Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Cemile ++
1. HEYDƏR ƏLİYEV
Azərbaycan gözəlliklər ölkəsidir, yaşıl parklar,
baglar,əsrlərdən, qərinələrdən xəbər verən ağaclar, təbii
sərvətlər,tarixi abidələr, gözəl ornamentli binalar
diyarıdır.
Ölkəmiz sanki yaşıllıqlar və min bir rəngli güllər
qoynunda üzür.Bizim diyarımız o qədər gözəldir ki, bu
gözəllikləri vəsf etmək üçün burada hər gün gərək bir
rəssam, bir şair, bir bəstəkar dünyaya gəlsin.Vətənimizin
ən böyük gözəlliyi və varı isə onun insanlarıdır.Torpaq o
vaxt güclü və basılmaz olur ki, onun sinəsini dağlar,
çaylar, meşələr, bulaqlar, bərəkətli tarlalar, ən əsası isə
bu torpağın qədrini bilən, öz əməlləri ilə onu dünyada
şöhrətləndirən insanlar bəzəyir .
Tarix əsrlər boyu ölkəmizin qüdrətinin, mətanətinin
şahidi olub.Onun səsi, sorağı minilliklər arxasından gəlir.
XX əsr bəşəriyyətə bir çox dühalar bəxş etmişdir.Bu əsrin
tariximizdə ən əlamətdar hadisəsi odur ki ,yüzilliyin 23-cü
ilində, ayların ən gözəli mayın 10-da xalqımızın iftixarı,
təkcə Azərbaycanın deyil, bütün türk dünyasının
yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri Heydər
Əlirza oğlu Əliyev dünyaya göz açmışdır.
Ümummilli lider haqqında Azərbaycan şair və yazıçıları
əsərlər yazmış və bu əsərlərdə onun Azərbaycan üçün
2. gördüyü saysız-hesabsız işlər qələmə alınmışdır.Dahi lider
haqqında daxilən coşub-çağlayan şairimiz Zəlimxan
Yaqub öz fikirlərini “Böyük ömrün dastanı”poemasında
böyük ustalıqla qələmə almışdır.Zəlimxan Yaqub bu
poemanı yazıb ərsəyə gətirməsi haqqında belə demişdir:
“Ulu öndərimiz ,xalqımızın ölməz oğlu ,millətimizin şərəfi
Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük
ömrün dastanı” poeması isti-isti ,birnəfəsə yazılmış acılı-
şirinli bir xatirədir,elegiyadır.
Ölümünə heç vaxt inanmadığım ,ölümsüzlüyü ilə ömrüm
boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan
,qapımızı döyən qəfil qara xəbər hamı kimi məni də
sarsıtdı.Bu sarsıntılar içində əlimə nə vaxt qələm
götürdüyümdən heç özümün də xəbərim olmadı.O vaxt
özümə gəldim ki,artıq sonuncu misranı yazıb,son hissəni
tamamlamışam.
Bu əsəri mən yazmadım.Ürəyimin qanı,gözlərimin
yaşı,ruhumun çırpıntısı,Haqqın sədası,Tanrının hökmü
yazdırdı”.
Naxçıvanda doğuldu 23-ün mayında
Güllü bahar fəslinin ən işıqlı ayında
Anası İzzət xanım,atası Əlirza
Şükürlər oxudular onlara oğul verən
3. Tanrıya,İlahiyə,
Bu bahara,bu yaza
Ata-ana ad qoyub adına Heydər dedi,
Bu həyatın barını dərdikcəhey dər,dedi.
Heydər Əliyev kimdir?Bu suala cavab verməzdən əvvəl bir
anlıq doğma yurdumu xatırlayıram və bu Vətənin
gündən-günə çiçəklənən guşələrinə nəzər salıram.Öz
həyatını xalqımızın rifahına həsr edən bir rəhbər də elə
bu an gözlərimin önünə gəlir.Bu,həmin rəhbərdir
ki,yorulmaq bilmədən ömrünü Azərbaycan xalqının
xoşbəxtliyinə,gücünü Azərbaycan torpağının
çiçəklənməsinə,qüdrətini Azərbaycanın iqtisadiyyatının
inkişafına,özünün siyasi karyerasını Azərbaycan
siyasətinin düzgün istiqamətlənməsinə həsr etmişdir.
