ustadlarını təqlid dən şairlərdən heç
biri Sabirin yüksəldiyi mövqeyə qalxa bilmədi.
Yaşadıqca çoxaldı düşmənimiz,
                           Nə edək doğru söylədi dilimiz
-yazan Sabirin müvəffəqiyyəti ona bir tərəfdən yeni dostlar qazandırırdısa,o biri
tərəfdən satiralarının tənqid hədəfi olan riyakar molla və axundların şəxsində
özünə qarşı bərəlmiş bu qəzəbli gözlərə Sabir məşhur şeiri ilə cavab verdi:
                     Şairəm, çünki vəzifəm budur əşar yazım,
                    Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
                     Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
                      Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
                       Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
                         Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Müasirləri ictimai şüurun oyanmasında Sabir qələminin qüdrətini
yüksək qiymətləndirirdilər.
  “Sabirin təbində bir oqədər də zəriflik və dilində elə bir lətafət var
kiŞgüldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.F.B.Köçərli.
   “Sabir ruhən şəqlidir,təmayülən Avropa mədəniyyətinin
ifadəsidir.Sabir filosofur,mürəbbidir,inqilabçıdır.Hamısında da
səmimidir.Y.V.Çəmənzəminli.
“Sabir köhnə şeirlə yeni şeir arasında bir uçurum açdı ki,bir də geri
dönübo uçuruma atılmağ kimsədə cürət qalmadı.A.Səhhət.
Molla Nəsrəddin redaksiyasındakı samovar
həm kiçik,həm də axdığından suyu tez
qurtarırdı və onu təzədən qaynatmaq lazım
gəlirmiş.Sabir isə çay içməyi çox
xoşlayırdı.Hər dəfə bir stəkandan
sonra,ikincisini xeyli gözləməli olurdu.Sabir
şeirlə öz narazılığını belə bildirib:


Molla, samovarından dərda, həzar dərda,.
Bir stəkan bu gün, bir stəkan fərda.
Sabirin kinayə ilə danışmağından başqa,ciddi mətləb deməyi də vardı...
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları neylərdin, ilahi!
Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!
İş rəncbərin, güc öküzün, yer özününkü, --     Dildadeyi-irfanları neylərdin, ilahi?!
Bəyzadələri, xanları neylərdin, ilahi?!        Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --     Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
                                               Yaxud buların bunca nüfuzu olacaqmış, --
                                               Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
                                               Qeyrətli danosbazlarımız iş bacarırkən, --
                                               Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
                                               Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
                                               Evlərdəki nisvanları neylərdin, ilahi?!
                                               Tacirlərimiz Sonyalara bənd olacaqmış,
                                               Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
                                               Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
                                               Baxdıqca bu hikmətlərə heyran oluram həp!
Şairin müəllim dostları onun şeirlərini kitab halında çap etdirməyi qərara
alırlar.Onlar hər ay əmək haqlarının bir faizini bu xeyirli iş üçün ayırmağı
boyunlarına götürürlər.Sabir öz müəllimdostlarının xeyirxah işini eşitdikdə
mütəəssir olur və Sədinin bir beytini çox səlis şəkildə bədahətən söyləyir:



                            Kərəmlərdə kərəm vardır,dirəm yox
                            Ləyimlərdə dirəm vardır,kərəm yox



        İctimai nöqsanları tənqid edən müəllifi oxucuların diqqəti daha çox
       cəlb edir.Təşvişə düşən mollalar,axundlar,mülkdarlar “Hop-hop”un
       kim olduğunu axtarırlar.Nəhayət,onun Şamaxıda sabun bişirən Hacı
            Tahirin nəvəsi Ələkbər olduğunu bilib,onunla “salam-əleyki”
        kəsdilər.Sabun bişirmək üçün qəssablar ona piy satmaqdan imtina
            etdilər.Qoçular yolunu kəsib,onu ağır sözlərlə təhqir edərək
      hədələdilər.Hər tərəfdən hücumlara məruz qalan şairin güzəranı qəmli
                                faciəyə döndərdilər.
Qaraciyərinin şişməsi,şiddətli dözülməz ağrılar Sabirin
                 çalışmasına mane olurdu.Bakıdakı müalicə fayda
               vermədiyindən o,Tiflisə getməli olur.Onun səhhətinin
               yaxşılaşması üçün Mirzə Cəlillə həyat yoldaşı Həmidə
               xanım əllərindən gələni əsirgəmirlər.Həmidə xanımın
              Sabirə göstərdiyi qayğı və nəvazişin şahidi olan Üzeyir
             bəy bundan təsirlənərək “Məlumat”qəzetində bu sətirlərlə
                                     çıxış etdi:
                  “Qoy ədəbiyyat tarixinə yazılsın ki,Sabir kimi şairi
             diriliyində təqdir edən bir kişi olmadısa da ,bir nəfər arvad
              oldu ki,şairin səhhəti üçün milyonçu kişilərə rəğmən öz
                    varından keçəcək qədər bir həmiyyət göstərdi”

