SlideShare a Scribd company logo
1 of 2
Qədim dövrlərdə kartoqrafiya.
Dünyanın kürə şəklində olmasına dair ilk təsəvvürlərin İyonyalı filosof və
astronomlara aid olduğu görünür. Üzən bir dairə yerinə dünyanın kürə şəklində olduğu
haqqında ilk fikri Sisamlı Pitaqorasın ortaya atdığı ümumilikdə qəbul olunmaqdadır. Bəzi
mənbələrə görə bu fikir, elmi ölçmə və astronomik müşahidələrin deyil, tamamilə filosofik
bir düşüncənin məhsulu idi. Belə ki, Pitaqoras dünyanı yaradan Allahın cisimlərin geometrik
şəkilləri arasında ən mükəmməli olan kürəni seçim etdiyini və dünyanı kürə formasında
yaratmış olduğunu düşünmüşdür. Digər fikirlərə görə elm tarixinin bu ən böyük filosofu, bu
fikrə, göy cisimlərinə aid müşahidələrin sonunda gəlmişdir. Hər nə olursa olsun, o dövrdə
hakim inanclara rəğmən Pitaqoras fəlsəfəsi tərəfdarları dünyanın kürə şəklində olduğunu,
hətta daha irəli gedərək, dünyanında Yupiter və digərləri kimi bir gəzəyən olduğunu qəbul
etmişdilər. Daha sonra (m.ö –350- ci illərdə) Aristotel dünyanın kürə şəklində olduğuna dair
ilk dəlilləri təsdiq etmişdi: Bunların bacarıqları, müəyyən qədər ay tutulmaları əsnasında
dünyanın ay üzərinə düşən kölgəsinin qövsi olaraq müşahidə edilməsi və müəyyən
ulduzların Misir və Kiprin üfüqi üzərində göründükləri halda daha şimalda görünməməsi
buna ən vacib sübut olan ölkələrin üfüqündə doğub-batan müəyyən ulduzların, daha
şimaldakı ulduzların heç batmaması idi. Bu müşahidələr, dünyanın kürə şəklində olduğunu,
görüntü məsafələrinin bir yerdən başqa yerə, qısa məsafələrdə daha dəyişdirildiyini,
uzandığını sübut edirdi. Hərçənd ulduzlara aid müşahidələr kartoqrafiyanın inkişafında çox
faydalı olan xüsusiyyətlərdən biridir. Eyni dövrlərdə kürə oxunun əyriliyi doğru olaraq
ölçülmüş və Yunan filosofları dünyanın kürə şəklində olduğu fikrində dayanaraq, yer üzünü
istilik əsaslarına görə beş qurşağa ayırmışdılar. Beləcə Ekvator, qütblər və tropiklər anlamı
ortaya çıxmışdı. Qədim rəvayətlərə görə sadəcə iki qurşaqda insan yaşayırdı. Çox soyuq
və çox isti qurşaqlarda isə insanların yaşaması mümkün deyildi və yaşayış yoxdur. Bu
fikirlər, riyazi iqlim qurşaqlarının daha o dövrdə (m.ö. 460-cı il) qəbul edildiyini sübut edir.
Coğrafi biliklər qədim Yunan dənizçiləri tərəfindən genişləndirilmişdi. Bu arada
(Massilialı) Piteas Britaniyaya gedən ilk yunanlı oldu. Orada altı günlük məsafədə və daha
şimalda hava, su və qaranın bir-birinə qarışdığı bir dövlətin mövcudluğunu öyrəndi.
Buzlaqların görunduyu bu qara dövlət Norveç idi. Piteas buna “Thule” adını verdi. Beləcə
“Thule Adası” on beş əsr boyunca xəritələrdə İskandinaviyanın yerində göstərilmiş oldu.
Aristotelin tələbələrindən Messenalı Dikaiarkos (m.ö. 350 - 290) ehtimalla ilk dəfə bir
dərəcəlik meridian qovsünü ölçmə təşəbbüsündə olduğu, Cəbəllütürikdən Şərq okenına
qədər meridian cizgiləri sıraladığı bir xəritə meydana gətirdiyi, bu xəritədə Toros
dağlarından Himalaya qədər bir dağ silsiləsi çəkərək bunu “Diaphraqma” (pərdə- bölmə)
şəklində adlandırıldığı bilinir. Riyazi əsaslara əsasən çəkilən bu xəritə yox olmuşdu və bizim