Müdriklər demişlər:”Bir mismar bir nalı saxlar,bir nal bir
atı saxlar,bir at bir əri saxlar,bir ər bir eli saxlar.”Heydər
Əliyev tükənməz istedadını,zəngin təcrübəsini
azad,müstəqil bir dövlət qurmağa sərf edən,milyonlarla
insanın ümid çırağı və güvənc yeri olan belə ərlərdən idi.
Dünyada ən çətin yol
Azadlığın yoludur
Milləti millət edən
4. Millətin mərd oğludur!
Heydər Əliyev elə bir rəhbər idi ki,gecə ilə gündüzün
ağırlığını ayırmadan xalqın bütün dərd-sərini çiyinlərində
gəzdirməkdən yorulmaq bilməyən,hər bir
yenilikdən,xalqının hər bir uğurundan həzz alaraq yaradır
və yaratmaq eşqi ilə yaşayırdı.Onun gecə-gündüz
Azərbaycan xalqı üçün çalışdığı da poemada öz əksini
tapır.
Dahilərin dahisiydi əsrimizin qəhrəmanı
Yaratmaq,qurmaq olub bu insanın hər anı
Tarixin sevimlisi Heydər babanı tanı
Gül-çiçəyə döndərib hər tərəfi,hər yanı
Cənnətməkan edibdir doğma Azərbaycanı.
1969-cu ilin iyul ayında respublikamızda ictimai-siyasi
vəziyyətin xeyli mürəkkəbləşdiyi bir dövrdə rəhbərliyə
irəli çəkilən Heydər Əliyevin gərgin əməyi,müdrik və
uzaqgörən siyasəti sayəsində qısa bir zamanda
Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətindən
bütün sahələrdə sürətlə inkişaf edən,yüksələn
respublikaya çevrildi.Respublika,onun şəhərləri tikinti
meydanına döndü.Tarix boyu insan addımlarına həsrət
qalmış düzəngahlarda mikrorayonlar salındı,yeni kənd
təsərrüfatı və sənaye obyektləri,metro
5. stansiyaları,mədəniyyət evləri,məktəb və uşaq bağçaları
istifadəyə verildi.Təkcə Bakı şəhərində milli hərbi kadrlar
hazırlayan Cəmşid Naxçıvanski adına hərbi məktəbin
yaranması Heydər Əliyevi əsrin ən böyük adamı zirvəsinə
qaldırmaq üçün bəs edərdi.Halbuki,müdrik rəhbərimizin
belə hünər işləri yüzlərlə,minlərlədir.Onların hamısını
sadalasaq böyük bir siyahı alınar.
Azərbaycan tarixində hələ heç bir rəhbər onun qədər
tikinti-abadlıq işləri aparmayıb.
Gəldi keçdi ömürdən
Neçə gün,neçə gündüz
Durmadı,dayanmadı
Oxudu təbiəti,öyrəndi cəmiyyəti
Yatmadı gecə,gündüz
Odun içinə girdi
Baxmadı bir qıraqdan,
Keçdi çətindən-çətin
İmtahandan,sınaqdan
Əqidəsi yolunda
Dağ kimi məğrur,mətin,
Qaya kimi sal oldu
6. Dəyişdi hərb illəri
Arzuların səmtini
O memar olmalıydı
Əsl general oldu,
Elə bir general ki,
Sarsılmaz qətiyyəti
Danılmaz həqiqəti.
Daha sonralar keçmiş Sovetlər ölkəsində yüksək dövlət
vəzifələrində işləyərkən o,daim vətənini ,xalqını
düşünmüş,kömək və qayğısını öz xalqından
əsirgəməmişdir.Onun xidmətlərindən açılan söhbətlər
cild-cild kitablara sığmaz,onun dahiliyindən deyilən
qafiyələr milyon-milyon misralara sığmaz, bu xalqa sərf
etdiyi gücü, qüdrəti ən dərin çaylar,dənizlər ilə müqayisə
olunmaz.
Yaxınlara,uzaqlara xəbər oldu
“Türk oğlu türk” Kremldə rəhbər oldu!
Ekran,efir yer üzünə yaydı səsi,
Yeniləşdi ruhumuzun mənzərəsi.
Bu adi bir xəbər deyil,
Tarixi bir hadisəydi,
7. Bu xəbərə dostlarımız sevinsə də,
Düşmənlərin başına bir qapaz dəydi
“SSRİ-yer üzünün yarısına sahib olan bir ölkədi,
Azərbaycan-bu ölkədə bir bölgədi.
İndi gəlsin bu bölgənin bir adamı
Bu ölkəyə rəhbər olsun.