 Sabir Tiflisdə özünü həkimlərə göstərərkən onlar
şairin qaraciyər xəstəliyini dürüst təyin etmək üçün
      bu qərara gəlirlər ki,cərrahiyə əməliyyatı
 aparsınlar.Sabir həkimlərə etiraz edib zarafatyana
 onlara deyir:”Dəlləkliyi mənim başımda öyrənmək
 istəyirsiniz?Mənim qarnım ilanoynadanın sandığı
               deyil ki,açıb baxasınız”
Şair Şamaxıda ağır xəstə yatarkən köhnə kitabsatanlardan biri eşidir
      ki,M.Ə.sabirin vəziyyəti ağırdır,yaxşı kitablarını satmaq istəyir.O,tez
      özünü Sabirgilə yetirir,kitablara baxır.Vaxtilə S.Əzimin Sabirə
      bağışladığı Nizaminin “Xəmsə”sini almaq istədiyini bildirir.Xəstə şair
      “Xəmsə”ni kitabsatandan ehmalca alır,yastığının altına qoyur.”Sabir
      çörəksiz yaşayar,amma Nizamisiz yaşaya bilməz” deyir.


                     İstərəm ölməyi mən,leyk qaçır məndən əcəl
                     Gör nə bədbəxtəm,əcəldən də gərək naz çəkəm


Misraları onun həyatdan əlini üzməyinə bir nişanə idi.48 yaşlı Sabirin
vaxtsız ölümü onun sənət dostlarını ,məsləkdaşlarını,oxucularını bərk
sarsıdır.Çox təəssüf ki,Sabir əsərlərinin kitab halında nəşrini görə
bilmədi.Özündən sonra sadiq dostları A.Səhhət,M.Mahmudbəyov,Seyid
Hüseyn və Mehdi Hacınski böyük əziyyətlər bahasına şairin arzusunu
həyata keçirdilər.”Hop-hopnamə”adlandırılan bu kitabın ilk nəşri bu
mütərəqqi ziyalıların böük vətəndaşlıq rəşadəti idi.
  Görkəmli şairimiz A.Şaiqin dediyi kimi “Hop-hopnamə”nin döymədiyi
qapı,girmədiyi ev qalmadıOnu oxuyanlar da sevdi,oxudanlar da!
Sabir poeziyası sahili görünməyən bir
dəryadır.Onu oxuduqca hər dəfə yeni
hikmətlər kəşf edirsən.Azərbaycan xalqı
sevimli şairlərinin adlarını həmişə əziz
tutur.Dünyaya gələn körpə balalara
zəka,iradə,məğrurluq rəmzi kimiölməz
klassiklərimiz
Nizaminin,Füzulinin,Vaqifin,Müşfiqin,Sabi
rin və başqalarının adlarını verir.




