8. Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) „bölünməz") kimyəvi elementin, bu
elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyidir.Elmin inkişaf tarixi
böyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq b.e.ə. V
əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir.
9.
10. Atom materiyanın bir hissəsidir. Demokrit hesab edirdi ki, istənilən əşyanın
xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur.
Məsələn, alovda atomlar daha itidir, buna görə də o yanma qabiliyyətinə malikdir.
Bərk cisimlərdə onlar kələ-kötürdülər, ona görə də, onlar bir-biri ilə möhkəm
əlaqədə olurlar, suda onlar hamardırlar, bu da suyun axmasına imkan verir. İnsan
qəlbi də Demokritə görə atomlardan təşkil olunmuşdur
Atom təqribən 0.2 - 0.5 nm ölçüyə
malikdir. Buna görə də onun adi
işıqda və adi mikroskop vasitəsilə
görünməsi mümkün deyil. Lakin
müxtəlif təcrübələr atomun
mövcudiyyətini aşkar etməyə imkan
verir.
11. Atomlar normal halda elektroneytral olur. Bu
zaman protonların və elektronların sayı bərabər
olur. Atomda bu balans pozulduqda o iona çevrilir.
Bu çevrilməyə ionlaşma deyilir. Atom əlavə elektron
alırsa bu zaman atom mənfi yüklənmiş olur
və anion adlanır. Atom bir və ya bir neçə elektron
itirdikdə o müsbət yüklənmiş olur və kation adlanır.
Bir kimyəvi elementin atomları fərqli sayda
neytrona malik ola bilir. Atomda protonların sayı
əvvəlki kimi qalıb, neytronların sayı dəyişdikdə
alınan atom izotop (Yunan dilindən: iso - bərabər,
topos - yer deməkdir) adlanır. Protonların sayı
dəyişməz qaldığı üçün izotoplar orijinal
elementlərin növləri sayılırlar.
Hidrogen atomunun nüvəsi bir protondan ibarətdir.
Bu formada o, hidrogenin ən çox
yayılmış Hidrogen-1 izotopudur, başqa sözlə həm
də protium adlanır. Bu elementin digər
növüHidrogen-2 izotopu və ya deyteriumdur.
Hidrogen-2 bir protona və bir neytrona malikdir. Bu
izotop radioaktiv və zəhərli deyil. İki deyterium
atomunun bir oksigen atomu ilə birləşməsindən
yaranan su ağır su adlanır.