2. EQ və IQ
İnsan, yer üzündə yaşayan digər
canlılarla eyni və ya bənzər fiziolojik
və biolojik xüsusiyyətlər göstərsə də,
onlardan fərqləndirən əhəmiyyətli iki
unikal xüsusiyyətə – duyğulara və
intellektə sahibdir. Məhz bu iki
xüsusiyyətin sayəsində insan sakini
olduğu yer üzünün tək hakimi ola
bilmişdir.
3. «Duyğusal Zəka» nədir?
Klassik anlayışa görə duyğusal zəka bir insanın özünə və ya
başqalarına aid duyğuları anlama, sezmə, idarə etmə və düzgün
istiqamətləndirmə bacarığının ölçülməsidir. EQ, yəni, duyğusal
zəka məhfumu, ilk dəfə psixologiya elminin araşdırma mövzusu
olaraq ortaya çıxsa da, son illərdə peşəkar iş həyatının da ən çox
diqqət, mübahisə və müzakirə doğuran məsələlərindən biri olmağı
bacarmışdır.
4. Duyğusal zəkanın əsas ünsürləri
Özünü tanıma – duyğuların dərk olunması;
Qarşıdakını tanıma – empatiya;
Motivasiya – daxili motivasiya;
Öz gücünə inanma, daxili dünyası ilə ahəng içərisindəyaşama;
Müstəqil ola bilmə;
Stresə davamlılıq;
Dinləmək və ünsiyyət bacarığı;
Sosial məsuliyyət;
Problem həll edə bilmə;
Özünü aktuallaşdırma;
Optimist – nikbin olma;
İradəli olma;
Elastiklik – uyğunlaşma bacarığı;
Xoşbəxt olma.
5. Duyğusallıq və Duyğusal Zəka
Bəzən duyğusallıqla duyğusal zəka bir-biri ilə
qarışdırılır. Duyğusal zəka duyğusal olmaq deyildir –
tam tərsinə sahib olduğumuz duyğuların cilovlanma və
düzgün idarə olunma bacarığdır.
6. Duyğusal zəkası güclü insanlar
İnkişaf etmiş duyğusal zəkaya sahib insanlar özləri
ilə ahəng içərisində yaşayırlar, daxili dialoqları
güclüdür – davamlı şəkildə güclü və zəif tərəflərini
– duyğularını təhlil edib, lazımi nəticələri çıxara
bilirlər. Onlar pozitivdirlər, qarşılarına çıxan
mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb,
seçə bilirlər. Duyğusal zəkası güclü insanlar içində
olduqları qrup, kollektiv və ya cəmiyyətdə hər
zaman böyük simpatiya sahibi olurlar.
7. Robin Sharma (1965- )
Şimali Amerikanın və
dünyanın şəxsiyyətin
inkişafı, motivasiya və
liderlik sahəsi üzrə ən
tanınmış siması
8. Duyğusal zəkası zəif insanlar
Duyğusal zəkasını inkişaf
etdirməyən insanlar isə hər xırda
problem qarşısında mənfi reaksiya
verir, tez ruhdan düşür və təslim
olurlar. Duyğusal zəkası zəif
insanların əhval-ruhiyyəsi sabit
deyil, tez-tez dəyişkənlik göstərir.
Davamlı şəkildə ətrafa mənfi
enerji axıdaraq, insanların
onlardan uzaqlaşmasına səbəb
olurlar. Həllərə yox, problemlərə
köklənirlər.
9. Bobby Fischer (1943-2008)
Dünyadakı ən yaxşı
şahmat ustalarından
biri. Amerikalı olan ,
anti Amerikalı
Fischer , Amerikanın
yetişdirdiyi tək
Dünya Şahmat
çempionu.
10. Duyğusal zəka necə inkişaf etdirilir?
Özünü tanımaq
Duyğulara nəzarət etməyi öyrənmək
Özünü və fərdi xüsusiyyətlərini başqalarına açıq saxlamaq
Ünsiyyət qurma bacarığını inkişaf etdirmək
Problem həll edici olmaq
Tənqidə açıq olmaq
İnsanlar ilə maraqlanmaq