          Dahi uzaqgörənliklə söylədiyi :
                      Nə qəm,uğratsa da bir gün məni ixnaya zaman
                    Mən gedərəmsə,məramım yenə də dünyada durar.
          -misraları ilə 149 yaşlı M.Ə.Sabir Tahirzadə bu gün də xalqının
          fikrində,ruhunda,sözündə yaşayır.O,dünənin,bu günün və sabahın
          şairidir.
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir
M.жџ.sabir

More Related Content

What's hot

ბახტრიონის აღება
ბახტრიონის აღებაბახტრიონის აღება
ბახტრიონის აღებაdemiraeliashvili
 
ვაჟა–ფშაველა
ვაჟა–ფშაველავაჟა–ფშაველა
ვაჟა–ფშაველაnonajgali77
 
სისხლის გეგმა
სისხლის გეგმასისხლის გეგმა
სისხლის გეგმაmananasvanadze
 
იაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილიიაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილიjgufi8
 
იაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილიიაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილიManoni Qantaria
 
ილია ჭავჭავაძე
ილია ჭავჭავაძეილია ჭავჭავაძე
ილია ჭავჭავაძეgogitidzeirine
 
Презентація історія розвитку бібліотек
Презентація історія розвитку бібліотекПрезентація історія розвитку бібліотек
Презентація історія розвитку бібліотекОксана Kopanica
 
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli AxundzadəMirzə Fətəli Axundzadə
Mirzə Fətəli AxundzadəVusala Aliyeva
 
რევაზ ინანიშვილის "ტყის შვილები"
რევაზ ინანიშვილის "ტყის შვილები"რევაზ ინანიშვილის "ტყის შვილები"
რევაზ ინანიშვილის "ტყის შვილები"East Central Community High Scool
 
"Бабин Яр : наш біль і пам'ять"
"Бабин Яр : наш біль і пам'ять""Бабин Яр : наш біль і пам'ять"
"Бабин Яр : наш біль і пам'ять"Savua
 
წმინდა აბოს სახელთან დაკავშირებული ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...
  წმინდა აბოს სახელთან დაკავშირებული  ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...  წმინდა აბოს სახელთან დაკავშირებული  ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...
წმინდა აბოს სახელთან დაკავშირებული ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...shorenagavasheli
 
ციფრული მოქალაქეობა და eTwinning-ი
ციფრული მოქალაქეობა და eTwinning-იციფრული მოქალაქეობა და eTwinning-ი
ციფრული მოქალაქეობა და eTwinning-იManana Jakeli
 
განთიადი აკაკი წერეთელი
განთიადი  აკაკი წერეთელიგანთიადი  აკაკი წერეთელი
განთიადი აკაკი წერეთელიrusudan paqsadze
 
რევაზ ინანიშვილი
რევაზ ინანიშვილირევაზ ინანიშვილი
რევაზ ინანიშვილიNino Chkhetia
 
Пригоди Синдбада-мореплавця. Презентація
Пригоди Синдбада-мореплавця. ПрезентаціяПригоди Синдбада-мореплавця. Презентація
Пригоди Синдбада-мореплавця. ПрезентаціяAdriana Himinets
 

What's hot (20)

იაკობ მანსვეტაშვილის "მოგონებანი" და გიორგი შატბერაშვილის "საუკუნო საგზალი...
იაკობ მანსვეტაშვილის "მოგონებანი"    და გიორგი შატბერაშვილის "საუკუნო საგზალი...იაკობ მანსვეტაშვილის "მოგონებანი"    და გიორგი შატბერაშვილის "საუკუნო საგზალი...
იაკობ მანსვეტაშვილის "მოგონებანი" და გიორგი შატბერაშვილის "საუკუნო საგზალი...
 
ბახტრიონის აღება
ბახტრიონის აღებაბახტრიონის აღება
ბახტრიონის აღება
 
ვაჟა–ფშაველა
ვაჟა–ფშაველავაჟა–ფშაველა
ვაჟა–ფშაველა
 
სისხლის გეგმა
სისხლის გეგმასისხლის გეგმა
სისხლის გეგმა
 
იაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილიიაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილი
 
სულხან- საბა ორბელიანი
სულხან- საბა ორბელიანი სულხან- საბა ორბელიანი
სულხან- საბა ორბელიანი
 
იაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილიიაკობ გოგებაშვილი
იაკობ გოგებაშვილი
 
ილია ჭავჭავაძის 'სარჩობელაზედ"
ილია ჭავჭავაძის 'სარჩობელაზედ"ილია ჭავჭავაძის 'სარჩობელაზედ"
ილია ჭავჭავაძის 'სარჩობელაზედ"
 