Onda gərək bizdən ötrü
Yediyimiz-içdiyimiz zəhər olsun”.
Bundan sonra şər və böhtanlar işə
düşür,düşmənlərimizlə yanaşı sapı özümüzdən olan
baltalar Heydər Əliyevin əleyhdarlarına çevrildilər və
onun Kremldən uzaqlaşdırılmasına çalışdılar.Şair bunu da
öz əsərində məharətlə işıqlandırmışdır.
Sirr sandıqda qalan deyil,
Bu söz dilə-dişə düşdü,
Şər-böhtanlar,iftiralar,
Fırıldaqlar işə düşdü.
“Ov”la,”yan”la sirdaş olan,
Özgələrə qardaş olan,
Canı-qanı mənim olan,
8. Ancaq mənə qənim olan,
Öz əliylə özümüzü
Kəsib –tökən baltalar da
Bir nəhəngi qoydu darda.
“Vəzifədən getməlidir!”-
Fikir aydın,qərar qəti,
Təzə xəbər deyil ki bu,
Saymaq ilə qurtararmı
Bu mərkəzin xəyanəti?
Bax beləcə ayaq açdı
Addım-addım üstümüzə
Qarabağın xəyanəti.
Boş sualın nə yeri var,
Niyə getdi,nəyə getdi?
Hər gedənlə can əridi,
Ürək getdi,bədən getdi!
O getməklə əlimizdən
Parça-parça Vətən getdi!
9. 1991-ci ildə artıq Heydər Əliyev doğma yurda—
Naxçıvana,öz elinə,obasına arxa,dayaq olmaq üçün
qayıdır. Doğma torpaq öz övladını sevinclə qarşılayır.Şair
poemada H.Əliyevin necə hərarətlə,böyük sevinclə
qarşılanmasını oxuculara belə çatdırır.
Nəslinə,millətinə şöhrət olan bir oğul,
Öz doğma beşiyinə böyük bir adla gəldi.
Yurduna,torpağına arxa –dayaq olmağa,
Tanrılara yaraşan bir istedadla gəldi.
Ağır zərbələr aldı ,qırılmadı inadı,
Zaman onu neçə yol sınaqlarda sınadı.
Dalbadal daş atdılar,qəlbi,ruhu qanadı.
Yenə də bükülmədi onun polad qanadı.
Gəmisi daşa dəydi ,parçalanıb sınmadı,
Öz müqəddəs ocağı xoş oldu,əziz oldu.
Əl açıb özgələrin oduna qızınmadı.
Xalqı onu qorudu bədxahların şərindən.
Vətənonu uzağa qoymadı gözlərindən.
Qırmızı imperiya onu gözdən salanda,
Xəyanət yolu tutub,alçaqlar alçalanda
10. Doğulduğu Naxçıvan öz doğma balasına
Qol açdı” gəl-gəl” dedi,-“Səni isitmək üçün
Ruhumu köz edərəm,qəlbimi məşəl”,-dedi.
Başı min bir bəlalar görmüş Azərbaycan XX əsrin
sonundabir daha sınağa çəkildi.
Suların boz-bulanıq selə döndüyü bir məqamda Ulu
Tanrının qüdrəti və xalqın iradəsi ilə Heydər Əliyev
siyasət meydanında yenidən parladı.1993-cü ildə xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə
vətəndaş müharibəsinin alovlarını söndürdü,qardaş qanı
axıdılmasına son qoydu.Ermənistan Azərbaycan
müharibəsini səngərdən diplomatiya cəbhəsinə
keçirməsi,atəşkəsə nail olunması məhz Heydər Əliyevin
böyük tarixi xidmətlərindəndir.
Azərbaycan xalqı öz ağır günündə onlara arxa-dayaq ola
biləcək insanın məhz Heydər Əliyev olduğunu Zəlimxan
Yaqub öz əsərində belə ifadə edir.
Bir tərəfdə Qarabağ kənd-kənd talanıb gedir
Bir tərəfdə Lənkəran oda qalanıb gedir.
Eşidəndə adamın ürəyi al-qan olur,
Gah “Ləzgistan”yaranır,gah “talış-muğan”olur.
Hər fəlakət dalıyca bir fəlakət doğulur.
11. Cavad xanın Gəncəsi od içində boğulur.
Hər eldə bir qoçu var,hər mahalda bir qoçu
Sanki dilotu yeyib danışanlar dilotu.
Sözü var,əməli yox,ayağı var,əli yox,
Aqillər nişandadır,ağıllılar hədəfdə.
