SlideShare a Scribd company logo
A.MASLOUNUN
TƏLƏBATLARIN IYERARXIK
NƏZƏRIYYƏSI
• İnsan tələbatlarının quruluşu qanunlarını dərk edənlərdən birincisi, amerikan psixoloqu humanist
psixologiyanın banilərindən biri Abraham Maslou (1908-1970) olmuşdur. İlk dəfə o, öz konsepsiyasını
1943-cü ildə nəşr etdirmişdir. Çox tezliklə o, klassik oldu və bütün dərsliklərə daxil oldu. Bəs nə üçün
onun nəzəriyyəsi iyerarxik adlanır? Biz iyerarxiyanın ancaq vəzifəyə görə olmasını hesab etməyə
öyrəşmişik. Burada isə söhbət arzu (meyl, niyyət) və həvəslərin (istəklərin) görünməyən dünyası (aləmi)
haqqında gedir. Tələbatların sırası ona görə iyerarxik adlanır ki, onlar yüksələn xətlə — ən aşağıdan
(maddi) ən yüksəyə (mənəvi) kimi yerləşirlər. Maslou qəbul edirdi ki, insanlar müxtəlif tələbatlar
çoxluğuna malikdir, onları beş əsas kateqoriyaya ayırmaq olar:
• fizioloji (vital) tələbatlar — insanların təkrar istehsalına, qidaya, tənəffüsə, fiziki hərəkətlərə, geyimə,
yaşayış yerinə, istirahətə olan tələbatlar;
— ekzistensial tələbatlar və ya mövcud olma (var olma, yaşama) təhlükəsizliyinə tələbat. Onların iki
növü vardır — fiziki və iqtisadi. Fiziki təhlükəsizlik sağlamlığın qorunub saxlanılmasına, insanın şəxsiyyəti
və həyatı üzərində zorakılığın olmamasına olan tələbatdır. Ümumiləşdirilmiş şəkildə demək olar ki,
söhbət sabahkı günə əminlikdən, həyat fəaliyyəti şərtlərinin sabitliyindən, müəyyən qaydaya (nizama)
tələbatdan, həmçinin ədalətsiz (haqsız) rəftardan (idarəetmədən) qaçmağa cəhddən gedir. İqtisadi
tələbatlar əmək sferasında əldə edilir: məşğulluq zəmanəti (təminatı), bədbəxt hallardan sığortalanma,
daimi yaşayış vəsaitinə (əmək haqqına) malik olmaq arzusu;
— sosial tələbatlar bizim kollektiv təbiətimizdən irəli gəlir. Biz dostluq və bağlılıq (məhəbbət), qrupa
mənsub olma, ünsiyyət, formal və ya qeyri-formal təşkilatda iştirak, başqası haqqında qayğı və ozümüzə
diqqət istəyirik (arzulayırıq).
— prestij tələbatlar — “əhəmiyyətli başqaları” tərəfindən hörmətə, xidməti inkişafa, nailiyyətə, yüksək
statusa, müstəqilliyə və tanınmaya (nüfuza, qəbul edilməyə, hörmətə) olan tələbatlar. Onları həm də
qiymətə olan tələbatlar və ya eqoistik tələbatlar adlandırırlar, çünki onlar özünə (özümüzə) yönəlmişlər.
— mənəvi tələbatlar — yaradıcılıq vasitəsilə özünüifadəyə olan tələbatlar. Söhbət insanın qabil
olduğu hər şeyi reallaşdırmaq tələbatından gedir.
• Əsas tələbatlar filogenetik, yəni insanın böyüməsi (yaşa dolması) dərəcəsinə görə və ontogenetik, yəni
mövcudluğun zəruri şərti kimi onların reallaşdırılması dərəcəsinə görə bir-birinin ardınca gəlir. A.Maslou fizioloji
və ekzistensial tələbatları ilkin (anadangəlmə) sosial, prestij və mənəvi tələbatları — ikinci dərəcəli (sosial
qazanılmış) tələbatlar adlandırırdı; tələbatların yüksəlməsi (qalxması) prosesi özündə ilkin tələbatların ikinci
dərəcəli tələbatlarla əvəz edilməsi prosesini ifadə edir.
Ancaq öz özlüyündə motivləşdirici (motivasiya) amillərinin təsnifatı A.Maslounun ən qiymətli və maraqlı tapıntısı
deyildir. Bu cür cəhdlər başqa alimlər tərəfindən də edilmişdir. A.Maslounun konsepsiyasının məziyyəti onun
“hərəkətverici qüvvəsində” – iyerarxiya prinsipindədir: hər bir yeni səviyyənin tələbatları yalnız əvvəlki (bundan
qabaqkı) tələblər (ehtiyaclar, tələbatlar) ödənildikdən sonra aktual (ən zəruri) olurlar. Buna görə iyerarxiya
prinsipini həm də dominanta prinsipi adlandırırlar. A.Maslou fərz edirdi ki, tələbatın ödənilməsi motiv və ya arzu
(niyyət, məqsəd, meyl) kimi çıxış edir. Yalnız ödənilməmiş (qane edilməmiş) tələbat fərdin davranışını səfərbər
edir, fərdi onun ödənilməsi üçün zəruri olan fəaliyyəti göstərməyə məcbur edir.
• Bədii şəkildə desək, insan sivilizasiyasını çox təmin olunmamış (məmnuniyyətsiz) insanlar yaratmışlar.
Tələbatın real potensialı (təsir qüvvəsi) onun ödənilməsi dərəcəsinin (dərəcəsindən asılı olaraq)
