SlideShare a Scribd company logo
1 of 3
İctimai nitqin 10 fundamental prinsipi

1-ci prinsip: Auditoriyanı tanı
Mübahisəyə hazıram ki, ömrünüzdə heç olmasa bir dəfə insanlar qarşısına çıxaraq danışmaq
məcburiyyətində qalmısınız. Ola bilər ki, bu, hər hansı bir yığıncaqda və ya ad günü şənliyində sağlıq
demək istərkən, yaxud da öz layihənizisizinlə birgə çalışan işçilərə təqdim etdiyiniz zaman baş
vermişdir. Fərqi yoxdur, əminəm ki, siz bu vəziyyətdə ürək döyüntüsü, boğazın quruması, səsin
titrəməsi kimi hallarla müşayət olunan narahatlıq hissi yaşamısınız.
Narahat olmağa dəyməz. Buna bənzər hiss və həyəcanı dinləyici kütləsi qarşısında çıxış edən hər bir
kəs yaşayır. Sizin üçün yaxşı xəbər isə bundan ibarətdir ki, ictimai nitqin 10 fundamental prinsipini
tətbiq etməklə siz, inamla danışmağı oyrənə bilərsiniz.
Hətta, siz bu prinsiplərin,heç olmasa, bəzilərini tətbiq etməyi öyrənsəniz, güvəninizdə və başqalarının
önündə çıxış etmək qabiliyyətinizdə gözəçarpan dəyişiklikləri müşahidə edəcəksiniz.
Auditoriyanı tanı
Bu prinsiplərin birincisi “Auditoriyanı tanı” prinsipidir.
Hər hansı bir çıxışı hazırlamamışdan əvvəl üç vacib sualacavab vermək lazımdır:
1) Dinləyiciləriniz kimlərdir?
2) Onların problemi nədir?
3) Siz onlara necə kömək edə bilərsiniz?
Dinləyiciləriniz kimlərdir?
Siz, qarşısında çıxış edəcəyiniz insanlar haqqında bacardığınız qədər çox öyrənməlisiniz. Onlar sizin
həmkarlarınız, müdiriniz yoxsa müştərilərinizdir? Onlar hansı yaş qrupuna daxildirlər? Onların peşə
statusu nədir: tələbələr, sıravi işçilər və ya təcrübəli peşəkarlar? Nitq hansı tədbirdəsöylənilir: qrup
iclası, yeni il şənliyi yoxsa peşəkar konfrans? Nə qədər çox bilgi əldə etsəniz, nitqiniz bir o qədər
uğurlu olacaq.
Onların problem nədir?
Başqa sözlə, bu insanlar sizdən nə gözləyirlər? Onlar bu tədbirə niyə toplaşıblar? Əgər, bu, qrup
iclasıdırsa, yəqin ki, həmkarlarınız onlara informasiya verəcəyinizi gözləyir. Əgər, bu, əyləncə
gecəsidirsə, dostlarınız onları əyləndirəcəyinizi gözləyir. Əgər, qarşınızdakı potensial müştərinizdirsə,
sizdən məhsul və ya xidmətinizin yüksək səviyyədə olduğuna onu əmin etmənizi gözləyir. Sizə verilə
biləcək suallar haqqında fikirləşin. Siz buna öncədən hazır olsanız, özünüzü daha inamlı hiss edəcək
və əminliklə danışacaqsınız.
Siz onlara necə kömək edə bilərsiniz?
Və yaxud, sizin çıxışınızın məğzi nədir? Siz bu insanlara nə demək istəyirsiniz? Əgər, siz ilk iki suala
cavab versəniz, üçüncüsünün cavabı da asanlıqla gələcək. Mesajınızın həqiqətəuyğunolmasını
istəyirsinizsə, o zaman, auditoriyanı narahat edən məsələlər barədə danışın. Əks təqdirdə, sizin
qarşınızda sakit, lakin,başları öz telefonlarına, “iPad”-lərinə və fikirlərinə qarışan bir qrup insan
olacaq.
Böyük fikir sahiblərimizə müraciət etdikdə isə Azərbaycan ədəbiyyatı tarixində ən milli və bəşəri
yazıçılardan biri olan Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah personajı buna
bariz nümunə ola bilər.
Şeyx Nəsrullah öz nitqi ilə insan qruplarına təsir göstərir. O hazırlıqlıdır, auditoriyaya yaxşı bələddir,
bu ucqar bölgədə insanların boğaza qədər xurafat bataqlığında olduqlarından xəbərdardır.
Dini faktora söykənməyin nəticə verəcəyinə əmin olsa da, öz köməkçisi və şagirdi Hacı Əhməd
vasitəsi ilə auditoriyanı tanımağa çalışır. Nitqə başlamamışdan əvvəl, kütlədən fərqlənən, xaricdə
təhsil almış hər bir kəslə, ayrı-ayrılıqda, sual-cavab etməklə, dərhal tanış olur. Özünü baş verə biləcək
hər bir fövqəladə vəziyyətdən sığortalamaq üçün, onlardan soruşur: “Şəhərdə sizdən savayı da əcnəbi
dərsini oxuyan var?”
Məlum olduqda ki, Kefli ləqəbini qazanmış İskəndər də mövcuddur, dərhal onun məclisə
çağırılmasını tələb edir. Yerli camaat İskəndərə heç bir əhəmiyyət verməsə belə, o, İskəndəri yaxşı
qarşılayır, ona “İskəndəri Rumi, İskəndəri Zülgərneyn, nə gözəl isimdir” deyə müraciət edir. Onu
auditoriya içində özünə dost tutmaq istəyir. Şeyx Nəsrullah məqsədinə nail olmadıqda isə, yenə özünü
itirməyərək İskəndəri məclisdən xaric etməyi tələb edir.