İki adam əyləşib bir üzə gələ bilmir,
Hərəsi bir yandadır,hərəsi bir tərəfdə.
Həsrətini bir ev yox,oba çəkir ,el çəkir
Xilaskara göz dikib,xalqın gözü yol çəkir.
O gəlməsə batacaq dövlət adlı bir gəmi
Nə arxası qalacaq,nə dostu,nə həmdəmi.
Yaşasınmı bu millət,ölsünmü,ölməsinmi?
Millətin böyük oğlu,gəlsinmi,gəlməsinmi?
Yəhudilər iddia edirlər ki,onlar Allah tərəfindən seçilmiş
xalqdır,ona görə ki,bu xalq indiyə kimi dəfələrlə məhv
olmağa məruz qalıb,amma məhv
olmayıb.Məncə,Azərbaycan xalqı da Allah tərəfindən
seçilmişdir,əks halda, bu xalqın da bir neçə dəfə məhv
olmaq ehtimalı böyük idi,ancaq məhv olmadı.Allah-təala
müstəqilliyimizi qorumaq missiyasını Heydər Əliyevin
üzərinə qoydu.
12. Gəldi Bakıya min cür sifətlər gördü,
Tez-tez dəyişən imzalar,xətlər gördü,
Üst-üstə yığılan çəkilməz dərdlər gördü
Millətə dərd verən nə qədər namərd gördü.
Heydər Əliyev xalqımız üçün ləyaqət simvolu,gözəl
mənəviyyata,yüksək mədəniyyətə,intellektual səviyyəyə
malik bir tarixi şəxsiyyət olmuşdur.
Zaman ən ədalətli hakimdir-deyiblər.Zaman gələcək,onda
onun indikindən də çox böyüklüyünü ,əzmini,vüqarını, bu
xalqı nə dərəcədə sevdiyini ,məhəbbətini görəcək,hiss
edəcəyik.
Dahilər öz zamanında dərk olunmur.Onlar öz dövrlərində
layiqli qiymətini almır.Zaman, tarix ona öz qiymətini
verir.Deyirlər ki,əvəzedilməz insan yoxdur,ancaq mən
Zəlimxan Yaqubun əsərini oxuduqda Heydər Əliyev
dühasının əvəzedilməz olduğunu bir daha dərk etdim.
Oğullar doğular...Bu qoca dünya
Bir də əvəzini gətirməz onun.
Yazar yaddaşına,hafizəsinə,
Heç vaxt zəhmətini itirməz onun.
Qorquda bənzətdi “Dədə”deyənlər,
13. Kimi “ata”dedi,kimi “ər”dedi.
Ana-bala kimi qucaqlaşdılar,
Heydər “Xalq!”deyəndə
Xalq “Heydər!”dedi.
Xilaskarın gəlişiylə alov yatdı,qan dayandı,
Sanki bir az rahatlandı,nəfəs dərdi Azərbaycan.
O,ali bir mənsəb olmuşdur.Biz onu daima ucalıqda
saxlamalıyıq.Onun ideyaları bizim üçün yol göstərən
əbədi ulduz olmalıdır.Tarixin bizim üzərimizə qoyduğu ən
böyük vəzifə budur.
H.Əliyev bu gün bizim aramızda olmasa da ,onun
arzuları,əməlləri daim bizimlədir.Bu ona olan xalq
sevgisindən,el məhəbbətindən irəli gəlir.Ona olan xalq
sevgisi və məhəbbəti sonsuzdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın
xatirəsində əbədi olaraq yaşayacaq.
Nəsillər dil açıb verir səs-səsə
Budur xalq sevgisi,el məhəbbəti
Min ildə bir dəfə doğulan kəsə
Budur xalq sevgisi,xalq məhəbbəti.
Yadda milyonların biri qalacaq,
14. Ocağı qalacaq,piri qalacaq,
Ölməzlər həmişə diri qalacaq,
Budur xalq sevgisi,el məhəbbəti.
Məndə zərrə qədər şübhə yoxdur ki,şair qələmi,rəssam
fırçası,memar zövqü,heykəltəraş tişəsi,xalçaçı
ilməsi,bəstəkar bəstəsi,muğam sehri Heydər Əliyevin
bənzərsiz və rəngarəng,çoxşaxəli fəaliyyəti ilə bağlı hələ
çox işlər görəcək.
Mənim də gücüm qələmə,dəftərə çatdı və onlarla baş-
başa qalıb,agrımı-acımı vərəqlərə köçürdüm.