funksiyasıdır. Tələbatın intensivliyi onun tutduğu yer ilə bağlıdır. Fizioloji tələbatlar ilkindir və heç
olmazsa minimal səviyyədə ödənilməyənə kimi davranışın dominantı kimi çıxış edirlər, bundan sonra
növbəti səviyyələrin (məsələn, təhlükəsisliyə və s.) tələbatları üstünlük təşkil edirlər (hakim olurlar). Ən
aşağı (adi, primitiv) tələbatlar ancaq bir-birindən deyil (nəfəs almaq aclıqdan asılı deyildir), həm də ən
yüksək tələbatlardan asılı deyildir. Əksinə, yüksək tələbatlar aşağı tələbatlardan asılıdır. Buna görə də,
əgər insan çox acdırsa, çətin ki, o, muzeyə getsin. Bundan başqa, aşağı səviyyə tələbatlarından fərqli
olaraq yüksək tələbatları heç vaxt tamamilə ödəmək olmaz, axı insan daima təkmilləşir. Yüksək
tələbatlar konstanta (sabit kəmiyyət) deyil, onlar yaranırlar və yox olurlar, formalaşırlar və formasını
dəyişirlər. Bütün tələbatlar müəyyən ardıcıllıqla düzülürlər: bir qütbdə nəzarət olunmayan, insanın
ixtiyarında olmayan tələbatlar (nəfəs almaq, aclıq), digər qütbündə — nəzarət olunan və idarə olunan
(mənəvi) tələbatlar yerləşir. Əgər aşağı tələbatlar bütün insanlara eyni dərəcədə xasdırsa, yüksək
tələbatlar isə — eyni dərəcədə bütün insanlara aid deyildir.
• Sosial nöqteyi-nəzərdən insanı ünsiyyətə olan tələbatın ödənilməsi (məs: dostların və ya tanışların
seçilməsində) üsullarına nisbətən, qidaya üstünlük vermə (o, əti və ya balığı xoşlayırmı) daha az
xarakterizə edir. Yüksək tələbatlar həm də insanların differensiasiyası üsulu kimi çıxış edirlər. Bundan
başqa, onlar digər tələbatlara nisbətən insanın şəxsiyyətinin formalaşmasına daha çox təsir göstərirlər.
Öz növbəsində, tələbatlar nə qədər yüksəkdirsə, onların formalaşmasında insanın özünün rolu bir o
qədər əhəmiyyətlidir (böyükdür). Qarşılıqlı istiqamətlənmiş proses alınır: tələbatlar insanı hərəkətə
gətirir (yönəldir, istiqamətləndirir), o, isə onları formalaşdırır. Şəxsiyyətin tələbatları nə qədər
yüksəkdirsə, tələbatların formalaşması prosesi bir o qədər mürəkkəbdir. Məhz buna görə, yüksək təhsil
səviyyəsinə malik olan müasir gənclər, onlara hərəkətsiz (mühafizəkar, küt), azixtisaslı iş təklif edilən
zaman çox vaxt əməkdə məyus olurlar. Buradan aydın olur ki, həyatda öz yerinin axtarışı fundamental
məsələ kimi gənc insan tərəfindən qavranılırsa (qəbul edilirsə), peşə seçimi daha uzunsürən
(uzunmüddətli) olacaqdır. Daha gec işçi kadra çevrilmə, 30 yaşına kimi dövrdə iş yerlərinin tez-tez
dəyişdirilməsi yəqin ki, bununla izah edilir.
Bütün tələbatlar tsiklik funksionallaşırlar, yəni təkrar olunurlar. Əgər söhbət status tələbatlarından
gedirsə, onda öz karyerasının başlanğıcında (əvvəlində) insan azla: aşağı əmək haqqı ilə, digərləri ilə
bərabər statusla kifayətlənir. Ancaq xidməti inkişaf dərəcəsinə görə iddialar (tələblər) artır, əvvəlki
bərabər status işçini artıq qane etmir, o, seçilməyə daha nüfuzlu olmağa, yüksək əmək haqqı almağa,
hörmətli (nüfuzlu) tanışlara malik olmağa çalışır, və ya yatırılmış (sakitləşdirilmiş, azaldılmış) aclıq, bir
müddətdən sonra insan aclıq hiss edən zaman yenidən özünü göstərəcəkdir və hər şey dairə üzrə
gedəcəkdir.
• “İnsan motivasiyasının nəzəriyyəsi” məqaləsində A.Maslou yazırdı ki, orta vətəndaş öz fizioloji
tələbatlarının (birinci səviyyə) təxminən 85%-i, təhlükəsizliyə tələbatlarının (ikinci səviyyə) – 70%-i, sevği
və bağlılığa tələbatlarının (üçüncü səviyyə) – 50%-i, özünüqiymətləndirmə tələbatlarının (dördüncü
səviyyə) – 40%-i, və nəhayət, özünüreallaşdırma tələbatlarının – 10%-i ödəyir. Maslounun fikrincə,
müasir kapitalist cəmiyyətinin (məs., ABŞ) ideal-tipik modeli bu cürdür. Maslounun ideyalarını inkişaf
etdirərək, amerika sosioloqları P.Hersi (Xersi) və K.Blanşard müxtəlif cəmiyyətlərdə vətəndaşların
tələbatlarının ödənilməsi səviyyəsini təsvir edən model təklif etmişdir. Cəmi üç variant mümkündür.