Auditoriya ilə tam tanışlıqdan sonra, ictimai nitqin digər fundamental prinsiplərindən də istifadə
edərək öznitqinin təsirini qaçılmaz edir.Məsələn: dini faktora söykənərək ərəb və fars dillərindən
istifadə, səs tonunu ucaltmaq, sual–cavab texnikasından istifadəyə əl atır.
Yazıçı ictimai nitqin əsas prinsiplərini gözəl bildiyindən,öz personajının qələbəsini real etmək
məqsədi ilə, bu bilgidən istifadə edir. Nə qədər acı olsa da Şeyx Nəsrullah öz hədəflərinə çatır.Yazıçı
isə, əsərdə qoyulmuş əsas məqsədlə yanaşı,auditoriyanı tanımaqla hazırlanmış nitqdən istifadənin
necə güclü bir alət olduğunu oxucuya çatdırır.
Demək istədiklərim hələlik bunlardır. Gələcək yazılarımda digər fundamental prinsiplər barəsində
ayrı-ayrılıqda söhbət edəcəyəm.
O vaxta qədər isə, salamat qalın, özünüzə güvənin və inamla danışın!
Baxılıb: 971

http://mak.az/articles.php?item_id=20131215035542092&sec_id=39

More Related Content

Viewers also liked

Can domènech
Can domènechCan domènech
Can domènech
david
 
Comunicato n. 15 del 27 2-2013
Comunicato n. 15 del 27 2-2013Comunicato n. 15 del 27 2-2013
Comunicato n. 15 del 27 2-2013
Dino Gazzetta
 
RESUME ANUP NEW1
RESUME ANUP NEW1RESUME ANUP NEW1
RESUME ANUP NEW1
Anup Sinha
 

Viewers also liked (16)

Fitzburg tire company
Fitzburg tire companyFitzburg tire company
Fitzburg tire company
 
Rémunération dans la Finance, Banque & Assurance, Audit & Expertise Comptable
Rémunération dans la Finance, Banque & Assurance, Audit & Expertise ComptableRémunération dans la Finance, Banque & Assurance, Audit & Expertise Comptable
Rémunération dans la Finance, Banque & Assurance, Audit & Expertise Comptable
 
Purchasing, Receiving, and Storing Food
Purchasing, Receiving, and Storing FoodPurchasing, Receiving, and Storing Food
Purchasing, Receiving, and Storing Food
 
Bilal fotolarda
Bilal fotolardaBilal fotolarda
Bilal fotolarda
 
Libel Case. Journalism Topic.
Libel Case. Journalism Topic.Libel Case. Journalism Topic.
Libel Case. Journalism Topic.
 
