SlideShare a Scribd company logo
1 of 13
Hacıyeva Əsmər Sirac qızı
Müəllimə
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı
Mingəçevir şəhəri
TARİXƏ İŞIQ SALAN İNSAN
1
Açar sözlər: prof. A.Naxçıvanlının fikirləri, ümumi lider H.Əliyevin hakimiyyətə
ilk gəlişi, mərhum akademik Mahmud Kərimovun fikirləri, Milli Qurtuluş epopeyasın
başlanması, general-leytenant Ziya Yusifzadənin fikirləri, Heydər Əliyevin hakimiyyətə
ikinci dəfə gəlişi və iqtisadiyyat, neft və təsil sahəsin inkişafı, "Əsrin müqaviləsi",
“Dağlıq Qarabağ” problemi, Ulu öndərin davamçısı İlham Əlyevin hakimiyyətə gəlişi
ilə uğurlu fəaliyyəti.
Key words: prof. Agiya Nakhcıvanlı’s views, the first arrival to power of a general
leader Heydar Aliyev, late academician Mahmud Karimov’s views, beginning of the
National Liberation epoxy, Lieutenant General Zia Yusifzade’s views, Heydar Aliyev's
coming to power for the second time and the development of the economy, education
and oil, "Contract of the Century", "Nagorno-Karabakh" problem, Ilham Aliyev's
successful work with the arrival to the power of a successor to the great leader.
Ключевые слова: проф. A. Нахчыванлы просмотров, первый приход к власти
лидера общего Гейдара Алиева, покойный академик Махмуд Керимов считает,
Начало национального освобождения эпоксидной, Генерал-лейтенант Зия
Юсифзаде просмотров, Гейдара Алиева к власти во второй раз, и развитие
экономики, образования и нефти, "Контракт века", "Нагорный Карабах"
проблемы, Успешное Ильхама Алиева работе с приходом к власти преемник
великого лидера.
2
Summary
Azerbaijan people know their leader
well. Because even when he became the
leader of Azerbaijan for the first time from
1969-1982 everybody knew him as a real
stateman, great leader who loved his
country and people. Though this wise man
lived and worked in toletar rejime he could
found the future happiness of Azerbaijan
people. According to famous people and
scientists saying, Heydar Alirrza oglu
Aliyev lived and fought for the future
indenpendend country.
Current Prezident of Indenpendent
Azerbaijan Ilham Heydar oglu Aliyev with
great success implement his great ideas and
projects into life.
The name H.Aliyev was written to the
History as a “Saveour” leader.
“We love and proud of him always.
3
Əvvəlcə institutumuzun rektoru olan Milli Məclisin
deputatı, siyasi elmlər doktoru, prof. Aqiyyə xanım
Naxçıvanlının tarixə işıq salan insan haqqında dediyi
ibrətamiz sözlərdən başlamaq istəyirəm:
“Zəmanəmizin bənzərsiz siyasi xadimi, mahir dövlət
qurucusu, fitli istedadlı, hərtərəfli dünyagörüşü ilə hamını
heyran edən, milli təəssübkeşliyi, Vətənə, torpağa, insana
sonsuz məhəbbəti ilə seçilən böyük muasirimiz, unudulmaz
Heydər Əliyev haqqında təsvir etmək nə qədər də çətin və
yüksək məsuliyyət tələb edən işdir. Ulu öndərin millətə, xalqa
misilsiz xidməti, onun yenilməz hünəri, əzmi, dəyanəti,
dönməzliyi, sarsılmaz iradəsi, mübarizəsi, dövlət quruculuğu
siyasəti barədə nə qədər kitablar, tədqiqat əsərləri yazılsa da,
hələ də yetərincə deyil, məncə...”