More Related Content

Featured

Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
SpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Lily Ray
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
Rajiv Jayarajah, MAppComm, ACC
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
Christy Abraham Joy
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
Vit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
MindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
GetSmarter
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
Project for Public Spaces & National Center for Biking and Walking
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
DevGAMM Conference
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
Erica Santiago
 
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them wellGood Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Saba Software
 
Featured (20)

ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
 
Barbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy PresentationBarbie - Brand Strategy Presentation
Barbie - Brand Strategy Presentation
 
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them wellGood Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
Good Stuff Happens in 1:1 Meetings: Why you need them and how to do them well
 
Maslou.pptx

  • 2. • İnsan tələbatlarının quruluşu qanunlarını dərk edənlərdən birincisi, amerikan psixoloqu humanist psixologiyanın banilərindən biri Abraham Maslou (1908-1970) olmuşdur. İlk dəfə o, öz konsepsiyasını 1943-cü ildə nəşr etdirmişdir. Çox tezliklə o, klassik oldu və bütün dərsliklərə daxil oldu. Bəs nə üçün onun nəzəriyyəsi iyerarxik adlanır? Biz iyerarxiyanın ancaq vəzifəyə görə olmasını hesab etməyə öyrəşmişik. Burada isə söhbət arzu (meyl, niyyət) və həvəslərin (istəklərin) görünməyən dünyası (aləmi) haqqında gedir. Tələbatların sırası ona görə iyerarxik adlanır ki, onlar yüksələn xətlə — ən aşağıdan (maddi) ən yüksəyə (mənəvi) kimi yerləşirlər. Maslou qəbul edirdi ki, insanlar müxtəlif tələbatlar çoxluğuna malikdir, onları beş əsas kateqoriyaya ayırmaq olar:
  • 3. • fizioloji (vital) tələbatlar — insanların təkrar istehsalına, qidaya, tənəffüsə, fiziki hərəkətlərə, geyimə, yaşayış yerinə, istirahətə olan tələbatlar; — ekzistensial tələbatlar və ya mövcud olma (var olma, yaşama) təhlükəsizliyinə tələbat. Onların iki növü vardır — fiziki və iqtisadi. Fiziki təhlükəsizlik sağlamlığın qorunub saxlanılmasına, insanın şəxsiyyəti və həyatı üzərində zorakılığın olmamasına olan tələbatdır. Ümumiləşdirilmiş şəkildə demək olar ki, söhbət sabahkı günə əminlikdən, həyat fəaliyyəti şərtlərinin sabitliyindən, müəyyən qaydaya (nizama) tələbatdan, həmçinin ədalətsiz (haqsız) rəftardan (idarəetmədən) qaçmağa cəhddən gedir. İqtisadi tələbatlar əmək sferasında əldə edilir: məşğulluq zəmanəti (təminatı), bədbəxt hallardan sığortalanma, daimi yaşayış vəsaitinə (əmək haqqına) malik olmaq arzusu; — sosial tələbatlar bizim kollektiv