dövrümüzə qədər gəlib çatmamışdı.
Eratosfen. Kartoqrafiyanın ən mühüm məsələlərindən biri olan “Yer kürəsinin
yaranmasına aid dəyərlərin təsbiti” ilə bağlı ölçmə Kreneli Eratosfen (m.ö. 276-196)
tərəfindən yaradılmışdı. Bu ərəfədə Yunanlı filosof tərəfindən, o dövrün ticarət və
mədəniyyət mərkəzlərindən olan İsgəndəriyyədə kitabxana müdirliyi yaradıldı. Eratosfen
elmi və fəlsəfi əsərlər yazmış və ilk ərazi ölçməsi ilə kartoqrafiya elminə böyük töhfələr
vermişdi.
Qədim Romada kartoqrafiya. Batlamyus ilə ən yüksək səviyyəsinə çatmış olan qədim
dövrlərin kartoqrafiyası son dövrlərdə xüsusi diqqət və qayğı nəticəsində yüksəlməyə
başlamışdı. Qədim Romalıların yaratdıqları koordinat sistemləri, astronomik ölçmələr və
proyeksiyalar baxımından riyazi coğrafiyaya laqeyd idilər. Bu incəliklər, çəkdikləri xəritələr
sanki yerin təsvirlərini xatırladırdı. Onlar üçün xəritələrin əksəri praktik bir fikrə qulluq edirdi.
Halbuki Yunanlar o dövr üçün vacib sayılan proyeksiyaları yaratmışdılar. Buna rəğmən
romalılar qədim iyonyalı coğrafiyaçıların düşüncə sisteminə dönüş olaraq “çevrə” şəklində
xəritələr meydana gətirdilər.Çevrəsində meridianların yer aldığı kürəşəkilli dünya xəritələrin
böyük hissəsi Roma imperatorluğuna aid olan ölkələrin təsvirləri idi. Strabon və Pomponius
Mela (b.e.40) ilinə qədər qədim dövrün coğrafiyaçılarının mükəmməl təsvirlərinə istinadən
rekonstruksiyaları olunan və orijinallığı bilinməyən bu xəritələrdə üç qitə yer almaqdaydı. Bu
qitələrin təsviri belə sıralanırdı. Afrika sağda, Asiya yuxarıda və Avropa solda yer almışdı.
Beləcə orta dövrlərdə kartoqrafiyanın qaranlıq dövründə də görəcəyimiz xəritələr, Şərq
istiqaməti yuxarı doğru yönəlmişdi. Bu xətitədə İtalya geniş göstərilmişdi. Bu təsvir isə
vilayətlərin mərkəzində məhz Romanın olmasını göstərirdi. Aralıq dənizi şaquli bir
istiqamətdə verilmişdi. Egey, Mərmərə, Qara dəniz isə üfüqi istiqamətdə uzanırdı. Xəzər
dənizi isə qədim xəritələrdə olduğu kimi meridian istiqamətində uzanırdı. Mühüm
məntəqələrin göstərildiyi bu xətitələrdə Hindistan, Çin, Sibir və Rusiya kənardan sıxılmış bir
şəkildə təsvir olunmuşdu. Bu kürə (Orbis Terrarum-yer kürəsi) xəritələrinə əsasən, Roma
kartoqrafiyasının ən mühüm örnəyi Peutinger cədvəli (Tabula Peutingerina) təşkil
etməkdədir. XII əsrdə bir papa tərəfindən çəkdirilmiş bu xəritələrə, IV əsrə aid bir əsas
xəritədən eynilə surəti çəkilmiş lap mükəmməl hesab edilə bilər. 30 sm eni, 6m 50 sm-ə
qədər uzunluğu olan bu xəritə rulon kimi bükülmüş şəkildə idi. Bu tablo əslində dünyanın
xəritəsi deyildir, sadəcə Roma imperatorluğunun yollarını ğöstərmək məqsədilə çəkilməsi
hesab edilirdi.Peutinger tablosu o zamanki yolların olduğu ölkələrin uzunluğunu mil olaraq
vermişdi. Bu tabloda 5000 dən çox adın olduğu coğrafi bir mənbə idi.
Ədəbiyyat:
1. L. A. BROWN; The Story of Maps. Boston, 1949 s. 39
2.R.V.TOOLEY; Maps Makers, London, 1962 s. 3
3.TURGUT BİLGİN ; GENEL KARTOQRAFİYA, İstanbul, 1987
Rustəmov Etibar Ələddin oğlu.
Goranboy rayonu Səfikürd kənd tam orta məktəbin coğrafiya müəllimi
Mob. 050-354 17 06, 055-387 17 06