ილია ჭავჭავაძე
ილია ჭავჭავაძეილია ჭავჭავაძე
ილია ჭავჭავაძე
 
Презентація історія розвитку бібліотек
Презентація історія розвитку бібліотекПрезентація історія розвитку бібліотек
Презентація історія розвитку бібліотек
 
Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli AxundzadəMirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə
 
რევაზ ინანიშვილის "ტყის შვილები"
რევაზ ინანიშვილის "ტყის შვილები"რევაზ ინანიშვილის "ტყის შვილები"
რევაზ ინანიშვილის "ტყის შვილები"
 
10კლ მასწავლებლის ანგარიში
10კლ მასწავლებლის ანგარიში10კლ მასწავლებლის ანგარიში
10კლ მასწავლებლის ანგარიში
 
"Бабин Яр : наш біль і пам'ять"
"Бабин Яр : наш біль і пам'ять""Бабин Яр : наш біль і пам'ять"
"Бабин Яр : наш біль і пам'ять"
 
Сучасна європейська література
Сучасна європейська літератураСучасна європейська література
Сучасна європейська література
 
წმინდა აბოს სახელთან დაკავშირებული ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...
  წმინდა აბოს სახელთან დაკავშირებული  ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...  წმინდა აბოს სახელთან დაკავშირებული  ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...
წმინდა აბოს სახელთან დაკავშირებული ისტორიულ-კულტურული ძეგლები,წმინდანის სა...
 
ციფრული მოქალაქეობა და eTwinning-ი
ციფრული მოქალაქეობა და eTwinning-იციფრული მოქალაქეობა და eTwinning-ი
ციფრული მოქალაქეობა და eTwinning-ი
 
განთიადი აკაკი წერეთელი
განთიადი  აკაკი წერეთელიგანთიადი  აკაკი წერეთელი
განთიადი აკაკი წერეთელი
 
რევაზ ინანიშვილი
რევაზ ინანიშვილირევაზ ინანიშვილი
რევაზ ინანიშვილი
 
Пригоди Синдбада-мореплавця. Презентація
Пригоди Синдбада-мореплавця. ПрезентаціяПригоди Синдбада-мореплавця. Презентація
Пригоди Синдбада-мореплавця. Презентація
 

Viewers also liked

Viewers also liked (11)

Poster Koroglu
Poster KorogluPoster Koroglu
Poster Koroglu
 
Tarix 6 tht_rehimova_ilhame_akif
Tarix 6 tht_rehimova_ilhame_akifTarix 6 tht_rehimova_ilhame_akif
Tarix 6 tht_rehimova_ilhame_akif
 
6 sinif edebiyyat xan sarayi hazirladi -zumrud m
6 sinif edebiyyat xan sarayi hazirladi -zumrud m6 sinif edebiyyat xan sarayi hazirladi -zumrud m
6 sinif edebiyyat xan sarayi hazirladi -zumrud m
 
Edebiyyat
EdebiyyatEdebiyyat
Edebiyyat
 
Edebiyyat 19.11.2013(1)
Edebiyyat 19.11.2013(1)Edebiyyat 19.11.2013(1)
Edebiyyat 19.11.2013(1)
 
Kirımova almaz
Kirımova almazKirımova almaz
Kirımova almaz
 
B. vahabzadй™
B. vahabzadй™B. vahabzadй™
B. vahabzadй™
 
Dədə Qorqud
Dədə QorqudDədə Qorqud
Dədə Qorqud
 
Açıq dərs
Açıq dərsAçıq dərs
Açıq dərs
 
Vafa
VafaVafa
Vafa
 
Aciq ders
Aciq dersAciq ders
Aciq ders
 

Similar to M.жџ.sabir

Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...
Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...
Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...Aytac Aslanli
 
Bir riyaziyyatçinin-şair-dünyasi
Bir riyaziyyatçinin-şair-dünyasiBir riyaziyyatçinin-şair-dünyasi
Bir riyaziyyatçinin-şair-dünyasiUlviyye Qızı
 
Sönməz günəşin hikmət dəryası
Sönməz günəşin hikmət dəryasıSönməz günəşin hikmət dəryası
Sönməz günəşin hikmət dəryasıAidə Ələkbərova
 
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabıRauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabıQalib Zəfər
 

Similar to M.жџ.sabir (8)

Nizami gəncəvi
Nizami gəncəviNizami gəncəvi
Nizami gəncəvi
 
Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...
Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...
Cəfər Cabbarlı haqqında maraqlı məlumatLAR-İnteresting inforations about JAFA...
 