təbiətimizdən irəli gəlir. Biz dostluq və bağlılıq (məhəbbət), qrupa mənsub olma, ünsiyyət, formal və ya qeyri-formal təşkilatda iştirak, başqası haqqında qayğı və ozümüzə diqqət istəyirik (arzulayırıq). — prestij tələbatlar — “əhəmiyyətli başqaları” tərəfindən hörmətə, xidməti inkişafa, nailiyyətə, yüksək statusa, müstəqilliyə və tanınmaya (nüfuza, qəbul edilməyə, hörmətə) olan tələbatlar. Onları həm də qiymətə olan tələbatlar və ya eqoistik tələbatlar adlandırırlar, çünki onlar özünə (özümüzə) yönəlmişlər. — mənəvi tələbatlar — yaradıcılıq vasitəsilə özünüifadəyə olan tələbatlar. Söhbət insanın qabil olduğu hər şeyi reallaşdırmaq tələbatından gedir.
  • 4. • Əsas tələbatlar filogenetik, yəni insanın böyüməsi (yaşa dolması) dərəcəsinə görə və ontogenetik, yəni mövcudluğun zəruri şərti kimi onların reallaşdırılması dərəcəsinə görə bir-birinin ardınca gəlir. A.Maslou fizioloji və ekzistensial tələbatları ilkin (anadangəlmə) sosial, prestij və mənəvi tələbatları — ikinci dərəcəli (sosial qazanılmış) tələbatlar adlandırırdı; tələbatların yüksəlməsi (qalxması) prosesi özündə ilkin tələbatların ikinci dərəcəli tələbatlarla əvəz edilməsi prosesini ifadə edir. Ancaq öz özlüyündə motivləşdirici (motivasiya) amillərinin təsnifatı A.Maslounun ən qiymətli və maraqlı tapıntısı deyildir. Bu cür cəhdlər başqa alimlər tərəfindən də edilmişdir. A.Maslounun konsepsiyasının məziyyəti onun “hərəkətverici qüvvəsində” – iyerarxiya prinsipindədir: hər bir yeni səviyyənin tələbatları yalnız əvvəlki (bundan qabaqkı) tələblər (ehtiyaclar, tələbatlar) ödənildikdən sonra aktual (ən zəruri) olurlar. Buna görə iyerarxiya prinsipini həm də dominanta prinsipi adlandırırlar. A.Maslou fərz edirdi ki, tələbatın ödənilməsi motiv və ya arzu (niyyət, məqsəd, meyl) kimi çıxış edir. Yalnız ödənilməmiş (qane edilməmiş) tələbat fərdin davranışını səfərbər edir, fərdi onun ödənilməsi üçün zəruri olan fəaliyyəti göstərməyə məcbur edir.
  • 5. • Bədii şəkildə desək, insan sivilizasiyasını çox təmin olunmamış (məmnuniyyətsiz) insanlar yaratmışlar. Tələbatın real potensialı (təsir qüvvəsi) onun ödənilməsi dərəcəsinin (dərəcəsindən asılı olaraq) funksiyasıdır. Tələbatın intensivliyi onun tutduğu yer ilə bağlıdır. Fizioloji tələbatlar ilkindir və heç olmazsa minimal səviyyədə ödənilməyənə kimi davranışın dominantı kimi çıxış edirlər, bundan sonra növbəti səviyyələrin (məsələn, təhlükəsisliyə və s.) tələbatları üstünlük təşkil edirlər (hakim olurlar). Ən aşağı (adi, primitiv) tələbatlar ancaq bir-birindən deyil (nəfəs almaq aclıqdan asılı deyildir), həm də ən yüksək tələbatlardan asılı deyildir. Əksinə, yüksək tələbatlar aşağı tələbatlardan asılıdır. Buna görə də, əgər insan çox acdırsa, çətin ki, o, muzeyə getsin. Bundan başqa, aşağı səviyyə tələbatlarından fərqli olaraq yüksək tələbatları heç vaxt tamamilə ödəmək olmaz, axı insan daima təkmilləşir. Yüksək tələbatlar konstanta (sabit kəmiyyət) deyil, onlar yaranırlar və yox olurlar, formalaşırlar və formasını dəyişirlər. Bütün tələbatlar müəyyən ardıcıllıqla düzülürlər: bir qütbdə nəzarət olunmayan, insanın ixtiyarında olmayan tələbatlar (nəfəs almaq, aclıq), digər qütbündə — nəzarət olunan və idarə olunan (mənəvi) tələbatlar yerləşir. Əgər aşağı tələbatlar bütün insanlara eyni dərəcədə xasdırsa, yüksək tələbatlar isə — eyni dərəcədə bütün insanlara aid deyildir.
