Azərbaycanın qədim
tarixə maliktikililərindən
biri Bakı şəhərindəki QIZ
QALASI-dır. XII əsrə aid
olan bu qala Memar
Davud Məsud tərəfindən
tikilmişdir. Hündürlüyü
28 m olan bu qalanın
yarısından aşağı divarın
qalınlığı 5 m, yuxarı
hissəsini qalınlığı isə 4
m-dir.
2.
XV əsrdə Şirvanşahİbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının
mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq
abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd
məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi
türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-
qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.
2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya
mədəni irsi siyahısına daxil edilmişdir.
3.
Qala divarları iləəhatə olunduğuna görə xalq arasında Qala da
adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli
mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-
memarlıq kompleksidir.