Medicina y justicia. Farreras
Medicina y justicia. FarrerasMedicina y justicia. Farreras
Medicina y justicia. Farreras
 
FIVTH FLOOR
FIVTH FLOORFIVTH FLOOR
FIVTH FLOOR
 
The machine is us
The machine is usThe machine is us
The machine is us
 
Can domènech
Can domènechCan domènech
Can domènech
 
Sexualidad
SexualidadSexualidad
Sexualidad
 
Comunicato n. 15 del 27 2-2013
Comunicato n. 15 del 27 2-2013Comunicato n. 15 del 27 2-2013
Comunicato n. 15 del 27 2-2013
 
Mecanismos de contratación estable de trabajadores extranjeros. 12.5.2011.
Mecanismos de contratación estable de trabajadores extranjeros. 12.5.2011.Mecanismos de contratación estable de trabajadores extranjeros. 12.5.2011.
Mecanismos de contratación estable de trabajadores extranjeros. 12.5.2011.
 
Python hackathon 2010. 07. 10
Python hackathon 2010. 07. 10Python hackathon 2010. 07. 10
Python hackathon 2010. 07. 10
 
PRUEBA
PRUEBAPRUEBA
PRUEBA
 
IATA Advanced TT
IATA Advanced TT IATA Advanced TT
IATA Advanced TT
 
RESUME ANUP NEW1
RESUME ANUP NEW1RESUME ANUP NEW1
RESUME ANUP NEW1
 

İctimai nitq

  • 1. İctimai nitqin 10 fundamental prinsipi 1-ci prinsip: Auditoriyanı tanı Mübahisəyə hazıram ki, ömrünüzdə heç olmasa bir dəfə insanlar qarşısına çıxaraq danışmaq məcburiyyətində qalmısınız. Ola bilər ki, bu, hər hansı bir yığıncaqda və ya ad günü şənliyində sağlıq demək istərkən, yaxud da öz layihənizisizinlə birgə çalışan işçilərə təqdim etdiyiniz zaman baş vermişdir. Fərqi yoxdur, əminəm ki, siz bu vəziyyətdə ürək döyüntüsü, boğazın quruması, səsin titrəməsi kimi hallarla müşayət olunan narahatlıq hissi yaşamısınız. Narahat olmağa dəyməz. Buna bənzər hiss və həyəcanı dinləyici kütləsi qarşısında çıxış edən hər bir kəs yaşayır. Sizin üçün yaxşı xəbər isə bundan ibarətdir ki, ictimai nitqin 10 fundamental prinsipini tətbiq etməklə siz, inamla danışmağı oyrənə bilərsiniz. Hətta, siz bu prinsiplərin,heç olmasa, bəzilərini tətbiq etməyi öyrənsəniz, güvəninizdə və başqalarının önündə çıxış etmək qabiliyyətinizdə gözəçarpan dəyişiklikləri müşahidə edəcəksiniz. Auditoriyanı tanı Bu prinsiplərin birincisi “Auditoriyanı tanı” prinsipidir. Hər hansı bir çıxışı hazırlamamışdan əvvəl üç vacib sualacavab vermək lazımdır: 1) Dinləyiciləriniz kimlərdir? 2) Onların problemi nədir? 3) Siz onlara necə kömək edə bilərsiniz? Dinləyiciləriniz kimlərdir? Siz, qarşısında çıxış edəcəyiniz insanlar haqqında bacardığınız qədər çox öyrənməlisiniz. Onlar sizin həmkarlarınız, müdiriniz yoxsa müştərilərinizdir? Onlar hansı yaş qrupuna daxildirlər? Onların peşə statusu nədir: tələbələr, sıravi işçilər və ya təcrübəli peşəkarlar? Nitq hansı tədbirdəsöylənilir: qrup iclası, yeni il şənliyi yoxsa peşəkar konfrans? Nə qədər çox bilgi əldə etsəniz, nitqiniz bir o qədər uğurlu olacaq. Onların problem nədir?