More Related Content

What's hot

What's hot (20)

Health Promotion- Models
Health Promotion- ModelsHealth Promotion- Models
Health Promotion- Models
 
Cohort ppt
Cohort pptCohort ppt
Cohort ppt
 
Public health model
Public health modelPublic health model
Public health model
 
META ANALYSIS
META ANALYSISMETA ANALYSIS
META ANALYSIS
 
Thesis Presentation, MSc Health Psychology
Thesis Presentation, MSc Health PsychologyThesis Presentation, MSc Health Psychology
Thesis Presentation, MSc Health Psychology
 
Occupational Therapy Vs. Physical Therapy Tools, Techniques &Amp; More
Occupational Therapy Vs. Physical Therapy Tools, Techniques &Amp; MoreOccupational Therapy Vs. Physical Therapy Tools, Techniques &Amp; More
Occupational Therapy Vs. Physical Therapy Tools, Techniques &Amp; More
 
Introduction to health promotion
Introduction to health promotionIntroduction to health promotion
Introduction to health promotion
 
EBM - Tibial Plateau Fractures - Dr.Chintan N. Patel
EBM - Tibial Plateau Fractures - Dr.Chintan N. PatelEBM - Tibial Plateau Fractures - Dr.Chintan N. Patel
EBM - Tibial Plateau Fractures - Dr.Chintan N. Patel
 
8th health promotion conference
8th health promotion conference8th health promotion conference
8th health promotion conference
 
Critical appraisal
Critical appraisalCritical appraisal
Critical appraisal
 
The role of behavioural science in public health final
The role of behavioural science in public health finalThe role of behavioural science in public health final
The role of behavioural science in public health final
 
Complications Associated with Steroid Injections
Complications Associated with Steroid Injections Complications Associated with Steroid Injections
Complications Associated with Steroid Injections
 
Types of bias
Types of biasTypes of bias
Types of bias
 
5.1.2 counterfactual framework
5.1.2 counterfactual framework5.1.2 counterfactual framework
5.1.2 counterfactual framework
 
Fracture healing bone healing
Fracture healing bone healingFracture healing bone healing
Fracture healing bone healing
 
Variables for bn 1
Variables for bn 1Variables for bn 1
Variables for bn 1
 
2. Case study and case series
2. Case study and case series2. Case study and case series
2. Case study and case series
 
bioabsorbable interference screw
bioabsorbable interference screwbioabsorbable interference screw
bioabsorbable interference screw
 
Introduction to scoping reviews
Introduction to scoping reviewsIntroduction to scoping reviews
Introduction to scoping reviews
 
Qol
QolQol
Qol
 

Viewers also liked

Bimestral emprendimiento
Bimestral emprendimientoBimestral emprendimiento
Bimestral emprendimiento
valen-1014
 
