SlideShare a Scribd company logo
1 of 4
Milli Qəhrəmanlar
Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14
iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı
Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu
Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020).
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun
14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir
yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid
olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan
prosesdə mühüm rol oynamışdır.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid
olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd
Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan
Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-
Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq
yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun
Komandir müavini — Qərargah rəisi idi.[14]
Cəbhənin Tərtər rayonu istiqamətində
gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri
zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji
nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad
olnumuşdur.
Fəxrəddin Musa oğlu Musayev
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan
olmuşdur.
1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış,
Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə
Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə
diplomu ilə bitirmişdir.
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi
əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni
quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il
11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri
endirərkən faciəli surətdə həlak olmuşdur.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı
ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə barelyefi vurulub.
Koroğlu İsmayıl oğlu Rəhimov
Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz
kəndində anadan olmuşdur.
1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir.
1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar
mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə
1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur.
1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa
vurur və yarımçıq qalmış təhsilini tamamlayır.
Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq
1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel "N"
saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı.
13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün
adı dilləri gəzdi. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ
keçirmişdilər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14
iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə
Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində
Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini
məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi.
Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi.
Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il
iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak
omuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli
fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından
müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi
igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə
yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu
İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq
görülmüşdür.
Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş
və bu küçədə onun büstü qoyulmuşdur. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-
li körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını
daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə"
kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli
film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik
sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva,
operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi
şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.
Gültəkin Məlik qızı Əsgərova
Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, 1985-
ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir Əmək fəaliyyətinə 8 №-li
təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada
işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət
edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi.
O, 1992-ci il aprelin 4-də cəbhəyə könüllü yollanıb, Turşsu, Şuşa xəstəxanalarında,
Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O,
ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa
şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun
xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk
edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı:
Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər.
Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi
alınmadı...
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının
müdafiəsində iştirak edir.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O,
Bakıdakı hərc-mərclikdən cana yığılmışdı.Ağdamın Mahrızlı kəndindəki
hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin
ətəyində onun tibbi xidməti üçün yer ayrılır Buraya yaralıları hərbçilər gətirməliydi
ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada
dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda
gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə
Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarı bülübül var idi
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü
qoyulmuşdur. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü
qoyulmuşdur.Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı
binaya xatirə lövhəsi vurulmuşdur Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin
Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi
vurulmuşdur.Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi
yaradılmışdır.
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan
"Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin
zirvəsi" kitabı təqdim olunmuşdur
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19
iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı
Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli
Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.
Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci
ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan
Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov
iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.
Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi
bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru
irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan
Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək
səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif
mənbələrə görə, ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.
Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı
altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib
etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi
ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi
6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn
edilmişdir.
Mübariz İbrahimov Azərbaycan ictimaiyyətində milli qəhrəmana
çevrilmişdir. Biləsuvarda onun adına küçə və məktəb var. Mübariz İbrahimovu
təsvir edən heykəllər ucaldılmış, onun şərəfinə xatirə lövhələri hazırlanmış, filmlər
çəkilmiş, haqqında kitab yazılmış və xarici teleseriallarda bəhs edilmişdir. İkinci
Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid
olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və
burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

More Related Content

More from ehmedyusifli

Qubadlının azad olunması.docx
Qubadlının azad olunması.docxQubadlının azad olunması.docx
Qubadlının azad olunması.docxehmedyusifli
 
Xocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptxXocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptxehmedyusifli
 
BƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptxBƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptxehmedyusifli
 
Bilik yarışı (1).pptx
Bilik yarışı (1).pptxBilik yarışı (1).pptx
Bilik yarışı (1).pptxehmedyusifli
 
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...ehmedyusifli
 

More from ehmedyusifli (9)

Qubadlının azad olunması.docx
Qubadlının azad olunması.docxQubadlının azad olunması.docx
Qubadlının azad olunması.docx
 
Xocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptxXocalı faciəsi-foto hesabat (1).pptx
Xocalı faciəsi-foto hesabat (1).pptx
 
BƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptxBƏRABƏRLİK_0 (1).pptx
BƏRABƏRLİK_0 (1).pptx
 
Texn-01.docx
Texn-01.docxTexn-01.docx
Texn-01.docx
 
6m.pptx
6m.pptx6m.pptx
6m.pptx
 
Bilik yarışı (1).pptx
Bilik yarışı (1).pptxBilik yarışı (1).pptx
Bilik yarışı (1).pptx
 
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
Movzu-4-Bazar-muhitinin-tedqiqi-istehlakchi-davranishlari-ve-telebatin-proqno...
 
cv4444 (1).doc
cv4444 (1).doccv4444 (1).doc
cv4444 (1).doc
 
cv3333.docx
cv3333.docxcv3333.docx
cv3333.docx
 

Milli qəhrəmanlar.docx

  • 1. Milli Qəhrəmanlar Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020). 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl- Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi.[14] Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur. Fəxrəddin Musa oğlu Musayev 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub.
  • 2. Koroğlu İsmayıl oğlu Rəhimov Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir. 1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır. Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başladı. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah sursat ələ keçirmişdilər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizlədilər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizləndi. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv etdi, xeyli silah sursat ələ keçirdilər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak etmişdir. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak omuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilmiş və bu küçədə onun büstü qoyulmuşdur. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№- li körpələr evi -uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.
  • 3. Gültəkin Məlik qızı Əsgərova Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, 1985- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. O, 1992-ci il aprelin 4-də cəbhəyə könüllü yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi. 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur. Anasına göndərdiyi məktubda yazılmışdı: Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı... Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı.Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub. Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarı bülübül var idi 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. 20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur
  • 4. Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Mübariz İbrahimov Azərbaycan ictimaiyyətində milli qəhrəmana çevrilmişdir. Biləsuvarda onun adına küçə və məktəb var. Mübariz İbrahimovu təsvir edən heykəllər ucaldılmış, onun şərəfinə xatirə lövhələri hazırlanmış, filmlər çəkilmiş, haqqında kitab yazılmış və xarici teleseriallarda bəhs edilmişdir. İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.