  • 2. Başqa sözlə, bu insanlar sizdən nə gözləyirlər? Onlar bu tədbirə niyə toplaşıblar? Əgər, bu, qrup iclasıdırsa, yəqin ki, həmkarlarınız onlara informasiya verəcəyinizi gözləyir. Əgər, bu, əyləncə gecəsidirsə, dostlarınız onları əyləndirəcəyinizi gözləyir. Əgər, qarşınızdakı potensial müştərinizdirsə, sizdən məhsul və ya xidmətinizin yüksək səviyyədə olduğuna onu əmin etmənizi gözləyir. Sizə verilə biləcək suallar haqqında fikirləşin. Siz buna öncədən hazır olsanız, özünüzü daha inamlı hiss edəcək və əminliklə danışacaqsınız. Siz onlara necə kömək edə bilərsiniz? Və yaxud, sizin çıxışınızın məğzi nədir? Siz bu insanlara nə demək istəyirsiniz? Əgər, siz ilk iki suala cavab versəniz, üçüncüsünün cavabı da asanlıqla gələcək. Mesajınızın həqiqətəuyğunolmasını istəyirsinizsə, o zaman, auditoriyanı narahat edən məsələlər barədə danışın. Əks təqdirdə, sizin qarşınızda sakit, lakin,başları öz telefonlarına, “iPad”-lərinə və fikirlərinə qarışan bir qrup insan olacaq. Böyük fikir sahiblərimizə müraciət etdikdə isə Azərbaycan ədəbiyyatı tarixində ən milli və bəşəri yazıçılardan biri olan Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah personajı buna bariz nümunə ola bilər. Şeyx Nəsrullah öz nitqi ilə insan qruplarına təsir göstərir. O hazırlıqlıdır, auditoriyaya yaxşı bələddir, bu ucqar bölgədə insanların boğaza qədər xurafat bataqlığında olduqlarından xəbərdardır. Dini faktora söykənməyin nəticə verəcəyinə əmin olsa da, öz köməkçisi və şagirdi Hacı Əhməd vasitəsi ilə auditoriyanı tanımağa çalışır. Nitqə başlamamışdan əvvəl, kütlədən fərqlənən, xaricdə təhsil almış hər bir kəslə, ayrı-ayrılıqda, sual-cavab etməklə, dərhal tanış olur. Özünü baş verə biləcək hər bir fövqəladə vəziyyətdən sığortalamaq üçün, onlardan soruşur: “Şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var?”
  • 3. Məlum olduqda ki, Kefli ləqəbini qazanmış İskəndər də mövcuddur, dərhal onun məclisə çağırılmasını tələb edir. Yerli camaat İskəndərə heç bir əhəmiyyət verməsə belə, o, İskəndəri yaxşı qarşılayır, ona “İskəndəri Rumi, İskəndəri Zülgərneyn, nə gözəl isimdir” deyə müraciət edir. Onu auditoriya içində özünə dost tutmaq istəyir. Şeyx Nəsrullah məqsədinə nail olmadıqda isə, yenə özünü itirməyərək İskəndəri məclisdən xaric etməyi tələb edir. Auditoriya ilə tam tanışlıqdan sonra, ictimai nitqin digər fundamental prinsiplərindən də istifadə edərək öznitqinin təsirini qaçılmaz edir.Məsələn: dini faktora söykənərək ərəb və fars dillərindən istifadə, səs tonunu ucaltmaq, sual–cavab texnikasından istifadəyə əl atır. Yazıçı ictimai nitqin əsas prinsiplərini gözəl bildiyindən,öz personajının qələbəsini real etmək məqsədi ilə, bu bilgidən istifadə edir. Nə qədər acı olsa da Şeyx Nəsrullah öz hədəflərinə çatır.Yazıçı isə, əsərdə qoyulmuş əsas məqsədlə yanaşı,auditoriyanı tanımaqla hazırlanmış nitqdən istifadənin necə güclü bir alət olduğunu oxucuya çatdırır. Demək istədiklərim hələlik bunlardır. Gələcək yazılarımda digər fundamental prinsiplər barəsində ayrı-ayrılıqda söhbət edəcəyəm. O vaxta qədər isə, salamat qalın, özünüzə güvənin və inamla danışın! Baxılıb: 971 http://mak.az/articles.php?item_id=20131215035542092&sec_id=39