3Gender and Energy Resource Management Projects
3Gender and Energy Resource Management Projects3Gender and Energy Resource Management Projects
3Gender and Energy Resource Management Projects
Nancy Drost
 
Marielvis ochoa mapa conceptual
Marielvis ochoa mapa conceptualMarielvis ochoa mapa conceptual
Marielvis ochoa mapa conceptual
Marielvis Ochoa
 

Viewers also liked (20)

Bimestral emprendimiento
Bimestral emprendimientoBimestral emprendimiento
Bimestral emprendimiento
 
Class.mobile-first strategy
Class.mobile-first strategyClass.mobile-first strategy
Class.mobile-first strategy
 
Actividad
ActividadActividad
Actividad
 
ME ppt
ME pptME ppt
ME ppt
 
Tiposde memoria
Tiposde memoriaTiposde memoria
Tiposde memoria
 
Oyuky Rojas Badillo dn13..
Oyuky Rojas Badillo dn13..Oyuky Rojas Badillo dn13..
Oyuky Rojas Badillo dn13..
 
Lokitas la amistad
Lokitas la amistadLokitas la amistad
Lokitas la amistad
 
Mis ideas de la afectividad
Mis ideas de la afectividadMis ideas de la afectividad
Mis ideas de la afectividad
 
La transmision sinaptica
La transmision sinapticaLa transmision sinaptica
La transmision sinaptica
 
CUADRO SINOPTICO
CUADRO SINOPTICOCUADRO SINOPTICO
CUADRO SINOPTICO
 
Summary marketing 3.0
Summary marketing 3.0Summary marketing 3.0
Summary marketing 3.0
 
3Gender and Energy Resource Management Projects
3Gender and Energy Resource Management Projects3Gender and Energy Resource Management Projects
3Gender and Energy Resource Management Projects
 
Química y matemáticas PPT
Química y matemáticas PPTQuímica y matemáticas PPT
Química y matemáticas PPT
 
Presentación1
Presentación1Presentación1
Presentación1
 
Mundo Pacífico
Mundo PacíficoMundo Pacífico
Mundo Pacífico
 
1
11
1
 
Marielvis ochoa mapa conceptual
Marielvis ochoa mapa conceptualMarielvis ochoa mapa conceptual
Marielvis ochoa mapa conceptual
 
CV - Abdulaziz Almaneea
CV - Abdulaziz AlmaneeaCV - Abdulaziz Almaneea
CV - Abdulaziz Almaneea
 
Misión
MisiónMisión
Misión
 
ALEJE.IT #7 // 18.04.2015 // ALEKSANDRA HINC
ALEJE.IT #7 // 18.04.2015 // ALEKSANDRA HINCALEJE.IT #7 // 18.04.2015 // ALEKSANDRA HINC
ALEJE.IT #7 // 18.04.2015 // ALEKSANDRA HINC
 