  • 6. • Sosial nöqteyi-nəzərdən insanı ünsiyyətə olan tələbatın ödənilməsi (məs: dostların və ya tanışların seçilməsində) üsullarına nisbətən, qidaya üstünlük vermə (o, əti və ya balığı xoşlayırmı) daha az xarakterizə edir. Yüksək tələbatlar həm də insanların differensiasiyası üsulu kimi çıxış edirlər. Bundan başqa, onlar digər tələbatlara nisbətən insanın şəxsiyyətinin formalaşmasına daha çox təsir göstərirlər. Öz növbəsində, tələbatlar nə qədər yüksəkdirsə, onların formalaşmasında insanın özünün rolu bir o qədər əhəmiyyətlidir (böyükdür). Qarşılıqlı istiqamətlənmiş proses alınır: tələbatlar insanı hərəkətə gətirir (yönəldir, istiqamətləndirir), o, isə onları formalaşdırır. Şəxsiyyətin tələbatları nə qədər yüksəkdirsə, tələbatların formalaşması prosesi bir o qədər mürəkkəbdir. Məhz buna görə, yüksək təhsil səviyyəsinə malik olan müasir gənclər, onlara hərəkətsiz (mühafizəkar, küt), azixtisaslı iş təklif edilən zaman çox vaxt əməkdə məyus olurlar. Buradan aydın olur ki, həyatda öz yerinin axtarışı fundamental məsələ kimi gənc insan tərəfindən qavranılırsa (qəbul edilirsə), peşə seçimi daha uzunsürən (uzunmüddətli) olacaqdır. Daha gec işçi kadra çevrilmə, 30 yaşına kimi dövrdə iş yerlərinin tez-tez dəyişdirilməsi yəqin ki, bununla izah edilir. Bütün tələbatlar tsiklik funksionallaşırlar, yəni təkrar olunurlar. Əgər söhbət status tələbatlarından gedirsə, onda öz karyerasının başlanğıcında (əvvəlində) insan azla: aşağı əmək haqqı ilə, digərləri ilə bərabər statusla kifayətlənir. Ancaq xidməti inkişaf dərəcəsinə görə iddialar (tələblər) artır, əvvəlki bərabər status işçini artıq qane etmir, o, seçilməyə daha nüfuzlu olmağa, yüksək əmək haqqı almağa, hörmətli (nüfuzlu) tanışlara malik olmağa çalışır, və ya yatırılmış (sakitləşdirilmiş, azaldılmış) aclıq, bir müddətdən sonra insan aclıq hiss edən zaman yenidən özünü göstərəcəkdir və hər şey dairə üzrə gedəcəkdir.
  • 7. • “İnsan motivasiyasının nəzəriyyəsi” məqaləsində A.Maslou yazırdı ki, orta vətəndaş öz fizioloji tələbatlarının (birinci səviyyə) təxminən 85%-i, təhlükəsizliyə tələbatlarının (ikinci səviyyə) – 70%-i, sevği və bağlılığa tələbatlarının (üçüncü səviyyə) – 50%-i, özünüqiymətləndirmə tələbatlarının (dördüncü səviyyə) – 40%-i, və nəhayət, özünüreallaşdırma tələbatlarının – 10%-i ödəyir. Maslounun fikrincə, müasir kapitalist cəmiyyətinin (məs., ABŞ) ideal-tipik modeli bu cürdür. Maslounun ideyalarını inkişaf etdirərək, amerika sosioloqları P.Hersi (Xersi) və K.Blanşard müxtəlif cəmiyyətlərdə vətəndaşların tələbatlarının ödənilməsi səviyyəsini təsvir edən model təklif etmişdir. Cəmi üç variant mümkündür.