M.araz
M.arazM.araz
M.araz
 
Bir riyaziyyatçinin-şair-dünyasi
Bir riyaziyyatçinin-şair-dünyasiBir riyaziyyatçinin-şair-dünyasi
Bir riyaziyyatçinin-şair-dünyasi
 
cefer cabbarli
cefer cabbarlicefer cabbarli
cefer cabbarli
 
Sönməz günəşin hikmət dəryası
Sönməz günəşin hikmət dəryasıSönməz günəşin hikmət dəryası
Sönməz günəşin hikmət dəryası
 
Edebiyyat
EdebiyyatEdebiyyat
Edebiyyat
 
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabıRauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
 

M.жџ.sabir

  • 2. Lirik şeirimizin ən gözəl nümunələri ilə klassiklər cərgəsində özünə yer tutan Mikayıl Müşfiqin bütün əsrlər üçün tövsiyə ruhlu məşhur misraları var: İstər bəstəkar ol,istər nəqqaş ol. Şair ol,rəssam ol,heykəltaraş ol Yaratdığın şeiri sevərək yarat Hamıdan yüksək ol,hamıdan baş ol! Amma sənətdə yeni cığır açıb,təzə söz demək,təkrarsızlıq nümayiş etdirmək hər kəsin hünəri deyil.Poeziya zirvəmizin belə poetiklərindən biri : Kim ki insanı sevər,aşiqi hürriyyət olar Bəli,hürriyyət olan yerdə də insanlıq olar. -deyə gur səsi ilə şeirimizdə bir inqilab yaradan M.Ə.Sabir oldu. Müasirləri Sabiri zəmanəmizin aynası,dövrün əks-sədası,əsrin oğlu adlandırdı.Çünki o sadəcə sələflərinin yolunu davam etdirmədi.Dövrün çağırışına səs verib,ədəbiyyat tariximizdə yeni bir dövr açdı,inqilabi satiranın banisi oldu.Bu ədəbiyyat və əbədiyyət zirvəsi isə könül sarsıntıları,mənəvi iztirablar bahasına başa gəldi.
  • 3. M.Ə.Sabir 1862-ci il mayın 30-da bir çox alim və şairlər yetişdirən,şeir və mədəniyyət beşiyi Şamaxı şəhərində dünyaya gəlib.Böyük külfət sahibi olan Məşədi Zeynalabdin sonbeşiyi Ələkbəri o biri uşaqlarından artıq sevirdi.Onun təlim və tərbiyəsinə xüsusi əhəmiyyət verib oğlunu dərviş görmək istəyirdi.Bu arzu ilə də 8 yaşına çatan balaca Ələkbəri mollaxanaya gətirib,”əti sənin,sümüyü mənim”deyib onu mollaya tapşırır. Fitrən şair yaranmış sərbəst ruhlu bu uşağın oxumağa çox həvəsi olsa da molaxananın dözülməz qayda-qanunları buna imkan vermirdi.Balaca Ələkbərin heybəsindən karandaşla,yazıb qaralanmış kağız çıxanda zavallı uşaq taleyinin ilk acılarını tapdı.Kiçik zərif əllər fələqqəyə salındı.Qorxudan titrəyən körpənin məsum göz yaşları da mollanın qəlbinə mərhəmət salmadı.Həm mühitin müdhiş mənzərələrindən,həm də atasının ailədə qoyduğu qaçılmaz sərt qanunlardan təsirlənən 8 yaşlı balaca Ələkbər: Tutdum orucu irəmazanda Qaldı iki gözlərim qazanda Mollam da döyür yazı yazanda. Üç misralı şeiri ilə bu həyatdan məmnun olmadığını bildirir.
  • 4. Şamaxının mühafizəkar,heç bir yeniliyi həzm edə bilməyən mühiti onu ruhən sıxırdı.Sabir ustadı S.Əzimin:”Gəzib səyahət etdiyim şəhərlər mənə mədrəsədən artıq bilik verdi” sözünü tez-tez xatırlayırdı.Lakin səyahət üçün pulu olmadığından,Xorasan ziyarəti bəhanəsi ilə atasını birtəhər yola gətirdi.Beləcə bir neçə il Türküstanı,İranı,İraqı gəzməyi Sabirin dünyagörüşünə müsbət təsir göstərdi. Atasının vəfatı xəbərini eşidən Sabir Şamaxıya dönür və evlənir.Bir müddət sonra o böyük külfət sahibi olur.Təkbaşına böyük külfətin ağır yükünü sabun bişirib satmaqla çiynində daşıyan şair maddi və mənəvi sarsıntılardan qurtula bilmir. Görkəmli ədibimiz A.