Elmi məqalə

  • 1. Qədim dövrlərdə kartoqrafiya. Dünyanın kürə şəklində olmasına dair ilk təsəvvürlərin İyonyalı filosof və astronomlara aid olduğu görünür. Üzən bir dairə yerinə dünyanın kürə şəklində olduğu haqqında ilk fikri Sisamlı Pitaqorasın ortaya atdığı ümumilikdə qəbul olunmaqdadır. Bəzi mənbələrə görə bu fikir, elmi ölçmə və astronomik müşahidələrin deyil, tamamilə filosofik bir düşüncənin məhsulu idi. Belə ki, Pitaqoras dünyanı yaradan Allahın cisimlərin geometrik şəkilləri arasında ən mükəmməli olan kürəni seçim etdiyini və dünyanı kürə formasında yaratmış olduğunu düşünmüşdür. Digər fikirlərə görə elm tarixinin bu ən böyük filosofu, bu fikrə, göy cisimlərinə aid müşahidələrin sonunda gəlmişdir. Hər nə olursa olsun, o dövrdə hakim inanclara rəğmən Pitaqoras fəlsəfəsi tərəfdarları dünyanın kürə şəklində olduğunu, hətta daha irəli gedərək, dünyanında Yupiter və digərləri kimi bir gəzəyən olduğunu qəbul etmişdilər. Daha sonra (m.ö –350- ci illərdə) Aristotel dünyanın kürə şəklində olduğuna dair ilk dəlilləri təsdiq etmişdi: Bunların bacarıqları, müəyyən qədər ay tutulmaları əsnasında dünyanın ay üzərinə düşən kölgəsinin qövsi olaraq müşahidə edilməsi və müəyyən ulduzların Misir və Kiprin üfüqi üzərində göründükləri halda daha şimalda görünməməsi buna ən vacib sübut olan ölkələrin üfüqündə doğub-batan müəyyən ulduzların, daha şimaldakı ulduzların heç batmaması idi. Bu müşahidələr, dünyanın kürə şəklində olduğunu, görüntü məsafələrinin bir yerdən başqa yerə, qısa məsafələrdə daha dəyişdirildiyini, uzandığını sübut edirdi. Hərçənd ulduzlara aid müşahidələr kartoqrafiyanın inkişafında çox faydalı olan xüsusiyyətlərdən biridir. Eyni dövrlərdə kürə oxunun əyriliyi doğru olaraq ölçülmüş və Yunan filosofları dünyanın kürə şəklində olduğu fikrində dayanaraq, yer üzünü istilik əsaslarına görə beş qurşağa ayırmışdılar. Beləcə Ekvator, qütblər və tropiklər anlamı ortaya çıxmışdı. Qədim rəvayətlərə görə sadəcə iki qurşaqda insan yaşayırdı. Çox soyuq və çox isti qurşaqlarda isə insanların yaşaması mümkün deyildi və yaşayış yoxdur. Bu fikirlər, riyazi iqlim qurşaqlarının daha o dövrdə (m.ö. 460-cı il) qəbul edildiyini sübut edir. Coğrafi biliklər qədim Yunan dənizçiləri tərəfindən genişləndirilmişdi. Bu arada (Massilialı) Piteas Britaniyaya gedən ilk yunanlı oldu. Orada altı günlük məsafədə və daha şimalda hava, su və qaranın bir-birinə qarışdığı bir dövlətin mövcudluğunu öyrəndi. Buzlaqların görunduyu bu qara dövlət Norveç idi. Piteas buna “Thule” adını verdi. Beləcə “Thule Adası” on beş əsr boyunca xəritələrdə İskandinaviyanın yerində göstərilmiş oldu. Aristotelin tələbələrindən Messenalı Dikaiarkos (m.ö. 350 - 290) ehtimalla ilk dəfə bir dərəcəlik meridian qovsünü ölçmə təşəbbüsündə olduğu, Cəbəllütürikdən Şərq okenına qədər meridian cizgiləri sıraladığı bir xəritə meydana gətirdiyi, bu xəritədə Toros dağlarından Himalaya qədər bir dağ silsiləsi çəkərək bunu “Diaphraqma” (pərdə- bölmə) şəklində adlandırıldığı bilinir. Riyazi əsaslara əsasən çəkilən bu xəritə yox olmuşdu və bizim dövrümüzə qədər gəlib çatmamışdı. Eratosfen. Kartoqrafiyanın ən mühüm məsələlərindən biri olan “Yer kürəsinin yaranmasına aid dəyərlərin təsbiti” ilə bağlı ölçmə Kreneli Eratosfen (m.ö. 276-196) tərəfindən yaradılmışdı. Bu ərəfədə Yunanlı filosof tərəfindən, o dövrün ticarət və mədəniyyət mərkəzlərindən olan İsgəndəriyyədə kitabxana müdirliyi yaradıldı. Eratosfen
