2. Ağa Məhəmməd xan Qacarın yürüşü
ərəfəsində xanlıqlar arasında
çəkişmələr artmış,ziddiyətlər
kəskinləşmişdi.
Bu dövrdə Azərbaycanın şimalında
Qarabağ xanlığı hərbi siyasi
baxımdan ən güclü xanlığa
çevrilmişdi.
Xanlıqlar qonşu dövlətlərlə
(Osmanlı,Rusiya,Gürcüstan)
diplomatik əlaqələr yaratmağa
çalışırdılar.
3. Rusiya ilə münasibətlər daha mühüm əhəmiyyətə
malik idi.Georgiyevski müqaviləsinə oxşar
müqavilə bağlamaqla təhlükəsizliyə nail olmağa
çalışırdılar.
Qacar Osmanlı sarayına elçi göndərərək əlaqələr
yaratmağa cəhd göstərirdi.Osmanlı dövləti isə
Qacarı Gürcüstanı işğal edəcəyi təqdirdə,onu
İran şahı kimi tanıyacağını bildirirdi.
4.
5.
6.
7. İbrahimxəlil xan Qacarın yürüşünə mane olmaq
üçün Xudafərin körpüsünü dağıtmağı əmr etdi.
8. 1795-ci ilin iyununda Şuşa mühasirəyə
alındı.Top atəşlərinə,baxmayaraq,
İbrahimxəlil xanın dəstəsi düşmənə ağır
zərbələr endirdi. Qacar Şuşanın 33
günlük mühasirəsindən əl çəkib,Tiflisə
irəliləməyi əmr etdi.
9. Qacar Tiflisə hücum etməzdən əvvəl II
İrakliyə ultimatum göndərərək tabe olmağı
bildirmişdir.Rədd cavabı aldıqda isə,Qacar
Şuşadan Ağdama gəldi.Gəncəli Cavad xan
və Məlik Məcnun da ona
qoşuldu.Müttəfiqlər avqustun 20-sində
Ağdamdan Tiflisə doğru irəlilədi.
10. Qacar 1795-ci ildə sentyabrın 12-də Tiflisə
daxil oldu.Amma,burada çox qala bilmədi.
Qacarın Tiflisi tərk
etməsinin səbəbləri
Ordunun ərzaqla
təminatındakı
çətinliklər
Şimali Qafqazdan
rus qoşununun
hücum təhlükəsi
Nadirin nəvəsi
Şahrux Mirzənin
Xorasanda qiyam
qaldırması
11. 1795-ci ilin noyabrında Qacar Muğana
gəldi.Azərbaycan xanlıqları arasında olan
düşmənçilikdən istifadə edərək,onları tabe etməyə
çalışdı.Süleyman xanın rəhbərliyi altında Şuşaya
yenə qoşun göndərdi. Şəkili Məhəmmədhəsən
xanla birləşərək,sərkərdəsi Mustafa xan Dəvəli
ilə birləşərək Şamaxıya qoşun göndərdi.
12. Mustafa xan Fit dağına çəkildi.1796-
cı ilin fevralına qədər orada
qaldı.Bu vaxtı Şəkili
Məhəmmədhəsən xanın qardaşı
Səlim xan çevriliş edərək
hakimiyyətə gəldi. Qacarın
sərkərdəsi Mustafa xan Dəvəli
isə,yerli əhali tərəfindən öldürüldü.
Beləliklə,Ağa Məhəmməd xan
xanlıqları özünə tabe edə
bilmədi.Azərbaycanın Şimal
torpaqlarını tərk etdi.