Şaiqin belə bir kəlamı var:”İztirab bir məktəbdir ki,insanlar həyatın səhifələrini,onun dərinliklərini və incəliklərini bu məktədə öyrənirlər”. Sabir də belə bir həyat məktəbi keçdi.Cahil,riyakar mühitdən və həyatdan narazı şair yazır ki: Leyk,bu qorxmqazlıq ilə doğrusu, Ay dadaş vallahi,billahi,tallahi, Harda müsəlman görürəm qorxuram.
  • 5. Sabirin birinci şeiri “Molla Nəsrəddin”redaksiyasına o vaxt çatdı ki,artıq jurnalın 8-ci sayı hazırlanırdı.Görünür,şair 7-ci nömrədəki “Niyə mən dərsdən qaçdım”sərlövhəli məqaləni oxuduğundan uşağın atasına kinayəli cavabını Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad! Təyin elə cindarı ki, etsin ona imdad, Та dəyməyə həmzad; -misraları ilə başlayan şeiri ilə göndərir.Və bu şeir məcmuənin 8-ci nömrəsində çap olunur.O vaxtadək ədəbi aləm Sabir adlı bir şairin varlığından xəbərsiz idi.Sabir “Molla Nəsrəddin”i gizli alıb oxuyurdu.Şamaxı baqqalları bunu bilsəydi o,bir daha bazarda qala bilməzdi.Ümumiyyətlə,qəzet oxuyanları Şamaxı möminləro “babı”adlandırırdı.Sabir də öz növbəsində bu tiplərin xarakter cizglərini “Əhvalpürsanlar yaxud Qonuşma”satirasında belə təmsil edir: - Nə xəbər var, məşədi? - Sağlığın! - Az-çox da yenə? - Qəzet almış Hacı Əhməd də... - Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda? - Belə nəql eylədilər!.. - Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?! Bu isə pəs o ləinin də işi qullabıdır, Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
  • 6. Fasilələrlə 25 ilə yaxın müddətdə nəşr olunan “Molla Nəsrəddin” jurnalı milyonların rəğbətini qazanmış,təsirli və etibarlı bir tribunaya çevrildi.Heç bir qəzet və məcmuə özünü bütün Şərq aləmində bu qədər sevdirə bilmədi.Bu böyük sevgini doğuran əsasən Azırbaycanın iki böyük siması:Mirzə Cəlil və M.Ə.Sabir idi.O zaman Sabirin “Molla Nəsrəddin”meydanından yüksələn gur səsinə çox keçmədən dövrün şair və mühərrirləri səs verdilər.Və məcmuə ətrafında birləşdilər.Beləliklə,qüdrətli Molla Nəsrəddinçi şairlər nəsli yetişdi və Molla Nəsrəddinçilər adlı mütərəqqi fikir cəmiyyəti cərəyanı yarandı.Sabir “Hop-hop”,”Ağlar- güləyən”,”Cingöz”,Ə.Haqverdiyev “Xortdan”,”Mozalan”,Ə.Qəmküsar “Cüvəllağı”,”Sarsaqqulu”,M.S.Ordubadi “Hərdəmxəyal”,Ö.F.Nemanzadə “Ümidvar”,Əli Nəzmi “Sijimqulu”,C.Cabbarlı “İynə”imzaları ilə duzlu,məzəli şeirlər ,məqalə və felyetonlar yazırdı.Hansı mövzunu qələmə alırlarsa alsınlar bu yazılarda Sabir şeirinin əks-sədası eşidilirdi,xoş ruhu duyulurdu.Amma yeni ədəbi məktəbdə ustadlarını təqlid dən şairlərdən heç biri Sabirin yüksəldiyi mövqeyə qalxa bilmədi.