4
Azərbaycan öz liderini yaxşı tanıyırdı. Çünki,
Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi (1969-1982) dövrdə özünü əsl dövlət adamı, ictimai
xadim kimi gördüyü işlərlə təsdiq edə bilmişdi. Bu müdrik
insan totalitar bir rejimin məngənəsində yaşamasına
baxmayaraq əməlləri ilə Azərbaycan xalqının gələcək
xoşbəxtliyi üçün təməl qoymuşdu. Belə ki o, 1969-cu ildə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildikdən sonra ilk işi olaraq 1970-ci ildə
“Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək
tədbirləri haqqında “Sov.İKP MK və SSRİ Nazirlər Soveti
tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul
elətdirmək həmin zaman üçün təbii ki, çox nadir hadisə
hesab edilirdi. Böyük dövlət adamı, ulu öndər Sovet
imperiyasının dünyaya meydan oxuduğu, cəmiyyəti
məngənəyə saldığı bir dövrdə Azərbaycan xalqının gələcək
xöşbəxtliyi naminə axına qarşı getdi. 1918-ci ildə ölkəmizin
birinci dəfə əldə etdiyi ilk müstəqillik dövrünün milli
ideologiyasının təfəkkürünü, milli dövlətçiliyin əsasın
yatatmaq barədə düşünməklə özünün fiziki məhvini belə
göz altına almalı oldu.5
Bu gün hər bir azərbaycanlı böyük məhəbbət hissi ilə
deyə bilər ki, ulu öndər həyatının xoşbəxt anlarını işıqlı
gələcəyinə həsr etməkdən qürur duyduğundan “Xalq mənə
ümid bəsləyir, məndə bu ümidi doğrultmaq üçün ömrümün
qalan hissəsində xalqıma bağışlayıram və həyatımı xalqıma
qurban etməyə hazıram” – deyirdi. Bunu hər kəs yaxşı bilir ki,
Azərbaycan bir dövlət kimi müstəqilliyini əldə etdikdən sonra
da dağılmaq təhlükəsi ilə üzləşməli oldu. Xarici dövlətlərin
kəşfiyyat idarələri, daxildəki hərc-mərclikdən istifadə etməyə
başladı. Bir tərəfdən Azərbaycanda suni şəkildə etnik-milli
qarşıdurma yaratmaq istəyən şimalda “Sadval” hərəkatının,
cənubda isə qeyri-qanuni “Talış-Muğan Respublikası” elan
etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı
hərəkatı və başqa bu kimi qanunsuz əməlləri böyük
uzaqgörənliklə təhlil edib müdrik bir şəkildə qərar gələ bilən
ulu öndər təkcə milləti və respublikamızı ölüm-dirim
mübarizəsindən qurtarmadı, həm də ulu öndərimiz xalqımızın
böyük əksərriyətinin təkidi, tələbi ilə hakimiyyətə ikinci dəfə
gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə
qaytara bildi. Ulu öndər ölkədə baş verən ictimai-siyasi
hadisələri dərindən təhlil edərək millətin və dövlətin tarixi
taleyini və xilas yolunu özünə qaytardı.
6
Elə yuxarıda dediyim cümlələrə əsasən Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti mərhum Mahmud Kərimovun ulu
öndərimiz haqqında fəxr hissi ilə qeyd edərək dediyi sitatlardan
birini nəzərinizə çatdırmaq istəyirəm:
“Beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın
strateji mənafeyini baxımından onun daxili və xarici siyasətinin
ümumiləşmiş konsepsiyasını müəyyə edən, dövlətin inkişaf xəttini
xalqa bəyan edən və xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət,
başqa sözlə dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi
əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat və komandan
yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir.
Yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, intellektuallıq, milli-
mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv
təsir, qətiyyətlilik və bu qəbirdən olan digər keyfiyyətlər həm də
liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas
cəhətlər kimi çıxış edir. 1993-cü ildə ümummilli lider Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi
Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin başlanğıcı idi. Uğurlu
fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq
siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim
böyük hörmət və ehtiramla anılır”.
7
Beləliklə Azərbaycan həyatında Milli Qurtuluş epopeyası başladı.