  • 2. elmi və fəlsəfi əsərlər yazmış və ilk ərazi ölçməsi ilə kartoqrafiya elminə böyük töhfələr vermişdi. Qədim Romada kartoqrafiya. Batlamyus ilə ən yüksək səviyyəsinə çatmış olan qədim dövrlərin kartoqrafiyası son dövrlərdə xüsusi diqqət və qayğı nəticəsində yüksəlməyə başlamışdı. Qədim Romalıların yaratdıqları koordinat sistemləri, astronomik ölçmələr və proyeksiyalar baxımından riyazi coğrafiyaya laqeyd idilər. Bu incəliklər, çəkdikləri xəritələr sanki yerin təsvirlərini xatırladırdı. Onlar üçün xəritələrin əksəri praktik bir fikrə qulluq edirdi. Halbuki Yunanlar o dövr üçün vacib sayılan proyeksiyaları yaratmışdılar. Buna rəğmən romalılar qədim iyonyalı coğrafiyaçıların düşüncə sisteminə dönüş olaraq “çevrə” şəklində xəritələr meydana gətirdilər.Çevrəsində meridianların yer aldığı kürəşəkilli dünya xəritələrin böyük hissəsi Roma imperatorluğuna aid olan ölkələrin təsvirləri idi. Strabon və Pomponius Mela (b.e.40) ilinə qədər qədim dövrün coğrafiyaçılarının mükəmməl təsvirlərinə istinadən rekonstruksiyaları olunan və orijinallığı bilinməyən bu xəritələrdə üç qitə yer almaqdaydı. Bu qitələrin təsviri belə sıralanırdı. Afrika sağda, Asiya yuxarıda və Avropa solda yer almışdı. Beləcə orta dövrlərdə kartoqrafiyanın qaranlıq dövründə də görəcəyimiz xəritələr, Şərq istiqaməti yuxarı doğru yönəlmişdi. Bu xətitədə İtalya geniş göstərilmişdi. Bu təsvir isə vilayətlərin mərkəzində məhz Romanın olmasını göstərirdi. Aralıq dənizi şaquli bir istiqamətdə verilmişdi. Egey, Mərmərə, Qara dəniz isə üfüqi istiqamətdə uzanırdı. Xəzər dənizi isə qədim xəritələrdə olduğu kimi meridian istiqamətində uzanırdı. Mühüm məntəqələrin göstərildiyi bu xətitələrdə Hindistan, Çin, Sibir və Rusiya kənardan sıxılmış bir şəkildə təsvir olunmuşdu. Bu kürə (Orbis Terrarum-yer kürəsi) xəritələrinə əsasən, Roma kartoqrafiyasının ən mühüm örnəyi Peutinger cədvəli (Tabula Peutingerina) təşkil etməkdədir. XII əsrdə bir papa tərəfindən çəkdirilmiş bu xəritələrə, IV əsrə aid bir əsas xəritədən eynilə surəti çəkilmiş lap mükəmməl hesab edilə bilər. 30 sm eni, 6m 50 sm-ə qədər uzunluğu olan bu xəritə rulon kimi bükülmüş şəkildə idi. Bu tablo əslində dünyanın xəritəsi deyildir, sadəcə Roma imperatorluğunun yollarını ğöstərmək məqsədilə çəkilməsi hesab edilirdi.Peutinger tablosu o zamanki yolların olduğu ölkələrin uzunluğunu mil olaraq vermişdi. Bu tabloda 5000 dən çox adın olduğu coğrafi bir mənbə idi. Ədəbiyyat: 1. L. A. BROWN; The Story of Maps. Boston, 1949 s. 39 2.R.V.TOOLEY; Maps Makers, London, 1962 s. 3 3.TURGUT BİLGİN ; GENEL KARTOQRAFİYA, İstanbul, 1987 Rustəmov Etibar Ələddin oğlu. Goranboy rayonu Səfikürd kənd tam orta məktəbin coğrafiya müəllimi Mob. 050-354 17 06, 055-387 17 06