  • 7. Yaşadıqca çoxaldı düşmənimiz, Nə edək doğru söylədi dilimiz -yazan Sabirin müvəffəqiyyəti ona bir tərəfdən yeni dostlar qazandırırdısa,o biri tərəfdən satiralarının tənqid hədəfi olan riyakar molla və axundların şəxsində özünə qarşı bərəlmiş bu qəzəbli gözlərə Sabir məşhur şeiri ilə cavab verdi: Şairəm, çünki vəzifəm budur əşar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım, Günü parlaq, günüzü ağ, gecəni ta yazım, Pisi pis, əyrini əyri, düzü həmvar yazım, Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?! Müasirləri ictimai şüurun oyanmasında Sabir qələminin qüdrətini yüksək qiymətləndirirdilər. “Sabirin təbində bir oqədər də zəriflik və dilində elə bir lətafət var kiŞgüldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.F.B.Köçərli. “Sabir ruhən şəqlidir,təmayülən Avropa mədəniyyətinin ifadəsidir.Sabir filosofur,mürəbbidir,inqilabçıdır.Hamısında da səmimidir.Y.V.Çəmənzəminli. “Sabir köhnə şeirlə yeni şeir arasında bir uçurum açdı ki,bir də geri dönübo uçuruma atılmağ kimsədə cürət qalmadı.A.Səhhət.
  • 8. Molla Nəsrəddin redaksiyasındakı samovar həm kiçik,həm də axdığından suyu tez qurtarırdı və onu təzədən qaynatmaq lazım gəlirmiş.Sabir isə çay içməyi çox xoşlayırdı.Hər dəfə bir stəkandan sonra,ikincisini xeyli gözləməli olurdu.Sabir şeirlə öz narazılığını belə bildirib: Molla, samovarından dərda, həzar dərda,. Bir stəkan bu gün, bir stəkan fərda.
  • 9. Sabirin kinayə ilə danışmağından başqa,ciddi mətləb deməyi də vardı... Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, ilahi?! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -- Bilməm belə dövranları neylərdin, ilahi! Məzlumların göz yaşı dərya olacaqmış, -- Dəryaları, ümmanları neylərdin, ilahi? Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -- Ahuləri, ceyranları neylərdin, ilahi?! Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -- Toxm əkməyə dehqanları neylərdin, ilahi?! İş rəncbərin, güc öküzün, yer özününkü, -- Dildadeyi-irfanları neylərdin, ilahi?! Bəyzadələri, xanları neylərdin, ilahi?! Surtuqlu müsəlmanları təkfirə qoyan bu Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -- Döşdüklü müsəlmanları neylərdin, ilahi?! Yaxud buların bunca nüfuzu olacaqmış, -- Beş-üç bu süxəndanları neylərdin, ilahi?! Qeyrətli danosbazlarımız iş bacarırkən, -- Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, -- Evlərdəki nisvanları neylərdin, ilahi?! Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi?! Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb! Baxdıqca bu hikmətlərə heyran oluram həp!
  • 10. Şairin müəllim dostları onun şeirlərini kitab halında çap etdirməyi qərara alırlar.Onlar hər ay əmək haqlarının bir faizini bu xeyirli iş üçün ayırmağı boyunlarına götürürlər.Sabir öz müəllimdostlarının xeyirxah işini eşitdikdə mütəəssir olur və Sədinin bir beytini çox səlis şəkildə bədahətən söyləyir: Kərəmlərdə kərəm vardır,dirəm yox Ləyimlərdə dirəm vardır,kərəm yox İctimai nöqsanları tənqid edən müəllifi oxucuların diqqəti daha çox cəlb edir.Təşvişə düşən mollalar,axundlar,mülkdarlar “Hop-hop”un kim olduğunu axtarırlar.Nəhayət,onun Şamaxıda sabun bişirən Hacı Tahirin nəvəsi Ələkbər olduğunu bilib,onunla “salam-əleyki” kəsdilər.Sabun bişirmək üçün qəssablar ona piy satmaqdan imtina etdilər.Qoçular yolunu kəsib,onu ağır sözlərlə təhqir edərək hədələdilər.Hər tərəfdən hücumlara məruz qalan şairin güzəranı qəmli faciəyə döndərdilər.