Heydər Əliyev özünün nadir istedadına parlaq dövlətçilik təfəkkürünə və
mükəmməl milli dirçəliş konsepsiyasına əsaslanaraq ölkəni iqtisadi, siyasi
böhranın cəngindən xilas edə bildi. Bu günün və çiçəklənən gələcəyin etibarlı
özülünü qoydu. İndi böyük inamla demək olar ki, taleyinə min bir məhrumiyyət
və əziyyıt yazılmış Azərbaycan xalqı gələcəyin işıqlı günlərini yaşamaqdadır. Bu
anda Milli Təhlükəzlilik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi,
general-leytenant Ziya Yusifzadənin fəxrlə dediyi fikirlərdən biri yadıma düşdü:
“Qədim və kəşməkəşli tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz
müstəqilliyini və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərinə,
əlverişli geosiyasi mövqeyinə görə vətənimiz daim güclü dövlətlərin təzyiqlərinə
məruz qalıb. Bununla belə, xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən
qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri
göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri
Azərbaycan dövlətçilik tarixinin bütöv bir səlnaməsini yaradıblar. Bu
şəxsiyyətlərin şanlı ömür və fəaliyyət yolu xalqımızın vətənpərvərlik hisslərini
gücləndirib, müstəqillik və dövlətçilik təcrübəsini zənginləşdirib, həyatımızın ən
vacib, ən ümdə, məqsədinə çevirib. Onların yaratdığı dövlətçilik ənənələri
yüzilliklər boyu, o cümlədən XX əsr ərzində uğurla davam və inkişaf etdirilib.
Ötən əsrin II yarısında bu müqəddəs missiyanı ümummilli liderimiz Heydər
Əliyev həyata keçirib”.
8
1991-ci il müstəqilliyi də artıq siyası varısı elan
olunduğu 1918-ci il müstəqilliyinin taleyini yaşayırdı.
Xalq hər an başı üzərini ala biləcək təhlükəni görürdü.
"El gücü sel gücü" deyib atalar. Bəli, xalq artıq siyasi
oyunlardan cana gəldi. Xalq öz xilaskarından Bakıya
gəlməyi tələb etdi.
Nəhayət xalqın tələbi və xahişi ilə Heydər Əliyev
Bakıya gəldi. Xalqın çətin durumu Heydər Əliyevi
sarsıtmadı. Çünki xalqına inam və xalqın ona inamı
Heydər Əliyevə sanki əlavə güc vermişdi. Xalq
xilaskarından çox şey istəyirdi. Bu istəklə də Heydər
Əliyevə boyük səs faizi ilə səs verib 1993-cü ildə özlərinə
rəhbər seçdilər. "mən ömrümün qalan hissəsini də
xalqıma bağışlayıram" deyən dahi insan yorulmaq
bilmədən müstəqillik yolunda xalqına güvənərək inamla
yüksəklərə qalxırdı. Heydər Əliyev həyatının ən gözəl
anlarını həsr edərək yaratdığı infrastruktur tamamilə
dağılmışdır. Heydər Əliyev hər şeyi sıfırdan başlayaraq
müasir Azərbaycan Respublikası üçün mükəmməl bir
bünövrə qurdu. "Müstəqilliyimiz daimidir, əbədidir və
dönməzdir" şüarını bu gün biz böyük bir qürur hissi ilə
özümüzə deviz seçmişik.
9
Ulu öndər xalqının inkişafı naminə uzun zaman beynində
formalaşdırdığı milli ideoloji xətti artıq müstəqil Azərbaycan
Respublikasının inkişaf prioritetinə çevirdi. Ermənilərin hərbi
təcavüzünün qarşısını almaq üçün 12 may 1994-cü ildə Bişkek
protokoluna əsasən atəşkəs elan olundu. Heydər Əliyev
müharibənin iqtisadi və sosial inkişafa ən böyük zərbə və
təhlükə olduğunu həmişə bəyanlayırdı.
Dahi şəxsiyyət "İqtisadiyyatı güclü olan dövlət hər şeyə
qadirdir" deyərək ilk öncə iqtisadiyyatın dirçəldilməsinin
vacibliyini bildirdi. Heydər Əliyevin şəxsi nüfuzu və apardığı
uğurlu siyasətin nəticəsi olaraq, hətta böyük güc sahibi olan
dövlətlərin də reallaşacağına inanmadığı bir layihənin həyata
keçirilməsi uğurla sonuclandı. Bu layihə 20 sentyabr 1994-cü
ildə Azərbaycan tarixinə "Əsrin müqaviləsi" adı ilə daxil oldu.
