SlideShare a Scribd company logo
Füzulinin azad edilməsi
2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam
edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri
uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında
baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.
Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir
sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-
şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam
rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli
rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kə
ndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00
radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları
vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki
əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə
ciddi ziyan dəyib.
Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin
raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş
aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-
şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və
müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və
döyüş texnikası aşkar edilərək məhv edilmişdir.
Aparılan hərbi əməliyyatlar zamanı Füzuli
rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı
Əbdürrəhmanlı,Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan
azad edilmişdir.
3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum
əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı
Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı
Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir.Bununla
belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək
dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə
müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən
irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.9
oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi
və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı
, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad
edir.
Düşmənin 10 oktyabr tarixində Hadrut istiqamətindəki Tuğ kəndindən
və Cəbrayıl istiqamətindəki Arakul və Banazur kəndlərindən hücuma keçməyə
çalışır. Lakin Azərbaycan ordu bölmələrinin gördüyü tədbirlər nəticəsində düşmən
çoxsaylı canlı qüvvə və hərbi texnika itirərək geri çəkilmək məcburiyyətində
qalır. 14 oktyabr tarixində Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli
rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd
rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərini
işğaldan azad edir. Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon
ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edir.Şəhər
uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan
Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini
işğaldan azad edir.Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə
Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır. Nəhayət 16 oktyabrdan 17-nə
keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və
texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli
rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kən
dləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Əməliyyatlar nəticəsində Ermənistan
ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilmişdir.
Nəticə
Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir.
Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması
Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar
yaradır. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən
uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.

More Related Content

More from ehmedyusifli

Milli qəhrəmanlar.docx
Milli qəhrəmanlar.docxMilli qəhrəmanlar.docx
Milli qəhrəmanlar.docx
ehmedyusifli
 
Xocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptxXocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptx
ehmedyusifli
 
BƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptxBƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptx
ehmedyusifli
 
6m.pptx
6m.pptx6m.pptx
6m.pptx
ehmedyusifli
 
Bilik yarışı (1).pptx
Bilik yarışı (1).pptxBilik yarışı (1).pptx
Bilik yarışı (1).pptx
ehmedyusifli
 
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
ehmedyusifli
 
cv4444 (1).doc
cv4444 (1).doccv4444 (1).doc
cv4444 (1).doc
ehmedyusifli
 
cv3333.docx
cv3333.docxcv3333.docx
cv3333.docx
ehmedyusifli
 

More from ehmedyusifli (9)

Milli qəhrəmanlar.docx
Milli qəhrəmanlar.docxMilli qəhrəmanlar.docx
Milli qəhrəmanlar.docx
 
Xocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptxXocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptx
 
BƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptxBƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptx
 
Texn-01.docx
Texn-01.docxTexn-01.docx
Texn-01.docx
 
6m.pptx
6m.pptx6m.pptx
6m.pptx
 
Bilik yarışı (1).pptx
Bilik yarışı (1).pptxBilik yarışı (1).pptx
Bilik yarışı (1).pptx
 
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
 
cv4444 (1).doc
cv4444 (1).doccv4444 (1).doc
cv4444 (1).doc
 
cv3333.docx
cv3333.docxcv3333.docx
cv3333.docx
 

Füzulinin azad edilməsi.docx

  • 1. Füzulinin azad edilməsi 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub- şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kə ndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal- şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı,Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir.Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı , Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir. Düşmənin 10 oktyabr tarixində Hadrut istiqamətindəki Tuğ kəndindən və Cəbrayıl istiqamətindəki Arakul və Banazur kəndlərindən hücuma keçməyə çalışır. Lakin Azərbaycan ordu bölmələrinin gördüyü tədbirlər nəticəsində düşmən
  • 2. çoxsaylı canlı qüvvə və hərbi texnika itirərək geri çəkilmək məcburiyyətində qalır. 14 oktyabr tarixində Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərini işğaldan azad edir. Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edir.Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir.Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kən dləri və Füzuli şəhəri işğaldan tam azad edilir. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilmişdir. Nəticə Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.