  • 11. Qaraciyərinin şişməsi,şiddətli dözülməz ağrılar Sabirin çalışmasına mane olurdu.Bakıdakı müalicə fayda vermədiyindən o,Tiflisə getməli olur.Onun səhhətinin yaxşılaşması üçün Mirzə Cəlillə həyat yoldaşı Həmidə xanım əllərindən gələni əsirgəmirlər.Həmidə xanımın Sabirə göstərdiyi qayğı və nəvazişin şahidi olan Üzeyir bəy bundan təsirlənərək “Məlumat”qəzetində bu sətirlərlə çıxış etdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki,Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da ,bir nəfər arvad oldu ki,şairin səhhəti üçün milyonçu kişilərə rəğmən öz varından keçəcək qədər bir həmiyyət göstərdi” Sabir Tiflisdə özünü həkimlərə göstərərkən onlar şairin qaraciyər xəstəliyini dürüst təyin etmək üçün bu qərara gəlirlər ki,cərrahiyə əməliyyatı aparsınlar.Sabir həkimlərə etiraz edib zarafatyana onlara deyir:”Dəlləkliyi mənim başımda öyrənmək istəyirsiniz?Mənim qarnım ilanoynadanın sandığı deyil ki,açıb baxasınız”
  • 12. Şair Şamaxıda ağır xəstə yatarkən köhnə kitabsatanlardan biri eşidir ki,M.Ə.sabirin vəziyyəti ağırdır,yaxşı kitablarını satmaq istəyir.O,tez özünü Sabirgilə yetirir,kitablara baxır.Vaxtilə S.Əzimin Sabirə bağışladığı Nizaminin “Xəmsə”sini almaq istədiyini bildirir.Xəstə şair “Xəmsə”ni kitabsatandan ehmalca alır,yastığının altına qoyur.”Sabir çörəksiz yaşayar,amma Nizamisiz yaşaya bilməz” deyir. İstərəm ölməyi mən,leyk qaçır məndən əcəl Gör nə bədbəxtəm,əcəldən də gərək naz çəkəm Misraları onun həyatdan əlini üzməyinə bir nişanə idi.48 yaşlı Sabirin vaxtsız ölümü onun sənət dostlarını ,məsləkdaşlarını,oxucularını bərk sarsıdır.Çox təəssüf ki,Sabir əsərlərinin kitab halında nəşrini görə bilmədi.Özündən sonra sadiq dostları A.Səhhət,M.Mahmudbəyov,Seyid Hüseyn və Mehdi Hacınski böyük əziyyətlər bahasına şairin arzusunu həyata keçirdilər.”Hop-hopnamə”adlandırılan bu kitabın ilk nəşri bu mütərəqqi ziyalıların böük vətəndaşlıq rəşadəti idi. Görkəmli şairimiz A.Şaiqin dediyi kimi “Hop-hopnamə”nin döymədiyi qapı,girmədiyi ev qalmadıOnu oxuyanlar da sevdi,oxudanlar da!
  • 13. Sabir poeziyası sahili görünməyən bir dəryadır.Onu oxuduqca hər dəfə yeni hikmətlər kəşf edirsən.Azərbaycan xalqı sevimli şairlərinin adlarını həmişə əziz tutur.Dünyaya gələn körpə balalara zəka,iradə,məğrurluq rəmzi kimiölməz klassiklərimiz Nizaminin,Füzulinin,Vaqifin,Müşfiqin,Sabi rin və başqalarının adlarını verir. Dahi uzaqgörənliklə söylədiyi : Nə qəm,uğratsa da bir gün məni ixnaya zaman Mən gedərəmsə,məramım yenə də dünyada durar. -misraları ilə 149 yaşlı M.Ə.Sabir Tahirzadə bu gün də xalqının fikrində,ruhunda,sözündə yaşayır.O,dünənin,bu günün və sabahın şairidir.