Uğurlu neft strategiyası Azərbaycanı bölgənin lider dövlətinə
çevirdi.
10
Azərbaycan dünyada emənilərin xeyrinə olan informasiya
buxovunu məhz Heydər Əliyevin sayəsində qıra bildi. O, dünyada
Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut edirdi.
Azərbaycanda bütün sahələrdə köklü və əsaslı islahatlar aparıldı.
Qısa zamanda Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayələrin
həcmi milyard dollarlarla ölçülürdü.
Azərbaycan xalqı qarşısında sonsuz xidmətlər göstərən dahi
öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə ömrünün 80-ci
qışında əbədiyyata qovuşaraq ömrünü həsr etdiyi xalqının
ürəyində möhtəşəm və ucalıqda müqayisəsi olmayan canlı abidə
yapdı.
Heydər Əliyev ömrünün sonuna kimi xalqına sadiq qaldı.
İstəmirdi ki, ondan sonra hansısa dağıdıcı qüvvə damla-damla
qurmuş olduğu bu dövlətin təməllərini sarsıtsın. Ona görə də o,
özünün siyasi varisi kimi İlham Heydər oğlu Əliyevi hazırlamışdı.
"İlham Əliyevə mən özüm qədər inanıram" deməklə xalqa İlham
Əliyevin hansı keyfiyyətlərə malik olduğuna zəmanət vermiş oldu.
11
Xalq ulu öndərin siyasi davamçısının ətrafında yumruq kimi
birləşərək, İlham Əliyevi iki dəfə Azərbaycan Respublikasının
prezidenti seçdi. İlham Əliyevin düşünüldüyündən də artıq siyasi
manerasının, diplomatik gedişlərinin şahidi olduq. Heydər Əliyev
siyasətinin layiqli davamçısı qısa zamanda dünyada nüfuz sahibi
oldu.
Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün region və
dünya dövlətlərinin başçıları Azərbaycan Respublikasının siyasi
iradəsi qarşısında hesablaşmaq məcburiyyətindədirlər. Heç bir
regional layihə Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına
zidd olaraq reallaşa bilməz.
Heydər Əliyev siyasəti mütərəqqi, zamanla ayaqlaşan və çox
vaxt zamanını qabaqlayan, xalqa və Vətənə müqəddəs xidmət
prinsipləri üzərində qurulmuş, dünyada və ölkədə sülhü təbliğ
edən bir siyasətdir.
12
Son…..
13

More Related Content

Similar to Esmer muellime

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...AzerbaijanJournalofE1
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyatiNubar Alieva
 
HeyderEliyevSunum
HeyderEliyevSunumHeyderEliyevSunum
HeyderEliyevSunumkerimovs
 

Similar to Esmer muellime (7)

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR / AN OVERVIEW OF HEYDAR AL...
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyati
 
HeyderEliyevSunum
HeyderEliyevSunumHeyderEliyevSunum
HeyderEliyevSunum
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 

Esmer muellime

  • 1. Hacıyeva Əsmər Sirac qızı Müəllimə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı Mingəçevir şəhəri TARİXƏ İŞIQ SALAN İNSAN 1
  • 2. Açar sözlər: prof. A.Naxçıvanlının fikirləri, ümumi lider H.Əliyevin hakimiyyətə ilk gəlişi, mərhum akademik Mahmud Kərimovun fikirləri, Milli Qurtuluş epopeyasın başlanması, general-leytenant Ziya Yusifzadənin fikirləri, Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi və iqtisadiyyat, neft və təsil sahəsin inkişafı, "Əsrin müqaviləsi", “Dağlıq Qarabağ” problemi, Ulu öndərin davamçısı İlham Əlyevin hakimiyyətə gəlişi ilə uğurlu fəaliyyəti. Key words: prof. Agiya Nakhcıvanlı’s views, the first arrival to power of a general leader Heydar Aliyev, late academician Mahmud Karimov’s views, beginning of the National Liberation epoxy, Lieutenant General Zia Yusifzade’s views, Heydar Aliyev's coming to power for the second time and the development of the economy, education and oil, "Contract of the Century", "Nagorno-Karabakh" problem, Ilham Aliyev's successful work with the arrival to the power of a successor to the great leader. Ключевые слова: проф. A. Нахчыванлы просмотров, первый приход к власти лидера общего Гейдара Алиева, покойный академик Махмуд Керимов считает, Начало национального освобождения эпоксидной, Генерал-лейтенант Зия Юсифзаде просмотров, Гейдара Алиева к власти во второй раз, и развитие экономики, образования и нефти, "Контракт века", "Нагорный Карабах" проблемы, Успешное Ильхама Алиева работе с приходом к власти преемник великого лидера. 2
  • 3. Summary Azerbaijan people know their leader well. Because even when he became the leader of Azerbaijan for the first time from 1969-1982 everybody knew him as a real stateman, great leader who loved his country and people. Though this wise man lived and worked in toletar rejime he could found the future happiness of Azerbaijan people. According to famous people and scientists saying, Heydar Alirrza oglu Aliyev lived and fought for the future indenpendend country. Current Prezident of Indenpendent Azerbaijan Ilham Heydar oglu Aliyev with great success implement his great ideas and projects into life. The name H.Aliyev was written to the History as a “Saveour” leader. “We love and proud of him always. 3
  • 4. Əvvəlcə institutumuzun rektoru olan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, prof. Aqiyyə xanım Naxçıvanlının tarixə işıq salan insan haqqında dediyi ibrətamiz sözlərdən başlamaq istəyirəm: “Zəmanəmizin bənzərsiz siyasi xadimi, mahir dövlət qurucusu, fitli istedadlı, hərtərəfli dünyagörüşü ilə hamını heyran edən, milli təəssübkeşliyi, Vətənə, torpağa, insana sonsuz məhəbbəti ilə seçilən böyük muasirimiz, unudulmaz Heydər Əliyev haqqında təsvir etmək nə qədər də çətin və yüksək məsuliyyət tələb edən işdir. Ulu öndərin millətə, xalqa misilsiz xidməti, onun yenilməz hünəri, əzmi, dəyanəti, dönməzliyi, sarsılmaz iradəsi, mübarizəsi, dövlət quruculuğu siyasəti barədə nə qədər kitablar, tədqiqat əsərləri yazılsa da, hələ də yetərincə deyil, məncə...” 4
  • 5. Azərbaycan öz liderini yaxşı tanıyırdı. Çünki, Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi (1969-1982) dövrdə özünü əsl dövlət adamı, ictimai xadim kimi gördüyü işlərlə təsdiq edə bilmişdi. Bu müdrik insan totalitar bir rejimin məngənəsində yaşamasına baxmayaraq əməlləri ilə Azərbaycan xalqının gələcək xoşbəxtliyi üçün təməl qoymuşdu. Belə ki o, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra ilk işi olaraq 1970-ci ildə “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında “Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul elətdirmək həmin zaman üçün təbii ki, çox nadir hadisə hesab edilirdi. Böyük dövlət adamı, ulu öndər Sovet imperiyasının dünyaya meydan oxuduğu, cəmiyyəti məngənəyə saldığı bir dövrdə Azərbaycan xalqının gələcək xöşbəxtliyi naminə axına qarşı getdi. 1918-ci ildə ölkəmizin birinci dəfə əldə etdiyi ilk müstəqillik dövrünün milli ideologiyasının təfəkkürünü, milli dövlətçiliyin əsasın yatatmaq barədə düşünməklə özünün fiziki məhvini belə göz altına almalı oldu.5
  • 6. Bu gün hər bir azərbaycanlı böyük məhəbbət hissi ilə deyə bilər ki, ulu öndər həyatının xoşbəxt anlarını işıqlı gələcəyinə həsr etməkdən qürur duyduğundan “Xalq mənə ümid bəsləyir, məndə bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsində xalqıma bağışlayıram və həyatımı xalqıma qurban etməyə hazıram” – deyirdi. Bunu hər kəs yaxşı bilir ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini əldə etdikdən sonra da dağılmaq təhlükəsi ilə üzləşməli oldu. Xarici dövlətlərin kəşfiyyat idarələri, daxildəki hərc-mərclikdən istifadə etməyə başladı. Bir tərəfdən Azərbaycanda suni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda “Sadval” hərəkatının, cənubda isə qeyri-qanuni “Talış-Muğan Respublikası” elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı hərəkatı və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik bir şəkildə qərar gələ bilən ulu öndər təkcə milləti və respublikamızı ölüm-dirim mübarizəsindən qurtarmadı, həm də ulu öndərimiz xalqımızın böyük əksərriyətinin təkidi, tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi. Ulu öndər ölkədə baş verən ictimai-siyasi hadisələri dərindən təhlil edərək millətin və dövlətin tarixi taleyini və xilas yolunu özünə qaytardı. 6
  • 7. Elə yuxarıda dediyim cümlələrə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti mərhum Mahmud Kərimovun ulu öndərimiz haqqında fəxr hissi ilə qeyd edərək dediyi sitatlardan birini nəzərinizə çatdırmaq istəyirəm: “Beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji mənafeyini baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyə edən, dövlətin inkişaf xəttini xalqa bəyan edən və xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət, başqa sözlə dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat və komandan yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir. Yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, intellektuallıq, milli- mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik və bu qəbirdən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin başlanğıcı idi. Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır”. 7
  • 8. Beləliklə Azərbaycan həyatında Milli Qurtuluş epopeyası başladı. Heydər Əliyev özünün nadir istedadına parlaq dövlətçilik təfəkkürünə və mükəmməl milli dirçəliş konsepsiyasına əsaslanaraq ölkəni iqtisadi, siyasi böhranın cəngindən xilas edə bildi. Bu günün və çiçəklənən gələcəyin etibarlı özülünü qoydu. İndi böyük inamla demək olar ki, taleyinə min bir məhrumiyyət və əziyyıt yazılmış Azərbaycan xalqı gələcəyin işıqlı günlərini yaşamaqdadır. Bu anda Milli Təhlükəzlilik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadənin fəxrlə dediyi fikirlərdən biri yadıma düşdü: “Qədim və kəşməkəşli tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz müstəqilliyini və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərinə, əlverişli geosiyasi mövqeyinə görə vətənimiz daim güclü dövlətlərin təzyiqlərinə məruz qalıb. Bununla belə, xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri Azərbaycan dövlətçilik tarixinin bütöv bir səlnaməsini yaradıblar. Bu şəxsiyyətlərin şanlı ömür və fəaliyyət yolu xalqımızın vətənpərvərlik hisslərini gücləndirib, müstəqillik və dövlətçilik təcrübəsini zənginləşdirib, həyatımızın ən vacib, ən ümdə, məqsədinə çevirib. Onların yaratdığı dövlətçilik ənənələri yüzilliklər boyu, o cümlədən XX əsr ərzində uğurla davam və inkişaf etdirilib. Ötən əsrin II yarısında bu müqəddəs missiyanı ümummilli liderimiz Heydər Əliyev həyata keçirib”. 8
  • 9. 1991-ci il müstəqilliyi də artıq siyası varısı elan olunduğu 1918-ci il müstəqilliyinin taleyini yaşayırdı. Xalq hər an başı üzərini ala biləcək təhlükəni görürdü. "El gücü sel gücü" deyib atalar. Bəli, xalq artıq siyasi oyunlardan cana gəldi. Xalq öz xilaskarından Bakıya gəlməyi tələb etdi. Nəhayət xalqın tələbi və xahişi ilə Heydər Əliyev Bakıya gəldi. Xalqın çətin durumu Heydər Əliyevi sarsıtmadı. Çünki xalqına inam və xalqın ona inamı Heydər Əliyevə sanki əlavə güc vermişdi. Xalq xilaskarından çox şey istəyirdi. Bu istəklə də Heydər Əliyevə boyük səs faizi ilə səs verib 1993-cü ildə özlərinə rəhbər seçdilər. "mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən dahi insan yorulmaq bilmədən müstəqillik yolunda xalqına güvənərək inamla yüksəklərə qalxırdı. Heydər Əliyev həyatının ən gözəl anlarını həsr edərək yaratdığı infrastruktur tamamilə dağılmışdır. Heydər Əliyev hər şeyi sıfırdan başlayaraq müasir Azərbaycan Respublikası üçün mükəmməl bir bünövrə qurdu. "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir" şüarını bu gün biz böyük bir qürur hissi ilə özümüzə deviz seçmişik. 9
  • 10. Ulu öndər xalqının inkişafı naminə uzun zaman beynində formalaşdırdığı milli ideoloji xətti artıq müstəqil Azərbaycan Respublikasının inkişaf prioritetinə çevirdi. Ermənilərin hərbi təcavüzünün qarşısını almaq üçün 12 may 1994-cü ildə Bişkek protokoluna əsasən atəşkəs elan olundu. Heydər Əliyev müharibənin iqtisadi və sosial inkişafa ən böyük zərbə və təhlükə olduğunu həmişə bəyanlayırdı. Dahi şəxsiyyət "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyərək ilk öncə iqtisadiyyatın dirçəldilməsinin vacibliyini bildirdi. Heydər Əliyevin şəxsi nüfuzu və apardığı uğurlu siyasətin nəticəsi olaraq, hətta böyük güc sahibi olan dövlətlərin də reallaşacağına inanmadığı bir layihənin həyata keçirilməsi uğurla sonuclandı. Bu layihə 20 sentyabr 1994-cü ildə Azərbaycan tarixinə "Əsrin müqaviləsi" adı ilə daxil oldu. Uğurlu neft strategiyası Azərbaycanı bölgənin lider dövlətinə çevirdi. 10
  • 11. Azərbaycan dünyada emənilərin xeyrinə olan informasiya buxovunu məhz Heydər Əliyevin sayəsində qıra bildi. O, dünyada Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut edirdi. Azərbaycanda bütün sahələrdə köklü və əsaslı islahatlar aparıldı. Qısa zamanda Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi milyard dollarlarla ölçülürdü. Azərbaycan xalqı qarşısında sonsuz xidmətlər göstərən dahi öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə ömrünün 80-ci qışında əbədiyyata qovuşaraq ömrünü həsr etdiyi xalqının ürəyində möhtəşəm və ucalıqda müqayisəsi olmayan canlı abidə yapdı. Heydər Əliyev ömrünün sonuna kimi xalqına sadiq qaldı. İstəmirdi ki, ondan sonra hansısa dağıdıcı qüvvə damla-damla qurmuş olduğu bu dövlətin təməllərini sarsıtsın. Ona görə də o, özünün siyasi varisi kimi İlham Heydər oğlu Əliyevi hazırlamışdı. "İlham Əliyevə mən özüm qədər inanıram" deməklə xalqa İlham Əliyevin hansı keyfiyyətlərə malik olduğuna zəmanət vermiş oldu. 11
  • 12. Xalq ulu öndərin siyasi davamçısının ətrafında yumruq kimi birləşərək, İlham Əliyevi iki dəfə Azərbaycan Respublikasının prezidenti seçdi. İlham Əliyevin düşünüldüyündən də artıq siyasi manerasının, diplomatik gedişlərinin şahidi olduq. Heydər Əliyev siyasətinin layiqli davamçısı qısa zamanda dünyada nüfuz sahibi oldu. Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün region və dünya dövlətlərinin başçıları Azərbaycan Respublikasının siyasi iradəsi qarşısında hesablaşmaq məcburiyyətindədirlər. Heç bir regional layihə Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına zidd olaraq reallaşa bilməz. Heydər Əliyev siyasəti mütərəqqi, zamanla ayaqlaşan və çox vaxt zamanını qabaqlayan, xalqa və Vətənə müqəddəs xidmət prinsipləri üzərində qurulmuş, dünyada və ölkədə sülhü təbliğ edən bir siyasətdir. 12